Məhkəmə qərarları › İş №1(101)-254/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-254/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-254/2025 02.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X9 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X5, X6 və X7, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 36 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Yevlax şəhəri, S.Ruhulla küçəsi, mənzil 19 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 1135,64 qram narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 573,01 qram psixotrop maddə metamfetamini əldə edib, daşıyıb saxlamaqla və satmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 1135,64 qram narkotik vasitə qurudulmuş marixuana və xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 573,01 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla yaşadığı ünvan 1 ünvanında saxlamış, 16 dekabr 2023-cü il tarixdə səhər saatlarında Şahid4 10 manat nağd pul müqabilində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,082 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamindən satmış, onun narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 22:45-də Qabil Adbullayevin kirayə yaşadığı ünvan 1 ünvana baxış keçirilərkən mənzildən ayrı-ayrılıqda təmiz çəkiləri 01 ədəd gümüşü rəngli bükülüdə 0,30 qram və 01 ədəd sellofan bükülüdə 50,34 qram, bir ədəd qara rəngli çantanın içərisində olan 03 ədəd sellofan bağlamalarda təmiz çəkiləri 365,0 qram, 445,0 qram və 275,0 qram olmaqla külli miqdarda ümumi çəkisi 1135,64 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, 10 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,185 qram, 410 qram, 24,730 qram, 25,152 qram, 25,106 qram, 25,184 qram, 25,130 qram, 8,488 qram, 24,603 qram və 4,350 qram olmaqla xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 572,928 qram olan ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də, üzərində metamfetamin və qurudulmuş marixuana izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, “Emin” adlı şəxsin ünvan 2 ünvanın qarşısında narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 3).

4. Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Emin” adlı şəxsin müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4).

5. xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Emin” adlı şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir. Polis İdarəsində müəyyən edilmişdir ki, “Emin” adlı şəxs xx.xx.1999-cu ildə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu Şirinbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan Şahid4dur (cild 1, iş vərəqi 8).

6. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, həmin gün Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid4 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümdəki maddənin “patı” kimi bildiyi psixotrop maddə olmasını, onu xx.xx.2023-cü il tarixdə səhər saatlarında Əhmədli qəsəbəsində, tanıdığı Yevlax rayon sakini “Qabil” adlı şəxsdən öz istifadəsi üçün 10 manat pul verməklə aldığını, habelə mütəmadi olaraq “Qabil”dən narkotik aldığını bildirmişdir. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 186 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 47-50).

7. Təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Qabil” adlı şəxsin müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 57).

8. xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Qabil” adlı şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:45 radələrində ünvan 5 ünvanda saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs xx xxxxxxxx 1983-cü ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 61).

9. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, yaşadığı ünvan 1-də polis əməkdaşları tərəfindən baxış keçirilməsinə icazə verir və buna heç bir etirazı yoxdur (cild 1, iş vərəqi 66).

10. Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış keçirilmiş, baxış aparılmasından əvvəl Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxladığını etiraf edərək həmin maddələri təqdim edə biləcəyini bildirmiş, o, əməliyyat qrupunu mənzilin qonaq otağına dəvət etmiş və qonaq otağında olan stolun üzərində olan bir ədəd elektron tərəzini, bir ədəd şəffaf sellofan bükümü polislərə təqdim etmiş və bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülü açılmış və içərisində kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qonaq otağında olan şkafın üzərindən bir ədəd skoçla bağlanmış böyük ölçülü bağlamanı, bir ədəd qırmızı rəngli sellofan bükümü, iki ədəd gümüşü rəngli kağız bükülünü götürüb stolun üstünə qoyaraq həmin bağlama və bükümlərdə olan maddələrin narkotik vasitə marixuana və “patı” adı ilə bildiyi psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Əməliyyat qrupu tərəfindən büküm və bağlamalar açılmış və skoçla bağlanmış böyük bağlamanın içərisində spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə, qırmızı rəngli bükülünün içərisində marixuana toxumuna bənzər spesifik iyli çoxlu sayda toxum, gümüşü rəngli kağız bükülülərdən birinin içərisində spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə və digər gümüşü rəngli bükümün içərisində kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu ilə birlikdə mənzilin eyvanına çıxaraq öndə olan şkafın alt siyirməsindən bir ədəd böyük ölçülü qara rəngli idman çantasını götürüb qonaq otağına keçərək stolun üzərinə qoyub həmin çantanın içərisində 3 ədəd böyük bağlamada qurudulmuş marixuana olduğunu bildirmiş, həmin çanta açılmış və çantanın içərisindən 3 ədəd böyük sellofan bağlama və həmin bağlamalar açıldıqda onların içərisindən spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu ilə birlikdə yataq otağına keçib otağın giriş qapısından solda döşəmənin üzərində olan bir ədəd qara rəngli sellofan torbanı götürüb qonaq otağına keçərək stolun üzərinə qoyub həmin torbanın içərisində “patı” adı ilə bildiyi psixotrop maddə olduğunu bildirmiş, həmin torba açılmış və torbanın içərisində olan şəffaf sellofan torbanın içərisindən spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 63-65).

11. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6449 nömrəli rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Arayışlar üçün N186” dairəvi möhür əksi və “... şübhəli şəxs Şahid4-imza, üç-imza, Tərtib etdi Babək Mirzəyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,082 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 113-117).

12. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6450 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N186” dairəvi möhür əksi və “... Vətərndaş Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək qablaşdırılan narkotikə bənzər maddə kütlələri; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, dörd-imza, tərtib etdi: Babək Mirzəyev-imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 10 (on) ədəd bükümlərdəki təmiz çəkiləri 0,185 qram, 410 qram, 24,730 qram, 25,152 qram, 25,106 qram, 25,184 qram, 25,130 qram, 8,488 qram, 24,603 qram və 4,350 qram olmaqla ümumi təmiz çəkisi 572,928 qram olan ağ rəngli kristallardan ibarət xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün metamfetamin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 118-123).

13. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1700 nömrəli rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş....” sözləri yazılmış zərfdə bir ədəd gümüşü rəngli kağız bükülüdə və bir ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 0,30 qram və 50,34 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfdə olan təmiz çəkisi 2,81 qram toxumlar çətənə (kannabis) bitkisinin toxumlarıdır. Toxumların tərkibində narkotik aktivliyə komponent yoxdur və onlar narkotik vasitələrə aid deyil. Təqdim edilmiş bir ədəd qara rəngli çantada üç ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 365,0 qram, 445,0 qram və 275,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 124-128).

14. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə polis əməkdaşları tərəfindən keçirilmiş baxışın yazıldığı diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 04 ədəd “mp4” formatlı videogörüntü mövcuddur. Videogörüntülərə ardıcıl olaraq baxış keçirilən zaman müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və üzərində daşımasında şübhəli şəxs qismində saxlanılan Şahid4 şəxsi axtarışı zamanı üzərində aşkar edilən narkotiki Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən ünvanda əldə edərək istifadə etməsini bildirməsi ilə bağlı Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi üçün idarə rəhbərliyinin təsdiq etdiyi qərar əsasında əməliyyat qrupu Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, kiçik əməliyyat müvəkkili Şahid3 və 14 saylı vəkil bürosunun vəkili X8 həmin gün saat 22:45-də və videoçəkilişlə narkotik vasitələri satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanına gəlmişdir. Ünvanda baş təhqiqatçı polis mayoru Babək Mirzəyev tərəfindən keçirilən baxış və götürmə videoçəkilişdən istifadə edilməklə həyata keçirilir. Belə ki, binanın 8-ci mərtəbəsində mənzilin qapısı əməliyyat qrupu tərəfindən döyülür, qapı açıldıqdan sonra qapını açan şəxsə xidməti vəsiqə göstərilməklə polis əməkdaşları özlərini təqdim edir və qapını açan şəxsin şəxsiyyətini dəqiqləşdilir. Həmin şəxs özünü təqdim edərək xx.xx.1983-cü ildə Yevlax şəhərində anadan olan, Yevlax rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi ev 42X5 mənzil 38-də kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra həmin şəxsə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış edib mənzilində hər hansı bir qeyri-qanuni əşya və maddə saxlaması ilə bağlı sorğu edilir və verilmiş məlumata əsasən mənzilə baxış keçiriləcəyi bildirilir. Təqsirləndirilən şəxs isə mənzilə baxış keçirilməsinə etiraz etməyərək bu barədə razılıq ərizəsini təqdim edəcəyini deyir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxladığını etiraf edərək həmin maddələri təqdim edə biləcəyini deyir. Təqsirləndirilən şəxs əməliyyat qrupunu mənzilin qonaq otağına dəvət edir və qonaq otağında olan stolun üzərində olan bir ədəd elektron tərəzini, bir ədəd şəffaf sellofan bükümü polislərə təqdim edir və bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Həmin bükülü açılır və içərisində spesifik iyə malik kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs qonaq otağında olan şkafın üzərindən bir ədəd skoçla bağlanmış böyük ölçülü bağlamanı, bir ədəd qırmızı rəngli sellofan bükümü, iki ədəd gümüşü rəngli kağız bükülünü götürüb stolun üstünə qoyaraq həmin bağlama və bükümlərdə olan maddələrin narkotik vasitə marixuana və “patı” adı ilə bildiyi psixotrop maddə metamfetamin olduğunu bildirir. Əməliyyat qrupu tərəfindən büküm və bağlamalar açılır və skoçla bağlanmış böyük bağlamanın içərisində spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə, qırmızı rəngli bükülünün içərisində marixuana toxumuna bənzər spesifik iyli çoxlu sayda toxum, gümüşü rəngli kağız bükülülərdən birinin içərisində spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə və digər gümüşü rəngli bükümün içərisində kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu ilə birlikdə mənzilin eyvanına çıxaraq öndə olan şkafın alt siyirməsindən bir ədəd böyük ölçülü qara rəngli idman çantasını götürüb qonaq otağına keçərək stolun üzərinə qoyub həmin çantanın içərisində 3 ədəd böyük bağlamada qurudulmuş marixuana olduğunu bildirir. Həmin çanta açılır və çantanın içərisindən 3 ədəd böyük sellofan bağlama və həmin bağlamalar açıldıqda onların içərisindən spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu ilə birlikdə yataq otağına keçib keçir və otağın giriş qapısından solda döşəmənin üzərində olan bir ədəd qara rəngli sellofan torbanı götürüb qonaq otağına keçərək stolun üzərinə qoyub həmin torbanın içərisində “patı” adı ilə bildiyi psixotrop maddə olduğunu deyir. Həmin torba açılır və torbanın içərisində olan şəffaf sellofan torbanın içərisindən spesifik iyli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat qrupu ilə birlikdə mənzilin mətbəx otağına keçib orada olan soyuducudan 07 ədəd şəffaf sellofan bükümlərini götürüb qonaq otağına keçərək stolun üzərinə coyub bükümlərin içərisində “patı” adı ilə bildiyi psixotrop maddələrin olduğunu deyir. Həmin bükümlər açıldıqda içərisindən kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilir. Təqsirləndirilən şəxs sorğu edilərkən bildirir ki, mənzilindən aşkar edilmiş maddələr narkotik vasitələr və psixotrop maddələr olmaqla onları adını bilmədiyi tanışından əldə edərək bəzi vaxtlarda özü istifadə edir və maddi durumunu yaxşılaşdırmaq üçün satışını da həyata keçirir. Növbəti videogörüntüdə Nəsimi RPİ-nin baş təhqiqatçısı polis mayoru X14 RPİ-nin inzibati binasında xidməti otaqda Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, kiçik əməliyyat müvəkkili Şahid3 və 14 saylı vəkil bürosunun vəkili X3 iştirakları və videoçəkilişlə narkotik vasitələri satmaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə həyata keçirməsini elan edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya vardırsa, təqdim etməsi təklif edilir. Bundan sonra Qabil Abdulllayev üzərində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd plastik bank kartı, həmin cibdən 1 qutu “Sobranie” aksiz markalı siqaret, bir ədəd alışqan, bir ədəd işlək vəziyyətdə olan “Redmi” markalı mobil telefon, və həmin gödəkçənin sol yan cibindən bir ədəd mənzil açarı, bir ədəd cib dəsmalı, özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qadağan edilmiş maddə aşkar edilmir. Təqsirləndirilən şəxs özünün narkotik vasitə marixuana istifadə etdiyini, Xətai rayonu, Xudu Məmmədov küçəsində yaşadığını, subay olduğunu, yaşadığı mənzildən aşkar edilmiş külli miqdarda narkotikləri satmaq məqsədi ilə saxladığını, adını bilmədiyi tanışı tərəfindən ona pay verildiyini, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılan şəxs Şahid4 bir gün öncə istifadə məqsədi ilə narkotik verdiyini etiraf edir (cild 1, iş vərəqi 136- 138).

15. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 139).

16. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid4 pul verərək bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitələr aldığını, sonuncu dəfə isə 16 dekabr 2023-cü il tarixdə səhər saatlarında 10 manat pul müqabilində Təqsirləndirilən şəxs metamfetamin aldığını sonuncunun üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs Şahid4 həqiqətən də metamfetamin verdiyini, lakin Eminin buna görə 10 manat pulu sonra verəcəyi barədə razılaşdığını bildirmişdir (cild 1, iş vərəqi 144-145).

17. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 148-149).

18. Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil nömrə üzrə əldə edilmiş məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 215).

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 211-212).

20. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 245-246).

21. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 247-249).

22. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1135,64 qram qurudulmuş marixuana, ümumi təmiz çəkisi 572,928 qram olan kustar üsulla hazırlanmış metamfetamin, üzərində marixuana hissəcikləri və metamfetamin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin marixuananın 1135,39 qram qalığı, eyni zamanda metamfetaminin 572,428 qram qalığı və bir ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, bir ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 9-22).

23. Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etdiyi mənbənin müəyyən edilməsi üçün həmin cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 24-25).

24. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4- 1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 34-36).

25. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 16 dekabr 2023-cü ildə İdarənin əməkdaşı Şahid1 Cəlil Məmmədquluzadə küçəsində “Emin” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Emin” adlı şəxs saxlanılaraq idarəyə gətirilmiş, orada şəxsin üzərinə baxış keçirilən zaman öz istifadəsi üçün gəzdirdiyi metamfetamin aşkar edilmiş, ondan aşkar olunan maddəni kimdən aldığını soruşulduqda o, “Qabil” adlı şəxsdən aldığını bildirmişdir. O, digər polis əməkdaşları Şahid1 və Şahid3 ünvan 12 ünvanına getmiş, qapını döydükləri zaman “Qabil” adlı şəxs qapını açmış, onlar özlərini təqdim etmişlər. Qabilin evinə baxış keçiriləndə narkotik vasitələr aşkar olunmuşdur. Həmin narkotik vasitələr marixuana və metamfetamindən ibarət olmuşdur. Narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Qabilə qarşı fiziki və psixi təzyiq olmamışdır. Qabil narkotik vasitələrin alğı-satqısı ilə məşğul olmuşdur. Emin narkotik vasitəni Qabildən aldığını bildirmiş, Qabil də onlara Eminin ona narkotik vasitə verdiyini demişdir.

26. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid1 Şahid2 kimi eyni məzmunlu ifadələr vermiş və onun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər.

27. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Kamil adlı dostunun sayəsində Qabillə tanış olmuşdur. Tanışlıqları müddətində heç vaxt Qabili pis bir insan kimi tanımamışdır, amma Qabilin narkotik vasitələrin satışı ilə məşğul olması barədə xəbəri olmuşdur. O da narkotik vasitə istifadəçisi olduğundan 2-3 dəfə Qabildən “patı” almışdır, heroin almamışdır. Əslində o, Qabildə narkotik vasitələrin bu qədər çox olduğunu bilməmişdir, yanına gedəndə 10-15 manat verib öz şəxsi istifadəsi üçün “patı” almışdır. Qabildən narkotik vasitələri haradan əldə etdiyini soruşduqda, sonuncu, dostundan aldığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, 2-3 dəfə Qabilin evinə qonaq getmiş, qonaq gedəndə oturub çay içmiş, söhbət etmişlər. 16 dekabr tarixində o, günortaya yaxın saatlarda Qabilin evində olmuşdur. Polis əməkdaşları onu yaşadığı ünvanda saxlayan zaman o, bölmədə narkotik vasitəni Qabildən aldığını etiraf etmişdir. Qabilin evinə gecə saatlarında onun iştirakı ilə baxış keçirilmişdir. Qabilin evinə onu polis əməkdaşları aparmışlar. Baxış zamanı birinci polis əməkdaşları evə daxil olmuşdur, o isə həmin vaxt maşında gözləmişdir. Maşında təxminən, 05 dəqiqə gözləmiş, evə daxil olan zaman Qabilin saxladığı narkotik vasitələri görmüşdür. Baxış zamanı 02 nəfər vəkil iştirak etmişdir, onun da vəkili orada olmuşdur, amma adını xatırlamır. Saxlanılan zaman üzərində aşkar edilmiş narkotik vasitəni hadisə günü Qabildən almışdır.

28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, əvvəllər 4- 5 il ərzində narkotik vasitədən istifadə etmişdir, sonra 6 ay müalicə olunub sağalmışdır. Hal-hazırda psixoloji vəziyyəti də normal deyil. Şahid6 onun sadəcə tanışı imiş, ailə kimi yaşamışlar. Təqsirləndirilən şəxsi tanımır. Narkotik vasitədən istifadə etdiyi vaxtlarda heç kimdən metamfetamin almamış, müəyyən yerlərdən tapmışdır. Kimdən aldığı yadından çıxmışdır. Xırdalan şəhərində Elnurla birlikdə heç kimdən “patı” almamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində Şahid5 göstərmişdir ki, təxminən 3-4 ildir narkotik vasitə və psixotrop maddə istifadə edir, əvvəllər məhkum olunmamışdır. Şahid6 qeyri-rəsmi formada münasibətdə olduğu şəxsdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 1 həftə əvvəl Şahid6 ilə birlikdə Xırdalan şəhərinə gedərək 30 manat pul ödəyib Təqsirləndirilən şəxs yarım qram adını “patı” kimi bildiyi narkotik almışdır. Həmin “patı”dan Elnur ilə birlikdə ikisi istifadə etmişdir (cild 1, iş vərəqi 186-187). İfadəsi elan edildikdən sonra Şahid5 baxmaq üçün təqdim edilmiş protokoldakı imzaların ona məxsus olduğunu, lakin ifadənin ona aid olmadığınlı bildirdi.

29. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, polis əməkdaşları şübhəli şəxs qismində onu tutduqdan sonra Nəsimi rayon Polis İdarəsinə gətirmişdir, orada ondan pul aldıqdan sonra onu buraxmışlar. İdarədə üzərinə baxış keçirilən zaman heç bir narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tanımır. Baharla qeyri-rəsmi formada ər-arvad kimi bir evdə yaşamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə tərəflərin razılığı ilə elan olunmuş ifadəsində Şahid6 göstərmişdir ki, 10 ildir narkotik vasitə və psixotrop maddə istifadə edir. Təqsirləndirilən şəxs 3 aydır tanıyır. Tanışlıq müddətində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini bilsə də, satışı ilə məşğul olmasından məlumatı olmamışdır. Təxminən bir həftə əvvəl Təqsirləndirilən şəxslə mobil telefonda olan “Whatsapp” sosial tətbiqi vasitəsi ilə əlaqə saxlamış və Qabildən özü üçün “patı” kimi bilinən psixotrop maddə tapmasını xahiş etmiş və bu zaman Qabil ona narkotik satdığını bildirmişdir. Bundan sonra o, qeyri-rəsmi münasibətdə olduğu Şahid5 ilə birlikdə Xırdalan şəhərinə gedib Təqsirləndirilən şəxs öz istifadəsi üçün 30 manat pul ödəməklə psixotrop maddə almışdır (cild 1, iş vərəqi 184-185). Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

30. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü şəxsi istifadəsi üçün səhər tezdən Emin adlı tanışından narkotik maddə alıb paketdə evinə gətirmişdir. O, narkotik vasitənin nə satışı, nə də alışı ilə məşğul olmamışdır. Evində heç bir axtarış keçirilməmişdir. Onu əməliyyat zamanı saxlamışlar və baxış keçirilərkən üzərində heç nə aşkar edilməmişdir. Emin tərəfindən ona verilən narkotik vasitəni saxladığı üçün özünü təqsirli bilir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, Narkotik vasitədən 05 ilə yaxın istifadə etmişdir. Emin bir nəfər şəxsi onunla tanış etmişdir. Emin ona şəxsi istifadəsi üçün marixuana gətirməli imiş, amma gətirdiyi “mal” başqa bir şey olmuşdur. Emin də gələndə polis əməkdaşları ilə birgə gəlmişdir. Narkotik vasitənin çəkisi ona məlum olmamışdır. Narkotik vasitə onun deyil, Eminin olmuşdur, ona saxlamaq üçün vermişdir. Aşkar olunan narkotik maddələrin onun evində olduğunu etiraf edir. Emin verdiyi torbaları onun evində axşama qədər saxlamalı imiş, əvəzində isə Emin ona borca pul verəcəyini demişdir. Emin ona torbaları verərkən o, heç nədən şübhələnməmişdir. Saxlayacağı narkotik vasitənin əvəzində Emin ona borca 10000 manat pul verəcəkmiş. Anasının əməliyyat olunması üçün vəsait lazım olmuşdur. O, Emin adlı şəxsə heç nə satmamışdır. Evinə baxış keçirilmişdir. Baharı və Elnuru tanımır. Emini ilk dəfə tutulan gün tanımışdır, ondan əvvəl heç bir əlaqəsi, ünsiyyəti olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi bu ifadələrindən imtina etmiş, bu addımını daha əvvəl hüquqlarını müdafiə edən xanım vəkilin ifadəni sonuncunun dediyi kimi verməyi, həmin ifadənin onun xeyrinə olacağını deməsi barədə məsləhət etməsi ilə izah etmişdir.

31. Müdafiə tərəfi iddia etmişdir ki, mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs şübhəli şəxs statusunda olmuşdur. Videoçəkilişlə mənzilə baxış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməmişdir. Mənzilə baxış protokolundan müdafiəçinin imzası qeyd olunsa da, məhkəmədə videogörüntülərə baxılan zaman müdafiəçinin iştirak etmədiyi məlum olmuşdur. Bundan əlavə, müdafiəçinin dəvət olunması barədə qərar mənzilə baxış keçirilməsi protokolundan bir gün sonra tərtib olunmuşdur. Hesab edir ki, bununla da şəxsin müdafiə hüququ kobud surətdə pozulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

32. 234.4-1-ci maddəyə əsasən bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

33. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

34. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

35. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

36. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

37. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

38. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

39. Maddə 15.4. Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

40. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

41. Maddə 124. Cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut növləri kimi qəbul edilir.

42. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

43. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

44. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, ev dustaqlığında və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

45. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

46. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

47. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”

48. Siyahılara əsasən psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

49. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

50. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

51. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

52. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

53. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

54. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-nin 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Məhkəmənin hüquqi dəyərləndirməsi:

55. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, polis əməkdaşları tərəfindən 16 dekabr 2023-cü il tarixdə saxlanılan bu iş üzrə Şahid4 üzərindən psixotrop maddə aşkar edilmiş və həmin şahid aşkar olunmuş psixotrop maddəni təqsirləndirilən şəxsdən almasını birbaşa göstərmişdir. Həmin izahat əsasında və təqsirləndirilən şəxsin yazılı icazəsi və razılığı əsasında təqsirləndirilən şəxsin mənzilində baxış keçirilmiş və mənzildən ayrı-ayrı bağlamalara bükülmüş xüsusilə külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hallar birbaşa təsdiq edir ki, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri və psixitrop maddələri satış məqsədilə əldə edib saxlamış və psixotrop maddəni satmışdır. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur.

56. Məhkəmə baxış zamanı dindirilmiş şahidlər Şahid5 və Şahid6 təqsirləndirilən şəxsin lehinə verdiyi ifadələrə tənqidi yanaşır, bunu həmin şahidlərin təqsirləndirilən şəxslə ümumi maraqlar əsasında yaranmış münasibətlərilə izah edir. Məhkəmə həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrini işin digər materialları ilə tam uzlaşdığı səbəbindən daha dolğun və düzgün hesab edir və qeyd edilən ifadələri sübut kimi qəbul edir.

57. Narktoik vasitənin və psixotrop maddələrin təqsirləndirilən şəxsin yaşadığı mənzildən, habelə onun satdığı psixotrop maddənin Şahid4 üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (hökmün 41-ci bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

58. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin və narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən müvafiq olaraq xüsusilə külli miqdar və külli miqdar təşkil etdiyindən (hökmün 48-52-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

59. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır.

60. Məhkəmə təqsirləndirilən şəxsin, bütövlükdə müdafiə tərəfinin özünü müdafiə üçün gətirdiyi dəlilləri keçərli hesab etmir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bir-birinə zidd olan həm etirafedici, həm də ittihamı təkzibedici ifadələr vermiş, gah onun evində narkotik vasitələr saxladığını, gah da mənzilində narkotiklərin olmadığını bildirmişdir. Eyni zamanda onun müdafiə hüququnun pozulduğu iddia edilmişdir.

61. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şahid4 ifşaedici izahatından dərhal sonra 2023-cü il 16 dekabrdan 17 dekabra keçən gecə qanunvericiliyin tələbləri gözlənilməklə (təqsirləndirilən şəxsin müvafiq ərizəsi alınmaqla) təqsirləndirilən şəxsin evində baxış keçirilmiş, baxış protokolu isə 17 dekabr 2023-cü ildə Polis idarəsində tərtib edilmişdir. İş materiallarının təhlilindən aydın olur ki, mənzildə baxış keçirilən zaman Təqsirləndirilən şəxs prosessual qaydada tutulmadığından o, müdafiəçi ilə təmin edilməmiş, mənzildə baxış bitdikdən və Polis idarəsinə qayıtdıqdan sonra o, müdafiəçi ilə təmin edilərək prosessual qaydada şübhəli şəxs qismində tutulmuş və təyin edilmiş müdafiəçi mənzilə baxış keçirilməsinin nəticəsinə dair protokolun tərtibi zamanı iştirak etmiş və həmin protokolu imzalamışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı müdafiə tərəfinin iddiaları ilə birmənalı şəkildə razılaşmır və həmin iddiaları əsassız hesab edir. Məhkəmə eyni zamanda müstəntiqin mənzilə baxış keçirilməsinin videogörüntüləri yazılmış diskə baxış keçirilməsi haqqında tərtib etdiyi xx.xx.2023-cü il tarixli protokolda müdafiəçinin həmin baxışda iştirak etməsini qeyd etməsini texniki səhv kimi qiymətləndirir. Belə ki, həmin videoyazıya məhkəmədə baxış keçirilərkən müəyyən edilmişdir ki, təyin edilməmiş müdafiəçi doğurdan da baxışda iştirak etmir.

62. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halında olmasını, mənzilindən həmçinin elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, psixotrop maddəni satmış, psixotrop maddələri və narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir.

63. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (hökmün 40-cı bəndi).

64. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

65. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 32-36-cı bəndləri).

66. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Himayəsində 1 azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir.

67. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

68. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 37-ci bəndi).

69. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 18 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 16 dekabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 81-83, 177-180; cild 2, iş vərəqi 73-76). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 38, 44 və 45-ci bəndləri).

70. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 16 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

71. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

72. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə 1135,39 qram narkotik vasitə qurudulmuş marixuana, 572,428 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, istintaq hərəkətlərinin videogörüntüləri yazılmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 46-cı bəndi).

73. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

74. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 256 (iki yüz əlli altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi).

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə 1135,39 qram narkotik vasitə qurudulmuş marixuana, 572,428 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin; Digər maddi sübut – istintaq hərəkətlərinin videogörüntüləri yazılmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 256 (iki yüz əlli altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar