Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-256/2024 03.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10,Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs2 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşamış, barəsində Bakı şəhər Nərimanov rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qeyrimüəyyən sayda şəxsin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədi ilə 2022-ci ilin aprel ayının əvvəllərində “WhatsApp” ani mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradaraq sosial şəbəkələrdə olan digər eyni məqsədlərlə yaradılmış qruplardan müxtəlif şəxsləri özünün yaratdığı qrupa üzv etdikdən sonra orada insanlara pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə gəlir qazandıracağına, yatırımın məbləğindən və müddətdən asılı olaraq qoyulan pulun 70 faizədək miqdarında daim artan xətt üzrə gəlir verəcəyinə və yatırdıqları pulun itirilməsi təhlükəsinin olmayacağı barədə yalan vədlər vermiş, gəlir əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərə özünü maliyyə bazarları üzrə mütəxəssis kimi təqdim edib etibarlı biznes tərəfdaşı görüntüsü yaratmış, pul qismində yatırım edəcəkləri halda elektron qaydada birjada müxtəlif maliyyə əməliyyatları və kriptovalyuta ticarəti icra etmək yolu ilə qısa müddət ərzində qazanc verəcəyi adı ilə aldadaraq 2022-ci ilin aprel ayının əvvəllərindən 07 oktyabr 2022-ci il tarixdək olan müddət ərzində Bakı və Sumqayıt şəhərləri ərazisində müxtəlif ünvanlardan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14 8 000 manat, Zərərçəkmiş şəxs10 26 878 manat, Zərərçəkmiş şəxs8 25 500 manat, Zərərçəkmiş şəxs9 6 400 manat, Zərərçəkmiş şəxs11 1 000 manat, Zərərçəkmiş şəxs12 3 230 manat, Zərərçəkmiş şəxs13 6 800 manat, Zərərçəkmiş şəxs18 5 000 manat, Zərərçəkmiş şəxs17 600 manat, X5 600 manat, Zərərçəkmiş şəxs6 6 680 manat, Zərərçəkmiş şəxs23 5 000 manat, Zərərçəkmiş şəxs15 900 manat, Zərərçəkmiş şəxs1 1 000 manat, Zərərçəkmiş şəxs2 2 800 manat, Zərərçəkmiş şəxs7 17 000 manat dəyərindən 10 000 ABŞ dolları, Zərərçəkmiş şəxs3 3 300 manat, X1 4 060 manat, Zərərçəkmiş şəxs16 10 000 manat, həmçinin Zərərçəkmiş şəxs16 vasitəsilə Zərərçəkmiş şəxs19 1 000 manat, Zərərçəkmiş şəxs21 1 700 manat, Zərərçəkmiş şəxs22 1 400 manat, Zərərçəkmiş şəxs24 2 000 manat və sonuncu dəfə Zərərçəkmiş şəxs20 07 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs16 göndərdiyi və həmin tarixdə sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasında olan ödəniş terminalından göndərdiyi 1 000 manat pulu vahid niyyət əhatə olunan qəsdlə nağd şəkildə, eləcə də istifadəsində olan plastik kart hesablarına və mobil nömrələr vasitəsi ilə yaratdığı “Mpay” elektron ödəniş sistemində olan hesablarına köçürmə yolu ilə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə külli miqdarda 141 848 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun bu işdə dələduzluq niyyəti olmamış, kripto valyuta sahəsinə şəxsən özü də yatırım etmişdir. Bir müddət sonra ona kripto valyuta sahəsinə birlikdə yatırım etmək təklifi edilmiş, yatırım etdiyi pulları kənar şəxslərdən toplamağa başlamışdır. 2-3 ay ərzində yatırım etdiyi pullardan gəlir götürməyə başlasa da,sonralar həm öz pulunu, həm də zərərçəkmiş şəxslərin pullarını itirməyə başlamışdır. Rüfət adlı zərərçəkmiş şəxsə polisə gedib şikayət etməmələrini, 3-4 il ərzində işləyib pulları geri qaytaracağını bildirmişdir. Özü könüllü polis bölməsinə getmişdir. Tutulana qədər zərərçəkmiş şəxslərin hər biri ilə əlaqə saxlamışdır. Hətta bəzi zərərçəkmiş şəxslər də onun bu işdə dələduzluq niyyətinin olmadığını bilmişdir. Xarici ölkəyə işləyib zərərçəkmiş şəxslərin pullarını geri qaytarmaq üçün getmək istəmişdir. “Whats app” qrupunda hamıya ev ünvanını da demiş, hətta bəzi zərərçəkmiş şəxslərlə ailəvi gedişgəlişləri də olmuşdur. Heç kimi aldatmaq niyyəti olmamış, zərərçəkmiş şəxs kimi tanınmış Davud hamının ondan şikayət ərizəsi ilə müraciət edəcəyini bildirmişdir. Azadlığa çıxdıqdan sonra da zərərçəkmiş şəxslərin pullarını qaytarmaq niyyətində olduğunu, insanlara istəmədən zərər vurduğunu və ikinci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2014-cü ildən etibarən xeyli borcları yaranmışdır. Belə ki, həm ətrafda olan tanışlarına borcu olmuş, həm də Kapital Bank ASC tərəfindən ona təqdim olunmuş 10.000 manat krediti ödəyə bilməmişdir. İşi və qazanc yeri olmadığına görə hər növbəti gün daha artıq borcu yaranmışdır. Buna görə də qərara gəlmiş ki, müxtəlif vətəndaşlara qarşı dələduzluq edərək qazanc əldə etsin. Bunun üçün sosial şəbəkələrdə rahat yol axtarmışdır. Hazırkı zamanda kriptovalyuta və investisiya sahəsi gündəmdə olduğundan bu yol ilə rahat şəkildə vətəndaşları aldadıb pul vəsaitlərini ələ keçirəcəyini düşünmüşdür. 2022-ci ilin əvvəllərində dələduzluq etmək üçün üsullar axtaran zaman xeyli sayda vatsap, telegram və instagram qruplarına daxil olmuş və orada olan şəxslər ilə tanışlığı yaranmışdır. Həmin şəxslərə o özünü kriptovalyuta və investisiyalar ilə böyük məbləğdə pullar qazanan şəxs kimi təqdim etmiş və bütün yollar ilə buna inanmaqlarına nail olmuşdur. 2022-ci ilin mart-aprel aylarında o özü vatsap sosial şəbəkəsində “Yatırım” adlı qrup yaratmış və həmin qrupa digər kriptovalyuta və investisiya qruplarından tanıdığı şəxsləri dəvət etmişdir. Yeni yaradılmış qrupun admini olmuşdur. Həmin qrupda olan şəxslərə yenidən bildirmiş ki, onun kriptovalyuta və investisiyalar sahəsində böyük təcrübəsi var və külli miqdarda pul vəsaitləri əldə edir. Bundan əlavə həmin şəxslərə bildirmişdir ki, ətrafında olan yaxınlarına da qazanc əldə etməyə köməklik edir. Daha sonra qrupda təklif etmiş ki, əgər kriptovalyuta işinə və müxtəlif xarici şirkətlərə onlayn yatırım etmək istəyən şəxslər varsa onlar onun vasitəsilə yatırımlarını edib və onun vasitəsilə qazanclarını ala bilərlər. Həmin şəxslərin ona inanmaqları üçün onlarla şəhər ərazisində müxtəlif yerlərdə görüşərək söhbətlər etmişdir. Görüşlərə gedən zaman daima geyimlərinin səliqəli və bahalı görsənməyini təşkil etmişdir. Həmçinin özünə inam yaratmaq üçün həmin şəxslərə yalandan bildirmiş ki, böyük qazanc əldə etdiyi üçün daima dövlət qurumları və hüquq mühafizə orqanları ilə problem yaşayır, lakin pul qazandığı üçün hər kəsin payını verir. Əslində isə bütün dedikləri yalan olmuş, sadəcə olaraq həmin şəxsləri özünə inandırmaq üçün bu formada danışıqlar aparmışdır. Bir müddət sonra artıq qrupda olan şəxslər və onunla görüşən şəxslər ona inanmışlar. İlkin olaraq qrupda olan şəxslər xırda məbləğlərdə, yəni 50, 100 və 150 manat olmaqla ona pullar verməyə başlamışlar. Aldatdığı şəxslərdən pulları əlbəəl, bank köçürmələri vasitəsilə və m-pay hesabı vasitəsi ilə əldə etmişdir. Əlbəəl pulları həmin aldatdığı şəxslər ilə görüşlər zamanı almışdır. Bank köçürmələri vasitəsilə aldığı pulları anası X7 məxsus 5261 6333 3361 9196 nömrəli Rabitə bank kartı vasitəsi ilə nağdlaşdırmışdır. Bəzi hallarda qrupda olan şəxslər tərəfindən göndərilən pullar qrupun digər iştirakçısı “Könül” adlı şəxsə göndərilmiş və Könül daha sonra həmin pulu ona dediyi hesaba və yaxud m- pay hesabına göndərmişdir. “Könül” qrupda aktiv olduğu üçün onu özünə köməkçi kimi istifadə etmiş, lakin bunun əvəzində ona hər hansı bir əlavə pul və yaxud qazanc verməmişdir. “Könül” özü də həmin qrupda iştirak edən digər şəxslər kimi ona pullar göndərmiş və onun da pulunu ələ keçirmişdir. M-pay vasitəsilə aldığı pulları isə öz istifadəsində olan *** *** ** **, *** *** ** **, 070 *** ** ** nömrələrin hesabları vasitəsilə almışdır. Hazırkı vaxtadək təxminən 40-a yaxın vətəndaşın bu yol ilə pul vəsailərini ələ keçirmişdir. Qrup yeni yaranan ərəfədə orada olan şəxsləri inandırmaq və daha da çox şəxs cəlb etmək üçün ilkin olaraq onlardan aldığı pullardan özlərinə qazanc adı ilə pullar vermişdir. Qrupda iştirak edən şəxslərə o vəd etmiş ki, pul verən zaman 1 həftə ərzində onların yatırım etdikləri məbləğin 50 faizini qazanc kimi onlara verəcəkdir. Qazanc məbləği böyük olduğundan həmin şəxslər ona inanmışdır. Həmin şəxslərdən ələ keçirdiyi pul vəsaitlərini “mosbet” və “1xbet” saytlarında qanunsuz qumar oyunlarına xərcləmişdir. Bəzi hallarda həmin qumar oyunlarında pul qazandığı zaman qazancının bir hissəsini pul aldığı şəxslərə qazanc adı ilə paylamış ki, həmin şəxslər daha da çox şirniklənib və əlavə adamlar dəvət etsinlər. Planlaşdırdığı kimi belə də olmuş və bir müddət sonra qrupa əlavə şəxslər cəlb olunmuş və böyük məbləğdə yatırımlar etməyə hazır olmuşlar. Həmin şəxslərdən də pulları o kriptovalyuta işi ilə məşğul olaraq və investisiyalar edərək qazanc əldə edəcəklərinə vəd edərək almış, lakin qanunsuz mərc oyunlarına xərcləmişdir. Bir müddət vətəndaşları aldadaraq ələ keçirdiyi bütün pulları qanunsuz mərc oyunlarında uduzmuş və artıq onları aldada bilməmiş, çünki böyük məbləğdə pul vəsaiti vermiş şəxslər qazanclarını istəmişlər. Həmin pulları verə bilməyən zaman onları aldadaraq pul vəsaitlərini ələ keçirməsi məlum olmuş və onlara söz vermişdir ki, valideynləri ev sataraq həmin pulları onlara qaytaracaqdır. Buna baxmayaraq həmin şəxslər onun barəsində şikayət etmişlər. İttihamda qeyd edilən şəxslərdən Zərərçəkmiş şəxs16 ona bu məqsədlə bir-neçə dəfə olmaqla 19.500 manat pul vermişdir. Həmin puldan 1100 manat ona qazanc adı ilə qaytarmışdır. Həmin pulun bir hissəsi Hacının öz pulu olmuş, bir hissəsi isə Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22 və Zərərçəkmiş şəxs24 pulları olmuşdur. Həmin şəxsləri də o tanımamışdır. Bundan başqa Zərərçəkmiş şəxs9 bir-neçə dəfə olmaqla təxminən 11.000 manat pul vermişdir. Bundan qabaq da ona 5000 manat pul vermiş və ona 10 000 manat qazanc qaytarmışdır. Buna görə də o sonradan ona yenə də 11 000 manat pul vermişdir. Zərərçəkmiş şəxs10 ümumilikdə 26 878 manat və Zərərçəkmiş şəxs8 25 500 pul vermişdir. Zərərçəkmiş şəxs3 3.300 manat, Zərərçəkmiş şəxs7 17.000 manat hesablamaqla 10000 ABŞ dolları pul vermişdir. Bundan başqa eyni üsulla Zərərçəkmiş şəxs14 8350 manat hissə-hissə pul almışdır. Ona 350 manat gəlir adı ilə qaytarsa da 8000 manat pulunu ələ keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs11 1 000 manat, Zərərçəkmiş şəxs12 3 200 manat, Zərərçəkmiş şəxs13 6 800 manat, Zərərçəkmiş şəxs18 5 000 manat, Zərərçəkmiş şəxs17 600 manat, İranə Novruzovadan 600 manat, Zəminə İmamverdiyevadan 500 manat, Ziyadət Abdullayevdən 900 manat, Zərərçəkmiş şəxs1 1 000 manat, Zərərçəkmiş şəxs5 4 060 manat, Zərərçəkmiş şəxs23 5 000 manat, Zərərçəkmiş şəxs6 6 680 manat, Zərərçəkmiş şəxs2 2800 manat pulu o şəxsən almışdır. Onlar həmin pulları ya ona əlbəəl vermişlər ya da onun verdiyi kart hesabına ya da mobil hesablara ödəmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 Zeynalabidin oğlu ifadə verərək göstərmişdir ki, ona Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 30000 manata yaxın məbləğdə maddi ziyan dəymiş, lakin ittiham aktında həmin məbləğin 23500 manat olduğu qeyd edilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. 2022-ci ilin avqust aylarında Səidə adlı tanışı vasitəsilə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Son zamanlar kripto valyuta sahəsi ilə maraqlanmış, Səidə xanım ona kripto valyuta ilə məşğul olan Təqsirləndirilən şəxs məsləhət görmüş, hətta Səidə xanım özü də kripto valyuta layihəsinə pul vəsaiti yatırım etmişdir. Səidə xanımdan Vahidin kim olduğunu maraqlandıqda Sonuncu ona Vahidin 23-24 yaşlarında Moskvada kripto valyuta ilə məşğul olan gənc olduğunu, onu ilişdirdiklərinə görə Moskvaya getdiyini bildirmişdir. Səidə xanımdan Təqsirləndirilən şəxs nömrəsini istəmiş, lakin o Vahidin nömrəsini heç kəsə vermədiyini bildirmişdir. Sonralar Səidə xanımdan Təqsirləndirilən şəxs razılığı ilə nömrəsini almış, sonra öz nömrəsini də Vahidə vermişdir. Vahidlə danışdıqdan sonra onunla tanışmış Vahid özünün 30 yaşının olduğunu və birja şirkətlərinə rəsmi olaraq yatırımlar etdiyini bildirmişdir. Vahid ona həftəlik müxtəlif faizli qazanclar vəd etmiş, kripto valyuta sahəsini Moskvadakı dayısı oğlanlarından öyrəndiyini qeyd etmişdir. Səidə xanım ona kripto valyuta sahəsində Vahid sayəsində qazanc əldə etdiyini, Vahidin hər zaman içi pulla dolu çanta ilə gəzdiyini və ona bu işdə hər hansı bir riskin olmadığını, əməkdaşlıq etdiyi birja şirkətlərinin rəsmi şirkətlər olduğunu bildirmişdir. İlk dəfə yatırım üçün Vahidə 3500 manat məbləğində pul köçürmüş və bunun məbləğində 2400 manat və 10 gün sonra isə 3500 manat pul əldə etmişdir. Sonralar ayrı-ayrı vaxtlarda 4000, 12500 və 7000 manata yaxın pul göndərmiş, bu hadisələrdən sonra Vahid yoxa çıxmış, özü və digər zərərçəkmiş şəxslər tərəfindən tapıla bilməmişdir. Bir müddət sonra Vahid ona Moskvada xəstəxanada olduğunu və pullarının qaytarılacağını bildirmişdir. O vaxtdan bu günə qədər Vahid ona pulla bağlı heç bir ödəniş etməmişdir. Vahid ona bu işdə risk olmayacağını, hər yatırımdan fərqli qazanclar əldə edəcəyini bildirmişdir. Vahidin dələduzluq niyyətini əvvəlcədən hiss etməmişdir. Özü kripto valyuta sahəsi ilə məşğul olmamış, hal-hazırkı günə qədər Təqsirləndirilən şəxs ona 23500 manat məbləğində borcu qalmışdır.Həmin 23500 manatın içərisində Lalə, Şəfəq, Bahar Türkan xanımın Surxay bəyin pulları da olmuşdur. Təqsirləndirilən şəxs ona 15000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs16 Zeynalabidin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin avqust ayının əvvəllərində Səidə adlı tanışı vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla bir neçə dəfə danışmışdır. Həmin zaman Rusiya Federasiyasında olduğunu bildirmişdir. Danışıq zamanı ona pul verəcəyi təqdirdə həmin pulla kriptovalyuta alqı-satqısı ilə məşğul olub 01 ay müddətinə qoyulan pulun 70 faizədək gəlir verəcəyini bildirmişdir. Onun dedikərinə inanıb 29 avqust 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixdək olan müddət ərzində Bakı şəhəri ərazisindən onun anasının adına olan karta və istifadə etdiyi mobil nömrə ilə açdığı “Mpay” hesabına 23 876 manat pul göndərmişdir. Bunun qarşılığında ona gəlir verməmişdir. Həmin pulun 10 000 manatı ona məxsus olsa da, qalan məbləği başqabaşqa şəxslərdən alıb göndərmişdir. Hadisə nəticəsində ona 10 000 manat maddi ziyan dəymişdir. Pulları köçürməyi ilə bağlı qəbzlərin surətini ifadəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs16 əlavə ifadəsində bildirmişdir ki, 29 avqust 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixdək olan müddət ərzində Təqsirləndirilən şəxs ümumilikdə 24 000 manata yaxın pul göndərmişdir. Həmin pulun 10 000 manatı onun öz şəxsi pulu olmuşdur. Bundan başqa ilk dəfə Vahidə pul verib gəlir götürdükdən sonra Vahidin həqiqətən də insanlara pul verdiyini zənn etmişdir. Buna görə də tanışlarına bu barədə məlumat vermişdir. Həmçinin üzv olduğu “P2P” qrupundan da Vahid barəsində yazaraq qrup üzvlərinə məlumat vermişdir. Həmin qrupdan 5-10 nəfər ona yazaraq Vahidə pul vermək istədiyini bildirmişdir. O da bu barədə Vahidə bildirdikdə ona təklif etmiş ki, həmin şəxslərdən ibarət başqa bir qrup yaratsın və Vahidi də ora əlavə etsin. Onun qrupları çoxdur və buna görə də hamını idarə edə bilmir. Ondan xahiş etmiş ki, qrupdakı şəxslərdən pulu o qəbul etmiş və Vahidə göndərmişdir. Onların gəlirlərini də özü paylayar. Bir sözlə onlar onun yatırımçıları olsunlar. O da köməklik etmək məqsədilə qrup yaratmış və həmin şəxsləri qrupa dəvət etmişdir. Qrupa Vahidi də əlavə etmişdir. Vahid orda insanlara məlumat vermişdir. O da insanlara Vahidi tanıdığını, əvvəl pul yatırım edib gəlir götürdüyünü və hazırda da yatırımı olduğunu bildirmişdir. Bundan sonra həmin qrupdakı şəxslərdən bəziləri pul göndərmək istəmişlər. O da pulu onun istifadə etdiyi karta göndərmələrini bildirmişdir. Həmin şəxslərdən Zərərçəkmiş şəxs19 1 000 manat, Zərərçəkmiş şəxs21 1 700 manat, Zərərçəkmiş şəxs20 1 000 manat, Zərərçəkmiş şəxs22 1 400 manat və Zərərçəkmiş şəxs24 2 000 manat pulu ona göndərmişlər. O da həmin pulu Təqsirləndirilən şəxs göndərmişdir. Pulların əksəriyyətini 22 sentyabr 2022-ci il tarixdə göndərmişlər. Sonuncu dəfə 07 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs20 ona 1000 manat pul göndərmişdir. O da həmin tarixdə pulu Təqsirləndirilən şəxs ona dediyi hazırda xatırlamadığı kart hesabına göndərmişdir. O pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrostansiyasında olan ödəniş terminallarından Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Lakin hazıda həmin köçürmənin qəbzini tapıb istintaqa təqdim edə bilmir. Bundan başqa o Təqsirləndirilən şəxs insanları aldadıb pullarını ələ keçirəcəyini bilməmişdir. Bu barədə məlumatı olsaydı nə özü pul qoyardı nə də başqa şəxslərdən pul alıb yatırım edərdi. İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, cinayət hadisə nəticəsində ona 15000 manat ziyan dəymiş, ifadəsində bildirdiyi 23500 manat ziyanın içərisində Lalə, Şəfəq, Bahar, Türkan xanımın və Surxay bəyin pulları olmuşdur. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ibtidai isintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidmətləri ilə əlaqədar görüş təşkil edən zaman tanımış, təqsirləndirilən şəxs ona 1000 manat məbləğində ziyan vurmuş və hal-hazırkı dövrə qədər borcunu qaytarmamışdır.1000 manat pulunu Təqsirləndirilən şəxs kartına köçürmüş və bundan 500 manat məbləğində qazanc əldə edəcəyini bildirmişdir. Vahid davamlı olaraq qrupdakı adamlarla əlaqə saxlamış və mütəmadi olaraq görüşlər təşkil etmişdir. Təqsirləndirilən şəxs dövriyyədə mallarının Bakıda satılaraq, onlardan qazanc əldə edəcəyini ona və digər zərərçəkmiş şəxslərə bildirmişdir. Vahid ona 1000 manat verib 500 manat qazanc əldə etməyi ilə bağlı bildirmişdir ki, pulu vaxtında veriləcək, pulu vaxtında verilməyəcəyi təqdirdə daha artıq pul qazanacaq. Təqsirləndirilən şəxs satacağı məhsullar barədə ona dəqiq bir məlumat deməmişdir. Bundan başqa zərərçəkmiş şəxslərə məhkumluğunun olmadığını və maliyyə sahəsində savadı, təcrübəsi olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs 1000 manat verib 500 manat qazancı necə əldə edəcəyini soruşan zaman təqsirləndirlən şəxs ona mallarının olduğunu və ən qısa zamanda satılacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxslə görüşdə olarkən ona çoxlu suallar vermiş, həmin zaman digər zərərçəkmiş şəxslər Vahidi sual atəşinə tutmaması barədə ona xəbərdarlıq etmişdir. Mobil nömrəsini “Whats app” qrupa kimin əlavə etməsini bilməmiş, qrupun yaradıcı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs kiçik məbləğləri qaytarmış və bununla bağlı qrupda çeklər də olmuşdur. Rüxsarə xanım Vahidlə görüş zamanı hamının gözü qabağında 5000 dollar çıxarıb ona vermişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs kripto valyuta ilə bağlı 2022-ci ildə yaradılan “whats app” qrupundan tanımışdır. Qrupda “kim pul yatıraraq 3 dəfə artıq qazanc əldə etmək istəyirsə Vahidə yazsın” məzmununda danışıqlar olmuş və o, həmin danışıqlara fikir verməmişdir. Sonra Vahid ona şəxsi məsaj qutusunda pul vəsaiti yatırımı müqabilində 2-3 dəfə qazanc əldə etmək istədiyi təqdirdə ona qoşulmağını xahiş etmişdir . Əvvəlcə bu fikir inandırıcı gəlməmiş, amma kiçik məbləğ 10 manatla bu işə başlamışdır. Hamı ilk dəfə üçün kiçik məbləğlərlə bu işə qoşulmuş, ödədiyi 10 manatın qəbzini qrupa atmış və qrupda ona göndərdiyi pulun iki mislinin geri qayıdacağı deyilmiş, amma pul 2 günə yox, 3 günə geri qayıtmışdır. Pul gecikdiyinə görə Vahid ona 30 manat ödəmiş, sonra o,30 manatın üzərinə 50 manat qoyub yatırımlara davam etmişdir. Daha sonra Vahid ona kartın limitinin dolduğunu master kartın lazım olmasını demiş, sonuncu öz master kartını Vahidə istifadə etmək üçün vermişdir. Vahid ona əgər istəsə bundan sonra ki, fəaliyyət üçün ona kömək edə biləcəyini də demişdir. Kartdan karta pul köçürəndə bonus gəldiyinə görə Vahidin təklifini qəbul etmişdir. O kartdan karta 90000 min manata yaxın məbləğdə pulu Vahidin dediyi qrupdakı adamlara köçürmüşdür. Sonuncu 4000 manat pulu əlbəəl Vahidə vermişdir.Yatırımların hara getməsi, qazancın necə əldə edildiyi barədə məlumatı olmamışdır. Ondan başqa qrupda xeyli adam da olmuşdur. Kripto valyutadan başı çıxmamış, Təqsirləndirilən şəxs ona bu işdə riskin olmayacağını demişdir. Vahid işini evdən görmüş, onun ofisi olmamışdır. Görüşlərə gələn zaman Vahidə pulları əlbəəl vermişdir. Əvvəlcə 80 manat yatırım edərək 160 manat,daha sonra 160 manat yatırım edib 340 manat məbləğdə pul əldə etmişdir. 340 manatı yenidən yatırım edən zaman onun qarşılığında pulunu ala bilməmişdir. Təqsirləndirilən şəxs 4000 manat pul verib, 6000 manat qazanc əldə etməli imiş. Karta köçürülən pulların mənbəyi müxtəlif vətəndaşlardan gələrək onlara qazanc olaraq paylanılmışdır. Yatırım olaraq qoyduğu 4000 manat puldan xeyir götürməmişdir. Xarici saytlardan onun kartına başqa valyutalardan da pul gəlmiş və Vahid həmin kartdan 2000 manata qədər pul çıxarmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 09 aprel 2022-ci il tarixdə “whatsapp” sosial şəbəkəsinin şəbəkə yatırım qrupu olan “SİP” qrupunda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Vahid ona şəxsiyə yazaraq investisiya edərək yatırdığı pulun 2-3 qatını qazana biləcəyini söyləmişdir. Ona pulunun batma ehtimalı olub-olmayacağını soruşduqda o narahat olmamasını, batma təhlükəsinin olmadığını bildirmişdir. Bu yatırımla bağlı Təqsirləndirilən şəxs “whatsap” qrupu yaratmış və onun kimi digər yatırım etmək istəyən şəxsləri əlavə etmişdir. O da sınamaq üçün ilk əvvəl 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qrupa atdığı hazırda xatırlamadığı karta Bakı şəhəri ərazisindən 10 manat pul göndərmişdir. Pulunun artdığını görüb daha çox məbləğ yatırmaq qərarına gəlmişdir. 3 gündən sonra o həmin pulun 30 manat olduğunu bildirmişdir. Bundan sonra o həmin pulu çıxardıb 50 manat da əlavə etməklə 80 manat yenidən yatırım etmişdir. Bir həftədən sonra 80 manatı 160 manat, bir həftədən sonra isə 340 manat olduğunu bildirmişdir. Həmin ərəfələrdə Vahid başqa şəxslərə də xeyli qazanc qaytarmışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ona böyük məbləğlərlə əməliyyatlar etdiyi üçün öz kartlarının limitinin bitdiyini və limiti keçdiyi üçün də kartlarının bloklandığını və başqa master kart (dediyinə görə yatırım etdiyi sayt yalnız master kart qəbul etmişdir) lazım olduğunu, yatırımcıların qazanclarını köçürmədə köməyə ehtiyacı olduğunu bildirmişdir. Ona kart köçürmələri etməkdə köməklik edəcəyi halda onun da pulunu daha qısa müddətdə qaytaracağını bildirmişdir. Onun da kart hesabının olduğunu həmin şəxsə dedikdən sonra xx.xx.2022 - xx.xx.2022 tarixləri aralığında-ona məxsus olan 5243 7544 1076 8830 nömrəli unibank debet kartından və xx.xx.2022-xx.xx.2022 tarixi aralığında 4098 0944 2107 7650 nömrəli unibank kartından istifadə etmişdir. Yatırım edən insanlar Təqsirləndirilən şəxs göndərəcəkləri pulları onun kartına köçürmüşlər, o da Təqsirləndirilən şəxs verdiyi kartlara həmin məbləğləri köçürərək, köçürmə qəbzlərinin şəklini çəkərək həmin Təqsirləndirilən şəxs atmışdır. Bundan başqa kartdakı pulları kartlara köçürməkdən əlavə müxtəlif xarici saytlara da yatırım etmişdir, nömrəsinə 3d təhlükəsizlik kodu gəlmiş, o kodu Təqsirləndirilən şəxs dedikdə kartdan müəyyən məbləğ çıxırdı. Həmçinin müxtəlif saytlardan da karta pul köçmüşdür. Bir dəfə Təqsirləndirilən şəxs kartda qalan müəyyən məbləği nağdlaşdırmaq istədiyini demişdir. xx.xx.2022-ci il tarixində saat 21:43 radələrində Təqsirləndirilən şəxslə “Unibankın” Əhmədli filialında görüşərək son rəqəmi 8830 olan albalı debet kartını ona vermiş və 3109 manat məbləği özü bankomatdan çıxartmış və ona yatırımın qeyd etdiyi 340 manat olduğunu deyib həmin pulun üzərindən 340 manat pul vəsaitini ona vermişdir. Sonra, o həmin məbləği yenidən öz kartının hesabına köçürərək yenidən yatırım etmişdir. Sonu 8830 olan kartına xx.xx.2022-xx.xx.2022 tarixi aralığında həm yerli ödəmə terminalları, həm də xarici saytlardan ümumilikdə 98.800 manat daxil olmuşdur. Bu məbləğin hamısını Təqsirləndirilən şəxs dediyi kartlara dediyi məbləğləri köçürmüşdür. Digər kartı olan son rəqəmləri 7650 kartda isə xx.xx.2022-xx.xx.2022 tarixi aralığında 22.700 manat daxil olmuşdur. Bu məbləği də Təqsirləndirilən şəxs dediyi kartlara dediyi məbləği köçürmə etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankdan öz adına olan 4000 manat depozit pulunu götürərək Bakı şəhəri, Nəsimi rayonu, 28 May metro stansiyasının yanındakı KFC qarşısında görüşərək 4 000 manatı yatırım məqsədi ilə Təqsirləndirilən şəxs əlbəəl vermişdir. 2 həftə sonra 4000 manatının 6000 manat olduğunu bildirmişdir. O da yenə davam etmək, yatırmaq istədiyini bildirmişdir. Sonradan Vahiddən pulunu istədikdə gah burnunu əməliyyat etdirəcəyini bu səbəbdən işləyə bilmədiyini, narahat olmamağı, pulu artıqlaması ilə qaytaracağını bildirmişdir. Ondan sonra da müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs İlə bağlı bütün yazışmalar və səs yazıları ifadəsinə 01 ədəd CD diskdə əlavə etmişdir. Kartlarına pul yükləyən şəxslərin heç birini tanımır, heç birindən kartlarına pul göndərməsiylə bağlı göstəriş, xahiş etməmişdir. Təqsirləndirilən şəxslə 070- 877-84- 27, ***-***-**-**, ***-***-**-** saylı nömrələrlə əlaqə saxlamışdır. 10 manat, 80 manat və 340 manat köçürmə barədə qəbzlərin şəkillərini və həmçinin 4000 manat pulu qəbul etməsi ilə bağlı Vahidlə arasında olan yazışmanı ifadəsinə əlavə etmişdir. Həmin yazışmada o Vahiddən xahiş etmiş ki, 4000 manat yatırım etdiyini qrupda heç kim bilməsin o da “tamam” yazmışdır. Bundan başqa hər iki kartından hesabdan çıxarış götürərək onları ifadəsinə əlavə etmişdir. Hadisə nəticəsində ona 4060 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, əlində olan 4000 manat pul barədə kiminsə məlumatı olmasını istəməmiş, xarici saytlardan onun kartına başqa valyutada pullar gəldiyi üçün Vahidin həmin kartdan 2000-nə yaxın pul çıxardığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Əli adında dostu vasitəsilə tanımışdır, Vahidlə əvvəlcə telefonda danışmış sonra kafedə görüşmüşdür. 20 yanvar ərazisində yerləşən kafedə Təqsirləndirilən şəxslə görüşüb, ona pul vermişdir. Ondan başqa kafedə 15-20 nəfər olmuşdur. Sonuncuya saytın olduğu və ona həmin saytdan pul qazanıldığı deyilmişdir. Əbülfəz və Samirlə kafedə yığışıb Azərsunun qabağında Vahidə 3500 manat pul vermişlər. Vahidə 3000 manat vermiş, yerdə qalan 1500 manatı isə Əbülfəz və Samirlə birlikdə vermişdir. Bir həftədən sonra elə həmin yerdə Vahid onlara 5100 manat pul vermişdir. Bir həftədən sonra Əbülfəz və Samirlə birlikdə Təqsirləndirilən şəxslə görüşmüş, ona əlbəəl 17500 manat pul vermişlər. Pulun təxmini 9000 manatı ona məxsus olmuşdur. Sonra yenidən Vahidlə görüşüb 9000 manat, daha sonra 16500 manat vermiş, Könül xanımın kartına da birbaşa özü pul göndərmişdir. Bir aylıq yatırım zamanı 1000 manat qoyub 2000 manat qazanc əldə etmək barədə razılaşmışlar. Verdiyi 9000 manat gəliri əldə edə bilməmiş, Könül xanımın kartına 2000, 3000, 1500 manat pul göndərdiyini bildirmişdir. İyun ayında başa düşmüşdür ki, Vahid ona qazanc verə bilmir və bu hadisələrdən bir müddət sonra Vahid tutulmuşdur. Vahid ona zəng edərək köməyə ehtiyacı olduğunu bildirmiş və ondan 3000 manat pul istəmişdir, buna görə o Əbülfəzdən 3000 manat pul alaraq Vahidə vermişdir. Könül xanımın kartına yatırım məqsədilə 6000-7000 manat məbləğlərində pul göndərmiş, onu da yatırımcı kimi tanımışdır. Ödənişlərlə bağlı qəbzlərin şəkilləri ya Vahidə ya da ki, Könül xanıma göndərilmişdir. Sonuncu Təqsirləndirilən şəxs birinci dəfə yatırım edən zaman qoyduğu puldan xeyir götürmüşdür. Ona Təqsirləndirilən şəxs tərəfindən dəyən ümumi ziyanın məbləği 25500 manat olmuş, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona 1000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı olan Əli adlı şəxs vasitəsilə tanımışdır. Əli ona Vahidin yaratdığı qrup və onun xidmətləri barədə məlumat vermişdir. Əvvəl qrup açıq olmuş, qrupun admini olmamışdır. Dostu Samirlə birlikdə Vahidlə telefon vasitəsilə əlaqə saxlamış və onunla 20 yanvarda kafedə görüşmüşdür. Vahidlə görüşən zaman o, sonuncuya Rusiyada bu işlə məşğul olduğunu və tanışlarının olduğunu bildirmişdir. Vahid bahalı restoranda görüş təşkil etmiş, dostu Samirlə birlikdə həmin görüşə getmiş, sonradan onlara Rüfət də qoşulmuşdur. Vahidin təşkil etdiyi görüşdə adamların əksəriyyəti ali təhsilli şəxslər olmuşdur. Hətta orada insanlar 50,70,90 faizlik qazanclar əldə etdiklərini bildirmişlər, sonuncu bunları eşidən zaman şoka düşmüş, görüş zamanı canlı şəkildə pul verənləri da müşahidə etmişdir. Toplantıdan sonra Vahidlə 20 yanvarda görüşərək ona əlbəəl özünə məxsus 1000 manatı və Samirə məxsus 3500 manat məbləğində pul verilmişdir. Vahid hətta qazanclarını digər yatırım edən şəxslərin qazanclarından daha tez vermişdir. Digər şəxslərin Vahidə verdiyi pullardan xəbəri olmamış, lakin ondan yüksək məbləğlərdə yatırım edən şəxslər barəsində məlumatlı olmuşdur. Vahid ona ilk dəfə yatırım edən şəxslərin qazancını əvvələ saldığını söyləmişdir. Vahid görüşə gələn zaman onun çantasında dollarlar olmuşdur.Növbəti dəfə Vahidlə görüşən zaman ona yüksək məbləğdə, yəni 12600 manat pul vermişdir. Qoyduğu pul məbləğinin 50-70 faiz dəyərində Vahid onlara qazanc verməli olmuş, Vahidə 20-25 min pul vermiş, bu puldan ona aid olan 12600 manat olmuşdur. Sonra Vahidi tapa bilməmiş, Vahid ona burun əməliyyatı etdirəcəyini, narahat olmamasını bildirmişdir. Sonra isə Vahid ona başqa nömrədən zəng edib demişdir ki, “pullar hamısı itib, məni tutublar nəzarətdəyəm”. Vahidlə Sumqayıtda görüşüb 3000 manat pul vermiş, Vahid isə 3-4 günə hər şey yaxşı olacağını sonuncuya bildirmişdir. Müəyyən müddət sonra Vahid tamamən yoxa çıxmış və onlara rus nömrəsi ilə yazaraq bildirmişdir ki, artıq o Azərbaycanda işləyə bilmir, xaricdən işləyəcək. Vahidin evinə gedib ailəsi ilə tanış olaraq oğullarının onlara qarşı etdiklərini demişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs may ayında tanımış, onunla canlı görüşmüş və pul yatırımının necə olduğunu Vahid ona başa salmışdır. Vahidin dediyi üsulla razılaşmış və bir-iki yatırım etdiyi məbləği Vahid ona qazanc verərək qaytarmışdır. Hər şey öz yolunda getsə də sonradan verilən pullar Vahid tərəfindən geri qaytarılmamışdır. İlk dəfə üçün 300 manat məbləğlə bu işə başlamış və əvəzində Vahid ona 390 manat məbləğində pulu geri qaytarmışdır. Sonra 500 manat və başqa məbləğlərlə bu işi davam etdirmişdir. 5000 manat pul məbləği əvəzində Vahid ona 7500 manat məbləğində pul qaytarmışdır. Bir ay ərzində 13500 manat məbləğində pulu Vahidin kartına pul köçürsə də həmin məbləğlər ona geri qaytarılmamışdır. Vahidə 13500 manatdan çox pul vermişdir. Vahidə insanları aldatmamağını tövsiyə etmiş, hətta ona ikinci Qarabağ müharibəsinin iştirakçısı olduğuna görə onu Amerikaya oğlunun yanına işləmək üçün göndərə biləcəyini də bildirmişdir. Vahid qazi olduğu üçün ona inamı formalaşdırmışdır. Sonuncu Vahid tərəfindən qrupa salınmış, onunla əvvəlcədən tanışlığı olmamışdır. Digər zərərçəkmiş şəxslərin hər biri Vahidi təriflədiyi üçün aldanmışdır. Vahiddən pulu necə əldə etdiyini soruşan zaman o, bu məsələnin özünün şəxsi işi olduğunu bildirmişdir. Bu işə başlayanda heç kimlə məsləhətləşməmiş oğlu ilə bu məsələ barədə danışan zaman o belə nağıllara inanmamağını sonuncuya məsləhət etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxslə internet vasitəsilə tanış olmuş, əvvəllər 20 manat ilə yatırıma başlamış, əvəzində 40 manat pulu geri almışdır. Daha sonra 100 manat yatırım edərək 150 manat pulu geri almışdır. Buna görə Vahidə inanmış və qazandıqlarının yenidən, yatırım olaraq qoymağa başlamışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs 3000 manat məbləğində yatırım edib, əvəzində 6000 manat geri alacağı barədə razılaşmışlar. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayət və tələbi yoxdur, ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxslə sosial şəbəkədə tanış olmuş, sosial şəbəkədən belə bir işin olduğunu öyrənmiş və 600 manat məbləğində pulu həmin işə yatırım etmiş, lakin pulu batmış, geri qaytara bilməmişdir. Yatırım etdiyi 600 manat puldan qazanc olaraq 900 manat götürəcəyi barədə razılıq əldə edilmişdir. Bu işə başladığı zaman ona heç bir riskin olmadığı deyilmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən aldadılmışdır. Hal hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadə verərək göstərmişdir ki, Xanpəri xanım ona Vahidin adını çəkmiş, internetdən yaxşı pul qazandırdığını bildirmişdir. Təqsirləndirilən şəxs 900 manat məbləğində pul vermişdir. Əvvəl şikayət etsə də, sonradan təqsirləndirilən şəxs barəsində notarial qaydada ərizəylə müraciət edərək şikayətini geri götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadə verərək göstərmişdir ki, kripto valyuta sahəsinə pul qoyulan zaman həm qazancın, həm itkinin olmasından xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxs barəsində olan şikayət ərizəsini geri götürdüyünü bildirmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Hacı adlı şəxs vasitəsilə tanımış, həmin şəxs ona 10 ildən çoxdur ki, təqsirləndirilən şəxsi tanıdığını və investisiya fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Davudun məsləhəti ilə bu işə qoşulmuş və 1000 manat məbləğində ziyana düşmüşdür. 2 oktyabr 2022-ci ildə həmin məbləği kartdan karta köçümüş və yatırımın qarşılığında gəlir əldə etməmişdir. Davud tərəfindən o qrupa əlavə edilmiş və həmin qrupda Davuddan əlavə “Admin” adlı şəxs də olmuşdur. Admin adlı şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs “whatshapp” qurupundakı yazışmalarda 1000 manatın üzərində 600 manat pul məbləğinin verəcəyini bildirmiş, kartdan karta pul göndərilərkən həmin kartın sahibinin şəxsiyyətini müəyyən etmək mümkün olmuşdur. Artıq iş böyüyəndə pulun göndərildiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişdir. Müstəntiq ona Hacı barəsində cinayət işi başlaya bilməyəcəklərini, çünki pulların Təqsirləndirilən şəxs ötürüldüyünü bildirmişdir. Şikayəti Hacı barəsində olsa da, müstəntiqdən Hacının 7000 dollar məbləğində zərər çəkdiyini öyrənmişdir. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Ondan əvvəl yatırım edən şəxslər bu işdən qazanc götürdükləri üçün onda Təqsirləndirilən şəxs qarşı etimad formalaşmışdır. Pulu Zərərçəkmiş şəxs16 kartına köçürmüş, Təqsirləndirilən şəxslə birbaşa əlaqədə olmamışdır. Yatırım edərkən onunla risk barəsində söhbət aparılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadə verərək göstərmişdir ki, onu bu işə cəlb edən şəxs özünü Davud kimi təqdim edən şəxs Zərərçəkmiş şəxs16 olmuşdur. Cinayət işi açıldıqdan sonra Davudun əslində Hacı olduğunu bilmişdir. Hacının öz adını səhv deməsinin səbəbləri barədə məlumatlı deyildir. Daxil olduğu “whatshapp” qurupunun adı sonradan “P 2 P” adı ilə dəyişdirilmişdir. Həmin qrupun “Admin”-in kim olduğunu və Təqsirləndirilən şəxs orada olub-olmadığını bilməmişdir. Hacı adlı şəxs həmin qrupa qoşulmaq barədə təbliğat aparmış, “Success team” adlı qrup açaraq zərəçəkmiş şəxsləri həmin qrupa dəvət etmişdir. 1000 dollar yatırım əvəzinə həmin məbləğin 80 %-i dəyərində gəlir əldə ediləcəyi onlara bildirilmişdir. 1000 dolları kartdan karta atmışdır. Bir ay sonra “Binancedə” problemlərin olması bəhanəsilə pullarının geriyə qaytarılmasından imtina edilmişdir. Hacı ilə əlaqə saxladıqda Vahidlə bir yerdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yatırım etdiyi 1700 manat pulun müqabilində 1 ay sonra 3600 manat pul əldə edilməsi razılıqları olmuşdur. Həmin 1700 manat məbləğində olan pulu Hacıya kart vasitəsilə ödəmiş, lakin bir ay sonra Hacı pulu ona geri qaytarmamışdır. Hacı barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə şikayət etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs əleyhinə ifadə verməmiş və pulunu Zərərçəkmiş şəxs16 tələb etmişdir. İbtidai istintaq dövründə nömrənin Təqsirləndirilən şəxs məxsus olmasını bildirsə də həmin nömrə Hacının öz adına qeydiyyatda olan nömrə olmuşdur. Pulu köçürəndən sonra Hacı ilə əlaqə saxlamış, o isə özünün də aldanıldığını qeyd etmişdir. Hacının dediklərinə inanmağının səbəbi isə sonuncunun inandırıcı danışması olmuşdur. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, onu ilk dəfə məhkəmə iclas zalında görmüşdür. O, Davud tərəfindən yaradılmış “Whatshapp”qrupuna daxil olmuşdur. Qrupda olan “admin” adının kimə məxsus olması sirr olaraq saxlanılmış, həmin şəxsin kim olduğunun deyilməsi qadağan edilmişdir. Kart məlumatlarını Vahidin işlətdiyi mobil nömrəyə göndərmişdir. Davud “admin” adlı şəxsin Vahid olduğunu bildirmişdir. Qeyd olunan məlumat Davud tərəfindən onlara pullar verilmədikdən sonra söylənilmişdir. “Admin” adlı şəxs demək olar ki, bütün işləri idarə etmişdir. 22 sentyabr 2022-ci ildə “Admin” adlı şəxsin göndərdiyi kart hesabına 2000 manat məbləğində pul göndərmişdir. Davudu ilk dəfə “to be to” adlı qrupdan tanımışdır. Daha sonra Davud ona narahat olmamasını, yatırımın necə edildiyinin üsulunu onlara öyrədəcəyini, hər hansı bir itkinin olması təqdirdə cavabdeh özü olacağını bildirmişdir. Vahid adlı şəxsi ümumiyyətlə tanımamış, Davudun özünü də canlı şəkildə heç kim görməmişdir. Əvvəllər bir dəfə “to be to” da olub pul itirmişdir, olduğu qrupda “BMW”, “Mercedes”, “kriptovalyutalardan şəkillər atılmışdır. Hətta Davud bir dəfə ilk dəfə olaraq 5000 manatlıq yatırımlar üçün 5000 manat qazanc olacağını və hər həftə bu məbləğlərin az-az yatırım qoyan şəxsin hesabına gələcəyini ,2000 manat pul qoyub, 1000-1200 manat əlavə qazanc götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olduğunu bildirmişdir. Məhkəmə iclasına elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs24 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində “Whatsapp” ani mesajlaşma proqramında üzv olduğu “P2P” adlı qrupda özünü “Davud” adı ilə təqdim edən Zərərçəkmiş şəxs16 onu və onun kimi xeyli sayda şəxsi özünün yaratdığı “Succes Team” adlı qrupa daxil etmişdir. O həmin qrupda kriptovalyuta alqısatqısı ilə məşğul olan tanışı olduğunu, istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəlir qazana biləcəyini bildirmişdir. Həmin şəxsin 150 000 ABŞ dollarlıq bitkoini olduğunu bildirmişdir. O adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi də qrupa daxil etmişdir. Ona qrupda “admin” deyə müraciət etmişdir. Təqsirləndirilən şəxs özü də arada-bir qrupa yazaraq işlə bağlı yalan vədlər vermişdir. Hacı də həmin şəxsi tanıdığını özünün də əvvəllər pul yatırım edib gəlir qazandığını bildirmişdir. O pul verən şəxslərə heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir veriləcəyini bildirmişdir. O 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından asılı olaraq 50-100 faiz arası gəlir veriləcəyini bildirmişdir. O da 22 sentyabr 2022-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında yerləşən 21 nömrəli mənzilindən mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs16 istifadə etdiyi karta 2000 manat pul göndərmişdir. O, ona pulunu bir aydan sonra 3500 manat, yəni 1500 manat gəlirlə birlikdə götürəcəyini bildirmişdir. Pulunu almaq vaxtı çatdıqda onlara müxtəlif bəhanələr gətirərək pul verməyi yubatmışdır. Sonradan Hacı onlara məlumat vermişdir ki, onun pulları verdiyi həmin şəxs Təqsirləndirilən şəxsdir. Həmin şəxs dələduzluq edərək onların verdiyi və onun öz pullarını ələ keçirmişdir. Hacı özü də Vahiddən şikayət etmişdir. Hadisə nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Pulu köçürməyi ilə bağlı qəbzin surətini ifadəsinə əlavə etmişdir. İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, ona 3500 manat pulun verilməsini Davud adlı zərərçəkmiş şəxs vəd etsə də pullar Təqsirləndirilən şəxs olmuşdur. Pullarını geri ala bilməyən zaman həmin pulların Davudda yox Təqsirləndirilən şəxs olduğu barədə məlumat əldə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. “Whatshapp” sosial şəbəkəsində ilk dəfə 20 manat yatırım edib, 40 manat qazanc əldə etmiş, daha sonra 100 manat pulun müqabilində 150 manat qazanc əldə etmişdir. 2500 manat məbləğində pul yatırım etdikdən sonra Vahid həmin pulu geriyə qaytarmamış, 2500 manat puldan sonra bir neçə nəfərlə birlikdə Vahidə 4000 manat məbləğində pul da vermişdir. Həmin pul da ona geri ödənilməmişdir. Vahidi bağışlamışdır, həbsdən azad edilməsini xahiş edir. Belə ki, sonuncu həbsdən azad olunacağı təqdirdə ona məxsus pul vəsaiti qaytarıla bilər. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadə verərək göstərmişdir ki, Davud adlı şəxsi tanımışdır. 2022-ci ilin yay aylarında Davud bəy ona birja üzərindən pul qoyuluşu və həmin pulun müqabilində müəyyən miqdarda faiz əldə edildiyini bildirmişdir. Daha sonra Davud onu “Whatshapp” qrupuna əlavə etmişdir. Sonradan birja əməliyyatlarının Vahid tərəfindən aparıldığını bilmişdir. 2022-ci ilin oktyabr ayında Davud ona 1000 manata bir ayın içində 1600 manat əldə etməyin mümkün olması barədə sözlərinə aldanaraq yatırım etmək üçün pul vəsaiti vermiş, lakin pulları geri qaytarılmamışdır. Vahidi tanımır, lakin ona vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadə verərək göstərmişdir ki, 2022-ci ilin may ayında Pərixalum xanımın vasitəsilə Vahidi tanımışdır. Pərixalum xanım ona belə bir işin olduğunu, yatırım edilən pul vəsaitinin iki qatının götürüldüyünü bildirmişdir. Cinayət işi başlanana qədər Vahidi canlı şəkildə görməmişdir. Vahidin ona “kriptovalyuta” işi ilə məşğul olduğunu, kriptovalyutaya yatırım edilən pul vəsaitinin 50 %-i dəyərində gəlir əldə edildiyini bildirməsi səbəbindən əvvəlcə 1000 manat yatırım etmiş və həmin vəsaitdən gəlir əldə etmişdir. 1000 manat yatırım edib gəlir əldə etdikdən sonra bu işə 5000 manat da yatırım etmiş, həmin 5000 manata görə 2500 manat gəlir əldə etməli olduğunu bildirmişdir. Vahidin bu işlə məşğul olmasını qohumu Pərixalum xanım vasitəsilə bilmişdir. Pərixalum xanımın pulları ödənildiyi üçün o da bu işlə məşğul olmaq qərarına gəlmişdir. Vahid ona bu işdə riskin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 elan edilərək tədqiq edilən ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin may ayının sonlarında tanışı Xanpəri adlı şəxs onu Whatsapp ani mesajlaşma proqramında yaradılmış “Yatırım” adlı qrupa daxil etmişdir. Həmin qrupa rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. O qrupda olan şəxslərə müraciət edərək kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu, həmçinin Çindən ölkəyə müxtəlif məişət avadanlıqlarının idaxlı və heç kimə demədiyi online bizneslə məşğul olduğunu bildirmişdir. O istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəlir qazana biləcəyini bildirmişdir. Özünün şəxsi 150 000 ABŞ dollarlıq bitkoini olduğunu bildirmişdir. O online bizneslə, kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu pul verən şəxslər heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir verəcəyini bildirmişdir. O 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından asılı olaraq 50- 100 faiz arası gəlir verəcəyini bildirmişdir. Onun dedikərini yoxlamaq məqsədilə 2022-ci İlin may ayında Xanpəri vasitəsilə Vahidə 100 manat pul vermişdir. İki həftədən sonra ona 200 manat pul qaytarmışdır. Bundan sonra Vahidin real gəlir verdiyinə inanıb 05 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında “Müsafir” kafesində Vahidlər görüşmüşdür. Həmin zaman Xanpəri də onun yanında olmuşdur. Orada ona 10 000 ABŞ dolları pul vermişdir. O bir aydan sonra ona 20 000 ABŞ dolları qaytaracağını bildirmişdir. Lakin vaxt çatdıqda pulu qaytarmamışdır. Hadisə nəticəsində ona 16 900 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, 2022-ci ilin aprel ayının əvvələrində onu Whatsapp ani mesajlaşma proqramında yaradılmış “Yatırım” adlı qrupa daxil etmişlər. O həmin qrupa daxil olan zaman orada əvvəl olduğu “Sip.Az” adlı yatırım qrupunun iştirakçılarının da olduğunu görmüşdür. Onu da həmin qrupdan bu qrupa daxil etmişlər. Həmin qrupa rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. O qrupda olan şəxslərə müraciət edərək kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu, həmçinin Çindən ölkəyə müxtəlif məişət avadanlıqlarının idaxlı və heç kimə demədiyi online bizneslə məşğul olduğunu bildirmişdir. O istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəlir qazana biləcəyini bildirmişdir. Özünün şəxsi 150 000 ABŞ dollarlıq bitkoini olduğunu bildirmişdir. O, online bizneslə, kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu pul verən şəxslər heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir verəcəyini bildirmişdir. O, 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından asılı olaraq 50-100 faiz arası gəlir verəcəyini bildirmişdir. O da yoxlamaq məqsədilə 17 aprel 2022-ci il tarixdə Xətai rayonu ərazisindən mobil tətbiq vasitəsilə Vahidin göndərdiyi karta 40 manat pul göndərmişdir. Həmin pulu həftəliyə yatırım etmişdir. Bir həftədən sonra 60 manat pul qaytarmış, o həmin pulun üstünü də düzəldib yenidən 320 manat pul yatırmışdır. Bundan sonrakı həftələrdə pul götürməyərək alacağı qazancı yenidən yatırmasını bildirmişdir. Ona hər həftə pulun artdığını bildirmişdir. 2022-ci ilin may ayının sonlarında Vahidlər Neftçilər metrostansiyası yaxınlığında “Müsafir” restoranında görüşmüşdür. Orada ona əvvəl yatırdıqlarının əvəzində 1000 manat pul qaytarmışdır. O da yenidən Vahidə 3500 manat pul əlbəəl vermişdir. Həmin pulu 15 günlüyə yatırmışdır. Lakin vaxt çatdıqda pulu qaytarmamışdır. Sonradan Vahiddən pulunu istədikdə gah burnunu əməliyyat etdirəcəyini bu səbəbdən işləyə bilmədiyini, narahat olmamağı, pulu artıqlaması ilə qaytarcağını bildirmişdir. Ondan sonra da müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina etmişdir. O, gah onu hüquq-mühafizə orqanlarının tutduğunu və ondan külli miqdarda rüşvət alındığını, gah Rusiya Federasiyasına getdiyini və sair bəhanələr gətirərək pulu bödəməkdən yayınmışdır. Hadisə nəticəsində ona 2800 manat maddi ziyan dəymişdir. 40 və 320 manat pulu köçürməyi ilə bağlı qəbzin surətini və Vahidlə arasında olan sms yazışmasını ifadəsinə əlavə etmişdir. 2022-ci ilin noyabr ayında Vahid qrupda hamıya yazaraq kim nə qədər yatırım edib ona şəxsidə yazmasını bildirmişdir. O da ona şəxsidə 3500 manat yatırım etdiyini yazmışdı. O da oxuyub cavab yazmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin may ayının sonlarında youtube kanalında baxdığı hansısa videonun şərh hissində kriptovalyuta alqı-satqı adlı paylaşım edildiyini və link qoyulduğunu görmüşdür. Maraqlı gəldiyindən linkə daxil olmuşdur. Həmin link Whatsapp ani mesajlaşma proqramında yaradılmış “Yatırım” adlı qrupun linki olmuşdur. Həmin qrupa rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. O, qrupda olan şəxslərə müraciət edərək kriptovalyuta alqı-satqısı İlə məşğul olduğunu, həmçinin Çindən ölkəyə müxtəlif məişət avadanlıqlarının idaxlı və heç kimə demədiyi online bizneslə məşğul olduğunu bildirmişdir. O istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəlir qazana biləcəyini bildirmişdir. O, online bizneslə, kriptovalyuta alqısatqısı ilə məşğul olduğunu pul verən şəxslər heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir verəcəyini bildirmişdir. O, 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından asılı olaraq 50-100 faiz arası gəlir verəcəyini bildirmişdir. O, bir neçə gün qrupda müşahidə aparmış, onun insanlara pul vermələri ilə bağlı qrupa çeklər atdığını görmüşdür. Həmçinin o, qrupda özünün şəxsiyyət vəsiqəsinin şəklini də paylaşmış və gördüyü işdə heç bir problem olmayacağını bildirmişdir. Ona inanıb 07 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Tbilisi prospektində olan “Bravo” Hipermarketdəki terminaldan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay" hesabına 1000 manat, ***-***-**-** saylı nömrəsinin hesabına 1000 pul göndərmişdir. Bundan sonra 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nizami Q.Qarayev prospekti, "Neftçilər” metrstansiyasının çıxışında olan terminaldan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Mpay” hesabına 1000 manat və 300 manat pul göndərmişdir. İki gün ərzində Təqsirləndirilən şəxs ümumilikdə 3 300 manat pul göndərmişdir. O bir aydan sonra ona 6 600 manat qaytaracağını bildirmişdir. Lakin vaxt çatdıqda pulu qaytarmamışdır. Hadisə nəticəsində ona 3 300 manat maddi ziyan dəymişdir. Pulu köçürməyi ilə bağlı qəbzlərin surətini izahatına əlavə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs17 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin may ayının sonlarında tanışı Sevda Həsənova onu Whatsapp ani mesajlaşma proqramında yaradılmış “Yatırım” adlı qrupa daxil etmişdir. O həmin qrupa daxil olan zaman orada əvvəl olduğu “OKOS” adlı yatırım qrupunun iştirakçılarının da olduğunu görmüşdür. Özü də “OKOS” piramida dələduzluğuna yatırım etmişdir. Həmin işdə qazanc əldə etmişdir. Buna görə də belə növ işlərə marağı yaranmışdır. Həmin “Yatırım” qrupuna rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. O qrupda olan şəxslərə müraciət edərək kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu və heç kimə demədiyi online bizneslə məşğul olduğunu bildirmişdir. O, istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəliri qazana biləcəyini bildirmişdir. Özünün şəxsi 150 000 ABŞ dollarlıq bitkoini olduğunu bildirmişdir. O online bizneslə, kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu pul verən şəxslər heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir verəcəyini bildirmişdir. O 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından asılı olaraq 50-100 faiz arası gəlir verəcəyini bildirmişdir. O, ilk əvvəl sadəcə müşahidə aparmış və görmüş ki, insanlar pul qazanırlar. Yəni Vahid yatırdıqları pulun qarşılığında onlara gəlir verir. Buna görə də o 03 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, F.Xoyski küçəsində yerləşən “Emanat” terminalından Vahidin ona dediyi sonu 64-64 olan mobil nömrənin hesabına 600 manat pulu göndərmişdir. O, iki həftəyə 1000 manat qaytaracağını bildirmişdir. Lakin vaxt çatdıqda pulu qaytarmamışdır. Hadisə nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Pulu köçürməyi ilə bağlı qəbzin surətini ifadəsinə əlavə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs18 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin may ayının ortalarında tanışı Xanpəri adlı şəxs onu Whatsapp ani mesajlaşma proqramında yaradılmış “Yatırım” adlı qrupa daxil etmişdir. O həmin qrupa daxil olan zaman orada əvvəl olduğu “OKOS” adlı yatırım qrupunun iştirakçılarının da olduğunu görmüşdür. Özü də “OKOS” piramida dələdzuluğuna yatırım etmişdir. Həmin işdə qazanc əldə etmişdir. Buna görə də belə növ işlərə marağı yaranmışdır. Həmin “Yatırım” qrupuna rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. O qrupda olan şəxslərə müraciət edərək kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu və heç kimə demədiyi online bizneslə məşğul olduğunu bildirmişdir. O istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəlir qazana biləcəyini bildirmişdir. Özünün şəxsi 150.000 ABŞ dollarlıq bitkoini olduğunu bildirmişdir. O online bizneslə, kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu pul verən şəxslər heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir verəcəyini bildirmişdir. O 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından asılı olaraq 50- 100 faiz arası gəlir verəcəyini bildirmişdir. O ilk əvvəl sadəcə müşahidə aparmış və görmüş ki, insanlar pul qazanırlar. Yəni Vahid yatırdıqları pulun qarşılığında onalara gəlir verir. Buna görə də o ilk dəfə 2022ci ilin may ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Müsafir kafesində Təqsirləndirilən şəxs əlbəəl 3000 manat pul vermişdir. Bundan sonra 01 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 124 ünvanında yerləşən Emanat terminalından Vahidin ona dediyi sonu 64-64 olan mobil nömrənin hesabına 2000 manat pulu göndərmişdir. O iki həftəyə 9000 manat qaytaracağını bildirmişdir. Lakin vaxt çatdıqda pulu qaytarmamışdır. Hadisə nəticəsində ona 5000 manat maddi ziyan dəymişdir. 2000 manat pulu köçürməyi ilə bağlı qəbzin surətini ifadəsinə əlavə edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin iyun ayının əvvəllərində tanışlarından kimsə onu “Whatsapp” ani mesajlaşma proqramında yaradılmış “Yatırım” adlı qrupa daxil etmişdir. Həmin qrupa rəhbərlik edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. O qrupda olan şəxslərə müraciət edərək kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu, həmçinin Çindən ölkəyə müxtəlif məişət avadanlıqlarının idxalı və heç kimə demədiyi online bizneslə məşğul olduğunu bildirmişdir. O istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəlir qazana biləcəyini bildirmişdir. Özünün şəxsi 150 000 ABŞ dollarlıq bitkoini olduğunu bildirmişdir. O online bizneslə, kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu pul verən şəxslər heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir verəcəyini bildirmişdir. O 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından aslı olaraq 50-100 faiz arası gəlir verəcəyini bildirmişdir. Onun dedikərini yoxlamaq məqsədilə 05 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki terminaldan 1 000 manat pulu öz kartından Vahidin ona dediyi X1 adına olan “409809******7650” nömrəli karta göndərmişdir. O bir həftədən sonra ona 500 manat qaytaracağını bildirmişdi. Lakin vaxt çatdıqda pulu qaytarmamışdır. Sonradan Vahiddən pulunu istədikdə gah burnunu əməliyyat etdirəcəyini bu səbəbdən işləyə bilmədiyini, narahat olmamağını, pulu artıqlaması ilə qaytarcağını bildirmişdir. Ondan sonra da müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən imtina etmişdir. O gah onu hüquq-mühafizə orqanlarının tutduğunu və ondan külli miqdarda rüşvət aldığını, gah Rusiya Federasiyasına getdiyini və sair bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Sonradan onun huquq-mühafizə orqanları tərəfindən tutulduğunu görmüşdür. Hadisə nəticəsində ona 1 000 manat maddi ziyan dəymişdir. Pulu köçürməyi ilə bağlı qəbzin surətini ifadəsinə əlavə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasına dair notarial qaydada təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs22 ibtidai istintaq dövründə verdiyi ki, 2022-ci İlin sentyabr ayının əvvəllərində Whatsapp ani mesajlaşma proqramında üzv olduğu “Sip.az” adlı qrupda özünü “Davud” adı ilə təqdim edən Zərərçəkmiş şəxs16 onu və onun kimi xeyli sayda şəxsi özünün yaratdığı “Succes Team” adlı qrupa daxil etmişdir. O həmin qrupda kriptovalyuta alqı-satqısı ilə məşğul olan tanışı olduğunu, istəyən şəxslərin yatırım edərək qoyduqları pulun 100 faizinədək gəlir qazana biləcəyini bildirmişdir. Həmin şəxsin 150 000 ABŞ dollarlıq bitkoini olduğunu bildirmişdir. O adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi də qrupa daxil etmişdir. Ona qrupda “admin” deyə müraciət etmişdir. Təqsirləndirilən şəxs özü də arada-bir qrupa yazaraq işlə bağlı yalan vədlər vermişdir. Hacı də həmin şəxsi tanıdığını özünün də əvvəllər pul yatırım edib gəlir qazandığını bildirmişdir. O pu! verən şəxslərə heç bir itirmək riski olmadan artan xətt üzrə davamlı gəlir veriləcəyini bildirmişdir. O 20 manatdan başlayaraq 3, 7, 10, 15 və 30 günlük müddətə verilən pulların miqdarından asılı olaraq 50- 100 faiz arası gəlir veriləcəyini bildirmişdir. O da 22 sentyabr 2022-ci il tarixdə yaşadığı ünvan 7 ünvanında yerləşən 4 nömrəli mənzildən mobil tətbiq vasitəsilə Zərərçəkmiş şəxs16 istifadə etdiyi karta 1400 manat pul göndərmişdir. Ona pulunu bir aydan sonra 1500 manat, yəni 1100 manat gəlirlə birlikdə götürəcəyini bildirmişdir. Hadisə nəticəsində ona 1400 manat maddi ziyan dəymişdir. Pulu köçürməyi ilə bağlı qəbzin surətini ifadəsinə əlavə etmişdir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 15 noyabr 2022-ci il tarixli “Könüllü təqdim edilən edilən əşyanı götürmə və baxış keçirməsi” haqqında protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd Honor markalı mobil telefon götürülmüş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vatsap proqramında +7 925 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş, həmin proqramda Təqsirləndirilən şəxslə müxtəlif şəxslər arasında pulla bağlı yazışmalar olmuşdur. Həmin yazışmalarda insanlar Vahiddən yatırdıqları pulları geri qaytarmasını tələb edirlər, Vahid də onlara işlərinin qaydasında getmədiyini qısa zamanda pulları qaytaracağını bildirmişdir. Həmin yazışmaların bəzi ekran görüntüləri protokola əlavə edilmişdir ( cild 1, iş vərəqi 45-51). 16 fevral 2023-cü il tarixli “Bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsinə əlavə etdiyi ona məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş və iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan 5243-7544-1076-8830 nömrəli və 4098-0944-2107-7650 nömrəli bank hesabları aparılmış əməliyyatlar barədə hesabdan çıxarışa baxış keçirilmişdir.Baxış zamanı müəyyən edilmiş ki, 5243 7544 1076 8830 nömrəli kart hesabına 17 aprel 2022-ci il tarixdən 31 may 2022-ci il tarixdək olan müddət ərzində ümumilikdə 100 809,91 manat pul mədaxil və məxaric edilmişdir.Bundan başqa 4098-0944-2107-7650 nömrəli kart hesabına 01 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixdək olan müddət ərzində ümumilikdə 23 929,98 manat pul mədaxil və məxaric edilmişdir ( cild 2, iş vərəqi 207). 20 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 20 fevral 2023-cü il tarixli X17 Sisteminə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi və iş üzrə zərərçəkmiş şəxslərin pullarını göndərdiyi “Mpay” elektron ödəniş sistemində qeydiyyatdan keçilmiş +**********88, +**********60, +**********27 saylı mobil nömrələr “xxxxxxx” fin nömrəli şəxsiyyət vəsiqəsi ilə müvafiq mobil operatorlarda Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. Həmin məlumatlar 03 vərəqdə çıxarılaraq protokola əlavə edilmişdir ( cild 2, iş vərəqi 211). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs14 Təqsirləndirilən şəxs istifadə etdiyi hesablara 8 350 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 64-70). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs istifadə etdiyi hesablara 6678 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 80-92). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 1 000 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 102-105). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs istifadə etdiyi hesablara 6700 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 145-148). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 1000 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 237-238). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs istifadə etdiyi hesablara 3230 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 249-253). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs18 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 2000 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 299). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs17 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 600 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 11). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, X18 Rzayevin istifadə etdiyi hesaba 600 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 72). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs23 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 600 manat pul köçürmüşdür ( cild 1, iş vərəqi 91-93). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, X9 Rzayevin istifadə etdiyi hesaba 900 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 109). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 1000 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 119). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 360 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 129-131). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs istifadə etdiyi hesaba 3 300 manat pul köçürmüşdür. (cild 1 iş vərəqi 31-32). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, X10 Rzayevin istifadə etdiyi hesaba 430 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 171-175). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs16 Təqsirləndirilən şəxs istifadə etdiyi hesablara 23 876 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 208-210). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs19 Zərərçəkmiş şəxs16 istifadə etdiyi hesaba 1000 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 21). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs21 Zərərçəkmiş şəxs16 istifadə etdiyi hesaba 1700 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 31). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs20 Zərərçəkmiş şəxs16 istifadə etdiyi hesaba 1000 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 39). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs22 Zərərçəkmiş şəxs16 istifadə etdiyi hesaba 1400 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 51). İş materiallarına əlavə edilmiş qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs24 Zərərçəkmiş şəxs16 istifadə etdiyi hesaba 2000 manat pul köçürmüşdür ( cild 2, iş vərəqi 61). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (Cild 1, iş vərəqə 274-275). 21 fevral 2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarda iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefonun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinə təhvil verilməsi nəzərdə tutulmuşdur. (cild 2 iş vərərqi 232). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Qeyd edilən əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsi həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən külli miqdar dedikdə lli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə münasibətdə dələduzluq əməlinə yol verməməsi, toplanılan vəsaitin kriptovalyuta sahəsinə yatırım edilməsi, lakin pul vəsaitinlərin itirilməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxslərə ümumilikdə 141 848 manat məbləğində maddi ziyanın vurulması ilə yolu ilə dələduzluq əməli törətməsi cinayət işi materialları ilə sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o, zərərçəkmiş şəxslərdən əldə etdiyi pul vəsaitlərini “mosbet” və “1xbet” saytlarında qanunsuz qumar oyunlarına xərcləmişdir. Bəzi hallarda həmin qumar oyunlarında pul qazandığı zaman qazancının bir hissəsini pul aldığı şəxslərə qazanc adı ilə paylamış ki, həmin şəxslər daha da çox şirniklənib və əlavə adamlar dəvət etsinlər. Planlaşdırdığı kimi belə də olmuş və bir müddət sonra qrupa əlavə şəxslər cəlb olunmuş və böyük məbləğdə yatırımlar etməyə hazır olmuşlar. Həmin şəxslərdən də pulları o kriptovalyuta işi ilə məşğul olaraq və investisiyalar edərək qazanc əldə edəcəklərinə vəd edərək almış, lakin qanunsuz mərc oyunlarına xərcləmişdir. Məhkəmə iclasında isə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən əldə etdiyi pul vəsaitlərinin ümumi məbləğini mübahisələndirməsə həmin pul vəsaitlərini kriptovalyuta sahəsinə yatırdığını bildirmişdir. Lakin təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrini təkzib etmək üçün məhkəməyə tutarlı dəlillər təqdim edə bilməmiş, həmin dindirmə protokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ifadələri toplanmış sübutlarla yoxlanılarkən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyri-müəyyən sayda şəxsin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə 24 nəfərin pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə külli miqdarda 141 848 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin niyyəti qeyri-müəyyən sayda şəxsin əmlakını vahid niyyətlə ələ keçirməyə yönəldilmişdir. Belə ki , iş materiallarından görünür ki,Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında “Whats app” ani mesajlaşma proqramında olan “Sipaz” “Okos” və bu kimi digər qruplarda olan şəxsləri özünün yaratdığı “Yatırım” adlı qrupa daxil etmişdir. O da qeyd edilməlidir ki, adı çəkilən həmin qruplar “ponzi sxemi” kimi tanınan piramida dələduzluq üsulu ilə insanların pulunu ələ keçirmək üçün yaradılmış qruplardır. Hüquq mühafizə orqanlarının rəsmi məlumatlarına əsasən həmin sistemlər hazırda dayandırılmış və bəzilərinin üzvləri məsuliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs insanları öz yaratdığı “Yatırım” adlı qrupa daxil etdikdən sonra, həmin qrupa öz adını şəxsiyyət vəsiqəsinin şəklini paylaşaraq insanlara özünün real biznes tərəfdaşı kimi təqdim etmiş, kripto valyuta sahəsində mütəxəssis olduğunu bildirmişdir. O, insanlara pul qismində yatırım edəcəkləri təqdirdə qoyduqları pulun miqdarından və müddətindən 70 faizədək gəlir verəcəyini, pulun itirilməsi riskinin olmadığını bildirmişdir. İnsanlar onun dediklərini yoxlamaq məqsədilə ilk əvvəllər itirmə riskini göz önünə alaraq daha az məbləğlər (20-100 manat arası) pullar yatırmışlar. Təqsirləndirilən şəxs də həmin pulların bir hissəsini şəxslərin özlərinə gəlir adı ilə geri qaytarmışdır. Bundan şirniklənən Təqsirləndirilən şəxs həqiqətən də gəlir verdiyini və etibarlı adam olduğunu zənn etdiklərindən ona daha böyük məbləğdə pullar vermişlər. Təqsirləndirilən şəxs də həmin pulları ələ keçirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs pulların əksəriyyətini nağd şəkildə müxtəlif ünvanlarda şəxslərlə görüşərək əlbəəl almışdır. Bəzi şəxslər isə pulu onun istifadə etdiyi kart hesablarına və elektron ödəmə hesablarına göndərmişlər. İş materiallarına əlavə edilmiş bank hesablarından çıxarışdan görünür ki, 2 aydan da qısa müddət ərzində Təqsirləndirilən şəxs istifdəsində ola hesablara ümumilikdə 130000 manat pul mədaxil edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən əldə etdiyi pulların bəzilərini Zərərçəkmiş şəxs5 istifadəsində olan kartlara göndərmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, həmin kartları Zərərçəkmiş şəxs5 istifadə etməsi üçün Təqsirləndirilən şəxs vermiş, onun Vahid Rayevin törətdiyi cinayət əməllərindən məlumatı və iştirakı olmamış, hətta özü də pul yatıraraq zərər çəkmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar irəli sürülmüş itiham yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs21 notarial qaydada təsdiq edilmiş barışıq ərizələrindən, habelə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs23 məhkəmə iclasında təqdim etdiyi barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam həcmdə ödənildiyindən təqsirləndirilən şəxsə hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən əksər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsini, yəni vahid niyyətlə dələduzluq yolu ilə əldə edilmiş 141 848 manat məbləğində maddi ziyandan 136448 manat hissəsini ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışmasını və cinayət işi materialarına əlavə edilən sənədə əsasında ikinci Qarabağ müharibəsində iştirak etməsini Azərbaycan Respublkasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Cinayət işi materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş barışıq ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam həcmdə ödənilmişdir və ona qarşı hər hansı bir şikayət tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təyin olunmuş cəzanın real çəkilməsi qorxu hissi aşılasa da, bəzən cəzanın Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi, məhkumlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasına xidmət etmir. Belə ki, cəza həmçinin təqsirkarda xəcalət hissi yaratmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında əməlindən peşmançılıq hissi keçirdiyini bildirmişlər, zərərçəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etmiş, onlarla barışıq əldə etmişdir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd “Honor” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Honor” markalı mobil telefon ona qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-256/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-256/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver