Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-255/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993-cü il tarixdə Cəlilabad rayonu, Abışabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi, ev 60, mənzil 77-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamışdır; belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün özünü İran İslam Respublikası vətəndaşı “Rza” adı ilə təqdim edən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə tanış olub “Rza” adlı şəxsin WhatsApp proqram təminatı vasitəsilə ona narkotik vasitə və psixotrop maddələrin olduğu yerlər barədə göndərəcəyi mesajlara əsasən həmin maddələri sifariş əsasında müəyyən edilmiş çeşid və çəkilərə uyğun qabaşdıraraq müxtəlif ünvanlarda yerləşdirib işarələnəcək məkanların fotoşəkillərini “Rza” adlı şəxsin istifadəsində olan mobil telefona quraşdırılmış WhatsApp proqram təminatına göndərməklə sonuncunun sifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılmasını təmin etmək barədə danışıb razılaşaraq 05 dekabr 2022-ci il tarixdə saat 01 radələrində bir ədəd sellofana qablaşdırılmış ümumi çəkisi 1300 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı olduğu yer barədə “Rza” adlı şəxs tərəfindən işarələnərək həmin proqram təminatı vasitəsilə göndərilmiş fotoşəkli qəbul etdikdən sonra, həmin tarixdə idarə etdiyi “Opel Astra” markalı 77FX 209 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu ərazisinə gələrək oradan bir ədəd sellofana qablaşdırılmış ümumi çəkisi 1279,142 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 nömrəsiz evdə gizlətmiş, 08 dekabr 2022ci il tarixdə həmin narkotik vasitə qurudulmuş marixuananın 29,142 qram hissəsini satış məqsədi ilə sellofana bükərək 1 ədəd bükümdə əynində olan qara rəngli gödəkçəsinin sol iç yan cibində gizlədib üzərində saxlayaraq daşımış, həmin gün saat 21:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi-7 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 29,142 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 09 dekabr 2022-ci il tarixdə saat 00:10-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən videoçəkiliş vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1-də yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin iş otağında olan qutunun içərisindən satış məqsədi ilə əldə edərək gizlətdiyi 1 ədəd sellofan bağlamada təmiz çəkisi 1250 qram bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, narkotik vasitələri ancaq öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəni onlayn qaydada, WhatsApp proqramı vasitəsi ilə danışdığı Rza adlı şəxsdən almış, lakin narkotik vasitəni qoyulduğu yerdən götürərkən çəkisinin çox olduğunu görüb ona bu qədər çox çəkidə narkotik vasitə lazım olmadığını bildirdikdə, Rza «işçisinin», yəni narkotik vasitələri müxtəlif yerlərə qoyan şəxslərin olmadığı və bir müddət narkotik vasitə tapa bilməyəcəyi üçün o qədər çəkidə verdiyini demişdir. O, narkotik vasitəni qoyulduğu yerdən götürərək Türkan adlı qadın ilə yaşayan dostu Məmmədəlinin evinə qoymuşdur. O, tutulduğu vaxt üzərində cəmi 29 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, yaşadığı evdən narkotik vasitə aşkar edilməmişdir; polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalmamış, narkotik vasitənin yerini polis əməkdaşlarına peşman olduğu üçün özü demiş, narkotik vasitənin yerini ondan başqa heç kim bilməmiş, heç kimə narkotik vasitə satmamış, narkotik vasitədən dostu Məhəmmədəlinin və onunla birlikdə yaşayan Türkan adlı qadnın da xəbəri xəbəri olmamış, Məmmədəlinin «kirayə tutduğu» evin açarı onda da olmuş, evdə heç kim olmadığı vaxt narkotik vasitəni həmin evdə gizlətmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsdən narkotik vasitə olan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitə olan qurudulmuş marixuananın aludəçisi olmuş, əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olamamışdır; bundan sonra ifadə verməkdən imtina etmişdir. Lakin iş üzrə 10 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, kirayəyə götürdüyü müxtəlif avtomaşınlarla taksi fəaliyyəti göstərərək gündəlik qazanc əldə etmiş, təxminən 2022-ci ilin oktyabr ayının ortalarında taksi fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ ıayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli ticarət mərkəzindən tanımadığı şəxsi müştəri olaraq 3 dəfə avtomaşınla Saray qəsəbəsinə aparmış, orada həmin şəxsi bir müddət gözlədikdən sonra həmin şəxs əlində bir torba ilə avtomaşına əyləşmiş, sonuncunu yenidən Meyvəli ticarət mərkəzinə gətirən zaman yolda avtomaşını bir az sürətli sürmüş və manevrlər etmiş, həmin şəxs ona İran İslam Respublikasından tanışı olduğunu, ona (Rzaya) onun kimi sürücülər lazım olduğunu bildirmiş, həmin şəxs ona həmin İran İslam Respublikası vətəndaşının adının Rza olduğunu, Rzanın +**********41 mobil telefon nömrəsini vermiş, həmin mobil nömrəni mobil telefonunun yaddaşına yazmış, bir müddətdən sonra ona uşağı xəstə olduğu üçün pul lazım olduğundan tanışlarından 1500 manat pul borca almış, lakin həmin pulu verə bilmədiyindən tanımadığı şəxsin ona verdiyi Rzanın mobil telefon nömrəsinə WhatsApp ani SMS proqramı vasitəsi ilə zəng etmiş, həmin şəxsin Rza olduğunu dəqiqləşdirdikdən sonra sonuncuya bildirmişdir: “Mənə deyiblər sizə yaxşı maşın sürən lazımdır.” Rza ona 1 saatdan sonra onunla əlaqə saxlayacağını demiş, təxminən 1 saatdan sonra Rza onunla WhatsApp ani SMS proqramı vasitəsi ilə görüntülü əlaqə saxlamış və onlar tanış olduqdan sonra pula ehtiyacı olduğunu və nə iş desə görəcəyini bildirmiş, o da ona hər işdə 500 manat pul verəcəyini demiş, bundan sonra Rza ona Bakı şəhərində olan ünvanlardan narkotik vasitələri götürüb digər şəhərdaxili ünvanlara qoyacağı iş barəsində məlumat vermiş, Rzanın dedikləri ilə razılaşmış, 2 gün sonra Rza ona WhatsApp ani SMS proqramıvasitəsi ilə şəkil və narkotik vasitəni qoyduğu yerin məkanını göndərmiş, həmin yer Saray qəsəbəsində yerləşmiş, onun göstərdiyi yerdən yapışqanlı lentlə bağlanmış şəffaf sellofan torbada olan narkotik vasitə marixuananı götürdükdən sonra Rza ilə danışmış və o, həmin narkotik vasitəni Qaradağ rayonu ərazisində yerləşən Bakı Gəmiqayırma zavodu yaxınlığında yolun kənarında göstərici lövhələrin birinin yanında qoymağını və həmin yerin şəklini çəkərək ona göndərməyini bildirmiş, onun dediyi yerə aparıb narkotik vasitəni qoyduqdan sona özünə məxsus "xxxx" ASC-yə aid birkart kartının şəklini çəkərək Rzaya göndərmiş, Rza da həmin gün bir saat ərzində onun kartına 500 manat göndərmiş, 2022-ci ilin noyabr ayının axırında Rza ona +**********79 mobil nömrəsi ilə zəng edərək məkan və şəkil göndərərək narkotik vasitəni göstərilən yerdən, yəni Goradil qəsəbəsindən götürərək Lökbatan qəəbəsi ərazisində “Azpetrol” YDM-nin yanında sürət göstəricisinin dirəyinin yanına qoyaraq şəklini çəkib Rzaya göndərmiş, həmin Rza onun kartına pul vurmayaraq hal-hazırda əlində pulu olmadığını, gələn dəfə ikisini bir yerdə 1000 manat göndərəcəyini bildirmiş, onun dedikləri ilə razılaşmış, 05 dekabr 2022-ci il tarixdə təxminən saat 01 radələrində Rza onun mobil telefonuna WhatsApp ani SMS proqramıvasitəsi ilə şəkil və məkan göndərmiş, evdən çıxaraq idarə etdiyi “Opel Astra” markalı ** FX *** dövlət nömrə nişanlı avtomaşın ilə göstərilən məkana getmiş, məkan onu Bakı şəhəri, Xəzər rayonu ərazisinə aparmış və orada tanımadığı yaşayış məntəqəsində qarajla hasarın arasından sellofan torbada təxminən 1.300 qram olan narkotik maddə marixuananı götürərək Rzaya həmin yerdən zəng etmiş, Rza həmin narkotik maddəni özündə saxlamağı, 3 gündən sonra deyəcəyi yerə aparıb qoyacağını bildirmiş, həmin torbada olan narkotik maddə marixuananı idarə etdiyi avtomaşına qoyaraq yaşadığı Lökbatan qəsəbəsinə gəlmiş, yolda fikirləşmişdir ki, narkotiki evə apara bilməz, yerə basdıra bilməz, kimsə tapsa onun üzərində qalacaq, məcbur olub tanışı Məmmədəlinin kirayə götürdüyü və açarının birini ona verdiyi Lökbatan qəsəbəsi, massiv 1, nömrəsiz evə getmiş, özündə olan açarla qapını açıb gətirdiyi narkotik maddə marixuananı otaqda olan İran sobasının boş qutusunun içərisində gizlətmiş və bu barədə heç kimə məlumat verməmiş, 08 dekabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində Rza ona yenə zəng edərək götürdüyü narkotik vasitənin bir hissəsini, təxminən 30 qramını götürərək yolda deyəcəyi yerə aparmağını bildirmiş, həmin narkotik maddə marixuananı gizlətdiyi evə gələrək orada həmin narkotiki gizlətdiyi yerdən çıxardaraq təxminən gözəyarı olaraq 30 qramını ayırıb sellofan torbaya büküb əynində olan qara rəngli gödəkçənin sol iç cibinə qoyaraq evdən çıxıb qapını bağlayaraq idarə etdiyi avtomaşına əyləşib avtomaşını idarə etməyə başlamış, ünvan 6 ünvanının qarşısında hərəkətdə olan zaman mülki geyimli şəxslər saxlamış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını və ona üzərində şəxsi axtarış aparılması barədə qərarı elan etdikdən sonra yaxınlıqdakı Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar, ona 10-cu PB-də hüquqlarını müdafiə edilməsi üçün vəkil dəvət etmişlər, vəkil gəldikdən sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif etmiş, əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən sellofan torbaya bükülmüş 1 ədəd bükümü təqdim etmiş, həmin sellofan torbada açıq rəngli, spesifik iyə malik narkotik maddəyə bənzər kütlə aşkar edilmiş və bundan sonra onun üzərinə şəxsi 4 axtarış keçirildikdə əynində olan qara rəngli şalvarın sol yan cibindən ona məxsus üzərində (055) ***-**-** mobil kartı olan “Samsung A32” markalı mobil telefonunu, 5 manat pul, şalvarının sağ yan cibindən bir ədəd avtomobil açarı və 3 ədəd digər açar aşkar edilmiş, təqdim etdiyi 1 ədəd sellofan torbada olan narkotik maddə marixuanam 3 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin göndərdiyi məkandan götürüb digər məkana qoyaraq 500 manat pul əldə etmək üçün daşımış, heç kimə satmamış və pay verməmiş, qalan hissəsini isə gizlətdiyi evdən təqdim edə biləcəyini demiş, orada onun təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik maddə marixuana tərəzidə çəkilmiş, tərəzi 36 qram göstərmiş, həmin narkotik maddə tərəzidə çəkildikdən sonra zərfə qoyularaq möhürlənmiş, həmin zərfi o və iştirakçılar imzalamış, 5 manat pul və açarlar onun özünə qaytarılmış, mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomaşından hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmiş, polis əməkdaşları onun və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə narkotik maddə marixuananı gizlətdiyi evə gəlmiş, həmin zaman evdə Məhəmmədəlinin tanışı Türkan olmuş, polis əməkdaşları Türkanmın ərizəsini aldıqdan sonra birlikdə evə baxış keçirmiş, marixuananı gizlətdiyi otaqdan, qutunun içərisindən, götürərək polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin sellofan torbada olan narkotik maddə marixuananı qablaşdıraraq üzərini möhürləyərək götürmüşdür; narkotik vasitələrdən qurudulmuş marixuanadan istifadə edir, narkotik maddə olan marixuananı İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsdən göndərdiyi məkandan götürərək digər məkana aparıb qoymaq üçün 500 manat pul qarşılığında almış, birinci dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində, ikinci dəfə 2022-ci ilin noyabr ayının sonlarında İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin göstərdiyi məkandan götürərək digər məkana aparıb gizlətmiş, bunun qarşılığında Rza ona 500 manat pul vermiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (1-ci cild iş vərəqi 161-163). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 dekabr 2022-ci il tarixdə Nemət adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı daxil olmuş, məlmatı yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmış, qrupa digər polis əməkdaşı Şahid1 də daxil edilmiş, ünvan 7 ünvanının yaxındığında Təqsirləndirilən şəxs saxlayaraq Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər, orada Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkcənin cibindən 1 ədəd sellofan torbada içərisində qurudulmuş marixunaya oxşar maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxdən aldığını, Lökbatan qəsəbəsindəki evdə də narkotik vasitə saxladığını bildirmiş, Təqsirləndirilən şəxs dediyi ünvana getmişlər və oradan 1 ədəd bağlamada qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi birinci massivdə yerləşən nömrəsiz fərdi evdə yaşayan Nemət adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən əməliyyat qrupu yaradılmış və əməliyyat qrupu ilə birlikdə ünvan 9 ünvanının yaxınlığına getmiş, həmin ünvanın yaxınlığında Nemət adlı şəxsi idarə etdiyi “Opel Astra” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında görmüşlər, bundan sonra Nemət adlı şəxsə yaxınlaşmışlar, özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri olduqlarınıbildirmişlər, onu idarə etdiyi “Opel Astra” markalı 77- FX-209 dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər, avtomobili isə Qaradağ RPİ-nin 10-cu PB-nin həyətinə yerləşdirmişlər, polis bölməsində həmin şəxsin xx.xx.1993-cü ildə Cəlilabad anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci MKR, A.Məhərrəmov küçəsi ev 60, mənzil 77-də qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 10, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan 08 dekabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən Bakı şəhəri Mərkəzi Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç yan cibindən l(bir) ədəd sellofan torbada içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni masanın üzərinə qoymuş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən l(bir) ədəd üzərində ***-***- **-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 5(beş) manat pul, həmin şalvarın sağ yan cibindən l(bir) ədəd avtomobil açarı 5 və l(üç) ədəd açar aşkar edilərək götürülmüş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 36 (otuz altı) qram olmuş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir ) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, l(bir) ədəd avtomobil açarı, 1 (üç) ədəd açar və 5(beş) manat pul isə şəxsin özünə qaytarılmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İram İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə 3(üç) gün əvvəl Bakı şəhəri Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını, üzərindən başqa yaşadığı ünvanda narkotik vasitələr olduğunu, həmin evə və idarə etdiyi avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir.Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifələri izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik maddə saxlamadığını bildirmiş, amma Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmiş, Təqsirləndirilən şəxs Əluqulu oğlunun idarə etdiyi “Opel Astra” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “avtomobilə baxış və götürmə aparılması haqqında” 08 dekabr 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, avtomobildə baxış zamanı sonuncunun avtomobilindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi birinci yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evi ünvanında narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmiş, bundan əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi ünvana gəldik və evdə bir nəfər şəxsin olduğu müəyyən olunmuş, həmin şəxs özünü təqdim edərək Şahid3 olduğunu evə qonaq kimi gəldiyini bildirmiş, bundan sonra Şahid3, vəkilin, əməliyyat qrupu üzvlərinin və onun iştirakı ilə evə baxış keçirilmişş, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin iş otağında olan qutunun içərisindən, 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni və narkotik vasitələrin dövriyyəsində istifadə olunan l(bir) ədəd plastik kartı təqdim etmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi l(bir) kq 275 qram (iki yüz yetmiş beş) qram olmuş, daha sonra həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, 3(üç) gün əvvəl İram İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, ayrı-ayrı şəxslərə çatdıracağını, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını, heç kimə narkotik vasitə satmadığım, evdə aşkar olunmuş l(bir) ədəd plastik karta həmin narkotik vasitələrin dövriyyəsindən əldə olunmuş pulların köçürüldüyünü, aşkar 6 olunmuş narkotik vasitədən Şahid3 xəbərinin olmamasını, verilən şulları tam başa düşdüyünü, aşkar olunmuş kütlənin ona məxsus olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin də Şahid3 ona verilən suallara cavab olaraq, aşkar olunmuş kütlədən xəbərsiz olduğunu, l(bir) həftədir ki, qeyd olunan ünvana qonaq kimi gəldiyini bildirmişdir (1-ci cild iş vərəqi vərəqə 110-113). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10 il olar ki tanıyır. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1-də yerləşən nömrəsiz fərdi yaşayış evini kirəyəyə götürmüşdür, evin açarının birini dostu Nemətə vermişdir ki, taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorğun olduğu zaman gedib evdə rahat dincələ bilsin, Türkan yaşamağa yeri olmadığı üçün ondan yaşaması üçün ev tapmağını xahiş etmişdir, o da həmin kirayəyə götürdüyü evin açarlarını Türkana verərək evə aparıb yerləşdirmişdir. Sonradan məlum olmuşdur ki, Nemət polis əməkdaşları ilə gələrək evdə qutunun içərisində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı onlara təhvil vermişdir. Nemətin narkotik vasitə olan qurudulmuş marixuana gizlətdiyindən və istifadə etdiyindən xəbəri olmamışdır; Nemət kirayə tutduğu evə axşamdan-axşama gəlib getmiş, polis əməkdaşları evə gələndə onları görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tiədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi birinci massivdə yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Əluqulu oğlunun kirayə tutduğu evə qonaq qismində gəlmiş, 09 dekabr 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs Əluqulu oğlunun kirayə tutduğu evdə olan zaman evə mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs Əluqulu oğlu ilə birgə gəlmiş, həmin inülki geyimdə olan şəxslər özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər, ondan özünü təqdim etməyini xahiş etmişlər, özünü təqdim edərək Şahid3 olduğunu bildirmiş və evə qonaq kimi gəldiyini demiş, bundan sonra onun, Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının, Təqsirləndirilən şəxs Əluqulu oğlunun və vəkil X5 iştirakı evə baxış keçirilmiş, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin iş otağında olan qutunun içərisindən, 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni və narkotik vasitələrin dövriyyəsində istifadə olunan 1 (bir) ədəd plastik kartı təqdim etmiş, sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi l(bir) kq 275 qram (iki yüz yetmiş beş) qram olmuş, daha sonra həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimizdən imzalanmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, 3(üç) gün əvvəl İram İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, ayrı-ayrı şəxslərə çatdıracağım, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını, heç kimə narkotik vasitə satmadığını, evdə aşkar olunmuş l(bir) ədəd plastik karta həmin narkotik vasitələrin dövriyyəsindən əldə olunmuş pulların köçürüldüyünü, aşkar olunmuş narkotik vasitədən xəbəri olmadığını, verilən şulları tam başa düşdüyünü, aşkar olunmuş kütlənin ona məxsus olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, həmçinin verilən suallara cavab olaraq, aşkar olunmuş kütlədən xəbərsiz olduğumu, l(bir) həftədir ki, qeyd olunan ünvana qonaq kimi gəldiyini bir daha bildirmiş, tanışı Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində iştirak etdiyini bilmirmiş, müvəqqəti yaşadığı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi birinci massivdə yerləşən nömrəsiz fərdi evdə Təqsirləndirilən şəxs narkotik vasitə gizlətdiyini bilmirmiş, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir və satışı ilə məşğul olmur (1-ci cild iş vərəqi 101-103). Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, məhkəmədə elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarından görünür. Şübhəli şəxsin tutulması haqqında 08 dekabr 2022-ci il -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20-21); Şəxsi axtarış və götürmə haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi X6 və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və Şahid1 iştirakları ilə əynində olan qara rəngli gödəkcənin sol iç yan cibindən 1 (bir) ədəd sellofan torbada içərisində açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni İram İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə 3(üç) gün əvvəl Bakı şəhəri Xəzər rayonu ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını, üzərindən başqa yaşadığı ünvanda narkotik vasitələr olduğunu, həmin evə və idarə etdiyi “Opel Astra” markalı **-FX- *** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində (055) ***-**-** Simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, 5(beş) manat pul, həmin şalvarın sağ yan cibindən l(bir) ədəd avtomobil açarı və 1 (üç) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 36 (otuz altı) qram olmuş, həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır, 1 (bir ) ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 1 (bir) ədəd avtomobil açarı, 3 (üç) ədəd açar və 5 (beş) manat pul isə şəxsin özünə qaytarılmışdır (cild 1, iş vərəqi 30-31). 09 dekabr 2022-ci il tarixli evə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, müdafiəçi X6 və Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 və Şahid1 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi birinci yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin iş otağında olan qutunun içərisindən 1 (bir) ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütləni və narkotik vasitələrin dövriyyəsində istifadə olunan l(bir) ədəd plastik kartı təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkildi, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi l(bir) kq 275 qram (iki yüz yetmiş beş) qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, 3(üç) gün əvvəl İram İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, ayrı-ayrı şəxslərə çatdıracağım, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını, heç kimə narkotik vasitə satmadığını, evdə aşkar olunmuş l(bir) ədəd plastik karta həmin narkotik vasitələrin dövriyyəsindən əldə olunmuş pulların köçürüldüyünü, aşkar olunmuş narkotik vasitədən Şahid3 xəbərinin olmamasını, verilən şulları tam başa düşdüyünü, aşkar olunmuş kütlənin ona məxsus olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin də Şahid3 ona verilən suallara cavab olaraq, aşkar olunmuş kütlədən xəbərsiz olduğunu, l(bir) həftədir ki, qeyd olunan ünvana qonaq kimi gəldiyini bildirmişdir. Daha sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalandı (cild 1, iş vərəqi 39-40). Məhkəmə-bioloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli 7/1390 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellefan bağlamada təmiz çəkisi 29,142 qram və üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan 01 (bir) ədəd polıetilen bağlamadakı təmiz çəkisi 1250 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitikisindən kusta üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi 1279,142 qramdır; təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 1, iş vərəqi 46-49). Məhkəmə-narkaloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 486 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 130-131). Qaradağ Rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 79-81). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqi 104). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs Nemət Quliyevin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində cəmi 29 qram çəkidə marixuana olması, üzərində başqa qanunsuz heç nə olmaması, əməlindən peşman olub dostu Şahid4 evində gizlətdiyi narkotik vasitəni könüllü olaraq təqdim etməsinə baxmayaraq, İran vətəndaşından ancaq öz istifadəsi üçün narkotik vasitələr alması və heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətin yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Belə ki, təqsirləndirilən şəxs Nemət Quliyev ilkin izahat və ifadələrində (10 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirilərkən), o cümlədən 08 dekabr 2022-ci il tarixdə üzərinə şəxsi axtarış aparılarkən, həmçinin evə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını və həmin maddələrin satışını təşkil etməsini etiraf etmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə aparılarkən işə baxan hakimə narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadə verməmişdir. 08 dekabr 2022-ci il tarixli şəxsi axtarış aparılması və 09 dekabr 2022-ci il tarixli evə baxış və götürmə aparılması barədə protokolların məzmunundan, həmçinin həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən müəyyən olunur ki, təqsirləndirilən şəxs Nemət Quliyevin sərbəst şəkildə üzərindən və evindən aşkar edilən qanunsuz əşya və predmetlərin polis əməkdaşlarına təqdim etməsi öz əksini tapmışdır. Nemət Quliyevin tanışı Şahid3 da ibtidai istintaq zamanı dindirilərkən ifadəsində bildirmişdir ki, Nemət Quliyevə qanunsuz əşyaları təqdim etmək təklif edildikdə o, həmin çantanı götürərək könüllü olaraq polislərə təqdim etmiş, Nemət Quliyev aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, 3(üç) gün əvvəl İram İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri Xəzər rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, ayrı-ayrı şəxslərə çatdıracağı, bunun müqabilində 500 (beş yüz) manat pul alacağını, heç kimə narkotik vasitə satmadığını, evdə aşkar olunmuş 1 (bir) ədəd plastik karta həmin narkotik vasitələrin dövriyyəsindən əldə olunmuş pulların köçürüldüyünü bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə marixuananın külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuananın ümumilikdə təmiz çəkisi 1278,942 qram külli miqdar təşkil etməklə, şəxsi istehlak miqdarından da təqribən 256 dəfə çoxdur. Qeyd olunanlar bir daha sübut edir ki, təqsirləndirilən şəxs Nemət Quliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamışdır. Lakin cinayət işinin materialları ilə və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiyatelekommunikasiya şəbəkəsindən istifadə etməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlaması təsdiqini tapmamışdır. Məhkəmə zamanı dövlət ittihamçısı da X3 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmiş, X7 verilmiş ittihamı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə kollegiyası da dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı CM-in 234.4.4-cü maddəsi üzrə müdafiə etməkdən imtina etməsini və X7 verilmiş ittihamı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə etməsini əsaslı və qanunun tələblərinə uyğyn hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamdan dövlət ittihamçısı tərəfindən qanunun tələblərinə uyğun olaraq imtina edildiyindən həmin hissədə CPM-in 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, X2 dostu Şahid4 yaşadığı mənzildə gizlətdiyi 1.275 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın yerini polis əməkdaşlarına bildirməsi həmin nrakotik vasitənin hüquq mühafizə orqanlarına könüllü təhvil verilməsi kimi qimətyətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun 04 mart 2011-ci il tarixli 2№-li qərarının 23-cü bəndində qeyd olunur ki, məhkəmələrə tövsiyə olunsun ki, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Məhkəmələrə izah olunsun ki, şəxs tutulan zaman, habelə narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Təqsirləndirilən şəxs ifadələrində mütamadi olaraq getdiyi dostu Şahid4 və sonunucunun tanışı Şahid3 yaşadıqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki fərdi evdə 1,275 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlətdiyini, narkotik vasitəni gizlətməsi barədə heç kimin məlumatının olmamasını, bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlu polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki fərdi evdə gizlətdiyi 1,275 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananaya sərəncam vermək imkanı olmamış, sonuncu bunu dərk etmiş və narkotik vasitənin yerini polis əməkdaşlarına bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadələrinə əsasən həmin evin açarının bir nüsxəsi onda olmuş, mütamadi olaraq həmin evə getmiş, orada olan zaman istifadəsində olan mobil telefon vasitəsilə digər şəxslərlə əlaqə saxlamış və bu səbəbdən sonuncu həmin evin yerini polis əməkdaşlarına bildirməsə belə, polis əməkdaşları tərəfindən həmin ünvanın yerinin müəyyən edilməsi mümkün olmuş və Təqsirləndirilən şəxs bunu anlamaq iqtidarında olmuşdur. Beləliklə məhkəmənin gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün özünü İran İslam Respublikası vətəndaşı “Rza” adı ilə təqdim edən, şəxsiyyəti məlum olmayan şəxslə tanış olub “Rza” adlı şəxsin WhatsApp proqram təminatı vasitəsilə ona narkotik vasitə və psixotrop maddələrin olduğu yerlər barədə göndərəcəyi mesajlara əsasən həmin maddələri sifariş əsasında müəyyən edilmiş çeşid və çəkilərə uyğun qabaşdıraraq müxtəlif ünvanlarda yerləşdirib işarələnəcək məkanların fotoşəkillərini “Rza” adlı şəxsin istifadəsində olan mobil telefona quraşdırılmış WhatsApp proqram təminatına göndərməklə sonuncunun sifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılmasını təmin etmək barədə danışıb razılaşaraq 05 dekabr 2022-ci il tarixdə saat 01 radələrində bir ədəd sellofana qablaşdırılmış ümumi çəkisi 1300 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı olduğu yer barədə “Rza” adlı şəxs tərəfindən işarələnərək həmin proqram təminatı vasitəsilə göndərilmiş fotoşəkli qəbul etdikdən sonra, həmin tarixdə idarə etdiyi “Opel Astra” markalı 77FX 209 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu ərazisinə gələrək oradan bir ədəd sellofana qablaşdırılmış ümumi çəkisi 1279,142 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, nömrəsiz evdə gizlətmiş, 08 dekabr 2022ci il tarixdə həmin narkotik vasitə qurudulmuş marixuananın 29,142 qram hissəsini satış məqsədi ilə 1 ədəd sellofan bükümdə bükərək əynində olan qara rəngli gödəkçəsinin sol iç yan cibində gizlədib üzərində saxlayaraq daşıyarkən həmin gün saat 21:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 10 ünvanının qarşısında saxlanılaraq ünvan 11 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən 1 ədəd sellofan torbada təmiz çəkisi 29,142 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 09 dekabr 2022-ci il tarixdə saat 00:10-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1-də yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin iş otağında olan qutunun içərisindən satış məqsədi ilə əldə edərək gizlətdiyi 1 ədəd sellofan bağlamada təmiz çəkisi 1250 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında informasiya- telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 08 dekabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2023-cü il tarixli, 486 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-bioloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 7/1390 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxsn üzərindən və evə baxış zamanı aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1279,142 qram olan narkotik vasitə olan qurudulmuş marixuana kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Qaradağ RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1278,942 qram narkotik vasitə qurudulmuş mariuxana məhv edilməli, 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və gütürmə aparılmasını əks etdirən video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 78 (yetmiş səkkiz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Qaradağ RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1278,942 qram narkotik vasitə qurudulmuş mariuxana məhv edilsin, 1 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və gütürmə aparılmasını əks etdirən video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-255/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-255/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver