Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-255/2022 17.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs və mülki idddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X5 nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçilər - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dırnıs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dırnıs kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 14 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən və zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, eləcə də təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə, yəni dələduzluq etməyə cəhd etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Çin Xalq Respublikasından telefon aksessuarlarını Azərbaycan Respublikasına gətirərək satıb gəlir əldə edəcəyini vəd verib, buna Zərərçəkmiş şəxs2 inandıraraq etimadını qazanıb etibarından sui-istifadə etməklə 2019-cu ilin may ayında Bakı şəhəri ərazisində yerləşən “Qara Qarayev” metro stansiyasının yaxınlığında ünvan 2 ünvanında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilin satışından əldə olunan 92.500 manat məbləğində, yəni külli miqdarda pulu qardaşı Şahid4 və ev alqı-satqısını həyata keçirən Şahid3 vasitəsilə ələ keçirib Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək X2 Dubay şəhərindən Azərbaycan Respublikasına kompüter gətirərək satıb gəlir əldə edəcəyini vəd verib, buna Zərərçəkmiş şəxs1 inandıraraq, etimadını qazanıb etibarından sui-istifadə etməklə 28 avqust 2019-cu il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs1 kürəkəni Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanının qarşısında 52.000 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Çin Xalq Respublikasından gətirdiyi avadanlıqların karqoda olduğunu, həmin avadanlıqları satıb gəlir əldə edəcəyini vəd verib buna Zərərçəkmiş şəxs2 inandıraraq etimadını qazanıb etibarından sui-istifadə etməklə 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində 31.800 manat məbləğində, yəni xeyli miqdarda pulu ələ keçirib dələduzluq etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Cinayət işinə məhkəmədə baxıldığı müddət ərzində zərərçəkmiş şəxsin hüquqi varisi X9 və Zərərçəkmiş şəxs1 mülki iddia ilə məhkəməyə müraciət etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata qəbul edilmiş, X9 və Zərərçəkmiş şəxs1 cinayət işi üzrə mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavavdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə qarşı törədilmiş dələduzluq cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X6 maddi və mənəvi zərər vurulmuşdur. Ona görə də X9 23 may 2019-cu il tarixdən hesablanmaqla 33.000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən qaytaracağı günədək illik 5% məbləğində itirilmiş gəliri ifadə edən pulun, 4.000 manat, 600 ABŞ dolları çəkilmiş xərcləri ifadə edən pulun və 10.000 manat mənəvi zərərə görə pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 27 avqust 2019-cu il tarixdən hesablanmaqla 29.000 manat pulun tam qaytarılacağı günədək illik 5% məbləğində itirilmiş gəliri ifadə edən pulun və 5.000 manat mənəvi zərərə görə pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdişdir. Təqsirləndirilən şəxs təkrarən və zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, eləcə də təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə, yəni dələduzluq etməyə cəhd etməsi məhkəmə istintaqında təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin, habelə şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan sair mötəbər və obyektiv sübutlarla aşağıda şərh olunan qaydada tam şəkildə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o, 2018-ci ilin avqust ayında özünə mənzil almaq üçün internet vasitəsilə Qaraçuxur qəsəbəsində ev tapmış və Babək adlı şəxsə yaxınlaşaraq sonuncunun satdığı mənzilə baxmışdır. O, həmin mənzili bəyəndiyindən mənzili almaq qərarına gəlmişdir. Həmin vaxtdan onun Babəklə yaxşı münasibətləri yaranmışdır. Onunla Babək arasında pul haqq-hesabları mütəmadi olmuşdur. Belə ki, ona pul lazım olduqda o, Babəkdən, Babəkə isə pul lazım olduqda ondan borc alıb sonra qaytarmışdır. Babək ondan borc alan zaman torpaq, ev aldığını və bir müddətdən sonra borcu qaytaracağını demişdir. O da Babəkə inandığı üçün sonuncuya borca pul vermişdir. O, bir dəfə 17.000 manat, sonra 27.000 manat pulu Babəkə borc vermişdir. İlk dəfə o, Babəkə 5.000 manat verdiyi zaman demişdir ki, “mən sənə bunu beh kimi yox, borc kimi verirəm, ola bilər ki, mənim işim alınmaz, o zaman bu pulu səndən geri alacağam”. Zərərçəkmiş şəxs2 isə ona bildirmişdir ki, “sən Ordubadlısan, mən Ordubadlılara inanıram, evə köç, evin pulunu verməsən də, mən sənə inanıram”. Bundan sonra o, Q.Qarayevdə olan evi ilə Babəkin Qaraçuxurda olan evini mübadilə etmişdir. Onlar həmin evləri öz adlarına rəsmiləşdirmişlər. Bir müddət keçdikdən sonra Babək özü onunla əlaqə saxlayıb bildirmişdir ki, “oğlum əsgərlikdədir, qayıtdıqdan sonra onu yol polisinə işə düzəltmək istəyirəm, ona görə də iş qurmaq istəyirəm, bu işdə də səninlə şərik olmaq istəyirəm”. O da Babəkə bildirmişdir ki, “mən hazırda Çində yaşayıram, pula ehtiyacım yoxdur, pula ehtiyacım olan zaman nə vaxtsa biznes qurmağı düşünərik”. Sonra o, Çində olan zaman bir gün ona təcili pul lazım olmuşdur. Uzun müddət keçməsi ilə əlaqədar o, tam xatırlamasa da, ona təxminən 12.500 manat pul lazım olmuşdur. Ona görə də o, Babək ilə əlaqə saxlayıb Babəkdən borc pul istəmişdir. Babək də ona demişdir ki, “qardaşını göndər, gəlsin pulu götürsün”. O da qardaşına bu barədə demişdir. Sonra onun qardaşı “Razin” qəsəbəsinə gedərək orada Babəklə görüşmüşdür. Həmin vaxt Babək həmin məbləğdə pulu onun qardaşına vermişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs2 özü ona Q.Qarayevdə olan evdə həmin vaxt heç kəs yaşamadığından həmin evi satmağı və evin satışından əldə olunan pul ilə oğlu əsgərlikdən qayıtdıqdan sonra şərikli biznes qurmağı təklif etmişdir. O, dəfələrlə Babəkin oğlu Şəhruz Əliyev ilə birlikdə mal satmışdır. Sonuncu dəfə o, Şəhruza 1.000 manat pul da vermişdir. Lakin sonradan o, həmin 1.000 manat pulu hesaba aid etməmişdir. O, Babəklə olan epizod üzrə özünü təqsirli bilir. O, mərhum Babəkdən aldığı pulun demək olar ki, hamısını qaytarmışdır. X4 onun arasında hazırda pulun qaytarılması ilə bağlı fikir ayrılığı var. Buna baxmayaraq, o, Şəhruz Əliyevə borcunu tam şəkildə ödəyəcəkdir. Lakin o, digər Zərərçəkmiş şəxs1 ilk dəfə ibtidai istintaq zamanı istintaq otağında görmüşdür. O, Zərərçəkmiş şəxs1 tanımır. Ehram ilə onun arasında heç vaxt pul və borc söhbəti olmamışdır. O, Ehramdan pul almamış, Ehram da ona pul verməmişdir. Üzləşdirmə vaxtı müstəntiq Zərərçəkmiş şəxs1 yalan ifadə verdiyinə görə otaqdan qovmuşdur. O, yalnız Zərərçəkmiş şəxs2 pul almışdır. Zərərçəkmiş şəxs2 də onun aldığı pul 52.000 manat deyil, cəmi 50.000 manat olmuşdur. Şəhruz Əliyev gəlib “Razin” kimi adlanan qəsəbədə 50.000 manat pulu şəxsən ona vermişdir. Şəhruz ona hələ 2.500 manat da verməli olmuşdur. Lakin sonradan elə olmuşdur ki, o, həmin pulu özü tapmış və Zərərçəkmiş şəxs2 pul lazım olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs2lə bağlı epizod üzrə özünü təqsirli bilir, sonuncuya vurulmuş ziyanı da tam şəkildə ödəyəcəkdir. Lakin o, Zərərçəkmiş şəxs1 tanımır, habelə sonuncudan pul almamışdır. Təqsirləndirilən şəxs son sözlə çıxış edərkən yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi Şəhruz Əliyevə vurulmuş ziyanın tam ödənildiyini, onun zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, sonuncuların ona qarşı şikayət və tələblərinin olmadığını, habelə sonuncuların mülki iddiadan imtina etdiklərini, törətdiyi əməllərdən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra həmin ilin iyul ayında həqiqi hərbi xidmətə getmişdir. O, hərbi xidmətdə olduğu müddət ərzində atası mərhum Zərərçəkmiş şəxs2 onunla tez-tez telefonla əlaqə saxlamışdır. 2019-cu ilin təxminən may ayında atası Zərərçəkmiş şəxs2 onunla telefonda danışan zaman demişdir ki, o, əsgərlikdən qayıtdıqdan sonra onun üçün geniş biznes quracaq və bu işdə ona Sirac adlı şəxs köməklik edəcəkdir. O, atasından Siracın kim olması ilə bağlı maraqlandıqda, atası ona demişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evlərini həmin Sirac adlı şəxsə satmışdır. O, atasından Siracla onların hansı bizneslə məşğul olacaqlarını soruşduqda, atası ona demişdir ki, X13 Respublikasından texniki avadanlıqlar gətirib Azərbaycanda sataraq qazanc əldə edir. Ona görə də onun atası Babək Bakı şəhəri ərazisində, yəni “Qara Qarayev” metro stansiyasının yaxınlığındakı evlərini 92.500 manata satıb həmin pulu Siraca vermişdir ki, sonuncu əldə etdiyi qazancdan onlara da xeyir versin. Həmçinin atası ona demişdir ki, Siraca 5.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. O, atası ilə telefonla danışan zaman atası ona demişdir ki, Siracla birlikdə oturublar, Sirac onun hərbi xidmətdən qayıtmağını gözləyir. Sonra atası telefonu Siraca vermiş, Sirac da onunla telefonla danışaraq demişdir ki, “hər şey yaxşı olacaq, artıq 100.000 ABŞ dolları məbləğində elektrik avadanlıqlarını Çin Xalq Respublikasından sifariş vermişəm, sən hərbi xidmətdən qayıtdıqdan sonra birlikdə işləyib qazanc əldə edəcəyik”. 2019-cu ilin iyul ayında o, hərbi xidmətini başa vuraraq evlərinə qayıtmışdır. Bundan bir neçə gün sonra Sirac onların yaşadıqları evə gəlmiş və onlar görüşmüşlər. Söhbət zamanı Sirac ona və onun atasına demişdir ki, Çin Xalq Respublikasından sifariş verdiyi texniki avadanlıqlar artıq Azərbaycandadır və həmin avadanlıqlar satış üçün paylanmışdır. Atası da Siraca demişdir ki, razılaşdıqları kimi Siracın gətirdiyi texniki avadanlıqların satışının təşkil edilməsində o da iştirak etsin. Həmin vaxt Sirac ona və atasına demişdir ki, bu dəfə keçdi, satışda olan texniki avadanlıqların pulunu yığdıqdan sonra gələn dəfə gətiriləcək avadanlıqların alışında və satışında o, mütləq iştirak edər ki, işi öyrənsin. Atası da Siraca demişdir ki, hazırda satışda olan avadanlıqların pulunun yığılmasına onu da aparsın ki, o, işi öyrənib müştəriləri tanısın və müəyyən qədər biznesdən anlayışı olsun. Sirac onun atasına demişdir ki, narahat olmasın, özü onunla əlaqə saxlayacaq. Sonra Sirac onun mobil nömrəsini götürərək demişdir ki, özü ona zəng edəcəkdir. 27 avqust 2019-cu il tarixdə Sirac ona zəng edərək demişdir ki, onunla təcili görüşməlidir, vacib işi var. O, Siraca demişdir ki, hazırda bibisi oğlunun universitetə daxil olması ilə ələqədar keçirilən məclisdədir. Sirac da demişdir ki, problem yoxdur, onun dediyi ünvana gələ bilər. Bir qədər sonra Sirac onun bibisinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən evin qarşısına gələrək ona zəng etmiş və o da evdən küçəyə çıxaraq Siracla görüşmüşdür. Söhbət zamanı Sirac ona demişdir ki, “yaxşı qazanc əldə etmək üçün X2 Dubay şəhərindən kompüter sifariş vermək olar, sifariş verdiyimiz kompüterlər 15 gün müddətində Azərbaycan Respublikasında olacaq və təxminən 17 günə həmin kompüterləri satıb yaxşı qazanc əldə edə bilərik”. Həmçinin Sirac ona demişdir ki, “bunun üçün 52.000 manat pul lazımdır və bununla bağlı atanla söhbət etmək lazımdır”. O, Siraca demişdir ki, “gözlə, evə keçib atamla söhbət edib gəlirəm”. Bundan sonra o, bibisinin evinə keçmiş və məclisdə oturan atasına demişdir ki, Sirac küçədə onları gözləyir, işi var. Atası da onunla birlikdə evdən küçəyə çıxmış və Sirac onun atası ilə görüşdükdən sonra bir neçə dəqiqə bundan əvvəl ona dediyi sözləri atası Babəkə də demişdir. Söhbət zamanı atası Babək Siraca demişdir ki, Siracın dediyi məbləğdə pulu yoxdur, bütün pullarını artıq vermişdir. Bu zaman onun dayısı Zərərçəkmiş şəxs1 onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Atası Babək də Ehrama demişdir ki, “Siracı tanıyıram, bizneslə məşğul olub qazanc əldə etmək üçün Siraca 52.000 manat pul lazımdır”. Dayısı Ehram da onun atasına demişdir ki, həmin pulu Siraca 20 gündən sonra qaytarmaq şərti ilə verə bilər. Sirac isə onun atasına və onun dayısına demişdir ki, problem yoxdur, Təhsil Nazirliyi ilə müqaviləm var və gətirəcəyim kompüterləri Təhsil Nazirliyinə satıb 17 gün müddətində həmin pulu, habelə pulun üstündə qazancla birlikdə qaytaracam”. Bundan sonra onun atası və onun dayısı Ehram Siracın dediklərinə inanaraq sonuncu ilə razılaşmışlar. Növbəti gün, yəni 28 avqust 2019-cu il tarixdə, saat 11:00 radələrində onlar yenidən Siracla ünvan 3 ünvanının həyətində görüşmüşlər. Həmin vaxt onların yaşadıqları evin həyətində o, atası Babək, dayısı Ehram və Sirac olmuşdur. Ehram onun və onun atasının yanında 52.000 manat pulu sayaraq Siraca vermiş, bundan sonra isə onun atasına, həmçinin Siraca demişdir ki, “pul 20 gün müddətinə qaytarılmalıdır”. Sirac da demişdir ki, “narahat olmayın, verilmiş pullar artıqlaması ilə qaytarılacaq”. Yəni Sirac həmin pulla əldə etdiyi gəlirdən onun dayısı Ehrama qazanc, yəni əlavə pul verəcəkdi. Bundan sonra Sirac onlarla sağollaşaraq çıxıb getmişdir. Onun atası və o hər gün Siracı görüb işlərin nə yerdə olmasını soruşduqda, Sirac onlara demişdir ki, “işlər qaydasındadır və gətirilən mallar Ceyhun adlı şəxsə verilmişdir”. Təxminən bir aydan sonra Sirac onlara demişdir ki, “Ceyhun gətirilən kompüterləri Təhsil Nazirliyinə satıb və pullar köçürülmə yolu ilə veriləcək”. Onun atası vaxtın uzandığını görüb onunla birlikdə yenidən Siracla görüşmüş və Siraca Ceyhunla görüşmək istədiyini demişdir. Bu vaxt Sirac müxtəlif bəhanələr gətirərək onları Ceyhun adlı şəxslə görüşdürməkdən yayınmışdır. X11 hərəkətlərindən şübhələndiyi üçün sonuncuya demişdir ki, evlərini satıb verdikləri 92.500 manat pulun müqabilində Çin Xalq Respublikasıından gətirməli olduğu elektrik malların harada olmasını onlara göstərsin. Sirac isə demişdir ki, 2019-cu ilin noyabr ayında mallar Bakıya gətiriləcəkdir. 2019-cu ilin noyabr ayında Sirac onlara demişdir ki, “mallar gətirilib, hazırda gömrük məntəqəsindədir, malların rəsmiləşdirilməsi üçün 31.500 manat pul lazımdır”. Atası Babək də Siraca demişdir ki, “artıq verməyə pulum yoxdur”. Sonra Sirac onlara demişdir ki, “malların rəsmiləşdirilməsi üçün malları sifariş verən şəxs 31.500 manat pulu gömrüyə ödəyərək malları anbara yığmışdır”. Siracın deməsinə görə gətirilən elektrik avadanlıqlarından 45.000 ABŞ dolları məbləğində Araz adlı şəxs, 25.900 manat məbləğində elektrik avadanlıqlarını isə adını Vahabi kimi təqdim edən şəxs götürmüş, qalan elektrik avadanlıqlarını isə gətirilən elektrik avadanlıqları üçün 31.500 manat rüsum ödəmiş şəxsə vermişdir. Onlar da Siraca inanmışlar və pulların yığılacağı vaxtı gözləməyə başlamışlar. 31 yanvar 2020-ci il tarixdə Sirac onlara demişdir ki, “Ceyhun məni aldadıb və çıxıb gedib İran İslam Respublikasına”. Sonradan onlar öyrənmişlər ki, Sirac onlara yalan danışmış, ümumiyyətlə Ceyhun adlı şəxs yoxdur. O və atası Babək dəfələrlə Siracdan gətirilən mallara baxmaq istədiklərini desələr də, Sirac müxtəlif bəhanələr gətirərək onlara gətirilən malları və malları alan müştəriləri göstərməmişdir. Onun atası evlərini satıb Siraca verdiyi 92.500 manat pulun müqabilində Çin Xalq Respublikasıından gətirməli olduğu elektrik mallarının harada olmasını soruşduqda, Sirac yenə də müxtəlif bəhanələr gətirərək narahat olmamalarını, pullarını qaytaracağını, əlavə olaraq da onlara qazanc verəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayında o, atası ilə birlikdə Siracın qardaşı Fərəclə birlikdə 45.000 ABŞ dollarlıq elektrik avadanlıqlarını götürən Araz adlı şəxslə görüşmüşlər. Araz onlara demişdir ki, “Sirac yalan danışır, mən Siracdan heç bir elektrik avadanlıqları götürməmişəm və 2018-ci ildən Siracın mənə 5.000 ABŞ dolları məbləğində borcu var, bu vaxta qədər də həmin pulu Siracdan ala bilməmişəm”. Araz onlara demişdir ki, Sirac onunla görüşərək demişdir ki, “Babək adlı şəxsdən 150.000 manat alacam, bundan sonra sənin pulunu verəcəm”. Həmin vaxt onlar başa düşmüşlər ki, Sirac onların etibarından suiistifadə edərək aldadıb pullarını ələ keçirmişdir. Sonra onlar Siracı görməmişlər. Onlar Siracın qardaşı Fərəclə bir neçə dəfə telefonla danışmışlar və həmin vaxt Fərəc onlara demişdir ki, Sirac onlarla görüşməyə utanır. Ona görə də 17 fevral 2020-ci il tarixdə onun atası Babək Suraxanı rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Siracın onun atasına qarşı etdiyi dələduzluq nəticəsində atasının əsəbdən səhhətində problemlər yaranmış və 14 iyun 2020-ci il tarixdə atası Bakı şəhərində vəfat etmişdir. Sonraki məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən onun atasına vurulmuş ziyanın ona tam şəkildə ödənildiyini, nəticədə onun təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini və mülki iddiadan imtinasının qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun bacısının əri olmuşdur. Onun Babəklə həmişə yaxşı münasibətləri olmuşdur. O, 27 avqust 2019-cu il tarixdə Babəkin bacısı oğlunun universitetə daxil olması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində keçirilən şənlik məclisində iştirak etmişdir. Həmin məclisdə Babək, Babəkin oğlu Şəhruz və onun digər qohumları iştirak etmişlər. Məclisin ortasında o, Bəbəkin məclisdə olmadığını görüb küçəyə çıxmışdır. Həmin vaxt o, görmüşdür ki, Babək, Şəhruz və Sirac adlı şəxs evin yaxınlığında söhbət etmişlər. O, Babək, Şəhruz və Siraca yaxınlaşaraq sonuncu ilə görüşmüşdür. Həmin vaxt Babək ona demişdir ki, “Sirac deyir ki, yaxşı qazanc əldə etmək üçün X2 Dubay şəhərindən kompüter sifarişi vermək olar və sifariş verdiyimiz kompüterlər 15 gün müddətində Azərbaycanda olacaq, təxminən 17 günə pulumuzu artıqlaması ilə götürməklə qazanc əldə edərik, bu işə görə də 52.000 manat pul lazımdır”. O da Babəkə və Siraca demişdir ki, “mən həmin pulu verə bilərəm, lakin 20 gün müddətində həmin pul mənə qaytarılmalıdır”. Bundan sonra Sirac Babəkə və ona demişdir ki, “problem yoxdur, mənim Təhsil Nazirliyi ilə müqaviləm var və gətirəcəyim kompüterləri Təhsil Nazirliyinə satıb 17 gün müddətində həmin pulu, habelə pulun üstündə qazanc da qaytaracam”. O da Siracın sözlərinə inanaraq razılaşmışdır. Növbəti gün, yəni 28 avqust 2019-cu il tarixdə, saat 11:00 radələrində onlar Siracla Babəkin yaşadığı ünvan 3 ünvanının qarşısında görüşmüşlər. Həmin vaxt orada ondan başqa Babək, Şəhruz və Sirac olmuşdur. O, cibində olan və özünə məxsus 52.000 manat pulu Babəklə Şəhruzun yanında çıxarıb Siraca verib demişdir ki, “bu pul 20 gün müddətində mənə qaytarılmalıdır”. Sirac da ona və yanında olan şəxslərə demişdir ki, “narahat olmayın, mənə verdiyin 52.000 manat pulu gəlirlə birlikdə qaytaracam”. Lakin o, Siraca 52.000 manat pulu verdikdən, yəni 20 gün müddət keçdikdən sonra Sirac ona pulu qaytarmamışdır. O, pulun geri qaytarılmadığını gördükdə, Babəklə görüşmüş və Babək onun yanında Siracla telefonla danışaraq vəziyyətin nə yerdə olduğunu soruşmuşdur. Sirac da müxtəlif bəhanələr gətirərək Babəkdən bir qədər də gözləmələrini xahiş etmişdir. Bir müddətdən sonra, yəni təxminən 5 aydan sonra Babək ona 23.000 manat pul verərək demişdir ki, “bu pulu Siracdan hissə-hissə almışam. Sirac mənə söz verib ki, yaxın müddət ərzində səndən aldığı pulun qalan hissəsini də geri qaytaracaq”. Lakin Sirac verdiyi vədinə əməl etməmiş və onun etibarından sui-istifadə edərək aldığı 52.000 manat pulu tam şəkildə ona geri qaytarmamışdır. İş məhkəmədə olan zaman Sirac həbs olunmasın deyə 9.000 manat pulu ona geri qaytarmışdır. Sirac ondan aldığı 52.000 manat puldan cəmi 32.000 manat pulu geri qaytarmışdır. Hazırda Sirac ona 20.000 manat verməlidir. O, Siracdan 20.000 manat pulun qaytarılmasını tələb edir. Sonraki məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, nəticədə onun təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini və mülki iddiadan imtinasının qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə münasibətləri həmkəndli kimi həmişə yaxşı olmuşdur. Həmçinin Sirac onun uzaq qohumudur. O, Siracla görüşəndə sonuncu ona demişdir ki, “mən Çin Xalq Respublikasından elektrik avadanlıqlarını gətirib Bakı şəhərində satıram”. Ona görə də o, Siracın Çindən mal gətirdiyini bilmişdir. 2019-cu ilin noyabr ayında Sirac ona demişdir ki, “sənin istifadəndə olan mobil nömrəni bir nəfər şəxsə verəcəm və həmin şəxs sənə zəng edəndə, ona deyərsən ki, X12 Respublikasından gətirdiyi avadanlıqlar artıq yoldadır, gəlir”. O, Siracdan hansı səbəbdən həmin şəxsə belə söz deyəcəyini soruşduqda, Sirac ona demişdir ki, “həmin adamın mallarını gətirmişəm, lakin malların pulunu ala bilmirəm ki, həmin malları karqodan çıxara bilim”. Bundan sonra onun mobil nömrəsinə ***-***-**-** mobil nömrədən zəng gəlmiş və telefonda danışan şəxs ona demişdir ki, “sizin mobil nömrəni mənə Sirac verib. Bilmək istəyirəm ki, Siracın malları Çin Xalq Respublikasından gəlib yoxsa yox?”. O da həmin şəxsə Siracın mallarının bir neçə günə Bakı şəhərinə çatacağını bildirmişdir. O, həmin şəxs ilə sağollaşdıqdan sonra Siraca zəng edərək həmin şəxslə telefonda danışıqlarını Siraca demişdir. Bundan sonra Sirac ona demişdir ki, “sən həmin şəxsin mobil telefonuna zəng edib deyərsən ki, mallar birinci gün karqoda olacaq”. O da Siracın dediyi kimi edərək, yəni yenidən ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmin şəxsə demişdir ki, “öyrənmişəm, Siracın gətirdiyi mallar birinci gün karqoda olacaq”. O, həmin şəxslə danışıqlarını yenidən Siraca zəng edərək bildirmişdir. Bundan sonra Sirac ona demişdir ki, “sən özünü karqonun əməkdaşı kimi təqdim et və həmin şəxsə de ki, Sirac 31.800 manat pulu ödədikdən sonra karqodan malları götürə bilər”. Sonra, yəni həftənin birinci günü onun mobil nömrəsinə ***-***-**-** mobil nömrədən zəng gəlmiş və telefonda danışan şəxs ona demişdir ki, “bugün birinci gün olduğu üçün sizə zəng etmişəm və öyrənmək istəyirəm ki, Siracın malları Çin Xalq Respublikasından gəlib yoxsa yox?”. O da telefonla danışdığı şəxsə demişdir ki, “bəli, Siracın malları Çin Xalq Respublikasından gəlib və hazırda qutularda karqoda saxlanılır. Lakin Sirac karqonun pulunu ödəmədiyindən karqoda olan malları götürə bilmir”. O, həmçinin həmin şəxsə demişdir ki, “əgər Sirac pulu tez ödəyib malları tez götürə bilsə, mallar karqonun yük hissəsində saxlamayacayıq. Mallar karqonun yük hissəsində saxlanılsa, əlavə pul yazılacaq”. Həmin şəxs də ondan soruşmuşdur ki, “hazırda nə qədər pul ödənilsə, malları götürə bilərik?”. O da də həmin şəxsə demişdir ki, “bir neçə dəqiqədən sonra dəqiq məbləği sənə deyə bilərəm”. Bundan sonra o, Siraca zəng edərək bu barədə məlumat vermişdir. Sirac da ona demişdir ki, “sən həmin şəxsə de ki, 31.800 manat pul ödənilsə, malları tez götürmək olar”. Bundan sonra o, həmin şəxsə zəng edərək Siracın ona dediyi məbləği, yəni 31.800 manat pulun ödənildiyi halda malları götürə biləcəyini blidirmişdir. Sonra o, yenidən Siraca zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Sirac onun mobil nömrəsinə içərisində qutular olan konteynerin şəkillərini göndərmişdir ki, o, həmin şəkilləri telefonda danışdığı şəxsə göndərsin. O da Sirac göndərdiyi şəkilləri həmin şəxsə göndərmişdir. Bundan sonra Sirac ona demişdir ki, “sən bir neçə dəfə də onlara zəng et və pulun ödənilməsini, gəlib malları götürmələrini de”. O da Siracın sözündən sonra həmin şəxsə bir neçə gündən sonra zəng edərək demişdir ki, “Siraca deyin ki, gəlib malları götürsün”. O, həmin şəxslə danışdıqdan sonra Siraca zəng edərək həmin şəxs ilə danışdığını Siraca demişdir. Bundan başqa, həmin şəxs də ona bir neçə dəfə zəng edərək soruşmuşdur ki, “Sirac karqoda olan Çin Xalq Respublikasından gətirdiyi malları karqodan götürüb yoxsa yox”. O da həmin şəxsə Siracın karqonun pulunu ödəmədiyini və buna görə də karqoda olan malların götürülmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxslə yaxşı münasibətləri var. O, Siracı təxminən 20 il olar ki, tanıyır. O, Siracın texniki avadanlıqlarının satışı ilə məşğul olduğunu bilimişdir. Sirac ona demişdir ki, “mən Çin Xalq Respublikasından texniki avadanlıqlarını gətirib, Bakı şəhərində satıram”. O, ev-alqı satqısı ilə məşğul olduğundan dəqiq tarixi yadında qalmadığı vaxt Sirac ona “Qara Qarayev” metro stansiyasının yaxınlığında ev almaq istədiyini bildirmiş və ondan xahiş etmişdir ki, həmin ərazidə Siraca ev tapsın. O da “Qara Qarayev” metrosunun yaxınlığında fəaliyyət göstərən “Planet” şadlıq evinin yaxınlığında 82 kv.m-dən ibarət təmirsiz yeni tikili binada mənzil tapmışdır. Sirac həmin mənzilə baxdıqdan sonra binanın tikintisi ilə məşğul olan şirkət ilə danışaraq idarə etdiyi “Mersedes Benz” markalı avtomobili və dəqiq xatırlamadığı məbləğdə pulu şirkətin mühasibatlığına vermişdir. O, Sirac ilə həmkəndli olduğunan Siracdan özü üçün pul almamışdır. Bir müddət keçdikdən sonra Sirac idarə etdiyi “BMV” markalı avtomobili satmaq istədiyini ona bildirmişdir. Həmin vaxt ona avtomobil lazım olduğundan o, Sirac ilə danışaraq həmin avtomobili almaq istəmişdir. O, Sirac ilə həmin avtomobilin qiyməti barədə razılaşmışdır. Onların razılaşdıqları məbləğ 20.000 ABŞ dolları olmuşdur. O, Siraca 3.000 manat pulu beh kimi vermişdir. Bir neçə gündən sonra o, həmin avtomobili yoxlatdırmaq məqsədilə Siracdan avtomobili alaraq sürmüş və müəyyən etmişdir ki, avtomobilin mühərrik (motor) hissəsində problem var. Ona görə də o, Siracdan həmin avtomobili almaqdan imtina etmişdir. O, Siracdan 3.000 manat pulunu geri istəsə də, Sirac ona demişdir ki, “Çin Xalq Respublikasından mallarım gəldikdən sonra həmin malları satıb pulunu geri qaytaracam”. Bir müddətdən sonra Sirac ona zəng edərək mənzilin tikintisi yubandığından həmin mənzili satmaq istədiyini və həmin mənzilə müştəri tapmağını ondan xahiş etmişdir. 2018ci ilin iyul ayında o, həmin mənzilə müştəri taparaq Siraca zəng edib demişdir ki, “Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həyət evi aldığı üçün həmin mənzil ilə aldığı həyət evini dəyişmiş və üstündə pul vermişdir”. Təxminən 2018-ci ilin aprel-may aylarında Sirac onunla Bakı şəhərində görüşərək demişdir ki, “Qara Qarayev metrosunun yanında olan mənzilimi satmaq istəyirəm”. O, Siraca demişdir ki, “sən mənə demişdin ki, həmin mənzili satmışam, indi sən onu necə sata bilərsən?”. Sirac da ona demişdir ki, “həmin mənzili yenidən mənə veriblər və mənzil kimin adınadırsa, problem yoxdur, sən mənə xəbər edəndən sonra özüm gəlib evi başqa şəxsə satmaq barədə razılıq ərizəsi verəcəm”. Bir müddətdən sonra o, həmin mənzilə müştəri tapmış və bu barədə Siraca məlumat vermişdir. Sirac isə Çin Xalq Respublikasında olduğundan o, Siracın mobil nömrəsinə zəng edərək mənzilə müştəri tapdığını demişdir. Həmin vaxt Sirac Bakı şəhərində tanımadığı valyuta dəyişmə məntəqəsindən 78.200 manat pul götürmüşdür. Sirac onun mobil nömrəsini həmin valyuta dəyişmə məntəqəsinə verdiyindən həmin şəxslər ona teztez zəng edərək pulun nə vaxt hazır olacağını soruşmuşlar. Bundan başqa, Sirac və Babək ona zəng edərək mənzilin pulunun nə vaxt veriləcəyini soruşmuşlar. Sirac ondan qiymət ilə bağlı maraqlandıqda o, Siraca demişdir ki, “mənzilə 81.200 manat pul verirlər”. Sirac da ona demişdir ki, “sən mənzilə görə beh al, mənzil kimin adınadırsa mən ona deyəcəm ki, gəlsin müqaviləni mənzili alan şəxsin adına keçirtsin”. O, Siracın sözündən sonra mənzili almaq istəyən şəxsdən 1.000 manat beh almışdır. O, bu barədə məlumatı mənzilin sahibi olan Babəkə telefon vasitəsilə bildirmişdir. Bundan sonra Babək bir neçə dəfə ona zəng edərək nə vaxt gəlib müqaviləyə imza etməsini soruşmuşdur. Evi almaq istəyən şəxs ona zəng edərək pulun tam hazır olduğunu bildirmişdir. O da Siraca zəng edərək bu barədə məlumat vermişdir. Sirac ona demişdir ki, “qardaşım Fərəc səninlə görüşəcək və sən həmin pulu ona verərsən”. Həmçinin Sirac ona demişdir ki, “mənzilin hansı məbləğdə satılması barədə Babəkin məlumatı olmasın, birdən Babək səndən mənzilin hansı məbləğə satılmasını soruşduqda, sən Babəkə deyərsən ki, mənzili 92.500 manat satmışam”. O, Siracdan nə üçün Babəkə mənzilin 81.200 manata deyil, 92.500 manata satılmasını deməsini soruşduqda, Sirac ona demişdir ki, “mənzili Babəkə 92.500 manata satdığı üçün sonradan mənzilin ona ucuz qiymətə satılmasını demək düzgün çıxmayacaq. Buna görədə sən ona 92.500 manat deyərsən”. Sonra mənzilin sahibi Babək onunla görüşərək evin satılmasına razılıq ərizəsini verib müqaviləni imzalamış və ona demişdir ki, 92.500 manat pulu Siraca göndərərsən. Babək getdikdən sonra o, 81.200 manat pulu götürürək Siracın qardaşı Fərəcə vermişdir. Fərəc də həmin puldan 3.000 manat pulu Siracın ona olan borcundan qaytarmışdır. Bundan sonra Babək ilə Siracın arasında nə baş verməsini o, bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Sirac 2018-ci ilin avqust ayında özünə mənzil almaq üçün internet vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ev tapmış və Babək adlı şəxsdən həmin mənzili almışdır. Həmin vaxtdan Babəklə Siracın arasında yaxşı münasibətlər yaranmışdır. 2019-cu ilin mart ayında onun qardaşı X13 Respublikasında olan zaman Babək onunla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində görüşmüş və ona 13.500 ABŞ dolları verərək həmin pulu Siraca çatdırmağını istəmişdir. O da həmin pulu Çin Xalq Respublikasında olan qardaşı Siraca göndərmişdir. Bundan başqa, 2019-cu ilin may ayının ortalarında, dəqiq tarixini xatırlamadığı vaxtda sonradan adının Ramal olduğunu bildiyi şəxs ona 81.200 manat pul verərək həmin pulu qardaşı Siraca çatdırmağını istəmişdir. O da həmin 81.200 manat puldan 3.000 manat pulu Siracın Ramala olan borcuna görə Ramala vermiş, qalan 78.200 manat pulu isə Siracın dediyi şəxsin vasitəsilə Siraca göndərmişdir. Sonradan o, qardaşı Siracdan eşitmişdir ki, həmin 78.200 manat pul bütövlükdə Siracın özünə çatmışdır. Onun bildiyinə görə Siracla Babəkin arasında işgüzar münasibətlər, yəni iş birliyi olmuşdur. Belə ki, Sirac Babəkin göndərmiş olduğu pulu hesabına ticarətlə məşğul olmuş və əldə etdiyi qazancdan Babəkə qazanc vermişdir. Lakin Siracın ümumilikdə Babəkdən hansı məbləğdə pul alması, həmin pulun hansı hissəsini qaytarıb-qaytarmaması barədə onun dəqiq məlumatı yoxdur. Bundan başqa, o, qardaşı Siracın Babəkdən və ümumiyyətlə hansısa şəxslərdən əldə etdiyi pulun məbləğini bilmir, Sirac ona həmin pullardan ona verməmişdir. Şahid2 Möhsün oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, kompüter təmiri ilə məşğul olduğu üçün Sirac adlı şəxsi tanıyır. Belə ki, X13 Respublikasından kompüter avadanlıqları gətirdiyi üçün o, bəzən Siracdan həmin avadanlıqları alıb “Sədərək” ticarət mərkəzində satmışdır. 2020-ci ilin fevral ayında Siracın qardaşı Fərəc onun mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini demişdir. O, Fərəc ilə razılaşıb sonuncu ilə “Neftçilər” metrosunun yaxınlığında görüşmüşdür. Həmin vaxt Fərəcin yanında 3 nəfər şəxs olmuşdur. O, həmin şəxslərdən birini tanımışdır. Belə ki, həmin şəxsi Sirac onunla tanış etmişdir. Digər şəxsləri isə o, tanımamışdır. Fərəc onu həmin şəxslər ilə tanış edərək həmin şəxslərdən birinin adını dayı, digərinin adını isə dayının oğlu olan Şəhruz, digərinin isə öz qohumu olduğunu demişdir. Fərəcin onunla tanış etdiyi dayı ondan Siraca 45.000 ABŞ dolları məbləğində verəcəyinin olub-olmadığını soruşduqda, o, həmin şəxsdən Siraca pul verdiyini soruşmuşdur. Həmin şəxs Siraca avqust ayında 152.000 manat pul verdiyini demişdir. O, həmin şəxsə, yəni dayıya onun Siraca 45.000 manat verəcəyinin olmadığıı, əkisinə Siracın ona 5.000 manata yaxın borcu olduğunu demişdir. Belə ki, 2018-ci ilin yanvar ayında o, Siraca pul vermişdir ki, Sirac ona 1.400 ədəd kompüter üçün nəzərdə tutulan “siçan” (mouse) qurğusunu Çin Xalq Respublikasından gətirsin. Sirac ondan pulu alsa da, bugünə qədər Sirac nə 5.000 manat pulu, nə də sifariş verdiyi malları ona verməmişdir. Sonra dayı ona demişdir ki, “bunu dəqiqləşdirmək istədim, səninlə bir işim yoxdur”. Sirac ilə bu məsələni özü yoluna qoyacaqdır. Sonradan o, bilmişdir ki, onunla görüşüb söhbət edən dayının adı Babək olmuşdur. O, həmçinin bildirmişdir ki, həmin şəxslərlə görüşməmişdən əvvəl Sirac ona internet vasitəsilə zəng edərək təkidlə həmin şəxslər ilə görüşməməsini istəmişdir. O, Siracın hərəkətlərindən şübhələndiyindən həmin şəxslər ilə görüşməyə getmiş, görüşdən sonra internet vasitəsilə Siraca demişdir ki, dələduzluq edib həmin şəxsləri aldatmışdır. Sirac bir neçə dəqiqədən sonra ona zəng edəcəyini desə də, həmin söhbətdən bu vaxta qədər ona zəng etməmişdir. Həmin vaxt Siracın qardaşı olan Fərəc ona heç bir söz deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin (mülki iddiaçının), zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının), şahidlərin) ifadələri ilə yanaşı, həmçinin elan olunmuş şahid ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 fevral 2020ci il tarixli ərizədən (cild 1, iş vərəqə 5) görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə Sabunçu RPİ-nin 32-ci Polis bölməsinə müraciət edərək Təqsirləndirilən şəxs ona məxsus 127.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini və ona 2 (iki) ədəd saxta qaimə verdiyini bildirib, qeyd etdiyi məsələlərlə bağlı tədbir görülməsini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 23-27) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən (cild 1, iş vərəqə 57) görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 31-32) görünür ki, 01 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından (cild 1, iş vərəqə 58) görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak Şahid4 məxsusdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 sentyabr 2020-ci il tarixli könüllü təqdim edilən əşyaların götürülməsi və həmin əşyalara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 94) görünür ki, X5 təqdim etdiyi 1 (bir) ədəd diskə baxış keçirilmiş və həmin vaxt müəyyən edilmişdir ki, həmin diskdə 13 fayl vardır, 1 fayldə videogörüntü, 6 faylda səs yazıları, 5 faylda “Votsap” proqramı vasitəsilə aparılmış yazışmalar və səs yazıları, 1 faylda isə sənəd şəkli vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 109) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubundan (cild 1, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə təqdim olunmuş hər hansı gömrük bəyannaməsi haqqında məlumat qeydə alınmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 149) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 150-151) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 180-181) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-239/2020 saylı qərarından (cild 1, iş vərəqə 196-200) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbrinin seçilməsindən imtina olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məktubundan (cild 1, iş vərəqə 203) görünür ki, 2019-2020-ci illər ərzində Təqsirləndirilən şəxs iştirakı ilə notariat hərəkətləri keçirilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 oktyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 204-205) görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2020-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-823/2020 saylı qərarından (cild 1, iş vərəqə 208-213) görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməklə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti 3 (üç) ay 13 (on üç) gün müddətində müəyyən olunmuş, həbsetmənin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 yanvar 2021-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 241) görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid4 qardaşı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi barədə 20.000 manat pulu zərərçəkmiş şəxsə ödəmək məqsədi ilə ibtidai istintaq orqanına rəsmi qaydada təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 yanvar 2021-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 242) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Sirac Kazım oğlunun dələduzluq yolu ilə ələ keçirdiyi 127.000 manat puldan 20.000 manat pulun ona ödənildiyini, qalıq 107.000 manat pulun isə ona ödənilmədiyini, buna görə də qeyd edilən məbləğ ona tam şəkildə ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayət etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 fevral 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-62/2021 saylı qərarından (cild 2, iş vərəqə 9-11) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 14 aprel 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 34) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Sirac Kazım oğlunun dələduzluq yolu ilə ələ keçirdiyi 127.000 manat puldan 65.000 manat pulun ona Təqsirləndirilən şəxs qardaşı Şahid4 tərəfindən ödənildiyini, 62.000 manat pulun isə ona ödənilmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-114/2021 saylı qərarından (cild 2, iş vərəqə 35-40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 14 aprel 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə 19 mart 2021-ci il tarixdən başlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 47-48) görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 51-62) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunması, Zərərçəkmiş şəxs2 iş üzrə Təqsirləndirilən şəxs 5.000 ABS dollarını borc kimi verməsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət təqibi üzrə icraata xitam verilməsi, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə cinayət işinin başqa icraatda ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 69-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 avqust 2021-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1202/2021 saylı qərarından (cild 2, 191- 193) görünür ki, dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilənməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 209-221) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunması, 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 223-224) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 2, iş vərəqə 232-233) görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 312) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ondan aldığı puldan 9.000 manat pulu geri qaytardığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-255/2022 saylı qərarından (cild 2, iş vərəqə 354-355) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla, seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2022-ci il tarixli Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin məktubundan (cild 3, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məktubundan (cild 3, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-255/2022 saylı qərarından (cild 3, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair icraatı dayandırılmış cinayət işi üzrə məhkəmə icraatı təzələnmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2022-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 68) görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ona qaytarıldığını, onun təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 sentyabr 2022-ci il tarixli ərizədən (cild 3, iş vərəqə 69) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ona qaytarıldığını, onun təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında özünün seçdiyi iki müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində özünün seçdiyi iki müdafiəçi ilə birlikdə şəxsən iştirak etmiş, müdafiə tərəfi ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçilər vasitəsi ilə məhkəməyə yeni dəlillər və sübutlar təqdim edilmiş, habelə müdafiəçilər təqsirləndirilən şəxsin müdafiə hüququnun realizə edilməsi məqsədi ilə müxtəlif xarakterli vəsatətlər vermişlər. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçiləri vasitəsilə suallar vermişdir. Habelə müdafiə tərəfi məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirməklə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından suiistifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında sübutların hərtərəfli, obyektiv və tam araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Çin Xalq Respublikasından telefon aksessuarlarını Azərbaycan Respublikasına gətirərək satıb gəlir əldə edəcəyini vəd verib, buna sonuncunu inandıraraq etimadını qazanıb etibarından sui-istifadə etməklə 2019-cu ilin may ayında Bakı şəhəri ərazisində yerləşən “Qara Qarayev” metro stansiyasının yaxınlığında ünvan 2 ünvanında Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilin satışından əldə olunan 92.500 manat məbləğində pulu qardaşı Şahid4 və tanışı Şahid3 vasitəsilə ələ keçirib Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 92.500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək X2 Dubay şəhərindən Azərbaycan Respublikasına kompüter gətirərək satıb gəlir əldə edəcəyini vəd verib buna sonuncunu inandıraraq, etimadını qazanıb etibarından sui-istifadə etməklə 28 avqust 2019-cu il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanının qarşısında 52.000 manat məbləğində pulu ələ keçirib Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 52.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Çin Xalq Respublikasından gətirdiyi avadanlıqların karqoda olduğunu, həmin avadanlıqları satıb gəlir əldə edəcəyini vəd verib buna sonuncunu inandıraraq etimadını qazanıb etibarından sui-istifadə etməklə 2019-cu ilin noyabr ayında Bakı şəhəri ərazisində 31.800 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirib dələduzluq etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında mərhum Zərərçəkmiş şəxs2lə bağlı epizod üzrə özünü qismən təqsir bilsə də, digər Zərərçəkmiş şəxs1lə bağlı epizod üzrə özünü ümumiyyətlə təqsirli bilməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulunu ələ keçirməsini təsdiq etsə də, ələ keçirdiyi pulun ümumi məbləğini mübahisələndirmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul almadığını, onların arasında münasibətlərin yaranmadığını iddia etmişdir. Lakin məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin vermiş olduqları ifadələr əsasında Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə alıb ələ keçirməsi, daha sonra dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməsi tam şəkildə təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə istintaqında cinayət işinin materialları əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə işə baxıldığı müddət ərzində dəfələrlə zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir hissəsini qaytarmış, habelə qalan ziyanı da yaxın müddət ərzində qaytaracağını bildirmiş və nəhayət xx.xx.2022-ci il tarixdə həm zərərçəkmiş şəxsə, həm də zərərçəkmiş şəxsin hüquqi varisinə vurduğu ziyanı tam şəkildə ödənilməsini təmin etmiş, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi Şəhruz Əliyev və Zərərçəkmiş şəxs1 onunla barışdıqlarını, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını açıq şəkildə ifadə etmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, onun sonraki hərəkətləri, yəni onun törətmiş olduğu əməlləri nəticəsində vurduğu ziyanı tam şəkildə ödənilməsinə yönəlmiş fəal hərəkətləri ona dəlalət edir ki, o, törətmiş olduğu cinayət əməllərinin xarakterini, mahiyyətini və nəticəsini dərk edərək cinayət əməlləri nəticəsində yaranmış nəticələri aradan qaldırmaqla, öz əməllərinə tənqidi yanaşmışdır. Bu isə o deməkdir ki, o, faktiki olaraq törətmiş olduğu əməllərin ayrı-ayrılıqda ictimai təhülkəli olduğunu anlamış və dərk etmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna, mexanizminə və nəticəsinə hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə tövsif edir və belə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə cəzalandırılmalı, lakin Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri ilə əhatə olunduğundan ona cəza ancaq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 32-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs Cinayət Məcəlləsinin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətlərini törətdikdə o, həmin əməllərə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 30.1-ci maddəsinə görə normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir. Qeyd edilən Qanunun 30.6-cı maddəsinə görə normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Yuxarıda qeyd edilən normaların hüquqi təbiətindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə tövsif edilməlidir, lakin Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri ilə əhatə olunduğundan ona cəza həmin cinayətlərin ən ağırı hesab edilən cinayət əməllərinə görə, yəni Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilməlidir. Belə ki, əks yanaşma təqsirləndirilən şəxsə ədalətsiz cəzanın təyin edilməsinə səbəb olacaq. Bu isə müdafiə hüququna bilavasitə qəsddir. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə nisbətdə başa çatmış cinayət əməlini, Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrinə nisbətdə isə başa çatmamış (cinayət etməyə cəhd) cinayət əməlləri təşkil edir. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqaoriyasına, Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə az ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı, həmin nəticələrin aradan qaldırılması istiqamətində həyata keçirilmiş hərəkətləri və sair) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxin hüquqi varisinə vurulmuş ziyanı tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxin hüquqi varisinin onunla barışmasını, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını, törətdiyi əməldən peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə xüsusilə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrıayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayət əməllərinin ağırlığını, cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın həcmini, ələlxüsus da təqsirləndirilən şəxsin barəsində daxil olmuş cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən onun son söz mərhələsində məhkəmənin çağırışlarına məhəl qoymayaraq, məhkəməyə gəlməkdən boyun qaçırmasını, nəticədə onun barəsində axtarış elan edilməklə həbs qətimkan tədbirinin seçilməsini, buna görə dövlət orqanlarının əlavə tədbirlər görməsini, nəticədə cinayət işi üzrə icraatın kifayət qədər uzun müddət ərzində dayandırılmasını məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, bu cəzanı çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 29 oktyabr 2020-ci il tarixdən 14 aprel 2021-ci il tarixədək həbsdə və ev düstaqlığında saxlanıldığı 5 (beş) ay 15 (on beş) gün və 31 may 2022-ci il tarixdən həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ayrıayrılıqda məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlara vurulmuş ziyan tam şəkildə ödənilmiş, ona görə də onların ayrı-ayrılıqda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri mövcud deyil, bu səbəbdən də onlar təqsirləndirilən şəxsə qarşı irəli sürdükləri mülki iddiadan imtina etmişlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ayrı-ayrılıqda məhkəməyə təqdim etdikləri mülki iddiadan imtinaları qəbul edilməli və cinayət mühakimə icraatında mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Cinayət Prosessual Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. İş üzrə maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün, 29 oktyabr 2020-ci il tarixdən 14 aprel 2021-ci il tarixədək həbsdə və ev düstaqlığında saxlanıldığı 5 (beş) ay 15 (on beş) gün müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 6 (altı) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun həbs edildiyi 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-255/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-255/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver