Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-253/2022 26.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, müdafiəçilər: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında
1. xx.xx.1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 102-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315ci maddələri ilə
2. xx.xx.1989-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Şamaxı şəhəri, N.Nərimanov küçəsi, ev 110-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315ci maddələri ilə
3. xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olimuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, bərbər işləyən, Zəngilan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 12-da qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu, Salyan yolu 13 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs3 ona görə ittiham olunur ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş razılığa əsasən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatını birlikdə əldə edib daşıyaraq etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 30 mart 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi həmin avtomobillə əlavə olaraq satış məqsədi ilə narkotik vasitə hesab olunan tiryək maddəsi axtarmaq üçün ünvan 6 ünvanının qarşısında olarkən onların Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Yasamal RPİ-nin 26cı PB-nə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan və digər qrup üzvlərindən avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə əsasən qanunsuz əməllərinin ifşa olunacağını bilib yaxa qurtarmaq məqsədi ilə polis əməkdaşlarının həmin tələblərinə tabe olmamış, eləcə də, narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxladıqları avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, AZ **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələmiş, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 üzərinə sürüb sonuncuya zor tətbiq etməklə müqavimət göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı onların cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və məcburi şəkildə endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış, eləcə də, idarə etdiyi "Saipa" markalı **- PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdıqları 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrıayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatı aşkar edilərək götürülmüş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və bu zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ona görə təqsirləndirilir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş razılığa əsasən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatını birlikdə əldə edib daşıyaraq Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 30 mart 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi həmin avtomobillə əlavə olaraq satış məqsədi ilə narkotik vasitə hesab olunan tiryək maddəsi axtarmaq üçün ünvan 6 ünvanının qarşısında olarkən onların Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan və digər qrup üzvlərindən avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə əsasən qanunsuz əməllərinin ifşa olunacağını bilib yaxa qurtarmaq məqsədi ilə polis əməkdaşlarının həmin tələblərinə tabe olmamış, eləcə də, narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxladıqları avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, AZ **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələmiş, bununla kifayətlənməyərək sonuncu idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 üzərinə sürüb sonuncuya zor tətbiq etməklə müqavimət göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı onların cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və məcburi şəkildə endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarış, eləcə də, sonuncunun idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdıqları 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatı aşkar edilərək götürülmüş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və bu zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ona görə təqsirləndirilir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş razılığa əsasən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatını birlikdə əldə edib daşıyaraq Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 30 mart 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə sonuncunun idarə etdiyi həmin avtomobillə əlavə olaraq satış məqsədi ilə narkotik vasitə hesab olunan tiryək maddəsi axtarmaq üçün ünvan 6 ünvanının qarşısında olarkən onların Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan və digər qrup üzvlərindən avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə əsasən qanunsuz əməllərinin ifşa olunacağını bilib yaxa qurtarmaq məqsədi ilə polis əməkdaşlarının həmin tələblərinə tabe olmamış, eləcə də, narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxladıqları avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, AZ **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələmiş, bununla kifayətlənməyərək sonuncu idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Zərərçəkmiş şəxs1 üzərinə sürüb sonuncuya zor tətbiq etməklə müqavimət göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı onların cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və məcburi şəkildə endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarış, eləcə də, sonuncunun idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdıqları 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatı aşkar edilərək götürülmüş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və bu zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmayan mənbədən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatını əldə edib daşıyaraq etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 29 mart 2021-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 işlədiyi avtoyuma yerində maşınını yudurtduqdan sonra onu yaşadığı ünvana aparmaq üçün Təqsirləndirilən şəxs1la birlikdə Bayıl qəsəbəsində 20-ci Sahə deyilən ərazidə bərbər işləyən digər tanışı Təqsirləndirilən şəxs2 yanına saçını düzəltdirmək üçün getmiş və sonuncunuda yaşadığı ünvana aparmaq üçün maşını idarə etmiş, ünvan 6 ünvanının qarşısında idarə etdiyi həmin avtomobili saxlamış və narkotik vasitə hesab olunan tiryək maddəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə istifadə etmək məqsədi ilə üçün maşından çıxıb axtarmağa gedib bir müddət sonra qayıdaraq tiryək əldə edə bilmədiyini bildirib maşını hərəkət etdiyi zaman onun Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs3 əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə tabe olmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təhrik etməklə ona “Vur, vur, onları vur” demələrindən sonra narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxladığı avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, AZ **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələmiş, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkilləri, polis kapitanı Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal RPİ-nin PPX-nin əməkdaşları Zərərçəkmiş şəxs4, X5 və Zərərçəkmiş şəxs5 üzərinə sürüb zor tətbiq etməklə müqavimət göstərmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs3 cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məcburi şəkildə endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarış, eləcə də, idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 15 (on beş) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., 0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon preparatı aşkar edilərək götürülmüş, yəni ibtidai istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımış və bu zaman hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 başqa şəxsi hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 30 mart 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs3 idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gedərkən ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs3 idarə etdiyi həmin avtomobili saxlamış və narkotik vasitə hesab olunan tiryək maddəsini onunla və Təqsirləndirilən şəxs2la birlikdə istifadə etmək üçün maşından çıxıb axtarmağa gedib bir müddət sonra qayıdaraq tiryək əldə edə bilmədiyini bildirib maşını hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs3 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs3 əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə tabe olmamış, əksinə o və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 “Vur, vur, onları vur” deməklə onu CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təhrik etmiş və onu avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, AZ **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələməsinə, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkilləri, polis kapitanı Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal RPİ-nin PPX-nin əməkdaşları Zərərçəkmiş şəxs4, X5 və Zərərçəkmiş şəxs5 üzərinə sürüb zor tətbiq etməklə müqavimət göstərməsinə sövq etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs3 cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məcburi şəkildə avtomobildən endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.4, 315ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 başqa şəxsi hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməyə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 30 mart 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs3 idarə etdiyi "Saipa" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gedərkən ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs3 idarə etdiyi həmin avtomobili saxlamış və narkotik vasitə hesab olunan tiryək maddəsini onunla və Təqsirləndirilən şəxs1la birlikdə istifadə etmək üçün maşından çıxıb axtarmağa gedib bir müddət sonra qayıdaraq tiryək əldə edə bilmədiyini bildirib maşını hərəkət etdiyi zaman Təqsirləndirilən şəxs3 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə Yasamal RPİ-nin 26-cı PB-nə daxil olmuş məlumat əsasında “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada yaradılmış əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs3 əməllərinin ifşa olunması istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri ilə əlaqədar əməliyyat qrupunun üzvü olan və hakimiyyət nümayəndəsi hesab edilməklə xidməti vəzifələrini icra edən polis əməkdaşlarının yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ondan, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 avtomobili saxlaması və hər birinin avtomobildən enməsi barədə qanuni tələblərinə tabe olmamış, əksinə o və Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 “Vur, vur, onları vur” deməklə onu CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təhrik etmiş və onu avtomobilin qabaq və arxa hissəsinin polis əməkdaşlarına məxsus "Xəzər" markalı, AZ **-AP-*** dövlət qeydiyyat nişanlı və "Fiat Doblo" markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə kəsilərək onların avtomobillə sərbəst hərəkətinə süni maneə yaratdıqlarına görə idarə etdiyi avtomobili qəsdən irəli və geriyə doğru hərəkət etdirməklə içərisində polis əməkdaşları olan avtomobilləri vuraraq zədələməsinə, bununla kifayətlənməyərək idarə etdiyi avtomobili onlara yaxınlaşan və qaçmalarının qarşısını almaqla bağlı xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkilləri, polis kapitanı Zərərçəkmiş şəxs1, polis baş leytenantı Zərərçəkmiş şəxs2, Bakı şəhəri Yasamal RPİ-nin PPX-nin əməkdaşları Zərərçəkmiş şəxs4, X5 və Zərərçəkmiş şəxs5 üzərinə sürüb zor tətbiq etməklə müqavimət göstərməsinə sövq etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 xidməti vəzifələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs3 cinayət əməllərini ifşa etmək məqsədilə dayanmalarına nail olmaq üçün ona təhkim edilmiş tabel silahından havaya bir dəfə, həmin avtomobilin arxa sol təkərinə bir dəfə və arxa sol qapısının şüşəsinə bir dəfə atəş açması nəticəsində avtomobilini dayandırmış və o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məcburi şəkildə avtomobildən endirilərək polis əməkdaşları tərəfindən saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişlər. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4, 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şamaxı şəhərində dünyaya gəlmiş, orada yaşamış, lakin taksi fəaliyyəti ilə məşğul olduğu üçün Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki həyət evində tək kirayə yaşamşdır. Onun **-PH-*** dövlət nömrə nişanlı “Saipa” markalı avtomobili var, həmin maşınla sərnişin daşımaqla özünü dolandırır. Digər təqsirləndirilən şəxsləri tanıyır: Təqsirləndirilən şəxs1la Şamaxı şəhərində bir məhəllədə böyümüşdür, bundan əlavə Abit maşınyuma məntəqəsində işləyir və o, öz **-PH-*** dövlət nömrə nişanlı, göy rəngli, “Saipa” markalı avtomobini Abitin yanında yuduzdurur. Digər Təqsirləndirilən şəxs2 isə bərbərdir, o, saçını Əmrahın yanında düzəltdirirdi. Özü psixotrop maddə olan medafetamindən iki ilə yaxın müddət istifadə edir. 29 mart 2021-ci il tarixdə, günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan yerdə «İmoş» ləqəbli bir nəfərdən öz istifadəsi üçün 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində psixatrop maddə olan 0,8 qram metafetamin əldə etmişdir. Ona qarşı irəli sürülmuş ittihamda göstərilən “Rothmans” markalı siqaret qutusunun içərisində olan 23 ədəd müxtəlif növ narkotik vasitə və psixatrop maddələr isə ona məxsus deyil, hesab edir ki, həmin bükülüləri polis əməkdaşları onu və dostlarını saxlayan zaman maşınına atmışlar. Göstərdiyi tarixdə maşını Abitin yanında yuduzdurmuş və işin sonu olduğu üçün Abit onu evinə aparmağı xahiş etmişdir. O da buna etiraz etməmiş, lakin yol üstü tanış bərbəri olan Əmrahın yanına gedəcəklərini və saçını düzəltdirəcəyini Abitə demişdir. Abit isə buna etiraz etməmişdir. Əmrahın yanına gəldikdə isə vaxt artıq gec olduğu üçün Əmrah bərbərxananı artıq bağlayacağını bildirdiyindən təklif etmişdir ki, onu da evinə aparsın. Əmrahla Abit həmin vaxta qədər birbirini tanımamışlar. Abit qabaq sərnişin yerində, Əmrah isə arxa oturacaqda əyləşdikdən sonra avtomobili Cəfərov Qardaşları küçəsinə sürmüş, orada maşından düşərək bir şəxsdən bir büküm metafetamin alıb qayıtmışdır. Onun metafetamini alıb qayıtması cəmi 10 dəqiqə çəkmişdir. Əmrahla Abitin onun metafetamin almasından məlumatları olmamışdır. Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin arxası ilə keçən ikinci yola sürmüş, 161 saylı məktəbin yanına çatdıqda qarşıdan və arxadan heç bir xüsusi işarələri olmayan, biri ağ, biri qara rəngli olan maşınlar onun yolunu kəsmişlər. Hər iki maşından mülki geyimli şəxslər düşərək maşını əhatə etmiş, özlərini təqdim etmədən maşından çıxmalarını tələb etmiş, onlardan biri isə sonradan adının Emil olduğunu bildiyi şəxs tapança ilə onun maşınının sağ arxa hissəsinə atəş açmışdır. Bundan sonra həmin şəxslər onların hər üçünü maşından çıxarıb döyməyə başlamışlar. Bu zaman hadisə yerinə «Doblo» markalı polis maşını gəlmiş və onları həmin maşına mindirərək polisə aparmışlar. Artıq polis idarəsində bilmişdir ki, Əmrah qol və qarın nahiyyələrindən güllə yarası almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman maşını irəli-geri verməmiş, heç kimin maşınını zədələməmiş, maşını heç kəsin üzərinə sürməmiş, əksinə maşına atəş açıldıqdan sonra şüşələri qırılaraq ona zərər yetirilmişdir. İbtidai istintaq zamanı etirafedici ifadələrini verməsi ilə əlaqədar proses iştirakçılarının suallarına cavab olaraq, həmin ifadələrin qorxu və təzyiq altında verdiyini bildirmiş, bir daha təkrar olaraq, xx.xx.2021-ci il tarixdə şəxsi axtarış istintaqı həyata keçirilən zaman üzərindən çıxan 08 büküm narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri üzərində saxlamasından Abit və Əmrahın xəbərinin olmadığını, avtomobilindən götürülmüş 23 büküm narkotik vasitənin isə ona məxsus olmadığını, polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini bildirərək, məhkəmə tərəfindən hazırda verdiyi ifadəsinin həqiqət kimi qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı dindirilərkən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, tanışları Əmrah və Abitlə birlikdə avtomobili ilk öncə Yasamal rayonu “Sovetski” deyilən əraziyə sürmüş, xx.xx.2021-ci il tarixdə saat 00:10-da avtomobillə Yasamal rayonu, Cəfərov qardaşları 32 ünvanının qarşısına sürmüş, orada narkotik satan avtomobili saxlayaraq işıqları söndürmüş, avtomobildə olan Əmrahla və Abit onun həmin yerə narkotik maddə almaq üçün getdiyini bilmişlər, hətta tiryək aldıqdan sonra üçü birlikdə istifadə etməyi planlaşdırmışlar. Bu zaman yan tərəflərində dayanmış qara rəngli, dövlət nömrə nişanını görmədiyi avtomobilin qabaq işıqlarının qəfil yandığını görmüş, həmin avtomobilin polis əməkdaşlarına məxsus ola biləcəyini düşünüb bundan qorxaraq mühərriki işə salıb həmin yerdən uzaqlaşmağa başlamış, bu zaman həmin qara rəngli avtomobilin də arxaları ilə hərəkət etdiyi istiqamətdə gəldiklərini görmüş, onların polis əməkdaşları olmasından şübhələnmiş və avtomobili sürətlə idarə edərək onlardan yayınmağa çalışmışdır. Bu zaman qarşı tərəfdən qəfil postpatrul avtomobili qarşılarında saxlayaraq yolu kəsmiş, qara rəngli digər maşında arxalarında saxlayaraq hərəkətinə tamamilə məhdudiyyət yaratmışlar. Avtomobildə külli miqdarda narkotik vasitə olduğu üçün yaxalanmamaq məqsədi ilə avtomobilini arxaya-qabağa doğru bir neçə dəfə idarə edib həm post-patrul, həm də qara rəngli digər maşını vuraraq onların yol verəcəklərini düşünsə də, əksinə onlar avtomobilini kənara çəkməmiş və avtomobildən düşərək qapını açmağa çalışmışlar. Həyəcandan nə edəcəyini bilməmiş, yeganə məqsədi həmin yerdən uzaqlaşmaq və polis əməkdaşlarına yaxalanmamaq olmuşdur. Bu zaman avtomobilində olan Əmrahla Abit maşını saxlamağını tələb etsələr də, qorxduğu üçün avtomobili saxlamamışdır. Bu zaman qəfil silah səsi eşitmiş, səsdən daha da həyəcanlanmış, ardı ilə daha bir silah səsi, onun ardı ilə də arxa qapının şüşəsinin sındığını görmüşdür. Bundan sonra qorxaraq avtomobili saxlamış, polis əməkdaşları arxa qapının qırılmış şüşəsindən əllərini salaraq qapını açıb onları aşağı düşürmüşlər. Əmrah və Abitlə birlikdə post patrul maşınına mindirilərək 26-cı polis bölməsinə gətirilmiş, polis bölməsində olduğu zaman avtomobilinin arxa şüşəsinə açılan atəş nəticəsində Əmrahın sağ bilək və qarın boşluğdan xəsarət aldığını görmüş, bu səbəbdən sonuncu xəstəxanaya aparılmışdır. Polis bölməsində olduğu zaman birbaşa təhqiqatçının otağına aparılmış, xidməti otaqda təhqiqatçı tərəfindən müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) büküm psixatrop maddə metamfetamin aşkar edilmiş, daha sonra idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq sol qapısının iç cibində içərisində müxtəlif növ narkotik vasitə və psixatrop maddə olan 23 (iyirmi üç) ədəd bükülü və 01 (bir) ədəd tərəzi aşkar edilmiş, həmin 23 (iyirmi üç) ədəd bükülünün və 01 (bir) ədəd tərəzinin də özünə məxus olduğunu, həmin narkotik vasitələri və psixotrop maddələri satmaq üçün avtomobilində gəzdirdiyini göstərmiş, lakin sonrakı təkrar ifadəsində, əvvəllər verdiyi ifadələrini təkzib edərək ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, xx.xx.2021-ci il tarixdə şəxsi axtarış istintaqı həyata keçirilən zaman üzərindən çıxan 08 büküm narkotik vasitənin özünə məxsus olduğunu, lakin avtomobilindən götürülmüş 23 büküm narkotik vasitənin ona məxsus olmadığını göstərmişdir. Hal-hazırda məhkəmədə verdiyi ifadəsinin həqiqətə uyğun olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə Şamaxı şəhəri, Nərimanov küçəsində yaşadıqları evlərdə uşaqlıqdan bir böyüyüb dostluq etmişlər. Təqsirləndirilən şəxs2 isə hadisə baş verdiyi gün tanımışdır. Vüsal özünə məxsus avtomobili onun işlədiyi Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən avtoyuma məntəqəsində yuduzdururdu. 29 mart 2021-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Saipa” markalı AZ ** PH *** dövlət nömrə nişanlı avtomobili avtoyuma məntəqəsinə gətirərək yumaq üçün ona verib getmiş, təxminən bir saat sonra geri qayıdaraq 7 manat ödəniş etmişdir. Həmin vaxt iş yekunlaşdığı üçün Vüsaldan onu avtomobili ilə yaşadığı ünvana aparmağı xahiş etmiş, Vüsalın avtomobilinə qabaq sərnişin oturacağına əyləşmiş və birlikdə Bayıl qəsəbəsinə Vüsalın tanış bərbəri Təqsirləndirilən şəxs2 yanına getmişlər. Orada Əmrah da Vüsalın maşınına arxa oturacağa əyləşmiş, birlikdə yola davam etmişlər.Yasamal rayonu, Cəfərov qardaşları küçəsində Vüsal avtomobili saxlamış, maşından enib harasa getmiş, o və Əmrah isə maşında gözləmişlər. Vüsal təxminən 5 dəqiqə sonra geri qayıtmış, təxminən 100 metr məsafə getdikdən sonra Vüsalın idarə etdiyi maşının qarşısını bir maşın kəsmiş, eyni zamanda arxadan da bir maşın sürərək Vüsalın maşınına sıx dayanmış, hər iki maşından mülki geyimli şəxslər çıxaraq onları əhatə etmiş, həmin şəxslərdən biri tapança ilə maşina atəş açmışdır. Bundan sonra onu, Vüsalı və Əmrahı maşından düşürdüb döymüşlər, oradan isə hadisə yerinə gələn polis maşını ilə idarəyə aparmışlar. Polis idarəsində də həmçinin polislər onu və Vüsalı təkrar döymüşlər, Əmrah isə güllə yarası aldığından polislər onu xəstəxanaya aparmışlar. Ona qarşı irəli sürülmüş ittihamda göstərildiyi kimi Vüsal nə ona, nə də ki, Əmraha narkotik vasitə qəbul etməyi təklif etməmiş, Cəfərov Qardaşları küçəsində maşından endikdə hara və nə məqsədlə getdiyini onlara bildirməmiş, qayıtdıqdan sonra isə narkotik vasitə əldə etməsi barədə heç bir söz deməmiş, həmçinin də birlikdə narkotik vasitə istifadə etməyi təklif etməmişdir. Bundan başqa Vüsal saxlanılan zaman maşınını irəli-geri sürməklə yolunu kəsən maşınları vurmamış, heç kəsin üzərinə sürməmiş və heç kəsə xəsarət yetirməmiş, əksinə döyülən və xəsarət alan onlar özləri olmuşlar. Polis idarəsində isə onun üzərinə baxış keçirilən zaman heç bir qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmişdir. İbtidai istintaq zamanı qorxu və təzyiq altında vermiş olduğu ifadəsini isə hazırda təsdiq etmir. Məhkəmə istintaqından fərqli olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə hadisədən təxminən 6 ay əvvəl sonuncunun idarə etdiyi avtomobili, işlədiyi Səbail rayonu Badamdar qəsəbəsində yerləşən avtoyuma məntəqəsində yuduzduran zaman tanış olduğunu göstərmiş, həmçinin müstəntiqə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 əvvəllər tanımadığını, onu birinci dəfə hadisə baş verməmişdən əvvəl Vüsalın avtomlobilinə əyləşən zaman gördüyünü, 29 mart 2021-ci il tarixdə saat 22 radələrində Vüsalın idarə etdiyi “Saipa” markalı avtomobili ilə avtoyuma məntəqəsindən Vüsalın maşınını yuduqdan sonra Vüsalla onun avtomobili ilə Bayıl qəsəbəsinə orada Vüsalın tanışı olan və bərbər işləyən Təqsirləndirilən şəxs2 yanına gedərək sonuncunu da avtomobilin arxa sol oturacağına oturdaraq yola çıxmışlar. Belə ki, Vüsal hər ikisini yaşadıqları ünvanlara çatdırmağa söz vermişdir. İfadəsində Vüsalın avtomobildə olarkən ona və Əmraha narkotik vasitə olan tiryək alıb istifadə etməyi təklif etdiyini, Vüsalın təkidi ilə tiryək istifadə etməyi hər ikisinin razılaşdığını. xx.xx.2021-ci il tarixdə saat 00:10-da avtomobillə Yasamal rayonu Cəfərov qardaşları küçəsində olarkən Vüsal avtomobili saxlayaraq harasa getmiş, o və Əmrah isə onu avtomobildə gözləmişlər. Vüsal avtomobildən uzaqlaşdıqdan təxminən 2-3 dəqiqə sonra geri qayıtmış, avtomobilə əyləşib tiryək aldığını bildirərək mühərriki işə salaraq hərəkət etməyə başlamışdır. Təxminən 100 metr məsafə getdikdən sonra sol tərəfdən, yəni sürücü tərəfdən qara rəngli avtomobil gəldiyini demiş, sonuncu elə buna görə də avtomobili sağa tərəf döndərərək sürətlə ara yolla həmin avtomobildən qaçan zaman qarşıda “Post Patrul” avtomobili olduğunu görmüş və avtomobili həmin “Post Patrul” avtomobilinin üzərinə sürmüşdür. Sonuncunun idarə etdiyi avtomobil təxminən 30 km/saat sürətlə hərəkət edərək dayanmış vəziyyətdə olan “Post Patrul”avtomobilinin qabaq tərəfinə vurmuşdur. Vüsal avtomobili qarşıya doğru hərəkət edə bilməyəcəyini anladığı üçün arxaya doğru idarə etmiş və qara rəngli avtomobilə vurmuşdur. Bundan sonra sonuncu avtomobili qarşıya və geriyə doğru hərəkət etdirməyə başlamış, bir neçə dəfə həm “Post Patrul” həm də qara rəngli avtomobilə vurmuşdur. Həmin avtomobillərdə olan, yəni sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər avtomobildən düşərək Vüsalın avtomobilinin qapısını açmağa çalışmışlar. Vüsalın isə yeganə məqsədi həmin yerdən uzaqlaşmaq, polis əməkdaşlarına yaxalanmamaq olmuşdur. Bundan sonra qəfil silah səsi eşitmişdir. Polis əməkdaşları onlardan qapını açmalarını tələb etsələr də, qorxduqları üçün qapını açmamışlar. Həmçinin qapını açmaq istəsə də aça bilməmiş, elə həmin vaxt onun əyləşdiyi, yəni avtomobilin sağ qabaq qapısının şüşəsi sınmış, polis əməkdaşları qapını açaraq onu avtomobildən düşürmüş, avtomobilin sol arxa qapısının şüşəsinin sınmasını görməmiş və eşitməmişdir. Onlar birlikdə post patrul maşınına mindirilərək Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişlər. Polis bölməsində olduğu zaman avtomobilin arxa şüşəsinə açılan atəş nəticəsində Əmrahın sağ biləyinə və qarın boşluğuna dəyməklə xəsarət aldığı üçün sonuncu xəstəxanaya aparılmışdır. Polis bölməsində olduğu zaman birbaşa baş təhqiqatçının otağına gətirilmiş, xidməti otaqda təhqiqatçı tərəfindən müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman üzərindən qanunla qadağan edilən heç bir əşya tapılmamış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Narkotik vasitə olan tiryəkdən arada bir istifadə etmiş, Vüsalın kimdən və nə qədər, hansı növ narkotik vasitələri aldığını bilməsə də, sonuncu Yasamal rayonu, Cəfərov qardaşları küçəsi deyilən yerdən onların birlikdə istifadəsi üçün narkotik vasitə olan tiryək aldığını onlara bildirmişdir. Ona qarşı polis bölməsində hər-hansı təzyiq olmamış, heç bir xəsarət almamışdır. Polis əməkdaşları onları saxlayan zaman avtomobildən düşmək istəsə də, Vüsal avtomobilin qapılarını bağladığı üçün düşə bilməmişdir. Həmin ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 bərbər işlədiyi Səbail rayonu "20-ci Sahə" adlanan ərazidə bərbərxanasına gələn müştəri kimi tanımışdır. 29 mart 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs3 bərbər salonuna gələrək saçlarını kəsdirmək istədiyini desə də, gec olduğu üçün sonuncuya obyekti bağlayacağını bildirmişdir. Həmin vaxt Vüsalın avtomobilində bu vaxta qədər tanımadığı digər Təqsirləndirilən şəxs1 olmuş, Vüsal onun artıq gec olduğu üçün evinə aparmasını təklif etmişdir. Həmin vaxt avtomobilin qabaq sərnişin oturacağında Abit, avtomobildə arxa oturacaqda isə o əyləşmişlər. Bundan sonra Vüsal maşını Yasamal rayonu, Cəfərov Qardaşları küçəsi 32 ünvanına sürmüş, orada qaranlıq məhəllədə Vüsal avtomobili saxlayaraq aşağı enib harasa getmiş, qaranlıq olduğu üçün sonuncunun hara getdiyini görməmişdir. 5 dəqiqə sonra Vüsal geri qayıtmış və qarşıda polis avtomobilinin olduğunu bildirmişdir. Vüsaldan hansı səbəbdən narahat olduğunu soruşduqda Vüsal səsini kəsməyini tələb edərək avtomobili yüksək sürətlə idarə edib oradan uzaqlaşmaq istəsə də, bir qədər irəlidə avtomobilin qarşısına "Fiat Doblo" markalı PPX avtomobili çıxmışdır. Həmçinin Vüsalın arxasında başqa bir maşın da olmuşdur. Hər iki avtomobil onların olduqları avtomobilin arxa və qabaq tərəfindən maneə yaratsa da, Vüsal avtomobili irəli geri hərəkət etdirərək oradan uzaqlaşmağa çalışmışdır. Daha sonra mülki və xidməti geyimdə olan polis əməkdaşları onların olduqları avtomobili əhatəyə alaraq aşağı enmələrini tələb etmişlər. Nə baş verdiyini anlamadığı üçün qorxmuş, avtomobildən enmək istəsə də, Vüsal avtomobilin hərəkətini dayandırmadığı üçün avtomobildən enmək mümkün olmamışdır. O, qışqıraraq Vüsaldan avtomobili dayandırmasını tələb etmişdir. Lakin Vüsal buna məhəl qoymayaraq avtomobili irəli və geri hərəkət etdirmişdir. Həmin vaxt polis əmakdaşları da, bağlı olan şüşələri sındırmaq üçün zərbələr endirmişlər. Qəfildən güclü səs eşidilmiş, avtomobilin hansısa şüşəsinin sındığını bilmişdir. Polis əməkdaşları onları avtomobildən endirərək Yasamal RPİ-nin 26-cı PB-nə aparmışlar. Orada olduqları zaman sağ qolundan və qarın nahiyəsindən yaralandığını hiss etmiş va polis əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılmışdır. Sonradan Təqsirləndirilən şəxs3 məxsus “Saipa” markalı ** PH *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik maddələrdən heç bir xəbəri olmamışdır. Təqsirləndirilən şəxs3 avtomobil ilə polis əməkdaşlarına tabesizlik göstərdiyi zaman sonuncudan avtomobili saxlamasını tələb edərək avtomobildən enmək istəmişdir. Avtomobildə olduğu zaman, həmçinin saxlanıldıqdan sonra polis bölməsinə aparılarkən polis əməkdaşlarına qarşı fiziki zor tətbiq etməklə müqavimət göstərməmişdir. Heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Hadisə vaxtı avtomobildə olanların sürücü Təqsirləndirilən şəxs3 “vur, vur, vur onları” deyərək çığırması barədə heç bir şey xatırlamır, hazırda məhkəməyə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs3 üzərində TT markalı tapançanı qanunsuz olaraq gəzdirməsi, həmçinin satış və istifadə məqsədi ilə narkotik vasitələrin əldə etməsi və gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün rəhbərliyin razılığı əsasında ondan və Zərərçəkmiş şəxs2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Ceyhun olmuşdur. Təqsirləndirilən şəxs3 ətrafında apardıqları tədbirlər nəticəsində məlum olmuşdur ki, sonuncu idarə etdiyi “Saipa” markalı avtomobillə 29 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ilə hərəkət edəcəkdir. Həmin gün saat 23:30-da Zərərçəkmiş şəxs2 idarə etdiyi «Xəzər» markalı **-AP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Yasamal rayonu, Cəfərov qardaşları küçəsinə yollanmışlar. Təqsirləndirilən şəxs3 idarə etdiyi «Saipa» markalı AZ **-PH-*** dövlət qeydiyat nişanlı minik avtomobilini Cəfərov qardaşları küçəsində 161 saylı məktəbin qarşısında darısqal məhəllədə aşkar etmişlər. Ceyhun idarə etdiyi «Xəzər» markalı avtomobil ilə “Saipa” markalı avtomobilə yaxınlaşaraq arxasında saxlamışlar. Artıq saat təxminən 00:10 olmuşdur. O, avtomobildən düşərək Vüsalın maşında oturduğu qabaq sol tərəfə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etməklə ondan maşından çıxmasını demişdir. Həmin vaxt Vüsalın yanında hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 görmüşdür. Arxa oturacaqda kiminsə olmasını görməmişdir. Belə ki, maşınqın arxa qapıları pərdələnmişdir. Həmkarı Ceyhun isə hər ehtimala qarşı avtomobilin içərisində qalmışdır. Xidməti vəsiqəni göstərən kimi “Saipa” markalı avtomobin sürücüsü Təqsirləndirilən şəxs3 avtomobili hərəkətə gətirib irəliyə doğru getmiş, bunu görən Zərərçəkmiş şəxs2 də avtomobili hərəkətə gətirib onun dalınca hərəkət etmiş, o isə piyada Vüsalın idarə etdiyi maşının dalınca qaçaraq eyni zamanda istifadəsində olan mobil telefonu çıxarıb əlavə köməkçi qüvvələrin göndərilməsi məqsədi ilə Post-Patrul Xidməti Bölüyünün əməkdaşına zəng etmiş, təqib etdikləri avtomobilin hərəkət marşurutunu izah edərək təcili gəlmələrini xahiş etmişdir. Gecə növbəsində olan xidməti ekipaj hadisə yerinə çox yaxın məntəqədə olduqları üçün bir neçə dəqiqə sonra həmin ünvana gələrək “Saipa” markalı avtomobilin qarşısını kəsmişdir. İş yoldaşı Zərərçəkmiş şəxs2 avtomobili “Saipa” markalı avtomobilin arxasında, PPX avtomobili isə qarşısında saxlayaraq Təqsirləndirilən şəxs3 hərəkətini məhdudlaşdırmışlar. O, avtomobildən düşən PPX əməkdaşları və Zərərçəkmiş şəxs2 ilə birlikdə “Saipa” markalı avtomobilə yaxınlaşmışlar. PPX əməkdaşları “Saipa” markalı avtomobilin qarşısında, Ceyhun isə arxasında dayanmış, o isə Vüsala sürücü qapısı tərəfindən yaxınlaşaraq ondan və onun yanında olan Təqsirləndirilən şəxs1 avtomobili tərk etmələrini tələb etmişdir. Bu anda Təqsirləndirilən şəxs3 bir neçə saniyə fasilə verib avtomobilini qəfildən qabağa doğru hərəkət etdirib avtomobilin ön hissəsi ilə PPX əməkdaşı Zərərçəkmiş şəxs4 vuraraq ayağından xəsarət yetirmişdir. Həmin anda digər PPX əməkdaşı kənara çəkilməyə macal tapa bilmişdir. O və digər polis əməkdaşları Vüsalın idarə etdiyi avtomobilin sağ və sol qapılarını açmağa çalışsalar da qapılar kiliddə olduğundan buna nail ola bilməmişlər. Həmin anda Təqsirləndirilən şəxs3 onun avtomobilinin qabaq sol yan qapısını açmağa cəhd etdiyini görüb sükanı ona tərəf çevimiş və üzərinə sürmüşdür. Nəticədə o, sol əlindən xəsarət alaraq yerə yıxılmışdır. Buna baxmayaraq o ayağa qalxaraq bir qədər kənara çəkilmiş, bu anda ayağı əzilmiş vəziyyətdə olan xidmət yoldaşına kömək etmək istəyən digər PPX əməkdaşı Zərərçəkmiş şəxs5 “Saipa” markalı avtomobilin qarşısından keçdiyi zaman Təqsirləndirilən şəxs3 yenidən avtomobilini irəli hərəkət etdirərək Muradın sağ əlindən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs5 yerə yıxılmağına baxmayaraq hər iki əməkdaş təhlükə nöqtəsindən, yəni “Saipa” markalı avtomobilin qarşısından kənara çəkilə bilmişlər. Təqsirləndirilən şəxs3 idarə etdiyi “Saipa” markalı avtomobil darısqal məhəllədə, iki avtomobilin arasında qaldığı üçün və hadisə yerindən uzaqlaşmağa başqa imkanı olmadığından öz avtomobilini davamlı olaraq irəli və geri hərəkət etdirib həm onlara təhkim olunmuş **-AP-***, həm də PPX-yə məxsus **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilləri müxtəlif hissələrdən qəsdən əzməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 avtomobilin şüşəsini bir qədər endirib söyüş söyərək “bizi heç kim saxlaya bilməz”, “görərsiz indi neyniyəcəm”, “hamınızı qıraram” qışqırmışdır. İki nəfər polis əməkdaşına xəsarət yetirilməsi, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq odlu silah daşıması ehtimalını, aktiv müqavimət göstərərək polis əməkdaşlarının həyatı bahasına olsa da, belə onları əzib keçməklə məsuliyyətdə yayınmaq niyyətində olmasını nəzərə alıb, onun və digər polis əməkdaşlarının həyatı və sağlamlıqlarına real təhlükənin olmasını görərək Vüsalın hərəkətini dayandırması üçün üzərində olan xidməti tabel silahını çıxarıb bir dəfə göyə atəş açmış, həmin anda iş yoldaşı Zərərçəkmiş şəxs2 “Saipa” markalı avtomobilin arxa tərəfində olmuşdur. Avtomobilin içərisindən Vüsala: “vur!vur! vur onları” deyərək çığırtı səsi gəlmiş, bu anda isə avtomobilin sürücüsü avtomobili qəfildən yüksək sürətlə arxaya doğru hərəkətə gətirmiş və avtomobilin arxası ilə Ceyhunun sağ ayağından vurmuşdur. Həmin zərbənin təsirindən Ceyhun yerə yıxılmışdır. O, dərhal xidməti tabel silahını avtomobilin təkərinə tuşlayaraq təkəri partlatmaq üçün ardıcıl iki atəş açmışdır. Ani zaman kəsiyində avtomobil irəliyə doğru hərəkət etdiyi üçün açdığı atəşlərdən biri ondan asılı olmayan səbəblərdən avtomobilin arxa sol şüşəsinə tuş gəlmiş və həmin şüşə sınmışdır. Bu vəziyyətdən istifadə edərək özünü itirməmiş, dərhal əlini qırılmış şüşədən içəriyə, avtomobilin salonuna salaraq qapını açmış, içəriyə daxil olduqdan sonra arxa oturacaqda da, bir nəfər şəxsin olduğunu görmüşdür. İrəliyə doğru boylanaraq ona göstərilən fiziki təzyiqlərə baxmayaraq avtomobilin açarını açar yuvasından çıxarmağa nail olmuşdur. Bu zaman xidmət yoldaşı Zərərçəkmiş şəxs2 və hadisə yerinə gəlmiş PPX əməkdaşlarının köməkliyi ilə Təqsirləndirilən şəxs3 və onun yanında olan şəxslər maşından çıxarılaraq Yasamal RPİnin 26-cı PB-yə gətirilmişlər. Vüsalın idarə etdiyi “Saipa” markalı avtomobili də Zərərçəkmiş şəxs2 maşınına qoşaraq idarəyə aparmışlar. Belə ki, “Saipa” markalı maşının qabaq və arxa hissələri əzildiyi üçün nasaz vəziyyətə düşmüşdür. Açdığı atəş nəticəsində “Saipa” markalı avtomobilin şüşəsi sındıqdan sonra arxa oturacaqda əyləşmiş və hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 qol və qarın nahiyələrindən xəsarət almasından sonradan bilmişdir. Həmin xəsarətlərə görə Təqsirləndirilən şəxs2 dərhal Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasına apararaq ora yerləşdirilmişlər. Həmin dövr xəstəxanaların əksəriyyəti «Covid-19 » xəstələri ilə məşğul olduğu üçün başqa xəstələri qəbul etmirdilər. Digər iki şəxs, yəni avtomobili idarə edən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən və avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş maddələr aşkar edilərək götürülmüşdür. Onların əməliyyat tədbiri zamanı “Saipa” markalı avtomobildə yalnız Təqsirləndirilən şəxs3 olması barədə məlumatları olmuş,digər təqsirləndirilən şəxslərin barəsində heç bir məlumatları olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bakı şəhəri, Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri keçirdikləri əməliyyat tədbiri zamanı tanımışdır. Belə ki, ona məxfi məlumat daxil olmuşdur ki, Yasamal rayonu ərazisində idarə etdiyi “Saipa” markalı avtomobil ilə hərəkət edən Vüsal adlı şəxsin üzərində TT markalı odlu silah və satış və istifadə məqsədi ilə narkotik vasitələri vardır. Bu məlumat idarə rəhbərliyinə raportla məruzə olunmuş, tədbirin keçirilməsi üçün qərar çıxarılmış, ondan və həmkarı Zərərçəkmiş şəxs1 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumatla bağlı əldə etdikləri bilgidən Təqsirləndirilən şəxs3 29 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu, Cəfərov qardaşları küçəsində olmasını öyrəndikdən sonra həmin gün xidməti «Xəzər» markalı maşınla saat 23:30-daYasamal rayonu, Cəfərov qardaşları küçəsinə yollanmışlar. Təqsirləndirilən şəxs3 idarə etdiyi «Saipa» markalı AZ **-PH-*** dövlət qeydiyat nişanlı minik avtomobilini Cəfərov qardaşları küçəsində 161 saylı məktəbin qarşısında darısqal məhəllədə aşkar etmişlər. O, idarə etdiyi «Xəzər» markalı avtomobil ilə “Saipa” markalı avtomobilə yaxınlaşaraq arxasında saxlamışdır. Artıq saat təxminən 00:10 olmuşdur. Emil avtomobildən düşərək Vüsalın maşında oturduğu qabaq sol tərəfə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etməklə ondan maşından çıxmasını demişdir. O isə hər ehtimala qarşı maşında qalmışdır. Maşından görmüşdür ki, Zərərçəkmiş şəxs1 xidməti vəsiqəsini Vüsala göstərən kimi sonuncu avtomobili hərəkətə gətirib irəliyə doğru sürüb getmiş, bunu görən kimi o, avtomobili hərəkətə gətirib Vüsalın idarə etdiyi maşının dalınca hərəkət etmiş, Emil isə piyada Vüsalın idarə etdiyi maşının dalınca qaçaraq eyni zamanda istifadəsində olan mobil telefonu çıxarıb əlavə köməkçi qüvvələrin göndərilməsi məqsədi ilə Post- Patrul Xidməti Bölüyünün əməkdaşına zəng etmiş, təqib etdikləri avtomobilin hərəkət marşurutunu izah edərək təcili gəlmələrini xahiş etmişdir. Bir neçə dəqiqə sonra PPX avtomaşını “Saipa” markalı avtomobilin hərəkət istiqamətinin qarşısını kəsmişdir. O, avtomobili “Saipa” markalı avtomobilin arxasında, PPX avtomobili isə qarşısında saxlayaraq Təqsirləndirilən şəxs3 hərəkətini məhdudlaşdırmışlar. O, avtomobildən düşən PPX əməkdaşları və Zərərçəkmiş şəxs1la birlikdə “Saipa” markalı avtomobilə yaxınlaşmışlar. PPX əməkdaşları “Saipa” markalı avtomobilin qarşısında, o, arxasında dayanmış, Emil isə Vüsala sürücü qapısı tərəfindən yaxınlaşaraq ondan və onun yanında olan şəxsdən avtomobili tərk etmələrini tələb etmişdir. Bu anda Təqsirləndirilən şəxs3 Emilin tələbinə məhəl qoymayaraq avtomobilini qəfildən qabağa doğru hərəkət etdirib avtomobilin ön hissəsi ilə PPX əməkdaşı Zərərçəkmiş şəxs4 vuraraq ayağından xəsarət yetirmişdir. Həmin anda digər PPX əməkdaşı kənara çəkilməyə macal tapa bilmişdir. O və digər polis əməkdaşları Vüsalın idarə etdiyi avtomobilin sağ və sol qapılarını açmağa çalışsalar da qapılar kiliddə olduğundan buna nail ola bilməmişlər. Həmin anda Təqsirləndirilən şəxs3 onların avtomobilinin qapılarını açmağa cəhd etdiyini görüb Emilin üzərinə sürmüş, Emil sol əlindən xəsarət alaraq yerə yıxılmışdır. Buna baxmayaraq o ayağa qalxaraq bir qədər kənara çəkilmiş, bu anda ayağı əzilmiş vəziyyətdə olan xidmət yoldaşına kömək etmək istəyən digər PPX əməkdaşı Zərərçəkmiş şəxs5 “Saipa” markalı avtomobilin qarşısından keçdiyi zaman Təqsirləndirilən şəxs3 yenidən avtomobilini irəli hərəkət etdirərək Muradın sağ əlindən xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs5 yerə yıxılmağına baxmayaraq hər iki əməkdaş təhlükə nöqtəsindən, yəni “Saipa” markalı avtomobilin qarşısından kənara çəkilə bilmişlər. Təqsirləndirilən şəxs3 idarə etdiyi “Saipa” markalı avtomobil darısqal məhəllədə, iki avtomobilin arasında qaldığı üçün və hadisə yerindən uzaqlaşmağa başqa imkanı olmadığından öz avtomobilini davamlı olaraq irəli və geri hərəkət etdirib həm onlara təhkim olunmuş **-AP-***, həm də PPX-yə məxsus **- AP-*** dövlət qeydiyyat nişanlı avtomobilləri müxtəlif hissələrdən qəsdən əzməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 avtomobilin şüşəsini bir qədər endirib söyüş söyərək “bizi heç kim saxlaya bilməz”, “görərsiz indi neyniyəcəm”, “hamınızı qıraram” qışqırmışdır. İki nəfər polis əməkdaşına xəsarət yetirilməsi, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq odlu silah daşıması ehtimalını, aktiv müqavimət göstərərək polis əməkdaşlarının həyatı bahasına olsa da, belə onları əzib keçməklə məsuliyyətdə yayınmaq niyyətində olmasını nəzərə alıb, onun və digər polis əməkdaşlarının həyatı və sağlamlıqlarına real təhlükənin olmasını görərək Zərərçəkmiş şəxs1 Vüsalın hərəkətini dayandırması üçün üzərində olan xidməti tabel silahını çıxarıb bir dəfə göyə atəş açmış, həmin anda o, “Saipa” markalı avtomobilin arxa tərəfində olmuşdur. Avtomobilin içərisindən Vüsala: “vur!vur! vur onları” deyərək çığırtı səsi gəlmiş, bu anda isə Təqsirləndirilən şəxs3 avtomobili qəfildən yüksək sürətlə arxaya doğru hərəkətə gətirmiş və avtomobilin arxası ilə onun sağ ayağından vurmuşdur. Həmin zərbənin təsirindən o, yerə yıxılmışdır. Vüsalın hərəkətlərinin qarşısını almaq məqsədilə Emil xidməti tabel silahını avtomobilin təkərinə tuşlayaraq təkəri partlatmaq üçün ardıcıl iki atəş açmışdır. Ani zaman kəsiyində avtomobil irəliyə doğru hərəkət etdiyi üçün Emilin açdığı atəşlərdən biri ondan asılı olmayan səbəblərdən avtomobilin arxa sol şüşəsinə tuş gəlmiş və həmin şüşə sınmışdır. Bu vəziyyətdən istifadə edərək Emil özünü itirməmiş, dərhal əlini qırılmış şüşədən içəriyə, avtomobilin salonuna salaraq qapını açmış və avtomobilin açarını açar yuvasından çıxarmağa nail olmuşdur. O və hadisə yerinə gəlmiş PPX əməkdaşlarının köməkliyi ilə Təqsirləndirilən şəxs3 və onun yanında olan şəxslər maşından çıxarılaraq Yasamal RPİ-nin 26-cı PB-yə gətirilmişlər. Vüsalın idarə etdiyi “Saipa” markalı avtomobili də onun maşınına qoşaraq idarəyə aparmışlar. Belə ki, “Saipa” markalı maşının qabaq və arxa hissələri əzildiyi üçün nasaz vəziyyətə düşmüşdür. Açdığı atəş nəticəsində “Saipa” markalı avtomobilin şüşəsi sındıqdan sonra arxa oturacaqda əyləşmiş və halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs2 qol və qarın nahiyələrindən xəsarət almasından sonradan bilmişdir. Həmin xəsarətlərə görə Təqsirləndirilən şəxs2 dərhal Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasına apararaq ora yerləşdirilmişlər. Həmin dövr xəstəxanaların əksəriyyəti «Covid-19 » xəstələri ilə məşğul olduğu üçün başqa xəstələri qəbul etmirdilər. Digər iki şəxs, yəni avtomobili idarə edən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən və avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş maddələr aşkar edilərək götürülmüşdür. Onların əməliyyat tədbiri zamanı “Saipa” markalı avtomobildə yalnız Təqsirləndirilən şəxs3 olması barədə məlumatları olmuş, digər təqsirləndirilən şəxslərin barəsində heç bir məlumatları olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Yasamal RPİ-nin PPXBnün polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 30 mart 2021-ci il tarixdə saat 01 radələrində iş yoldaşları PPXB-nün polis nəfərləri Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ilə birlikdə sürücüsü olduğu və onlara təhkim olunmuş FİAT DOBLO markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomaşınla gecə növbəsində olaraq Bakı şəhəri Yasamal rayonu, Ə.Ələkbərov və M.Müşfiq küçələrinin kəsişməsində hərəkətdə olan zaman onlara həm mobil telefon, həm də ratsiya vasitəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı Zərərçəkmiş şəxs1 zəng edərək keçirilən əməliyyat tədbirində müqavimətlə rastlaşdıqları üçün kömək istəmişdir. Onlar Zərərçəkmiş şəxs1 bildirdiyi Cəfərov qardaşları 32 saylı ünvanın qarşısına bir neçə dəqiqəyə gəlib çatmış və görmüşlər ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqları «Xəzər» markalı maşın göy rəngli SAİPA markalı ** PH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini təqib edir. SAİPA markalı maşını hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs3 idarə edirdi. Digər iki təqsirləndirilən şəxs maşında olmuşlar. SAİPA markalı avtomobilin sükanı arxasında olan Təqsirləndirilən şəxs3 məsuliyyətdən yaxa qurtarmaq üçün maşını dayanmadan qabağa-arxaya sürməklə həm Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olduqları «Xəzər» markalı maşina, həm də onların olduqları maşina çırpırdı. Hətta onlar, yəni polis əməkdaşlarının hamısı maşınlardan enib Təqsirləndirilən şəxs3 maşını saxlamağı, içindəki şəxslərdən maşından enmələrini tələb etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs3 onların da üzərinə maşın sürmüş və ayrı-ayrı xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs3 idarə etdiyi SAİPA markalı avtomobil darısqal məhəllədə, iki avtomobilin arasında qaldığı üçün və hadisə yerindən uzaqlaşmağa başqa imkanı olmadığından öz avtomobilini davamlı olaraq irəli və geri hərəkət etdirib həm onun sürücüsü olduğu ** AP ***, həm də 26-cı PB-yə məxsus ** AP *** dövlət qeydiyyat nişanlı avtomobillərini müxtəlif hissələrdən qəsdən əzməyə davam etmişdir. Həmin vaxt SAİPA markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 isə avtomobilinin şüşəsini bir qədər endirib söyüşlü ifadələrlə: “görərsiz indi neyniyəcəm”, “hamınızı qıraram” cümlələrini işlətmişdir. SAİPA markalı avtomobilin sürücüsü Vüsal onlara qarşı açıq aşkar aqressiv müqavimət və qərəz nümayiş etdirdiyi üçün 26-cı PB-nin əməkdaşı Emil üzərində olan xidməti tabel silahını çıxarıb Təqsirləndirilən şəxs3 hərəkətlərini dayandırması üçün göyə atəş açmışdır. Həmin anda isə 26-cı PB-nin digər əməkdaşı Ceyhun SAİPA markalı avtomobilin arxa tərəfində olmuş, avtomobilin içərisindən Vüsala: “vur!vur! vur onları” deyə çığırtı səsləri gəlmişdir. Təqsirləndirilən şəxs3 avtomobili qəfildən yüksək sürətlə arxaya doğru hərəkətə gətirmiş, bu anda avtomobilin arxası ilə Ceyhunun sağ ayağından vurmuşdur. Həmin zərbənin təsirindən Ceyhun da yerə yıxılmışdır. Emil isə dərhal xidməti tabel silahını avtomobilin aşağı hissəsinə, təkər istiqamətinə tuşlayaraq təkəri partlatmaq üçün iki atəş açmışdır. Ani zaman kəsiyində avtomobil irəliyə doğru hərəkət etdiyindən açılan atəş avtomobilin arxa sol şüşəsinə tuş gəlmiş, həmin şüşənin sınma səsini eşitmişdir. Bu vəziyyətdən istifadə edərək Emil dərhal əlini qırılmış şüşədən içəriyə, avtomobilin salonuna salaraq qapını açmış, içəriyə daxil olmuş, irəliyə doğru boylanaraq avtomobilin açarını açar yuvasından çıxarmağa nail olmuşdur. Daha sonra arxa oturacaqda da, sərnişin olduğunu görmüşlər, onların köməkliyi ilə Təqsirləndirilən şəxs3 və onun yanında olan şəxslər zərərsizləşdirilərək saxlanılmış və Yasamal RPİ-nin 26-cı PB-yə gətirilmişlər. Sonradan məlum olmuşdur ki, açılan atəş nəticəsində SAİPA markalı avtomobilin şüşəsi sındıqdan sonra arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 adlı şəxs qol və qarın nahiyələrindən xəsarət almışdır. Həmin xəsarətlərə görə Təqsirləndirilən şəxs2 Bakı şəhəri 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilmişdir. Digər iki şəxs, yəni avtomobili idarə edən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə təhqiqatçıya təhvil verilmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomaşın çoxlu zədələr almış, özü isə heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxslərin məhkəmədə sübuta yetirilən cinayət əməlləri üzrə təqsirli olmalarıı qismən özlərinin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PBnin rəisinə ünvanlanan 29 mart 2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs3 məxsus “Saipa” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla narkotik vasitələri əldə olunması, satışı və istifadəsi, eyni zamanda daim üzərində TT markalı tapança gəzdirməsi və ətrafında əvvəllər məhkum olunmuş cinayətə meyilli şəxslərlə birlikdə olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin RRXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Orxan Əliyev, Anar Azayev və Zərərçəkmiş şəxs5 xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 23:45 radələrində 26-ci PB-nin inzibati ərazisində xidmətdə olduqları zaman 26-cı PB-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 telefon vasitəsi ilə onlarla əlaqə saxlayaraq Cəfərov qardaşları 32 ünvanına yaxınlaşmağı bildiriş, onlar həmin əraziyə yaxın olduqları üçün 2-3 dəqiqə ərzində həmin əraziyə yaxınlaşmış, yaxınlaşan zaman **-PH-*** dövlət nömrə nişanlı “Saipa” markalı avtomobilin 26-cı PBnə məxsus olan **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti maşını vuraraq qaçmaq istədiyini görmüşlər. Onlar dərhal avtopatrulla həmin avtomobilin qarşısını kəsmiş “Saipa” markalı avtomobilin sürücüsü onların maşınının da qabaq hissəsini bir neçə dəfə vuraraq qaçmaqa cəhd göstərmişdir. Bu zaman baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 öz tabel silahı ilə havaya xəbərdarlıq atəşi açmış, lakin sürücü öz hərəkətlərini davam etdirərək qaçmaqa cəhd göstərmiş avtombilin içərisində olan şəxslərdən biri uca səslə PB-nin və bizim əməkdaşları vurmağı ilə hədələmişdi. Bu zaman Zərərçəkmiş şəxs1 avtomaşının hərəkətini tam məhdudlaşdırmaq məqsədi ilə avtomaşının sol arxa hissəsinə iki dəfə atəş açsada avtomobil ani zaman kəsiyində hərəkəti nəticəsində açılan atəşlərdən biri avtomobilin sol arxa qapısının şüşəsinə tuş gəlmişdir. Sonradan maşının qapısını açaraq köməkli şəkildə avtomobilin içərisində olan 3 nəfər şəxsi yerə düşürmüş və köməyə gələn avtopatrul əməkdaşları ilə birlikdə 26-cı PB-nə aparmışlar. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürülmə aparılması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində psixotrop maddə olan metamfetaminin olduğunu, həmin maddəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Köhnə bazar” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən alıb satış məqsədilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürülmə aparılması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla “Saipa” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs3 iştirakı ilə aparılmışdır. İstintaq hərəkəti Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasının qarşısında yerləşən avtodayanacaqda keçirilmiş, qeyd edilən avtomobil göy rəngli olmaqla çirkli və zədələnmiş vəziyyətdə olmuş. İstintaq hərəkərində iştirak edən Təqsirləndirilən şəxs3 avtomobilin sürət ötürücüsünün yanından 01 ədəd üzərindən “Manlloro” sözü yazılmış ağ qırmızı rəngli elektron tərəzi, ön sol qapının iç cibindən isə 01 ədəd içərisində 23 ədəd müxtəlif növ şəffaf sellofana bükülmüş psixotrop maddə və narkotik vasitələr olan üzərində “Rothmans” sözü yazılmış siqaret qutusu aşkar edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərlərinə baxış keçirilməsini, eyni zamanda Təqsirləndirilən şəxs3 iştirakı ilə nəqiliyyat vasitəsinə baxış keçirilməsini əks etdirən 3 ədəd CD-ə məhkəmə iclası zamanı baxış keçirilmiş, CD-də əks olunan halları əks etdirən hər üç protokolun düzgün və həqiqi olması, baxışlarda iştirak edən şəxslərin protokollarda düzgün olaraq əks olunduğu müəyyən edilmiş, nəqiliyyat vasitəsinə baxış protokolunda baxışın işirakçıları olan Təqsirləndirilən şəxs3, polis əməkdaşlarının bəzilərinin imzalarının olmamasını məhkəmə texniki qüsur kimi qiymətləndirir və bu protokolun sübut növü olması qənaətinə gəlir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, C.Qardaşları küçəsində sağ qolun kəsilmiş deşilmiş yarası və qarının güllə yarası ilə 3 saylı Sabunçu xəstəxanasına daxil olmuşdur. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfidən saxlanılarkən güllə yarası aldığı üçün 3 saylı Şəhər Klinik xəstəxanasında stasionar qaydada müalicədə olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhəməsinin xx.xx.2021-ci il tarixli, 4(004)-470/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli olan şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 4(004)-159/2021 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu vaxtdan, yəni 30 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinin təxirə salınması və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 “Covid-19” virusu aşkar edildiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 4(004)-251/2021 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 17 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə ünvan 6 ünvanında, yəni qeyd edilən küçə ilə Qədirli küçəsinin kəsişməsində baş vermişdir. Həmin yer avtomobil yolu olmaqla, asfalt ilə döşənmişdir. Aslfalt örtüyün üzərində şüşə və plastmas qırıntıları, avtomobil sürtgü yağına bənzər maddələr həmçinin avtomobil şinlərinin izləri vardır. C.Qardaşları 32 ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında olan aslfalt örtüyü üzərində 01 ədəd, həmin avtoyuma məntəqəsinin sol divarının qarşısından 10 sm aralıda 02 ədəd giliz götürülərək qablaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış «avtomobilə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış ünvan 7 ünvanında keçirilmişdir. Baxış keçirilən avtomobil AZ **-AP-*** dövlət qeydiyyat nişanlı “Khazar” markalı qara rəngli sedan tipli avtomobildir. Həmin avtomobilin ön bamperinin avtomobil ilə üzbəüz dayandıqda sağ hissəsində və qabaq sol qanadında zədə əlamətləri vardır. Məhkəmədə elan edilib araşdırılmış «avtomobilə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış ünvan 8 ünvanında keçirilmişdir. Baxış keçirilən avtomobil AZ **-AP-*** dövlət qeydiyyat nişanlı 05 qapılı “Fiat Doblo” markalı avtomobildir. Həmin avtomobilin ön bamperinin avtomobil ilə üzbəüz dayandıqda sol hissəsində və dövlət qeydiyyat nişanının üzərində zədə əlamətləri vardır. Məhkəmədə elan edilib araşdırılmış “avtomobilə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış ünvan 8 ünvanında keçirilmişdir. Baxış keçirilən avtomobil AZ **-PH-*** dövlət qeydiyyat nişanlı göy rəngli “Saipa” markalı avtomobildir. Həmin avtomobilin ön bamperi yoxdur, bu səbəbdən dövlət qeydiyyat nişanı ön panelə bağlanmışdır. Avtomobilin qabaq ön qanadı qızılı rəngdədir, qabaq sağ qapının qanada birləşdiyi yer isə yaşıl rəngdədir. Arxa bamperin sağ hissəsində zədə əlamətləri vardır. Avtomobilin ön alın, arxa alın, arxa sol qapı və sağ ön sərnişin qapılarının şüşələri sınmış vəziyyətədir. Şüşələrin qırıntları avtomobilin salonuna tökülmüşdür. Avtomobilin arxa sağ və qabaq sağ qapısının üzərində qanabənzər ləkələr vardır. Salona baxış keçirilən zaman arxa şüşənin qarşısında şüşə qırıntıları, ağ rəngli əski üzərində qanabənzər ləkələr və müxtəlif adda məişət əşyaları vardır. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizasının 30 mart 2021-ci il tarixl,i 6/1248 saylı rəyindən müəyyən olunur ki, üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs3...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,974 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “... Təqsirləndirilən şəxs3 idarə etdiyi...” sözləri yazılmış zərfdəki 15 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr., ümumi təmiz çəkisi 2,421 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. 7 ədəd üzərində “F/M 40” göstəriciləri olan açıq-qəhvəyi rəngli həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,280 qram təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 248 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarət – sol əlin əzilməsi ilə müşaiyət olunmuş hematoması (yumşaq toxuma arasına qan yığılması) küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən xəsarətlərin şəxsin özü tərfindən, eləcə yıxılma nəticəsində törənməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 247 saylı rəyindən müyyən olunur ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət – sağ diz oynağı və sağ baldır nahiyyəsinin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərfindən, eləcə yıxılma nəticəsində törənməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 234 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs5 almış olduğu xəsarətlər – sağ əlin İ və İİİ barmaqlarının səthi kəsilmiş yaraları iti uca və ya iti kənara malik əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən, eləcə yıxılma nəticəsində törənməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 233 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 almış olduğu xəsarətlər – sağ diz oynağı nahiyəsinin sıyrıqları küt əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən, eləcə yıxılma nəticəsində törənməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 3068 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3065 saylı rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 21 avqust 2021-ci il tarixli, 3002 saylı rəyindən müəyyən olulun ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021ci il tarixli, 1930 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən hər-hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilmədinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci mddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021ci il tarixli, 1929 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgilər müəyyən edilir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən hər-hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər-hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021ci il tarixli, 1882 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvqqəti pozulması əlamələri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/6303 saylı rəyindən müəyyn olunur ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ziyan aktına əsasən, 2019-cu il buraxılışlı, qara rəngli “Xəzər Lada LD” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 600,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 370,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 230,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 571,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 341,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 230,00 manat. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ziyan aktında qeyd edilən dəmirçi və rəngsaz işlərinə sərf edilmiş 300,00 manat məbləğin 2014-cü il buraxılışlı, ağ rəngli “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hansı hissələrinə sərf edilməsi barədə məlumat olmadığından tədqiqat aparmaq mümkün olmadı. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən götürülmüş CD diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs1 dıgər şəxslərlə və ya təkbaşına şəkildə narkotik vasitələrin alışı və satışını təsdiq edən danışıqlar və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıqlarına baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən götürülmüş CD diskdə olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ********** möbil nömrəsi arasında 14 və 16 fevral 2021-ci il tarixlərində, həmçinin 14, 15 və 23 mart 2021-ci il tarixlərində telefon danışıqlarının olduğu qeyd olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 məxsus ********** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ********** möbil nömrəsi arasında yalnız 18 feval 2021-ci il tarixdə telefon danışıqlarının olduğu qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs3 məxsus ********** mobil nömrəsinə müxtəlif şəxslərdən Sms-lər daxil olsa da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil nömrələrdən hər hansı bir Sms daxil olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 7058, 7059 dz 7060 saylı, xx.xx.2021-ci il tarixli məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıblar. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasının 1/1603 №-li xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin ***- **** saylı, xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, narkotik maddənin mənbəyi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlaqələrinin olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Növbətçi hissələri idarəetmə xidmətinin 003-6008-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 2-127 nömrəli kameralarının xx.xx.2021-ci il tarixli arxiv görüntülərinin saxlanılma müddəti bitmişdir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin 001-36155-1221 saylı, xx.xx.2021-ci l tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və odlu silah gəzdirməkdən şübhəli bilinən Təqsirləndirilən şəxs3 saxlanılması zamanı Yasamal RPİ-nin 26 PB-nin əməkdaşları tərəfindən tabel silahından istifadə edilməsi faktı üzrə Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılmış, müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs3 Yasamal rayonu, Cəfərov qardaşları 32 ünvanın qarşısında saxlanılarkən o, idarə etdiyi “Saipa” markalı maşınla “Xəzər” və “Fiat Doblo” markalı xidməti avtomobilləri vuraraq polis əməkdaşlarına bədən xəsarəti yetirməklə qaçmaqa cəhd göstərmiş, polis əməkdaşlarının həyat və sağlamlıqlarına real təhlükə yarandığını nəzərə alaraq Təqsirləndirilən şəxs3 qanunsuz hərəkətlərinin qarşısını almaq üçün polis kapitanı Zərərçəkmiş şəxs1 üzərində olan “Zəfər” markalı tabel silahı ilə xəbərdarlıq məqsədi ilə bir dəfə havaya, nəticə əldə olunmadıqda isə iki dəfə avtomonilin arxa sol təkərinə atəş açdıqdan sonra nəqiliyyat vasitəsinin hərəkəti dayandırlmış, sürücü Təqsirləndirilən şəxs3, sərnişinlər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs3 üzərində 1, idarə etdiyi nəqiliyyat vasitəsindən isə ümümulikdə 31 bükümdə müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşikar edilərək müvafiq qaydada götürülmüşdür. Xidməti yoxlama zamanı Yasamal RPİ 26-cı PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 tərəfindən xidməti vəzifəsinin icrası zamanı “Polis haqqında” Azərbaycan Respublikasının qanununu və digər qanunvericilik aktlarının, daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksini, Daxili İşlər Nazirliyinin müvafiq əmr və təlimatlarının tələblərinin pozulmaması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 20-04/916 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasından “mədənin kiçik əyriliyinin xora fonunda mikroinvaziv karsinoması cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu ilə müəssisəyə daxil olmuşdur. O, labarator və instrumental müayinələrdən keçirilmiş Milli Onkologiya Mərkəzində müayinə olunmuş, müayinə nəticəsində patalogiya aşkar edilməmiş və o xx.xx.2022-ci il tarixdə saxlanıldığı müəssisəyə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin 500 saylı, xx.xx.2022ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasında Qismən səfərbərliklə əlaqədar 04 noyabr 2020-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixədək orduda hərbi xidmətdə olmuşdur.Lakin, Təqsirləndirilən şəxs2 işğal olunmuş ərazilərin azad olunmasında iştirak etməsi hərbi biletində əks olunmamış, həmçinin onun döyüşlərdə iştirakını təsdiq edən heç bir rəsmi sənəd mövcud deyildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsi və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.3.1, 93.1.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda baxılan iş üzrə cinayət əməlini isə xx.xx.2021-ci il tarixdə törətmiş, belə olan halda Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu olmaqla ona cinayətlərin məcmusuna görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza baxılan iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən toplanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 qeyd edilən qaydalara uyğun olaraq, cinayətlərin məcmusu üzrə, azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəza buraxılmış iş üzrə təyin edilmiş cəza ilə qismən və ya tamamilə birləşdiriməklə qəti cəza təyin edilməli və cəzanın əvvəli 30 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və CM-nın 65.2ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsi və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 332.2.4, 66.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlpvə Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilib CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 01 ilə endirilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 məhkumluqları CM-nin 83-cü maddəsinə əsasən ödənilmiş və CM-nin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsi və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qismən olaraq özünün və zərərçəkmişlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkoik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmaları, qrup üzvləri arasında əldə olunmuş razılığa əsasən 29 mart 2021-ci il tarixdə 15 (on beş) ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr – kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 08 (səkkiz) ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr- kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetmanini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə- kustar üsülla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və üzərilərində “F/M40” yazısı həkk olunmuş, açıq qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici madəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon pereparatını birlikdə əldə edib daşıyaraq Təqsirləndirilən şəxs3 etibarnamə əsasında idarə etdiyi “Saipa” markalı **-PH-*** d.q.n avtomobildə saxlamaları məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. İstər ibtidai istintaq zamanı istərsədə məhkəmə baxışı zamanı 29 mart 2021-ci il tarixdə və ya ondan əvvəlki tarixlərdə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin və digər qanunsuz əşyaların qanunsuz olaraq satışı məqsədi ilə əldə etmə saxlama və daşımaları, onunla bağlı cinayət əlaqəsinə girmələri, bu məqsədlə əlbir olan qrup yaratmaları barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ifadələr verməmiş, zərərçəkmiş şəxslərdən Bakı şəhəri Yasamal RPİ-nin 26-cə PB-nin baş əməliyya müvəkkili Zərərçəkmiş şəxs1 və həmin bölmənin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 məhkəmədə verdikləri ifadələrində polis bölməsinə yalnız Bakı şəhəri Yasamal rayonu ərazisində idarə etdiyi “Saipa” markalı avtombil ilə hərəkət edən Vüsal adlı şəxsin üzərində TT markalı odlu silah və satış və istifadə məqsədi ilə narkotik vasitələrin olması barədə məxfi məlumat daxil olmasını, digər təqsirləndirilən şəxslər barəsində məlumat daxil olmadığını, “Saipa” markalı maşının sürücüsü Təqsirləndirilən şəxs3 və yanında, sərnişin yerində, oturan adı soyadını saxlanılandan sonra Təqsirləndirilən şəxs1 olmasını bildikləri şəxsləri görsələrdə, maşında arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə görməmişlər. İbtidai istintaq zamanı, ilkin verdikləri izahat və ifadələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 göstərmişlər ki, 30 mart 2021-ci il tarixdə gecə vaxtı üçü brlikdə Təqsirləndirilən şəxs3 idarə etdiyi maşında Təqsirləndirilən şəxs3 təklifinə əsasə birgə istifadə etmək üçün ünvan 10 ünvanının qarşısında Təqsirləndirilən şəxs3 maşını saxlayıb tiryək əldə etmək üçün harasa getmiş, lakin bir müddət sonra əli boş qayıtmış bu səbəbdən tiryək qəbul etməmişlər . Lakin, ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilkin verdikləri ifadələri inkar etmiş, Təqsirləndirilən şəxs2 isə istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı, Təqsirləndirilən şəxs3 tiryək əldə etməsi üçün maşını saxlayıb getmək halını inkar etmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin dispoziyasına əsasən bu maddəyə görə o zaman cinayət məsuliyyəti yarana bilər ki, şəxs ( şəxslər) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi hərəkətləri etsinlər. Yəni bu cinayət formal tərkibli olmaqla narkotik vasitələrin, eləcədə psixotop maddələri qanunsuz əldə etmə onların təqsirkarın sahibliyinə keçirdiyi andan başa çatmış cinayət hesab edilməlidir. CM-nin 234.4.1-ci maddəsi ilə məsuliyyətin yaranmasının mütləq şərtlərindən biri narkotik vasitə və psixotrop maddənin bu növlərə aid olmasına dair məhkəmə ekspertiza rəyinin olması, bu maddələrin şəxsi istehlak miqdarından artıq olmasının müəyyən edilməsidir. Azərbaycan Respublikası CM-nin 141-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və hərəkətsizliyinin) təqsirli olaraq törədilməsi cinayət sayılır. CM-nin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə ( hərəkət və hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin 30 mart 2021-ci il tarixdə saat 00:10 dəqiqədə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə əlavə olaraq satış məqsədi ilə narkotik vasitə hesab olunan tiryək maddəsi axtarmaq üçün ünvan 11 ünvanına gəlmələrinə dair ittihamın hər üç təqsirləndirilən şəxsin cinayət təqibi üçün əsas ola bilməz və bu hissə təqsirləndirilən şəxslərin ittihamlarından xaric edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham olunduğu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmalarını əsassız hesab edir. Belə ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma niyyəti ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bi qrup şəxs halında, aralarında əldə olunmuş razılığa əsasən 29 mart 2021-ci il tarixdə 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr.,0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik basitə hesab edilən tiryəki və üzərlərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon pereparatını birlikdə əldə edib daşıyaraq Təqsirləndirilən şəxs3etibarnamə əsasında idarə etdiyi “Saipa” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaları 30 mart 2021-ci il tarixdə saat 01 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Yasamal rayonu RPİ-nin 26-cı PB-nə gətirilmələri, orada Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarış zamanı, eləcə də sonuncunun idarə etdiyi “Saipa” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdıqları 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,300 qr., 0,284 qr., 0,120 qr., 0,287 qr., 0,084 qr., 0,100 qr., 0,075 qr., 0,291 qr., 0,283 qr., 0,115 qr., 0,083 qr., 0,096 qr., 0,072 qr., 0,124 qr., 0,132 qr., ümumi təmiz çəkisi 2,446 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qr., 0,330 qr., 0,284 qr., 0,352 qr., 0,344 qr., 0,440 qr., 0,325 qr.,0,974 qr., ümumi təmiz çəkisi 3,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,186 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik basitə hesab edilən tiryəki və üzərlərində “F/M40” yazısı həkk olunmuş, açıq-qəhvəyi rəngli, dairəvi formalı, cəmi 07 (yeddi) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,280 qram olan narkotik vasitə hesab edilən metadon pereparatı aşkar edilərək götürülməsi, yəni bu şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşımaları sübuta yetirməmişdir. Belə ki, məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə bazar” adlanan yerdə “İmaş” ləqəbli bir nəfərdən öz istifadəsi üçün bir ədəd şəffaf sellofama bükülmüş içərisində psixotrop maddə olan metametamin əldə etmişdir.Həmin tarixdə günün sonunda maşını Təqsirləndirilən şəxs1 işlədiyi maşınyuma yerində yuduzdurmuş, Abit xahiş etdiyi üçün onu evinə aparmağa razılaşmış, oradan Abitlə birlikdə bərbər işləyən Təqsirləndirilən şəxs2 yanına saçını vurdurmağa getmiş, lakin vaxt gec olduğu üçün saçını vurdura bilməmiş, lakin Əmraha da onu evlərinə aparmağa təklif etmiş və onu da maşına mindirib yola çıxmışdır. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə və psixotrop maddə əldə etmədiyini göstərmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yalnız Abitlə Əmrahın işlədiyi bərbərxanaya gəldikdə ilk dəfə görməsini göstərmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclasında göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs3 yalnız saat 22 radələrində sonuncu idarə etdiyi “Saipa” markalı maşını onun işlədiyi avtoyuma məntəqəsinə yumaq üçün gətirdiyi zaman gördüyünü, sonuncunun avtomaşınını yuduqdan sonra Vüsaldan onu yaşadığı ünvana aparmasını xahiş etmiş, Vüsalın maşını ilə Bayıl qəsbəsinə Vüsalın bərbər tanışı Əmrahın işlədiyi yerə getmişlər. Orada Əmrahı ilk dəfə görmüş, Əmrah da Vüsalın maşınına arxa oturacağa yaşadığı ünvana getmək üçün əyləşmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun işlədiyi Səbail rayonu “20-ci sahə”-də olan bərbərxanasına müştəri kimi gələrək saçını düzəltdirirdi. 29 mart 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs3 saçını düzəltdirmək üçün gəldiyi vaxt görmüş, gec olduğu üçün onun saçını düzəltdirə bilməmiş, Vüsal onu evinə aparmağı təklif etdikdə sonuncunun idarə etdiyi avtomobilin arxa oturacağına əyləşmiş, Təqsirləndirilən şəxs1 həmin vaxt ilk dəfə görmüşdür. Bakı şəhəri Yasamal RPİ-nin 26-cə PB-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 və həmin bölmənin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 məhkəmədə verdikləri ifadələrində polis bölməsinə yalnız Bakı şəhəri Yasamal rayonu ərazisində idarə etdiyi “Saipa” markalı avtombili ilə hərəkət edən Vüsal adlı şəxsin üzərində TT markalı odlu silah və satış və istifadə məqsədi ilə narkotik vasitələrin olması barədə məxfi məlumat daxil olmasını, digər təqsirləndirilən şəxslər barəsində məlumat daxil olmadığını, “Saipa” markalı maşının sürücüsü Təqsirləndirilən şəxs3 və yanında, sərnişin yerində, oturan adı soyadını saxlanılandan sonra Təqsirləndirilən şəxs1 olmasını bildikləri şəxsləri görsələrdə, maşında arxa oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə görməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertiza rəylərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyyacı var, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən telefon danışıqlarına baxış keçirilməsinə dair xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli protokollardan müəyyən olunur ki, təqsirləndirilən şəxslərin digər şəxslərlə və ya təkbaşına şəkildə narkotik vasitələrin alışı və satışını təsdiq edən danışıqlar və sms yazışmalar olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin ***-**** saylı, xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, narkotik maddənin mənbəyi müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs3 Elmağa oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlaqələrinin olub-olmamasının müəyyən etmək mümkün olmamışdır. Beləliklə ibtidai araşdırma orqan tərəfindən təqsirləndirilən şəxslərin bir qrup şəxs halında əlbir olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməllərini törətmələrini hç bir sübut və dəlilləri ilə müəyyən edilməmiş, belə sübut və dəlillər məhkəmə baxışı zamanıda müəyyən edilməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası CM-nin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi olmadığı üçün onların barəsində 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verməli, Təqsirləndirilən şəxs3 ittihamından isə CM-nin 234.4.1-ci maddəsi xaric edilməli olduğu üçün məhkəmə Təqsirləndirilən şəxs3 ittihamından CM-nin 234.4.1ci maddəsini xaric edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci madəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: -124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; -124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin CM-nin 234.4.1-ci maddəsinə əsasən yəni, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma heç bir sübut növü ilə öz təsdiqini tapmamışdır. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməlləri müəyyən edilməmişdir. Lakin, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilmiş, onun 23 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddələr, metadonun ona məxsus olmaması, həmin bükülüləri polis əməkdaşlarının onu və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayan zaman maşınına atmaları barədə ifadəsi həqiqətə uyğun olmamaqla əməlləri zərərçəkmiş şəxslərin ifadələri, üzərinə və nəqiliyyat vasitəsinə video çəkilişlə aparılmış baxış protokolları və CD disklərə baxışla, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla tam təsdiq olunur və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 CM-nin 315-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə əməli tam sübuta yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la sonuncunun idarə etdiyi maşında olmaqla ona “Vur, vur, onları vur” müraciət edərək onu qanunsuz hərəkətlərlə sövq etmələri CM-nin 32.4, 315-ci maddələrinin tərkibini yaratmaqla onlar da bu maddələrlə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 istər ibtidai istintaq zamanı istərsədə məhkəmə baxışı zamanı verdikləri ifadələrində onların xidməti vəzifələrini yetirərkən Təqsirləndirilən şəxs3 onlara qarşı zor tətbiq etməklə müqavimət
göstərməklə yanaşı onun idarə etdiyi avtomobildə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 polis əmədaşlarına qarşı zor tətbiq etməyi “Vur, vur, onları vur” deməklə təhrik etmişlər. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 32.4-cü maddəsinə əsasə ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət etməyə sövq edən şəxs təhrikçi sayılır və cinayətin icraçısı ilə birlikdə cinayətin iştirakçıları sayılırlar. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halları müəyyən etməmişdir. Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamış, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin islah olunmaları yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onların tutulduqları andan hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – Yasamal rayon prokurorluğunun maddi sübutlar oağına təhvil verilmiş, bir ədəd kağız paketdə 2,296 qram heroin, 5 həb metadon, 0,176 qram tiryək, 2,281 qram metamfetamin, hadisə yerindən götürülmüş 03 ədəd giliz, Təqsirləndirilən şəxs2 tibbi müdaxilə zamanı qarın boşluğundan çıxarılmış 1 ədəd kiçik dəmir parçası məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disklər cinaytə işində saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət- 02 gün ona təyin olunan cəza müddətindən çıxılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 195.82 (yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində pul müştərək qaydadad təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 420 (dörd yüz iyirmi) manat pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə, CM-nin 315-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən təyin olunmuş cəzaya qismən toplamaqla ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 mart 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 32.4, 315-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum edilsin. Təqsirləndirilən şəxs1 30 mart 2021-ci il tarixdən 31 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzaya daxil edilməklə üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində CPM-nin 42.1.2-ci maddəsinə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin.
3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4, 315-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Bəxiyar oğlu barəsində CPM-nin 42.1.2-ci maddəsinə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon prokurorluğunun maddi sübutlar oağına təhvil verilmiş, bir ədəd kağız paketdə 2,296 qram heroin, 5 həb metadon, 0,176 qram tiryək, 2,281 qram metamfetamin, hadisə yerindən götürülmüş 03 ədəd giliz, Təqsirləndirilən şəxs2 tibbi müdaxilə zamanı qarın boşluğundan çıxarılmış 1 ədəd kiçik dəmir parçası məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 05 (beş) ədəd CD disk cinaytə işində saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 195.82 (yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində pul müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 420 (dörd yüz iyirmi) manat pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.