Məhkəmə qərarları › İş №1(101)-256/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-256/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-256/2025 12.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə,məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 3 avqust 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 16 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu metronun “Əhmədli” stansiyasının yanında şəxsiyyəti kişi cinsindən olan şəxsdən 02 (iki) ədəd qırımızı rəngli şəffaf sellofan kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,355 qram, 1,384 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,739 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 23:45 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndində yaşadığı fərdi yaşayış evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın, sağ yan cibindən 02 (iki) ədəd qırmızı rəngli şəffaf sellofan kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,355 qram, 1,384 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 2,739 qram, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, əvvəllər çəkisi çox olduğu üçün idman zalına gedib-gəlmişdir. Yaxın olan qonşusu ona “bizdə elə dərman vardır ki, idmana getməyə ehtiyac yoxdur, həmin dərmandan istifadə etsən arıqlayacaqsan” ifadəsini səsləndirmiş, qonşunun dediyi dərmandan istifadə etməyə başlamışdır. Əvvəllər 120 kiloqram olmuş, dərmandan istifadə nəticəsində çəkisi azalaraq 45 kq təşkil etmişdir. Daha sonra isə ağrıları olduğu üçün həmin dərmandan istifadə etməyə başlamışdır. Dərmanı falqa ilə istifadə etmişdir. 6-7 nəfər polis əməkdaşları tərəfindən Hövsanda evində saxlanılmış, saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. Üzərinə baxış keçirilən zaman orada vəkil də olmuşdur. Qeyd etdiyi dərmanı 20 manat müqabilində qonşusundan almışdır. Tutularkən üzərindən narkotik vasitə aşkar edilmişdir. Orta təhsillidir. Polis əməkdaşları onu 17 oktyabr 2023-cü il tarixdə axşam saat 4-5 radələrində tutmuşdurlar. Şəxsi axtarışı polis əməkdaşları onlara gedən zaman keçirmişlər. Polis əməkdaşları onun üzərinə baxışı Polis Bölməsində keçirmişlər. Bu zaman orada vəkil də olmuşdur. Onda olan dərmanın qadağan olunan maddə olduğunu Polis Bölməsində bilmişdir. İstifadə etdiyi dərmanı “patı” adlandırmışdırlar. Onkoloji xəstəxanada müalicə alır. Narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən bacısının evindən gündüz saat 3-ə qalmış aparılmışdır. Hal-hazırda anası, atası və qızı ilə birlikdə yaşayır. Sonrakı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ifadəsini dəyişərək özünü təqsirli bilmədiyini, narkotik vasitəni ona Polis Şöbəsində verdiklərini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında raportla rəhbərliyə məruzə olunmuşdur. Təqsirləndirilən şəxsə evinin yaxınlığında yaxınlaşıb 30-cu Polis Şöbəsinə dəvət etmiş, təqsirləndirilən şəxs könüllü şəkildə narkotik vasitəni təhvil verib şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi günortadan sonra saxlamışdır. Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparılarkən müdafiəçi də çağırılmış, təqsirləndirilən şəxsi Hövsan ərazisində saxlamışdır, həmin gün Polis Şöbəsində onun üzərində şəxsi axtarış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmuş, ona dəfələrlə müalicə alması üçün xəbərdarlıq etmişdir. Sonradan Şahid1 daxil olmuş əməliyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə olmuş, narkotik vasitənin miqdarı barəsində informasiyanı ehtiva etməmişdir. Təqsirləndirilən şəxsi 16-17 oktyabr 2023-cü il tarixdə axşam saat 8-dən sonra saxlamışdırlar. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış təqsirləndirilən şəxsin tutulması ilə eyni gündə keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında qərardakı tarix (cild 1, səhifə 13) 18 oktyabr 2023-cü il tarix olmalıdır. Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə gecə saat 23:45-də tutulduğundan yəqin ki, 15-20 dəqiqədən sonra növbəti günə keçildiyi üçün tarix 18 oktyabra düzəldilmişdir. Cinayət işi materiallarında saxtakarlığa yol verilməmişdir. Sənədlərin tarixi ilə bağlı cinayət işinin üzərindən uzun müddət keçdiyi üçün heç nə deyə bilmir. Təqsirləndirilən şəxsi 2-3 nəfər saxlamışdır. Cinayət işi materiallarındakı düzəlişləri o, etməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və ona əlavə edilmiş bir ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və o, əynindəki qara rəngli cins şalvarının qabaq sağ yan cibindən 02 (iki) ədəd qırmızı rəngli sellofana bükülmüş bükümləri təqdim edərək bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onkoloji xəstə olduğuna görə ağrıları səbəbindən istifadə etməsini bildirir. Təqdim olunun iki bükümdə olan kütlə bir ədəd boş zərfə qablaşdırılmış, zərf möhürlənmişdir( cild 1, iş vərəqə 34-35). 18 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №194» dairəvi möhür əksi olan, «Təqsirləndirıldən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,355 qram, 1,384 qram, ümumi təmiz çəkisi 2,739 qram ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 2, 639 qram təşkil etmişdir (cild 1, iş vərəqə 42-45). 15 fevral 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 2,739 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,639 qram təşkil edən psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir ( cild 1, iş vərəqə 150-159). 12 fevral 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 146-147). 12 fevral 2024-cü il tarixli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, o, hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 148-149). Məhkəmə, iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X10 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanunların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuşdur. Belə ki, cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü tarixdə saat 23:45-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kənində yaşadığı evin yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin binasına dəvət edilməsi barədə raport, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” tərtib olunan 18 oktyabr 2023-cü il tarixli qərar və müvafiq olaraq eyni tarixli protokol, o cümlədən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri, barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini əks etdirən videogörüntülərinin yükləndiyi DVD disk, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2 həm ibtidai istintaq, həm məhkəmə iclası zamanı üzərində psixotrop maddə metamfetamin olmasını bildirməsi hissəsində verdiyi ifadələri reallığı əks etdirmir. Odur ki, qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə əvvəla qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham bir-biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar barədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərarın tarixi 17 rəqəmindən 18 rəqəminə dəyişdirilmiş, lakin həmin qərarın məzmununda təqsirləndirilən şəxsin tutulma tarixi 17 oktyabr 2023-cü il, saat 23 :45 radələri kimi göstərilmişdir. Eyni qaydada şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolun, hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilməsinin xahiş edilməsi barədə ərizənin,vəkil dəvət edilməsi haqqında qərarın, şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında və etiraz edilə bilən şəxslər barəsində məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolun, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürülməsinə etiraz etməməsi barədə ərizənin, şəxsi axtarış və götürmə aparılması haqqında qərarın tarixi 17 oktyabr 2023-cü il tarixindən 18 oktyabr 2023-cü il tarixinə əlyazma ilə dəyişdirilmişdir. Bundan başqa cinayət işi materiallarından görünür ki: - Müdafiəçi təyin edilməsi haqqında qərarın tarixi 18 oktyabr 2023-cü il tarixi kimi göstərilsə də, iş materiallarına əlavə edilmiş order 17 oktyabr 2023-cü il tarixdə verilmişdir (cild 1, iş vərəqə 17,19); - Şəxsi axtarış və götürmə haqqında qərarın tarixi əlyazma ilə 18 oktyabr 2023-cü il tarixinə dəyişdirilsə də, Suraxanı rayon prokuroruna şəxsi axtarış və götürmə aparılması barədə qərarın surəti 17 oktyabr 2023-cü il tarixli məktubla göndərilmişdir (cild 1, iş vərəqə 31,32); - Müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz etməməsi barədə ərizənin tarixi əlyazma ilə 18 oktyabr 2023-cü il tarixə dəyişdirilsə də, həmin ərizənin üzərindəki ştampdan görünür ki, ərizə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində 17 oktyabr 2023-cü il tarixdə qeydiyyatdan keçmişdir (cild 1, iş vərəqə 33); - Məhkəmə kimyəvi ekspertiza təyin edilməsi haqqında qərarın tarixi 18 oktyabr 2023cü il tarixi kimi göstərilsə də, iş materiallarına əlavə edilmiş 18 oktyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, ekspertiza 17 oktyabr 2023-cü il tarixli qərar əsasında keçirilmişdir (cild 1, iş vərəqə 38, 44); - Şübhəli şəxsə ekspertiza təyin edilməsinə dair qərarla tanış edilməsi haqqında protokolda isə tarix göstərilməmişdir (cild 1, iş vərəqə 39); 18 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə 00:45 radələrində müdafiəçisi X4 iştirakı ilə tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxt 17 oktyabr 2023-cü il tarixi saat 23 :45 hesab edilmişdir (cild 1, iş vərəqə 29). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanan sənədlərdə tarixlər əlyazma ilə, onların imzasının zəruri hesab edilmədiyi digər sənədlərin isə tarixləri əlyazma ilə dəyişdirilmədən (məsələn, ekspertiza təyin edilməsi haqqında qərarın tarixi elektron qaydada 18 oktyabr 2023-cü il tarixi göstərilmiş, lakin ekspertiza rəyində həmin rəyin 17 oktyabr 2023-cü il tarixli qərar əsasında verildiyi göstərilmişdir) özü dəyişdirilməklə bütövlükdə cinayət işi materialları saxtalaşdırılmışdır. Belə ki, vəkil orderinin 17 oktyabr 2023-cü il tarixə verilməsi vəkil təyin edilməsi barədə qərarın 18 oktyabr 2023-cü il tarixdə qəbul edilməsini, 18 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış keçirilməsi haqqında qərarın qəbul edilməsi həmin qərarın 17 oktyabr 2023-cü il tarixdə göndərilməsini, müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə etiraz etməməsi barədə təqsirləndirilən şəxsin 18 oktyabr 2023-cü il tarixli ərizəsinin Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində 17 oktyabr 2023-cü il tarixdə qeydiyyatdan keçməsini istisna edir. Məhkəmə belə qənaətə gələrkən həmçinin o hallara istinad edir ki, cinayət işi materiallarına əlavə edilmiş həmin sənədlərin tarixinin və ya sənədlərin özünün sonradan dəyişdirilibdəyişdirilməməsi barədə təhqiqatçı dindirilmiş, lakin müvafiq məsələrə aydınlıq gətirilməsi mümkün olmamışdır. İş üzrə şahid qismində məhkəmə iclasında ifadə verən polis əməkdaşları tərəfindən də təqsirləndirilən şəxsin tutulma tarixi barədə məhkəməyə məlumatların təqdim edilə bilinmədiyindən, cinayət işi materiallarında yol verilmiş pozuntuların texniki səhv olubolmamasının müəyyən edilməsi, bütövlükdə cinayət işi materiallarının “həqiqəti” əks etdirib-etdirməməsinin aydınlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin tutulduğu dövrdə başqa cinayət işi üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzası çəkdiyindən onun hərəkət trayektoriyası barədə məlumatlar əldə edilmişdir. 10 dekabr 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən saat 00:00-dan başlayaraq (Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, fərdi yaşayış evində) olmuş, yalnız 18 oktyabr 2023-cü il tarixdən saat 21:48-də mobil nəzarət qurğusunun enerji ehtiyatının tükənməsi ilə əlaqədar izləmə mümkün olmadığından sonuncunun əlavə hərəkət trayektoriyasına dair məlumatın məhkəməyə təqdim edilməsi qeyri-mümkün olmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs tutulduğu vaxt, yəni 17 oktyabr 2023-cü il tarixdə, saat 23:45 radələrində yaşayış yerində olmuşdur. Təqsirləndirilən şəxsin tutulduğu vaxt barəsində cinayət işi materiallarına əlavə edilmiş sənədlərlə Bakı şəhər Probasiya İdarəsinin 10 dekabr 2024-cü il tarixli məktubu arasındakı ziddiyyətin aradan qaldırılması ilə əlaqədar məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərkən təqsirləndirilən şəxsin üzərində gəzdirdiyi elektron nəzarət qurğusunun onun hərəkət trayektoriyası barəsində məlumatların dəqiq əks etdirməsi, həmin nəzarət vasitəsini üzərindən çıxardığı təqdirdə ən geci 1 saniyədən sonra onlara siqnal ötürülməsini, yəni məlumat daxil olmasını qeyd edərək, onun müvafiq cihazı evdə qoyub hər hansı yerə getməsinin mümkünsüzlüyünü, həmin müddətdə belə siqnal qəbul etmədiklərini, təqsirləndirilən şəxsin 17 oktyabr 2023-cü il saat 00:00-dan -18 oktyabr 2023-cü il tarixdə, saat 21:48-dək yaşayış yerində (Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, fərdi yaşayış evində) olduğunu göstərmişdir. X6 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən həmçinin bildirmişdir ki, 18 oktyabr 2023-cü il tarixdə saat 21:48-də təqsirləndirilən şəxsin daşıdığı elektron qurğunun enerji ehtiyatı tükənmiş və yalnız 19 oktyabr 2023-cü il tarixdə saat 10:35-də bərpa olunmuşdur. Elektron qurğunun sönmə və bərpa edilmə yeri yaşayış yeri kimi görünür. Elektron qurğunun enerji ehtiyatı tükənməsi ərəfəsində onlar tərəfindən təqsirləndirilən şəxsin trayektoriyası izlənilə bilmədiyindən həmin ərəfədə təqsirləndirilən şəxsin yaşayış yerini tərk edib-etməməsi barədə məlumat təqdim edə bilmirlər. Elektron qolbağın enerji ehtiyatı tükənən zaman təqsirləndirilən şəxsdən harada olması barədə məlumat üçün sonuncu ilə əlaqə saxlamamışlar. Müvafiq məlumatların düzgünlüyünün, eləcə də təqsirləndirilən şəxsin iştirakı ilə həyata keçirilmiş digər istintaq hərəkətlərinin nəticələrinin mötəbərliliyinin, yəni təqsirləndirilən şəxsin istintaq orqanı tərəfindən keçirilməsi iddia edilən prosessual hərəkətlərdə iştirak edib–etməməsi barədə məlumatların yoxlanılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə yenidən sorğu göndərilmiş və əldə edilmiş “Attenti” elektron monitorinq sistemindən əldə edilmiş məlumatarını özündə əks etdirən 17 yanvar 2025-ci il tarixli məktub, eləcə də 11 mart 2025-ci il tarixli məktuba əlavə edilmiş flash kartla cinayət işi materialları birlikdə müqayisəli şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki: - Cinayət işi materiallarına əlavə edilmiş 19 oktyabr 2024-cü il tarixli dindirmə protokollarına əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə saat 10:00 -10:30 radələrində şübhəli, həmin gün saat 11:00-11:40 radələrində təqsirləndirilən şəxs qismində dindirilmişdir. Lakin təqsirləndirilən şəxsin gəzdirdiyi elektron nəzarət vasitəsi məlumatlarına əsasən 18 oktyabr 2023-cü il, saat 21:48 radələrindən 19 oktyabr 2023-cü il, saat 10:35 radələrinə qədər üzərində olan həmin qurğunun enerji ehtiyatının tükənməsi səbəbindən Təqsirləndirilən şəxs harada olması barədə koordinatlar müəyyən edilə bilməsə də müvafiq nəzarət vasitəsinin enerji ehtiyatı elə 19 oktyabr 2023-cü il saat 10:35də yaşadığı evdə bərpa edilmiş və həmin gün o saat 18:07-dək yaşayış yerində (Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, fərdi yaşayış evi) olmuşdur ki, bu da təqsirləndirilən şəxsin həmin istintaq hərəkətlərində iştirakını istisna edir. Belə ki, məhkəmə hesab edir ki, elektron nəzarət vasitəsini üzərindən çıxardığı təqdirdə azadlığın məhdudlaşdırılması cəzasının icrasının pozulması ilə əlaqədar elə həmin an Bakı şəhər Probasiya İdarəsinə siqnallar ötürüldüyündən elektron nəzarət vasitəsinin enerji ehtiyatının 19 oktyabr 2023-cü il tarixdə saat 10:35 radələrində təqsirləndirilən şəxsin yaşadığı evdə bərpa olunması ona dəlalət edir ki, təqsirləndirilən şəxs həmin vaxt yaşayış yerində olmuşdur. Təqsirləndirilən şəxsin yaşayış evinin Hövsan qəsəbəsində, dindirildiyi Surxanı rayon Polis İdarəsinin isə Əmircan qəsəbəsi, Balandin küçəsində yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncunun şübhəli şəxs qismində dindirilməsinin 19 oktyabr 2023-cü il tarixdə saat 10:30-da başa çatması, onun elə həmin tarixdə saat 10:35də yaşadığı evə gəlməsinin mümkünsüzlüyü ilə istisna edilir. Digər tərəfdən Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 10:35 radələrindən axşam 18 :07 radələrinə qədər yaşadığı evdə olması onun 11:00-11:40 radələrində Suraxanı rayon Polis İdarəsində təqsirləndirilən şəxs qismində dindirilməsini təkzib edir. Təqsirləndirilən şəxsin gəzdirdiyi mobil nəzarət qurğusunun enerji ehtiyatının tükənməsi ilə əlaqədar həmin gün ümumiyyətlə təqsirləndirilən şəxsin hərəkət trayektoriyası barədə məlumatların təqdim edilməməsi səbəbindən 30 oktyabr 2024-cü il tarixdə dindirilmə protokolunun mötəbərliliyinin yoxlanılması mümkün olmamışdır. Bundan başqa cinayət işi materiallarından görünür ki, təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə ekspertiza təyin edilməsi barədə qərarlar ilə tanış olmuş, narkoloji və məhkəmə psixiatrik eskpertiza mərkəzlərində müayinədən keçirilmişdir. Həmin məlumatların düzgünlüyü 11 mart 2025-ci il tarixli müvafiq məktuba əlavə edilmiş yaddaş kartında göstərilən məlumatlarla yoxlanılarkən həqiqətən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09:33-dən saat 10:35-dək Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində, saat 10:55-dən saat 11:06-dək Suraxanı Rayon Polis İdarəsində, saat 11:40-dan saat 13:59-dək Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində (saat 11:45-dən saat 13:57-dək fasilələrlə mobil nəzarət qurğusunu yanında saxlamamışdır), saat 14:02-dən saat 14:15-dək Məhkəmə X1muş, saat 15:23dən günün sonunadək ünvan 5 ünvana gəlmişdir). Qeyd edilən istintaq hərəkətlərinin tarixi barədə məlumatların müvafiq məktuba əlavə edilmiş videogörüntülərlə də təkzib edilməməsi bütövlükdə təqsirləndirilən şəxsin hərəkət trayektoriyası barəsində verilmiş məlumatların mötəbərliliyini bir daha təsdiq etmişdir. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə saat 12:10-12:45 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş, 28 mart 2024-cü il tarixdə isə təqsirləndirilən şəxs ibtidai istintaqın qurtarması barədə ona və müdafiəçisinə məlumat verilməsi barədə protokol imzalamışdır. 11 mart 2025-ci il tarixli müvafiq məktuba əlavə edilmiş yaddaş kartında öz əksini tapmış məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:00-dan saat 13:37-dək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, fərdi yaşayış evində olmuş, saat 13:38-də hərəkətə başlayaraq saat 14:01-dən saat 15:54-dək Balaxanı qəsəbəsində fərdi yaşayış evində, saat 15:55-də həmin ünvanı tərk edərək saat 16:15-də Suraxanı Rayon Polis İdarəsinin qarşısındakı parkinqdə olmuş, həmin gün saat 16:20-dən xx.xx.2024-cü il tarixdə saat 13:49-dək elektron nəzarət vasitəsini (mobil nəzarət qurğusunu) gəzdirmək vəzifəsini yerinə yetirməmiş, saat 13:49-dan başlayaraq Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, fərdi yaşayış evində olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin cinayət işi materiallarında göstərildiyi müddətdə, yəni 27 mart 2024cü il tarixdə saat 12:10-12:45 radələrində dindirilməsi də həmin məktubda əks edilən məlumatlarla təkzib edilmiş, ibtidai istintaqın qurtarması barədə protokolun imzalanma tarixi göstərilmədiyindən həmin protokolun mötəbərliliyinin yoxlanılması mümkün olmamışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən əldə edilmiş materiallardan görünür ki, həmin materiala əsli ilə düzdür ifadəsi yazılmaqla cinayət işi başlanması haqqında qərarın kserosurəti əlavə edilmiş və müvafiq qərarın məzmunu ilə cinayət işi materiallarında olan cinayət işi başlanması haqqında qərarın məzmunu müxtəliflik təşkil etmişdir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda həmin qərarın əsasını Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması faktı əsasında HL-1/2974 sayda qeydə alınaraq toplanmış materialın təşkil etdiyi göstərilsə də Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılması haqqında materiallarda müvafiq materialın nömrəsi HK-1/2974 kimi göstərilmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş cinayət işi başlanması haqqında qərarın məzmunu komputer ilə yığılmış, ekspertiza rəyinə dair hər hansı məlumatları ehtiva etməmiş, materiala əlavə edilmiş qərarda isə cinayət işinə verilən nömrə, təqsirləndirilən şəxsdən aşkar edilən psixotrop maddənin miqdarı əlyazma ilə qeyd edilmiş və məhkəmə kimyəvi ekspertiza rəyi ilə əlaqəli məlumatlar öz əksini tapmışdır. Bu da bir daha ona dəlalət edir ki, tərtib edilmiş cinayət iş materialları saxtalaşdırılmışdır. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə məhkəmədə baxılarkən təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasını, evindən zorla aparılması, başına yumruqla vurulması, fiziki təzyiqə məruz qalmasını bildirmişdir. Eləcə də təqsirləndirilən şəxs barəsində həsb qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə həmin qərar qəbul edilərkən əsas götürülən hallardan biri də təqsirləndirilən şəxsin təqsirini etiraf etməməsi və verdiyi ifadəyə imza atmasını döyülməsi ilə əlaqələndirməsi barədə məhkəmə iclasında söylədikləri olmuşdur. Məhkəmə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin predmetini narkotik vasitələr və ya psixotrop maddələrin təşkil etdiyini, obyektiv cəhətdən həmin əməlin belə maddələri əldə etmə, saxlama və daşıma kimi alternativ hərəkətlərdən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, həmin maddə ilə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinin yaranması üçün sadalanan hərəkətlərdən heç olmasa birinin yerinə yetirilməsi sübuta yetirilməlidir. Digər tərəfdən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutlan cinayət əməlləri uzanan cinayətdir, uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Yuxarıda qeyd edilən normaların təhlilindən aydın olur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli uzanan cinayət olduğundan, bu cinayətin bitmə anı sonuncunun tutulduğu (hakimiyyət orqanlarının müdaxiləsi) andır, onun əməlində cinayət tərkibi əlamətlərinin olmasına dəlalət edən əsas sübut isə təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddənin aşkar edilməsidir ki, bu da şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi yolu ilə mümkündür. Cinayət-Prosessual Məcəlləsinin 90.11.2, 246.2-ci, 207.4 –cü maddələrinə əsasən cinayət işi başlanmamışdan əvvəl yalnız tutulmuş şəxsə münasibətdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına yol verilə bilər. Lakin istintaq orqanı tərəfindən yuxarıda da sadalanan bu və ya digər pozuntular nəticəsində Təqsirləndirilən şəxs ümumiyyətlə hansı tarixdə tutulması, barəsində şəxsi axtarış həyata keçirilməsi müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, bir tərəfdən cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin haqqında tətbiq edilmiş tutulma prosessual məcburiyyət tədbirinin və barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin protokollarında tarixlər əlyazma yolu ilə dəyişdirilmiş, digər tərəfdən mövcud sənədlərin məzmunu bir-birilə ziddiyyət təşkil etmişdir. Məsələn, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış istintaq hərəkətinin 18 oktyabr 2023-cü il tarixdə keçirilməsi iddia olunsa da, iş materiallarına əlavə edilmiş ekspertiza rəyindən görünmüşdür ki, ekspertiza təyin edilməsi barədə qərar 17 oktyabr 2023-cü il tarixdə, yəni təqsirləndirilən şəxs üzərində hələ şəxsi axtarış istintaq hərəkəti keçirilməsi nəticəsində hər hansı psixotrop maddə aşkar edilməzdən əvvəl qəbul edilmişdir. Bundan başqa müdafiəçi təyin edilməsi haqqında qərarın tarixi 18 oktyabr 2023-cü il tarixi kimi göstərilsə də, iş materiallarına əlavə edilmiş order 17 oktyabr 2023-cü il tarixdə verilmişdir. Təqsirləndirilən şəxsin məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə əlaqədar üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi məlumatları isə sonuncunun 17 oktyabr 2023cü il tarixdə ümumiyyətlə Suraxanı rayon Polis idarəsində deyil, öz evində olması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, 125.2.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət-Prosessual Məcəlləsi 125.4-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittihamın əsasını məhz şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrinin təşkil etdiyini, yəni onun barəsində cinayət işinin başlanmasının məhz üzərindən psixotrop maddənin aşkar edilməsi nəticəsində mümkün olduğunu, digər istintaq hərəkətlərinin (dindirmə və s.) keçirilməsinə isə yalnız cinayət işi başlandıqdan sonra yol verildiyini, lakin hazırki iş üzrə tutma prosessual məcburiyyət tədbirinin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokollarının saxtalaşdırılmasını nəzərə alaraq hesab edir ki, psixotrop maddənin aşkar edilməsi və götürülməsi qanunsuz sübut əsasında həyata keçirildiyindən növbəti istintaq hərəkətlərinin keçirilməsi də qanunsuz hesab edilməlidir. Digər tərəfdən hazırda təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamın, cinayət işi başlanmasınının əsasını təşkil edən sübut-psixotrop maddə təqsirləndirilən şəxs üzərindən Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinin tələbləri pozulmaqla aşkar edilsə də, bununla da növbəti istintaq hərəkətlərinin nəticələri də “qeyri-hüquqi” sübut kimi qiymətləndirilməli olsa da məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları sonuncunun dindirildiyi tarixdə və saatlarda Suraxanı rayon Polis İdarəsində olmaması ilə əlaqədar “əsaslı şübhə standartlarından” kənar prinsipinə uyğun olaraq mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 324.3.4-cü maddəsinə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmadığını, lakin həmin Məcəllənin 327.1.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət təşkil etdiyi təqdirdə müvafiq ziddiyyətlərin aradan qaldırılmalı olmasını qeyd edərək bildirir ki, hazırki iş üzrə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarının mötəbərliliyi Cinayət-Prosessual Məcəlləsinin 125.2.1, 125.2.2,125.2.7-ci maddələrinin tələblərinə əsasən şübhə altına alındığından, onun, barəsində həbs qətimkan tədbiri seçilərkən, habelə hazırki məhkəmə baxışı zamanı evindən döyülərək aparılması, fiziki təzyiqə məruz qaldığından narkotik vasitə təqdim etməyə, etiraf edici ifadələr verməyə razılıq verməsi barədə məhkəmə iclasında verdiyi ifadələr mötəbər hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadələr arasındakı ziddiyət ilə əlaqədar qeyd edir ki, əvvəla təqsirləndirilən şəxsin ifadələri, hətta etiraf edici olsa belə digər sübutlarla təsdiq edildiyi ona elan edilmiş ittihamın əsasına qoyula bilər. Digər tərəfdən ilkin məhkəmə baxış iclasında narkotik vasitələrin ona məxsus olmasını bildirsə də sonrakı məhkəmə iclasında ittiham tərəfinin sübutları tədqiq edilərkən həmin ifadələrini təkzib etmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə baxışı iclasında ilk dəfə dindirilərkən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə barəsində şəxsi axtarış keçirilməsini qeyd etsə də müvafiq istintaq hərəkətinin videogörüntülərində müdafiəçinin iştirak etməməsi aydın olmuşdur. Məhkəmə onu da qeyd edir ki, cinayət işinə ittiham tərəfinin sübutları və müdafiə tərəfinin həmin sübutların təkzib edilməsinə dair təqdim etdiyi dəlillər əsasında çəkişmə prinsipinə əsasən baxılır. Məhkəmədə ittiham ittiham tərəfinin təqdim etdiyi, bu və ya digər şəxsin Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün yetərli hesab etdiyi sübutlar məcmusu, yəni ittiham aktında göstərilən dəlillər əsasında müdafiə edilir. Müdafiə tərəfi isə Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulan müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsini əsas götürərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların yuxarıda göstərilən əsaslarla mötəbərliliyinin şübhə altına alınmasını və bu səbəbdən artıq müdafiə tərəfinin ümumiyyətlə həmin dəlilləri təkzib və təsdiq etməsi üçün zərurətin aradan qalxmasını nəzərə alaraq hesab edir ki, o həmin maddə ilə təqsirli bilinə və cəzalandırıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 23:45-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kənində yaşadığı evin yaxınlığında saxlanılmasına, ünvan 7 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildikdən sonra orada 18 oktyabr 2023-cü il tarixdə 01:35 dən etibarən onun üzərində şəxsi axtarış aparılmasına, şəxsi axtarış zamanı tərəfindən təqdim edilən külli miqdarda ümumilikdə 2,739 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ona məxsus olmasına əsaslı şühələr vardır və məhkəmə baxışı nəticəsində qeyd olunan şübhələrin aradan qaldırılması mümkünsüz olmuşdur. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutların qanunsuz yolla əldə olunması qənaətinə gələrək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əleyhinə toplanmış sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr vardır və bu sübutlar cinayət təqibi üzrə mötəbər dəlillər kimi qiymətləndirilə bilməz və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın bünövrəsini təşkil edən sübutların qanunsuz yolla əldə olunması müəyyən edildiyindən və məhz bu əsasa görə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması nəzərdə tutulduğundan ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sair sübutların toplanması zamanı yol verilmiş pozuntulara, o cümlədən ibtidai istintaq və məhkəmə baxışı mərhələsində şahid qismində dindirilmiş X3, Şahid2, Şahid1 ifadələrinə, habelə məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəylərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur . Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğuncəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onların barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda o dərhal ləğv edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 18 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 353.5.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19 və 350.4-cü maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,639 qram təşkil edən metamfetamin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Təqsirləndirilən şəxs barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və bəraət hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.3.4) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə 18 oktyabr 2023-cü il tarixli məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 52 (əlli iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 572 (beş yüz yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,639 qram təşkil edən metamfetamin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs barəsində aparılmış «şəxsi axtarış və götürmə» istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 65 (altmış beş) manat ona aid edilməsin. Məhkəmə mərhələsində göstərilmiş 52 (əlli iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 572 (beş yüz yetmiş iki) manat məbləğində pul köçürülsün. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar