Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-253/2025 10.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X10, X11 və X12, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,275 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 13 fevral 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:10-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4mi rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə külli miqdarda 2,275 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, ittiham aktında qeyd olunanların heç biri baş verməmişdir. Onu evdən 19-cu Polis bölməsinin sahə rəisi Şirvan çağırmış və o, 19-cu Polis bölməsinə getmişdir. Polis bölməsindən onu Nəsimi rayon Polis İdarəsinə aparmışlar. O, narkotik istifadə etməmiş, eləcə də, narkotik satıcısı olmamışdır. Müstəntiq ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildiyini bildirmiş, daha sonra onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirildiyi aydın olmuşdur. Onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin necə əlavə olunduğundan, cibindən narkotikin necə çıxdığından xəbəri olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, əvvəllər narkotik istifadə etmiş, lakin şəxsi axtarış zamanı cibindən çıxan narkotikdən istifadə etməmişdir. Polislərin onu hansı səbəbdən saxladığını bilməmişdir Bölmədə ona psixi təsir edilmiş, amma həmin psixi təsirin məzmunu yadında qalmamışdır. Videoçəkiliş zamanı yanında müdafiəçi olmuşdur. Onu evdən 2 nəfər aparmışdır. Aparan şəxslərdən sahə müvəkkilini tanımış, digər şəxsi isə tanımamışdır. Evə gələn şəxslər ona rəisin çağırdığını demiş, lakin o, rəisin yanında olmamışdır. Polis əməkdaşları onu bölməyə hansı səbəblə gətirdiklərini deməmişlər. Narkotik vasitəni polis əməkdaşı təqdim edərək ona məxsus olduğunu qeyd etmişdir. Ona bu sözləri deyən şəxslərdən biri çəkilişdə də iştirak etmişdir. Həmin şəxsin adı onun yadında qalmamışdır. Müdafiəçi tərəfindən təqdim olunan diskə məhkəmədə baxış keçirildikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, videoda görünənlər o, polis əməkdaşı və sahə rəisi Şirvan olmuşdur. Onu fevral ayının 13-də evdən 19-cu bölməyə, bölmədən sonra idarəyə aparmışlar. Onun cibinə heroin qoyulmuş, həmin heroinin ona aid olduğu bildirilmişdir. Evdən çıxanda onun üzərində heç nə olmamışdır. Bölmədə o döyülmüş, psixi təsirə məruz qalmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirlənirilən şəxs qismində verdiyi ifadələr elan edilərək tədqiq edilmişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitə heroindən istifadə edir. Sonuncu dəfə 13 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Memar Əcəmi” metrostansiyası yaxınlığında olarkən üzdən tanıdığı oğlandan şəxsi istifadəsi üçün 50 manat pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin alıb, həmin bükümü cibinə qoymuşdur. Həmin gün saat 13 radələrində “Memar Əcəmi” metrostansiyası yaxınlığında səhv etmirsə H.B.Əliyev küçəsində olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və xidməti vəsiqələrini ona göstərmişlər. Daha sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində, üzərində qanunsuz gəzdirilməsində şübhəli olduğunu bildirib, onu Nəsimi RPİ-yə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPİ-yə gəlmişdir. Polis idarəsində olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil X22 dəvət edilmiş və ona təqdim olunduqdan sonra o, şübhəli şəxs qismində tutulmuş, sonra isə ona izah olunmuşdur ki, üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacaq. O da etiraz etməmiş və vəkilinin, həmçinin onu gətirən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunduqda, o, əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd “Sobranie” siqaret qutusunu, 01 ədəd 1 ABŞ dollar əskinasını, 01 ədəd 5 manatlıq və 03 ədəd 1 manatlıq pul əskinaslarını, 01 ədəd “iPhone 15” markalı mobil telefonunu, şalvarının sol yan cibindən 01 ədəd 5 qəpik pulu, 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etmiş və bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi narkotik vasitəni 13 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Memar Əcəmi” metrostansiyası yaxınlığında olarkən üzdən tanıdığı oğlandan şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərinə axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra bir ədəd büküm zərfə qoyularaq, zərfin ağzı möhürlənmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir. Bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPİ-də olan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Nəsimi RPİ-yə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız Nəsimi RPİ-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitəni aldığı şəxsdən əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxsi üzdən tanıyır, kim olduğunu, harada yaşadığını, mobil telefon nömrəsini bilmir. Sadəcə olaraq həmin şəxsin narkotik vasitə satdığını bildiyi üçün həmin şəxsə yaxınlaşıb narkotik vasitə almışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur (cild 1, iş vərəqi 63-65, 86-88). Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, onlara Orxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədilə 13 fevral 2024-cü il tarixdə əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinə yollanmışdır. Orada bir qədər gözlədikdən sonra əlamətləri onlara məlum olan şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, şəxsin Orxan olduğuna əmin olduqdan sonra onu bölməyə dəvət etmişlər. Orxana bölmədə vəkil təyin olunmuş, ekspert tərəfindən aparılan videoçəkiliş zamanı şəxsi axtarış keçirilərkən üzərində qeyri-qanuni əşya varsa, təqdim edilməsi təklif edilmişdir. Orxanın üzərindən telefon, siqaret və qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Özünə bu barədə sual verildikdə, Orxan bildirmişdir ki, həmin qəhvəyi rəngli maddə heroindir və “Əcəmi”də tanımadığı şəxsdən istifadə üçün əldə etmişdir. Sonra aşkar olunan maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Orxana qarşı fiziki və psixi təzyiq olmamışdır. Bölmədə Orxan özü səmimi şəkildə təqsirini etiraf etmiş, üzərindəki maddəni könüllü şəkildə təqdim etmiş, qaçmağa cəhd etməmişdir. Onlar X21 küçəsində saxlamışlar. Onda əməliyyat tədbirinin keçirilməsi haqqında qərar da olmuşdur. Əməliyyat ona aid olmuş, qərarı da o, qəbul etmişdir. O, Orxanı saxlayan zaman əlini qandallamamışdır. Əməliyyat qrupunda 2 nəfər olmuşdur. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, onu saxlayan şəxslər arasında Şahid1 də olmuş, onunla yanaşı başqaları da iştirak etmişdir. Onu bölmədən aparmışlar. Məhkəmədə verilən çarpaz suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs dediklərinin həqiqətə uyğun olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 13 fevral 2024-cü il tarixdə cinayət-axtarış şöbəsinin əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlanılması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, məruzə edilmişdir. Həmin gün günorta saatlarında məlumatın daxil olduğu ünvana, yəni Hüseynbala Əliyev küçəsinə getmişlər. Onlar Orxana yaxınlaşaraq özlərini təqdim etmiş, onlarla birlikdə Nəsimi rayon Polis İdarəsinə gəlməli olduğunu bildirmişlər. Orxan heç bir etiraz bildirmədən Nəsimi rayon Polis İdarəsinə gəlmişdir. Otaqların birində təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Həmin vaxt Orxanın üzərindən pul, telefon, öz dediyinə görə, 1 büküm narkotik vasitə çıxmışdır. Təqsirləndirilən şəxs istifadəçi olduğunu, satışla əlaqəsi olmadığını bildirmişdir. Narkotik vasitə sənədləşdirilib zərfə qoyulmuş və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyatda 2 nəfər, yəni o və Şahid1 iştirak etmiş, 3-cü bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs günorta radələrində, Hüseynbala Əliyev küçəsində saxlanılmış, videoçəkiliş zamanı müdafiəçi ilə təmin olunmuşdur. İdarədə Orxana qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni “Əcəmi”dən əldə etdiyini bildirmişdir. O, idarədə Şirvan adında heç kimi tanımır. İdarədə Təqsirləndirilən şəxs üzərinə o və ya hər hansısa polis işçisi və yaxud hər hansısa şəxs narkotik vasitə qoymamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X15 ifadəsində göstərdi ki, ailədə 3 nəfərdirlər, Təqsirləndirilən şəxs atası isə rəhmətə getmişdir. Orxan onun böyük övladıdır. Aytac isə onun qızıdır. Orxanın dostunun yol hərəkəti qaydalarının pozulmasına görə 1300 manat cəriməsi olmuşdur. Fevralın 12-də həmin dostu “Memar Əcəmi”də 4-cü mikrorayon dairəsində polis tərəfindən saxlanılmış, Orxan da maşında olmuş, hər ikisi 19-cu bölməyə aparılmışdır. Polis əməkdaşlarından biri Orxanı vuraraq nalayiq ifadələrdən istifadə etmişdir. Bildirir ki, Məmmədli Orxan adlı şəxs və sonuncunun dostu sentyabr ayında Təqsirləndirilən şəxsı 8 bıçaq zərbəsi ilə bıçaqlamışlar. Daha sonra bu bıçaqlanma hadisəsi ilə bağlı, fevral ayının 12-si Məmmədli Orxanla dostu Təqsirləndirilən şəxsla barışmaq üçün gəlmiş, amma bunların hamısı qurma olmuşdur. Fevral ayının 12-si polis əməkdaşları Təqsirləndirilən şəxsı saxlayaraq 19-cu bölməyə aparmışlar. Polis əməkdaşının biri Orxanı məcbur etmişdir ki, maşında olmağını təsdiq edən sənədə qol çəksin. Məmmədli Orxan çöldə siqaret çəkəndə polis Orxana yumruq vuraraq nalayiq ifadələr işlətmişdir. Orxan da həmin polisi vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxsla Məmmədli Orxanı polis əməkdaşları “içəri” salmış, elə həmin gün də evə buraxmışlar. Fevral ayının 13-ü səhər Təqsirləndirilən şəxs evdə yatan vaxt qapı döyülmüş, o, qapını döyənin kim olduğuna baxan zaman sahə müvəkkili Şirvan müəllimi və yanında balacaboy oğlanı görmüşdür. Oğluna polislərin gəldiyini deyən zaman, Orxan axşamkı hadisə ilə bağlı olduğunu bildirmişdir. Orxan polislərə qapını açmış, onu da çölə çıxıb polis əməkdaşlarına sözünü deməyə qoymamışdır. Polis əməkdaşı ona əynini geyinməsini, Rəşadət müəllimin onu gözlədiyini demişdir. Orxan içəri girərək paltarını geyinmiş, sonra da evdən çıxmışdır. Bu hadisələr baş verən zaman saat təxminən 11:05 dəqiqə olmuşdur. İttiham aktında isə fərqli saat və fərqli ünvan yazılmışdır. Orxan qapını arxadan bağlayıb getmiş, açarı da özü ilə aparmışdır. O, hadisələr baş verən müddət ərzində evdə olmuş, bir müddət sonra evin mühafizəçisi Hüseynə zəng vuraraq Orxanı görüb-görmədiyini soruşmuşdur. Hüseyn də ona Orxanı axşamkı hadisə ilə bağlı polislərin apardığını demişdir. O, Nəsimi rayon Polis İdarəsinə getmiş, idarədə də ona oğlu ilə bağlı heç bir məlumat verilməmişdir. 3 gün ərzində o, Orxan barədə məlumat ala bilməmişdir. 3-cü gün Orxan “Kürdəxanı”ya göndərilən zaman müstəntiq Sübhan müəllim ona Orxanın narkotiklə bağlı saxlanıldığını demişdir. Müstəntiq ondan Orxanın üzərində heç bir qanunsuz vasitə olmadığını bildirərək, 10.000 manat pul istəmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X15 bildirdi ki, polis əməkdaşları Orxanı fevralın 12-si aparmış, elə həmin gün də evə buraxmışlar. Daha sonra polis əməkdaşları fevral ayının 13-ü günü Orxanı səhər evdən aparmışlar. Evə 2 nəfər polis əməkdaşı gəlmiş, onlardan biri də Şirvan müəllim olmuşdur. O, digər polis əməkdaşını tanımamışdır. Təqsirləndirilən şəxs evdən aparılarkən heç bir təzyiq olmamış, 19-cu Polis bölməsində 4 nəfər şəxs Orxanı döymüşdür. Fevral ayının 12-də baş verən hadisəni o, başqa uşaqlardan öyrənmişdir. O, baş verən hadisə ilə bağlı şikayət etmiş, evinə jurnalist çağırmış, çəkiliş də etdirmişdir. Sentyabr ayında Orxan bıçaqlanmış, 19-cu bölmənin rəisi Orxanı şikayət etsin deyə çağırmış, Orxan da getməmiş və heç kimdən şikayətçi olmadığını bildirmişdir. Polis əməkdaşlarının dediklərinə görə, Orxan yol gedən zaman telefonunu almaq istədikləri üçün döyülərək bıçaqlanmışdır. O və oğlu bıçaqlanma hadisəsi ilə bağlı şikayətçi olmamış, bu barədə cinayət işi qaldırılıb-qaldırılmadığını bilmir. Bıçaqlanma hadisəsindən sonra Orxan “Semaşko” xəstəxanasında 6 saat əməliyyat olmuşdur, bununla bağlı sənədlər də mövcud olmuşdur. Orxanı bıçaqlayan şəxs cinayət məsuliyyətinə cəlb olunmamışdır. O, Orxanı bölmədə döyən polisləri tanımır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs yaşadığı binada gözətçi işləyir. Fevralın 13-də 2 polis əməkdaşı gəlmiş, ondan Orxanın evini soruşmuşlar. O, polislərdən birini - Şirvanı tanımış, digər polisi tanımamışdır. Təqsirləndirilən şəxsı tanısa da, hansı mənzildə yaşadığını bilməmiş və polislərə komendantdan soruşmalı olduqlarını demişdir. Polis əməkdaşları gedib komendantdan soruşmuş, sonra isə 1-ci bloka daxil olaraq yuxarı qalxmışlar. Bir müddət sonra Orxan 2 nəfər polis əməkdaşı ilə aşağı düşmüş, gəlib onunla görüşmüşdür. O, Orxandan nə baş verdiyini soruşanda Orxan sonra söhbət edəcəklərini demişdir. Daha sonra Orxan və polis əməkdaşları maşına minib getmişlər. O, Orxanla 2 nəfər polis əməkdaşının getdiyini, əlavə olaraq, 1 nəfərin də maşını sürdüyünü görmüşdür. Şirvan leytenant rütbəsində polis formasında olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq şahid X18 bildirdi ki, o, Orxanı yaxşı bir vətəndaş kimi tanımış, hansı işlə məşğul olması barədə məlumatı olmamışdır. Orxan saxlanıldıqdan sonra, təxminən saat 2-də Orxanın anasından nə baş verdiyini soruşmuşdur. Orxan polis əməkdaşları tərəfindən aparılan zaman anası səhv etmirsə, evdə olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin sahə müvəkkili vəzifəsində işləyən X13 ifadəsində göstərdi ki, o, əvvəllər bir xanımın Təqsirləndirilən şəxsla bağlı şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən tərtib etmiş, daha sonra işi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tədbiri görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq şahid X13 bildirdi ki, o, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxsı inzibati xəta ilə bağlı nə vaxt saxladıqlarını xatırlamır. O, şikayət edən vətəndaşın ərizəsini evində almışdır, çünki vətəndaş səhhəti ilə bağlı gələ bilməyəcəyini bildirmişdir. O, Orxanı dəvət edən zaman yanında heç kim olmamışdır. Çəkiliş proseslərinin heç birində iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, amma dəqiq vaxtı xatırlamır. Çəkiliş zamanı iştirak etmədiyi üçün narkotik vasitələrin aşkarlanmasını görməmişdir. O, Təqsirləndirilən şəxs evinə inzibati xəta ilə bağlı qalxmışdır. Təqsirləndirilən şəxs başqa şəxslə birlikdə saxlanılması faktı ona məlum olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Orxan adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması bildirilir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Orxan adlı şəxsin müəyyən edilməsi, daha sonra “Əməliyyat-axtarış fəaliyyəti haqqında Qanun”un 10-cu maddəsinin 1-ci hissəsinin 7, 8, 9 və 10-cu bəndlərini rəhbər tutaraq, onun olacağı yerlərin müşahidəsinin aparılması, üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Orxan adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının yoxlanılması məqsədilə həmin tarixdə Nəsimi rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:10-da Nəsimi rayonu, H.B.Əliyev küçəsi 1 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 8). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 14:50 dəqiqədən saat 15:30 dəqiqəyə qədər müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üstündə, paltarında, əşyalarında və bədənində olması ehtimal olunan əşyaları təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümündə olan, içərisində tünd qəhvəyi rəngli maddəni çıxararaq təqdim etmiş, həmin bükümdəki maddənin narkotik maddə “kakos” olduğunu, onu xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Memar Əcəmi” ərazisində üzdən tanıdığı, adını bilmədiyi cavan oğlandan 50 manat pul verərək öz şəxsi istifadəsi üçün əldə edib saxlamaqla gəzdirdiyini, bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini, lakin narkotiklərin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm kağız zərfdə qablaşdırılıb zərflər üçün nəzərdə tutulmuş 186 saylı möhür ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 50-53). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/865 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N186” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” və sair adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,275 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 57-61). - narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 504 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidikdə THC (+), Amp (+), MET (+) aşkar edilmişdir (cild 1, iş vərəqi 75). - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqi 76). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 79-80). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş “iphone 15” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək hər hansı məlumat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 103). - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun narkotik vasitələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 111). - Səhiyyə Nazirliyinin 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, 1/1265 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir (cild 1, iş vərəqi 121). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 995 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 122-123). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 2,275 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,175 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilmiş, onun narkotik vasitəni əldə etdiyi naməlum şəxs barəsində ayrıca icraata material ayrılmışdır (cild 1, iş vərəqi 124-131). Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassızdır, onun həmin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması sübuta yetirilməli haldır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, saxlaması və daşıması faktını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və əlavə şahid qismində dindirilmiş digər şəxslərin (19-cu Polis bölməsinin əməkdaşı, təqsirləndiridlən şəxsin anası, Təqsirləndirilən şəxs yaşadığı binanın gözətçisi) ifadələrini, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən 13 fevral 2024-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:10-da ünvan 3 ünvanın qarşısından deyil, həmin gün saat 11:05 radələrində 19-u Polis bölməsinin sahə müvəkkili X13 tərəfindən yaşadığı ünvan 2 ünvanından 19-cu Polis bölməsinə aparılmasını, polis əməkdaşlarının onu polis bölməsinə apararkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni üzərinə götürməsi üçün psixoloji təzyiqlərə məruz qalması, təzyiqlərin təsiri altında ona verilmiş narkotik vasitəni videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxt təqdim etməsini və həmin heroinin ona məxsus olması barədə həqiqətə uyğun olmayan ifadələr verməsini, barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər. Təqsirləndirilən şəxsin məhkəmədə iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş (o cümlədən əlavə şahidlər dindirilmiş) və sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində 12 fevral 2024-cü il tarixdə oğlu Orxanın dostu ilə birlikdə 19-cu bölməyə aparıldığını, polis əməkdaşlarından birinin Orxanı vuraraq nalayiq ifadələrdən istifadə etdiyini, Məmmədli Orxan və dostunun sentyabr ayında Təqsirləndirilən şəxsı 8 bıçaq zərbəsi ilə bıçaqladıqlarını, daha sonra bu bıçaqlanma hadisəsi ilə bağlı, fevral ayının 12-si Məmmədli Orxanla dostu Təqsirləndirilən şəxsla barışmaq üçün gəldiyini, amma bunların hamısının qurma olduğunu, fevral ayının 12-si polis əməkdaşlarının Təqsirləndirilən şəxsı saxlayaraq 19-cu bölməyə apardıqlarını, polis əməkdaşının Orxana yumruq vuraraq nalayiq ifadələr işlətdiyini, Orxan da həmin polisi vurduğunu, daha sonra Təqsirləndirilən şəxsla Məmmədli Orxanı polis əməkdaşlarının “içəri” saldıqlarını, elə həmin gün də evə buraxdıqlarını, fevral ayının 13-ü səhər yaşadıqları mənzilin qapısının döyüldüyünü, həmin vaxt Təqsirləndirilən şəxs evdə yatdığını, o, qapını döyənin kim olduğuna baxan zaman sahə müvəkkili Şirvan və yanında balacaboy oğlan gördüyünü, oğluna polislərin gəldiyini deyən zaman, Orxan axşamkı hadisə ilə bağlı olduğunu bildirdiyini, Orxanın polislərə qapını açdığını, onu da çölə çıxıb polis əməkdaşlarına sözünü deməyə qoymadığını, polis əməkdaşının Orxana əynini geyinməsini, Rəşadət müəllimin onu gözlədiyini, Orxanın içəri girərək paltarını geyindiyini, sonra da evdən çıxdığını, bu hadisələr baş verən zaman saat təxminən 11:05 dəqiqə olduğunu, Orxanın qapını arxadan bağlayıb getdiyini, açarı da özü ilə apardığını, o, hadisələr baş verən müddət ərzində özünün evdə olduğunu, bir müddət sonra evin mühafizəçisi Hüseynə zəng vuraraq Orxanı görüb-görmədiyini soruşduğunu, Hüseynin də ona Orxanı axşamkı hadisə ilə bağlı polislərin apardığını dediyini, o, Nəsimi rayon Polis İdarəsinə getdiyini, idarədə də ona oğlu ilə bağlı heç bir məlumat verilmədiyini, 3 gün ərzində o, Orxan barədə məlumat ala bilmədiyini, 3-cü gün Orxan “Kürdəxanı”ya göndərilən zaman müstəntiq Sübhan müəllimin ona Orxanın narkotiklə bağlı saxlanıldığını dediyini, müstəntiqin ondan Orxanın üzərində heç bir qanunsuz vasitə olmadığını bildirərək, 10.000 manat pul istədiyini göstərmişdir. Təqsirləndirilən şəxs və onun anası X6 məhkəmədə verdikləri ifadələrinin yoxlanması məqsədilə məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində, Təqsirləndirilən şəxs yaşadığı binada gözətçi işlədiyini, fevralın 13-də 2 polis əməkdaşının gəldiyini, ondan Orxanın evini soruşduqlarını, o, polislərdən birini, Şirvanı tanıdığını, digər polisi tanımadığını, Təqsirləndirilən şəxsı tanısa da, hansı mənzildə yaşadığını bilmədiyini və polislərə komendantdan soruşmalı olduqlarını dediyini, polis əməkdaşlarının gedib komendantdan soruşduqlarını, sonra isə yuxarı qalxaraq 1-ci bloka daxil olduqlarını, bir müddət sonra Orxanın 2 nəfər polis əməkdaşı ilə aşağı düşdüyünü, gəlib onunla görüşdüyünü, o, Orxandan nə baş verdiyini soruşanda Orxanın sonra söhbət edəcəklərini dediyini, daha sonra Orxan və polis əməkdaşlarının maşına minib getdiklərini, o, Orxanla iki nəfər polis əməkdaşının getdiyini, əlavə olaraq, 1 nəfərin də maşını sürdüyünü gördüyünü, Şirvanın leytenant rütbəsində polis formasında olduğunu göstərmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin sahə müvəkkili vəzifəsində işləyən X13 ifadəsində əvvəllər Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini, həmin protokolu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən tərtib etdiyini, daha sonra işi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərdiyini, məhkəmənin Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tədbirinin gördüyünü, bir xanımın təqsirləndirilən şəxs barəsində şikayət etdiyini göstərmiş, verilən suallara cavab olaraq isə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə saxlanılmasında iştirak etmədiyini, Təqsirləndirilən şəxsı inzibati xəta ilə bağlı nə vaxt saxladıqlarını xatırlamadığını, şikayət edən vətəndaşın ərizəsini evində aldığını, o, Orxanı dəvət edən zaman yanında heç kimin olmadığını, çəkiliş proseslərinin heç birində iştirak etmədiyini, o, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini, amma dəqiq vaxtı xatırlamadığını, çəkiliş zamanı iştirak etmədiyi üçün narkotik vasitələrin aşkarlanmasını görmədiyini, o, Təqsirləndirilən şəxs evinə inzibati xəta ilə bağlı qalxdığını, Təqsirləndirilən şəxs başqa şəxslə birlikdə saxlanılması faktı ona məlum olmadığını göstərmişdir. Məhkəmə zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40, 146№-li mənzilin qarşısında quraşdırılmış müşahidə kamerasının 13 fevral 2024-cü il tarixdə saat 11:05-də çəkdiyi görüntülər baxış keçirilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, həqiqətən də 13 fevral 2024-cü il tarixdə saat 11:05-də 2 nəfər polis əməkdaşı ünvan 2 ünvanına gələrək Təqsirləndirilən şəxs aparmışlar. Təqsirləndirilən şəxs ünvanına gələrək onunla birlikdə binadan çıxan polis əməkdaşlarından birinin Nəsimi rayon Polis İdarəsinin sahə müvəkkili X13 olması məhkəmə zamanı müəyyən edilmişdir. Eyni zamanda, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən və “Kristal Abşeron”a məxsus "xxxx" MTK-da qırmızı binada, 1-ci blok, 13-cü mərtəbədə yerləşən binanın sakinlərinin tərtib etdikləri 19 avqust 2024-ü il tarixli aktdan görünür ki, həmin binanın 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən müşahidə kamerası sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 18 dekabr 2023-cü il tarixdə 13-cü mərtəbədə yaşayan sakinlər tərəfindən quraşdırılmış, həmin müşahidə kamerasının yaddaş bloku (DVR) 1-ci blok, 13-cü mərtəbədə, mənzil 144-də yaşayan X7 mənzilində yerləşir və onun nəzarətindədir. xx.xx.2024-cü il tarixdə saat 11:04-də 2 nəfər polis əməkdaşı H.B.Əliyev küçəsi, ev 40, mənzil 146-ya yaxınlaşmış və həmin mənzildə yaşayan Təqsirləndirilən şəxs 19-cu Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:04-də yaşadığı mənzildən polis əməkaşlarının iştirakı ilə binadan çıxması görüntüləri Təqsirləndirilən şəxs vəkili Müdafiəçi xx.xx.2024-cü il tarixdə X16 tərəfindən təqdim edilmişdir. Qeyd edilən akt binanın komendantı və 3 nəfər bina sakini tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş sahə müvəkkili vəzifəsində işləyən X13 ifadəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib etməsi, daha sonra həmin işi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərməsi və məhkəmə şəxs barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etməsi barədə verdiyi ifadənin yoxlanılması məqsədilə 01 yanvar 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək Təqsirləndirilən şəxs barəsində məhkəməyə inzibati xətalar haqqında işin daxil olub-olmaması, həmin işlə bağlı qərar qəbul edilib-edilməməsi, müsbət halda qəbul edilmiş qərarın surətinin məhkəməyə göndərilməsinə barədə müvafiq olaraq Nəsimi Rayon Məhkəməsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq məhkəməyə Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2024cü il tarixli 379 №-li məktubu ilə Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 3(006)-316/2024 №-li qərarı daxil olmuş və həmin qərar məhkəmədə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin sahə inspektoru X13 tərəfindən tərtib edilmiş protokola həmin tarixdə məhkəmədə baxılmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 8 gün müddətə inzibati həbs edilmiş və həbsetməsinin əvvəli onun saxlanıldığı 16 yanvar 2024-cü il tarixdə, saat 15:50-dən hesablanmışdır, yəni Təqsirləndirilən şəxs hazırki iş üzrə saxlanıldığı 13 fevral 2024-cü il tarixindən 27 gün əvvəl inzibati qaydada həbs olunmuşdur. Göründüyü kimi, məhkəmədə tədqiq edilmiş Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 3(006)-316/2024 №-li qərarı ilə və Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40, 146 №-li mənzilin qarşısınlda quraşdırılmış müşahidə kamerasının 13 fevral 2024-cü il tarixdə saat 11:05-də çəkdiyi videogörüntü ilə iş üzrə şahid X5 Təqsirləndirilən şəxs barəsində olan inzibati materialla bağlı sonuncunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40 ünvanındakı 146 №-li mənzilə tək getməsi, həmin mənzilə 13 fevral 2024-cü il tarixdə getməməsi, ümumiyyətlə hazırkı cinayət işi üzrə şübhəli şəxs kimi Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməməsi barədə ifadəsi tam təkzib olunmuşdur. İlkin təhqiqatın və bütövlükdə cinayət işinin materiallarından görünür ki, xx.xx.2024cü il tarixdə Orxan adlı şəxsin Nəsimi rayonu ərazisində narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanına əməliyyat məlumatı daxil olmuş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” 13 fevral 2024-cü il tarixli qərarda daxil olmuş məlumatın yoxlanılması məqsədilə Orxan adlı şəxsin müəyyənləşdirilməsi, habelə müəyyən edildikdən sonra şəraitdən asılı olaraq onun ola biləcəyi yerlərin müşahidəsinin aparılması, üzərinə və istifadə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilməsi, şəraitdən asılı olaraq əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı video və səsyazmadan, fotoşəkillərdən və digər texniki vasitələrdən istifadə edilməsi qərara alınmış, həmin tarixli “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokol ilə də Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 və həmin şöbənin kiçik inspektoru polis baş serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat müvəkkili Şahid1 13 fevral 2024-cü il tarixli raportundan da görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Nəsimi RPİ-yə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində onlara Orxan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını, əməliyyat məlumatını yoxlamaq məqsədilə 13 fevral 2024-cü il tarixdə əməliyyat qrupu ilə birlikdə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinə yollandıqlarını, orada bir qədər gözlədikdən sonra əlamətləri onlara məlum olan şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini, şəxsin Orxan olduğuna əmin olduqdan sonra onu bölməyə dəvət etdiklərini, Orxana bölmədə vəkil təyin olunduğunu, ekspert tərəfindən aparılan videoçəkiliş zamanı şəxsi axtarış keçirilərkən üzərində qeyri-qanuni əşya varsa, təqdim edilməsi təklif edildiyini, Orxanın üzərindən telefon, siqaret və qəhvəyi rəngli maddə aşkar olunduğunu, özünə bu barədə sual verildikdə, Orxanın həmin qəhvəyi rəngli maddənin heroin olduğunu və “Əcəmi”də tanımadığı şəxsdən istifadə üçün əldə etməsini deməsini, sonra aşkar olunan maddənin qablaşdırılıb ekspertizaya göndərildiyini göstərmişdir. Verilən suallara cavab olaraq Şahid1 Orxana qarşı fiziki və psixi təzyiq olmadığını, Polis bölməsində Orxanın özü səmimi şəkildə təqsirini etiraf etməsini, üzərindəki maddəni könüllü şəkildə təqdim etməsini, qaçmağa cəhd etməməsini, o, X21 küçəsində saxladığını, onda əməliyyat tədbirinin keçirilməsi haqqında qərar da olduğunu, əməliyyatın ona aid olduğunu, qərarı da onun qəbul etdiyini, o, Orxanı saxlayan zaman əlini qandallamadığını, əməliyyat qrupunda 2 nəfər olduqlarını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin digər polis əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Göründüyü kimi, nə Şahid2, nə də Şahid1 dindirilərkən Təqsirləndirilən şəxs saxlanılmasında sahə müvəkkili X5 iştirak etməsini göstərməmişlər, tərtib olunmuş əməliyyat qrupunun təşkil edilməsi haqqında protokolda da X5 adı göstərilməmiş, onların ibtidai istintaq və məhkəmədə verdikləri ifadələrində təqsirləndirilən şəxsin saxlanılma yeri Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 1, saxlanılma saatı isə saat 13:10 radələri kimi göstərilmişdir. Lakin məhkəmə iclasında təkzibedilməz sübutlarla (Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40, 146 №-li mənzilin qarşısınlda quraşdırılmış müşahidə kamerasının 13 fevral 2024-cü il tarixdə saat 11:05-də çəkdiyi videogörüntü, Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 3(006)-316/2024 №-li qərarı, şahidlər X14 və X6 ifadələri) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında polis əməkdaşları Şahid2 və Şahid1 deyil, sahə müvəkkili X13 iştirak etmişdir, Şirvan Hümbətli və yanında olan başqa polis əməkdaşı Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə saat 11:06-da yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40, 146 №-li mənzilindən aparmışlar. Bu da nəticə etibarı ilə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı, həmin məlumat əsasında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 13 mart 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokol və Təqsirləndirilən şəxs tutulması ilə bağlı raport formal xarakter daşımaqla işin faktiki hallarına uyğun deyil. Polis əməkdaşlarının ifadələri, Təqsirləndirilən şəxs Nəsimi RPİ-yə gətirilməsi barədə raportlar və digər ilkin sənədləşmələr də şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə aidiyyəti barədə hər hansı məqamın ümumiyyətlə mövcud olmadığını mübahisəsiz edir. Bundan başqa, Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “əməliyyataxtarış tədbirinin keçirilməsinə dair” qərarın qanuniliyinin yoxlanılıb-yoxlanılmaması, müsbət halda qəbul edilmiş qərarın surətinin məhkəməyə göndərilməsi barədə Nəsimi Rayon Məhkəməsinə sorğu göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 379 №-li məktubu ilə cavab verilmiş və cavab məktubunda göstərilmişdir ki, “AZEMİS” X9 Sistemindən əldə olunmuş məlumata görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 13 fevral 2024-cü il tarixli qərarın surəti məhkəməyə yalnız məlumat üçün göndərilmiş, həmin qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət daxil olmamışdır. Göründüyü kimi Nəsimi rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən Təqsirləndirilən şəxs saxlanılması üçün əsas olmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” qərarın qanuniliyi də Nəsimi Rayon Məhkəməsi tərəfindən yoxlanılmamışdır. Hazırkı halda iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmaması barədə nəticəyə gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1 və Şahid2 istər ibtidai istintaq, istərsə də məhkəmə zamanı şahid qismində verdikləri ifadələri ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, şahidlərin həqiqi iradəsini və həqiqəti əks etdirməyərək formal xarakter daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan başqa nəzərə almaq lazımdır ki, istintaq orqanı öz müvafiq sübutların qiymətləndirilməsi haqqında 12 mart 2024-cü il tarixli qərarında təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokol və sair istintaq hərəkətlərini sübut növü kimi qəbul etmişdir. Həmin sübutların mötəbərliliyinin şübhəli olması ilə bağlı hallar təqsirləndirilən şəxsin tutulması anı ilə də tam sübut edilir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs, iş üzrə əlavə şahidlər X15 və X14 bir-biri ilə uzlaşan ifadələri ilə təsdiq olunur ki, sahə müvəkkili Şirvan Hümbətlinin təqsirləndirilən şəxsin yaşadığı Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40, 146 №-li mənzilinə gələrək bölmə rəisinin Orxanı görmək istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilinə keçərək paltarlarını geyinib Şirvan Hümbətli və digər polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Təqsirləndirilən şəxsin polisin nəzarətinə keçənədək hadisələrin baş verməsi ardıcıllığı şəxsin öz üzərində narkotik vasitə saxlayaraq polis əməkdaşı ilə polis bölməsinə yollanması ehtimalını sıfıra endirir, ağlabatan və məntiqli görünmür. Hadisənin qeyd olunan şəraitdə inkişafı (tutulma şəraiti) sonradan tərtib olunmuş rəsmiləşmə sənədlərini də şübhəli hala gətirir və təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olması faktı ilə bağlı sübutları heçə endirir. Şərh olunanlar təsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini, həmçinin, şəxsi axtarış və götürmə aparılması barədə protokolu sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola, təsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrə istinad edilməklə təqdim etdiyi digər bütün sübutları şübhə altına alır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, iki nəfər polis əməkdaşının ifadələrini və şəxsi axtarış və götürmə aparılması barədə protokolu təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Yuxarıda göstərilənlər baxımından məhkəmə hesab edir ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmədə verdikləri ifadələri ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs üzərində satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin gəzdirməsinə dair ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici izahatı və sonrakı mərhələdə verdiyi etirafedici ifadəsi təqsirləndirilən şəxsin həqiqi iradəsini əks etdirmir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini bildirmiş, qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla (əməliyyat-axtarış tədbirinin formal keçirilməsi, müdafiə hüququnun pozulması və şəxsi axtarış və götürmə haqqında protokolun prosessual pozuntularla keçirilərək formal xarakter daşıması) müqayisəli surətdə qiymət verməklə onun məhkəmə istintaqında verdiyi ifadəsini inandırıcı və işin faktiki hallarına uyğun hesab edir. Bundan başqa, məhkəmə zamanı tədqiqi edilmiş sübutlardan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə saat 11:05 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 40, 146 №-li mənzilində saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılmış, həmin polis idarəsinin təhqiqatçısı tərəfindən 14:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, saat 14:50 dəqiqədə isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində tutma, şəxsi axtarış və götürmə faktiki olaraq onun Nəsimi RPİ-yə gətirildiyi vaxtdan 3 saat 45 dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasından sonra üzərinə 3 saat 45 dəqiqə sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 3 saat 45 dəqiqə vaxtın keçməsi narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ da kobud formada pozulmuşdur. Belə ki, məhkəmə zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü l tarixdə saat 11:05-də yaşadığı mənzildə saxlanılaraq Nəsimi RPİ-yə aparılmışdır. Lakin cinayət işinin materiallarında olan sənələrdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Bakı şəhəri 5 saylı Vəkil bürosundan 13 fevral 2024-cü il tarixə növbətçi olan vəkil X8 13:10-dan sonra Nəsimi RPİ-yə dəvət olunmuş, təqsirləndirilən şəxs saat 13:45-də müdafiəçinin iştirakı ilə tutulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsə müdafiəçi faktiki olaraq saxlanıldığı vaxtdan 2 saat sonra təqdim edilmişdir. "Savalanlı və digərlərinin Azərbaycana qarşı" iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98- 106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Sözügedən qərarın 89-92-ci bəndlərində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, polis protokollarında, yaxud sonradan qəbul edilmiş hər hansı qərarlarda səlahiyyətli orqanların xüsusi olaraq ərizəçiləri hədəf almasına səbəb olan və onların həbsi və axtarışı üçün əsas yaradan məlumatların toplanması və alınması ilə bağlı hər hansı konkret məlumat və təfərrüatlar yoxdur. Xüsusən belə məlumatın iddia edildiyi kimi polis tərəfindən əldə edilməsinin üsulunu, mənbəyini və həmin mənbənin məlumatdan necə xəbərdar olduğunu məlum etmək mümkün deyil. Siyasi fəal olan və ya siyasi fəalların yaxin ailə üzvü olan ərizəçilərin keçmişində sözügedən hadisələrdən əvvəl narkotiklərlə və ya hər hansı digər cinayətlərlə bağlı heç bir halın mövcud olmaması faktı hazırkı vəziyyəti daha təəccüblü edir. Ərizəçilərə dair həyata keçirilən axtarışlar əvvəlcədən məhkəmə qərarı olmadan aparılsa da, istintaq orqanları ərizəçilər barəsində aparılan axtarışları əvvəlcədən məhkəmə qərarı olmadan zəruri edən halları izah etməklə öz qərarlarını əsaslandırmamış və daxili qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə kifayətlənmişlər (müqayisə edin, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, § 61, 14 mart 2019 -cu il). Bundan əlavə, iş materiallarında mövcud olan sənədlərdən məhkəmənin istintaq orqanları tərəfindən aparılan istintaq hərəkətlərini nəzərdən keçirməsi və ya məhkəmə qərarı olmadan axtarışların aparılması ilə bağlı hər hansı müvafıq qərarın surətinin daxili qanunvericiliklə müəyyən edilmiş qaydada qırx səkkiz saat ərzində müvafiq nəzarəti həyata keçirən məhkəməyə və prokurora göndərilməsi halları müəyyən edilmir. Avropa Məhkəməsi polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, o cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Eyni zamanda cinayət işinin materiallarına müdafiəçi X17 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxsla sonuncunun müdafiə hüququnun vacib ünsürlərindən olan konfidensial görüş keçirməsini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq. Həmin məcəllənin 90-cı maddəsinin tələblərinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin ayrılmaz hüquqlarıdır. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə istintaqı zamanı araşdırılmış cinayət işində olan materiallar və məhkəmə istintaqının gedişində əldə edilmiş sübutların tədqiqi onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm müdafiə hüququ pozulmaqla və qanunazidd hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, faktiki olaraq cinayət işi materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin lehinə və əleyhinə olan sübutlar qismində iki kateqoriyaya ayrılmışdır. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan 13 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardır. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan əlavə ibtidai istintaq orqanının sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə 28 mart 2023-cü il tarixli protokol və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd diskə baxış keçirilməsi barədə protokolla bağlı məhkəmə qeyd edir ki, bu kateqoriyalı cinayət əməllərinin törədilməsini təsdiq edən dəlillər məcmusunun daha çox məlumat yüklü kimi qiymətləndirilməli olan həmin sübutlarla bağlı ciddi pozuntulara yol verilmişdir. Belə ki, sübut kimi istinad edilən tərtib olunmuş yazılı protokol əslində aparılmış videoçəkilişin sonradan yazılı mətnə çevrilməsindən ibarət olub yalnız çəkilişdəkiləri olduğu kimi əks etdirməli olduğu halda fərqli xarakter daşıyır. Yazılı protokola əsasən saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı “Sony” markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, habelə həmin Məcəllənin 20, 26, 90-cı maddələri izah edilmişdir. Protokola əsasən şəxsi axtarış saat 14:50 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 5 dəqiqə, faktiki tutulmasından isə 3 saat 44 dəqiqə sonra başlanmış və saat 15:30-da bitmişdir. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş fərqli məzmundadır və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti çəkilişə əsasən cəmi 12 dəqiqə 23 saniyə davam etmişdir. 12 dəqiqə 23 saniyənin isə 5 dəqiqə 10 saniyəsi (05:50-09:00, 10:00-12:00-cu dəqiqələr) təhqiqatçı tərəfindən narkotik vasitənin üstünün yazılmasına və zərfin yapışqanlanmasına sərf edilmişdir. Videoçəkilişə əsasən təhqiqatçı Təqsirləndirilən şəxs heç bir hüquq və vəzifə izah etmir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2024-cü il tarixli istintaq hərəkətinin gedişatını özündə əks etdirən disk və onun əsasında tərtib edilən həmin tarixli protokol sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/865 №-li rəyi isə özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan narkoloji yoxlamanın 14 fevral 2024-cü il tarixli, 504 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların cinayət prosessual qanunvericiliyinin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət- Prosessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, şahidlərin kifayət qədər uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ,İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumrsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə 2,175 qram təşkil edən narkotik vasitə olan heroin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Nəsimi rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən polis leytenantı Şahid1 və həmin şöbənin kisik inspektoru, polis baş serjantı Şahid2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı, Nəsimi rayon Polis İdarəsinin sahə müvəkkili vəzifəsində işləyən X5 isə məhkəmə istintaqı zamanı bilə-bilə yalan ifadə vermələri, habelə Təqsirləndirilən şəxs bıçaqlanması faktının, bundan başqa məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdiyi – müstəntiq Sübhan müəllimin ondan 10.000 manat pul istəməsi halları üzrə müvafiq araşdırma aparılmasından ötrü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə müvafiq qaydada Bakı şəhəri Nəsimi rayon prokuroruna məlumat göndərilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. İş üzrə maddi sübut olan 2,275 qram narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokuroruna göndərilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 2,175 qram təşkil edən narkotik vasitə heroinin kimə məxsus olması hissəsində araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən onun barəsində narkomaniyadan müalicəyə dair tibbi xarakterli məcburi tədbir təyin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs aid edilməsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim Telman Hüseynov Hakimlər Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-253/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-253/2025
10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver