Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-254/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - təqsirləndirilən şəxslərin müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonu, Qəmim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, bərbər işləyən, subay, məhkumluğu olmayan, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 20-ci korpus ünvanında yaşamış, barəsində həbs qəlımkan tədbiri seçilərək Bakı İstintaq Təcrıdxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1992-ci ildə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olmuş, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, 2020-cı ilin fevral ayının əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Azərbaycan Respublikasında tanışı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 ilə onun vasitəsi ilə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayəl əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq 18 fevral 2020-ci il tarixdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş təmiz çəkisi külli miqdarda 1972,872 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış tiryək və təmiz çəkisi külli miqdarda 199,4 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələri İran islam Respublikası ilə Azərbaycan Respublikası DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi “Biləsuvar” gömrük postunda neytral zonada cinayətdən xəbərsiz şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsinin arxa təkərlərinin arasındakı hissədə yerləşdirərək qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olunmuş, həmin nəqliyyat vasitəsi cinayətdən xəbərsiz şəxs tərəfindən Azərbaycan Respublikasına daxil olduqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı “Vaz 2106” markalı nəqliyyat vasitəsi ilə həmin nəqliyyat vasitəsini izləmiş, cinayətkar niyyətə uyğun olaraq o, Qaradağ rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəraitdə həmin narkotik vasitələri nəqliyyat vasitəsindən götürərək qanununsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsinə gətirərək birlikdə saxlamış, daşımış, hər birinə 1000 manat olmaqla, ümumilikdə 2000 manat müqabilində tamah məqsədi ilə ümumi niyyətə uyğun olaraq o, külli miqdarda 1972,872 qram kustar üsulla hazırlanmış tiryək və külli miqdarda 199,4 qram kustar üsulla hazırlanmış heroin narkotik vasitələrindən 183 qram kustar üsulla hazırlanmış heroni 1bağlamada və birində 990 qram və digərində isə 970 qram olan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini 2 bağlamada yerləşdirərək üzərində “Magna” yazısı olan 1 ədəd boz rəngli selofan torbada, 1 bükümdə külü miqdarda 16,4 qram kustar üsulla hazırlanmış heroin və 2 bükümün birində 5 qram, digərində isə 7,5 qram olmaqla ümumilikdə 12,5 qram kustar üsulla hazırlanmış tiryək narkotik vasitələrini isə əynindəki qara rəngli gödəkçənin içəri sol cibində yerləşdirərək saxlamış, daşımış, Fərhad Abbasov, isə 1 ədəd bükümdə 0,372 qram tiryək narkotik vasitəsini sol ayağında olan ayaqqabının içəri uc hissəsində saxlamış, daşımış, o, isə ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik vasitələri “Lada” markalı 10 SX-776 qeydiyyat nişanlı, ağ rəngli minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsində yerləşən "Sail" otelinin qarşısına gələrək və həmin narkotik vasitələri 18 fevral 2020-ci il tarixində saat 20 radələrində "Abbas” adlı şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı saxlanılmış, Fərhad Abbasov, isə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsinə 20.02.2020-ci il tarixdə saat 10:15-də Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmış, sol ayağında olan ayaqqabının içəri uc hissəsində gizlətdiyi 1 ədəd bükümdə 0,372 qram təşkil edən kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2, 2020-cı ilin fevral ayının əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən, qaçaqmalçılıq yolu ilə keçirmə barədə telefon vasitəsi ilə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə Azərbaycan Respublikasında isə tanışı Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq 18 fevral 2020-ci il tarixdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş təmiz çəkisi külli miqdarda 1972,872 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış tiryək və təmiz çəkisi külli miqdarda 199,4 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələri İran İslam Respublikası ilə Azərbaycan Respublikası DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi “Biləsuvar” gömrük postunda neytral zonada cinayətdən xəbərsiz şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsinin arxa təkərlərinin arasındakı hissədə yerləşdirərək qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olunmuş, həmin nəqliyyat vasitəsi cinayətdən xəbərsiz şəxs tərəfindən Azərbaycan Respublikasına daxil olduqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1lə birlikdə onun idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı "Vaz 2106” markalı nəqliyyat vasitəsi ilə həmin nəqliyyat vasitəsini izləmiş, cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 Qaradağ rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəraitdə həmin narkotik vasitələri nəqliyyat vasitəsindən götürərək qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni onun idarəyə etdiyi nəqliyyat vasitəsinə gətirərək birlikdə saxlamış, daşımış, hər birinə 1000 manat olmaqla, ümumilikdə 2000 manat müqabilində tamah məqsədi ilə ümumi niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 külli miqdarda 1972,872 qram kustar üsulla hazırlanmış tiryək və külli miqdarda 199,4 qram kustar üsulla hazırlanmış heroin narkotik vasitələrindən 183 qram heroini 1 bağlamada və birində 990 qram və digərində isə 970 qram olan kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini 2 bağlamada yerləşdirərək üzərində “Magna” yazısı olan 1 ədəd boz rəngli selofan torbada, 1 bükümdə külli miqdarda 16,4 qram kustar üsulla hazırlanmış heroin və 2 bükümün birində 5 qram, digərində isə 7,9 qram olmaqla ümumilikdə 12,9 qram kustar üsulla hazırlanmış tiryək narkotik vasitələrini isə əynindəki qara rəngli gödəkçənin içəri sol cibində yerləşdirərək saxlamış, daşımış, o, isə 1 ədəd bükümdə 0,377 qram kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini sol ayağında olan ayaqqabının ıçinin uc hissəsində saxlamış, daşımış, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik vasitələri “Lada” markalı **-SX-*** qeydiyyat nişanlı, ağ rəngli minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsində yerləşən “Sait” otelinin qarşısına gələrək və həmin narkotik vasitələri 18 fevral 2020-ci il tarixində saat 20 radələrində “Abbas” adlı şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən Dövlət Gömrük Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı saxlanılmış, o, isə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsinə 20.02.2020-ci il tarixdə saat 10:15-də Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılmış, sol ayağında olan ayaqqabının içəri uc hissəsində gizlətdiyi 1 ədəd bükümü: ı 0,372 qram təşkil edən kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsi aşkar edilib götürülmüşdür. Bundan əlavə, o, 2020-ci il fevral ayında istintaqa məlum olmayan mənbədən əldə etdiyi təmiz çəkisi 1,072 qram olan ağ rəngli kristal maddə metamfetamin psixotrop maddəsini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, 1 ədəd bükümdə qablaşdıraraq saxlamış, idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı, ‘VAZ 2106” markalı minik avtomobilinin salonundan tavanın ön hissəsinə bitişik plastik panelin altında yerləşdirərək daşımış Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 20.02.2020-ci il tarixdə saat 10:15-də saxlanılmış, idarə etdiyi **-HD-*** qeydiyyat nişanlı, “VAZ 2106” markalı minik avtomobilinə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin salonundan tavanın ön hissəsinə bitişik plastik panelin altında gizlətdiyi 1 ədəd bükümdə 1,072 qram olan ağ rəngli kristal maddə metamfetamin psixotrop maddəsi aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 fevral 2020-ci il tarixdə X9 proqramı ilə zəng etmiş və İranda narkotik vasitəni tanımadığı yük maşınına yerləşdirib həmin nəqliyyat vasitəsinin şəkilini ona telefon vasitəsi ilə göndərəcəyini bildirmiş, Fəhradın isə onunla birlikdə həmin nəqliyyat vasitəsini izləyib həmin nəqliyyat vasitəsini Azərbaycanda kafe və restoranda dayananda götürəcəyini qeyd etmiş, Movsümün Fəhrada 2 kq çəkidə qara, 200 qram isə kokos deyilən narkotik vasitə olacağını, həmin narkotik vasitəni götürmək üçün 3000 manat pul təklif etmiş, Mövsümün təklifini Fəhrad ona bildirmiş, Fəhradın təklifi ilə razılaşmış, 18.02.2020-ci il tarixdə onunla birlikdə Fəhradın maşını ilə Biləsuvar gömrük postuna getmiş, həmin vaxtı Mövsüm Fəhradın telefonuna “vatsap” vasitəsi ilə nəqliyyat vasitəsinə aid foto və video göndərmış, həmin fotoda göy rəngli “kamaz” markalı yük nəqliyyat vasitəsi təsvir olunmuş, “Mövsüm" kamaz markalı nəqliyyat vasitəsinin arxa iki təkərinin üstündə narkotik vasitəni gizlətdiyini bildirmiş, Biləsuvarda olanda o və Fəhrad ona məxsus olan ** HD *** dövlət nömrə nişanlı 06 markalı nəqliyyat vasitəsi ilə göy rəngli “Kamaz” markalı nəqliyyat vasitəsini izləməyə başlamış, həmin maşın heç bir yerdə saxlamamış, o, bununla bağlı "vatsap" vasitəsilə intensiv olaraq Mövsümlə əlaqə saxlamış, Qaradağ rayonunda maşın ehtiyat hissələri dükanında saxlamış, həmin vaxtı o, maşına sakitcə yaxınlaşmış 1 ədəd selofanda olan narkotik vasitəni götürmüş və maşında oturmüş, daha sonra Fəhradla birlikdə Bakı şəhərinə gəlmiş, Fəhrad onu evdə düşürmüş, narkotik vasitənin olduğu əl yükü Fəhrad maşınında saxlamış, səhəri gün Fəhrad ona Mövsümün ona nömrə verdiyini, həmin şəxslə əlaqə saxlamalı olduğunu, həmin şəxsin ona 10200 manat pul gətirib narkotiki götürəcəyəni bildirmiş, Fəhrad da “Abbas” adlı şəxslə əlaqə saxlamış, Binəqədi rayonunda yerləşən “taksi” parkın yanında həmin şəxslə görüşmüş, daha soma Fəhrad həmin şəxsdən şübhələndiyindən oradan uzaqlaşmış, Fəhrad məsələni ona danışmış, birlikdə Mövsümlə danışmışlar, Mövsümün onlara narkotiki alan adamın ehtiyat etdiyini bildirmiş, Mövsümdə həmin “Abbas” adlı şəxsə başqa şəxsin narkotiki satacağını bildirmiş, daha sonra onunla Fəhradın ikisinin də eyni vaxtda nəqliyyat vasitəsində olduğu təqdirdə tutulacağından ehtiyat etdiklərini düşünmüşlər, tutulduqları təqdirdə digərinin azadlıqda qalmalı olacağını düşündüklərini bildirmiş, daha sonra Fəhradla razılaşmış, “Abbas” deyilən şəxsin Fəhradın maşınını gördüyünü düşünüb həmin yerə digər başqa maşınla getməli olduğu düşünmüşlər, Abbasa aid nömrəyə zəng etmiş, narkotik vasitələri ona satmaq üçün əvvəllər “Retro" adı ilə tanınan hal-hazırda otel olan obyektin qarşısında görüş təyin etmişlər, təxminən 20 dəqiqə sonra sözügedən ünvana çatmış və Abbas idarə etdiyi **-SX-*** nömrə nişanlı, “Vaz 2104” markalı minik maşınına əyləşmiş, Mövsümün ona verdiyi və üzərində “magna” yazısı olan, boz rəngli 1 ədəd sellofan torbada olan narkotik vasitələri ona təqdim edib satarkən bir neçə mülki geyimli şəxsin idarə etdiyi nəqliyyat vasitəsinə doğru gəldiyini görmüş Abbasın əməliyyatçı olmasından şübhələnmiş, bu zaman avtomobildə oturduğu oturacağın aşağı hissəsində ayaqaltının üzərində saxladığı bıçağı götürərək özünə xəsarət yetirəcəyini “Abbas” adlı şəxsə bildirərək onları yanından uzaqlaşdırmaq istədiyini bildirmiş, həmin şəxsə xəsarət yetirmək istəmədiyini qeyd etmiş, “Abbas” adlı şəxsin həmin bıçağı ondan aldığını və onun isə qaçmaq istəyərkən saxlanıldığını bildirmiş, bundan sonra ondan götürülmüş üzərində '‘Magna" yazısı olan 1 ədəd boz rəngli selofan torbada olan maddələrə və 1 ədəd bıçağa baxış keçirilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmiş, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasında hal şahidlərinin iştirakı ilə üzərində "Magna” yazısı olan boz rəngli 1 bir ədəd selofan torbanın daxilinə və 1 ədəd bıçağa baxış keçirilmiş, baxış zamanı üzərində “Magna” yazısı olan 1 ədəd sellofan torbanın içərisində 1 ədəd bağlamada narkotik vasitə heroinə oxşar və digər 2 ədəd bağlamada isə narkotik vasitə tiryəkə oxşar maddələrin olduğu müəyyən edildikdən sonra həmin maddələr elektron tərəzidə çəkilmiş və üzəri yapışqanlı lentlə sarınmış 1 ədəd bağlamada narkotik vasitə sayılan heroinin çəkisinin 201 qram, 2 ədəd bağlamada olan narkotik vasitə tiryəkin ayrı-ayrılıqda çəkilərinin 1000 qram və 995 qram olduğu, üzərində “Seven7Star” yazısı alan 1 ədəd bıçağın tiyəsi ilə birlikdə uzunluğunun təqribən 180 mm olduğu müəyyən edilmiş, daha sonra hal şahidlərinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol içəri cibində saxladığı qara rəngli selofana bükülü 1 ədəd və ağ rəngli selofana bükülü 1 ədəd bükümü çıxararaq təqdim etmiş, Təqdim etdiyi 2 ədəd bükümə baxış keçirilərkən, qara rəngli selofandan ibarət 1 ədəd bükülüdə çəkisi 8 qram olan narkotik vasitə tiryək, ağ rəngli selofan bükümdə isə çəkisi 5 qram olan narkotik vasitə sayılan tiryək və çəkisi 18 qram olan narkotik vasitə sayılan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 16 fevral 2020-ci il tarixdə Mövsüm ona "vatsap” proqramı ilə zəng etmiş və İranda narkotik vasitəni tanımadığı yük maşının yerləşdirib həmin nəqliyyat vasitəsinin şəkilini ona telefon vasitəsi ilə göndərəcəyini, onun ısə Təqsirləndirilən şəxs1lə birlikdə həmin nəqliyyat vasitəsini izləyib həmin nəqliyyat vasitəsim Azərbaycanda kafe və restoranda dayananda götürməyi tapşırmış, daha sonra Mövsum ona 2 kq çəkidə qara, 200 qram isə kokos deyilən narkotik vasitə olacağını, həmin narkolık vasitəni götürmək üçün 2000 manat pul təklif etmiş, Mövsümün dediklərini Elnura bildıımış Elnur onun təklifiylə razılaşmış, 18.02.2020-ci il tarixdə Elnurla bilrikdə Biləsuvar gömtuk postuna getmiş, həmin vaxtı Mövsüm onun telefonuna “vatsap” vasitəsi ilə nəqliyyat vasitisinə dair foto və video göndərmiş, həmin fotoda göy rəngli “kamaz” markalı yuk nəliyyat vasitəsi təsvir olunmuş, “Mövsüm” Kamaz” markalı nəqliyyat vasitəisin arxa iki təkərinin üstündə narkotik vasitəni gizlətdiyini bildirmiş, Biləsuvarda olanda o və Elnur ** HD *** dövlət nömrə nişanlı 06 markalı nəqliyyat vasitəsi ilə göy rəngli “Kamaz” markalı nəqliyyat vasitəsini izləməyə başlamış, həmin maşın heç bir yerdə saxlamamış, Elnur bununla bağlı “vatsap” vasitəsi ilə intensiv olaraq Mövsümlə əlaqə saxlamış, Qaradağ rayonunda maşın ehtiyat hissələri dükanında saxlamış, həmin vaxtı Elnur maşına sakitcə yaxınlaşmış 1 ədəd selofanda olan narkotik vasitəni götürmüş və maşında oturmuş, daha sonra Bakı şəhərinə gəlmişlər, o, Elnuru evlərində düşürmüş, narkotik vasitənin olduğu əl yükünü maşında saxlamış, səhəri gün Mövsüm ona nömrə verərək həmin şəxslə əlaqə saxlamağı, 10200 manat pul gətirib narkotiki götürəcəyini bildirmiş, “Abbas” adlı şəxslə əlaqə saxlamış, onunla “Binəqədi rayonunda yerləşən “taksi” parkın yanında görüşmüş, daha sonra “Abbas” adlı şəxs narkotik vasitəyə baxdıqdan sonra pul verəcəyini bildirmiş, o, isə həmin şəxsin hərəkətindən şübhələnmiş, həmin şəxsin hüquqmühafizə orqanı əməkdaşı ola biləcəyini zənn edərək ** HD *** dövlət nömrə nişanlı 06 markalı yaşıl rəngli nəqliyyat vasitəsini sürüb getmiş, daha sonra Elnur və Mövsümlə danışmış, Mövsüm ona narkotiki alan adamın ehtiyat etdiyini bildirmiş, “Abbas” adlı şəxsə başqa şəxsin narkotiki satacağı bildirilmiş, daha sonra Elnurla eyni vaxtda nəqliyyat vasitəsində olduqları təqdirdə hər ikisinində tutula biləcəyindən ehtiyat edərək digərinin azadlıqda qalması üçün Elnurun tək getməyi planlaşdırılmış, “Abbas” deyilən şəxsin onun maşınını tanıdığı üçün Elnurun başqa maşınla getməsi razılaşdırılmış, Elnurun “Vüqar” adlı ustanın ağ rəngli maşının götürmüş və maşının yanına gəlmiş, maşında olan 1 ədəd selofandakı narkotik vasitələri ona vermiş, Biləcəri də aparıb narkotik vasitəni 100200 manat müqabilində Abbas adlı şəxsə veriləcəyi nəzərdə tutulmuş, daha sonra o, və Mövsüm Elnura zəng etmiş, Elnur telefonu götürməmiş, əvvəlcə narkotik vasitəni kiminsə Elnurdan götürüb malı ondan aldıqlarını düşünmüşlər, səhəri gün Təqsirləndirilən şəxs1 gömrük əmkdaşları tərəfindən tutulduğu müəyyən edilmişdir. Üzərindən və nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsusdur. Həmin 0,372 qram olan tiryək narkotik vasitəsini 18.02.2020-ci il tarixdə İranli Mövsümün göndərdiyi narkotik vasitənin üzərindən götürmüşdür, həmin narkotik vasitəni ümumi bağlamadan götürəcəyindən İranlı mövsümün məlumatı olmuşdur, 1,072 qram metamfetamin psixotrop maddəsini isə Bakı şəhəri Binəqədi rayonundan adını xatırlamadığı şəxsdən əldə etmiş, həmin narkotik vasitə və psixotrop maddəni şəxsi istifadə üçün əldə etmiş, psixotrop maddəni əldə etmək üçün 50 manat pul vermiş, həmin 1.72 qram çəkidə olan psixotrop maddəni 2020-ci ilin fevral ayının 19-da əldə etmiş, həmin maddəni onu 'atmış şəxsin adı və soyadını, telefon nömrəsini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş gömrük əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, hazırda Cənub Ərazi Baş Gömrük İdarəsində Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, İran İslam Respublikasında yaşayan və özünü “Məhərrəm” adı ilə təqdim edən şəxs onunla telefon əlaqəsi saxlayaraq Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə kullı miqdarda narkotik vasitələri gətirməsi ilə məşğul olduğunu, hətta Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə külli miqdarda yəni 200 qram heroin və 2 kq tiryək narkotik vasitələri gətirdiyini və həmin narkotik vasitələrin “Elnur” adlı şəxs tərəfindən satışının həyata keçiriləcəyini və bunun üçün alıcı axtardığını bildirmiş, bundan suma “Elnur” adlı şəxsin müəyyən edilməsi, habelə həmin şəxsdə həqiqətən narkotik vasıtənin olub-olmamasının müəyyən edilməsi məqsədilə həmin əməliyyat məlumatı əsasında 18.02.2020-ci il tarixində əməliyyat qrupu yaradılmış və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbiri həyata keçirilmiş, əməliyyat tədbirində o, “Abbas” şərti adı ilə şərti alıcı qismində iştirak etmiş, ilkin olaraq Məhərrəm adlı İranlı Binəqədi rayonunda yerləşən “taksi” parkın yanında sonradan onun Təqsirləndirilən şəxs2 olduğunu bildiyi bir nəfərin gələcəyini narkotik vasitələri həmin şəxsdan təhvil alacağını bildirmiş, həmin gün Binəqədi rayonunda yerləşən “taksi” parkın yanında olarkən “VAZ 2106" markalı minik avtomobil yaxınlaşmış, nəqliyyat vasitəsində olan sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi şəxs narkotik vasitəni ona təqdim etmiş və həmin narkotik vasitənin alqı-satqısı üçün pulu tələb etmiş, lakin o, Fərhad Abbasova əvvəlcə həmin narkotik vasitəyə baxmaq istədiyini bildirmiş, lakin Təqsirləndirilən şəxs2 ondan şübhələndiyinə görə həmin ərazidən uzaqlaşmış, o, isə “Məhərrəm" adlı İranlıyla əlaqə saxlamış, “Məhərrəm" adlı şəxs Fəhrad adlı şəxsin narkotik vasitəni tutula biləcəyini düşündüyü üçün təqdim etməkdən ehtiyat etdiyini bildirmiş, daha sonra “Məhərrəm" adlı iranlı onunla əlaqə saxlamış həmin gün “Elnur” adlı şəxsin narkotik vasitəni satış məqsədi ilə təqdim edəcəyini bildirmiş, 18 fevral 2020-ci İl tarixində saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsində yerləşən “Sait” otelinin qarşısında keçirilmiş əməliyyat tədbiri zamanı **-SX-*** qeydiyyat nişanlı, “Lada” markalı ağ rəngli minik avtomobili ilə gəlmiş daha sonra adını bildiyi Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 sözügedən minik avtomobilinin içərisində üzərindu “Magna" yazısı olan 1 ədəd boz rəngli selofan torbada olan 1 ədəd bağlamada heroin və 7 ədəd bağlamada tiryək narkotik vasitələrini gətirdiyini bildirmiş və satmaq məqsədilə ona təqdim edərkən əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşaraq xidməti vəsiqə təqdim etdiyini görən Təqsirləndirilən şəxs1 əyləşdiyi sürücü oturacağının aşağı hissəsindən bıçaq götürmüş, həmin bıçaqla özünə və ya kiməsə xəsarət yetirəcəyini düşünmüş, bıçağı əlindən alan zaman Təqsirləndirilən şəxs1 ona hər hansı bir müqavimət göstərməmiş, bununla yanaşı, o, bıçaq çıxardarkən onu və ya digər əməkdaşları hər hansı bir formada hədələməmiş, daha sonra saxlanılmış və ondan götürülmüş üzərində “Magna” yazısı olan 1 ədəd boz rəngli selofan torbada olan maddələrə və 1 ədəd bıçağa baxış keçirilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilmiş, üzərində “Magna” yazısı olan boz rəngli bir ədəd selofan torbanın daxilinə və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd bıçağa keçirilmiş baxış zamanı üzərində “Magna” yazısı olan 1 ədəd sellofan torbanın içərisində 1 ədəd bağlamada narkotik vasitə heroinə oxşar və digər 1 ədəd bağlamada isə narkotik vasitə sayılan tiryəkə oxşar maddələrin olduğu müəyyən edildikdən sonra həmin maddələr elektron tərəzidə çəkilərək üzəri yapışqanlı lentlənmiş 1 ədəd bağlamada açıq qəhvəyi rəngli narkotik vasitə sayılan heroinə oxşar maddənin qablaşdırma ilə birgə çəkisinin 201 (iki yüz bir) qram, 2 ədəd bağlamda olan tünd rəngli narkotik vasitə tiryəkə oxşar maddənin ayr-ayrılıqda qablaşdırma ilə birlikdə çəkiləri 1000 (bir min) və 995 (doqquz yüz doxsan beş) qram olduğu, həmçinin ondan götürülmüş üzərində “Seven7Star” yazısı olan 1 ədəd bıçağın tiyəsi ilə birlikdə uzunluğunun təqribən 180 mm olduğu müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış zamanı o, qara rəngli selofana bükülü 1 ədəd və ağ rəngli selofana bükülü 1 ədəd bükümü əynində olan qara rəngli gödəkçənin içəri sol cibindən çıxararaq təqdim etmiş, təqdim edilən 2 ədəd bükümə baxış keçirilərkən, qam rəngli selofana bükülü 1 ədəd bükümdə qablaşdırması ilə birgə çəkisi 8 (səkkiz) qram narkotik vasitə sayılan tiryəkə oxşar maddə və ağ rəngli selofanın içərisində olmaqla l ədəd sarı rəngli selofan bükümdə qablaşdırması ilə birgə çəkisi 5 (beş) qram olan narkotik vasitə sayılan tiryəkə oxşar və digər 1 ədəd sarı rəngli selofan bükümdə qablaşdırması ilə birgə çəkisi 18 (on səkkiz) qram olan narkotik vasitə sayılan heroinə oxşar maddələr protokol tərtib edilərək götürüİmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oglu ifadələrində Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08.04.2020-ci il tarixli 5(004)-221/2020 nömrəli qərarına əsasən “Azərcell" MMC-dən götürülmüş 01 noyabr 2019-cu ildən 22 fevral 2020-ci ilədək olan dövr üzrə ***-***-**-** nömrə üzrə mobıl telefondan ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir kr Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və 055-538-69 6i',nömrələr ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrələri arasında danışıqlar olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrələri arasında 01.01.2020, 14.01.2020, 21.01.2020, 02.02.2020, 04.02.2020-ci ildə 4 dəfə, 05.02.2020-ci il tarixdə 1 dəfə, 06.02.2020-ci il tarixdə 2 dəfə, 08.02.2020-ci il tarixdə 1 dəfə, həmin danışıqlar 05.01.2020-ci il tarixdə 1 dəfə, 06.01.2020-ci il tarixdə 3 dəfə, 07.01.2020-cİ il tarixdə 6 dəfə, 07.01.2020-ci il tarixdə 3 dəfə, 08.01.2020-ci il tarixdə 10 dəfə, 10.01.2020-ci il tarixdə 7 dəfə, 11.01.2020-ci il tarixdə 4 dəfə, 13.01.2020-ci il tarixdə 9 dəfə, 15.01.2020-ci il tarixdə 1 dəfə, 04.02.2020, 05.02.2020, 06.02.2020, 07.02.2020, 08.02.2020, 11.02.2020, 12.02.2020, 13.02.2020, 14.02.2020, 15.02.2020-ci il tarixdə uzun müddətli danışıq aparılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08.04.2020-ci il tarxli qərarına əsasən "xxxx" MMC-dən götürülmüş 01 noyabr 2010–cu ildən 22 fevral 2020-ci ilədək olan dövr üzrə ***-***-**-** və ***-***-**-** nömrələri üzrə mobil telefondan ötürücü stansiyaları göstərilməklə daxil və xaric olan zənglərin siyahısının, zənglərə dair dislokasiyanın, göndərilən və qəbul edilən SMS-lərin mətnlərinin, daxil və xaric olan zənglərin edildiyi, SMS-lərin qəbul edildiyi və ötürüldüyü nömrələrin məxsus olduğu şəxslərə dair anket məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələr ilə Təqsirləndirilən şəxs2 istifadəsındə olan ***-***-**-** nömrə arasında danışıqlar olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə arasında 01.01.2020, 14.01.2020, 21.01.2020, 02.02.2020, 04.02.2020-ci ildə 4 dəfə, 05.02.2020-ci il tarixdə 1 dəfə, 06.02.2020-ci il tarixdə 2 dəfə, 08.02.2020-ci il tarixdə 5 dəfə, həmin danışıqlar 05.01.2020-ci il tarixdə 1 dəfə, 06.01.2020-ci il tarixdə 3 dəfə, 07.01 2020-ci il tarixdə 6 dəfə, 07.01.2020-ci il tarixdə 3 dəfə, 08.01.2020-ci il tarixdə 18 dəfə, 10.01.2020-ci il tarixdə 7 dəfə, 11.01.2020-ci il tarixdə 4 dəfə, 13.01.2020-ci il tarixdə 9 dəfə, 15.01.2020-ci il tarixdə 1 dəfə, 04.02.2020, 05.02.2020, 06.02.2020, 07.02.2020, 08.02.2020, 11.02.2020, 12.02.2020, 13.02.2020, 14.02.2020, 15.02.2020-ci il tarixdə uzun müddətli danışıq aparılmışdır. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, isitntaq zamanı Təqsirləndirilən şəxs2 məxsus "Samsung A70" markalı mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +225-85-37-19-83 saylı mobil telefon nömrəsində istifadəçi adı “İnc" kimi qeydiyyatdan keçmiş profildən İran mobil operatoruna məxsus +**********65 saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş, istifadəçi adı “Mosum qaqa” kimi qeyd edilmiş “Whatsapp Business” profili arasında iş üzrə mühüm əhəmiyyət kəsb edən danışıqlar həyata keçirilmişdir. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, X13 Abbasova “salam qardaş, necəsən? Nə var nə yox? Startda ol haa, ola bilsin indi elə işi görək, mən sənə yazacam dərhal çıxacaqsan. Elnurla da danış, startda olun. Qoy görüm işi görə biiirəmmi. işi görə bilsəm, yazacam çıxın. Gərək çox tez çatasız”, “Bir dənə maşın var. Prosta onun gəlməyini biz büməmişik. Gəlib indi burdadı. Gömrükdə saxlayıb. İndi qardaşı gözləyirəm ayın- oynu gətirir. Onları qoysaq, indi ola bilsin yarım saata- 1 saata keçə. Mən ayın-oynu qoyanda sənə yazacam. Yazan kimi dərhal hərəkət elə. Qoy görüm işi görə bilirəm. Səbrli ol bir az”, “Sizdədi də hələ. Bir az var hələ. Darıxma. 20 dəqiqə yarım saata orda olacaq. İnşallah salamatçılıq olsun yazacam sənə. Maşının nömrəsini də atacam sənə. **-BC-***” Təqsirləndirilən şəxs2 isə İranlı Mövsümə “Heç nə qardaşım. Prosta hara qoymusuz onun şəklini çəkərdiz də, dəqiq yerini deyərdin. Birbaşa əlimizi ataq götürək” İranlı Mövsüm isə Təqsirləndirilən şəxs2 “İçəridə kamera çoxdu, yaxından sən deyən kimi götürmək olmayacaq. Çəkmək olmur. Kənardan video çəkmişəm, iki təkərlərin arasında bir dənə qazan var. İndi videonu da atacam. Arxa priçepkinin arxasında 4 dənə bu tərəfdə təkər var, 4 dənə o tərəfdə təkər var. Bu 8 təkərin arasında bir dənə qazan var. Balaca-qazandan balaca, tavadan yekə bir şey var” məzmunlu mesaj göndərmişdir. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir kı. Təqsirləndirilən şəxs2 isə İranlı Mövsümə “Biz gömrüyə 3-4 km uzaqlıqda dayanmışıq” məzmunlu səs göndərmiş İranlı Mövsüm isə Təqsirləndirilən şəxs2 “Hə yaxşı. Harda olsa, gəlib çatar indi. Gömrüyün içindən çıxdı, mən gördüm. Rentgeni soruşdu (gömrükdən çıxış qapısına qədər bir az var. Ora gələ-çıxa, yola çıxa 10-15 dəqiqə çəkəcək, əgər çayxanalarda saxla, bir az yubana da bilər. İnşallah yolda saxlamaz, evdə, yeməkxanada saxlaya. Nəyisə. Sən görən kimi mənə yaz. Mən arxayın olum. Bir də ki, çox yaxından izləməyin. Bir az uzaq durun. Şübhələndirərsiz, saxlamaz, düşər maşını yoxlayar” məzmunlu mesaj göndərmişdir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, istintaq zamanı narkotik vasitənin daşındığı cinayətdən xəbərsiz X1 idarə etdiyi ** BC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə müəyyən edilərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin qoşqusunun arxa təkərlərinin ortasında, qoşqunun altında, dairəvi, zavod üsulu ilə hazırlanmış, hər hansı bir əşyanın yerləşdirilməsi üçün əlverişli olan boşluq mövcuddur. Cinayət işi materiallarında olan 18.02.2020-ci il tarixli baxış keçirilməsi va götürülməyə dair, həmin tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması haqqında, 20.02.2020-ci İl tarixli şəxsi axtarış və gölüııım aparılması haqqında, həmin tarixli axtarış və götürmə haqqında protokollarda göstərilən faktlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertıza Mərkəzindən göndərilmiş 19 fevral 2020-ci il tarixli, 4341 №-!i ekspert rəyi və 27.02.2020-ci il tarixli 5063 nömrəli rəylərdən görünür ki, tədqiqata təqdim edilmiş ümumilikdə təmiz çəkisi 1972,5 qram və 0,372 qram olan maddə narkotik vasitə kustar üsulla hazırlanmış tiryək, 199,4 qram maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 1,072 qının maddə psixotrop maddə metamfetamindir (Heroinin ümumi təmiz çəkisi 199,4 qram, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq çəki 199,3 qram, tiryəkin təmiz çəkisi 1972,5 qram tədqiqata sərf edilən çəki 0,4 qram, qalıq çəki 1972,472 qram, metafetaminin təmiz çəkisi 1,072 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,022 qram təşkil edir). Cinayət işi materiallarında ollan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Narkoloji Tibbi yoxlamanın 03.04.2020-ci il tarixli 861 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyınin Respublika Narkoloji X7 Narkoloji Tibbi yoxlamanın 03.04.2020-ci il tarixli 1429 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək maddələrindən istifadə halları olmuş, lakin narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan qərardan görünür ki, ilkin tədqiqat zamanı 199,4 qram, tədqiqatlardan sonra 199,3 qram olan narkotik vasitə - heroin və ilkin tədqiqat zamanı 1,072 qram, tədqiqatlardan sonra 1,022 qram olun psixotrop maddə metamfetamin, ilkin tədqiqat zamanı 1972,5 qram, tədqiqatlardan sonra 1972,472 qram olan narkotik vasitə - tiryək maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılması nəzərə alınmışdır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarında göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. İttiham olunduğu cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 19-cu bəndinə görə 50 qram və daha artıq narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarında olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 18 fevral 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 20 fevral 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən daxil olmuş tələbnumədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materillarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən daxil olmuş 07.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin 25.11.2011-ci il tarixli hökmü ilə 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəza AR CM-nin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. X3 hazırki hökm üzrə olan məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxslərin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 18 fevral 2020-ci il tarixdən və X3 cəza çəkməsinin başlanğıcı 20 fevral 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq X4 narkomaniyadan məcburi müalicə təyin olunmalı və Təqsirləndirilən şəxs1 və X8 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 354,92 (üç yüz əlli dörd manat doxsan iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 177,46 AZN (yüz yetmiş yeddi manat qırx altı qəpik), X2 177,46 AZN (yüz yetmiş yeddi manat qırx altı qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut - DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan ilkin tədqiqat zamanı 199,4 qram, tədqiqatlardan sonra 199,3 qram olan narkotik vasitə - heroin və ilkin tədqiqat zamanı 1,072 qram, tədqiqatlardan sonra 1,022 qram olun psixotrop maddə - metamfetamin, ilkin tədqiqat zamanı 1972,5 qram, tədqiqatlardan sonra 1972,472 qram olan narkotik vasitə - tiryək məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən İbtidai istintaqda göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsi hesabından müdafiəçi X6 üçün 240 AZN (iki yüz qırx manat) Bakı şəhər «Mərkəz» bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 18 fevral 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 20 fevral 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X4 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 354,92 (üç yüz əlli dörd manat doxsan iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 177,46 AZN (yüz yetmiş yeddi manat qırx altı qəpik), X2 177,46 AZN (yüz yetmiş yeddi manat qırx altı qəpik) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan ilkin tədqiqat zamanı 199,4 qram, tədqiqatlardan sonra 199,3 qram olan narkotik vasitə - heroin və ilkin tədqiqat zamanı 1,072 qram, tədqiqatlardan sonra 1,022 qram olun psixotrop maddə - metamfetamin, ilkin tədqiqat zamanı 1972,5 qram, tədqiqatlardan sonra 1972,472 qram olan narkotik vasitə - tiryək məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. İbtidai istintaqda göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsi hesabından Müdafiəçi X6 üçün 240 AZN (iki yüz qırx manat) Bakı şəhər «Mərkəz» bürosunun nəfinə, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və X4 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov