Məhkəmə qərarları › İş №1(101)-254/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-254/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-254/2024 15.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:30 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X8 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, (mülki iddiaçı) Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs3 nümayəndəsi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X11, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs11 nümayəndəsi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1955-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70ci maddəsi ilə şərti məhkumetmə tətbiq edilərək 2 il sınaq müddəti müəyyən olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 676/2021 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3, 66.4, 71.5 və 67.1-ci maddələrinə əsasən 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzası yüngülləşdirilərək 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hazırda cəza çəkən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyidən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxslə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədi təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Belə ki, o, 14 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri, Vergilər Departamentinin Kommersiya hüquqi X6 İdarəsi tərəfindən qeydiyyatdan keçmiş "xxxx" MMC-nin (VÖEN **********) 10 yanvar 2014-cü il tarixdən 01 mart 2019-cu il tarixə kimi direktoru vəzifəsində işləyərkən MMC-nin 14 aprel 2009-cu il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərinə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan 1 girişli, 21 mərtəbəli binanın 2-ci mərtəbəsində olan sahəsi 300 kv.metr qeyri-yaşayış sahəsinin 150 kv.metrini 27 may 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şahid7 satdığı halda, aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə həmin qeyri-yaşayış sahəsini 21 noyabr 2016-cı il tarixdə cəmiyyətin ünvan 3 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs1 həmin tarixli alqı-satqı müqaviləsi ilə sataraq ondan 100.000 ABŞ dolları, həmin tarixə olan məzənnə ilə 170.910 manat pul vəsaitini alıb qeyri-yaşayış sahəsinin Zərərçəkmiş şəxs1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib etdiyi saxta rəsmi sənədlər olan 21 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin tarixli tam ödəniş olunması haqqında maliyyə arayışını imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədlərə vurub təsdiq edərək Rövşən Ələkəbərova təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 170.910 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, fiziki şəxsin əmlakı üzərində olan mülkiyyət hüququnu maneəsiz həyata keçirməsinin pozulmasında ifadə olunan həmin hərəkətləri ilə onun hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o həmin vəzifədə işləyərkən "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK-nın sifarişi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa olunan binanın B girişinin 6-cı mərtəbəsində sahəsi 86 kv.metr olan 28 saylı mənzilin qeyd edilən müqaviləyə əsasən satışının "xxxx" MTK tərəfindən həyata keçirildiyini və həmin mənzilin "xxxx" MTK-ya məxsus olduğunu bilməsinə baxmayaraq, xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə həmin qeyri-yaşayış sahəsini 27 mart 2014-cü il tarixdə "xxxx" MMC”-nin Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən ofisində Zərərçəkmiş şəxs2 ilkin ödəniş kimi 8.500 manat, 30 aprel 2014-cü ildən 28 iyul 2017-ci il tarixədək olan müddətdə isə Şahid4 vasitəsi ilə 25.000 manat pul vəsaitini alıb yeni 27 mart 2014-cü il tarixli alqı-satqı müqaviləsini cəmiyyətin direktoru kimi imzalayıb möhürünü vuraraq, mənzilin Zərərçəkmiş şəxs2 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib etdiyi saxta rəsmi sənədlər olan 30 aprel 2014- cü ildə 1.000 manat, 29 may 2014-cü ildə 900 manat, 04 iyul 2014-cü ildə 900 manat, 31 iyul 2014-cü ildə 1.000 manat, 28 avqust 2014-cü ildə 1.000 manat, 14 sentyabr 2014-cü ildə 900 manat, 30 oktyabr 2014-cü ildə 900 manat, 29 noyabr 2014-cü ildə 1.000 manat, 28 dekabr 2014-cü ildə 700 manat, 26 yanvar 2015-ci ildə 700 manat, 01 mart 2015-ci ildə 700 manat, 28 mart 2015-ci ildə 700 manat, 30 aprel 2015-ci ildə 700 manat, 31 may 2015-ci ildə 700 manat, 26 iyun 2015-ci ildə 700 manat, 29 iyul 2015-ci ildə 500 manat, 29 avqust 2015-ci ildə 600 manat, 29 sentyabr 2015-ci ildə 800 manat, 31 oktyabr 2015-ci ildə 800 manat, 29 noyabr 2015-ci ildə 700 manat, 30 dekabr 2015-cı ildə 500 manat, 30 yanvar 2016-cı ildə 600 manat, 29 fevral 2016-cı ildə 600 manat, 29 mari 2016-cı ildə 700 manat, 26 aprel 2016-cı ildə 600 manat, 31 may 2016-cı ildə 500 manat, 29 iyun 2016-cı ildə 500 manat, 29 iyul 2016-cı ildə 600 manat, 30 avqust 2016-cı ildə 500 manat, 30 sentyabr 2016-cı ildə 500 manat, 30 noyabr 2016-cı ildə 500 manat, 30 dekabr 2016-cı ildə 500 manat, 31 yanvar 2017-ci ildə 500 manat, 31 mart 2017-ci ildə 500 manat, 28 iyul 2017-ci ildə 500 manat pul ödəniş olunması haqqında kassa mədaxil qəbzlərini imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edərək Zərərçəkmiş şəxs2 təqdim edib ondan aldığı xeyli miqdar təşkil edən ümumilikdə 33.500 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləməklə özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və fiziki şəxsin əmlakı üzərində olan mülkiyyət hüququnu maneəsiz həyata keçirməsinin pozulmasında ifadə olunan həmin hərəkətləri ilə onun hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanda inşa edilmiş binanın "xxxx" girişinin 9-cu mərtəbəsində yerləşən, sahəsi 69 kv.metr olan 45 nömrəli mənzili 06 may 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Şahid33 satmasına baxmayaraq, Bakı şəhəri, Yasamal rayonunda Tibbi kollecinin yaxınlığında yerləşən çayxanada Zərərçəkmiş şəxs5 həmin mənzilin heç kimə satılmadığını bildirməklə onu inandıraraq 19 yanvar 2021-ci ildə 35.000 manat pul vəsaitini alıb mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə həmin tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək qeyd edilən tarixli müqaviləni və tam ödəniş olunması barədə maliyyə arayışını MMC-nin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs5 təqdim etməklə ondan aldığı və xeyli miqdar təşkil edən 35.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan başqa, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən, sahəsi 98 kv.metr olan 107 nömrəli mənzilin 21 avqust 2017-ci ildə Şahid30 satılmasını və mənzilin Şahid30 məxsus olduğunu bildiyi halda, ünvan 6 ünvanda yerləşən ofisdə Zərərçəkmiş şəxs8 həmin mənzilin heç kimə satılmamasını bildirib onu inandıraraq 22 yanvar 2021-ci ildə 75.000 manat pul vəsaitini alıb mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə həmin tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək hüquq verən rəsmi sənədlər olan 22 yanvar 2021ci il tarixli alqı-satqı müqaviləsi və tam ödəniş edilməsi haqqında maliyyə arayışını cəmiyyətin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs8 təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 75.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan əlavə, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunmuş binanın V girişinin 4-cü mərtəbəsində sahəsi 132 kv.metr olan 24 nömrəli mənzilin 05 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə X3 baxmayaraq, mənzilin Kamil Qədirova məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasını bidirib onu inandıraraq Şahid28 vasitəsilə 26 mart 2021-ci ildə saat 16:17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə binanın qarşısında Zərərçəkmiş şəxs12 60.000 manat pul vəsaitini alıb həmin mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə həmin tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək qeyd edilən tarixli müqaviləni və tam ödəniş olunması barədə maliyyə arayışını MMC-nin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs12 təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 60.000 manat məbləğində pulu aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarla ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan başqa, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə inşa edilmiş binanın “S” girişinin 5-ci mərtəbəsində sahəsi 87,8 kv.metr olan 25 nömrəli mənzilin 14 sentyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə X2 baxmayaraq, mənzilin Həsən Əliyevə məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasına inandıraraq 08 aprel 2021-ci ildə Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsində yerləşən “Pürrəngi” çay evində Zərərçəkmiş şəxs11 35.000 manat pul vəsaitini alıb həmin mənzilin Zərərçəkmiş şəxs11 arvadı X1 barədə digər şəxslərlə birlikdə həmin tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək qeyd edilən tarixli müqaviləni və tam ödəniş olunması barədə maliyyə arayışını MMC-nin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs11 təqdim etməklə ondan aldığı xeyli miqdar təşkil edən 35.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan əlavə, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında inşa olunmuş binanın 1-ci girişinin 2-ci mərtəbəsində sahəsi 98.5 kv.metr olan 9 nömrəli mənzilin 23 noyabr 2016-ci il tarixli alqı-satqı müqaviləsi ilə Şahid18 satılmasına baxmayaraq, mənzilin Şahid18 məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasına inandıraraq 14 mart 2021-ci ildə Şahin adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs9 oğlundan 1.000 manat, 15 mart 2021-ci ildə özü Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən çay evində Zərərçəkmiş şəxs9 73.000 manat pul vəsaitini alıb həmin mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə həmin tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək qeyd edilən tarixli müqaviləni və tam ödəniş olunması barədə maliyyə arayışını MMC-nin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs9 təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 74.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan başqa, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunmuş binanın “S” girişinin 5-ci mərtəbəsində sahəsi 62 kv.metr olan 29 nömrəli mənzilin 13 mart 2020-cı il tarixli alqı-satqı müqaviləsi ilə Şahid32 satılmasına baxmayaraq, mənzilin Şahid32 məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasına inandıraraq Şahid15 vasitəsilə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən alqı-satqı ofisində Zərərçəkmiş şəxs7 15 may 2021-ci il tarixdə 10.000 manat, 30 may 2021-ci il tarixdə 17.000 pul vəsaitini alıb həmin mənzilin onun atası Şahid11 satılması barədə digər şəxslərlə birlikdə 15 may 2021-ci il tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək həmin müqaviləni və tam ödəniş olunması barədə maliyyə arayışını MMC-nin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs7 təqdim etməklə ondan aldığı xeyli miqdar təşkil edən 27.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan başqa, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunmuş binanın "xxxx" girişinin 9-cu mərtəbəsində sahəsi 156 kv.metr olan 41 nömrəli mənzilin 22 noyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi ilə Şahid25 satılmasına baxmayaraq, mənzilin Şahid25 məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasına inandıraraq Şahid4 vasitəsi ilə 14 may 2021-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yerləşən “Pürrəngi” çay evinin qarşısında Zərərçəkmiş şəxs4 10.050 manat və həmin tarixə olan məzənnə ilə 39.950 manat təşkil edən 23.500 ABŞ dolları, 2021-ci ilin may ayının ortalarında Xırdalan şəhərində əlavə 12.000 manat pul vəsaitini alıb həmin mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə 14 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi tərtib edib rəsmi sənədlər olan həmin tarixli alqı-satqı müqaviləsi və tam ödəniş olunması haqqında maliyyə arayışını imzalayıb "Avro Qrand” MMC-nin möhürünü birbaşa olaraq icra edib təsdiq edərək Zərərçəkmiş şəxs4 təqdim etməklə ondan aldığı külli miqdar təşkil edən 62.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan əlavə, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən ünvan 6 ünvanda inşa olunmuş binanın 1-ci girişinin 9-cu mərtəbəsində sahəsi 59.5 kv.metr olan 57 nömrəli mənzilin 12 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə Şahid6 satılmasına baxmayaraq, mənzilin Şahid6 məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasını bildirib onu inandıraraq 20 iyun 2021-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində Zərərçəkmiş şəxs10 48.000 manat pul vəsaitini alıb həmin mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə 20 iyun 2021-ci il tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək qeyd edilən tarixli müqaviləni və tam ödəniş olunması barədə maliyyə arayışını MMC-nin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs10 təqdim etməklə ondan aldığı xeyli miqdar təşkil edən 48.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Bundan başqa, o digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunmuş binanın “A” girişinin 8-ci mərtəbəsində sahəsi 130 kv.metr olan 36 nömrəli mənzilin 23 may 2014-cü il tarixli alqı-satqı müqaviləsi ilə Şahid10 satılmasına baxmayaraq, mənzilin Şahid10 məxsus olduğunu bildiyi halda, həmin mənzilin əvvəllər heç kimə satılmamasına inandıraraq Şahid31 Qabil oğlu vasitəsi ilə 21 iyun 2021-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə Zərərçəkmiş şəxs6 28.000 ABŞ dolları, həmin tarixə olan məzənnə ilə 47.600 manat pul vəsaitini alıb həmin mənzilin ona satılması barədə digər şəxslərlə birlikdə 21 iyun 2021-ci il tarixli yeni alqı-satqı müqaviləsi tərtib edərək qeyd edilən tarixli müqaviləni və tam ödəniş olunması barədə maliyyə arayışını MMC-nin direktoru Cahangir Məmmədovun adından imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa olaraq sənədə icra edib təsdiq edərək Zərərçəkmiş şəxs6 təqdim etməklə ondan aldığı xeyli miqdar təşkil edən 47.600 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquqverən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Nəhayət, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, H. Aslanov küçəsi 21 ünvanda inşa edilmiş binanın “A” girişinin 6-cı mərtəbəsində yerləşən sahəsi 87,8 kv.metr olan 36 nömrəli mənzili 18 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsi ilə Şahid5 satmasına baxmayaraq, Zərərçəkmiş şəxs3 həmin mənzilin heç kimə satılmamasını bildirib onu inandıraraq, 13 mart 2021-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yerləşən “Lalə” kafesində Şahid2 vasitəsi ilə 40.000 manat, 2021-ci ilin aprel ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Təşəbbüs” restoranının yaxınlığında 1.000 manat, 2021-ci ilin may ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Təşəbbüs” restoranının yaxınlığında 1.000 manat, 2021-ci ilin may ayında Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində 1.000 manat, 2021-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonunda 1.000 manat, 2021-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində 1.000 manat, 2021-ci ilin avqust ayında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda 1.000 manat pul vəsaitini alıb yeni alqı-satqı müqaviləsi bağlayaraq, mənzilin Zərərçəkmiş şəxs3 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib etdikləri hüquq verən rəsmi sənədlər olan 13 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi və tam ödəniş olunması haqqında qeyd edilən tarixli maliyyə arayışını imzalayıb "xxxx" MMC-nin möhürünü birbaşa sənədə icra edib təsdiq edərək Teymur Hüseynova təqdim etməklə ondan aldığı xeyli miqdar təşkil edən 45.000 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olduğu bir qrup şəxslə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, hüquq verən rəsmi sənədləri təkrarən istifadə etmək məqsədilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, "xxxx" MMC tərəfindən ünvan 8 ünvanında yerləşən Kooperativ binanın 2-ci mərtəbəsində ümumi 340 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini 2015-ci ildə dostu Şahid7 satmışdır. 2016-cı ildə ona təcili pul lazım olduğu üçün tanışı Abbasdan xahiş etmişdir ki, ona borc pul tapsın. Bir neçə gün sonra Abbas ona demişdi ki, tanışı Bayramın qohumu Zərərçəkmiş şəxs1 adlı bir şəxs aylıq 7-8 faizlə 100.000 ABŞ dolları borc pul verə bilər, lakin bunun üçün həmin şəxsin adına bir ədəd mənzil və ya qeyri-yaşayış sahəsi rəsmiləşdirmək lazımdır ki, onda girov kimi qalsın. O razılaşmış, Abbas onu Rövşənlə tanış etmişdir. Danışıb razılaşdıqdan sonra Rövşən sənədlərini ona vermişdir. O, Rövşənin adına binanın 2-ci mərtəbəsində ümumi 340 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 150 kv. metr hissəsini rəsmiləşdirib, ona alqı-satqı müqaviləsini və maliyyə arayışını vermişdir. Müqavilə onun adından tərtib edilib imzalanaraq möhürlənmişdir. Rövşən ofisində ona 100.000 ABŞ dolları vermis, bundan sonra o, Rövşənin pulunu hissə-hissə ödəməyə başlamışdır. Rövşənə həmin qeyri-yaşayış sahəsinin əvəzində bir ədəd 100.000 manat dəyərində 98 kv.metr ölçüdə mənzil və əlavə 92.000 manat nağd pul vermişdir. Lakin Rövşən onu aldadıb həmin qeyri-yaşayış sahəsinin sənədlərini ona qaytarmamışdır. Zərərçəkmiş şəxs9lə bağlı epizod üzrə göstərmişdir ki, həmin mənzili 2016-cı ildə Rəhmana satmış, sonradan bilmişdir ki, Rəhman mənzili satışa qoyub. Tanışı Elgiz yanına gəlib bildirmişdi ki, makler Şahin vasitəsi ilə Tahir adlı şəxs tapılıb, Tahir həmin mənzili almaq istəyir, artıq Elgizlə qiymət barədə danışıb razılaşıb. Tahir ona 73.000 manat pul vermiş, pulu verdikdən sonra həmin mənzilə dair alqı-satqı müqaviləsi və maliyyə arayışı tərtib edilib Tahirə verilmişdir. O həmin pulun yarısını – 35.000-36.000 manatını Elgizə vermişdir. Pulun bir hissəsini makler Şahin götürmüşdür. Ona qalan pulu tikintiyə xərcləmişdir. Elgiz ona demişdi ki, ona çatan puldan 10.000 manat pulu Rəhmana verib və qalan pulu hissə-hissə ödəyəcəyini söz vermişdir. Tahir həmin mənzili təmir edib satacağını və bununla da pul qazanacağını demişdi. Sonradan məlum oldu ki, Rəhman artıq mənzili satmır və bildiyinə görə Elgizin 10.000 manatını qaytarıb. Elgiz də Tahirlə danışıb mənzilə görə ödədiyi pulu qaytaracağına söz verib, ilkin olaraq Tahirə 3.000 manat pul ödəyib, lakin qalan pulu ödəməyib. Zərərçəkmiş şəxs11la bağlı epizod üzrə göstərmişdir ki, 2021-ci ilin əvvəlində Elgiz ona demişdi ki, binada olan mənzillərdən birinin sahibi həmin mənzili satışa qoyub və o həmin mənzilin sahibi ilə artıq danışıb. Elgiz həmin mənzili başqa şəxsə satıb mənzilin ilk sahibinə pulu 3 ay müddətinə ödəməli idi. Mənzilin kimə məxsus olduğunu bilməmişdir. O, Xəzərdən həmin mənzilin satışa çıxarılıb-çıxarılmadığını soruşmuş, Xəzər həmin mənzilin sahibinin mənzili satmaq istədiyini təsdiqləmişdir. O, Elgizlə razılaşmış, Elgiz Rasim adlı şəxsin həmin mənzili 35.000 manata almaq istədiyini demişdir və o, sənədləri hazırlamaqdan ötrü Rasimin şəxsiyyət vəsiqəsini vermişdir. O, Cahangirə həmin mənzilə dair alqı-satqı müqaviləsi və maliyyə arayışını hazırlayıb imzalamağı tapşırmış, Cahangir sənədləri hazırlayıb imzaladıqdan sonra o həmin sənədləri möhürləmişdir. Cahangir həmin mənzilin əvvəllər başqa şəxsə satıldığını bilmirdi. O da ona bu barədə heç nə deməmişdir. Cahangir direktor olsa da, şirkətin möhürü həmişə onda olurdu. 2021-ci ilin aprel ayında o, Elgiz, Xəzər, Rasim və Rasimlə gələn bir nəfər tanımadığı şəxs Yasamal rayonunda “İctimai” TV-nin yaxınlığında olan “Pürrəngi” çay evində görüşmüşlər. Rasim mənzilə görə 35.000 manat pul ödəmiş, pulu sayıb masanın üzərinə qoymuş, o da Rasimə mənzilin sənədlərini, yəni alqı-satqı müqaviləsini və maliyyə arayışını təqdim etmişdir. Rasim getdikdən sonra 35.000 manatdan 20.000 manatını Elgiz götürmüş, 15.000 manatı isə o götürüb Xırdalan şəhərində olan binanın tikintisinə sərf etmişdir. Bir neçə aydan sonra Rasim ona bildirmişdi ki, həmin mənzilin başqa sahibi var və həmin şəxs mənzili ondan qabaq alıb. O maraqlanmış və bilmişdir ki, həmin mənzilin sahibi mənzili artıq satmır. Elgiz, o və Rasim göürüşüb söhbət etmişlər. Elgiz söz vermişdi ki, Rasimin pulunu qısa müddətə qaytaracaq, lakin Elgiz Rasimin pulunu qaytarmamışdır. Elgiz həmin vaxtı ona söz vermişdi ki, Hidayət adlı qohumundan 1.500.000 manat pul alıb tikintiyə cəlb edəcək və həm həmin pulla borclarını qaytaracaqlar, həm də qazanc əldə edəcəklər. Bundan başqa, Elgiz onu inandırmışdı ki, mənzilin ilk sahibi ilə danışıb razılaşdırıb ki, həmin mənzili satıb sonradan pulu ödəsinlər. Buna görə də o, Elgizə inanmış, birinci müqavilə olmasına baxmayaraq həmin mənzilə ikinci müqaviləni tərtib etdirmişdir. Zərərçəkmiş şəxs8lə bağlı epizod üzrə göstərmişdir ki, Binəqədi rayonu, Adil Məmmədov küçəsi 10 ünvanında inşa edilən bir girişli binanın 16-cı yaşayış mərtəbəsində 98 kv.metr sahəsi olan 107 saylı mənzili 21 avqust 2017-ci ildə Şahid30 69.000 manata satmışdır. 2018-ci ildə binadakı mənzillərin bəzilərinin səhv olaraq bir neçə şəxsə satılması halları olduğundan bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaqı aparılmış və həmin istintaq dövründə Şahid30 da şahid qismində dindirilmiş və onun mənzilinin başqa şəxsə satılmadığı müəyyən edilmişdir. Lakin Şahid30 həmin mənzili 80.000 manata satmaq istədiyini bildirmişdi. O, Şahid30 müştəri tapıb satacağını demişdir. 2021-ci ilin yanvar ayında Elgiz Zərərçəkmiş şəxs8 adlı şəxsi onun yanına gətirib həmin mənzili almaq istədiyini bildirmişdi. Zərərçəkmiş şəxs8 mənzilə baxmış və 75.000 manata mənzili almaq barədə razılaşmışdır. O zəng edib Şahid30 mənzilə görə müştəri tapdığını və həmin şəxsin mənzili almaq istədiyini demişdir. Ancaq Rafiqə mənzili 75.000 manata deyil, 80.000 manata satacağını, pulunun yarısının indi, yarısının isə Azərbaycana gələndən sonra verəcəyini demişdir. Həmin ərəfədə Rafiq Rusiya Federasiyasında idi. Rafiq ona Şahid22 adlı tanışının nömrəsini verib demişdir ki, verəcəyi pulu İsaya versin, mart ayında ölkəyə gələcək və qalan pulu verdikdən sonra mənzildən imtina ərizəsi yazaraq sənədləri təhvil verəcək. O da 22 yanvar 2021-ci il tarixdə müqavilə əsasında mənzili Zərərçəkmiş şəxs8 satmışdır. Aldığı 75.000 manat pulun 30.000 manatını Şahid30 tanışı olan Şahid22 "2 saylı Tibbi Kollecin” yaxınlığında vermişdir. Qalan 45.000 manat pulu isə tikinti işlərinə xərcləmişdir. Şahid30 2021-ci ilin mart ayında Azərbaycana gəlmiş və sonra xəstələndiyinə görə aprel ayına kimi görüşə bilməmişlər. Hazırkı vaxta qədər pulu olmadığından Şahid30 pulunu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs8 satdığı mənzilə görə əldə etdiyi 75.000 manat puldan 15.000-20.000 manatını pulu alan günü də 9-cu mikrorayonda Elgizə vermişdir. 2014-cü ildə "xxxx" MMC tərəfindən Xırdalan şəhərində inşa olunan binanın B girişinin 9-cu mərtəbəsində olan 156 kv.metr ölçüdə 41 nömrəli mənzil Şahid25 satılmışdı. Lakin Şahid25 pulu ödəmədiyinə görə həmin mənzili satışa qoymuşdur. 2021-ci ilin may ayının əvvəlində Yasamal rayonu “Pürrəngi” çay evində Ədalət, Hamlet və Xəzərlə görüşmüşlər. Hamletin həmin mənzili almaq istədiyini bildirmişdilər. O, Hamletlə danışıb 64.000 manata razılaşmış və Hamlet ilkin olaraq 23.500 ABŞ dolları və 10.050 manat, yəni ümumi 50.000 manat pulu olduğunu, qalan 14.000 manatı isə sonradan verəcəyini demişdir. O həmin pulu Xəzərə verməsini tapşırmış, Hamlet 50.000 manat pulu Xəzərə vermiş, sonradan isə əlavə olaraq 12.000 manat pulu hissə-hissə Xəzərə vermişdir. O, Xəzərə Hamletdən alınan pulu təmirə xərcləməyi tapşırmışdır. Zərərçəkmiş şəxs3la bağlı epizod üzrə göstərmişdir ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhərində inşa olunan binanın “A” girişində 6-cı mərtəbədə yerləşən 36 nömrəli 87,8 kv.metr ölçüdə mənzil 2014-cü ildə şirkət tərəfindən Müşviqə satılmışdır. Müşviq həmin mənzildə heç bir təmir işləri görməmişdir. 2021-ci ildə Müşviq Xəzərə müraciət edib həmin mənzili satmaq istədiyini demiş, ilkin olaraq həmin mənzili təxminən 50.000 manata satdığını demişdir. Xəzər də mənzilə müştəri axtarmağa başlamış, bir neçə tanışına, həmçinin ümumi tanışları Rafiqə də demişdi. Bir neçə gündən sonra Rafiq bildirmişdi ki, həmin mənzili almaq istəyən müştərisi var. Xəzər həmin mənzili Rafiqin göndərdiyi adamlara göstərmiş, onlar mənzilə baxıb bəyəndikdən sonra mənzilin alqı-satqısını rəsmiləşdirmələri üçün 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Rafiq, Xəzər, Rəşad, mənzili alan Teymur və onun iki qohumu iştirak etmişdi. Görüşdən əvvəl artıq Rafiq Teymurla danışıb mənzilin qiymətini 45.000 manata razılaşmışlar. Rafiq Teymurun sənədlərini əvvəlcədən aldığından artıq həmin mənzilin alqı-satqı müqaviləsi və maliyyə arayışı yazılmışdı. Müqaviləni kim hazırlayıb imzaladığını xatırlamır. Teymur cəmi 40.000 manat topladığını, qalan 5.000 manatı isə hissə-hissə verə biləcəyini demişdi. Rafiq razılaşmış və demişdi ki, Teymur 40.000 manatı versin, qalan 5.000 manatı isə hər ay 1.000 manat olmaqla qohumu Rəşada versin ki, Rəşad həmin pulu Rafiqə çatdırsın. O etiraz etməmiş, həmin mənzilin alqı-satqı müqaviləsi və maliyyə arayışını Teymura vermişdir. Teymur maliyyə arayışını və müqaviləni aldıqdan sonra 40.000 manat pulu masanın üzərinə qoymuşdur. Həmin puldan 10.000 manatını Rafiq götürmüşdü. Teymur mənzilin sənədlərini götürüb çıxıb getmiş, qalan 5.000 manat pulu isə qohumu Rəşad vasitəsi ilə Rafiqə vermişdi. Həmin 5.000 manat pul da Rafiqlə aralarında olan razılaşmaya əsasən Rafiqdə qalmışdı. O həmin pulu mənzilin sahibi Müşviqə vermək istəmiş, lakin Müşviq mənzili əvvəllər dediyi kimi 50.000 manat deyil, 60.000 manata satdığını bildirmiş, buna görə də Müşviqin pulunu verə bilməmişdir. Teymurdan aldığı pulu isə binanın tikintisində olan müxtəlif işlərə xərcləmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Zərərçəkmiş şəxslərin ifadələri: Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 2016-cı ilin noyabr ayında qohumu Bayram ondan birlikdə evinin yaxınlığında olan binaya Abbas adlı dostunun yanına getməyi xahiş etmişdir. O, Abbas və Bayram 9-cu mikrorayonda Xanlar tərəfindən inşa olunan binanın ofisində görüşmüşlər. Abbas bina tikən şirkətə kərpic satmışdır. Ofisdə söhbət zamanı Abbas onlara həmin binanın tikintisində iştirak edib pul qoyub gəlir əldə etməyi təklif etmişdir. Söhbət edərkən Xanlar da onlara yaxınlaşmış, söhbət zamanı binadan qeyri-yaşayış sahəsini almağı təklif etmişdir. Xanların sözünə görə, obyekt ucuz qiymətə satılmış, o həmin obyekti sonradan ya baha qiymətə sata, ya da özü obyekt kimi istifadə edə bilərdi. Xanlarla qiymət barədə danışıb binanın 2-ci mərtəbəsində olan 150 kv.metrlik qeyri-yaşayış sahəsini 192.000 manata almağı razılaşmışdır. 21 noyabr 2016-cı ildə Xanların ofisinə gəlib orada Xanların özünə 100.000 ABŞ dolları pul ödəmişdir. Xanlar həmin obyektə dair ona alqı-satqı müqaviləsi və maliyyə arayışı vermişdir. Müqavilədə obyektin qiyməti 450.000 manat qeyd olunsa da, Xanlarla razılaşmaya əsasən o, cəmi 100.000 ABŞ dolları ödəmişdir. O, nə səbəbdən bu qiymət göstərildiyini soruşduqda Xanlar bunun ümumi qiymət olduğunu, özünün bu qiyməti qeyd etdiyini, gələcəkdə satmaq istəsə, həmin qiymətə sata biləcəyini demişdir. O da etiraz etməmişdir. Sonradan obyektin Zahid adlı şəxsə də satıldığını öyrənmişdir. O da Xanlar barədə şikayət etmək qərarına gəlmişdir. Sonradan Xanların həmin obyekti 2015-ci ildə Zahidə satdığı məlum olmuşdur. Xanlar ona işlərini həll edib onun obyektini qaytaracağını söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Xanlar obyekti qaytarmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, pulu ödəyən zaman tikinti getmişdir. Zahidin orda təmir etdiyini 2 ildən sonra görmüşdür. Pulu obyekt almaq məqsədilə vermişdir. O, iş adı ilə getmiş, Xanlar iş olmadığını demiş, o da obyekti münasib qiymətə verdiyini görüb 100.000 dollara almışdır. Onlar alqı-satqı eləmişlər, borc kimi verməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərdi ki, 2021-ci ilin əvvəlində internet saytlarında mənzil elanları axtarmağa başlamışdır. Həmin vaxt Elçin adlı maklerin internetdə mənzil satışı barədə elan qoyduğunu görüb onunla əlaqə saxlamışdır. Elçin ona 50.000 manat dəyərində bir otaqlı təmirli ev təklif etmişdir. O həmin qiymətə pulunun çatmadığını demiş, Elçin isə ona ucuz qiymətə mənzil axtarıb tapacağını bildirmişdir. Təxminən 10-15 gündən sonra Elçin zəng edib başqa bir binada 69 kv.metr ölçüdə 38000 manata təmirsiz ev satıldığını demişdir. O, 19 yanvar 2021-ci ildə Xırdalan şəhərinə getmişdir. Elçin onu həmin binaya aparıb mənzili göstərmişdir. Binanın həyətində Elçin onu binanı tikən şirkətin rəhbəri Xanlarla tanış etmişdir. Xanlar həmin yerdə müavini kimi təqdim etdiyi Xəzər, dostları Rüfət, Oqtay və Elgiz ilə birlikdə dayanmışdır. O, Xanlar və Elçinə həmin mənzili bəyəndiyini və almaq istədiyini, lakin cəmi 35.000 manat pulu olduğunu bildirmişdir. Xanlar və Elçin öz aralarında danışıb mənzili 35.000 manata satmağa razı olduqlarını demişlər. Həmin gün axşam saatlarında Xanların 9-cu mikrorayonda olan ofisində görüşmüşlər. Sonra Xanlar alqı-satqı müqaviləsi, maliyyə arayışı və mənzilin açarlarını ona vermişdir. Onun yanında 4-5 nəfər şahidi də olmuşdur. Bundan sonra o həmin mənzildə təmir işlərinə başlamışdır. Təxminən 2021-ci ilin noyabrdekabr aylarında mənzilə baxmaq üçün gedəndə qapının qıfılının dəyişdirildiyini görmüşdür. O, qapının üzərində telefon nömrəsi yazıldığını görüb həmin nömrəyə zəng etmişdir. Həmin şəxs də 2014-cü ildə mənzili şirkətdən aldığını, Xanların mənzilə görə pulun bir hissəsini ödəsə də, qalan hissəsini ödəmədiyini, mənzili pulunu tam ödəsələr, açarları ona verəcəyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, 2021-ci ildə Xırdalan şəhərində mənzil almaq qərarına gəlmişdir. Bu barədə əvvəllər makler kimi işləyən xalası oğlu Şahid3 müraciət etmişdir. Arzumana müraciət edəndən bir gün sonra Arzuman zəng edib əvvəllər onunla birlikdə makler kimi işləyən Rəşadla danışdığını və Rəşadın Xırdalan şəhərində “Bizim Market”in yanında 01 kv.metri 510 manata mənzil satıldığını dediyini bildirmişdir. Rəşad ona həmçinin həmin mənzilin Rafiq adlı şəxs tərəfindən satıldığını demiş, o da Rəşad və Arzumanla görüşüb həmin binaya gedib mənzilə baxmışlar. Mənzilə baxmaq istəsələr də, mənzilin qapısı bağlı olduğundan içəri girə bilməmişlər. Rəşad onları bir mərtəbə aşağıda olan açıq mənzilə aparıb göstərmiş və mənzillərin ölçüsü və içinin eyni olduğunu demişdir. O, mənzili bəyənib almaq istədiyini bildirmişdir. Mənzil həmin binanın “A” girişində 6-cı mərtəbədə yerləşən 36 nömrəli 87,8 kv.metr ölçüdə olmuş və 45.000 manata satılmışdır. O, mənzilə baxıb bəyəndikdən sonra şəxsiyyət vəsiqəsinin şəkilini Rəşadın “WhatsApp”ına göndərmişdir ki, mənzilin sənədlərini onun adına yazıb hazırlasın. Bundan 2-3 gün sonra, yəni 13 mart 2021-ci ildə 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Rəşad, Arzuman, mənzilin sahibi Rafiq, binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs və işçisi Xəzər iştirak etmişlər. Görüşdə o, Rafiqdən evin problemi və ya əvvəllər başqa şəxsə satılıb-satılmadığını soruşmuşdur. Rafiq həmin mənzilin ona məxsus olduğunu deyib heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğunu demişdir. Rəşad da mənzilin heç bir problemi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da həmçinin heç bir problem olmadığını, başqa şəxsə satılmadığını təsdiqləmişdir. Mənzilin dəyəri 45.000 manat olmuşdur. O, Rafiqə cəmi 40.000 manat topladığını, qalan 5.000 manatı isə hissə-hissə verə biləcəyini demiş, Rafiq də razılaşmışdır. Rafiq 40.000 manatı verməyini, qalan 5.000 manatı isə hər ay 1.000 manat olmaqla Rəşada verməyi demişdir. O da razılaşmış və üzərində olan 40.000 manat pulu sayması üçün Arzumana vermişdir. Arzuman pulu sayıb Rafiqə vermişdir. Rafiq pulu bir daha sayıb üzərindən 10000 manatı götürüb 30.000 manatını Xanlara vermişdir. O, Rafiqdən nə səbəbə 30.000 manatı Xanlara verdiyini soruşmuşdur. Rafiq isə Xanlarla öz aralarında olan haqq-hesabları olduğunu, Xanlara bina tikərkən sement və ya beton verdiyini, buna görə də bir-birlərinə verəcəklərinin olduğunu bildirmişdir. O, daha heç nə soruşmamış, Xanlar ona evin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Müqavilədə direktor kimi Cahangir qeyd edilmiş, lakin Cahangirin özü olmamışdır. O, sənədə baxıb həmin sənəddə aldığı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda olan binada olduğu kimi qeyd edildiyini görüb Xanlara demiş, Xanlar da səhv yazıldığını etiraf edib sənədi Xəzərə vermişdir. Xəzər ofisə gedib bir neçə dəqidədən sonra sənədi düzəldib qaytarmışdır. Xanlar müqavilə və maliyyə arayışını imzalayıb möhürləmiş və ona təqdim etmişdir. O, Cahangirin kim olduğunu soruşmuş, Xanlar isə şirkətin ona məxsus olduğunu, Cahangirin isə formal bir şəxs olduğunu demişdir. Sonra direktor əvəzinə Xanlar özü qol çəkmişdir. O, mənzili 45.000 manata alsa da, müqavilədə mənzilin qiyməti 36.000 manat kimi göstərilmişdir. O, nə səbəbə qiymətin az qeyd olunduğunu soruşmuş, Xanlar isə özləri vergiyə az pul ödəməkdən ötrü belə aşağı qiymət qeyd etdiklərini demişdir. Təxminən 2 gün sonra o, binaya gəlib orada olan komendant Gülbaladan mənzilin açarlarını almışdır. Bundan sonra hər ay ayın 10-na kimi Arzuman yaşadığı evə gəlib ondan aylıq 1.000 manat pul götürmüşdür. 2021-ci ilin avqust ayında o, artıq pulu ödəyib qurtarmışdır. 2021-ci ilin avqust ayında o həmin mənzildə təmir işlərinə başlamaqdan ötrü binaya getdikdə qapının üzərində telefon nömrəsi yazıldığını görmüşdür. O həmin nömrəyə zəng etmiş, 2015-ci ildə Təqsirləndirilən şəxs həmin mənzili Müşviq Bağırova satdığı məlum olmuşdur. Müşviqlə əlaqə saxlayıb danışmış, Müşviqin oğlu ilə görüşüb sənədlərinə də baxmışdır. Bundan sonra o, Rəşad və Rafiq Xırdalan şəhərində “Təşəbbüs” kafesində görüşmüşlər. O, Rafiq və Rəşaddan pulunu tələb etmişdir. Rafiq 40.000 manatı ona sentyabr ayında ödəyəcəyini, qalan 5.000 manatı isə Rəşadın ödəyəcəyini bildirmişdir. Rəşad həmin görüşdə heç nə deməyib Rafiqin dediklərini nə təsdiq etmiş, nə də Rafiqin səhv dediyini bildirmişdir. Rafiq onun pulunu ödəməmişdir. Buna görə də o, bununla bağlı şikayət etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, mənzilin sənədinə baxıb səhv yazıldığını görmüş, bu barədə Xanlara dedikdə sonuncu isə binada təmir işləri getdiyini, qarışıqlıq olduğunu bildirmişdir. O, mənzili alandan 3 ay sonra mənzilin başqa adama da satıldığını bilmişdir. Maliyyə arayışını ona Xanlar vermişdir. Xanlar həmin arayışı əlindəki portfelindən çıxarmışdı. O, Rafiqin tapşırığı ilə 5.000 manat da maklerə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. 2021-ci ilin aprel-may aylarında Abşeron rayonu, Xırdalan şəhərindən mənzil almaq qərarına gəldiyi üçün Xırdalan şəhərində mənzil axtarmağa başlamışdır. Həmin vaxt tanışı Ədalət Xırdalan şəhərində “Bizim Market”ə yaxın ərazidə, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yeni yaşayış binasının 9-cu mərtəbəsində mənzilin satışa çıxarıldığını bildirmişdir. O həmin mənzili göstərmiş və onu binanı tikən şirkətin işçisi Xəzər ilə görüşdürmüşdür. Xəzər həmin mənzilin 75.000 manata satıldığını, lakin onun hərbçi olduğu və şirkətin rəhbəri Təqsirləndirilən şəxs təcili pul lazım olduğundan daha ucuz qiymətə sata biləcəyini demişdir. O və Ədalət Xəzərdən mənzilin sənədlərinin qaydasında olub-olmadığını soruşmuşlar və Xəzər heç bir problem olmadığını demişdir. O, şirkətin rəhbəri ilə görüşmək istədiyini bildirmiş, Xəzər də şirkətin rəhbəri Təqsirləndirilən şəxsla danışmışdır. Onlar Yasamal rayonunda “Pürrəngi” çay evində Xanlarla görüşmüşlər. Görüş zamanı cəmi 50.000 manat, yəni 23.500 ABŞ dolları və 10.050 manat pulunun olduğunu demişdir. Xanlar həmin mənzilin ən aşağı qiymətinin 70.000-75.000 manat olduğunu, lakin hərbçi olduğuna görə 64.000 manata sata biləcəyinə söz vermişdir. O, cəmi 50.000 manat pulu olduğunu, qalan pulu sonradan verə biləcəyini demiş, Xanlar da razılaşmışdır. O, 50.000 manat pulu Xəzərə verməyini, qalan pulu, yəni 14.000 manat pulu isə bir ay müddətində verməyini bildirmişdir. Xanlar onun adına tərtib edilmiş həmin mənzilin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. O və Xəzər çay evinin qarşısına çıxdıqdan sonra o, Xəzərə 23.500 ABŞ dolları və 10.050 manat pulu vermişdir. Bir neçə gündən sonra Xəzər zəng edib qalan pulu da istəyib Təqsirləndirilən şəxs təcili pul lazım olduğunu və pulu tez verəcəyi halda endirim edəcəklərini bildirmişdir. O da 6.000 manat pul düzəldib Xəzərə vermiş, Xəzər bir neçə gündən sonra yenidən pul istəyib 1.000 manat endirim edəcəklərini söz vermişdir. O, əlavə 6.000 manatı düzəldib Xəzərlə görüşüb ona vermişdir. Sonradan Xanlar ona zəng edib Xəzərə nə qədər pul verdiyini soruşmuş, o da Xəzərə 12.000 manat pul verdiyini bildirdikdə Xanlar sadəcə dəqiqləşdirməkdən ötrü soruşduğunu demişdir. O, tez-tez binaya gedib-gəlmiş, həmin vaxt ona satılmış mənzilin əvvəllər Fəxrəddin Balakişiyevə satıldığı məlum olmuşdur. O, Fəxrəddin Balakişiyevlə əlaqə saxlayıb görüşmüş, Fəxrəddin həmin mənzili 2014-cü ildə şirkətdən aldığını demişdir. O, aldadıldığını başa düşüb bu barədə Xəzərlə danışmış, Xəzər müxtəlif bəhanələrlə onu aldadıb mənzilin ona məxsus olduğunu, Təqsirləndirilən şəxs isə həbs olunuduğunu demişdir. Təqsirləndirilən şəxsla danışdıqda isə sonuncu ona təcili pul lazım olduğu üçün onu aldadıb pulunu ələ keçirdiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, o, ailəsi və üç övladı ilə birlikdə sahəsi 12 kv.metr olan mənzildə kirayədə yaşayırlar. Həmin mənzil onlar üçün çox böyük ümid olmuşdu. Hətta o, uşaqlarını da aparıb həmin mənzili göstərmiş, onlara ayrı-ayrı otaqları olacağını bildirib sevindirmişdir. O, bu gün ailəsinin yanında da çox utanır. Komendant mənzilin ondan başqa sahibi olduğunu deyəndə o, şok keçirmiş, təcili Xəzərə, sonra isə evin sahibinə zəng etmiş, sonuncu da həmin evin ona barterlə əvəzləşdirilib verildiyini demişdir. Hazırda həmin mənzilə həbs qoyulmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 göstərdi ki, 2021-ci ilin yay aylarında Xırdalan şəhərində mənzil almaq qərarına gəlmiş, buna görə də makler tanışı Yusifə müraciət etmişdir. Yusif ona Xırdalan şəhərində “Bizim Market”in yanında 130 kv.metr ölçüdə mənzilin 52.000-54.000 manata satıldığını, həmin mənzilin Rüfət adlı şəxsə məxsus olduğunu demişdir. 21 iyun 2021-ci ildə Rüfətlə Yusifin ofisinin qarşısında görüşmüşlər. Həmin yerə Rüfətlə əvvəllər tanımadığı Elgiz və Oqtay adlı şəxslər də gəlmişlər. Onlar birlikdə binaya gedib mənzilə baxmışlar. Həmin mənzil binanın “A” girişində 8-ci mərtəbəsində yerləşən 45 nömrəli mənzil olmuşdur. Rüfət həmin mənzili 54.000 manata satdığını demişdir. O, mənzili bəyəndiyinə görə almaq qərarına gəlib Rüfətlə danışmış, həmin mənzilə görə cəmi 28.000 ABŞ dolları, yəni 47.600 manat pul ödəyə biləcəyini demiş, Rüfət də razılaşmışdır. O, mənzilin sənədlərini onun adına yazıb hazırlamağı üçün şəxsiyyət vəsiqəsini Rüfətə vermişdir. Bundan 2-3 saat sonra Yusifin ofisində görüşmüşlər. Həmin görüşdə o, Rüfət, onun tanışı Elgiz, digər tanışı Oqtay, binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs iştirak etmişlər. O, Rüfətdən evin problemini və ya əvvəllər başqa şəxsə satılıb-satılmadığını soruşmuşdur. Rüfət həmin mənzilin ona məxsus olduğunu deyib heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğunu demişdir. Oqtay və Təqsirləndirilən şəxs da heç bir problem olmadığını, başqa şəxsə satılmadığını təsdiqləmişlər. O, üzərində olan 28.000 ABŞ dolları pulu Rüfətə vermiş, Rüfət pulu bir daha sayıb götürmüşdür. Xanlar ona evin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Müqavilədə direktor kimi Cahangir qeyd edilmiş, amma Cahangirin özü olmamışdır. Xanlar müqavilə və maliyyə arayışını imzalayıb möhürləmiş və ona təqdim etmişdir. O, Cahangirin kim olduğunu soruşmuş, Xanlar şirkətin ona məxsus olduğunu, amma Cahangirin formal bir şəxs olduğunu demişdir. Direktor əvəzinə Xanlar özü qol çəkmişdir. Həmin gün Yusiflə görüşüb ona xidmət haqqı kimi 500 manat pul vermişdir. Mənzili aldıqdan sonra həmin mənzili təmir edib təxminən 2022-ci ili yanvar ayında həmin mənzilə köçmüşdür. Sonradan ona Təqsirləndirilən şəxs 2017-ci ildə həmin mənzili Şahid10 satdığı məlum olmuşdur. Hikmətlə əlaqə saxlayıb danışmış, görüşüb sənədlərinə baxmışdır. Bundan sonra o, Rüfətlə görüşüb danışmış, Rüfət mənzilin heç bir problemi olmadığını və Hikmətin mənzilə görə pulunu ödəyəcəyini söz versə də, Hikmətin pulunu bu günə kimi ödəməmişdir. O, Xanların və Rüfətin onu aldatdıqlarını başa düşüb onlar barədə şikayət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 göstərdi ki, ailəsi ilə birlikdə Şamaxı şəhərində yaşamışdır. 2021-ci ilin əvvəlində Xırdalan şəhərindən ev almaq qərarına gəlib internet vasitəsi ilə mənzil axtarmağa başlamışdır. Elanlardan birini makler Fuad qoymuşdur. Fuad ona Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən binanın S girişində, 5-ci mərtəbədə 62 kv.metr sahəsi olan 29 saylı mənzilin Şahid15 tərəfindən 28.000 manata satışa çıxarıldığını bildirmişdir. O, Fuadla görüşüb həmin binada mənzilə baxmışdır. Mənzili bəyəndikdən sonra Namiqlə Xırdalan şəhərində görüşmüşdür. O həmin görüşə Fuadla getmiş, Fuad hüquqşünas kimi təqdim etdiyi Nazim adlı şəxslə gəlmişdir. Namiq ona həmin binaya lift çəkəcəyini, buna görə də həmin binadan ona mənzil verildiyini, mənzili 28.000 manata satdığını bildirmişdir. O, Namiqlə danışıb qiyməti aşağı salmağını xahiş etmiş və onlar Namiqlə 27.000 manata razılaşmışlar. Bundan sonra o, atası Balaşah, anası Əminə və xalası Zəminə ilə birlikdə 15 may 2021-ci ildə Xırdalan şəhərində makler Fuadın ofisində Namiqlə görüşüb Namiqə 10.000 manat pul vermişlər. Namiq həmin görüşə Nazim və əvvəllər tanımadığı Oqtay adlı şəxslə birlikdə gəlmişdir. Pulu verməyi ilə bağlı makler Fuad öz telefonu ilə video çəkmişdir. Həmin gün Namiq onlara mənzilə dair alqı-satqı müqaviləsini vermişdir. Razılaşmalarına əsasən 30 may 2021-ci il tarixədək qalan 17.000 manat pulu ödəməli idi. 30 may 2021-ci ildə o, atası Balaşah, anası Əminə və xalası Zəminə ilə Nazimin ofisində Namiqlə görüşmüşlər. Namiq həmin yerə hüquqşünas Nazim, binanı tikən şirkətin rəhbəri Xanlar və şirkətin əməkdaşı Xəzərlə birlikdə gəlmişdir. Namiq Xanları həmin yerə “xeyirdua” verməyə dəvət etmiş, yəni mənzil onlara Namiq tərəfindən satılmışdır. Xanlar heç bir şey danışmamışdır. O, pulu Namiqə vermişdir. Namiq və Xəzər pulu saydıqdan sonra pulu Namiq götürmüşdür. Namiq həmin mənzilin maliyyə arayışını ona vermişdir. Təxminən bir ay keçdikdən sonra mənzilə qapı qoymuşdur. Mənzildə təmir işlərinə başlamaq istəyərkən həmin binanın komendantı Elşən ona həmin mənzilin Dilarə adlı başqa sahibi olduğunu demişdir. Bir neçə gün sonra evə usta apararkən mənzilin qarşısında Şamil adlı şəxs ona yaxınlaşmış və həmin mənzilin ona məxsus olduğunu, mənzili 36.000 manata satışa qoyduğunu, həmin mənzilə görə Xəzər və Xəzərlə gələn bir nəfər tanımadığı şəxsin ona 2.500 manat beh verib qalan pulu bir ay ərzində ödəyəcəklərinə söz verdiklərini, lakin pulunu ödəmədiklərini demişdir. Bundan sonra o, Namiqlə əlaqə saxlayıb danışmış, Namiq Xəzərin onu aldatdığını deyib Şərur MTK-dan ev verəcəyini söz vermiş, amma sonradan Namiq yoxa çıxıb zənglərinə cavab verməmişdir. Bundan sonra o, Xanların həbs olunduğunu eşidib Xəzərdən mənzilini tələb etməyə başlamışdır. Xəzər ona binadan 70 kv.metr qeyri-yaşayış sahəsini ona girov kimi verməyi və 01 fevral 2022-ci ildə ona dəymiş ziyanı, yəni 27.000 manat ödədiyi pul və bankdan kredit götürdüyü əlavə faiz 5.000 manat pulu, ümumilikdə 32.000 manat pulu ödədikdən sonra girovu onlara qaytaracağını bildirmişdir. O razılaşmış və Xəzərlə aralarında girov müqaviləsi tərtib edilmişdir. Girov müqaviləsini Nazim tərtib etmişdir. Bundan sonra adına həmin qeyri-yaşayış sahəsinə dair maliyyə arayışı və alqı-satqı müqaviləsi tərtib edilmişdir. Həmin müqavilə və maliyyə arayışını ona Oqtayla Xəzər vermişdir. O və Xəzər həmin müqaviləni imzalamışlar, amma Xəzər pulu ödəməmişdir. Bundan sonra həmin qeyri-yaşayış sahəsini satışa qoymuşdur. Bir neçə gündən sonra Nazim ona zəng edib həmin qeyri-yaşayış sahəsinin də əvvəllər başqa şəxsə satıldığını demişdir. Bundan sonra Oqtay və əvvəllər tanımadığı Rüfət adlı şəxs onunla görüşüb şikayət etməməyini, bir qədər gözləməyini xahiş etmişlər və Xanların özünə məxsus torpaq sahəsini satıb pulunu ödəyəcəyini söz vermişlər. O bir qədər gözləmiş, amma pulunu ödəməmişlər. Buna görə də məcbur olub Namiq və digərləri barədə şikayət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 göstərdi ki, 2021-ci ilin əvvəlində ailə qurmaq istədiyi üçün ev almaq qərarına gəlmiş və 2021-ci ilin yanvar ayında özünə mənzil axtarmağa başlamışdır. Həm mənzil satışı barədə elanlara baxmış, həm də ev alqı-satqı yerlərinə yaxınlaşmışdır. Həmin daşınmaz əmlakın alqı-satqı ofislərindən biri 9-cu mikrorayonda yerləşirmiş, əməkdaşları isə Babaş və Qəmər olmuşdur. O, əvvəlcə Qəmər xanımla danışmış və sonuncu onu Babaşla tanış etmişdir. Babaş ona ünvan 10 ünvanında yerləşən binanın birinci girişində, 98.5 kv.metr sahəsi olan 107 saylı mənzilin Elgiz adlı şəxs tərəfindən satışa çıxarıldığını bildirmişdir. Onlar birlikdə həmin binaya getmişlər. Binanın həyətində Elgiz adlı şəxslə görüşmüşlər. Elgiz mənzilin "xxxx" MMC-yə məxsus olduğunu, mənzilin ilk sahibi mənzili qaytardığı üçün mənzilin yenidən satışa çıxarıldığını demişdir. Onlar birlikdə 16-cı mərtəbəyə qalxıb mənzilə baxmışlar və mənzil xoşuna gəlmişdir. Elgiz mənzilin 78.000 manata satıldığını demişdir. O da mənzilin pəncərəsinin, qapısının olmadığını, cəmi 75.000 manat pul verə biləcəyini demişdir. Elgiz də onunla razılaşmışdır. Bundan üç gün sonra binanın satış ofisinə xalası oğlu X22 ilə getmiş, orada Elgiz və əvvəllər tanımadığı "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxsla görüşmüşdür. Xəzər tərəfindən mənzilin alqı-satqısı barədə 22 yanvar 2021-ci il tarixli müqavilə yazıb hazırlanmışdır. Müqavilədə MMC-nin direktoru kimi X4 adı yazılmışdır. O, Cahangir Məmmədovun çağırılmasını istəmiş, şəxsiyyət vəsiqəsinə baxmaqla şəxsiyyətini müəyyən etmiş və bundan sonra Cahangir müqaviləyə imza atmışdır. Müqavilə imzalandıqdan sonra qardaşı Fərid Vəliyev 75.000 manat pulu ona, o da 75.000 manat pulu Xanlara vermiş, Xanlar da onların yanında pulu Elgizə vermişdir. Xanlar müqaviləni və maliyyə arayışını ona vermişdir. Orada da bir daha onu mənzilə dair başqa şəxsin iddiası və tələbinin olmadığına, əvvəlki sahibinin mənzili MMC-yə qaytardığına və pulun tam ödənildiyinə inandırmışlar. Ona mənzilin əvvəlki sahibi tərəfindən geri qaytarılması və əvvəlki sahibinin pulu tam ödənilməsi barədə nə sənəd göstərmişlər, nə də ki ondan tələb etmişdir. Səhəri günü o, mənzildə təmir işlərinə başlamışdır. Təxminən 2021-ci ilin mart ayında bina sakinlərindən biri ona həmin mənzilin Rafiq adlı şəxsin olduğunu, Rafiqin də mənzili Xanlara satmaq istədiyini demişdir. O da Rafiqin şəxsiyyətini dəqiqləşdirib Şahid30 olduğunu müəyyənləşdirmiş və onu axtarmağa başlamışdır. O, Xanlardan Rafiqin nömrəsini istəsə də, sonuncu verməmişdir. 2021-ci ilin aprel ayında Şahid30 mənzilə gəlib onu tapmış və həmin mənzilin onun olduğunu, Təqsirləndirilən şəxs mənzili 80.000 manata satmağa razılaşdığını, 30.000 manatını aldığını, 50.000 manatını isə hissə-hissə almağa razılaşsa da, Təqsirləndirilən şəxs və Elgiz adlı şəxsin hazırkı vaxta qədər ona pulu vermədiklərini demişdir. Rafiq mənzili Xanlar və Elgizin ondan aldıqlarını və 30.000 manat pulu da ona Elgizin verdiyini demişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 göstərdi ki, 2021-ci ilin əvvəlində özünə ev almaq qərarın gəldiyi üçün 2021-ci ilin mart ayında internet saytlarından olan müxtəlif elanlarla maraqlanmış və ev alqı-satqısı ilə məşğul olan şəxslərlə görüşmüşdür. “Bina.az” saytında "xxxx" MMC tərəfindən ünvan 6 ünvanında inşa edilən binanın 1-ci girişinin 2-ci mərtəbəsində yerləşən, 98.5 kv.metr sahəsi olan 9 saylı mənzilin satışda olması barədə məlumatı oxumuş və elanı yerləşdirmiş Şahin adlı şəxslə əlaqə saxlamışdır. Şahinlə görüşüb onunla birlikdə həmin binaya getmiş və ikinci mərtəbəyə qalxıb mənzilə baxmışdır. O, Şahindən binanın hansı şirkət tərəfindən tikildiyini soruşmuş, Şahin də "xxxx" MMC tərəfindən tikildiyini demişdir. O, internetdə bu barədə maraqlanmaq istəsə də, məlumat əldə edə bilməmişdir. Şahinə əgər mənzil başqa şəxsə satılmayıbsa və mübahisəli deyilsə, mənzili almaq istədiyini demişdir. Mənzili 78.000 manata satmaq istədiklərini demişlər, amma sonda 74.000 manata razılaşmışlar. Səhərisi gün Şahinə 1.000 manat beh vermişdir. Növbəti gün o, Şahin və öz tanışı Şahinlə birlikdə binanın birinci mərtəbəsində yerləşən satış ofisinə getmişlər. Orada "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs, Şahinin tanışı Oqtay və Şahinin işçisi Elgünlə görüşmüşlər. O, 1.000 manat behi verəndə şəxsiyyət vəsiqəsinin surətini də verdiyinə görə həmin gün artıq mənzilin alqı-satqısı barədə müqavilə və maliyyə arayışı hazır olmuşdur. O, 15 mart 2021-ci ildə Təqsirləndirilən şəxs 73.000 manat pul vermiş və ona da qeyd edilən sənədləri vermişlər. O, müqavilədə binanı tikən şirkətin "xxxx" olduğunu görüb internetdə araşdırma aparmışdır. Bu zaman binadakı mənzillərin bir çoxunun başqa şəxslərə satıldığını, böyük narazılıqlar olduğunu görmüşdür. O, Şahinə zəng etmiş və Şahinin onu aldadıb şirkətin adını gizlətməsi barədə iradını bildirmişdir. Şahin narahat olmamasını, heç bir problemin olmayacağını demişdir. Bir neçə gün sonra Xanlar ona zəng edib onun mənzildən narazı qalması və mənzili satmaq istəməsi barədə eşitdiyini demişdir. Xanlar belə bir fikri olduğu halda mənzili həmin qiymətə sata biləcəyini demiş, o da razılıq vermişdir. Bundan iki gün sonra Xanlar onu “Lider” TV yaxınlığında yerləşən çayxanaların birinə çağırmış və orada görüşmüşlər. Görüş zamanı Xanlar ona 3.000 manat pulu beh olaraq verib mənzilin qalan 71.000 manat pulunu Novruz bayramından sonra, aprel ayında verəcəyini, banklar işləmədiyindən evi alan adamın pulu çıxarda bilmədiyini demişdir. O həmin günün səhərisi mənzilə gedib qapıya kilid qoyub bağlamaq istəyərkən mənzilin qapısının bağlı olduğunu və divarın üzərində “ev sahibi ***-***-**-** nömrəsi” yazıldığını görmüşdür. O həmin şəxsə zəng edib danışmış və mənzilin sahibinin Şahid18 olduğunu bilmişdir. Rəhman ona mənzili 2017-ci ildə aldığını demişdir. O da Xanlara zəng edib olanları danışmışdır. Xanlar da "Rəhman bizim adamdır, narahat olma, aprel ayında sənin pulunu verəcəm” demiş, lakin onun pulunu qaytarmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 göstərdi ki, 2021-ci ildə Bakı şəhərində mənzil almaq qərarına gəlib internetdə qoyulan mənzillərə baxarkən Bakı şəhəri, 9-cu mikrorayonda olan bir otaqlı, 59,5 kv.metr ölçülü mənzili görüb bəyənmişdir. Həmin elanı yerləşdirən Rza adlı maklerə zəng etmiş, Rza onu Şahin adlı işçisi ilə əlaqələndirmiş, Şahin də ona həmin mənzili göstərmişdir. Mənzil binanın birinci girişinin 9-u mərtəbəsində yerləşmiş və 57 nömrəli təmirsiz, bir otaqlı ev olmuşdur. Şahin ona mənzili Ramin adlı şəxsin satdığını demiş və onu Raminlə tanış etmişdir. Ramin ona binaya tikinti materialı verdiyinə görə binanı tikən şirkətdən ona mənzil ayrıldığını, onun da həmin mənzili satdığını bildirmişdir. Raminlə mənzili 48.000 manata danışıb razılaşmışlar. Ramin ona 48.000 manat pulu Təqsirləndirilən şəxs verməyini, mənzilin sənədlərini isə özünün hazırlayıb Xanlara verəcəyini demişdir. O həmin günü, yəni xx.xx.2021-ci ildə saat 17-18 radələrində 9-cu mikrorayonda Xanların ofisinin yanında çayxana kimi bir yerdə görüşmüşdür. Xanlar həmin yerə Xəzərlə birlikdə gəlmişdir. Xanlardan həmin mənzilin başqa şəxsə satılıb-satılmadığını, sənədlərində hər hansı bir problem olub-olmadığını soruşmuşdur. Xanlar ona “ayıb deyil, biz yerliyik heç bir problem ola bilməz” demişdir. O, Xəzər və Şahinin yanında Xanlara 48.000 manat pulu sayıb vermişdir. Xanlar ona mənzilə dair alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Əlavə olaraq 300 manat isə makler Şahinə ödəmişdir. O, Xanlardan kassa qəbzini tələb etmiş, Xanlar isə artıq iş günü bitdiyinə görə səhəri günü gəlməyini tapşırmışdır. Səhəri günü Xanlara zəng edib mənzilin kassa qəbzini istəmiş, Xanlar isə Gəncə şəhərində olduğuna görə gələ bilməyəcəyini demiş və bir həftə gözləməyini xahiş etmişdir. Bir neçə gündən sonra mənzilə baxmağa getdikdə həmin mənzilin ondan qabaq Sultan adlı şəxsə satıldığını, Sultanın isə həmin mənzili İlqar adlı şəxsə verdiyini öyrənmişdir. O bu barədə Xanlara bildirmiş, Xanlar da texniki xəta baş verdiyini deyib pulunu qaytaracağına söz vermişdir. Bundan sonra Xanlar müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Xanlar onun pulunu qaytarmamışdır. Hal-hazırda həmin mənzildə İlqar yaşasa da, sənədlər Sultana məxsusdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 göstərdi ki, 2021-ci ilin əvvəlində Abşeron rayonu, Xırdalan şəhərindən mənzil almaq qərarına gəldiyi üçün oğlu Şamil internet saytlarında mənzil elanları axtarmağa başlamışdır. Həmin vaxt xatırlamadığı maklerin Xırdalan şəhərində “Bizim Market”ə yaxın ərazidə, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yeni yaşayış binasında təxminən 60 kv.metr ölçüdə mənzili 28.000 manata satışa qoyduğunu görmüşlər. O həmin maklerlə görüşmüş, makler onları həmin binaya aparıb mənzili göstərmişdir. Həmin makler binanın beşinci mərtəbəsində 87 kv.metr ölçüdə mənzilin də 38.000 manata satıldığını demişdir. Onlar həmin mənzilə baxıb bəyənmişlər. Makler onları binanı tikən Xanlar, onun şəriki Elgiz və binada işləyən Xəzərlə tanış etmişdir. Xanlar özünü binanın sahibi kimi təqdim etmişdir. Elgiz özünün Xanlarla şərik olduğunu demiş, Xanlar da Elgizin onun şəriki olduğunu təsdiqləmişdir. Onlar mənzilin qiymətini 35.000 manata razılaşmışlar. Mənzili almaqdan ötrü maklerə xidmətlərinə görə 500 manat ödəmişlər, mənzilin pulunu ödəməkdən ötrü isə bir həftə vaxt istəmişlər. Təxminən bir həftə ərzində 35.000 manat pulu düzəldib Xanlara zəng etmiş və onunla Yasamal rayonunda “İctimai” TV-nin yaxınlığında yerləşən “Pürrəngi” çay evində görüşmüşlər. Xanlar həmin yerdə Xəzər və Elgizlə oturmuşlar. Xəzər mənzilin sənədlərini, yəni alqı-satqı müqaviləsini və maliyyə arayışını ona vermişdir. O, 35000 manat pulu Xəzərə vermiş, Xəzər də pulu sayıb Elgizə vermiş, Elgiz isə pulu bir daha sayıb Xanlara vermişdir. O, mənzilin sənədlərini götürüb çıxıb getmişdir. Xəzərdən mənzilin açarlarını istəmiş, Xəzər də ona açarları götürməsi üçün Gülbalanın nömrəsini vermişdir. O, Gülbala ilə görüşüb mənzilin açarlarını götürmüşdür. O, bir neçə dəfə mənzilə gedib baxanda binadan mənzillərin təkrarən şirkət tərəfindən ayrı-ayrı şəxslərə satıldığını öyrənmişdir. Bundan sonra mənzili başqa şəxsə satmasınlar deyə mənzilin divarlarına öz nömrəsini yazmışdır. 2021-ci ilin iyul ayında bir nəfər tanımadığı şəxs ona zəng edib mənzilin ona satıldığını bildirmişdir. O da həmin şəxsə mənzili özünün aldığını demişdir. Sonra həmin şəxsin mənzili 2014-cü ilin aprel ayında şirkətdən aldığı məlum olmuşdur. Həmin şəxs alqı-satqı müqaviləsini göstərsə də, maliyyə arayışını təqdim edə bilməmişdir. O, Elgiz, Xəzər və Xanlarla danışıb onu aldatdıqlarını bildirmişdir. Elgiz, Xəzər, Xanlar texniki xəta baş verdiyini bildirib ona başqa mənzil verəcəklərini söz vermişlər və müxtəlif bəhanələrlə onu yubatdıqdan sonra da pulu da ödəməkdən imtina etmişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 göstərdi ki, 2021-ci ilin əvvəlində Xırdalan şəhərində ev almaq qərarına gəlib orada olan maklerlər vasitəsi ilə mənzil axtarmağa başlamışdır. Həmin vaxt makler Miri ilə tanış olmuş, Miri Xırdalan şəhərindən mənzil tapacağına söz vermişdir. Bir neçə gündən sonra Miri qardaşı Qorxmaza zəng edib mənzil tapdığını demişdir. Miri ilə Xırdalan şəhərində “Bizim Market”ə yaxın ərazidə, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yeni yaşayış binasına getmişlər. Orada Miri onları İlqar adlı şəxslə tanış etmişdir. İlqar həmin binanın Təqsirləndirilən şəxs tərəfindən inşa olunduğunu, o şirkətə boya verdiyinə görə binanı tikən şirkətin ona binanın beşinci girişində, dördüncü mərtəbədə 132 kv.metr ölçüdə 24 nömrəli mənzili verdiyini demişdir. Həmin mənzili 60.000 manata sadığını, həmin puldan 30.000 manat pulun ona məxsus olduğunu, qalan 30.000 manatın isə şirkətə verilməli olduğunu demişdir. İlqar Xəzərə həmin mənzili göstərməyi tapşırmış, o da Xəzərlə birlikdə mənzilə qalxmışdır. Mənzilin açarları Xəzərdə olmuş, Xəzər qapını açıb mənzilin içərisini ona göstərmişdir. O, mənzilə baxıb bəyənmiş və müqavilənin hazırlanması üçün şəxsiyyət vəsiqəsini İlqara vermişdir. Həmin günü, yəni 26 mart 2021-ci ildə saat 16-17 radələrində İlqarla binanın qarşısında görüşmüşlər. İlqar və Miri qardaşının idarə etdiyi avtomobilə əyləşmişlər, o, avtomobilin içində İlqara 60.000 manat vermişdir. İlqar və Miri pulu sayıb götürmüşlər və İlqar ona mənzilin alqı-satqı müqaviləsini, maliyyə arayışını vermişdir. O, mənzilə gedib qapının üstündə olan qıfılı dəyişdirmişdir. Təxminən 2-3 aydan sonra mənzilə baxmağa getdikdə mənzilin qapısının dəyişdirildiyini görmüşdür. Qonşulardan soraqlaşdıqda həmin mənzilin ondan əvvəl Əli Qədirova satıldığını bilmişdir. Sonra 4-cü mikrorayonda o, Xanlar, Qorxmaz, Xəzər, İlqar və Əli Qədirovun oğlu görüşmüşlər. X28 2016-cı ildə həmin mənzilin ona səhvən satıldığını, buna görə də onun pulunun qaytarılacağını bildirdirmişdir. Amma Xanlar ona pul ödəməmişdir. İlqar 2021-ci ilin yay aylarında hissə-hissə ona 26.800 manat pul qaytarmışdır. 2021-ci ilin avqust ayından isə İlqar ondan qaçıb gizlənməyə başlamışdır. Buna görə də o, İlqar, Xanlar və Xəzər barəsində şikayət etmişdir. Qalan pulu isə bu günə kimi qaytarılmayıb. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 2014-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində “Bizim Market”ə yaxın ərazidə, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yeni yaşayış binasının tikintisi ilə bağlı qazıntı işlərin getdiyini görüb, özünə ev almaq üçün ora yaxınlaşmışdır. O, tikinti işlərini aparan "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs mənzilin kv.metrinin 500 manata olmasını ona bildirsə də, o bu təkliflə razı olmamışdır. O, Xanlarla danışıb 01 kv.metri 460 manata razılaşmışdır. Həmin gün axşam saatlarında o, Xırdalan şəhərində yerləşən “Amazonka” adlı kafeyə gedib orada Xanlarla görüşmüşdür. Xanlar həmin yerdə Hacı Zaur adlı şəxslə birlikdə olmuşdur. Orada olan söhbətdən sonra mənzilin kv.metrini 460 manata almağa razılaşmışdır. İlkin ödəniş kimi 7.500 manat edib alqı-satqı müqaviləsi bağlamışlar. Həmin mənzil 28 nömrəli, sahəsi 86 kv.metr olmuşdur. O, yerdə qalan pulu 24 və ya 30 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bir aydan sonra şirkətə gedib aylıq ödəniş edərkən şirkətin əməkdaşı Xəzər ondan 1.000 manat pul alıb müqaviləni yeniləmiş və yeni müqavilədə artıq onun şirkətə ilkin ödəniş kimi 8.500 manat pul ödədiyi qeyd olunmuşdur. Bundan sonra o, aylıq ödənişləri etməyə başlamışdır. Əvvəlcə aylıq 900-1.000 manat pul ödəsə də, bir neçə aydan sonra işində çətinliklər yaranmış və o, şirkətin əməkdaşı olan Xəzərlə danışıb ondan icazə aldıqdan sonra aylıq ödənişi bir qədər az etmiş, yəni aylıq 500-700 manat pul ödəmişdir. İlkin ödəniş olan 8500 manatı 27 mart 2014-cü ildə “Amazonka” kafesində şəxsən Təqsirləndirilən şəxs özünə vermiş, qalan ödənişləri isə müxtəlif tarixlərdə Xəzərlə zəngləşib binada görüşüb ona vermişdir. 2017-ci ilin iyul ayınadək təxminən ümumilikdə 33.500 manat pul ödəmişdir. Mənzilin tam pulunu ödəyib qurtarmağa cəmi 3.000 manat pul qalmışdır. O, növbəti dəfə ödəniş etmək istədikdə mənzilə baxmış və mənzildə təmir işləri aparıldığını görmüşdür. O, təmir işlərini aparan şəxslə əlaqə saxlamış və həmin şəxs ona mənzili artıq şirkətdən aldığını, mənzilin həmin şəxsin adına rəsmiləşdirildiyini öyrənmişdir. Buna görə də o, ödənişi dayandırmışdır. O, Xəzər və Xanlarla danışıb onu aldatdıqlarını bildirmişdir. Xəzər və Xanlar ona başqa mənzil verəcəklərini söz vermişlər, amma Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onu yubatmışdır. Şahidlərin ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində “Avro Qrand» MMC tərəfindən ünvan 11 ünvanında inşa olunmuş binanın 1-ci girişinin 9-cu mərtəbəsində sahəsi 59.5 kv.metr olan 57 nömrəli mənzilin 12 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə aldığını, mənzili aldıqdan təxminən bir il sonra hissə-hissə təmir etməyə başladığını, təxminən 2019-2020-ci ildə mənzilin təmirini bitirib mənzilə köçdüyünü, 2021ci ildə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs10 adlı şəxsin ona zəng edərək Təqsirləndirilən şəxs tərəfindən həmin mənzili ona satdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X17 ifadəsində 14 sentyabr 2014-cü ildə Təqsirləndirilən şəxsla 87.8 kv.metr ölçüdə mənzili almaq üçün müqavilə bağladığını, 29.500 məbləğində ilkin ödəniş olmaqla, qalan 18.000-dən yuxarı məbləği də aylıq 500 manat olaraq ödənişlər etdiyini, 2021-ci ildə evin ona satıldığını iddia edən Rasim adlı şəxsin ona yaxınlaşdığını və mənzilin ona satıldığını bildirmişdir. Şahid eyni zamanda mənzil üçün nəzərdə tutulan məbləği tam şəkildə ödədiyini, əlavə borcunun olmadığını və evi təmir edərək həmin mənzildə yaşadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş oğlu Şahid29 Çıraq bir qrup şəxslə birlikdə "xxxx" MTK-nı təsis etdiyini, 2014-cü ildə "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən "xxxx" MTK-nın sifarişi ilə Abşeron rayonu Xırdalan şəhəri Həzi Aslanov küçəsi 21-ci məhəllədə "xxxx" MTK-ya aid olan yerdə 5 bloklu, 12 mərtəbəli binanın 3 il ərzində inşa edilərək təhvil verilməli olduğunu, müqaviləyə əsasən, bina tikildikdən sonra orda olan və satışa gedəcək mənzil, qeyriyaşayış sahələri, qarajların bir hissəsi Təqsirləndirilən şəxs sərəncamına verilməklə bina tikilib təhvil veriləcəkdi. Müqavilə şərtlərinə əsasən mərtəbələrə uyğun siyahı üzrə bölgü cədvəlinin tərtib olunduğunu, mərtəbələrin "xxxx" MTK və "xxxx" MMC arasında bölündüyünü, bu cədvəl müqavilə ilə birlikdə Təqsirləndirilən şəxs təqdim olunduğunu, inşa olunan binanın "xxxx" girişinin 6-cü mərtəbəsində MTK-ya məxsus 28 saylı 86 kv.metr ölçüdə mənzilin qanunsuz olaraq Təqsirləndirilən şəxs tərəfindən satıldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, Şahid30 Rusiyadan zəng edərək ona “sənə Təqsirləndirilən şəxs tərəfindən zəng ediləcək, bir məsələ var, sən bu işlərdə yaxşısan, onunla görüşə bilərsən mi? Mənzil almışam, həmin şəxs də o binanın inşaatçısıdır” dediyini, səhəri gün Təqsirləndirilən şəxs tərəfindən zəng olunaraq onunla, Yasamal rayonu ərazisində görüşdüyünü, ona Xanlar tərəfindən 30.000 manat məbləğində pulun verərkən “Rafiq özü bilir, onunla danışmışıq, mənzilini almışıq”, qol çəkmək üçün hər hansı sənədlərin də təqdim olunmadığını, Rafiqdən soruşduqda isə “belə bir razılaşma olmayıb, sənədlər məndədir, satıla bilməz, gələrəm danışarıq” dediyini, Rafiqə zəng edərək pullarla bağlı nə edəcəyini və ya kimə verəcəyini soruşduqda sonuncunun “pulları geri qaytar və heç nəyə qol çəkmə” dediyini bildirdi. Şahid eyni zamanda yenidən Xanlardan aldığı pulu qaytarmaq istəyərkən sonuncunun pulu qəbul etmədiyini və Rafiqlə yenidən danışacağını, Rafiq Bakıya qayıtdıqdan sonra onların yenidən danışıqlar apardığını və razılığa gələ bilmədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində 2015-ci ilin mart ayında Xanlar və Xəzərdən müəllimdən ev aldığını, evin pulunu ödəyərək maliyyə arayışı aldığını 2017-ci ildə bina tikildikdən sonra təmir işlərinə başladığını, 2021-ci ildə Teymur adlı şəxsin ona zəng edərək yaşadığı həmin mənzilin ona satıdlığını, bir müddət sonra mənzilin X13 da satıldığını mənzillə bağlı mülki mühakimə icraatı qaydasında işin gedişində Jalə Babayeva adlı şəxsin də həmin mənzili aldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 Rəfail oğlu verdiyi ifadəsində Abşeron rayonu, Xırdalan şəhərində ev alqı-satqısı ilə məşğul olduğunu, həmin ərazidə ev alqı-satqısı ilə məşğul olan Nazım adlı şəxsin məlumatı əsasında Xırdalan şəhərində “Bizim Market”in arxasında yeni tikilmiş binanın 4 və ya 5-ci mərtəbəsində 1 otaqlı təxminən 64 kv.metr ölçüdə təmirsiz mənzil satıldığını öyrəndiyini, Nazim adlı şəxsin mənzilin qiymətinin təxminən 30.000 manat təşkil etdiyini, həmin məlumat əsasında mənzil barədə sosial şəbəkələrdə elan verdiyini, elanla bağlı mənə bir neçə müştərinin zəng edərək mənzilə baxmaq istədiklərini dediklərini, onun da müştərilərlə binaya gedib mənzili göstərdiyini, həmin vaxtlarda da Namiq adlı şəxs ilə tanış olduğunu, Namiqdən mənzilin sənədləri ilə bağlı soruşduqda Namiqin ona həmin mənzilin şirkət tərəfindən faktiki ona verilsə də mənzilin sənəddə şirkətin adına olduğunu dediyini, həmin ərəfədə əvvəllər tanımadığı Rauf adlı şəxsin ona zəng edərək mənzili bəyəndiyini almaq istədiyini dediyini, Namiqlə Raufu tanış etdikdən sonra Raufun Namiqlə özünün danışaraq qiymət barədə razılaşdığını, mənzilin qiymətinin 27.000 manata dəyərləndirdiyini, 2021-ci ilin yay aylarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Nazim ilə ofisdə görüşdüyünü, orada Raufun Namiqə beh kimi 10.000 manat pul verdiyini, Nazimin pulun verilməsini beh müqaviləsi ilə rəsmiləşdirdiyini, təxminən 15-20 gün sonra onların yenidən Nazimin ofisində görüşdüyünü, Raufun əlavə olaraq 17.000 manat pulu da Namikə verdiyini, görüşdə Təqsirləndirilən şəxs və onun işçisi Xəzərin də iştirak etdiyini, Rauf mənzilin pulunu Namikə verdikdən sonra Xanlar əvvəlcədən Raufun adına tərtib etdiyi mənzilin alqı-satqı müqaviləsini və maliyyə arayışını imzalayıb Raufa verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid26 qardaşı - Zərərçəkmiş şəxs12 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərdi ki, halhazırda işləmir. Əvvəllər dövlət işində, özəl müəssisədə işləyib. Təqsirləndirilən şəxs ilə dostluq münasibəti var. Təqsirləndirilən şəxs 2014-cü ildə 9-cu mikrorayonda, Adil Məmmədov küçəsində işə başlamışdır. O vaxt gəlib gördü ki, işə başlayır, işləyir. O Xanlar ilə əvvəldən tanışdır, 1990-cı ildən Xanları tanıyır. Xanlar ilə danışmışlar, sonra tikinti işinə görə ondan daş istəmiş, bunun qarşılığında ona həmin yerdən obyekt təklif etmişdir. Xanlar ilə razılaşmışdır. Ona binanın 2-ci mərtəbəsində obyekt vermişdir. Əvəzində Xanlara pul, aqlay, daş vermişdir. Oturub onunla hesablamışlar, 2017-ci ilə qədər o bütün pulu, materialları vermişdir, Xanlar da ona yazmış, sənədi vermişdir. Üstündən bir az keçmişdi, 2018-2019-cu il ildə, Rövşən adlı şəxs gəlmiş və Xanların onun olan sahəni Rövşənə verdiyini demişdir. O bilirdi ki, Rövşən Xanlara faizə pul verib. Onun yanında da dəfələrlə Rövşən Xanlardan pul istəyib, Xanlar da o pulu verməyib. Demişdir ki, bəs nə məsələdir, demişdi ki, Xanlar Rövşəndən pul alıb, ona verib. Rövşənlə Xanların yanına gəlmişlər, orada Xanlar iradını bildirib demişdir ki, Rövşənə həm ev, həm də pul verib. Onun yanında onların söhbəti belə olub. Sonra o öyrənmişdir ki, doğrudan da, Xanlar Rövşəndən 190.000 manat pul alıb və 1 dənə də 2 otaqlı ev verib, hal-hazırda Rövşən həmin evdə yaşayır. 90.000 manat pul kreditdir. Rövşən, Xanlar və o bir yerdə görüşmüşlər, Xanlar da Rövşənə sözünü demişdir, bununla da məsələ qurtarmışdır. Sonradan Rövşən korrupsiyaya gedib, orada araşdırma aparılıb, ləğv ediblər. Sonra bir də şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ona verilən sualları cavablandıraraq bildirdi ki, ona verilən evin sənədlərini vəkilə vermişdir. 2016-ci ildə sərəncam olunub, 2014-cü ildə Xanlarla "xxxx" MTK-ın arasında podrat müqaviləsi olub, notarial təsdiq olunub. 2014-cü ildən Xanlar bu işə başlayıb, həmin evlərin satışı da Xanlara həvalə olunub. Fövqəladə Halların həmin tikintiyə görə sənədləri var. Qaraj ilə bağlı gündə bir nəfər gəlir ki, “bura mənimdir”. O evini, bir dənə də “Lexus” markalı maşınını vermişdir, qaraj istəmirdi. Onlar dedi ki, Xanların işinə görə 2 evi vermişdir, 3 otaqlı ev, qarajı qoysunlar, evlərini qaytarsınlar. Evləri də notariusla vermişdir. O, Zərərçəkmiş şəxs1, haradasa, korrupsiyada tutulandan, 2019, ya da 2020-ci ildən tanıyır. İki, ya da üç dəfə görüb. Rövşən 100.000 ABŞ dollarını faizə verib, o faizə pul verəndir. Dəfələrlə görmüşdür ki, Rövşən gəlib Xanlara deyib ki, “faizi ver, faiz gecikib”. Əlbəttə, Xanlar Rövşənə faizi ödəyirdi. bir dəfə gəlib onun qohumu Bayramın yanında dedi ki, “bax pulu verdim, mənə sənədi ver”, Rövşən dedi ki, “atam xəstədir, rayondadır. Köməklik edib, gətirərik”. Xanlar demişdir ki, “pulunu verirəm, mənim sənədimi ver”. Pulu verdilər, sənədi vermədilər. Haradasa 90.000 nağd şəkildə pul, bir dənə də iki otaqlı ev verdi. Hal-hazırda həmin mənzildə Zərərçəkmiş şəxs1 yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində göstərdi ki, o, 2017-ci ilin noyabr ayında Bakı şəhərində mənzil almaq qərarına gəlmiş, Bakı şəhərində mənzil axtarmağa başlamışdır. Həmin vaxtı qaynı və xalası oğlu olan Zərərçəkmiş şəxs1 ona Bakı şəhəri, 9-cu mikrorayonda inşa olunan binadan mənzil almağı təklif etmişdir. Rövşən həmin binadan qeyri-yaşayış sahəsi almışdı. O, Rövşənin dəvəti ilə Bakı şəhəri, 9-cu mikrorayona gəlib orada "xxxx" MMC tərəfindən inşa olunan binaya baxmış, binanın 9-cu mərtəbəsində olan 60 nömrəli iki otaqlı mənzili bəyənmişdir. Bundan sonra şirkətin rəhbəri olan Təqsirləndirilən şəxsla görüşüb mənzil barədə danışmışdır. Xanlar həmin mənzili 63.375 manata satdığını demiş, onun üçün endirim edib qiyməti 63.000 manata salmışdır. O, əvvəlcədən özü ilə pul götürdüyündən binanın birinci mərtəbəsində Xanların ofisində Xanlara 63.000 manat pul vermişdir. Xanlar onun adına həmin mənzilə dair alqısatqı müqaviləsi və maliyyə arayışı vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ona verilən sualları cavablandıraraq bildirdi ki, evin alqı-satqı müqaviləsi onun adına rəsmiləşdirilib. O, 45-50 min manatlıq ev axtarırdı. Həmin ev 63.000 manat olduğuna görə həmin hissədə pulu çatmırdı. Ev üçün pulu birdəfəlik verməmişdir. 45.000 manat pulu əvvəlcədən verməmiş, gedib düzəldib gəlmiş, pulu düzəldəndən sonra bir yerdə vermişdir. Zərərçəkmiş şəxs1 verilən mənzillə onun mənzilinin eyni nömrədə olub-olmadığı barədə, eləcə də Rövşənin mənzili ilə bağlı məlumatı yoxdur. Heç bir hüquq-mühafizə orqanına şikayət verməmişdir. Rövşəni tanıyır, ona demişdir ki, “mənə pulum lazımdır”. Rövşən ona bu günə qədər pul qaytarmamışdır. Xanlar and içir ki, onu üzləşdirmədən əvvəl görməmişdir, bununla bağlı o da and içir ki, mənzilə görə pulu Xanlara onun ofisində özü vermişdir. Mənzili xalası oğlu Rövşən təmir etdirib. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 göstərdi ki, oğlu 44 günlük müharibədən gələndən sonra ona ev almaq qərarına gəlmişlər. Oğlu internet vasitəsi ilə mənzil axtarmağa başlamış, mənzil satışı barədə elanlarla tanış olmuşdur, Xırdalan şəhərində yerləşən binadakı evə baxmaq qərarına gəlmişlər. Həmin mənzil 28.000 manata satışa çıxarılmışdı. Həmin binaya gedib mənzilə baxmışlar, orada Namiq adlı şəxs bildirmişdi ki, mənzil ona tikinti materiallarının əvəzində verilib və həmin mənzili 27.000 manata sata bilər. Bundan sonra onlar Namiqə 10.000 manat pul vermişlər, daha sonra qalan 17.000 manat pulu da şirkətin rəhbəri Xanlar müəllimin də yanında vermişlər. Xanlar heç bir şey danışmamışdır. Təxminən bir ay keçdikdən sonra mənzilə qapı qoymuşlar. Mənzildə təmir işlərinə başlamaq istəyərkən həmin binanın komendantı Elşən oğluna bildirmişdi ki, həmin mənzilin başqa sahibi var, sahibi Dilarə adlı qadındır. Bir neçə gün sonra evə usta apararkən mənzilin qarşısında Şamil adlı şəxs oğluna yaxınlaşıb demişdir ki, həmin mənzil ona məxsusdur, mənzili 36.000 manata satışa qoyub, həmin mənzilə görə Xəzər və Xəzərlə gələn bir nəfər tanımadığı şəxs ona 2.500 manat beh verib qalan pulu bir ay ərzində ödəyəcəklərinə söz vermişlər, lakin pulunu ödəməmişlər. Bundan sonra oğlu Namiqlə əlaqə saxlayıb danışmış, Namiq Xəzərin onu aldatdığını deyib Şərur MTKdan ev verəcəyinə söz vermiş, lakin sonradan Namiq zənglərə cavab verməmişdir. Bu günə qədər Xanlar özünə məxsus torpaq sahəsini satıb pullarını ödəyəcəyinə söz versə də, pulları ödənməyib, ona görə şikayət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ona verilən sualları cavablandıraraq bildirdi ki, 17.000 manat pulu Təqsirləndirilən şəxs yanında, onun razılığı ilə ödəniş etmişlər. Bu günə qədər nə pulu, nə də mənzili ala bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, oğlu Zərərçəkmiş şəxs7 ev almaq qərarına gəlmişlər. Oğlu internet vasitəsi ilə mənzil tapıb bəyənmiş, onlar da həmin mənzilə baxmaq üçün gəlmiş, həmin binaya gedib mənzilə baxmışlar, orada Namiq adlı şəxs bildirmişdi ki, mənzil sonuncuya tikinti materiallarının əvəzində verilib və həmin mənzili 27.000 manata sata bilər. Bundan sonra onlar Namiqə 10.000 manat pul vermiş, daha sonra qalan 17.000 manat pulu da şirkətin rəhbəri Xanlar müəllimin də yanında vermişlər. Təxminən bir ay keçdikdən sonra mənizilin başqa sahibinin olduğunu bilib şikayət etmişlər. Bu günə qədər Xanlar nə pulularını, nə də mənzillərini qaytarmayıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ona verilən sualları cavablandıraraq bildirdi ki, 17.000 manat pulu Cəfərovun yanında vermişdir. Qalan məbləğ – 10.000 manat Namiq və Oqtaya verilib. Namiq demişdir ki, Xanların yoldaşı Gəncədə xəstədir, o pul da Xanlara veriləcək. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 Qürbət qızı göstərdi ki, o, Zərərçəkmiş şəxs7 xalasıdır. Rauf 3 ildir ki, müharibədən gəlib, onun əsəb sistemi pozulub. Raufun atası, anası hələ də o pula görə banklara pul ödəyir, Rauf evlənə bilmir, onun həyatı pozulub. Onlar Namiqə 10.000 manat pul vermiş, daha sonra qalan 17.000 manat pulu da şirkətin rəhbəri Xanlar müəllimin də yanında vermişlər. Təxminən bir ay keçdikdən sonra mənzilin başqa sahibinin olduğunu bilib şikayət etmişlər. Bu günə qədər Xanlar nə pullarını, nə də mənzillərini qaytarmayıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid32 göstərdi ki, 2020-ci ildə Xırdalan şəhərində ev almaq qərarına gəlib mənzillərə baxmış və "xxxx" MMC tərəfindən Xırdalan şəhərində inşa olunan binanı bəyənib orada olan əməkdaşlara yaxınlaşmışdır. Binanı inşa edən şirkətin əməkdaşı Şahid4 binada olan mənzillərin hamısının satıldığını bildirmiş, həmin binada mənzil sahibi olan Güldanə Babayeva ilə tanış etmişdir. Güldanə ona binanın S girişində, 5-ci mərtəbədə 29 saylı, 62 kv.metr sahəsi olan mənzili göstərmişdir. O həmin mənzili Güldanədən 34.000 manata almış və əlavə olaraq 2.000 manat pulu "xxxx" MMC-yə mənzilin alqı-satqısını rəsmiləşdirmək üçün ödəmişdir. Ona 13 mart 2020-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışı verilmişdir. 2020-ci ilin oktyabr ayında həmin mənzili 36.000 manata satmaq qərarına gəlib bu barədə Şahid4 bildirmiş, Şahid4 2021-ci ilin may ayında Namiq adlı şəxslə ona yaxınlaşmışdır. Namiq qohumlarının həmin mənzili almaq istədiklərini bildirmiş və 2.500 manat beh vermiş, qalan 33.500 manat pulu bir ay müddətində ödəyəcəyinə söz versə də, pulu ödəməmişdir. Buna görə də o, mənzili satmamışdır, mənzil hal-hazırda ona məxsusdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 göstərdi ki, 2016-cı ildə Bakı şəhəri, 9-cu mikrorayonda sözügedən binadan mənzil almışdır. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla görüşmüş, binada qalan mənzillərə baxıb 2-ci mərtəbədə olan 98.5 kv.metr ölçüdə mənzili bəyənmişdir. 23 noyabr 2016-cı ildə binanın ofisinə gəlib orada Təqsirləndirilən şəxs iş otağında Təqsirləndirilən şəxs özünə 80.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu sayıb götürmüş, adına müqavilə və maliyyə arayışı tərtib edilmiş, mənzilin sənədləri, yəni alqı-satqı müqaviləsi və maliyyə arayışı ona təqdim edilmişdir. 2021-ci ildə ona təcili pul lazım olmuş, buna görə mənzili 85.000 manata Bəxtiyar Rzayev adlı şəxsə Təqsirləndirilən şəxs iştirakı ilə satmışdır. Mənzilin çıxarışı yox idi, buna görə notarial qaydada ona düşən mənzilin Bəxtiyarın adına rəsmiləşdirilməsi barədə ərizə ilə "xxxx" MMC-yə müraciət etmiş və adına olan müqavilə ləğv olunub Bəxtiyar Rzayevin adına rəsmiləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid25 göstərdi ki, 22 noyabr 2014-cü ildə "xxxx" MMC tərəfindən Xırdalan şəhərində inşa olunan binanın B girişinin 9-cu mərtəbəsində olan 156 kv.metr ölçüdə 41 nömrəli mənzili binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs 85.800 manat pul ödəyib almışdır. Onun adına müqavilə və maliyyə arayışı tərtib edilmiş, mənzilin sənədləri, yəni alqı-satqı müqaviləsi və maliyyə arayışı təqdim edilmişdir. Mənzildə təmir işləri aparmamış, mənzil təmirsiz qalmışdır. 2021-ci ilin fevral-mart aylarında atasına pul lazım olduğundan həmin mənzili satmaq qərarına gəlmişlər. Həmin mənzili 85.800 manata satışa qoymuşlar və bu barədə "xxxx" MMC-nin işçisi Xəzərə bildirmişlər. Xəzər müştəri tapacağına söz vermişdir. 2021-ci ilin iyun ayında Xəzər onun atasına zəng edib demişdir ki, “mənzili bir nəfər almaq istəyir, həmin şəxs 200 manat beh verib” və həmin beh ondadır, mənzilin pulunu 2021-ci ilin iyul ayında verəcəkdir. Bundan sonra Xəzər müxtəlif bəhanələr gətirərək 2021-ci ilin noyabr ayına kimi gözləməyini xahiş etmişdir. 23 noyabr 2021-ci ildə Hamlet adlı bir nəfər atasına zəng edib 2021-ci ilin iyun ayında mənzili aldığını demişdir. Atası Hamletlə görüşüb həmin mənzilin ona məxsus olduğunu və evi satmadığını bildirmişdir. Hal-hazırda mənzil ona məxsusdur. Mənzildə heç bir təmir işi görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid33 göstərdi ki, 2014-cü ildə sözügedən MTK-dan 3 mənzil yazdırmışdır. Onun biri Xanlar müəllimin dediyinə görə, şəriklərlə bölgüyə düşdüyünə görə idi, Xanlar “şəriklərlə bölgüyə düşüb, onu keçirdək” demiş, o da “heç bir problem yoxdur” demişdir. Günlərin bir günü mənzilə gəlib görmüşdür ki, mənzilin qapısı sınıb. Onda Xanlar müəllim hələ işində idi, Xanlar müəllimə zəng etmiş, Xanlar demişdir ki, o, mənzili heç kimə satmamışdır. Araşdırıb öyrənmişdir ki, Vəli adlı bir şəxs kimdənsə alıb, o da Vəlinin nömrəsini öyrənib zəng edib demişdir ki, “əgər sən buranı almısansa, hər blokun girişində mənzillərin kimə məxsus olduğu haqqında lövhə asılmışdı, oxumusan oranı?”. Vəli dedi ki, “harada yazılıb ki, mən onu görməmişəm?” O da demişdir ki, “bloka girirsən, orada yazılıb, bütün mənzillər kimə məxsusdur. 45-ci mənzil kimə məxsusdur?”. Vəli demişdir ki, “Yolçiyev Fikretə”. O da soruşmuşdur ki, “bəs sən necə gəlib, bu qapını sındırmısan”. Bununla məsələ başlamışdır. Söhbət blok B, 45 nömrəli mənzildən gedir. Sonra o Abşeron polisinə şikayət ərizəsi yazmışdır ki, mənzilinin qapısı sındırılıb. Sonra ona demişlər ki, “məhkəmə olmalıdır”, onu məhkəməyə vermişlər. Abşeron məhkəməsi qərar vermişdir ki, “mənzil X10 məxsusdur”, qərar təqdim olunub. Sonra da ona demişlər ki, Bakı Ağır Cinayətlər məhkəməsində də hal-hazırda iş gedir, Bakı Ağır Cinayətlər Məhkəməsinə şahid qismində dəvət olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 ona verilən sualları cavablandıraraq bildirdi ki, həmin mənzil ondadır. Həmçinin onu da qeyd etdi ki, Xanlar müəllim də onu təsdiq edir ki, onun adına 3, hətta 4 mənzil yazılmışdır. Onun mənzili başqa adamlara satılmamışdır, mənzil ona məxsusdur, açar da ondadır. Əvvəlcədən Vəlini tanımamışdır. Digər 2 mənzil ilə bağlı heç bir problem olmayıb. Xanlar demişdi ki, bir mənzil şəriklərlə bölgüyə düşüb və onun da pulunu Xanlar ona qaytarıb, onun heç bir şikayəti yoxdur. Mənzillərdən birinə görə qaytarıb. O, 3 blokda – A, B və C bloklarında mənzil yazdırmış, heç biri ilə bağlı da problem olmamışdır, hamısının pulunu Xanlar müəllimdən almışdır. Onda bir mənzil – 45-ci mənzil qalıb, o birilərin hamısını qaytarmış, pulunu da almışdır. Verdiyi ifadə ona məxsus olan – B blokunda 45 nömrəli mənzillə bağlı ifadədir. Digər mənzil – C blokunda 69,15 kv.metr olan mənzili də vermişdir. Bir də A blokunda 104 kv.metr olan mənzili olmuşdur. Xanlarla bağlı heç bir problemi, şikayəti yoxdur. İbtidai istintaq zamanı dindirilmiş, ifadələri məhkəmədə elan edilib tədqiq olunmuş şahidlərlərin ifadələri: İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid1 göstərmişdir ki, 2021-ci ildə qaynı Arzuman ona demişdi ki, xalası oğlu Teymur Xırdalan şəhərində mənzil almaq istəyir, buna görə də onun üçün mənzil tapmağını xahiş etmişdir. O, əvvəllər makler kimi fəaliyyət göstərmiş, Xırdalan şəhərində mənzil alqı-satqısı ilə məşğul olmuşdur. Makler kimi işləyərkən barterlə binalardan mənzil alıb-satan Rafiqlə tanış olmuş, Rafiqə bir neçə dəfə mənzil satmağa köməklik etmişdir. Rafiqə zəng edib satışda mənzili olub-olmadığını soruşmuş, Rafiq ona bildirmişdir ki, Xırdalan şəhərində, “Bizim Market”in yanında iki otaqlı mənzili var. Mənzil həmin binanın “A” girişində, 6-cı mərtəbədə yerləşən 87,8 kv.metr ölçüdə 36 nömrəli mənzil idi və təxminən 50.000 manata satılırdı. Bu barədə Arzuman və Teymura demiş, onlar gedib Rafiqin dediyi mənzilə baxmışlar. Teymur mənzili bəyənib almaq istədiyini demişdir. Bundan 2-3 gün sonra, yəni 13 mart 2021-ci ildə Bakı şəhəri, 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Arzuman, Teymur, Rafiq, binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs və işçisi Xəzər iştirak etmişlər. X18 evin problemi və ya əvvəllər başqa şəxsə satılıbsatılmadığını soruşmuşdur. Rafiq həmin mənzilin heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğunu demişdir. Təqsirləndirilən şəxs da heç bir problem olmadığını, başqa şəxsə satılmadığını təsdiqləmişdir. Mənzilin qiymətini 45.000 manata danışmışlar. Teymur Rafiqə cəmi 40.000 manat topladığını, qalan 5.000 manatı isə hissə-hissə verə biləcəyini demişdir. Rafiq razılaşmış və demişdir ki, 40.000 versin, qalan 5.000 manatı isə hər ay 1.000 manat olmaqla ona versin ki, o həmin pulu Rafiqə çatdırsın. Teymur razılaşmış və üzərində olan 40.000 manat pulu masanın üzərinə qoymuş, Xanlar pulu sayıb götürmüşdür. Xanlar evin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Müqavilədə direktor kimi Cahangir qeyd edilmiş, lakin Cahangirin özü orada olmamışdır. Teymur sənədə baxıb həmin sənəddə aldığı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda olan binada olduğu kimi qeyd edildiyini demiş, bu barədə Xanlara bildirmişdir. Xanlar səhv yazıldığını etiraf edib sənədi Xəzərə vermişdir. Xəzər ofisə gedib bir neçə dəqiqədən sonra sənədi düzəldib qaytarmışdır. Xanlar müqavilə və maliyyə arayışını imzalayıb möhürləmiş və təqdim etmişdir. Cahangirin kim olduğunu soruşmuşlar, Xanlar isə şirkətin ona məxsus olduğunu, Cahangirin isə formal bir şəxs olduğunu demişdir. Direktor əvəzinə Xanlar özü qol çəkmişdir. Mənzili 45.000 manata alsalar da, müqavilədə mənzilin qiyməti 36.000 manat kimi göstərilmişdir. Xanlar demişdir ki, özləri vergiyə az pul ödəməkdən ötrü belə aşağı qiymət qeyd edirlər. Onlar sənədləri götürüb çıxıb getmişlər. Rafiq, Xanlar və Xəzərin pulu nə cür böldüklərini bilməmişdir. Bundan sonra beş ay ərzində hər ay ayın 10-na kimi Teymur Arzumana 1.000 manat pul vermişdir. Arzuman da pulu gətirib ona çatdırmışdır ki, o həmin pulu Rafiqə versin. O da Rafiqlə görüşüb aylıq 1.000 manat Rafiqə vermişdir. Mənzili aldıqlarına görə 2021-ci ilin avqust ayında Teymur artıq pulu ödəyib qurtarmışdır. 2021-ci ilin avqust ayında məlum olmuşdur ki, 2015-ci ildə Təqsirləndirilən şəxs həmin mənzili başqa şəxsə satmışdır. Bu barədə Rafiq və Xanlara demişlər. Onlar müxtəlif bəhanələr gətirərək Teymurun pulunu qaytarmamışlar. Teymur ona 500 manat pul vermiş, həmin pulu mənzili almağa köməklik etdiyinə görə “şirinlik” kimi Arzuman vasitəsi ilə göndərmişdir. Sonradan həmin 500 manatı Teymura qaytarmışdır. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid2 göstərmişdir ki, bina tikintilərinə beton və armatur satmaqla məşğul olmuşdur. Həmin tikintilərdən bəzi hallarda pul, bəzi hallarda isə mənzil alıb satmışdır. Xırdalan şəhərində mənzil alqı-satqısı ilə məşğul olan Rəşadı təxminən 2008-ci ildən tanımışdır. Rəşadla yaxşı münasibətləri yaranmış, dəfələrlə mənzil satmışdır. 2021-ci ilin əvvəlində Rəşad ona bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Xırdalan şəhərində tikilmiş binadan mənzil almaq istəyən var. Rəşad xahiş etmişdir ki, Xanlarla danışıb onun binasında satışda iki otaqlı mənzil olub-olmadığını soruşsun. Təxminən 2018-2019-cu illərdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda inşa etdiyi binadan bir neçə tanışı mənzil almış, həmin alqı-satqı zamanı Təqsirləndirilən şəxsla tanış olmuş, özü isə Xanlara heç nə satmamış, Xanlarla heç bir iş birliyi olmamışdır. O, Xanlara zəng edib binasında iki otaqlı mənzil satılıb-satılmadığını soruşmuşdur. Xanlar demişdir ki, 4 və ya 5-ci mərtəbədə iki otaqlı, 88 kv.metr ölçüdə mənzili qalıb, həmin mənzili 50.000 manata satır. O bu barədə Rəşada demişdir. Rəşad bildirmişdir ki, xalası oğlu Teymur həmin mənzili almaq istəyir. Xanlar işçisi Xəzərin nömrəsini ona vermiş, o da həmin nömrəni Rəşada vermişdir. Rəşad və qohumu Teymur Xəzərlə zəngləşib həmin mənzilə baxmışlar. Rəşad və qohumu mənzili bəyəndikdən sonra onlar danışıb Bakı şəhəri, 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Rəşad, Teymur, Arzuman, Təqsirləndirilən şəxs və işçisi Xəzər iştirak etmişlər. Görüşdə Rəşad və Teymur Xanlarla danışıb mənzillə maraqlanmışlar, mənzilin problemini və ya əvvəllər başqa şəxsə satılıbsatılmadığını soruşmuşlar. Xanlar həmin mənzilin heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğunu demişdir. Rəşad və Teymur Xanlardan mənzilin qiymətini aşağı salmasını xahiş edib 45.000 manat təklif etmişlər. Xanlar da onlarla razılaşıb 45.000 manata sata biləcəyini demişdir. Xanlar Teymurun sənədlərini götürmüşdür ki, mənzilin alqı-satqı müqaviləsini və maliyyə arayışını yazsın. Səhəri günü onlar yenidən Bakı şəhəri, 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Rəşad, Teymur, Arzuman, Təqsirləndirilən şəxs və işçisi Xəzər iştirak etmişlər. Teymur onun yanında 40.000 və ya 45.000 manat pulu sayıb Xanların qarşısında masanın üzərinə qoymuşdur. Xanların işçisi Xəzər pulu sayıb götürmüşdür. Xanlar evin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Səhəri günü də Teymur həmin mənzilin açarlarını şirkətdən götürmüşdür. Bir neçə aydan sonra isə məlum olmuşdur ki, Xanlar həmin mənzili Teymurdan əvvəl başqa şəxsə satmışdır. O da Xanlarla görüşmüş, Xanlar ona demişdir ki, şəriki ilə aralarında problem olduğundan mənzillərin sənədlərində problem yaranıb, lakin tez bir zamanda mənzilin pulunu ödəyəcəkdir. Bir neçə aydan sonra isə Xanlar həbs olunmuşdur (cild 6, iş vərəqə 137- 139). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, 2021-ci ildə xalası oğlu Teymur Xırdalan şəhərində mənzil almaq istədiyini deyib onun üçün mənzil tapmağını xahiş etmişdir. O, Teymurun mənzil axtardığını makler kimi fəaliyyət göstərən yeznəsi Rəşada demişdir. Rəşad bildirmişdir ki, Rafiq adlı şəxs tərəfindən Xırdalan şəhərində “Bizim Market”in yanında 01 kv.metri 510 manata mənzil satılır. O, Teymurla həmin binaya gedib mənzilə baxmışdır. Mənzilə baxmaq istəsələr də, mənzilin qapısı bağlı olduğundan içəri girə bilməmişlər. Rəşad onlara bir mərtəbə aşağıda, eyni ölçüdə olan açıq mənzilə baxmağı təklif etmişdir. Teymur mənzili bəyənib almaq istədiyini demişdir. Mənzil həmin binanın “A” girişində, 6-cı mərtəbədə yerləşən 87,8 kv.metr ölçüdə 36 nömrəli mənzil idi və 45.000 manata satışa qoyulmuşdu. Bundan 2-3 gün sonra, yəni 13 mart 2021-ci ildə Bakı şəhəri, 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Rəşad, Teymur, mənzilin sahibi Rafiq, binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs və işçisi Xəzər iştirak etmişlər. X18 evin problemini və ya əvvəllər başqa şəxsə satılıb-satılmadığını soruşmuşdur. Rafiq həmin mənzilin ona məxsus olduğunu deyib heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğuna söz vermişdir. Təqsirləndirilən şəxs da heç bir problem olmadığını, başqa şəxsə satılmadığını təsdiqləmişdir. Teymur Rafiqə cəmi 40.000 manat topladığını, qalan 5.000 manatı isə hissə-hissə verə biləcəyini demişdir. Rafiq razılaşmış və bildirmişdir ki, Teymur 40.000 versin, qalan 5.000 manatı isə hər ay 1.000 manat olmaqla Rəşada versin. Teymur razılaşmış və üzərində olan 40.000 manat pulu Rafiqə vermişdir. Rafiq pulu sayıb üzərindən 10.000 manatı götürmüş, 30.000 manatını Xanlara vermişdir. Rafiqdən nə səbəbdən 30.000 manatı Xanlara verdiyini soruşduqda Rafiq söyləmişdir ki, Xanlarla öz aralarında olan haqq-hesablarıdır, o, Xanlara bina tikərkən sement və ya beton verib, buna görə də bir-birlərinə verəcəkləri vardır. Xanlar evin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Müqavilədə direktor kimi Cahangir qeyd edilmiş, lakin Cahangirin özü gəlməmişdir. Teymur sənədə baxıb həmin sənəddə aldığı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda olan binada olduğu kimi qeyd edildiyini görmüşdür. Bu barədə Xanlara demiş, Xanlar səhv yazıldığını etiraf edib sənədi Xəzərə vermişdir. Xəzər ofisə gedib bir neçə dəqiqədən sonra sənədi düzəldib qaytarmışdır. Xanlar müqavilə və maliyyə arayışını imzalayıb möhürləmiş və təqdim etmişdir. Cahangirin kim olduğunu soruşduqda Xanlar şirkətin ona məxsus olduğunu, Cahangirin isə formal bir şəxs olduğunu demiş, direktor əvəzinə Xanlar özü qol çəkmişdir. Bundan sonra hər ay ayın 10-na kimi o, Teymurun yaşadığı evə gedib aylıq 1.000 manat pul götürmüş və həmin pulu Rəşada vermişdir. Rəşad da həmin pulu Rafiqə vermişdir. Rəşad Rafiqə aylıq 1.000 manat verərkən o da iki dəfə Rəşadın yanında olmuş, 2021-ci ilin aprel-may aylarında o, Rəşadla birlikdə Rafiqlə Bakı şəhəri “Lider” TV-nin yanında görüşüb ümumilikdə 2000 manat pulu Rafiqə vermişdir. Qalan 3000 manatı Rəşad Rafiqə özü vermişdir. 2021-ci ilin avqust ayında Teymur artıq pulu ödəyib qurtarmışdı. 2021-ci ilin avqust ayında məlum olmuşdur ki, 2015-ci ildə Təqsirləndirilən şəxs həmin mənzili Müşviq Bağırova satmışdır (cild 6, iş vərəqə 118-120). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhərində inşa olunan binanın “A” girişində, 6-cı mərtəbədə yerləşən 87,8 kv.metr ölçüdə 36 nömrəli mənzil 2014-cü ildə şirkət tərəfindən Müşviqə satılmışdır. Müşviq həmin mənzildə heç bir təmir işləri görməmişdir. 2021-ci ildə Müşfiq ona və Təqsirləndirilən şəxs müraciət edib həmin mənzili satmaq istədiyini demişdir. Müşviq ilkin olaraq həmin mənzili təxminən 50.000 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs mənzilə müştəri axtarmağa başlamışdır. Xanlar bu barədə həmçinin tanışı Rafiqə də demişdir. Bir neçə gündən sonra Rafiq bildirmişdir ki, həmin mənzili almaq istəyən müştərisi var. Təqsirləndirilən şəxs tapşırığı ilə o həmin mənzili Rafiqin göndərdiyi Rəşad, Teymur və Arzumana göstərmişdir. Mənzili almaq istəyən şəxs Teymur idi. Onlar mənzilə baxıb bəyəndikdən sonra mənzilin alqı-satqısını rəsmiləşdirmələri üçün Bakı şəhəri, 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Rəşad, Teymur, Arzuman, Təqsirləndirilən şəxs və Rafiq iştirak etmişlər. Görüşdə Rəşad və Teymur Xanlarla danışıb mənzillə maraqlanmışlar, mənzilin problemi və ya əvvəllər başqa şəxsə satılıb-satılmadığını soruşmuşlar. Xanlar həmin mənzilin heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğunu demişdir. Görüşdən əvvəl artıq Rafiq Teymurla danışıb mənzilin qiymətini 45.000 manata razılaşdırmışdılar. Rafiq Teymurun sənədlərini əvvəlcədən Təqsirləndirilən şəxs verdiyindən artıq həmin mənzilin alqı-satqı müqaviləsi və maliyyə arayışı yazılmışdı. Teymur cəmi 40.000 manat topladığını, qalan 5.000 manatı isə hissə-hissə verə biləcəyini demişdir. Rafiq razılaşmış və demişdir ki, 40.000 versin, qalan 5.000 manatı isə hər ay 1.000 manat olmaqla Rəşada versin. Rafiq Xanlarla özü öz aralarında həll edəcəklərini demişdir. Xanlar etiraz etməmişdir. Xanlar evin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Müqavilədə direktor kimi Cahangir qeyd edilmişdi, lakin Cahangirin özü yox idi. Teymur sənədə baxıb həmin sənəddə aldığı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda olan binada olduğu kimi qeyd edildiyini görüb, bu barədə Xanlara demişdir. Xanlar səhv yazıldığını etiraf edib sənədi ona vermiş, o ofisə gedib orada sənədi düzəldib qaytarmışdır. Xanlar müqavilə və maliyyə arayışı imzalayıb möhürləmiş və təqdim etmişdir. Teymur Cahangirin kim olduğunu soruşmuş, Xanlar isə şirkətin ona məxsus olduğunu, Cahangirin isə formal bir şəxs olduğunu demişdir. Direktor əvəzinə Xanlar özü qol çəkmişdir. Mənzili 45.000 manata satılsa da, müqavilədə mənzilin qiyməti 36.000 manat kimi göstərilmişdir.Teymur maliyyə arayışını və müqaviləni aldıqdan sonra 40.000 manat pulu masanın üzərinə qoymuşdur. Rafiq və Xanlar pulu saymışlar və pulu Xanlar götürmüşdür. Teymur, Rəşad və Arzuman çıxıb getmişlər. O da çıxmışdır. Rafiq və Xanlar otaqda ikisi qalıb öz aralarında danışmışlar. Bir neçə dəqiqədən sonra Xanlar gəlib ona bildirmişdir ki, həmin 40.000 manatdan 2.000 manatı Rafiqə verib, 38.000 manat isə ondadır. Qalan 5.000 manat pulu isə Teymur Rəşad vasitəsi ilə Rafiqə vermişdir. Həmin 5.000 manat pul da Xanlarla Rafiq arasında olan razılaşmaya əsasən Rafiqdə qalmışdır. Xanlar həmin pulu mənzilin sahibi Müşviqə vermək istəmiş, lakin Müşviq mənzili əvvəllər dediyi kimi 50.000 manat deyil 60.000 manata satdığını söyləmişdir. Buna görə də Təqsirləndirilən şəxs Müşviqin pulunu verə bilməmişdir. Xanlar Teymura pulunu qaytaracağını söz versə də, pulunu qaytara bilməmişdir (cild 7, iş vərəqə 109-111). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid9 Mehdi oğlu göstərmişdir ki, bir neçə il əvvəl Zərərçəkmiş şəxs6 mənzil satmağa köməklik edib onunla tanış olmuşdur. Zaur onun vasitəçiliyi ilə Xırdalan şəhərində özünə məxsus evi satdığından özünə yeni ev axtarırdı və bu barədə ona da demişdi. 2021-ci ilin yay aylarında əvvəllər tanımadığı Rüfət adlı şəxs onun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən ofisinə gəlib Xırdalan şəhərində, “Bizim Market”in yanında 130 kv.metr ölçüdə mənzili 54.000 manata satdığını demişdir. Həmin mənzil binanın “A” girişində, 8-ci mərtəbəsində yerləşən 45 nömrəli mənzildir. Mənzilin ümumi ölçüsü 130 kv.metrdir. Rüfət onun yanına Oqtay adlı şəxslə birlikdə gəlmişdi. Rüfət bildirmişdir ki, həmin binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs həmin mənzili satmağı ona tapşırmışdır. O həmin mənzil barədə Zaura demişdir. Zaur mənzilin qiymətinin ucuz olduğunu deyib Rüfətlə görüşmək istəmişdir. O, Rüfət və Zauru 21 iyun 2021-ci ildə ofisinin qarşısında görüşdürmüşdür. Rüfət oraya Oqtay və əvvəllər tanımadığı Elgiz adlı şəxslərlə gəlmişdir. O, Rüfətlə Zauru tanış etdikdən sonra onlar birlikdə binaya gedib mənzilə baxmışlar və Zaur Rüfətlə mənzilin qiyməti barədə danışıb razılaşmışlar. Rüfət əvvəlcədən həmin mənzili 54.000 manata satdığını desə də, Zaur Rüfətlə danışıb həmin mənzilə görə cəmi 28.000 ABŞ dolları, yəni 47.600 manat pul ödəyə biləcəyini demişdir, Rüfət də həmin qiymətlə razılaşmışdır. Zaur mənzilə baxıb bəyəndikdən sonra şəxsiyyət vəsiqəsini Rüfətə vermişdir ki, mənzilin sənədlərini onun adına yazıb hazırlasınlar. Onun ofisində görüşmüşlər. Həmin görüşdə o, Zaur, Rüfət, onun tanışı Elgiz, digər tanışı Oqtay, binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs iştirak etmişlər. X26 evin problemini və ya əvvəllər başqa şəxsə satılıb-satılmadığını soruşmuş, Rüfət həmin mənzilin ona məxsus olduğunu deyib heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğunu bildirmişdir. Oqtay da mənzilin heç bir problem olmadığını demişdir. Təqsirləndirilən şəxs da heç bir problem olmadığını, başqa şəxsə satılmadığını təsdiqləmişdir. Zaur üzərində olan 28.000 ABŞ dolları pulu Rüfətə vermiş, Rüfət pulu bir daha sayıb götürmüş və onların yanında pulu Xanlara vermişdir. Xanlar Zaura evin alqısatqı müqaviləsi və maliyyə arayışını vermişdir. Müqavilədə direktor kimi Cahangir qeyd edilmiş, lakin Cahangirin özü görüşdə olmamışdır. Xanlar müqavilə və maliyyə arayışını imzalayıb möhürləmiş və Zaura təqdim etmişdir. Zaur Cahangirin kim olduğunu soruşmuş, Xanlar isə şirkətin ona məxsus olduğunu, Cahangirin isə formal bir şəxs olduğunu demişdir. Direktor əvəzinə Xanlar özü qol çəkmişdir. Zaur müqaviləni və maliyyə arayışını alıb getmişdir. Hamı çıxdıqdan sonra Rüfət ona yaxınlaşıb xidmət haqqı kimi ona 500 manat pul ödəmişdir. Həmin günü Zaur da ona xidmət haqqı kimi 500 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur kı, 2017-ci ildə Təqsirləndirilən şəxs həmin mənzili Şahid10 satmışdır (cild 6, iş vərəqə 141-143). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid31 göstərmişdir ki, o, uzun müddətdir ki, mərmər alveri ilə məşğul olmuşdur. 15-20 il əvvəl tikintidə çalışarkən Təqsirləndirilən şəxsla tanış olub ona bir neçə dəfə mərmər satmışdır. Təxminən 2020-ci ildə Təqsirləndirilən şəxs 45.000 manatlıq mərmər materialları istəmiş və pulunu sonradan ödəyəcəyini və ya əvəzində mənzil verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs tanıdığından ona 45.000 manatlıq mərmər materialları vermişdir. Təxminən bir il Xanlar onun pulunu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs pulunu tələb etdikdə Xanlar ona demişdir ki, onun rəhbəri olduğu şirkət tərəfindən Xırdalan şəhərində inşa olunmuş binada 130 kv.metr ölçüdə mənzil satılır, həmin mənzil satılan kimi onun pulunu ödəyəcəkdir. Xanlar həmin mənzilə müştəri tapmağı bir neçə şəxsə, həmçinin ona da demişdir. O da həmin mənzilə müştəri axtarmışdır. Təxminən 2021-ci ilin yay aylarında Xanların dostu Elgiz ona zəng edib demişdir ki, Xanların satışa çıxardığı həmin 130 kv.metr ölçüdə mənzili almaq istəyən müştəri tapıb. Elgiz mənzilin alqı-satqısı ilə bağlı danışıqları maklerin ofisində aparıldığını deyib həmin ofisə gəlməyini xahiş etmişdir. O həmin ofisə getmişdir. Artıq ofisin içində Elgiz, makler Yusif onu gözləmişlər. Elgiz və Yusif orada ona mənzili almaq istəyən Zaurla tanış etmişlər. Zaur mənzilə baxıb bəyəndiyini və mənzili almaq istədiyini demişdir. Bundan sonra həmin yerə Xanlar da gəlib çıxmışdır. Xanlar mənzili əvvəlcədən 70.000 manata satışa qoymuşdur. Zaur isə demişdir ki, həmin mənzilə görə cəmi 28.000 ABŞ dolları, yəni 47.600 manat pul ödəyə bilər, Xanlar da həmin qiymətlə razılaşmışdır. Mənzilin alqı-satqı müqaviləsi artıq əvvəlcədən yazılıb hazırlanmışdır. Zaur pulu Xanlara verdikdən sonra Xanlar müqaviləni imzalayıb möhürləmişdir. Zaur mənzilin alqı-satqı müqaviləsi və maliyyə arayışını alıb çıxıb getmişdir. Sonradan məlum oldu ki, Xanlar həmin mənzili əvvəllər başqa şəxsə satmışdır (cild 7, iş vərəqə 1-4). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid10 göstərmişdir ki, 2014-cü ildə Xırdalan şəhərində mənzil almaq qərarına gəlmiş, buna görə mənzil axtarmağa başlamışdır. Xırdalan şəhərində, “Bizim Market”in yanında bina tikildiyini görüb həmin binanı tikən şirkət "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxsla görüşüb danışmışdır. Xanlar binada olan mənzilləri ona təklif etmişdir. Həmin binanın “A” girişində, 8-ci mərtəbəsində yerləşən, 65.565 manat qiymətinə satılan, 130 kv.metr ölçüdə 45 nömrəli mənzili bəyənib almaq qərarına gəlmişdir. 23 may 2014-cü ildə mənzilin kreditlə alqı-satqısı ilə bağlı müqavilə imzalayıb ilkin ödəniş kimi 10.000 manat pul ödəmişdir. Qalan pulu o üç il müddətində ödəməli idi. Mənzilin ilkin ödənişini etdikdən sonra o, aylıq 2.000 manat ödəməyə başlamışdır. 2017-ci ilin aprel ayına kimi mənzilin bütün ödənişlərini etmiş və mənzilə görə şirkətə borcu qalmaması, tam ödənişi etməyi ilə bağlı ona maliyyə arayışı verilmişdir. Bina tam hazır olmadığından mənzildə heç bir təmir işləri görməmişdir. Bina 2017-ci ildə tam hazır olmalı olduğu halda, 2021-ci ildə mənzili satmaq qərarına gəlmişdir. Mənzilin 01 kv.metrini 550 manata, ümumi 71.500 manata satışa qoymuşdur. Mənzili satmaq istədiyini həmçinin binanı tikən şirkətin işçisi Xəzərə bildirmişdir. Bir neçə gündən sonra Xəzər əvvəllər tanımadığı Rüfət və Oqtay adlı şəxslərlə yanına gəlmişdir. Xəzər Oqtayı makler kimi, Rüfəti isə mənzili almaq istəyən şəxs kimi təqdim etmişdir. Rüfət həmin mənzili baxıb bəyəndiyini və özü üçün almaq istədiyini bildirdi. Rüfət təklif etdi ki, ilkin ödəniş kimi ona 5.000 manat versin, qalan pulu isə 2021-ci ilin oktyabr ayına kimi ödəsin. O razılaşmışdır. Rüfət 5.000 manat sayıb həmin puldan 4.000 manatını ona vermişdir, 1.000 manatı isə onun yanında Oqtaya vermişdir. O həmin pulu niyə Oqtaya verdiyini soruşmuş, Rüfət və Xəzər demişlər ki, həmin 1000 manat Oqtaya makler xidmətinə görə verilir. O, Oqtaya 1.000 manat makler xidmətinə görə verilməsinə etiraz etməmişdir. Rüfətlə aralarında olan razılaşmaya əsasən mənzilin pulu tam ödənilib qurtardıqdan sonra mənzilin satışı ilə bağlı sənədləri imzalamalı idi. 2021-ci ilin oktyabr ayının sonuna kimi Rüfəti gözləmiş, 2021-ci ilin oktyabr ayında Rüfətə zəng edib pulu tələb etmişdir. Rüfət ondan noyabr ayına kimi gözləməyini xahiş etmiş, o, bir ay da vaxt verməyə razılaşmışdır. 2021-ci ilin noyabr ayında Rüfət, Xəzər və Oqtayla Biləcəri qəsəbəsində dəmir yolu stansiyasında çayxanada görüşüb 4.000 manatı vermiş və mənzili artıq satmadığını demişdir. Rüfət pulu götürməyib demişdir ki, 4.000 manat pulu ona beh kimi verib və pul batsa da, etiraz etmir. O, 4.000 manat pulu Rüfətə qaytarmağa çalışsa da, Rüfət pulu götürməmişdir. O bildirmişdir ki, mənzili satmır, aralarında olan razılaşma pozulmuşdur, 4.000 manatı götürsə də, götüməsə də, mənzili artıq satmayacaqdır. Təxminən 2022-ci ilin əvvəlində mənzilə baxmağa getmişdir. Mənzilin girişinə artıq qapı qoyulduğunu və içində artıq kiminsə yaşadığını görmüşdür. Qapının üzərində olan nömrəyə zəng etmişdir. Məlum olmuşdur ki, onun mənzili 2021-ci ilin əvvəlində saxta müqavilə ilə Zərərçəkmiş şəxs6 təxminən 47.000 manata satılmışdır. O, Zaura bildirmişdir ki, həmin mənzil ona məxsusdur və həmin mənzili 2014-cü ildə almışdır. Zaurdan həmin mənzili boşaltmağını xahiş etmişdir. Zaur həmin mənzildən çıxacağına söz versə də, hələ də mənzildən çıxmayıb (cild 6, iş vərəqə 163-174). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid15 göstərmişdir ki, uzun müddətdir, tikinti sahəsində çalışmış, yəni prorab kimi tikintilərdə iş götürüb işləmişdir. 2021-ci ilin əvvəlində Xırdalan şəhərində olan binalardan birində gördükləri iş bitdikdən sonra həmin əraziyə yaxın yerdə - “Bizim Market”in yanında tikilmiş binanın təmir olunmadığını görüb orada olan işçilərə yaxınlaşıb onlardan həmin binada olan işlərlə maraqlanmışdır. Həmin vaxtı onu Xəzərlə tanış etmişlər. Xəzər özünü binanı tikən şirkətin işçisi kimi təqdim etmiş və bildirmişdir ki, binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxsdur, o Xanlarla danışıb binada olan bir çox işləri, yəni liftin quraşdırılması, yaşayış meydançası və pilləkən qəfəsinin gips əsaslı məhsulla ağardılması, yəni malyar işi, kanalizasiya borularının çəkilməsi və binanın ümumi elektrik xətlərinin çəkilməsi kimi işlərini ona verdirəcəkdir. Görüləcək işlərin qiyməti barədə heç nə danışmamışlar, lakin Xəzər bildirmişdir ki, işlərin qiyməti ümumi qəbul olunmuş qiymətlərə uyğun, hətta ondan da artıq ödəniləcək, lakin ödəniş pul şəkilində deyil, pul əvəzinə mənzillə əvəzləşdiriləcəkdir. Xəzər ona bildirmişdir ki, binada olan 10-15 mənzil hələ də satışdadır, həmin mənzillərdən ona verəcəkdir. O bəzi binalarda mənzillərin bir neçə nəfərə satıldığını eşitdiyinə görə hər ehtimala qarşı Xəzərdən mənzillərin başqa sahibi olub-olmadığını soruşmuşdur. Xəzər mənzillərin heç bir problemi olmadığını ona bildirmişdir. Bundan sonra Xanlarla görüşmüş, Xanlar da həmin işlərə başlamağını xahiş etmişdir. Xanlarla qiymət barədə heç nə danışmamışlar, lakin Xanlar da görüləcək işlərin artıqlaması ilə ödəniləcəyini, sadəcə pul əvəzində mənzil veriləcəyini demişdir. Xanlar təklif etmişdir ki, o həmin mənzilləri satmağa köməklik etsin, əldə olunan puldan ona və işçilərinə tikintiyə görə zəhmət haqqı ödəsin. Xanlar mənzillərin 01 kv.metrini 550 manata satıldığını və istənilən ölçüdə, yəni 1, 2 və ya 3 otaqlı mənzillərin satıldığını demişdir. O da mənzillərin satışı barədə Xırdalan şəhərində işləyən maklerlərə bildirmişdir. Bir neçə gündən sonra makler Fuad ona bildirmişdir ki, həmin binada bir otaqlı mənzili almaq istəyən şəxs var. O, Xəzərə zəng edib bir otaqlı mənzil almaq istəyən olduğunu demişdir. Xəzər binanın beşinci və ya altıncı mərtəbəsində bir otaqlı mənzilin satıldığını demişdir. O bu barədə Fuada söyləmiş və Fuad müştərini binaya aparıb mənzili göstərmişdir. Müştəri mənzili bəyəndikdən sonra Fuad onu həmin mənzili almaq istəyən Rauf adlı şəxslə tanış etmişdir. Onunla Xırdalan şəhərində Heydər Əliyev parkında görüşmüşlər. Raufun bəyəndiyi mənzilin qiyməti 28.000 manat təşkil etmiş, Rauf cəmi 27.000 manat pul düzəldə biləcəyini demişdir. O, Xanlarla telefonla danışmış, Xanlar razı olduğunu demişdir. O, Raufla 27.000 manata razılaşmışdır. Bir neçə gün sonra Rauf 10.000 manat topladığını bildirib pulu vermək istədiyini demişdir. O bu barədə Xanlara bildirmiş, Xanlar Gəncə şəhərinə gedəcəyini deyib şirkətə 10.000 manat pulun ödənilməsi barədə kassa mədaxil orderini ona vermişdir ki, o pulu qəbul edib həmin qəbzi Raufa versin. 2021-ci ilin yay aylarında Fuadın ofisində görüşmüşlər. Rauf həmin yerə anası, atası və xalası ilə birlikdə gəlmiş, ona orada beh kimi 10.000 manat pul vermişdir. Nazim pulun verilməsini sənədləşdirmiş, yəni beh verilməsi haqqında müqavilə tərtib etmişdir. O, Raufdan 10.000 manat pulu almış, pulun alınması ilə bağlı şirkətdən verilmiş kassa mədaxil orderini Raufa vermişdir. Fuad telefonla həmin görüşü videoya çəkmişdir. Həmin günü axşam saatlarında Təqsirləndirilən şəxs evinin yanında, “Lider” TV-nin yaxınlığında Xanlarla görüşüb Raufdan götürdüyü pulu – 10.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 2-3 gün sonra o, Xanlarla Bakı şəhəri, 9-cu mikrorayonda görüşüb ondan borc pul istəmiş və söz vermişdir ki, imkanı olan kimi qaytaracaqdır və ya tikinti işləri başladıqdan sonra hesablaşar. Xanlar da ona 3.000 manat pul vermişdir ki, tikinti işləri başladıqdan sonra hesablaşsınlar. O həmin pulu Xanlardan borc kimi almışdır. Bundan təxminən 15-20 gün sonra onlar yenidən Nazimin ofisində görüşmüşlər. O həmin görüşə şirkətin təsisçisi Təqsirləndirilən şəxs və şirkətin işçisi Xəzərlə birlikdə getmişdir. Xanlar binanı tikən şirkətin rəhbəri kimi özünü təqdim etmişdir. Xanlar mənzilin alqı-satqı müqaviləsini və maliyyə arayışını verməli idi. Rauf 17.000 manat pulu sayıb Xanlara vermişdir. Xanlar əvvəlcədən Raufun adına tərtib etdiyi mənzilin alqı-satqı müqaviləsini və maliyyə arayışını möhürləyib Raufa vermişdir. Rauf sənədi götürüb çıxıb getmişdir. Xanlar pulu götürüb çıxıb getmişdir. Bundan təxminən bir həftə sonra o həmin binaya dostu Farizdən aldığım 2.000-3.000 manatlıq “Gipper” şpaklevkası və 9.000-10.000 manatlıq kanalizasiya borularım, və digər dostu Malikdən aldığı 10.000 ədəd 29 sm-lik kərpic gətirib qoymuşdur. O təmir işlərinə başlamaqdan ötrü Xanlardan pul istəmiş, lakin Xanlar pul vermədiynə görə işə başlamamışdır və kərpici Malikə qaytarmışdır. Boru və şpaklevka isə binada qalmışdır. Təxminən 7-8 aydan sonra Rauf həmin mənzilə qapı qoyan zaman məlum olmuşdur kı, mənzilin başqa sahibi vardır. Rauf ona bu barədə bildirdikdən sonra o bu barədə Xanlara demişdir. Xanlar mənzilin ilk sahibi ilə danışdığını və həmin şəxslə artıq razılaşıb beh də verdiyini demişdir. Bundan sonra Rauf Xanlar və Xəzərlə artıq özləri görüşmüşlər. Sonradan bilmişdir ki, Xəzər Raufa təxminən 75 kv.metr ölçüdə qeyri-yaşayış sahəsini də girov qoyub həmin sahənin də girov qoyulması ilə bağlı Raufla şirkət arasında girov müqaviləsi tərtib etmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin də başqa sahibi vardır. Sonradan Xanlar tutulduğuna görə onunla artıq əlaqəsi olmamışdır (cild 5, iş vərəqə 221-224). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid17 göstərmişdir ki, o, mərmər alveri ilə məşğul olmaqla yanaşı, mənzillərin alqısatqısı ilə də məşğul olmuşdur. Təxminən 2021-ci ilin ortalarında Xırdalan şəhərində makler kimi işləyən Fuadla tanış olmuşdur. Demək olar ki, hər gün Fuadın ofisinə gedib onunla satılan evlərlə maraqlanmışdır. 2021-ci ilin may ayında növbəti dəfə Fuadın ofisinə getmişdir ki, Fuadla danışıb Xırdalan şəhərində satılan evlərlə maraqlansın, bundan başqa Fuad Xırdalan şəhərində satılan həyət evini ona göstərməli idi. Ofisə girdikdə görmüşdür ki, Fuadın vasitəçiliyi ilə tanışı Namiq əvvəllər tanımadığı, lakin sonradan adının Rauf olduğunu bildiyi şəxsə ev satır. Rauf beh kimi 10.000 manat pulu Namiqə vermişdir. Orada ona məlum olmuşdur ki, Namiq həmin mənzili Təqsirləndirilən şəxs binasından satır. Bir müddət sonra eşidib bilmişdir ki, Rauf Namiq vasitəsi ilə Təqsirləndirilən şəxs binasından aldığı mənzilin başqa sahibi vardır. Bununla bağlı da Raufla Namiq və Xanlar arasında mübahisələr yaranmışdır. Təqsirləndirilən şəxs artıq həbs olunduqdan sonra Xəzər ona zəng edib xahiş etmişdir ki, onunla birlikdə Raufla görüşsün. O və Xəzər Raufla görüşmüşlər. Xəzər Raufa bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin mənzilin pulunu Raufa qaytaracaqdır. Xəzər vaxt almaqdan ötrü müqavilə tərtib etməklə binanın altında olan qeyri-yaşayış sahəsini girov qoymağı təklif etmiş. Rauf razılaşmışdır, bundan sonra şirkətin adından Xəzərlə Rauf arasında girov müqaviləsi tərtib edilmişdir. Bundan sonra Raufla əlaqəsi olmamışdır (cild 5, iş vərəqə 192-194). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid19 göstərmişdir ki, 2020-2021-ci ildə ümumi tanışları vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuş və bundan sonra aralarında dostluq münasibətləri yaranmışdır. Xanlarla tez-tez görüşmüşlər. Lakin Xanlarla aralarında heç bir iş birlikləri, birgə işləri olmamışdır. Təqsirləndirilən şəxs 1.500.000 manat pul söz verməmiş, birlikdə bina tikməyi təklif etməmiş, aralarında belə bir danışıq olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 göstərmişdir ki, 2021-ci ildə Xırdalan şəhərində mənzil almaq qərarına gəlmiş, bu barədə əvvəllər makler kimi işləyən xalası oğlu Şahid3 müraciət etmişdir. Arzumana müraciət etdiyindən bir gün sonra Arzuman ona zəng edib demişdir ki, əvvəllər onunla birlikdə makler kimi işləyən Rəşadla danışıb və Rəşad Xırdalan şəhərində “Bizim Market”in yanında 01 kv.metri 510 manata mənzil satır. Rəşad həmçinin ona bildirmişdi ki, həmin mənzil Rafiq adlı şəxs tərəfindən satılır, o, Rəşad və Arzuman görüşüb həmin binaya gedib mənzilə baxmışlar. Mənzilə baxmaq istəsələr də, mənzilin qapısı bağlı olduğundan içəri girə bilməmişlər. Rəşad onları bir mərtəbə aşağıda olan açıq mənzilə aparıb göstərmiş və mənzillərin ölçüsü və içi eyni olduğunu söyləmişdir. O, mənzili bəyənib almaq istədiyini demişdir. Mənzil həmin binanın “A” girişində, 6-cı mərtəbədə yerləşən 87,8 kv.metr ölçüdə 36 nömrəli mənzil idi və 45.000 manata satılırdı. O, mənzilə baxıb bəyəndikdən sonra şəxsiyyət vəsiqəsinin şəklini Rəşadın “WhatsApp”ına göndərmişdir ki, mənzilin sənədlərini onun adına yazıb hazırlasın. Bundan 2-3 gün sonra, yəni 13 mart 2021-ci ildə Bakı şəhəri, 9-cu mikrorayonda “Lalə” kafesində görüşmüşlər. Həmin görüşdə o, Rəşad, Arzuman, mənzilin sahibi Rafiq, binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs və işçisi Xəzər iştirak etmişlər. Görüşdə o, Rafiqdən evin problemini və ya əvvəllər başqa şəxsə satılıb-satılmadığını soruşmuşdur. Rafiq həmin mənzilin ona məxsus olduğunu deyib heç bir problemi olmadığını, mənzilin sənədlərinin təmiz olmasına şəxsən özünün cavabdeh olduğunu demişdir. Rəşad da mənzilin heç bir problemi olmadığını söyləmişdir. Təqsirləndirilən şəxs da heç bir problem olmadığını, başqa şəxsə satılmadığını təsdiqləmişdir. Mənzilin dəyəri 45.000 manat idi. O, Rafiqə cəmi 40.000 manat topladığını, qalan 5.000 manatı isə hissə-hissə verə biləcəyini demişdir. Rafiq raılaşmış və demişdir ki, 40.000 manat versin, qalan 5.000 manatı isə hər ay 1.000 manat olmaqla Rəşada versin. O razılaşmış və üzərində olan 40.000 manat pulu Arzumana saymaqdan ötrü vermişdir. Arzuman pulu sayıb Rafiqə vermiş. Rafiq pulu bir daha sayıb üzərindən 10.000 manatı götürüb 30.000 manatını Xanlara vermişdir. O, Rafiqdən nə səbəbdən 30.000 manatı Xanlara verdiyini soruşmuş. Rafiq isə bildirmişdir ki, Xanlarla öz aralarında olan haqq-hesablarıdır, o, Xanlara bina tikərkən sement və ya beton verib, buna görə də bir-birlərinə verəcəkləri vardır. O daha heç nə soruşmamışdır. Xanlar ona evin alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. Müqavilədə direktor kimi Cahangir qeyd edilmişdi, lakin Cahangirin özü yox idi. O, sənədə baxıb həmin sənəddə aldığı mənzilin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda olan binada olduğu kimi qeyd edildiyini görmüşdür. Bu barədə Xanlara demiş, Xanlar səhv yazıldığını etiraf edib sənədi Xəzərə vermişdir. Xəzər ofisə gedib bir neçə dəqiqədən sonra sənədi düzəldib qaytarmışdır. Xanlar müqavilə və maliyyə arayışını imzalayıb möhürləmiş və ona təqdim etmişdir. O, Cahangirin kim olduğunu soruşmuş, Xanlar isə şirkətin ona məxsus olduğunu, Cahangirin isə formal bir şəxs olduğunu demişdir. Direktor əvəzinə Xanlar özü qol çəkmişdir. O mənzili 45.000 manata alsa da, müqavilədə mənzilin qiyməti 36.000 manat kimi göstərilmişdi. O nə səbəbdən qiymətin az qeyd olunduğunu soruşmuş, Xanlar ona bildirmişdir ki, özləri vergiyə az pul ödəməkdən ötrü belə aşağı qiymət qeyd etmişlər. Təxminən 2 gün sonra o, binaya gəlib orada olan komendant Gülbaladan mənzilin açarlarını almışdır. Bundan sonra hər ay ayın 10-na kimi Arzuman yaşadığı evə gəlib ondan aylıq 1.000 manat pul götürmüşdür. 2021-ci ilin avqust ayında o artıq pulu ödəyib qurtarmışdır. 2021-ci ilin avqust ayında o həmin mənzildə təmir işlərinə başlamaqdan ötrü binaya getdikdə qapının üzərində telefon nömrəsi yazıldığını görmüşdür. O həmin nömrəyə zəng etmişdir. Məlum olmuşdur ki, 2015-ci ildə Təqsirləndirilən şəxs həmin mənzili Müşviq Bağırova satmışdır. Müşviq ilə əlaqə saxlayıb danışmış, Müşviqin oğlu ilə görüşüb sənədlərinə baxmışdır. Bundan sonra o, Rəşad və Rafiq Xırdalan şəhərində “Təşəbbüs” kafesində görüşmüşlər. Rafiq və Rəşaddan pulunu tələb etmiş, Rafiq 40.000 manatını ona sentyabr ayında ödəyəcəyini demiş, qalan 5.000 manatı isə Rəşad ödəyəcəyini bildirmişdir. Rəşad həmin görüşdə heç nə deməmiş, Rafiqin dediklərini nə təsdiq etmiş, nə də Rafiqin səhv dediyini bildirmişdir. Rafiq onun pulunu ödəməmişdir. Buna görə də o bu barədə şikayət etmişdir (cild 7, iş vərəqə 10-13) İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid23 göstərmişdir ki, təxminən on il əvvəl Bakı şəhəri, 4-cü mikrorayonda olan “Qızıltac” restoranının yanında mənzil alqı-satqısı ofisi açmış, həmin ofisdə makler işləmişdir. 2021-ci ilin əvvəlində Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən Zərifə Əliyeva adına parkda olarkən tanışı Babaşla rastlaşmışdır. Babaşla söhbət edərkən ona bildirmişdir ki, Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən yeni tikilmiş binaların birində hansısa tanışına məxsus iki otaqlı mənzili satılır. Mənzil 93 kv.metr ölçüdə idi və 85.000 manata satışa qoymuşlar, lakin aşağı qiymətə də verəcəkdilər. Babaş ondan xahiş etmişdir ki, həmin mənzili almaq istəyən olsa, desin. Bir neçə gün sonra əvvəllər tanımadığı Babək adlı şəxs onun telefon nömrəsinə zəng edib mənzil almaq istədiyini demişdir. O Babaşın dediyi mənzil barədə bildirib həmin mənzilə göndərmişdir. Babək həmin mənzilə baxmış, bir həftədən sonra ona zəng edib mənzili bəyəndiyini, almaq istədiyini bildirmiş, mənzilin sahibi ilə onu görüşdürməyini xahiş etmişdir. O, Babaşa zəng edib Babəkin həmin mənzili almaq istədiyini demişdir. Babaş mənzilin sahibi ilə danışıb görüş təyin etmişdir. Babək həmin binaya gedib mənzili satan şəxslə görüşmüşdür. Bundan təxminən 1-2 həftə sonra Babəklə görüşüb həmin binaya getmişdir. O kənarda dayanmış, Babək mənzili satan şəxslərlə danışıb mənzilə görə təxminən 73.000 manat pulu Xanlara vermişdir. Babəkin adına alqı-satqı müqaviləsi və maliyyə arayışı verilmişdir. Babək ona göstərdiyi xidmətə görə 500 manat pul vermişdir. Sonradan həmin mənzil barədə heç nə eşitməmişdir (cild 3, iş vərəqə 241-243). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid24 göstərmişdir ki, təxminən on il əvvəl Bakı şəhəri, 4-cü mikrorayonda olan “Azəri 888” restoranında övladının sinif şənliyini keçirdərkən həmin restoranı işlədən Elgizlə tanış olmuş, Elgiz ona həmin şənliyi keçirməyə köməklik etmiş, həmin vaxtdan Elgizlə tanışlığı yaranmış, lakin onunla çox da yaxın münasibətləri olmamışdır. 2021-ci ilin əvvəlində o, Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən Zərifə Əliyeva adına parkda olarkən yenidən Elgizlə rastlaşmışdır. Elgizlə söhbət edərkən Elgiz ona bildirmişdir ki, Bakı şəhəri, 9-cu mikrorayonda yerləşən yeni tikilmiş binaların birində özünə məxsus iki otaqlı mənzili satır. Elgiz ondan xahiş etmişdir ki, tanışlarına bu barədə bildirsin. Bir neçə gün sonra tanışı olan makler Qəmərlə təsadüfən Zərifə Əliyeva adına parkda rastlaşmış, Qəmərə Elgiz adlı tanışının mənzil satdığını bildirmişdir. Bir neçə gündən sonra Qəmər ona demişdir ki, həmin mənzili almaq istəyən müştəri var və o mənzilə baxmaq istəyir. O zəng edib Elgizə demiş, Elgiz razılaşdıqdan sonra o həm Elgiz, həm Qəmər ilə danışmış, onların görüş vaxtını razılaşdırmışdır. Bundan sonra Qəmər, mənzili almaq istəyən şəxs və Elgiz özləri görüşüb danışmışlar, onlardan başqa heç nə eşitməmiş, Elgizin həmin şəxslərə mənzil satıb-satmadığını və hansı qiymətə satdığını bilməmişdir (cild 3, iş vərəqə 223-228). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid27 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2009-cu ildən tanıyır, həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmış, tez-tez görüşmüşlər. 2021-ci ilin əvvəlində növbəti dəfə Xanlarla görüşmüş, Xanlar inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhərində, “Bizim Market”ə yaxın ərazidə olan binadan mənzili təcili olaraq ucuz qiymətə, yəni 60.000 manata satmaq lazım olduğunu demiş, həmin mənzilin kimə məxsus olduğunu soruşanda Xanlar ona həmin mənzili yaxın olan bir nəfərin satdığını, həmin şəxs Xanların çətin vəziyyətdə olduğunu bilib ona köməklik etməkdən ötrü mənzilini sataraq həmin puldan 20.000 manatını Xanlara verəcəyini, mənzilin pulunu hissə-hissə də ödəmək olduğunu demişdir və Xanlar söhbət edən zaman Vahid adlı şəxs gəlib çıxmışdır. Xanların mənzil satdığını Vahidə dedikdə sonuncu maraqlanacağını demiş, təxminən iki gündən sonra Xanlar ona Vahidin həmin mənzilə müştəri tapdığını və mənzili satdıqlarını, lakin Vahidin ona 30.000 manat əvəzində 25.000 manat verib qalan pulun maklerlərə verdiyini bildirmiş, Xanlar Vahidin maklerə verilən 5.000 manat pulu və qalan 30.000 manat pulu iki aya ödəməyi söz verdiyini demiş, bundan təxminən bir həftə sonra məlum olmuşdur ki, həmin mənzilin ilk sahibi mənzili satmaqdan imtina etmişdir, həmin vaxtı Vahidin mənzili maklerlər vasitəsi ilə, tanış olduğu İlqar vasitəsi ilə Qorxmaz və Elvin adlı şəxslərə satdığı ona məlum olmuş, bundan sonra Xanlar, İlqar və Qorxmaz görüşüb söhbət etmişlər, Xanlar 30.000 manat pul qaytarmış və növbəti dəfə o, Vahid, Xanlar, İlqar, Xanların işçisi Xəzər və Qorxmaz görüşüb söhbət etmişlər. Xanlar ona çatan pulu qaytardığını deyib Qorxmazdan mənzilin sənədlərini tələb etdikdə Qorxmaz qalan pulun ödənildikdən sonra mənzilin sənədlərini qaytaracağını demiş, İlqar qalan pulun onda olduğunu deyib qısa müddətdə qaytaracağına söz vermiş, belə qərara gəlmişlər ki, İlqar pulu qaytardıqdan sonra Qorxmaz da mənzilin sənədlərini qaytaracaqdır, lakin sonradan eşitmişdir ki, İlqar mənzilin pulunu bu günə kimi qaytarmamışdır (cild 5, iş vərəqə 9-15). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid28 göstərmişdir ki, 2012-ci ildən müxtəlif növ boyaların istehsalı ilə məşğul olur, 2018-ci ildə Novxanı kəndi ərazisində boya zavodu quraraq həmin zavodda istehsalla məşğul olur, 2018-2020-ci illərdə “Fateh Boya” adı altında boya istehsal edir, 2020-ci ildə isə "xxxx" MMC yaradıb həmin MMC-nin vasitəsi ilə "xxxx" altında boya istehsal edir, 2021-ci ilin əvvəllər tanıdığı Vahid adlı şəxs ona Xırdalan şəhərində bina tikintisi ilə məşğul olan şirkətin ondan boya almaq istədiyini, həmin boyanın əvəzində 60.000 manata 3 otaqlı mənzil verdiyini demişdir, o həmin mənzilin əvəzində 30.000 manatlıq fasad boyası verməli idi. Mənzilin satışı üçün Elnur adlı maklerə müraciət etmiş, Elnur həmin mənzilə müştəri axtarmağa başlayaraq bir neçə gündən sonra əvvəllər tanımadığı Elvin və Qorxmaz adlı şəxslərin mənzili bəyəndiklərini və həmin mənzili almaq istədiklərini demiş və həmin şəxslərin beh vermək istədiklərini söyləmişdir. O, Elnura “beh lazım deyil, gəlsinlər ödəniş etsinlər, mənzili sənədləşdirək” demiş, Elnur Zərərçəkmiş şəxs12 şəxsiyyət vəsiqəsinin surətini ona göndərdikdən sonra həmin sənədi Vahidə göndərmiş, Vahid mənzilin alqı-satqı müqaviləsini hazırlayıb dəqiq tarixi yadında qalmayan 2021-ci ilin mart-aprel ayında o, Vahid, Elnur, Elvin, Qorxmaz Xırdalan şəhərində binanın qarşısında görüşmüşlər, həmin yerə binanın komendantı Xəzər də gəlib çıxmış, Xəzər, Vahid, Elvin, Qorxmaz qalxıb mənzilə baxmışlar, mənzili təhvil-təslim etdikdən sonra Elvin binanın qarısında ona 60.000 manat pul vermiş, o Vahidin gətirdiyi sənədləri, yəni alqı-satqı müqaviləsi və maliyyə arayışını Elvinə vermiş, Elvin və Qorxmaz getdikdən sonra həmin pulun 30.000 manatını Vahidə verib pulun qalan 30.000 manatı özündə qalmış, həmin pula görə Vahidlə aralarında olan razılığa əsasən o, binaya 30.000 manatlıq fasad boyası verəcəkdi və uzun müddət keçməsinə baxmayaraq Vahid ondan boya istəməmişdir. O, komendant Xəzərlə əlaqə saxlayıb həmin boyanı nə vaxt götürəcəklərini soruşmuş, Xəzər isə ustalara verməyə pulları yoxdur, ona görə fasad işlərini hələ başlamadıqlarını demiş, 2021-ci ilin yay aylarında Qorxmaz ona zəng edərək şirkətdən ona satılan mənzilin ondan əvvəl başqa şəxsə satıldığını və buna görə də mənzilin qapısının dəyişdirilib başqa şəxs tərəfindən istifadə edildiyini demiş, o və Qorxmaz binanı inşa edən şirkətin rəhbəri Xanlarla “Lider” TV-nin yanında görüşüb söhbət etmiş, Qorxmaz həmin mənzilin əvvəlcədən başqa şəxsə satıldığını bildirmiş, Xanlar texniki səhv baş verdiyini, bir ay müddətində həmin mənzilin ilk sahibindən mənzilin alınıb Qorxmaza veriləcəyini dedikdə Qorxmaz onunla razılaşmış, bir aydan sonra o, Qorxmaz və Xanlar yenidən görüşmüşlər, Xanlar bir ay da müddət istəmiş və bir aydan sonra yenidən onların üçü də üçüncü dəfə görüşmüşlər. Xanlar həmin görüşdə 10.000 ABŞ dolları, yəni 17.000 manat pulu gətirib mənzillə bağlı birinci sahibindən razılaşmadığını demiş, Qorxmaz 10.000 ABŞ dolları, yəni 17.000 manatı götürməyib tam pulu istəmiş, həmin 10.000 ABŞ dolları onda qalmış, bir neçə gündən sonra Qorxmaz ona zəng edərək həmin 10.000 ABŞ dollarını istəmiş, o da onunla görüşüb ona 10.000 ABŞ dollarını vermiş, bundan sonra Xanlar Xəzər vasitəsilə Qorxmaza əlavə 10.000 manat pul göndərib başqa pul göndərməmiş, bu günə qədər də Qorxmaz və Elvinə qalan 33.000 manatı ödənilməmişdir. Qorxmaz ondan da pul tələb etmişdir (cild 5, iş vərəqə 34-46). İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmədə elan olunaraq tədqiq olunmuş Şahid30 göstərmişdir ki, Bakı şəhərində yeni tikilən binalardan mənzil almaq qərarına gəlib 21 avqust 2017-ci ilin avqust ayında ünvan 6 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın birinci girişində, 98.5 kv.metr sahəsi olan 107 saylı mənzili Ramin adlı şəxsdən 69.000 manata almış və şirkət tərəfindən ona alqı-satqı müqaviləsi və maliyyə arayışı verilmişdir. Binanı tikən şirkətin rəhbəri Təqsirləndirilən şəxs tutulduğundan binanın tamamlama işləri dayandırılmış və o, mənzili satmaq qərarına gəlmiş və mənzili 85.000 manata satdığını Təqsirləndirilən şəxs bildirmişdir. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona zəng edib mənzilə müştəri tapdığını bildirmişdir. O özü Rusiya Federasiyasında olduğundan qohumu Şahid22 xahiş etmişdir ki, Şahid22 Təqsirləndirilən şəxsla görüşüb məsələni dəqiqləşdirsin. Şahid22 28 yanvar 2021-ci ildə ona zəng edib bildirmişdir ki, Təqsirləndirilən şəxsla görüşüb, Xanlar onu mənzili almaq istəyən Elgiz adlı şəxslə tanış etmiş, Elgiz ona beh kimi 30.000 manat pul vermişdir. O Şahid22 pulu nahaq götürdüyünü bildirib və Xanlara qaytarmağını tapşırmışdır. Xanlara pulu qaytarmağa çalışsalar da, Xanlar pulu götürməmişdir, mənzilə görə qalan pulu da ödəməmişdir. O mənzil ilə bağlı imtina ərizəsi yazmamışdır. Sonradan bilmişdir ki, həmin mənzil Təqsirləndirilən şəxs və Elgiz tərəfindən Zərərçəkmiş şəxs8 satılmışdır (cild 3, iş vərəqə 40-45). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına istinadlar: İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1 girişli binanın 2-ci mərtəbəsində sahəsi 150 kv.metr olan qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən 450.000 manata Zərərçəkmiş şəxs1 satıldığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 249- 250). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli müqavilədən və müxtəlif tarixlərdə "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderlərindən ünvan 12 ünvanda yerləşən yaşayış binasının "xxxx" girişinin, 6-cı mərtəbəsində yerləşən 28 saylı mənzilin "xxxx" MMC tərəfindən 36.270 manata Zərərçəkmiş şəxs2 satıldığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 143-155). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 12 ünvanda yerləşən yaşayış binasının "xxxx" girişinin, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 69,15 kv.metr olan 45 saylı mənzilin "xxxx" MMC tərəfindən 35.000 manata Zərərçəkmiş şəxs5 satıldığı müəyyən edilmişdir (cild 1, iş vərəqi 73-74). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 8 ünvanda yerləşən yaşayış binasının 1-ci girişin 16-cı mərtəbəsində yerləşən sahəsi 98 kv.metr olan 107 saylı mənzilin "xxxx" MMC tərəfindən 75.000 manata Zərərçəkmiş şəxs8 satıldığı müəyyən edilmişdir (cild 9, iş vərəqi 133-134). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 12 ünvanda yerləşən yaşayış binasının “V” girişinin, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132.28 kv.metr olan 24 saylı mənzilin "xxxx" MMC tərəfindən 73.000 manata Zərərçəkmiş şəxs12 satıldığı müəyyən edilmişdir (cild 9, iş vərəqi 147-151). Müqavilədən və eyni tarixli maliyyə arayışından 1 girişli, 21 mərtəbəli binanın 2-ci mərtəbəsində sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsini 150 kv.m "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs11 satıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 8 ünvanda yerləşən yaşayış binasının 1-ci girişin 2-ci mərtəbəsində yerləşən sahəsi 98.5 kv.metr olan 9 saylı mənzilin "xxxx" MMC tərəfindən 74.000 manata Zərərçəkmiş şəxs9 Məmmədoviçə satıldığı müəyyən edilmişdir (cild 9, iş vərəqi 133-134). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 13 ünvanda yerləşən yaşayış binasının “S” girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 62 kv.metr olan mənzilin "xxxx" MMC tərəfindən 28.000 manata Şahid11 Şahi oğluna satıldığı müəyyən edilmişdir (cild 9, iş vərəqi 143-144). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanda yerləşən yaşayış binasının "xxxx" girişinin, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 156 kv.metr olan 41 saylı mənzilin "xxxx" MMC tərəfindən 64.000 manata Zərərçəkmiş şəxs4 satıldığı müəyyən edilmişdir (cild 9, iş vərəqi 147). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 2 ünvanda yerləşən yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59.5 kv.metr olan 57 saylı mənzilin "xxxx" MMC tərəfindən 48.000 manata Zərərçəkmiş şəxs10 satıldığı müəyyən edilmişdir (cild 9, iş vərəqi 135-136). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanda yerləşən yaşayış binasının “A” girişi, 6-cı mərtəbəsində, ümumi sahəsi 87.8 kv.metr olan mənzilin "xxxx" MMC tərəfindən 36.000 manata Zərərçəkmiş şəxs3 satıldığı müəyyən edilmişdir (cild 9, iş vərəqi 137-138). Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli müqavilədən və eyni tarixli maliyyə arayışından ünvan 12 ünvanda yerləşən yaşayış binasının “S” girişinin 5-ci mərtəbəsində sahəsi 165 kv.metr olan dörd otaqlı mənzilin "xxxx" MMC tərəfindən 100.000 (yüz min) manata Zərərçəkmiş şəxs6 satıldığı müəyyən edilmişdir (cild 7, iş vərəqi 98-99). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 5, iş vərəqi 109-112). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə şərti məhkumetmə tətbiq edilərək 2 il sınaq müddəti müəyyən olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-676/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3, 66.4, 71.5 və 67.1-ci maddələrinə əsasən 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur (cild 9, iş vərəqi 25-48). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası yüngülləşdirilərək ona 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Zərərçəkmiş şəxs11 tərəfindən mülki iddia qaldırılaraq Təqsirləndirilən şəxs mənzilin alınması ilə əlaqədar ödədiyi 35.000 manat, kirayə haqqı kimi ödədiyi və ödəməli olduğu vəsaitlərə görə 10.000 manat maddi və 5.000 manat məbləğində mənəvi ziyanla bağlı cəmi 50.000 manat məbləğində vəsaitin təqsirləndirilən şəxsdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:

1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, törədilmiş əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Törədilmiş əməllər Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər kateqoriyalarına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

2. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 31-ci bəndinə əsasən vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. X21 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 308, 309 və ya 341ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilmiş külli miqdarda ziyan vurmaqla törədilmə əlaməti Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllərə aiddir. Yəni bu halda, artıq külli miqdar əlaməti ilə tövsif edilərkən həm də qulluq mövqeyindən istifadə etməklə törədilməsini özündə birbaşa ehtiva edir. Göstərilənləri nəzərə alan dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittihamın rəqəm ifadəsi olaraq xaric edilməsi ilə bağlı çıxış etdi. Məhkəmə həmin əsaslı mövqe ilə razılaşır və qeyd olunanlarla kifayətlənərək bu maddə üzrə ittihamla bağlı sübutlara dair əlavə qiymətləndirilmə və əsaslandırmaya zərurətin aradan qalxdığı qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittihamı rəqəm ifadəsi olaraq xaric edir.

3. Məhkəmə cinayət işi üzrə icraat materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsə irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 noyabr 2019-cu il tarixli Qərarına əsasən saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Məhkəmə istintaqı zamanı aparılmış araşdırmanın nəticəsindən də göründüyü kimi Təqsirləndirilən şəxs vətəndaşlarla bağlanılmış müqavilələrə yanlış məlumatların daxil edilməsi yolu ilə onları aldatmaqla dələduzluq əməlini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.1-ci maddələri maddələri ilə ona cəza təyin edilməsi məsələsini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən təsnifata görə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə ağır cinayətin törədildiyi gündən on iki il, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.2-ci maddəsində göstərilir ki, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyi tarixdən iki ildən artıq müddət keçmişdir. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə sübutetmə prosesinin və kifayət qədər toplanması mümkün olmayan sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunan şəxslərin hüquqlarına zərər vura biləcək qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, Məcəllənin 75-ci maddəsinin müddəaları onu göstərir ki, şəxs törədilmiş əmələ görə qanunla müəyyən olunmuş müddətin keçməsi səbəbindən məsuliyyətdən azad olunur və onun həmin əmələ görə məsuliyyətə cəlb edilməsi istisna olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən ittihamla razı olmadığı nəzərə alınaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən irəli sürülmüş Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs təqsirli bilinməli və ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır.

4. Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə Cinayət Məcəlləsinin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qeyd edilənləri nəzərə alaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-676/2024 nömrəli hökmü (həm də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı) çıxarılmazdan əvvəl təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinə görə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır.

5. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətməsi təsdiqini tapmış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsində nəzərdə tutulmuş qaydada növündə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi zəruridir. Məhkəmə, təqsirləndirilən şəxsin qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, şəxsiyyətlərini də nəzərə alaraq hesab edir ki, bu əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsiri cəzanın tənbeh təsirinin gücləndirilməsinə, təqsirləndirilən şəxsin təkrar cinayət törətməsinin qarşısını almağa, bununla da cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunmasına xidmət edəcəkdir. Məhkəmə gəldiyi bu qənaəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair» 14 noyabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe baxımından da əsaslı hesab edir.

6. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

7. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC ilə zərərçəkmiş şəxslər arasında bağlanmış müqavilələr, maliyyə arayışları, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 tərəfindən hər biri bir ədəd olmaqla təqdim edilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır.

8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 80 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

9. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi.

10. Təqsirləndirilən şəxs tərəfindən cinayətin təkrar törədilməsi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində əsasən cəzanı ağırlaşdırlan hal hesab edilir.

11. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

12. Təqdim edilmiş mülki iddia ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, Zərərçəkmiş şəxs11 tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddia qismən təmin edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarına əsasən məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlləri nəticəsində Zərərçəkmiş şəxs11 35000 (otuz beş min) manat məbləğində maddi ziyan vurulması tam sübuta yetirilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs11 mülki iddiası qismən, yəni 35.000 (otuz beş min) manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərkən həm də belə nəticəyə gəlir ki, cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən digər zərərçəkmiş şəxslərə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir.

13. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə cəza təyin edilməsin.

4. Bu hökm ilə təyin olunmuş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.

5. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

6. Təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddətinin başlanğıcı 09 oktyabr 2021-ci il tarixdən hesablansın.

7. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs11 tərəfindən mülki iddia tələbi qismən təmin edilsin, 35000 (otuz beş min) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq İsmayılov Zərərçəkmiş şəxs11 ödənilsin.

8. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin.

9. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC ilə zərərçəkmiş şəxslər arasında bağlanmış müqavilələr, maliyyə arayışları, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs5 tərəfindən hər biri bir ədəd olmaqla təqdim edilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın.

10. Məhkəmə məsrəfi hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.

11. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

12. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Faiq Qəniyev

Hakimlər: Mahmud Ağalarov

Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar