Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-254/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və l dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və müdafiəçi - Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev 61-də qeydiyyatda olan, ünvan 1-də yaşamış, 03 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206,3.2, 234.4.1, 234,4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə, eləcə də külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, külli miqdarda psixotrop maddə, həmçinin narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma, satma və Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə Türkiyə Respublikasının vətəndaşı Zahid adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Zahid adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “X5” nın yaxınlığında gizlətməklə saxladıqları 11,061 qram çəkidə külli miqdarda narkotik vasitə kokaini, 30,547 qram çəkidə narkotik vasitə tiryəki, 210 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 64 ədəd bütöv, 9 ədəd yarım formada olmaqla üzərində “F/M 20" yazısı olan təsiredici maddəsinin ümumi miqdarı 1,37 qram narkotik vasitə metadon həblərini, 49,872 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini, üzərində “Galara" yazısı olan sayı 224 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 67,2 qram olan preqabalin tərkibli dərman preparatlarını, üzərində “Alyse" yazısı olan sayı 182 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 27,3 qram olan preqabalin tərkibli dərman preparatlarını, ümumi sayı 399 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 79,8 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekstazi" həblərini, tərkibində 0,067 qram psixotrop maddə AB-PİNACA olan 59,310 qram bitki mənşəli kütləni cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı ünvan 1 ünvanında qanunsuz saxlamış, qeyd edilən maddələrdən 210 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, üzərində “Galara" yazısı olan sayı 14 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram olan preqabalin tərkibli dərman preparatlarını, üzərində “Alyse" yazısı olan sayı 14 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan preqabalin tərkibli dərman preparatlarını, 64 ədəd bütöv, 9 ədəd yarım formada olmaqla üzərində “F/M 20" yazısı olan təsiredici maddəsinin ümumi miqdarı 1,37 qram narkotik vasitə metadon həblərini, ümumi sayı 15 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 3 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli “ekstazi" həblərini satış məqsədi ilə ayırıb qanunsuz olaraq üzərində saxlamış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 03 iyul 2021-ci il tarixdə saat 19:20-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12 ünvanının qarşısında saxlanılaraq, Baş İdarədə saat 21:00-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə əlində olan göy rəngli selofan torbada saxladığı bir ədəd bükümdə 210 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, satış məqsədi ilə əynində olan şalvarın sağ yan cibində saxladığı üzərində "Galara" yazısı olan sayı 14 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan preqabalin tərkibli dərman preparatları, üzərində “Alyse” yazısı olan sayı 14 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram olan preqabalin tərkibli dərman preparatları, 64 ədəd bütöv, 9 ədəd yarım formada olmaqla üzərində “F/M 20" yazısı olan təsiredici maddəsinin ümumi miqdarı 1,37 qram olan narkotik vasitə metadon həbləri, ümumi sayı 15 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 3 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli "ekstazi" həbləri, daha sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı İlə yaşadığı ünvan 1 ünvanına keçirilən baxış zamanı mənzilin girişdən sağ tərəfdə olan yataq otağındakı dolabda bir ədəd selofan torbadan üzərində "Galara" yazısı olan sayı 210 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 63 qram olan preqabalin tərkibli dərman preparatları, üzərində “Alyse” yazısı olan sayı 168 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 25,2 qram olan preqabalin tərkibli dərman preparatları, ümumi sayı 384 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 76,8 qram olan metilendioksimetamfetamin - MDMA tərkibli "ekstazi" həbləri və bir ədəd qara rəngli çantadan bir ədəd bükümdə təmiz çəkisi 30,547 qram narkotik vasitə tiryək, bir ədəd bükümdə 49,872 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,029 qram, 0,934 qram. 0,920 qram, 0,983 qram, 0,954 qram, 0,487 qram, 0,434 qram, 0,463 qram, 1,457 qram, 0,950 qram, 0,450 qram, ümumi təmiz çəkisi külli miqdar 11,061 qram təşkil edən narkotik vasitə kokain, tərkibində 0,067 qram psixotrop maddə AB-PİNACA olan 59,310 qram bitki mənşəli kütlə və üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu gün evin qabağında oğlu ilə birlikdə olduğu zaman maşını saxlayarkən mülki geyimli şəxslər onu tutmuşlar. Ondan narkotik vasitələrin yerini soruşduqda, o, maşında heç bir narkotik vasitə olmadığını bildirmişdir. Maşını axtarmışlar, lakin heç nə tapmamışlar. Bütün bunlardan qorxan azyaşlı uşağı qaçaraq evə getmişdir. Polis əməkdaşları ondan narkotik vasitələrin harada olub-olmadığını təkrar soruşduqda, o, evində dərmanlar olduğunu bildirmişdir. Polis işçiləri onunla birlikdə yaşadığı evə daxil olmuşlar. O, dərmanları polis əməkdaşlarına təqdim etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada özünə məxsus olmayan narkotik vasitələri polis işçiləri boynuna qoymuşlar. O da, təzyiqlərə dözməyərək sənədləri imzalamışdır. Əslində isə, polis işçiləri tərəfindən saxlanılarkən onda olan narkotik vasitələr 6 list «Galara», 3 list «Alisa» və 100 qram marixuanadan ibarət olmuşdur. Həmin narkotik vasitələri evə gətirərək selofana goymuş, sonra videoçəkiliş zamanı çıxarıb onları təqdim etmişdir. Bundan sonra onu yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar və orada yenə də çəkiliş etmişlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis işçiləri tərəfindən saxlanılarkən onda cəmi 6 list «Galara», 3 list «Alisa» və 100 qram marixuana olmuşdur. O, özünü Zahid kimi təqdim edən şəxsi sosial şəbəkə vasitəsilə tutulmamışdan təxminən ay yarım qabaq tanımışdır. Zahid türk mobil nömrəsi işlətmişdir. Narkotik vasitələr əldə etmək üçün o, ancaq Zahidlə əlaqə saxlamışdır. Həmin işdə başqa icraçı görməmiş, yalnız Zahidi tanımışdır. Lakin o, Zahidlə heç vaxt görüşməmiş, onunla ancaq telefon və ya sosial şəbəkə vasitəsilə əlaqə saxlamışdır. Rauf Cəfərov onun köhnə məhlə uşağı olmuş, Rauf onun narkotik vasitələr satdığını eşitdiyindən, ona zəng vurub narkotik istəmişdir. Lakin o, Raufa heç vaxt narkotik verməmişdir. Ondan aşkar olunan narkotikləri və dərmanları evində saxlamışdır. Onun özü 8 il əvvəl marixuanadan istifadə etmiş, həmin narkotiki o, Arif adlı şəxsdən əldə etmişdir. Sonuncu dəfə olan narkotik vasitəni Bayıldan su idman sarayının yanından Zahidin dediyi yerdən götürüb evə gətirmiş, heç bir gün olmamışdır ki, tutulmuşdur. Hadisə günü o, azyaşlı uşağı ilə şəhərə getmiş, evə qayıtdıqda isə polis əməkdaşları onu tutmuşlar. O, tutulmamışdan qabaq Zahidlə 1 ay yarım bir yerdə işləmiş, Zahidin tapşırığı ilə onun dediyi yerdən narkotik və psixotrop maddələri götürüb başqa yerlərə daşımış və gördüyü işlərə görə Zahid ona 10 gündən bir hər dəfəyə 400 manat pul vermişdir. Zahid həmin pulları onun bank kartına ödəmiş, o da, həmin kart vasitəsilə pulları müxtəlif bankomatlardan çıxarmışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olundu. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206,3.2, 234.4.1, 234,4.3 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək həmin ifadələrində göstərmişdir ki, təqribən 7-8 il öncə narkotik vasitə marixuanadan siqaretə doldurub tüstüsünü çəkmək yolu ilə istifadə etmişdir. Hazırda isə heç bir narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. O, narkotik vasitə olan marixuanadan istifadə etdiyi vaxtlar marixuananı Türkiyə Respublikasında yaşayan Zahid adlı şəxsdən əldə etmişdir. Təqribən iki ay öncə Zahid ona Türkiyə nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” şəbəkəsi vasitəsilə yazaraq onunla hal-əhval etmişdir. Zahiddən onun nömrəsini necə müəyyən etdiyini soruşduqda, Zahid nömrəsini silmədiyini və onda qaldığını bildirmişdir. Bundan sonra Zahid ona Bakı şəhəri ərazisində işləmək üçün etibarlı şəxslər lazım olduğunu demişdir. O, işin nədən ibarət olduğunu soruşduqda, Zahid narkotik vasitələri və psixotrop maddələri götürərək həmin maddələri daha sonra müştərilərin götürməsi üçün başqa yerlərə qoymaq lazım olduğunu və bunun müqabilində Zahidin ona 10 günə 400 manat məvacib verəcəyini bildirmişdir. Bundan sonra o, özü də işləmədiyi üçün Zahidə bu işi görə biləcəyini demişdir. Təqribən tutulmamışdan iki ay öncə Zahidlə bu qaydada işləməyə başlamışdır. Zahid narkotik vasitə, psixotrop maddə və dərman preparatlarını müəyyən yerlərə qoymuş, ona həmin yerlərin şəklini göndərərək həmin maddələri götürməsini demiş, o da, Zahidin göstərişi ilə həmin maddələri müxtəlif ünvanlara paylamaqla şəklini çəkib Zahidə göndərmişdir. Zahid gördüyü işin müqabilində ona 10 günə 400 manat pul vermişdir. O, bu işlə maddi imkansızlıq ucbatından məşğul olmuşdur. Əməlinə görə çox peşman olmuşdur. Zahid həmin pulları ona məxsus olan plastik bank kartına köçürməklə vermişdir. Həmin pulların köçürülmə formasını o, bilməmişdir. Təqribən tutulmamışdan 1 gün öncə Zahid ona götürməsi üçün narkotik vasitə, psixotrop maddə və dərman preparatları göndərdiyini bildirmişdir. Zahid ona həmin malları Bayıl qəsəbəsi ərazisində «X5»nın yaxınlığına qoyduğunu demişdir. O da, həmin maddələri götürüb gətirib yaşadığı ünvanda saxlamışdır. 03 iyul 2021-ci il tarixdə Zahid ona həmin maddələrdən bir hissəsini götürüb müəyyən yerlərə qoymasını demiş, o da, buna görə həmin maddələrdən Zahidin dediyi bükümlərdə və miqdarda ayırıb üzərində götürməklə yaşadığı evdən çıxmışdır. 03 iyul 2021-ci il tarixdə saat 19:20-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12 ünvanının qarşısında olarkən bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə qərarla onu tanış etmişlər. Bundan sonra üzərində keçiriləcək prosessual hərəkətlər üçün onu Baş İdarənin inzibati binasına dəvət etmişlər. Bundan sonra o, əməkdaşların müşaiyəti ilə Baş İdarəyə gəlmişdir. Burada onun hüquqılarınm müdafiə edilməsi üçün ona müdafiəçilərin siyahısı təqdim edilmiş, 14 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil X2 dəvət edilərək ona müdafiəçi təyin edilmiş və onlara konfidensial ünsiyyət yaratmaq üçün şərait yaradılmışdır. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmış, o, bu barədə qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra ona üzərində olan qanunla qadağan edilmiş əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əlindəki selofan torbadan bir bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra üzərindən 14 ədəd “Galara” həbləri, 14 ədəd üzərində “Alyse” yazısı olan həbləri, 64 ədəd tam, 9 ədəd yarım formada olan metadon həblərini, 15 ədəd ekstazi həblərini təqdim etmişdir. Sonra üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Huavei” markalı mobil telefon, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi, 44 manat pul və bir ədəd plastik bank kartı aşkar olunmuşdur. Aşkar edilmiş maddələr tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşmanın üzəri imzalanmış və götürülmüşdür. Mobil telefon, sürücülük və şəxsiyyət vəsiqələri, plastik kart götürülmüş, 44 manat pul özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs şullara cavab olaraq aşkar edilmiş maddələri Türkiyə Respublikasında yaşayan Zahid adlı şəxsin göstərişi ilə əldə etdiyini, həmin maddələri Zahid adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğdə pul aldığını, üzərindən aşkar edilmiş plastik kartdan narkotik vasitələrin dövriyyəsində istifadə etdiyini, yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr saxladığını, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sonra o, ərizə verərək yaşadığı ünvanda baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bunda sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanına yollanmışlar. Mənzildə ona videoçəkilişlə yaşadığı mənzilə baxış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmiş və baxış keçirilməsi barədə qərarla tanış edilmişdir. Baxışdan öncə ona mənzildə olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzilin girişdən sağ tərəfdə olan yataq otağındakı dolabda saxladığı bir ədəd selofan torbanı və bir ədəd qara rəngli çantanı təqdim etmişdir. Həmin torba və çantadan on bir büküm kokain, bir büküm tiryək, bir büküm metamfetamin, bir büküm bonzay, 384 ədəd ekstazi həbləri, 210 ədəd üzərində “Galara” yazısı olan həblər, 168 ədəd üzərində "Alyse” yazısı olan həblər və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Daha sonra aşkar edilmiş maddələr qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. O, suallara cavab olaraq yaşadığı mənzildən və üzərindən aşkar edilmiş maddələri Türkiyədə yaşayan Zahid adlı şəxsdən əldə etdiyini, həmin maddələri Zahidin dediyi yerlərə çatdırıb əvəzində pul aldığını bildirmişdir. Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən İmzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış və baxış keçirilən zaman ona qarşı fiziki, psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş maddələri satış məqsədi ilə əldə etmiş, 7-8 il öncə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Zahid adı şəxsin anket məlumatlarını bilməmiş, Zahidin onun telefonunda sadəcə nömrəsi olmuşdur (cild 1, iş vərəqi 76-77, 90-93). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təzyiq altında verdiyini və qismən təsdiq etdiyini, polis işçilərinin onu azyaşlı uşağının gözü qarşısında saxladıqlarını, əvvəlcə Baş idarəyə aparıb sonradan yaşadığı mənzilə gətirdiklərini, evdən çıxan narkotik və psixotrop maddələrin ona aidiyyəti olmadığını, mənzilə narkotiklərin haradan düşdüyünü izah edə bilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 03 iyul 2021-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə raportla rəhbərliyə məruzə edilmiş və Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 03 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir. Baş idarənin əməkdaşları Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12 ünvanına getmişlər və həmin gün saat 19:20 radələrində Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarədə ona vəkil təqdim edilmiş, şübhəli şəxs qismində tutulmuş və hüquqları izah edilmişdir. Bundan sonra videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü verməsi təklif edilmiş, sonuncu, əlindəki göy rəngli selofan torbanı təqdim etmişdir. Həmin selofan torbanın içərisinə baxıldıqda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 14 ədəd “Galara” adlı preqabalin həbinə bənzər, 14 ədəd "Alysc" adlı preqabalin həbinə bənzər, 64 ədəd tam, 9 ədəd yarım formada metadon həblərinə bənzər, 15 ədəd ekstazi həblərinə bənzər kapsulları təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarının cibindən 1 ədəd mobil telefon, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət və sürücülük vəsiqələri, bir ədəd plastik bank kartı və 44 manat pul aşkar edilmişdir. Sonra aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və göy rəngli selofana qoyularaq qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon, bir ədəd plastik bank kartı, Təqsirləndirilən şəxs şəxsiyyət və sürücülük vəsiqələri götürülmüş, 44 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələri Türkiyə Respublikasında yaşayan Zahid adlı şəxsin göstərişi ilə əldə etdiyini, həmin maddələri Zahid adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində müxtəlif məbləğlərdə pul aldığını, aşkar edilmiş plastik kartdan narkotik vasitələrin dövriyyəsində istifadə etdiyini, yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr saxladığını, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs ərizə verərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Şahid1 ifadəsinə görə, bundan sonra Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12, mənzil 8 ünvanına yollanmışlar. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs barədə qərarla tanış edilmiş və videoçəkilişdən istifadə edilməklə qeyd olunan mənzilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra mənzilin girişindən sağ tərəfdə olan yataq otağındakı dolabdan bir ədəd selofan torba və bir ədəd qara rəngli çantanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilən zaman oradan tablet və həblər aşkar edilmişdir. Həmin həblərdən 384 ədəd ekstazi həblərinə bənzər, 210 ədəd həbin üzərində “Galara” yazısı olan preqabalinə bənzər, 168 ədəd «Alyse» yazısı olan preqabalin həbinə bənzər həblər olması müəyyən edilmişdir. Daha sonra qara rəngli çantaya baxış keçirilmiş, həmin çantadan 13 büküm, bir ədəd selofan bağlama və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Selofan bağlamada «bonzai” adlanan narkotik tərkibli maddə aşkar edilmişdir. 11 ədəd bükümdə narkotik vasitə kokainə bənzər kütlələr, 1 bükümdə narkotik vasitə tiryəkə, digər bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşmanın üzəri imzalanmış və möhürlənmişdir. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş, lakin əlavə iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən və üzərindən aşkar edilmiş maddələri Türkiyə Respublikasında yaşayan "Zahid" adlı şəxsdən əldə etdiyini, həmin maddələri Zahidin dediyi yerlərə çatdırıb əvəzində pul aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 03 iyul 2021-ci il tarixli protokola əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki göy rəngli selofan torbadan bir bükümdə 210 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əynində olan şalvarın sağ yan cibindən üzərində “Galara” yazısı olan 14 ədəd preqabalin tərkibli dərman preparatları, üzərində "Alyse" yazısı olan 14 ədəd preqabalin tərkibli dərman preparatları, 64 ədəd bütöv, 9 ədəd yarım formada olmaqla üzərində “F/M 20” yazısı olan metadon həbləri, ümumi sayı 15 ədəd olmaqla metilendİoksimetamfetamin - MDMA tərkibli "ekstazi” həbləri aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə olunmuş mənzildə baxış və götürmə aparılması haqqında 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12 ünvanının yaxınlığında saxlanılaraq, Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi, ev 12, mənzil 8 ünvanına keçirilən baxış zamanı mənzilin girişdən sağ tərəfdə olan yataq otağındakı dolabdan bir ədəd selofan torba və bir ədəd qara rəngli çantadan üzərində “Galara” yazısı olan 210 ədəd preqabalin tərkibli dərman preparatları, üzərində “Alyse” yazısı olan 168 ədəd preqabalin tərkibli dərman preparatları, ümumi sayı 384 ədəd olan metilendİoksimetamfetamin - MDMA tərkibli “ekstazi” həbləri, bir ədəd bükümdə təmiz çəkisi 30,547 qram narkotik vasitə tiryək, bir ədəd bükümdə 49,872 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 11 ədəd bükümdə ümumi təmiz çəkisi 11,061 qram narkotik vasitə kokain və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (iş vərəqi 32-34, 38-40). Məhkəmə-kimyəvi ekspertizasının 04 iyul 2021-ci il tarixli 6/2685 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan paketdəki üzərində “Galara...300mg...Pregabalin” göstəriciləri olan 1 ədəd blisterdə ümumi sayı 14 ədəd ağ/qırmızı rəngli dərman kapsullarının tərkibində ümumilikdə 4,2 qram təsiredici maddə preqabalin; üzərində “ALYSE...150mg...Preqabalin” göstəriciləri olan 1 ədəd blisterdə ümumi sayı 14 ədəd ağ rəngli dərman kapsulları tərkibində ümumilikdə 2,1 qram təsiredici maddə preqabalin; üzərində “F/M20” yazıları həkk olunmuş 64 ədəd bütöv, 9 ədəd yarım formada tabletlərin tərkibində ümumilikdə 1,37 qram təsiredici maddə - metadon, 15 ədəd ürək formasında çəhrayı rəngli tabletlərin tərkbiində ümumilikdə 3 qram təsiredici maddə - MDMA (metilendioksimetamfetamin, ekstazi) müəyyən edildi; - üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” və s. yazılar olan paketdə üzərində “Galara..,300mg...Pregabalin” göstəriciləri olan 15 ədəd blisterdə ümumi sayı 210 ədəd ağ/qırmızı rəngli dərman kapsullarının tərkibində ümumilikdə 63 qram təsiredici maddə preqabalin; üzərində “ALYSE...150mg...Pregabalin” göstəriciləri olan 12 ədəd blisterdə ümumi sayı 168 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 25,2 qram təsiredici maddə preqabalin; 1 ədəd plastik qutuda 384 ədəd ürək formasında çəhrayı rəngli tabletlərin tərkibində ümumilikdə 76,8 qram təsiredici maddə - MDMA (metilendioksimetamfetamin, ekstazi); 1 ədəd p/e torbacıqda təmiz çəkisi 30,547 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 1 ədəd p/e torbacıqda təmiz çəkisi 49,872 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 11 ədəd p/e torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 3,029 qram; 0,934 qram; 0,920 qram; 0,983 qram; 0,954 qram: 0,487 qram; 0,434 qram; 0,463 qram; 1,457 qram; 0,950 qram: 0,450 qram: ümumi təmiz çəkiləri 11,061 qram ağ rəngli tozşəkilli maddə kütlələri - kustar üsulla hazırlanmış narkotik vasitə - kokaindir; 11 bükümdəki kokaİn kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 1 ədəd 12*6sm elektron tərəzinin səthində metamfetamin izləri müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmuş MDMA tabletləri, “ALYSE...150mg...Pregabalin” və “Galara...300mg...Pregabalin” göstəricili dərman kapsulları tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 1, iş vərəqi 49-56). Məhkəmə-bioloji ekspertizasının 04 iyul 2021-ci il tarixli 7/632 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan polietilen bağlamadakı 1 ədəd selofan torbada təmiz çəkisi 210 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bağlamada olduğuna görə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində "şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” yazıları və imzalar olan polietilen bağlamadakı 1 ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur (cild 1, iş vərəqi 58-62). Məhkəmə-bioloji ekspertizasının 05 iyul 2021-ci il tarixli 7/633 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində ‘'şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri yazılmış polietilen bağlamada skoçla bağlanmış bir ədəd torbada olan bitki mənşəli kütlənin tərkibində sintetik kannabinoidlərə aid AB-PİNACA adlı psixotrop maddə vardır. Onun çəkisi - 0,067 qram təşkil edir (cild 1, iş vərəqi 205-208). İbtidai istintaq orqanının 20.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,951 qram narkotik vasitə kokain, 30,447 qram tiryək, 209,8 qram qurudulmuş marixuana, 49,852 qram psixotrop maddə metamfetamin, 397 ədəd MDMA tabletləri, 62 ədəd bütov, 9 ədəd yarım formada metadon həbləri, 222 ədəd “Galara” göstəricili kapsullar, 180 ədəd “ALYSE” göstəricili kapsullar, 29,210 qram tərkibində AB-PİNACA adlı psixotrop maddə olan bitki mənşəli kütlə və 1 ədəd elektron tərəzi iş üzrə maddi sübut qismində kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 200-202). İbtidai istintaq orqanının 22.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış tədbirilərini özündə əks etdirən 2 ədəd CD disk, həmçinin "xxxx" MMC-dən götürülmüş və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 211-229). Cinayət işində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli 3530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlardan periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 209-210). Cinayət işinə əlavə edilmiş 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, ********** saylı mobil nömrə istifadəçisi 25 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə ”1 qr protiv tankoviy nado i 2 M -40 lyudi jdut ne deyirsen tel otkroyda dolboeb” məzmunlu, 02 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə “Boobb neynirsen sliwiw Rauf Cafarov odin list M40 xocet var deyim ona qeryw ver ona qezdiyir” məzmunlu sms göndərmişdir (cild 1, iş vərəqi 151). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olduğu müddət ərzində onun barəsində 46 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 194-196). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 13.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Baş idarədə məlumat yoxdur (cild 1, iş vərəqi 234). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək, polis işçiləri tərəfindən saxlanılarkən onda cəmi 6 list «Galara», 3 list «Alisa» və 100 qram marixuana olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin təzyiq altında ondan alındığını, həmin ifadələrini qismən təsdiq etdiyini, polis işçilərinin onu azyaşlı uşağının gözü qarşısında saxladıqlarını, əvvəlcə Baş idarəyə aparıb sonradan yaşadığı mənzilə gətirdiklərini, evdən çıxan narkotik və psixotrop maddələrin ona aidiyyəti olmadığını, mənzilə narkotiklərin haradan düşdüyünü izah edə bilmədiyini qeyd etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 6-cı maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində isə məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Ali Məhkəmə Plenumunun qeyd olunan tövsiyyələrini nəzərə alaraq və yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən, cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,951 qram narkotik vasitə kokain, 30,447 qram tiryək, 209,8 qram qurudulmuş marixuana, 49,852 qram psixotrop maddə metamfetamin, 397 ədəd MDMA tabletləri, 62 ədəd bütov, 9 ədəd yarım formada metadon həbləri, 222 ədəd “Galara” göstəricili kapsullar, 180 ədəd “ALYSE” göstəricili kapsullar, 29,210 qram tərkibində AB-PİNACA adlı psixotrop maddə olan bitki mənşəli kütlə və 1 ədəd elektron tərəzi məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, yaşadığı mənzildə baxış aparılması zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 2 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 277,72 (iki yüz yetmiş yeddi manat 72 qəpik) dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 277,72 (iki yüz yetmiş yeddi manat 72 qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 3530 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabiodlardan periodik istifadə etmə halları olsa da, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığına və o, narkomaniya xəstəliyindən əzab çəkmədiyinə görə onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə, CM-nin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 10,951 qram narkotik vasitə kokain, 30,447 qram tiryək, 209,8 qram qurudulmuş marixuana, 49,852 qram psixotrop maddə metamfetamin, 397 ədəd MDMA tabletləri, 62 ədəd bütov, 9 ədəd yarım formada metadon həbləri, 222 ədəd “Galara” göstəricili kapsul, 180 ədəd “ALYSE” göstəricili kapsul, 29,210 qram tərkibində AB-PİNACA adlı psixotrop maddə olan bitki mənşəli kütlə və 1 ədəd elektron tərəzi məhv edilsin, 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 277,72 (iki yüz yetmiş yeddi manat) 72 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-254/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-254/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver