Məhkəmə qərarları › İş №1(101)-257/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-257/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-257/2020 05.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğırCinayətlərMəhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər MahmudovİlhamAğaoğluvəHüseynovSəbuhiSabiroğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x5, dövlət ittihamçısı ƏləkbərovValehHəsənoğlu, müdafiəçiMəmmədovaRənaMəhəmmədqızı, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Füzuli şəhəri Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 mənzil 6 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbir seçilmiş ıə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1cimaddəsiilətəqsirləndirilməsinədair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Hüseynov x1 Sevil Vidadi qızı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmaqla birlikdə yaşadıqları ünvan 2 saylı ünvanda 17 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində yüngül alkoqol sərxoşluğu vəziyyətində olarkən spirtli içki qəbul etməsini Zərərçəkmiş şəxsnm ona irad tutmasına görə həmin səbəbdən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı mətbəxdə istifadə edilən, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə qəsdən vuraraq, ona döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən və dalağın yaralanması ilə müşaiyət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 3 ildir ki, ər-arvad kimi yaşayırlar. Hər ailədə olduğu kimi ara-sıra Sevil ilə aralarında məişət mübahisələri olmuşdur. 17 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində spirtli içki qəbul edərək evə gəlmiş, evdə olan zaman Sevil ilə aralarında narazılıq yaranmışdır. O, mətbəxdə əlində bıçaqla şaftalı soyan zaman Sevil onu danlamağa başlamışdır. O da bıçaq tutduğu əli ilə Sevili qarın hissəsindən itələyərək, “Yeri, get işinlə məşğul ol”, demiş, həmin vaxt Sevil “Ay ana” deyərək qışqırmış, sonra Sevilin köynəyinin qanamasını görmüşdür. Sevil qışqırmağa başlamış, o, dərhal bıçağı masanın üzərinə atıb həyətə çıxmışdır. Kirayə qaldığı ev ümumi həyət evi olduğuna görə həyətdə təxminən ayrı- ayrılıqda 3-4 ev olmuşdur. Həmin həyətdə yaşayan qonşuların Sevilə yardım etməyə gəldiklərini görüb, əllərimi həyətdə olan su krantında yuyub piyada 20 yanvar parkına gəlmiş, orada bir qədər skamyada oturduqdan sonra, özü polisə gedərək təslim olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədətədqiqedilmişdigərprotokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə təxminən 3 ildir ki, qeyri-rəsmi nikah münasibətlərində yaşayır. Birlikdə ünvan 3 saylı ünvanda 1 otaqlı ev kirayə tutub yaşayırlar. 17 sentyabr 2019-cu il tarixdə saat 01 radələrində evdə olan zaman Xəyyam spirtli içki qəbul etmişdir. O, Xəyyamı içki içdiyinə görə danlamış, həmin vaxt Xəyyam mətbəxdə əlində bıçaq şaftalı soymaqla məşqul olmuşdur. O, həmin vaxt deyinərək Xəyyamı danlamağa davam etmiş həmin vaxt Xəyyam onu danlamasından bezib bıçaq tutduğu əli ilə onu döş qəfəsindən itələyib “Get oyana, başımı xarab eləmə” deyərkən Xəyyamın əlindəki bıçaq onun bədəninə batmış, o, dərhal qışqıraraq bayıra çıxmış, kirayə qaldığı evin həyətində ev sahibinin arvadı Naziləni görmüş, Nazilə dərhal əri Tofıqə zəng etmiş, Tofiq də gəlib onu maşınla x13 Stansiyasına, oradan da x9 aparmışdır. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla münasibətləri hər zaman ər arvad kimi çox yaxşı olmuş, Xəyyam bir ailə başçısı kimi ona qarşı yaxşı münasibət bəsləmiş, hadisə günü Xəyyam içkili vəziyyətdə olarkən onun Xəyyamın üzərinə çox getməsi nəticəsində Xəyyam onu kənara itələmək istəyərkən əlindəki bıçaq ehtiyatsızlıqdan onun bədəninə batmışdır. Xəyyam istəyərəkdən ona heç vaxt xəsarət yetirməzdi. Məhkəmədən Xəyyama köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yaşadığı evin ümumi həyətində dolanmaq üçün ayrı-ayrılıqda 2 ədəd 2 otaqlı ev tikib kirayəyə vermişdir. Həmin evlərin birində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşamışlar. Zərərçəkmiş şəxs düşbərə sexində işləmişdir. Xəyyam bəzi hallarda spirtli içki içmiş, lakin içdikdən sonra kiminləsə mübahisə etməsini görməmişdir. 16 sentyabr 2019cu ildə gecə vaxtı arvadı Şahid2 zəng edib demişdir ki, Xəyyam Sevilə bıçaqla xəsarət yetirib. O, tez evə gəlmiş, həyətə girəndə görmüşdür ki, Sevilin paltarında qan var. O, dərhal avtomobilin arxa qapısını açaraq Sevili maşina əyləşdirib xəstəxanaya aparmışdır. Şahid həmçinin ifadəsində göstərmişdir ki, o, əvvəllər Sevil ilə Xəyyamın aralarında mübahisələr olmasının şahidi olmamış, onları sakit bir ailə kimi tanımışdır. Təqsirləndirilən şəxs isə sakit təbiətli bir insan kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Ağaəli qızı məhkəmə iclasında ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekaspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x6-Təcrübi və x4 rayon şöbəsinin 11 oktyabr 2019-cu il tarixli 1912 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədən səthində döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən və dalağın yaralanması ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən, onun 17.09.2019-cu il tarixdə xəstəxanaya gətirilməsindən az əvvəl, əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına Ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Kompleks məhkəmə tibbi, trasoloji, bioloji, kriminalistik” ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və x11-Biologiya şöbəsinin 25 oktyabr 2019-cu il tarixli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” növünün 765/2019-MTBŞ saylı rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən A/İİ-dir. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus kofta, şalvar və 01 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunanda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər ( əgər onun qanında müşaiyətçi”H” antigeni varsa). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Kompleks məhkəmə tibbi, trasoloji, bioloji, kriminalistik” ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x7 Təcrübi və x2 30 oktyabr 2019-cu il tarixli, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” növünün 512-MTKŞ/2019 saylı rəyindən məlum olur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus koftanın sol arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus koftanın sol arxa səthində bir ədəd kəsilmiş-deşilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs qızma məxsus koftanın sol arxa səthində olan 1 bir ədəd deşilmiş-kəsilmiş zədə, onun bədəninin döş qəfəsinin sol yarısının arxa səthindəki bir ədəd xəsarətə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət döş qəfəsinin sol yarasının arxa səthinin nüfuz edən və dalağın yaralanması ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizatya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərindən sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyətinin Başçısının Horadiz şəhəri x10 üzrə Nümayəndəliyindən 06.11.2019-cu il tarixli, 2302 nömrəli daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə ümumən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd kofta və 1 ədəd şalvar, ünvan 4 saylı ünvandan götürülmüş lədəd mətbəx bıçağı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəlişəkildə obyektiv hüquqi qiymət verərəkməhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsittihamolunduğucinayətəməli məhkəməistintaqızamanıtamsübutayetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirəedərəkhesabedirki, Təqsirləndirilən şəxsəməliistintaqorqanıtərəfindənAzərbaycanRespublikası CM-nin 126.1ci maddəsiilədüzgüntövsifedilmiş və o, həmin maddəilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsiüçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri vəictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AzərbaycanRespublikasının 59-cu maddəsinəəsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs SevilƏmiraslanovailəbarışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmaması, 3 ildənartıqmüddətdirki, faktikiolaraqərarvadkimiyaşamalarınıvəhərəkətlərindənsəmimipeşimanolmasıcəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasənəməlində cəzasını ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, törədilmiş cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini vəhərəkətlərindənsəmimipeşmanolmasınınəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2019cuiltarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs 17 sentyabr 2019-cuiltarixdənbugünə,yəni 05 fevral 2020ciiltarixəkimihəbsdəolduğu04 ay 19 gün onatəyinolunacaq cəzadan çıxılmalıdır. İş üzrə məhkəmə məsrəfləri 182 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan zərərçəkmiş şəxs Sevil Əmraslanovaya məxsus bir ədəd kofta bir dədə şalvar və hadisə yerindən götürülmüş bir ədəd bıçaq məhv eilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmişBakışəhəri 2 saylıvəkilbürosununvəkiliMəmmədovaRənaMəhəmmədqızına, yardım göstərdiyi üçün dövlət büdcəsininhesabındanBakışəhər 02 saylıvəkilbürosununhesabına 150 (yüzəlli) manatpulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2019-cuiltarixdənbugünə,yəni 05 fevral 2020ciiltarixəkimihəbsdəolduğu04 (dörd) ay 19 (on doqquz) gün onatəyinolunmuş 03 (üç) ilmüddətinəazadlıqdanməhrumetməcəzasından çıxılmaqlaüzərindəqətiolaraq02 (iki)il 07 (yeddi) ay 11 (onbir) günazadlıqdanməhrumetməcəzasısaxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadəkdəyişdirilmədənsaxlanılsın. Təqsirləndirilən şəxsdavranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunsun, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxsbarəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfləri 182 (yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan bir ədəd kofta, bir dədə şalvar və bir ədəd bıçaq məhv eilsin. Bakışəhəri 02 saylı vəkil bürosunun vəkili x3hüquqiyardımgöstərdiyiüçündövlətbüdcəsininhesabındanBakışəhər 02 saylıvəkilbürosununhesabına 150 (yüzəlli) manatpulödənilsin. Hökmdən, elanolunduğuandan20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdansonrakıgünqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar