Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-252/2022 13.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X19, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə, xx xxxxx 1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Birinci Mədən, döngə 7 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə 2020-ci ilin iyul ayında tanışı Şahid9 dostu X11 təsisçisi olduğu “X24” MMC-nin dövlət büdcəsinə ödənilməli olan 883.471,22 manat vergi borcunun azaldılmasında köməklik göstərilməsi üçün özünə etdiyi müraciəti ilə əlaqədar Şahid9 özünün geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək qeyd edilən borcun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işləyən “Orxan” adlı şəxs kimi təqdim etdiyi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 köməkliyi ilə azaldılmasını təmin edəcəyini ünvan 10-da yerləşən "xxxx" MMC-nin ofisində yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cavid İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni, qanuni əsaslarla hesablanmış və şəxsi vərəqə qeyd olunmuş vergi məbləğinin hüquqi əsas olmadan azaldılmasına görə birbaşa yolla Təqsirləndirilən şəxs3 vasitəsilə maddi nemət olan 145.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini Şahid9 vəd edərək, sonuncunun razılığını Təqsirləndirilən şəxs3 ilə birlikdə almaqla sövdələşib, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün Şahid9 “X24” MMC-nin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini istəyərək alıb, həmin adla 2020-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu C.Məmmədquluzadə küçəsi 56-da yerləşən "xxxx" MMC-nin ofisində şəxsən özü 15.000 manat, 2020-ci ilin iyul ayında Şahid9 sürücüsü Şahid11 Təqsirləndirilən şəxs3 tanışı cinayətdən xəbərsiz Şahid8 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 30.000 manat, 2020-ci ilin avqust ayında Şahid9 sürücüsü Şahid11 Təqsirləndirilən şəxs3 tanışı cinayətdən xəbərsiz Şahid10 vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 2075ci məhəllə ünvanında yerləşən “Dərnəgül” mərasim evinin qarşısında 30.000 manat, 2020ci ilin avqust ayında Şahid9 sürücüsü Şahid11 Təqsirləndirilən şəxs3 tanışı cinayətdən xəbərsiz Şahid10 vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsinin girişində 70.000 manat olmaqla, ümumilikdə 130.000 manat pul vəsaitini Şahid9 əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsilə alaraq əldə etdiyi həmin pul vəsaitlərini sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid9 və Cavid İsmayılova məxsus cəmi 145.000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ələ keçirib sonunculara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cavid İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncu vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid9 və Cavid İsmayılovu vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamış, bilə-bilə hüquq verən saxta rəsmi sənədlərdən istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətin və bilə-bilə qanunsuz hərəkətin müqabilində özü və qeyrisi vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin iyul ayında sonuncunun tanışı Şahid9 dostu X11 təsisçisi olduğu “X24” MMC-nin dövlət büdcəsinə ödənilməli olan 883.471,22 manat vergi borcunun azaldılmasında köməklik göstərilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2 etdiyi müraciəti ilə əlaqədar aralarındakı cinayətkar niyyətə uyğun olaraq, sonuncu onu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işləyən “Orxan” adlı şəxs kimi təqdim edərək Şahid9 geniş əlaqələrə malik olduğunu, həmin əlaqələrindən istifadə edərək qeyd edilən borcun azaldılmasını təmin edəcəyini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" MMC-nin ofisində yalandan bildirib, bununla əlaqədar tanışı olan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cavid İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni, qanuni əsaslarla hesablanmış və şəxsi vərəqə qeyd olunmuş vergi məbləğinin hüquqi əsas olmadan azaldılmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 145.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini Şahid9 vəd edərək, sonuncunun razılığını Təqsirləndirilən şəxs2la birlikdə almaqla sövdələşib, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün Şahid9 “X24” MMC-nin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini istəyərək alıb, həmin adla Təqsirləndirilən şəxs2 2020-ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə ünvan 10-da yerləşən "xxxx" MMC-nin ofisində 15.000 manat, 2020-ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə Şahid9 sürücüsü Şahid11 özünün tanışı cinayətdən xəbərsiz Şahid8 vasitəsilə ünvan 8 ünvanında 30.000 manat, 2020-ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Şahid9 sürücüsü Şahid11 cinayətdən xəbərsiz tanışı Şahid10 vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 2075ci məhəllə ünvanında yerləşən “Dərnəgül” mərasim evinin qarşısında 30.000 manat, 2020ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Şahid9 sürücüsü Şahid11 tanışı cinayətdən xəbərsiz Şahid10 vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsinin girişində 70.000 manat olmaqla, ümumilikdə 130.000 manat pul vəsaitini şəxsən Şahid9, alaraq əldə etdiyi həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid9 və Cavid İsmayılova məxsus cəmi 145.000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ələ keçirib sonunculara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Cavid İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncu və Şahid9 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 2021-ci ilin əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə, xarici ölkədə alınmış ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid6 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək Şahid6 ali təhsil haqqında diplomunu və xarici pasportunu götürüb qısa müddətə diplomun tanınmasına nail olacağını yalandan ona vəd edib, bu müddət ərzində heç bir hərəkət etmədiyindən Şahid6 özünə olan çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə 26.05.2021-ci il tarixdə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X9nin “İdarə Heyəti sədrinin müavini səlahiyyətlərini icra edən, Təhsil Nazirliyinin Audit Şöbəsinin baş məsləhətçisi” qrafasının qarşısında imzalanmış 27.05.2021-ci il tarixli N-121/05-TKTA nömrəli arayışa yalandan “Şahid6 xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün elektron ərizə vasitəsilə Təhsildə X9nə müraciət edildiyini və sənədlərin hal-hazırda araşdırılmaqda olduğu”-nu yazıb saxta rəsmi sənədi bilə-bilə yalan məlumatlar daxil edib saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid4 Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınması və Təhsildə X9ndə keçiriləcək şifahi müsahibənin tezləşdirilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin yanvar ayında sonuncunun özünə müraciətindən sonra Şahid4 guya özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsilə ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınması və Təhsildə X9ndə keçiriləcək şifahi müsahibənin tezləşdirilməsi imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanında görüşləri zamanı Şahid4 aldatmaqla deyib, sonuncunun razılığını almaqla onunla sövdələşdikdən sonra Şahid4 məxsus 7.000 manat pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün sonuncudan vətəndaşlıq pasportu, xarici ölkədə aldığı ali təhsil haqqında diplomun, qiymət cədvəlinin verilməsinin zəruri olmasını bildirməklə özünə inam yaratdıqdan sonra 11.01.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanının qarşısında Şahid4 məxsus vətəndaşlıq pasportu, xarici ölkədə aldığı ali təhsil haqqında diplomu, qiymət cədvəlini və 7.000 manat pul vəsaitini sonuncudan alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, 2021-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən tarixdə qohumu X6 Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən sonuncunun xalası oğlu Şahid5 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin tanınmada edəcəyi köməkliyə görə sonuncunun gələcəkdə özünə müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanının qarşısında Şahid5 Sevinc Əhmədovanın ali təhsil haqqında diplomunu, qiymət cədvəlini və xarici pasportunu götürüb qısa müddətə diplomun tanınmasına nail olacağını vəd edib, bu müddət ərzində heç bir hərəkət etmədiyindən Şahid5 özünə qarşı olan çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən sonuncunun vasitəsilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 126389 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X6 adına 12.07.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877” yazılarını Təqsirləndirilən şəxs1 yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun müvafiq diplom əsasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124775 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X6 adına 12.07.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877” yazılarını Təqsirləndirilən şəxs1 yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin mart-aprel aylarında istintaqla müəyyən edilməyən tarixdə Şahid1 Rusiya Federasiyası Moskva X8 tərəfindən verilmiş ali təhsil diplomunun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən sonuncunun atası Şahid2 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin tanınmada edəcəyi köməkliyə görə sonuncunun gələcəkdə özünə müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra Şahid2 Şahid1 xarici ölkədə aldığı ali təhsil haqqında diplomunun surətini götürüb, sonradan guya sənədlərin baxılma prosesində olduğunu yalandan bildirib, lakin bu müddət ərzində heç bir hərəkət etmədiyindən Şahid2 özünə qarşı olan çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə tanışı olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən sonuncunun vasitəsilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 125745 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına 04.09.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X8” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını Təqsirləndirilən şəxs1 yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 122623 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına 04.09.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X8” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını Təqsirləndirilən şəxs1 yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırladıqdan sonra həmin ərəfədə qeyd edilən saxta 125745 və 12623 nömrəli rəsmi sənədlərin şəklini Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli telefonunda quraşdırılmış “WhatsApp” mobil tətbiqetməsinə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli telefonla göndərməklə bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid3 Ukrayna Respublikasının MAUP Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi barədə 2021-ci ilin aprel ayında sonuncunun özünə müraciətindən sonra Şahid3 guya özünün Azərbaycan Respublikasının Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin Nazirlikdə işləyən öz tanışları vasitəsi ilə ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınması və Təhsildə X9ndə keçiriləcək şifahi müsahibənin tezləşdirilməsi imkanına malik olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Nazirlikdə yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Sumqayıt şəhəri, Novxanı qəsəbəsində görüşləri zamanı Şahid3 aldatmaqla deyib, sonuncunun razılığını almaqla onunla sövdələşdikdən sonra Şahid3 məxsus 15.000 manat pul vəsaitini ələ keçirmək məqsədi ilə inandırmaq, eyni zamanda öz niyyətini pərdələmək üçün sonuncuya vətəndaşlıq pasportu və orta təhsil almasına dair attestatının verilməsinin zəruri olduğunu bildirməklə özünə inam yaratdıqdan sonra 2021-ci ilin aprel ayında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən “Okean” marketin qarşısında Şahid3 məxsus vətəndaşlıq pasportu, orta təhsil almasına dair attestat, 6 ədəd 3x4 sm ölçüdə şəkillər və 15.000 manat pul vəsaitini ondan alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə Şahid3 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, 2021 -ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünə müraciət edən Şahid7 özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin tanınmada edəcəyi köməkliyə görə sonuncunun gələcəkdə özünə müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Şahid7 ali təhsil haqqında diplomunu və xarici pasportunu götürüb qısa müddətə diplomun tanınmasına nail olacağını vəd edib, bu müddət ərzində heç bir hərəkət etmədiyindən Şahid7 özünə çoxsaylı müraciətlərinə müvəqqəti həll tapmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən sonuncunun vasitəsilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124398 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid7 adına 30.06.2019-cu il tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu B19 № 081451” yazılarını Təqsirləndirilən şəxs1 yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz olaraq vahid niyyətlə hazırlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin fevral-mart aylarında istintaqla müəyyən edilməyən tarixdə X6 Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomunun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünün tanışı olan Təqsirləndirilən şəxs3 müraciət edən Şahid5 Təqsirləndirilən şəxs3 həmin tanınmada edəcəyi köməkliyə görə Şahid5 gələcəkdə Təqsirləndirilən şəxs3 müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs3 tərəfindən Şahid5 Sevinc Əhmədovanın ali təhsil haqqında diplomu, qiymət cədvəli və xarici pasportu götürüldükdən və qısa müddətə diplomun tanınması barədə verilmiş vədə əməl edilmədiyindən Şahid5 Təqsirləndirilən şəxs3 qarşı olan çoxsaylı müraciətindən sonra sonuncun xahişi ilə müvəqqəti həll tapmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən şəxsən istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 126389 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X6 adına 12.07.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877" yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun müvafiq diplom əsasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124775 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “X6 adına 12.07.2017-ci il tarixdə Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu №132305 0634877" yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin mart-aprel aylarında istintaqla müəyyən edilməyən tarixdə Şahid1 Rusiya Federasiyası Moskva X8 tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınmasında köməklik göstərilməsi üçün özünün tanışı olan Təqsirləndirilən şəxs3 müraciət edən Şahid1 atası Şahid2 Təqsirləndirilən şəxs3 həmin tanınmada edəcəyi köməkliyə görə Şahid2 gələcəkdə Təqsirləndirilən şəxs3 müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs3 tərəfindən Şahid2 Şahid1 xarici ölkədə aldığı ali təhsil haqqında diplomunun surəti götürüldükdən və qısa müddətə diplomun tanınması barədə verilmiş vədə əməl edilmədiyindən Şahid5 Təqsirləndirilən şəxs3 qarşı olan çoxsaylı müraciətindən sonra sonuncun xahişi ilə müvəqqəti həll tapmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən şəxsən istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 125745 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına 04.09.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X8” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplom əsasında iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması, eyni qaydada şəxsən əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir” qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 122623 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid1 adına 04.09.2014-cü il tarixdə Rusiya Federasiyası Moskva X8” tərəfindən verilmiş mütəxəssis diplomu №137724 0792697” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarıb həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Bundan başqa, o, təkrarən, 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərilməsi üçün özünün tanışı olan Təqsirləndirilən şəxs3 müraciət edən Şahid7 Təqsirləndirilən şəxs3 həmin tanınmada edəcəyi köməkliyə görə Şahid7 gələcəkdə Təqsirləndirilən şəxs3 müəyyən məbləğdə pul vəsaiti verəcəyinə razılaşdıqdan sonra 2021-ci ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən tarixdə Təqsirləndirilən şəxs3 tərəfindən Şahid7 ali təhsil haqqında diplomu və xarici pasportu götürüldükdən və qısa müddətə diplomun tanınması barədə verilmiş vədə əməl edilmədiyindən Şahid5 Təqsirləndirilən şəxs3 qarşı olan çoxsaylı müraciətindən sonra sonuncun xahişi ilə müvəqqəti həll tapmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən şəxsən istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Nazir" qrafasının qarşısında imzalanmış və həmin nazirliyin dairəvi möhürü ilə təsdiq edilmiş 124398 Qeydiyyat nömrəli Şəhadətnamə nümunəsinin boş qrafalarına Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə kompüterdə “Şahid7 adına 30.06.2019-cu il tarixdə Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti” tərəfindən verilmiş mütəxəssis diplomu B19 № 081451” yazılarını yazıb surət çıxaran qurğuda surətini çıxarmaqla həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə yalan məlumatlar daxil edib təkrarən saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilmir, CM-nin 32.4, 312.2-ci maddəsi ilə özünü təqsirli bilir. 2020-ci ilin yay aylarında Şahid9 bir nəfər tanışı Cavid adlı şəxsə məxsus “X24” MMC-nin dövlət büdcəsinə ödənilməli olan 845.000 manat vergi borcu olduğunu bildirmişdir. O, Şahid9 22 ildir ki tanıyır, uzun müddətdir ki, yaxın münasibətləri olmuş, ailəvi bir-birlərinin evinə gedib-gəlmişlər. O, həmin dövrdə pandemiya olduğundan vergi borcu olanlara güzəştlər olduğunu eşitmişdir. Şahinə bildirmişdir ki, bir adam tapıb köməklik edər. Həmin işin həlli üçün Şahinlə 135.000 manata razılaşmışdır. Şahin ona demişdir ki, bu işə kömək etmək lazımdır, hətta Şahin bildirmişdir ki, həmin adam böyük vəzifəli şəxsin adamıdır. Həmin Cavid adlı şəxsdən 200.000 manat alacaq, iş həll olunsa qalan pulu böləcəklər. O, həmin işin həll olunması istiqamətində köməklik etməyə çalışmışdır. Qeyd etmək istəyir ki, onun Ramin adlı bir tanışı var imiş, o, uzun illər auditor vəzifəsində işləmiş və vergi borclarının silinməsində fəaliyyət göstərmişdir. Ramilin hal-hazırda anket məlumatlarını, soyadını, atasının adını, telefonunu, yaşadığı ünvanı xatırlamır. O, bu məsələnin həlli üçün Ramilə müraciət etmiş və Ramil müəyyən pul müqabilində bu işdə ona köməklik edəcəyəni söz vermişdir. Ramil bu işi həll edə biləcəyini demiş və bu işin həll oluması üçün 130.000 manat pul istəmiş, yəni, 15.000 manat özünə, 15.000 manat ekspert xərclərinə görə, 100.000 manat vergilər xidmətinə borcu ödəmək üçün pul istəmişdir. O, əvvəl Ramili Çingizin işçisi kimi bilib eşitmişdir ki, Çingizin böyük şirkəti var və o, yalnız vergi borclarının silinməsi ilə məşğul olur. Sonradan eşitmişdir ki, Çingizi həbs etmişlər. 2020-ci ilin iyul ayında ona məxsus ünvan 10 ünvanında yerləşən ofisində Şahid9 15.000 manat məbləğində pul almışdır. İkinci dəfə isə 30.000 manat pul almışdır. Bundan sonrakı dövrdə ayrı-ayrı vaxtlarda qalan pulu isə tanışı Təqsirləndirilən şəxs3 vasitəsilə Şahid9 almışdır. Belə ki, həmin dövrdə o, Azərbaycanda olmadığından Turaldan xahiş etmişdir ki, pulu Şahindən Tural götürsün. Tural da onunla əlaqə saxlayıb ayrı-ayrı vaxtlarda Şahinlə görüşüb ondan qalan pulu götürdüyünü bildirmişdir. Ramil vergi borcunun ödənildiyini bildirmiş, hətta onun telefonuna borcun ödənilməsi barədə sənədin şəkli də göndərilmişdir. Səhv etmirsə, bu işə görə 15.000 manat Ramilin özünə verilmiş, 14.000 manat isə ona çatmışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, sonra həmin pulu qaytarmışdır. O da telefonda göndərilən sənədi Şahinə göstərmişdir. Şahin özü də sistemə baxarkən vergiyə olan borcun silindiyini görmüşdür. Sonradan isə Şahin ona bildirmişdir ki, Vergilər Nazirliyində həmin borc silinməmiş və bu səbəbdən Şahin ona müraciət edərək məsələni dəqiqləşdirməyini tələb etmişdir. Lakin, o, Ramili tapa bilməmişdir. Şahid9 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətindən dərhal sonra dəymiş ziyan onun tərəfindən tam olaraq ödənilmişdir. Əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Turalın Şahindən aldığı 100.000 manatı o, Ramilə vermişdir. O, Bakı şəhərində deyilmiş, ona görə də Turaldan xahiş etmişdir ki, Şahindən pulu götürsün. O, Təqsirləndirilən şəxs3 özünü Dövlət Vergi Xidmətinin əməkdaşı “Orxan” kimi təqdim etməsini deməmiş, Tural özü Şahid9 belə demişdir. Bu hissədə istintaqa verdiyi ifadəni təsdiq etmir. Ramil adlı şəxs ona demişdir ki, pandemiyaya görə vergi borcuna güzəşt olacaq. O, pulu rüşvət kimi götürməmişdir. Vergiyə olan borcun ödənilməsi üçün götürmüşdür. Dəymiş maddi ziyanı ödəmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 49-52-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «... Mən bu işə köməklik göstərmək müqabilində Şahindən 100.000 manat məsələnin həlli üçün, 15.000 manat ekspertiza xərci kimi, 30.000 manat da zəhmət haqqı kimi özümə götürməyi planlaşdırdığım ümumilikdə 145.000 manat pul alacağımı və həmin pulu Dövlət Vergi Xidməti ilə bağlı problemlərin həll olunması istiqamətində işləyən Çingiz adlı tanışıma verəcəyimi bildirdim. ...Şahin dəqiq xatırlamadığım tarixdə ilkin olaraq mənim direktoru olduğum Ayxan-Dəniz MMC-nin Yasamal rayonu ərazisində yerləşən ofisimdə 15.000 manat, bir müddət sonra isə Dənizkənarı bulvarda 30.000 manat pul verdi. Daha sonra isə səhv etmirəmsə avqust ayında Monteneqro Respublikasında olduğumdan Şahinin mənə verməli olduğu 100.000 manat pulu Təqsirləndirilən şəxs3 verməsini dedim. Tural mənimlə əlaqə saxlayaraq Şahindən ayrı-ayrı məbləğlərdə ümumilikdə 100.000 manat pulu götürdüyünü bildirmişdir. ...Aldığım 145.000 manat pulun 100.000 manatını Vergilər Xidmətinin Lokal Gəlirlər Departamentinə ödədim geri qalan 45.000 manatı isə özümə götürdüm. Həmin 45.000 manatın 15000 manatı ekspertiza xərclərinə sərf edilmişdir. 30000 manatı isə 14000 manatı mənə, 16000 manatı isə Çingizin işçisi audit şirkətinin əməkdaşına verildi. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadəsində verilən pulun məbləği 145.000 manat yazılmış, lakin alınan pul 135.000 manat olmuşdur. O, istintaq orqanına deməmişdir ki, vaxt qazanmaq üçün Təqsirləndirilən şəxs3 özünü Dövlət Vergi Xidmətinin əməkdaşı olan “Orxan” kimi təqdim etsin. Bu yalandır. İfadəsində düz yazılmamışdır ki, o, 145.000 manatı özünə götürmüş, ona cəmi 14.000 manat pul qalmışdır. Lakin, o, məcburiyyət qarşısında Şahinə 145.000 manat pul qaytarmışdır. Onun Təqsirləndirilən şəxs3 ilə “whatsapp” proqramı ilə yazışmaları olmuş, hal- hazırda həmin yazışmaların məzmununu xatırlamır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilir, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilmir. Təqsirləndirilən şəxs2 qardaşı Elmir Həşimovla hərbi xidmətdə olmuş, Təqsirləndirilən şəxs2 da qardaşı Elmirə görə tanımışdır. Münasibətləri yaxışı olmuşdur. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs2 ona müraciət edərək Şahid9 adlı tanışının Dövlət Vergi Xidməti ilə bağlı problemi olduğunu, həmin problemin həlli ilə bağlı Şahinə köməklik edəcəyini, onun nömrəsini Şahinə verəcəyini və Şahinə özünü Dövlət Vergi Xidmətində işləyən Orxan adlı şəxs kimi təqdim edib danışmağını xahiş etmişdir. O, ümumiyyətlə Elnurun nə işlə məşğul olduğunu bilməmişdir. Həmin vaxt da Elnurun ona belə bir söz deməklə nə etdiyini başa düşməmiş, sadəcə olaraq aralarında olan münasibətə görə sözünü yerə sala bilməmişdir. Bundan sonra dəfələrlə Şahid9la həm “whatsapp”-la yazışmış, həm də telefonla əlaqə saxlamışdır. O, Elnurun deməsinə görə Şahid9la Dövlət Vergi Xidmətinin əməkdaşı olan Orxan adlı şəxs kimi danışmışdır. Şahid9 ondan tez-tez “LSS” adlı şirkətin işlərinin nə yerdə olduğunu soruşmuşdur. O, bu məsələlərdən başı çıxmadığından Elnurdan nə cavab verməyini soruşurmuş, Elnur nə cavab verməyini ona dedikdən sonra Şahinə həmin məzmunda cavab vermişdir. Bu barədə Təqsirləndirilən şəxs2la telefon vasitəsi ilə “whatsapp”-la yazışmış və Elnur ona istiqamət göstərmişdir. Sonradan həmin yazışmaları Baş prokurorluğa özü könüllü olaraq təqdim etmişdir. Həmin məsələ ilə bağlı ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs2 xahişi ilə tanışları Dəyanət və Əlinin vasitəsilə ümumilikdə səhv etmirsə 130.000 manat məbləğində pul vəsaitini Şahid9 alaraq Təqsirləndirilən şəxs2 çatdırmışdır. Həmçinin, Şahid9, hörmət olaraq ona iki dəfə pay göndərmişdir. O, hər dəfə pulu və göndərilən payı müxtəlif tanışları vasitəsi ilə qəbul etmişdir. Özü Şahid9la görüşmürmüş, Şahinin yanına adam göndərirmiş və bildirirmiş ki, həmin şəxs onun sürücüsüdür. Təqsirləndirilən şəxs2 həmin pulları Şahin adlı şəxsdən nə üçün almasını bilməmişdir. Sonradan Şahid9 onun əsl kimliyini bilmişdir. Səhv etmirsə Elnur dəymiş ziyanı tam olaraq qaytarmışdır. Ona verilmiş digər ittihamlarla əlaqədar onu bildirmək istəyir ki, bir müddət xarici ölkədə alınmış ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında köməklik göstərmiş, yəni, hal-hazırda adını xatırlamadığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı vasitəsi ilə xarici ölkələrdə təhsil almış müxtəlif şəxslərin ali təhsil haqqında diplomunu Azərbaycan Respublikasında tanınmasında vasitəçilik etmişdir. Lakin, sonradan həmin şəxs işdən azad olunmuş, lakin müxtəlif şəxslər yenə də bu istiqamətdə onlara köməklik edilməsi üçün ona müraciətlər edirmişlər. Belə ki, Şahid4 və Şahid3 xarici ölkə ali təhsil diplomlarının Azərbaycan Respublikasında tanınması üçün onlardan sənədləri ilə birlikdə 7.000 və 15.000 manat məbləğində pul almışdır. Ancaq həmin şəxslərə bu barədə heç bir köməklik edə bilməmişdir. Odur ki, istintaq dövründə həm Seymurun ona verdiyi 7.000 manat, həm də Rəşadın ona verdiyi 15.000 manat məbləğində pul vəsaitlərini geri qaytarmışdır. Onu da əlavə etmək istəyir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyində xarici ölkədə alınmış ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasında ona köməklik göstərilməsi üçün adam axtarmışdır. Təssadüfən hadisədən bir müddət əvvəl bir məclisdə Təqsirləndirilən şəxs1 görüb tanış olmuşdur. Bildiyinə görə Təranə Bakı Dövlət Universitetində işləmişdir. Onun Təhsildə Keyfiyət Təminatı Agentliyində tanışı olmuşdur. Ona görə də Sevinc Əhmədova, Şahid7 və Şahid1 diplomlarının tanınması barədə saxta şəhadətnamələrin hazırlanmasını o, Təqsirləndirilən şəxs1 xahiş etmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda xatırlamadığı real bir şəhadətnaməni təqdim etmiş, həmin sənədin üzərində qeyd olunan şəxslər üçün saxta şəhadətnamələri hazırlamasını bildirmişdir. Bunda məqsədi həmin şəxslərin artıq uzun müddətdir ki, şəhadətnamələrin verilməsini gözləməsi nəticəsində olan çoxsaylı iradlara müvəqqəti çıxış yolu tapmaq olmuşdur. Təqsirləndirilən şəxs1 müraciət edərək ona kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da həmin şəxslərlə bağlı şəhadətnamələri tərtib edərək ona təqdim etmişdir. Lakin o, həmin sənədləri vətəndaşlara təqdim etməmişdir. Yalnız Şahid1 şəhadətnaməsinin şəklini Adilin atası Şahid2 “whatsapp” vasitəsilə göndərmişdir. Şahid2 yalnız sənəd elektron sistemə qeydiyyatdan keçirildikdən sonra verilə biləcəyimi demişdir. Şahid6 Təhsildə X9 tərəfindən verilmiş, guya onun sənədlərinin hal-hazırda baxılmaqda olduğu barədə arayışı da özü vaxt qazanmaq üçün hazırlamışdır. Həmin sənədi kompüter vasitəsilə hazırlayıb, sənədin üzərinə gerbli başlıq düzəldib çap aparatı vasitəsilə çap etmişdir. Sonra isə ağlına gələn bir nömrə qoyub imzalamışdır. Həmin sənədin nümunəsini başqa şəxslər üçün Agentlik tərəfindən verilmiş arayışlardan götürmüşdür. Çünki ehtimal etmişdir ki, Elçin də çox vaxt keçdiyi üçün onu narahat edəcək. Həmin arayışı Elçinə göstərib vaxt qazana biləcəyini düşünsə də, buna ehtiyac olmamış və sənədi Elçinə verməmişdir. Bu səbəbdən də həmin sənəd avtomobildən aşkar olunmuşdur. Lakin, o, heç kimə rüşvət verməmişdir. Əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2la dost olduğu üçün Elnurun xahişi ilə Şahin adlı şəxsdən pulu almağa razılaşmışdır. Təqsirləndirilən şəxs2 deməsinə görə o, Şahinə özünü Dövlət Vergi Xidmətinin əməkdaşı Orxan kimi təqdim etmişdir. O, bilməmişdir ki, Şahinlə Elnur arasında hansı məsələ ilə bağlı danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs2 Şahindən aldığı pullara görə ona heç bir məbləğdə pul verməmişdir. Sadəcə dost olduğu üçün Elnurun xahişi ilə Şahin adlı şəxsdən həmin pulları götürmüşdür. Təqsirləndirilən şəxs1 ona verdiyi sənədləri o, heç kimə təqdim etməmişdir. O, dəqiq xatırlamır, Elnurun xahişi ilə Şahin adlı şəxsdən səhv etmirsə 130 min manat götürmüş, bəlkə də az olmuş, hazırda dəqiq xatırlamır. Şahin ona içki hədiyyə etmişdir. O, əvvəllər Təhsil Nazirliyndə diplom tanıtdırmışdır. Bir nəfər nazirlikdə işləyən adını xatırlamadığı şəxsin vasitəsi ilə 10-15 min manata tanıtdırmışdır. Həmin diplomlar saxta olmamışdır. Hazırda həmin şəxs nazirlikdə işləmir, onun anket məlumatlarını, telefonunu, ünvanını bilmir. Bu çoxdan olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mərdəli müəllimlə birlikdə xarici ölkələrdə təhsil almış müxtəlif şəxslərin ali təhsil haqqında diplomunu Azərbaycan Respublikasında tanınması üçün zəruri sənədlərin toplanmasında və Təhsil Nazirliyinə müraciət ərizələrinin yazılmasında köməklik göstərmişdir. Bəzi hallarda Təhsil Nazirliyi onların müraciətlərini qəbul etməmiş və ya imtina cavabı vermişdir. Belə olan halda onlar bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edirmişlər və bəzən məhkəmə yolu ilə sənədləri tanıtdıraraq, diplomlar alırmışlar. Tanışı Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilə baxış keçirilən zaman aşkar olunmuş Sevinc Əhmədova, Şahid7 və Şahid1 xarici ölkə ali təhsil diplomlarının ölkə ərazisində tanınması və ixtisaslarının ekvivalentliyinin tanınması barədə olan şəhadətnamələri o, hazırlamışdır. Təqsirləndirilən şəxs3 həmin vətəndaşların sənədlərinin hazırlamasını ondan bir neçə dəfə xahiş etmiş və o, öz razılığını bildirmişdir. Təqsirləndirilən şəxs3 ona bir nümunə göndərərək həmin nümunənin üzərində adı çəkilən şəxslər üçün də şəhadətnamələr hazırlamağını demişdir. Təqsirləndirilən şəxs3 şəhadətnamələri həmin şəxslərə verməyəcəyini və sadəcə olaraq göstərmək istədiyini bildirmişdir. O, şəhadətnamələri düzəltmək qərarına gəlmişdir. Belə ki, X6 Rusiya Federasiyası Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom əsasında hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması və həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan 124775 və 126389 qeydiyyat nömrəli, Şahid1 Rusiya Federasiyası Moskva X8 tərəfindən verilmiş ali təhsil haqqında diplomun iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması və həmin diplomun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan 125745 və 122623 qeydiyyat nömrəli və Şahid7 Ukrayna Respublikası Dövlət İnfrastruktur və Texnologiya Universiteti tərəfindən verilmiş mütəxəssis diplomunun Azərbaycan Respublikasında tanınması və diplom sahibinin təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququnun verilməsi görüntüsü yaradan 124398 nömrəli şəhadətnamələri onun bir yaxın tanışının vasitəsilə hazırlamışdır. Göstərilən şəhadətnamələrdə olan seriya nömrələr təsadüfən yazılan nömrələr olmuşdur. Turalın ona təqdim etdiyi dəqiq xatırlamadığı şəhadətnamə nümunəsinin üzərində skan etmək yolu ilə hazırlanmışdır. Lakin, o, öz hüququndan istifadə edərək, həmin saxta sənədləri harada hazırlanmasını deməkdən imtina edir. Həmin şəhadətnamələri heç kəsə təqdim etməmişdir. Ancaq 2021-ci ilin mart ayında “Gənclik” metrostansiyasının yaxınlığında Turala vermişdir. Bildiyinə görə Tural da həmin sənədləri heç kəsə təqdim etməmişdir. Həmin sənədlər üçün Təqsirləndirilən şəxs3 ona heç bir məbləğdə pul vəd etməmiş və ona pul verməmişdir. Əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, həmin sənədi hazırlayan şəxsin adını demək istəmir. Təqsirləndirilən şəxs3 həmin sənədləri kiməsə göstərmək məqsədi ilə lazım olduğunu demiş, həmin sənədləri heç kimə verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. O, orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyası, Dağıstan Respublikasında yerləşən Moskva X8nda iqtisadiyyat ixtisası üzrə ali təhsil almışdır. Ali təhsili 2010- 2014-cü illərdə davam etmişdir. O, təhsilini başa vurub Azərbaycana gəldikdən sonra ali təhsil almağı ilə bağlı diplomun ölkə ərazisində tanınması üçün 2019-cu ildə aidiyyəti sənədlərlə birlikdə Təhsil Nazirliyinə müraciət etmişdir. O, müsahibəyə dəvət edilmişdir. Bütün proseslər yekunlaşdıqdan sonra diplomun ölkə ərazisində tanınması barədə imtina cavabı gəlmişdir. Həmin vaxt pandemiya dövrünə düşdüyü üçün yenidən müraciət edə bilməmişdir. Bir müddət keçdikdən sonra 2020-ci ilin sonlarında yenidən müraciət etmişdir. 2021-ci ilin mart-aprel aylarında atası tanışı Bəhrəm adlı şəxslə bu barədə danışarkən Bəhrəm oğlu Təqsirləndirilən şəxs3 bu sahə üzrə işlədiyini bildirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs3 tanımamşdır. Bundan sonra atası Turalla danışaraq onun diplomunun təsdiq edilmiş surətini Turala vermişdir. Tural araşdırıb atasına məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra Tural sənədlərin baxılma prosesində olduğunu və nəticədə təsdiq olunacağını demişdir. Tural bu işləri gördüyü üçün atasından pul istəməmişdir. Onun adına yazılmış şəhadətnamələrin şəklini Tural atasına “whatsapp” vasitəsilə göndərmişdir. Tural atasına sənədlərin hazır olduğunu, ancaq elektron sistemdə təsdiq olunmasını gözlədiyini demişdir. Ancaq həmin şəhadətnamələri nə ona, nə də atasına təqdim etməmişdir. Həmin sənədlərin saxta olması barədə onun məlumatı olmamışdır. Həmin sənədlər ümumiyyətlə onlara təqdim edilməmişdir. Ancaq şəkillərini görmüşdür. O, qiyabi oxumuş və hər dəfə imtahanlara getmişdir. Hər dəfə imtahan sessiyalarında o, gedib imtahanları vermişdir. Elə olmuşdur ki, ayda iki dəfə getmişdir. O, orta məktəbi rus dilində oxumuşdur. Atasının deməsinə görə atası Turala heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. Oğlu Şahid1 orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyası, Dağıstan Respublikasında yerləşən Moskva X8nda iqtisadiyyat ixtisası üzrə ali təhsil almışdır. 2014-cü ildə ali təhsilini başa vurub, Azərbaycana gəldikdən sonra ali təhsil alması barədə diplomun ölkə ərazisində tanınması üçün 2019-cu ildə aidiyyəti sənədlərlə birlikdə Təhsil Nazirliyinə müraciət etmişdir. Bundan sonra oğlunu müsahibəyə dəvət etmişlər. Lakin bütün proseslər yekunlaşdıqdan sonra diplomun ölkə ərazisində tanınması barədə imtina cavabı gəlmişdir. Bir müddət keçdikdən sonra 2020-ci ilin sonlarında yenidən oğlu müraciət etmişdir. 2021-ci ilin mart-aprel aylarında tanışı Bəhrəmla bu barədə söhbət edərkən Bəhrəm oğlu Turalın bu sahə üzrə işlədiyini bildirmişdir. O da fikirləşmişdir ki, Tural nə üçün Təhsil Nazirliyi tətəfindən diplomun tanınmamasını bilər. Tural da bu işi həll edə biləcəyini demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs3 tanımamışdır. Bundan sonra o, Turalla danışaraq oğlunun diplomunun təsdiq edilmiş surətini Turala vermişdir. Tural araşdırıb məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra Tural sənədlərin baxılma prosesində olduğunu və nəticədə təsdiq olunacağını demişdir. Sonra şəhadətnamələrin şəklini Tural ona “whatsapp” vasitəsilə göndərmişdir. Hətta Tural ona sənədlərin hazır olduğunu, elektron sistemdə təsdiq olunmasını gözlədiyini demişdir. Ancaq həmin şəhadətnamələri ona təqdim etməmişdir. Həmin sənədlərin saxta olması barədə onun məlumatı olmamışdır. O, sənədlərin saxta olmasını bilməmişdir. Turala heç bir məbləğdə pul verməmişdir. O, ancaq telefonda sənədlərin şəklini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs3 2002-ci ildən tanıyır, aralarında yaxın dostluq münasibətləri var. 2020-ci ilin yay aylarında təxminən may-iyun aylarında Tural ona zəng edərək bildirmişdir ki, onun nömrəsini bir nəfərə vermiş, həmin adam ona zəng edəcək, onunla görüşsün, həmin həxs ona nə isə bir şey verəcək. Bundan sonra ona tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs onu Şəki restoranının yanına çağırmış və bildirmişdir ki, müəllimə bir şey çatacaq. O, idarə etdiyi avtomobili ilə həmin yerə getmişdir. Orada Vaz 21014 markalı avtomobildən bir nəfər düşərək ona bir karobkada quzu əti, bir salafan torbada bir neçə ədəd çolpa, bir torbada meyvə-tərəvəz, pendir və s. kənd məhsulları vermişdir. O da həmin ərzaqları götürüb Heydər Əliyev prospektində Turala vermişdir. Bundan bir müddət sonra Tural ona zəng edərək yenə də ona bir nəfərin zəng edəcəyini, gedib həmin şəxsdən pul götürməyini bildirmişdir. Bundan sonra yenə də həmin nömrədən ona zəng gəlmiş və həmin şəxs ona bildirmişdir ki, müəllimə çatacaq əmanət var, gəl İctimai Televiziyanın yanına oradan götür. O da İctimai Televiziyanın yanına gedib, orada “Azpetrol” yanacaq doldurma məntəqəsinin içərisində dayanıb həmin şəxslə görüşmüşdür. Həmin şəxs torbada bükülü halda ona pul verib bildirmişdir ki, pul müəllimə çatacaq. Həmin vaxt nə o, nə də ki, pulu verən şəxs pulu saymamışlar. Bu səbəbdən həmin pulun məbləğindən məlumatı olmamışdır. Pulu gətirib Nərimanov rayonu ərazisində, metronun ətrafında Turala vermişdir. Tural da pulu saymadan ondan götürmüş və cibindən 100 manat çıxardaraq ona vermişdir. O, Turaldan həmin pulun nə pul olduğunu soruşduqda, Tural ona bildirmişdir ki, pul Həciyə, yəni dostu Elnura çatacaq. O, Elnuru tanımasa da, yəni heç vaxt görüşməsə də, adını həmişə Turaldan eşitmiş, Turalın Elnurla yaxın münasibətləri olduğunu bilmişdir. Bundan sonra bir dəfə də Turalın ondan xahiş etməsinə görə Qələbə dairəsi deyilən yerdə həmin şəxslə görüşərək iki qutu “Oliqarx” adlı spirtli içkini götürüb Turala vermişdir. Bundan başqa bir dəfə də Tural ondan həmin şəxslə görüşüb pul götürməyini xahiş etmiş, lakin, o, həmin vaxt İmişli rayonunda olduğundan, gedə bilməmişdir. Daha sonra Tural həmin şəxsin nömrəsini bacanağı Dəyanətə göndərməyini demişdir. O da həmin şəxsin nömrəsini “whatsapp” vasitəsi ilə Dəyanətə göndərmişdir. Tural və yaxud başqa bir şəxs ona Turalın Orxan adı ilə ona pul və ərzaq göndərən şəxsin yanında tanındığını deməmişdir. Ona pulu verən şəxs pulun müəllimə çatağacını deyəndə Turalı nəzərdə tutmuş, çünki onun telefon nömrəsini Tural həmin şəxsə vermişdir. Tural ona bu işləri gördüyü üçün 100 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə əvvəlcə bakalavr, sonradan isə magistr təhsili almışdır. Magistr təhsilini bitirdikdən sonra isə doktoranturaya qəbul olunmuşdur. Hazırda təhsilini davam etdirir. Bundan başqa 2014-cü ildə Polşa Respublikasında distant olaraq hüquq üzrə 2-ci ali təhsil almağa başlamışdır. 2017-ci ildə isə köçürülmə yolu ilə Ukrayna Respublikası Kiyev şəhərində yerləşən “MAUP” Universitetinə keçərək təhsilini davam etdirmişdir. 2018-ci ildə Sumqayıt Prokurorluğunda mütəxəsis vəzifəsində işləmişdir. 2020-ci ildə Ukrayna Respublikası Kiyev şəhərinin “MAUP” Universitetinin diplomunu apostil təsdiqi edərək Azərbaycan Respublikasında tanınması üçün müvafiq olaraq Təhsil Nazirliyinin aidiyyəti qurumlarına müraciət etmişdir. Müraciətdən sonra onlayn qaydada müsahibədən keçmiş və 2020-ci ilin sonlarında isə ona imtina cavabı gəlmişdir. İmtina cavabının səbəbi Polşa Respublikasında distant formada oxumağı qeyd olunmuşdur. Deyilənə görə sonradan qiyabi əsaslar üzrə təhsilini davam etdirdiyi dərs yükü diplomun tanınması üçün kifayət etməmişdir. Ancaq o, distant formada olsa belə təhsil almışdır. İmtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmək haqqında düşünmüşdür. Ortaq tanışlar vasitəsilə 2021ci ilin aprel ayında Təqsirləndirilən şəxs3 adlı şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs3 özünü ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. O, Turala öz problemi barədə məlumat vermiş və imtina cavabı aldığını izah etmişdir. Tural diplomun tanınması ilə bağlı kömək edəcəyini söz vermişdir. Turalın deməsinə görə ya diplomu Təhsil Nazirliyi tərəfindən adi qaydada, ya da məhkəmə yolu ilə tanıdacaqmış. Tural həmin məsələni kiminsə vasitəsilə yox, özünün həll edəcəyini demişdir. Tural həmin məsələnin həlli üçün ondan 15.000 manat pul tələb etmişdir. O, Turalın istədiyi 15.000 manatı 2021-ci ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Okean” marketin qarşısında Əfqan adlı ortaq tanışının yanında vermişdir. Təqsirləndirilən şəxs3 əvvəlcə 2 aya məsələni həll edəcəyini söz vermişdir. Sonradan isə guya prosesin yekunlaşmasının 1 ay daha uzanacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 ilə dəfələrlə telefon əlaqələri olmuşdur. Tural hər dəfə yalan vəd verərək qısa müddət sonra işin həll olunacağını bildirsə də, diplomun tanınmasını həll edə bilməmişdir. Təqsirləndirilən şəxs3 sonradan ad çəkmədən həmin pulu aidiyyəti şəxslərə paylaşdırdığını bildirmiş, lakin hansı məbləğdə hansı şəxslərə verməsini deməmişdir. Həmin pulun rüşvət kimi verilməsini bilməmişdir. Tural demişdir ki, məhkəməyə müraciət etmək, sənədləşmə və vəkil üçün ödənişlər, xidmət haqları olacaq. Həmçinin yeni müraciət üçün xidmət haqqı ödəyəcəyini də demişdir. O, Təqsirləndirilən şəxs3 barəsində heç yerə şikayət etməmişdir. Ona görə ki, ona demişdir ki, iş həll olunur. Sonradan o, Korrupsiyaya qarşı Mübarizə idarəsinə dəvət olunarkən bilmişdir ki, Tural Sadıxzdə Təhsil Nazirliyində işləmir və onun diplomun tanınması barədə ona dedikləri də yalandır. Pulu ondan alanda Təqsirləndirilən şəxs3 işi Təhsil Nazirliyi ilə həll olunmasa məhkəmə qaydasında həll olunacağını demiş, bildirmişdir ki, bəzi sənədlərin Polşadan alınmasına, sənədlərin tərcümə olunmasına, vəkillə müqavilə bağlanmasına və digər işlər üçün ondan 15000 manatı alır. O, rüşvət kimi pul verilməsi ilə əlaqədar hüquq-mühafizə orqanına müraciət etməmiş, o, bilməmişdir ki, pul rüşvət kimi verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 təxminən 4-5 ildir ki, tanyır. Turalla münasibətləri yaxşı olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasında yerləşən Dağıstan Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır. 2020-ci ildə ali təhsilini başa vurduqdan sonra xarici ölkə ali təhsil diplomunun təsdiq edilməsi üçün aidiyyəti üzrə Təhsil Nazirliyinə müraciət etməli olduğunu öyrənmişdir. Dağıstan Dövlət Universitetindən məzun olduğundan, həmin universitetin diplomlarının tanınmasında müəyyən problemlər olduğundan imtina cavabı almaqdan ehtiyat etmişdir. 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qulluğa qəbul olunmaq üçün imtahan keçirilməsi nəzərdə tutulduğundan diplomunun ölkə ərazisində tanınmasından ötrü mütləq şəkildə Təhsildə Kefiyyət Agentliyinə müraciət etməli olmuşdur. Ancaq elektron müraciət edənlərin sayının həddən artıq çox olduğunu və çox uzun bir sıra olduğunu eşitmişdir. Ədliyyə Nazirliyinə keçiriləcək imtahanlarda iştirak etmək üçün isə vaxtı çox az qalmışdır. Bütün bu səbəblərdən Təqsirləndirilən şəxs3 müraciət etmək qərarına gəlmişdir. Bu barədə Turala 2021-ci ilin yanvar ayının əvvəllərində danışmışdır. Turaldan onun sənədlərinin qəbulunun və Təhsildə Keyfiyyət Agentliyində keçiriləcək şifahi müsahibənin tezləşdirilməsindən ötrü kömək etməsini xahiş etmişdir. Tural bu barədə heç bir problem olmadığını və kömək edə biləcəyini demişdir. Həmçinin, Tural həmin məsələnin həll olunmasından ötrü 7000 manat pul verməli olduğunu bildirmişdir. 11 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 ilə Nərimanov rayonunda yerləşən X15rşısında görüşmüşlər və özünə məxsus xarici ölkə diplomunun əslini, pasportlarını, qiymət cədvəlini və 7000 manat pulu sayıb Turala vermişdir. Təqsirləndirilən şəxs3 sənədləri və pulu götürüb ümumilikdə 45 gün ərzində onun məsələsini həll edəcəyini bildirmişdir. Bundan sonrakı dövrdə Turalla dəfələrlə telefon əlaqəsi yaradıb işinin nə yerdə qaldığını soruşmuşdur. Çünki ümumiyyətlə ona Təhsildə Keyfiyyət Agentliyindən heç bir zəng və ya cavab gəlməmişdir. Hər dəfə Tural yalandan vədlər verərək bu gün-sabah məsələnin həll olacağını söz vermiş, lakin heç bir nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs3 ona həm diplomunun tanınmasını, həm də bu məsələni normal müddətdən daha tez olacağını vəd etmişdir. Turala pul verməkdə məqsədi də məsələnin tezləşdirilməsi olmuşdur, rüşvət kimi vermək istəməmişdir. Tural hansı şəxsin vasitəsi ilə işin həll olunması barədə heç nə deməmişdir. Belə ki, onda olan məlumata görə Tural Təhsil Nazirliyinin əməkdaşı imiş və həmin məsələlərlə bağlı sahədə fəaliyyət göstərmişdir. Bu səbəbdən düşünmüşdür ki, bu məsələni də Tural özü həll edəcək. O, Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində işləməsini bildiyi üçün, Turala inanıb sənədlərini vermişdir ki, ona kömək etsin. Təqsirləndirilən şəxs3 onun 7000 manatını ona qaytarmışdır. Təqsirləndirilən şəxs3 ona hər dəfə düzələcəyini bildirmiş, onu aldatdığını bilməmiş, ona görə də hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Təqsirləndirilən şəxs3 ondan aldığı pulu hansı məqsədlə aldığını bilmir. Tural ona demişdir ki, bütün sənədləri özü həll edəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 tanıyır. Təxminən 3-4 il olar ki, Turalı ortaq tanışlar vasitəsilə tanımış və Turalın diplomların tanınması işləri ilə məşğul olduğunu bilmişdir. O, orta təhsilini bitirdikdən sonra əvvəlcə Mingəçevir şəhərində yerləşən İdman və Turizm kollecində, sonra isə Gürcüstan Respublikasında yerləşən Tiflis Açıq Universitetində nəqliyyat ixtisası üzrə qiyabi ali təhsil almışdır. 2020-ci ildə məzun olduqdan sonra diplomun ölkə ərazisində tanınması üçün Təqsirləndirilən şəxs3 ona kömək etməsi üçün müraciət etmişdir. Tural bir neçə adama belə işlərdə kömək etdiyini demişdir. Ona görə də Turalın bu mövzuda ona kömək edə biləcəyini düşünmüşdür. Ona görə ki, o, hansı formada, hansı quruma və hansı sənədlərlə müraciət edilməsini bilməmişdir. 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs3 ilə əlaqə saxlayıb kömək etməsini bildirmişdir. Tural ona diplomun və xarici pasportunun surətlərini çatdırmağını demişdir. O da Turalın dediyi sənədləri Turala göndərmişdir. Lakin, bu məsələdə ona kömək etməsinə görə ondan pul istəməmiş, nə də o, Turala heç bir məbləğdə pul verməmişdir. Sənədləri Turala verəndən sonra Turalla bir neçə dəfə telefonla danışmışdır. Lakin, diplomun tanınması ilə bağlı bir məlumat olmamışdır. Sonradan Təqsirləndirilən şəxs3 istifadəsində olan avtomobilə baxış keçirilən zaman aşkar olunmuş Təhsildə X3 adına verilmiş arayış olduğunu bilmişdir. Lakin həmin arayış ona verilməmiş, həmçinin şəkli də ona göndərilməmişdir. Həmin sənədin kim tərəfindən nə vaxt tərtib olunması barədə məlumatı olmamışdır. Tural demişdir ki, Tural bir neçə adama belə işlərdə kömək etmişdir. Onun Turalla telefon danışıqları olmuşdur. Onun istifadəsində 055-214-2-22 və ***-***-**-** nömrəli telefonlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, Şahid9 şəxsi sürücüsü kimi işləyir. 2020-ci ilin yay aylarında Şahid9 təxminən 3-4 dəfə ona zərfdə pul verərək Təqsirləndirilən şəxs2 tanışı Orxan adlı şəxsə çatdırmağını tapşırmışdır. Pulun nə üçün verilməsi və hansı məbləğlərdə olmasını o, bilməmişdir. Lakin, Orxan adlı şəxsin mobil nömrəsi ilə zəngləşdikdən sonra onu sürücülərinə yönləndirmişdir. Həmin şəxslərin adlarını xatırlamır, lakin həmin sürücülərdən biri qara rəngli “Honda Accord”, digəri isə markasını dəqiq xatırlamadığı Çin istehsalı avtomobil ilə gəlmişdir. “Honda Accord”-un sürücüsünə pulu Qələbə dairəsinin yanında, digər avtomobilin sürücüsünə isə Heydər Əliyev prospektində Bülbülə qəsəbəsinin girişindəki saatın yanında vermişdir. Pulun məbləğini bilməmiş, pul konvertdə olmuşdur. O, Şahinin sürücüsüdür, onu hara göndəribsə oraya da getmişdir. O, bir neçə dəfə Şahinin göstərişi ilə Tural adlı şəxsə zəng edirmiş. Tural da onu hansısa sürücüyə yönləndirmişdir. O, da bir neçə dəfə Turalın göndərdiyi adama pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təxminən 4-5 ildir ki, ortaq tanışları vasitəsilə tanımışdır. Onda olan məlumata görə Tural Təhsil Nazirliyinin əməkdaşı imiş. Yəni, Tural özünü ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Şahid3 isə atasının vasitəsilə tanımışdır. Bir dəfə söhbət əsnasında ona məlum olmuşdur ki, Rəşad xaricdə təhsil alıb məzun olduğu ali təhsil diplomunun ölkə ərazisində tanınması üçün müvafiq olaraq Təhsil Nazirliyinin aidiyyəti qurumlarına müraciət etmiş, lakin imtina cavabı almışdır. O da köməklik etmək məqsədilə düşünmüşdür ki, bu barədə Təqsirləndirilən şəxs3 məlumat versinlər. Bəlkə Tural kömək edə bilər. Bu barədə Rəşada da demişdir. Rəşad da Təqsirləndirilən şəxs3 ilə danışmış və Tural da ona söz vermişdir ki, Rəşadın diplomunun tanınması ilə bağlı kömək edəcək. Rəşadın ona müraciəti ikinci ali təhsil almaqla bağlı yox, xarici ölkə ali təhsil diplomunun tanınması ilə bağlı olmuşdur. Turalın deməsinə görə diplom ya Təhsil Nazirliyi tərəfindən adi qaydada tanınacaq, ya da Tural məhkəmə yolu ilə diplomun tanınmasına nail olacaqmış. Tural həmin məsələnin həlli üçün Rəşaddan 15.000 manat pul tələb etmişdir. Bu barədə ona Rəşad demişdir. 2021-ci ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Okean” marketin qarşısında Rəşad onun iştirakı ilə Təqsirləndirilən şəxs3 15000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs3 əvvəlcə söz vermişdir ki, 2 aya məsələni həll edəcək. Sonradan isə bildirmişdir ki, guya prosesin yekunlaşması 1 ay daha uzanacaq. Rəşad bundan sonra bir neçə dəfə onunla əlaqə saxlayıb Turalın diplomunun tanınması ilə bağlı ona heç bir köməklik etmədiyini bildirmişdir. O da bu səbəbdən Turalla bu barədə danışmışdır. Tural hər dəfə demişdir ki, bu prosedur uzanır və uzanması halı da normaldır. Sonuncu dəfə Rəşad ona bildirmişdir ki, artıq onun Turala inamı qalmamış və pulunu geri almaq istəyir. O da Turala bu barədə demişdir. Sonradan isə Tural həmin məbləği Rəşada qaytarmışdır. Təqsirləndirilən şəxs3 ilə Rəşadın özü danışıb razılaşmışlar. Pulu da Turala Rəşad özü vermişdir. O, Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində işlədiyini bilmişdir. Tural pulu xaricdə oxuyan tələbələrin sənədlərinin rüsumları, tərcüməsi və s. məsələlərlə bağlı almasını demişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid9 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 2000-ci ildən birlikdə təhsil aldıqları Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsindən tanımışdır. Təhsili başa vurduqdan sonra münasibətləri kəsilsə də 2017-ci ildə təsadüfən rastlaşdıqdan sonra dostluq münasbiətləri bərpa olmuş və mütəmadi olaraq görüşməyə başlamışlar. Dostluq etdiyi müddətdə Elnur ona həmişə vəzifəli dostlarının olduğunu, çox insanın problemlərini vəzifəli dostlarının vasitəsilə həll etdiyini bildirməklə onun etibarını və inamını qazanmışdır. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs2la söhbət apararkən tanışı Cavid İsmayılova məxsus sahibkarlıq təyinatı ona tam olaraq məlum olmayan “ELSS” adlı şirkətin külli miqdarda, təxminən 250 min manat məbləğində vergi borcunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ona Dövlət Vergi Xidmətində rəhbər vəzifədə çalışan Orxan Nəzərlinin vasitəsilə Cavid İsmayılova məxsus “ELSS” şirkətinin dövlət büdcəsinə ödənilməli olan vergi borcunun silinməsinə köməklik göstərə biləcəyini vəd etmişdir. O, Elnurdan “ELSS” şirkətinin dövlət büdcəsinə ödənilməli olan vergi borcunun silinməsi müqabilində nə qədər pul istədiyini soruşduqda ondan ilkin olaraq 100.000 manat, daha sonra isə əlavə olaraq 45.000 manat olmaqla cəmi 145.000 manat pul alacağını bildirmişdir. Elnur ona borcun hansı üsulla silinəcəyini deməmiş, lakin borcun silinməsinə dair akt təqdim ediləcəyini demişdir. Bundan sonra o, Cavid İsmayılovla bu barədə söhbət etdikdə sonuncu Elnurun təklifini məqbul hesab edərək 145000 manat məbləğində pulu ona məxsus “ELSS” şirkətinin vergi borcunun silinməsi üçün verməyə razılaşmışdır. Elnur ona ***-***-**-** saylı mobil nömrəsini verərək həmin şəxsin Orxan olduğunu bildirmiş və işlə əlaqədar mütəmadi olaraq həmin şəxsi “Orxan Nəzərli” zənn edərək söhbət etmişdir. Orxan həqiqətən də Elnurun dediyi pul verilsə borc silinəcəyi və bu barədə akt veriləcəyi barədə onu aldatmışdır. 2020-ci ilin iyul ayında Caviddən 15.000 manat pulu almış və pulu Təqsirləndirilən şəxs2 Yasamal rayonu, “Kubinka” adlanan ərazidə yerləşən beş mərtəbəli binanın 1-ci mərtəbəsindəki ofisində görüşərək şəxsən özünə vermişdir. Elnur ona zəng edərək həmin 15.000 manatı təcili olaraq borcun silinməsinə kömək edilməsi üçün rəy verilməsi məqsədilə ekspertizaya təqdim edəcəyini demişdir. 2020-ci ilin iyul ayında, təxminən 15-20 gün sonra yenə Ağamədi adlı şəxsi sürücüsü vasitəsilə bu dəfə 30.000 manat məbləğində pulu Orxana göndərmişdir. Orxanın pulu harada aldığını bilməmiş, çünki pulun çatdırılma yerini sürücü razılaşdırmışdır. Həmin 30.000 manat məbləğindəki pulu öz cibindən daha sonra Caviddən almaq şərti ilə vermişdir. Orxan ona həmin pulu işi görən şəxslərə paylayacağını demişdir. 2020-ci ilin avqust ayında Orxan yenidən ona zəng edərək razılaşdıqları məbləğin 100.000 manatını çatdırmağını tapşırmışdır. O, Orxandan əvvəlcə borcun silinməsinə dair aktı verməsini, daha sonra 100.000 manatı verəcəyini bildirsə də, Orxan aktın hazır olduğunu, 100.000 manat verməyəcəyi təqdirdə aktın verilməyəcəyini bildirmişdir. O, Caviddən ona verməli olduğu 30.000 manatı alaraq 2020-ci ilin avqust ayında axşam radələrində Ağamədi adlı şəxsi sürücüsü vasitəsilə Orxana göndərmişdir. Bundan təxminən bir neçə gün sonra işin yekunlaşması və artıq aktı əldə etmək üçün öz cibindən 70.000 manat məbləğindəki pulu 2020-ci ilin avqust ayında axşam radələrində Ağamədi adlı şəxsi sürücüsü vasitəsilə Orxana göndərmişdir. Bu dəfə də Ağamədinin Orxana pulu harada verdiyini maraqlanmamış, görüş yerini özləri razılaşmışdılar. Həmin müddətdən etibarən Elnur və Orxan onu hər dəfə aldadaraq aktın veriləcəyini bildirsə də öz vədinə əməl etməmişdir. O, bir müddət araşdırdıqdan sonra ***-***-**-** saylı nömrənin istifadəçisinin “Orxan” adlı Dövlət Vergi Xidmətinin əməkdaşı yox, Tural adında bir şəxs olduğunu öyrənmişdir. O, heç vaxt Tural adlı şəxslə görüşməmiş, ancaq telefonda danışmışdır. Təqsirləndirilən şəxs2 Orxan kimi təqdim etdiyi Tural adlı dostu ilə birgə dələduzluq etməklə ona məxsus 100.000 manat və Cavid İsmayılova məxsus 45.000 manat məbləğində pulu ələ keçirmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 və Tural adlı tanışının qanunla müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid9 27 may 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanışına məxsus şirkətin dövlət büdcəsinə ödənilməli olan vergi borcunun miqdarının Dövlət Vergi Xidmətində işləyən tanışlarının vasitəsilə aşağı salınmasına köməklik göstərəcəyini vəd edərək ondan 145.000 manat pul alaraq ələ keçirib, verdikləri vədə əməl etmədiklərini bildirmişdir. Cinayət işinin 2-ci cild 163-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsindən daxil olmuş 12 avqust 2021-ci il tarixli, **********427000 saylı məktubdan görünür ki, “X24” MMC-nin (VÖEN **********) təsisçisi İsmayılov Cavid Musa oğlu, qanuni təmsilçisi isə X7r. Cinayət işinin 2-ci cild 165-166-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “X24” MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cinayət işinin 2-ci cild 204-205-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyul 2015-ci il tarixli Nizamnamə kapitalındakı payın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X28 ona məxsus olan “X24” MMC-dəki 2 pay 20 manat payı Alıcı X2. Cinayət işinin 2-ci cild 239-240-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi X18 haqqında ********** VÖEN nömrəli şəhadətnamənin kserosurətindən görünür ki, “X24” MMC 14.02.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Cinayət işinin 3-cü cild 72-267-ci və 4-cü cild 1-151-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən 24 avqust 2021-ci il tarixli, **********079200 nömrəli məktuba əlavə olunmuş “X24” MMC-nin şəxsi hesab vərəqəsinin 01.01.2020-ci tarixdən etibarən həyata keçirilmiş əməliyyatlardan görünür ki, 01.01.2020-ci il tarixdən 09.07.2020-ci il tarixədək olan dövr ərzində MMC-nin hesabında qalıq borc məbləği olmamış, bundan başqa MMC-nin 09.07.2020-ci il tarixinə 614.936,57 manat məbləğində artıq ödəməsi mövcud olmuşdur. 09.07.2020-ci il tarixdə səyyar yoxlamanın nəticəsi qismində MMC-yə 998.911,86 manat məbləğində borc yazılmış və bu səbəbdən MMC-nin hesabında 383.975.29 manat məbləğində qalıq kəsr yaranmışdır. Bundan başqa audit yoxlaması nəticəsində 09.07.2020-ci il tarixdə 499.455,93 manat məbləğində maliyyə sanksiyası yazılmış və nəticədə MMC-nin qalıq kəsir məbləği 883.431,22 manat olmuşdur. 19.08.2020-ci il tarixdə və 09.07.2020-ci il tarixdə aparılmış səyyar yoxlamanın nəticəsi qismində MMC-yə yazılmış 998.911,86 manat məbləğində borc ödəmə nəticəsində azaldılmışdır. Bundan başqa audit yoxlaması nəticəsində 09.07.2020-ci il tarixdə yazılmış 499.455,93 manat məbləğində maliyyə sanksiyası ləğv olunmuşdur. 2020-ci ilin yay ayları kimi nəzərdə tutulmuş iyun-iyul-avqust-sentyabr ayları nəzərdən keçirildikdə müəyyən edilmişdir ki, həmin dövr ərzində 100.000 manat məbləğində hər hansı bir ödəniş həyata keçirilməmişdir. Cinayət işinin 1-ci cild 63-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2021-ci il tarixli könüllü təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona məxsus “İphone” markalı mobil telefonu könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cild 64-70-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Mercedes Benz” markalı, **-AE-*** d/q nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 95-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2021-ci il tarixli könüllü təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ona məxsus “İphone” markalı mobil telefonu könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cild 96-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “Nissan” markalı, **-DH-*** d/q nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin salonuun ön hissəsində içərisində çoxlu sənədlər olan qutu vardır. Sənədlər ayrı-ayrı şəxslərə məxsus diplom, vətəndaşlıq pasportu, məktub və şəhadətnamələrdir. Belə ki, avtomobildə olan sənədlər aşağıdakı kimidir: -üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyi yazılmış, Şahid1 adına verilmiş 125745 nömrəli şəhadətnamə; -üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyi yazılmış, Şahid1 adına verilmiş 122623 nömrəli şəhadətnamə; -üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyi yazılmış, Şahid7 adına verilmiş 124398 nömrəli şəhadətnamə; -üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyi yazılmış, X6 adına verilmiş 124775 nömrəli şəhadətnamə; -üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyi yazılmış, X6 adına verilmiş 126389 nömrəli şəhadətnamə; -X12 məxsus sənədin kserosurəti; -Təhsil Nazirliyi tərəfindən verildiyi qeyd edilən arayış; -Şahid6 məxsus 000839 nömrəli diplomun kserosurəti; apostil sənədləri; Şahid6 məxsus xarici pasportun kserosurəti; -Şahid4 adına verilmiş arayış, ******* nömrəli hərbi bilet, xarici pasportun kserosurəti, 100504 ******* nömrəli diplomun kserosurəti, apostil sənədi, qiymət cədvəlləri, 009623 nömrəli tam orta təhsil haqqında attestat. Cinayət işinin 1-ci cild 53-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid9 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid9 istintaq zamanı verdiyi ifadəsini “... 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs2la söhbət apararkən ona tanışım Cavid İsmayılova məxsus şirkətin külli miqdarda, təxminən 250 min manat məbləğində vergi borcunun olduğunu bildirdim. Təqsirləndirilən şəxs2 mənə Dövlət Vergi Xidmətində rəhbər vəzifədə çalışan Orxan Nəzərlinin vasitəsilə ELSS şirkətinin dövlət büdcəsinə ödənilməli olan vergi borcunun silinməsinə köməklik göstərə biləcəyini vəd etdi. Mən Elnurdan ELSS şirkətinin dövlət büdcəsinə ödənilməli olan vergi borcunun silinməsi müqabilində nə qədər pul istədiyini soruşduqda, o, məndən ilkin olaraq 100.000 manat, daha sonra isə əlavə olaraq 45.000 manat olmaqla cəmi 145.000 manat pul alacağını bildirdi. ...2020-ci ilin iyul ayında Caviddən 15000 manat pulu aldım və pulu Təqsirləndirilən şəxs2 Yasamal rayonu, Kubinka adlanan ərazidə yerləşən beş mərtəbəli binanın 1-ci mərtəbəsindəki ofisində görüşərək verdim. Elnur mənə zəng edərək bildirdi ki, 15000 manatı ekspertizaya verəcək. 2020-ci ilin iyul ayında, təxminən 15-20 gün sonra yenə Ağamədi adlı şəxsi sürücüm bu dəfə 30000 manat məbləğində pulu Orxana göndərdim. ...30000 manatı 2020-ci ilin avqust ayında axşam radələrində Ağamədi adlı şəxsi sürücüm vasitəsilə Orxana göndərdim. Bundan təxminən bir neçə gün sonra işin yekunlaşması və artıq aktı əldə etmək üçün öz cibimdən 70000 manat məbləğindəki pulu 2020-ci ilin avqust ayında axşam radələrində Ağamədi adlı şəxsi sürücüm vasitəsilə Orxana göndərdim. ... ” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 57-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsini “...2020-ci ilin yay aylarında, səhv etmirəmsə mayiyun aylarında Təqsirləndirilən şəxs2 zəng edərək mənə dedi ki, Şahin adlı tanışımın Vergi Xidməti ilə bağlı problemi var, həmin problemin həlli ilə bağlı Şahinə köməklik edəcəm, səndən bir xahiş var ki, Şahin sənə zəng etsə, sən özünü Vergi Xidmətində işləyən şəxs kimi təqdim elə və ona denən ki, narahat olma, Elnur mənə deyib, sənin məsələni yoluna qoyacam. ...Bundan sonra Elnur öz telefonu ilə Şahinin yanından mənə zəng edərək dedi ki, salam Orxan müəllim, Şahin yanımdadır, onun məsələsini sizə demişdim. Mən də həmin vaxt Elnurla guya Orxanam kimi danışaraq, ona narahat olmamağı deyirdim. ... ” hissəsində Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 125-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini “...X21, Şahid1 və X13 xarici ali təhsil sənədlərinin ölkə ərazisində tanınması barədə şəhadətnamələri mən hazırlamışam. Çünki Tural məni bezdirmişdi ki, həmin vətəndaşlar sənədlərini görmək istəyir. O, mənə bir nümunə göndərərək demişdi ki, həmin nümunə üzərində adı çəkilən şəxslər üçün də şəhadətnamələr hazırlayım və o, həmin şəxslərə göstərsin. Tural demişdi ki, narahat olmayım çünki o, sənədləri vətəndaşlara təqdim etməyəcək. Sadəcə olaraq göstərəcək. Həmin şəhadətnamələrdəki nömrələri təsadüfən yazmışdım. ... ” hissəsində Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 155-157-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 istintaq zamanı verdiyi ifadəsini “... Təqsirləndirilən şəxs3 özünü mənə Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Mən ona öz problemim barədə məlumat verdim. İmtina cavabı aldığımı izah etdim. Tural mənə söz verdi ki, mənim diplomumun tanınması ilə bağlı kömək edəcək. ...Tural həmin məsələnin həlli üçün məndən 15.000 manat pul tələb etdi. Mən də ona istədiyi məbləğ olan 15.000 manatı 2021-ci ilin aprel ayının ortalarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən Okean marketin qarşısında Əfqan adlı ortaq tanışımızın yanında vermişəm. ... ” hissəsində Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 3-cü cild 67-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 sentyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Şahid4 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 istintaq zamanı verdiyi ifadəsini “...Turalı təxminən 4-5 il idi ki, tanıyırdım və onun Təhsil Nazirliyinin diplomların tanınması ilə bağlı müvafiq qurumunda işlədiyini bilirdim. Bu barədə Turala 2021-ci ilin yanvar ayının əvvəllərində danışdım. Ondan xahiş etdim ki, mənim sənədlərimin qəbulunun və Təhsildə Keyfiyyət Agentliyində keçiriləcək şifahi müsahibənin tezləşdirilməsindən ötrü mənə kömək etsin. Tural bu barədə heç bir problem olmadığını və mənə kömək edə biləcəyini dedi. Həmçinin Tural həmin məsələnin həll olunmasından ötrü 7000 manat pul verməli olduğumu dedi. 11 yanvar 2021-ci il tarixdə Tural ilə Nərimanov rayonunda yerləşən X15rşısında görüşdük. Ona mənə məxsus xarici ölkə diplomunun əslini, pasportlarımı, qiymət cədvəlimi və özümlə gətirdiyim 7000 manat pulu sayıb verdim. ... ” hissəsində Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 1-ci cild 127-146-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan «Apple» markalı mobil telefona və telefonda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “whatsapp” tətbiqetməsində Təqsirləndirilən şəxs3 və Şahid9 arasında sonuncunun ***-***-**-** nömrəsi ilə həyata keçirilmiş yazışmalar vardır. Həmin yazışmalardan görünür ki, Şahid9 əvvəlcə Təqsirləndirilən şəxs3 ilə xoş münasibətdə olmaqla danışır və ona hədiyyələr göndərdiyini bildirir. Təqsirləndirilən şəxs3 isə təşəkkür edərək hədiyyələri qəbul edir. Şahid9 növbəti yazışmalarda gələn həftə aktı bağlamağı, ekspertizanın surətini istəyir. Sonrakı yazışmalarda təkrar-təkrar işin nə yerdə olması və nəticəsi barədə soruşur, ondan şad xəbər gözlədiyini bildirir. Təqsirləndirilən şəxs3 isə növbəti yazışmalarda “LSS”-lə bağlı hər şeyin qaydasında olduğunu, bu həftənin içərisində aktı verəcəyini bildirir. Həmin yazışmalar 27 avqust 2020-ci il tarixdən 19 sentyabr 2020-ci il tarixədək davam edir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, “whatsap” tətbiqetməsində Təqsirləndirilən şəxs3 və Şahid9 arasında sonuncunun ***-***-**-** nömrəsi ilə həyata keçirilmiş yazışmalar vardır. Həmin yazışmalardan görünür ki, Şahid9 Təqsirləndirilən şəxs3 ilə «…artıq bir il keçdiyini, nəticə olmadığını, onunla görüşmək istədiyini…» yazır. Təqsirləndirilən şəxs3 isə hər dəfəsində görüşməyə razılıq versə də, «… nahara çata bilmədiyini, vaxtı olmadığını…» deyərək görüşməkdən boyun qaçırır. Şahid9 növbəti yazışmalarda artıq pulunu geri istədiyini, buna görə görüşməli olduqlarını bildirir. Təqsirləndirilən şəxs3 isə görüşməyə razılıq versə də, sonra xəbər edəcəyini, vaxtı olmadığını bildirərək görüşməkdən boyun qaçırır. Şahid9 növbəti yazışmalarda bir ildir ki, aktı ala bilmədiyini, niyə boyun qaçırdıqlarını, görüşüb bu məsələyə son qoymalı olduqlarını, 145 min manat pul olduğunu, pulu onun verdiyini və özünə də qayıtmalı olduğunu, məsələni böyütmək istəmədiyini bildirir. Həmin yazışmalarda Şahid9 Təqsirləndirilən şəxs3 “Orxan” kimi müraciət edir. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs2la görüşüb danışacağını, onun üzərinə düşən hər şeyi etdiyini, inciklik olmasını istəmədiyini bildirir. Növbəti yazışmalarda Şahid9 Təqsirləndirilən şəxs3 15 min manatı Təqsirləndirilən şəxs2, 130 min manatı isə ona verildiyini, pulu ona verdiyi üçün ondan istədiyini bildirir. Bundan sonrakı yazışmalarda Şahid9 Təqsirləndirilən şəxs3 pulu qaytarmasa şikayət edəcəyini, artıq gözləmək istəmədiyini, şeytanın hamını aldatdığını, görüşüb danışmaq istədiyini bildirir. Təqsirləndirilən şəxs3 isə cavablarında hər dəfə ayrı-ayrı vaxtlarda görüşəcəyini deyərək Şahid9la görüşməkdən boyun qaçırmışdır. Şahid9 artıq növbəti danışıqlarda Təqsirləndirilən şəxs3 əsl kimliyini öyrənərək ona adının Tural olduğunu bildiyini, görüşməli olduqlarını və ona verdiyi pulu qaytarmalı olduğunu bildirir. Həmin yazışmalar 22 sentyabr 2020-ci il tarixdən 27 avqust 2021-ci il tarixədək davam edir. Daha sonra telefonun “Galeri” bölməsinə daxil olunaraq şəkillər və videolar nəzərdən keçirildikdə, bölmədə olan şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Şahid9 ilə aralarında olan yazışmaları şəkil formasında öz telefonunda saxlamışdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında olan yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs2 ona guya Dövlət Vergi Xidmətinin təzə rəisi Orxan olduğunu, Şahid9 nömrəsini yazaraq ona zəng etməsini və sonra ona yazmasını bildirmişdir. Təqsirləndirilən şəxs3 isə Şahid9la danışdığını, mövzunun nə olduğunu bilmədiyini ancaq Şahid9 yaxşı kişi olduğunu bildirir. Sonrakı yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs2 ona Şahid9 zəng edərsə başını qaşımağa vaxtı olmadığını, strukturda dəyişikliklər olduğunu, imkan olan kimi xəbər edəcəyini bildirməsini deyir. Sonrakı yazışmalarda isə Təqsirləndirilən şəxs2 ona 10 dəqiqə sonra zəng etməsini yazmış, Təqsirləndirilən şəxs3 etdiyi hərəkətdən çəkindiyini göstərən fikirlər bildirmişdir. Təqsirləndirilən şəxs2 isə narahat olmamasını, onun nə etdiyini bildiyini, özünün həll etdiyini yazır. Sonrakı yazışmalarda Təqsirləndirilən şəxs2 bir daha ona Şahid9 yanına çatdığını 10 dəqiqə sonra ona zəng edərək danışmasını yazır. Sonrakı yazışmalarda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ona zəng etməsini və rəhbərliyin çağırmasını və təqdimatda olduğunu deməsini bildirir. Sonrakı yazışmalarda Təqsirləndirilən şəxs2 ona özünü xəstə kimi apararaq Şahid9la danışmasını, “Modern Hospital”-da olmasını bildirməsini deyir. Bundan sonrakı yazışmalarda Təqsirləndirilən şəxs3 Şahid9 ona işin gedişatı və nəticəsi barədə verdiyi suallarla bağlı mesajları şəkil formasında Təqsirləndirilən şəxs2 göndərmiş və nə cavab verməsini soruşmuşdur. Təqsirləndirilən şəxs2 isə ona birazdan danışacağını, Şahid9 zəng edərsə telefonu açmamasını, bu gün məsələnin həll olacağını, iclas bitdikdən sonra sistemə baxıb nəticəni deyəcəyini bildirməsini yazır. Sonrakı yazışmalarda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ona 15 dəqiqə sonra zəng etməsini, mikrofonda danışacağını, işdən çıxmasını, aktın təzədən düzəldildiyini, lokala göndəriləcəyini və ona məlumat veriləcəyini deməsini bildirir. Bundan sonrakı yazışmalarda daha bir neçə dəfə Təqsirləndirilən şəxs3 Şahid9 ona ünvanlandığı suallara cavab verə bilmədiyindən həmin sualları şəkil formasında Təqsirləndirilən şəxs2 göndərmiş və nə cavab verməsini soruşmuşdur. Sonrakı yazışmalarda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 “LSS”-in hazır olduğunu, hərşeyin tərtəmiz olduğunu, səyyar yoxlama açdırdığını və hərşeyin nəzarətində olduğunu, yaxın günlərdə bağlatdırdığını deməsini bildirmişdir. Təqsirləndirilən şəxs3 isə 20 dəqiqə sonra cavab yazaraq artıq danışdığını və ona yazdıqlarını dediyini bildirir. Növbəti yazışmada Təqsirləndirilən şəxs3 Şahid9 ona “LSS”-in yoxlamasının yekunlaşıb-yekunlaşmaması barədə sualına nə cavab verəcəyi barədə Təqsirləndirilən şəxs2 soruşur. Təqsirləndirilən şəxs2 isə ona hərşeyi sıfırladığını, birazdan xəbər edəcəyini, aktı yazdıracağını və gedib qərarı götürə biləcəklərini deyir. Növbəti yazışmada Təqsirləndirilən şəxs3 Şahid9 ona pulu alanda belə olmadığı, 1 ildir ki, bir aktı ala bilmədiyi, hörmətsizlik etməməsi barədə mesajlarını Təqsirləndirilən şəxs2 göndərərək Şahid9 nə danışdığını soruşur. Təqsirləndirilən şəxs2 isə ona danışıb həll etdklərini, pulu qaytaracaqlarını deməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 Şahid9 pulu nəvaxt götürəcəyini soruşduğunu bildirir. Bundan sonrakı yazışmalarda Şahid9 Təqsirləndirilən şəxs3 dəfələrlə pulunu geri tələb etməsi barədə mesajları barədə sonuncunun Təqsirləndirilən şəxs2 ona nə cavab verməsini soruşması məzmununda suallar vardır. Təqsirləndirilən şəxs2 isə cavablarında birinci gün işin həll olacağını, saat 5-də həll olacağını və s. oxşar mesajlar yazmışdır. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 Şahid9 təkidlə pulu geri tələb etməsi barədə mesajlarının şəkillərini göndərərək artıq Şahid9 onu bezdirdiyini, onun işini ya düzəltməsini, yada pulu qaytarmasını deyərək Şahid9 artıq ona yazmamasını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs3 Şahid9 bu gün-sabah işi həll edəcəyini, on dəfə ona bunların işini görməməyi dediyini yazmasını bildirmişdir. Növbəti yazışmalarda Təqsirləndirilən şəxs3 Şahid9 ona yazdığı daha bir pul tələbi ilə bağlı mesajı Təqsirləndirilən şəxs2 göndərərək ona nə cavab verməsini soruşmuşdur. Təqsirləndirilən şəxs2 isə 2-3 günə pulu qaytacağını yazmasını bildirmişdir. Daha bir neçə yazışmalarda eyni məzmunlu danışıqlar təkrarlanır. Qeyd olunan yazışmalar 31.05.2020-ci il tarixdən etibarən başlamış və 27.05.2021-ci il tarixədək qeydiyyatdan keçirlərək şəkilləri çəkilmişdir. Ancaq şəkillərdə yazışmaların tarixləri qeyd olunmadığından həmin yazışmaların nəvaxt həyata keçirildiyini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bundan başqa “Galeri” bölməsində Təqsirləndirilən şəxs3 Şahid9la arasında həyata keçirilmiş yazışmalarında şəkillər vardır. Həmin yazışmalarda Şahid9 vəsaitin özbaşına silinməsinin mümkün olmadığı, başının qarışıq olduğunu, Hacıya (Təqsirləndirilən şəxs2) ətraflı başa saldığını, sonrakı yazışmalarda isə müalicə olunduğunu bildirmişdir. Şahid9 ona nə lazımdırsa göndərə biləcəyini və rayondan gətizdirə biləcəyini, sonrakı yazışamalarda isə istəyərsə ona kostyum tikilməsi üçün sifariş verə biləcəyini bildirir. Növbəti yazışmalarda Şahid9 işin nə yerdə olması və “LSS”-in işi barədə yoxlayıcının irəliləyiş olmadığını deməsi barədə Təqsirləndirilən şəxs3 soruşur. Təqsirləndirilən şəxs3 isə həmin mesajlara cavab yazaraq iclas qurtardıqdan sonra maraqlanıb cavab verəcəyini bildirir. Şahid9 hər iki tərəfin yanında utandığını, sözünün yerə düşməsindən ehtiyat etdiyini yazır. Növbəti yazışmalarda Şahid9 “LSS”-dən nə yenilik olduğunu soruşur, səyyar yoxlama açıldığı barədə məlumat aldığını bildirir. Təqsirləndirilən şəxs3 isə səyyar yoxlamanın açıldığını və 3 günə bağlanacağını cavab verir. Növbəti yazışmalarda Şahid9 akta nə yazılacağını soruşmuş, Təqsirləndirilən şəxs3 isə ona esas yoxlamaların qurtardığını, bütün qərarın şəxsi vərəqlərinə dəyişiklik olduğunu, yoxlamanın formal olduğunu, iyunun 17-dən 20-nə kimi olan yoxlamanın boş bir şey olduğunu, 3-5 günə bağlanacağını, bu formal göstərişi verməli olduğunu, ikinci, üçüncü günə kimi qərarı bağlatdırmağa çalışacağını bildirmişdir. Bundan sonrakı yazışmalarda Şahid9 dəfələrlə işin nə yerdə olması barədə soruşsa da, dəqiq cavab ala bilmir və ayın 15-nə söz verildiyi halda həmin tarixə işin nəticələnmədiyini bildirir. Həmin yazışmalar 18.07.2021-ci il tarixdən 07.05.2021-ci il tarixədək qeydiyyatdan keçirilməklə şəkilləri çəkilmişdir. Ancaq şəkillərdə yazışmaların tarixləri qeyd olunmadığından həmin yazışmaların nə vaxt həyata keçirildiyini dəqiq müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 147-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan «Apple» markalı mobil telefona və telefonda olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Ramin və ya Çingiz adında hər hansı bir şəxslə yazışması olmamışdır. Həmçinin axtarış bölməsinə “LSS” yazaraq axtarış etdikdə həmin sözün yalnız Şahid9 ilə həyata keçirilmiş yazışmalarda mövcud olduğu görünür. Həmin yazışmalardan görünür ki, Şahid9 adı “Shahin dayi”, “Agsaggal” və “Dayi” kimi qeyd olunmuşdur. Həmin yazışmalardan görünür ki, Şahid9 Təqsirləndirilən şəxs2 “LSS”- dən nə xəbər olduğunu soruşur, Təqsirləndirilən şəxs2 isə onun yanında danışacağını deyir. Təqsirləndirilən şəxs2 Şahid9 ofisdə olduğunu, Orxanın yığdığını və şad xəbər olduğunu bildirir. Növbəti yazışmalarda Şahid9 Orxana deyib-demədiyini soruşur, Təqsirləndirilən şəxs2 isə dediyini və həll edəcəyini bildirir. Növbəti yazışmalarda Şahid9 təkrar olaraq “LSS”- dən nə xəbər olduğunu soruşur. Növbəti yazışmalarda Şahid9 “LSS”-i nə etməsini soruşur. Təqsirləndirilən şəxs2 isə gözlədiyini və bu gün ona zəng ediləcəyini yazır. Növbəti yazışmalarda Şahid9 “LSS”-dən narahat olduğunu bildirir. Yazışmalar 04.08.2020-ci il tarixdən 01.02.2021-ci il tarixədək davam etmişdir. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 iyun 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan «Apple» markalı mobil telefonda olan məlumatlara baxış keçirdikdə, “whatsapp” tətbiqetməsində Təqsirləndirilən şəxs3 ilə X5 arasında sonuncunun ***-***-**-** nömrəsi ilə həyata keçirilmiş yazışmalarda Təranə X1 xarici ölkə ali təhsil diölomunun Azərbaycan Respublikasında tanınmasına və onun ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması barədə şəhadətnaməni göndərmiş, Tural həmin şəkilə «əla» cavabını vermişdir. Növbəti yazışmalarda Tural Təqsirləndirilən şəxs1 Şahid7 barəsində olan şəhadətnamənin şəklini göndərib qızının yerinə oğlunun yazılmalı olduğunu, Təqsirləndirilən şəxs1 onun texniki səhv olduğunu bildirdiyi müəyyən edilmişdir. Həmçinin, telefonun şəkil bölməsində Şahid6 adına verilmiş arayış şəkli olduğu müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 56-57-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş ***-***-**-** və ***-***-**-** saylı nömrələrin telefon danışıqlarına dair məlumat yerləşdirilmiş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan sms yazışmalarının mətnləri əks olunmuş faylda, 05.10.2020-ci il tarixdə Şahid9 Təqsirləndirilən şəxs2 “Bı sözü həmişə yadında saxla sən heç vaxt düz oğlan olmayacaqsan. Heyif vaxtımdan sənə ayırdığım” sözlərini yazmış Təqsirləndirilən şəxs2 isə “... sifet sendedi mende yox!!! axsham gonder mashinivi zadivida gotur ne vermisen artoglamasiynan gaytarim onnan sonra ishinde ol!!! men senin kimi adamnan hec salamlasag istemirem!!! Elebil menen havadan pul vermisen!!! ne vermisen hamsini gepiyine kimi gel apar!!!” məzmununda cavab vermişdir. Bundan sonra Şahid9 “Özünə gəl … həddini aşma, Sən kiməsə deyə bilərsən mənə yox, Pul mənə maraqlı deyil, Sən gözəl oğlansan kişişilikdən başqa hər şey var səndə, Bir qram ləyaqətin olsa verdiyim qədər pul verərəm” sözlərini yazmışdır. Həmçinin növbəti sms yazışmalarında Şahid9 və Təqsirləndirilən şəxs2 qarşılıqlı bir-birilərini təhqir etdikləri görünür. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin əks olunduğu faylda olan telefon zənglərinin siyahısından görünür ki, 01.07.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək Şahid9 ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** saylı nömrələri ilə Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı nömrəsi arasında müxtəlif vaxtlarda dəfələrlə çoxsaylı telefon danışıqları olmuşdur. Bundan başqa 01.07.2021-ci il tarixdən 30.05.2021-ci il tarixədək Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı nömrəsi ilə Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı nömrəsi arasında müxtəlif vaxtlarda dəfələrlə çoxsaylı telefon danışıqları olduğu müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin əks olunduğu faylda olan telefon zənglərinin siyahısından görünür ki, 01.07.2021-ci il tarixdən 29.05.2021 -ci il tarixədək Şahid9 ***-***-**-**, ***-***- **-**, ***-***-**-** saylı nömrələri ilə Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı nömrəsi arasında müxtəlif vaxtlarda dəfələrlə çoxsaylı telefon danışıqlar aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin nömrə sahiblərinin məlumatları əks olunduğu siyahıdan və digər əlaqəli məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs2 2020-ci ilin yay aylarında və bundan sonrakı dövrdə Ramin və ya Çingiz adlı hər hansı şəxslə telefon danışığı həyata keçirməmişdir. Cinayət işinin 2-ci cild 153-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən təqdim edilmiş Təqsirləndirilən şəxs3 məxsus telefon danışıqlarına dair məlumatlar olan 1 ədəd diskə baxış keçirilmiş, baxış zamanı bir ədəd faylda Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə daxil olan və çıxan zəng məluatlarının əks olunması müəyyən edilmişdir. Şahid4 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə və Təqsirləndirilən şəxs3 arasında 05.03.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək olan müddət ərzində dəfələrlə çoxsaylı telefon danışıqları olmuşdur. Bundan başqa Şahid3 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 arasında 19.04.2021-ci il tarixdə 213 saniyə, X6 xalası oğlu Şahid5 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 arasında 14.08.2020-ci il və 18.05.2021-ci il tarixləri arasında və Şahid7 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə və Təqsirləndirilən şəxs3 arasında 28.04.2021-ci il tarixdən 20.05.2021-ci il tarixədək dəfələrlə çoxsaylı telefon danışıqları olmuşdur. Bundan başqa diskdə olan digər faylda Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərin əks olunduğu görünür. Şahid4 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə və Təqsirləndirilən şəxs3 arasında 03.06.2021-ci il tarixdən 26.07.2021-ci il tarixədək, Şahid7 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə və Təqsirləndirilən şəxs3 arasında ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 arasında 31.05.2021-ci il tarixdən 14.07.2021-ci il tarixədək, X6 xalası oğlu Şahid5 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 arasında 03.06.2021-ci il tarixdən 22.07.2021-ci il tarixədək, Şahid3 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 arasında 29.06.2021-ci il tarixdən 22.07.2021-ci il tarixədək olan müddət ərzində dəfələrlə çoxsaylı telefon danışıqlarının aparıldığı müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cild 61-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyul 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3un idarə etdiyi “Nissan Juke” markalı **-DH-*** d/q/n-lı avtomobildə müxtəlif sənədləri aşkar olunmuş şəxslərin xarici ölkə ali təhsil diplomlarının ölkə ərazisində tanınması üçün Təhsildə X9nə müraciət edib-etməmələrini dəqiqləşdirmək üçün adı çəkilən qurumun məlumat bazası olan apply.enic.edu.az./e- reference/ saytına daxil olaraq məlumatlara 09 iyul 2021 -ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı X21, Şahid1 və Şahid7 barəsində Agentliyə edilmiş müraciətlər nəticəsində xarici ölkə ali təhsil diplomlarının tanınmasından imtina edilməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 59-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X9ndən daxil olmuş 02 iyul 2021-ci il tarixli məktubdan görünür ki, X6 adına Rusiya Federasiyasının Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınmaması haqqında 02.05.2018-ci il tarixli, Şahid1 adına Rusiya Federasiyasının X8 tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınmaması haqqında 04.10.2019-cu il tarixli və Şahid7 adına X10 və Texnologiyalar Universiteti tərəfindən verilmiş diplom üzrə ixtisasın ölkə ərazisində tanınmaması haqqında 27.04.2021-ci il tarixli qərarlar qəbul edilmişdir. Təhsildə X9 tərəfindən heç bir vətəndaşa 124775, 126389, 125745, 122623 və 124398 qeydiyyat nömrəli şəhadətnamələr təqdim olunmamışdır. Cinayət işinin 2-ci cild 76-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X9ndən daxil olmuş 05 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Şahid6 xarici ölkə ali təhsil ixtisasının ölkə ərazisində tanınması məqsədilə Təhsildə X9nə müraciət etməmişdir. Agentlik tərəfindən 27.05.2021-ci il tarixli N-121/05-TKTA qeydiyyat nömrəli arayış verilməmişdir. Cinayət işinin 3-cü cild 47-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Təhsil Nazirliyindən daxil olmuş 27 avqust 2021-ci il tarixli, 09-09-1480/16 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Təhsil Nazirliyində və ya Təhsildə X9ndə işləmir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamda özlərini qismən təqsirli bilmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 özünü CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilmədiyini, heç kimi aldadıb pulunu ələ keçirmədiyini, digər Təqsirləndirilən şəxs3 isə özünü CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bildiyini, rüşvət verməsində iştirak etmədiyini və hər hansı sənəd düzəltmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Təqsirləndirilən şəxslərin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki: Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddəlləri ilə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və.s) başa düşülür. Qərarın 6-cı bəndinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Həmin Qərarın 36-cı bəndində qeyd edilmişdir ki, rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. İzah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 49-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X27 daxil olmuş 28 iyun 2021-ci il tarixli, 5580 nömrəli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 adı çəkilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 2-ci cild 63-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X27 daxil olmuş 02.07.2021-ci il tarixli, 19/51-7165 saylı məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 adı çəkilən mərkəzdə müalicədə olmayıblar. Cinayət işinin 2-ci cild 8-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 5-ci cild 61-ci vərəqəsində olan Xətai rayonu 27 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilir. Cinayət işinin 5-ci cild 62-67-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bəhmən oğlunun himayəsində 2015-ci il təvəllüdlü bir azyaşlı uşağı, və 2005 və 2006-cı il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin 2-ci cild 136-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid3 22 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyan 15000 manat tam şəkildə ödənilmişdir. Cinayət işinin 4-cü cild 193-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid4 ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq ona dəymiş ziyan 7000 manat Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 saxta sənədləri qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən, həmin cinayəti təkrarən törətməsi isə Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs3 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 1-ci cild 82-83-cü vərəqələrində olan 01 iyun 2021-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 01 iyun 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 192-194-cü vərəqələrində olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiq vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X17 02 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənə qədər həbsdə saxlama müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən Təqsirləndirilən şəxs3 01 iyun 2021-ci iil tarixdən 02 iyun 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin ediləcək cəza müddətindən çıxılmalıdır. Cinayət işinin 2-ci cild 9-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 5-ci cild 68-ci vərəqəsində olan Kəham MTK-dan verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilir. Cinayət işinin 5-ci cild 69-70-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2007 və 2009-cu il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin 1-ci cild 203-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid9 notarial qaydada təsdiq olunmuş 02 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona vurulmuş maddi ziyan olan 145000 manat Təqsirləndirilən şəxs2 tərəfindən ödənildyindən, Təqsirləndirilən şəxs2la barışmış, Elnurun ona vurduğu 145.000 manat ziyanla bağlı Təqsirləndirilən şəxs2 qarşı iddiası, şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə vurulmuş ziyanın ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə əsasən, himayəsində 2 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin 3-cü cild 26-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 5-ci cild 52-ci vərəqəsində olan 098849 nömrəli, 30 mart 2009-cu il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəfi qızı 2-ci qrup əlildir. Cinayət işinin 5-ci cild 60-cı vərəqəsində olan Binəqədi RİH başçısının Binəqədi qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şəfi qızı müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 Şəfi qızının müsbət səciyyələndirilməsini və 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 Şəfi qızının cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları.) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X14 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-c ibəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını, digər Təqsirləndirilən şəxs1 yaşlı qadın olmasını, 2-ci qrup əlil olmasını, əməlindən peşman olmasını, hər iki şəxsin ilk dəfə cinayət törətmələrini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə bilər. Onların cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və onlara şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Cinayət işinin 1-ci cild 42-43-cü vərəqələrində olan 31 may 2021-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 31 may 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 171-173-cü vərəqələrində olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiq vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X17 02 iyun 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Həmçinin, cinayət işinin 5-ci cild 53-56-cı vərəqələrində olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiq vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X17 20 sentyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Şahid6 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X9nin 27.05.2021-ci il tarixli N-121/05-TKTA nömrəli arayışın, X6 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 126389 və 124775 qeydiyyat nömrəli, Şahid1 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 125745 və 122623 qeydiyyat nömrəli, Şahid7 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 124398 qeydiyyat nömrəli şəhadətnamələrin, dindirmə və üzləşdirmə istintaq hərəkətlərinin qeydə alındığı 04 ədəd “CD”, Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** və Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrələrinin məlumatlarına dair "xxxx" MMC-dən alınmış 2 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Apple” markalı mobil telefon Təqsirləndirilən şəxs3 yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Apple” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 2-ci cild 51-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Baş X38 İdarəsindən daxil olmuş 29 iyun 2021-ci il tarixli, 016-74712-1221 saylı məktubdan görünür ki, DİN-in BDYP-nin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasına görə ünvan 11 ünvanında qeydiyyatda olan xx.xx.1981ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 adında 25.07.2018-ci il tarixdən “Runna” markalı **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cild 93-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 22 iyul 2021-ci il tarixli, **********08 nömrəli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 işlədikləri dövr ərzində, öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindikləri cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələrinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-3.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 oğlu qəti olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-3.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 01 iyun 2021-ci iil tarixdən 02 iyun 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli həbsə alnıdığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.
4. İş üzrə maddi sübut qismində tanınmış Şahid6 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X9nin 27.05.2021-ci il tarixli N-121/05-TKTA nömrəli arayışın, X6 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 126389 və 124775 qeydiyyat nömrəli, Şahid1 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 125745 və 122623 qeydiyyat nömrəli, Şahid7 adına verilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 124398 qeydiyyat nömrəli şəhadətnamələrin, dindirmə və üzləşdirmə istintaq hərəkətlərinin qeydə alındığı 04 ədəd “CD”, Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** və Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrələrinin məlumatlarına dair "xxxx" MMC-dən alınmış 2 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın.
5. Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Apple” markalı mobil telefon Təqsirləndirilən şəxs3 yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Apple” markalı mobil telefon isə Təqsirləndirilən şəxs2 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüseynov