Məhkəmə qərarları › İş №1(101)-251/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-251/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-251/2023 27.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:30-da Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə,hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Saatlı rayonu, Qıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 əlaqəsi olduğu vəzifəli şəxslər vasitəsi ilə pul müqabilində onun oğlunu xidmət etdiyi Tovuz rayonunda yerləşən hərbi hissədən Bakı şəhərindəki hərbi hissələrdən birinə köçürmək imkanı olması barədə yalan məlumat verib inandırmış və Zərərçəkmiş şəxs1 ona xx.xx.2020-ci ildə metronun «Azadlıq stansiyası yaxınlığında 1000 manat, xx.xx.2021-ci ildə Binəqədi rayonu Rəsulzadə qəsəbəsindəki « Araz» marketn yaxınlığında 3000 manat, xx.xx.2021-ci ildə Rəsulzadə qəsəbəsində «Spar» mağazasının qarşısında 4000 manat verməsinə nail olaraq aldatmış, Zərərçəkmiş şəxs1 pulunu tələb edəndə bank hesabına 60.000 manat köçürüləcəyi barədə həqiqətə uyğun olmayan məlumat vermiş və Rabitə bankın 235 nömrəli xx.xx.2021-ci il tarixli "xxxx" MMC-dən "xxxx" MMC-nin bank hesabına 60000 manatın köçürülməsi barədə ödəniş tapşıırığının saxta olmasını bilə-bilə «Whats App» proqramı ilə Zərərçəkmiş şəxs1 göndərib həmin məbləğin əldə edilməsi üçün 2000 manat rusum ödəməli olduğunu bildirib Zərərçəkmiş şəxs1 inandırılmasında və aldadılmasında saxta sənəddən istifadə etmiş, Zərərçəkmiş şəxs1 ondan aldığı pulun qaytaracağına inandırıb xx.xx.2021-ci ildə yaşadığı Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi F. Şahbazov küçəsi 16A nömrəli evdə 2000 manatı almış, lakin aldadıb etibarından sui istifadə edərək Zərərçəkmiş şəxs1 cəmi 10.000 manatını vahid niyyətlə törədilən qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o tanışı Şahid6 ilə qabaqcadan əlbir olub tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 vəzifəli şəxslər arasında olan yaxın tanışları vasitəsi ilə 105000 manat müqabilində övladı X8 daxili işlər orqanlarında təhqiqatçı vəzifəsinə, kürəkəni X14 isə 100.000 manat müqabilində Bakı şəhəri Nizami və ya Xətai rayonları üzrə rabitə qovşağının rəisi vəzifəsinə təyin etdirmək, Mirasəf Seydovun daxili işlər orqanını işə düzəldilməsinə maneə olan atası Şahid2 məhkumluğunun 30.000 manat müqabilində Daxili İşlər Nazirliyinin bazasından çıxarması imkanı olması barədə Şahid6 vasitəsi ilə yalan məlumat verib, onu inandırmış və Zərərçəkmiş şəxs2 oğlunun işə düzəldilməsi üçün 2020-ci ilin noyabr ayının 16-17 tarixlərdə ünvan 2 ünvanda yerləşən «Milan» hospitalında ilkin olaraq 25000 manat, 2021-ci ilin mart ayının 15-16 tarixlərdə 75000 manat, mart ayının 28-də 5000 manatı həmin ünvanda, kürəkəni Rəşad Dürsunovun rabitə qovşağına rəis təyin edilməsi üçün 2021-ci ilin aprel ayının 25-də Bakı şəhəri, Nərimanov rayonu F.X. Xoyski prospektində yerləşən Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında 50.000 manat, 2021-ci ilin may ayının 6-da Nərimanov rayon ərazisində 1 saylı «Asan» xidmətin qarşısında 50.000 manatın Şahid6 verilməsinə nail olmuş, Təqsirləndirilən şəxs isə Şahid6 tapşırığı ilə Şahid2 Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya idarəsində məhkumluğunun olmaması və hazırda olmadığı 366-1862-3- 3249 nömrəli, xx.xx.20221-ci il tarixli hüquq verən arayışın saxta olmasını bilə-bilə həmin sənədi Zərərçəkmiş şəxs2 və Şahid2 göstərməklə saxta sənəddən istifadə edib inandırmış və buna görə 2021-ci ilin may ayının 8-də Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, M. Əlizadə küçəsi ev 52 mənzil 43-də ona 30.000 manat verməsinə nail olub aldadaraq özgənin Zərərçəkmiş şəxs2 vahid niyyətlə törədilən qəsdlə cəmi 235000 manatını ələ keçirib, Şahid6 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Könül xanıma köməklik etmiş, sonradan isə məsələnin mahiyyəti dəyişmişdir. O, Rəfiqə xanımın yoldaşı Fətulla müəllimi tanıyan zaman həmin görüşdə nə qədər pulun alındığını və hansı səbəbə alındığını bilməmişdir. O, sözügedən sənədə toxunmamış, sadəcə şəklini çəkib göndərmişdir. O, heç kimi aldatmamış, Könül xanım özü ona pul təklif etmişdir. Şahid6 haqsız danışır, o, onun dediyi qədər pul vəsaiti götürməmişdir. Belə ki, Şahid6 biznes üçün verdiyi pulu geri istəyən zaman o, pulu qaytara bilməmiş, çünki ona pul verilən zaman pulu nə vaxt qaytaracağı deyilməmişdir. Ona verilən məbləğ 10.000 manat deyil 8.000 manat olmuşdur. Zərərçəkmiş şəxs1 qızı Sevinclə bir neçə ildir tanışdırlar. Belə ki, onun Mir Cəlal küçəsində ofisi olmuş və o, xaricdən gəldikdən sonra böyük investisiya qoyaraq sözügedən yerdə ofis açmışdır, lakin bir müddət sonra pandemiya başlamışdır. Pandemitadan öncə onların xüsusi layihləri olmuş və elə Sevinc xanımla da bununla əlaqədar tanış olmuşlar. Belə ki, Sevinc xanım müharibənin başlaması ilə əlaqədar qardaşının yerinin dəyişməsi üçün dəfələrlə ona müraciət etmiş və o, ona Səfər adlı bir şəxsin bu işi həll edə biləcəyini bildirmişdir. O, Sevinc xanımdan 1000 manat alaraq Səfərə vermişdir. 7000 manat pul isə onun tanışı vasitəsi ilə Sevincdən götürülülmüşdür. Səfəri o, tanımış, Allahverdi Səfəri tanımamışdır. Ümumillikdə bu işdə 8.000 manat pul olmuş və o, həmin puldan 4000 manatını geri qaytarmışdır. Allahverdinin ondan heç bir tələbi yoxdur. Pul ilkin olaraq ona biznes məqsədilə verilmiş, o, işin mahiyyətinin başqa olduğunu sonradan bilmişdir. Sevinc xanım ona pulun bir hissəsini artırmaq üçün vermişdir. Sevinc xanımla onu Könül xanım klininkada görüşdürmüşdür. O, verilən pulun kimə məxsus olduğunu və nə üçün verildiyini sonradan bilmişdir. Könül xanım onları görüşdürən zaman onlar ümumi hər şeydən danışmışlar. Ona verilən pullar biznes məqsədilə verilmiş, başqa məqsədlə verilməmişdir. Sonradan Könül xanımım öhdəlik götürdüyünü görmüş və ona köməklik etmək istəmişdir. Sonuncu ona evini sataraq pulları ödəyəcəyini demişdir. İş yerinin dəyişdirilməsi ilə bağlı ona heç kim tərəfindən pul verilməmişdir. Könül xanım onunla tanış olanda həkim olduğunu bildirmiş, lakin onun işsiz olduğunu sonradan bilmişdir. Şahid6 uzun müddət sonra ona Lənkaran Ağır Cinayətlər Məhkəməsində işinin olduğunu demiş və ondan ona məhkəmədə köməklik edə bilib bilməyəcəyini soruşmuş, o, da köməklik göstərəcəyini demişdir. O, heç kimdən 205.000 manat pul almamışdır. Könül xanım ona hissə-hissə 40.000 manat öz məhkəməsi ilə əlaqədar, 115.000 manata qədər isə biznes məqsədilə vermişdir. O, bu işin qanunsuz olduğunu bilməmişdir. 24.000 manat Könül xanımın Lənkəran Ağır Cinayətlər Məhkəməsində ödəməli olduğu məbləğ olmuşdur. İşi görən şəxs ilkin olaraq işi 30.000 manata həll edəcəyini desə də, sonradan yenə 10.000 manat verilməli olduğunu demiş və o, da həmin məbləği vermişdir. Ona ümumilikdə 165.000 manat pul verilmiş və o, həmin pulun 15.000 manatını Şahid6 özünə qaytarmışdır. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 21 aprel, 29 iyun, 30 iyun, 05 avqust və 09 avqust 2022 -ci il tarixlərdə təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qızı Sevinc vasitəsi ilə tanımışdır. Özünün "xxxx" MMC adlı müəssisəsi olmuşdur. Həmin cəmiyyətin ofisi Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşirdi. Müəssisəni özü təsis etmişdir. Müəssisənin «Covid 19»-la bağlı fəaliyyəti faktiki olaraq dayanmışdır. 2022-ci ilin təxminən yanvar-fevral ayında müəssisənin fəaliyyətini müvəqqəti dayandırmışdır. Zərərçəkmiş şəxs1 qızı Londan şəhərindən gəlmiş və onun ofsində müəssisənin fəaliyyəti ilə tanış olmuşdur. Sevinc müəssisənin fəaliyyəti ilə tanış olduqdan sonra mütəmadi olaraq təxminən 3-4 ay ərzində ofisə gəlməyə başlamışdır. Dostluq münasibətləri yarandıqdan sonra Sevinc ondan 1500 manat borc istəmiş və həmin pulu sayt təşkil etməklə əvəzləşdirmişdir. Bir müddət sonra Sevinc London şəhərinə qayıtmışdır.Təxminən 2020-ci ilin sentyabr aylarında vətən müharibəsi başlayana qədər Sevinc ona Londondan zəng etmiş və Tovuz rayonunda hərbi hissədə xidmətdə olan qardaşını Bakı şəhərində yerləşən hərbi hissələrin birinə köçürülməsini xahiş etmiş, atası Zərərçəkmiş şəxs1 da onun yanına gələcəyini bildirmişdir. O, həmin işi həll edə bilən tanışının olmadağını bildirmiş və sorağlaşıb məlumat verərəcəyini söyləmişdir. O, həqiqətən maraqlanmış, adını çəkmək istəmədiyi bir nəfər tanışının olmasını, onları görüşdürəcəyini demişdir. Bununla əlaqədar Sevinclə əlaqə yaratmış və bir nəfər tanış tapsa da məsələnin həllinin dəqiq olmamasını söyləmiş, Sevinc isə bir daha atasının onun yanına gələcəyimi bildirmişdir. O, atasının gəlməyinə ehtiyac olmadığını, həmin şəxsin kordinatlarını özlərinin görüşmələri üçün verəcəyini söyləmişdir. Sevinc bir neçə dəfə zəng edərək atası ilə görüşməyi təkid etmişdir. Nəhayət, o, razılıq vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onun ofisinə gəlib oğlunun Bakı şəhərinə hərbi hissələrinin birinə köçürmək istədiyini, tanışları olsa da heç kimin ondan pul almamasını söyləmişdir. O, sonuncunu bir nəfərlə tanış edəcəyini və özlərinin razılaşmasını təklif etmişdir. Allahverdi isə yaşlı olmasını, Covid 19 virusunua tutulacağından ehtiyat etdiyini bildirərək ondan sona qədər bu işi görməyini xahiş etmişdir. O, razılıq vermiş, Allahverdinin yanında tanış olduğu şəxsə zəng etsə də həmin şəxs telefona cavab verməmişdir. Allahverdi tələsdiyi üçün gözləməyib getmişdir. Allahverdi gedəndən sonra ona zəng etdiyi şəxsdən cavab zəngi daxil olmuşdur. O, həmin şəxsə Allahverdinin oğlunu xalası oğlu kimi təqdim etmişdir. Həmin şəxs isə ona özü ilə 1000 manat gətirməyi, ya da həmin məbləğdə hədiyyə alıb görüşmək üçün gəlməyi təklif etmişdir. O isə öz növbəsində Allahverdiyə zəng edib bu barədə bildirmiş və sonuncunun da görüşə gəlməsini təklif etmişdir. Allahverdi onunla metronun «Azadlıq» stansiyası yaxınlığında görüşərək 1000 manat pulu vermiş, «Birkart»dan çıxartdığını söyləmiş, lakin onunla getməkdən imtina etmişdir. Pulu götürəndən sonra ofisə qayıtmış, həmin şəxs zəng vuranda 1000 manat pulu düzəltdiyini bildirmiş və xatırlamadığı tanışı ilə pulu həmin şəxsə göndərmişdir. Həmin şəxs gecə zəng etmiş, görüşdüyü adamın pulu götürməməsini və məsələnin çətin olduğunu, danışıb cavab verəcəyi barədə məlumat vermişdir. Pulu qaytarmaq istəsə də o, Allahverdinin oğlunun köçürülməsini həmin şəxsin boynuna qoymaq məqsədi ilə götürməmişdir. Bundan sonra gözləməyə başlamış və eyni zamanda başqa şəxslərdən də maraqlanmışdır. Həmin ərəfədə o, Qəbələyə getmiş, Qəbələdə olarkən Allahverdi zəng etmiş və bir qədər pul düzəltdiyini söyləyib necə çatdıra biləcəyini soruşmuşdur. O, Qəbələdə olduğunu söyləyəndə Allahverdi pulu almaq üçün bir nəfər göndərməyi xahiş etmişdir. O, tanışı Seymura zəng etmiş və sonuncuya Allahverdinin telefon nömrəsini verib xahiş etmişdir ki, həmin şəxslə görüşüb ondan pulu alıb özündə saxlasın. Seymur Allahverdi ilə görüşüb pulu aldıqdan sonra onunla telefon əlaqəsi yaradıb Allahverdidən pulu götürdüyünü bildirmişdir. O, eyni zamanda Allahverdi ilə də danışıb və pulun çatmasını təsdiq etmişdir. Qəbələdən qayıdandan sonra Seymur pulu onun kreditinin ödənilməsinə sərf etdiyini söyləmişdir. Seymur elə bilmişdir ki, pul kreditin ödənilməsi üçün alınmışdır. Allahverdi 1000 manatdan əlavə Samirə nəğd pul vermişdir. Nə qədər, nə vaxt, harada verməsini xatırlamasa da ümumi məbləğ 8000 manat olmuşdur. Həmin məbləğin 1000 manatı adını çəkmək istəmədiyi şəxsdə qalmışdır. 6000 manat Seymura verilmişdir. 1000 manatı isə ifadələrində göstərdiyi Səfərlə tanış olduqlan sonra ona vermişdir. Xahiş etdiyi şəxslər işi düzəldə bilməmiş, adını çəkmək istəmədiyi şəxs 1000 manatı qaytarmışdır. Pulun bir hissəsini Seymur kreditin ödənilməsinə və Samirlə dükana olan borcun ödənilməsinə yönəltmişdir. Samir geri aldığı 1000 manatdan əlavə 3000 manat da düzəldib Allahverdiyə qaytarmış, qalan 4000 manatı qaytaracağını vəd etmişdir. Bundan sonra yenidən 2000 manat borc lazım oluduğundan Allahverdiyə zəng etmiş və ondan istəmişdir. Allahverdi razılaşmış 2000 manat borc vermişdir. Hazırda Allahverdiyə 6000 manat borcu qalmışdır. Bundan başqa, ittihamın Zərərçəkmiş şəxs2 aldadılması ilə hissəsi ilə bağlı göstərmişdir ki, marketinq mütəxəssisidir. Hər hansı yaxşı biznes plan olanda həmin işlə məşğul olur. Şahid6 ilə biznes fəaliyyəti ilə əlaqədar tanış olmuşdur. Könül oğlunu Ukraynada ali təhsil müəssisəsinə daxil olmasını təşkil etmək üçün onunla görüşmüş və hansı ali təhsil müəssisəsinə qəbul olunması ilə məsləhətləşmişdir. Həmin vaxt onun iş adamı olduğunu öyrənmiş, hansı bizneslə məşğul olmağı ilə maraqlanmış, o da ona məlumat vermişdir. Bundan sonra əlaqələri ancaq telefonla olmuş, münasibətlər yaranmış və Könül bir yerdə iş görə biləcəkləri ilə maraqlanmışdır. O, razı olmuş, pulu yatırım etdiyi halda, həmin pulu öz növbəsində biznes fəaliyyətinə yatıracağını, qazıncı böləcəklərini bildirmişdir. Söhbət zamanı Könül məhkəmədə cinayət işinin olmasını da danışmışdır. Ondan bəraət hökmü ala bilməsi üçün imkanlarının olmasını soruşmuşdur. O, da maraqlanıb məlumat verəcəyini demişdir. Bundan sonra Samir bir neçə nəfərdən maraqlanmış və onlardan biri özündə 20000 manat saxlamağı, danışıb düzələn olsa məlumat verəcəyini söyləmişdir. O, Könülə bu barədə bildirəndə sonuncu cəmi 7500 manatının olmasını söyləmiş və həmin məbləği ona vermişdir. Həmin şəxsdən isə heç bir məlumat daxil olmamışdır. Tanışları Vüqar, Əli vasitəsi ilə Səfərzadə Səfərlə tanış olmuşdur. Səfərzadə Səfər ondan ittiham aktını istəmişdir. Samir ondan ilk növbədə məhkəməni təxirə salınmasını xahiş etmişdir. Səfər «Covid 19» virusuna görə test verməyi və cavabını ona təqdim etməyi tapşırmışdır. Könül test vermiş və neqativ nəticə barədə arayışı onun vasitəsi ilə Səfərə vermişdir. Sərfər həmin arayışla məhkəməni təxirə salmışdır. Buna görə Könülün verdiyi 7500 manatdan 1000 manatı ona ödəmişdir. Könül məhkəmənin təxirə salınması ilə razı olmayanda o, Səfərin iş görə biləcəyinə əmin olmaq üçün məhkəmənin təxirə salınmasını ona tapşırmışdır. Bundan sonra Könül ona əlavə olaraq 10.000 manat da vermişdir. Səfər maraqlanıb Könülün üzərində 21000-24000 manat ziyan olmasını, həmin ziyanın ödənilməsini həll edəcəyini, yuxarı instansiyalara şikayətlər yazmaq üçün öz vəkilini işə cəlb edəcəyini, bundan başqa yol xərcləri və görüşlər üçün pul isətəmişdir. Səfər ondan 30.000 manat, əlavə olaraq 10.000 manat Könülün Ali Məhkəmədə olan mülki işini həl etmək üçün lazım olduğunu demiş və ilkin olaraq 6000 manat istəmişdir. Samir 6000 manatı ona vermişdir. Bundan sonra Könül Səfərə vermək üçün ümumuilikdə 40.000 manat ona ödəmişdir. Könüllə ilk dəfə tanış olanda ondan qohumunun məhkumluğunun DİN-nin bazasından götürülməsinin mümkünlüyü ilə maraqlanmış və düzələn iş olsa həmin şəxs özünün onunla əlaqə yaradacağını bildirmişdir. O, da bu barədə Səfərə demişdir. Səfər bildirmişdir ki, bu asan işdir, həll edər. Könülə həmin məsələnin düzəlməsinin mümkün olmasını bildirəndən sonra Fətullanın oğlu zəng etmişdir. Onunla görüşmüş və məhkumluğun bazadan çıxarılması üçün 30.000 manat tələb olunduğunu söyləmişdir. Bundan sonra Fətulla ilə də telefonla danışmış və o pulu ödəyəcəyini vəd etmişdir. Könülə bu barədə bildirəndə o, biznes üçün verdiyi puldan istifadə etməyi tapşırmışdır. Həmin ərəfədə Könül Samirə göstərdiyi məbləğlər daxil olmaqla ona 135000 manat pul vermişdir. Fətullanın məhkumluğunu götürülməsindən ötrü həmin məbləğdən Səfərə 8500 manat vermişdir. Beləliklə Səfərə verdiyi pulun ümumi məbləği 48500 manat olmuşdur. Qalan pulun 32000 manatını metal məmulatları biznesinə, 40.000 manatı isə turizm işinə yatırmışdır. Fətullanın məhkumluğu barədə arayışı almaq üçün Asan xidmətə müracəit etməyi qərarlaşdırmışlar. Bunun üçün Fətullanın etibarnaməsi lazım olmuşdur. Fətulladan etibarnamə alıb «Asan» xidmətə müraciət etmiş və Fətullanın adına hazırda məhkum olmaması barədə arayış alınmışdır. O, Fətullanın oğlu ilə görüşüb arayışı ona vermişdir. Fətulla zəng edib bildirmişdir ki, ona Ədliyyə Nazirliyindən arayış lazımdır. Bu barədə Səfərə deyəndə, Səfər həmin arayışı DİN-nin verdiyini söyləmişdir. Bir neçə gündən sonra Səfər arayış gətirmiş, arayışın qeydiyyata düşmədiyini söyləyərək göstərib qaytarmağı tapşırmışdır. Samir Fətulla ilə Atatürk prospektində görüşmüş, arayışı ona göstərəndən sonra Fətullanın təklifi ilə evinə getmiş və evdə o Samirə 30.000 manat ödəmişdir. Həmin pulun 8500 manatını yəni əvvəl Səfərə ödədiyi pulu özünə götürmüşdür. Qalan pulu saxlamışdır ki, Səfər arayışı verəndə ona ödəsin. Səfər arayışı verənə qədər Fətulla zəng edib arayışın qeydiyyatda olmadığını, öyrənib məlumat verməyi tapşırmışdır. Samir Səfərə zəng etmiş, Səfər isə bildirmişdir ki, arayışı verən şəxs məzuniyyətdədir, məzuniyyətdən qayıdandan sonra qeydiyyata salacaqdır. Bir müddət sonra Fətulla zəng edib Könüldən verdiyi pulları tələb etmiş, Könül isə pulları ona verdiyini bildirmişdir. O, Könülə Fətullaya zəng edəcəyini bildirəndə, Könül bildirmişdir ki, onlardan biznes işi təşkil etmək niyyəti ilə 235000 manat almışdır. Sonradan ona demişlər ki, həmin məbləğ övladının və kürəkəninin işə düzəlməsi üçün saxlanılmışdır. Könül ondan kömək etməyini, yəni pulun onda olmasını etiraf etməsini xahiş etmişdir. O, Könüllə Fətullanın evinə getmiş, orada söhbət zamanı Könül onlara pulu ona verdiyini söyləmiş, O, da Könül xahiş etdiyinə görə etiraf etmişdir. Könül ondan 196000 manatın onda olması barədə qəbz yazmağı xahiş etmişdir. O, Könüldən səbəbini soruşanda sonuncu bildirmişdir ki, həmin ailə ilə qızının əri vasitəsi ilə tanış olmuşdur. Könülün qızının ailəsi dağılmaması üçün onlara da demişdir ki, Könül pulu ona vermişdir. O, yenə Könülə kömək etmiş və həmin qəbzi yazmışdır. Könülün evini satıb pulu qaytaracağına inandığı üçün qəbzi yazmışdır. Könül ona demişdir ki, ya verdiyi pulları qaytarmalıdır, ya pulların hamısının onda olmasını orda təsdiq etməlidir. Könül ona pulun qaytarılmasını ya da övladı və kürəkəninin işə düzəldilməsini tələb etmişdir. Səfər anasının Prezident Aparatında işlədiyini dediyinə görə ona işə düzəltmək üçün müraciət etmişdir. Səfər ona anasının İsraildə olmasını, qayıdandan sonra maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bu səbəbdən Fətulla və ailə üzvləri ilə görüşən zaman işi görən şəxsin xaricdə olmasını və sözü gedən məsələnin həmin şəxs qayıdandan sonra həll olunacağını söyləmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ilk dəfə xx.xx.2020-ci ildə onun Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən ofisində görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidenti yanında X3 maqistrutarasının tələbəsi olmasını, tələbə yoldaşlarının və onların validenylərinin yüksək vəzifə tutmalarını, onlarla yaxın münasibətdə olduğunu, həmin şəxslərin istənilən məsələni həll etməyə qadir olduqlarını bildirib eyni zamanda düz, təmiz, işgüzar adam kimi özünü qələmə verməklə onun etibarını qazanmışdır. Söhbət əsnasında o da özü barədə məlumat vermiş, oğlunun Tovuz rayonunda hərbi xidmətdə olduğunu bildirmişdir. Samir bir kəlmə ilə onun oğlunu Bakı şəhərindəki hərbi hissələrin birinə köçürtmək imkanı olması barədə məlumat vermişdir. O, isə əgər imkanın varsa təşkil etməyi söyləmiş və bundan sonra Samirin ofisini tərk etmişdir. Həmin gün saat 15-16 radələrində Samir zəng etmiş və tələbə yoldaşı Emin Quliyevlə onun oğlu barədə danışdığını, Emin Quliyevin öz növbəsində Müdafiə Nazirinin müavini ilə danışaraq onun oğlunu Bakı şəhərindəki hərbi hissələrin birinə köçürülməsinə razılıq almasını söyləmişdir. Samir həmçinin həmin adamla «Atçılıq» klubunda görüşməli olduğunu, işi görmək üçün onun cibinə ya paket qoymaq ya hədiyyə vermək lazım olduğunu bildirmişdir. Paket deyəndə Samir pul nəzərdə tutduğu üçün ona nəğd pulunun olmamasını, ancaq «BirKart»dan nəğdləşdirib verə biləcəyi barədə məlumat vermiş və pulu nəğdləşdirəndən sonra Azadlıq prospektində görüşməyi razılaşdırmışlar. O, metronun «Azadlıq» stansiyası yaxınlığında yerləşən «Kapital Bank»ın bankomatından 1000 manat nəğdləşdirib və saat 17-də metronun çıxışında Samirlə görüşüb pulu ona vermişdir. Səhəri, yəni xx.xx.2020-ci ildə Samir mobil telefonuna zəng edərək oğlunun məsələsini tam həll olunduğunu və avqust ayının sonunadək onun Bakı şəhərindəki hərbi hissələrin birinə köçürüləcəyini söyləmişdir. Onun dediyi vaxt çatsa da, oğlu Bakı şəhərinə hərbi hissəyə köçürülməmişdir. Bununla əlaqədar o, Samirdən verdiyi 1000 manatı tələb etməyə başlamışdır. Samir pulu qaytarmaq əvəzinə oğlunun köçürülməsinin sentyabr ayında həll olunacağını vəd etmişdir. 2020-ci ilin sentyabr ayının 27-də «Vətən» müharibəsinin başlamasını Samir işin həll olunmamasının səbəbi olduğunu, müharibə qurtardıqdan sonra həll olunacağını bildirmişdir. O isə artıq lazım olmadığını və pulu qaytarılmasını tələb etmişdir. Samir isə hər dəfə aldığı pulu və onun banka ödədiyi faizləri qaytaracağını vəd etsə də, pulu qaytarmırdı. 2020-ci ilin noyabr ayının 15-dən sonra Samir növbəti dəfə zəng edib, oğlunun məsələsinin xx.xx.2021-ci ildə həll olunacağı barədə məlumat verib, lakin həmin məsələnin həll üçün əlavə 7000 manat verməli olduğunu söyləmişdir. O, yenə ona pulunun olmamasını, oğlunu köçürmək istəməməsini bildirib verdiyi pulu qaytarmağı tələb etmişdir. Samir isə məsələnin həll olunduğunu, onun imtina etməsi işin həllini pozacağını, dostunun yanında pis vəziyyətdə qalmasını söyləyib əlavə 3000 manat tapmağı, qalan 4000 manatın təşkil olunmasında ona kömək edəcəyini demişdir. O, məcburiyyət qarşısında qalıb 3000 manat borc almış və Samirə zəng edib bu barədə bildirmişdir. Samir hazırda Qəbələ rayonunda olmasını Seymur adlı dostunun gəlib pulu ondan götürəcəyini söyləmişdir. Bir az sonra Seymur adlı şəxs ona zəng etmiş, Samirin dostu olmasını söyləmişdir. O, Seymurla xx.xx.2021-ci ildə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində «Araz» marketin qarşısında görüşmüş və 3000 manatı Seymura vermişdir.Seymur Samirə zəng etmiş və 3000 manat Emin Quliyevə vermək üçün götürdüyünü təsdiq etmişdir. Seymur telefonu ona ötürəndə X23 danışdığını, onun pulu gözlədiyini, Qəbələdən qayıdandan sonra 4000 manatı də həll edəcəyini demiş, Emin Quliyevin yanvar ayının sonuna kimi məsələnin həll olunmasına söz verdiyini bildirmişdir. 2021-ci ilin yanvar ayının 17-də Samir növbəti zəngində 4000 manatı təcili verməyi tələb etmişdir. O, Samirə pulunun olmamasını, ancaq kredit götürməklə verə biləcəyini bildirəndə, Samir kredit götürməyi tövsiyyə etmiş, faiz borclarının özünün ödəyəcəyini vəd etmişdir xx.xx.2021-ci ildə o, oğlu ilə «Bank of Bakı»-ya getmiş və oğlunun adına kredit rəsmiləşdirmişlər. Bundan sonra Samirlə Rəsulzadə qəsəbəsində «SPAR» mağazasının yanındakı parkda görüşmüş və 4000 manatı ona vermişdir. Samir iş həll olunmadığı halda aldığı cəmi 8000 manatı və banka ödədiyi faizləri qaytaracağını vəd etmişdir. Onun dediyi müddət tamam olsa da, Samir oğlunu Bakı şəhərindəki hərbi hissəyə köçürdə bilməmiş, o, hər dəfə pulu tələb edəndə o, Emin Quliyevin pulu qaytarmadığını söyləmişdir. Samir hesabına 300.000 manat köçürüləcəyini, həmin puldan pulunu qaytaracığını söyləmiş, hətta inandırmaq üçün 60.000 manata ödəniş tapşırığının surətini də «Vhatsapp» proqramı vasitəsi ilə göndərmişdir. O izah etmişdir ki, metal məmulatları biznesi ilə məşğuldur, 2000 manat rüsum ödəmək lazımdır ki, 60.000 manat hesabna köçürülsün. O, verdiyi pulun geri qaytarılmasını təmin etmək üçün ona 2000 manatı 02. 06.2021-ci ildə yaşadığı evdə Samirə vermişdir. Samir 2 gündən sonra 2000 manatı, bir həftədən sonra isə ona verdiyi pulları və banka ödədiyi faizləri qaytaracağına söz vermiş, onu inandırmışdır. Buna baxmayaraq Samir onu aldatmış nə verdiyi 10000 manatı, nə də banka ödədiyi faizləri qaytarmamışdır. Mütəmadi olaraq pulunu tələb etməyə başlamış, Samir isə hər dəfə yalan vəd versə də, pulu qaytarmamışdır. xx.xx.2021-ci ildə Samir zəng edərək Seymurla birlikdə görüşmək istədiyini söyləmişdir. Həmin gün saat 12:30 radələrində metronun «İçərişəhər» stansiyası yaxınlığında onunla görüşmüşdür. Samir və Seymur pulları qaytarmaq üçün vaxt istəmişdilər. Onlar 2000 manatı avqust ayının 5-də, sentyabr ayının 17-də isə bütün pulları qaytaracaqlarına söz vermişdilər. Bir müddət sonra Samir pul əvəzinə ona Məhəmmədli qəsəbəsində 3 sot torpaq sahəsi verilməsini, həmin torpaq sahəsini öz adına sənədləşdirib sataraq pulunu qaytaracağına soz vermişdir. Bundan sonra onun ya zənglərinə cavab verməmiş, ya SMS yazaraq zəng edəcəyi barədə məlumat verib onu aldatmağa başlamışdır. Allahverdi də şikayət ərizəsi ilə müraciət etmişdir. O pulu vəzifəli şəxsə rüşvət verəcəyini deməmişdir. Araşdırma ərəfəsində qardaşı 4000 manatı qaytarmışdır. Ərizəsində banka ödədiyi faizləri də nəzərə alaraq dəymiş ziyanı 14000 manat göstərmişdir. Bununla bağlıməhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs Qəbələ rayonunda olarkən dostu Samirin xahişi ilə Zərərçəkmiş şəxs1la görüşüb ondan 3000 manat almış və Təqsirləndirilən şəxs Qəbələ rayonundan qayıtdıqdan sonra onun evinə gəlib pulu tam olaraq almış, təxminən bir neçə aydan sonra Samirin xahişi ilə onunla birlikdə Zərərçəkmiş şəxs1la görüşüb Samir üçün pulu qaytarmasına vaxt istəmiş və Zərərçəkmiş şəxs1 razı olmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 08 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifdəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 08 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 ifdəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan 18 noyabr 2021-ci il tarixli “sms mətnlərinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi SMS-lərin mətnində, o, pulun qaytarılmasını tələb etmiş və Təqsirləndirilən şəxs hər dəfə pulu kimdənsə alıb qaytaracağını vəd edərək müxtəlif bəhanələr gətirmişdir. Bundan başqa, sms məntlərindən görünür ki, təqdim olunmuş «Rabitəbank»a məxsus 235 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından "xxxx" MMC-dən "xxxx" MMC-nə 60.000 manat köçürəlməsi məlum olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2020-ci ilin noyabr ayında oğlu Mirasəfin dostu Mehdi ona qaynanası Şahid6 yaxşı imkanları olmasını və Mirasəfin işə düzəldilməsində kömək edə biləcəyi barədə məlumat vermişdir. Mirasəf bu baradə evdə ona bildirmiş və o, maraqlanmaq üçün Şahid6 zəng etmişdir. Şahid6 ilə tanış olduqdan sonra Şahid6 onu işlədiyi «Milan» hospitalına söhbət etmək üçün dəvət etmişdir. Bundan sonra Könülüm iş yerinə getmiş və Mehdinin Mirasəfi işə düzəltmək üçün Könülün imkanlarının olması barədə məlumat alıb bununla əlaqədar gəldiyini söyləmişdir. Könül Rəfiqənin oğlunun təhsili barədə məlumat istəmiş və əlaqə saxlayıb məlumat verəcəyini söyləmişdir. Bir müddət keçmiş Könül zəng etmiş Mirasəfi X4 hüquqşünas vəzifəsinə düzəltmək üçün 20.000 manat istəmişdir. O, razılaşmış və evdən 20.000 manat götürərək Könülün iş yerində «Milan» hospitalında ona vermişdir. Pulu verib qayıdanda Könül təkrar zəng vuraraq pulu az gətirdiyini əlavə 5000 manat gətirməli olduğunu söyləmişdir. O, 5000 manatı aparanda Könül ona oğlunu başqa yerlərə də MTX və DİN-nə də düzəldə bilmək imkanı olmasını, lakin həmin yerlərinin qiymətlərinin baha olmasını söyləmişdir. O, qiyməti soruşanda Könül danışıb məlumat verəcəyini söyləmişdir. Bundan sonra zəng etmiş və iş yerinə dəvət edib orada DİN-də təhqiqatçı vəzifəsinə görə 100.000 manat tələb olunduğunu söyləmişdir. O, evdə məsləhətləşmiş və pulu verməyə razılıq almış, lakin həmin məbləğ olmadığına görə adına olan evi 205000 manata satıb ilk olaraq 25000 manat ödədiyi üçün oğlunun işinə görə əlavə 75000 manat vermişdir. Könülə inandığı üçün kirəkəninin də işə düzəlməsini ondan xahiş etmişdir. Kürəkəninin məsələsinə görə Könülün yanına gedəndə orada Könül onu Samir adlı şəxslə tanış etmiş və kürəkəninin işini Samirə bildirmişdir. Samir kürəkənini Nizami və ya Xətai rayonlarına rabitə qovşağına rəis vəzifəsinə təyin etmək üçün 150.000 manat tələb etmişdir. İlkin olaraq 100.000 manata ödəməyə, işləyib pul qazanandan sonra 50.000 manat da verməyə razılaşmışlar. Həmin ərəfədə Şahid6 kiməsə hörmət etmək üçün əlavə 5000 manat istəmiş, o, həmin məbləği də ona vermişdir. Şahid6 ilk olaraq 20.000 manatı, 2020-ci ilin noyabr ayının 15-16 tarixində onun işlədiyi Nərimanov rayonu ərazisindəki «Milan» hospitalında vermişdir. 5000 manat bir gün sona həmin yerdə ödəmişdir. Oğlunu DİNnə təhqiqatçı vəzifəsinə düzəlməsi üçün qalan 75000 manatı 2021-ci ilin mart ayının 15-16 tarixində yenə «Milan» hospitalında vermişdir. Şirinlik üçün istədiyi 5000 manatı 2021-ci ilin mart ayıının 27-28-də «Milan» hospitalında ödəmişdir. Kürəkənini Nizami və ya Xətai rabitə qovşağına rəis vəzifəsinə düzəltmək üçün verilən 100.000 manatın 50.000 manatını 2021-ci ilin aprel ayının 25-də Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısında F. Xanxoyski küçəsində, 2-ci 50.000 manatı isə 2021-ci ilin may ayının 5-6-da 1 saylı Asan xidmətin qarşısında vermişdir. Oğlunun işə düzəlməsi məsələsi həllini tapmayanda Şahid6 bunu Rəfiqənin əri Fətullanın məhkumluğu ilə izah etmiş və məhkumluğun DİN-nin bazasından 30.000 manata sildirməyin mümkün olmasını demişdir. Könüllə razılaşandan sonra o tanışı Samiri onların evinə göndərmişdir. Samirə 30.000 manatı əri Fətulla vermişdir. Beləliklə, Könül onu aldatmış və 235000 manatı ələ keçirmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 30 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifdəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 oğlu Mirasəflə birlikdə hərbi xidmətdə olmuşdur. 2020-ci ilin noyabr-dekabr ayında Mirasəf ona işə düzəlmək üçün tanış tapmağı bildirəndə, o, belə tanışının olmaması, lakin qaynanası Könülə deyə biləcəyini söyləmişdir. Mirasəfin xahişi barədə evdə arvadına deyəndə, o, anası Könülün telefon nömrəsini onların özlərinin danışıb razılaşmaları üçün Mirasəfə verməsini təklif etmişdir. O, Şahid6 telefon nömrəsini Mirasəfə vermiş, bundan sonra onların işinə qatışmamışdır. Bir müddət keçmiş Mirasəf ona Şahid6 işə görə 235000 manat almasını, lakin heç bir iş düzəltməməsini bildirmişdir. O, qaynanası Şahid6 ilə Mirasəfgilə getmişdir. Şahid6 tanışı Samir adlı şəxs də orada olmuşdur. Şahid6 pulları Samirə verməsini, onun isə başqa şəxsə verməsini bildirsə də, həmin şəxs barədə heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismimdə dindirilən Şahid2 göstərmişdir ki, oğlu Mirasəf Seyidzadə Bakı Dövlət Universitetinin hüquq fakultəsini qurtarsa da iş tapmamışdır. O, məhkumluğunun olmasını oğlunun iş tapmasına maneə olduğundan, özünü günahkar saymışdır. 2020-ci ilin noyabr ayında arvadı Rəfiqə ovladları Mirasəfin dostunun qaynanasının əlaqələri olması və onu işə düzəldə biləcəyi barədə məlumat vermişdir.Həmin Könül adlı qadının həkim işlədiyini bildirmişdir. O, əvvəl razı olmasa da, Rəfiqə inadkarlıq göstərib onu razı salmış və Könüllə danışığa getmişdir. X15 Qida Agentliyinə hüquqşünas vəzifəsinə işə düzəltmək üçün 20.000 manat istədiyi barədə məlumat vermişdir. Evdə fikirləşib pulu vermək qərarına gəlmişlər. Rəfiqə evdə olan 20.000 manatı götürüb yenidən Könülün iş yerinə getmiş və qayıdanda pulu verdiyini söyləmişdir. Səhərisi gün Könül Rəfiqəyə zəng vurub məbləğdə səhv etdiyini, oğulunun işə düzəldilməsi üçün 20.000 manat yox, 25000 manat tələb olunduğunu bildirmişdir. Rəfiqə evdən əlavə olaraq 5000 manat götürüb aparıb Könülə vermişdir. Oğlunun işə düzəlməsi 2021-ci ilin yanvar ayına qədər uzanmışdır. Könül işin düzəlməməsini «COVİD-19» pandemiyası ilə izah etmişdir. Rəfiqə Könüldən işin nə yerdə olması ilə maraqlananda o bildirmişdir ki, Mirasəfi DİN-nə təhqiqatçı vəzifəsinə düzəltmək istəyir, həmin işə görə 100.000 manat lazımdır. Rəfiqə bu barədə ona söyləmişdir. O, oğlunun işə düzəlməsini istədiyindən razılaşmışdır. Rəfiqə əvvəl 25000 manat verdiyi üçün evdən əlavə 75000 manat da aparıb Könülə vermişdir. Könul gözləməyi tapşırmışdır. Könül Rəfiqəyə demişdir ki, X16 İdarəsinin rəisinin gəlinidir. Mikayıl Cabbarovla, Əli Nağıyevlə yaxın münasibətləri var, tez-tez bağda məclislərdə bir yerdə olurlar. O Rəfiqəni və Fətullanı inandırmağa nail olmuşdur. Həmin ərəfədə qızının əri Şahid3 da vəzifəyə təyin etdirmək istəmişlər. Rəşad həmin vaxt «AzConnect» şirkətində işləmişdir. Rəfiqə onun barəsində Könülə deyəndə, X27 və ya Xətai telefon qovşağına rəis vəzifəsinə təyin etdirmək üçün 100.000 manat istəmişdir. Rəfiqə və o bununla da razılaşmış və Rəfiqə evdən əvvəl 50.000 manat götürüb X5rşısında Könülə vermişdir. Bir neçə gün sonra isə əlavə 50000 manatı 1 saylı Asan xidmətin yanında ödəmişdir. Bir müddət keçəndən sonra Rəfiqə işlərin nəticəsi ilə maraqlananda Könül onun məhkumluğu olduğu üçün işlərin ləngiməsini və məhkumluq barədə məlumatların DİN-nin bazasından çıxarmaq lazım olduğunu və bunun üçün 30.000 manat tələb edildiyini bildirmişdir. O, başa düşmüşdür ki məhkumluğu oğlunun DİN-nə işə qəbulunda təsirini göstərir. Bu səbəbdən məhkumluq barədə məlumatların DİN-nin bazasından çıxarılması üçün 30.000 manat ödənilməsinə razılıq vermişdir. Könül etibarlı adamının gəlib pulu götürəcəyi barədə məlumat vermişdir. Bundan sonra Samir adlı şəxs onun mobil telefonuna zəng etmiş, Könülün onu göndərməsini, işləri bir yerdə gördüklərini, məhkumluğun olmaması barədə arayışın artıq onda olmasını, bu gün pulu çatdırmalı olduğunu bildirmişdir. O, Samirlə Atatürk parkında görüşməyi razılaşdırmışdır. Parkda kafelərin birində çay içmiş, Samir sənədi, yəni məhkumluğun olmaması barədə arayışı ona göstərmiş, lakin sənəd qeydiyyatdan keçmədiyindən ona verə bilməyəcəyini bildirib pulu istəmişdir. O, Samirə pulun evdə olmasını demiş və bir yerdə evə getmişlər. Samirin gətirdiyi sənədin isə fotoşəklini çəkib telefonun yaddaşında saxlamışdır. Bir müddət keçəndən sonra Rəfiqə Könüldən oğlanlarının və kürəkənlərinin işə düzəlməsi məsələsi ilə maraqlananda Könül müxtəlif bəhanələr gətirməyə başlamışdır. Aldadıqlarını başa düşəndən sonra Rəfiqədən Könülü məsələyə aydınlıq gətirməsi üçün evə dəvət etməsini tələb etmişdir. Həmin vaxt Könül Samirlə onlara gəlmişdir. O, onlardan oğlu və kürəkəninin işinin nə vaxt düzələcəyini soruşmüş və düzmədiyi halda pulun qaytarılmasını tələb etmişdir. Könül və Samir bildirmişlər ki, pulu elə adama vermişlər ki, ondan ala bilməzlər, gözləyin işi düzəldəcəklər. Çox adamın işini düzəltdiklərini, pulun Samirdə olmasını, məsələni onun həll etməsini, düzəlmədiyi halda pulun qaytarılmasını söyləmişlər. Onlar da inanmışlar. Həmin vaxt o, ilk dəfə Könülü görmüşdür. Könül pulları rüşvət verməsini söyləməmişdir. Birinci 20.000 manatı arvadı Rəfiqə Könülə 2020-ci ilin noyabr ayının 15-16 tarixində onun işlədiyi Nərimanov rayonu ərazisindəki «Milan» hospitalında vermişdir. 5000 manat bir gün sona həmin yerdə ödəmişdir. 75000 manatı 2021-ci ilin mart ayının 15-16 tarixində yenə «Milan» hospitalında vermişdir. Kürəkəni üçün verilən 100.000 manatın 50.000 manatını 2021-ci ilin aprel ayının 25-də X10rşısında F. Xan Xoyski küçəsində, 2-ci 50.000 manat isə 2021-ci ilin may ayının 5-6-da 1 saylı Asan xidmətin qarşısında vermişdir. 30.000 manatı o, Samirə yaşadığı mənzildə may ayının 9-10-da özü vermişdir. Oğlunun işi ilə əlaqədar Könul Rəfiqədən kiməsə şirinlik vermək üçün əlavə 5000 manat da istəmişdir. Həmin məbləği Rəfiqə Könülə 2021-ciilin mart ayının sonlarında 27-28-də onun iş yerində vermişdir. Verilən pullardan hissə-hissə Könül onlara 9000 manat qaytaprmışdır. Cinayət işinin materiallarında olan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 30 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 ifdəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşıdeyərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilən X19 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qaynanasıdır. Özü "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir. 2020-ci ildə o, arvadı, eləcə də ailə üzvləri onun telefon qovşaqlarının birinə rəis vəzifəsinə keçirilməsini qərara almışlar. Həmin ərəfədə qaynı Mirasəf də işsiz olmuşdur. O Bakı Dövlət Universitetinin hüquq fakultəsini qurtarmışdır. Mİrasəfin dostu Mehdi ona qaynanasının işə düzəltmək üçün imkanları olması barədə məlumat vermişdir. Bununla əlaqədar qaynanası Rəfiqə Mehdinin qaynanası Şahid6 işlədiyi «Milan» hospitalına bu barədə danışmağa getmişdir. Ona məlum olmuşdur ki, Könül adlı «Milan» hospitalında işələyən qadın Mİrasəfi X7 hüquqşünas vəzffəsinə 20.000 manat müqabilində düzəltməyə söz vermişdir. Qaynanası həmin məbləği Könülə versə də, Könül əlavə 5000 manat da istəmişdir. Rəfiqə həmin məbləği də ona ödəmişdir. Bir müddət keçəndən sonra Rəfiqə bildirmişdir ki, Könül Mirasəfi DİN-nə təhqiqatçı vzifəsinə düzəldəcəyini vəd etmiş və buna görə əlavə 75000 manat istəmişdir. Qaynanası, qaynatası, ailə üzvləri onu da Bakı şəhəri üzrə rabitə qovşaqlarının birinə rəis vəzifəsinə Könülün vasitəsi ilə təyin etdirmək qərarına gəlmişlər. Belə ki, Könül qaynanasına yuxarı vəzifədə işləyənlərlə əlaqələrinin olmasını və istənilən şəxsi işə düzəltmək imkanı olmasını bildirmişdir. Qaynanası Rəfiqə onun işi barədə Könüllə söhbət etmiş və Könül onu Nizami və ya Xətai rayon telefon qovşağına rəis vəzifəsinə təyin etmək üçün 100.000 manat istəmişdir. Onlar razılaşmış və Rəfiqə həmin pulu iki dəfəyə hər dəfə 50.000 manat olmaqla X1rşısında və 1 saylı Asan Xidmətin qarşısında vermişdir. Pulun verilməsində o da iştirak etmiş, qaynanası Rəfiqə ilə getmişdir. Könül pulu almağa «Ford» markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Könül avtomobildən düşüb pulları götürmüş və getmişdir. Bundan əvvəl Könül Mirasəfin işinə görə kiməsə şirinlik vermək üçün əlavə 5000 manat istəmiş və almışdır. Bundan sonra 30000 manat qaynatasının məhkumluğunun DİN-nin bazasından silinməsi üçün istəmişdir. Həmin məbləği Könülün etibarlı adamı sayılan Samir gəlib evdən qaynatasından götürmüşdür. Bir müddət keçəndən sonra işin ləngiməsini görüb qaynatası Könülü məsələyə aydınlaq gətirmək üçün qaynanası Rəfiqə vasitəsi ilə dəvət etmişdir. Könül Samirlə gəlmişdir. Söhbət zamanı Könül və Samir pulu aldıqlarını etiraf etmişlər. Samir bildirmişdir ki, pul ondadır, işi o görür, alınmasa artıqlaması ilə pulu qaytaracaqdır. Könül isə alınmadığı halda 5 mərtəbəli villasını satıb pulu qaytaracağını vəd etmişdir. Həmin görüşü qaynatası telefonun kamerası ilə çəkmişdir. Bundan sonra Könül özü, qızı və kürəkəni ilə yenə gəlmiş və yenə müxtəlif bəhanələr gətirmişdir. Nəhayət qaynanası aldadılmağını başa düşmüş və şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 3 ilə yaxındır sərnişin daşıma fəaliyyəti ilə məşğul olur, əvvəllər «Toyota» markalı avtomobili olmuşdur. Samiri müştəri kimi apararkən tanımışdır. Samir onun ləhcəsindən Bakı kəndlərindən olduğunu bilmiş ondan bağ sahəsi tapmağı xahiş etmişdir. O, Bilgəh qəsəbəsində soraqlaşıb məlumat verəcəyini söyləmişdir. Onun üçün satılan bir neçə bağ sahəsi ilə maraqlanmışdır. Samir 2020-ci ilin noyabr-dekabr aylarında bir nəfər şəxsin bağına nişanlısı ilə baxmış və almaq istədiyini söyləmişdir. Bağı almaq üçün 4500 manat beh vermək lazım olmuşdur. Samir ondan onun əvəzinə beh verməyi xahiş etmiş və qaytaracağını vəd etmişdir. O, Samirin xahişi ilə bağ satana 4500 manat beh vermişdir. Bağı Samirə həmkəndlisi Əli ilə göstərmişlər. Bilgəhdən qayıdarkən Samirin qaynanası ona zəng etmişdir. Onunla danışandan sonra Samir ona və Əliyə qaynanasının işinin məhkəmədə olmasını, baxışı təxirə salmaq lazım olduğunu demiş, ondan və Əlidən məhkəmə sistemində tanış olub olmadığını soruşmuşdur. Əli torpaq sahəsinə sənəd almaq üçün məhkəməyə müraciət etdiyini, bu işdə ona Səfər adlı şəxsin köməklik etdiyini söyləyəndə Samir Əlidən onu həmin şəxslə tanış etməsini xahiş etmişdir. Bundan iki gün sonra Samir onu DİN-nin hospitalının arxa tərəfinə aparmağı xahiş etmiş və yolda Əli də avtomobilə oturmuşdur. X28 görüşmüşdür. Samir ondan qayınanasının məhkəməsinin təxirə salınması üçün kömək istəmiş, işə Lənkəran məhkəməsində baxılmasını demişdir. Səfər razılıq vermişdir. Dəqiq xatırlamadığı həmin gün, ya iki gün sonra onun avtomobilində Samir Səfərə 1000 manat vermişdir. Bundan başqa o, Samiri dəfələrlə Səfərlə görüşmək üçün Bakı şəhərinin müxtəlif yerlərinə aparmış və Samir dəfələrlə onun yanında Səfərə pul vermişdir. Hansı məbləğdə verməyini bilməmişdir. Samir məlumat vermişdir ki, 46000 manat ödəmişdir. Bir dəfə də Samirin tapşırığı ilə o, Səfərin göndərdiyi şəxsə Atatürk prospektində təxminən 1000-15000 manat vermişdir. Səfər Əlinin tanışı olmuşdur. Səfər işi görmədiyindən və Samirdən gizləndiyindən Samir onu axtarmağa başlamışdır. O, təsadüfən Səfəri avtomobilində görmüş, Əli və Samirin onu axtardıqlarını demişdir. Səfər Samirin borcunu qaytarmadığı üçün ondan şikayət etdiyini söyləmişdir. Bundan başqa Samiri təxminən 3-4 dəfə Lənkəran məhkəməsinə də aparmışdır. O hər dəfə qayınanasının məhkəməsi olanda Lənkərana getmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, Vüqarı həmkəndlisi, Bilgəh sakini kimi tanıyır. Samiri də Vüqara görə tanımışdır. İlk dəfə Samiri Vüqarla birlikdə Bilgəh qəsəbəsində torpaq sahəsinə baxmağa gedəndə görmüşdür. O bağ sahəsi almaq istəyirdi. Bigəh qəsəbəsində Samir bir bağ evinə baxmış və geri qayıdanda Samirin telefonuna zəng gəlmişdir. O danışandan sonra müraciət edərək məhkəmə sistemində tanışları olub-olmaması ilə maraqlanmışdır. O, Samirə tanışının olmamasını, ancaq özünün torpaq sahəsi məsələsi olduğunu, məhkəmədə bir nəfərin işin həllini boynuna götürməsini, həmin şəxslə təsadüfən tanış olmasını, məsələni həll edib-etməyəcəyini deyə bilməyəcəyini söyləmişdir. Samir onları tanış etməyi xahiş etmişdir. Bir neçə gündən sonra onları Nərimanov rayon ərazisində dəqiq xatırlamadığı yerdə tanış etmişdir. Samirə bir daha onları tanış etsə də işin nəticəsi və söhbətlərin ona heç bir aidiyyəti olmayacağını demişdir. Onları tanış etdikdən sonra çıxıb getmişdir. Samir qayınanasının məsələsi ilə əlaqədar məhkəmədə tanış axtarmışdır.Samiri tanış etdiyi şəxsin adı Səfər olmuşdur. Səfərlə o özü təsadüfən Ali Məhkəmənin yaxınlığında tanış olmuşdur. Səfər onu özünü Ali Məhkəmənin sədrinin sürücüsü kimi təqdim etmiş və bildirmişdir ki, məhkəmə sistemində istənilən məsələni həll edə bilər. O, həmin ərəfədə topaq sahəsinə çıxarış verilməsi məsələsini həll etmək istəmişdir. Səfər söz versə də məsələni həll etməmişdir. Onları tanış etdikdən sonra uzun müddət nə Samiri, nədəki Vüqarı görməmişdir. Sonradan Vüqar və Samirdən eşitmişdir ki, Səfər Samirdən 40000 manatdan artıq pul almışdır. Ona məlum idi ki, Samir qayınanasının işini məhkəmədə həll etmək istəyir. Hətta onları tanış edəndə Samir qayınanasının işinin məhkəmədə, hansısa rayonda Ağır cinayətlər məhkəməsində olmasını bildirmişdir. Səfər isə araşdırıb məlumat verəcəyini vəd etmişdir. Bundan sonra heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, Rəfiqə Zeynalovanı kürəkəni Mehdi vasitəsi ilə tanımışdır. X6 dost olmuşlar. Zərərçəkmiş şəxs2 ilə ilk dəfə işlədiyi «Milan» hospitalında görüşmüşdür. Rəfiqə oğlu Mirasəfi işə düzəlməsini xahiş etmişdir. Bu barədə Samirə bildirəndə Samir onun X4 hüquqşünas vəzifəsinə düzəltmək üçün 20.000 manat istəmişdir. Rəfiqəyə məlumat verəndə o razılaşmış və 20.000 manatı «Milan» hospitalında ona vermişdir. Zərərçəkmiş şəxs2 getdikdən sonra o, Samirlə əlaqə yaratmış və pulu ona vermək üçün iş yerinə dəvət etmişdir. Samir pulu götürüb getmiş və bir müddət sonra zəng edib əlavə 5000 manat da tələb olunmasını söyləmişdir. O, Rəfiqəyə bu barədə söyləmiş və Rəfiqə 5000 manatı da gətirmiş, o, həmin məbləği də «Milan» klinikasında Samirə ötürmüşdür. 2021-ci ilin yanvar ayında Samir ona Rəfiqənin oğlunu 100.000 manat müqabilində DİN-də təhqiqatçı vəzifəsinə təyin etdirə biləcəyini demişdir. O, Samirin təklifini Rəfiqəyə çatdıranda, Rəfiqə razılaşmış və əlavə olaraq 75000 manatı «Milan» klinikasında ona vermiş, o, isə Samiri çağırtdırıb ona ödəmişdir. 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 təkrar müraciət edərək bu dəfə kürəkəni Şahid3un Rabitə Nazirliyində işlədiyini və vəzifəyə təyin etdirilməsini xahiş etmişdir. Bununla əlaqədar o, Samiri iş yerində Zərərçəkmiş şəxs2 ilə görüşdürmüşdür. Söhbət zamanı Samir Rəfiqəyə kürəkəninin Nizami və ya Xətai rabitə qovşağına 150.000 manata rəis təyin etdirə biləcəyini bildirmişdir. Rəfiqə ilk olaraq 100.000 manat, təyin olunandan sonra 50.000 manat verməyə razılaşmışdır. Rəfiqə kürəkəninin işi üçün ödəniləcək 100.000 manatın 50.000 manatını 2021-ci ilin mart ayında 1 saylı Asan xidmətin qarşısında, 50.000 manatı isə bir neçə gün sonra Bədən Tərbiyəsi və İdman Akademiyası qarşısında ona vermiş və o, öz növbəsində həmin ünvanlarda pulları Samirə çatdırmışdır. Bundan sonrakı proseslərdən məlumatı olmamış, lakin sonradan bilmişdir ki, Samir Rəfiqəgilə getmiş və onun əri Fətullanın məhkumluğunun silinməsi üçün əlavə olaaq 30.000 manat almışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 ilə Şahid6 arasında keçirilmiş 01 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifdəsində göstərdiyi xüsusatları Şahid6 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş 29 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 ifdəsində göstərdiyi xüsusatları, yəni Zərərçəkmiş şəxs2 ona verdiyi 196000 manat pulu Təqsirləndirilən şəxs verməsini sonuncunun üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 14 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, o, biznes məqsədi ilə Şahid6 hiss-hissə ümumilikdə 196.000 manat və Şahid2 isə 30.000 manat götürməsini təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Şahid2 DİN-dən verilmiş məhkumluq barədə arayışın fotoşəklini istintaqa təqdim etmiş və həmin fotoşəkillə əlaqədar DİN-nin BƏSİİ-nə sorğu edilərək, həmin məzmunda, nömrədə və tarixdə arayışın DİN tərəfindən verilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 06 iyul 2022-ci il tarixli “Sənədə,videogörüntülərə baxış keçirmək və audio yazıların səsləndirilməsi” barədə protokoldan görünür ki, Şahid2 tərəfindən Şahid6 və Təqsirləndirilən şəxslə evində görüş zamanı telefonu vasitəsi ilə yazdığı fləşkartda olan audio yazılara və videogörüntələrə onun iştirakı ilə baxış keçirilmişdir. Baxışla müəyyən olmuşdur ki, Şahid6 və Təqsirləndirilən şəxs 235000 manatı hər hansı biznes fəaliyyəti ilə məşğul olması üçün deyil, Şahid2 oğlu və kürəkəninin işə düzəldilməsi, özünün məhkumluğunun DİN-nin bazasından silinməsi üçün almış, Şahid6 və Təqsirləndirilən şəxs işi vəzifəli şəxslə həll etdiklərini, həmin şəxsin hazırda qohumunun xəstəliyi ilə əlaqədar Bakı şəhərində olmadığını, qayıdandan sonra onunla görüşüb məsələni həll edəcəyini bildirmişlər. Audio yazılardan məlum olmuşdur ki, Şahid6 pulları Təqsirləndirilən şəxs verilməsini bildirmiş, məsələ həll olunmadığı halda evini sənədləşdirib sataraq onların pulunu qaytaracağını vəd etmişdir. Məhkəmə baxışı və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində Könül Abasovanın ona verdiyi pulu kimdən almasını bilməməsi, Seyidovlar ailəsindən cəmi 30.000 manat alıb öz ehtiyaclarına sərf etməsi, Şahid6 ilə qabaqcadan əlbir olub Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirməməsi, məhkumluğun olmaması barədə arayışın və bank sənədinin saxta olmasını bilməməsi barədə gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı toplanmış sübutlarla - dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də iş materiallarında olan digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 aldadaraq əlaqəsi olduğu vəzifəli şəxslər vasitəsi ilə pul müqabilində onun oğlunu xidmət etdiyi Tovuz rayonunda yerləşən hərbi hissədən Bakı şəhərindəki hərbi hissələrdən birinə köçürmək imkanı olması barədə yalan məlumat vermiş, həmçinin saxta bank sənədindən istifadə edərək sonuncunu inandırmış və etibarından suiistifadə edərək Zərərçəkmiş şəxs1 10.000 manatını ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Şahid6 ilə qabaqcadan əlbir olub tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 aldadaraq vəzifəli şəxslər arasında olan yaxın tanışları vasitəsi ilə onun oğlu və kürəkənini işə düzəldə biləcəyini vədd vermiş, həmçinin saxta arayışdan istifadə edərək sonuncunu inandırmış və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs2 və həyat yoldaşı Şahid2 ayrı-ayrı vaxtlarda cəmi 235.500 manat pulu ələ keçirib külli miqdarda ziyan vuraraq dələduzluq etmişlər. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əmələrini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin mateillarına əlavə edilmiş 13 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs1 barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan X25 tərəfindən tam şəkildə ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı şikayət , iddia və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə uyğun olaraq himayəsində bir azyaşlı uşağının olmasını və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hall müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2 maddələrinin sanksiyasında nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (maddə 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (maddə 181.1). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (maddə 187.1). Cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın, yəni ödənilməmiş qalan 226.000 manatın yarısı olan 113.000 ( yüz on üç min ) manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi xahiş edilmişdir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs Şahid6 ilə qabaqcadan əlbir olub tamah niyyətiilə törətdiyi cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs2 235.500 manat məbləğində maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Şahid6 tərəfindən vurulmuş ziyandan 9000 manat məbləğində pul ona qaytarılmışdır. Odur ki, məhkəmə qeyd edilən mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsi təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 113.000 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş 1 ədəd audio və vidogörüntüləri özündə əks etdirən fləşkart, whatsapp yazışmalarını özündə əks etdirən DVD disk, məhkumluq barədə arayış və ödəniş tapşırığı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2 -ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 320.2-ci maddələri ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia ərizəsi təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanla bağlı 113.000 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş 1 ədəd audio və vidogörüntüləri özündə əks etdirən fləşkart, whatsapp yazışmalarını özündə əks etdirən DVD disk, məhkumluq barədə arayış və ödəniş tapşırığı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar