Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-254/2023 16.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Rusiya Federasiyasının Mahaçqala şəhərində anadan olmuş, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Baku İnn” hotelinin 303 saylı otağında şəxsiyyəti istintaqa məlum olmayan “Cavid” adlı şəxslə görüşərək sonuncuya cəmi 800 manat pul verməklə ondan qanunsuz olaraq satış məqsədi ilə bir ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 16,092 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini və üç ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,954 qram, 4,098 qram və 2,066 qram olmaqla, ümumi təmiz çəkisi 8,118 qram olan ağ rəngli kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 20 aprel 2022-ci il tarixdə saat 19:10 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı bir ədəd ağ rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 16,092 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin və üç ədəd ağ rəngli sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,954 qram, 4,098 qram və 2,066 qram olmaqla, ümumi təmiz çəkisi 8,118 qram olan ağ rəngli kristallardan ibarət kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, tutulana qədər ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşamış və bərbərlik fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Təxminən 1-1,5 il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, narkotiki Cavid adlı şəxsdən qramını 25 manata almışdır. O, hər dəfə yarım qram alıb 1 həftə, 10 günə istifadə etmişdir. Ən sonuncu dəfə müştərisi olan Cavid onu “Baku İnn” otelinə çağırmış və saçını qaydaya salmasını istəmişdir. O da həmin otelə getmiş, Cavidin saçını düzəltmiş və Cavid ona buna görə 10 manat pul vermişdir. Daha sonra Cavidin psixotrop maddə istifadə etdiyini görmüşdür. Cavid ona istəyirsə istifadə etməsini demişdir. Caviddə olan metamfetamindən o da istifadə etmişdir. Daha sonra o, oteldən çıxaraq evə getmişdir. Üzərindən 2 gün keçdikdən sonra onu blokda polis əməkdaşları saxlamışdır. Onun saxlanılan zaman üzərində heç nə olmamışdır. Onu 7-8 nəfər saxlamış və onlarla polis idarəsinə getməli olduğu bildirilmişdir. Onu Qutqaşınlı küçəsində 3 saat saxlanılmış və polislərə Elnuru versə buraxılacağı bildirilmişdir. Elnur onun məhəllə uşağı olmuşdur. O da Elnurun harada olmasını bilmədiyini demişdir. Polislər sonra onu polis bölməsinə aparmış və bir sıra sənədlərə qol çəkməsini istəmişlər, daha sonra bükümləri çıxartmış və boynuna götürməsini tələb etmişlər. Onu öyrətmişlər ki, çəkiliş zamanı bükümləri cibindən çıxarıb onların öyrətdiyi sözləri desin, yoxsa ailəsini istintaqa cəlb edəcəklər. O da məcbur olub bükümləri öz üzərinə götürməli olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, metamfetamini Caviddən qramını 25 manata almışdır. O, oteldə istifadə etdiyi gün Cavidə pul verməmişdir, həmin gün narkotiki Cavid ona pulsuz vermişdir. Cavid “whatsapp”da ona özünün saxlanıldığını, 4 min manat pul verib çıxdığını yazmışdır. Onu saxlayanda üzərində narkotik olmamışdır. O, özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Onu polis əməkdaşları, o cümlədən Şahid2 döymüş, polislər onun üzünə, bədəninə zərbələr vururmuşlar. Lakin, bununla bağlı heç bir yerə şikayət etməmişdir. Təcridxanada üzərinə baxış keçirilmiş və üzərində olan göyərtini həkimlər qeydə almışlar. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçilərin, o cümlədən özünün seçərək müqavilə bağladığı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən bir il yarım olar ki, psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini tüstüsünü çəkməklə qəbul edir. Metamfetamini və heroini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, qeyd etdiyi narkotik vasitələri və psixotrop maddəni Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almış və qəbul etmişdir. Bakı şəhəri Xəzər rayon sakini Cavid adlı şəxsi də təxminən 4 ay olar ki, tanıyır, tanıdığı müddətdə bir neçə dəfə Caviddən narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün almışdır, Cavidlə əsasən mobil telefon vasitəsilə əlaqə saxlamaqla onunla Bakı şəhəri ərazisində yerləşən müxtəlif otellərdə görüşüb ondan narkotik vasitə almışdır. Lakin axırıncı üç dəfə Cavidlə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən oteldə müxtəlif nömrələrdə görüşüb ondan narkotik vasitə almışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında bədəni ağrıdığından narkotik vasitə qəbul etmək istəmişdir. Ona görə də mobil telefon vasitəsilə Cavidlə əlaqə saxlamış, onda narkotik vasitə olub-olmamasını və harada görüşə biləcəyini soruşmuşdur. Bundan sonra Cavid ona bildirmişdir ki, “məndə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Baku İnn” otelin üçüncü mərtəbəsində 303 saylı nömrəsində qalıram, istəyirsənsə, ora gəl”. O da Cavidlə razılaşmışdır, yaşadığı evindən çıxıb Cavidin dediyi yerə getmiş, orada qeyd edilən otelin üçüncü mərtəbəsində yerləşən 303 saylı nömrədə Cavidlə görüşmüş, söhbət zamanı Cavidə bədəninin ağrıdığını, ona birdəfəlik qəbul etməyi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazım olduğunu bildirmiş və qiymətini soruşmuşdur. Bundan sonra Cavid ona bildirmişdir ki, “məndə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır, heroinin bir qramı 25 manata, metamfetaminin bir qramı 50 manatadır, sənə nə qədər lazımdır”. O, üzərində olan pula baxdıqdan sonra görmüşdür ki, üzərində 800 manat pul vardır, ona görə də qərara gəlmişdir ki, 400 manata 16 qram heroin, 400 manata 8 qram metamfetamin alsın, ona görə də Cavidə demişdir ki, “mənim üzərimdə 800 manat pul vardır, mənə 16 qram heroin, 8 qram metamfetamin lazımdır”. Cavid də onunla razılaşmış, elektron tərəzidə istədiyi çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çəkmiş, sonra həmin kütlələri ağ rəngli sellofan paketə bükmüş, heroin ağ rəngli sellofan paketin içərisində bir büküm halında olmuş, metamfetamin isə üç büküm halında sellofan paketin içərisində olmuş, Cavid hətta əlavə də az bir miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuşdur. O, 800 manat pulu Cavidə vermiş, sonra isə iki ədəd bükümü ondan alıb üzərində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur, sonra isə Cavidlə sağollaşıb yaşadığı evə gəlmişdir, onun həmin çəkidə narkotik vasitə və psixotrop maddə almaqda məqsədi həmin əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni bir müddət qəbul etmək və hər dəfə xırda bükümlər şəklində almamaq olmuşdur. Bədəni ağrıdığından əldə etdiyi metamfetaminin az bir hissəsini tüstüsünü çəkməklə qəbul etmiş, qalan kütlələri sonradan istifadə etmək üçün üzərində saxlamışdır. 20 aprel 2022-ci il tarixdə saat 19:10 dəqiqədə əldə etdiyi kütlələri əynində olan qara rəngli gödəkçəsini sağ yan cibində saxlamaqla yaşadığı binanın həyətində piyada hərəkətdə olduğu zaman ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşmış, özlərini ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş, sonra ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə dəvət etmişlər. O da etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə 26-cı Polis bölməsinə getmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan qara rəngli gödəkçəsinin sağ yan cibində bir ədəd ağ rəngli sellofan paketin içərisində narkotik vasitə heroin və bir ədəd ağ rəngli sellofan paketin içərisində 3 ədəd xırda bükümlər şəklində psixotrop maddə metamfetamin vardır, o, həmin psixotrop maddəni və narkotik vasitə olan heroini təqdim edə bilər. Sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan paketin içərisində narkotik vasitə heroin və bir ədəd ağ rəngli sellofan paketin içərisində 3 ədəd xırda bükümlər şəklində psixotrop maddə metamfetamini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan ona məxsus “Samsung” markalı mobil telefon içərisində olan bir ədəd ***-***-**-** saylı mobil nömrə ilə birlikdə və şəxsiyyət vəsiqəsi üzərindən aşkar edilərək götürülmüşdür. Həmin üzərindən aşkar edilərək götürülmüş sellofan paketlər açılarkən birinin içərisindən qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroin və birinin içərisindən üç ədəd sellofan paketin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilmiş və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan paketin içərisində olan qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroin və bir ədəd selofan paketin içərisində olan üç ədəd sellofan paketin içərisindəki ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini 2022-ci ilin aprel ayının 18-də axşam saatlarında 4 ay müddətində tanış olduğu özünü ona Bakı şəhər Xəzər rayon sakini Cavid adlı şəxs kimi təqdim etmiş şəxsdən Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən “Baku İnn” otelinin üçüncü mərtəbəsindəki 303 saylı nömrədə 800 manat verməklə özünün istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən heç kimə satmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavidlə sadəcə özünün istifadəsi üçün narkotik vasitəni əldə etməyi üçün telefon vasitəsilə və ya sms vasitəsilə əlaqə saxlamış, bunun müqabilində də əldə etdiyi narkotik vasitənin pulunu Cavidə ödəmişdir. Caviddən narkotik vasitə və psixotrop maddə alarkən Cavid ona satmış olduğu narkotik vasitə və psixotrop maddəni haradan əldə etməsi barədə məlumat verməmiş və onun bu barədə məlumatı olmamışdır. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd sellofan paketin içərisindəki üç ədəd bükümdə psixotrop maddə metamfetamin ona məxsusdur, öz istifadəsi üçün əldə etmiş, həmin maddələrdən heç kimə satmamışdır. Ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. Polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 64-66, 77-79). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Zakif oğlu ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 aprel 2022-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri özü, üzvü isə Şahid2 təyin edilmişdir. Bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 95 ünvanının yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin inzibati binasına gətirilmişdir. Bundan sonra müvafiq araşdırmanın aparılması təhqiqatçı polis mayoru Yelmar Vahabova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, vəkillə təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Bakı şəhəri 24 saylı Vəkil bürosunun vəkili X4 iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin həmin prosessual hərəkət videoçəkilişlə müşayiət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər və 03 bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Şəxsi axtarış zamanı sonuncu həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin çəkiləri ölçüldükdən sonra zərfin içərisinə qoyularaq üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin maddələri iki gün qabaq Bakı şəhəri Nərimanov rayonu ərazisindən şəxsi istifadəsi üçün Cavid adlı şəxsdən aldığını, əvvəllər də həmin şəxsdən narkotik aldığını, əvvəllər məhkum olunmadığını, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədi ilə tərəflərindən əməliyyat-axtarış tədbirləri qısa müddət ərzində keçirildiyindən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq istədiyi şəxsləri müəyyən edərək saxlanılması və həmin şəxslər ətrafında əməliyyat-axtarış tədbirlərin davam etdirilməsi mümkün olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 Zakif oğlu bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin təxminən 10-15 qram, metamfetamin isə 10 qrama yaxın olmuşdur. Kamil bildirmişdir ki, narkotik vasitələri almaq üçün Cavidlə görüşüblər. Cavidin saxlanılması ilə bağlı onlara əməliyyat məlumatı daxil olmamışdır. Əməliyyat qrupuna o və Şahid2 daxil olmuş, başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərinə baxış keçirməmiş, üzərinə baxış 26-ci Polis bölməsində təhqiqatçı tərəfindən keçirilmişdir. Elnur adında şəxsi tanımır, Təqsirləndirilən şəxs “bizə Elnuru ver, səni buraxaq” kimi bir tələbləri olmamışdır. Onlar Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışlar, özü videoçəkilişdə etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Zakif oğlunun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir, Kamilin onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitələr qoyulması və döyülməsi barədə ifadəsində bildirdiyi məsələlər əsassızdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bərbər işlədiyi bərbərxanadan tanımışdır. Daha sonra onun saçı daha yaxşı düzəltdiyini görüb onun yanına getməyə başlamışdır. Ayda bir dəfə onun yanına bərbərə getmişdir. Müxtəlif vaxtlarda Kamil saçını bərbərxanadan başqa evində və oteldə də düzəltmişdir. Onun özü marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə etmiş, Kamillə birlikdə istifadə etdikləri vaxtlar da olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, o, hal-hazırda başqa iş üzrə CM-in 234.1-1-ci maddəsi ilə ittiham olunur. Kamildən narkotik almamış və Kamilin kiməsə narkotik satmasını görməmişdir. O, otelə Kamili saçını düzəltməsi üçün çağırmışdır. Sonuncu dəfə görüşəndə Kamillə metamfetamin istifadə etmişlər. Kamilin üzərində nə qədər pul olmasını bilmir. O, Kamilə saçını kəsdiyinə görə 5-10 manat pul vermişdir. Oteldə olan günü onda narkotik olmuş, narkotik vasitəni sosial şəbəkədən qramını 50 manata almışdır. Həmin gün yarım qram almışdır. Narkotiki aldığı adamın adını xatırlamır. Kamil həmin narkotik vasitədən aparmışdır. O, Kamilə narkotik vasitə satmamışdır. O, Kamil tutulan ərəfələrdə polis orqanlarına çağırılmamışdır, polislərlə təması olmamışdır. Kamilə polislərin onu saxlaması barədə mesaj yazmışdır, evdən bayıra çıxmadığı üçün hamıya elə demişdir ki, guya onu polis saxlamışdır. O, polisə pul verilməsi barədə Kamilə mesaj yazmamışdır. Kamilə yazdığı mesaj həqiqət olmayıb, sadəcə uzaqlaşmaq üçün elə yazmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Mahaçqala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1966-cı ildə Rusiya Federasiyasının Mahaçqala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 20 aprel 2022-ci il tarixdə saat 19:10 dəqiqədə ünvan 9 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 3 (üç) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, əynində olan həmin gödəkçənin sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 17 (on yeddi) qram, metamfetaminə bənzər kütlənin çəkisi 9,3 (doqquz tam onda üç) qram olmuşdur. Sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı “Cavid” adlı şəxsdən iki gün bundan əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisindən şəxsi istifadəçisi üçün aldığını, “Cavid” adlı şəxsi təxminən 4 (dörd) ay olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, əvvəllər məhkum olunmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2273 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,092 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,954 qram, 4,098 qram, 2,066 qram, ümumi təmiz çəkisi 8,118 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 38-42). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 5(004)-399/2022 saylı, xx.xx.20220-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Zakif oğlu tərərfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 47). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayon Polis İdarəsinin 26-ci Polis bölməsinin inzibati binasında təhqiqatçı, polis mayoru X7 xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X10, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif etmiş və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər və 03 bükümdə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Şəxsi axtarış zamanı sonuncu həmin gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Əlavə olaraq hər hansı əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin çəkiləri ölçüldükdən sonra zərfin içərisinə qoyularaq üzərində müvafiq qeydlər aparılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyindən “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin maddələri iki gün bundan qabaq Bakı şəhəri Nərimanov rayonu ərazisindən şəxsi istifadəsi üçün “Cavid” adlı şəxsdən aldığını, əvvəllər də həmin şəxsdən narkotik aldığını, əvvəllər məhkum olunmadığını, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamadığını bildirmişdir (cild 1, iş vərəqi 52). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 10885 saylı məktubundan və CD diskdən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına hal-hazırda qeydiyyatda nömrə aşkar edilməmişdir (cild 1, iş vərəqi 118-119). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 10885 saylı məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokolun məzmunundan görünür ki, diskdə 04 ədəd fayl yerləşir. Fayllardan ikisi sms tarixçəsi, digərləri isə zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələri adlanır. Diskə baxış zamanı X5 özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması, həmçinin narkotik vasitələrin alışı və satışı barədə sms yazılarının olması müəyyən edilmişdir. Göstərilənlərdən başqa istintaq əhəmiyyətli heç bir xüsusat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 119). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-8780/22 saylı məktubundan və CD diskindən görünür ki, Şahid3 rekvizitləri göstərilmədiyindən Bakcell şəbəkəsində abunəçiyə məxsus olan nömrələrin axtarışını aparmaq mümkün olmamışdır (cild 1, iş vərəqi 120). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-8780/22 saylı məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, diskdə 04 ədəd fayl yerləşir. Fayllardan ikisi sms tarixçəsi, digərləri isə zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələri adlanır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması, heç bir istintaq əhəmiyyəti olmayan sms yazılarının olması müəyyən edilmişdir. Göstərilənlərdən başqa istintaq əhəmiyyətli heç bir xüsusat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 121). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-9109/22 saylı məktubundan və CD diskindən görünür ki, ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir (cild 1, iş vərəqi 122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-9109/22 saylı məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, diskdə 15 ədəd fayl yerləşir. Fayllardan 9-u sms tarixçəsi, digər 5-i isə zənglərin detallaşması və 1-i 8078 adlanır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması narkotik vasitələrin alışı və satışı ilə bağlı sms yazışmalarının, həmçinin Şahid3 ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması narkotik vasitələrin alışı və satışı ilə bağlı sms yazışmalarının olması müəyyən edilmişdir. Göstərilənlərdən başqa istintaq əhəmiyyətli heç bir xüsusat müəyyən edilməmişdir (cild 1, iş vərəqi 123). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3598 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 141-142). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2664 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq, epilepsiya nəticəsində yaranan ağıl zəifliyi, qıcolma tutmaları və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları (diqqət, təfəkkür, hafizə, təsəvvür, qavrama, dərk etmə və s.) normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, özünü psixoloji müdafiə etməyə meyillilik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. (cild 1, iş vərəqi 144-147). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin xx.xx.2022ci il tarixli, ***-*******48 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə əlaqə saxladığı şəxsləri müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq həmin şəxslərin müəyyən edilərək Yasamal RPİ-nin İŞ-nə gətirilməsi mümkün olmamışdır. Həmçinin “Baku İnn” hotelində 18 aprel 2022-ci il tarixdə işdə olan əməkdaşların müəyyən edilərək Yasamal RPİ-nin İŞ-nə gətirilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 152). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin xx.xx.2022ci il tarixli, ***-*******48 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cınayət işi üzrə X6 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq narkotik vasitə və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilsə də, həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 159). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 167-168). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi istintaqa məlum olmayan “Cavid” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istitaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 181). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 16,092 qram heroin və 8,118 qram metamfetamin, habelə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,992 heroin və 7,968 qram metamfetamin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 169-178). İşdə olan nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə rəsmi nikahdadır və himayəsində xx.xx.2008-ci il təvəllüdlü X11 adlı yetkinlik yaşına çatmayan övladı vardır (cild 1, iş vərəqi 150-151). İşdə olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 Kamil Nizami oğluna məxsus “Samsung” markalı mobil telefonu saz vəziyyətdə müstəntiq Taleh Baxişevdən təhvil almışdır (cild 1, iş vərəqi 180). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik olmaması, polislərin onu döyməsi, daha sonra narkotiki çıxararaq boynuna götürməsini və çəkiliş zamanı bükümləri cibindən çıxarıb onların öyrətdiyi sözləri deməsini tələb etmələri, əks halda ailəsini istintaqa cəlb edəcəkləri ilə hədələmələri, polislərin onu döyməsi, üzünə, bədəninə zərbələr vurmaları, nəticədə onun məcbur olub bükümləri öz üzərinə götürməsi, İstintaq təcridxanasına daxil olarkən üzərinə baxış keçirilməsi və üzərində olan göyərtinin həkimlərin qeyd etmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan gödəkçənin cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroin kütləsini, 3 (üç) ədəd bükümdə psixotrop maddə olan metamfetamin kütləsini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddələri “Cavid” adlı şəxsdən 800 manat pul müqabilində aldığını etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş 14 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması ilə əlaqədar olaraq prokurorluqda araşdırma aparılmamışdır. Buradan da görünür ki, təqsirləndirilən şəxs ona hər hansı təzyiq göstərilməsi ilə bağlı prokurorluq orqanlarına müraciət etməmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış sms yazışmalarını, ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotiklərin əldə edilib saxlanması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 22 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 77-78, 218-221). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,992 heroin və 7,968 qram metamfetamin məhv edilməlidir. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,992 heroin və 7,968 qram metamfetamin məhv edilsin. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk, həmçinin "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əli Məmmədov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-254/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-254/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver