Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-253/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X2 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi, Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşı və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq “Seyid” adlı İran İslam Respublikası vətəndaşının qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Yasamal rayonu ərazisində qrupun digər üzvü istintaqa məlum olmayan şəxsə verdiyi bir ədəd bükümdə təmiz çəkisi 3,042 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 24 noyabr 2022-ci il tarixdə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə özünə məxsus “Xiaomi Redmi A9” markalı “M2006C3LG” modelli “**********63175, **********63178” “imei” kodlu mobil telefon aparatına yüklənmiş “Whatsapp” proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı İran İslam Respublikası vətəndaşının istintaqla müəyyən edilməyən nömrəsi ilə əlaqə yaradaraq sonuncunun “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyi məkana, yəni Yasamal rayonu ərazisinə gələrək istintaqa məlum olmayan şəxsdən həmin narkotik vasitə olan külli miqdarda heroini əldə edərək sonradan satışdan əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə üzərində saxlamaqla daşımış, 25 noyabr 2022-ci il tarixdə saat 20:50 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 39 ünvanının qarşısında saxlanılaraq Yasmal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,042 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində tutulana qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 1 ünvanında Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında yaşadığını, Füzuli rayonundan olduğunu, 2 il öncə dövlət tərəfindən ona ev verildiyini, 25 noyabr 2022-ci il tarixdə səhər saat 11-12 radələrində onun telefonuna zəng gəldiyini, zəng edən şəxsin Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin əməkdaşı olduğunu bildirdiyini göstərdi. O, ifadəsinə davam edərək qeyd etdi ki, zəng edən şəxs onun evində olduğunu və ondan Füzuli rayonuna getmək istəyib-istəmədiyini soruşaraq görüşmək istədiyini bildirmişdir. O isə həmin şəxsə hazırda işdə olduğunu, yalnız işdən çıxdıqdan sonra görüşə biləcəklərini bildirmişdir. Bir az keçdikdən sonra ona iki nəfərin yaxınlaşdığını görmüşdür. Ona yaxınlaşan şəxslər, yəni polis əməkdaşları onun telefonunda Qəribala adlı şəxslə narkotiklə bağlı yazışmasını görmüşlər, hansı ki, həmin yazışmada o, Qəribalaya, “bu nə maldır mənə vermisən, torpaq kimidir” sözlərini deyir. Polislər ona Qəribala ilə bağlı nəsə etməyəcəklərini bildirmişlər, lakin narkotikin satışı ilə məşğul olan İran İslam Respublikası vətəndaşı olan şəxsin yaxalanmasında onlara kömək edilməsi üçün həmin şəxslə danışmasını, həmin şəxsi yola gətirməsini bildirmişlər ki, narkotik göndərilməsi zamanı polislər həmin şəxsi yaxalasınlar. Ona görə də o, həmin şəxslə, yəni narkotikin satışı ilə məşğul olan şəxslə danışıqlar aparmış, yalandan həmin şəxsə narkotiki satmasında köməklik edəcəyini demişdir. Lakin o, nə qədər cəhdlər etsə də, həmin iranlı şəxs ona narkotik vasitə göndərməmişdır. Daha sonra polislər onunla əlaqə saxlayıb saat 9un yarısında onunla görüşüb, onu 28-ci Polis bölməsinə aparmışlar. Bölmədə polislərin ona hədə-qorxu gələrək, onların dedikləri ilə razılaşmayacağı təqdirdə evindən narkotik vasitə çıxardacaqlarını və ailə üzvləri üçün də problem yaranacağını bildirmişlər. Polislər onun evinin içərisinin necə olduğunu, hansı əşyanın harada yerləşdiyini dəqiqliyi ilə dedikdən sonra, o əmin olmuşdur ki, polislər artıq onun evində olublar. O da öz ailə üzvlərinə görə qorxduğu üçün narkotik vasitəni boynuna götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı Səid adlı bir iranlı şəxslə tanış olub, ondan narkotik satmasını istəmiş, lakin həmin Səid adlı şəxs ona heç bir narkotik vasitə göndərməmişdir. O, polis əməkdaşlarının Səid adlı şəxsi yaxalaya bilməsi üçün, Səidə yalandan narkotik vasitəni satıb pulunu ona verəcəyini demiş, lakin Səid adlı şəxs ona narkotik vasitə göndərməmişdir. Telefonunda olan yazışmaların polislərin tapşırığı əsasında edildiyini, metadon suyu içdiyi üçün narkotik vasitəni hər gün deyil, arabir qəbul etdiyini, şəxsi istifadəsi üçün narkotik vasitəni 10 manata Yasamal ərazisində satışı ilə məşğul olan şəxslərdən aldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşı Şahid2 ilə birlikdə noyabr ayının 25-i, axşam saat 8-9 radələrində Təqsirləndirilən şəxs Yasamal rayonu, Şərifzadə küçəsində gedərkən saxlayaraq 28-ci Polis bölməsinə aparmışlar. Daxil olan əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, lakin sonradan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sadəcə narkotik vasitə istifadəçisidir. Polis bölməsində təhqiqatçı, müdafiəçi, Şahid2 və özünün iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman onun üzərindən heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində nəsə varsa təqdim etsin, o da heroini sağ yan cibindən çıxardıb təqdim edərək, öz istifadəsi üçün əldə etdiyini demişdir. Daxil olan əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olsa da bu, öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs telefonunda İran İslam Respublikası vətəndaşı ilə yazışmaları aşkar edilərək, onun İran İslam Respublikası vətəndaşından narkotik vasitə aldığı müəyyən edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin təxminən 3-4 qram olmuşdur. Bundan başqa o, Təqsirləndirilən şəxs saxladıqları gündən öncə görmədiyini, heç bir tanışlığının olmadığını, onu axtarmaq üçün Qobu qəsəbəsində və ya evində hər hansı əməliyyat tədbiri keçirmədiklərini, Təqsirləndirilən şəxs narkotiki vasitəni özünün təqdim etdiyini, onlar tərəfindən onun boynuna qoyulmadığını, onun mobil telefonunda narkotik vasitəni İran vətəndaşı ilə yazışmalarını görmələri, yazışmalarda Təqsirləndirilən şəxs İran vətəndaşından narkotik vasitə istəməsi, lakin narkotiki kiməsə verməsi barədə yazışmaların olmadığını bildirdi. Şahid1 ifadə verdikdən sonra çarpaz suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, tutulmamdan bir müddət əvvəl Şahid1 onunla üzbəüz danışmış, sonuncu ona yaşadığı evdən, yəni Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasından çıxmasını tələb etmiş, tutulmağından bir gün öncə şahid Yasamal rayonu, Dağlı məhəlləsində onunla görüşüb onu tutacağını bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs dedikləri yalan və cəfəngiyyat adlandırmış və həmin ifadələri təkzib etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilərkən onun İran İslam Respublikası vətəndaşı ilə danışıqlarına şahid olduğunu, Rövşənin həmin şəxsdən narkotik vasitə istədiyini, götürdüyü narkotiki həm tanışlarına verib, həm də özünün istifadə etdiyini, bəzi tanışları narkotik əldə edə bilmədikləri üçün aldığı narkotikdən həmin tanışlarına da pulsuz şəkildə verdiyini, tanışlarına narkotik verməsini videoçəkiliş zamanı deyil, yolda olarkən onlarla söhbət zamanı dediyini, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilərkən onun başqa adamlara narkotik verməsi ilə bağlı heç nə görmədiyini bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı X14 göstərdi ki, noyabr ayının 25-i günortaya yaxın qapıları döyülmüş, qapını açnda 2 nəfər cavan oğlanın ondan Rövşəngilin evi olubolmamasını, Rövşənin evdə olub-olmamasını soruşmuşlar. Rövşənin evdə olmadığını deyəndə, onlar harada olduğunu soruşmuş, o, Rövşənin Yasamalda işdə olduğunu və evə axşam gələcəyini demişdir. O, həmin şəxslərə nəyə görə soruşduqları barədə sual verdikdə onlar “Qaçqınkom”dan gəldiklərini, Rövşənlə işləri olduqlarını demişlər. O, Rövşənin gəlməyini gözləmiş, lakin Rövşən axşam gəlməmişdir. O, yaxınlardan, qohumlardan, tanışlardan “Qaçqınkom”dan kiminsə onlara gəlib-gəlmədiyini soruşduqda, “yox” cavabı almış, Rövşəndən xəbər çıxmadıqda sonuncunu axtarmışlar. Təxminən 3-4 gün sonra Rövşən zəng edərək özünün “Qaçqınkom” adı ilə çağırılıb tutulduğunu demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X14 3 ilə yaxındır ki, Qobu qəsəbəsində məcburi köçkün kimi yaşadıqlarını, heç kimin onları evdən çıxmağa və evi əllərindən almağa məcbur etmədiklərini, evdən çıxarılmaq və köçürülmək təhlükələrinin olmadığını bildirdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. İstifadəsində olan nömrə ***-***-**-** olmuş, istifadəsində ***-***-**-** nömrəsi olmamış, onun adına olan bu nömrəni kimin işlətməsi barədə məlumatı yoxdur, o özü öz adına belə bir nömrə almamışdır. X6 İdarəsinin əməkdaşları ilə əlaqəsi yoxdur. Şahid3 ifadə verdikdən sonra verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirdi ki, həmin şahid polis bölməsində gördüyü şəxs deyil və o, Şahid3 tanımır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1976-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1976-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 25 noyabr 2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Yasamal rayon Polis İdarəsinin 28-cı Polis bölməsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonu, 11 (on bir) manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd üzərində 4098 5844 6421 4509 nömrəli plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 3,61 (üç tam yüzdə altımış bir) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd bank kart bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 11 (on bir) manat pul isə şübhıli şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Seyid” adlı şəxsin vasitəsilə bir gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisindən şəxsi istifadəçisi üçün 60 manata aldığını, heç kimə narkotik vasitə satmadığını başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-32). - materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6760 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,042 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 39-42). - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-1217/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərərfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 45). - DVD-R diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın gedişatını öündə əks etdirən diskə baxış keşirilmiş, müəyyən edilmişdir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin inzibati binasında təhqiqatçı, polis mayoru X10 xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X13, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid1, polis mayoru Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif etmiş və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPMnin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı sonuncu həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonu, 11 manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd üzərində 4098 5844 6421 4509 nömrəli plastik bank kartını təqdim etmişdir. Əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin çəkisi ölçüldükdən sonra zərfin içərisinə qoyularaq üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, 1 ədəd bank kartı götürülmüş, 11 manat pul isə ona qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin özünə məxsus olduğunu, həmin maddəni bir gün bundan qabaq Bakı şəhəri Yasamal rayonu ərazisindən şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı olan “Seyid” adlı şəxsdən aldığını, heç kimə narkotik vasitə satmadığını başqa heç yerdə narkotik maddə saxlamadığını bildirmişdir (cild 1, iş vərəqi 50). - maddi sübut kimi tanınma haqqında 12.01.23-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,042 qram heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,992 qram olan heroin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 99). - mobil telefona baxış keçirilməsi barədə 15.02.23-cü il tarixli protokoldan görünür ki, iş üzrə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi Redmi A9” markalı “M2006C3LG” modelli “**********63175” və “**********63178” İMEİ kodlu mobil telefona baxış keçirilmiş, müəyyən edilmişdir ki, telefon aparatında olan +99 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi “Whatsapp” mobil tətbiqinə 24 noyabr tarixdə saat 16:49da “Salam”, həmin tarixdə saat 17:23-də “Nejasan” ismarışlarının olduğu müşahidə edilmiş, Təqsirləndirilən şəxs isə həmin ismarışlara cavab olaraq saat 18:09-dəqiqədə 09 saniyə müddətində səs ismarışı göndərmişdir. Həmin ismarışda “sağol qardaşım şükür Allahın birliyinə sağol belə də genə işimizi görürük də beləncinə” ifadələri vardır. Daha sonra saat 18:26-dəqiqədə qarşı tərəf Təqsirləndirilən şəxs “bu gun mal goturasan gadan alım” ismarışını göndərmiş, saat 18:28-dəqiqədə 5 saniyə müddətində “dayı gündə nə vaxt götürüsən qadan alım, günə nə qədər saata bilirsən” 18:29-dəqiqədə 6 saniyə müddətində “gə bu gün hərəsindən götür bidənə gə hərəsindən birini verim” 18:33 dəqiqədə 03 saniyə müddətində “gə bir az götür hərəsindən”, 18:33 dəqiqədə 04 saniyə müddətində “qiymətində də səni gözlüyərəm arxayın ol” ifadələrinin olduğu aşkar edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 07:08 dəqiqədə qarşı tərəf “Salam” ismarışı göndərmiş, Təqsirləndirilən şəxs həmin ismarışa cavab olaraq həmin tarixdə saat 12:05 dəqiqədə 49 saniyə müddətində səsli ismarış göndərmişdir. Həmin ismarışda Təqsirləndirilən şəxs “qaqa sə bir söz deyim qardaşımsan qadan alaram, mən srokdan təzə çıxmışam mənim əlimdə maya yoxdu, amma qəşəy qlyentdərim var, mənə elə əsas de Səid arada nisyə atır, oları şey eliyirəm pulunu qaytarıram Allah köməyi olsun səid qardaşdı. Belə nisyə atsan misalcün 10 dənə 15 dənə 5 dənə, axşama elə bil nə vaxt atsan, axşam atsan səhər axşamı pulun verirəm, nə vaxt atdın həmin axşam yox səhər axşamı pulun verirəm, lap 30 dənə də atsan sabah axşama pulun verirəm, lap 40 dənə də atsan sabah axşama pulun verirəm, fərqi yoxdu səid məni tanıyır” ifadələrini işlətmişdir. Daha sonra qarşı tərəf həmin tarixdə saat 20:32 dəqiqədə “Seyid dedi Rovshan sana klent verajay” ismarışını göndərmişdir. Bundan başqa həmin tətbiqdə Seyit adı ilə qeyd edilmiş +98 901- 752 -20-30 nömrəsini istifadə edən şəxslə Təqsirləndirilən şəxs yazışmalarına baxan zaman 25 noyabr 2022-ci il tarixdə saat 14:02 dəqiqədə 11 saniyə müddətində Seyit kimi qeyd edilmiş şəxs Təqsirləndirilən şəxs səs ismarışı göndərmişdir. Həmin səs yazısında “problemi yoxduye danışginən danışginən mə desə deyəcəm atginən müşgülü yoxdu, təhqiredici ifadələr, Gülağa mənə cavab vermədi sən oradasan sən orda ola ola mənim pulumu yedi” ifadələri qeyd edilmişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:02 dəqiqədə 7 saniyə müddətində səsli ismarış göndərmişdir. Həmin ismarışda “sən narahat olma da qaqa narahat olma da qaqa narahat olma verəjəydi mən saa dünən söz dedim axı” ifadələrini işlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs saat 14:04-dəqiqədə 21 saniyə müddətində yenidən səsli ismarış göndərmişdir. Həmin ifadədə “sa mən necə dəfə dedim ay qaqa ümumiyyətcə nisyə heç kimə vermə, mənim özüm sənə yalvarıram mənə nisyə vermirsən” ifadələri qeyd edilmişdir. Saat 14:14-də Seyit adlı şəxs 21 saniyə müddətində ismarış göndərərək “kaş onda deyərədim onun 5-ni sənindi onun 5-i onundu, 5 dənəni ondan götürərsən” ifadələrini qeyd etmişdir. Daha sonra saat 15:30 dəqiqədə Təqsirləndirilən şəxs Seyit adlı şəxsə 35 saniyə müddətində səsli ismarış göndərərək “Səid Allaha and olsun ağrıyıram lomkadayam, bir nəfər var ona da pul verdim 20 manat, 20-cə manat pulum var idi o da atdı getdi, mən də ölürəm mənə bidənə metadon tabletkası yarım dənə də olsa, yada nə bilim nol iki zad, kola zad nətər bitəhər düz qoş elətdirə bilərsən” ifadələrini qeyd etmişdir. Daha sonra Seyit adlı şəxs saat 15:41 dəqiqədə 12 saniyə müddətində səsli ismarış göndərək “qaqaş başıva dolanım təhqiredici ifadələr, vəziyyətim xarabdı, Əşrəf də dayanıbdı Əşrəfə də mal göndərə bilmirəm, Gülağa təhqiredici ifadələr məni pis vəziyyətdə qoydu” ifadələri qeyd edildiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 116-117). - ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 420 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 137-138). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 789 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 140-141). - üzləşdirmə haqqında 10.03.23-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə keçirilmiş, Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması əməliyyat məlumatı daxil olduğunu, 25 noyabr 2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman iş yoldaşı baş əməliyyat müvəkkili Şahid1 ilə sonuncuya yaxınlaşaraq özlərini təqdim edərək sonuncuya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etdiklərini, burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduğunu, hüquq və vəzifələri elan olunmaqla buna dair bildiriş təqdim edildiyini, bundan sonra üzərinə təqdim edilmiş müdafiəçinin və onların iştirakları ilə şəxsi axtarış aparılmağa başlandığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunduğunu, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş heroini təqdim edərək masanın üzərinə qoyduğunu, sonra üzərinə şəxsi axtarış keçrildiyini və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində 070 ***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefonun, 11 manat pulun, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsinin və 01 ədəd üzərində 4098 5844 6421 4509 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürüldüyünü, daha sonra təqdim etdiyi heroinin elektron tərəzidə çəkildiyini və heroinin çəkisinin 3,61 qram olduğunu, aşkar olunmuş həmin kütlənin qablaşdırıldığını, 7 saylı möhürlə möhürləndiyini, üzərinin şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalandığını, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Redmi” markalı mobil telefonun, 01 ədəd şəxsiyyət vəsiqəsinin və 01 ədəd bank kartının bu izah verildikdən sonra götürüldüyünü, 11 manat pulun isə özünə geri qaytarıldığını, İmanov X8 rayonu ərazisində saxlanılarkən və 28-ci PB-yə gətirilərkən ona heç bir fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadə verərək, Şahid2 ifadəsini qismən təsdiq etdiyini, polislərin onu Yasamal rayonu ərazisində saxlasalar da, üzərindən narkotik vasitə aşkar etmədiklərini, polis əməkdaşlarının ona fiziki zor tətbiq edəcəklərindən qorxduğu və atasının dünyasını dəyişdiyi üçün onu təhqir etməsinlər deyə polislərlə razılaşıb, video çəkiliş zamanı polis əməkdaşlarının istəyinə uyğun olaraq həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, lakin 25.11.22-ci il tarixdə üzərindən narkotik vasitə aşkar edilmədiyini, videoçəkiliş zamanı narkotik vasitənin miqdarının az olduğu üçün videoçəkilişi saxlayıb, yenidən çəkiliş etdiklərini, 25.11.22-ci il tarixdə polis əməkdaşlarının onu saxlayan zaman heç bir fiziki zor tətbiq etmədiklərini bildirmişdir (cild 1, iş vərəqi 143-145). - üzləşdirmə haqqında 10.03.23-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması əməliyyat məlumatı daxil olduğunu, 25 noyabr 2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman iş yoldaşı baş əməliyyat müvəkkili Şahid2 ilə sonuncuya yaxınlaşaraq özlərini təqdim edərək sonuncuya qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyataxtarış tədbirlərinin keçrilməsi haqqında qərarla tanış edib Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına dəvət etdiklərini, burada Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakları ilə şəxsi axtarış keçirildiyini, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş heroini təqdim edərək masanın üzərinə qoyduğunu, sonra üzərinə şəxsi axtarış keçirilərək əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində 070 ***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefon, 11 manat pil, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd üzərində 4098 5844 6421 4509 nömrəsi olan plastik bank kartı aşkar edilərək götürüldüyünü, daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkildiyini, heroinin çəkisinin 3,61 qram olduğunu, sonra aşkar olunmuş həmin kütlənin və “Redmi” markalı mobil telefonun, 01 ədəd şəxsiyyət vəsiqəsinin və 01 ədəd bank kartının müvafiq qaydada götürüldüyünü Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Qəyyum oğlu ifadə verərək, Şahid1 ifadəsini qismən təsdiq etdiyini, polislərin onu Yasamal rayonu ərazisində saxlasalar da, üzərindən narkotik vasitə aşkar etmədiklərini, polis əməkdaşlarının ona fiziki zor tətbiq edəcəklərindən qorxduğu və atasının dünyasını dəyişdiyi üçün onu təhqir etməsinlər deyə polislərlə razılaşıb, videoçəkiliş zamanı polis əməkdaşlarının istəyinə uyğun olaraq həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, lakin 25.11.22-ci il tarixdə üzərindən narkotik vasitə aşkar edilmədiyini, videoçəkiliş zamanı narkotik vasitənin miqdarının az olduğu üçün videoçəkilişi saxlayıb, yenidən çəkiliş etdiklərini, 25.11.22-ci il tarixdə polis əməkdaşlarının onu saxlayan zaman heç bir fiziki zor tətbiq etmədiklərini bildirmişdir (cild 1, iş vərəqi 146-148). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD-R disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, bundan əlavə Təqsirləndirilən şəxs götürülmüş sonuncuya məxsus “Xiaomi Redmi A9” markalı M2006C3LG modelli **********63175, **********63178 imei kodlu mobil smartfon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılır (cild 1, iş vərəqi 162-173). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs heroini əldə etdiyi “Seyid” adlı şəxs və digər şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 176-177). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 180-181). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs narkotikin satışı ilə məşğul olmaması, tutulmamışdan qabaq ***- ***-**-** nömrəsi işlədən polis əməkdaşının ona zəng edib görüşməsi və görüş zamanı polisin ona narkotik satan iranlını tutmaq üçün sonuncu ilə danışıqlar aparmaq təlimatını verməsi, narkotik satan iranlı ilə polislər əməkdaşlarının təlimatı üzrə danışıq aparması, iranlının həmin danışıqların nəticəsi kimi ona narkotik verməməsi, bundan sonra polis əməkdaşlarının onu tutması, tutulması zamanı ***-***-**-** nömrəsi işlədən polis əməkdaşının da iştirak etməsi, polislərin təhdidindən qorxaraq ona verilən narkotiki boynuna alması, polis əməkdaşlarının onun köçkün kimi yaşadığı evdən çıxmalarını tələb etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin kütləsini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş heroinin ona məxsus olduğunu etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən o, elan edilmiş ittihamda özünü qismən təqsirli bilmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona ailəsi ilə psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü fərziyyənin yoxlanılması məqsədilə məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxsin həmin ifadələrini təsdiq etməmişlər. Onun həyat yoldaşı isə ifadəsində onların yaşadıqları mənzildən çıxmasını tələb edilməsinin doğru olmadığını bildirmişdir. Daha sonra məhkəmə müdafiə tərəfinin vəsatətləri əsasında ***-***-**-** nömrəsini işlədən şəxsin müəyyən edilməsi məqsədilə müvafiq operatordan SMS yazışmaları və nömrənin məxsusluğu barədə məlumatlar əldə etmişdir. Müəyyən edilmişdir ki, həmin nömrə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, ev 10/1, mənzil 4-də yaşayan Şahid3 adınadır. Məhkəməyə çağırılaraq dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs tanımadığını bildirmiş, eyni zamanda istifadəsində ***-***-**-** nömrə olmadığını, həmin nömrəni kimin işlətməsi barədə məlumata malik olmadığını, habelə öz adına belə bir nömrə almadığını, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə əlaqəsinin olmadığını göstərmişdir. Verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs da Şahid3 tanımadığını, həmin şahidin polis bölməsində gördüyü şəxs olmadığını bildirmişdir. Göründüyü kimi, narkotik satan iranlı şəxslə polis əməkdaşlarının təlimatı əsasında danışıqlar aparması barədə təqsirləndirilən şəxsin irəli sürdüyü fərziyyə öz təsdiqini məhkəmədə tapmadı. Onun iranlı ilə narkotikləri satış məqsədilə əldə etməsi məzmununda danışıqları öz təşəbbüsü ilə aparmasını təkzib edə biləcək sübut isə məhkəmə araşdırması zamanı əldə edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, yuxarıda göstərilən ifadələrdən və təqdim olunmuş sübutlardan məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi telefonla “Whatsapp” proqramından istifadə etməklə apardığı satış məqsədilə narkotik vasitələrin əldə edilməsi barədə danışıqların mövcudluğunu, ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə qeyd edir ki, cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı, CM-nin 234.4.4-cü maddəsi ilə tövsif olunmuşdur. Ona Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni külli miqdarda əldə edərək, saxlamış və daşımışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməllərini Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli və şübhəli məqamları nəzərə almamış və nəticədə əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs İran vətəndaşı “Seyid” adlı şəxsdən narkotik vasitə əldə etmək üçün özünə məxsus telefonun “Whatsapp” proqramından fərdi rabitə əlaqəsi kimi istifadə etmiş, telefon vasitəsilə aralarında aparılan danışıqlar zamanı hər hansı digər şəxs iştirak etməmiş, yəni qərarda deyildiyi kimi, onların danışıqları kütləvilik əlamətini ehtiva etməmişdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onun əməlində Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmədi. Yuxarıda müəyyən edilmiş hallara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib əlamətləri yoxdur və onun həmin cinayətə heç bir aidiyyatı yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ümumiyyətlə törətməmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Pelnumunun rəsmi təfsirlərini və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Pelnumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi xaric edilməli, ittihamın digər hissəsində - Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə o, təqsirli bilinməli və ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair portaldan əldə edilmiş məlumatlardan görünür ki, onun xx.xx.2012-ci il təvəllüdlü Zəhra İmanova, xx.xx.2014-cü il təvəllüdlü Aişə İmanova, xx.xx.2004-cü il təvəllüdlü Şahin İmanov adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, İmanov X12 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzanın çəkilməmiş 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqi 86-87, 88-95, 128-131). Məhkəmənin sorğusuna Bakı şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 (dörd) ay 24 (iyirmi dörd) gün hissəsindən şərti vaxtından əvvəl şərti azad edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı xx.xx.2019-cu ildə Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, onun xx.xx.2019-cu il tarixdə cəzasının müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, İmanov X12 Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 27 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 72-76, 228). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 25 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,992 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs götürülərək cinayət işində saxlanılan “Xiaomi Redmi A9” markalı M2006C3LG modelli **********63175, **********63178 imei kodlu mobil smartfon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından, ona verilmiş ittihamdan Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi xaric edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,992 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs götürülərək cinayət işində saxlanılan “Xiaomi Redmi A9” markalı M2006C3LG modelli **********63175, **********63178 imei kodlu mobil smartfon onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübut –Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-253/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-253/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver