Məhkəmə qərarları › İş №1(101)-252/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-252/2019

15.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-252/2019 15.02.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlətittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlətittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Əzməmmədov küçəsi, ev 12-də qeydiyyatda olmaqla yaşamış, X1 həbs də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 fevral2018-ci il tarixdə, saat 22 radələrindəyaşadığıünvan 1 ünvanda yemək yeyərək spirtli içki qəbul edən zaman onunla birlikdə yaşayan anası 1 aprel 1944cü il təvəllüdlüZərərçəkmiş şəxs Allahverən qızının ona balıq bişirmək istədiyinibildirdikdən sonra, balıq almağa pulunun olmamasını bəhanə edərək əxlaq normalarına açıq etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan, yaşlı vəziyyətdə olmaqla ona qarşı müqavimət göstərmək və aktiv hərəkətlər etmək imkanı olmayan, onun üçünaşkar surətdə köməksiz vəziyyətdə olan 74 yaşlı anasıZərnişanİslamovanıöldürmək qərarına gəlib müstəsnadərəcədərəhmsizlikvəqəddarlıqgöstərərəkişgəncəvəxüsusiağrılarverməkləxüsusi amansızlıqlabaşvəbədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq beyin toxumasına və qişasına qansızma ilə nəticələnən insan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik xəsarətlər, alının ön səthində tüksüz hissənin, sifətin sağ yarısının, hər iki saidin, sol diz oynağının ön səthinin qançırları, sol əlin arxa səthinin səthi sıyrılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs yaxın qohumları tərəfindən 26 fevral 2018-ci il tarixdə X10 aparılsa da, həmin tarixdə saat 14 radələrində aldığı xəsarətlərdən X6, bununla da o, köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs Allahverən qızını xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Əzməmmədov küçəsi, ev 12-dəanası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. X11 2004-cü ildə dünyasınıdəyişmişdir. Anasıiləmehriban dolanmış, çox nadir hallarda mübahisələriolmuşdur. Dörd qardaşı və 3 bacısı vardır. Onların hər biri ailəli olmaqla onlardan ayrı yaşayırlar. Tikintidə fəhlə və usta kimi işləyib, dolanışığını təmin etmişdir. 2003-cü ildə hərbi xidmətdə olarkən meningit xəstəliyindən hərbi hospitalda müalicə almışdır. Həmin vaxtdan etibarən əsəbləri pozulmuşdur. 2010-cu ildə Qobustan qəsəbə sakini Səidə adlı qızla ailə həyatı qurmaq istəmiş, lakin nişanlandıqdan bir müddət sonra heç bir səbəb olmadan qız tərəfi nişanı geri qaytarmışdır. Bu hadisə onun əsəblərini pozmuş, həmin vaxtdan etibarən onunla bir evdə yaşayan anası ilə mütəmadi olaraq mübahisə etməyə başlamışdır. Anasının hər sözü onu özündən çıxartmışdır. Psixikasında problemlər yarandığından onda tez-tez qarabasmalar olmuşdur. Maddi imkanı olmadığından ixtisaslı həkim yardımından istifadə edə bilməmişdir. Bir neçə dəfəözünüöldürmək istəsə də, anası və qohumları ona mane olmuşlar. 25 fevral 2018-ci il tarixdə saat təxminən 18 radələrində işdən evə gəlmişdir. Az sonra anası bacısı Nəzakətgildən qayıtmış, sonuncunun bişirdiyi qutab və balıqdan evə də gətirmişdir. Saat 20 radələrində yemək yeyib yarım litr spirtli içki qəbul etmişdir. Daha sonra mağazaya gedib, əlavə olaraq yarım litr də spirtli içki almış və evə qaydıb içməyə davam etmişdir. Həmin vaxt anası divarın dibində döşəyin üzərində oturmuş, o, isəçarpayıda oturub yemək yemişdir. O, balıq yeyərkən anası ona: «istəyirsənsə sabah balıq alaq bişirək»-demişdir. Həmin vaxt içkili olduğu üçün anasının bu sözünəəsəbləşmişdir. Ayağa qalxıb anasının üzünə sillə, sonra isə yumruqla başına vurmağa başlamışdır. Nəticədə anası yerə yıxılmışdır. Bu vaxt sağəlinin kiçik barmağı sıyrılmışdır. Əsəbi və içkili olduğu üçün nə etdiyini bilməmişdir. Daha sonra anası ayağa qalxıb çöləçıxmağa çalışmış, bu vaxt evin qabağındakı pilləkənlərdən yerə yıxılmışdır. Anasını qucağına götürüb evə gətirib yerinə uzatmışdır. O, anasını yerdən qaldırarkən sonuncunun paltarı cırılmışdır. Həmin vaxt anasının öləcəyini düşünüb, ona heç bir köməklik göstərməmişdir. Daha sonra özü də yerinə uzanmışdır. Səhəri gün, yəni 26 fevral 2018-ci ildə saat 9 radələrində yuxudan durmuş, anasının yerində uzanıqlı vəziyyətdə olduğunu görüb, ona çay verməsi üçün səsləmişdir. Sonuncu yerində zarımış və ayağa qalxa bilməmişdir. Odur ki, çıxıb işə getmiş, lakin işləyə bilmədiyini görüb evə qayıtmışdır. Saat təxminən 11 radələrində evəçatmışdır. Anasının yenə də yerdə uzanıqlı vəziyyətdə zarıdığını görüb, onun tezlikləöləcəyini güman edib həkim çağırmamışdır. Az sonra yerinə uzanmışdır. Təxminən yarım saat sonra onunla bir məhəllədə yaşayan bacısı Nəzakət onlara gəlmişdir. Sonuncu anasının yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt anasının üz-gözü onun vurduğu zərbənin təsirindən qaralmışdır. Nəzakət bunu görüb qardaşlarına zəng vurmuşdur. Təxminən 15-20 dəqiqə sonra qardaşları Elçin, Xanoğlan və yeznəsı Mahir onlara gəlmişdir. Qardaşları onu danlamış və anasını götürüb təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Saat 14 radələrində anasının ölüm xəbərini eşitmişdir. Son vaxtlar anası ilə tez-tez mübahisə etmiş və ara-sıra onu vurmuşdur. Anasını döyməyinə konkret bir səbəb olmamışdır. Baş verənlərə görə təəsüflənir. Əməlindən peşmandır, barəsindəədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmişşəxsin hüquqi varisi qismində dindirilmişX9 oğlu ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Onun Cəmildən başqa Famil, Güloğlan və Xanoğlan adlıüç qardaşı, Gülxanım, Nəzakət və Xatirə adlıüç bacısı var. Bacı və qardaşlarıöz ailəüzvləri ilə birlikdə yaşayırlar. Cəmil isə mərhum anası Zərnişanla birlikdə yaşamışdır. Həmin ev onların ata yurdu olmuşdur. Cəmil tikintidə ustalıq etməkləözünü dolandırmışdır. Anası isə təqaüd almışdır. 8-9 il öncə Cəmilin şəxsi həyatında problemləri olmuşdur. Belə ki, Cəmil Səidə adlı qızla nişanlanmış, daha sonra nişanı qaytarılmışdır. Bundan sonra Cəmilin səhhətində problemlər yaranmağa başlamışdır. Cəmil dəfələrləəsəbləşib evdəki qab-qacaqları sındırmış, ailəüzvləri ilə mübahisələr etmişdir. Cəmilin əvvəllər anasını döyməsinin şahidi olmamışdır. Bir çox hallarda anası Zərnişan və bacısı Nəzakət Cəmilin etdiyi hərəkətləri ondan gizlətmişdir. Hər dəfə Cəmiləöyüd-nəsihət versə də, nəticəsi olmamışdır. Hətta 2- 3 dəfə Cəmili müalicə etdirməyəçalışsalar da, sonuncu xəstə olmadığını bildirib müalicədən boyun qaçırmışdır. Cəmil son vaxtlar tez-tez spirtli içki qəbul etməyə başlamışdır. Anasını və Cəmili hadisədən təxminən bir həftəəvvəl görmüşdür. 26 fevral 2018-ci il tarixdə səhər saatlarında evində olarkən bacısı Nəzakət ona zəng edib, Cəmilin anasını döydüyünü, anasının vəziyyətinin pis olduğunu bildirmişdir. O, dərhal hadisəni aydınlaşdırmaq üçün Ələt qəsəbəsinə getmişdir. Evəçatanda qardaşı Xanoğlan, bacısı Nəzakət və Cəmil evdə olmuşlar. Həmin vaxt anasını baş nahiyyəsi əzilmiş, gözünün ətrafı və sifəti qaralmış vəziyyətdə görmüşdür. İçəri otağa daxil olduqda evdə qanabənzər ləkələr görmüşdür. Xanoğlan və Nəzakət təcili tibbi yarım maşını ilə anasını X13 aparmışlar. O, Cəmilə bərk əsəbləşmiş, sonuncunu danlayıb evin qapısına 2-3 dəfə yumruq zərbəsi vurmuşdur. Hadisənin necə baş verdiyini soruşsa da, Cəmilona heç nə danışmamışdır. Daha sonra evə polis əməkdaşları gəlmiş və həmin vaxt anası Zərnişanın dünyasını dəyişdiyini eşitmişdir. Cəmilin anasını hansı səbəbə görə döyüb öldürməsini bilmir. Təqsirləndirilən şəxsə qarşışikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Nəzakət Əzməmmədovanın kiçik qardaşıdır. Cəmili uşaqlıqdan tanıyır. Onlar qonşuluqda yaşamışlar. Evin kiçik oğlu olduğundan anası Cəmili çox istəmişdir. Həyat yoldaşı Nəzakət ara-sıra Zərnişandan onlarda qalmasını xahiş etsə də, sonuncu Cəmildən ayrı qala bilmədiyini bildirərək razılaşmamışdır. Cəmil uşaqlıqdan ərköyün olmuş, böyüdükdən sonra isəərköyünlüyüəsəbiliyəçevrilmişdir. 2002-2003-cü illərdə Cəmil hərbi xidmətdə olarkən xəstənmiş və hərbi hospitalda müalicə almışdır. 2010-cu ildə Cəmil uzaq qohumu olan qızla nişanlanmış, lakin sonradan qız tərəfi nişanı geri qaytarmışdır. Bundan sonra Cəmilin halı dəyişilmiş, gözlərinə ruhlar görünmüş, qulağına səslər gəlmişdir. Bir neçə dəfə Cəmil özünü intihar etmək istəmişdir. Bundan sonra Cəmil özünə qapanaraq evdən bayıra çıxmamışdır. 2018-ci ilin əvvəllərində Cəmilgildə olarkən sonuncunun özünü oldürmək istədiyini başa düşüb, onunla söhbət etmişdir. Bundan sonra Cəmil fikrindən daşınmışdır. Bu hadisədən bir neçə ay sonra anası Zərnişan onun yaşadığı evə gəlib, kömək istəyərək Cəmilin yenidən özünüöldürmək istədiyini bildirmişdir. Yenidən Cəmili fikrindən daşındırmışdır. Son vaxtlar Cəmil spirtli içkilərə qurşanmış, demək olar ki, hər gün spirtli içki qəbul etmişdir. Sonuncu içkili olduqda özündə olmamış, ara-sıra anası Zərnişanla mübahisə edərək onu itələmişdir. 25 fevral 2018-ci il tarixdə evində olarkən saat 17 radələrində Zərərçəkmiş şəxs onlara qonaq gəlmişdir. Evdə bişirilmiş qutab və balıqdan bir qədəri də Cəmil üçün götürüb saat 18 radələrində yaşadığı evə qayıtmışdır. 26 fevral 2018-ci il tarixdə saat 10 radələrində yoldaşı Nəzakət evdən çıxaraq anası Zərnişanın yaşadığı E.Əzməmmədov 12 ünvanına getmişdir. Az sonra Nəzakət ev telefonuna zəng edərək anasının vəziyyətinin pis olduğunu, Cəmilin onu döydüyünü bildirmişdir. Dərhal evdən çıxıb Zərnişanın yaşadığı evə getmişdir. Evə girdikdə Zərnişanın yataqda uzandığını görmüşdür. Cəmil anasını axşam döydüyünü bildirərək, ondan polisə zəng edib baş vermiş hadisə barədə məlumat verməyini xahiş etmişdir. Az sonra evə Zərnişanın oğulları Xanoğlanla Elçin gəlmiş və təcili tibbi yardım çağırmışlar. Çağırışa gələn həkimlər Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. Həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs X10 dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmişX5 qızı ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə qardaşıdır. Ailədə beş qardaş, üç bacı olmuşlar. Bacı və qardaşlarıöz ailəüzvləri ilə birlikdə yaşayırlar. Cəmil isə mərhum anası Zərnişanla birlikdəƏlət qəsəbəsi, E.Əzməmmədov küçəsi, ev 12-də yaşamışdır. Cəmil tikintilərdə ustalıq etməkləözünü dolandırmışdır. Sonuncu hərbi xidmətdən qayıtdıqdan sonra onda psixoloji problemlər yaranmış, lakin maddi imkanları olmadığından Cəmili müalicə etdirə bilməmişlər. Təxminən 2010-cu ildə Cəmil Səidə adlı qızla nişanlanmış, daha sonra isə nişanı pozulmuşdur. Bundan sonra Cəmilin vəziyyəti daha da aqressivləşmişdir. Onlar dəfələrlə Cəmili müalicə etdirməyəçalışsalar da, sonuncu müalicə olunmaqdan yayınmışdır. Həmin dövrdən etibarən Cəmilin bütün ailəüzvləri ilə münasibətləri pisləşmişdir. Son 2-3 ildə isə xüsusilə də anası Zərnişana qarşı münasibəti daha da kəskinləşmişdir. Cəmil dəfələrlə evdə içki içib dava salmış, son vaxtlar bir neçə dəfə anası ilə mübahisə etmiş, hətta anasının döymüşdür. Anası baş verənləri heç kəsə danışmamışdır. Cəmilin hərəkətlərindən onlar heç yerəşikayət etməmişlər. 25 fevral 2018-ci il tarixdə anası Zərnişanı sonuncu dəfə görmüşdür. Həmin gün təxminən saat 17 radələrində sonuncu onun yaşadığıünvana gəlib, evdə bişirdiyi qutab və balıqdan yemiş, bir qədərini də götürərək Cəmil üçün aparmışdır. Ertəsi gün, yəni 26 fevral 2018-ci il tarixdə səhər saat 10 radələrində anasına başçəkmək üçün getmişdir. Qapıdan içəri daxil olduqda Cəmilin çarpayıda, anasının isə yerə salınmış döşəkdə uzandığını görmüşdür. İçəri girən kimi Cəmil ona: «anam ölüb, axşam vaxtıəsəbləşib döymüşəm, polis çağırın gəlib məni aparsın»-demişdir. Həmin vaxt anasının üz-gözü qaralmış, danışa bilməmiş, güclə nəfəs almışdır. Anasını bu vəziyyətini görüb dərhal qardaşlarına zəng vurub hadisə barədə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra qardaşları Elçin, Xanoğlan vəəri Mahir anasının yaşadığı evə gəlib, sonuncunun yerdə halsız vəziyyətdə uzandığını görüb Cəmili danlamışlar. Daha sonra onlar anasını götürüb təcili-tibbi yardım maşını ilə X13 aparmışlar. Həkimlərin səyinə baxmayaraq anası təxminən saat 14 radələrində vəfat etmişdir. Hadisə vaxtı 25 fevral 2018-ci il tarixdə Cəmil anasını döyərkən sərxoş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid4 və Şahid1 digər şahid X2 ifadəsinə oxşar ifadə verdilər. İşin 1-ci cildinin 56-58-ci vərəqələrindəki «ifadənin yerində yoxlanılması» protokolundan görünür ki, Təqsirləndirilən şəxs video çəkilişdən istifadə edilməklə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən hadisənin hansışəraitdə baş verməsini tam təsvir edib anası Zərərçəkmiş şəxs döyməsini təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 31 mart 2018-ci il tarixli 23 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında alının ön səthində tüksüz hissənin, sifətin sağ yarısının, hər iki saidin, sol diz oynağının ön səthinin qançırları, sol əlin arxa səthinin səthi sıyrılmış yarası, baş beyinin yumşaq qişasına ocaqlı qansızmalar, beyin maddəsinin ödemi aşkar olunmuşdur. Mərhum Zərərçəkmiş şəxsnm almış olduğu xəsarətlər həyati olub, başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən xx.xx.2018-ci il tarixdə vəşəraitdə, yəni kənar şəxs tərəfindən əllə və təpiklə döyülmə nəticəsində törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxsnm almış olduğu xəsarətlərdən alının ön səthində tüksüz hissənin, sifətin sağ yarısının, hər iki saidin, sol diz oynağının ön səthinin qançırları, sol əlin arxa səthinin səthi sıyrılmış yarası dərəcələrinə görə yüngül zərərvurmanın əlamətlərinə aiddirlər, beyin toxumasına və qişasına qansızmalar isə dərəcələrinə görə ağır zərər vurmanın əlamətlərinə malikdir və mərhum Zərərçəkmiş şəxsnm ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxsnm ölümünə səbəb baş beyin toxumasına və qişasına yayılmış (geniş həcmli) qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2018-ci il tarixdə, saat 13:30-da X10 baş vermişdir, hansı ki, meyit əlamətlərinin inkişaf dərəcəsinəəsasən inkar edilmir. Mərhum Zərərçəkmiş şəxsnm meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 2 mart 2018-ci il tarixli, 124 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sağəlin V (kiçik) barmağının əsas falanqasının sıyrıqları müəyyən edilmiş, həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi 25 fevral 2018-ci il tarixdəəmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər ayrı ayrılıqda vəümumilikdə zağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarıüçün dərəcələri təyin edilmir. Məhkəmə-trassoloji ekspertizasının 7 mart 2018-ci il tarixli, 126/2018 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs Allahverən qızına məxsus xalatın sağ qoltuqaltı tikişüzərində bir ədəd və xalatın sol qol tikişi üzərində bir ədəd cırılma zədələri aşkar olunmuş, bu cırılmalar xalatın müvafiq nahiyələrində küt qüvvə tətbiq etməklə gərilib dartınması nəticəsindəəmələ gəlmişlər, Z.A.İsmayılovaya məxsus xalatın ön səthində tikilmiş köbəüzərində bir ədəd və xalatın sağ qol tikişi üzərində bir ədəd sökülmə zədələri aşkar olunmuşdur. Bu sökülmələr xalatın müvafiq nahiyyəsinin gərilib dartınması nəticəsindəəmələ gəlmişdir. Z.A.İsmayılovaya məxsus don və gecə köynəyi üzərindəəhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilən təqsirləndirilən şəxs X3 məxsus sviter üzərindəəhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Məhkəmə-bioloji ekspertizasının 15 mart 2018-ci il tarixli, 169/2018-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Allahverən qızının AB0 sistemi üzrə qrup göstəricisi: O alfa, beta (İ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gecə köynəyi, don, xalat, Təqsirləndirilən şəxsya məxsus köynək və 4 ədəd kosmetik çubuqlu pambıq taponlarıüzərində olan ləkələr insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnı «H» antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə o, cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş büküm N3-də aşkar olunan 2 ədəd kosmetik çubuqlu pambıq tamponlardan birində qana şübhəli ləkələr aşkar olunmamışdır. Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 may 2018-ci il tarixli, 690 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasıəlamətləri aşkar olunmayıb. Həmin dövrdə, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə dəTəqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədən zaman güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində və psixi fəaliyyətinə mühüm təsir göstərə bilən psixi emosional vəziyyətdə olmamışdır. İşin 2-ci cildinin 72-87-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs məxsus ağ rəngli üzərində göy rəngli naxışları olan bir ədəd gecə köynəyi, 4 ədəd tampon, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş göy-boz-qəhvəyi rəngli naxışları olan bir ədəd don, sarı-qəhvəyi-boz rəngli naxışları olan bir ədəd xalat, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş açıq mavi rəngli bir ədəd yun köynək maddi sübut qismində tanınmış və saxlanılmasıüçün Qaradağ rayon prokurorluğunun sübutların saxlanc yerinə təhvil verilmişdir. İşin 1-ci cildinin 26-cı vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2018-ci il tarixdəşübhəli şəxs kimi tutulmuşdur. İşin 1-ci cildinin 119-cu vərəqəsindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİnin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 126-cı vərəqəsindəki Qaradağ RİHB-nın Ələt qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə tövsif edilməli, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinəəsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsindəçəkməli, cəzaçəkmə müddətinin başlanğıcışübhəli şəxs kimi tutulduğu 26 fevral 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşüzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinəəsasən maddi sübutlar: Qaradağ rayon prokurorluğunun sübutların saxlanc yerində saxlanılan cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs məxsus ağ rəngli üzərində göy rəngli naxışları olan bir ədəd gecə köynəyi, 4 ədəd tampon, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş göy-boz-qəhvəyi rəngli naxşları olan bir ədəd don, sarı-qəhvəyi-boz rəngli naxışları olan bir ədəd xalat, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş açıq mavi rəngli bir ədəd yun köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İşüzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Qaradağ rayon prokurorluğunun sübutların saxlanc yerində saxlanılan cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş mərhum Zərərçəkmiş şəxs məxsus ağ rəngli üzərində göy rəngli naxışları olan bir ədəd gecə köynəyi, 04 ədəd tampon, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş göy-boz-qəhvəyi rəngli naxşları olan bir ədəd don, sarı-qəhvəyi-boz rəngli naxışları olan bir ədəd xalat, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş açıq mavi rəngli bir ədəd yun köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar