Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-251/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Dövlət ittihamçısı Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1957-ci ildə Naxçıvan MR, Şərur rayonunun Diyadin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, işsiz, Şərur şəhəri, Nizami küçəsi ev 13 mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onu Gəncə şəhərində musiqi kollecinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 01 iyul 2021ci ildə "xxxx" ASC-nin Gəncə filialından 10.000 manat, 02 iyul 2021-ci il tarixdə 8.000 manat, 2021-cı ilin iyul ayından 2021-ci ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində Bakı şəhərinin müxtəlif ünvanlarında hissə-hissə həm nəğd, həm bank köçürməsi yolu ilə 42.000 manat, 2021- ci ilin sentyabr ayının sonlarında isə ünvan 2 ünvanında fəaliyyət göstərən «Kral» şadlıq sarayının qaşısında 10,000 manat almaqla, ümumilikdə Zərərçəkmiş şəxs 70.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs vahid niyyətlə törədilən qəsdlə küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona cəmi 50.000 manat pul verilmişdir. Çekləri də onda qalır. 20.000 manat söhbəti aralarında olmamışdır. Danışıqlar da olmuşdur. Yəqin ki, Gülçin xanım 20.000 manatı aldığı pulların faizi kimi hesablayır. Gülşən xanımla görüşləri tək olmuşdur. Bank vasitəsilə alınan pulların sənədləri onda mövcuddur. Valeh müəllim də Gülçin xanımın sənədlərini ona vermişdir. 10.000 manatı Valeh müəllimə o vermişdir. 1000 manat da əlavə olaraq ona əziyyətinin qarşılığı olaraq vermişdir. Gülçin xanımı işə düzəltməsini ondan tələbəsi Elnur xahiş etmişdir. Aralarında 70000 yox 60000 manat söhbəti olmuşdur. Bütün ifadələrində də bu var. Gülçin 50000 manat ödəmişdir. O pul verdiyi adamlra tərəfindən aldadılmışdır. Valeh müəllim də 10.000 manatı hissə-hissə olmaqla almışdır. Aldığı pulun bir hissəsini yoldaşı xəstə olan zaman ödəmişdir. Zərərçəkmiş şəxsə dəyən ziyanı evini sataraq ödəmək istəyir. Gülçin xanımı direktor təyin etmək üçün Akif adlı adamla əlaqə yaratmış, lakin sonradan əlaqəsi itmişdir. Sonradan işin alınmayacağını bildiyi üçün başqa tanışlara əl atmışdır. Daha sonra Valehin özünə də Binəqədidə iş açıldığını eşitmişdir. Sonradan pulları yoldaşına və özünün xəstəliyinə xərcləmişdir. Ziyandan heç bir məbləği geri ödəməmişdir. Bakı Dövlət Universitetinin yanında görüşməmişdir, yəni 20.000 manat pul görməmişdir. Hadisə baş verən zamanlar onun istifadəsinə ********** saylı mobil nömrə olmuşdur. Həmin nömrə onun öz adına olmuşdur. Məqsədi kömək etmək olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ü.Hacıbəyli adına Konservatoriyanı bitirmişdir. Konservatoriyanı qurtardıqdan sonra Gəncə şəhərində musiqi liseyində 20 il müəllim və həmin kollecdə 10 il müdir vəzifələrində işləmişdir. 2017-ci ildən işləmir. Son zamanlar əvvəl işlədiyi musiqi liseyinə direktor vəzifəsində işləmək istəmişdir. Bununla əlaqədar uzaq qohumu Elnurdan onun arvadı vasitəsi ilə xahiş etmişdir ki ona kömək etsin. Elnur bir müddət sonra ondan Bakı şəhərində riyaziyyat-təmayüllü liseyə Valeh adlı tanışına göndərmək üçün CV-ni verməyini xahiş etmişdir. O da göndərmişdir. Bundan bir neçə gün keçdiqdən sonra Elnur ona həmin liseyə gedib Valeh müəllimlə görüşməyi təklif etmişdir. 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhərində riyaziyyat təmayüllü liseydə şöbə müdiri vəzifəsində işləyən Valehlə görüşmüş və Valeh müəllim onu orada outran Azər adlı şəxslə tanış etmişdir. Azərin yaxın dostu olduğunu bildirmişdir. Valeh onun məsələsini Azərə danışdığını, Azərin həmin məsələni müəyyən pul məbləğində həll edəcəyini bildirmişdir. O Azərdən necə həll edəcəyini soruşduqda, o 70.000 manat müqabilində həll edə biləcəyini bildirmişdir. Valeh müəlim də 70.000 manatın çox olduğunu 60.000 manata həll edəcəyini demişdir. Azər də razılaşmışdır. Həmin vaxt Valeh müəllim ona Azərə pul verməməyini, işə düzəldikdən sonra pulu verəcəyini demişdir. Ona da sənədləri göndərməyini tapşırmışdır. Sonra Azərin nömrəsini alıb Gəncəyə qayıtmış və sənədlərin surətlərini göndərmişdir. Təxminən 2021-ci ilin iyun ayının sonlarında Azər zəng edib təcili olaraq Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. O da Bakıya gəlmişdir. Bakı Dövlət Universitetinin yaxınlığında görüşmüşlər. Azər işin həlli ilə əlaqədar Təhsil Nazirliyində bəzi şöbələrə pul vermək lazım olduğunu söyləmiş və razılaşdıqları məbləğin yarısını verməli olduğunu demişdir. O da pulu yiğmaq üçün vaxt istəmiş və Gəncə şəhərinə qayıtmışdır. Qohumları və tanışlarından borc almışdır. Azərdən ona pul verdiyini Valeh müəllimin bilib bilmədiyini soruşduqda Valehin bundan məlumatlı olduğunu demişdir. Sonuncu 10.000 manatı aldıqda sabahdan Gəncə regional kollecinə direktor və ya direktor müavini vəzifəsinə əmrinin olacağını bildirmişdir. Həmin vaxtdan əmrin verilməsi uzanmağa başlamışdır. Azər müxtəlif bəhanələr gətirmişdir. O, Təhsil Nazirinin olmamasını, Gəncə regional kollecinin müdrinin təqaüdə çıxacağını bildirib gözləməyi tapşırmışdır. Bu məsələ 2022-ci ilin may ayına kimi uzanmışdır. 2022-ci ilin aprel ayında Azər zəng edib onu aldatdığını demişdir. Pulu Təhsil Nazirinin yaxın adamına verdiyini, həmin şəxsin işin düzəlmədiyi barədə məlumat verdiyini və pulu qaytarmaqdan imtna etdiklərini demişdir. Azər Naxçıvan şəhərində torpaq sahəsini satıb pulu qaytaracağını vəd etmiş, lakin bir müdət sonra onun telefonuna zəng çatmamışdır. Başa düşmüşdür ki aldadılıb. Naxçıvanda olan bir tanışı vasitəsilə Təqsirləndirilən şəxs barədə maraqlanmış, 3-4 ay keçdikdən sonra məcbur olub məhkəməyə müraciət etmişdir. İlk görüşləri liseydə Valeh müəllimin otağında baş tutmuşdur. O şöbə müdiri işləyirmiş, hazırda da orada işləyir. Banka əvvəl 10.000 manat sonra 8.000 manat ödəmişdir. 8000 manatı Bağırova Ülviyyə adından ödəmişdir, çünki 1 adamın adından 2 dəfə pul ödəmək olmazmış. Ülviyyəni tanıyır, çekləri də var. Bakıda hissə-hissə ödəmişdir. Bir dəfə Bakı dövlət Universitetinin yaxınlığında Padişah restoranın qarşısında 20.000 manat vermişdir. Zərifə Əliyeva adına liseyin yanında 5500 manat vermişdir. Hamısı 2021-ci ildə baş vermişdi. 2022-ci ildə pul verməmişdir. Hamısını dəqiq xatırlamır. Sonuncu 10.000 manatı Kral şadlıq sarayının yanında vermişdir. Təqsirləndirilən şəxslə ********** saylı nömrə ilə danışmışdır. Nömrə qohumunun adına olmuşdur. Özü istifadə edirmiş. Azərlə telefon və smslə danışmışlar. Görüşəndə hər dəfə gündüz vaxtı olmuşdur. 2021-i ilin iyulun 2-3-ü ilə 2021-ci ilin dekabrı arasında pulları vermişdir. Təxminən 5-6 ay ərzində. Pulu hissə-hissə qohumlardan almışdır. Qalanları da uşaqlarının qızıllarını satıb vermişlər. Öz pulu 3500 manat olmuşdur. Qalanı qızıllardan və borc olan pullar imiş. Ümumilikdə ona 70.000 manat pul vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, isintaqda verdiyi ifadəsini təsdiq edir, özü X2 işləyir. Gülçin xanım aprel-may ayları zəng edib ona işsiz olduğunu demişdir. Özü Yasamal rayonunda yaşayır. Azər adlı şəxsi tanımır. Gülçin xanımın Azərə pul verməsini Gülçin xanımın özündən öyrənmişdir. İstintaqdakı ifadəsində məbləği 70000 manat deməmişdir. O, 40000 manat bilirmiş. Sonradan 70000 manat olduğunu demişlər. Ona bunu Gülçin xanım demişdir. Polisə məlumat verəndən sonra fəaliyyəti burda bitmişdir. Onun adının çəkilməsini bilməmişdir. Kənd təsərrüfatı nazirliyində şöbə müdirinin müavini işləyir. Heç bir marağı olmamış, sadəcə qohum olmuşlar. O heç bir vəd verməmişdir. O sadəcə cv-ni ötürmüşdür. Pulun verilməsində Elnur adlı şəxsin heç bir rolu olmamışdır. O, ümumiyyətlə onu görməmişdir. Pulu verdikdən sonra demişdir. Azər telefonu bağladığı üçün Elnura demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, istaqdakı ifadəsini təsdiq edir. Azər adlı şəxslə tanış olmuşdur. Gülçin ilə 1 dəfə Elnur adlı şəxs vasitəsilə görüşmüşlər. Elnur da onun şagirdi olmuşdur. Gülçini onunla Elnur müəllim tanış etmişdir. Gülçinin Azərə pul verməsini görməmişdir. Xəbəri də olmamışdır. 1 dəfə görüşmüşlər. Azər bəy də orada olmuşdur, 3 nəfər imişlər. Görüş zamanı Gülçin xanıma CV verməsini bildirmişdir. Azər müəllim işə düzəldə biləcəyini demişdir. Sonradan Gülçin xanımı görməmişdir. Azər müəllimi isə görürmüş. Bir neçə dəfə görüşüb, amma bu haqda söhbətləri olmamışdır. İyun ayının 29-da o xəstə olmuşdur. Onkologiya institunda yatmışdır. Sentyabrda çıxanda olan hadisələri bilmişdir. İfadədə məbləği 70000 manat deməmişdir, o 40000 manat bildiyini demişdir. Sonradan demişlər ki, 70000 manat imiş. Ona bunu Gülçin xanım demişdir. Polisə məlumat verəndən sonra fəaliyyəti bitmişdir. Azər müəllim ona heç bir pul verməmişdir. O yalan demişdir. Sadəcə olaraq mənə ona borclu olduğu üçün belə bir bəhanə gətirmişdir. Yoldaşı xəstə olmuşdur. O da ona hər dəfə pul verirmiş. Heç bir marağı olmamışdır. Sadəcə şagirdi dediyi üçün qoşulmuşdur. Gülçin xanıma da pul söhbətinin ola bilmiyəcəyini demişdir. Məbləğlə bağlı ancaq işə düzəldikdən sonra verməyini demişdir. 70000 manatın çox olduğunu, 60000 manat verməsini demişdir. Pulun verilməsindən heç bir məlumatı olmamışdır. Sonradan Azər zəng vurub 10000 manat da verməsini bildirmişdir. Azər müəllimlə əvvəldən Seyid adlı dostu vasitsəilə tanış olmuşlar. Oturub biryerdə yeyib-içmişlər. Gülçindən pul alanda o bilmirmiş. O ondan 10000 manat almamışdır. Təqsirləndirilənin ona borcu olmuş, əvəz-əvəz etməyi müzakirə etmişlər. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki X3 tərəfindən Təqsirləndirilən şəxs adına 8000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına 10000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “audio yazıların səsləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğlunun təqdim etdiyi 14 ədəd audio yazıların məzmunu səsləndirilmiş və səsləndirmə zamanı məlum oldu ki, təqdim olunan audio yazılar səsli mesajlardan ibarətdir. Həmin mesajlarda qadın və kişi səsləri eşidilir. Kişi qadına müəllimə deyərək müraciət edir. Kişi səsi ilə göndərilən mesajlar təhlil olunarkən məlum olur ki, kişi müəllimə kim müraciət etdiyi şəxsdən pulun tez düzəldilib onun bank hesabına köçürməyi dəfələrlə tapşırır, pulu almaq üçün metronun «Elmlər Akademiyası» stansiyası yaxınlığında görüş təyin edir edir, 1ci faylda olan səs yazısında ona görüşüb söhbət etmələrini, kiməsə artıq məlumat verməsini, yoldaşlara söz verməsini, ona görə söz verdiyi məbləğin hamısının həll olunmasını, 5000 manatı nəzərdə tutduğunu, qalan məsələlərə görə vaxt alacağın ıbildirir. Bundan sonra mesajlarda məlumatların həmin məbləğin hissə-hissə ödənilməsindən ibarət olması aşkar olunur, o 1500 manatın artıq hesabına köçürülməsini təsdiq etməklə qalan məbləğin ayın 15nə kimi həll olunmasını, aldığı məbləğləri saxladığını, 1500 manat da düzəldəndən sonra kiməsə verəcəyini və tez həll olunmasını tapşırır. Sonrakı mesajda artıq əmanəti çatdırmasnı «Qurban» bayramı keçəndən sonra məsələnin həll olunacağını, narahat olmamağı söyləyir. Qadın Azər müəllimin hesabına 500 manat köçürəcəyini, səhərisi gün də 500 manat köçürəcəyini, 2500 manatı da tez köçürəcəyi barədə məlumat verir. Sonuncu səsli mesajda evini satmaq üçün çıxarış aldığını, artıq müştəri olduğunu, behi alan kimi pulu qaytaracağını, sonra o biri şəxslərlə məsələni həll edəcəyini, lazım gələrsə özünün də şikayət edəcəyini bildirməklə, hələ nazirə məlumat verilməməsini tapşırır. Səsləndirmədə iştirak edən Zərərçəkmiş şəxs aşağıdakı qeydlərinin protokola daxil olunmasını tələb etmişdir: təqdim etdiyi səsli mesajlarda səslər ona və Təqsirləndirilən şəxs aiddir. Təqsirləndirilən şəxs ilə 70.000 manat müqabilində onun musiqi məktəbinə direktor təyin olunacağını həll etdikdən sonra pulun hissə-hissə verilməsni razılaşdırmışlar. Təqsirləndirilən şəxs tələbi ilə onun hesabına pul vəsaiti köçürməyə başlamışdır. Təqsirləndirilən şəxs isə ilkin 5000 manatı müəyyən şəxslərə vermək üçün tez ödənilməsini tələb etmişdir. Tam məbləği 70.000 manat həm bank hesabına köçürmə, həm də nəğd ödəyib qurtarandan sonra aldadılmasını başa düşmüş və Təqsirləndirilən şəxs pulu Təhsil Nazirliyində kimə verməsi ilə maraqlananda, nazirə demək lazım olduğunu bildirəndə o özü evini sataraq pulu qaytaracağını vəd edir, bundan sonra həmin şəxslər barədə özünün də şikayət edəcəyini söyləyir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(005)-175/2018 saylı qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.4-cü maddəsinə tövsif edilmiş, cəza müddəti 5 ilə endirilmiş və cəzasının sonu ilə məhkəmə zalından azad edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs istintaqa gəlməkdən boyun qaçırması və istintaqdan gizlənməsinə görə barəsində axtarış elan edilərək icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-166/2023 saylı xx.xx.2023-cq il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixinədək həbs növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və məhkum olmayan hesab edilir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilərkən Zərərçəkmiş şəxs ona 70000 manat məbləğində pul vəsaitini verməsini bir daha onun üzünə qarşı təsdiq etmişdir. Məhkəmə iclaslarında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə tövsif edilib. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində ona elan olunmuş ittiham üzrə özünü ittihamda qeyd olunan məbləğin almamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-251/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-251/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver