Məhkəmə qərarları › İş №1(101)-252/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-252/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-252/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X20 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə 25 avqust 2002-ci il tarixdə Ağcabədi rayonu Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinin 3- cü xüsusi vasitələrin tətbiqi dəstəsi, 2-ci bölük, 2-ci yarım bölükdə MAXE, yəni müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləmiş, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2023-cü ilin ortalarından müxtəlif şəxslərə faizlə pul verməklə məşğul olan tanışı Zərərçəkmiş şəxs anasının onkoloji xəstəliyi ilə bağlı yaranmış borclarını ödəmək üçün həmin ilin sentyabr-oktyabr ayı ərzində ümumilikdə 2500 manat pul vəsaitini aylıq 20 faiz əlavə pul vermək şərtilə götürsə də, ailə vəziyyəti ilə əlaqədar ödəmək imkanı olmadığından sonuncudan götürdüyü pul vəsaitini ödəmək üçün vaxt istəməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində eyni mövzu ilə bağlı Zərərçəkmiş şəxsla telefon danışığı zamanı sonuncunun onun anası barəsində nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs qisas niyyəti ilə öldürmək qərarına gəlmiş və kirayədə yaşadığı ünvan 1 ünvanında saxladığı zavod üsulu ilə hazırlanmış deşicikəsici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı ov bıçağını götürüb Zərərçəkmiş şəxs zəng edərək həmin gün saat 21 radələrində sonuncu ilə ünvan 2 ünvanının qarşısında görüşüb aralarında olan faiz borcu məsələsi ilə bağlı danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs orada da ona və anası barəsində nalayiq ifadələr işlətməsinə görə sonuncunun tanışı Şahid1 məxsus “Toyota Corolla” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşməsindən istifadə edib gödəkçəsinin cibində əvvəlcədən tiyəsi açıq vəziyyətdə saxladığı bıçağı çıxarıb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə 4 (dörd) ədəd bıçaq zərbəsi vuraraq ona sol çənəaltı nahiyəni və boyun nahiyəsinin yuxarı 1/3-ni əhatə edən, qırtlaq qapağını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, boyun nahiyəsinin sağ yan səthinin vidaci venaları, yuxu arteriyasını, qırtlaq qığırdağını və dili zədələyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və ürək kisəsini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sağ yarısının qarın boşluğuna nüfuz edən və qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi ölümü ilə səbəbli əlaqəli olmaqla ümumilikdə və ayrı- ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən öldürmüş, yəni qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Təqsirləndirilən və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsi, 2-ci bölük, 2-ci yarım bölükdə MAXE, yəni müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləmişdir. Anti-terror əməliyyatının iştirakçısıdır. Anası 2023-cü ilin sentyabr ayında xərçəng xəstəliyindən vəfat etmişdir. Atası birinci Qarabağ Müharibəsinin iştirakçısıdır, dövlətdən 80 manat təqaüd alır. Evin böyük oğludur. Kiçik qardaşı Kooperasiya Universitetində tələbədir. Ailəsi ilə bağlı maddi cəhətdən güc onun üstünə düşür. Zərərçəkmiş şəxs hadisədən 4 ay əvvəl Biləcəri qəsəbəsində sələmçi kimi tanımışdır. Zamiqin anası da sələmçidir. Onları hamı sələmçi kimi tanımışdır. Zamiqi keçmiş iş yoldaşı vasitəsi ilə tanımışdır. 2023-cü ilin avqust ayının sonlarında anasının xəstəliyinə görə təcili pul lazım olduğundan Zamiqə zəng vurmuşdur. Zamiq hərbiçi olduğunu bilib ondan neçənci dəstədə qulluq etdiyini soruşmuşdur. O, cavab verdikdən sonra Zamiq onun barəsində məlumat toplamaq üçün şəxsiyyət vəsiqəsinin surətini və xidməti vəsiqəsini şəkilini çəkib votsap vasitəsi ilə göndərməsini istəmişdir. Sənədlərinin surətini Zamiqə telefonla göndərdikdən 10 dəqiqə sonra Zamiq özü ona zəng edərək nə qədər pul lazım olduğunu soruşmuşdur. O isə Zamiqə 2500 manat lazım olduğunu demişdir. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində Zamiq ona 1 aylığı 20 faiz olmaqla 2500 manat sələmə pul vermişdir. O, Zamiqə aylıq 400 manat faiz ödəməli olmuşdur. Zamiqdən pulu hissə-hissə götürmüşdür. İlkin olaraq 400-500 manat götürmüşdür. Sonra borc kimi 1000 manat da götürmüşdür. Həmçinin aylıq ödənişi gecikdirəcəyi halda həmin məbləğin üzərinə əlavə faiz gələcəyi barədə də razılaşmışlar. Sonra anası vəfat etmişdir. Məzuniyyət və mükafat pulunu alıb yanvar ayında borcunu verməyi planlaşdırmışdır. Sentyabr ayında antiterror əməliyyatında iştirak etmiş, qardaşının 2200 manat təhsil haqqını ödəmişdir. Bu səbəbdən Zamiqə olan borcunu ödəyə bilməmişdir. Sonuncu teztez zəng vurub ondan pulunu tələb etmişdir. O, vəziyyəti izah etsə də, Zamiq dayanmadan pulunu tələb etmişdir. Atası bankdan borc pul götürüb qaytarmaq istəsə də, bu alınmamışdır. 2023-cü ilin oktyabr və noyabr aylarında da Zamiqə pul ödəyə bilməmiş və sonuncudan möhlət istəmişdir. Sonuncu dəfə 30 dekabr 2023-cü il tarixdə Zamiq yenə zəng edərək borcunu tam ödəmək üçün 31 dekabr 2023-cü ilə, saat 13:00-dək vaxt verdiyini, qaytarmayacağı halda onun iş yerinə zəng vuraraq şikayət edəcəyini demişdir. O, Zamiqə pul məsələsi ilə əlaqədar hər gün zəng etdiyini, buna görə də sıxıldığını, pulunu anasının xəstəliyinə xərcədiyini, pul məsələsini həll edən kimi yanvarda borcunu qaytaracağını demişdir. Bunu dedikdən sonra Zamiq onu və anasını ağır söyüşlərlə təhqir etmiş və borcu qaytarması üçün səhəri günü saat 1-ə kimi vaxt verdiyini bildirərərk zəngi sonlandırmışdır. Müharibədə psixoloji sarsıntılar keçirməsi və anasının vəfat etməsindən sarsıldığından, Zamiqin də anasını təhqir etməsi onu qəzəbləndirmiş və Zamiqi öldürmək qərarına gəlmişdir. Evdən bıçaq götürərək bıçağı açaraq hazır vəziyyətə gətirmiş, cibinə yerləşməsi üçün gödəkçəsinin cibini cırmış, Zamiqə zəng etib pulu düzəltdiyini demiş və olduğu yeri deməsini istəmişdir. Zamiq də ona görüşmək istəmədiyini, pulu göndərəcəyi karta atmasını demişdir. O, Zamiqə görüşmək istədiyini, pulu əmisinin gətirib verəcəyini və bu barədə ona qəbz imzalatdıracağını demişdir. Sonuncu onunla razılaşaraq məkanı paylaşacağını və Memar Əcəmi dairəsinə gəlməsini demişdir. Taksi çağıraraq Memar Əcəmi dairəsinə gedib Zamiqlə görüşmüşdür. Zamiqin yanında iri cüssəli, tanımadığı başqa bir şəxs də olmuşdur. Görüşdükdə Zamiq ondan pulu gətirib-gətirmədiyini soruşmuşdur. O, Zamiqə “niyə söyüş söyürsən?” demişdir. Zamiq isə “söhbət etməyə gəlmisən sən?” demişdir. O da cavab verərək “sənin valideyininə söysələr sən nəsə deməzsən?” demiş, Zamiq, “əşşi söymüşəm, belə bir də söyərəm, söhbət etmək istəyirsənsə, bura söhbət yeri deyil, otur maşına gedək mən sənə göstərərəm nə edərlər, sənin kimiləri mən çox görmüşəm” demişdir. O, Zamiqin bu sözlərinə “mən sən gördüklərin adamlardan deyiləm” demişdir. Bu sözdən sonra Zamiq yenə ona qarşı nəlayiq ifadələr işlətməyə başlamışdır. O, Zamiqə “mən sənə əmək haqqı kartımı da zamin qoymağı təklif etmişdim, sən niyə belə elədin” demişdir. Zamiq yenə söyüş söymək istədikdə əvvəlcə, bir bıçaq zərbəsilə ağzına vurmuş, ikinci bıçağı Zamiqin boğazına dəymişdir. Bundan sonra Zamiqə neçə dəfə bıçaq zərbəsi vurduğunu xatırlamır. Bıçağı vurduqdan sonra həmin yerdən uzaqlaşmışdır. Taksiyə minərək Ağcabədiyə anasının qəbrini ziyarət etdikdən sonra polisə təslim olmaq qərarına gəlmişdir. Bundan başqa adını xatırlamadığı polis polkovniki ona zəng edərək harada olduğunu soruşmuşdur. O, qaçmaq niyyəti olmadığını, anasının qəbrini ziyarət etdikdən sonra polisə təslim olacağını demişdir. Dediyi kimi də etmişdir. Zamiqi öldürərkən tamah niyyəti olmamışdır. 1885 manat əmək haqqı almışdır. Qardaşının təhsil haqqını ödəməsə, Zamiqin pulunu verəcəkdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, istintaq hərəkəti protokollar, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 ifadəsində göstərdi ki, mərhum Zamiq onun oğludur. Hadisə baş verən gün Zamiq onun yaşadığı evdə divanda oturmuşdur. Bu zamanı oğlunun telefonuna zəng gəlmişdir. Zamiq telefonla danışarkən kiməsə “bəs atanla gələcəkdin, indi nə oldu, əminlə gələsi oldun?” demişdir. Sonra oğlu telefonla danışan zaman onun otağına keçmiş və qapını örtmüşdür. Oğlunun kimlə danışdığını bilməmişdir. Otaqdan çıxdıqdan sonra nə baş verdiyini soruşanda ona “fikir vermə, boş söhbətdir” demişdir. Zamiqdən yenidən kimlə danışdığını soruşmuşdur. Oğlu ona Qaçayla danışdığını demişdir. Hadisə baş verən gün 19:25-də Nizami küçəsindəki “Grand market”də olmuşdur. Bu zaman oğlu Zamiq ona zəng edərək hal-əhval tutmuşdur. Həmin gün təzyiqi olmuşdur. Oğluna “Grand market”də olduğunu demiş, ardınca oğlu evə gedən kimi ona zəng vurmasını demişdir. Əvvəllər də oğlu teztez ona zənglər etmişdir. Ona görə də oğlunun bu cür zəngindən narahat olmamışdır. Evə qayıtdıqdan sonra axşam 10-da Zamiqə zəng etmişdir. Lakin sonuncu zənginə cavab verməmişdir. 2-ci dəfə zəng vurduqda başqa bir şəxs telefonu götürüb Zamiqin telefonun “3-ün kruqunda” düşdüyünü demişdir. Sonradan həmin şəxsin polis olduğunu bilmişdir. Zamiqin həyat yoldaşına zəng vurmuşdur. Zamiqi evdən kimin çağırdığını soruşanda, gəlini sonuncunun saat 8-ə Qaçayın maşını ilə onlara gəldiyini və birlikdə getdiklərini demişdir. Qaçayla oğlunun yaxın münasibətləri olmuşdur. Qaçaya zəng vuran kimi sonuncu ona Təqsirləndirilən şəxs oğlunu öldürdüyünü demişdir. Qaçaydan oğlunun neçə dəfə və harada vurulduğunu soruşsa da, Qaçay cavab verməmişdir. Qaçayın telefon nömrəsini Daxili İşlər Nazirliyinə vermiş və oğlunun dostu olduğunu demişdir. “Grand market”in yanına gəlib taksiyə oturduqda ona Binəqədi, Xətai rayonundan zənglər gəlmiş və həmin ərazilərdə ölüm hadisəsinin olmadığı deyilmişdir. Daha sonra Zamiqin yoldaşına İnqilab tərəflərə gəlməsini və hadisənin harada olduğunu öyrənmələrini demişdir. Gəlinindən başqa digər oğluna da zəng etmişdir. Sonra oğlu Zaur ona Zamiqin Əcəmi tərəfdə Şəki kafesinin yanında öldürüldüyünü demişdir. Hadisə yerinə getdikdə ancaq polislərin orada olduğunu görmüşdür. Oğlunun harada olduğunu soruşduqda, ona Zamiqin əməliyyatda olduğu deyilmişdir. Sonra Samir adında polis əməkdaşı onu maşına mindirib morqa aparmışdır. Morqa getdikdə oğlunun orada olmadığını demişlər. Bundan sonra 01 saylı X24 aparılmış və orada özündən getmişdir. Ayıldıqdan sonra yenidən morqa aparılmışdır. X33 maşından düşürüldüyünü və başının qanlar içində olduğunu demişdir. Qaçaydan eşitdiyinə görə Zamiq və Elvin öz aralarında söhbət etmişlər. Sonra Zamiq maşının qabağında oturmuşdur. Elvin də şüşəyə yaxınlaşmışdır. Həmin vaxt Elvinin əlində siqaret olmuşdur. X28 siqaret istəmişdir. Zamiq də 2 ədəd siqareti özündə saxlayaraq qalan siqaretini Elvinə vemişdir. Hadisə yerində qeydə alınmış kameranın kimlər tərəfindən silinməyi hələ onda şübhə yaradır. X11 verilmiş suallara cavab olaaq göstərdi ki, oğlu alverlə, özü isə şirniyyat işi ilə məşğul olmuşdur. Oğlu 3 il idi ki evlənmiş, ayrı evdə, həyat yoldaşı ilə 5-ci mikrorayonda yaşamışdır. Oğlunun faizə pul verdiyini prokurorluqda öyrənmişdir. Oğlunun bu işlə bağlı yazdığı dəftərçəni evin mətbəxindən tapmış, həmin dəftərçəni prokurorluğa təhvil vermişdir. Dəftərin əvvəlində Qaçay yazıldığından şərik olduqlarını bilmişdir. Zamiqin əvvəllər kiməsə sələmə pul verməsini bilməmişdir. Zamiqə əvvəllər Elvinin zəng etməsi barədə xəbəri olmamışdır. Oğlu Qaçayla görüşüb gedəndə onda olan pulunu götürmüşdür. Onun evində oğluna məxsus 5000 manat pul olmuşdur. Evində oğurluq baş verdiyindən pulunu onun evində saxlamışdır. Zamiqin evindən oğurluq edənlər tapıldıqdan 4 gün sonra isə bu hadisə olmuşdur. X21 birlikdə işləmişdir. İbadət Hacıyev ona telefonda Elvinin bir dostu ilə çay evində oturduqlarını, həmin dostunun Elvinin Zamiqi çoxdan öldürmək niyyətinin olduğunu demişdir. Zamiqin hər hansı bir xəstəliyi, psixoloji pozuntu olmamışdır. Cinayət işinin materialları ilə tanış olsa da, xəstəliklə bağlı ekspertiza rəyi ilə tanış deyildır. Oğlu əvvəllər Zamiq 2 saylı ruhi xəstəxanada müalicə olmuşdur. Zamiqin narkotik maddələrdən istifadə etdiyini görməmişdir. Zamiq psixi xəstəlikdən müalicə aldığı üçün psixi dərmanlar qəbul etmiş, buna görə də qanında narkotik olmuşdur. Elvinin Zamiqdən borc aldığı pulun geri qaytarılması barədə ona təklif edilmişdir. Lakin o, həmin pulu istəməmişdir. Elvinin oğlunu tamah niyyəti ilə və xüsusi amansızlıqla öldürdüyünü düşünür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 25 dekabrda oğlu hadisə ilə bağlı onunla danışmışdır. Oğlu ona anası üçün sələmə götürdüyü 2500 manat pulu geri qaytarmalı olduğunu demişdir. Elvin həmçinin ona yanvarın 20-də məzuniyyətə çıxacağını, həmin ayın 13-14-də pulunu ala biləcəyini demişdir. Oğlunun sələmə pul götürdüyünü həmin vaxt bilmişdir. O, bunu eşidən kimi banklardan pul götürmək qərarına gəlmişdir. Kapital Bank və Bank of Bakuya getmişdir. Ona işlədiyi yerdə 4 ay tamam olduqdan sonra kredit verilə biləcəyi deyilmişdir. Ayın 30-u öz qəsəbələrinə getmişdir. Bəzilərindən pul istədikdə ona tapıb məlumat verəcəkləri deyilmişdir. Səhəri günü saat 2-də belə bir hadisə baş verdiyindən xəbər tutmuşdur. Ağcabədi Rayon Polis Şöbəsinə getdikdə Elvinin tutulduğunu görmüşdür. Həmin günün səhəri Elvinin dediyi pul hazır olmuşdur. Elvin həbs olunduqdan sonra şəhərə gəlmişdir. Bir neçə gündən sonra Tofiq Hümbətovu vəkil tutmuşlar. Digər tərəfin vəkili Tofiq müəllimə zəng edərək Suğra xanımın verdikləri pulun üzərinə bir qədər də pul qoyulub verməli olduqlarını demişdir. O, 5000 manatı öz üzərində gəzdirmişdir. Daha sonra vəkil Suğra xanımın həmin pulu almaqdan imtina etdiyini demişdir. Çünki həmin pulu qəbul etsə vəziyyət Elvinin xeyrinə olacaqdı. Oğlunun kimdənsə faizə pul götürməyi barədə məlumatı olmamışdır. Elvin onunla yaşamışdır. Yoldaşı 2009-cu ildən xəstə olmuşdur. Avqust ayından isə vəziyyəti daha da ağırlaşmışdır. Müalicə xərclərinin bütün hamısını Elvin həyata keçirmişdir. O, həmin vaxt işsiz olmuşdur. Elvinin sələmə götürdüyü pulların məhz anasının müalicəsinə xərcləməsi barədə heç bir sübutu olmamışdır. Lakin Elvinin bütün pulları son qəpiyinə kimi anasının müalicəsinə xərclədiyini bilir. Bundan başqa kiçik oğlunun da təhsil haqqını Elvin ödəmişdir. Kiçik oğlu 2-ci kursda oxuyur və təhsil haqqı məbləği 2200 manat məbləğindədir. Universitetdə qeydiyyatdan keçdiyi 15-16 sentyabrda həmin məbləğin yarısını, yəni 1100 manatını ödəmişdir. Yanında olarkən Elvinə zənglər gəlmişdir. Kənara çəkilib telefonla danışmışdır. Həmin vaxt kimlə danışdığını bilməmişdir. Elvinin borcu olan pulu 1 yanvarda hazır etsə də, hadisə artıq baş vermişdi. Zərərçəkmiş şəxsin ailəsinin yanına getmək istəmişdir. Lakin müstəntiq Suğra Cabarovanın onları görmək istəmədiklərini demişdir. Elvin əvvəllər üzərində bıçaq gəzdirməmişdir. Cinayət hadisəsi törətdiyi bıçağı haradan aldığını bilməmişdir. Elvin onun borc pul almaq üçün yaşadığı qəsəbəyə getdiyini bilsə də, pulu hazır etdiyindən xəbəri olmamışdır. Oğluna pul məsələsini həll edəcəyini demişdir. Qəsəbədə borc istədikləri adamların borc məsələsini həll edəcəklərini deməsi barədə Elvinə məlumat verməmişdir. Elvin işdə olduğundan bu barədə ona deməyə imkanı olmamışdır. Elvin maaşını hər ayın 25-26-ı almışdır. Maaşını nə vaxt aldığından xəbəri olurdu, Elvin 1885 manat əmək haqqı almışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zamiqi 4-5 il əvvəl iş yoldaşı vasitəsi ilə sələmə pul verən şəxs kimi tanımışdır. Müxtəlif vaxtlarda aralarında pul haqq-hesabı olmuşdur. Zamiqdən borc pul götürüb, bir müddət sonra faizi ilə birlikdə Zamiqin özünə qaytarmışdır. Əvvəllər borcu gecikdirdikdə Zamiq onu təhqir etməmişdir. Ümumiyyətlə Zamiqin borc pul verdiyi şəxsləri borclarını qaytarmadıqları üçün təhqir etməsi barədə heç nə eşitməmişdir. Qulluq etdiyi hərbi hissədə ondan başqa şəxslərin də Zamiqdən pul götürdüklərini bilmişdir. 30 dekabr 2023cü il tarixdə saat 4-5 radələrində Zamiqin telefonuna zəng edərək 300-500 manat pul lazım olduğunu demişdir. Zamiq də ona axşam saat 9-da “Memar Əcəmi” metrostansiyasının qarşısına gəlməsini demişdir. Bundan sonra o, avtomobil ustasının yanına getmiş, ustanı tapa bilməmişdir. Avtomobilinin əyləci xarab olduğu üçün ona pul lazım olmuşdur. Hadisənin baş verəcəyi yerə Zamiqdən pul borc almaq üçün getmişdir. Həmin gün axşam saat 8-də “Memar Əcəmi” metrostansiyasının qarşısına getmişdir. Orada Zamiqlə görüşmüş, “Şəki” kafesində çay içmişlər. Görüş zamanı Zamiq ona bir nəfərlə görüşməli olduğunu və həmin şəxsdən alacağı pulu ona verəcəyini demişdir. Zamiq çölə çıxaraq Təqsirləndirilən şəxsla söhbət etməyə başlamış, o, kafedə oturmuşdur. 5 dəqiqə sonra siqaret çəkmək üçün kafedən çölə çıxmışdır. Bu zaman Zamiqlə təqsirləndirilən şəxsin, yəni Elvinin kafedən 15-20 metr məsafədə səmimi söhbət etdiklərini görmüşdür. Yaxınlaşaraq sonuncu ilə salamlaşmışdır. Onlar, yəni Elvin və Zamiq 15 dəqiqəyə yaxın dayanıb söhbət etmişlər. Həmin vaxt getməli olduğundan Zamiqə işlərinin nə vaxt qurtaracağanı soruşmuşdur. Zamiq ondan bir qədər gözləməsini xahiş edərək Elvinin əmisinin pul gətirəcəyini, pulu götürdükdən sonra onu da yolda düşürəcəyini demişdir. Onlar söhbət edərkən Zamiq Elvindən borca götürdüyü pulu qaytarmasını istəməmişdir. Elvin Zamiqə əmisinin pul gətirdiyini və beş dəqiqəyə çatdığını demişdir. Sonra o, öz avtomobilinin sükanı arxasına, Zamiq də onun yanında ön sərnişin oturacağında əyləşmişdir. Siqaret çəkdikləri üçün avtomobilin qabaq şüşələri açıq olmuşdur. Elvin pəncərənin şüşəsindən Zamiqlə danışmağa başlamışdır. Danışıq zamanı onlar səmimi söhbət etmiş, bir-birilərini təhqir etməmişlər. Səhv etmirsə onlar həmin vaxt hərbi hissə və “zampolit” barədə danışmışlar. Onlar söhbət edən zaman o, telefonu ilə videogörüntü vasitəsilə başqa şəxslə danışmışdır. Hava soyuq olduğundan Elvinə avtomobilə əyləşməyi təklif etmişdir. Sonuncu ona əmisinin gəlməli olduğunu və buna görə də onu gözlədiyini demişdir. Zamiqin də Elvini maşına dəvət etməsini xatırlamır. Ümumiyyətlə, Zamiq Elvinə “otur maşına göstərəcəm sənə adamın başına necə oyun açarlar” sözlərini deməmişdir. Elvin və Zamiq bir qədər söhbət etdikləri Elvin qəfildən avtomobilin qabaq şüşəsindən Zamiqin boğaz nahiyəsindən 2 (iki) dəfə vurmuşdur. Elvinin Zamiqi vurduğunu sonuncu “məni vurdu” dedikdən sonra görmüşdür. Zamiqi vuran şəxs, yəni Elvin bir anda yoxa çıxmışdır. Zamiqin boğazından qan gəldiyi üçün maşının yük yerindən su götürüb boynuna dəsmal tutmuş və xəstəxanaya aparmışdır. Bütün bu hadisələr təxminən 12-15 dəqiqə ərzində baş vermişdir. Şahid1 məhkəmə istintaqında ona verilən suallara cavab olaraq göstərdi ki, Elvinin avtomobilin pəncərəsindən Zamiqə sənədlərini, vəsiqəsini, sürücülük vəsiqəsini uzadaraq yalvardığını sonuncudan borcu qaytarmaq üçün vaxt istədiyini görməmişdir. Zamiq ona başqa bir nəfər şəxsin borcunu qaytarmaq istəməməsi barədə heç nə deməmişdir. Zamiq həmin vaxt əsəbi olmamışdır. Zamiqin çəkdiyi siqaret hadisə vaxtı avtomobilin döşəməsinə düşüb qalmışdır. Mübahisə zamanı Zamiq Elvinə qarşı söyüş söyməmişdir. Zamiq təqsirləndirilən şəxsi maşına tərəf dartmamış, maşının arxa qapısını açaraq oturmasını deməmişdir. Elvin pəncəənin qarşısında olarkən normal söhbət etmişlər. Elvin Zamiqə pulu verəcəyini, buna grə narahat olmamasını demişdir. Hadisə yerinə gəlmiş polislər hadisənin onun törətdiyini zənn etmiş, onu Əcəmi dairəsinə aparmışlar. Orada kamera görüntüləri götürmək adı ilə marketə daxil olmuşlar. 10-15 nəfər polis əməkdaşı onu marketin içində döymüşdür. Polislər ondan hadisəni kimin törətdiyini soruşmuşlar. O isə hadisə törədən şəxsi tanımadığını demişdir. Döyülmə nəticəsində o, kəllə-beyin travması almışdır. Cinayət törədən şəxs tutulduqdan sonra onu buraxmışlar. Dekabrın 31-də hərbi hissənin tibb məntəqəsinə getmişdir. Orada qeydiyyata alndıqdan sonra hospitala göndərilmişdir. 23-24 gün hospitalda olmuşdur. Polislər tərəfindən döyülsə də istintaq zamanı düzgün ifadə vermişdir. Həmin ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 30 dekabr 2023-cü il tarixdə axşam növbəsində işdə olmuşdur. Təxminən saat 22 radələrində maşında bir nəfər yaralı şəxs gətirilmişdir. Yaralı şəxsə yaxınlaşıb baxış keçirdikdə bir nəfər şəxsin boyun nayihəsi və əynindəki paltarların qan içində olduğunu və avtomobilin ön sərnişin oturacağında olduğunu görmüşdür. Mərhum kişi cinsli ağbəniz olmuş, boğazında sep və köynəyinin varatnikinə dəsmal olmuşdur. Baxış keçirdikdə şəxsin artıq keçindiyini görmüşdür. Bu barədə dərhal Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat vermişdir. Polislər gəldikdə meyiti onlara təhvil vermişdir. Mərhumun xəsarətləri boyun nahiyəsindən olmuş, boğazında kəsilmiş-cırılmış yaralar olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 30 dekabr 2023-cü il tarixdə saat 21:45 radələrində “Memar Əcəmi” metrostansiyası yaxınlığında “Şəki” kafesi ilə üzbəüzdə olan 135 saylı avtobus dayanacağının yaxınlağında maşını saxlayıb, yolun əks istiqamətinə keçərək “Spar” mareketdən siqaret və su almışdır. Marketdən çıxıb geri qayıdanda ətrafda səs-küy eşitmişdir. Bir nəfər şəxs “kimsə maşını sürə bilər, burda adamı çatdıraq xəstəxanaya” deyə qışqırmışdır. Maşına yaxınlaşdıqda sağ qabaq oturacaqda əyləşən şəxsin boyun nahiyəsindən qan axdığını görüb həmin maşının sükanı arxasına əyləşib maşını ən yaxın tibb məntəqəsinə sürmüşdür. Tibb məntəqəsinə təxminən 3-4 dəqiqəyə çatmışdır. Həkim yaxınlaşdıqdan sonra şəxsin artıq keçindiyini demişdir. O, maşını sükanında olan kömək istəyən şəxs arxada oturaraq, mərhumun boğazından dəsmalla tutaraq qanaxmasının qarşısını almışdır. O, avtomobilin əyləcinə basmadan sürmüşdür. Avtomobilin əyləcindən bir dəfə tibb məntəqəsinə çatdıqda istifadə etmişdir. Həmin vaxt əyləcin nasaz olmasını hiss etməmişdir. Hadisədən 3 gün sonra hadisənin baş verdiyi kafedə olmuşdur. Kafedə hadisənin şahidi olan şəxslərin hadisə zamanı təqsirləndirilən şəxsi avtomobilə əyləşdirməyə çalışdıqlarını, sonuncuya “otur maşına gedək” dediklərini, həmçinin Elvinin özünü müdafiə etmək üçün bıçaqla vuraraq qaçdığını eşitmişdir. Bundan başqa hal şahidləri öldürülən şəxsin təqsirləndirilən şəxsin vəfat etmiş anasını söydüyünə görə öldürdüyünü demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs əmisioğludur. Hadisə barədə Elvinin özündən eşitmişdir. Sonuncu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan küçəsində kirayə evdə qalmışlar. Hadisə günü o, rayona getmişdir. Elvin onun telefonuna “hardasan, səninlə görüşmək istəyirəm. Adam vurmuşam. Anamın qəbirin üstünə gedib ziyarət etmək istəyirəm” yazmışdır. O, əvvəlcə inanmamış, “vurmaq” sözünü dalaşmaq, yumruq atmaq mənasında başa düşmüşdür. Elvin daha sonra “söyüş söydü, yoxsa vurmazdım” yazmışdır. O, Elvinin yazdıqlarını yenə ciddiyə almamışdır. Sonra isə “gəlmə daha, ehtiyac yoxdur” yazmışdır. Səhəri gün isə belə hadisənin baş verdiyini eşitmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şahid4 məhkəmə istintaqında verilən suallara cavab olaraq göstərdi ki, Elvinin Zamiqə borcu olması barədə eşitməmişdir. Sonuncu ilə birlikdə kirayə qaldığı evə aylıq 300 manat vermişlər. Həmin pulu hər ikisi ödəmişdir. Elvinin anasının xəstə olduğunu hamısı bilmişdir. Elvinin anasının müalicəsinə pul xərcləməsini, dərmanlar almasını görmüşdür. Lakin Elvinin pulu haradan almasını bilməmişdir. Elvinin anası ağır xəstə olarkən atası həmin vaxt işləməmişdir. Elvinin atası anası vəfat edəndən sonra işə düzəlmişdir. O, Zamiq adlı şəxsi tanımamışdır. Lakin hadisədən 1-2 həftə əvvəl Elvinin borcu olduğunu bilmişdir. Elvinin iş yoldaşları onların evinə gəldikdə Elvinin borcu olduğunu demişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Zamiq onun həyat yoldaşı olmuşdur. 30 dekabr 2023-cü il tarixdə axşamtərəfi Zamiq anasıgildən gəlib evdə yarım saat oturmuşdur. Yarım saat sonra dostu Qaçay zəng edərək onu Memar Əcəmidəki çay evində çay içmək üçün çağırmışdır. Zamiq Qaçaya “gəlim 1 saat oturum, saat 9-un yarısı evə qayıdacam” demişdir. Zamiq evdən çıxdıqdan 2 dəqiqə sonra onun mobil telefon nömrəsinə zəng vuraraq bayram günü olduğu üçün onu tək qoymamasını istəmişdir. Zamiq ona 9-un yarısı evə gələcəyini demişdir. Saat 8-in yarısında yenidən Zamiqə zəng etmişdir. Sonuncu ona yanında adamlar olduğu üçün danışa bilmədiyini demişdir. Saat 10-a qalmış Zamiqin gəlmədiyini görüb yenidən ona zəng etmişdir. Zənglərinə cavab vermədiyi üçün “WhatsApp”da mesaj yazmış, lakin cavab almamışdır. Həyat yoldaşına təxminən 20 dəfə zəng etdikdən sonra bir nəfər kişi cinsindən olan şəxs telefonu açaraq kafe müdiri olduğunu, Zamiq sərxoş olduğu üçün ayıltmağa çalışdıqlarını demişdir. O, Zamiqin harda olduğunu soruşanda həmin şəxs Zamiqin Şamaxınka deyilən yerdə darvaza kafesində olduğunu bildirmişdir. Bunu eşitdikdən dərhal sonra qayınanasına zəng edərək məlumat vermişdir. Şamaxinka adlı ərazidə “Darvaza” kafesini tapmış, orada yoldaşının sərxoş vəziyyətdə olduğunu desə də, ona orada elə bir şəxsin olmadığını demişlər. Zamiqi axtardıqda qaynı Zaur anasına zəng edərək Memar Əcəmidə baş verən hadisə barədə məlumat vermişdir. İstintaq zamanı ondan Zamiqin xarakteri barədə soruşulmuş, o, həyat yoldaşının uşaq təbiətli olduğunu, aqressiv biri olmadığını demişdir. Zamiqin psixoloji xəstəliyi barədə sonradan nikaha gedəndə bilmişdir. Bu barədə ona Zamiq məlumat vermişdir. Lakin Zamiqin xəstəliyi onların münasibətinə təsir etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisə barədə heç bir məlumatı olmamışdır. Belə bir hadisənin baş verəcəyini bilsə idi, qarşısını almağa çalışardı. Hadisə barədə bacı-qardaşından eşitmişdir. Elvinin borcunun ümumi miqdarı barədə məlumatı olmamışdır. Elvin ondan borc istəsə verərdi. Hadisədən sonra Elvinlə görüşə bilməmişdir. Qardaşı Siyavuşgilin maddi vəziyyəti yaxşı olmamışdır. Ailənin yükünü Siyavuş çəkmiş, Elvin də atasına kömək etmişdir. Qardaşı arvadınn ağır xəstəliyi olduğunu bilmişdir. Onun xəstəliyinin müalicəsi, xərclərini qardaşı çəkmişdir. Hadisənin törədilmə səbəbi barədə məlumatı olmamış, hadisə törədildikdən sonra bilmişdir ki hadisə borca görə törədilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, 2023-cü ilin dekabrın 20-21-i tədbirdə olmuşlar. Həmin zaman Elvinə zəng gəlmişdir. Zəngdən sonra Elvinin sıxıldığını görüb bunun səbəbini soruşmuşdur. Elvin ona heç nə deməmişdir. Axşam yenə nə baş verdiyini soruşduqda borcu olduğunu, faizə pul göürdüyünü demişdir. O, Elvinə işlərinin problemli olduğu üçün nahaq yerə faiz borc aldığını demişdir. Elvin isə başqa variantının olmadığını demişdir. O, Elvinə borcunun az miqdardadırsa kömək etməyi təklif etmişdir. Elvin borcunun çox olduğunu dedikdən sonra isə sonuncuya bu barədə atasına məlumat veməsini demişdir. Bir neçə gün sonra Elvin ona borcu barədə atasına məlumat verdiyini demişdir. Dekabrın 29-u Elvin atasının bankdan kredit götürə bilmədiyini, rayona gedərək pul tapacağını demişdir. Elvin ona hadisə barədə dedikdə o, əvvəlcə buna inanmamışdır. Hərbi hissəyə getdikdən sonra həqiqətən də Elvinn cinayət törətdiyini bilmişdir. Şahid10 məhkəmə istintaqında verilən suallara cavab olaraq göstərdi ki, əvvəllər Zamiqdən 1000 manat borc pul götürmüşdür. Hadisə baş verən zaman da Zamiqə borcu olmuşdur. Cabarova Suğra onun adını hərbi hissəyə vermişdir. Həmin gündən 2-3 gün sonra, təxminən 30-31 yanvarda pulu oğlunun kartına atmışdır. Zamiqlə aralarında gərgin münasibət olmamışdır. Zamiq nə vaxt istəsə həmin vaxt da pulu qaytarmışdır. Elvin ona kimi öldürməsi barədə məlumat vermişdir. Aralarında başqa heç bir söhbət olmamışdır. Elvinlə Şuşa tədbirində, Antiterror əməliyyatı və digər tədbirlərdə iştirak etmişlər. Şuşa tədbirində 1 ay postda olmuş, bundan başqa da dövlət tədbirlərində birlikdə olmuşlar. Elvin iş yoldaşları ilə olan “WhatsApp” qrupuna yazaraq onlardan haqlarını halal etməsini istəmiş, söyüş söyməsə öldürməyəcəyini demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Onun avtomobili “Memar Əcəmi” metrosu tərəfdə dayanır. Bir nəfər şəxsin bərk qaçaraq onun maşının “kapot”una dəymişdir. Avtomobildən düşərək həmin şəxsin kim olduğunu bilmək istəmişdir. Lakin həmin şəxsi görə bilməmişdir. Arxa tərəfə döndükdə bir nəfərin kömək istədiyini görmüşdür. Həmin şəxsin olduğu avtomobilin yanında bir nəfərin qan içində olduğunu görmüşdür. O zaman onun avtomobilinə dəyən şəxsin hadisə törədərək qaçdığını başa düşmüşdür. Bir nəfər həkim gələnə kimi vurulan şəxsi xəxtəxanaya apamalarını demişdir. Ona avtomobil idarə etməsini desələr də, o, elə vəziyyətdə avtomobil sürə bilməyəcəyini demişdir. Hadisə baş verən yerdə kimlərinsə dava etməsini görməmişdir. Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4ası X11 ilə birlikdə yaşayır. İş olduğu hallarda malyar işi görür. Subaydır. Mahiyyəti üzrə bildirmişdir ki, Zamiq onun əkiz qardaşıdır. Zamiq orta təhsilli olmuşdur. Zamiq “Sədərək TM”-dən mal alıb-satışı ilə məşğul olur. Lakin nə alıb-satması və kimə satması barədə məlumatı yoxdur. Zamiq 2021-ci ildə Pərvanə adlı qadınla ailə qurmuşdur. Həmin vaxtdan da ünvan 5 ünvanında yaşamışdır. Zamiqi sonuncu dəfə hadisənin olduğu gün, xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində yaşadığı evdə anasını ziyarətə gələrkən görmüşdür. Zamiq təxminən 16 radələrində digər otağa keçib kiminləsə danışıb qayıtmışdır. Həmin vaxt anası Zamiqdən kiminlə danışdığını soruşduqda Qaçay olduğunu demişdir. Təxminən saat 17 radələrində Zamiq yaşadığı evə getmək üçün onların yanından çıxmışdır. Saat 19 radələrində də o evdən çıxıb şəhərə gəzməyə düşmüşdür. Bir qədər gəzdikdən sonra saat 21 radələrində Bakı şəhəri İzmir küçəsində yerləşən evinə yuyunmaq üçün getmişdir. Hamamdan çıxarkən telefonuna baxdıqda 2 cavabsız zəngin olduğunu görmüşdür. O anasına zəng edərkən kiminləsə danışdığını görmüşdür. Anası zəngə cavab verdikdə anası ona Qaçay demişdir ki, qardaşıvı öldürüblər, harada olduğunu soruşduqda “şamaxınka” deyə cavab vermişdir. O da dərhal evdən çıxıb həmin əraziyə getmişdir. Orada olarkən anasından Qaçayın nömrəsini götürüb zəng etmişdir. Həmin vaxt zənginə polis əməkdaşı kimi özünü təqdim edən şəxs cavab vermiş və ona “memar əcəmi” metrostansiyası yaxınlığına gəlməyini bildirmişdir. Daha sonra qardaşının meyitini Nəsimi rayon morqunda olduğunu bilmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəni törədən Təqsirləndirilən şəxs tanımamışdır. Zamiqin dostlarından yalnız Qaçayı tanıyır. Zamiqin istifadəsində ***-***-**- ** saylı mobil nömrə olmuşdur. Onun istifadəsində isə ***-***-**-** saylı mobil nömrə vardır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, onu əvvəllər görməmişdir. Şahid1lə hal-hazırda da eyni hərbi hissədə xidmət edirlər. Bu səbəbdən aradabir bir-birilərilə rastlaşırlar. Hadisədən müəyyən qədər məlumatı vardır. Zərərçəkmiş şəxs 3-4 ildir ki tanıyır. Sonuncu ilə iki dəfə görüşmüşdür. Sonuncunu şəhid olmuş iş yoldaşı Elcan Balabəyli vasitəsilə tanımışdır. Zamiqdən İlk dəfə 300 manat, sonuncu dəfə 550 manat borc pul almışdır. 550 manat pulu dekabr ayının sonlarında, bayrama 1-2 gün qalmış almışdır. Pul almaq üçün Zamiqlə görüşmüş və pulu nağd şəkilə almışdır. Həmin vaxt Qaçay Zamiqin yanında olmuşdur. Pul götürmək üçün getdikdə Qaçay və Zamiq bir yerdə olmuşlar. Pul götürdükdən sonra oradan getmişdir. Həmin vaxt hava qaranlıq olmuşdur. O, Qaçaydan xahiş etmişdir ki, Zamiqdən onun üçün pul istəsin. Qaçay da ondan xahiş etmişdir ki, Zamiqdən aldığı pulun 250 manatını ona versin. Zamiqdən borc pul götürdükdən sonra 250 manatı Qaçaya vermək üçün əlaqə saxlamışdır. Lakin Qaçayla əlaqə saxlaya bilməmişdir. Qaçayın həmin vaxt problemləri olmuşdur. Səhv xatırlamırsa sonuncunun maşınında problem olmuşdur. Yanvar ayının 4-ü və ya 6-sı Qaçaydan Zamiqin vəfat etdiyini eşitmişdir. Qaçay Zamiqin bıçaqla öldürüldüyünü, öldürülməsi barədə başqa heç nə deməmişdir. Yanvar ayını axırlarında pulu, yəni 250 manatı Qaçaya vermişdir. Sosial şəbəkələrdən Zamiqin söyüş üstündə öldürüldüyünü görmüşdür. X30 ölüm səbəbi barədə ona heç nə deməmişdir. Fevral ayının 20-dən sonra borcunu düzəldərək Zamiqin anasının kartına atmışdır. Zamiqlə ilk razılaşmasında faiz məsələsindən danışılmamışdır. İlk dəfə Zamiqdən pul götürəndə faiz vermişdir. 30 dekabr 2023-cü il tarixli raportdan görünür ki, həmin gün X3 adlı şəxsin ona ***- ***-**-** npmrəsindən zəng edərək Zərərçəkmiş şəxs öldürməsi barədə məlumat vermişdir. (Cild 1 i.v. 223) 31 dekabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 09:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 45-46) 01 yanvar 2024-cü il tarixli Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 106-109) Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının 3-13-14-5/2- 616/2024 saylı 24.01,2024-cü il tarixli məktubundan görünür ki, Əsədov X14 işlər nazirinin müavini - daxili qoşunların komandanının 14 aprel 2022-ci il tarixli 73 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətə könüllü qəbul edilib - 14 aprel 2022-ci il tarixdən , 3-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunun atıcısı vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının 30 dekabr 2023-cü il tarixli 262 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən 30 dekabr 2023-cü ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmət etdiyi müddət ərzində bir neçə nöqsanlara yol vermiş və komandirlər tərəfindən tutulmuş iradlardan düzgün nəticə çıxartmışdır. Hərbi xidmətə münasibəti zəif olmuşdur. Gündəlik xidməti fəaliyyətində davranışı, icraçılığı ilə nümunəvi olmağa çalışmışdır. Nizamnamə, təlimat və rəhbər sənədlərin tələblərini mənimsəmiş və gündəlik xidməti fəaliyyətində onlara əsaslanmağa səy göstərmişdir. Döyüş və səfərbərlik hazırlığının təmin edilməsi məqsədi ilə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əsas istiqamətləri təyin etmək üçün çalışmışdır. Xidmətə təşəbbüskarlıq göstərməmişdir. Mənəvi cəhətdən sabit olmuşdur. Xarici görünüşü qənaətbəxş olmuşdur. Kollektiv arasında ümumən nüfuzu olmuşdur. Dövlət və hərbi sirri qorumağı bacarmışdır. Silah və sursatdan istifadə qaydalarını mənimsəmişdir. (Cild 1 i.v. 236) 31 dekabr 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi cinayətin aləti olan bıçağa və sonuncunun üzərində olan geyimlərə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ cibinin cırılması müəyyən edilmişdir. (Cild 1 i.v. 64) 30 dekabr 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, ünvan 6 ünvanında 5 saylı TTYS-nın **-VG-*** qeydiyyat nişanlı avtomobildə qabaq sərnişin oturacağında olan Zərərçəkmiş şəxs meyitinə və avtomobilə baxış keçirilmişdir. 31 dekabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvan 7 ünvanında yerləşən “Şəki” restoranının yaxınlığında görüşərək onun boğaz və sinə nahiyələrinə bir neçə bıçaq zərbəsi vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin ünvanda “Şəki” restoranının orta qapısının qarşısında avtonəqliyyat vasitələrinin dayanması üçün ayrılmış yerdə görüşüb söhbət etdiklərini bildirmişdir. Söhbət Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qayttarmalı olduğu pullar barədə olmuşdur. Elvin Zamiqə bir qədər səbrli olmasını, bir aya bütün pulunu qaytaracağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaxınlıqda olan “Toyota Carolla” markalı avtomobilin sağ sərnişin oturacağına əyləşmiş və pəncərəni endirmiş, Elvin isə ayaqüstə qolları avtomobilə söykənmiş vəziyyətdə olmuşdur. Avtomobilin süücü oturacağında oturan şəxs ona havanın soyuq olmasını və onun də avtomobilə əyləşərək söbətə davam etməsini demişdir. O isə əyləşmək istəmədiyini, əmisinin yaxında olduğunu demişdir. Əmisinin yaxında olduğunu Zamiqə borclu olduğu pul vəsaitin gətirdiyini və bir qədər sonra çatacağını demişdir. Elvin söhbət zamanı Zərərçəkmiş şəxs telefonda niyə anasını söydüyünü, ona olan borcunu qaytaracağını, anasını söyməsinin düzgün olmadığını demişdir. Zamiq isə ona əmisinə zəng edərək harda olmasını soruşmasını, pulu onun kartına atmasını demişdir. Təqsirləndirilən şəxs isə telefonu güya əmisinin zəngi rədd etdiyini və əmisinin yaxında olduğunu demişdir. Bundan sonra o, əynində olan gödəkçənin sağ cibində olan bıçağı sağ əli ilə götürərək Zərərçəkmiş şəxs boğaz və sinə nahiyəsinə bir neçə bıçaq zərbəsi vurmuşdur. Daha sonra yolun digər tərəfinə keçərək hadisə yerindən uzaqlaşmışdır. (Cild 1 i.v. 94-95) 27 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zamiq Crabarovun istifadəsində olan “Samsung S21” və Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung A12” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının əvvəllərindən 30 oktyabr 2023-cü il tarixədək ümumilikdə 2500 manat vermişdir. Həmin pul vəsaitinə görə aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər ay üçün 20 faiz, yəni 500 manat pul ödəməli olmuşdur. Aralarında olan yazışmadan məlum olmuşdur ki, Elvin xərcələrinin olması səbəbindən Zamiqə olan borcunu ödəyə bilməmişdir. Buna görə dəv vaxt istəmişdir. Bundan başqa aralarında olan pul münasibətlərinə son qoyulması üçün Zamiq 3500 manat pul ödəməsini bildirir. Təqsirləndirilən şəxs həmin məbləğlə razılaşır. (Cild 2 i.v. 94-95) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsi Ambulator X1 210 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2 i.v. 51-54) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin Nəsimi rayon şöbəsinin 152 saylı xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sol çənəaltı nahiyəni və boyun nahiyəsinin yuxarı 1/3-ni əhatə edən, qırtlaq qapağını zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara. Yara kanalının istiqaməti öndən- arxaya, yuxarıdan-aşağıya və soldan-sağa doğrudur, -boyun nahiyəsinin sağ yan səthinin vidaci venaları, yuxu arteriyasını, qırtlaq qığırdağını və dili zədələyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yara. Yara kanalının istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və sağdan-sola doğrudur. - döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və ürək kisəsini zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara. Yara kanalının istiqaməti öndən- arxaya, yuxarıdan-aşağıya və sağdan-sola doğrudur. - döş qəfəsinin ön səthinin sağ yarısının qarın boşluğuna nüfuz edən və qaraciyəri zədələyən 1 (bir) ədəd deşilmiş- kəsilmiş yara. Yara kanalının istiqaməti öndən-arxaya, yuxarıdan-aşağıya və sağdan-sola doğrudur. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə törənmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, dərəcələrinə görə ümumilikdə və avrı- ayrılıqda həyal üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən xəsarətlərin ardıcıllığı barədə fikir söyləmək mümkün olmadı. Zərərçəkmiş şəxs ölümünə səbəb sol çənəaltı nahiyəni və boyun nahiyəsinin yuxarı l/3-ni əhatə edən, qırtlaq qapağını zədələyən, boyun nahiyəsinin sağ yan səthinin vidaci venaları, yuxu arteriyasını, qırtlaq qığırdağını və dili zədələyən, döş qəfəsinin ön səthinin sağ yarısının plevra boşluğuna nüfuz edən və ürək kisəsini zədələyən, döş qəfəsinin ön səthinin sağ yarısının qarın boşluğuna nüfuz edən və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 10:30-da) təxminən 12-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan Amfetamin adlı narkotik maddə aşkar edilmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlər) ilə yetirilmiş ən azı 4 (dörd) zərbə nəticəsində əmələ gəlmişdirlər; maddi sübut qismində ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs deşilmiş-kəsilmiş yaralar yetirildikdən sonra o, dəqiqələrlə ölçülən zaman kəsiyində məqsədyönlü hərəkətlər (hərəkət etmək, danışmaq, köməyə çağırmaq və s.) edə bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və s. vəziyyətlərdə, eləcə də müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs hadisə anında əynində olmuş paltarlarında olan zədələrin təyini üçün xüsusi tibbi-kriminalistik tədqiqat əhəmiyyət kəsb edir. Zərərçəkmiş şəxs qanının qrup mənsubiyyətinin təyini üçün meyitindən götürülmüş qan nümunəsi “MTE və PA Birliyi” PHŞ-nin məhkəmə-tibbi biologiya şöbəsinə göndərildi. (Cild 2 i.v. 25-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin Nəsimi rayon şöbəsinin 1816 saylı 31,12.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (Cild 1 i.v. 38-42) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X10" X22 Maddi sübutların məhkəmə-tibbi bioloji tədqiqinə dair 27/2024-MTBŞ saylı xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-O(l)., Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O (l). Tədqiqata təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus papaqlı gödəkçə, qisaqol mayka, hərbi naxışlı şalvar üzərində olan ləkələrdə və hadisə yerindən götürülmüş 01 ədəd çubuqlu pambıq tampon üzərinə hopdurulmuş maddə ləkəsində insan qanı aşkar olundu.Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda H antigeni və əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Bu qan ləkələri O- /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi-üzrə mərhum Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi ilə inkar olunmur (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa). Tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq üzərində qan, Təqsirləndirilən şəxs məxsus gödəkçə, cins şalvar, sviter üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (Cild 2 i.v. 74-81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X10" X22 Maddi sübutların məhkəmə-tibbi kriminalistik tətqiqiqnə dair 31/2024-MTKŞ saylı xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və gödəkçə üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxş Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynəyin ön hissəsində ortada 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində hər hansı bir zədə aşkar edillmədi. Zərərçəkmiş şəxs meyitində döş qəfəsinin ön səthinin sağ yarısında olan 02 (iki) deşilmi-kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynəyin ön hissəsində ortada aşkar edilmiş 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs meyitində sol çənə nahiyəni və boyun nahiyəsinin yuxarı 1/3-ni əhatə edən 1 (bir) ədəd və boyun nahiyəsinin sağ yan səthində olan 1 (bir) ədəd deşilmişkəsilmiş yaralar ekspertizaya təqdim edilmiş ona məxsus paltarlarda öz əkslərin tapmamışlar, bu da paltarların həmin nahiyələri örtməməsi ilə izah oluna bilər. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçaqlarının analoqu üzrə hazırlanmışdır, bıçağın tiyəsi hərəkətli olduğuna görə soyuq silahların tələblərinə cavab vermir və hazırda soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişilik aşkar olunmadı. (Cild 2 i.v. 17-22) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 129 saylı xx.xx.2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs idrak prosseslərinin, əqliintellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stres, frustrasiya vəziyyətində olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (Cild 2 i.v. 82-87) Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2012-xx.xx.2012, xx.xx.2015-xx.xx.2015, tarixlərdə həmin xəstəxanada “Mülayim ifadə olunmuş üzvü emosiolnal labil pozuntusu” diaqnozu ilə, xx.xx.2022-xx.xx.2022 tarixlərdə “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. İntellektin enməsi və psixotik daxilolmalar ilə” diaqnozu ilə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə“Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. İntellektin enməsi və psixotik daxilolmalar ilə” diaqnozu ilə müalicədə olmuşdur. (Cild 1 i.v. 182-183) Cinayət işinin materiallarına əlavə edilmiş ödəniş qrafikinin surətindən görünür ki, Şahid5 26 dekabr 2023-cü il tarixdə 9 ay müddətinə, illik faiz dərəcə 19,2 faiz olmaqla 1450 AZN məbləğində Kapital Bank ASC-dən kredit götürmüşdür. (Cild 1 i.v. 188-189) 29 yanvar 2024-cü il tarixdə Müdafiəçi tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs əmisioğlu Şahid4 arasında olan yazışmanın surətidən görünür ki, Təqsirləndirilən şəxs Şahid4 “yox gəlmə day narat olma”, “qardaşm səhərə qədər heçkimə heçnə demə”, “teli qıracam onsuz da”, “atamla Əsəd sənə əmanət”, “atam vurmuşam, “yazıqdı”, “kişni oyatma”, “sabah bilər”, “birazdan təslim olacam”, “sən kişiliyin heç kim demə”məzmunlu SMS yazılmış, Şahid4 “kimi ala” deyə cavab yazmış, Təqsirləndirilən şəxs “söyş söydü qaqa” məzmunlu SMS-lə cavab vermişdir. (Cild 1 i.v. 196) 03 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən istintaqa təqdim olunmuş bıçaq, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, şalvar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş ümumilikdə 01 (bir) ədəd tamponda qanabənzər maddə, meyitin müayinəsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək, gödəkçə, bundan başqa zərərçəkmiş şəxsə məxsus Samsung S21 markalı mobil telefon və təqsirləndirilən şəxsə məxsus Samsung a12 markalı mobil telefon öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildikləri yerə və vaxtına, həmçinin üzərlərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə xx.xx.2024-cü il tarixdə maddi sübut qismində tanınmaqla, həmin əşyalar həcmlərinin böyüklüyünə görə saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. (Cild 2 i.v. 152-166) 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 2 i.v. 170- 171) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild 2 i.v.134-135) Cinayət işinə əlavə edilmiş tələbə biletinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X15 Azərbaycan Kooperasiya Univeritetində binznesin idarə edilməsi ixtisası üzrə əyai təhsil alır. (Cild 3 i.v.62) Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023xx.xx-2023-cü il tarixlərdə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişdir. (Cild 3 i.v.71) Cinayət işinə əlavə edilmiş məktubdan görünür ki, Şahid3 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə 01 yanvar 2024-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək daxil olan və çıxan telefon zəngləri və SMS-lər barədə məlumatlar və anten məlumatları CD disk şəklində məhkəməyə təqdim edilmişdir. (Cild 2 i.v.229) Cinayət işinə əlavə edilmiş məktubdan görünür ki, 30 dekabr 2023-cü il tarixdə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatları CD disk şəklində məhkəməyə təqdim edilmişdir. (Cild 2 i.v. 254) "xxxx" ASC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olan pul köçürmələri olmuşdur (Cild 4 i.v. 37-41) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət işi üzrə toplanmış sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi və digər sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi sübuta yetirilir və bu işin mübahisəsiz halıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs faizə pul verməsi və sonuncunun Zamiqə borcunun olması da işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı eyni mövqedən çıxış edərək özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs qəsdən tamah niyyətilə öldürmədiyini, sonuncunun vəfat etmiş anasını təhqir etməsi səbəbindən öldürməsini qeyd etmişdir. İşin mübahisəli halı Təqsirləndirilən şəxs həmin əməli tamah niyyəti ilə, yəni borcdan yaxa qurtarmaq niyyəti ilə törədib-törətməmədir. Qeyd olunan xüsusatla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun qərarında göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. İnsanın bütün şüurlu hərəkətləri motivasiya edilmiş olur və konkret məqsədə çatmağa yönəlir. Məhz bu mahiyyət şəxsin törətdiyi ictimai təhlükəli əməllərə görə məsuliyyətə cəlb edilməsinin mümkünlüyünü müəyyən edir, bunun nəticəsində şəxsin motiv və məqsədlərinin müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir[9]. Cinayətin motivi fərdin tələbat və maraqlarına əsaslanan amillərdir ki, bu da cinayətin törədilməsi zamanı fərdin cinayət davranışı seçimini və konkret davranış xəttini müəyyən edir. Motiv ictimai-təhlükəli əməli törətməyə qətiyyət yaradan konkret əməldə maddiləşən dərk olunmuş maraqdır. Şəxsi davranışa, o cümlədən kriminal əmələ bəzən bir neçə motiv təhrik edir. Davranışa vadar edənə qədər motivlər arasında mübarizə baş verir. Təhrikedici motiv üstün gəldikdə o əsas motiv rolunu oynayır və bu motiv əsasında da şəxs kriminal əmələ dair qərar qəbul edir. Cinayətin məqsədi insanın öz hərəkətləri ilə əldə etməyə çalışdığı cinayət nəticəsi haqqında ideallaşdırılmış təsəvvürüdür. Motivlər və məqsədlər bir-biri ilə sıx bağlıdır. Cinayətin məqsədi əvvəlcə şüuraltı, sonra isə cinayətin motivini təşkil edən ehtiyacı ödəmək üçün şüurlu istək əsasında formalaşır. Motivin oyanması və fəallaşması eyni vaxtda məqsəd formalaşdırır, müəyyən edir. O, subyekti məqsədə nail olmağa doğru istiqamətləndirir. Məqsəd və motiv subyektdə törədilmiş əmələ qarşı təqsirkar münasibətin formalaşması üçün psixoloji əsasdır. Qəsdən törədilmiş cinayətlərdə motiv və məqsədlər cinayət xarakteri daşıyır, çünki şəxsin əldə etmək istədiyi məqsədlər cinayət qanunu ilə qorunan obyektlərə müəyyən zərər vurmaqla bağlıdır. Təqsirləndirilənin əmələ motivasiyasını müəyyən edən bütün xarici və daxili amillərin, xüsusən onun keçmiş tarixinin, əməlin səbəb və şəraitinin, təqsirkarın həyat şəraitinin və şəxsiyyətinin ümumi qiymətləndirilməsinə əsaslanmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində, eləcə də, məhkəmə baxışındakı ifadələrindən aydın olur ki, Zamiqin ona zəng vuraraq borcu qaytarmadığına görə onun və xərçəng xəstəliyindən vəfat etmiş anasının ünvanına nalayiq ifadələr işlətməsinə görə Zamiqi öldürmək qərarına gəlmiş və bu məqsədlə bıçaq götürüb açıq vəziyyətə gətirmişdir. Bıçağı açıq vəziyyətdə gödəkçəsinin içərisinə yerləşdirmək üçün gödəkçənin cibinin astarını cırmış və bıçağı həmin vəziyyətdə cibinə qoymuşdur. Gödəkçəyə baxış protokolundan da müəyyən olunmuşdur ki, cibin astarı cıtılmış vəziyyətdədir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla görüşən zaman da yenidən ona və anasının ünvanına nalayiq ifadələr işlətdiyinə görə sonuncunu öldürmüşdür. Elvin Zamiqi öldürdükdən sonra tutlmamışdan əvvəl hadisə barədə əmisi oğlu Şahid4 və iş yoldaşlarına yazdığı mesajlarda Zamiqi söyüş söydüyünə görə öldürməsini bildirmiş, həmin şəxslər də həm ibtidai istintaq, həm də məhkəmə baxışı ifadələrində bunu təsdiq etmişlər. Həmçinin Şahid3 da hadisə yerində olan insanların Elvinin Zamiqi vəfat etmiş anasını söydüyünə görə öldürdüyünü deməsini bildirmişdir. Hətta ibtidai isitintaq orqanının da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı motivlə öldürməsi ilə bağlı əminliyi olmamışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihamda Zərərçəkmiş şəxs borcdan yaxa qurtarmaq və qisas almaq motivi ilə öldürməsi əks olunmuşdur. Kiminsə hər hansı şəxsə borcunun olması başqa motivlə öldürdükdə borcdan yaxa qurtarmaq niyyətinin olmasına dəlalət edə bilməz. Elvinin Zamiqə olan borcu o qədər də deyildir ki, birincinin bunu qaytarmaq imkanına malik olmasın. Belə ki, iş materiallarına əsasən Elvinin Zamiqə faizləri ilə birlikdə borcu 3500 manat olmuş və bu isə Elvinin 2-3 aylıq əmək haqqısı məbləğində olmaqla asanlıqla qaytarmaq imkanında olmuşdur. Həmçinin Elvin borcu olması barədə iş yoldaşlarına və atasına məlumat vermiş və sonuncu da həmin borcun qaytarılması üçün Ağcabədi rayonuna getmiş, hətta xx.xx.2024cü il tarixdə pul tapmışdır. Borcdan yaxa qurtarmaq istəyən Elvin nə üçün atasına və dostlarına məlumat verirdi. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı davranışlarına nəzər saldıqda da aydın olur ki, vəfat etmiş anası ilə bağlı hər hansı ən cüzi xoş olmayan söz işlədildikdə çox aqressiv olur və sərt şəkildə reaksiya verir. Zərərçəkmiş şəxs barəsində psixiatriya xəstəxanasından alınmış cavabdan aydın olduğu kimi kobud davranış pozuntuları diaqnozu ilə müalicə almış və vəfat edərkən qanında amfetamin aşkar edilmişdir. Bu da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs borcun verilməməsinə görə aqressiv davranaraq anasının ünvanına nalayiq ifadələr işlətməsi ehtimalını artırır. Təqsirləndirilən şəxs borcdan yaxa qurtarmaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürməsinə ilə bağlı heç bir sübut yoxdur. Yəni cinayətin borcdan yaxa qurtarmaq motivi ilə törədilməsi şübhəlidir. Şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilir prinsipi burada da keçərlidir. Belə ki, “in dubio pro reo” prinsipi təkcə şəxsin təqsirli olub-olmaması hissəsində deyil, cinayətin məqsəd və motivi ilə bağlı yaranan zidiyyətlərdə də keçərlidir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi öz təsdiqini tapsa da, onun sonuncunu tamah niyyəti ilə qəsdən öldürməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tamah niyyətinin olmasını birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən adam öldürməsini müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin tamah niyyəti ilə qəsdən öldürməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, 18xx.xx.2023-cü il tarixlərdə Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-cü maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşidirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 31 dekabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən istintaqa təqdim olunmuş bıçaq, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, şalvar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş ümumilikdə 01 (bir) ədəd tamponda qanabənzər maddə, meyitin müayinəsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək və gödəkçə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus “Samsung S21” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs məxsus “Samsung a12” markalı mobil telefon onun özünə, razılığı olduğu halda yaxın qohumlarına qaytarılmalı, 4 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddia ərizəsində ona vurulmuş 50000 (əlli min) manat manat məbləğində mənəvi Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddia ilə bağlı qeyd edilməlidir ki, hüquqi varisin yaxın qohumunun, yəni oğlunun zorakı cinayət nəticəsində ölməsi, onda uzun müddət davam edəcək mənəvi sarsıntıya səbəb olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş mülki iddia mənəvi ziyanla bağlı hissədə qismən təmin edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X6 mülki iddiası qismən təmin edilsin. Vurulmuş mənəvi zərərlə bağlı 10000 (on min) manat Təqsirləndirilən şəxs tutularaq X8 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi tərəfindən istintaqa təqdim olunmuş bıçaq, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, şalvar, hadisə yerinə baxış keçirilən zaman götürülmüş ümumilikdə 01 (bir) ədəd tamponda qanabənzər maddə, meyitin müayinəsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus şalvar, köynək və gödəkçə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus “Samsung S21” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X8, Təqsirləndirilən şəxs məxsus “Samsung a12” markalı mobil telefon onun özünə, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın, 4 ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar