Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-252/2018 24.12.2018 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər X36, X13 ibarət tərkibdə, məhkəmə iclas katibləri X48 və X37, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri X14 və ədliyyə müşaviri X74, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, nümayəndələr - zərərçəkmiş şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndələri - Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və «Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkili Nümayəndə4, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Naxçıvan şəhər hüquq məsləhətxanasının vəkili Nümayəndə3, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1960-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 02 dekabr 2016cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə özgənin etibar edilmiş külli miqdarda əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, X113 küçəsi, 5 ünvanında 2 girişli, 16 yaşayış mərtəbəsi və 256 mənzildən ibarət binanın tikintisini aparan "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X26 ilə bağladığı 01 mart 2007-ci il tarixli müqaviləyə əsasən 31 dekabr 2008-ci il tarixədək, həmin sənədə əlavə olaraq aralarında bağladıqları 25 dekabr 2008-ci il tarixli müqaviləyə görə isə 31 dekabr 2009-cu il tarixədək olan müddətdə podratçı kimi layihə-smeta sənədlərinə uyğun olaraq binanın karkasının tikilməsi, hörgü və suvaq işlərinin görülməsi, plastik qapı-pəncərələrin, dam örtüyünün quraşdırılması, fasadın rənglənməsi və digər işləri – cəmi ******* ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə ******* manat dəyərində qiymətləndirilmiş iş həcmini öz materialları və işçi qüvvəsi hesabına icra edərək binanın tikintisini tam başa çatdırıb sifarişçiyə təhvil verməli olduğu halda, 2006-cı ilin oktyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddətdə öhdəsinə götürdüyü işlərin icra olunması üçün iştirakı ilə mənzil-tikinti kooperativinin rəhbərliyi tərəfindən «Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə»lər və nağd pulun kooperativə ödənilməsi haqqında maliyyə arayışları əsasında müxtəlif şəxslərə satılmaqla pul vəsaitləri ona verilmiş mənzillərin, yaxud aldığı tikinti materiallarına və yerinə yetirdiyi işə görə barter qaydasında ödənilmiş mənzillərin dəyərindən – 66 kv.metr sahəli 166 №-li mənzildən 31680 ABŞ dolları, 130,5 kv.metr sahəli 135 №-li mənzildən 62640 ABŞ dolları, 85,8 kv.metr sahəli 121 №-li mənzildən 42900 ABŞ dolları, 101 kv.metr sahəli 90 №-li mənzildən 5000 ABŞ dolları, 101 kv.metr sahəli 26 №-li mənzildən 57570 ABŞ dolları, 85,8 kv.metr sahəli 137 №-li mənzildən 33934 ABŞ dolları, 94,6 kv.metr sahəli 168 №-li mənzildən 15000 ABŞ dolları, 71,3 kv.metr sahəli 196 №-li mənzildən 44206 ABŞ dolları, 52,5 kv.metr sahəli 1 №-li mənzildən 27825 ABŞ dolları, 95 kv.metr sahəli 123 №-li mənzildən 55100 ABŞ dolları, 60,6 kv.metr sahəli 104 №-li mənzildən 32724 ABŞ dolları, 152,8 kv.metr sahəli 133 №-li mənzildən 82054 ABŞ dolları, 99 kv.metr sahəli 51 №-li mənzildən 49500 ABŞ dolları, 138 kv.metr sahəli 31 №-li mənzildən 76060 ABŞ dolları, 52,5 kv.metr sahəli 81 №-li mənzildən 32355 ABŞ dolları, 130,5 kv.metr sahəli 127 №-li mənzildən 41000 ABŞ dolları, 167 kv.metr sahəli 138 №-li mənzildən 84482 ABŞ dolları, 60,6 kv.metr sahəli 88 №-li mənzildən 28950 ABŞ dolları, 60,6 kv.metr sahəli 112 №-li mənzildən 21000 ABŞ dolları, 98,8 kv.metr sahəli 22 №-li mənzildən 54636 ABŞ dolları, 99 kv.metr sahəli 67 №-li mənzildən 58232 ABŞ dolları, 99 kv.metr sahəli 35 №-li mənzildən 49500 ABŞ dolları, 85,8 kv.metr sahəli 209 №-li mənzildən 49765 ABŞ dolları, 66 kv.metr sahəli 214 №-li mənzildən 45000 ABŞ dolları, 130,5 kv.metr sahəli 215 №-li mənzildən 84440 ABŞ dolları, 60,6 kv.metr sahəli 96 №-li mənzildən 30300 ABŞ dolları, 101 kv.metr sahəli 10 №-li mənzildən 54540 ABŞ dolları, 152,8 kv.metr sahəli 125 №-li mənzildən 75000 ABŞ dolları, 98,8 kv.metr sahəli 70 №li mənzildən 28506 ABŞ dolları, 85,8 kv.metr sahəli 225 №-li mənzildən 54912 ABŞ dolları, 66 kv.metr sahəli 126 №-li mənzildən 41250 ABŞ dolları, 101 kv.metr sahəli 98 №-li mənzildən 55136 ABŞ dolları, 155,6 kv.metr sahəli 45 №-li mənzildən 84942 ABŞ dolları, 94,6 kv.metr sahəli 128 №li mənzildən 58976 ABŞ dolları, 94,6 kv.metr sahəli 216 №-li mənzildən 51834 ABŞ dolları, 71,3 kv.metr sahəli 180 №-li mənzildən 48484 ABŞ dolları, 99 kv.metr sahəli 27 №-li mənzildən 56500 ABŞ dolları, 99 kv.metr sahəli 11 №-li mənzildən 57065 ABŞ dolları, 167 kv.metr sahəli 130 №-li mənzildən 117882 ABŞ dolları, 138 kv.metr sahəli 63 №-li mənzildən 84795 ABŞ dolları, 52,5 kv.metr sahəli 97 №-li mənzildən 30000 ABŞ dolları, 106,5 kv.metr sahəli 44 №-li mənzildən 65440 ABŞ dolları, 98,8 kv.metr sahəli 54 №-li mənzildən 51500 ABŞ dolları, 98,8 kv.metr sahəli 14 №-li mənzildən 59280 ABŞ dolları, 60,6 kv.metr sahəli 72 №-li mənzildən 36000 ABŞ dolları, 138 kv.metr sahəli 79 №-li mənzildən 83810 ABŞ dolları, 99 kv.metr sahəli 19 №-li mənzildən 69066 ABŞ dolları, 155,6 kv.metr sahəli 37 №-li mənzildən 63040 ABŞ dolları, 167 kv.metr sahəli 210 №li mənzildən 108650 ABŞ dolları, 99 kv.metr sahəli 83 №-li mənzildən 63216 ABŞ dolları, 106,5 kv.metr sahəli 84 №-li mənzildən 70556 ABŞ dolları, 106,5 kv.metr sahəli 68 №-li mənzildən 45000 ABŞ dolları, 106,5 kv.metr sahəli 76 №-li mənzildən 30000 ABŞ dolları, 152,8 kv.metr sahəli 197 №-li mənzildən 94155 ABŞ dolları, 106,5 kv.metr sahəli 12 №-li mənzildən 54219 ABŞ dolları, 167 kv.metr sahəli 194 №-li mənzildən 112012 ABŞ dolları, 71,3 kv.metr sahəli 212 №-li mənzildən 38225 ABŞ dolları, 71,3 kv.metr sahəli 228 №-li mənzildən 51934 ABŞ dolları, 152,8 kv.metr sahəli 165 №-li mənzildən 101764 ABŞ dolları, 138 kv.metr sahəli 95 №-li mənzildən 92000 ABŞ dolları, 94,6 kv.metr sahəli 232 №-li mənzildən 59125 ABŞ dolları, 95 kv.metr sahəli 195 №-li mənzildən 62130 ABŞ dolları, 98,8 kv.metr sahəli 86 №-li mənzildən 66690 ABŞ dolları, 152,8 kv.metr sahəli 213 №-li mənzildən 25000 ABŞ dolları, 152,8 kv.metr sahəli 237 №-li mənzildən 113072 ABŞ dolları, 155,6 kv.metr sahəli 93 №-li mənzildən 75286 ABŞ dolları, 98,8 kv.metr sahəli 102 №-li mənzildən 74396 ABŞ dolları, 60,6 kv.metr sahəli 120 №-li mənzildən 12425 ABŞ dolları, 155,6 kv. metr sahəli 85 №-li mənzildən 24844 ABŞ dolları, 95 kv.metr sahəli 227 №-li mənzildən 70720 ABŞ dolları, 167 kv. metr sahəli 218 №-li mənzildən 103707 ABŞ dollarını - binanı tam hazır şəkildə təhvil verəcəyi halda ona ödənilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən cəmi qeyd olunan 7550,9 kv.metr sahəli 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* (üç milyon yüz doxsan yeddi min iki yüz əlli beş) manat vəsaiti əldə etməsinə baxmayaraq, həmin müddət ərzində yalnız ******* ABŞ dollarını, yəni ******* (iki milyon yüz altmış bir min altı yüz əlli səkkiz) manatı binanın tikintisinə sərf edərək işləri yarımçıq qoyub, qalan pul vəsaitlərini – tikintini materialla təchiz etmiş Zərərçəkmiş şəxs1 ödənilməli olan 255600 ABŞ dolları, yəni 200646 (iki yüz min altı yüz qırx altı) manatı, Zərərçəkmiş şəxs2 ödənilməli olan 54777 ABŞ dolları, yəni 43000 (qırx üç min) manatı, «Yeni Yasamal” MTK-ya məxsus olan ******* ABŞ dolları, yəni 791951 (yeddi yüz doxsan bir min doqquz yüz əlli bir) manatı isə şəxsi ehtiyaclarına xərcləyərək, ümumilikdə vahid niyyətlə ******* ABŞ dolları, yəni ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manat vəsaiti - özgənin ona etibar edilmiş külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı müəyyən olundu. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun Cahangir Alışova heç bir manat da borcu yoxdur, əksinə Cahangirin ona 881.524 ABŞ dolları, manatla 691.996 manat və ya 1.695 kvadrat metr mənzilə görə borcu vardır. O, 2003-cü ildə Bakı şəhərinə köçmüş və müəyyən kommersiya işləri ilə məşğul olmuşdur. Təxminən 2006-cı ildə bir gün Fuad adlı tanışı ilə rastlaşmış, Fuad Əhmədlidə bina tikintisi ilə məşğul olmuşdur. O, Fuada ev almaq istədiyini bildirmişdir. Həmin vaxt katlavandan ev aldıqda bina tikilib qurtarandan sonra evi baha qiymətə satmaq mümkün olmuş və bu, bir növ biznes olmuşdur. O, Fuaddan bir mənzil almış və bundan sonra həmin tikintiyə tez-tez gedib-gəlmişdir. Bir gün Fuada özünün əvvəllər tikintidə işlədiyini, köçüb Bakıya gəldiyini, əgər iş olarsa, burada bir işlə məşğul olmaq istədiyini demişdir. Fuad isə ona əgər pulu varsa müəyyən kvadrat mənzil götürməsini, tikinti qurtarandan sonra baha qiymətə satmasını, həmçinin istəsə birlikdə qoşulub bu işlə məşğul ola biləcəyini demişdir. Fuad həmin ərəfədə müəyyən tikintilərlə bağlı sənədləşmə işləri aparmaq üçün Rusiyaya gedib-gəldiyindən ona Bakıda qalmasını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, o, 2006-ci ildə həmyerlisi Fuad Mirzəyevin vasitəsilə Cahangir Alışovla tanış olmuş, həmin vaxt Fuad ona Cahangirin Bakı şəhərində “Neapol” dairəsinin yanında çoxmərtəbəli binanın tikintisi ilə məşğul olduğunu və pulu çatışmadığından işləri dayandırdığını bildirmiş və tikintinin maliyyələşdirilməsində onunla birgə iştirak etməsini təklif etmişdir. O, bu təkliflə razılaşaraq Cahangir Alışovla da danışmış və Cahangirin tikintini davam etdirə bilməsi üçün lazım olan pul vəsaitlərini Fuadla birlikdə Cahangir Alışova vermişlər. Cahangir Alışov isə həmin tikintidən 9.500 kv.m mənzil sahəsini onlara verəcəyini vəd edərək, mənzil satışından əldə olunan pulları hissə-hissə onlara vermişdir. 2006-cı ilin sentyabr ayında Cahangir Alışov "xxxx" yaşayış massivində təzə tikintisinə başladığı 16 mərtəbəli, 2 bloklu binanın tikintisində də köməklik göstərmələrini xahiş etmiş və Fuadla birlikdə bu təklifə razılaşmışlar. Cahangir Alışov onlara Yasamal rayonu, Xiyabani küçəsindəki binanın tikintisinin maliyyələşdirilməsi üçün 16.000 kv.m sahəni ayırdığını, həmin sahələrin satışından əldə ediləcək pullar hesabına onlara qazanc verəcəyini bildirmişdir. 2006-cı ilin oktyabr ayından-dekabr ayınadək olan müddətdə M.Xiyabani küçəsi, 4 ünvanında tikinti işlərinin başlamasına hazırlıq məqsədilə köhnə tikililərin sökülməsi, bünövrənin qazılması, tavanın hazırlanması işləri üçün Cahangir ondan 118.000 ABŞ dolları almış, torpaq sahəsini satın aldığı şəxsə borclu qaldığına görə sonuncudan möhürü götürə bilmədiyindən müqavilə bağlaya bilmədiyini bildirmişdir. 2007-ci ilin fevral ayının ortalarında onunla X114 danışıb razılığa gəlmişlər ki, sonuncu, onlara söz verdiyi 16.000 kv.m sahənin 4.000 kv.metrini bünövrənin betonlama işlərinə sərf etdiyindən, yerdə qalan işlərin maliyyələşdirilməsi üçün 12.000 kv.m sahəni ayırır və həmin sahələrin satışından əldə edilmiş vəsait hesabına onların pullarını qaytaracaq, eyni zamanda qazanclarını verəcək, bundan əlavə, satmış olduğu 4.000 kv.metr sahədən hələ ödəniləcək 704.246 ABŞ dolları da onlara verilməklə tikinti işlərinə xərclənəcəkdir. Bununla belə, 20.02.2010-cu il tarixli "Sifarişçi tərəfindən podratçıya qismən keçən ödənişlər"in əks olunduğu cədvəl və 18.02.2008-ci il tarixli, Cahangir Alışovun öz imzası ilə təsdiq etdiyi aktla təsdiq olunur ki, sonuncu əvvəldən satdığı 4.000 kv.metr - 32 ədəd mənzildən qalan 704.246 ABŞ dollarından 207.418 ABŞ dollarını özünə götürmüşdür. X115 arasında qeyd olunan qaydada razılaşma əldə edildikdən sonra, onların arasında 01 mart 2007-ci il tarixdə müqavilə bağlanmışdır. Bundan sonra onunla Fuad tərəfindən maliyyələşdirmə işləri davam etdirilərək, 2009-cu ilin dekabr ayının 26-dək binanın 16-cı mərtəbəsi də daxil olmaqla beton-karkas işlərinin icrası təmin edilmişdir. Onlar öz maddi imkanları hesabına tikinti işlərinə, tələb olunan materiallara, işçilərin əmək haqqının ödənilməsinə pul vermiş, Cahangir Alışov isə mənzillərin satışından əldə edilmiş pullar hesabına hissə-hissə onlara pullarını qaytarmışdır. Buna baxmayaraq, Cahangir Alışovun digər maliyyə mənbələri olmadığından, ondan alınan pullar da yenidən tikinti işlərinin davam etdirilməsinə xərclənmişdir. 2007-ci ilin oktyabrında “Neapol” dairəsinin yanındakı binanın tikintisi başa çatsa da, Cahangirin həmin binadan Fuadla ona 1077,2 kv.metr yaşayış sahəsi borcu qalmış, həmin sahəni və ya dəyərini Cahangirdən dəfələrlə istəsə də, sonuncu, borcunun Yeni Yasamalda inşası davam edən binadan əlavə sahələri verməklə ödəyəcəyini bildirmişdir. Lakin X88 onlara bu borcun əvəzinə yalnız 130,5 kv.metr sahəli bir mənzil vermişdir. X143 Yasamalda inşa olunan binadan onlara verməli olduğu sahənin satışından əldə olunan pulların bir hissəsini onlara versə də, 1.871 kv.metr sahəni hələ də borclu qalmışdır. Qeyd olunan borc məbləği 01.02.2010-cu il tarixdə onunla iş icraçısı Arif Qurbanov arasında tərtib edilmiş arayışa əsasən ortaya çıxmışdır. O, Fuadla birlikdə 2009-cu ilin dekabr ayının sonunadək olan müddətdə 1-ci qatdan 16,5 qata qədər beton işinə, 13 qata qədər kərpic hörgüsü işinə, 9 mərtəbəyə qədər PVC qapı-pəncərə işinə pul vəsaiti buraxmışdır. Onların pul vəsaitləri hesabına yerinə yetirilmiş beton-karkas işlərinin həcmi Cahangir Alışovun qeyd etdiyi kimi 8 mərtəbə, yəni 13.400 kv.metr deyil, 15,5 mərtəbə (16,5 qata), yəni 32.819 kv.metr olmuşdur. Binanın 1-ci mərtəbəsinin döşəməsinin armatur işini Cahangir Alışov icra etmiş, armatur materialı 1-12-ci mərtəbələrdə istifadə olunması üçün 1.163.226 ABŞ dolları dəyərində onun sifarişilə Adil Alıyev, 13-15,5 mərtəbələrdə istifadə edilməsi üçün 187.405 ABŞ dolları dəyərində Cahangir Alışovun sifarişi ilə Zərərçəkmiş şəxs1, onun və Fuadın sifarişi ilə 15.535 ABŞ dolları dəyərində Seymur adlı şəxs, yenə də onların sifarişilə 17.076 ABŞ dolları dəyərində Səxavət adlı şəxs, Cahangir Alışovun sifarişi ilə 22.640 ABŞ dolları dəyərində Siyab İbadov tərəfindən verilmişdir. Adil Alıyevdən sonra obyektə alınmış armaturun dəyəri 242.657 ABŞ dolları təşkil etmişdir. Həmçinin beton materialı binanın döşəməsindən 11-ci mərtəbəsinədək 826.077 ABŞ dolları dəyərində onun sifarişilə Əli Şirinov, qeyd olunan 11 mərtəbədən 9-cu mərtəbənin 2-ci blokuna 45.490 ABŞ dolları dəyərində və 12-ci mərtəbəyə 79.045 ABŞ dolları dəyərində Cahangir Alışovun sifarişilə Firudin adlı şəxs, 13-cü mərtəbəyə və 14-cü mərtəbənin bir blokuna Cahangir Alışovun sifarişilə 123.446 ABŞ dolları dəyərində Məhəbbət adlı şəxs, 14-cü mərtəbənin digər blokuna Cahangir Alışovun sifarişilə 40.348 ABŞ dolları dəyərində Həsənağa adlı şəxs, 15-ci mərtəbənin 1-ci blokuna 39.543 ABŞ dolları dəyərində Cahangir Alışovun sifarişilə Şamxal adlı şəxs, 15-ci mərtəbənin 2-ci blokuna 39.306 ABŞ dolları dəyərində Cahangir Alışovun sifarişilə Sabir adlı şəxs, 16-cı mərtəbənin bir blokuna 35.625 ABŞ dolları dəyərində Cahangir Alışovun sifarişilə Siyab İbadov tərəfindən verilmişdir. O, binanın təməl işlərinə əvvəlcə 118.000 ABŞ dolları, daha sonra isə Cahangir Alışovun borclu qaldığı 66.880 ABŞ dollarını və yarımçıq qalmış işlərin başa çatması üçün 97.715 ABŞ dollarını da xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, binanın 07.04.07-ci ildən 03.05.07-ci ilə qədər aparılmış 1-ci mərtəbəsinin tikintisinə 214.293 ABŞ dolları, 03.05.07-30.05.07-ci il tarixləri arasında aparılmış 2-ci mərtəbənin tikintisinə 249.010 ABŞ dolları, 30.05.07-29.06.2007-ci il tarixədək aparılmış 3-cü mərtəbənin tikintisinə 257.368 ABŞ dolları, 29.06.2007-ci ildən 24 iyul 2007-ci il tarixədək 4-cü mərtəbənin tikintisinə 274.060 ABŞ dolları, 24.07.07-dən 13.08.07-dək 5-ci mərtəbənin tikintisinə 264.924 ABŞ dolları, 13.08.07-dən 29.10.07-dək 6-cı mərtəbənin tikintisinə 256.965 ABŞ dolları, 29.10.07-dən 09.02.08-dək 7-ci mərtəbənin tikintisinə 253.729 ABŞ dolları, 09.02.08-dən 06.04.08-dək 8-ci mərtəbənin tikintisinə 254.165 ABŞ dolları, 06.04.08-dən 22.05.08dək aparılmış 9-cu mərtəbənin tikintisinə 312.450 ABŞ dolları, 22.05.08-ci ildən 29.07.08-ci ilədək 10-cu mərtəbənin tikintisinə 262.076 ABŞ dolları, 29.07.08-ci ildən 08.10.08-ci ilədək 11-ci mərtəbənin tikintisinə 304.765 ABŞ dolları, 08.10.08- ci ildən 24.12.08-ci ilədək 12-ci mərtəbənin tikintisinə 284.263 ABŞ dolları, 24.12.08-ci il tarixdən 26.02.09-cu ilədək 13-cü mərtəbənin tikintisinə 229.332 ABŞ dolları, 26.02.09-cu il tarixdən 27.06.09-cu ilədək aparılmış 14-cü mərtəbənin tikintisinə 229.268 ABŞ dolları, 27.06.09-cu ildən 26.09.09-cu ilədək 15-ci mərtəbənin tikintisinə 225.800 ABŞ dolları, 26.09.09-cu ildən 26.12.09-cu ilədək 16-cı mərtəbənin bir blokunun tikintisinə isə 102.820 ABŞ dolları xərc çəkilmişdir. Binanın 16,5 qatına (15,5 mərtəbəsinə) Fuadla birlikdə sərf etdiyi xərclər barədə öz əlilə qeydləri ayrıca dəftərdə yazmış, həmçinin binada iş icraçısı işləyən Arif Qurbanov da həmin xərclər haqqında 3 vərəqədə qeydləri icra etmişdir və bu qeydləri ibtidai istintaq orqanına təqdim etmişdir. Binanın qeyd olunan vəziyyətə gətirilməsi üçün çəkilən xərclərin ümumi məbləği 4.073.003 ABŞ dolları olmuşdur. 2010-cu ilin fevral ayınadək tikintiyə çəkilmiş xərclərdən 3.525.566 ABŞ dolları mal-material sahiblərinə, hesablanmış əmək haqqına və s. üçün ödənilmiş, bu məbləğdən yalnız 336.775 ABŞ dolları Cahangir Alışov tərəfindən verilmişdir. Həmin müddət üçün tərtib edilmiş 20.02.2010-cu il tarixli üzləşdirmə aktına əsasən görülmüş işlərə görə 547.437 ABŞ dolları borclu qalmış və pullarını Cahangir Alışovdan ala bilmədiklərinə görə həmin borcu ödəyə bilməmişlər. Onunla Fuadın çəkdiyi təmiz xərc 3.188.791 ABŞ dolları olmuş, bundan başqa Salyan rayonunda yerləşən kərpic zavoduna ödəməli olduqları 188.602 ABŞ dollarının əvəzinə zavodun sahibi tərəfindən təqdim edilmiş Müzəffər Quliyevin adına Cahangirlə razılaşdırdıqları kimi onlara verilməsi nəzərdə tutulmuş mənzillərdən 4 otaqlı, 167 kv.mlik 130 saylı və 2 otaqlı 95 kv.m-lik 227 saylı mənzil sənədləşdirilmişdir. Binanın 9-cu mərtəbəsinədək quraşdırılmış PVC pəncərə-qapılara çəkilmiş xərc olan 101.764 ABŞ dollarının əvəzinə də onlara verilməsi nəzərdə tutulmuş mənzillərdən - 3 otaqlı, 152,8 kv.m-lik 165 saylı mənzil Vəkil Zərgərovun adına sənədləşdirilmişdir. Bundan başqa, 2007-ci ilin əvvəlində X151 Şirinov adlı şəxsin işlətdiyi beton zavodu ilə anlaşdığını bildirərək, tikinti üçün veriləcək betonun dəyərinin 30%-nin nağd, yerdə qalan 70%-nin isə mənzillərlə barter edilməsini razılaşdırdığını söylədiyindən, betonun dəyərinin həmin qaydada ödənilməsinə razılaşmışlar. Bu səbəbdən binanın tikintisi zamanı istifadə edilmiş betonun dəyəri olan 826.077 ABŞ dollarından 318.534 ABŞ dolları nağd şəkildə Əlinin işçisi olan Yurist adlı şəxsə ödənilmiş, yerdə qalan 507.543 ABŞ dollarının dəyəri isə Cahangirlə razılaşdırdıqları kimi, tikinti xərclərinin əvəzi olaraq verilməsi nəzərdə tutulmuş mənzillərin 1000 kv.metrinin hesabına Cahangir Alışovun özü tərəfindən Əliyə verilmişdir. Çəkilmiş xərclər olan 3.188.791 ABŞ dollarından barter edilmiş mənzillərin dəyəri olan 797.909 ABŞ dollarını çıxanda, onunla Fuadın nağd şəkildə ödədikləri məbləğ 2.390.882 ABŞ dollarıdır. Cahangir Alışov tərəfindən isə onlara ümumilikdə 1.607.777 ABŞ dolları nağd şəkildə pul verilmiş, həmin pulları onunla işlərində köməklik göstərən dostu Kəmaləddin Qədimov kooperatvin əməkdaşı olan Şahid xüsusi qeydiyyat kitabını imzalayaraq almışlar. Tikintiyə nağd şəkildə sərf etdikləri 2.390.882 ABŞ dollarından Cahangirin verdiyi 1.607.777 ABŞ dollarını çıxdıqda və bu məbləğin üzərinə binanın təməl hazırlıq işlərinə çəkdiyi 118.320 ABŞ dollarını və Cahangirin əvəzinə ödədikləri 66.880 ABŞ dolları borcu da gəldikdə, Cahangir Alışovun "xxxx" MTK-dan binanın tikintisi ilə əlaqədar onlara ümumi borcu 968.305 ABŞ dolları, yaxud bir kvadrat metri təxminən 520 ABŞ dollarından hesablandıqda 1.871 kv.metr mənzil sahəsi təşkil edir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, 2010-cu ildə o, Arif Qurbanovla sonuncu aktı tərtib etmişlər. Həmin vaxt Karvansaray-2010 açılmış, Cahangir həmin vaxt ora getmişdir. Fuadla o, bir-iki dəfə oraya getsə də, Cahangiri tuta bilməmişlər. 2011-ci ildə Fuadla birlikdə Cahangirin obyektinə getmiş, həmin vaxt Cahangir orada tək olmuş, gəlib haqq-hesab etməsini Cahangirə demişdir. Cahangir isə bu gün qətl günü olduğunu bildirərək sonra haqq-hesab edəcəklərini demişdir. 2011-ci ilin yaz-yay aylarında Cahangirin ofisinə getmiş və hesablaşmağı bildirmiş, Cahangir isə ona gedib öz işi ilə məşğul olmasını demişdir. Bundan sonra o, 2012-ci ildə tələbə yoldaşlarının köməyi ilə xırda ticarətlə məşğul olmağa başlamışdır. 2014-cü ildə poçt vasitəsi ilə o, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin barəsində çıxardığı qiyabi qətnaməni almış, məhkəmə onun barəsində guya 3 milyon 700 min manat MTK-ya borcu olması barədə qiyabi qətnamə çıxarmışdır. Guya o, 31 mənzil və 439 kvadrat metr qeyriyaşayış sahəsini satmışdır. Bundan sonra o, Cahangirlə söhbət etmiş, Cahangir bunun formal bir şey olduğunu, onu geri götürəcəyini bildirmiş, lakin sonra geri götürməmiş və qətnamə baxılmamış saxlanılmışdır. Sonra Cahangir yenidən onu məhkəməyə vermiş, o, məhkəməni uduzmuş, həmin məhkəmədə Cahangir mənzillərin sayını 37-yə qaldırmışdır. Guya o, həmin mənzilləri satıb pulunu götürüb qaçmışdır. Halbuki, onun mənzil satmaq hüququ olmamışdır. Daha sonra onlar Apellyasiya məhkəməsinə şikayət vermiş və orada Binəqədi rayon məhkəməsinin qətnaməsi ləğv edilərək onun xeyrinə qərar çıxarılmışdır. 11 noyabr 2015-ci il tarixdə onun barəsində Korrupsiya idarəsinə müraciət olunmuş, 2016-cı ildə isə o, həbs olunmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, 2014-cü ildə qiyabi qətnamə çıxarılan zaman mənzillərin nömrələrinin göstərildiyini, lakin onların hesabatda göstərilən mənzillərin nömrələri ilə üst-üstə düşmədiyini, həmin mənzillərin 5-6-sının göstərildiyini, qalan mənzillərin isə göstərilmədiyini, pulunu tələb etdiyini, onun zərərçəkmiş şəxslərə borcunun olmadığını, Zərərçəkmiş şəxs1 2009-cu ildə tikintiyə Cahangir Alışovun dostu kimi gəldiyini, Cahangirin Faiqdən material aldığını, həmin materialların da kitabda göstərildiyini, aldığı materialların 42.000 manatını ödədiyini, 145.000 manatının isə qaldığını, Faiqin 255.650 ABŞ dollar məbləğində mal verdiyini iddia etdiyini, lakin bu məbləği təsdiq edən qaimələri tələb etdikdə həmin qaimələri cırdığını dediyini, Faiqin 145.000 manat pulunu Cahangir Alışovdan almalı olduğunu, onun mənzil satmaq hüququnun olmadığını, binanın tikintisində əsas pulu betonla armaturun apardığını, o, 12,5 mərtəbənin armaturunu Adil Alıyevdən aldığını, qalan armaturları isə digər şəxslərdən aldığını, onların adlarını ifadə verərkən dediyini, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Adildən alınan armaturların 15,5 mərtəbənin tikintisini tam gördüyünü, istintaq zamanı Cahangirdən şikayətlər olunduğunu, 2015-ci ilin payızında Cahangirin ondan şikayət etdiyini, 2016cı ildə isə həbs olunduğunu və bir mənzilin bir neçə nəfərə satılmasından onun xəbəri olmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla düşmənçiliyi və ədavəti yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 2009-cu ilin aprel-may aylarında Cahangir Alışov onu və tanışı Siyab İbadovu yanına çağırıb tikintiyə armatur lazım olduğunu bildirmişdir. Bundan sonra Cahangir onları Fuad və Məsudla tanış etmiş, onlar dörd nəfər birlikdə oturub söhbət etmişlər. Onlar veriləcək armaturun qiymətini tam razılaşdıqdan sonra 2009-cu ilin may ayının əvvəllərində birinci dəfə iki maşın, yəni 20 ton 620 kq 12-lik armatur, 9 ton 635 kq 22-lik armatur və 3 ton 8-lik katinka vermişlər. Katinkanın tonu 650 manat, ümumi 1.950 manat (2.500 ABŞ dolları) təşkil etmişdir. Üç gün sonra isə 18 ton 850 kq 12-lik armatur – 15.160 manat dəyərində, 5 ton katinka 3.250 manat, ümumilikdə 44.564 manatlıq material vermişlər. İbtidai istintaq zamanı verilən materialları ümumi rəqəmlərlə demişdir. Verilən materialdan başqa həmin şəxslərlə iş görməmişlər. Həmin şəxslərin ona cəmi 44.560 manat borcu olmuş, dəfələrlə pulun ödənilməsi ilə bağlı görüşsələr də, bir nəticə olmamışdır. Təxminən bir il sonra «Ukrayna» dairəsində o, Siyab, Cahangir, Fuad və Məsud görüşsələr də, yenə də verdikləri materialın dəyəri onlara ödənilməmişdir. Sonradan Fuad ona tikdiyi binadan mənzil təklif etmiş, lakin mənzil də verilməmişdir. Məhkəmədə sualları cavablandıran Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və iki dəfə ifadə verdiyini, ona heç bir təsir və təzyiq olunmadığını, 44.560 manat pulunu tələb etdiyini, danışığa görə verilən materialın pulunu Fuadla Məsudun verməli olduğunu, podratçıların Fuadla Məsud olduğunu, Məsudun həmin binanın neçənci mərtəbəsinə qədər tikintisini apardığını bilmədiyini, 2009-cu il dekabr ayının 26-da həmin tikintiyə beton verdiklərini, lakin həmin betonun pulunu Cahangirdən tələb etdiklərini, 2009-cu ilin aprel ayında iki maşın armaturdan başqa Məsuda başqa mal vermədiklərini, onların Məsud və Fuadla birlikdə görüşlərinin olduğunu, bu barədə heç bir yerə şikayət etmədiyini, bu barədə Fuadla söhbət etdiyini, onların Məsudgillə danışıqlarının təxminən 10 gün çəkdiyini və 10 gündən sonra mal verdiklərini, 2009-cu ilin axırlarından Məsudun həmin tikintidə işləmədiyini, sonradan betonu Cahangirin özünə verdiklərini, Faiqdən armatur alındığını bildiyini, həmçinin Məsudgilin tikinti üçün başqa yerlərdən də armatur aldıqlarını, onlardan Namiq Alıyevin adını bildiyini, o, material verəndə orada tikintinin getdiyini, lakin neçənci mərtəbənin tikildiyini xatırlamadığını, o, X75 vasitəsi ilə Cahangir Alışovla tanış olduğunu, Cahangirin əvvəllər tikinti işləri gördüyünü bilmədiyini, əvvəllər istifadəsində ***-***- **-** nömrəsinin olmadığını, ona bu işlə əlaqədar Fuad və Məsudun birgə tanışı Tahir adlı şəxsin yaxınlaşdıqlarını və dəymiş ziyanın ödənilməsi ilə bağlı razılaşmaq istədiklərini dediyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri elan və tədqiq edildi. O, həmin ifadələrində bildirmişdir ki, 2009-cu ilin əvvəlində tanışı, "xxxx" MTK-nın sədri kimi M. Xiyabani küçəsində bina tikintisi ilə məşğul olan Cahangir Alışov tikinti yerində onu Fuad və Məsud adlı şəxslərlə tanış edərək, həmin şəxslərin podratçı kimi binanın tikintisi ilə məşğul olduğunu bildirmiş və tikintinin materialla təmin olunmasına köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxt o, şərik olaraq işlədyi X131 ilə Məsud və Fuadla danışmış və sonuncular, binaya gətiriləcək armatur və katinkanın pulunu özlərinin ödəyəcəklərinə boyun olmuşlar. 2009-cu ilin mart ayında tikintiyə iki gün fərqilə iki dəfəyə yük maşını ilə cəmi 43 min manat dəyərində material – 8 ton katenka və 50 ton armatur aparmış, həmin vaxtlarda katenkanın qiyməti təxminən 650 manatdan, armaturun qiyməti isə 750-800 manatdan hesablanmışdır. Materialı onunla Siyab aparıb Məsuda və orada işləyən əməkdaşlara təhvil vermişlər. Həmin vaxtlarda binanın 7-8-ci mərtəbələrində işlər aparılmışdır. Məsud hər dəfə pulu yaxın müddətdə ödəyəcəyinə söz versə də, sonradan ödəməmişdir. 2009-cu ildə o, Siyab, Məsud, Fuad, Nadir və Cahangir “Ukrayna” dairəsində çayxanada oturub söhbət etdikləri zaman Məsud yenə də ona borcunu ödəyəcəyinə söz vermiş, buna baxmayaraq, 43000 manatdan bir qəpik də ala bilməmişdir. 2009-ci ildə tikintidə işlər çox ləngimiş və 8-ci mərtəbənin damı bağlandıqdan sonra Məsud orada heç bir iş görməmişdir. 2010-cu ilin yaz aylarında isə onunla X99 danışaraq, tikintiyə 100 min manat dəyərində təxminən 1000 kub metr beton vermişlər və sonuncu, 10-11-ci mərtəbələrdə tikinti işlərini aparmış, onlara betonun dəyərini bir hissəsini mənzillə, bir hissəsini nağd ödəmiş, lakin hələ bir qədər borcu qalmışdır. Bundan sonra, 2010-cu ilin yayından tikintiyə Ceyhun Nağıyev adlı şəxs beton vermişdir. Artıq 2009-cu ildə binanın 15-16-cı mərtəbələrində beton-karkas işlərinin icra edilməsi haqqında Təqsirləndirilən şəxs ifadəsi həqiqətə uyğun deyildir (cild 10, iş vərəqi 91-94, cild 11, iş vərəqi 26-35). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı mərtəbələrin sayını təxmini dediyini, həmin vaxt binanın neçənci mərtəbəsinin tikildiyini bilmədiyini, betonu 2010-cu ilin yaz ayında verdiyini, 2009-cu ilin dekabr ayında da Cahangirə 298 kub beton verdiyini, armaturu şifahi razılaşma əsasında verdiklərini, armatura və digər materiallara görə faktura vermədiklərini və bu barədə onlarda heç bir sənəd olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərdi ki, Fuad Mirzəyevi 2004-cü ildən, Cahangir Alışovu isə 2005-ci ildən tanımışdır. O, Cahangirlə razılaşmışdır ki, Yeni Yasamalda tikdirdiyi binanın bütün mal- materialını o, təmin edəcəkdir. Həmin binanın katlavanını o, qazdırmışdır. O, ümumilikdə həmin tikintiyə 700 ton armatur vermişdir. Sonradan verdiyi materialın pulu verilmədiyindən ona 2 mənzil verilmiş, o, həmin mənzillərə qapı salan vaxt iki nəfər tanımadığı Salyanlı gələrək, həmin mənzilləri onların pul verib aldıqlarını bildirmişlər. Məsudun ona 255.650 ABŞ dolları borcu qalmışdır. Sualları cavablandıran Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və istintaqda iki dəfə dindirildiyini, Məsudun ona 255.650 ABŞ dollar borcu qaldığını, binanı birinci mərtəbəsinə qədər onun, 9-cu mərtəbəyə qədər isə Məsudun tikdiyini, sonra Məsudgilin yoxa çıxdığını, o, Cahangirlə 2005-ci ildə Gəncə İdman kompleksinin tikintisi zamanı tanış olduğunu, Cahangirin 2006-cı ildə “Ukrayna” dairəsindən sonra Əhmədlidə tikdirdiyi binanın katlavanını onun qazdırdığını, "xxxx" MMC-nin “Ukrayna” dairəsində yerləşdiyini, 2008-ci ildə armatur veriləndə girov kimi onlara 8 mənzil verildiyini, onun Yeni Yasamalda binanın tikintisini apardığını, sonradan Cahangirin Məsudu gətirib binanın tikintisi ilə Məsudun məşğul olacağını dediyini, o, Cahangirə "əgər bu tikintidə Məsud varsa, mən orada yoxam" sözlərini dediyini, Əhmədlidə tikilən binanın katlavanının qazılması üçün mühasibin əli ilə oraya 20 min manat pul verdiyini, o, Təqsirləndirilən şəxs cibində birlikdə 10.000 manat pul görmədiyini, 2013-cü ildə binanın 9-cu mərtəbəsindən Məsudla Fuadın ona iki mənzil verdiyini, 2009-cu ildən Məsudun tikinti ilə məşğul olmadığını, Cahangirin Məsudgilə binanın tikintisi üçün 96 mənzil ayırdığını, malmaterialın verilməsi barədə onda heç bir sənəd olmadığını, bütün sənədlərin "xxxx" MTK-da olduğunu, onun qardaşının 4 №-li trestin satış müdiri olduğunu, orada materialların verilməsi barədə sənədlərin olmalı olduğunu, oradan sənədləri alıb məhkəməyə təqdim edə biləcəyini, 2007ci ilin əvvəllərindən 2009-cu ilin axırına qədər həmin tikintiyə 480 ton armatur verdiyini, tikintinin katlavanını və birinci mərtəbəsini onun tikdiyini, Nadir Alıyevin həmin tikintiyə gəldikdən sonra onların tikintidən çıxdıqlarını, yalnız material verdiklərini, həmin tikintidə Hacı Ceyhun, Seyid və Rafiq adlı şəxslərin də tikinti apardıqlarını, 255.600 ABŞ dollar pulunu Təqsirləndirilən şəxs tələb etdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edildi. O, həmin ifadələrində göstərmişdir ki, "xxxx" MTK-nın sədri Cahangir Alışovu təxminən 2005-ci ildən tanımış, 2006-cı ilin payızında sonuncu ilə danışaraq, "xxxx" MTK tərəfindən M. Xiyabani küçəsində inşa olunmağa başlanan binanı armaturla təmin edəcəyi haqqında razılaşmışlar. O, fərdi şəxs kimi həmin binanın təməlindən tikintisi tamamlanana qədər – 2006-cı ilin payızından 2013-cü ilin axırına qədər olan müddətdə əsasən Ukraynadan armatur materialını gətirməklə təhvil vermişdir. Binanın təməl işləri aparılanda yalnız C. Alışovla əlaqə saxlayaraq bütün ödənişləri sonuncu etmişdir. 2007-ci ilin əvvəllərində binanın 1ci mərtəbəsinin tikintisinə başlananda Cahangir onu Təqsirləndirilən şəxs adlı şəxslə tanış edərək, binanın tikintisinin podratçı kimi sonuncu tərəfindən davam etdirilməsi barədə razılaşdığını və bundan sonra binanın materialla təmin olunması, haqq-hesab məsələlərini sonuncu ilə həll etməli olduğunu bildirmişdir. Məsuda armatur verərkən tərəfindən qaimə-fakturalar yazılıb, sənədi onunla binada materialı qəbul edən, Məsudun adını xatırlamadığı əməkdaşı imzalamışlar, lakin sonradan həmin qaimələri saxlamamışdır. Ona materialın pulunu əsasən hissə-hissə Məsud ödəmişdir. Ümumilikdə, tikintiyə cəmi 700 ton armatur, bundan 480 tonu Təqsirləndirilən şəxs vermiş, armaturun bir tonunun qiyməti əvvəllər təxminən 1100 ABŞ dolları olmuş, sonradan isə müntəzəm olaraq bahalaşaraq 1500 ABŞ dollarına qədər qalxmışdır. Məsud ödəmələri müntəzəm olaraq gecikdirmiş, 2009-cu ilin yazına qədər olan müddətdə sonuncunun ona xeyli borcu yığılıb qaldığından, həmin vaxt Məsud və Cahangirlə bu borcun ödənilməsi haqqında danışmış və Məsudun ona borcunun bir hissəsinin ödənilməsi üçün MTK-nın binadan 3 otaqlı mənzil verəcəyi haqqında razılaşmışlar. O, qardaşı X3 təqdim etmiş və MTK-nın sədri Cahangir Alışovun adından təsdiq olunmuş, 167 kv. metr sahəli 3 otaqlı 218 №-li mənzilin satılması haqqında 30 may 2009-cu il tarixli müqavilə, maliyyə arayışını götürmüşdür. Lakin bununla ona olan borc tam ödənilməmişdir. O, həm 2009-cu ilin axırlarında Məsud binadan aralanana qədər, həm də bundan sonra Cahangirə armatur verməkdə davam etmiş, son nəticədə Təqsirləndirilən şəxs ondan aldığı armatura görə cəmi 255600 ABŞ dolları məbləğində borclu qalmışdır. 2013-cü ildə o, Məsud və MTK-nın əməkdaşı Nadir Feyziyev binada görüşüb bu məsələni müzakirə edərkən Məsud həmin məbləği etiraf edərək pulu ödəyəcəyini bildirmiş, lakin sonradan ödəniş edilməmişdir. Onunla Cahangir və Məsud arasında müqavilə, smeta, həmçinin Məsudun ona olan borcları ilə bağlı qəbz və sair sənəd tərtib olunmamışdır. Qeyd olunan pul vəsaitini M. Əhmədovdan tələb edir. Məsud 2009-cu ilin axırlarında tikintidən aralananda orada 9-cu mərtəbədə beton-armatur işləri aparılmışdır (cild 9, iş vərəqi 240-245, cild 11, iş vərəqi 16-25, cild 10, iş vərəqi 63-65). Ziddiyətlərlə bağlı sualları cavablandıran Zərərçəkmiş şəxs1 dindirmə və üzləşdirmə protokollarındakı imzaların və qeydlərin ona məxsus olduğunu, ola bilər ki, hadisələrin üstündən xeyli vaxt keçdiyinə görə bəzi xırdalıqların yadından çıxdığını, məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X26 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Cəlilabad rayonunun Abazarlı kəndində anadan olmuş, uzun müddət Sumqayıt şəhərində işləmiş, 2005-ci ildən mənzil tikintisində işləməyə başlamışdır. 2006-cı ildə Təqsirləndirilən şəxsla həmyerlisi Fuad Mirzəyevin vasitəsi ilə tanış olmuş, münasibətləri çox səmimi olmuş, Məsuda çox etibar etmişdir. "xxxx" mənzil-tikinti kooperativi 2005ci ildə təsis olunmuş, 2007-ci ilin yanvar ayında isə o, həmin mənzil-tikinti kooperativinin 32 faiz payını aldıqdan sonra hal-hazıradək sədri vəzifəsində işləyir. 2007-ci ildə "xxxx" MTK-da işlərə başlayarkən Fuad Mirzəyevin təklifi ilə Təqsirləndirilən şəxsla görüşmüşdür. Bundan əvvəl podrat müqaviləsi əsasında Xətai rayonunda "xxxx" MMC-nin işini X133 Əhmədova həvalə etmişdir. Eyni zamanda, "xxxx" MTK-da tikinti zamanı 2007-ci ilin mart ayının 1-də Təqsirləndirilən şəxsla podrat müqaviləsi imzalanmış, tikintinin iki il müddətinə başa çatdırması nəzərdə tutulsa da, 2008-ci ildə iki il müddət tamam olmuş və bina yarımçıq, yəni 6-7-ci mərtəbəyə qədər tikilmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs tikintinin yarımçıq qaldığını, mənzil alan vətəndaşların narazılıqlarını bildirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ərizə ilə MTK-nın təsisçilərinə və ona müraciət etmiş, o da, müqavilənin uzadlmasına icazə vermiş, 2009-cu ilin dekabr ayına qədər müqavilənin müddəti uzadılmışdır. Lakin ikinci müqavilə bağlandıqdan sonra tikintidə iş ləng getmişdir. Təqsirləndirilən şəxs həmin tikintidə 2009-cu ilin dekabr ayının sonuna qədər fəaliyyət göstərmişdir. Həmin müddətdə obyektdə 8-ci mərtəbənin tikintisi başa çatdırılmış, 9-cu mərtəbənin isə karkas hissələri qurulmuş halda olmuşdur. 2009-cu il dekabrın sonunda Təqsirləndirilən şəxs binanı həmin vəziyyətdə yarımçıq qoyub tikintidən getmişdir. Binanı yarımçıq qoyub getdikdən sonra təsisçilər və sədr olaraq onun tərəfindən Təqsirləndirilən şəxs dəfələrlə yazılı və şifahi müraciət olunmuş, buna baxmayaraq, Təqsirləndirilən şəxs heç bir tədbir görməmişdir. Şahid Cahangir Alışov ifadəsində daha sonra bildirdi ki, 2010-cu ilin ortalarında o, başqa müəssisələrlə podrat müqaviləsi bağlamış, tikintini həm özü, həm də onların vasitəsi ilə davam etdirmişdir. 2010-cu ilin sonlarında və 2011-ci ildə mənzil almış vətəndaşlar dəfələrlə müraciət etdiyindən, o, məcbur olub 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs müqavilədə göstərilən tikintinin 37.400 kv metr sahəni tam başa çatdırmadığından, iki il müddətində müqavilədə və şahmatkada göstərilən 16.400 kv.metr işi və ya 5.722.000 manat pulu verməli olmuşdur. Həmin müddətə qədər Təqsirləndirilən şəxs 8.667 kv.metr mənzil götürmüş və tikintinin sürətlə və keyfiyyətlə aparılması üçün və aralarında yüksək etibarlılıq olduğundan Məsud hər dəfə vətəndaşların sənədlərini gətirib onlara təqdim etdikcə, “mal-materialı nisyə alanda baha başa gəlir, amma nağd alanda münasib qiymətlərə alınır, bizim də mənfəətimiz elə mal-materialın nağd alınmasından olur” deyə bildirmişdir. Buna baxmayaraq, müqavilədə bəndlər olmuşdur ki, həmin şərtlərə görə Təqsirləndirilən şəxs öz riski hesabına, yüksək keyfiyyətlə və göstərilmiş müddətdə binanı təhvil verməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, tikintidə Məsud 8.667 kv.metr mənzil götürdüyündən və həm Məsudun mütəxəssisi, həm də onun tərəfindən tikintidə olan iş icraçıları ilə birlikdə yoxlamalar aparılmışdır. Üzləşmə aktına görə, Məsud 8.667 kv.metr mənzildən yalnız 3.160 kv.metr mənzil sərf etmiş, bu da onun satdığı mənzildən 5.255.960 manat vəsait əldə etməsi deməkdir. Məsud həmin vəsaitdən yalnız 2.000.160 manat pulu tikintiyə sərf etmiş, yerdə qalan pulu isə Məsud öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onlar bu müddət ərzində dəfələrlə Məsuda öz iradlarını bildirmişlər. Məsud özü şəxsən yoldaşlar arasında bildirmişdir ki, onun şəriki X169 şəhərində 7 mərtəbəli ticarət obyekti tikir, pulları həmin tikintiyə sərf edir, orada həmin tikinti başa çatdıqdan sonra satışdan gələn gəlirlə burada tikintini başa çatdıracaqdır. Lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs tərəfindən heç bir tədbir görülməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müqavilənin mövcud olmasını unutmuş, heç bir müqavilə olmadığını, tikintiyə münasibət naminə cəlb olunduğunu və tikinti başa çatdırıldıqdan sonra 2 dənə üç otaqlı mənzil veriləcəyini, bağladığı müqaviləni, götürdüyü və xərclədiyi pulları unutduğundan belə dediyini bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi həmin mənzillərin üzərinə həbs qoyduqdan sonra o, mənzil almış vətəndaşların işini yoluna qoymaq üçün Təqsirləndirilən şəxs bir daha dəvət etmişdir. Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşləri baş tutmuşdur. Məsud Salyanlı dostu Tahir ilə gəlmiş və onlar iki-üç dəfə görüşmüşlər. Məsud vətəndaşlara dəymiş ziyanın ödənilməsinə cəhd etdiyini büruzə vermiş, lakin dostu Tahir "demək biz yerdən çıxmışıq, heç elə bir şey yoxdur, elə bir şey olmayacaq, Məsud dur getdik" sözlərini demiş və çıxıb getmişlər. Sonradan Məsudun işçisi Kamal adlı şəxs ona bir-iki dəfə xəbər göndərmiş, yəni onun bu məsələ ilə bağlı fikrini öyrənmiş, o isə, Məsudla yaxşı münasibətdə olduğunu, Məsudun gəlib binanın tikintisinə kömək olmasını, zərərçəkmiş şəxslərin işini yoluna qoymağa köməklik etməsini bildirmişdir. Sonra Kamal bir neçə dəfə Məsudla görüşdüyünü, Məsudu deyəsən vəkilinin bu yoldan çəkindirdiyini demişdir. Sonuncu dəfə 3-4 ay bundan əvvəl Kamal ilə telefon danışığı olmuş, X65 yanına görüşə getmiş və gəlib telefonda ona "belə baxıram ki, Məsudun vəkili Məsuda imkan vermir" sözlərini demişdir. Şahid Cahangir Alışovun sözlərinə görə, hər bir vətəndaşa onlar tərəfindən satılmış və Məsud tərəfindən alınmış mənzillərin haqqı ödənilməlidir, əgər ödənilməsə nə ondan, nə də Məsuddan vətəndaşlar əl çəkməyəcəkdir. Vətəndaşlara ziyan dəymiş, bu ziyanın ödənilməsinə mütləq halda səy göstərilməlidir. Şahid Cahangir Alışov ifadəsində həmçinin bildirdi ki, tikintiyə başlayanda hər kv.metr üçün maya dəyəri 154 ABŞ dolları hesablanmış, bina tkilib başa çatdırılana qədər 5.740.000 ya da 5.750.000 manat vəsait verməli olmuşlar. 26.000 kv.metr mənzilin satışından 16.400 kv.metrin Məsudgilə verilməsi, qalanının da dövlət rüsumları, vergilər çıxıldıqdan sonra onların qazancının olması nəzərdə tutulmuşdur. Verilmiş mənzillərin hər kv.metri 500-600, hətta 700 manata da satılmışdır. Məsudun gördüyü iş birinci mərtəbənin sıfır səviyyəsindən 9-cu mərtəbənin döşəmə hissəsinə qədər, təxminən 13.100 kv.metr olmuş, ora həm döşəmələr, bir də arakəsmə diafraqmalar aiddir. Məsud 13.300-13.400 kv.metr tikinti sahəsi icra etmiş, 6-cı mərtəbəyə qədər qismən hörgü işləri görülmüş, xarici fasad hissədə də hörgü işləri görülmüş, bəzi plastik qapıpəncərələr qoyulmuşdur. Görülən işlərin hamısı sənədləşdirilmişdir. Mənzillərin satışından, yəni 8.667 kv.metr mənzilin satılmasının sənədləri bütünlüklə onun tərəfindən tikinti satışı üzrə menecər Etibar Bağırova təqdim olunmuşdur. Qiymətlər onunla razılaşdırılmış, o, imza edib, möhür vuraraq rəsmiləşdirib sənədləri təqdim etmişdir. Mənzillərin ilkin ödənişlərini Təqsirləndirilən şəxs özü almış və sonrakı hər ayın ödənişlərini əks etdirən Məsudun imzası ilə təsdiq olunmuş kitablar vardır. Həmin kitablar istintaq orqanına təqdim olunmuşdur. Həmin kitablarda da Məsudun nə qədər pul alması öz əksini tapmışdır. Müqavilədə göstərilmişdir ki, Məsud tikintini öz riski, öz vəsaiti hesabına tikib başa çatdırmalıdır. Lakin bir müddət tikinti getdikdən sonra 1-3 ay müddətində 50-70 min xərclədikdən sonra onlar müqavilədə göstərilən qaydada barter üsulu ilə Məsudgilə ödəniş etməyə başlamışlar. Onlar həmin vaxt satışla məşğul olub özlərinin satdığı mənzillərdən gələn gəlirlə dövlət büdcəsinə köçürmələrlə məşğul olmuşlar. Həmin vaxt mənzilin kv.metri 115-120 ABŞ dollara başa gəlmiş, lakin satışını 650-700 ABŞ dollarına satmışlar. Həmin gəlirdən dövlətin vergisini də ödəmişlər. Həmin vaxt Məsud 9-cu mərtəbəyə qədər iş görmüş, Məsuda 5.255.000 manat pul verilmiş, lakin Məsud 2.146.000 manatlıq iş görmüşdür. Məsudun MTK-ya 2.640.000 ABŞ dollar borcu qalmışdır. Həmin vaxt Məsudu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə tanış etmiş, Məsud ondan həmin şəxslərdən mal götürməsinə icazə istəmiş, o da, razılıq vermişdir. Hazırda Məsudun həmin şəxslərin birinə 255.000 manat, digərinə isə 47.000 manat borcu var. Məsudun tərtib etdiyi siyahılarda, istintaq orqanına təqdim etdiyi sənədlərdə, həmçinin onlar tərəfindən təqdim olunmuş sənədlərdə Məsudun tikintiyə nə qədər material qəbul etdiyi göstərilmiş və qəbul edilmiş materialın haqqı ödənilmişdir. Sonradan bağlanmış podrat müqavilələrində nə qədər iş görüləcəyi göstərilmişdir. Məsuddan sonra iki müqavilə bağlanılmış, birinci müqavilə 2010-cu ilin avqust ayında "xxxx" MMC ilə bağlanmış və həm betonla, həm armaturla, həm də işçilərlə təmin edib iş görülmüşdür. 2009-cu ildə Məsud gedəndən sonra tikintidə iş dayanmış və işi o, öz vəsaiti ilə davam etdirmişdir. Şahid Cahangir Alışovun sözlərinə görə, 5.255.000 manat Məsudun 8.667 kv.metr mənzil satışından əldə etdiyi vəsaitdir. 5.255.960 manatdan cəmi 1.860.000 manat pul, təxminən 2.400.000 ABŞ dollar pul tikintiyə xərclənmiş, qalan məbləğ isə yoxdur. Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl onlar ziyanın ödənilməsi ilə bağlı üç dəfə görüşmüş, o, Məsuda israrla bildirmişdir ki, zərərçəkmiş şəxşlərin qara qəpiyini də heç kimə bağışlamayacaqdır. Lakin bu görüşlərdə razılıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən satılmış mənzillərin üzərinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən həbs qoyulmuş, bundan sonra Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə müraciət olunmuş və həmin qərar qüvvəsində saxlanılmışdır. Şahid Cahangir Alışov ifadəsinin sonunda bildirdi ki, onların şəriklərindən biri Nəsib Əliyev olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov tərəfindən 36 mənzilin təkrar satışı olmuş, həmin mənzillərlə bağlı o, cavabdehlik daşımır. 2007-ci ildə satılmış 29 mənzili Akif Çovdarov yenidən onun imzası olmadan Nəsib Əliyevin imzası ilə təkrar satışa çıxarılmışdır. Həmin vaxt o, bununla bağlı sənədləri imzalamaqdan imtina etmişdir. Verilən suallara cavab verən şahid Cahangir Alışovun ifadəsinə görə, o, "xxxx" MMC-nin sədri, həmçinin "xxxx" MTK-nın təsisçisi və sədri olmuşdur. MTK 2005-ci ildə təsis olunmuş, ərazi isə 2007-ci ildə alınmışdır. "Yeni ünvan 3 ünvanında bir bina tikilmiş, bina 16 mərtəbədən ibarət olmuş, 1 mansard və bir qeyri-yaşayış sahəsi, 37.400 kv.metrdən ibarət ümumi tikinti sahəsi olmuş və 26.140 kv.metr mənzil satılmışdır. Hər mərtəbədə 16 mənzil, ümumi 256 mənzil olmuşdur. 2007-ci ilin mart ayında Yeni Yasamaldakı tikintinin podrat müqaviləsini Təqsirləndirilən şəxsla bağlamış və tikintidə barter qaydasında ödəniş etməli olmuşlar. Təqsirləndirilən şəxs həmin binanın tikintisindən əvvəl "xxxx" MMC-nin tikintisindən tanımış, həmin binanı da Məsudla birlikdə tikmiş, yəni podratçı Təqsirləndirilən şəxs olmuş və binanı o, maliyyələşdirmişdir. Həmin binada da ödəniş mənzil vermək yolu ilə olmuşdur. Burada tikinti aparılan zaman həm Məsudun təyin etdiyi iş icraçısı olmuş, həm də "xxxx" MTK olaraq onların tərəfindən iş icraçısı, sahə rəisləri təyin olunmuşlar. Sualları cavablandıran şahid Cahangir Alışov həmçinin bildirdi ki, Məsud onlarda işə başlayana qədər binanın özül hissəsi qazılmış, katlavanı qoyulmuş, birinci mərtəbənin market hissəsi 0 səviyyəsinə qədər icra olunmuşdur. Təqsirləndirilən şəxs 80 mənzil satılmış, Məsud gələnə qədər də mənzillər satılıb pulu ona verilmiş, cəmi 112 mənzil olmaqla 8.766 kv.metr, yəni 5.255.950 manat pul verilmiş, ondan da 2.100.000 manatını Məsud tikintiyə sərf etmişdir. Təqsirləndirilən şəxs MTK-nı tərk edib getdiyi müddətdə 2.640.000 manatı təhvil verib getməli və ya həmin dəyərdə işi icra edib getməli olmuşdur. Zərərçəkmiş şəxs1 binaya 700 tondan artıq armatur vermiş, onun 400 tonunu Təqsirləndirilən şəxs onun göstərişi ilə verilmiş, ona ödənişləri özü etmiş, qalan 255000 manatı isə ödəməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hansı mobil nömrələrdən istifadə etdiyini o, xatırlamır. X134 görə tanımışdır. İşə başlayanda orada metal konstruksiyalar olmuş, onun sökülməsinə Məsud 30000 manat vəsait sərf etmişdir. Onun “Neapol” dairəsində tikilən binadan Təqsirləndirilən şəxs 922 kv.metr borcu qalmamışdır. Şahid Cahangir Alışov sualları cavablandırarkən həmçinin 2007-2010-cu ildə podratçı tərəfindən satılan mənzillərin hesabatında 37 mənzildən 18-nin göstərilmədiyini, 71 mənzilin içərisində göstərilməyən 18 mənzilin hesabatda göstərilməyən mənzillərlə əvəzləndiyini, yəni podratçıya 1-ci mərtəbədə mənzil ayrıldığını, vətəndaş mənzili 6-cı mərtəbədə istədiyindən, onun 6-cı mərtəbədəki mənzillə əvəzləndiyini, lakin bunun hesabatda olmadığını, "xxxx"nın podratçıya ayrılmış mənzillər olduğunu, Məsud binanı sona qədər tikib təhvil verəcəyi, öhdəliklərini yerinə yetirəcəyi halda "xxxx"ya əməl olunmuş olacağını, lakin "xxxx"ya əməl olunmadığını, yəni MTK-ya ayrılmış mənzillər gələn müştərinin xoşuna gəldiyindən əvəzləndiyini, buna görə də əməl olunmadığını, "xxxx"da dəyişiklik olan zaman özlərində bununla bağlı qeydiyyat aparıldığını, bununla bağlı qərar çıxarmağa ehtiyac olmadığını, Əli Şirinovla onun arasında yazılmış əlyazma olduğunu, betonun hər kub metri 105 ABŞ dollarına, 30 faizə də pul ödənilməli olduğunu, nə Məsudda, nə də onlarda pul olmadığından pulun ödənilmədiyini, 30%-nin binadan satılmış mənzillərin pulu ilə ödənildiyini, qalan 70 %-nin pulunun əvəzində MTK tərəfindən mənzil verildiyini, Təqsirləndirilən şəxs tərəfindən yazılmış üzləşmə aktının olduğunu, orada Arif Qurbanovun, Mətləb Cəlilovun, Məsudun ora qoyduğu adamın, bir də Məsudun özünün olduğunu, 2010-cu ildə tərtib olunmuş üzləşmə aktında tamamilə öz təsdiqini tapdığını, aktı onun imzalamalı olmadığını, aktın onun işçiləri Arif Qurbanov və Mətləb Cəlilov tərəfindən imzalandığını, orada yazılmış rəqəmlərdən onun xəbəri olduğunu, üzləşmə aktında faktiki olaraq onun icra etdiyi işin, podratçının icra etdiyi işin, bir də tikintiyə nə qədər materialın sərf olunduğunun göstərildiyini, orada 2.100.000 manatın Təqsirləndirilən şəxs tərəfindən 2010-cu ildə tikintiyə xərclənməsinin öz əksini tapdığını, ümumi binanın tikintisinə 16.842 kub beton, 1.720 ton armatur getdiyini, 30 iyun 2016-cı il tarixli mütəxəssis aktını təsdiq edən X100 işçisi olduğunu bilmədiyini, ümumiyyətlə nəzarət-ölçü çıxarılan vaxt onun orada olmadığını, həmin vaxt onun iş icraçısının iştirak etdiyini, Məsud tərəfdən isə Oqtayın iştirak etdiyini, Akif Çovdarovla bağlı Nəsib Əliyevin işində problemlər yarananda Təqsirləndirilən şəxs artıq podratçı kimi fəaliyyət göstərmədiyini, Ceyhun Nağıyevlə 2010-cu ilin avqust ayında 1.670.000 manatlıq müqavilə bağlanıldığını, Çovdarov məsələsinin binada 2010-cu ilin may ayında baş verdiyini, ümumiyyətlə, 2007-ci ildən onlarla həm təsisiçi, şərik olaraq 33 % paya sahib olan X116 Ceyhuna, Soltanov Raufa, Elçin adlı şəxsə borcu olduğunu, onlar da MTN-ə şikayət eləyən zaman Nəsib Əliyevi ora dəvət elədiklərini, Nəsib Əliyevin 2007-2008-ci illərdə payına düşən 29 mənzili artıq satdığını, onu Akif Çovdarovun yanına çağıranda Nəsib Əliyevin payının olub-olmamasının soruşulduğunu, onun da müsbət cavab verərək Nəsibin 29 mənzili olduğunu, lakin onların artıq satıldığını bildirdiyini, Çovdarovun həmin mənzilləri özünün göstərdiyi adamların adına rəsmiləşdirilməsini tapşırdığını, onun isə buna razı olmadığını və sənədləri imzalamaqdan imtina etdiyini, həmin vaxt xəstəliyi ilə əlaqədar məzuniyyətdə olduğu müddətdə Nəsib Əliyevin sədr müavini kimi, həm də təsisçi kimi həmin mənzilləri ikinci dəfə imzalayıb borclu olduğu adamlara verdiyini, sonradan X144 Bağırov adlı şəxsin şəxsiyyət vəsiqəsini onlara göndərib 6 ədəd mənzil, 250 kv.metr qeyri-yaşayış sahəsi və 4 ədəd qaraj tələb etdiyini, buna görə əlavə 36 ədəd mənzilin rəsmiləşdiriləməsini və təkrar olaraq 2010-cu ildən 2012-ci ilin sonuna qədər Akif Çovdarovun tələbinə görə onlar tərəfindən verilən mənzillərin təkrar satışa çıxarıldığını, mənzilləri özlərinin satdığını, 29 ədəd mənzilin də Nəsib Əliyevlə bağlı ilkin olaraq onun satdığı və onun imzası ilə rəsmiləşdirdikləri 2007-2008-ci ildə olan mənzillər olduğunu, o, həmin insanları vicdanlı alıcı kimi qəbul etdiyini və hazırda həmin şəxslərin öz mənzillərində yaşadıqlarını, lakin Akif Covdarov tərəfindən borc əvəzinə verilmiş mənzillərin sahiblərinin bu günlər də iddialı olduqlarını, Akif Çovdarovla bağlı zərərçəkmiş şəxs qismində tanındığını və ona 6.122.000 manat civarında ziyan dəydiyini, “Karvansaray” ticarət mərkəzi ilə bağlı 2.600.000 manat, “Masazır balıqçılıq” la bağlı 1.300.000 manat, 2.051.000 manatın isə "xxxx" MTK ilə bağlı olduğunu, sonuncuya aid ziyanın həm 893.000 Nəsib Əliyevə məxsus olan mənzillərin satışından əldə olunan 6 ədəd mənzilin, 250 kv.m qeyri-yaşayış 4 ədəd qarajın, MTK-ya məxsus mənzillərin satışından olan ümumilikdə 2.051.000 manat təşkil etdiyini, hərbi məhkəmədə bununla bağlı qərar qəbul edildiyini, mülki iddia qaydasında baxılmamış saxlanıldığını, onlara mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunduğunu, Akif Covdarov tərəfindən ondan nağd olaraq nə qədər pul almasının buraya aidiyyatı olmadığını, binaya ümumi 16.780 kub beton sərf olunduğunu, betonun təməlindən 8-ci mərtəbəyə qədər 8.413 kub beton sərf olunduğunu, 4.800 kub beton təmələ, istinad divarı, hazırlıq qatı və qonşu hasarın bərkidilməsi üçün sərf edildiyini, MTK tərəfindən qalan 3.613 kub beton isə podratçı tərəfindən hər mərtəbəyə 600 kub beton hesabı ilə inşa edilmiş 8 mərtəbəyə sərf edildiyini, binaya 1.720 ton armatur sərf olunduğunu, bundan 0 səviyyəsindən 8-ci mərtəbəyə qədər hər mərtəbəyə 67 ton hesabı ilə 536 ton podratçı tərəfindən sərf edildiyini, təmələ isə 280 ton, hazırlıq qatına fundamentə 280 ton, qaraj hissəyə 76 ton, 67 ton yaşayışa istifadə olunduğunu, 76 ton isə qeyri-yaşayış sahəsinə və zirzəmiyə istifadə olunduğunu, 541 kub beton qaraj hissəyə, 3.872 kubu təməl hissəsinə, 387 kubu təməldən sonra düzənləyici qata istifadə olunduğunu, Təqsirləndirilən şəxs tikintidən əldə etdiyi vəsaiti Ufa şəhərində tikintisi aparılan 7 mərtəbəli ticarət mərkəzinə, “Narınc” uşaq psixologiya mərkəzinə xərclədiyini və “Azərtürk Bank”a qoyulmuş 1.500.000 manatın 860.000 ABŞ dollara dəyişdirildiyini, 130-cu və 227ci mənzillərin Müzəffər Quliyev adlı şəxsə verilməsinin xatirində qalmadığını, bu barədə istintaqa verdiyi ifadəsində göstərdiyini, binanın fundamentinə istifadə olunan beton armaturu kimdən aldığını və hansı tarixdə aldığını xatırlamadığını, istintaqa verdiyi ifadədə bunu göstərdiyini, 800.000 manat Məsuda borcunun olması barədə deyilənlərlə razılaşmadığını, 2.640.000 manat aydınlaşdırılandan sonra istintaq zamanında onun ödənişi ilə bağlı yoldaşların müraciətini, istintaqın gedişi zamanı Məsudun ödəniş qabiliyyətinin nəyə çata biləcəyini düşünərək həmin 1.400.000 manatın saxlanıldığını, Əli Şirinova verilən mənzillərin MTK-nın hesabına verildiyini, 01.01.2009-cu ildə tərtib olunan üzləşmə aktından xəbərdar olduğunu, onun göstərişi ilə Arif Qurbanovun aktı tərtib etdiyini, lakin həmin akt imzalanmadığını, sonradan Məsudun özünə sərf edən variantda tərtib edib istintaqa verdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahid Cahangir Alışovun ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq edildi. Həmin ifadələrində şahid X26 göstərmişdir ki, "xxxx" Mənzil-tikinti kooperativi 2005-ci ildə təsis olunmuş, 2007-ci ilin yanvar ayında isə o, həmin MTK-nın 32 faiz payını aldıqdan sonra hal-hazıradək sədri vəzifəsində işləyir. "xxxx" MTK Bakı şəhər İH Başçısının 15.09.2005-ci il tarixli sərəncamına əsasən ünvan 4 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmişdir. Binanın ümumi tikinti sahəsi 18 mərtəbədən ibarət olmaqla 37424 kv.metr, o cümlədən, binanın təməli 1936 kv.m, zirzəmi sahəsi 1664 kv. m, market qeyri-yaşayış sahəsi 1664 kv.m, texniki-qurğu kommunikasiya sahələri 5360 kv.m, ümumi yaşayış sahəsi isə 26800 kv.metr təşkil edir. Yaşayış binası 2 girişli olmaqla, girişin hər mərtəbəsində 8 mənzil, 16 yaşayış mərtəbəsində cəmi 256 mənzil vardır. Binanın ilk iki mərtəbəsindən biri zirzəmi, digər bir mərtəbəsi isə market-xidmət sahəsi üçün nəzərdə tutulmuşdur. 2014-cü ilin əvvəlində binada tikinti-quraşdırma işləri əsasən başa çatdırılmış, lakin maliyyə vəsaitinin çatışmaması səbəbindən binaxarici kommunikasiya xətlərinin quraşdırılması işi gecikdirilmiş, tikintinin gecikməsinin səbəblərindən biri də Təqsirləndirilən şəxs və qeyrilərinin kooperativin külli miqdarda pul vəsaitlərini talaması olmuşdur. 2007-ci ilin əvvəlində binanın “sıfır” səviyyəsində, yəni qeyriyaşayış mərtəbəsinin döşəməsinin betonlanması işləri başa çatdıqdan sonra əvvəllər tanıdığı Təqsirləndirilən şəxs tikintidə əməkdaşlıq barədə təklif vermiş, aparılan danışıqlardan sonra binanın tikintisi məqsədilə Təqsirləndirilən şəxs ilə "xxxx" MTK arasında 01.03.2007-ci il tarixli podrat müqaviləsi bağlanmışdır Həmin müqavilənin şərtlərinə görə, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında 18 mərtəbəli yaşayış binasının əsaslı tikintisini öz riski hesabına yerinə yetirməyi öhdəsinə götürmüş və həmin öhdəliyin tam icrasının ilkin müqavilə ilə 31.12.2008-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Lakin podratçı müqavilədə göstərilən şərtlər və müddətlərə vaxtında əməl etmədiyinə görə ona bu barədə iradlarını bildirmiş və M. Əhmədov müqavilənin müddətinin uzadılması haqqında MTK-nın rəhbərliyinə ərizə ilə müraciət etdikdən sonra 25.12.2008-ci il tarixdə podrat müqaviləsinin müddəti 31.12.2009-cu il tarixədək uzadılmışdır. Lakin bu müddətin də bitməsinə baxmayaraq müqavilənin tələbləri yenə də yerinə yetirilmədən qalmışdır. Podrat müqaviləsinin 4.2-ci bəndinə əsasən, Məsud ona təqdim olunmuş layihə-smeta sənədləri əsasında, tikinti norma və qaydalarını gözləməklə, binanın tikilməsini öz gücü hesabına yüksək keyfiyyətlə yerinə yetirməli və tikintisi qurtarmış obyekti müqavilədə nəzərdə tutulmuş qaydada, müddətdə tam başa çatdıraraq istismara təhvil verməli, onun tam layihə gücünə çıxmasını təmin etməli, yerinə yetirilmiş işlərin haqqı barterlə aparılmaqla, tikinti işləri tam başa çatdırıldıqdan sonra son hesablaşma qaydasında Təqsirləndirilən şəxs ümumilikdə 16.234,63 kv.m. həcmində yaşayış sahəsi verilməli idi. Binanın 37424 kv.metr ümumi tikinti sahəsindən hər 1 kv.metrinin inşasına 154 ABŞ dolları xərclənməsi nəzərdə tutulmaqla, cəmi ******* ABŞ dolları vəsait xərclənməli idi ki, bina tam tikilərək təhvil verilsin. Binanın təməl hissəsinin bünövrəsinin qazılması və karkas-beton işlərinin dəyərini, inşaat materiallarının yuxarı mərtəbələrə qaldırılmasını həyata keçirən qülləli kranın bütün ödənişlərini (35883 manat nəğd pul və 2 ədəd qaraj), daxili və sənədləşmə xərclərini, kooperativin ofis işçilərinin əmək haqlarını o, özü ödəmişdir. Təqsirləndirilən şəxs 2007-ci ilin əvvəlindən binanın tikinti yerinin hazırlanması, köhnə tikililərin söküntüsü işlərində iştirak edib, təxminən 25000-30000 manata yaxın xərc çəkmiş, tikinti işlərinə birinci mərtəbənin döşəməsindən başlamış, faktiki olaraq 2007-ci ilin əvvəlindən 2009-cu ilin sonuna qədər olan müddətdə binanın 8ci mərtəbəsi daxil olmaqla beton-karkas işlərini, 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərini həyata keçirmiş, kommunikasiya işlərini aparmamışdır. Onun yerinə yetirdiyi karkas işlərinin həcmi ümumilikdə 13400 kv. metrdən (1675 kv. metr X 8 mərtəbə) ibarət olmuşdur. Ümumilikdə, Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş xərclər aşağıdakılardan ibarətdir: armatur- 743828 manat (929785ABŞ dolları), armatur A-İ (katenka)- 104364 manat (130450 ABŞ dolları), beton (pompa ilə) – 433033manat (541291ABŞ dolları), dikt-taxta-24864 manat (31079ABŞ dolları), kərpic – 108751 manat (135938 ABŞ dolları), mişar daşı – 11764 manat (14705 ABŞ dolları), sement məhlulu – 25335 manat (31668 ABŞ dolları), qum-5328 manat (6659 ABŞ dolları), elektrik işləri-2434 manat (3042 ABŞ dolları), mismar, yanmış məftil- 26648 manat (33310 ABŞ dolları), beton tökənlərə ödənilmiş əmək haqqı-211603 manat (264503ABŞ dolları), hörgü işlərinə görə əmək haqqı-26467 manat (33033 ABŞ dolları), PVC qapı-pəncərə(hazırlanma-quraşdırma) - 91950manat (114937 ABŞ dolları), digər xərclər – 97190 manat (121487 ABŞ dolları). Onun tərəfindən Arif Qurbanov sahə ustası, Mətləb Cəlilov baş iş icraçısı kimi, Məsudun tərəfindən isə Kəmaləddin Qədimov nəzarət işləri ilə məşğul olmuş, binada bilavasitə işləyən usta-fəhlələr də onların tərəfindən tikintiyə cəlb edilmişlər. Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş işlərə ******* ABŞ dollarının ödənilməsi haqqında sonuncu ilə Arif Qurbanovun birgə tərtib edib imzaladıqları 12.01.2009-cu il tarixli aktda, həmçinin ******* ABŞ dollarının (2057081 manatın) ödənilməsi haqqında 01.07.2009-cu il tarixli aktda yazılmış qeydlər həqiqəti əks etdirir. Məsudla Arifin imzaladıqları 01.02.2010-cu il tarixli aktı isə o, əvvəllər görməmiş və bu sənəddə əks olunan rəqəmlər həqiqətdən uzaqdır. Yəqin ki, kooperativ tərəfindən betona və digər işlərə ödənilmiş vəsaitlər həmin aktda Məsudun sözləri ilə guya onun tərəfindən xərclənmiş vəsaitlər kimi göstərilmişdir. «01.01.09-a yerinə yetirilib» başlıqlı aktda qeyd olunmuş 8413 kub metr həcmində betondan 4800 kub metri binanın hazırlıq qatına, özülünə, istinad divarı və qonşu obyektin hasarının bərkidilməsinə, qaraj və digər qeyri-yaşayış hissəsinə-birinci mərtəbənin döşəməsinə qədər işlənmiş, qalan 3613 kub metr isə, hər mərtəbəyə təxminən 600 kub metr betonun işlənməsi nəzərə alınmaqla, binanın 6 mərtəbəsinə sərf edilmişdir. Tikintinin tam başa çatdırılması üçün podratçıya verilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən 8667 kv.metr sahə Təqsirləndirilən şəxs iştirakı ilə kooperativ rəhbərliyi tərəfindən verilmiş müqavilə və maliyyə arayışları əsasında ilkin olaraq müxtəlif vətəndaşlara satılmaqla nağd pul vəsaitlərini Məsud özü birbaşa vətəndaşlardan, ya da kooperativin əməkdaşı Şahid vasitəsilə, yaxud bəzi mənzilləri barter qaydasında ödənişlərin aparılması üçün götürmüş, onun aldığı vəsaitlərin cəmi məbləği ******* (beş milyon iki yüz əlli beş min doqquz yüz əlli beş) ABŞ dollarına - həmin dövrün kursu olan 0,785 hesabı ilə ******* manata bərabər olmuşdur. Təqsirləndirilən şəxs bu vəsaitləri əldə etməsini 2010cu ilin fevral ayında Ehtibar Bağirovla birgə tərtib edərək imzaladığı «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»da özünün imzası ilə təsdiq etmişdir. Həm həmin “Hesabat”, həm də “üz səhifəsində Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyat kitabı. Başlanıb 02.04.2007-ci il, qurtarıb 08.04.2010-cu il» sözləri yazılmış kitabda əks olunan rəqəmlər həqiqəti əks etdirir. Belə ki, kitab MTK-nın meneceri Etibar Bağırovun xəttilə tərtib olunmuş və bu kitabda yalnız sonuncunun özü tərəfindən vətəndaşlardan götürülüb Məsuda verilmiş pul vəsaitlərinin qeydiyyatı aparılmaqla, Məsudun birbaşa mənzil alıcılarından götürdüyü əsasən böyük məbləğdə ilkin ödənişlər orada öz əksini tapmamış, həmin vəsaitlər müştərilərə verilmiş maliyyə arayışlarında qeyd olunmuş, həmçinin Təqsirləndirilən şəxs özü tərfindən ayrıca kitabda qeydiyyatalar aparılmışdır. 2010-cu ilin əvvəlində isə Məsuda verilmiş pul vəsaitləri haqqında həm onda, həm də Şahid olan qeydləri üzləşdirilməklə “Hesabat” başlıqlı sənədi tərtib etmişlər. Həmin hesabatda «Qalıq» qrafasında göstərilmiş 509092 manat vətəndaş tərəfindən birdəfəlik olaraq tam şəkildə ödəniş aparılması barədə verdikləri maliyyə arayışlarında əks olunan və Məsudun özünün birbaşa vətəndaşdan aldığı vəsaitləri əks etdirir. Hesabatda ayrıca olaraq «Pulu tikintiyə mədaxil olunmayan mənzillər» cədvəlində əks olunan 10 ədəd mənzilə dair cəmi 777612 ABŞ dolları vəsaitlər isə podrata aid olmayan, MTK-ya aid olan mənzillərin satışından əldə edilmiş və borc kimi ondan, Əliheydər Şahmarov və qeyrisindən Təqsirləndirilən şəxs götürdüyü, sonradan isə ona və qeyrilərinə qaytardığı pul vəsaitlərini əks etdirir. İcra etdiyi işlərin dəyərindən xeyli artıq– cəmi ******* (beş milyon iki yüz əlli beş min doqquz yüz əlli beş) ABŞ dolları dəyərində 8667 kv.metr yaşayış sahəsini əldə edən Təqsirləndirilən şəxs işlərini yarımçıq qoyaraq binanı tərk etməklə və yalnız ******* (iki milyon bir yüz səksən yeddi min yüz iyirmi yeddi) manatı tikintiyə xərcləməklə, qalan məbləği, yəni ******* (bir milyon doqquz yüz otuz səkkiz min yeddi yüz doxsan səkkiz) manatı MTK-ya təhvil verməmiş, kooperativin külli miqdarda pul vəsaitlərini ələ keçirmişdir. 2009-cu ilin ortalarından sonra 2010-cu ilin axırlarına qədər olan müddətdə Məsud yalnız yersiz olaraq binaya gəlib-getmiş, onun tikintini davam etdirməsi üçün aralarında danışıqlar aparılmış, öhdəsinə götürdüyü işləri tam icra edərək binanı təhvil verməsini tələb etmişdir. Lakin həmin vaxtlarda Məsud ona and içmişdir ki, şəriyi Fuad pul vəsaitlərini öz ehtiyaclarına, başqa biznes işlərinə xərcləməklə onu pis vəziyyətdə qoyub. Lakin o, müqaviləni Məsudla bağladığından və tikintini də sonuncu ilə apardığından, yalnız Məsuda qarşı tələblərini irəli sürmüş, Fuad isə əksər hallarda Rusiyada olaraq, Ufa şəhərində biznes işləri ilə məşğul olmuşdur. 2009-cu ildən sonra dəfələrlə Təqsirləndirilən şəxs iş üçün verilmiş tikinti sahələrinin geri qaytarılması haqqında yazılı və şifahi müraciətləri heç bir nəticə verməmış, buna görə də münasibətləri kəskinləşmişdir. Məsudun yarımçıq qoyduğu işləri icra etməsi üçün o, 2010-2011-ci illərdə Ceyhun Nağıyev və Rafiq Əliyevlə podrat müqavilələri bağlamağa məcbur olmuş, həmin müqavilələrdə ilkin müqavilə ilə Məsudun görməli olduğu işlərin, yəni betonlama, kərpic hörgüsü, plastik qapı-pəncərə işlərini Ceyhun və Rafiqin icra etməli olması haqqında şərtlər öz əksini tapmışdır. Binanın sonuncu mərtəbələrinin beton-karkas işləri 2013-cü ilin axırlarında tamamlanmış, 2014-cü ilin əvvəllərində damı bağlanmışdır. C.Alışov ifadəsində həmçinin göstərmişdir ki, istintaqa təqdim edilmiş 30.08.2016-cı il tarixli mütəxəssis aktına qarşı etirazı yoxdur. X117 həm onun və digər MTK əməkdaşlarının, həm də Məsud Əhədovun nümayəndəsi Oktay Tarıverdiyevin iştirakı ilə binada icra olunmuş işlərin həcmini və dəyərini, o cümlədən M. Əhmədovun özünün imzaladığı «Hesabat»a əsasən satılmış 80 ədəd mənzildən əldə etdiyi pul vəsaitlərinin məbləğini müəyyən edib, sonuncunun icra etdiyi işin həcmindən xeyli artıq məbləğdə pulları ələ keçirməsini dəqiqləşdirmişdir. O, istintaqda ilkin ifadəsində və mütəxəssisə təqdim etdiyi arayışda özündə saxladığı qaralama qeydlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən konkret olaraq 3, 4, 5, 30, 35, 63, 86, 87, 91, 95, 100, 114, 117, 119, 150, 226, 234 və 235 №-li mənzillərin satışından əldə olunmuş vəsaitlərin və 439 kv.metr qeyri-yaşayış sahəsinin mənimsənilməsini göstərərkən texniki yanlışlığa yol vermiş və sonradan dəqiqləşdirmişdir ki, həmin mənzillər və qeyri-yaşayış sahəsi ilkin olaraq podrat üçün ayrılmış, lakin tikintinin gedidişində bir sıra vətəndaşlar mərtəbə ilə bağlı, yaxud digər səbəblərdən narazılıqlarını bildirdiklərinə görə onlara ayrılmış mənzillər ayrı sahələrlə dəyişilmiş və yalnız bu səbəbdən həmin №-li mənzillər və qeyri-yaşayış sahəsi «Hesabat» başlıqlı sənəddə qeyd olunmamışdır. Bir çox şəxslərin ilkin ödəniş vəsaitlərini Təqsirləndirilən şəxs deyil, ona yaxud kooperativin digər əməkdaşlarına ödəmələri haqqında ifadə vermələri ilə əlaqədar olaraq göstərə bilər ki, mənzil satışı haqqında müqavilə və maliyyə arayışları MTK-nın adından təsdiq olunduğuna görə vətəndaşlar yəqin ki, mənzilləri itirə biləcəklərindən ehtiyat edərək pulları məhz MTK əməkdaşlarına verdiklərini təsdiq edirlər. Təqsirləndirilən şəxs və Fuad Mirzəyevin özlərinin xəttilə yazılmış və imzalanmış izahatları ilə təsdiq olunur ki, “Hesabat” başlıqlı sənəddə əks olunan 165 №-li 3 otaqlı mənzil Fuadın şəxsi borcu əvəzinə onunla Məsud tərəfindən Vəkil Zərgərov adlı şəxsə verilmişdir. Məsudun sifarişilə Zərərçəkmiş şəxs1 binaya armatur gətirilib tikintiyə sərf edib və əvəzində onun qardaşı Qalib Cəfərovun adına 218 №-li mənzil yazılıb, materialın dəyəri kooperativ tərəfindən barter yolu ilə ödənilmişdir. M. X101 və Etibar Quliyevə şəxsi borcu olmuş və məhz bu borc əvəzinə sonuncunun adına 2007-ci ildə girov qismində 4 otaqlı mənzilin sənədləri yazılmışdır. O, əvvəllər Nərimanov rayon polis şöbəsində ayrı məzmunlu izahat verməsi üçün Məsuda heç bir təsir göstərməmiş, mənzilin pulu MTK-ya mədaxil olunmadığına görə Etibarın adına müqavilə və maliyyə arayışı kooperativin yığıncağının qərarına əsasən ləğv edilmişdir. Cahangir Alışov daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim olunmuş 20.02.2010-cu il tarixli «Sifarişçi tərəfindən podratçıya qismən keçən ödənişlər» başlıqlı cədvəl və 1 vərəqədə əl yazısında əks olunan mənzillər sifarişçiyə, yəni MTK-ya aid olduğundan “Hesabat”da əks olunmamışdır. Təqsirləndirilən şəxs tikintiyə gələnə qədər olan müddətdə tikinti üçün ayrılmış mənzillərdən cədvəldə əks olunan 32 ədədi kooperativ tərəfindən satılmış və qismən ödənilmiş pul vəsaitləri binanın birinci mərtəbəsinədək işlərə xərclənmişdir. Bu satışlardan 207418 ABŞ dollarını özünün almasını o, sonradan imzası ilə təsdiq etmiş, qalan bütün pul vəsaitlərini - 496828 ABŞ dollarını isə Məsud almışdır. Son nəticədə, yəni Məsud öhdəliklərinə əməl edərək binanı tam təhvil verəcəyi halda həmin pul vəsaiti sonuncunun borcu kimi 16000 kv.metr mənzil sahəsinin dəyərindən çıxılmalı idi. Təqsirləndirilən şəxs podratçı kimi işləməməsi, yalnız tikintini maliyyələşdirməsi, 2009-cu ilin dekabr ayının sonunadək olan müddətdə 1-ci qatdan 16,5 qata qədər beton işinə, 13 qata qədər kərpic hörgüsü işinə, 9 mərtəbəyə qədər PVC qapıpəncərə işinə şəriyi Fuad Mirzəyevlə birlikdə pul vəsaitini buraxması, həmin vəsaitlərlə yerinə yetirilmiş beton-karkas işlərinin həcminin 15,5 mərtəbəyədək (16,5 qatadək) 32819 kv. metr olması, onun tərəfindən tikintiyə nağd şəkildə cəmi ******* ABŞ dollarının sərf edilməsi, kooperativin isə ona ümumilikdə ******* ABŞ dollarını verməsi və 968305 ABŞ dolları məbləğində borclu qalması, “Podratçı tərəfindən satılmış mənzillərə dair hesabat” başlıqlı sənədə sonradan hansısa sözlərin əlavə edilməsi, guya hələ "xxxx" MMC-nin 2005-2007-ci illərdə Xətai rayonu Neapol dairəsində inşa olunan çoxmərtəbəli yaşayış binasından onun Təqsirləndirilən şəxs və F.Mirzəyevə borclu qalması haqqında ifadəsində göstərdiyi xüsusatlar tamamilə yalandır. İcra etdiyi tikinti işlərinin həcmi haqqında Məsudun istintaqa təqdim etdiyi qeydlər özünün subyektiv fikirlərinə əsaslanır və həqiqəti əks etdirmir. Həmin qeydlərdə adları göstərilmiş şəxslər - Siyab İbadov, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Adil Alıyev, Əli Şirinov və qeyrilər binanın materialla təmin olunmasında, hansısa işlərdə iştirak ediblər, lakin onların tikintidə binanın sonuncu mərtəbələrində guya 2009-cu ilin sonunadək olan müddətdə işləmələri həqiqətə uyğun deyildir. Əli Şirinov, Firudin Əliyev, Məhəbbət, Həsənağa, Şamxal və Sabir adlı şəxslər 2009-cu ilədək onunla Məsuda, 2009cu ildən sonra isə binanın 8-cidən yuxarı mərtəbələrində istifadə olunması üçün ona beton vermiş və həmin şəxslərə ödəniş aparılmasını podrata ayrılmış 8600 kv.metrdən deyil, Məsudun əvəzinə MTK-nın sərəncamında qalan mənzillərlə, yaxud mənzillərin satışından əldə olunan pullarla o, təmin etmişdir. Zərərçəkmiş şəxs1 2007-ci ilin əvvəllərində tikinti yerində Məsud və Fuadla tanış edərək, armatur verilməsində köməklik göstərilməsini xahiş etmiş, bundan sonra Faiq Məsudun sifarişilə təxminən 500 tona yaxın armatur gətirsə də ona yalnız bir hissəsi ödənilmiş və Faiqin deməsinə görə, Məsud ona 255000 ABŞ dolları borclu qalmışdır. Eyni qaydada sonuncunun tikintiyə armatur gətirmiş Zərərçəkmiş şəxs2 də 43000 manat borclu qalmışdır. Məsud MTK-dan mənzil satışından aldığı pullardan Faiq və Cəfərə ödəniş etməli olsa da bu pulları talamışdır (cild 1, iş vərəqi 79-83, cild 2, iş vərəqi 272-279, cild 9, iş vərəqi 246-258, cild 10, iş vərəqi 125-129). Məhkəmə iclasında şahid qismində dindirilən X90 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, "xxxx" MTK-nın Xiyabani küçəsində inşa etdiyi binada baş iş icraçısı olmuşdur. Təqsirləndirilən şəxs binanın tikintisinə sıfır səviyyəsindən gəlmiş və işə başlamışdır. Məsud tikintiyə gələndə o, sahə rəisi işləmişdir. Binanın tikintisi 8-9-cu mərtəbəyə çatanda Məsudla aralarında narazılıq olmuş, buna görə üzləşmə keçirilmiş və bu barədə akt yazılmışdır. 8-9-cu mərtəbədə nə qədər iş görülməsi barədə aktda qeyd olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs tərəfindən tikintiyə 1.700.000 manat pul ödənilmədiyi aşkar olunmuş, bunu Məsudun özü də təsdiq etmişdir. Həmin aktın bir surəti Cahangir Alışovda, bir nüsxəsi isə Təqsirləndirilən şəxs olmuşdur. 12-ci mərtəbədən sonra obyektdə tikinti işləri zəifləmişdir. Sualları cavablandıran şahid Mətləb Cəlilov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, istintaq zamanı ona heç bir təsir və təzyiq olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi illərin düz olduğunu, binaya sonradan Hacı Ceyhunun gəldiyini, Məsudun 9cu mərtəbədən sonra binada işləmədiyini, özünün Cahangir Alışovun işçisi, Arif Qurbanovun isə onun iş icraçısı olduğunu, Cahangirlə birlikdə müxtəlif obyektlərin tikintisində iş icraçısı kimi çalışdığını, Buzovnada və “Neapol” dairəsindəki tikililərdə də işlədiyini, iş icraçısı kimi özünün üzləşmə aktını imzalamaq hüququnun olduğunu və bu hüququ ona Cahangir Alışovun verdiyini, 1.700.000 manatla bağlı üzləşmə aktının olduğunu, özünün 2012-ci ilə qədər Cahangirlə birlikdə işlədiyini, 2013-cü ildə Cahangirin onu başqa tikintiyə göndərdiyini, Ceyhun Nağıyevin 2009-cu ildən sonra tikintiyə gəldiyini, həmin vaxt binanın 6-8-ci mərtəbələrinin fasad hissələrinin hörüldüyünü, binanın 9-10-cu mərtəbəsinə qədər beton töküldüyünü, Məsudun binaya vəsait qoyması barədə məlumatı olmadığını, bina tikildikcə mənzillərin satılmasını, pulların da binanın tikintisinə qoyulmasını bildiyini, ibtidai istintaq zamanı Məsudun tikintiyə pul qoyması barədə ifadə vermədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında şahid Mətləb Cəlilovun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edildi. Həmin ifadəsində şahid X90 göstərmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativində 2006-cı ildən iş icraçısı işləmiş, 2007-ci ildən hal-hazıradək isə sahə rəisi vəzifəsində işləyir. Vəzifələri binanın tikintisinin layihəyə uyğun aparılmasına, görülən işlərin keyfiyyətinə nəzarətin həyata keçirilməsindən ibarətdir. 2007-ci ildən iş icraçısı kimi Arif Qurbanov işləmişdir. "xxxx" MTK Bakı şəhəri İH Başçısının 15.09.2005-ci il tarixli, 247 saylı sərəncamına əsasən ünvan 5 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmişdir və hazırda binada son tamamlama işləri icra edilir. Binanın özülünün qazılması işləri 2006-cı ildə başlanmış, 2007-ci ilin əvvəlində binanın qeyri-yaşayış mərtəbəsinin döşəməsinin betonlanması işləri başa çatdıqdan sonra Təqsirləndirilən şəxs tikintiyə gələrək əməkdaşlıq etməyə başlmaşdır. Məsudla "xxxx" MTK arasında 01.03.2007-ci il tarixdə podrat müqaviləsi bağlanaraq, Təqsirləndirilən şəxs binanın əsaslı tikintisini öz riski hesabına yerinə yetirməyi öhdəsinə götürmüş və bütün beton-karkas işləri, qapı-pəncərə qoyulması, fasadın rənglənməsi və sair işlər daxil olmaqla 2008-ci ilin sonuna qədər olan müddətdə binanı tam hazır şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Məsud binanı tikinti materialları ilə təmin edir, usta-fəhlələrin əmək haqqını verirdi. Usta-fəhlələr əsasən hələ 2006-cı ildən başlayraq binanın tikintisində işləmiş, əsasən kooperativ tərəfindən cəlb edilmiş şəxslər olmuşlar. Məsud və onun nümayəndəsi Kəmaləddin müntəzəm olaraq tikinti sahəsində olmuş, bəzən Məsudun şəriki olan Fuad da oraya gəlib-getmişdir. Məsud işləri ləng icra etdiyinə görə podrat müqaviləsinin müddəti 31.12.2009-cu il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs faktiki olaraq 2007-ci ilin əvvəlindən 2009-cu ilin sonuna qədər olan müddətdə binanın 8-ci mərtəbəsi daxil olmaqla beton-karkas işlərini, 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərini həyata keçirmişdir. Onun yerinə yetirdiyi karkas işlərinin həcmi ümumilikdə 13400 kv.metrdən (1675 kv. X 8 mərtəbə=13400) ibarət olmuşdur. Həmin ilin ortalarından başlayaraq binada işlər xeyli yubanmış, bina yeni materiallarla təmin edilməmiş və Məsud 2009-cu ildən sonra tikintini davam etdirməkdən imtina etməyə başlamışdır. MTK-nın rəhbərliyi, həmçinin özü Məsuddan gəlib işlərini icra etməsini tələb etmişlər, lakin sonuncu onlardan qaçmış, telefonlarına cavab verməmiş və 2010-cu ilin yazından sonra demək olar ki, binaya gəlməmişdir. MTK-nın rəhbərliyi tərəfindən podratçıya verilməli olan mənzillərin siyahısı müəyyən edilmiş və həmin mənzillərə müştəriləri əsasən Məsud taparaq onlardan pulu bəzən özü alırdı, müştərilərin adlarına müqavilə, maliyyə arayışlarının yazılmasını MTK əməkdaşlarına tapşırırdı, bəzən də müştərilər pulu gəlib MTK-da ödəyirdilər. Ödəniş məsələləri ilə satış meneceri Şahid məşğul olmuş, satış və ödənişlərin qeydiyyatını aparmışdır. 2009-cu ilin axırlarından sözsöhbət yaranmışdır ki, Məsud mənzil satışından aldığı pul vəsaitlərinin əksər hissəsini tikintiyə xərcləməmişdir. Onun özünün iştrakı ilə 2010-cu ilin əvvəlində gördüyü işlərin həcmi, aldığı mənzillərin dəyəri hesablanmış və məlum olmuşdur ki, tikintinin tam başa çatdırılması üçün podratçıya verilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən 8667 kv. metr yaşayış sahəsi Təqsirləndirilən şəxs verilmiş, onun yerinə yetirdiyi işin dəyəri isə faktiki olaraq 3161 kv.metr yaşayış sahəsinə bərabər olmuş, işlərini yarımçıq qoyaraq 5506 kv.metr yaşayış sahəsini qanunsuz olaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs mənzillərin satışından əldə etdiyi 4 milyon manatdan çox puldan cəmi ******* (iki milyon bir yüz səksən yeddi min yüz iyirmi yeddi) manat vəsaiti tikintiyə xərcləməklə, MTK-ya təxminən 2 milyon manat borclu olması müəyyən olunmuşdur. 2009-cu ildən sonra dəfələrlə Təqsirləndirilən şəxs iş üçün verilmiş tikinti sahələrinin geri qaytarılması haqqında müraciətlər etsələr də əhəmiyyəti olmamış, buna görə də Məsudla münasibətləri pozulmuşdur. Sonuncu tez-tez demişdir ki, Fuad pul vəsaitlərini öz ehtiyaclarına, başqa biznes işlərinə xərcləməklə onu pis vəziyyətdə qoyub. M. Əhmədovun yarımçıq qoyduğu işləri icra etməsi üçün MTK rəhbərliyi 2010-cu ildə Ceyhun Nağıyevlə, 2011-ci ildə isə Rafiq Əliyevlə podrat müqavilələri bağlamağa məcbur olmuş, 8-ci mərtəbədən sonra betonlama, kərpic hörgüsü, plastik qapı-pəncərə və digər işlər Cahangir Alışov tərəfindən Ceyhun və Rafiqin iştirakı ilə icra edilmişdir. İstintaqa verdiyi ifadəsində Mətləb Cəlilov həmçinin göstərmişdir ki, tikintiyə xərclənmiş materialların həcmi haqqında 12.01.2009-cu il tarixli aktın tərtibatında iştirak etmiş və həmin aktda yazılanların həqiqətə uyğun olmasını təsdiq edir. 2016-cı ilin əvvəllərində auditor Rasim Hacıyev həm onun və digər MTK əməkdaşlarının, həm də Məsud Əhədovun nümayəndəsi Oqtay Tarıverdiyevin iştirakı ilə binada icra olunmuş işlərin həcmini və dəyərini, o cümlədən Təqsirləndirilən şəxs özünün imzaladığı «Hesabat»a əsasən satılmış 80 ədəd mənzildən əldə etdiyi pul vəsaitlərinin məbləğini müəyyən etmiş, sonuncunun icra etdiyi işin həcmindən xeyli artıq məbləğdə mənzil pullarını ələ keçirməsini dəqiqləşdirmiş, digər şəxslərlə bərabər özü də mütəxəssisin aktını imzalamışdır. Təqsirləndirilən şəxs 2009-cu ilin dekabr ayının sonunadək olan müddətdə 1-ci qatdan 16,5 qata qədər beton işinə, 13 qata qədər kərpic hörgüsü işinə, 9 mərtəbəyə qədər PVC qapı-pəncərə işinə pul vəsaiti buraxması, guya kooperativin ona borclu qalması haqqında ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyildir. O, Məsud və Kəmaləddinə pul vəsaitlərinin verilməsi haqqında qeydiyyatların aparıldığı kitabın, həmçinin “Hesabat” başlıqlı sənədin tərtibatında iştirak etməmiş, lakin 2010-cu ildə Məsudla yekun haqqhesab aparılan zaman həmin sənədlərin tərtib etmiş Etibar Bağırov bildirmişdir ki, Məsudun hər dəfə pulu alarkən imzaladığı kitabda yalnız sonuncuya özünün verdiyi pullar əks etdirilib, Məsud və Kəmaləddinin birbaşa vətəndaşlardan ilkin ödəniş kimi aldığı pullar isə həmin kitabda yazılmamış, 2010-cu ilin fevral ayında tərtib olunmuş hesabatda isə Məsudun aldığı bütün pul vəsaitləri öz əksini tapmışdır (cild 3, iş vərəqi 36-41). Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Yeni Yasamal MTK-nın meneceri işləmişdir. Məsud binanın tikintisinə 2007-ci ildə sıfır səviyyəsindən başlamış və binanı 9-cu mərtəbəyə qədər tikmişdir. Bundan sonra tikintidə işlər dayanmış, lakin Məsud 2010-cu ilə qədər tikintiyə gəlib-getmişdir. Onlar məcbur olub 2010-cu ildə başqa şəxslərlə müqavilə bağlamış və binanın tikintisini davam etdirmişlər. Verilən sualları cavablandıran Şahid ibtidai istintaq zamanı iki dəfə ifadə verdiyini, həmin ifadələri təsdiq etdiyini, sona qədər Cahangir Alışovla birlikdə işlədiyini, özünün ali təhsilli mühəndis olduğunu, binadan mənzil alan müştərilərin ödədiyi pullara, həmçinin aylıq ödənişlərinə nəzarət etdiyini, menecer kimi vəzifəsinin gələn müştərilərə bina haqqında məlumat vermək, binanın nə vaxt tikilib hazır olacağı və nə vaxt təhvil veriləcəyi barədə məlumat vermək olduğunu, ümumi qayda olaraq, müştərinin mənzil almaq üçün ofisə yaxınlaşdığını, Cahangir Alışovla müqavilə bağladığını, maliyyə arayışının tərtib olunduğunu, pulu isə Məsudun özünün və ya nümayəndəsinin götürdüyünü, onun müqavilə və maliyyə arayışlarına nəzarət etdiyini, yəni nə qədər mənzil satıldığına, nə qədər pulun götürüldüyünə və nə qədər işin görüldüyünə nəzarət etdiyini, Təqsirləndirilən şəxsla müqavilə bağlanarkən özünün iştirak etmədiyini, Məsudla bir dəfə müqavilə bağlandığını, həmin vaxta qədər tikintini tamamlamadığı üçün sonradan yeni müqavilə bağlandığını, ibtidai istintaq zamanı sənədlər əsasında ifadə verdiyinə görə, orada olan rəqəmləri dəqiq göstərdiyini, Məsudun maliyyə vəsaitinin olmadığını, Məsudun 2009-cu ilin axırı - 2010-cu ilin əvvəlinə qədər tikintidə işlədiyini, Məsudun obyektdə tikintini 9-cu mərtəbəyə qədər apardığını, lakin 9-cu mərtəbənin tam hazır olmadığını, 3-5-ci mərtəbəyə qədər hörgü işlərinin görüldüyünü və pəncərələrin qoyulduğunu, binanın tikintisinə heç kimin pul qoymadığını, Məsudun satışdan əldə olunan puldan götürdüyü məbləğin gördüyü işin məbləğindən artıq olduğunu, sonralar pulu olmadığı üçün Məsudun tikintiyə gəlmədiyini, söhbət zamanı Məsudun ona Fuad barədə gileyləndiyini, əvvəlcə ofisin Montində yerləşdiyini, inşa olunan binaya isə 2008-ci ilin ortaları, ya da axırında köçdüklərini, Fövqəladə Hallar Nazirliyi və ya digər nazirliklər tərəfindən həmin binanın tikintisi zamanı hər hansı fotoşəkillər çəkilməsini görmədiyini, Məsudun nə qədər borclu olması barədə müstəntiqə dediklərini sənədlər əsasında dediyini, Təqsirləndirilən şəxs tikintidə işi dayandırdıqdan sonra arada 2010-cu ilin yay aylarına qədər gəlib-getdiyini, bildiyinə görə, Məsudun 108 mənzil satmasının sonuncunun öz kitabında da yazıldığını, sonra Məsudun gətirdiyi siyahıda 80 mənzilin satılmasını göstərdiyini, onunla yoxlayanda 80 mənzil barədə xəbəri olduğunu və hər ikisinin qol çəkdiklərini, mədaxil olunmayan mənzillərin də siyahısının yazıldığını, lakin bunlara onun aidiyyətinin olmadığını, həmin mənzillərin onda qeydiyyatdan keçmədiyini, ona gətirib siyahı verəndə 80 mənzillə bağlı söhbəti olduğunu, Məsudun həmin pulları hara xərclədiyini özünün bildiyini, onun bildiyinə görə isə, Ufada ticarət obyekti tikildiyi və həmin vəsaitin də oraya xərcləndiyini, Zərərçəkmiş şəxs1 da binaya gəlib-getdiyini, Faiqdən armatur alınıb-alınmadığını bilmədiyini, özünün Cəlilabad rayonundan olduğunu, ancaq Cahangir Alışovla qohumluq əlaqələri olmadığını, "xxxx"da MTK-ya ayrılmış mənzillərin satışından gələn pulları rəhbərliyin, yəni Cahangir Alışovun götürdüyünü, satışa çıxarılmış mənzillərin bir hissəsinin əvvəlcədən podratçı üçün ayrıldığını və həmin mənzillərin satışından əldə olunan pul vəsaitlərinin tikintiyə yönəldilməsinin razılaşdırıldığını, digər mənzillərdən əldə olunan pul vəsaitini rəhbərliyin götürdüyünü, həmin vəsaitin isə vergi, fövqəladə hallar, əmək haqları və digər xərclər üçün sərf olunduğunu, MTK tərəfindən satılmış mənzillərin pul hesabatlarının aparılmadığını, MTK-ya ayrılmış mənzillərə onun nəzarət etmədiyini, həmin mənzillərin satışından əldə olunan pul vəsaitlərinin birbaşa rəhbərliyin özünün götürdüyünü, 1.686.000 manatın Təqsirləndirilən şəxs imza edib götürdüyü aylıqlar olduğunu, ilkin ödənişlərin isə ayrı yazıldığını, onlara qol çəkilməsinə ehtiyac olmadığını, çünki müqavilə ilə maliyyə arayışının bir nüsxəsinin onda qaldığını, kitabda qeyd olunduğunu, onun ümumi məbləğinin 3,5-4 milyon olduğunu, 8.667 kvadrat metr yaşayış sahəsi ilə bağlı və 4.000 kv.metr katlavana xərclənmə ilə bağlı heç bir şey deyə bilməyəcəyini, Salyan Kərpic 137-ci və 224-cü mənzillə bağlı kitabda yazıldığını, Beton Əliyə 30% ilkin, 70 % barterlə verilən mənzillərdən xəbəri olmadığını, betonu binaya kimin verdiyini bilmədiyini, Vəkil Zərgərovu tanımadığını, 165 nömrəli mənzilin satışının yadında qalmadığını, Mətləb Cəlilovun imzası olmadan tərtib olunan aktın düzgün olmadığını, çünki sahə rəisinin Mətləb Cəlilov olduğunu, buna görə Mətləbin imzası olmayan aktı düzgün hesab etmədiyini, satış üzrə binanın hesabatını onun apardığını, 2007-2008-ci illərdə satılan mənzillərin maliyyə arayışına Cahangir Alışovla yanaşı onun imza etmədiyini, lakin bəzi maliyyə arayışlarına Məsud məcbur etdiyindən imza etdiyini, Məsud kimə deyirdisə, pulu da həmin şəxsə verdiyini, bəzən Məsudun puldan 2.000 manatı Kəmaləddinə verməsini tapşırdığını və onun da bunu etdiyini, Məsudun sonra gəlib həmin pul barədə imza etdiyini, Məsudun ona zəng etmədən kiməsə pul vermədiyini, Məsudun bəzən 3-4 gün işə gəlmədiyini və sonradan gəlib imza etdiyini, orada yazılan böyük məbləğlərin ilkin ödənişlər olduğunu, istintaq zamanı Mətləb Cəlilovun imzası olmadan akt tərtib olunmasını, həmin aktı Cagangirin işçisi kimi Arif Qurbanovun imzaladığını, ona bunu Cahangirin tapşırdığını eşitdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq edildi. İbtidai istintaqa verdiyi həmin ifadəsində Şahid göstərmişdir ki, 2006-cı ildə "xxxx" MTK tərəfindən ünvan 5 ünvanında çoxmərtəbəli yaşayış binasında tikinti işləri başlandıqdan orada menecer kimi işləmiş, əsasən mənzillərin satışı, ödənilmiş pullarının qəbul edilməsi məsələləri ilə məşğul olmuş, mənzilin satılması haqqında sənədləri isə əsasən Samir Baxşalıyev tərtib etmişdir. 2006-cı ildə binanın özülünün qazılması, üstünün bağlanması işləri MTK-nın rəhbəri Cahangir Alışov tərəfindən Təqsirləndirilən şəxs iştirakı olmadan aparılmış, 2007-ci ilin əvvəlində sonuncu ilə MTK-nın əməkdaşlığı başlanmışdır. Binanın tikintisi məqsədilə Təqsirləndirilən şəxs ilə "xxxx" MTK arasında 01.03.2007-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır və müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs binanın karkasının tikilməsi, hörgü-suvaq işləri, elektrik və santexnika, dəmir giriş qapılarının quraşdırılması və digər işlər daxil olmaqla binanı 31.12.2008-ci il tarixədək tikib başa çatdırmağı öhdəsinə almış, lakin Məsud işləri gecikdirdiyinə görə həmin müqavilənin muddəti 31.12.2009-cu il tarixədək uzadılmışdır. Müqaviləyə görə, Təqsirləndirilən şəxs işləri tam icra edəcəyi halda ona ümumilikdə 16.234,63 kv.m. həcmində yaşayış sahəsi verməli idi. Lakin o, faktiki olaraq 2007-ci ilin əvvəlindən 2009-cu ilin sonuna qədər olan müddətdə binanın 8-ci mərtəbəsi daxil olmaqla beton-karkas işlərini, 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərini həyata keçirmiş, kommunikasiya işlərini aparmamışdır. 2009-cu ilin iyul ayından sonra binada işlər xeyli ləngimiş, Məsud binaya material alınmamış və pul vəsaitini xərcləməmişdir. Məsud 2009-cu ilin sonunadək orada yalnız yaya qədər olan müddətdə alınmış materiallarla bəzi işlərin icra olunmasına nəzarət etmiş, tikintini davam etdirməsi üçün Məsudla MTK-nın rəhbərliyi danışıqlar aparmışdır. Lakin Məsud həmin vaxtlarda bildirmişdir ki, şəriki X162 şəhərində ticarət mərkəzini tikməsi ilə əlaqədar olaraq onu xeyli xərcə salıb, pulları dağıdıb, artıq tikintini davam etdirməyə maddi imkanı yoxdur. 2009-cu ildən sonra Təqsirləndirilən şəxs tərəfindən hansısa işin icra edilməsi tam dayandırılmışdır. MTK tərəfindən Arif Qurbanov sahə ustası, Mətləb Cəlilov baş iş icraçısı kimi, Məsudun tərəfindən isə Kəmaləddin Qədimov tikintidə nəzarət işləri ilə məşğul olmuş, binada bilavasitə işləyən usta-fəhlələr də onların tərəfindən tikintiyə cəlb edilmişlər. Tikinti işlərinin dayandırılmadan aparılması məqsədilə podrat üçün ayrılmış mənzillər müntəzəm olaraq satılmaqla pul vəsaitləri Məsud tərəfindən götürülmüşdür. Bir çox hallarda mənzillərin müştərilərini Məsud özü tapmış və ilkin ödəniş pullarını da onlardan özü almış, həmin vətəndaşların şəxsiyyət vəsiqələrini MTK-ya gətirərək adlarına müqavilə və maliyyə arayışlarını tərtib etdirmiş, yaxud da müştəridən pulu alması haqqında onlara məlumat verərək, müştəri özü kooperativdə müqavilə və maliyyə arayışını almışdır. O, bir sıra hallarda podrat üçün ayrılmış mənzillərin ilkin ödəniş pullarını, əsasən isə aylıq ödənişləri qəbul etmiş, sonradan bu pul vəsaitlərini Məsuda çatdırmış və hər dəfə belə pul vəsaitlərini sonuncuya verməsi haqqında «ünvan 6 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının tikintisini aparan podratçı Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyat kitabı. Başlanıb 02.04.2007-ci il, qurtarıb 08.04.2010-cu il» başlıqlı xüsusi kitabda ona, yaxud nümayəndəsi Kəmaləddinə imzalatdırmışdır. Kitabın qeyd hissəsində Zülfüqar Səfərov və qeyrilərinin adları göstərildiyi hallarda isə həmin pul vəsaitlərini ondan bilavasitə Məsud, yaxud Kəmaləddin almamış, Məsud özünün binada icra etdiyi podrat işləri ilə əlaqədar olaraq material aldığı şəxslərə, MTK-nın mühasibi Zülfüqara və qeyrilərinə pul verməli olduğu hallarda bəzən pulları həmin şəxslərə verməsini ona tapşırmış və o, müəyyən məbləğdə pul vəsaitini Məsudun adından həmin şəxslərə vermişdir. Məsudun onun vasitəsilə deyil, özünün ilkin ödəniş kimi aldığı pul vəsaitləri isə həmin kitabda qeyd edilməmiş, həmin vəsaitlər maliyyə arayışlarında əks etdirilməklə, bir çox hallarda müqavilələrin üzərində «M» hərfini qeyd etmiş və Məsud özü də aldığı pul vəsaitlərinin ayrıca kitabda qeydiyyatını aparmışdır. Məsud və Kəmaləddinin özlərinin tərtib etdikləri, mənzil satışından götürdükləri həm ilkin ödəniş, həm də aylıq ödənişlərin qeydiyyatını apardıqları 2 ədəd üzərində «1-90» yazıları, həmçinin «91-180» yazıları əks olunmuş qalın göy rəngdə kitabı istintaqa təqdim edir. Həmin kitablarda podratçı tərəfindən 108 ədəd mənzilin satılması haqqında qeydlər aparılsa da, 2010-cu ilin fevral ayının axırında onunla Məsud özlərində olan bütün kitab və qeydiyyatları tutuşdurmaqla, sonuncunun mənzillərin satışından aldığı pul vəsaitlərinin hesabatını aparmışlar və Məsud bəzi məsələləri mübahisələndirərək, bir sıra mənzillərin satışının özünə deyil, sifarişçiyə, yəni MTK-ya aid olduğunu, pulların ona çatmadığını bildirmiş, buna görə də gələcəkdə mübahisələrin yaranmaması üçün Məsudun sözü ilə bəzi mənzil satışlarını ona aid etmədən hesabata salmamışlar. Yekunda Məsudun özünün iştirakı ilə satılmış 8667 kv.metr mənzil sahəsi – cəmi 80 ədəd mənzilin dəyəri, ilkin ödəniş kimi və aylıq ödənişlər şəklində verilmiş pul vəsaitləri, 2009-cu ilin axırınadək vətəndaşlar tərəfindən hələ ödənilməmiş qalıq pullar (hansı ki, həmin pulları da sonradan Məsud almışdır) hesabatda qeyd edilmiş və hər ikisi imzaları ilə Məsudun əsasən nağd pul, bir neçə halda isə mənzil formasında ******* ABŞ dollarını əldə etdiyini təsdiq etmişlər. Təqsirləndirilən şəxs mənzil satışlarından əldə etdiyi bütün pul vəsaitləri, yəni həm vətəndaşların ilkin ödənişləri, həm də sonrakı aylıq ödənişləri «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»da öz əksini tapmışdır. O, hələ 2008-ci ildən başlayaraq Məsudun aldığı pulların dəyərində tikinti işlərini icra etmədiyini görərək bu barədə Cahangir Alışova dəfələrlə xəbərdarlıq etmiş, lakin sonuncu Məsudun onsuz da binanı tikəcəyini bildirməklə narahatçılığa əsas olmadığını demiş, Məsudun öhdəliklərini icra edəcəyinə inanaraq əvvəlcədən pulun verilməsinə etiraz etməmişdir. 2009-cu ilin axırından sonra isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs MTK rəhbərliyi tərəfindən təsdiq edilmiş sənədlərə əsasən 8667 kv.metr - icra etdiyi işlərin dəyərindən xeyli artıq yaşayış sahəsini ələ keçirmişdir. 2009-cu ildən sonra MTK rəhbərliyi Təqsirləndirilən şəxs pul vəsaitlərini geri qaytarması haqqında dəfələrlə xəbərdarlıq etsə də bu müraciətlərin əhəmiyyəti olmamışdır. Kooperativ rəhbərliyi tərəfindən aparılmış hesablamalara əsasən, Məsud cəmi ******* (iki milyon bir yüz səksən yeddi min yüz iyirmi yeddi) manatı tikintiyə xərcləməklə, aldığı ******* manat məbləğində vəsaitdən qalan hissəni, yəni ******* manatı MTK-ya təhvil verməlidir. Şahid istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs podratçı kimi işləməməsi, yalnız tikintini maliyyələşdirməsi, 2009-cu ilin dekabr ayının sonunadək olan müddətdə 1-ci qatdan 16,5 qata qədər beton işinə, 13 qata qədər kərpic hörgüsü işinə, 9 mərtəbəyə qədər PVC qapı-pəncərə işinə pul vəsaitini buraxması, kooperativin ona qeydiyyat kitabında yalnız hər dəfə imzalamaqla götürdüyü pul vəsaitlərini - ümumilikdə ******* ABŞ dollarını verməsi və icra etdiyi işlərə görə MTK-nın ona 968305 ABŞ dolları məbləğində borcunun qalması, “Hesabat” başlıqlı sənədin birinci vərəqəsinə sonradan hansısa sözlərin əlavə olunması haqqında ifadəsində göstərdiyi xüsusatlar həqiqət əks etdirmir. Həmin “Hesabat”da ayrıca olaraq «Pulu tikintiyə mədaxil olunmayan mənzillər» cədvəlində əks olunan vəsaitlər Məsuda (podrata) aid olmayan, MTK-ya aid olan mənzillərin satışından əldə edilmiş və borc kimi C.Alışovdan, Əliheydər Şahmarov və qeyrisindən Məsud tərəfindən götürülmüş, sonradan isə onun həmin şəxslərə qaytardığı pul vəsaitlərini əks etdirir. Buna görə də həmin cədvəldə axırıncı qrafada «Ələsgər m. götürüb» kimi qeydlər yazılmışdır. Məsudun yarımçıq qoyduğu işləri icra etməsi üçün MTK rəhbərliyi 2010-2011-ci illərdə Ceyhun Nağıyev və Rafiq Əliyevlə podrat müqavilələri bağlamağa məcbur olmuş, Cahangir Alışov həmin şəxslərlə birlikdə 8-ci mərtəbədən sonra Təqsirləndirilən şəxs görməli olduğu işləri, yəni betonlama, kərpic hörgüsü, plastik qapı-pəncərə quraşdırılması və digər işləri icra etmişlər (cild 3, iş vərəqi 29-35, 117-119, cild 11, iş vərəqi 73-76). Məhkəmə iclasında şahid qismində dindirilən X61 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanısa da, onunla mübahisəsi olmamışdır. O, Cahangir Alışovun işçisi olmuşdur. 2007-ci ildə "xxxx" MTK-ya gəlib orada kargüzar işləmişdir. 2009-cu ildə onların ofisi M.Xiyabani küçəsindəki binaya köçmüşdür. Ona şəxsiyyət vəsiqəsi təqdim olunur, o da, şəxsiyyət vəsiqəsinin əsasında maliyyə arayışını və müqaviləni tərtib etmişdir. Verilən sualları cavablandıran şahid X66 Alışovun qohumu olmadığını, Təqsirləndirilən şəxs və Cahangir Alışovu işlə bağlı tanıdığını, Təqsirləndirilən şəxs 2010-cu ilin fevral ayına kimi Yeni Yasamaldakı obyektdə gördüyünü, mənzi alan şəxslərin pulu ödədiklərini, həmin pulları isə Məsudla Ehtibarın götürdüyünü, hansı mənzilin pulunu kimin götürdüyünü bilmədiyini, Məsudun şəxsiyyət vəsiqəsini təqdim etdiyini və ilkin ödənişi götürdüyünü dediyini, sonradan tərtib olunan sənədlərdən müəyyən məbləğdə pulun tikintiyə xərclənmədiyini gördüyünü, bəzən müştəri özü gəlməsə də, həmin şəxsin şəxsiyyət vəsiqəsini gətirdiklərini, onun da, sənəd əsasında maliyyə arayışı hazırladığını, qalan pulların ofisə təqdim olunduğunu, sonra Məsudun gəlib götürdüyünü, Təqsirləndirilən şəxs 8 mərtəbə tikdiyini, yəni 2008-ci ilin yay ayına qədər fəaliyyət göstərdiyini, Məsudla Cahangirin arasında münaqişə olduğunu bilmədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X91 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işlə əlaqədar tanımışdır. O, 2007-ci ilin aprel ayının axırlarına yaxın "xxxx" MTK-da iş icraçısı kimi fəaliyyətə başlamışdır. O, işlədiyi müddətdə işin keyfiyyətinə nəzarət etmişdir. 2009-cu ildə ofis binanın özünə köçürülmüşdür. Təxminən 2010-cu ilin avqust ayının əvvəllərinə qədər orada işləmiş, sonra əmək haqqları verilmədiyi üçün işdən çıxmışdır. Suallara cavab verən şahid Arif Qurbanov ibtidai istintaq zamanı neçə dəfə ifadə verdiyini xatırlamadığını, Məsudla Cahangir arasında müqavilə bağlandığını ibtidai istintaq zamanı bildiyini, obyekti kimin maliyyələşdirdiyindən xəbəri olmadığını, ümumiyyətlə, belə işlərə qarışmadığını, obyektə gələndə birinci mərtəbədə qəlib işlərinin görüldüyünü, həmin vaxt Məsudun da orada işlədiyini, əmək haqlarını 2009-cu ilə qədər Məsud müəllimdən aldığını, sonra isə əmək haqqlarının verilmədiyini, 2009-cu ilin əvvəllərinə qədər əmək haqqlarının verildiyini, həmin vaxtdan da sonra işlərin getdiyini, təminat olmadığından 2-3 ayda bir mərtəbənin tikildiyini, həmin vaxt Təqsirləndirilən şəxs həftədə 2-3 dəfə gəlib-getdiyini, onun kimi gəlib orada oturmadığını, bir dəfə Cahangir Alışovun göstərişi ilə kimə nə qədər borclarının olduğunu bilmək üçün arayış hazırlandığını, o da, Təqsirləndirilən şəxsla birlikdə arayış tərtib etdiklərini, həmin arayışı da onunla bərabər Məsudun da imzaladığını, Cahangir Alışovun arayışa baxıb düzəliş etdiyini və sonra arayışın Təqsirləndirilən şəxs qaldığını, üzləşmə aktını Cahangir Alışovun imzalamalı olduğunu, lakin onun imzaladığını, həmin arayışı əlyazma yazdığını, pul barədə olanları da Məsudun dediyini və onun da yazdığını, onlardan başqa, səhv etmirsə, Kamalın da iştirak etdiyini, çünki Kamal daim obyektdə olduğunu, həmin sənədin ibtidai istintaq zamanı ona təqdim olunduğunu, həmin vaxt onun tərtib elədiyi sənədlə təqdim olunan sənəd arasında elə bir fərqin olmadığını, həmin vaxt deyəsən sənədin başında 16,5 mərtəbənin yazıldığını dediklərini, ondan ola bilərmi ki, bunun sonradan yazıldığının soruşulduğunu və o, ola biləcəyini dediyini, həmin xəttin ona məxsus olduğunun yadında olmadığını, ya onun, ya da Məsudun yazmasının onun yadında olmadığını, mərtəbələri saymadığını, mərtəbələrin sayının onun üçün maraqlı olmadığını, tikintidən gedənə qədər neçə mərtəbənin tikildiyi yadında olmadığını, ibtidai istintaq zamanı Cahangir Alışovla üzləşmə aparıldığını, lakin bu barədə sual verilmədiyini, bir dəfə arayış hazırlandığını və həmin arayışı imzaladığını, lakin sonradan yazılanları Cahangirin dediyini, yəni bir kv.metrin neçəyə başa gəldiyini yazmağı dediyini, onların da yazdığını, lakin həmin yazılanları imza etmədiyini, imzaladığı arayışda kimə nə qədər borclu olduqlarının yazıldığını və onu imzaladığını, o, birini imzaladığını, digər ikisində imzası olmadığını, bir üzləşmə aktına imza atdığının yadında qaldığını, 2009-cu ilin yanvar ayına qədər əmək haqqlarını Məsudun verdiyini, üzləşmə aktını da 2009-cu ilin yanvar ayında tərtib etdiklərini, 2009-cu il iyunun 1-də tərtib olunmuş üzləşmə aktında binanın 1 kv.metrinin neçəyə başa gəldiyinin yazıldığını, arayışda miqdarın da, materialın qiymətlərinin olduğunu, onları Təqsirləndirilən şəxs götürdüyünü, Cahangir Alışovun işçisi olduğu üçün üzləşmə aktını onun yazdığını və özünün imzaladığını, 2010-cu ilin avqust ayında işdən çıxdığını, üzləşmə protokolunu oxuduğunu, onun sözləri ilə düzgün yazıldığını, iki dəfə ifadə verdiyini, ikinci dəfə də müstəntiqin çağırdığını, onun da gedib ifadə verdiyini, lakin nə zərurət olduğunu bilmədiyini, Cahangir Alışovla üzləşmə zamanı ondan tikintidən nə vaxt getdiyini soruşulduğunu, o da, 2009-cu ilin avqust ayında getdiyini bildirdiyini, Cahangir Alışovla üzləşmə zamanı binanın mərtəbələrinin sayı barədə sual verildiyini, o, işdən çıxan vaxt binanın neçə mərtəbəsinin tikildiyini dəqiq xatırlamadığını, təxminən 12-13 ya da 14-cü mərtəbəsinin tikildiyini, o, gedəndə binanın 8-9-cu mərtəbəsinin tikilməsi fikrinin doğru olmadığını, binada 240 mənzilin olduğunu, həmin mənzillərin neçəsini kimin satdığını bilmədiyini, Cahangir Alışovla əvvəllər bir tresdə işlədiyini məhkəməyə bildirdi. Şahid Arif Qurbanovun məhkəmə iclasında verdiyi ifadə ilə cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadələrində bildirmişdir ki, Cahangir Alışovu təxminən 1976-cı ildən tanımış, sonuncunun təklifilə 2007-ci ilin may ayının əvvəlindən 2010-cu ilin avqust ayına qədər "xxxx" MTK-nın M. Xiyabani küçəsində inşa etdiyi binada iş icraçısı işləmişdir. Əvvəllər hər ayda 500 manat, son vaxtlarda isə 700 manat əmək haqqını ona ilk vaxtlarda Təqsirləndirilən şəxs, təxminən 2009-cu ilin ortalarında Cahangir ofisini tikinti ərazisinə köçürdükdən sonra sonuncu vermişdir. Təqsirləndirilən şəxs 2007-ci ilin may ayında tikintiyə gəldiyi zaman tanımış, Məsudun orada podratçı kimi işlədiyini və binanın tikintisini tamamlayıb təhvil verməli olduğunu bilmişdir. Lakin sonuncunun C. Alışovla aralarında hansısa yazılı müqavilənin bağlanıb-bağlanmaması, müqavilənin şərtləri haqqında heç nə bilməmişdir. Tikintidə işə başladığı zaman 1-ci girişdə 1-ci mərtəbənin üstü betonla örtülmüş, 2-ci girişdə isə hələ birinci mərtəbənin karkas işləri icra olunmuşdur. O, iş icraçısı kimi gündəlik olaraq tikinti ərazisində olmuş, usta və fəhlələr tərəfindən icra olunan işlərə nəzarət etmişdir. Binada beton karkas işlərini əvvəllər briqadir kimi Tahir Turabov, təxminən 10-cu mərtəbədən Seymur Cövdətov adlı şəxslər icra etmişlər. Seymurun oraya nə vaxt gəlməsini xatırlamır, lakin təxminən bir il onunla işləmiş və o, işdən çıxdığı zaman Seymur hələ tikintidə qalmışdır. Binanın hər mərtəbəsinə təxminən 600 kub metr beton, 96- 100 ton armatur işlənmişdir. O, işə başladığı vaxtdan beton işlərinə dair jurnal və ümumi işlərə dair jurnalda qeydiyyatlar aparmış, işdən çıxanda isə jurnalları binanın ofisində saxlayaraq, surətlərini götürməmişdir. Binaya beton sürücülər tərəfindən qaimələrə gətirilmiş, hər dəfə beton daxil olanda bu barədə jurnalda yazmış, ikinci jurnalda isə beton işindən başqa, binada ica olunmuş digər işlər barədə qeydiyyatlar aparmışdır. İcra olunmuş işlər barədə Təqsirləndirilən şəxsla C.Alışovun arasında hansısa hesabatın tərtib olunmasını bilməmişdir. Binanın layihəsi 2 girişli olmaqla, 16 mərtəbə (bir qeyri-yaşayış, 15 mərtəbə isə yaşayış sahəsi) nəzərdə tutulmuş və işlər, adətən, birinci girişdən başlanmışdır. Hər mərtəbənin tikintisi başlanandan əvvəl o, layihəyə uyğun olaraq, həmin mərtəbəyə sərf olunacaq beton-armatur, digər materialların həcmini hesablamışdır. 2009-cu ilin təxminən yayına, yəni C.Alışovun ofis otağı tikinti ərazisinə köçürülənə qədər Məsuda, qeyd olunan vaxtdan sonra isə C.Alışova materialların sifarişini vermiş, müxtəlif şəxslər (mal-material sahibləri) materialı özlərinin maşınları ilə tikinti ərazisinə gətirmişlər və o, materialın pulunu kimin verməsini bilməmiş, bu barədə maraqlanmamışdır. Bir çox hallarda o, sürücülərin pullarını, həmçinin usta-fəhlələrin əmək haqqını əvvəllər Məsuddan, 2009-cu ilin ortalarından isə C.Alışovdan, yaxud onun əməkdaşı Şahid alıb ödəmişdir. Cahangir Alışov ofisini tikinti ərazisinə köçürdükdən sonra onun əsas səlahiyyət sahibi olduğunu görmüş, Məsud isə daha gec-gec, 2010cu ildə isə ayda yalnız bir-iki dəfə gəlib-getmiş, lakin onun nə işlə məşğul olmasını görməmişdir. 2009-cu ildən başlayaraq binada tikinti işləri xeyli ləngimiş, tikintinin materialla təchizatı yubanmış, işlər müntəzəm olaraq fasilələrlə aparılmaqla, hətta beton işlərində 3-4 ay fasilə verilən vaxtlar olmuş, ona və usta-fəhlələrə əmək haqqı vaxtlı-vaxtında verilməmiş, belə problemlərdən yorularaq 2010-cu ilin avqust ayında öz təşəbbüsü ilə işdən çıxmışdır. Məhz Məsudun icra etdyi beton-karkas işlərinin həcmini, onun hansı məbləğdə pul xərcləməsini dəqiq deyə bilmir, həmçinin konkret olaraq hər bir ildə hansı mərtəbədə işlərin icra olunmasını hazırda xatırlamır. Məsudun binada mənzillərin satışından hansı məbləğdə pul almasını, Cahangirə borclu olub-olmamasını bilməmişdir. Şahid Arif Qurbanov istintaqa verdiyi ifadəsində həmçinin göstərmişdir ki, istintaq orqanında ona təqdim olunan, «Ümumi tikinti sahəsi 37357 kv. metr, o cümlədən 01.01.09-a yerinə yetirilib 27654 kv. metr» başlıqlı sənəd, 01.07.2009-cu il tarixli 1 vərəqədə üzləşmə aktı, "xxxx" MTK üzrə podratçının xərcləri, ödənişlər və borclar haqqında 01.02.2010 tarixinə arayış» başlıqlı sənəd onun xəttilə tərtib olunmuş və tərəfindən imzalanmışdır. Lakin «01.01.09-a yerinə yetirilib» başlıqlı sənəddə «12.01.09» rəqəmlərini, «01.02.2010 tarixinə arayış» başlıqlı sənəddə «16,5 qat, 1 qat = 2010 kv. metr» sözlərini o, yazmamışdır. Arayışları Məsudun, yaxud onun nümayəndəsi Kəmaləddinin təklifilə tərtib etmiş və özündə saxlamadan onlara vermişdir. Sənədlərdə qeyd olunan tarixlərə qədər sərf olunmuş materialların həcmi haqqında yazılanların həqiqətə uyğun olduğunu təsdiq edir, lakin materialların hansı qiymətə alınmasını, pulun kimin tərəfindən ödənilməsini bilməmiş və pul vəsaitlərinin məbləğinə dair qeydləri, 01.02.2010-cu il tarixinə arayışda qeyd olunan, tanımadığı «Faiq» və digər şəxslərin adlarını yalnız Təqsirləndirilən şəxs və K.Qədimovun sözlərinə əsasən yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş tarixsiz, materialların həcmi barədə əl yazısı ilə qeydlərin yazıldığı 3 vərəqədə sənəd də onun xəttilə tərtib olunmuş, lakin hər mərtəbənin yanında karandaşla yazılmış tarixlərə dair qeydləri o, yazmamışdır. İcra etdiyi yazılar həm binada icra olunmuş işlərə artıq sərf olunmuş, həm də hələ icra olunacaq işlərə sərf olunacaq materialların həcmini əks etdirir. Həmin arayışda da materialların hansı qiymətə alınması, pulun kimin tərəfindən ödənilməsinə dair qeydləri yalnız Təqsirləndirilən şəxs və Kamal Qədimovun sözlərinə əsasən yazmışdır. Şahid Arif Qurbanov istintaqda verdiyi ilkin ifadəsində 2010-cu ilin avqust ayında işdən çıxdığı zaman binanın 1-ci blokunun 16-cı mərtəbəsinin beton-karkas işləri tamamlandığını, 2-ci blokda isə 15-ci mərtəbədə beton-karkas işlərinin icra olunduğunu, həmçinin təxminən 9-cu mərtəbəyə qədər PVC pəncərələr qoyulduğunu və xarici kərpic hörgü işlərinin aparıldığını bildirsə də, sonrakı ifadəsində və X26 ilə üzləşdirilərkən göstərmişdir ki, 2010-cu ilin avqust ayında işdən çıxdığı zaman binanın mərtəbələrində beton-karkas işləri davam etmiş, həmçinin arakəsmələrin hörgüsü, qapı-pəncərə işləri də yarımçıq qalmış, binanın hər blokunda müxtəlif səviyyədə və həcmlərdə işlər icra olunmuşdur, lakin həmin vaxt məhz hansı mərtəbədə beton və digər işlərin aparılmasını hazırda xatırlamır (cild 3, iş vərəqi 101-108, cild 10, iş vərəqi 33-35, cild 11, iş vərəqi 55-57). Elan olunmuş ifadələrlə bağlı proses iştirakçılarının suallarını cavablandıran şahid Arif Qurbanov elan olunmuş ifadələri təsdiq etdiyini, o, işdən çıxan zaman Təqsirləndirilən şəxs tikintidə olduğunu, həmin vaxt binanın birinci blokunda 16-cı mərtəbənin beton karkas işlərinin, ikinci blokda isə 15-ci mərtəbənin beton-karkas işlərinin görüldüyünü, 13-cü mərtəbədə hörgü işlərinin, 9-cu mərtəbəyə qədər PVC qapı və pəncərələrin qoyulduğunu, birinci verdiyi ifadəni təsdiq etdiyini, həmin ifadənin düzgün olduğunu, tərtib olunmuş aktların onun xətti ilə yazıldığını, lakin mərtəbələrin qarşısında karandaşla yazılanların onun xətti olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur, Məsudla münasibətləri yaxşıdır. 2007-ci ilin yay aylarında, təxminən may ayında Məsud onu özünün yanına tikintiyə işləməyə dəvət etmişdir. O, tikintidə materialların, işçilərin işə gəlib-getməsinin qeydiyyatını aparmışdır. Tikintiyə gələn zaman binanın 4-cü mərtəbəsi tikilmişdir. 2009-cu ilin axırlarında o, yeni işə düzəldiyindən tikintidən getmişdir. Sonradan Cahangirin məhkəmədə Məsuda qarşı iddia qaldırdığını eşitmişdir. Verilən sualları cavablandıran şahid Kəmaləddin Qədimov ibtidai istintaq zamanı üç dəfə ifadə verdiyini, həmin ifadələrini təsdiq etdiyini, ibtidai istintaq zamanı ona təsir olunmadığını, tikintini Məsudun maliyyələşdirdiyini ibtidai istintaq zamanı verdiyi ifadələrində də dediyini, özünün həmin tikintidə qeyri-rəsmi işlədiyini, aylıq 300-400 manat pulu Məsudun ona verdiyini, Cahangir Alışovdan pul almadığını, Cahangirə heç bir tabeçiliyinin olmadığını, maliyyə məsələlərini Məsudun həll etdiyini, işlədiyi müddətdə tikintinin aparılmasına maliyyə vəsaitini Məsudun qoyduğunu və satılan mənzillərdən alınan pullardan fəhlələrə, materiala verdiyini, pulu Məsudun gətirdiyini, o, hər dəfə pul götürəndə menecer olan Etibarın jurnalına imza etdiyini, həmin pullarla bağlı ibtidai istintaqda ifadələrində göstərdiyini, götürdüyü pullara cavabdeh olduğunu, həmin pulları fəhlələrə, Məsudun göstərişi ilə materiala verdiyini, tikintidən ayrılandan sonra tikinti işi ilə maraqlanmadığını, çünki öz işlərinin olduğunu, o, tikintidən gedəndə binanın 15-ci mərtəbəsinin qurtardığını və 16-cı mərtəbənin tikintisinə başlanıldığını, tikintidən 2009-cu ilin avqust-sentyabr aylarında getdiyini, Məsud tikinti gecikdiyinə görə tikintinin müddətinin bir il uzadılması ilə bağlı ərizə yazdığını, Məsudun ərizəni 2008-ci ilin axırında yazdığını, işlədiyi müddətdə satılan mənzillərin ilkin ödənişlərini götürmədiyini, onun və Məsudun götürdükləri pullarla bağlı Etibar Bağırovun kitabına imza etdiklərini, binanı tərk etdiyi zaman 15-ci mərtəbənin beton-karkas işlərinin icra olunub üstünün bağlandığını, 16-cı mərtəbədə isə beton işlərinin davam etdirildiyini, binanın 13-cü mərtəbəsinədək arakəsmələrin hörüldüyünü, 9-cu mərtəbəsinədək PVC qapı-pəncərə işlərinin yerinə yetirildiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla, həmçinin Cahangir Alışovla da heç bir düşmənçiliyi və ədavəti yoxdur. Yeni Yasamalda tikilən binaya o, gələn zaman orada təxminən binanın ya 8-9-cu mərtəbəsi, ya da 9-10-cu mərtəbəsi tikilmişdir. O, gəlib həmin mərtəbələrdən sonra 16-cı mərtəbənin poluna qədər dəmirbeton işlərini görmüşdür. O, baş usta kimi işləmiş, pulları alıb işçilər arasında bölüşdürmüşdür. İşlədiyi müddətdə bir çox şəxslərdən - Kamal, Məsud, Cahangir və Fuaddan, bir də sahə rəisi olan Arifdən pul almışdır. 8-9-cu mərtəbədən sonra iş dayanmış, buna görə Cahangir onların tanışlarına binanın tikintisini davam etdirməyi təklif etmiş, lakin həmin şəxslərin işi olduğu üçün onları həmin binaya göndərmişlər. Məhkəmədə sualları cavablandıran şahid Seymur Cövdətov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, tikintiyə gəldiyi ili dəqiq xatırlamadığını, təxminən 2008-2009-cu ildə tikintiyə gəldiyini, onu tikintiyə Cahangirin gətirdiyini, hər mərtəbəyə görə 9.300 manat pul aldıqlarını, iki blok olduğunu, bir blokun 9.300 manat, digəri blokun isə 9.200 manat pul etdiyini, işlədiyi müddətdə Məsudun tikintiyə gəlib-getdiyini, ona pul lazım olanda Cahangirin bununla bağlı Məsuda dediyini, sonuncunun da pulu verdiyini, Məsudun orada olduğu tarixləri dəqiq xatırlamadığını, briqadada 10-15 nəfərin olduğunu, pulu onun alıb işçilərə verdiyini, görülən işlər barədə sahə rəisi Arifə işi təhvil verdiklərini, Arifin işi qəbul etdikdən sonra pulu verdiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan şahid Seymur Cövdətovun cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edildi. O, həmin ifadələrində bildirmişdir ki, "xxxx" MTK-nın sədri Cahangir Alışovun dəvətilə 2009-cu ilin axırlarından həmin kooperativin M.Xiyabani küçəsində, 5 ünvanında inşa etdiyi binada briqadir kimi tikinti işləri ilə məşğul olmağa başlayaraq, işi armaturlu sütunların və mərtəbələrarası beton döşəmənin quraşdırılmasından ibarət olmuş, MTK ilə aralarında yazılı müqavilə bağlanmamışdır. C.Alışovla aralarında olan razılığa əsasən, bir blokda olan hər mərtəbəyə görə ona təxminən 9000 manat pul verilməli idi və işlərini icra edib qurtardığı vaxta qədər ona cəmi 108000 manat pul verilmişdir. Briqadaya fəhlələri özü cəlb etmiş, ayrı-ayrı vaxtlarda müxtəlif sayda, yəni 15-30 nəfər işçisi olmuş, onlara əmək haqqını kooperativdən aldığı pullardan özü vermişdir. Ona pul vəsaitləri xırda-xırda, yəni ***-**** manat arasında verilmiş, bir dəfəyə ən çox aldığı məbləğ isə 4000 manat olmuşdur. Pul vəsaitlərini ona ən çox Cahangir Alışov özü, yaxud onun adından Arif adlı iş icraçısı, əməkdaşları Etibar, Zülfüqar vermişlər, tikintiyə gəldiyi ilk vaxtlarda isə bəzən Məsud, yaxud onun dostu olan Fuad vermişlər. Ona kimin hansı məbləğdə pul verməsini hazırda dəqiq xatırlamır. O, binada işlərə 2009-cu iiln axırlarında bir blokda 9-cu mərtəbədən, digər blokda isə az müddət sonra 10-cu mərtəbədən başlamış, binanın betonla təmin edilməsi gecikdirildiyinə görə işləri gecikmiş, bəzən 6-7 ay ərzində işlərində fasilə yaranmışdır. Onun briqadasından başqa digər şəxslər də arada betonlama işləri ilə məşğul olmuşlar, yəni 9-cu mərtəbədən sonra beton işlərinin hamısını tək o, icra etməmişdir. Təxminən 2013-cü ildə binanın aşağıdakı ticarət sahəsi də sayıldıqda, 15-ci mərtəbənin üstünü betonladıqdan sonra tikintidən aralanmışdır. İşlədiyi müddətdə tikintiyə betonu və armaturu kimin gətirməsi, X102 Əhmədovun hansı münasibətdə olmaları haqqında məlumatı olmamışdır. Mərtəbələrin beton-karkas işləri icra olunduqca aşağı mərtəbələrdə kərpic arakəsmələr, qapı-pəncərə qoyulması işləri də aparılmış, həmin işləri icra edən şəxsləri tanımamışdır (cild 3, iş vərəqi 76-79, cild 10, iş vərəqi 163-165). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Seymur Cövdətov ifadəsində nə iş görmüşsə eləcə də istintaqa dediyini, tarixi dəqiq xatırlamadığını, mərtəbələrin sayını dəqiq bilmədiyini, müstəntiqin illər üzrə müqayisə edib yazdığını, binanın tikintisində hansı illər ərzində işləməyini və hansı mərtəbələrdə iş görməyini dəqiq xatırlamadığını, həmin tikintidə işləməyi ilə bağlı hər hansı sənədləşmə işi aparmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X62 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla, həmçinin Cahangir Alışovla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2009-2010-cu illərdə həmin binanın şəriklərindən Nəsibə onlar yer satmış, Nəsib isə onları aldatmışdır. Sonra onların işinə Milli Təhlükəsizlik Nazirliyində baxılmış və onların mülkləri qaytarılmışdır. O, həmin vaxt Cahangir Alışovla tanış olmuşdur. Sonra Cahangir onun podratçı kimi bina tikdiyini bilmiş və ona binanın yarımçıq qaldığını, gəlib binanı tikib qurtarmasını demiş, o da binanı tikmişdir. O, həmin binada hörgü-suvaq, daxili ağartma, mozaika, qapı-pəncərə, fasadın ağardılması işlərini görmüş, lakin işlədiyi illər dəqiq yadında qalmamışdır. O, həmin binaya beton vermiş, lakin özü beton işi görməmişdir. Məsudu həmin tikintidə görmüş, Məsud ora gəlib-getmişdir. Proses iştirakçılarının suallarını cavablandıran şahid Ceyhun Nağıyev ibtidai istintaq zamanı iki-üç dəfə ifadə verdiyini, həmin ifadələrini təsdiq etdiyini, müqaviləni Cahangir Alışovla bağladığını, Cahangirin beton, armatur istədiyini, onun da həmin malları verdiyini, Cahangirin isə əvəzində mal-mülk verdiyini, işin haqqını Cahangirdən aldığını, o, binaya gələndə Məsudun oraya gəlib-getdiyini, Fuad, Cahangir, Məsud və Nadir Feyziyev ilə birlikdə hesablama apardıqlarını və bir qisim borcun, yəni Fuad ilə Məsudun borcunun yarandığını, borcun tək Məsuda aid olmadığını, borcun məbləğinin təxminən 2 milyon olduğunu, həmin vaxt binanın neçənci mərtəbəsinin tikildiyini bilmədiyini, binanın sonuna qədər onun orada işləmədiyini, müqavilə ilə işlədiyini, müqaviləni 2010cu ildə bağladığını, gördüyü işə görə 1.600.000 manat pul aldığını, pulun hamısını Cahangir Alışovdan aldığını, tikintidə işləyəndən iki ay sonra müqavilə bağladığını, 2.000.000 manat Məsudun borcunun olmadığını, Cahangiri Fuadın aldatdığını, Cahangir ilə Məsudu bədbəxt edənin Fuad olduğunu, Məsudu Fuadın binaya gətirdiyini, bir gün Cahangirin Məsudun borcu olduğunu dediyini, Məsudun da Fuad gəldikdən sonra söhbət edəcəyini dediyini, Fuad gəldikdən sonra oturub söhbət etdiklərini və hesablama aparıldığını, həmin vaxt Məsudun sakit oturduğunu, Fuad ilə Cahangir arasında köhnə borcun yarandığını, Fuadın Şıxlnskidən ev verəcəyini və işi yola qoyacağını dediyini, lakin Fuadın sonra həmin evi vermədiyini və həbs olunduğunu, Fuadın bu kişinin pulunu aparıb xaricdə xərclədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında X28 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tədqiq edildi. Həmin ifadəsində Ceyhun Nağıyev göstərmişdir ki, 2010-cu ilin may-iyun aylarında əvvəllər tanımadığı "xxxx" MTK-nın sədri Cahangir Alışov M.Xiyabani küçəsindəki binanın tikintisi işlərində köməklik göstərilməsini ondan xahiş etmiş, həmin vaxtlarda aralarında podrat müqaviləsi bağlanmışdır. 2010-cu ilin yayında binada tikinti işlərinə başladığı zaman təxminən 11-ci mərtəbədə beton-karkas işləri icra edilirdi, həmçinin 6-cı mərtəbəyə qədər binanın çöl tərəfinin kərpiclə hörgüsü və PVC qapı-pəncərə işləri, 2 mərtəbənin daxili kərpic arakəsmələri icra olunmuşdur. Briqada yığaraq, təxminən bir il yarım ərzində 3-cü mərtəbədən 13-cü mərtəbə daxil olmaqla daxili divar hörgüsü və suvaq işləri, 6-cı mərtəbədən 13cü mərtəbəyə qədər isə çöl divarların hörgüsü və suvaq, 13-cü mərtəbəyədək pilləkən qəfəsinin gəclə ağardılması və mozaika, plastik qapı-pəncərə, balkonların yığılması işlərini icra etmiş, əsas işləri tamamladıqdan sonra bir müddət fasilə verərək, binada sifarişçinin özü tərəfindən beton işləri davam etdirildikcə, 2013-cü ildə 14-15-ci mərtəbələrdə mozaika, pilləkən qəfəsinin ağardılması və bəzi yerlərdə hörgü, həmçinin 14-16-cı mərtəbələrdə və mansardın bəzi hissələrində plastik pəncərə işlərini icra etmiş, xeyli arakəsmələri, müəyyyən qədər də pəncərələri söküb yenidən quraşdırmışdır. Bundan başqa, binanın beton-karkas işlərinin icra edilməsi üçün B25 betonu və armaturla təmin etmiş, qəliblərin yığılması, armatur və betonloma işlərinin icrası ilə kooperativin sədri C.Alışov özü məşğul olmuşdur. Görüləcək işlər və dəyəri barədə C.Alışovla aralarında 16 avqust 2010-cu il tarixli smeta tərtib edilmiş, həmin sənədlərdə qeyd olunmasına görə o, binaya 3950 kub.metr beton, 420 ton armatur verməli, icra edəcəyi işlərin - hörgü işlərinin həcmi 25500 kv.metr, ştukatur 23407 kv.metr, fasad suvağı 1934 kv.metr, mozaika 2670 kv.metr, gəc 16454 kv.metr, pəncərə işləri 2550 kv.metr təşkil etməklə, ******* manat dəyərində qiymətləndirilmişdir. Smetada qeyd olunmuş 3950 kub.metr həcmində betonu hissə-hissə olaraq 2010-cu ilin yayından 2013-ci ilin yayınadək olan müddətdə binaya vermiş, bu beton binanın təxminən 6 mərtəbəsində işlərin icra olunması üçün kifayət etmişdir. 2011-ci ildə kooperativin sədri C.Alışov tərəfindən təxminən 13-cü mərtəbənin, 2013-cü ildə isə orada 15-16-cı mərtəbələrin beton işləri icra olunmuşdur. Hörgü, suvaq, mozaika və sair işlərin əsas hissəsini 2011-ci ilin yayında Rafiq Əliyev tikintiyə gələnə qədər icra etmiş, sonra işləri xeyli yavaşımış, lakin öhdəsinə aldığı yarımçıq qalmış bəzi işləri Rafiq gəldikdən sonra da icra etməkdə davam etmişdir. Rafiq də orada qismən suvaq, hörgü, həmçinin digər işlərlə məşğul olmuşdur. İcra etdiyi işlərin əvəzində C.Alışov ona 2011-ci il ərzində binadan 5 ədəd mənzil, bundan başqa, Rəsulzadə qəsəbəsində 2 mərtəbəli həyət evi, «Karvansaray» ticarət bazarında 500000-600000 manat dəyərində ticarət sahələrini vermiş, 18 noyabr 2013-cü il tarixdə C.Alışovla aralarında son hesabat tərtib olunmuşdur. Tikintiyə gətirdiyi usta-fəhlələrin əmək haqqını özü vermişdir. Məsud təxminən 2010-cu ilin axırlarına qədər hərdən, yəni ayda iki-üç dəfə, Fuad isə nadir hallarda binaya gəlmişlər, lakin onların hansısa işlərlə məşğul olmalarını, material gətirmələrini görməmiş, bütün işləri C.Alışov icra etmişdir. Həmin vaxtlarda C.Alışovla Təqsirləndirilən şəxs arasında mübahisələr yaranmış, Məsudun binadan podrat üçün ayrılmış mənzillərin satışından əldə etdiyi pul vəsaitlərinin xeyli bir hissəsini binaya xərcləmədiyi məlum olmuşdur. 2010-cu ilin sonlarında tikinti yerində o, Cahangir Alışov, Təqsirləndirilən şəxs, Faiq Baxşəliyev, Şahid, Nadir Feyziyev birlikdə ətraflı söhbət edərək hesabat apardıqları zaman Məsud boynuna almışdır ki, onun tikintiyə təxminən ******* ABŞ dolları məbləğində borcu qalıb. 2009-cu ilin sonunadək olan müddətdə 1-ci qatdan 16,5 qata qədər beton işi, 13 qata qədər kərpic hörgüsü işi, 9-cu mərtəbəyə qədər PVC qapı-pəncərə işinin icra olunması haqqında Təqsirləndirilən şəxs ifadəsi həqiqətə uyğun deyildir. Əli Şirinov, Firudin, Məhəbbət, Sabir, Şamxal adlı şəxsləri tanımır, onların və tanışı Siyab İbadovun binaya nə vaxt, hansı mərtəbələrə beton verməsi haqqında məlumatı olmamışdır (cild 3, iş vərəqi 80-84, cild 10, iş vərəqi 136-138). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran şahid Ceyhun Nağıyev bəzi şeylərin dəqiq yadından çıxdığını, Məsud tikintidən ayrılanda binanın hansı mərtəbəsini tikib qurtardığını xatırlamadığını, bu işlərdə Məsudun yox, Fuadın günahının olduğunu, bunu Fuadın üzünə də deyə biləcəyini, həmin binada gördüyü işlər barədə hansısa qaydada sənədləşmə aparmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X92 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur və münasibətləri yaxşıdır. Təsisçisi olduğu "xxxx" MMC tikinti şirkətinin fəaliyyəti ilə əlaəqdar cinayət işi üzrə 2014cü ilin yanvar ayında həbs edilmiş və hazırda cəza çəkir. Cahangir Alışovu 2003-cü ildən tanıyır və Cahangirdə birlikdə bəzi tikinti işlərində çalışmışdır. 2005-ci ildə Cahangir Alışov ona Bakı şəhərində “Neapol” dairəsində bina tikintisi ilə məşğul olduğunu, betona görə 30.000 ABŞ dollarını ödəyə bilmədiyindən işlərinin dayandığını bildirmiş və köməklik göstərməsini ondan xahiş etmişdir. O, bununla bağlı Söhbət adlı şəxslə danışaraq pulun ödənilməsini öz öhdəsinə götürmüş və binada işlər bərpa edilmişdir. Bundan sonra Cahangir Alışovun təklifi ilə tikintini maliyyələşdirmə işlərində, materialla təmin olunmasında Cahangirə köməklik göstərməyə başlamış, həmyerlisi Təqsirləndirilən şəxsla danışaraq Məsudu da bu işə qoşmuşdur. Tikintisi 2006-cı ildə başa çatan həmin binada Cahangir Alışovu material və pulla təmin etmiş və həmin binadan Cahangir onlara 1.100 kv.metr yaşayış sahəsi borclu qalmışdır. X143 Yasamal massivində yeni bina başladığını bildirərək, binada da şərikli işləməyi təklif etmiş, həm onların borcunu qaytaracağını, həm də əlavə xeyir verəcəyini bildirmişdir. 2006-cı ildə "xxxx" MTK-da tikintinin sənədləri qaydasında olmadığından iş dayanmış, həmin vaxt o, mütəmadi olaraq Rusiyaya gedib-gəlmişdir. Bir ara o, Rusiyada çox qalmış, sonuncu dəfə 2009-cu ilin yay aylarında Bakıya gəlmişdir. O, gələndə binanın tikintisi tam yekunlaşmamış, orada tikinti davam etdirilmiş və onun oraya gəlməyi artıq olmuşdur. Ona görə də, o, başqa tikintidə işləməyə başlamışdır. Sonra Məsudla oturduq söhbət eləmiş, Məsud onun Yeni Yasamaldakı tikintidən də alacağı olduğunu demişdir. O, Rusiyada olduğu müddətdə Məsuda pul göndərmiş, Məsud da həmin pulları tikintiyə istifadə etmişdir. 2009cu ilin iyun-iyul aylarında gələndən sonra bir daha Rusiyaya getməmişdir. O, gələndə həmin binada ən aşağısı 14-15 mərtəbə tikilmişdir, ondan yuxarı ola bilər, aşağı ola bilməzdi. Verilən sualları cavablandıran şahid Fuad Mirzəyev həmin inşa olunan binadan mənzil almadığını, Məsuddan mənzil almadığını, Məsuda hissə-hissə 200.000 manat, 50.000 manat pul göndərdiyini, həmin tikintidən 2.000 kv.metr mənzil almalı olduqlarını, Məsudun ona dediyinə görə, 15-ci mərtəbəyə qədər binanı Məsudun tikdiyini, binanın tikintisində maraqlı şəxs olduğunu, yəni pul qoyub oradan qazanc götürməli olduğunu, tikintiyə xərclədiyi pulların ona qaytarılmadığını, pulları Məsuda verdiyini, Məsudun da həmin pulları tikintiyə xərclədiyini, pulunu Məsuddan tələb etmədiyini, özünün Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunduğunu və 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası aldığını, iki milyon manatın balaca məbləğ olmadığını, Ceyhunun məhkəmədə verdiyi ifadəsinin yalan olduğunu, Ceyhunun dediyi yığıncaqda iştirak etmədiyini və orada 2 milyon manat almağı etiraf etmədiyini, Ceyhunun yalan danışdığını, Məsudla şərik olduğunu, Rusiyada işlədiyi müddətdə pul göndərdiyini, Bakıda mənzillərinin olduğunu, həmin mənzilləri satıb Məsuda verdiyini, Məsudun həmin pulu tikintiyə yatırdığını, bunun müqabilində həmin tikintidən onların 2.000 kv.metr qazancının olmalı olduğunu, həmin 2.000 kv.metrin qoyduqları pulun müqabilində Məsudla onun arasında bölünməli olduğunu, lakin Məsudla bu günə qədər bunu araşdırmadığını, onun tikintiyə nağd şəkildə 600.000 manatdan çox pul qoyduğunu, Məsuda inandığını və bunun üçün bu günə qədər Məsudla hesabat aparmadığını, Nadir Feyziyevin hesabat aparılası adam olmadığını, hesabatın mühasib, iş icraçısı və işin sahibi ilə aparılmalı olduğunu, Məsudla şifahi şəkildə şərik olmaları barədə razılaşdıqlarını, Məsudun 15-ci mərtəbəni tam tikdiyini, 2009-cu ilin iyun-iyul aylarında Rusiyadan gəldiyini, Ceyhunu bir-iki dəfə gördüyünü, Ceyhunun nə iş gördüyünü bilmədiyini, 2010-cu ildən Cahangirin binanı özünün tikməyə başladığını, Ceyhunu Cahangirin yanında gördüyünü, Rusiyada Təqsirləndirilən şəxsla heç bir şərikli biznesi və obyekti olmadığını, əgər borcu varsa, bununla bağlı hansısa bir sənədin olmalı olduğunu, onun Ceyhun Nağıyevə hesabat verməli olmadığını, Məsudun hesabat aparmaq istədiyini, lakin Cahangirin yaxın gəlmədiyini, Cahangir Alışovun ona qarşı heç bir iddiası, şikayəti və tələbinin olmadığını, Cahangir ilə 6 saylı Cəzaçəkmə müəsissəsində Rusiyada olan tanışının aldığı mənzillə bağlı danışıqlarının olduğunu, bundan başqa Cahangirin ona heç bir şey demədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X76 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla dost münasibətində olmuşdur. O, Təqsirləndirilən şəxs 2006-2007-ci ildə, bəlkə də ondan əvvəl Cahangir Alışovun “Neapol” dairəsində tikdirdiyi binada işləyən vaxtdan tanımış, həmin vaxt Təqsirləndirilən şəxs da orada işləmişdir. 2006-cı ildə "xxxx" MTK-da iş başlayan zaman o, tikintiyə mal-material gətirmiş, Alışov Cahangirin yanında təchizat üzrə işləmişdir. Bünövrə tikilib qurtarana qədər həm özləri, həm də ayrı-ayrı yoldaşlardan material almışlar. Sonra Cahangir podrat müqaviləsi ilə tikintini Məsudla Fuada verdiklərini bildirmişdir. Bundan sonra ona ehtiyac olmamış, həmin şəxslər özləri işləməyə gəlmişlər. 1-1,5 il müddətində 8-ci mərtəbə tikilmiş, 9-cu mərtəbə isə başlamışdır, müqaviləni deyəsən dəyişmişlər və tikintini yenidən Cahangir Alışov özü aparmağa başlamışdır. Bundan sonra o, yenidən tikinti materiallarının gətirilməsi ilə məşğul olmuşdur. Verilən sualları cavablandıran şahid Nadir Feyziyev ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Cahangir Alışovla uşaqlıq dostu olduğunu, katlavandan sonra tikintini Təqsirləndirilən şəxs apardığını, 8-ci mərtəbənin tam tikildiyini, lakin qabaq hissənin hörgüsü və qapı-pəncərəsinin qismən qoyulduğunu, binanın iki blokdan ibarət olduğunu, hər iki mərtəbənin eyni vaxtda tikildiyini, binanın tikintisini Təqsirləndirilən şəxs tamamlamadığını, binanın 16-cı mərtəbəsini Cahangir Alışovun özünün tamamladığını, Təqsirləndirilən şəxs fəaliyyəti dövründə onun heç bir fəaliyyəti olmadığını, arada Cahangirlə görüşmək lazım olanda obyektə gəlibgetdiyini, sonra Məsudun işi dayandırdığını, lakin Məsudun ora gəlib-getdiyini, Məsudun fəaliyyəti olmasa da, binanınn 12-13-cü mərtəbəsi tikilənə qədər gəlib-getdiyini, hesabat apardığını, X102 Əhmədov arasında, həmçinin təsisçilər arasında tikintiyə ayrılmış mənzillərin ayrıca "xxxx"da göstərildiyini, yəni tikintiyə ayrılmış mənzillərin sahəsinin həm Təqsirləndirilən şəxs, həm də Cahangir Alışova və təsisçilərə məlum olduğunu, tikintiyə ayrılmış mənzillərin satışı ilə tikintini aparan şirkətin məşğul olduğunu, həmin vaxt sənədləşmə işlərini Şahid apardığını, Cahangir Alışovun möhür və imza edib verdiyini, amma pulu hansı formada aldıqlarını özlərinin bildiklərini, binada hansı sayda mənzillərin kim tərəfindən satılmasından məlumatı olmadığını, Təqsirləndirilən şəxs gedəndən sonra Cahangir Alışovun tikinti aparan şirkətin artıq mənzilləri satdığını, yəni tikintiyə qoyulan vəsaitdən artıq pul götürdüyünü dediyini, eşitdiyinə görə, 2-2,5 milyon pul əskik gəldiyini, orada bir neçə nəfərin olduğunu, həmin şəxslərin hər birinin özünün kitabı olduğunu, həmçinin Məsudun da öz kitabının olduğunu, Cahangir Alışov tərəfindən Şahid qeydlər apardığını, Faiqi 2005-ci ildən tanıdığını, Faiqi Məsuddan əvvəl tanıdığını, “Arabaçı”da podrat üsulu ilə işləyən zaman Faiqin onları materialla təmin etdiyini, armatur, taxta və diktlə onları təmin etdiyini, katlavana onun iki maşın armatur verdiyini, qalan armaturun hamısını Zərərçəkmiş şəxs1 verdiyini, Zərərçəkmiş şəxs1 material verdiyini eşitdiyini, lakin kimə verdiyini bilmədiyini, Təqsirləndirilən şəxs işləyən vaxt onun orada işləmədiyini, özünün maliyyə məsələlərinə yaxın buraxılmadığını, maliyyə işləri ilə birbaşa Cahangir Alışovun, təsisçilər Əliheydər Şahmarov, Nəsib Əliyev, Fuad və Məsud müəllimin məşğul olduğunu, Alışovla həm uşaqlıqdan bir yerdə olduğunu, həm də dost olduğunu, mübahisə xarakterli işlər olanda onunla məsləhət xarakterli söhbətləri olduğunu, ona səbrli olmağı tövsiyyə etdiyini, özünün Məsudun işi davam etdirməsinə çox çalışdığını, birbaşa onlarla bu məsələ barədə söhbət etmədiyini, 8-ci mərtəbənin tam tikildiyini, sonrakı mərtəbələri Cahangirin özünün tikdiyini, lakin digər işlər üçün müəyyən şəxslərlə müqavilələr bağlandığını, ikinci dəfə gələndə hər iki blokda 8 mərtəbənin tam tikildiyini, sonra Cahangirin özünün tikdiyini, Arifin 11-12-ci mərtəbədən sonra çıxıb getdiyini, 16-cı mərtəbə tikiləndə Arifin orada işləmədiyini, Məsudla Cahangir arasında münaqişə olduğunu bilmədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında X38 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tədqiq edildi. Şahid Nadir Feyziyev həmin ifadəsində Təqsirləndirilən şəxs 2007-ci ilin əvvəlində binanın birinci mərtəbəsinin - market sahəsinin döşəməsi tamamlandıqdan sonra tikinti işləri ilə məşğul olduğunu, 2009-cu ilin sonunadək olan müddətdə binanın 8-ci mərtəbəsi daxil olmaqla beton-karkas işlərini, 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərini həyata keçirdiyini və mənzil satışlarından pul vəsaitlərini əldə edərək, 2010-cu ilin əvvəlində hesabat işləri aparılarkən aldığı vəsaitlərdən təxminən 2 milyon manatı tikintiyə xərcləməməsinin təsdiq olunmasını, 8-ci mərtəbədən sonra binanın beton-karkas işlərini Cahangir Alışovun özünün icra etməsini, Təqsirləndirilən şəxs yarımçıq qoyduğu bir sıra işlərin yerinə yetirilməsi üçün 2010-cu ildə Ceyhun Nağıyevlə, 2011-ci ildə isə Rafiq Əliyevlə podrat müqavilələrinin bağlandığını, Məsudun binanın 16-cı mərtəbəsinədək betonun beton-karkas işləri ilə məşğul olması və icra etdiyi işin həcminə görə kooperativin ona borcu qalması haqqında ifadəsinin həqiqətə uyğun olmadığını göstərmişlər (cild 3, iş vərəqi 42-47). Məhkəmə iclasında şahid qismində dindirilən X45 ifadəsində göstərdi ki, o, tikintinin təsisçilərindən biridir, Cahangirin qohumudur. 2009-cu ilə qədər tikintiyə gedib-gəlmiş, maraqlanmış, lakin sonra Məsudla Cahangir arasında söz-söhbət yaranmış və tikintini Elçin adlı şəxs tikməyə davam etmişdir. Bina 2-3 ilə tikilməli olduğu halda, 10 ilə tikilmiş, oradan heç bir qazanc götürə bilməmişlər. Binanın tikildiyi yeri o, öz obyektini banka girov qoyub 1.200.000 manata almış, tikintiyə isə 180.000 manat Cahangir pul qoymuş, 100.000 manat isə digər şəriki qoymuşdur. Tikintiyə sonradan 60000 manat vəsait qoymuş, daha sonra həmin 60000 manat ona qaytarılmışdır. Tikintidə onun heç bir qazancı olmamışdır. Sualları cavablandıran şahid X156 ibtidai istintaq zamanı iki dəfə ifadə verdiyini, həmin ifadələri təsdiq etdiyini, tikinti başlayanda onun oğlunun və qardaşının adlarına mənzillərin yazıldığını, sonradan həmin mənzillər başqa adamlara satıldığı üçün Korrupsiya idarəsinə çağırıldığını, orada Məsudu tanıyıb-tanımadığının soruşulduğunu, "xxxx" barədə məlumatı olduğunu, onun təsdiq edilməsində özünün də iştirak etdiyini, orada kimə hansı mənzillər çatacağının, yəni tikintini aparan şirkətə çatacaq mənzillərin, “Baksovet”ə çatacaq mənzillərin, fövqəladə hallara çatacaq mənzillərin hamısının orada göstərildiyini, 2009-cu ilə qədər özünün orada olduğunu, Məsudla Fuad 8-ci mərtəbəni tikdiklərini, 9-cu mərtəbənin isə poluna qədər tikildiyini, sonra başqa adamlarla müqavilə bağlandığını və onlar tikdiklərini, sonra Elçinin gəldiyini, daha sonra başqa şəxslərin gəlib arakəsmələri tikdiklərini, Ceyhunla Elçinin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən göndərilmiş adamlar olduğunu, hətta ona tikintiyə yaxın getməməsi deyildiyini, Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti olmadığını, tikintiyə ümumi ******* manat vəsait xərclənməli olduğunu, Məsudla onun söhbətinin olduğunu, Məsudun ona hesabat verdiyini, nə qədər mənzil satıldığı, nə qədər pul xərcləndiyi barədə arayışlar verdiyini, sonradan Alışovla söhbətdə sonuncunun Məsudun 2500***-******* manat artıq pul götürdüyünü bildirdiyini, o, Təqsirləndirilən şəxs 2010-cu ilin fevral ayına kimi Yeni Yasamalda gördüyünü, tikinti ilə 2009-cu ilə qədər maraqlandığını, sonra maraqlanmadığını, Məsudla Cahangirin dost münasibətində olduqlarını, Təqsirləndirilən şəxs tikintiyə nə qədər pul qoyduğunu deyə bilməyəcəyini, Məsud və Fuadla birlikdə Nadir Alıyev adlı şəxsin olduğunu, tikintini materialla həmin şəxsin təmin etdiyini, MTK-ya ayrılmış mənzillərin satışından ona az, yəni 70 minə yaxın pul verildiyini, fundamentdən çıxana qədər 4.000 kv.metr satılmasının mümkün olmadığını, hissə-hissə satıldığını, 4.000 kv.metr satılan mənzilin tikintiyə ayrılmış mənzillərə aid olduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan şahid X137 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələri tədqiq edildi. O, həmin ifadələrində bildirmişdir ki, 2005-ci ildə həmkəndlisi, həm də qohumu olan Cahangir Alışovla işbirliyi yaranmış, 2005-ci ildə Cahangir Alışov və X118 rayonu, Montin ərazisində yerləşən, qardaşı Alim Şahmarovun adına olan 41 sot torpaq sahəsini və obyektləri girov qoyaraq "xxxx" ASC-dən 800000 manat kredit götürmüşlər. Həmin pulla, həmçinin sonuncuların və onun əlavə olaraq qoyduqları pul vəsaitlərinə 2006-ci ildə "xxxx" ərazisində, M.Xiyabani küçəsində bina tikmək üçün hazır sənədlər paketini satın almışlar və C.Alışov MTK-nın sədri seçilmişdir. O, MTK-nın 33 faizlə təsisçisi, həmçinin N.Əliyev, C.Alışov və A.Şahmarov da təsisçi kimi qeydiyyata alınmışlar. 2008-ci ildən başlayaraq C.Alışovla aralarında mübahisələr yaranmağa başlamış, 2010-cu ildə o, təsisçilərin yığıncağı ilə kooperativin sədri seçilsə də, sonradan C.Alışov məhkəmə yolu ilə həmin qərarı ləğv etdirmiş və faktiki olaraq sədr kimi işləməmişdir. 2006-cı ilin təxminən oktyabr ayında MTK tərəfindən M.Xiyabani küçəsində binanın tikintisinə başlanmış, hər bir təsisçiyə, podratçıya çatacaq mənzillərin siyahısı («şahmatkası») tutulmuş, təxminən həmin vaxtdan Təqsirləndirilən şəxs binanın özül yerinin hazırlanması, söküntü işlərinin aparılması, özülün qazılması işlərində C.Alışovla birlikdə iştirak edərək, bu işlərə 104000 manat pul xərcləmişdir. İlk vaxtlarda C.Alışovla Təqsirləndirilən şəxs münasibətləri yaxşı olduğundan rəsmi bir müqavilə bağlanmamış, sonradan onun və digər təsisçilərin təkidi ilə 2007-ci ilin mart ayında Təqsirləndirilən şəxsla rəsmi olaraq podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, Məsud podratçı kimi binanın tikintisini 1 il ərzində tam şəkildə başa çatdıraraq təhvil verməli, əvəzində ona 16000 kv.metr yaşayış sahəsi verilməli idi. Məsudun icra edəcəyi 37424 kv.metr işlərin hər kv.metri 154 ABŞ dollarından hesablanmışdı, faktiki isə bir kv.metrə xərclənən işlərin dəyəri smetada təxminən 90 manat olmuşdur. Məsud Fuad adlı şəriyi ilə birlikdə tikinti işlərinin aparılması ilə məşğul olmuş, lakin sonradan Fuad oraya nadir hallarda gəlmişdir. 2007-ci ilin əvvəlindən podrata ayrılmış mənzillərin satılması, müştəri tapılması ilə əsasən Məsud məşğul olaraq, əksər hallarda ilkin ödəniş pullarını özü birbaşa ya MTK-da C.Alışovun və digər əməkdaşların yanında, ya da kənarda müştəridən almışdır. Müştərilər həmçinin bəzi hallarda ilkin ödəniş vəsaitlərini, əsasən isə aylıq ödənişləri kooperativdə Şahid ödəmişlər və o, həmin pulların hesabatını aparmaq üçün özü xüsusi kitab tutmuş, bu kitabda onun tərəfindən Məsuda təhvil verilən pul vəsaitlərini qeyd etmişdir. Artıq 2007-ci ildən o, Təqsirləndirilən şəxs tikinti işlərini gecikdirdiyini, əldə etdiyi pul vəsaitlərindən çox az məbləği tikintiyə xərclədiyini görmüş, buna görə onunla aralarında mübahisələr yaranmışdır. Bu barədə o, dəfələrlə C.Alışova da iradını bildirmiş, lakin sonuncu ilk vaxtlarda Məsuda inandığından, münasibətləri yaxşı olduğundan, tikintinin fasiləsiz davam etməsinin təmin olunması üçün Məsudun xərclədiyindən daha artıq məbləğdə pul götürməyə razılıq vermişdir. Məsud 2009-cu ilin sonunadək binada işləmiş, əsasən həmin ilin yazınadək olan müddətdə binanın 9-cu mərtəbəsinədək beton-karkas və qismən arakəsmələrin hörülməsi, PVC qapı-pəncərə və bəzi digər işləri icra etmiş, həmin vaxtadək mənzillərin satışından təxminən 5 milyon ABŞ dolları məbləğində pul alsa da, bundan xeyli az məbləği tikinti işlərinə xərcləmişdir. 2009-cu ilin dekabr ayının sonunadək olan müddətdə 1-ci qatdan 16,5 qata qədər beton işinə, 13 qata qədər kərpic hörgüsü işinə, 9 mərtəbəyə qədər PVC qapı-pəncərə işinə pul vəsaitini buraxması, bu pula yerinə yetirilmiş beton-karkas işlərininin həcminin 32819 kv.metr olması, kooperativin ona borclu qalması haqqında Təqsirləndirilən şəxs ifadəsi həqiqətə uyğun deyildir. «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»ın «Pulu tikintiyə mədaxil olunmayan mənzillər» cədvəlində 78490 manat dəyərində 154 №-li və 44462 manat dəyərində 144 №-li mənzillərin qeyd olunduğu qrafada “Şahmarov Əli”, «Hacı Əliheydər götürüb» sözlərinin hansı səbəbdən yazılmasını bilmir. Ona təsisçi kimi binadan ilkin olaraq müəyyən mənzillər ayrılsa da, həmin mənzillər faktiki olaraq verilməmiş, mənzilləri satmamış və pulunu götürməmiş, sonradan C.Alışovla aralarında mübahisələrin yaranmasının səbəbi də bu olmuşdur (cild 1, iş vərəqi 210-213, cild 3, iş vərəqi 70- 75). Ziddiyyətli ifadələrlə bağlı sualları cavablandıran şahid X156 Təqsirləndirilən şəxs tərəfindən tikintiyə 104.000 manat pul xərcləndiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X29 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, Cahangir Alışovu isə tanımışdır. 2011-ci ilin ikinci yarısında «Karvansaray» ticarət mərkəzində işləmişdir. Cahangir Alışov ona tikintidə işləmək üçün işçilər lazım olduğunu demişdir. O da, öz işçilərini "xxxx"da inşa edilən binanın tikintisinə göndərmişdir. Onlar oraya gedəndə, dəqiq xatırlamır, deyəsən binanın 12-ci ya da 13-cü mərtəbəsi tikilmişdir. Onlar binanın bir mərtəbəsini tikmişlər. Bir müddət işlədikdən sonra tikintinin aparılması üçün pul vəsaiti olmadığını görmüş, ona görə də həmin tikintidən uzaqlaşmışdır. O, həmin tikintidə təxminən 13.000 kv.metr dəmir-metal işləri görmüşdür. Verilən sualları cavablandıran şahid Nicat İsmayılov istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, tikintidə işlədiyi müddətdə Məsudu görmədiyini, binanın bir blokunda tikinti işləri apardığını, gördüyü işlərin hər kv.metri üçün 7 manat pul aldığını bildirdi. İstintaqa verdiyi ifadəsində isə Nicat İsmayılov binanın bir blokunun 12-ci, yaxud 13-cü mərtəbəsinin sütunu və damının betonlama işlərini icra etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X30 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Cahangir Alışovu tanımamışdır. Təxminən 2007-ci ildə Təqsirləndirilən şəxs ona müraciət edərək, Yeni Yasamal ərazisində çoxmərtəbəli binanın tikintisi ilə məşğul olduğunu bildirməklə, ona məftil və mismar verməsini xahiş etmişdir. 3 il ərzində Məsudun işlədiyi tikinti yerinə təxminən 4-5 dəfə, hər dəfə 1000-3000 manat dəyərində material göndərmişdir. Hər dəfə materialı verəndən sonra Yeni Yasamal ərazisində M.Xiyabani küçəsində inşa olunan binanın həyətinə gedərək orada Məsuddan pulunu almışdır. Sonuncu dəfə 2009-cu ildə 3241 manat məbləğində məftil və mismar verdikdən sonra bir neçə ay ərzində pulunu ala bilməmişdir. Məsud tikintidə işləri yaxşı getmədiyindən maddi çətinlik çəkdiyini demişdir. Lakin sonradan gec olsa da, Məsud onunla şəhərdə görüşərək borcunu qaytarmışdır. Verilən sualları cavablandıran şahid Möhübbət Həsənov 2009-2010-cu ildə Məsuda verdiyi materialların pulunu aldığını, Məsuda təxminən 10-12 min manatlıq mal-material verdiyini, təxminən 2009-2010-cu ildə "xxxx" MTK-ya getdiyini, oraya gedəndə binanın son mərtəbəsinin tikildiyini, həmin vaxt binada hörgü işlərinin də getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X39 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Cahangir Alışovu qiyabi tanımışdır. O, "xxxx" MTK-nın inşa etdiyi binadan mənzil almışdır. Mənzilləri onlara tikintiyə verdiyi materialın müqabilində vermişlər. 2007-2009-cu illərdə binanın tikintisinə kərpic vermişdir. O, həmin binada olmuş, sonuncu dəfə binaya gələndə təxminən 12-13-cü mərtəbələrdə tikinti işləri görülmüşdür. Həmin vaxt Məsud da orada işləmişdir. Suallara cavab verən şahid Müzəffər Quliyev istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, 2009-cu ilin ortalarında binanın 9-cu mərtəbəsinin tikildiyini, lakin ilin sonunda gələndə artıq 12-13 mərtəbələrdə tikintinin getdiyini, müstəntiq onu çağıranda "xxxx" MTK-dan aldığı mənzillərin ikinci dəfə kiməsə satıldığını bilmədiyini, müstəntiqin həmin mənzillərin başqa adamlara satıldığını dediyini, "xxxx" MTK ilə işləri görərkən hansısa sənədləşmə aparmadığını, tikintiyə verdiyi kərpicləri MTK-nın ərazisinə gətirib verdiyini, həmin vaxtlar artıq binanın axırıncı mərtəbələrində işlərin getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X49 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs çoxdan tanımış, Cahangir Alışovun isə yalnız adını eşitmişdir. 2007-ci ildə "xxxx" MTK-da 49.500 ABŞ dollarına mənzil almış, lakin həmin vaxt binanın tikintisi ləng getdiyi üçün, həm də ona pul lazım olduğu üçün həmin mənzili 2013-cü ildə satmışdır. Mənzil alarkən pulu binada yerləşən ofisdə mühasibatlığa vermişdir. Təqsirləndirilən şəxs mənzil almamışdan qabaq tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Cahangir Alışovun inşa etdiyi "xxxx" MTK-da görüb tanımışdır. Onun özü həmin binanın mühasibi olmuşdur. 2009-cu ilə qədər həmin binanın mühasibatlıq işlərini aparmış, daha sonra səhhəti ilə bağlı ərizə yazıb işdən ayrılmışdır. İşdən ayrılan vaxt binanın 6-7-ci mərtəbəsi tikilmişdir. Verilən sualları cavablandıran şahid Zülfüqar Səfərov istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, özünün 2009-cu ilin fevral ayında işdən çıxdığını, işdən çıxanda binanın 6-7-ci və ya 8-ci mərtəbəsinin tikildiyini, bunu dəqiq deyə bilmədiyini, rəhbərliyin göstərişləri ilə əlaqədar orada olan vəsaitləri imza edərək götürdüyünü və dövlət büdcəsinə köçürmələr etdiyini, onun iştirakı ilə üzləşmə aktı tərtib olunmadığını, MTK-dan 1% pay hüququnun olduğunu bildiyini, lakin onun işlədiyini və gördüyü işə görə də əmək haqqı aldığını, istintaqda ona nə sual veriblibsə, həmin sualları cavablandırdığını, Məsud Əhmədova pul vermədiyini, istintaqda ifadə verəndə ola bilər ki, nəsə fikrindən yayındığını və başqa cür dediyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə şahid Zülfüqar Səfərovun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edildi. Həmin ifadəsində şahid göstərmişdir ki, 2007-ci ilin əvvəlində həmkəndlisi kimi uşaqlıqdan tanıdığı Cahangir Alışovun rəhbərlik etdiyi "xxxx" Mənziltikinti kooperativində baş mühasib vəzifəsinə qəbul edilməklə, vəzifələri kooperativin xərcləri, mənzil satışından əldə olunmuş pul vəsaitləri barədə kooperativin rəhbəri Cahangir Alışov, mənzil satışlarının hesabatını aparan Şahid tərəfindən ona təqdim olunmuş məlumatlar əsasında vergi ödənişi barədə sənədlərin, vergi orqanlarına, dövlət sosial müdafiə fonduna və məşğulluq mərkəzinə verilən aylıq, rüblük və illik hesabatların tərtib olunmasından ibarət olmuşdur. Pul vəsaitləri mühasibdə deyil, MTK-nın rəhbərliyində saxlanılmış, ona MTK rəhbərliyi tərəfindən ayda 300-500 manat arasında əmək haqqı ödənilmişdir. Onun, həmçinin C.Alışov, Şahid, Samir Baxşəliyev, binanın layihəsi ilə məşğul olan şəxslərin daimi iş yerləri MTK-nın N.Nərimanov rayonu ərazisində, «Gənclik» şadlıq evinin arxasında yerləşən ofisində olmuşdur. Təqsirləndirilən şəxs tikintidə işə qəbul olunduğu vaxtdan sonra tanımış, sonuncu hərdən ofisə gəlib-getmişdir. Binadan mənzil satışı məsələlərinə onun heç bir aidiyyəti olmamış, satışla bağlı sənədlərin, qeydiyyat kitablarının tərtibində iştirak etməmiş, Təqsirləndirilən şəxs hansı məbləğdə pul almasını, onun binada hansı həcmdə iş icra etməsini bilməmişdir. 2009-cu ilin fevral ayında səhhətində problemlər yarandığından öz xahişilə məzuniyyətə, aprel ayından isə tamamilə işdən çıxmış, həmin vaxt C.Alışovla Təqsirləndirilən şəxs mehriban münasibətdə olmuşlar. O, 2009-cu ilin yazında işdən çıxdığı zaman binanın 8-9-cu mərtəbələrində beton-karkas işləri aparılmış, daha aşağı mərtəbələrdə isə kərpic arakəsmələr hörülmüş və qismən pəncərələr qoyulmuşdur. İstintaqda ona təqdim olunan, «Podratçı Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyat kitabı. Başlanıb 02.04.2007-ci il, qurtarıb 08.04.2010-cu il» başlıqlı kitabda 04.06.2007-ci il tarixdə 48 №-li mənzilin alıcısı Q.Təranədən 600 manat pulun ödənilməsi haqqında aparılmış qeydiyyat qrafasında, 27.06.2007-ci ildə 139 №-li mənzilin alıcısı B.Musa tərəfindən 1500 manat pulun ödənilməsi haqqında aparılmış qeydiyyat qrafasında və 30 may 2007-ci ildən 04 dekabr 2008-ci ilədək olan müddətdə digər oxşar 72 halda onun adının yazılması ilə əlaqədar olaraq göstərə bilər ki, qeydlər binanın mühasibatlıq işlərinin icrası, yəni bank ödənişləri üçün xərclənmiş vəsaitləri əks etdirir, yəqin ki, kooperativin rəhbərliyi və Məsud öz aralarında hesabat aparmaq üçün qarşılıqlı razılıqları əsasında mənzil satışından əldə olunmuş vəsaitlərin bir hissəsinin vergi, dövlət sosial müdafiə fonduna və digər ödənişlər üçün ayrılmasını razılaşdırmışlar. Bu ödənişlərin təyinatını C.Alışov vermiş, bəzən ödənişləri aparmaq üçün Ehtibar, Cahangir ona nağd pulları təqdim etmişlər. Lakin kitabda hansı qeydlərin aparılmasını bilməmiş və heç bir halda imzalamamışdır (cild 8, iş vərəqi 231-237). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Zülfüqar Səfərov işdən çıxıb gedərkən binanın hansı mərtəbəyə qədər tikilib başa çatdırıldığını dəqiq deyə bilməyəcəyini, müstəntiqə də bunları təxmini dediyini, lakin ola bilər ki, ifadəni imzalayarkən nə yazıldığını dəqiq oxumadığını qeyd etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X63 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Onun özü Cahangir Alışovun sifarişi ilə tikintiyə beton vermiş, Məsudu da orada görmüş, yoldaşlığı olmuşdur. Verdiyi betonun pulunu da Cahangirdən almışdır. O, beton verən zaman Məsud da orada işləmiş, Məsudla Cahangirin arasında nə söhbətlərin olduğunu bilməmişdir. Cahangiri Məsuddan çox əvvəl tanımışdır. Suallara cavab verən şahid Sabir Xələfov betonu verdiyi tarixləri yadında saxlamadığını, təxminən 7-8 il əvvəl beton verdiyini, betonu verəndə Məsudun da orada olduğunu, iki dəfə oraya beton verdiyini, ola bilər ki, Məsudun dediyi vaxt beton verdiyini, binaya beton verdiyi vaxt binanın neçənci mərtəbəsində tikinti aparıldığını dəqiq deyə bilməyəcəyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən X93 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs tanımır. O, şəhərin hündür yerindən mənzil almaq istədiyindən "xxxx" MTK-nın inşa etdiyi binanın yerləşdiyi ərazini bəyənmiş, həmin binadan mənzil almaq istədiyimi bildirmişdir. Bundan sonra orada Kamal adlı şəxs onları mənzillərlə tanış etmiş, sonradan bilmişdir ki, onun adı Kəmaləddindir. O, ofisə gəlib ilkin ödəniş etmiş, 98.8 kv.metr sahəsi olan 70 №-li mənzil üçün ümumilikdə 53200 manat pul ödəmişdir. O, mənzili alandan sonra həmin mənzili Rövşən adlı şəxsə satmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X77 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Həmin binada mənzil alandan sonra Məsud müəllimi tanımışdır. O, mənzil almaq üçün 50.000 manat ilkin ödəniş etmiş, sonradan isə bütün ödənişlərin hamısını ofisdə etmişdir. İlkin ödənişlər etdikdən sonra hər ay ödənişləri vaxtı-vaxtında ödəsə də, sonradan binanın tikintisinin gecikdiyini görmüş, o da, ödənişləri ödəməmişdir. Sonradan MTK-dan ona ödənişlərin gecikməsi barədə bildiriş gələndən sonra qalan ödənişləri də ödəmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə şahid Pərvin Manafovun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edildi. Həmin ifadəsində şahid göstərmişdir ki, 2007-ci ilin avqust ayında satılan mənzillərlə maraqlanmaq üçün "xxxx" MTK tərəfindən tikilən binaya, orada işləyən şəxslərin məsləhətindən sonra isə metropolitenin “Gənclik” stansiyasının yaxınlığında yerləşən ofis otağına gedərək, orada Cahangir, Məsud və digər şəxslərlə görüşmüş, onlarla danışaraq binanın 2-ci mərtəbəsində yerləşən 152,8 kv. metr sahəli, 3 otaqlı 125 nömrəli mənzilin ona 64940 manat satılması haqqında razılaşmışlar. 31 avqust 2007-ci ildə mərhum atası Qaliblə birilkdə yenidən ofisə gedərək ilkin ödəniş kimi 51000 manat pulu Məsuda və Cahangirə verib, müqavilə və maliyyə arayşını almışdır. Bundan sonra 2007-ci ilin dekabr ayından 2011-ci ilin iyul ayınadək olan müddətdə qalan vəsaitləri hissə-hissə olaraq həmin ofisdə ödəmişdir. Maliyyə arayışlarının yuxarı sağ küncündə qeyd olunmuş “M” hərfini həmin arayışları ona verən əməkdaşlar qeyd etmişlər, mənasını bilməmişdir (cild 7 iş vərəqi 197-200). Elan olunmuş ifadə ilə bağlı suallara cavab verən şahid Pərvin Manafov arayışda “M” hərfinin yazıldığına fikir vermədiyini, ola bilər ki, pulu şəxsən Məsud müəllimə ödəmədiyini, ancaq ofisə verdiyini, həmin vaxt ofisdə Cahangir müəllimi və Məsud müəllimi gördüyünü əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs o, tikintidən tanımışdır. Yeni Yasamal MTK-da aparılan yoxlamada Məsudun adamı kimi iştirak etmişdir və nə suallar olarsa, cavab verə bilər. Verilən suallara cavabında şahid Oqtay Tarverdiyev bildirdi ki, "xxxx" MTK-da təxminən il yarım bundan qabaq aparılan yoxlamada onun iştirakı ilə akt yazılmış, həmin akt Məsud tutulmamışdan təxminən 6 ay əvvəl yazılmışdır. Həmin aktda proyektə əsasən nə qədər malmaterial istifadə edildiyini yazmışlar. Məsudun nümayəndəsi kimi o, digər tərəf olan Cahangirin nümayəndəsi kimi isə Mətləb iştirak etmişdir, bir də auditin nümayəndəsi də yoxlamanın aparılmasında iştirak etmişdir. Yoxlama binanın içindəki ofisdə aparılmışdır. Tərtib olunan akta o da, imza etmişdir. O, aparılmış audit yoxlaması ilə əlaqədar olaraq tərtib edilmiş 25 may 2016-cı il tarixli aktı digər iştirak edən şəxslərlə birlikdə imzalamış, ancaq o, imzası ilə həmin aktda yazılan iş həcmlərinin doğruluğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs tikintiyə nə qədər pul xərcləməsi, mənzillərin satışından hansı məbləğdə pul alması, onun kooperativə borcunun qalıb-qalmaması haqqında məlumatı olmadığından ona imzalanmaq üçün 2016-cı ilin sentyabr ayında auditor tərəfindən təqdim olunmuş ikinci aktı imzalamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X108 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, təqsirləndirilən şəxsi tanımır. 2014-cü ildə binada mənzilin əvvəlki mülkiyyətçisi Tahir Axundovdan mənzil almış, həmin mənzili 53.000 manata almışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə şahid Sabir Kərimovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, 2007ci ilin fevral ayında Salyan rayonundan olan tanışı Məsudun təklifilə "xxxx" MTK tərəfindən M.Xiyabani küçəsində inşa edilən binaya baxaraq, 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 66 kvadrat metr olan 1 otaqlı, 166 saylı mənzili 42900 manata almaq qərarına gəlmiş, 26 fevral 2007ci il tarixdə qeyd olunan məbləği binanın həyətindəki ofis otağında MTK-nin sədri Cahangir Alışov və Məsudun iştirakı ilə adını xatırlamadığı mühasibə vermiş və mənzilə dair müqavilə ilə maliyyə arayışını almışdır (cild 7, iş vərəqi 76-78). Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs o, tikintidən tanımışdır. "xxxx" MTK-da aparılan tikintiyə Təqsirləndirilən şəxs sifarişi ilə pəncərə qoymuşdur, pulunu da almışdır. Suallara cavab verən şahid Əhmədağa Xankişiyev şəxsiyyət vəsiqəsini işlə əlaqədar Məsuda verdiyini, Məsudun onun adına həmin binada bir mənzil yazdırmaq istədiyini dediyini, 2007-2008-ci ildə pəncərə qoyduğunu, materialın puluna görə onun adına 95 №-li mənzili verdiklərini, sonradan həmin mənzilin başqa adama satıldığını, Məsudun isə ona olan borcunu tam ödədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X94 ifadəsində göstərdi ki, Bakı şəhərində "xxxx" ASC-nin sədri vəzifəsində işləyir, rəhbərlik etdiyi müəssisə digər şəxslərlə bağlanmış müqavilələr əsasında onlara texniki nəqliyyat vasitələri ilə xidmət göstərməklə məşğuldur. 2007-ci ilin iyul ayının axırlarında müvafiq xidmət göstərilməsi üçün "xxxx" MTK-nın sədri Cahangir Alışovla müqavilə bağlamış və M.Xiyabani küçəsində inşa olunan çoxmərtəbəli binaya qülləli kran göndərmişdir. Kranın bir aylıq xidmət haqqı əvvəllər 590 manat, 2009-cu ilin yanvar ayından sonra isə 708 manat olmuşdur. Təqsirləndirilən şəxs o, 2009-cu ildən tanımışdır. 2009-cu ilin yanvarfevral aylarında kranın aylıq ödənişləri verilməmiş, buna görə də o, kranın oradan çıxarılmasını tələb etmişdir. Məsud gəlib demişdir ki, bundan sonra kranın aylıq ödənişlərinə görə o, cavabdehdir. Ona görə də, kran təxminən 2010-cu ilin əvvəllərinə qədər orada qalmışdır. Sonradan yenə də ödənişlər gecikdiiyindən kranı həmin obyektdən çıxarmışdır. Verilən suallara cavabında şahid Rafiq Əzimov bildirdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, kranı binanın həyətindən 2009-cu ilin axırı - 2010-cu ilin əvvələrində çıxarmışlar. O, həmin binada olmamış, ona görə də kran çıxarılarkən hansı mərtəbədə tikinti işlərinin aparıldığını deyə bilməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilən X109 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi binadan ev alanda görmüşdür. O, 2008-ci ildə mənzil almış, həmin vaxt ilkin ödəniş kimi 21000 ABŞ dolları vermişdir. Onlar ümumilikdə mənzil üçün 63900 ABŞ dolları vermişlər. Həmin mənzil birinci onlara satılıb, onlara maliyyə arayışı verilib. Onlar pulu Təqsirləndirilən şəxs verməmiş, mənzilin pullarını Cahangirə və onun işiçisi olan Etibar adlı şəxsə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsi tanımır. Həyat yoldaşı "xxxx" MTK-dan mənzil almışdır. Həmin vaxt o, yoldaşı ilə birlikdə getməmiş, yoldaşı tək getmişdir. Lakin istintaq müddətində yoldaşı burada olmadığı üçün onu dindiriblər. Mənzili təxminən 2007-ci ildə 42.000 ABŞ dollarına almışlar. İstintaq zamanı o, müstəntiqə ifadə vermiş, lakin ifadəni oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X50 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, təqsirləndirilən şəxslə bir yerdə tikintidə ambarda işləmişdir. Həmin tikintiyə onu Cahangir gətirmişdir. O, binanın 9-cu mərtəbəsi tikilənə qədər orada olmuş, sonra isə tikintidən getmişdir. X4 qardaşı, Cahangir Alışov isə qohumudur. O, ambardar işləmiş, tikintiyə gətirilən armaturları kimin verdiyi onu maraqlandırmamışdır. Ona gələn armaturun çəkisi maraqlı olmuş, onu öyrənib özündə qeydiyyat aparmışdır. Zərərçəkmiş şəxs1 adını eşitmiş və onu bir dəfə görmüşdür, X104 dostu kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X51 ifadəsində bildirdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2008-ci ildə binadan mənzil almış, mənzilin pulunu MTK-nın mühasibatlığında mühasibə vermişdir. Lakin hələ də mənzilindən istifadə edə bilmir. Təqsirləndirilən şəxs onun tələbə yoldaşıdır, Cahangir Alışovu isə 2008-ci ildən tanımışdır. Mənzil almağa gedəndə Cahangir Alışov da orada olmuş, mənzilin pulunun 50 %-ni ödəməyi təklif etmiş, o da, ödəmişdir. Sonradan həmin mənzil başqa şəxsə satılmışdır. Bununla bağlı Binəqədi Rayon məhkəməsində iddia qaldırılmış, həmin vaxt Cahangirin müdafiəçisi Cahangirlə əlaqə saxlamışdır. Cahangir bildirmişdir ki, binanın tikintisi hazır olan kimi həmin mənzili onlara verəcəkdir. O, pulu pulu şirkətin kassasına ödəmiş, Təqsirləndirilən şəxs pul verməmişdir. Sonuncu dəfə 2009-cu ilin avqust ayında 500 manatı ofisdə ödəmişdir. Sonra tikinti işləri demək olar ki, dayanmış, ona görə pulun qalan hissəsini verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X52 ifadəsində bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və təqsirləndirilən şəxsi tanıyır. Onlar həmin mənzildən 30000 manat pul verib mənzil almış, hal-hazırda da həmin mənzil onlardadır. Həmin mənzili Məsud və MTK-nın sədri Cahangir Alışovla məsləhətləşdikdən sonra almışdır. 72 saylı mənzili 30906 manata almış, təxminən 2007-ci ildə qeyd olunan məbləği binanın həyətindəki ofisdə Cahangir və Məsudun iştirakı ilə adını xatırlamadığı mühasibə vermiş, ona müqavilə ilə maliyyə arayışı verilmişdir. Maliyyə arayışının yuxarı sağ küncündə “M” hərfinin hansı səbəbdən qeyd olunmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X95 istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi və ədavəti olmadığını, Cahangir Alışovu tanıdığını, 2008-ci ildə mənzili Adil adlı şəxsdən aldığını, sonradan həmin mənzilin Sadıx adlı şəxsə satıldığını bildiyini, həmin şəxslə danışıb razılaşdığını, onun mənzilə çəkdiyi xərcləri ödədiyini, lakin sonradan həmin mənzilin üçüncü bir şəxsə satıldığının müəyyən olunduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X53 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi binanın ofisində görmüşdür. O, tələbə olan vaxt "xxxx" MTK-ya gəlmişlər, həmin vaxt binanın 6-cı mərtəbəsi tikilmişdir. Onlar həmin binadan mənzil almaq istəmiş, onlara 3-cü mərtəbədə və 16cı mərtəbədə mənzil qaldığını bildirmişlər. Onlar binanın 3-cü mərtəbəsindəki mənzili almışlar. İlkin ödəniş kimi MTK-nın Nərimanov rayonunda yerləşən ofisində 20000 manat ödəmişlər, qalan pulu aylara bölərək hər ay Kamal adlı şəxsə vermişdir. Kamal oradan getdikdən sonra isə Etibar adlı şəxsə aylıq ödənişləri vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X78 ifadəsində göstərdi ki, o, "xxxx" MTK-nın inşa etdiyi tikintidə işləmiş, Cahangir Alışovu 2007-ci ildən tanımışdır. Həmin vaxtdan sonuncunun dəvətilə Yeni Yasamalda tikilən çoxmərtəbəli binada işləməyə başlamışdır. Müxtəlif işləri suvaqlama, ağartma, betonlama və sair işləri icra etmiş, hazırda da orada işləyir. Həmin vaxt tikintidə rəhbər kimi Cahangir Alışovu tanımışdır. Tikintiyə onları Cahangir dəvət etmişdir. Səhv etmirsə, 2008-2009-cu ildə binanın 7-9-cu mərtəbələri tikilmiş, sonra 2010-2011-ci ildə binanın 11- 13-cü mərtəbələri tikilmişdir. Təqsirləndirilən şəxs o, tikintidə görmüşdür. Verilən sualları cavablandıran Mahir Quliyev istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Məsudun onlara göstəriş vermədiyini, göstərişləri onlara Cahangir müəllimin verdiyini, həmin vaxt binanın tikintisinə betonu Hacı Ceyhunun verdiyini, pulu onlara Cahangirin verdiyini, 2009-cu ildə tikintiyə betonu Hacı Ceyhunun verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə şahid X40 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edildi. Həmin ifadəsində şahid göstərmişdir ki, Cahangir Alışovu 2007-ci ildən tanıyır, həmin vaxtdan sonuncunun dəvətilə Yasamal rayonu, M. Xiyabani küçəsində inşa edilən çoxmərtəbəli binada usta-fəhlə kimi işləməyə başlayaraq, müxtəlif işləri – suvaqlama, ağartma, betonlama və sair işləri icra etmiş, hazırda da orada işləyir. 2008-ci ildə C.Alışovun sifarişilə binanın 7-ci mərtəbəsində armaturlu sütunların və mərtəbələrarası beton döşəmənin quraşdırılması işlərini icra etmiş, betonlama işlərində özünün dəvət etdiyi 10-15 fəhləsi olmuşdur. Ümumiyyətlə o, 2008-2009-cu illərdə 7-9-cu mərtəbələrdə, 2010-2011-ci illərdə 10-13-cü mərtəbələrdə, 2012-2013cü illərdə isə 14-16-cı mərtəbələrdə binada qismən betonlama işlərində iştirak etmiş, sonuncu mansard mərtəbəsinin beton işini Rafiq adlı podratçı icra etmişdir. 2009-2013-cü illərdə Hacı Ceyhun və digər şəxslər binaya beton gətirilməsi ilə məşğul olmuşlar. Binada iş çox ləng, fasilələrlə aparılmış, həmin vaxtlarda həm də hörgü, suvaq, ağartma və sair işləri də icra etmiş, həm beton, həm də digər işləri eyni vaxtlarda ondan başqa digər şəxslər də icra etmişlər. 7-16-cı mərtəbələrdə beton işlərini icra etmiş digər şəxslərin adlarını xatırlamır, həmin vaxt da onlarla münasibəti olmamışdır. Özünə və fəhlələrə çatdırılması üçün əmək haqqını C.Alışovdan almış, onlara işin həcmindən asılı olaraq pul vəsaitləri hissə-hissə ödənilmişdir, konkret olaraq nə qədər pul aldığını hazırda xatırlamır. İcra etdiyi işlər və ödənilmiş pul haqqında heç bir sənəd tərtib olunmamışdır (cild 10, iş vərəqi 157-159). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran şahid Mahir Quliyev dəqiq olaraq binada hansı illərdə hansı mərtəbələrdə tikinti işləri aparıldığını deyə bilməyəcəyini, çünki həmin vaxtdan xeyli müddət keçdiyini, müstəntiqə də illəri deyəndə dəqiq xatırlamadığını bildirdiyini, o isə, təxmini yazıldığını deyərək ifadəni bu cür yazdığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi bir dəfə görmüşdür. O, 2008-ci ildə "xxxx" MTK-dan Cahangir Alışovdan 94 kv.metr mənzil almışdır. Həmin vaxt ilkin ödəniş kimi 20.000 manat pul ödəmiş, qalan pulları isə sonradan hissəhissə ödəmişdir. Suallara cavab verən X124 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs ev alanda orada bir dəfə gördüyünü, evi anasının adına aldığını, sənədlərdə “M” hərfinin yazıldığını, lakin onun nəyə görə yazıldığını bilmədiyini, pulu Təqsirləndirilən şəxs vermədiyini, sonradan onun aldığı mənzilin başqa bir şəxsə satıldığını bildiyini, həmin binadakı mənzillərin hazır olmadığını, mənzilə baxmağa təxminən 6 ay bundan əvvəl getdiyini, mənzilə baxmağa gedəndə Cahangir Alışovun hələ həbs olunmadığını, mənzili 17 yanvar 2008-ci ildə müqavilə bağlayıb aldığını, o, gedəndə binanın təxminən 4-5-ci mərtəbəsinin tikildiyini, amma tam dəqiq xatırlamadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edildi. Həmin ifadəsində şahid göstərmişdir ki, 2008-ci ilin əvvəllərində M.Xiyabani küçəsində "xxxx" MTK tərəfindən inşa edirən hündürmərtəbəli binaya gedərək mənzillərlə maraqlanarkən onu MTK-nin sədri Cahangir Alışov və Məsud adlı şəxslərlə tanış etmişlər. Mənzillərin planı ilə tanış olduqdan sonra 13-cü mərtəbədən 94,6 kvadrat metr sahəli, 2 otaqlı 216 №-li mənzili almaq qərarına gələrək, həmin şəxslərlə mənzilin qiymətini 49854 manata və hissə-hissə ödənilməsinə razılaşmışdır. O, 17 yanvar 2008-ci il tarixdə ilkin olaraq 21200 manatı kooperativin ofisində hazırda adını xatırlamadığı əməkdaşa vermiş və anası X22 adına rəsmiləşdirilmiş müqavilə ilə maliyyə arayışını almışdır. Bundan sonra 2009-cu ilin aprel ayınadək olan müddətdə MTK-nın ofisində xatırlamadığı şəxslərə müntəzəm olaraq pul vəsaitlərini ödəmiş və MTK-ya 6058 manat borcu qalmışdır. Ona verilmiş maliyyə arayışlarının yuxarı sağ künçündə “M” hərfinin hansı səbəbdən qeyd olunmasını bilmir (cild 6, iş vərəqi 254-257). Tədqiq olunmuş ifadə ilə bağlı sualları cavablandıran Qafar Əliyarov istintaqda verdiyi ifadəni təsdiq etdiyini, həmin vaxt həqiqətən də binanın 8-ci mərtəbəsinin tikildiyini, ola bilər ki, indi xatırlamadığı üçün 4-5-ci mərtəbənin tikildiyini dediyini, 2008-ci il yanvar ayında binanın 8-ci mərtəbəsinin tikildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X64 ifadəsində göstərdi ki, isıtintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əhmədli istiqamətində ev almaq istəmiş, həmin vaxt “Neapol” dairəsində tikilən binaya getmiş, oradan ev almaq istədiyimi bildirmişdir. Lakin orada ona həmin binada boş mənzil qalmadığını, orada bina tikən şəxslərin Yeni Yasamalda da bina tikdiklərini bildirərək oradan mənzil almağı tövsiyyə etmişlər. Bundan sonra 2007-ci ildə "xxxx" MTK-nın inşa etdiyi binaya getmiş, həmin vaxt binanın 2-ci mərtəbəsi tikilmişdir. Binada olan ofisə yaxınlaşmış, həmin vaxt Məsud müəllimi də orada görüb danışmışdır. Məsud MTK-nın ofisinin “Gənclik”də yerləşdiyini bildirib onu oraya göndərmişdir. Məsud həmin vaxt kiməsə zəng edib ona köməklik etməyi xahiş etmişdir. O, ofisə gedib ilkin ödəniş kimi 18000 ABŞ dolları ödəmiş, ödənişləri hər ay yox, üç aydan bir ödəyəcəyi barədə razılığa gəlmişdir. Bundan sonra o, üç aydan bir 2000 manat ödəniş etmişdir. 2008-ci ildə o, ödənişləri tam qurtarmış, bununla bağlı maliyyə arayışı almışdır. Bina tam hazır olmadığı üçün o, həmin mənzilə köçməmişdir. Bir müddətdən sonra mənzilə baxmağa gedəndə görmüşdür ki, mənzilin qapısı dəyişdirilib, mənzili başqa şəxsə satıblar. Bundan sonra o, müvafiq məhkəmələrə müraciət eləmiş, məhkəmədə onun xeyrinə qərar çıxarılmış və mənzili onun mülkiyyətinə vermişlər. O, 2008-ci ilin payız aylarında ödənişləri qurtarmış, həmin vaxt dəqiq yadında deyil, ya 8-ci, ya da 9-cu mərtəbə tikilmişdir. İstintaq vaxtı ona təqdim olunmuş sənədlərdə “M” hərfi yazılmışdır, onun nəyə görə yazıldığını bilmir. 12 noyabr 2008-ci ildə binanın 10-11-ci mərtəbələri tikilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, 2007-ci ildə "xxxx" MTK-nın inşa etdiyi binanın 12-ci mərtəbəsindən hər kv.m-nin qiyməti 520 manat olmaqla bir otaqlı mənzil almışdır. Həmin mənzili 2007-ci ildə binanın katlavanı qazılan vaxt almışdır. İlkin ödəniş kimi 15000 manat pul ödəmiş, daha sonra qalan məbləği hər ay 1200 manat olmaqla ödəməyə davam etmişdir. Təxminən iki il bundan qabaq onu Korrupsiyaya qarşı mübarizə idarəsinə çağırıb binanı tikən Təqsirləndirilən şəxs həbs olunduğunu bildirib ifadə verməli olduğunu demişlər, o da, ifadə vermişdir. Hazırda həmin mənzili təmir etdirir. O, mənzili alanda Cahangirin özü, həmçinin Məsud müəllim də orada olmuşdur. Pulları MTK-nın ofisində özünü mühasib kimi təqdim edən Etibar adlı şəxsə vermişdir. Maliyyə arayışlarında “M” hərfinin yazıldığını xatırlamır. Binanın tikintisi vaxtlı-vaxtında aparılmadığı üçün 2012-2013-cü ildə MTK-ya aylıq ödənişləri etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir və təqsirləndirilən şəxsi tanımır. "xxxx" MTK tərəfindən inşa olunan binada mənzil almışdır. Həmin mənzili 2009-cu ildə Cahangir Alışovdan almış, pulu da Cahangirə vermişdir. Həmin mənzilə görə təxminən 84 mindən çox pul ödəmişdir. Aldığım mənzil 1-ci blokda 12-ci mərtəbədə 3 otaqlı mənzil olub. Mən sonradan eşitmişdir ki, həmin mənzili başqa şəxsə satıblar. Suallara cavab verən Qəzənfər Camalov 93№-li mənzili 2009-cu ildə aldığını, həmin vaxt Məsudu orada görmədiyini, 2009-cu ildə mənzili alanda binada 10-cu mərtəbəsindən yuxarının tikildiyini, “Neapol” dairəsində inşa edilən binaya 20-30 minlik aqlay verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edildi. Həmin ifadəsində şahid göstərmişdir ki, 2009-cu ilin aprel ayında Yasamal rayonu, M.Xiyabani küçəsində inşa olunan binanın həyətindəki ofis otağında oranın sahibi olan Cahangir Alışovla danışaraq, 13-cü mərtəbədə yerləşən 155,6 kv.metr sahəli 3 otaqlı, 93 №-li mənzili almaq qərarına gəlmiş və mənzilin qiymətini 82468 manata, ödənişin hissə-hissə aparılmasına razılaşmışlar. 29 aprel 2009-cu ildə 10000 manatı ilkin ödəniş kimi tikinti yerində Cahangir Alışova ödəməklə müqavilə və maliyyə arayışını almışdır. Bir-iki ay sonra orada tikinti işləri ilə məşğul olan Məsud adlı şəxslə də tanış olmuş və onunla danışaraq, pulun bir hissəsini kərpiclə verməsi haqqında razılaşmışlar. Həmin vaxtlarda Qaradağ rayonu ərazisində icarəyə götürüb işlətdiyi daş karxanasından təxminən 15000 manat dəyərində mişar daşını Məsuda vermiş, digər vaxtlarda isə tikinti yerindəki ofis otağında tanımadığı şəxslərə hissə-hissə nağd ödənişlər etməklə və axırıncı dəfə 12 sentyabr 2010-cu il tarixdə 22468 manatı ödəməklə borcunu təmiz silmişdir (cild 10, iş vərəqi 36-42). Tədqiq olunmuş ifadə ilə bağlı suallara cavab verən şahid Qəzənfər Camalov istintaqa verdiyi ifadəsində yazılanların doğru olduğunu və onu təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid X79 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid Rafiq Əliyev göstərmişdir ki, "xxxx" MTK-nın sədri X59 rayon sakini kimi tanımış, 2011-ci ilin avqust ayında Cahangirlə danışıb razılaşdıqdan sonra binanın fasad və daxili suvaq işləri, fasadın rənglənməsi, dam örtüyü, beton işlərinin icra olunmasında ona köməklik göstərməklə, icra edəcəyi işin həcmindən asılı olaraq ona pulla, yaxud barter şəklində ödəniş edilmişdir. Həmin vaxt binada eyni işləri ondan təxminən bir ilə əvvəl tikintiyə gəlmiş Ceyhun Nağıyev də icra etmişdir. Ceyhun 2011-ci ilin axırına qədər işlərinin əsas hissəsini tamamlamış, lakin fasilələrlə binada mozaika, pəncərə quraşdırılması işlərini icra etməkdə, 2013-cü ilədək binaya beton gətirməkdə davam etmiş, axırıncı mərtəbələrə betonu Ceyhun vermişdir. C.Alışovla aralarında 10 avqust 2011-ci il tarixli podrat müqaviləsi bağlanmış, lakin müqavilədə görəcəyi işin həcmi və ona ödəniləcək məbləğ göstərilməmişdir. O, həmin vaxtdan başlayaraq 2013-cü ilin payızınadək olan müddətdə 11-ci mərtəbədən sonuncu mərtəbəyə qədər fasad və daxili suvaq işləri, fasadın rənglənməsi, dam örtüyü, sonuncu mərtəbəyə qədər daxili və çöl kərpic hörgüsü işini, həmçinin axırıncı-mansard sahəsində beton işlərini icra etmişdir. Mansard sahəsində istifadə olunması üçün betonu kimin gətirməsini bilməmişdir. Binada təxminən 30-40 nəfər onun rəhbərliyi ilə usta-fəhlə kimi işləmiş, əmək haqqını ondan almışlar. O, tikintiyə gəldiyi zaman orada 13-cü mərtəbədə beton-karkas işləri icra edilmiş, sonuncu mərtəbənin beton işləri isə 2013-cü ildə aparılmışdır (cild 9, iş vərəqi 217-225). Məhkəmə iclasında şahid X75 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu. Həmin ifadəsində şahid X165 Cəfərzadə ilə birlikdə 2009-cu ilin mart ayında Təqsirləndirilən şəxs cəmi 43 min manat dəyərində material – 8 ton katenka və 50 ton armatur təhvil verdiklərini və sonuncu tərəfindən pulun ödənilmədiyini, həmin vaxtlarda binanın təxminən 8-ci mərtəbəsində beton-karkas işlərinin icra olunduğunu, 8-ci mərtəbənin damı bağlandıqdan sonra Məsudun tikintidə heç bir işi icra etmədiyini, həmçinin 2010-cu ilin yaz aylarında Zərərçəkmiş şəxs2 ilə birlikdə C.Alışova binanın 10-11-ci mərtəbələrində istifadə olunması üçün 100 min manat dəyərində təxminən 1000 kub metr beton verdiklərini bildirmişdir (cild 10 iş vərəqi 142-144). Məhkəmə iclasında şahid X80 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid Adil Alıyev göstərmişdir ki, 2007-ci ilin əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli binanın inşası ilə məşğul olan "xxxx" MTK-nın sədri Cahangir Alışov və həmin tikintidə podratçı işləyən Təqsirləndirilən şəxsla tanış olmuş və onların xahişilə həmin vaxtdan başlayaraq 3-4 il ərzində müntəzəm olaraq M.Xiyabani küçəsində inşa olunan binaya qardaşı Nadir Alıyevlə birlikdə xeyli həcmdə armatur, taxta, dikt materialı vermiş, materialı əsasən Rusiyadan gətirmişlər. Verdikləri materialın həcmini və dəyərini xatırlamır, lakin həmin vaxtlarda armaturun qiyməti təxminən 1100-1500 manat arasında dəyişmişdir. Materialı qəbul edən Mətləb və digər şəxslərlə aralarında rəsmi olaraq heç bir rəsmi sənəd tərtib olunmamış, yalnız özü üçün qeyri-rəsmi qeydlər aparmış, həmin qeydləri hazırda saxlamamışdır. İlk vaxtlarda onlara həm Cahangir, həm də Məsud tərəfindən nağd olaraq pulla ödəniş edilmiş və onlar Məsudla Cahangirin arasında heç bir mübahisə görməmiş, heç bir fərq qoymadan ödənişləri hər ikisindən qəbul etmişlər. Az müddət sonra ödənişlər gecikdirilmiş və barter şəklində mənzillə ödənilmişdir. Binadan ümumi sahəsi 30 №-li mənzil 19 fevral 2007-ci ildə onun adına, 219 və 101 №-li mənzillər 2010-cu ilin sentyabr-dekabr aylarında tanışlarının adlarına, həmçinin kooperativdən ona qalan 70000 manat borcun ödənilməsi üçün 53 №-li mənzil 25 dekabr 2013-cü ildə tanışının adına rəsmiləşdirilmişdir. 2009-cu ilin axırlarında binada beton işləri davam etmiş və axırıncı bir neçə mərtəbəsi hələ tikilməmişdi, lakin həmin vaxt işlərin konkret olaraq hansı mərtəbədə aparılmasını hazırda xatırlamır (cild 7, iş vərəqi 19-22, cild 10, iş vərəqi 145-148). Məhkəmə iclasında şahid X41 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid Yuris Hüseynov göstərmişdir ki, 2006-cı ilin axırlarında tikinti işləri ilə məşğul olan şəxs kimi tanıdığı Cahangir Alışov ona və işlədiyi müəssisənin rəhbəri Əliheybət Şirinova müraciət edərək, rəhbərlik etdiyi «Yeni ünvan 7 ünvanda çoxmərtəbəli binanın tikintisinə başlaması haqqında məlumat vermiş və binanın betonla təmin edilməsində köməklik göstərməsini xahiş etmişdir. C.Alışovla şifahi danışıb razılaşmışlar ki, onlar tikintini betonla təmin edəcəklər, əvəzində materialın dəyərinin 30 faizi nağd şəkildə, qalan 70 faizi isə barter şəklində, yəni tikilən binadan mənzillərlə ödəniləcəkdir. Bir-iki ay sonra o, podratçı kimi binanın tikintisi ilə məşğul olan Məsud adlı şəxslə də tanış olmuş və ona pul əksər hallarda Məsudun əli ilə verilmişdir. Binanın 7-8-ci mərtəbəsi tikilənədək – 2008-ci ilin axırınadək binanı betonla təchiz etmiş, malı tanıdıqları müxtəlif özəl zavodlardan almışlar. Hər dəfə malı binaya aparanda qaimə tərtib edərək, qaiməni onunla tikintidə malı qəbul edən şəxs imzalamışlar. Əksər hallarda mal təhvil verilən kimi pul ödənilməmiş, X88, yaxud Təqsirləndirilən şəxs zəngindən sonra hər dəfə tikinti yerində yerləşən balaca budkaya gedərək, orada Məsuddan 10000-15000 manat arasında pulu almış və sonuncu ona özündə saxladığı kitabda imzalatdırmışdır. Ona nağd şəkildə verilmiş cəmi 250000 manatı betonun hazırlanması üçün materialların alınmasına xərcləmiş, lakin materiala bundan daha artıq xərcləri çıxmışdır. Həmin illərdə Şirinovun yaxınlarının adlarına binadan bir neçə ədəd mənzil sənədləşdirilmiş, həmçinin ona da 3 ədəd – 1 ədəd iki otaqlı, 1 ədəd üç otaqlı və 1 ədəd dörd otaqlı mənzil verilərək, mənzillərdən birini özünün, digərini isə qohumlarının adına rəsmiləşdirmişdir. 2008-ci ilin axırlarından betonun pulunun verilməsi gecikdirildiyindən və binada işlər xeyli səngidiyindən oradan aralanmışlar (cild 8 iş vərəqi 251-257). Məhkəmə iclasında şahid X42 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid Zəminə Əliyeva göstərmişdir ki, 2007-ci ildə ona Bakı şəhərində mənzil almaq üçün mərhum atası Vaqif İlyasov tikinti işlərində çalışan dayısı oğlu Oqtay Tarıverdiyevlə danışmış və sonuncunun təklifilə Yeni Yasamal ərazisində bina tikintisi ilə məşğul olan Məsud adlı şəxslə məsləhətləşmişlər. Sonuncu M.Xiyabani küçəsində inşa olunan binanı onlara göstərib, on səkkiz aya tikintini başa çatdıracaqlarını bildirmiş və alacaqları 3 otaqlı mənzili 69165 manata alacaqları ilə bağlı sonuncu ilə razılaşmışlar. 06 iyul 2017-ci ildə Rusiyada yaşayan əri Mübariz Əliyev ona təxminən 25000 ABŞ dollarını göndərmiş və o, binanın ofisində Məsuda 21365 manatı ödəmişdir. Məsud ona mənzilin dəyərindən qalan pulun 18 ay ərzində aybaay ödənilməli olduğunu bildirmiş, sonradan maddi imkanları çatışmadığından bir neçə dəfə – 30 avqust, 02 oktyabr, 31 oktyabr tarixlərində hər ayda 2805 manat, 29 dekabr 2007-ci ildə 4250 manat və 06 iyun 2008-ci ildə 900 manatı Məsuda ödəmişlər. Sonra Məsudun köməkçisi olan Kəmaləddin adlı şəxs onun atası ilə görüşərək tam ödənişə imkanları olmadıqları halda mənzildən imtina edilməsi və ödənilmiş vəsaitlərin geri qaytarılması haqqında ərizə yazmalarını təklif etmiş və həmin vaxt Rusiyada olan onunla əri Mübariz atası Vaqifə bu barədə razılıq vermişlər. Onlar 2010cu ildə Bakıya qayıtdıqdan sonra hələ pulları qaytarılmadığından müntəzəm olaraq tikinti yerinə gedib-gəlmişlər. Orada olan MTK sədri Cahangir Alışov tezliklə pulu qaytaracaqlarını bildirsə də nəticəsi olmamışdır. 2010-cu ilin oktyabr ayında isə Fuad adlı şəxs onlara müraciət edərək binada podratçı olduğunu bildirməklə, həmin mənzilin əvəzində onlara Xətai rayonu ərazisində "xxxx" MTK-nın inşa etdiyi binadan 2 otaqlı mənzili təklif edərək, bu barədə müqaviləni vermiş və onlardan Yeni Yasamalda yerləşən mənzilə dair sənədləri almışdır. Lakin sonradan həmin 2 otaqlı mənzilin də başqa şəxsə satıldığını öyrənərək, Fuaddan "xxxx" MTK-nın sənədlərini geri almışlar. Halhazıradək onlara pulları qaytarılmamışdır (cild 2, iş vərəqi 18-22). Məhkəmə iclasında şahid X23 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid Etibar Quliyev göstərmişdir ki, 2007-cı ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa olunan hündürmərtəbəli bina ilə maraqlanaraq, yerləşdiyi ərazi və qiyməti münasib olduğundan həmin binadan ev almaq qənaətinə gəlmişdir. X150 birlikdə həmin kooperativin metropolitenin «Gənclik» stansiyasının yaxınlığında yerləşən ofisinə gedərək Məsud və Ehtibarla danışmış, onlara mənzillərin sxemini göstərib bir kvadrat metrini 430 manata almağı təklif etmişlər. O, binanın 2-ci girişində 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 167 kvadrat metr olan 4 otaqlı 138 saylı evi almaq qərarına gələrək, Məsud və Ehtibarla qiymətini 71810 manata razılaşmışdır. 16 iyul 2007-ci ildə o, bir daha dostu Ariflə MTK-nin Gənclikdəki ofisinə gedib nağd olaraq Məsuda və Ehtibara 71810 manat pulu vermiş, sonuncular 15-20 dəqiqədən sonra ona evin satılması haqqında müqaviləni və tam ödənişin aparılması haqqında maliyyə arayışını vermişlər (cild 6, iş vərəqi 72-76). Məhkəmə iclasında ibtidai istintaq orqanının ittiham aktına əlavə edərək sübut kimi istinad etdiyi, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən sübutlar siyahısına daxil edilmiş aşağıda göstərilən sübutlar elan və tədqiq edildi. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan və digər müvafiq sənədlərdən görünür ki, "xxxx" mənzil-tikinti kooperativi 01 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınmaqla, həmin ayda bu barədə şəhadətnamə verilmiş və Bakı şəhəri Vergilər Departamentinin 1 №-li filialında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla ********** №-li VÖEN verilmişdir. Nizamnaməyə əsasən, kooperativin hüquqi ünvanı ünvan 8 44, 47-49, cild 2, iş vərəqi 113-119). "xxxx" mənzil-tikinti kooperativinin nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 01 avqust 2005-ci il tarixdə təsdiq edilmiş, ilk təsisçiləri A.A.Qəhrəmanov və qeyriləri olmuşlar. Nizamnamədən göründüyü kimi, kooperativ müstəqil balansa malik hüquqi şəxs olmaqla, müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə mənzil sahəsinə tələbatının ödənilməsi məqsədilə yaradılmış, əsaslı tikinti və təmir işlərinin aparılması, əhaliyə pullu tikinti-təmir xidmətlərinin göstərilməsi və digər fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olur. Kooperativin ali idarəetmə orqanı üzvlərinin ümumi yığıncağıdır, yığıncaqlar arası dövrdə sədr kooperativin cari fəaliyyətinə rəhbərlik edir (cild 1, iş vərəqi 256-266). 15 yanvar 2007-ci ildə təsdiq olunmaqla "xxxx" mənzil-tikinti kooperativinin nizamnaməsində edilmiş dəyişikliklərə əsasən, X26 32 faiz, X110 33 faiz, X54 33 faiz, X24 1 faiz, X50 1 faiz pay haqqı ilə kooperativin təsisçiləri kimi qeydə alınmışlar (cild 1, iş vərəqi 36). "xxxx" MTK-nın təsisçilərinin 11 yanvar 2007-ci il tarixli ümumi yığıncağının 01 №-li protokoluna əsasən verilmiş 12 yanvar 2007-ci il tarixli əmrlə X1 sədri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən 15.05.2017-ci il tarixli çıxarışdan görünür ki, C.H.Alışov MTK-nın qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 41-42, cild 9, iş vərəqi 121). Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.09.2005-ci il tarixli 247 №-li sərəncamından görünür ki, “Yeni ünvan 9 ünvanında 0,32 ha sahədə 16 mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “Torpaq sahəsinin ayrılmasına dair” 27 fevral 2006-cı il tarixli 11911 saylı inşaat pasportu verilmiş, layihələndirmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və digər müvafiq qurumlardan rəylər alınmışdır (cild 2, iş vərəqi 174-197). "xxxx" MTK tərəfindən təsisçilər Cahangir Alışov, Nəsib Əliyev və Əliheydər Şahmarov, "xxxx" tərəfdən isə Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, MTK-nın möhürü ilə təsdiq edilmiş 01 mart 2007-ci il tarixli “Müqavilə”nin 1.1-ci bəndinə əsasən “Sifarişçi” tapşırıq verir, "xxxx" işə öz riski ilə bu müqavilənin şərtlərində nəzərdə tutulmuş işləri və vəzifələri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, “Podratçı ’ünvan 5 ünvanında 16 mərtəbəli yaşayış binasının əsaslı tikintisini öz riski hesabına yerinə yetirməyi öhtəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən "xxxx" tikinti işlərini layihə smeta sənədlərinə uyğun olaraq 01.03.2007-ci il tarixdən 31.12.2008-ci il tarixədək yerinə yetirməyi öhtəsinə götürür və tikinti-quraşdırma işlərinin yerinə yetirməsi zamanı tikinti normalarına və qaydalarına əməl olunmasını, sonda görülmüş işlərin işçi komissiyasına təhvil verilməsini təmin edir. Müqavilənin 2.3-cü bəndində əsasən, podratçı tərəfindən binanın karkasının tikilməsi, plastik qapı pəncərələr və vitrajların quraşdırılması, hörgü işlərinin aparılması, suvaq işlərinin görülməsi, binanın daxilinin və fasad suvaq olunması, elektrik və santexnika, ventilyasiya, qazlaşdırma, dəmir seyf giriş qapılarının alınması və quraşdırılması, fasadın rənglənməsi, dam örtüyünün quraşdırılması və digər işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən, şərtləşdirilmiş işləri podratçı öz materialları və işçi qüvvəsi hesabına yerinə yetirməyə borcludur. Müqavilənin 3.2-ci bəndinə əsasən, işin lazımi qaydada icra edilməyəcyi aşkar edilərsə, sifarişçi qüsurların aradan qaldırılması üçün podratçıya müvafiq vaxt təyin etməyə və işdəki qüsurların podratçı tərəfindən aradan qaldırılmasını tələb etməyə haqlıdır. Müqavilənin müvafiq bəndinə əsasən, müqavilə üzrə işlər və xidmətlərin dəyəri yerinə yetirilmiş 37424 m2 iş həcminə görə ******* ABŞ dolları təşkil edir. Müqavilənin “Hesablaşma qaydası” bölməsinə əsasən, yerinə yetirilmiş işlərin hər kv.metri üçün 154 ABŞ dolları həcmində (ödəniş gününə manata məzənnəsi ilə) haqq ödənilir. Ödəniş barterlə aparılır. Yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi mərhələlərlə həyata keçirilir və tikinti işləri tam başa çatdıqdan sonra son hesablaşma aparılacaqdır (cild 1, iş vərəqi 72-74). Təqsirləndirilən şəxs 01.03.2007-ci il tarixli müqavilə şərtlərini vaxtında yerinə yetirə bilmədiyi üçün müqavilənin müddətinin 31.12.2009-cu il tarixədək uzadılması xahişilə "xxxx" MTKnın sədri Cahangir Alışova 25.12.2008-ci il tarixli ərizə ilə müraciət etmiş, ərizə nəzərə alınaraq həmin tarixdə C.Alışovla Təqsirləndirilən şəxs arasında “01 mart 2007-ci il tarixli müqaviləyə əlavə” tərtib olunub imzalanmışdır. Sonuncu sənədin məzmunu da əvvəlki müqavilənin məzmunu ilə eyni olmaqla, podratçı tərəfindən nəzərdə tutulmuş işlərin 31 dekabr 2009-cu il tarixində başa çatdırılması barədə qeyd əlavə edilmişdir (cild 1, iş vərəqi 75-78). "xxxx" MTK üzrə təsisçilərin ümumi yığıncağının 19 iyun 2013-cü il tarixli, təsisçilər Cahangir Alışov, Əliheydər Şahmarov, Soltanağa Şahmarov, Zülfiqar Səfərov tərəfindən imzalanmış iclas protokolundan görünür ki, Təqsirləndirilən şəxs podratçı kimi üzərinə götürdüyü öhdəlikləri icra etməməsi, binanın tikintisini 8-ci mərtəbədə yarımçıq qoyaraq, 8667 kv.metr yaşayış sahəsini əldə etməsinə baxmayaraq, icra etdiyi işin həcminin yalnız 3161 kv.metr təşkil etməsi və 5506 kv.metr sahəni mənimsəməsi təsdiq olunmuş, sonuncunun vurduğu zərərin ödənilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunması məqsədəmüvafiq hesab edilmişdir (cild 1, iş vərəqi 56-60). Tikintidə iş icraçısı Arif Qurbanov və sahə rəisi Mətləb Cəlilov, podratçı tərəfindən isə Kəmaləddin Qədimov tərəfindən tərtib olunaraq imzalanmış 01.01.2009-cu il tarixli üzləşmə aktı ilə müəyyən olunur ki, tikintidə podratçı Təqsirləndirilən şəxs tərəfindən armatura görə 884329 ABŞ dolları, katenkaya görə 130454 ABŞ dolları, betona görə 605880 ABŞ dolları, dikt və taxtaya görə 29911 ABŞ dolları, kərpic, mişar daşı və sementə 169215 ABŞ dolları, quma 5747 ABŞ dolları, elektrik işlərinə 2792 ABŞ dolları, qülləli krana 56208 ABŞ dolları, mismar-məftilə 31178 ABŞ dolları, qəlibçi-dəmirçiyə 219567 ABŞ dolları, hörgü işlərinə 27550 ABŞ dolları, ofis işçilərinin əmək haqqına 61995 ABŞ dolları, PVC qapı-pəncərə işlərinə 44495 ABŞ dolları, sənədləşməyə 85024 ABŞ dolları, əlavə xərclərə 96540 ABŞ dolları, bünövrəyə 184500 ABŞ dolları – cəmi ******* ABŞ dolları xərclənmiş, qalıq vəsaitlər isə 660518 ABŞ dolları kimi müəyyən edilmişdir (cild 2, iş vərəqi 227). Tikintidə iş icraçısı Arif Qurbanov, podratçı tərəfindən isə Kəmaləddin Qədimov və Təqsirləndirilən şəxs tərəfindən tərtib olunaraq imzalanmış 01.07.2009-cu il tarixli üzləşmə aktı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən tikintiyə sərf olunmuş inşaat materialları aşağıdakılardan ibarətdir: 929785 ABŞ dolları dəyərində armatur, 130454 ABŞ dolları dəyərində katenka, 541291 ABŞ dolları dəyərində beton, 31079 ABŞ dolları dəyərində dikt- taxta,135938 ABŞ dolları dəyərində kərpic,14705 ABŞ dolları dəyərində mişar daşı, 31668 ABŞ dollları dəyərində sement, 6659 ABŞ dolları dəyərində qum, 3042 ABŞ dolları dəyərində elektrik işləri, 65186 ABŞ dollarına qulləli kran, 33310 ABŞ dolları dəyərində mismar və məftil, 114937 ABŞ dollarına PVC qapı-pəncərə quraşdırılması işlərinə, həmçinin 375733 ABŞ dollarının əmək haqqına, 121487 ABŞ dolları + 85212 ABŞ dollarının digər xərclərə, Təqsirləndirilən şəxs tərəfindən cəmi ******* ABŞ dollarının (2057081 manatın) xərclənməsinə dair hesabat yazılmış, qalıq vəsait isə ******* ABŞ dolları kimi müəyyən edilmişdir (cild 2, iş vərəqi 228). İstintaq orqanına təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MTK-nın sədri Cahangir Alışovla "xxxx" MMC-nin direktoru X62 arasında kooperativin inşa etdiyi binada icra olunacaq işlərlə bağlı 16 avqust 2010-cu il tarixdə podrat müqaviləsi bağlanmış, həmin tarixli smeta və nəzərdə tutulmuş işlərin icra olunması haqqında 18.11.2013-cü il tarixli arayış tərtib olunmuşdur. Həmin smeta və arayışa əsasən, C.Nağıyev aşağıda qeyd olunan işləri icra etmişdir: 335750 manat dəyərində 3950 kub metr həcmində B-25 markalı betonla təmin edilməsi, 365400 manat dəyərində 420 ton armaturla təmin edilməsi, 357000 manat dəyərində 25500 kv. metr hörgü, 163849 manat dəyərində 23407 kv. metr suvaq, 17986 manat dəyərində 1934 kv. metr fasad suvağı, 53400 manat dəyərində 2670 kv. metr mozaika, 213902 manat dəyərində 16454 kv. metr gəc, 140250 manat dəyərində 2550 kv. metr pəncərə işləri, 25000 manat dəyərində əlavə işlər (cild 3, iş vərəqi 121-127). "xxxx" MTK-nın sədri Cahangir Alışovla həmçinin X132 arasında 10 avqust 2011-ci il tarixli podrat müqaviləsi bağlanmış, icra olunacaq işlər konkret olaraq göstərilmədən, hesablaşmanın barterlə (mənzillə) aparılması nəzərdə tutulmuşdur (cild 3, iş vərəqi 128-130). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin 01 avqust 2007-ci il tarixdə təsdiq edilmiş laboratoriya sınaq nəticələrinə dair arayışdan görünür ki, "xxxx" MTK tərəfindən inşa olunan binada 3-cü mərtəbəyədək beton nümunələrinin standartların tələblərinə uyğun olması yoxlanılmış, bundan sonrakı dövrdə isə müvafiq yoxlamaların aparılması haqqında heç bir məlumat təqdim edilməmişdir (cild 8, iş vərəqi 82). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyindən alınmış 16.10.2017-ci il tarixli 31/34-03610 №-li arayışdan görünür ki, "xxxx" MTK tərəfindən tikilən binanın layihə sənədləri müvafiq qaydada Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 05.03.2007-ci il tarixli 18/04-136 №-li məktubla razılaşdırılmışdır. Binanın tikintisinə 2007-ci ildə başlanmış, layihə sənədləri ekspertizadan keçirilmədiyi üçün Tikintidə X25 Agentliyi tərəfindən 14.08.2007-ci il və 18.11.2008-ci il tarixli tapşırıqlar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.10.2007-ci il tarixli 154 №-li Qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydaları”nın 2.1.2-ci bəndinə uyğun olaraq həmin obyektdə elektrik enerjisi və su təchizatının dayandırılması üçün Agentlik tərəfindən 29.01.2009-cu il tarixli əmr verilmişdir. Lakin bu günə kimi layihə sənədləri ekspertizadan keçirilməmişdir. Binanın mərtəbələrinin betonlanması tarixi barədə Agentlikdə məlumat yoxdur. Şərh olunan sənədlər arayışa əlavə edilmişdir (cild 10, iş vərəqi 192-199). "xxxx" MTK-nın sədri Cahangir Alışovun imzası ilə istintaq orqanına təqdim olunmuş 05.10.2017-ci il tarixli arayışdan görünür ki, kooperativin Yasamal rayonu, M.Xiyabani küçəsi, 5 ünvanında inşa etdiyi binada 2007-2010-cu illərə aid beton işləri və ümumi tikinti işləri haqqında qeydiyyatların aparılması haqqında kitablar aşkar edilmədyindən təqdim edilməsi mümkünsüzdür (cild 10, iş vərəqi 83). "xxxx" MTK-nın əməkdaşı Şahid tərəfindən könüllü olaraq təqdim edilmiş 3 ədəd kitab və “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat” başlıqlı sənədin əsilləri götürülərək 27 aprel 2017-ci il tarixli protokolla cinayət işinin materiallarına əlavə edilmişdir (cild 6, iş vərəqi 175-178). Şahid tərəfindən təqdim olunmuş kitablardan biri tünd göy rəngdə qalın üzlüklü, cəmi 95 vərəqədən ibarət olmaqla, üzərində «1-90» yazısı əks olunub. Kitabın mündəricat məzmunlu ilk 3 vərəqəsində «№, adı-soyadı, blok, nöm., mənzil sahəsi, otaq sayı, müqavilənin tarixi, qeyd» başlıqlı 8 sütunda əl yazıları ilə müvafiq qeydiyyatlar aparılıb. 5-ci vərəqdən başlayaraq isə vərəqlər 1 sayından 90 sayına qədər nömrələnib və ayrıca olaraq hər vərəqdə bir ədəd: 136, 150, 40, 24, 142, 152, 167, 175, 145, 159, 191, 143, 164, 56, 160, 174, 163, 9, 161, 140, 193, 183, 58, 158, 66, 48, 135, 166, 121, 182, 157, 177, 148, 139, 16, 26, 137, 168, 196, 1, 123, 104, 133, 51, 31, 81, 127, 138, 88, 112, 22, 67, 35, 55, 209, 214, 215, 96, 10, 125, 70, 225, 126, 98, 45, 128, 216, 180, 27, 11, 63, 130, 97, 44, 54, 154, 144, 14, 72, 79, 19, 37, 210, 83, 84, 68, 76, 197, 12, 194 №-li mənzillərə dair məlumatlar – müqavilənin tarixi, vətəndaşın adı, mənzilin №, blok, mərtəbə, otaq sayı, mənzilin sahəsi, qiyməti, ilkin ödəniş məbləği, aylıq ödənişlər və qalıq məbləği barədə, hər bir ödəniş məbləği ayrıca qrafada əks etdirilməklə diyircəkli qələm və karandaşla qeydlər aparılıb. Bundan başqa, kitabın mündəricat məzmunlu 3-cü vərəqəsində 110, 212, 95, 165, 228, 195, 232, 86, 90, 237, 213, 102, 93, 114, 218, 120, 85, 227 №-li mənzillərə dair yuxarıda göstərilmiş məzmunda qeydlər yazılmışdır. Şahid tərəfindən təqdim olunmuş kitablardan digəri tünd göy rəngdə qalın üzlüklü, cəmi 90 vərəqədən ibarət olmaqla, üzərində «91-180» yazısı əks olunub. Kitabın ilk vərəqəsinin nömrəsi 91-lə başlayaraq son vərəqədə 180 № ilə bitir. Kitabın 91-109 nömrələri ilə qeyd olunmuş ilk vərəqələrində ayrıca olaraq hər vərəqdə bir ədəd: 110, 212, 95, 165, 228, 195, 232, 86, 90, 237, 213, 102, 93, 114, 218, 120, 85, 227, 117 №li mənzillərə dair məlumatlar – müqavilənin tarixi, vətəndaşın adı, mənzilin №, blok, mərtəbə, otaq sayı, mənzilin sahəsi, qiyməti, ilkin ödəniş məbləği, aylıq ödənişlər və qalıq məbləği barədə, hər bir ödəniş məbləği ayrıca qrafada əks etdirilməklə diyircəkli qələm və karandaşla qeydlər aparılıb. Şahid tərəfindən təqdim olunmuş kitablardan digəri mavi rəngdə üzlüklü, cəmi 75 vərəqdən ibarət dama xətli dəftərxana kitabı olmaqla qaytanlanıb, "xxxx" MTK-nın möhürü ilə möhürlənmişdir. Kitabın 27 vərəqəsində əl yazıları ilə qeydiyyatlar aparılıb. Üz vərəqinin içəri hisəssində «ünvan 6 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının tikintisini aparan podratçı Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyat kitabı. Başlanıb 02.04.2007-ci il, qurtarıb 08.04.2010-cu il» yazıları qeyd olunmaqla möhürlənmiş, imzalanmışdır. Kitabın hər vərəqəsi «№, adı, mənzil №, ödəniş, tarix, imza, qeyd» başlıqlı 7 sütuna ayrılıb və əl yazıları ilə müvafiq qeydiyyatlar aparılıb, 02 aprel 2007-ci ildən 26 sentyabr 2009-cu ilədək olan müddətdə imza qrafalarında imzalanıb. Kitabdakı qeydlər Q.Təranə tərəfindən 02 aprel 2007-ci ildə 48 №-li mənzilə görə 500 ABŞ dollarının ödənilməsi haqqında yazı ilə başlanır, B.Nuranə tərəfindən 08 aprel 2010-cu ildə 210 №li mənzilə görə 76980 manatın ödənilməsi haqqında qeydlərlə tamamlanır, sonuncu qeydlərin aparıldığı 27-ci vərəqədə son yazı «Cəmi ******* ABŞ dolları» sözləri ilə bitir. Kitabda imzalanmış qrafalarda əks olunan vəsaitlərin cəmi ******* ABŞ dolları təşkil edir. “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat” başlıqlı sənəd kompüterdə tərtib olunmaqla cəmi 4 vərəqədən ibarətdir. Sənədin hər vərəqəsi «№, soyadı-adı, mərtəbə, mən. №, mən. sahəsi, 1 kv. m. qiyməti, cəmi məbləğ, ilkin ödəniş, aylıq ödəniş, qalıq, tarix, qeyd» başlıqlı 12 sütuna ayrılıb və kompüter yazısı ilə cəmi 80 ədəd mənzil barədə müvafiq qeydlər aparılıb. 4-cü vərəqənin yuxarı hissəsində «Pulu tikintiyə mədaxil olunmayan mənzillər» yazısı qeyd olunub. Sənədin ilk 3 vərəqəsinin aşağı hissəsində «Təqsirləndirilən şəxs» soyadı və imza, 4-cü vərəqəsində isə «Təqsirləndirilən şəxs», «Şahid» soyadları və iki imza əks olunur. “Hesabat”da ardıcıl olaraq sıralanmaqla 80 ədəd mənzilə görə, o cümlədən Təqsirləndirilən şəxs elan olunmuş ittihamda qeyd edilmiş 71 ədəd mənzilə görə ödənilmiş vəsaitlər və qalıq məbləğlər göstərilmişdir: 1) Sabir Kərimovun adına 26.02.2007-ci il tarixli müqavilə üzrə satılmış 66 kv. metr sahəli 166 №-li mənzildən ilkin ödəniş 31680 ABŞ dolları; 2) Nairə Kərimovanın adına 26.02.2007-ci il tarixli müqavilə üzrə satılmış 130,5 kv. metr sahəli 135 №-li mənzildən ilkin ödəniş 62640 ABŞ dolları; 3) Təranə Rüstəmovanın adına 03.03.2007-ci il tarixli müqavilə üzrə satılmış 85,8 kv. metr sahəli 121 №-li mənzildən ilkin ödəniş 42900 ABŞ dolları; 4) İlham Əliyevin adına 03.03.2007-ci il tarixli müqavilə üzrə satılmış 101 kv. metr sahəli 90 №-li mənzildən ilkin ödəniş 5000 və qalıq 45500 ABŞ dolları; 5) Vaqif Həbibovun adına 14.04.2007-ci il tarixli müqavilə üzrə satılmış 101 kv. metr sahəli 26 №-li mənzildən ilkin ödəniş 33000 və aylıq ödənişlər 24570 ABŞ dolları; 6) Teymur Soltanovun adına 01.05.2007-ci il tarixli müqavilə üzrə satılmış 85,8 kv. metr sahəli 137 №-li mənzildən ilkin ödəniş 8000, aylıq ödənişlər 25934 və qalıq 7250 ABŞ dolları; 7) Əbülfəz Həsənovun adına 01.05.2007-ci il tarixli müqavilə üzrə satılmış 94,6 kv. metr sahəli 168 №-li mənzildən ilkin ödəniş 14000, aylıq ödəniş 1000 və qalıq 30408 ABŞ dolları; 8) Leyla Əliyevanın adına 11.05.2007-ci il tarixli müqavilə üzrə satılmış 71,3 kv. metr sahəli 196 №-li mənzildən ilkin ödəniş 10000 və aylıq ödənişlər 34206 ABŞ dolları; 9) Səadət Babayevanın adına 15.05.2007-ci il tarixli müqavilə üzrə satılmış 52,5 kv. metr sahəli 1 №-li mənzildən ilkin ödəniş 8400 və aylıq ödənişlər 19425 ABŞ dolları; 10) Ruhiyyə Həsənovanın adına 26.05.2007-ci il tarixli müqavilə üzrə satılmış 95 kv. metr sahəli 123 №-li mənzildən ilkin ödəniş 20000 və aylıq ödənişlər 35100 ABŞ dolları; 11) Ramin Həşimovun adına 29.05.2007-ci il tarixli müqavilə üzrə satılmış 60,6 kv. metr sahəli 104 №-li mənzildən ilkin ödəniş 18000 və aylıq ödənişlər 14724 ABŞ dolları; 12) Leyli Vəliyevanın adına 30.05.2007-ci il tarixli müqavilə üzrə satılmış 152,8 kv. metr sahəli 133 №-li mənzildən ilkin ödəniş 22000 və aylıq ödənişlər 60054 ABŞ dolları; 13) İlyas Qarayevin adına 01.06.2007-ci il tarixli müqavilə üzrə satılmış 99 kv. metr sahəli 51 №-li mənzildən ilkin ödəniş 49500 ABŞ dolları; 14) Vidadi Əliyevin adına 05.06.2007-ci il tarixli müqavilə üzrə satılmış 138 kv. metr sahəli 31 №-li mənzildən ilkin ödəniş 25000 və aylıq ödənişlər 51060 ABŞ dolları; 15) Emil Əliyevin adına 27.06.2007-ci il tarixli müqavilə üzrə satılmış 52,5 kv. metr sahəli 81 №-li mənzildən ilkin ödəniş 12000 və aylıq ödənişlər 20355 ABŞ dolları; 16) Mübariz Əliyevin adına 06.07. 2007-ci il tarixli müqavilə üzrə satılmış 130,5 kv. metr sahəli 127 №-li mənzildən ilkin ödəniş 25000, aylıq ödənişlər 16000 və qalıq 40235 ABŞ dolları; 17) Etibar Quliyevin adına 16.07.2007-ci il tarixli müqavilə üzrə satılmış 167 kv. metr sahəli 138 №-li mənzildən ilkin ödəniş 84482 ABŞ dolları; 18) Oktay Gülmalıyevin adına 17.07.2007-ci il tarixli müqavilə üzrə satılmış 60,6 kv. metr sahəli 88 №-li mənzildən ilkin ödəniş 18500, aylıq ödəniş 10450 və qalıq 8050 ABŞ dolları; 19) Qurban Əliyevin adına 17.07.2007-ci il tarixli müqavilə üzrə satılmış 60,6 kv. metr sahəli 112 №-li mənzildən ilkin ödəniş 18500, aylıq ödəniş 2500 və qalıq 16000 ABŞ dolları; 20) Əlifağa Quliyevin adına 01.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 98,8 kv. metr sahəli 22 №-li mənzildən ilkin ödəniş 54636 ABŞ dolları; 21) Elfida Səlimovanın adına 07.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 99 kv. metr sahəli 67 №-li mənzildən ilkin ödəniş 58232 ABŞ dolları; 22) Zeynəbxanım Səmədovanın adına 10.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 99 kv. metr sahəli 35 №-li mənzildən ilkin ödəniş 49500 ABŞ dolları; 23) Rüfət Novruzovun adına 14.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 85,8 kv. metr sahəli 209 №-li mənzildən ilkin ödəniş 49765 ABŞ dolları; 24) Yunis Salayevin adına 17.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 66 kv. metr sahəli 214 №-li mənzildən ilkin ödəniş 10000 və aylıq ödənişlər 35000 ABŞ dolları; 25) Emil Novruzovun adına 16.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 130,5 kv. metr sahəli 215 №-li mənzildən ilkin ödəniş 29400 və aylıq ödənişlər 55040 ABŞ dolları; 26) Solmaz Əliyevanın adına 28.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 60,6 kv. metr sahəli 96 №-li mənzildən ilkin ödəniş 30300 ABŞ dolları; 27) Səid Cavadovun adına 28.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 101 kv. metr sahəli 10 №-li mənzildən ilkin ödəniş 25000 və aylıq ödənişəlr 29540 ABŞ dolları; 28) Pərvin Manafovun adına 31.08.2007-ci il tarixli müqavilə üzrə satılmış 152,8 kv. metr sahəli 125 №-li mənzildən ilkin ödəniş 60000 və aylıq ödəişəlr 15000 ABŞ dolları; 29) Mələk Soltanovanın adına 02.10.2007-ci il tarixli müqavilə üzrə satılmış 98,8 kv. metr sahəli 70 №-li mənzildən ilkin ödəniş 13000, aylıq ödənişlər 15506 və qalıq 34261 ABŞ dolları; 30) Rövşən Həsənovun adına 16.10.2007-ci il tarixli müqavilə üzrə satılmış 85,8 kv. metr sahəli 225 №-li mənzildən ilkin ödəniş 16473, aylıq ödənişlər 38439 ABŞ dolları; 31) İlham İsmayılovun adına 30.10.2007-ci il tarixli müqavilə üzrə satılmış 66 kv. metr sahəli 126 №-li mənzildən ilkin ödəniş 24000 və aylıq ödənişlər 17250 ABŞ dolları; 32) Tiqrina Rzayevanın adına 06.11.2007-ci il tarixli müqavilə üzrə satılmış 101 kv. metr sahəli 98 №-li mənzildən ilkin ödəniş 55136 ABŞ dolları; 33) Könül Mehdiyevanın adına 06.11.2007-ci il tarixli müqavilə üzrə satılmış 155,6 kv. metr sahəli 45 №-li mənzildən ilkin ödəniş 84942 ABŞ dolları; 34) Kəmalə Rzayevanın adına 03.12.2007-ci il tarixli müqavilə üzrə satılmış 94,6 kv. metr sahəli 128 №-li mənzildən ilkin ödəniş 20000, aylıq ödənişlər 38976 və qalıq 2230 ABŞ dolları; 35) Natəvan Əliyarovanın adına 17.01.2008-ci il tarixli müqavilə üzrə satılmış 94,6 kv. metr sahəli 216 №-li mənzildən ilkin ödəniş 25000, aylıq ödənişlər 26834 və qalıq 7516 ABŞ dolları; 36) İsmayıl Məmmədovun adına 16.01.2008-ci il tarixli müqavilə üzrə satılmış 71,3 kv. metr sahəli 180 №-li mənzildən ilkin ödəniş 48484 ABŞ dolları; 37) Yeganə Ağabəyovanın adına 18.01.2008-ci il tarixli müqavilə üzrə satılmış 99 kv. metr sahəli 27 №-li mənzildən ilkin ödəniş 56500 ABŞ dolları; 38) Kənan Kitabovun adına 14.01.2008-ci il tarixli müqavilə üzrə satılmış 99 kv. metr sahəli 11 №-li mənzildən ilkin ödəniş 25000, aylıq ödənişlər 32065 və qalıq 2335 ABŞ dolları; 39) Müzəffər Quliyevin adına 18.01.2008-ci il tarixli müqavilə üzrə satılmış 167 kv. metr sahəli 130 №-li mənzildən ilkin ödəniş 117882 ABŞ dolları; 40) Gülnarə Məmmədovanın adına 18.01.2008-ci il tarixli müqavilə üzrə satılmış 138 kv. metr sahəli 63 №-li mənzildən ilkin ödəniş 84795 ABŞ dolları; 41) Çingiz Ağayevin adına 04.02.2008-ci il tarixli müqavilə üzrə satılmış 52,5 kv. metr sahəli 97 №-li mənzildən ilkin ödəniş 30000 ABŞ dolları; 42) Mülayim Hüseynovanın adına 16.02.2008-ci il tarixli müqavilə üzrə satılmış 106,5 kv. metr sahəli 44 №-li mənzildən ilkin ödəniş 25000 və aylıq ödənişlər 40440 ABŞ dolları; 43) Fuad Cəfərovun adına 16.02.2008-ci il tarixli müqavilə üzrə satılmış 98,8 kv. metr sahəli 54 №-li mənzildən ilkin ödəniş 25000, aylıq ödənişlər 26500 və qalıq 9208 ABŞ dolları; 44) Sevinc Kərimovanın adına 26.02.2008-ci il tarixli müqavilə üzrə satılmış 98,8 kv. metr sahəli 14 №-li mənzildən ilkin ödəniş 30000 və aylıq ödənişlər 29280 ABŞ dolları; 45) Mübariz Ələkbərovun adına 21.02.2008-ci il tarixli müqavilə üzrə satılmış 60,6 kv. metr sahəli 72 №-li mənzildən ilkin ödəniş 36000 ABŞ dolları; 46) Polad Məmmədovun adına 28.04.2008-ci il tarixli müqavilə üzrə satılmış 138 kv. metr sahəli 79 №-li mənzildən ilkin ödəniş 20000 və aylıq ödənişlər 63810 ABŞ dolları; 47) Sevinc Vəlizadənin adına 16.05.2008-ci il tarixli müqavilə üzrə satılmış 99 kv. metr sahəli 19 №-li mənzildən ilkin ödəniş 35422, aylıq ödənişlər 33644 və qalıq 2500 ABŞ dolları; 48) Salah Şərifovun adına 12.05.2008-ci il tarixli müqavilə üzrə satılmış 155,6 kv. metr sahəli 37 №-li mənzildən ilkin ödəniş 18000, aylıq ödənişlər 45040 və qalıq 45880 ABŞ dolları; 49) Nuranə Bağırovanın adına 26.05.2008-ci il tarixli müqavilə üzrə satılmış 167 kv. metr sahəli 210 №-li mənzildən ilkin ödəniş 108650 ABŞ dolları; 50) Əliağa Cəfərovun adına 23.05.2008-ci il tarixli müqavilə üzrə satılmış 99 kv. metr sahəli 83 №-li mənzildən ilkin ödəniş 63216 ABŞ dolları; 51) Əliağa Cəfərovun adına 23.05.2008-ci il tarixli müqavilə üzrə satılmış 106,5 kv. metr sahəli 84 №-li mənzildən ilkin ödəniş 18072, aylıq ödənişlər 52484 ABŞ dolları; 52) Ziyadxan Məmmədovun adına 24.06. 2008-ci il tarixli müqavilə üzrə satılmış 106,5 kv. metr sahəli 68 №-li mənzildən ilkin ödəniş 25000, aylıq ödənişlər 20000 və qalıq 18048 ABŞ dolları; 53) Ziyadxan Məmmədovun adına 24.06.2008-ci il tarixli müqavilə üzrə satılmış 106,5 kv. metr sahəli 76 №-li mənzildən ilkin ödəniş 25000 və aylıq ödənişlər 5000 ABŞ dolları; 54) Roman Hüseynovun adına 30.06.2008-ci il tarixli müqavilə üzrə satılmış 152,8 kv. metr sahəli 197 №-li mənzildən ilkin ödəniş 94155 ABŞ dolları; 55) mənsurə Bayramovanın adına 03.08.2008-ci il tarixli müqavilə üzrə satılmış 106,5 kv. metr sahəli 12 №-li mənzildən ilkin ödəniş 39405, aylıq ödənişlər 14814 və qalıq 24591 ABŞ dolları; 56) Sevil Vəliyevanın adına 30.08.2008-ci il tarixli müqavilə üzrə satılmış 167 kv. metr sahəli 194 №-li mənzildən ilkin öədniş 112012 ABŞ dolları; 57) Ələddin Quliyevin adına 13.11.2008-ci il tarixli müqavilə üzrə satılmış 71,3 kv. metr sahəli 212 №-li mənzildən ilkin ödəniş 17600, aylıq ödənişlər 20625 və qalıq 17405 ABŞ dolları; 58) Sərdar İsmayılovun adına 13.12.2008-ci il tarixli müqavilə üzrə satılmış 71,3 kv. metr sahəli 228 №-li mənzildən ilkin ödəniş 51934 ABŞ dolları; 59) Vəkil Zərgərovun adına 02.11. 2008-ci il tarixli müqavilə üzrə satılmış 152,8 kv. metr sahəli 165 №-li mənzildən ilkin ödəniş 101764 ABŞ dolları; 60) Əhmədağa Xankişiyevin adına 02.11.2008-ci il tarixli müqavilə üzrə satılmış 138 kv. metr sahəli 95 №-li mənzildən ilkin ödəniş 92000 ABŞ dolları; 61) Roman Hüseynovun adın 02.11.2008-ci il tarixli müqavilə üzrə satılmış 94,6 kv. metr sahəli 232 №-li mənzildən ilkin ödəniş 59125 ABŞ dolları; 62) Yaşar İsmayılovun adına 21.12. 2008-ci il tarixli müqavilə üzrə satılmış 95 kv. metr sahəli 195 №-li mənzildən ilkin ödəniş 62130 ABŞ dolları; 63) Tahir Axundovun adına 29.12.2008-ci il tarixli müqavilə üzrə satılmış 98,8 kv. metr sahəli 86 №-li mənzildən ilkin ödəniş 66690 ABŞ dolları; 64) Taleh Hüseynovun adına 19.01.2009-cu il tarixli müqavilə üzrə satılmış 152,8 kv. metr sahəli 213 №-li mənzildən ilkin ödəniş 5000 və aylıvq ödənişlər 20000 ABŞ dolları; 65) Rövşən Ələkbərovun adına 13.01.2009-cu il tarixli müqavilə üzrə satılmış 152,8 kv. metr sahəli 237 №-li mənzildən ilkin ödəniş 113072 ABŞ dolları; 66) Qəzənfər Camalovun adına 29.04.2009-cu il tarixli müqavilə üzrə satılmış 155,6 kv. metr sahəli 93 №-li mənzildən ilkin ödəniş 75286, qalıq 27875 ABŞ dolları; 67) Azər Əliyevin adına 22.01.2009-cu il tarixli müqavilə üzrə satılmış 98,8 kv. metr sahəli 102 №-li mənzildən ilkin ödəniş 74396 ABŞ dolları; 68) Həsənağa Hüseynovun adına 10.08.2009-cu il tarixli müqavilə üzrə satılmış 60,6 kv. metr sahəli 120 №-li mənzildən ilkin ödəniş 12425 və qalıq 27449 ABŞ dolları; 69) Heydər Axundlunun adına 30.05.2009-cu il tarixli müqavilə üzrə satılmış 155,6 kv. metr sahəli 85 №-li mənzildən ilkin ödəniş 24844 və qalıq 71783 ABŞ dolları; 70) Müzəffər Quliyevin adına 08.06.2009-cu il tarixli müqavilə üzrə satılmış 95 kv. metr sahəli 227 №-li mənzildən ilkin ödəniş 70720 ABŞ dolları. “Hesabat”ın davamı kimi ayrıca olaraq, “Pulu tikintiyə mədaxi olunmayan mənzillər” başlıqlı cədvəldə cəmi 10 ədəd, o cümlədən 78-ci sırada Qalib Cəfərovun adına 30.05.2009-cu il tarixli müqavilə üzrə satılmış 167 kv. metr sahəli 218 №-li mənzildən ilkin olaraq 103707 ABŞ dollarının ödənilməsi qeyd edilmişdir (cild 6, iş vərəqi 179-182). Qeyd olunan 80 ədəd mənzilin satılmasına dair "xxxx" MTK-nın möhürü, həmçinin sədr Cahangir Alışovun imzası ilə təsdiq olunmuş müqavilələr və pul vəsaitlərinin ödənilməsinə dair maliyyə arayışları cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 189-191, 195-199, 205-208, 215-217, 221-223, 230-235, 262-263, c.4, i.v.10-13, 45-48, 247-255, c.5, i.v.4-5, 16-17, 24-26, 35-42, 57-58, 77-80, 135-136, 150-151, 216-221, 222-225, 228-229, 234-242, 247-259, 267-273, 274-277, c.6, i.v.72-78, 86-93, 111-123, 129-137, 141-144, 183-191, 228-229, 258-271, c.7, i.v.38-47, 95-104, 172-192, 85-90, 108-129, 200-210, 242-254, 259-268, 273-276, c.8, i.v.32- 41, 96-115, c.9, i.v.89-101, 110, 140-164, 169-193, 263-273, 244-245, cild 10, i.v.16-22, 39-42). Təqsirləndirilən şəxs tərəfindən C.Alışova ünvanlanmaqla imzalanmış tarixsiz ərizədən görünür ki, Təqsirləndirilən şəxs 3 otaqlı, 152,8 kv.metr sahəli 165 №-li mənzilə görə Vəkil Zərgərovun verdiyi 81400 manat vəsaitin onun tərəfindən MTK-ya ödənilmədiyini göstərməklə, həmin mənzilin sənədlərini kooperativə, pulu isə özünün Vəkil Zərgərova geri qaytaracağını öhdəsinə almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs və X55 imzaladıqları, "xxxx" MTK-ya ünvanlanmış tarixsiz ərizədən və Fuad Mirzəyevin yazdığı tarixsiz qəbzdən görünür ki, onlar 165 №-li mənzilin sənədlərini Vəkil Zərgərovdan alıb kooperativə qaytaracaqlarını öhdələrinə almışlar (cild 3, iş vərəqi 132, cild 8, iş vərəqi 200-201). Həmin halla bağlı məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Binanın 9-cu mərtəbəsinədək quraşdırılmış PVC pəncərə-qapılara çəkilmiş xərc olan 101.764 ABŞ dollarının əvəzinə də onlara verilməsi nəzərdə tutulmuş mənzillərdən - 3 otaqlı, 152,8 kv.m-lik 165 saylı mənzil Vəkil Zərgərovun adına sənədləşdirilmişdir. Nərimanov rayon Polis İdarəsində qəbul edilmiş 25 fevral 2010-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin vaxt araşdırma zamanı verdiyi izahatında özünün Arif Cəbiyevdən aldığı 100000 ABŞ dolları borcunun əvəzinə MTK tərəfindən X34 167 kv.metr sahəli, 138 №-li mənzilin verilməsini etiraf etmişdir (cild 8, iş vərəqi 202-206). İbtidai istintaq orqanı tərəfindən 15 avqust 2016-cı il tarixdə "xxxx" MTK-nın ünvan 10 ünvanda inşa etdiyi binaya baxış keçirilərkən müəyyən edilmişdir ki, bina həyət kimi saxlanılmış torpaq sahəsi ilə birlikdə 0,32 ha sahədə inşa edilmişdir. Binanın ölçüləri 64x19 metrdir. Həyətin ölçüləri - uzunluğu 64 metr, eni isə ən geniş hissəsində 64 metrdir, yerə çınqıl döşənib. Bina “n” formasında inşa edilib, həyətə giriş qapısı ilə üzbəüz, həyətin qurtaracağında ofis otaqlarının yerləşdiyi 1 mərtəbəli tikili yerləşir. Yaşayış binasının altında 4,5 metr hündürlüyündə zirzəmi yerləşməklə, avtodayanacaq nəzərdə tutulmamışdır. 1-ci və sonuncu (mansard) mərtəbələr qeyriyaşayış üçün nəzərdə tutulmaqla, 1-ci mərtəbədə bəzi otaqların qabağı şüşə ilə örtülmüşdür, həmin mərtəbə tamamilə təmirsizdir. Binanın 1-ci blokunun qarşısında, həyətdə torpağın altında 14,7x11,2 metr ölçülərində, 3,75 metr dərinliyində su anbarı yerləşir. Binanın 1-ci blokuna girişdən sağda pilləkən, daha sonra yük və sərnişin liftləri üçün tunellər yerləşir. Sərnişin liftinin qarşısına qapı qoyulmuşdur, yük liftinin qarşısı isə açıq vəziyyətdədir. Dəhlizdən otaqlara su-kanalizasiya borularının, işıq xəttinin çəkilməsi müşahidə olunur. Blokda hər mərtəbədəki holldan 8 ədəd mənzilə giriş vardır, bəzi mənzillərə sahibləri tərəfindən qapılar qoyulub, digər mənzillər isə qapısızdır. Bütün mənzillərdə plastik pəncərələr qoyulmuşdur. Binanın 1-ci yaşayış mərtəbəsində mənzillər 1A-8A №-li, 2-ci mərtəbədə 1-8 №-li, 16-cı mərtəbədə isə 113-120 №-lidir. Binanın 2-ci blokunda da eyni qaydada, holldan 8 mənzilə giriş vardır, mənzillərə su-kanalizasiya, işıq xətləri çəkilib. Birinci yaşayış mərtəbəsindəki mənzillər 121A-128A №-li, 16-cı mərəbədəki mənzillər isə 233-240 №-lidir. Binada cəmi 256 mənzil yerləşir. Binanın mansardının quruluşu yaşayış mənzilləri ilə eyni olmaqla, hündürlüyü 3,5 metrdir. 2-ci blokda həm sərnişin, həm də yük liftlərinin qapıları qoyulmamış və tuneldə hər hansı iş icra edilməmişdir (cild 1, iş vərəqi 285-296). Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilmiş işlərin həcminin və dəyərinin, əldə etdiyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə 09 yanvar 2016-cı il tarixli qərarla mühəndis X10 və 15 fevral 2016-cı il tarixli qərarla Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X43 cinayət işi üzrə mütəxəssis qismində təyin edilməklə, 30 avqust 2016-cı il tarixli rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş 30 avqust 2016-cı il tarixli “Akt”dan görünür ki, "xxxx" MTK-nın öz nizamnaməsinə və Bakı şəhəri İH Başçısının 15.09.2005-ci il tarixli, 247 saylı Sərəncamına əsasən ünvan 11 ünvanda çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmiş, təsdiq edilmiş layihə-smeta sənədlərinə əsasən binanın ümumi tikinti sahəsi 18 mərtəbədən ibarət olmaqla - 37424 kv. metr, o cümlədən binanın təməli 1936 kv.metr, zirzəmi sahəsi 1664 kv. metr, market qeyri-yaşayış sahəsi 1664 kv.metr, ümumi yaşayış sahəsi 26800 kv.metr, texniki-qurğu kommunikasiya sahələri 5360 kv.metr təşkil edir. Yaşayış binası 2 girişli olmaqla, girişin hər mərtəbəsində 8 mənzil, cəmi bir mərtəbədə 16 mənzil - 1675 kv. metr yaşayış sahəsi, bina üzrə isə 16 mərtəbədə 256 mənzil vardır. Binanın ilk iki mərtəbəsindən biri zirzəmi, digər bir mərtəbəsi isə market-xidmət sahəsi üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ilə "xxxx" MTK arasında 01.03.2007-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə görə, Təqsirləndirilən şəxs ünvan 11 ünvanda 18 mərtəbəli yaşayış binasının əsaslı tikintisini öz riski hesabına yerinə yetirməyi öhdəsinə götürmüş və həmin öhdəliyin tam icrası ilkin müqavilə ilə 31.12.2008-ci il tarixdə, 25.12.2008-ci il tarixli əlavə müqavilə ilə isə 31.12.2009-cu ildə nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndindəki razılaşmaya uyğun olaraq, yerinə yetirilmiş işlərin haqqı barterlə aparılmaqla, yerinə yetirilmiş işlərin müqabilində tikinti işləri tam başa çatdırıldıqdan sonra, son hesablaşma qaydasında Təqsirləndirilən şəxs ümumilikdə 16.234,63 kv.m. həcmində və ya (16234,63x154)=2500133,02 ABŞ dolları həcmində yaşayış sahəsinin verilməsi nəzərdə tutulmuş və həmin işlərin dəyərinin ödənilməsinin mərhələlərlə həyata keçirilməsi qarşılıqlı razılaşdırılmışdır. Tikintinin gecikdirilməməsi məqsədilə podrat üçün nəzərdə tutulmuş yaşayış sahələrinin bir hissəsi satılaraq pul vəsaitləri Təqsirləndirilən şəxs verilmiş, yaxud digər şəxslərin tikintidə icra etdikləri işlərin, sərf olunmuş materialın əvəzinə sonuncu tərəfindən barter qaydasında verilmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan müqavilələrin icrasını başa çatdırmamış və MTK-nın sədri Cahangir Alışovun və qeyrilərinin ifadələrinə, sonuncunun təqdim etdiyi sənədlərə əsasən, Təqsirləndirilən şəxs faktiki yerinə yetirdiyi iş – 13400 kv.metr (1675 m2 X 8 mərtəbə=13400 m2) binanın beton karkasından ibarət olmuş, yalnız 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərini həyata keçirmiş, kommunikasiya işlərini aparmamışdır. C.Alışovla razılaşdırılmaqla Təqsirləndirilən şəxs tərəfindən ******* ABŞ dolları, yəni həmin dövrün kursu olan 0,785 hesabı ilə (5255955x0.785)= ******* manat dəyərində 8667 kv.metr yaşayış sahəsi əldə edilmişdir (Bax: M. Əhmədovla E. Bağırov tərəfindən imzalanmış “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat”) Tikintidə icraçı və nəzarətçi Arif Qurbanov, podratçı tərəfindən isə Kəmaləddin Qədimov və Təqsirləndirilən şəxs tərəfindən tərtib olunaraq imzalanmış 01.07.2009-cu il tarixli üzləşmə aktı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən tikintiyə sərf olunmuş inşaat materialları aşağıdakılardan ibarətdir: 929785 ABŞ dolları dəyərində armatur, 130454 ABŞ dolları dəyərində katenka, 541291 ABŞ dolları dəyərində beton, 31079 ABŞ dolları dəyərində dikt-taxta, 135938 ABŞ dolları dəyərində kərpic, 14705 ABŞ dolları dəyərində mişar daşı, 31668 ABŞ dollları dəyərində sement, 6659 ABŞ dolları dəyərində qum, 3042 ABŞ dolları dəyərində elektrik işləri, 65186 ABŞ dollarına qulləli kran, 33310 ABŞ dolları dəyərində mismar və məftil, 114937 ABŞ dollarına PVC. Həmçinin 375733 ABŞ dollarının əmək haqqına, 121487 ABŞ dolları + 85212 ABŞ dollarının digər xərclərə, M. Əhmədov tərəfindən cəmi ******* ABŞ dollarının (2057081 manatın) xərclənməsinə dair hesabat yazılmışdır. Təsərrüfat mübahisələrinə son qoymaq məqsədi ilə inşaatçı mühəndis Mirzəqülu İsmayılovun sədrliyi ilə, təsisçi Cahangir Alışovun, MTK-nın icraçı direktoru Nadir Feyziyevin, inşaatçı mühəndis Mətləb Cəlilovun, Samir Baxşəliyevin və podratçının inşaatçı mühəndisi Oktay Tarverdiyevin iştirakı ilə nəzarət-ölçü işləri aparılaraq, ümumi inşa edilmiş 18 mərtəbədə orta bazar qiyməti ilə tikinti quraşdırma işlərinə görə ******* manat inşaat materialları və xidmət xərclərinin sərf edilməsi, bundan ******* manat məbləğində tikinti quraşdırma işlərinin aparılması müəyyən olunmuşdir; O cümlədən, podratçı Təqsirləndirilən şəxs tərəfindən bir-doqquzuncu mərtəbələrdə binanın karkası, bir-altıncı mərtəbələrdə arakəsmələrin hörgüsü daxil olmaqla, həmin dövrün orta bazar qiymətləri ilə ******* ABŞ dolları və ya ******* manat dəyərində işlərin icra olunması təsdiq edilmişdir. Son nəticədə, Təqsirləndirilən şəxs tərəfindən mənzillərin satışından əldə olunmuş 5.255955 ABŞ dolları, yəni ******* manat vəsaitdən xərclədiyi ******* ABŞ dolları, yəni ******* manat çıxıldıqdan sonra Təqsirləndirilən şəxs hesabında (4125***-*******) ******* manat pul vəsaitinin qalmaqla MTK-ya təhvil verilməməsi 30 avqust 2016-cı il tarixli mütəxəssis aktı ilə təsdiq olunmuşdur (cild 2, iş vərəqi 73-82, 206-214). İş materiallarına əlavə edilmiş 27 sentyabr 2017-ci il tarixli 20635/36 №-li ekspertiza rəyindən görünür ki, cinayət işinin materiallarında olan 30 avqust 2016-cı il tarixli audit aktının nəticələrinə əsasən qeyd olunan yaşayış sahəsində nəzarət ölçü işləri aparılmış, ümumi inşa edilmiş 18 mərtəbədə orta bazar qiyməti ilə qeyd olunan tikinti quraşdırma işlərinə görə 5413832,0 manat inşaat materialları və xidmət xərclərinin sərf edilməsi, o cümlədən ******* manat məbləğində tikinti-quraşdırma işlərinin aparılması müəyyən olunur. 30 avqust 2016-cı il tarixli audit aktının nəticələrinə əsasən, 01.07.2009-cu il tarixli üzləşmə aktında və istintaq tərəfindən qiymət verilmiş digər sənədlərdə qeyd olunan, podratçı Təqsirləndirilən şəxs tərəfindən birinci mərtəbədən doqquz mərtəbə üzrə binanın karkası və birinci mərtəbədən altı mərtəbə daxil olmaqla arakəsmələrin hörgüsü daxil olmaqla tikinti-quraşdırma işlərinin aparılması, görülmüş həmin işlərə görə sərf edilmiş material və xidmət xərclərinin ümumi dəyəri 2161658,0 manat məbləğində (01.07.2009-cu ıl tarixli üzləşmə aktı, bu aktda əksini tapmamış və binanın bünövrəsinə xərclənmiş 118320 ABŞ dolları əsas götürülməklə) müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlar nəzərə alındığı təqdirdə "xxxx" MTK tərəfindən inşa olunmuş binada Təqsirləndirilən şəxs icra etdiyi tikinti-quraşdırma işlərinin dəyəri 2.753.705,0 ABŞ dolları (2161658,0 manat) ilə onun kooperativdən aldığı 5.255.955,0 ABŞ dolları məbləğində vəsait nəzərə alındıqda Təqsirləndirilən şəxs hesabında 2.502.250,0 ABŞ dolları (1964267,0 manat) məbləğində çatışmazlığın qalması müəyyən olunur (cild 10, iş vərəqi 72-77). İstintaq zamanı tam təsdiq olunmuş hallar əsas götürülməklə iş üzrə mütəxəssisin qarşısında əlavə suallar qoyularaq 13 oktyabr 2017-ci il tarixli əlavə rəy alınmışdır. Həmin rəydən görünür ki, «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»a, kompleks tikinti-texniki və mühasibatlıq ekspertizasının 27 sentyabr 2017-ci il tarixli rəyinə, müstəntiq tərəfindən qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edildi: Satılmış mənzillərin ümumi dəyəri - 5255955ABŞ dolları, yəni manata məzənnədə ******* manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən satılmış mənzillərə görə aldığı pul (“26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə hesabatın ilk 3 vərəqəsində qeyd olunmuş 70 ədəd mənzilə və 4-cü vərəqəsində əks olunmuş 218 nömrəli mənzilə aid olan hissədə “İlkin ödəniş” və ”Aylıq ödəniş” qrafalarında əks olunan məbləğlərin cəmi) - ******* ABŞ dolları, manata məzənnədə 0,785= ******* manat təşkil edir. Əldə etdiyi vəsait hesabına Təqsirləndirilən şəxs tikintiyə xərclədiyi vəsait – ******* ABŞ dolları, həmiq dövrün kursu ilə ******* manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs mənzillərin satışından əldə etdiyi ******* manat vəsaitdən tikintiyə sərf etdiyi ******* manat vəsaiti çıxdıqda, ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manatın Təqsirləndirilən şəxs hesabında qalması müəyyən edilir (cild 10, iş vərəqi 175- 176). Məhkəmə-xətşünaslıq ekspertizasının 30 avqust 2017-ci il tarixli 21181 №-li rəyindən görünür ki, «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»ın 1-3-cü vərəqələrininin aşağı hissələrindəki imzalar və 4-cü vərəqəsində “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imzalar; 01.07.2009-cu il tarixli üzləşmə aktının kserosurətinin aşağı tərəfində “Təqsirləndirilən şəxs" yazılarının qarşısında əks olunmuş imza; üz qabığında “DİAMOND OKUL DEFTERİ” yazılmış, pul vəsaitlərinin götürülməsini əks etdirən qeydiyyat dəftərinin 1-ci vərəqəsində 1 ədəd, 2-ci vərəqəsində -7 ədəd, 3-cü vərəqəsində 12 ədəd, 4-cü vərəqəsində 24 ədəd, 5-ci vərəqəsində 24 ədəd, 6-cı vərəqəsində 15 ədəd, 7-ci vərəqəsində 25 ədəd, 9-cu vərəqəsində 26 ədəd, 10-cu vərəqəsində 24 ədəd, 11-ci vərəqəsində 26 ədəd, 12-ci vərəqəsində 5 ədəd, 13-cü vərəqəsində 2 ədəd, 14-cü vərəqəsində 2 ədəd qırmızı rəngli rəngləyici maddə ilə haşiyələnmiş imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmin qeydiyyat dəftərinin 3-cü vərəqəsində 7 ədəd, 5-ci vərəqəsində 1 ədəd, 6-cı vərəqəsində 11 ədəd, 14-cü vərəqəsində 2 ədəd, 15-ci vərəqəsində 12 ədəd, 16-cı vərəqəsində 7 ədəd, 17-ci vərəqəsində 21 ədəd, 18-ci vərəqəsində 9 ədəd, 19-cu vərəqəsində 26 ədəd, 20-ci vərəqəsində 3 ədəd, 21-ci vərəqəsində 3 ədəd, 22-ci vərəqəsində 6 ədəd, 23-cü vərəqəsində 6 ədəd, 24-cü vərəqəsində 26 ədəd, 25-ci vərəqəsində 18 ədəd yaşıl rəngli rəngləyici maddə ilə haşiyələnmiş imzalar X6 tərəfindən icra olunmuşdur (cild 9, iş vərəqi 234-239). Məhkəmə-xətşünaslıq ekspertizasının 27.10.2017-ci il tarixli 27458 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxsla "xxxx" MTK arasında bağlanmış 01 mart 2007-ci il tarixli müqavilənin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ küncündə, 3-cü vərəqədə isə "xxxx" qrafalarındakı imzalar, 25.12.2008-ci il tarixli “01 mart 2007-ci il tarixli müqaviləyə əlavə”nin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ küncündə, 3-cü vərəqədə isə "xxxx" qrafalarındakı imzalar, 25.12.2008-ci il tarixli “Məruzə”də “Təqsirləndirilən şəxs” yazısı qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 11, iş vərəqi 86-89). Sənədlərin məhkəmə-texniki ekspertizasının 14 noyabr 2017-ci il tarixli 28777/28956 №-li rəyindən görünür ki, “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat”ın çap mətni elektrofotoqrafik çap üsulu ilə (surətçıxaran, lazer printer) hazırlanmışdır və həmin sənədin yuxarı hissəsində əks olunan “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə” sözləri sənəddə əks etdirilməsinin texniki üsullarına görə digər yazılardan fərqlənmir. Qeyd olunan sözlər sənədin digər çap yazılarından yazılması xüsusiyyətlərinə (hərflərin ölçüsü, qalınlığı, forma və konfiqurasiyası) görə fərqlənirlər. Müvafiq elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə, “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə” sözlərinin və sənəddə olan digər çap mətninin tərtib olunma vaxtını müəyyən etmək mümkün olmamışdır (cild 11, iş vərəqi 115-118). İstintaq orqanının 04 oktyabr 2017-ci il tarixli qərarı ilə "xxxx" MTK-nın inşa etdiyi binada icra olunmuş işlərə görə xərclənmiş pul vəsaitləri haqqında 01.01.2009-cu il və 01.07.2009-cu il tarixli aktların surətləri, "xxxx" MTK-nın sədri Cahangir Alışovla podratçı Təqsirləndirilən şəxs arasında bağlanmış 01 mart 2007-ci il tarixli və 25.12.2008-ci il tarixli müqavilələr, 2007-2010-cu illərdə Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyatının aparıldığı 75 vərəqədə dəftərxana kitabı, “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat” başlıqlı 4 vərəqədə sənəd iş üzrə maddi sübut kimi tanınmışdır (cild 10, iş vərəqi 81-82). Beləliklə, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş zərər cəmi ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manat təşkil edir ki, bundan 791951 (yeddi yüz doxsan bir min doqquz yüz əlli bir) manat «Yeni Yasamal” MTK-ya, 200646 (iki yüz min altı yüz qırx altı) manat Zərərçəkmiş şəxs1, 43000 (qırx üç min) manat Zərərçəkmiş şəxs2 ödənilməlidir. Zərər məbləği ödənilməmişdir (cild 11, iş vərəqi 21-23, 31- 33, 44-46). İstintaq orqanı tərəfindən "xxxx" Mənzil-tikinti kooperativi 03 dekabr 2016-cı il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış, 16 oktyabr və 17 oktyabr 2017-ci il tarixlərdə isə "xxxx" MTKnın müvafiq olaraq zərərçəkmiş şəxs kimi tanınması haqqında yeni məzmunlu və mülki iddiaçı qismində tanınması haqqında qərarlar qəbul edilmişdir. Kooperativ 01 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınmaqla, hüquqi ünvanı ünvan 12 malik hüquqi şəxs olmaqla, sədri X16r (cild 3, iş vərəqi 162-163, cild 11, iş vərəqi 36-37, 44-46). Təqsirləndirilən şəxs ailəlidir, yaşayış yerindən müsbət xarakterizə edilir, psixiatr müalicəsində olmamış, əvvəllər məhkum olunmamışdır( cild 4, iş vərəqi 19, cild 7, iş vərəqi 237, cild 10, iş vərəqi 61-62). Məhkəmə baxışı zamanı həmçinin müdafiə tərəfinin vəsatəti əsasında hazırlıq iclasının qərarı ilə sübut növü kimi tanınmış sənədlər - "xxxx" audit və konsaltinq MMC-nin 09.06.2017-ci il tarixli müstəqil auditor hesabatı, «İcra olunmuş işlərlə bağlı Təqsirləndirilən şəxs özünün əl yazıları ilə tərtib etdiyi qeydlər, Arif Qurbanovun 3 vərəqədə əl yazıları, "xxxx" MTK üzrə podratçının xərcləri, ödənişlər və borclar haqqında 01.02.2010-cu il tarixinə arayış» başlıqlı sənəd, 01.02.2010cu il tarixli «Sifarişçi tərəfindən podratçıya qismən keçən ödənişlər” başlıqlı cədvəl və 1 vərəqədə əl yazıları tədqiq olundu. "xxxx" audit və konsaltinq MMC-nin 09.06.2017-ci il tarixli müstəqil auditor hesabatı yuxarıda göstərilən sənədlər əsasında tərtib olunmuşdur. Hesabatın nəticə hissəsindən görünür ki:
1. Təqsirləndirilən şəxs tərəfindən ilkin olaraq Alışov Cahangirə "xxxx" MTK-nın təməl işlərinə cəmi 185200,00 ABŞ dolları, manat ekvivalentində 146308 manat məbləğində pul verilmişdir.
2. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MTK-nın 16-cı mərtəbə İ blok daxil olmaqla 4047542,00 ABŞ dolları, manat ekvivalentində 3177320.47 manat məbləğində tikinti-quraşdırma işləri görülmüşdür, lakin bundan 3517605.00 ABŞ dolları, manat ekvivalentində 2778907.95 manat mal-material və xidmətlərə ödənilmişdir.
3. Alışov Cahangir tərəfindən Təqsirləndirilən şəxs "xxxx" MTK-nın tikintisinə 2821281.00 (336775.00+1686597.00+797909.00) ABŞ dolları, manat ekvivalenti ilə 2214705.59 manat pul və mal-material vermişdir.
4. Alışov Cahangirin Təqsirləndirilən şəxs ümumilikdə 881524.00 (185200.00+3517605.00- 2821281.00) ABŞ dolları, manat ekvivalentində 696403.96 manat borcu qalmışdır.
5. 01.07.2009-cu il və 01.02.2010-cu il tarixli aktlara əsasən Təqsirləndirilən şəxs tərəfindən 10-11-12-13-14-15-16-cı mərtəbələrdə həqiqətən tikinti-quraşdırma işləri görüldüyü müəyyən edildi. Bundan başqa, məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilmiş aşağıdakı sübutlar tədqiq edildi: - 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 28.01.2014-cü il tarixli qiyabi qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış podrat müqavilələrinə xitam verilmiş, həmçinin cavabdehin mənimsədiyi iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri həcmində 3.437.860 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin Məhkəmənin 09.04.2014-cü il tarixli qərardadından görünür ki, cavabdeh Təqsirləndirilən şəxs ərizəsi əsasında 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 28.01.2014-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iş üzrə icraat təzələnməklə yeni baxışa təyin edilmişdir. Həmin məhkəmənin 16.04.2014-cü il tarixli qərardadı mülki ihin materialları aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 16.07.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK-nın cavabdeh Təqsirləndirilən şəxs qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə pul tələbinə dair mülki iddiası qismən təmin edilmiş, "xxxx" MTK ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış 01.03.2007-ci il tarixli və 25.12.2008-ci il tarixli podrat müqavilərəi üzrə podratçı Təqsirləndirilən şəxs gördüyü işlərin dəyərini aşan və tikinti sahələri olan № 3, 4, 5, 10, 12, 22, 27, 30, 35, 45, 54, 63, 67, 70, 86, 87, 90, 91, 95, 98, 100, 104, 114, 117, 119, 127, 130, 138, 150, 165, 195, 197, 216, 226, 227, 234 və 235 saylı mənzillərin və cəmi 439 kv.m qeyri-yaşayış sahələrinin dəyəri kimi tikintiyə istifadə etmədiyi 2.635.469 ABŞ dolları məbləğində pulun ödəmə günü Azərbaycan manatına məzənnə ilə cavabdeh Təqsirləndirilən şəxs alınıb iddiaçı "xxxx" MTK-ya verilməsi qət edilmiş, 672.838 manat zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia təmin olunmamışdır. Bakı Apellyasiya məhkəməsinin 24.11.2015-ci il tarixli qərardadı ilə cavabdeh Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilmiş, Binəqədi rayon məhkəməsinin 16.07.2015ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" MTK-nın cavabdeh Təqsirləndirilən şəxs qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə pul tələbinə dair iddiası iddiaçının cavabdehlə işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl edilməməsi, eləcə də bu qaydanı tətbiq etmək imkanının itirilməməsi əsası ilə baxılmamış saxlanılmış, həmçinin qeyd olunan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsə ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. "xxxx" MTK-nın sədri Cahangir Alışov Azərbaycan Respublikası Baş prokurorluğuna 07.07.2017-ci il tarixli ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tikilən binadan 5.506 kv.m. yaşayış sahəsini öz mənafeyi naminə istifadə etdiyini, ona satış məqsədilə ayrılmış 3, 4, 5, 10, 12, 22, 27, 30, 35, 45, 54, 63, 67, 70, 86, 87, 90, 91, 95, 98, 100, 104, 114, 117, 119, 127, 130, 138, 150, 165, 195, 197, 216, 226, 227, 234 və 235 saylı mənzillərin və cəmi 439 kv.m qeyri-yaşayış sahələrinin dəyərini təşkil edən 5.255.955 manatdan 1.913.559 manatını tikintiyə xərcləməklə qalan 3.342.396 manatı mənimsədiyini bildirmişdir. Həmin ərizəsində Cahangir Alışov həmçinin göstərmişdir ki, bundan başqa, "xxxx" MTK-dan təsisçi və şərik X110 tərəfindən 893.230 manat dəyərində ilkin satılmış mənzillər yenidən təkrar olaraq Akif Çovdarov tərəfindən N.Əliyevin kənar şəxslərə borcların əvəzinə verilmişdir, bununla da, "xxxx" MTK-ya 893.230 manat zərər vurmuşdur. Daha sonra həmin ərizədə göstərilir ki, X128 Alışovdan 350.000 manat məbləğində nəqd pul vəsaiti tələb edib, digər şəxslərin vasitəsilə sonuncudan qəbul etmiş, həmçinin “Yeni ünvan 13 ünvanında inşa etdiyi binadan cəmi 319.530 manat dəyərində 6 ədəd mənzil və 1 ədəd 231.500 manat dəyərində 250 kv.m. qeyri-yaşayış sahəsini başqa şəxslərin adına sənədləşdirməklə 3-cü şəxslərə satmışdır. Cahangir Alışovun yazdığı ərizəsində göstərilənlərə görə, bundan başqa X140 qəsəbəsində tikilən balıqyetişdirmə müəssisəsinin tikintisinə 1.317.000 manat nəqd pul şəklində və tikinti materialları təchiz etməklə vəsait xərclətdirmişdir. Məhkəmə baxışının tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə şahid – "xxxx" MTK-nın həmtəsisçisi və sədri X2 tədqiqi mərhələsində əksər məhkəmə iclaslarında, Şahid isə bir neçə məhkəmə iclasında iştirak etmişdir. Tədqiq olunmuş sənədlrələ bağlı sualları cavablandıran Cahangir Alışov bildirdi ki, sonradan Məsudun artıq binanı tikməkdən imtina etdiyini gördüyündən, götürülmüş 5.255.000 manatın 1.900.000 manatının binaya xərcləndiyini üzləşmə aktları ilə çıxarıb təsdiq etmişlər. Bundan sonra Məsuda binadan artıq götürmüş olduğu vəsaiti gətirib geri qaytarması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Bundan sonra onlar başqa fiziki şəxslərlə müqavilə bağlamış, onlar da gəlib binanın tikintisini davam etdirmişlər. 01.07.2009-cu il tarixli üzləşmə aktının əslini istintaqa təqdim etsələr də, sonra qaytarıb onlara vermişlər. Ona görə də, həmin üzləşmə aktının əslini sonradan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 məhkəməyə təqdim etmiş, həmin akt iş materiallarına əlavə edilmişdir. Məhkəmədə Şahid istintaqa təqdim etdiyi mavi rəngdə üzlüklü, cəmi 75 vərəqdən ibarət «ünvan 14 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının tikintisini aparan podratçı Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyat kitabı» başlıqlı kitabın tədqiqi aparıldı. Həmin kitabdakı qeydlərin mahiyyətinə aydınlıq gətirmək üçün məhkəməyə dəvət edilərək əlavə sualları cavablandıran Şahid göstərdi ki, cinayət işinə əlavə olunmuş kitablar onun tərəfindən yazılmışdır. Kitab işçilər tərəfindən yazılmış, onu Samir yazmış, lakin o, həmin kitaba nəzarət etmişdir. Samir olmayanda, o da, kitabdakı qeydləri yazmışdır. Kitabda olan imzalar Təqsirləndirilən şəxs, Kəmaləddin, bir də Məsudun sürücüsü, səhv etmirsə, adı Vasif olmalıdır, onun, yəni 3 nəfərin imzasıdır. Şahid ifadəsinə görə, alıcı gəlib tam ödəniş edə bilməyəndə, ilkin ödəniş kimi 15-20 min manat vermiş, qalanını isə aylığa bölmüşlər. Elə gün olmuşdur ki, bir gündə beş nəfərin aylığı gəlmiş, onun maliyyə arayışını çatdırmaq mümkün olmamış, ona görə kitaba da qeyd olunmuşdur. Həmin pulları qəbul edəndə ya Məsud müəllim, ya da Kəmaləddin qəbul etmişdir. Maliyyə arayışının biri onda qalmış, onları da kitabda qeyd etmişlər. Üstündə «M» hərfi yazılan maliyyə arayışlarını toplayanda ittihamda göstərilən rəqəmin alınmayacağını, çünki bəzi maliyyə arayışlarının üstündə «M» hərfinin olmadığını, kitabda olduğuna görə «M» hərfi yazılmadığını, 26.09.2009-cu ildən sonra Məsudun pulları imza atıb götürmədiyi hallar olduğunu, pulların çoxunu Məsudun götürüb getdiyini, Məsuda etibar etdiklərinə görə, bir neçəsinə birlikdə imza etdirdiklərini, 26.09.2009-cu ildən sonra ofisə gəlmədiyi üçün imza etdirə bilmədiklərini, inam olduğu üçün pulu verdiklərini, müştərilərlə əlaqə saxlayanda onların Məsudla görüşüb pulu verdiklərini dedikləirini, onun da Cahangir müəllimə məruzə etmək üçün bunları yazdığını bildirdi. Kitabdakı qeydlərlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs hansı məbləğlərin qarşısında özünün imzası varsa, həmin pulları qəbul etdiyini, qalanlarını isə qəbul etmədiyini, elə məbləğlər var ki, onu Kəmaləddinin imza edib götürdüyünü, «M» hərfinin yazılmasının mümkün olduğunu, bunun adi hesabat olduğunu, orada kimin nə qədər pul götürdüyünün göstərildiyini, hesabatda ilkin ödənişlərin, sonra aylıq ödənişlərin göstərildiyini, hesabatın üstündə yazılanların sonradan yazıldığını, məsələn, 3 oktyabr 2009-cu ildəki 213-cü mənzillə bağlı Təqsirləndirilən şəxs Hüseynov Talehin əvvəlki pulunu alması, sonrakı pulları almamasının göstərildiyini, 3000 ABŞ dollarını almadığını, pulları alanda Etibar müəllimdən aldığını, Möhübbətin onların ümumi tanışı olduğunu və MTK-ya beton verdiyini, hansına ki, özü imza atıb, onu qəbul etdiyini, 336000 manat pulu Cahangir müəllimin hesablaşdığını bildirdi. Həmin kitabdakı qeydlərlə bağlı isə şahid Cahangir Alışov bildirdi ki, imzalanmamasına baxmayaraq, maliyyə arayışlarının yazılması bütün faktları təsdiq edir, 219000 manatı onlar, yəni təsisçilər götürmüşlər. Tikintiyə ayrılmış sahənin pulları podratçı gələnə qədər satılb verilən pullar olmuşdur, Məsud gələnə qədər onlar tikintiyə başlamış, 709000 manatdan 209000 manatını onlar götürmüş, qalanları podratçıya vermişlər. Məsud gələnə qədər materialın əvəzinə o, pul vermişdir. Adı göstərilən Möhübbət onların birgə tanışı olmuş, gəlib beton vermişdir, beton verəndən sonra gəlib mənzil yazılmışdır, həmin mənzilin dəyəri də podratçı kimi onlara yazılmışdır. Həmin məbləğin 336.000 manatın içərisində olub-olmadığını isə o, deyə bilməz. Aparılmış həmin qeydlərlə bağlı Zərərçəkmiş şəxs1 bildirdi ki, 218-ci mənzil onun qardaşına mala görə borcun yerinə verilmiş, 7-ci mənzil ya da 178 №-li mənzillər də onlara verilmişdir. Sonradan görmüşdür ki, həmin mənzillər başqa Salyanlılara verilmişdir. 2 mənzillə bağlı “otkaznoyu» Məsudun özü yazmış, həmin mənzilləri verəndən sonra ona 255000 manat borc yaranmışdır, həmin mənzillərdən birini onun işçisi olmuş Salyan QAİ-də işləyən Anar gəlib xahiş etmişdir, növbəti prosesdə onunla bağlı sənədləri gətirib təqdim edəcəkdir. Əvvəlcə ona 7-ci mərtəbədə 3 otaqlı mənzil vermişlər, sonra Cahangir onu çağırıb vəziyyətlərinin yaxşı olmadığını demiş, buna görə də 3 otaqlı mənzili onlara vermişdir. Həmin mənzilin əvəzində isə ona 4 otaqlı mənzil vermişlər. Sənədlərin tədqiqi mərhələsində müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi FHN-nə verilmiş sorğuya 18 oktyabr 2017-ci il tarixli 37/34-03639 saylı və 01 noyabr 2017-ci il tarixli 37/34- 03827 saylı cavab məktubları, həmçinin həmin məktublara əlavə olunmuş “Yeni Yasamal» MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, X113 küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın tikintisi zamanı Agentliyin əməkdaşları tərəfindən çəkilmiş 12.01.2009, 06.10.2009, 21.04.2011, 08.05.2013 və 23.05.2014-cü illər üzrə vizual görüntünü əks etdirən fotoşəkillər tanış olmaq üçün Cahangir Alışova təqdim edilmiş və həmin fotoşəkillərə aydınlıq gətirməsi təklif edilmişdir. Həmin fotoşəkilləri nəzərdən keçirən Cahangir Alışov bildirmişdir ki, 2009-cu ilin axırlarında Məsud tikintidən getsə də, onlar tərəfindən tikinti dayandırılmamışdır. Təqdim olunan şəkillərdəki bina onların inşa etdikləri binanın şəkilləri deyildir, yalnız 2014-cü ildə çəkilmiş və işə əlavə olunmuş şəkil onların inşa etdikləri binanın şəkilidir, o, yalnız həmin şəkili qəbul edir. Bununla bağlı dövlət ittihamçısı şifahi vəsatət verərək müdafiəçinin təqdim etdiyi şəkillərlə bağlı FHN-nə sorğu verilməsini və həmin şəkillərin həqiqətən də “Yeni Yasamal» MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, X113 küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın şəkilləri olub-olmamasının yoxlanılmasını, həmçinin həmin şəkilləri çəkmiş agentliyin əməkdaşlarının müəyyən edilib məhkəmədə dindirilməsini xahiş etmiş, proses iştirakçılarının fikirləri dinlənilməklə məhkəmə tərəfindən dövlət ittihamçısının verdiyi vəsatət təmin olunmuş və FHN-nin Tikintidə Təhlükəsizlik Dövlət Agentliyinə müvafiq sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X25 Agentliyi 17 iyul 2018-ci il tarixli 37/34-03418 saylı məktubu ilə vəkil Müdafiəçi Agentliyə həqiqətən də müraciət etdiyini təsdiqləmiş, onun ünvanladığı məktubların və cavab məktublarının surətlərini, həmçinin “Yeni Yasamal» MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, X113 küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın tikintisi zamanı Agentliyin əməkdaşları tərəfindən çəkilmiş 12.01.2009, 06.10.2009, 21.04.2011, 08.05.2013 və 23.05.2014-cü illər üzrə vizual görüntünü əks etdirən fotoşəkillərin təsdiq olunmuş nüsxələrini məhkəməyə təqdim etmişdir. Məhkəmədə qeyd olunan sənədlərə və fotoşəkillərə baxış zamanı onların müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillər və məktublarla eyni olması öz təsdiqini tapmışdır. Dövlət ittihamçısının vəsatəti əsasında həmçinin həmin fotoşəkilləri çəkmiş əməkdaş müəyyən edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X25 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Bakı şəhəri üzrə Regional Tikinti Müfəttişliyinin baş məsləhətçi vəzifəsində işləyən X44 məhkəmə iclasında əlavə şahid qismində dindirilmişdir. Şahid Sərdar Məmiyev ifadəsində bildirdi ki, onun ixtisası tikinti mühəndisliyidir və həmin vəzifədə 2007-ci ildən işləyir. O, həmin vaxtdan Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən binalara nəzarət edir. Sorğuda göstərilən şəkillər onun tərəfindən çəkilmişdir. Onların işi tikintidə aparılan işlərə, həmçinin tikintilərin layihəyə uyğunluğuna nəzarət etməkdən ibarətdir. Belə ki, onlar tikililərə baxış keçirir, layihə uyğunluğunu yoxlayır, arxiv üçün şəkillər çəkib saxlayırlar. Onlar ayda bir və ya iki dəfə tikintidə olur, şəkillər çəkirlər. Hər mərtəbə tikildikdən sonra şəkillər çəkilir və arxivdə saxlanılır. Sorğuda göstərilən tikintidə çəkilmiş şəkillər məhkəməyə təqdim olunmuşdur. O, 2009-cu ildə həmin tikintidə olan zaman orada tikinti işlərinin aparılıb-aparılmadığını dəqiq xatırlamır. Yüksək mərtəbəli tikililər tikinti normalarına uyğun aparılır. Tikintidə yüklər əllə və kranla qaldırılır. Həmin şəkillər çəkilən vaxt ola bilər ki, şəkli kənardan çəkdiyinə görə həyətdə olan kran şəklə düşməmişdir. Binanın tam hündürlüyü, yəni mərtəbələr tam şəkildə düşsün deyə, şəkillər kənardan çəkilmişdir. Kranın nəyə görə şəkillərdə düşməməsini dəqiq deyə bilmir. Həmin vaxt çəkdiyi şəkillərin üzərində olan tarixləri fotoaparat özü avtomatik qeyd etmişdir, tarixlər də həmin dövrü əks etdirir. Şəkillər həmin dövrdə çəkilən şəkillərdir və üzərindəki tarixlər düzgündür. Şəkillərdəki tarixləri dəyişmək onun marağında olmamış və bu mümkün olmayan işdir. Şəkildə həmin binanın hansı bina olduğu yazılmasa da, kompüterdə həmin binanın hansı bina olduğu, hansı küçədə yerləşdiyi dəqiq yazılır. Təqsirləndirilən şəxs həmin vaxt tikintidə görmüş, həmçinin Cahangir Alışovu tanıyır, bütün sənədləşmə işləri Cahangir tərəfindən hazırlanmış və bütün sənədlərə Cahangir imza etmişdir. Təqsirləndirilən şəxsla və ya Cahangir Alışovla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Cahangir həmin vaxtlar sənədləri gətirib layihəyə təqdim olunmasında iştirak etmişdir. Şəkillər tarix ilə olan şəkillərdir, həmin dövrdə olan şəkillərdir, neçə mərtəbə tikilibsə, hamısı orada şəkillərdə göstərilmişdir. Onlar həmin vaxt tikintidə müəyyən göstərişlər vermiş, lakin bununla bağlı hər hansı bir sənədləşmə aparılmamışdır. Tikintiyə gələn zaman MTK-ın rəhbərliyinə məlumat verilmişdir. Onlar əsasən iş icraçıları ilə işləyir, layihə ilə mərtəbələrə çıxırlar, armatura baxır və hər hansı bir yalnışlıq olarsa, onun aradan qaldırılmasını bildirirlər, həmçinin aparılan daxili sənədləşmə işlərinə nəzarət edirlər. Onlar həmin binada 16-cı mərtəbəyə qədər nəzarət etmişlər. Ola bilər ki, hər il üçün çəkilən şəkillər arxivdə qalmamış, arxivdə olan şəkillərin hamısı təqdim olunmuşdur. Həmin tikintinin dayandırılması ilə bağlı göstəriş verilmiş, lakin tikintinin nə vaxt dayandırıldığı tarix dəqiq yadında deyildir. Həmin binada tikinti işləri 2009-cu ildə dayandırılmamışdır. Hal-hazırda həmin ərazidə həmin binadan başqa bina tikilməyib, şəkillərdəki binalar məhz Təqsirləndirilən şəxs tikdiyi binadır. Həmin ünvanda bir yüksək mərtəbəli bina vardır, yəni küçənin üst tərəfində yalnız həmin bina tikilib və bu günə qədər həmin ərazidə tikilən yeganə binadır. Şahid Sərdar Məmiyev məhkəmə iclasında ona təqdim edilmiş 06 oktyabr 2009-cu ildə çəkilən şəklə əsasən binanın neçənci mərtəbəsində işlərin getməsi barədə suallara cavabında 06 oktyabr 2009-cu ildə çəkilən şəkildə binanın 15.5-ci mərtəbəsinin tikildiyinin əks olunduğunu, çünki binanın birinci mərtəbəsinin hasar olduğuna görə görünmədiyini, şəklə baxanda da orada 15-ci mərtəbənin tam tikildiyinin, 16-cı mərtəbədə isə tikinti işlərinin davam etdiyinin göstərildiyini, həmin şəkildə göstərilən tarixlərin şəklin çəkildiyi tarixi göstərdiyini, həmin şəklə əsasən 06 oktyabr 2009cu ildə binanın 15-ci mərtəbəsində beton-karkas işlərinin görüldüyünün, 12-ci mərtəbədə hörgü işləri aparıldığının, 9-cu mərtəbəyə qədər isə PVC qapı-pəncərələrin qoyulduğunu təsdiq etməyin mümkün olduğunu bildirdi. Həmin məhkəmə iclasında iştirak edən şahid Cahangir Alışov əlavə şahid Sərdar Məmiyev ifadə verdikdən sonra məhkəməyə müraciət edərək saxlanıldığı İstintaq təcridxanasında təqsirləndirilən şəxslə görüşüb razılığa gəldiyini, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi barədə razılığa gəlindiyini, bununla bağlı saxlanıldığı BİT-dan təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmaması barədə ərizə yazdığını və məhkəməyə ünvanladığını bildirmiş, bununla bağlı məhkəmədən Təqsirləndirilən şəxs fikrini soruşmağı xahiş etmişdir. Məhkəmə iclasında şahid Cahangir Alışovun dedikləri barədə Təqsirləndirilən şəxs mövqeyi soruşulmuş, sonuncu, Cahangir Alışovun dediyi məsələyə aydınlıq gətirərək, özünün Alışova kömək məqsədi ilə əgər həbsdən çıxarsa, ona köməklik göstərəcəyini bildirdiyini, lakin zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini öhdəsinə götürmədiyini bildirmişdir. Bundan sonra şahid Cahangir Alışov məhkəmə iclasında hansısa fotoşəkillərin araşdırıldığını məhkəməyə irad tutaraq, növbəti məhkəmə iclaslarına onun gətirilməməsini xahiş etmiş və bundan sonrakı məhkəmə iclaslarına Cahangir Alışov dəvət edilməmişdir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında müqayisəli şəkildə tədqiq olunmuş ittiham və müdafiə tərəflərinin yuxarıda sadalanan sübutları ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: - ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, Bakı şəhəri, Yasamal rayonu, X113 küçəsi, 5 ünvanında 2 girişli, 16 yaşayış mərtəbəsi və 256 mənzildən ibarət binanın tikintisini aparan "xxxx" Mənzil-Tikinti Kooperativinin sədri X26 ilə bağladığı 01 mart 2007-ci il tarixli müqaviləyə əsasən 31 dekabr 2008-ci il tarixədək, həmin sənədə əlavə olaraq aralarında bağladıqları 25 dekabr 2008-ci il tarixli müqaviləyə görə isə 31 dekabr 2009-cu il tarixədək olan müddətdə podratçı kimi layihə-smeta sənədlərinə uyğun olaraq binanın karkasının tikilməsi, hörgü və suvaq işlərinin görülməsi, plastik qapı-pəncərələrin, dam örtüyünün quraşdırılması, fasadın rənglənməsi və digər işləri – cəmi ******* ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə ******* manat dəyərində qiymətləndirilmiş iş həcmini öz materialları və işçi qüvvəsi hesabına icra edərək binanın tikintisini tam başa çatdırıb sifarişçiyə təhvil verməli olduğu halda, 2006-cı ilin oktyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddətdə öhdəsinə götürdüyü işlərin icra olunması üçün iştirakı ilə mənzil-tikinti kooperativinin rəhbərliyi tərəfindən «Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə»lər və nağd pulun kooperativə ödənilməsi haqqında maliyyə arayışları əsasında müxtəlif şəxslərə satılmaqla pul vəsaitləri ona verilmiş mənzillərin, yaxud aldığı tikinti materiallarına və yerinə yetirdiyi işə görə barter qaydasında ödənilmiş mənzillərin dəyərindən binanı tam hazır şəkildə təhvil verəcəyi halda ona ödənilməsi nəzərdə tutulmuş 16234,63 kv.metr yaşayış sahəsindən cəmi 7550,9 kv.metr sahəli 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* (üç milyon yüz doxsan yeddi min iki yüz əlli beş) manat vəsaiti əldə etməsinə baxmayaraq, həmin müddət ərzində yalnız ******* ABŞ dollarını, yəni ******* (iki milyon yüz altmış bir min altı yüz əlli səkkiz) manatı binanın tikintisinə sərf edərək işləri yarımçıq qoyub, qalan pul vəsaitlərini – tikintini materialla təchiz etmiş Zərərçəkmiş şəxs1 ödənilməli olan 255600 ABŞ dolları, yəni 200646 (iki yüz min altı yüz qırx altı) manatı, Zərərçəkmiş şəxs2 ödənilməli olan 54777 ABŞ dolları, yəni 43000 (qırx üç min) manatı, «Yeni Yasamal” MTK-ya məxsus olan ******* ABŞ dolları, yəni 791951 (yeddi yüz doxsan bir min doqquz yüz əlli bir) manatı isə şəxsi ehtiyaclarına xərcləyərək, ümumilikdə vahid niyyətlə ******* ABŞ dolları, yəni ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manat vəsaiti - özgənin ona etibar edilmiş külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. İstintaq orqanının qənaətinə görə, Təqsirləndirilən şəxs faktiki yerinə yetirdiyi iş – 13400 kv.metr (1675 m2 X 8 mərtəbə=13400 m2) binanın beton karkasından ibarət olmuş, yəni 2009-cu ilin sonunda Təqsirləndirilən şəxs "xxxx" MTK-da faktiki olaraq işləri dayandırarkən binanın 8-ci mərtəbəsini tam, 9-cu mərtəbəni isə döşəmə hissəsi tikilmiş vəziyyətdə təhvil vermiş, yalnız 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işləri həyata keçirilmişdir. Lakin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında tədqiq olunmuş sübutlardan aydın olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin əməkdaşları tərəfindən xidməti zərurətlə əlaqədar “Yeni Yasamal» MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, X113 küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın tikintisi zamanı Agentliyin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda binanın vizual görüntülərini əks etdirən fotoşəkillər çəkilmişdir. Həm müdafiə tərəfinin sorğusu əsasında onlara, həm də məhkəmənin sorğusu əsasında Agentliyin əməkdaşlarının çəkdiyi 12.01.2009, 06.10.2009, 21.04.2011, 08.05.2013 və 23.05.2014-cü illər üzrə vizual görüntünü əks etdirən fotoşəkillərin təsdiq olunmuş nüsxələri məhkəməyə təqdim edilmişdir. Məhkəmədə qeyd olunan sənədlərə və fotoşəkillərə baxış zamanı onların müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillər və məktublarla eyni olması öz təsdiqini tapmışdır. Proses iştirakçılarının, həm də "xxxx" MTK-nın sədri Cahangir Alışovun da iştirak etdiyi məhkəmə iclaslarında qeyd olunan fotoşəkillər və sənədlər tədqiq olunmuşdur. Məhkəmədə obyektiv həqiqətin müəyyən edilməsi üçün daha çox əhəmiyyət kəsb edən 06 oktyabr 2009-cu ildə çəkilən fotoşəkildə həmin vaxt binanın 15.5-ci mərtəbəsində tikinti işlərinin aparılması, 15-ci mərtəbənin tam tikilməsi, 16-cı mərtəbədə isə tikinti işlərinin davam etdirilməsi, həmin şəkildə göstərilən tarixin şəklin çəkildiyi tarixi əks etdirməsi təsdiq olunmuşdur. Qeyd olunan fotoşəklə əsasən, məhkəmədə müəyyən edilmişdir ki, 06 oktyabr 2009-cu il tarixi üçün binanın 15ci mərtəbəsində beton-karkas işləri görülmüş, 12-ci mərtəbədə hörgü-arakəsmə işləri aparılmış, 9cu mərtəbəyə qədər isə PVC qapı-pəncərələrin qoyulması işləri yerinə yetirilmişdir. İstintaq orqanının gəldiyi nəticədən və məhkəmədə alınmış ifadələrdən də görünür ki, Təqsirləndirilən şəxs fotoşəklin çəkildiyi vaxtdan sonra da, yəni 2010-cu ilin fevral ayınadək olan müddətdə qeyd olunan tikintidə çalışmış və yalnız həmin vaxt oranı tərk etmişdir. Yeri gəlmişkən, Agentlik tərəfindən təqdim olunmuş həmin fotoşəkillərdən 12.01.2009-cu il tarixdə çəkilmiş fotoşəklə baxış zamanı müəyyən edilmişdir ki, həmin tarix üçün, yəni Təqsirləndirilən şəxs tikintidə fəaliyyətini dayandırmamışdan təxminən bir il əvvəl binanın hər iki blokunda 12-ci mərtəbənin beton işləri tam, 13-cü mərtəbəinin beton işləri isə qismən icra olunmuşdur. Bu isə, 2009-cu ilin sonunda Təqsirləndirilən şəxs "xxxx" MTK-da faktiki olaraq işləri dayandırarkən binanın 8-ci mərtəbəsinin tam, 9-cu mərtəbənin isə döşəmə hissəsinin tikilməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticənin öz təsdiqini tapmamasının daha bir sübutudur. Yuxarıda göstərilən sübutlarla bağlı məhkəmə həm də məhkəmə iclaslarında iştirak etmiş "xxxx" MTK-nın sədri Cahangir Alışovun sənədlərin tədqiqi mərhələsindəki mövqeyini də qeyd etməyi lazım bilir. Belə ki, Cahangir Alışov fotoşəkillər tədqiq olunarkən 2009-cu ilin axırlarında Məsudun tikintidən getməsinə baxmayaraq onlar tərəfindən tikintinin dayandırılmadığını, təqdim olunan şəkillərdəki binanın onların inşa etdikləri binanın şəkilləri olmadığını, yalnız 2014-cü ildə çəkilmiş və işə əlavə olunmuş şəklin onların inşa etdikləri binanın şəkli olduğunu, yalnız həmin şəkli qəbul etdiyini bildirmiş, məhkəmə iclasında hansısa fotoşəkillərin araşdırıldığını məhkəməyə irad tutaraq, növbəti məhkəmə iclaslarında iştirak etməkdən imtina etmişdir. Bununla əlaqədar məhkəmə bir daha qeyd edir ki, tədqiq olunmuş həmin fotoşəkillər dövlət orqanı olan və tikinti sahəsinə birbaşa nəzarəti həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X25 Agentliyi tərəfindən məhkəməyə təqdim olunmuşdur, Agentliyin əməkdaşı Sərdar Məmiyev həmin fotoşəkillərin onun tərəfindən çəkildiyini və Agentlikdə saxlanıldığını təsdiq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən mənzillərin satışından ******* ABŞ dolları, yəni ******* manat vəsaiti əldə etməsinə baxmayaraq, həmin müddət ərzində yalnız ******* ABŞ dollarını, yəni ******* manatı binanın tikintisinə sərf etməsi, sonra işləri yarımçıq qoyub qalan pul vəsaitlərini, yəni ümumilikdə vahid niyyətlə ******* ABŞ dolları, yəni ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manat vəsaiti mənimsəməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi lazım bilir ki, həmin nəticəyə istintaq orqanı yaşayış binasının cəmi 8 mərtəbəsinin tikilib başa çatdırılması ilə əlaqədar gəlmişdir. Lakin yuxarıda qeyd olunan fotoşəkillərlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs yaşayış binasının 8 mərtəbəsini deyil, 16-cı mərtəbəyə qədər tikintisini aparmışdır. Yalnız bu xüsusatlar nəzərə alındıqda adi riyazi hesablamalarla məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs mənzillərin satışından əldə etdiyi həmin vəsaitin nəinki bir hissəsini mənimsəmiş, əksinə, tikintiyə ittiham tərəfinin müəyyən etdiyi məbləğdən daha artıq vəsait sərf etmişdir. - istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham verməsi üçün əsas olan sübutlardan biri də "xxxx" MTK-nın təsisçilərindən biri, həm də MTK-nın sədri olan X11 ibtidai istintaq zamanı verdiyi ifadələridir. Lakin məhkəmədə müəyyən olundu ki, Cahangir Alışovun həmin ifadələri təkcə onun məhkəmədə verdiyi ifadələri ilə deyil, eləcə də istintaq zamanı müxtəlif vaxtlarda verdiyi ifadələrin özləri bir-biri ilə ziddiyyətlər təşkil edir. Belə ki, ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində Cahangir Alışov podratçı Təqsirləndirilən şəxs 2007-ci ilin əvvəlindən binanın tikinti yerinin hazırlanması, köhnə tikililərin söküntüsü işlərində iştirak edib, təxminən 25000-30000 manata yaxın xərc çəkdiyini, tikinti işlərinə birinci mərtəbənin döşəməsindən başladığını, faktiki olaraq 2007-ci ilin əvvəlindən 2009-cu ilin sonuna qədər olan müddətdə binanın 8-ci mərtəbəsi daxil olmaqla beton-karkas işlərini, 6-cı mərtəbə daxil olmaqla arakəsmə, hörgü, PVC qapı-pəncərə işlərini həyata keçirdiyini, kommunikasiya işlərini aparmadığını, Təqsirləndirilən şəxs yerinə yetirdiyi karkas işlərinin həcminin ümumilikdə 13400 kv.metrdən (1675 kv.metr X 8 mərtəbə) ibarət olduğunu, onun mənzillərin satışından aldığı vəsaitlərin cəmi məbləğinin ******* (beş milyon iki yüz əlli beş min doqquz yüz əlli beş) ABŞ dollarına - həmin dövrün kursu olan 0,785 hesabı ilə 4.125.925 manata bərabər olduğunu, icra etdiyi işlərin dəyərindən xeyli artıq – cəmi ******* (beş milyon iki yüz əlli beş min doqquz yüz əlli beş) ABŞ dolları dəyərində 8667 kv.metr yaşayış sahəsini əldə edən Təqsirləndirilən şəxs işləri yarımçıq qoyaraq binanı tərk etməklə və yalnız 2.187.127 (iki milyon bir yüz səksən yeddi min yüz iyirmi yeddi) manatı tikintiyə xərcləməklə, qalan məbləği, yəni 1.938.798 (bir milyon doqquz yüz otuz səkkiz min yeddi yüz doxsan səkkiz) manatı MTK-ya təhvil vermədiyini, kooperativin külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini, işləri yarımçıq qoyub binanı tərk etməklə 5506 kv.m yaşayış sahəsini qanunsuz olaraq ələ keçirdiyini, podrat müqaviləsi üzrə görəcəyi işlərin sürətləndirilməsi üçün Təqsirləndirilən şəxs avans olaraq verilmiş və öhdəliklərinin dəyərini aşan, onun tərəfindən mənimsənilmiş sahələrin 3, 4, 5, 10, 12, 22, 27, 30, 35, 45, 54, 63, 67, 70, 86, 87, 90, 91, 95, 98, 100, 104, 114, 117, 119, 127, 130, 138, 150, 165, 195, 197, 216, 226, 227, 234, 235 və 237 №-li mənzillərdən və cəmi 439 kv.metr qeyri-yaşayış sahələrindən ibarət olduğunu göstərmişdir. Sonradan istintaqda təkrar dindirilərkən Cahangir Alışov ilkin ifadəsində Təqsirləndirilən şəxs tərəfindən mənimsənildiyi kimi göstərdiyi 3, 4, 5, 30, 35, 63, 86, 87, 91, 95, 100, 114, 117, 119, 150, 226, 234 və 235 №-li mənzillər və 439 kv.metr qeyri-yaşayış sahəsinin mənimsənilməsi barədə texniki yanlışlığa yol verdiyini, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin ilkin olaraq podrat üçün ayrıldığını, lakin tikintinin gedişində bir sıra vətəndaşların mərtəbə ilə bağlı, yaxud digər səbəblərdən narazılıqlarına görə onlara ayrılmış mənzillərin ayrı sahələrlə dəyişildiyini və bu səbəbdən yuxarıda sadalanan mənzillərin və qeyri-yaşayış sahəsinin «Hesabat» başlıqlı sənəddə qeyd olunmadığını bildirməklə ziddiyyətli ifadələr vermişdir. Bu halda, əgər dəyəri milyon manatla ölçülən 18 ədəd mənzillərin və 439 kv.metr qeyri-yaşayış sahəsinin mənimsənilməsindən söhbət gedirsə, məhkəmə kollegiyası hesab edir ki, Cahangir Alışovun texniki yanlışlığa yol verməsi barədə gətirdiyi arqumentləri əsassızdır. Həmçinin, Cahangir Alışov istintaqa verdiyi ilkin ifadəsində bir çox şəxslərin ilkin ödəniş vəsaitlərini Təqsirləndirilən şəxs deyil, onun özünə yaxud kooperativin digər əməkdaşlarına ödədiklərini göstərsə də, növbəti dindirmələr zamanı ifadəsini dəyişərək mənzil satışı haqqında müqavilə və maliyyə arayışlarının MTK-nın adından təsdiq olunduğuna görə vətəndaşların mənzilləri itirə biləcəklərindən ehtiyat edərək pulları məhz MTK əməkdaşlarına verdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilərkən də Cahangir Alışov ziddiyyətli ifadələr verərək, sərbəst ifadəsində Məsudun tikintidən 8.667 kv.metr mənzil götürdüyünü, həmin sahənin yalnız 3.160 kv.metrini tikintiyə sərf etdiyini, satdığı mənzil sahələrindən 5.255.960 manat vəsait əldə etdiyini, həmin vəsaitdən yalnız 2.000.160 manat pulu tikintiyə xərclədiyini, yerdə qalan pulu isə Məsudun mənimsədiyini bildirdi. C.H.Alışovun həmin ifadəsinə inanılsa, Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş məbləğ 3.255.800 manat təşkil edir. Proses iştirakçıları tərəfindən verilmiş sualları cavablandırarkən isə, o, Təqsirləndirilən şəxs 80 mənzil satıldığını, Məsud gələnə qədər də mənzillərin satılıb pulunun ona verildiyini, cəmi 112 mənzil olmaqla 8.766 kv.metr sahənin dəyərinin, yəni 5.255.950 manat pulun Məsuda verildiyini, ondan da 2.100.000 manatı Məsudun tikintiyə sərf etdiyini, MTK-nı tərk edib getdiyi müddətdə Təqsirləndirilən şəxs 2.640.000 manatı təhvil verməli olduğunu bildirdi. Qeyd edilməlidir ki, təkcə məhkəmədə verdiyi ifadəsində Cahangir Alışov podratçı Təqsirləndirilən şəxs tərəfindən tikintiyə xərclənmiş vəsait barədə müxtəlif rəqəmlər – 2.146.000, 1.860.000, 2.100.000, 2.000.160 manat kimi 4 fərqli rəqəmlər göstərmişdir. Halbuki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manat pul vəsaitini mənimsəmədə ittiham olunur ki, həmin məbləğin də 200.646 (iki yüz min altı yüz qırx altı) manatı iş üzrə digər Zərərçəkmiş şəxs1, 43.000 (qırx üç min) manatı Zərərçəkmiş şəxs2 ödənilməli olan məbləğ kimi göstərilmiş, istintaqın qənaətinə görə, «Yeni Yasamal” MTK-ya ödənilməli olan məbləğ 791.951 (yeddi yüz doxsan bir min doqquz yüz əlli bir) manat müəyyən edilmişdir. Göründüyü kimi, şahid Cahangir Alışovun nəinki ibtidai istintaqda verdiyi ifadələri ilə məhkəmədəki ifadələri arasında, eləcə də məhkəmədə verdiyi sərbəst ifadəsi ilə suallara verdiyi cavablarında, həmçinin istintaqa qədər etdiyi müraciətlərində çox ciddi ziddiyyətlər mövcud olmuş, bütün bu ziddiyyətlərlə bağlı məsələlərə isə o, məhkəmədə aydınlıq gətirə bilməmişdir. - Cinayət işinə əlavə olunmuş 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 28.01.2014-cü il tarixli qiyabi qətnaməsinin məzmunundan görünür ki, "xxxx" MTK-nın adından Cahangir Alışov iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən MTK-nın inşa etdiyi məlum yaşayış binasından 31 mənzili sataraq mənzillərin dəyəri olan 3.437.860 manat pul vəsaitini mənimsədiyini bildirmişdir. Lakin hələ hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində Cahangir Alışov həmin mənzillərin sayının 18 olduğunu göstərmişdir. X88 Binəqədi rayon məhkəməsinə müraciət etsə də, nə həmin müraciətində, nə də ki, qiyabi icraat zamanı etdiyi müraciətdə binanın tikintisinin 8-ci mərtəbədən sonra Təqsirləndirilən şəxs tərəfindən yarımçıq saxlanılması və tikilib başa çatdırılmaması barədə heç nə bildirməmiş, yalnız sonuncunun yaşayış binasında sayı, nömrələri və ümumi məbləği bir-biri ilə ziddiyət təşkil edən mənzilləri satıb pulunu mənimsədiyini göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.11.2015-ci il tarixli qərardadı ilə Binəqədi rayon məhkəməsinin 16.07.2015-ci il tarixli qətnaməsi ləğv edilib iddia ərizəsi baxılmamış saxlanılsa da, sonradan nə Cahangir Alışov, nə də ki, "xxxx" MTK-nın başqa bir nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olan halları aradan qaldırıb ümumi qaydada məhkəməyə iddia verməmişdir. - İstintaq orqanının Təqsirləndirilən şəxs verdiyi ittihamı təsdiq edən digər sübutlar Şahid və X56 ifadələridir. Onların hər ikisi ibtidai istintaq zamanı şahid Cahangir Alışovun ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək, tikintidə Cahangir Alışovun işçiləri kimi çalışdıqlarını, Təqsirləndirilən şəxs 2009-cu ilin axırı - 2010-cu ilin əvvəlinə qədər tikintidə işlədiyini, Məsudun obyektdə tikintini 9cu mərtəbəyə qədər apardığını, lakin 9-cu mərtəbənin tam hazır olmadığını, 3-5-ci mərtəbəyə qədər hörgü işlərinin görüldüyünü və pəncərələrin qoyulduğunu bildirsələr də, Təqsirləndirilən şəxs mənzillərin satışından əldə etdiyi, tikintiyə xərclədiyi və ələ keçirdiyi pul vəsaitləri barədə bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermişlər. Belə ki, Şahid istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs mənzillərin satışından 4.125.925 manat vəsait əldə etdiyini, bu vəsaitin 2.187.127 manatını tikintiyə sərf etdiyini, 1.938.798 manatı mənimsədiyini bildirərək, Cahangir Alışovun istintaqa ilkin ifadəsində göstərdiyi rəqəmləri təkrarlasa da, onun bu ifadəsi C.Alışovun “Təqsirləndirilən şəxs satdığı mənzil sahələrindən 5.255.960 manat vəsait əldə etməsi, həmin vəsaitdən yalnız 2.000.160 manat pulu tikintiyə xərcləməsi, yerdə qalan pulu isə Məsudun mənimsəməsi, Təqsirləndirilən şəxs 80 mənzil satılması” barədə məhkəmədə verdiyi ifadəsi ilə, həmçinin Şahid özünün “Məsudun binadan 108 mənzil satması” barədə məhkəmədə verdiyi ifadəsi ilə tamamilə ziddiyyət təşkil edir. Məhkəmə iclasında həmin ziddiyyətlərlə bağlı verilmiş suallara cavablarında Şahid istintaq zamanı ifadələri onda olan qeydlərə əsasən, Mətləb Cəlilov isə 12.01.2009-cu il tarixdə yazılmış akta əsasən verdiyini bildirmişdir. -Təqsirləndirilən şəxs yaşayış binasının 8-ci mərtəbəyə qədər tikintisini apararaq daha sonra obyektdən uzaqlaşması barədə ibtidai istintaq zamanı ifadələrində bildirmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Samir Baxşəliyev, Seymur Cövdətov, Ceyhun Nağıyev, Nadir Feyziyev, X156, Zülfüqar Səfərov, Mahir Quliyev və Rafiq Əliyev məhkəmədə ziddiyyətli ifadələr verərək, bəzi hallarda Təqsirləndirilən şəxs tikintidən gedərkən işlərin hansı mərtəbələrdə aparıldığını xatırlamadıqlarını, bəzi hallarda isə 8, 9, 11-ci mərtəbələrdə tikinti işlərinin getdiyini bildirdilər. Yuxarıdakı zərərçəkmiş şəxslərin və şahidlərin, həmçinin şahidlər Şahid və Mətləb Cəlilovun ifadələrini iş üzrə digər sübutlarla müqayisəli şəkildə tədqiq edib qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, adları çəkilən şahidlərin düzgün ifadə vermədiklərini təsdiq edən birbaşa sübut Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin 17 iyul 2018-ci il tarixli 37/34-03418 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş “Yeni Yasamal» MTKnın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, X113 küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli binanın tikintisi zamanı Agentliyin əməkdaşları tərəfindən çəkilmiş 12.01.2009 və 06.10.2009-cu il tarixli vizual görüntünü əks etdirən fotoşəkillərdir. Qeyd olunan 06.10.2009-cu il tarixdə çəkilmiş fotoşəklə əsasən məhkəmədə müəyyən edilmişdir ki, həmin tarix üçün binanın 15-ci mərtəbəsində beton-karkas işləri tam görülmüş, 12-ci mərtəbədə hörgü-arakəsmə işləri aparılmış, 9-cu mərtəbəyə qədər isə PVC qapı-pəncərələrin qoyulması işləri yerinə yetirilmişdir. Məhkəmədə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fotoşəklin çəkildiyi vaxtdan sonra da, yəni 2010-cu ilin fevral ayınadək olan təxminən 4 ay müddətdə həmin tikintidə çalışmışdır. Həmçinin, göstərilən şahidlərin ifadələri ilə bağlı məhkəmə onu da qeyd etməyi lazım bilir ki, yuxarıda adları çəkilən şəxslərin hamısı "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının tikintisinə Cahangir Alışov tərəfindən cəlb edilmiş və ona yaxınlığı ilə seçilən işdə marağı olan şəxslər olmuş, X156 isə C.Alışov kimi MTK-nın təsisçilərindən biri olmuşdur. Məhkəmədə müəyyən edildi ki, şahid Cahangir Alışovdan və ona yaxınlığı ilə seçilən digər şahidlərdən fərqli olaraq, Təqsirləndirilən şəxs, eləcə də onun tərəfindən tikintiyə cəlb edilmiş şəxslər - X6, X92 və X12 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı dövründə şahid qismində dindirilərkən həmişə oxşar məzmunlu ifadələr vermiş, onların ifadələri arasında ziddiyyətlər olması müəyyən edilməmişdir. - şahid X91 tikintiyə Cahangir Alışov tərəfindən cəlb olunaraq onun təyin etdiyi iş icraçısı kimi çalışsa da, hələ ibtidai istintaq zamanı verdiyi ifadəsində 2010-cu ilin avqust ayında tikintidən getdiyi vaxt binanın birinci blokunda 16-cı mərtəbədə, ikinci blokda isə 15-ci mərtəbədə betonkarkas işlərinin görüldüyünü, 9-cu mərtəbəyə qədər isə hörgü işlərinin aparıldığını və PVC qapıpəncələrin qoyulduğunu bildirərək iş üzrə obyektiv ifadə vermişdir. Məhkəmədə verdiyi ifadəsində də sualları cavablandırarkən Arif Qurbanov qeyd olunan ifadəsini təsdiq etmişdir. - istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs "xxxx" MTK-dan başqa, həmin tikintini materialla təchiz etmiş Zərərçəkmiş şəxs1 255600 ABŞ dolları, yəni 200646 (iki yüz min altı yüz qırx altı) manat, Zərərçəkmiş şəxs2 isə 54777 ABŞ dolları, yəni 43000 (qırx üç min) manat ziyan vurması ilə bağlı verdiyi ittihamla əlaqədar isə məhkəmə qeyd etməyi lazım bilir ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hazırkı cinayət işi qaldırılana qədər onlara ziyan vurması barədə bilavasitə Təqsirləndirilən şəxs, eləcə də birbaşa hansısa hüquqmühafizə orqanına müraciət etməmişlər. Həmçinin, Cahangir Alışov 11.11.2015-ci il tarixdə Təqsirləndirilən şəxs MTK-ya məxsus pul vəsaitini mənimsəməsi barədə istintaq orqanına yazdığı ərizəsində qeyd olunan şəxslərə də ziyan vurulmasını bildirməmiş, yalnız 11.10.2017-ci il tarixdə, yəni ilkin müraciətindən təxminən iki il sonra yazdığı ərizədə Təqsirləndirilən şəxs tərəfindən həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 də ziyan vurulduğunu bildirmişdir. Məhz həmin müraciətdən sonra adları çəkilən şəxslər istintaqa cəlb edilərək zərərçəkmiş şəxs qismində tanınmış, istintaqa da Cahangir Alışovun ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədəki ifadələrində adları çəkilən şəxslər həm Təqsirləndirilən şəxs, həm də Cahangir Alışova armatur və beton verdiklərini bildirsələr də, onların hansına məhz hansı həcmdə malmaterial satdıqlarını izah edə bilməmiş, bu barədə nə istintaq orqanına, nə də ki, məhkəməyə hər hansı yazılı sübut təqdim etməmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs həqiqətən də onlara ittihamda qeyd olunmuş maddi ziyan vurması barədə adları çəkilən şəxslərin ifadələri başqa heç bir şahid ifadəsi ilə təsdiq olunmamışdır. Həmçinin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu iddia edilən ittihamda göstərilən materialın dəyərini təşkil edən vəsaitin məhz Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi barədə məhkəmədə hər hansı sübut müəyyən edilmədi. Əksinə, məhkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 tikintiyə satdığı armaturun pulunun əvəzində 2013-cü ildə binanın 9-cu mərtəbəsindən Məsudla Fuadın ona iki mənzil verdiklərini bildirdi. Həmçinin, məhkəmədə sənədlərin tədqiqi mərhələsində Zərərçəkmiş şəxs1 bildirdi ki, binadan 218-ci mənzil onun qardaşına mala görə borcun yerinə verilmiş, 7-ci mənzil ya da 178 №-li mənzillər də onlara verilmişdir. Sonradan görmüşdür ki, həmin mənzillər başqa Salyanlılara verilmiş, 2 mənzillə bağlı “otkaznoyu» Məsudun özü yazmış, həmin mənzilləri verəndən sonra ona 255000 manat borc yaranmış, həmin mənzillərdən birini onun işçisi olmuş Salyan QAİ-də işləyən Anar gəlib xahiş etmişdir. Zərərçəkmiş şəxs1 növbəti prosesdə dediklərini təsdiq edəcək sənədləri gətirib təqdim edəcəyini bildirsə də, sonradan məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə bildirdiyinə görə, əvvəlcə ona 7-ci mərtəbədə 3 otaqlı mənzil vermişlər, sonra Cahangir onu çağırıb vəziyyətlərinin yaxşı olmadığını demiş, buna görə də, 3 otaqlı mənzili onlara vermişdir. Həmin mənzilin əvəzində isə ona 4 otaqlı mənzil vermişlər. Göründüyüü kimi, Zərərçəkmiş şəxs1 tikintiyə verdiyi materialın əvəzi olaraq ona yaşayış binasından bir neçə mənzil verildiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs2 isə cinayət işinin 12-ci cild, iş vərəqi 158-də olan 13.03.2018-ci il tarixli ərizəsində təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. - İttiham aktına əsasən, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 arasında, Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş şahidlər Cahangir Alışovun, Şahid və Mətləb Cəlilovun arasında, həmçinin X129 Qurbanovun arasında keçirilmiş üzləşdirmə protokolları da sübut növləri kimi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cahangir Alışovun, həmçinin adları çəkilən şahidlərin məhkəmədə verdiyi ifadələrlə istintaqdakı ifadələri ilə arasında yuxarıda qeyd olunmuş ciddi ziddiyyətlər mövcuddur. Məsələn, X107 Əhmədovla üzləşdirmə protokolu tədqiq olunarkən müəyyən olundu ki, həmin üzləşdirmə zamanı X141 Əhmədovun 2009-cu ildə binanın 8-ci mərtəbəsi tamamlandıqdan sonra heç bir tikinti işi aparmadığını, kooperativə ******* (bir milyon doqquz yüz otuz səkkiz min yeddi yüz doxsan səkkiz) manat borclu qaldığını göstərmişdir. Təqsirləndirilən şəxs "xxxx" MTK-nın tikintisi zamanı mənimsədiyi vəsaitin məbləği barədə Cahangir Alışovun ziddiyyətli ifadələrinə isə hazırkı hökmdə onun ifadələri tədqiq olunarkən qiymət verilmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, həmin istintaq hərəkətləri zamanı yuxarıda adları çəkilən şəxslərin təqsirləndirilən şəxsin əleyhinə verdikləri ifadələr onların özlərinin məhkəmədə verdikləri ifadələri ilə ziddiyyət təşkil etdiyindən, həmin üzləşdirmə protokolları da mötəbər sübutlar kimi qəbul edilə bilməz. -İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı ittiham aktında göstərdiyi sübutlardan biri də "xxxx" MTK-nın sədri Cahangir Alışovun "xxxx" MMC-nin direktoru X62 ilə bağladığı 16 avqust 2010-cu il tarixli podrat müqaviləsi, həmin müqavilənin yerinə yetirilməsinə dair 18.11.2013cü il tarixli arayış, həmçinin Cahangir X18 ilə bağladığı 10 avqust 2011-ci il tarixli podrat müqavilələridir. Cahangir Alışovun ifadəsinə görə, Təqsirləndirilən şəxs yaşayış binasında tikintini 9-cu mərtəbəyə qədər apardıqdan və tikintini yarımçıq qoyub getdikdən sonra o, məcbur olaraq yuxarıda göstərilən podrat müqavilələrini bağlamış və öz gücü hesabına binanın tikintisini başa çatdırmışdır. Həmin sübutlarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etmək istəyir: -artıq hazırkı hökmdə bir neçə dəfə qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs yaşayış binasında işləri başa çatdırıb gedərkən binanın 15-ci mərtəbəsində beton-karkas işləri görülmüş, 12-ci mərtəbədə hörgü-arakəsmə işləri aparılmış, 9-cu mərtəbəyə qədər isə PVC qapı-pəncərələrin qoyulması işləri yerinə yetirilmişdir (bax: 12.01.2009 və 06.10.2009-cu il tarixlərdə çəkilmiş fotoşəkillər); - məhkəmə baxışında müqayisəli tədqiqat zamanı müəyyən edildi ki, "xxxx" MTK ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 01 mart 2007-ci il tarixli podrat müqaviləsi MTK tərəfdən təsisçilər Cahangir Alışov, Nəsib Əliyev və Əliheydər Şahmarov tərəfindən, podratçı tərəfdən isə Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq MTK-nın möhürü ilə təsdiq edilsə də, 16 avqust 2010cu il tarixli və 10 avqust 2011-ci il tarixli podrat müqavilələrinin bağlanmasında "xxxx" MTK tərəfdən yalnız Cahangir Alışov iştirak etmiş, digər təsisçilərin həmin müqavilələrin bağlanmasında iştirakı görünmür. Bundan başqa, göstərilən podrat müqavilələrinin və arayışın həqiqətən də qeyd olunan tarixlərdə tərtib olunub-olunmaması adları çəkilən şəxslərin ifadələrindən başqa məhkəmədə digər sübutlarla təsdiq olunmadı; -məhkəmə iclasında şahid qismində dindirilmiş X62 2009-2010-cu illərdə həmin binanın şəriklərindən olan Nəsibə yer satdıqlarını, lakin Nəsibin onları aldatdığını, sonra onların işinə Milli Təhlükəsizlik Nazirliyində baxıldığını və onların mülklərinin qaytarıldığını, həmin vaxt Cahangir Alışovla tanış olduğunu, Cahangirin ona tikdiyi binanın yarımçıq qaldığını deyərək, gəlib binanı tikib qurtarmağı təklif etdiyini bildirmişdir. O, həmin binada hörgü-suvaq, daxili ağartma, mozaika, qapıpəncərə, fasadın ağardılması işlərini görmüş, lakin işlədiyi illər dəqiq yadında qalmamışdır. O, həmin binaya beton vermiş, lakin özü beton işi görməmişdir. Binanın sonuna qədər orada işləməmiş, gördüyü işə görə 1.600.000 manat pulu Cahangir Alışovdan almışdır. Məhkəmə iclasında X28 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərkən müəyyən edildi ki, həmin ifadəsində şahid 2010-cu ilin yayında binada tikinti işlərinə başladığı zaman təxminən 11-ci mərtəbədə beton-karkas işləri icra edildiyini, həmçinin 6-cı mərtəbəyə qədər binanın çöl tərəfinin kərpiclə hörgüsü və PVC qapı-pəncərə işləri, 2 mərtəbənin daxili kərpic arakəsmələri icra olunduğunu bildirmişdir. O, briqada yığaraq təxminən bir il yarım ərzində 3-cü mərtəbədən 13cü mərtəbə daxil olmaqla daxili divar hörgüsü və suvaq işləri, 6-cı mərtəbədən 13-cü mərtəbəyə qədər isə çöl divarların hörgüsü və suvaq, 13-cü mərtəbəyədək pilləkən qəfəsinin gəclə ağardılması və mozaika, plastik qapı-pəncərə, balkonların yığılması işlərini icra etmişdir. Bundan başqa, binanın beton-karkas işlərinin icra edilməsi üçün B25 betonu və armaturla təmin etmiş, armatur və betonlama işlərinin icrası ilə kooperativin sədri C.Alışov özü məşğul olmuşdur. 2011-ci ilin yayında Rafiq Əliyev tikintiyə gəlmiş, Rafiq də orada qismən suvaq, hörgü işləri ilə məşğul olmuşdur. Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran şahid Ceyhun Nağıyev bəzi şeylərin yadından çıxdığını, Məsud tikintidən ayrılanda binanın hansı mərtəbəsini tikib qurtardığını xatırlamadığını, həmin binada gördüyü işlər barədə hansısa qaydada sənədləşmə aparmadığını məhkəməyə bildirmişdir. Yəni, şahid Ceyhun Nağıyevin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində onun podrat müqaviləsi üzrə hansı işləri yerinə yetirdiyi aydın göstərilmişdir. Bunlar yaşayış binasının tikintisi zamanı əsas xərc aparan beton-karkas işləri deyil, daxili divar hörgüsü və suvaq işləri, həmçinin pilləkən qəfəsinin gəclə ağardılması və mozaika, plastik qapı-pəncərə, balkonların yığılması işləri olmuşdur. Həmçinin, məhkəmədə ifadəsi elan və tədqiq olunan şahid X132 da binanın fasad və daxili suvaq işləri, fasadın rənglənməsi, dam örtüyü, beton işlərinin icra olunmasında Cahangir Alışova köməklik göstərdiyini bildirmişdir. X72 Alışov arasında bağlanmış podrat müqaviləsinin yerinə yetirilməsinə dair 18.11.2013cü il tarixli arayışda C.Nağıyevin tikintini 335750 manat dəyərində 3950 kub metr həcmində B-25 markalı betonla və 365400 manat dəyərində 420 ton armaturla təmin edilməsi qeyd olunsa da, həmin tikinti materiallarının həqiqətən də alınıb-alınmaması, əgər alınmışdırsa, hansı mənbələrdən alınmasını təsdiq edən hər hansı qaimə və ya digər sənəd iş materiallarına əlavə edilməmiş, həmçinin bu barədə cinayət işində hər hansı digər sübut mövcud deyildir. Burada məhkəmə həm də onu qeyd etməyi lazım bilir ki, "xxxx" MTK tərəfindən inşa edilən həmin yaşayış binası layihə sənədlərinə əsasən 16 mərtəbədən ibarət tikilməli olduğu halda, sonradan MTK-nın rəhbərliyi tərəfindən daha 2 mərtəbə də əlavə edilərək 18 mərtəbə tikilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını təşkil edən sübutlardan biri kimi istinad etdiyi 16 avqust 2010-cu il tarixli podrat müqaviləsi, həmin müqavilənin yerinə yetirilməsinə dair 18.11.2013-cü il tarixli arayış, həmçinin 10 avqust 2011-ci il tarixli podrat müqaviləsi digər sübutlar kimi kifayət qədər şübhəli və ziddiyyətlidir. - istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 3 otaqlı, 152,8 kv.metr sahəli 165 №-li mənzilə görə Vəkil Zərgərovun verdiyi 81400 manat vəsaitin onun tərəfindən MTK-ya ödənilmədiyini göstərməklə, həmin mənzilin sənədlərini kooperativə, pulu isə özünün Vəkil Zərgərova geri qaytaracağını öhdəsinə alması ilə bağlı C.Alışova ünvanladığı tarixsiz ərizəsi, həmçinin Nərimanov rayon Polis İdarəsində qəbul edilmiş 25 fevral 2010-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin vaxt araşdırma zamanı verdiyi izahatında özünün Arif Cəbiyevdən aldığı 100000 ABŞ dolları borcunun əvəzinə MTK tərəfindən X34 167 kv.metr sahəli, 138 №-li mənzili verməsini etiraf etməsi ilə əlaqədar qeyd edilməlidir ki, istintaq orqanı tərəfindən hər iki mənzilə aid pul vəsaitlərini mənimsəməyə görə Təqsirləndirilən şəxs ittiham verilmiş, lakin məhkəmədə həmin mənzillərə aid vəsaitlərin də digər vəsaitlər kimi tikintiyə sərf edilərək Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmədiyi təsdiq olundu. - ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı sübutlarından biri də tikintidə iş icraçısı Arif Qurbanov və sahə rəisi Mətləb Cəlilov, podratçı tərəfindən isə Kəmaləddin Qədimov tərəfindən tərtib olunmuş “12.01.2009-cu il tarixli üzləşmə aktı” hesab olunan sənədin və tikintidə iş icraçısı Arif Qurbanov, podratçı tərəfindən isə Kəmaləddin Qədimov və Təqsirləndirilən şəxs tərəfindən tərtib olunaraq imzalanmış “xərclər və ödənişlər haqqında 01.07.2009-cu il tarixinə arayış” başlıqlı sənədin kserosurətləridir. Həmin sübutlarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İttiham aktına əsasən, həmin sənədlər cinayət işinin 2-ci cildi, 227-ci və 228-ci iş vərəqələrinə əlavə edilmiş, qeyd olunan sənədlərdə podratçı tərəfindən müxtəlif tikinti materiallarının alınmasına, qülləli krana, tikinti işlərini həyata keçirən usta və fəhlələrə, ofis işçilərinin əmək haqqına və digər əlavə xərclərə hesablanmış vəsaitlər əks olunmuşdur. “12.01.2009-cu il tarixli üzləşmə aktı” hesab olunan sənədlə tikintidə podratçı Təqsirləndirilən şəxs tərəfindən müxtəlif tikinti materiallarının alınmasına, qülləli krana, tikinti işlərini həyata keçirən usta və fəhlələrə, ofis işçilərinin əmək haqqına və digər əlavə xərclərə cəmi 2.635.385 ABŞ dolları xərclənməsi, qalıq vəsaitlərin isə 660.518 ABŞ dolları olması qənaətinə gəlinmişdir. “Xərclər və ödənişlər haqqında 01.07.2009-cu il tarixinə arayış” başlıqlı sənəddə isə həmin məqsədlər üçün 2.620.486 ABŞ dollarının (2.057.081 manatın) xərclənməsinə dair hesabat yazılmış, qalıq vəsait isə 1.034.585 ABŞ dolları müəyyən edilmişdir. Yəni, rəqəmlərdən də göründüyü kimi, tarixlərə inansaq, birinci sənəd ikincisindən təxminən 6 ay əvvəl tərtib olunmuşdur və təbii ki, həmin müddət ərzində də tikintidə işlər davam etdirildiyindən, məntiqi olaraq çəkilmiş xərclər 01.07.2009-cu il tarixli sənəddə daha çox olmalı idi. Məhkəmədə isə bütün bunların əksi müəyyən edildi. Bu isə, həmin sənədlərdə qeyd olunanların həqiqəti əks etdirmədiyini təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, “xərclər və ödənişlər haqqında 01.07.2009-cu il tarixinə arayış” başlıqlı sənədin kserosurəti məhkəmədə tədqiq olunarkən orada mühüm əhəmiyyət kəsb edən aşağıdakı ziddiyyətlərin də olması müəyyən olundu: Belə ki, məhkəmədə sənədlərin tədqiqi zamanı aktın əslinin iş materiallarına əlavə edilməməsi ilə bağlı suala cavabında məhkəmə iclasında iştirak edən şahid Cahangir Alışov həmin aktın əslini istintaqa təqdim etdiklərini, sonra onun geri qaytarıldığını, lazım gələrsə, növbəti iclaslarda həmin sənədin əslini məhkəməyə təqdim edəcəyini bildirmiş, 03 iyul 2018-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MTK-nın nümayəndəsi tərəfindən aktın əsli məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan aktın əsli ilə iş materiallarında olan kserosurəti müqayisəli şəkildə tədqiq olunarkən müəyyən olundu ki, həmin kserosurətdə arayışın əslindəki qeydlər eyni şəkildə və eyni xəttlə yazılmasına baxmayaraq, sonda olan bir imza fərqlidir. Belə ki, istintaq orqanı tərəfindən cinayət işinin 2-ci cild, 228-ci iş vərəqəsinə əlavə edilmiş və üzərində Məhkəmə Ekspertizası Mərkəzinin 38 №-li möhürünün əksi olan arayışın kserosurətində imzalar yerində “Arif”, “Kamal” və “Təqsirləndirilən şəxs” adları yazılmaqla imzalar icra edildiyi halda, 13-cü cild, 78-ci iş vərəqəsində olan və zərərçəkmişin nümayəndəsi tərəfindən sənədin əsli kimi məhkəməyə təqdim olunmuş nüsxədə “Arif”, “Kamal” və “Mətləb” adlı şəxslərin adları yazılıb hər bir adın qarşısında müvafiq imzalar qoyulmuşdur. Yəni, sənədin əsli kimi məhkəməyə təqdim olunmuş nüsxədə kserosurətdən fərqli olaraq Təqsirləndirilən şəxs imzası yoxdur. Bununla bağlı sualları cavablandıran zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 məsələyə aydınlıq gətirə bilməmiş, bunu Cahangir Alışovdan aydınlaşdırmaq lazım olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, istintaq orqanının sübutları olmaqla çoxsaylı çatışmamazlıqları özündə əks etdirən, mənsubiyyəti bəlli olmayan, həmçinin cinayət işinin materiallarına əlavə olunmuş əsli ilə kserosurəti arasında əhəmiyyətli ziddiyyətlər olan “Xərclər və ödənişlər haqqında 01.07.2009-cu il tarixinə arayış” başlıqlı sənədin kserosurəti, həmçinin “12.01.2009-cu il tarixli üzləşmə aktı” başlıqlı sənədin əsli kimi məhkəməyə təqdim olunmuş nüsxəsi və kserosurəti iş üzrə mötəbər sübutlar hesab edilə bilməz. - İbtidai istintaq orqanının qərarı ilə iş üzrə audit yoxlaması təyin edilmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X43 tərəfindən "xxxx" MTK-nın təsisçisi və sədri X26 və podratçı Təqsirləndirilən şəxs etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə 30 avqust 2016-cı il tarixli akt tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Həmin yoxlama zamanı əsasən yuxarıda qeyd olunan 01.07.2009-cu il tarixli arayışda göstərilənlərə, həmçinin Cahangir Alışovun audit yoxlamasına təqdim etdiyi arayışa istinad edilərək, Təqsirləndirilən şəxs hesabında 2.620.570 ABŞ dolları və ya həmin dövrün məzənnəsi ilə 2.057.147 manat pul vəsaitinin çatışmaması nəticəsinə gəlinmişdir. Lakin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs etibarnamə üzrə nümayəndəsi Oktay Tarverdiyev aktla tanış olduqdan sonra orada göstərilənlərlə razı olmadığına görə aktı imzalamaqdan imtina etmişdir. - Nəhayət, ibtidai istintaq orqanının qərarı ilə cinayət işi üzrə kompleks məhkəmə-tikintitexniki və mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın 27 sentyabr 2017-ci il tarixli 20635/36 №-li rəyi verilərkən əsasən audit yoxlamasının 30 avqust 2016-cı il tarixli aktına istinad edilsə də, rəyə əsasən "xxxx" MTK tərəfindən inşa olunmuş binada Təqsirləndirilən şəxs icra etdiyi tikinti-quraşdırma işlərinin dəyəri 2.753.705,0 ABŞ dolları (2161658,0 manat) ilə onun kooperativdən aldığı 5.255.955,0 ABŞ dolları məbləğində vəsait nəzərə alındıqda Təqsirləndirilən şəxs hesabında 2.502.250,0 ABŞ dolları (1964267,0 manat) məbləğində çatışmazlığın qalması nəticəsinə gəlinmişdir. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs müvafiq rəylə müəyyən olunmuş 1964267,0 manat çatışmamazlığa görə ittiham verməmiş, 09.10.2017-ci il tarixli məktubla mütəxəssis Rasim Heydərov qarşısında əlavə suallar qoyaraq 13 oktyabr 2017-ci il tarixli əlavə rəy almış, bunu ittiham aktında “İstintaq zamanı tam təsdiq olunmuş hallar əsas götürülməklə iş üzrə mütəxəssisin qarşısında əlavə suallar qoyularaq 13 oktyabr 2017-ci il tarixli əlavə rəy alınmışdır” fikri ilə əsaslandırmışdır. Həmin rəydən görünür ki, «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»a, kompleks tikinti-texniki və mühasibatlıq ekspertizasının 27 sentyabr 2017-ci il tarixli rəyinə, müstəntiq tərəfindən qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edildi: Satılmış mənzillərin ümumi dəyəri - 5255955ABŞ dolları, yəni manata məzənnədə ******* manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən satılmış mənzillərə görə aldığı pul (“26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə hesabatın ilk 3 vərəqəsində qeyd olunmuş 70 ədəd mənzilə və 4-cü vərəqəsində əks olunmuş 218 nömrəli mənzilə aid olan hissədə “İlkin ödəniş” və ”Aylıq ödəniş” qrafalarında əks olunan məbləğlərin cəmi) - ******* ABŞ dolları, manata məzənnədə 0,785= ******* manat təşkil edir. Əldə etdiyi vəsait hesabına Təqsirləndirilən şəxs tikintiyə xərclədiyi vəsait – ******* ABŞ dolları, həmiq dövrün kursu ilə ******* manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs mənzillərin satışından əldə etdiyi ******* manat vəsaitdən tikintiyə sərf etdiyi ******* manat vəsaiti çıxdıqda, ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manatın Təqsirləndirilən şəxs hesabında qalması müəyyən edilir. Məhz sonuncu qeyd olunmuş ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manat Təqsirləndirilən şəxs ittihamını təşkil edən məbləğdir. İbtidai istintaq orqanının göstərilən sübutları ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İstintaq zamanı bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar olunan ekspertlər kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizası təyin olunması haqqında qərarda qoyulmuş suallar əsasında rəy vermişlər. Lakin istintaq orqanı rəylə müəyyən olunmuş məbləği ittihamın əsası kimi qəbul etməmiş, həmin rəylə razılaşmadığı halda, iş üzrə əlavə və ya təkrar ekspertiza təyin edərək yeni rəy almaq əvəzinə, verdiyi rəyə görə heç bir məsuliyyət barədə xəbərdar olunmayan, sanki ekspert rəyinin təftişini həyata keçirən mütəxəsissin qarşısında əlavə suallar qoymaqla yeni rəqəmlər müəyyən etmiş və həmin yekun rəqəmi, yəni ******* (bir milyon otuz beş min beş yüz doxsan yeddi) manatı verilmiş ittihamın əsası kimi qəbul etmişdir. Bununla bağlı, məhkəmə baxışı zamanı 11 sentyabr 2018-ci il tarixli qərarla iş üzrə təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizası təyin olunmuş və həmin qərar əsasında Mərkəzin 22 oktyabr 2018-ci il tarixli 24201/24715 №-li ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Lakin məhkəmədə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatında iştirak edərək rəyi imzalamış ekspertlərdən biri - Mərkəzin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti, 1-ci dərəcəli ədliyyə qulluqçusu X96 hazırkı iş üzrə hələ ibtidai istintaq zamanı 27 sentyabr 2017-ci il tarixli 20635/36 saylı ekspertiza rəyinin verilməsində iştirak etmişdir. Həmin ekspertin iştirakı səbəbindən qeyd olunan rəy də əsassız hesab edilərək, 06 noyabr 2018-ci il tarixdə yenidən təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş, başqa ekspertlərin iştirakı ilə tərtib olunmuş 07 dekabr 2018-ci il tarixli 29238/39 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Qeyd olunan rəyin məhkəmədə tədqiqi zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş cinayət işi materiallarındakı mütəxəssis rəylərində və hesabatlarda hər mərtəbənin beton-karkas, hörgü-arakəsmə və PVC işlərinə çəkilmiş xərclər ayrı-ayrılıqda göstərilmədiyindən, yuxarıda göstərilən 3 variantda bir mərtəbəyə çəkilən xərcləri müəyyən etmək mümkün olmamış, eləcə də binanın 9-cu mərtəbəsi də daxil olmaqla beton-karkas işlərinə, 6-cı mərtəbəsi daxil olmaqla hörgüarakəsmələri işlərinə və 3-cü mərtəbəsi daxil olmaqla PVC qapı-pəncərə quraşdırılması işlərinə orta hesabla çəkilmiş xərcləri müəyyən etmək üçün tədqiqat aparılmamışdır. Rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X130 küçəsi, 5 ünvanında yerləşən 2 girişli, 16 yaşayış mərtəbəsi və 256 mənzildən ibarət çoxmərtəbəli binadakı mənzillərin və qeyriyaşayış sahələrinin satışını əks etdirən alqı-satqı müqavilələri bütünlüklə ekspertizaya təqdim edilmiş cinayət işi materiallarına əlavə edilmədiyindən, 256 mənzildən ibarət çoxmərtəbəli binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş ümumi vəsaitin məbləğini müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd olunan səbəblərdən, Təqsirləndirilən şəxs və onu təmsil edən şəxslərin mənzillərin satışından əldə etdikləri ümumi vəsaitin məbləğinin müəyyən edilməsi, təqdim olunmuş 06.10.2009-cu il tarixli fotoşəklə, hesabatlara, üzləşmə aktlarına və auditor aktlarına əsasən, Təqsirləndirilən şəxs özünün və onu təmsil edən şəxslərin vasitəsilə yaşayış binasındakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından əldə etdiyi vəsaitin hansı hissəsini xərcləməklə həmin fotoşəkildə əks olunmuş vəziyyətdə binanın tikintisini həyata keçirə bilməsi ilə bağlı suallar üzrə də tədqiqat aparılmamışdır. Bundan başqa, tədqiq olunmuş rəydə 06.10.2009-cu il tarixdə çəkilmiş fotoşəkilə və həmin fotoşəkli çəkən Agentliyin əməkdaşı X17 məhkəmədə verdiyi ifadəsinə əsasən, yaşayış binasının 15,5-ci mərtəbəsi daxil olmaqla beton-karkas işlərinin, 12-ci mərtəbəsi daxil olmaqla hörgüarakəsmə işlərinin və 9-cu məntəbəsi daxil omaqla PVC qapı-pəncərə quraşdırılması işlərinin yerinə yetirilməsinin müəyyən edilməsinin mühəndis-ekspert tədqiqatı tələb etmədiyi və tikintitexniki ekspertin səlahiyətinə aid olmadığı nəticəsinə gəlinərək, göstərilən faktın məhkəmə tərəfindən qiymətləndirilə bilməsi qeyd olunmuşdur. Tədqiq olunmuş ekspertiza rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin 18.10.2017-ci il tarixli 37/34-03639 saylı və 01.11.2017-ci il tarixli 37/34-03827 saylı məktubu ilə iş materiallarına əlavə edilmiş fotoşəkildə (cild 12 i.v 150-156) əks olunmuş vəziyyətdə, yəni binanın 1-16 (15.5)-cı mərtəbəsi daxil olmaqla tikinti - quraşdırma işlərinin yerinə yetirilməsinə çəkilmiş xərclərin dəyəri 4.047.542,0 ABŞ dolları (manat ekvivalentində 3.177.320,47 manat) müəyyən edilmişdir. Bundan başqa, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə baxışı zamanı ekspertiza təyin edilərkən məhkəmə tərəfindən qoyulmuş suallarla yanaşı, həm də müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndələrinin sualları vəsatətlərdə qeyd olunan vəziyyətdə ekspertlər qarşısında qoyulmuş və həmin suallar üzrə müvafiq cavablar alınmışdır. Belə ki, təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizasının 22 oktyabr 2018-ci il tarixli 24201/24715 №-li rəyində müdafiəçi tərəfindən qoyulmuş suallara cavab olaraq ekspertlər nəticəyə gəlmişlər ki, təqdim edilmiş müstəqil auditor hesabatı, həmin hesabata əlavə edilmiş arayış məlumatları və digər aktlar, Təqsirləndirilən şəxs və yaxınlarının mənzil satışlarından pul vəsaitlərini almaları haqqında imzaladıqları qeydiyyat kitabları nəzərə alınmaqla Təqsirləndirilən şəxs tərəfindən ilkin olaraq Alışov Cahangirə "xxxx" MTK-nın təməl işlərinə cəmi 185200,00 ABŞ dolları, manat ekvivalentində 146308.00 manat məbləğində pul verildiyi, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MTK-nın 16-cı mərtəbə İ blok daxil olmaqla 4047542.00 ABŞ dolları (manat ekvivalentində 3177320.47 manat) məbləğində tikinti quraşdırma işləri görüldüyü müəyyən edilir. Təqsirləndirilən şəxs tərəfindən binanın bünövrəsinə xərclənmiş 118320 ABŞ dollarını, Təqsirləndirilən şəxs və yaxınlarının mənzil satışlarından pul vəsaitlərini almaları haqqında imzaladıqları qeydiyyat kitabında 02.04.2007-ci ildən 26.09.2009-cu il tarixədək əks olunan qeydlər (1686597 ABŞ dolları), o cümlədən həmin qeydlər və əlavə olaraq Təqsirləndirilən şəxs özünün tikinti üçün C.Alışovdan pul və mənzilin barter olunması qaydasında aldığını etiraf etdiyi məbləğ (336775+797909 ABŞ dolları) və binanın 15.5-ci mərtəbəsinədək xərclənən ümumi məbləğin 4047542.00 ABŞ dolları (manat ekvivalentində 3177320.47 manat) təşkil etdiyi əsas götürülməklə, Cahangir Alışovun Təqsirləndirilən şəxs ümumilikdə 881524.00 (185200.00+3517605.00- 2821281.00) ABŞ dolları, manat ekvivalentində 696403.96 manat borcu qaldığı müəyyən edilir. Həmçinin ekspertlər zərərçəkmiş şəxslərin nümayəndələri tərəfindən qoyulmuş suallar üzrə tədqiqat apararaq nəticəyə gəlmişlər ki, «Sifarişçi» "xxxx" MTK-nın sədri X26 ilə "xxxx" Təqsirləndirilən şəxs arasında 01.03.2007-ci il tarixli müqaviləyə əsasən yerinə yetirilmiş işlərin hər kv.metr üçün 154 ABŞ dolları həcmində (ödəniş gününə manatla məzənnəsi) haqq ödənilməsi və ödənişin barterlə aparılması, müqavilə üzrə işlər və xidmətlərin dəyərinin yerinə yetirilmiş 37424 kv.metr iş həcminə görə 5.763.296,0 ABŞ dolları təşkil etdiyi, yerinə yetirilmiş işlərin müqabilində "xxxx"-ya 16234,63 kv.metr həcmində yaşayış sahəsi (mənzil) verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə hesabat (cild 6, səh. 179-182) məlumatlarında 8667 kv.metr sahənin satışından ümumilikdə 5.255.955,0 ABŞ dolları məbləğində vəsait əldə edildiyi qeyd edilmişdir. Mənzillərin Təqsirləndirilən şəxs tərəfindən satıldığı, satışdan 5.255.955,0 ABŞ dolları məbləğində vəsaitin əldə edildiyi və tikinti quraşdırma işlərinə 4047542.00 ABŞ dolları məbləğində vəsaitin xərcləndiyi məhkəmə tərəfindən müəyyən olunduğu təqdirdə Təqsirləndirilən şəxs hesabında 1.208.413,0 ABŞ dolları (948.604,2 manat) məbləğində çatışmazlığın olduğu müəyyən olunardı. 01.03.2007-ci il tarixli müqaviləyə əsasən Podratçıya verilməli olan yaşayış sahəsinin 16.234,63 kv.metr olmasına, (ekspert qarşısında qoyulmuş sualda da qeyd edilmişdir) və hesabata əsasən Podratçı tərəfindən 8667 kv.metr sahə satılması halına və ümumiyyətlə mənzil satışından əldə olunmuş vəsaitin hansı hissəsinin Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməsi halına məhkəmə tərəfindən qiymət verilməlidir. “Sifarişçi” "xxxx" MTK-nın sədri X26 ilə "xxxx" Təqsirləndirilən şəxs arasında 01.03.2007-ci il tarixli müqaviləyə əsasən yerinə yetirilmiş işlərin hər kv.metr üçün 154 ABŞ dolları həcmində (ödəniş gününə manatla məzənnəsi) haqq ödənilməsi və ödənişin barterlə aparılması, müqavilə üzrə işlər və xidmətlərin dəyərinin yerinə yetirilmiş 37424 kv.metr iş həcminə görə 5.763.296,0 ABŞ dolları təşkil etdiyi, yerinə yetirilmiş işlərin müqabilində "xxxx"-ya 16234,63 kv.metr həcmində yaşayış sahəsi (mənzil) verilməsi nəzərdə tutulmuşdur. Şahid ifadələrinə əsasən tikinti-quraşdırma işlərinin həcminin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyətinə aid olmadığından, göstərilən fakt məhkəmə tərəfindən qiymətləndirilə bilər. 09 iyun 2017-ci il tarixli müstəqil auditor hesabatına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin 18.10.2017-ci il tarixli 37/34-03639 saylı və 01.11.2017-ci il tarixli 37/34-03827 saylı məktubu ilə iş materiallarına əlavə edilmiş fotoşəkildə (cild 12, i.v. 150-156) əks olunmuş vəziyyətdə, yəni binanın 1-16 (15.5)-cı mərtəbəsi daxil olmaqla tikinti - quraşdırma işlərinin yerinə yetirilməsinə ümumilikdə 4047542.00 ABŞ dolları (manat ekvivalentində 3177320.47 manat) məbləğində vəsaitin xərcləndiyi müəyyən edildi. "xxxx" MTK-nın təsisçisi və sədri Cahangir Alışov tərəfindən tikintidə iş icraçısı kimi cəlb edilmiş Arif Qurbanov və podratçı Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş 01.02.2010-cu il tarixli arayışa əsasən müəyyən edilmişdir ki: - Armatur A-3 1103626,01 manat məbləğində iş görülmüş, 1-9 mərtəbəyə çəkilmiş xərc 709697,00 manat, fərq 393929,01 manat (1103626,01 - 709697,00 ) məbləğindədir. Hər qata çəkilmiş xərci nəzərə aldıqda 70969,70 manat (709697,00:10 qat) və nəticədə 5.5 mərtəbəyə xərcin çəkilməsi müəyyən edilir. Yəni arayışda göstərilən məbləğ 9 mərtəbəyə deyil, 14.5-ci mərtəbədə daxil olmaqla işin görülməsi müəyyən olunur. - Katenka A-1 110535,07 manat məbləğində iş görülmüş, 1-9 mərtəbəyə çəkilmiş xərc 63612,00 manat, fərq 46923,07 manat (110535,07 - 63612,00) məbləğindədir. Hər qata çəkilmiş xərci nəzərə aldıqda 6361,20 manat (63612,00:10 qat) və nəticədə 7.3 mərtəbəyə xərcin çəkilməsi müəyyən edilir. Yəni arayışda göstərilən məbləğ 9 mərtəbəyə deyil, 15-cı mərtəbədə daxil olmaqla işin görülməsi müəyyən olunur. - Beton + pompa B-25 942726,13 manat məbləğində iş görülmüş, 1-9 mərtəbəyə çəkilmiş xərc 607190,00 manat, fərq 335536,13 manat (942726,13 - 607190,00) məbləğindədir. Hər qata çəkilmiş xərci nəzərə aldıqda 60719,00 manat (607190,00:10 qat) və nəticədə 5.5 mərtəbəyə xərcin çəkilməsi müəyyən edilir. Yəni arayışda göstərilən məbləğ 9 mərtəbəyə deyil, 14.5 mərtəbədə daxil olmaqla işin görülməsi müəyyən olunur. - Dikt və taxta 62801,57 manat məbləğində iş görülmüş, 1-9 mərtəbəyə çəkilmiş xərc 54839,00 manat fərq 7962,57 manat (62801,57 - 54839,00) məbləğindədir. Hər qata çəkilmiş xərci nəzərə aldıqda 5483,90 manat (54839,00:10 qat) və nəticədə 1.5 mərtəbəyə xərcin çəkilməsi müəyyən edilir. Yəni arayışda göstərilən məbləğ 9 mərtəbəyə deyil, 11-ci mərtəbədə daxil olmaqla işin görülməsi müəyyən olunur. - Beton və hörgüyə əmək haqqı 279075,35 manat məbləğində iş görülmüş, 1-9 mərtəbəyə çəkilmiş xərc 188650,00 manat, fərq 90425,35 manat (279075,35 - 188650,00) məbləğindədir. Hər qata çəkilmiş xərci nəzərə aldıqda 18865,00 manat (188650,00:10 qat) və nəticədə 4.8 mərtəbəyə xərcin çəkilməsi müəyyən edilir. Yəni arayışda göstərilən məbləğ 9 mərtəbəyə deyil, 14-cü mərtəbədə daxil olmaqla işin görülməsi müəyyən olunur. - PVC 90225,55 manat məbləğində iş görülmüş, 1-9 mərtəbəyə çəkilmiş xərc 70812,00 manat fərq 19413,55 manat (90225,55 - 70812,00) məbləğindədir. Hər qata çəkilmiş xərci nəzərə aldıqda 7081,00 manat (70812,00:10 qat) və nəticədə 2.7 mərtəbəyə xərcin çəkilməsi müəyyən edilir. Yəni arayışda göstərilən məbləğ 9 mərtəbəyə deyil, 11.7-ci mərtəbədə daxil olmaqla işin görülməsi müəyyən olunur. - 30.08.2016-cı il tarixli tərtib edilmiş aktın 4-cü səhifəsində MTK-ya məxsus binanın təməl hissəsinin bünövrəsinin qazılması, karkas-beton işlərinin dəyəri MTK-nın sədri C.Alışov tərəfindən ödənildiyi, həmçinin binaya inşaat materiallarının qaldırılmasını həyata keçirən qülləli kranın bütün ödənişləri, yəni 30583,00 manat nağd pul və 2 ədəd qarac, daxili xərclər, sənədləşmələr, koorperativin ofis işçilərinin əmək haqqlarıda C.Alışov tərəfindən ödənildiyi qeyd edilmişdir. Halbuki, 24.10.2016-cı il tarixli üzləşdirmədə X26 ilə Təqsirləndirilən şəxs arasında dindirmə protokoluna əsasən Cahangir Alışova verilmiş sualda 12.01.2009-cu il, 01.07.2009-cu və 01.02.2010-cu il tarixli aktlar ona təqdim edilmiş və aktların məzmunu ilə əlaqədar nə göstərə bilərsiz sualla müraciət edilmişdir. Alışov Cahangir isə 12.01.2009-ci il və 01.07.2009-cu il tarixli aktda göstərilən məbləqlərə etiraz etmədiyini və yalnız aktın yerinə yetirilmiş qrafalarında 37357.10 və 27654 kv.m rəqəmlərinin əlavə edildiyini, yəni sonradan yazıldığını göstərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən, 12.01.2009-cu il tarixdə yerinə yetirilmiş işlərdə bünövrədən ödəmə 66880,00 ABŞ dolları, manat ekvivalentində 52835.20 manat və katlavandan ödəmə 118320,00 ABŞ dolları, manat ekvivalentində 93472.80 manat, cəmi 185200,00 ABŞ dolları, manat ekvivalentində 146308.00 manat məbləbində ilkin olaraq MTK-ya xərc çəkmişdir. 01.02.2010-cu il tarixli akta əsasən, Təqsirləndirilən şəxs tərəfindən 10-11-12-13-14-15-16– cı qatlarında həqiqətən tikinti quraşdırma işlərinin yerinə yetirildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X130 küçəsi, 5 ünvanında yerləşən 2 girişli, 16 yaşayış mərtəbəsi və 256 mənzildən ibarət çoxmərtəbəli binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışını əks etdirən alqı-satqı müqavilələri bütünlüklə ekspertizaya təqdim edilmiş cinayət işi materiallarına əlavə edilmədiyindən, 256 mənzildən ibarət çoxmərtəbəli binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş ümumi vəsaitin məbləğini, Təqsirləndirilən şəxs və onu təmsil edən şəxslərin mənzillərin satışından əldə etdikləri ümumi vəsaitin məbləğinin müəyyən edilməsi, təqdim olunmuş 06.10.2009-cu il tarixli fotoşəklə, hesabatlara, üzləşmə aktlarına və auditor aktlarına əsasən, Təqsirləndirilən şəxs özünün və onu təmsil edən şəxslərin vasitəsilə yaşayış binasındakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından əldə etdiyi vəsaitin hansı hissəsini xərcləməklə həmin fotoşəkildə əks olunmuş vəziyyətdə binanın tikintisini həyata keçirə bilməsi ilə bağlı suallar üzrə də tədqiqat aparılmamış, digər suallar üzrə məsələlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinin mümkünlüyü qeyd edilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin məktubu ilə iş materiallarına əlavə edilmiş 16 oktyabr 2009-cu il tarixdə çəkilmiş fotoşəkildə əks olunmuş vəziyyətdə, yəni binanın 1-16 (15.5)-cı mərtəbəsi daxil olmaqla tikinti - quraşdırma işlərinin yerinə yetirilməsinə ümumilikdə 4047542.00 ABŞ dolları, manat ekvivalentində 3177320.47 manat məbləğində vəsaitin xərcləndiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin olunmuş təkrar kompleks məhkəmə-tikintitexniki və mühasibatlıq ekspertizasının 22 oktyabr 2018-ci il tarixli 24201/24715 №-li rəyi ilə Təqsirləndirilən şəxs və yaxınlarının mənzil satışlarından əldə etdikləri pul vəsaitlərinin ümumi məbləği müəyyən edilmədiyindən, həmin hala «26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat»a, həmçinin sifarişçinin nümayəndəsi Arif Qurbanov və podratçı Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 01.02.2010-cu il tarixə MTK üzrə podratçının xərcləri, ödənişlər və borclar haqqında arayışa, eləcə də sifarişçinin satış nümayəndəsi Şahid tərəfindən tərtib olunmuş «Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyatı kitabı»nda olan qeydlərə əsasən qiymət verilməlidir. Qeyd olunan «Hesabat» başlıqlı sənəddən görünür ki, podratçı kimi Təqsirləndirilən şəxs yaşayış binasından 8.667 kv.m. mənzil sahəsi ayrılmış, həmin sahədə mənzillərin satışından Təqsirləndirilən şəxs 5.255.955 ABŞ dolları vəsait əldə etməsi nəzərdə tutulmuşdur. Lakin «Hesabat» da əks olunmuş rəqəmlərə əsasən, Təqsirləndirilən şəxs ilkin ödəniş kimi 3.756.197 ABŞ dolları, aylıq ödənişlər kimi isə 990.665 ABŞ dolları vəsait verilmiş, 509.092 ABŞ dolları vəsait isə qalıq qalmışdır. Həmçinin, «Hesabat»ın sonuncu vərəqində (cild 6, iş vərəqi 182) «Pulu tikintiyə mədaxil olunmayan mənzillər» başlıqlı siyahıda 71-80 sayları altında 10 mənzil göstərilmiş, həmin mənzillərin qarşısında onların kimlərə verildiyi qeyd olunmuş, göstərilən 10 mənzilin dəyəri isə 777.632 ABŞ dolları təşkil edir. «Hesabat»ın həmin sonuncu vərəqi podratçı Təqsirləndirilən şəxs və sifarişçi "xxxx" MTK-nın satış nümayəndəsi, MTK-nın sədri Cahangir Alışov tərəfindən tikintiyə cəlb edilmiş Şahid tərəfindən imzalanmışdır. Yəni adları çəkilən şəxslər qeyd olunan mənzillərin pulunun tikintiyə mədaxil olunmadığını və Təqsirləndirilən şəxs, həmçinin onun yaxınları tərəfindən 10 mənzilin dəyəri olan pul vəsaitinin götürülmədiyini təsdiq etmişlər. Həmin 777.632 ABŞ dolları məbləğində vəsaiti «Hesabat» a əsasən Təqsirləndirilən şəxs mənzil satışından əldə etdiyi vəsait kimi ilkin ödəniş olaraq göstərilmiş 3.756.197 ABŞ dolları, aylıq ödənişlər kimi göstərilmiş 990.665 ABŞ dollarının cəmindən, yəni 4.746.682 ABŞ dollarından çıxdıqda (4.746.682- 777.632=3.969.230) yerdə qalan vəsait 3.969.230 ABŞ dolları təşkil edir. Həmçinin, məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən binanın bünövrəsinə 118.320 ABŞ dolları vəsait xərclənmişdir ki, bu hal heç kim tərəfindən təkzib edilmir. Qeyd olunan vəsait də yuxarıdakı ümumi məbləğdən çıxıldıqda (3.969.230 - 118.320=3.850.910) yekun məbləğ 3.850.910 ABŞ dolları təşkil edir. Təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizasının 22 oktyabr 2018-ci il tarixli 24201/24715 №-li ekspertiza rəyində isə binanın 1-16 (15.5)-cı mərtəbəsi daxil olmaqla tikinti - quraşdırma işlərinin yerinə yetirilməsinə ümumilikdə 4047542.00 ABŞ dolları, manat ekvivalentində 3177320.47 manat məbləğində vəsaitin xərcləndiyi təsdiq olunur. Göründüyü kimi, hətta istintaq orqanının ittihamın əsas sübutlarından biri kimi qəbul etdiyi «Hesabat» başlıqlı sənəddə qeyd olunmuş rəqəmlərə uyğun şəkildə Təqsirləndirilən şəxs tikintidə mənzillərin satışından əldə etdiyi pul vəsaitlərinin hesabatı aparılsa belə, son nəticədə təqsirləndirilən şəxsin yaşayış binasının tikintisinə mənzil satışından əldə etdiyi vəsaitdən 196.632 ABŞ dolları məbləğində artıq vəsait xərclədiyi müəyyən edilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs «Hesabat»ın ilk 3 vərəqəsində qeyd olunmuş 70 ədəd mənzilin və 4-cü vərəqəsində göstərilmiş 218 nömrəli mənzilin satışından əldə etdiyi pul vəsaitlərinin hamısını alması ilə bağlı gəldiyi nəticə ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində «Hesabat» da qeyd olunan və ona ittiham verilmiş 71 ədəd mənzilin satış qiymətini təşkil edən 4.072.937 ABŞ dolları məbləğində pul vəsaitinin hamısının özünə verilmədiyini, onun yalnız sifarişçinin satış nümayəndəsi Şahid tərəfindən tərtib olunmuş «Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyatı kitabı»nda özü və podratçının nümayəndəsi kimi Kəmaləddin Qədimov tərəfindən imza edilərək alındığı göstərilən pul vəsaitlərini aldığını təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, binanın qeyd olunan vəziyyətə gətirilməsi üçün çəkilən xərclərin ümumi məbləği 4.073.003 ABŞ dolları olmuşdur. 2010-cu ilin fevral ayınadək tikintiyə çəkilmiş xərclərdən 3.525.566 ABŞ dolları mal-material sahiblərinə, hesablanmış əmək haqqına və s. üçün ödənilmiş, bu məbləğdən yalnız 336.775 ABŞ dolları Cahangir Alışov tərəfindən verilmişdir. Məhkəmədə «Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyatı kitabı» tədqiq olunarkən müəyyən olundu ki, orada 02.04.2007-ci ildən 26.09.2009-cu il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs və yaxınlarının imzalayaraq əldə etdikləri vəsaitin ümumi məbləği 1.686.597 ABŞ dolları təşkil edir. Burada həmçinin qeyd edilməlidir ki, yuxarıda göstərilən 218 nömrəli mənzil hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 tikintiyə verdiyi armaturun əvəzi olaraq onun qardaşı Qalib Cəfərovun adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında təkrar kompleks məhkəmə-tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilərkən yuxarıda göstərilən məlumatlar əsasında müdafiə tərəfindən qoyulmuş suallara cavab olaraq 22 oktyabr 2018-ci il tarixli 24201/24715 №-li ekspertiza rəyində ekspertlər binanın 15.5-ci mərtəbəsinədək xərclənən ümumi məbləğin 4047542.00 ABŞ dolları (manat ekvivalentində 3177320.47 manat) təşkil etdiyi əsas götürülməklə, Cahangir Alışovun Təqsirləndirilən şəxs ümumilikdə 881524.00 (185200.00+3517605.00-2821281.00) ABŞ dolları, manat ekvivalentində 696403.96 manat borcu qaldığının müəyyən edilməsi nəticəsinə gəlmişlər. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısının müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş sübutların, o cümlədən məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X25 Agentliyinin 17 iyul 2018-ci il tarixli 37/34-03418 saylı məktubu ilə iş materiallarına əlavə edilmiş fotoşəkillərin, həmin fotoşəkillər üzrə məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Agentliyin müfəttişi X17 ifadəsinin sübutlar siyahısından xaric edilməsi ilə bağlı mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həmin məktub və ona əlavə edilmiş fotoşəkillər əsilləri ilə düzgünlüyü təsdiq edilməklə tikinti sahəsinə bilavasitə nəzarəti həyata keçirən dövlət orqanı tərəfindən məhkəməyə göndərilmişdir və qeyd olunan fotoşəkillərin çəkilmə tarixinə şübhə ilə yanaşmaq üçün heç bir əsas yoxdur. Dövlət ittihamçısının Agentliiyə ibtidai istintaq zamanı da sorğu verilməsi və həmin sorğuya cavab olaraq göstərilən fotoşəkillərin istintaqa təqdim olunmaması ilə bağlı gətirdiyi arqumentlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı Agentliyə ünvanladığı 16.08.2017-ci il tarixli ********* saylı sorğuda "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X130 küçəsi, 5 ünvanında inşa olunan çoxmərtəbəli binada 2007-2015-ci illər ərzində tikintidə təhlükəsizlik qaydalarına riayət olunmasına, istifadə olunan inşaat materiallarının və tikinti işlərinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlamaların nəticələrinə dair sənədlərin surətlərinin təqdim olunmasını xahiş etmiş, Agentliyin 16 oktyabr 2017-ci il tarixli 37/34-03610 saylı məktubu ilə sorğuya müvafiq cavab verilmişdir. İbtidai istintaq orqanından fərqli olaraq müdafiə tərəfi isə Agentliyə ünvanladığı 11.10.2017-ci il tarixli 102 saylı sorğusunda həmin yaşayış binasının 2009-2012-ci illər üzrə Agentlik əməkdaşları tərəfindən çəkilmiş vizual görüntüləri əks etdirən fotoşəkillərin təqdim olunmasını xahiş etmiş və verilmiş sorğuya müvafiq olaraq cavab almışdır. Məhkəmənin sorğusuna verilmiş cavabda qeyd olunan fotoşəkillərin Agentliyin əməkdaşı Sərdar Məmiyev tərəfindən çəkildiyi bildirildiyindən, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə həmin əməkdaş məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş və o, həmin fotoşəkillərin alt hissəsində göstərilmiş tarixlərin onların çəkildiyi müddətə uyğun olduğunu, 06.10.2009-cu il tarixdə binanın fotoşəkli çəkilərkən orada 15.5-ci mərtəbədə tikinti quraşdırma işlərinin aparıldığını təsdiq etmişdir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının sübutlar siyahısından xaric edilməsini xahiş etdiyi yuxarıda göstərilən və hökmdə sadalanan sübutlar təqsirləndirilən şəxsin verilmiş ittiham üzrə təqsirsizliyini sübut etdiyindən verilmiş vəsatət rədd edilməlidir. Məhkəmə kollegiyası istintaq orqanının ittiham aktında istinad etdiyi digər sübutlara qiymət verərkən qeyd edir ki, yaşayış binasına baxış keçirilməsi, məhkəmə xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizalarının rəyləri şübhə doğurmur və həmin sübutlar hazırkı hökmün əsaslandırıcı hissəsində sadalanmaqla Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən çoxsaylı sübutlara hər hansı təsir göstərmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla yuxarıda tədqiq olunan bütün sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin etibar edilmiş külli miqdarda əmlakını mənimsəmə yolu ilə talaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən olmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 8-ci bəndində məhkəmələrə izah olunur ki, təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəllsinin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun haqqında cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, məhkumluq, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələlərin məhkəmə hökmündə müzakirəsi istisna təşkil edir. Cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində 02 dekabr 2016-cı il tarixdə həbs qətimkan tədbiri seçilmişdir və həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş yuxarıda qeyd olunan qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.5-ci maddəsinin tələbinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - "xxxx" MTK-nın inşa etdiyi binada icra olunmuş işlərə görə xərclənmiş pul vəsaitləri haqqında 01.01.2009-cu il və 01.07.2009-cu il tarixli aktların surətləri, "xxxx" MTK-nın sədri Cahangir Alışovla podratçı Təqsirləndirilən şəxs arasında bağlanmış 01 mart 2007-ci il tarixli və 25.12.2008-ci il tarixli müqavilələr, 2007-2010-cu illərdə Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyatının aparıldığı 75 vərəqədə dəftərxana kitabı, “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat” başlıqlı 4 vərəqədə sənəd iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq orqanının qərarı əsasında "xxxx" MTK, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iş üzrə həm də mülki iddiaçı qismində tanınmış, onlara vurulmuş maddi ziyanların Təqsirləndirilən şəxs alınıb qaytarılmasını xahiş etmişlər. Verilmiş mülki iddialarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, öz əməlləri ilə adları çəkilən şəxslərə maddi ziyan vurması təsdiq olunmadığından mülki iddiaçılar "xxxx" MTK-nın, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddiaları əsassız hesab edilərək təmin olunmamalıdır. Cinayət işi üzrə ibtidai araşdırma və məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 1167 (min yüz altmış yeddi) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Lakin hazırkı iş üzrə Təqsirləndirilən şəxs bəraət verildiyindən, qeyd olunan məhkəmə məsrəflərinin taleyi Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə uyğun həll edilməlidir. Belə ki, həmin maddənin tələbinə görə, bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Cinayət-prosessual qanunvericiliyinin həmin müddəasına əsasən məhkəmə hesab edir ki, şəxsə bəraət verilərkən CPM-nin 198-ci maddəsi ilə məhkəmə məsrəflərinin ödənilməsi qaydası nəzərdə tutulmadığına görə məhkəmə məsrəfləri olan 1167 (min yüz altmış yeddi) manat pul dövlət büdcəsi vəsaitinə aid edilməli və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, hazırkı cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs ona qarşı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 344- 347, 348.3, 349, 350.1-350.3, 352-353, 356, 358, 384-385.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - "xxxx" MTK-nın inşa etdiyi binada icra olunmuş işlərə görə xərclənmiş pul vəsaitləri haqqında 01.01.2009-cu il və 01.07.2009-cu il tarixli aktların surətləri, "xxxx" MTK-nın sədri Cahangir Alışovla podratçı Təqsirləndirilən şəxs arasında bağlanmış 01 mart 2007-ci il tarixli və 25.12.2008-ci il tarixli müqavilələr, 2007-2010-cu illərdə Təqsirləndirilən şəxs verilmiş pulların qeydiyyatının aparıldığı 75 vərəqədə dəftərxana kitabı, “26.02.2007-ci ildən 20.02.2010-cu ilədək podratçı tərəfindən satılmış mənzillər barədə Hesabat” başlıqlı 4 vərəqədə sənəd iş materiallarında saxlanılsın. Mülki iddiaçılar "xxxx" MTK-nın, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddiaları əsassız olduğundan təmin olunmasın. Təqsirləndirilən şəxsə bəraət verildiyindən məhkəmə məsrəfləri olan 1167 (min yüz altmış yeddi) manat pul CPM-nin 197.2-ci maddəsinə əsasən dövlət büdcəsi vəsaitinə aid edilsin və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: (imza) Eldar İsmayılov Hakimlər: (imza) Cavid Hüseynov (imza) Samir Əliyev
Əsli ilə düzdür, Hakim: Eldar İsmayılov