Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-253/2023 12.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X10-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Azərbayacan Respublikası vətəndaşı, ünvan 1 ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhərində Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə başqa mənbədən 30 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, külli miqdarda, yəni bir bükümdə təmiz çəkisi 2,802 qram olan narkotik vasitə hesab edilən heroin əldə edib, üzərində saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin və Yasamal RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanında yerləşən söküntülü binanın içərisində saxlanılaraq, Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş və inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynindəki şalvarının cibindən qanunsuz olaraq əldə edib, saxlayıb daşıdığı bir ədəd bükümdə qablaşdırılmış təmiz çəkisi 2,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmayıb. Özünü yalnız AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, bir neçə müddət idi ki, tutulana qədər narkotik vasitələri qəbul etmişdir. Cinayət işinin materiallarında onun narkotik vasitənin satışı ilə məşğul olmağını təsdiq edən heç bir sübut yoxdur. O, tutulan tarixdə narkotik vasitə qəbul etmək üçün H.Cavid prospekti 47 saylı ünvana gəlmişdir. Polis əməkdaşları da onu həmin ünvanda tutublar. Orada onunla bərabər onun tanışları Azad, Kamran, Dinaran və Böyükağa da tutulubdur. Bildiyi qədər onların da üzərində öz istifadələri üçün narkotik vasitə olubdur, əgər onların hamısında istifadə etmək üçün narkotik vasitə var idisə, belə olan halda üzərindəki narkotik vasitəni kimə satacaqdı ki? Ona verilən ittiham, qanunsuzdur və əsassızdır. Narkotik vasitənin qəbulu ilə məşğul olan istənilən şəxs narkotik vasitəni kimdənsə əldə edəndə həmişə bir-iki dəfəlik istifadə üçün əldə edir ki, hər dəqiqə küçələrə çıxıb narkotik axtarmasın, yəni istifadə etməyə yetərli olsun. Üzərindən də aşkar olunmuş narkotik vasitə öz şəxsi istifadəsi üçündür. Bir dəfəlik istifadə etmək üçün bir çet kakosu satış məqsədi ilə əldə etmək çox gülüncdür. Onun üzərindən də bir çet çıxıb. Onda 2,802 qram heroin olmayıb. Həmin narkotikin ona aidiyyəti yoxdur. O, 2011-ci ildə X15 ilə ailə qurmuş, birgə nikahdan on yaşlı oğlu vardır. On beş ildir işsizdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə elan olunub araşdırmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir: « 21 aprel 2022-ci il tarixdə axşam saatlarında Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan şəxsdən 30 manata 1 büküm heroini öz şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitəni alıb evə getmişdir ki, səhəri gün münasib vaxt tapıb istifadə etsin, lakin işi çox olduğuna görə istifadə edə bilməmişdir. 22 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanda yarımçıq tikilidə çox vaxt narkotik vasitə istifadə etmiş, bu yarımçıq tikili plana düşdüyü üçün, yaşayış olmadığına görə baxımsız yerdir. Çox vaxt narkomanların çoxu bu ünvana yığılıb narkotikdən istifadə edirlər. O, ora gələndə çoxdan tanıdığı Dinara adlı qız, Kamran, Azad və Böyükağa da orada idilər. Onlar həmin tikilinin içində olarkən mülki geyimli şəxslər içəri daxil olub ondan Yasamal RPİ-nin 28-ci PB-ə getməyi xahiş etmişlər. Həmin vaxt heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olmuşdur. Polis əməkdaşları onun qollarından tutduğu üçün üzərində olan heroini tullaya bilməmişdir. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 28-ci PB-ə gəlmiş və orada onun şəxsiyyəti müəyyənləşmiş, xidməti otaqların birində üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları üzərində qeyri-qanuni nə varsa çıxarıb təqdim etməyi bildirmiş, o da əynindəki şalvarın sağ yan cibindən bir ədəd kağıza bükülü heroini könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları bu maddənin nə olduğunu soruşduqda o, maddənin şüşə olduğunu və bir gün əvvəl kakosu “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş heroin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Aşkar olunmuş heroini isə ekspertizaya göndərmişlər. Sonradan məlum olmuşdu ki, həmin yarımçıq tikilidə onunla birlikdə saxlanılmış adlarını yuxarıda qeyd etdiyi şəxslər də tutulmuşlar. Üzərindən aşkar olunmuş bir büküm heroini “Kubinka” adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata almışdır. Həmin şəxsi tanımamış, bu şəxsin anket məlumatları barədə heç bir məlumatı yoxdur, harada yaşamasını və telefon nömrəsini də bilməmişdir. Yasamal RPİ-nin 28-ci PB-də olarkən ona qarşı heç bir fiziki-psixi təzyiq edilməmiş, bu barədə üzərinə baxış keçirilərkən hüquqlarını müdafiə edən vəkilin yanında da bildirmiş, heç kimdən şikayəti yoxdur, hüquqları tam və aydın şəkildə izah edilmiş, üzərindən aşkar olunmuş heroin ona məxsusdur, istifadə etmək üçün üzərində gəzdirmişdir. Başa düşmüşdür ki, səhv eləmiş və etdiyi bu səhv hərəkətə görə də qanun qarşısında cavab verməlidir. Bundan əlavə başqa cinayət əməli törətməmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Mobil telefondan istifadə etməmiş və saxlanılan günü də üzərində telefon olmamışdır. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı H.Cavid prospekti 47 saylı ünvan narkomanların məskənidir, həmin ünvana hamı narkotik vasitə qəbul etməyə gəlmiş, bu ünvandakı tikilidə yaşayış yoxdur, plana düşdüyünə görə sökülmüş, özü də həmişə narkotik vasitə istifadə etmək istəyəndə həmin ünvana gəlmiş, çünki bir az təhlükəsiz yerdir, ətrafdan heç kim görmür. Bu yerin kimə məxsus olmasını da bilməmişdir. Onunla bərabər saxlanılan Dinara, Kamran, Fuad və Böyükağa da həmişə ora narkotik vasitə qəbul etmək üçün gəlmişlər. Böyükağanın yaşadığı ünvan həmin yerin arxa tərəfində yerləşmişdir, polis əməkdaşları onları həmin ünvanda tutarkən stolun üstündə narkotik vasitə kakos, 1 ədəd şpris, 1 ədəd tərəzi də olmuşdur. Lakin həmin predmetlərin əvvəlcə kimə məxsus olmasını dəqiq bilməmiş, lakin sonradan həmin predmetlərin onunla bərabər tutulan Böyükağanın istintaqını aparan müstəntiq tərəfindən dindirilərkən həmin predmetlərin Böyükağaya məxsus olmasını bilmişdir. Həmin yerdən narkotik vasitədən istifadə etməyinə görə kiməsə heç nə verməmiş, sahibsiz bir yerdir, kimin ürəyi istəmiş həmin yerə gəlmiş, narkotik vasitə istifadə edib getmişdir. Həmin yerdə onunla bərabər saxlanılmış şəxslərlə də qabaqcadan həmin yerə gəlib bir yerdə narkotik vasitə qəbul etmək barədə də aralarında hər hansısa bir razılıq olmamışdır. Təsadüfən həmin yerə gələndə onları orada görmüş, üzərindən aşkar olunmuş narkotik vasitəni də yuxarıda qeyd etdiyi kimi tanımadığı şəxsdən almış, əgər polis əməkdaşları gəlib onu həmin yerdə tutmasaydılar üzərindəki narkotik vasitəni özü tək istifadə edib, sonra evinə gedəcəkmiş, üzərində aşkar olunaraq götürülmüş narkotik vasitədən də istifadə etmək məqsədilə kiməsə vermək fikri də olmamışdır, həmin narkotik vasitəni 2 dəfəyə istifadə edəcəkmiş, törətdiyi əməldən peşmandır və təqsirini etiraf etmişdir. Şahid1 ifadələrində Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyiyni bildirib ifadələrində göstərdi ki, məhkəmədə ona Təqsirləndirilən şəxs və Baxşiyev Böyükağa adlı şəxs barəsində əməliyyət tədbiri keçirəndə görüb tanımışdır. Əvvəllər onu tanımamış və onunla hər hansı münasibəti olmamışdır. 22 aprel 2022-ci il tarixdə X4 Yasamal rayonu H.Cavid prospekti 47 ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil edib saxlaması barədə Yasamal RPİ NMByə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədilə onun ətrafında əməliyyat tədbirləri həyata keçirilmək məqsədilə ondan, Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, 28-ci PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid3 və polis mayoru Şahid4 ibarət əməliyyat qrupu yaradıldı. 22 aprel 2022ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanın qarşısında Böyükağa Baxşıyev saxlanıldı və həmin ünvana baxış zamanı orada olan narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli olan X19, Təqsirləndirilən şəxs, X6 və X1 28-ci PB-yə gətirildilər. Bölmədə axtarış zamanı Fuad bir bükümdə narkotik vasitə təqdim etdi. Fuadın narkotik vasitələrin istifadə etməsi barəsində məlumat var idi. Onun narkotik vasitə satması barədə məlumat olmayıb. İstintaq zamanı da belə ifadə verib. İfadələrinə başqa əlavəsi yüoxdur. Təqsirləndirilən şəxs saxlanılanda ona hər hansı təzyiq və təsir göstərilməyib. Məhkəmədə elan olunub araşdırmış ifadələrində Şahid1 Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib ifadələrində ittihamın mahiyyəti üzrə göstərmişdir « X16 yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqə göstərmiş, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olduğunu bildirmiş, qeyd edilən ünvanda həmin adları qeyd olunan şəxsləri də görüb üzərilərinə baxış keçirilməsi üçün Yasamal RPİ 28-ci PB-yə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə axtarış keçirildi. axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində kakos adlandırdığı heroin olduğunu, həmin maddəni bir gün əvvəl axşam saatlarında “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını, bir qismini istifadə etdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyulub möhürləndi, bu barədə protokol tərtib edildi, onlar da protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmiş, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 2,802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında məlumatlar olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etdikdən sonra H.Cavid prospekti, 47 ünvanında satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumatlar tez-tez daxil olmuşdur. » Şahid3 ifadələrində göstərdi ki, hazırda Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib məhkəmədə ona təqsirləndirilən şəxs qsmində təqdim olunan Təqsirləndirilən şəxs Böyükağa Baxşiyev barəsində əməliyyat tədbiri keçiriləndə görüb tanıyb. Onunla yaxınlığı və ədavəti olmayıb. Ayı və tarixi xatırlamır. Böyükağanın tiryəkxana saxlaması barəsində əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq üçün tədbir keçirmişlər. Tədbir zamanı bir neçə nəfəri tutmuşlar. Tutulanlar arasında Təqsirləndirilən şəxs da olub. Bölmədə Fuadın üzərinə axtarış keçirilən zaman Fuadın üzərindən heroin aşkar edildi. Bir bükümdə idi. Aşkar olunan heroinin miqdarını xatırlamır. Fuadın narkotik vasitələrin satışı ilə məşğul olması barəsində onlarda məluamat olmayıb. Məlumat Fuadın narotik vasitədən istifadə və daşıması barədə olub. Fuadı ünvan 5 ünvanda tutublar. Fuadın konkret olaraq hansısa şəxsə narkotik satması və ya satışı ilə məşqul olması barədə məlumat olmayıb. Məlumat yalnız istifadəsi barəsində olub. Satış barədə məlumat sonradan daxil olub. Fuad əməliyyat keçirilən zaman beş nəfərdən biri olub. Onun barəsində həmin əmliyyata qədər onda məlumat olmayıb. Fuad saxlanılanda ona təzyiq və təsir göstərilməyib. Fuad tutulandan sonra onun üzərindən aşkar olunmuş narkotik vasitənin haradan əldə etməsi və üzərində saxlaması və ya satışı ilə məşğul olması barəsində o, özü əlavə əməliyyat tədbirləri aparmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai isintaq zamanı ittihamın mahiyyəti üzrə göstərmişdir: « Hal-hazırda Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu B.Şahtaxtinski küçəsi ev 8-də qeydiyyatda olan ve yaşayan xx.xx.1964-cü il təv. X4 Yasamal rayonu H.Cavid prospekti 47 ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Yasamal RPİ NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə mən, Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, 28-ci PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid1 və polis mayoru Şahid4 ibarət əməliyyat qrupu yaradıldı. 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanın qarşısında B.Baxşıyev tərəfimizdən saxlanılmış və həmin ünvana baxış zamanı orada olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan X19, Təqsirləndirilən şəxs, X6 ve X2 28-ci PB-yə gəlmələri təklif olunmuşdur. Belə ki, Böyükağa Baxşıyevə yaxınlaşıb özümüzü təqdim edərək xidməti vəsiqəmizi göstərdik, onun narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olduğunu bildirdik, qeyd edilen ünvanda həmin adları qeyd olunan şəxsləri də görüb üzərilərinə baxış keçirilməsi üçün Yasamal RPİ 28-ci PB-yə dəvət etdik. Mahiyyəti üzrə bildirirəm ki, orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edildi, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirildi. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində kakos adlandırdığı heroin olduğunu, həmin maddəni 1 gün əvvəl axşam saatlarında Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını ve digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını, bir qismini istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya ve maddələr aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyuldu, möhürləndi, bu barədə protokol tərtib edildi, protokolun doğruluğu imzalarla təsdiq edildi. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərildi. Ekspert rəyinə əsasən müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 2,802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Əlavə olaraq onu da qeyd edim ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu.» Şahid2 ifadələrində Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifsində işlədiyini bildirib göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs və Böyükağa Baxşiyev barəsində əməliyyat tədbiri keçiriləndə görüb tanıyıb. Onunla yaxınlığı və ədavəti olmayıb. Ayı və tarixi xatırlamır. Bölməyə Böyükağanın tiryəkxana saxlaması barəsində əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq üçün tədbir keçirildi. Tədbir zamanı bir neçə nəfəri tutmuşlar. Tutulanlar arasında da Fuad var idi. O, digər şəxslərlə birlikdə bölməyə gətirildi. Onun üzərindən heroin aşkar edildi. Miqdarını xatırlamır. Fuadın narkotik vasitələrin satışı ilə məşğul olması barəsində onlarda məluamat olmayıb. Fuadı ünvan 5 ünvanda tutublar. Onun şəxsi axtarışı idarədə həyata keçirildi. Axtarış videoçəkiliş aparılmışdı. Böyükağa narkotik vasitələrin satışı ilə məşğul olurdu. Onlar da Böyükağanın ətrafında əməliyyat aparmışlar. Həmin əməliyyat zamanı Təqsirləndirilən şəxs da tutulub. O, istintaq zamanı da Fuadın narkotik vasitələrin satışı ilə bağlı ifadə verməyib. Fuada qarşı təzyiq göstərməmişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir: « … hal-hazırda Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu B. Şahtaxtinski küçəsi ev 8-də qeydiyyatda olan ve yaşayan xx.xx.1964-cü il təvəllüdlü X4 Yasamal rayonu H.Cavid prospekti 47 ünvanda narkotik vasitələrin ve psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Yasamal Rp NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə mən, Yasamal RPİ NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, 28-ci PB-nin əməliyyat müvəkkilleri polis baş leytenantı Şahid3 və polis mayoru Şahid4 ibarət əməliyyat qrupu yaradıldı. 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanın qarşısında B.Baxşıyev tərəfimizdən saxlanılmış və həmin ünvana baxış zamanı orada olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan X19, Təqsirləndirilən şəxs, X6 ve X2 28ci PB-yə gəlmələri təklif olunmuşdur. Belə ki, Böyükağa Baxşıyevə yaxınlaşıb özümüzü təqdim edərək xidməti vəsiqəmizi göstərdik, onun narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olduğunu bildirdik, qeyd edilen ünvanda həmin adları qeyd olunan şəxsləri də görüb üzərilərinə baxış keçirilməsi üçün Yasamal RPİ 28-ci PB-yə dəvət etdik.Mahiyyəti üzrə bildirirəm ki, orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edildi, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirildi. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl Şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində kakos adlandırdığı heroin olduğunu, həmin maddəni 1 gün əvvəl axşam saatlarında Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını və digər anket melumatlarını bilmədiyi kişi cinsli şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını, bir qismini istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilmedi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyuldu, möhürləndi, bu barədə protokol tərtib edildi, protokolun doğruluğu imzalarla təsdiq edildi. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərildi. Ekspert rəyinə əsasən müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 2,802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasite heroindir. Əlavə olaraq onu da qeyd edim ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu.» Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur, onu xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Hal-hazırda da Yasamal RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu B.Şahtaxtinski küçəsi ev 8-də qeydiyyatda olan ve yaşayan X4 Yasamal rayonu H.Cavid prospekti 47 ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edib saxlaması barədə Yasamal RPİ NMB-yə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə ondan Yasamal RPİ NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid1, Şahid2, 28-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanın qarşısında Böyükağa Baxşıyev saxlanıldı və həmin ünvana baxış zamanı orada bir neçə nəfəri tutmuşlar. Onlardan da biri də Təqsirləndirilən şəxs idi. Fuadı digər şəxslərlə birlikdə ünvan 5 ünvanda tutublar. Təqsirləndirilən şəxs başqa saxlanılan şəxslər arasında X19, X6 və Kamran Məmmədov adlı şəxslər var idi. Əməliyyat tədbiri Böyükağa barəsində keçirilirdi. Onlara Fuadın narkotik vasitələrinin satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olmayıb. X7 ətrafında aparmışlar. Məlumat Böyükağanın narkotik vasitələrin satışı ilə məşqul olması və tiryəkxana saxlamsı barəsində idi. Həmin əməliyyat zamanı da Təqsirləndirilən şəxs da tutulub . İdarədə Fuadın üzərində axtarış keçirilərəkən onun üzərindən narkotik vasitə heroin aşkar edildi. Narkotikin miqdarını xatırlamır. Səhv etmirsə kokos, yəni heroin idi. Onun şəxsi axtarış idarədə keçirildi. İstintaq zamanı ifadəsində Fuadının narkotikin satışı məşqul olması barəsində ifadə verməyib. Fuada qarşı təzyiq göstərməmişlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı ittihamın mahiyyəti üzrə göstərmişdir: ”Hal-hazırda Yasamal RPİ NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu B.Şahtaxtinski küçəsi ev 8-də qeydiyyatda olan ve yaşayan 21 fevral 1964-cü il təvvəllüdlü X4 Yasamal rayonu H.Cavid prospekti 47 ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Yasamal RPİ NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədilə mən, Yasamal RPİ NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantları X5, Şahid2 və 28-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradıldı. 22 aprel 2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanın qarşısında B.Baxşıyev tərəfimizdən saxlanılmış və həmin ünvana baxış zamanı orada olan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan X19, Təqsirləndirilən şəxs, X6 ve X2 28-ci PB-yə gəlmələri təklif olunmuşdur. Belə ki, Böyükağa Baxşıyevə yaxınlaşıb özümüzü təqdim edərək xidməti vəsiqəmizi göstərdik, onun narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olduğunu bildirdik, qeyd edilen ünvanda həmin adları qeyd olunan şəxsləri də görüb üzərilərinə baxış keçirilməsi üçün Yasamal RPİ 28-ci PB-yə dəvət etdik. Mahiyyəti üzrə bildirirəm ki, orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edildi, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirildi. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin bükülünün içərisində kakos adlandırdığı heroin olduğunu, həmin maddəni 1 gün əvvəl axşam saatlarında Kubinka adlanan ərazidə üzdən tanıdığı, lakin adını ve digər anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını, bir qismini istifadə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya ve maddələr aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə zərfə qoyuldu, möhürləndi, bu barədə protokol tərtib edildi, protokolun doğruluğu imzalarla təsdiq edildi. Aşkar olunmuş maddə qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərildi. Ekspert rəyinə əsasən müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 2,802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Əlavə olaraq onu da qeyd edim ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu.» Məhkəmədə elan edilb araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülü halda təmiz çəkisi 2,802 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmədə elan edilb araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 23 aprel 2022-ci il tarixli 6/2337 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi - 2,802 qramdır. Ekspertiza tədqiqatı zamanı heroinin 0,05 qramı sərf edilmiş və tədqiqatdan sonra 2,752 qram qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2022-ci il tarixli 3482 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilb araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 2,802 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 2,752 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilb araşdırılmış cinayət işinin materiallarından görünür ki, Əhmədov Təqsirləndirilən şəxs üzərinə axtarışın əks olunduğu bir ədəd rəqəmsal vidio dlisk (DVD) cinayət işi üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilb araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 avqust 2022-ci il tarixli 2033 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroiniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İstintaq orqanı yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərini küllü miqdarda, yəni 2,802 qram heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmə kimi, saxlama və daşıma kimi qiymətələndirib onun əməllərini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövüsü etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmədiyini, özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığnı, üzərindən aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə göstərdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da eyni məzmunlu ifadələr vermişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,802 qram çəkidə olan narkotik vasitə heroinin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtorop maddələrin miqdarına, habelə onların kulli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil etməsi, digər tərəfdən,narkotikin bir yerdən başqa yerə daşınmasına əsaslanıb onun qeyd olunan miqdarda olan narkotik vasitənin qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib,özündə saxlayıb və daşımasıf qənəaətinə gəlib onun əməllərini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsüf etmiş və Təqsirləndirilən şəxs ifadələrinin onun məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması qənəatinə gəlmişdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamı təsdiq edən sübutlar kimi ittiham aktına əlavə olunmuş təqsirləndirilən şəxsin özünü, şahidlər Şahid1, Şahid3, Şahid4 və Şahid2 göstərsə də ittiham aktında bu şəxslərin ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olmasını təsdiq edən sübutun nədən ibarət olmasını nəinki göstərməmiş, hətta ittiham aktında təqsirləndirilən şəxsin əməlini qiymətləndirərkən onların ifadələrinə istinad etməmişdir. Məhkəmədə Şahid1, Şahid3, Şahid4 və Şahid2 şahid qismində dindirilmiş ifadələrində Təqsirləndirilən şəxs başqa şəxsin tiryəkxana saxlaması barəsində əməliyyət tədbiri keçirdlikləri zamanı ilk dəfə görüb tanıdıqlarını, onun barəsində narkotik vasitələrin satışı barəsində məlumat olmamasını göstərib bölmənin inzibati binasında onun üzərində axtarış keçirilərkən üzərindən narkotik vasitə herion aşkarlandığını göstərdilər. Məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində onun üzərindən aşkar edilib götürülümüş narkotik vasitə heroinin şəxsi istifadəsi üçün əldə edib özünün istifadə etməsi üçün üzərində saxlaması barəsindəki ifadələri istintaq orqanı tərəfindən yoxlanılmamış və onun bu ifadələri təkzib olunmamışdır. Əksinə ibtidai istintaq zamanı onun başqa şəxsin saxladığı tiryəkxanada saxlanılması təsdiq olunsa da onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini onun kimdən, necə və hansı şəraitdə əldə etməsini təsdiq edən məlumatlar əldə olunmamışdır. Yəni onun bu narkotik vasitəni ifadələrində istinad etdiyi kimi şəxsi istifadəsi üçün deyil, satış məqsədi ilə əldə etməsi təsdiq olunmamamışdır. Məhkəmə, göstərilən halları, o cümlədən də, şahidlər qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrləin qanunsuz satışı ilə məşqul olması barəsindəki ifadələrinin faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Çünkü onların ibtidai istintaq zamanı veridiyi ifadələri dəqiq olmamışdır. Bu səbəbdən də məhkəmə, onların ifadələrinin əsaslı şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Məhkəmədə həmin şübhələri aradan qaldırmaq mümkün olmadı. Çünkü məhkəmədə həmin şəxslərin Təqsirləndirilən şəxs Baxşiyev Böyükağa oğlu barəsində görüb tanıdiqları halda qabaqcadan onlarda onun barəsində əməliyyat məlumatının olması ağlabatan deyildir. Məhkəmədə dindirilmiş həmin şahidlər ifadələrində bu və ya digər şəkildə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı məşğul olması barəsində məlumat olduğunu göstərsələr də həmin məlumatın nədən ibarət olmasını, yoxlanılıb, yoxlanılmaması və nəticələri barəsində məlumat vermədilər. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən də Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heronin satış məqsədi ilə əldə etməsi barəsindəki şahidlərin ifadələrində istinad etdiyi əməlliyyat məlumatı Azərbaycan Respublikası CPMnin 137-ci madəsinin tələbələrinə uyğun yoxlanılmamış, yəni əmliyyat məlumatı prosessul qanunuvericiliklə müəyyən olunmuş qaydada yoxlanılıb həmin məlumatı təsdiq edən sübutlar müəyyən olunmamışdır. Məhkəmədə də şahidlər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barəsində əməliyyat məlumat daxil olmamasını göstərdilər. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heronin onun tərəfindən şəxsi istifadəsi üçün əldə etməsi barəsindəki ifadəsinin məhkəmədə də təkzib olunmadığı qənaətinə gəlir. Çünkü məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götülmüş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib satış məqsədi olmadan üzərində gəzdirməsinin sübüta yetrildiyi qənəaətinə gəlib, onun üzərində az miqdarda olması barəsindəki ifadələrini təqsirləndirilən şəxs qismində özünün ifadə vermək sərbəstliyindən təhrif olunmuş formada istifadə edib özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünkü məhkəmədə ibtidai istintaq zamanı polis əməkdaşlar tərəfindən ona təzyiq və təsir göstərməsi müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhərində başqa mənbədən 30 manata satış mqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, küllü miqdarda, yəni bir bükümdə təmiz çəkisi 2,802 qram olan narkotik vasitə hesab edilən heroini əldə edib, üzərində saxlayaraq daşımış və o, 22 aprel 2022-ci il tarixdə saat 18:00 dəqiqədə Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanında yerləşən söküntülü binanın içərisində saxlanılmışdır və onun üzərində axtarış aparılarkən həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəməninin gəldiyi bu qənaət Azərbaycan Respublikası Ali Məhkəməsinin Pleniumunun 4 mart 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekorsorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarının tələbləri baxımından da əsaslı sayır. Həmin qərarda göstərilir ki, satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya şəxsən satış məqsədi ilə əldə olunmuş olsun. Şəxsin bu məqsədlə deyil, narkotik vasitəni başqa məqsədlə əldə etməsi Azərbaycan Respublikası CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət daşımır. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsüf edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on) manat, manat xərclənmişdir. Həmin məbləğ Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bu səbəbdən də məhkəmə, həmin məbləği dövlət büdcəsi hesabına ödənilib sonradan Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Çünkü məhkəmədə Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Vəkillər Kollegiyasının üzvü 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindn 40 (qırx) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu xidmətə görə ona 240 (iki yüz qırx) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə, həmin məbləği dövlət büdcəsi hesabına ödənilməsini və təqsirləndirilən şəxsi həmin ödəmədən azad olunmasını əsaslı sayır. Çünkü təqsirləndirilən şəxsin həmin ödəmədən azad olunması üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübüt kimi tanınıb saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,752 qram narkotik vasitə olan heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd rəqəmsal video diski (DVD) cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması, ifadələrində törətdiyi əməldən peşman olub ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alıb onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır, çünkü ona həmin cəzaya nisbətən yüngül cəza təyin etmək üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan onun tərəfindən cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 22 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2022-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, cinayətə görə cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı həmin müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 22 aprel 2022-ci il tarixdən hesablanmalı olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyatına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 22 aprel 2022ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Vəkillər Kollegiyasının üzvü 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 2,802 qram narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalığını təşkil edən 2,752 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-253/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-253/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver