Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-257/2021 19.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X11 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1989-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri F.Axundov küçəsi, ev 24-də qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, 2-ci Mədən ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri, narkotik vasitəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni Türkiyə Respublikasından külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib dövriyyəsini təşkil etmə barədə 2020-ci ilin fevral ayında Türkiyə Respublikasında şəxsiyyətləri istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Bakı şəhərində olan, şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün 17 fevral 2020-ci il tarixdə İstanbul şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvündən sonuncu tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir ədəd qırmızı rəngli çamadanda olan, üzərində «Nestle Nesquik» sözləri yazılmış iki paketin içərisinə yerləşdirilmiş külli miqdarda, tərkibindəki ümumi təsiredici maddəsinin miqdarı 2040 qram təşkil edən, 6800 ədəd ağ- qəhvəyi rəngli kapsuladan ibarət narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsir edən maddəsi, 119 qram çəkidə 595 ədəd mavi rəngli, 175 qram çəkidə 700 ədəd bənövşəyi rəngli, 70,8 qram çəkidə 295 ədəd sarı rəngli, 93 qram çəkidə 465 çəhrayı rəngli və 234,03 qram çəkidə 1130 ədəd yaşıl rəngli olmaqla, cəmi 3185 həbdən ibarət ümumilikdə külli miqdarda, 691,83 qram çəkidə metilendioksi-metafetamin - MDMA (ekstazi) psixotrop maddəsi, iki sellofan paketə yerləşdirilmiş ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış, ümumilikdə külli miqdarda, 277,186 qram metamfetamin psixotrop maddəsi, bir ədəd piano formasında olan oyuncağın içərisində iki sellofan paketə yerləşdirilmiş ağ rəngli, tozşəkilli, spesifik iyi olan, kustar üsulla hazırlanmış, ümumilikdə külli miqdarda 394,086 qram kokain narkotik vasitəni tamah niyyəti və satış məqsədi İlə qəsdən qanunsuz olaraq əldə etmiş, saxlamış, müşayiət etməklə 18 fevral 2020-ci il tarixdə, saat 5 radələrində J2 078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və Bakı şəhəri Xəzər rayonunda yerləşən Heydər Əliyev adına Beynəlxalq Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin «Terminal-1 X19» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iki-üç ildir Türkiyə Respublikasına gedib-gəlir. Növbəti dəfə Türkiyədə olduğu zaman altı-yeddi il əvvəl tanıdığı dostu Bəhlul Cəfərov Bakıda yaşayan qardaşı Elnura çatdırması üçün ona bir çanta vermişdir. X20 tərəfindən yığılmış, bu prosesdə o, iştirak etməmiş və içərisində nə olduğunu bilməmişdir. Bəhlul çantanı ona verəndə çantanın ağzı açıq olmuşdur. Sonuncunu tanıdığı üçün razılaşıb, çantanı götürmüşdür. Bundan əvvəl də Bəhlul onun vasitəsi ilə Azərbaycanda yaşayan qardaşına çanta göndərmişdir. Elnur Bakıda onu qarşılayıb çantanı götürməli idi. Azərbaycana gələndə içərisində özünə məxsus paltarları olan əl çantası, bir də Bəhlulun verdiyi çanta olmaqla, cəmi iki ədəd baqajı və əlində şəxsi mobil telefonu olmuşdur. Hava limanında çantaları yoxlama lentindən keçirərkən gömrük əməkdaşı ondan çantada şübhəli, yaxud qanunsuz əşya olub-olmadığını soruşduqda sonuncuya elə bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra çantanı ona açdırmış və içərisindən «Nestle Nesquik» uşaq yeməyi çıxmışdır. Gömrük əməkdaşı ondan «Nestle Nesquik» qutusunda nə olduğunu soruşanda, torba bağlı olduğundan içərisində uşaq yeməyindən başqa heç nə ola bilməyəcəyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşı təklifi ilə «Nestle Nesquik»in qutusunu açmış və bu zaman içərisindən çoxlu sayda tabletka-kapsullar tökülmüşdür. Artıq problemlə üzləşdiyini anlamışdır. Belə ki, həmin ana qədər Bəhlulun verdiyi və içərisindən qanunsuz əşya aşkarlanan həmin çantada narkotik olmasından məlumatsız olmuşdur. Ona qarşı ola biləcək qanunsuz təsirlərdən qorunmaq üçün dərhal vəkil tələb etmiş, lakin, onun bu tələbinə məhəl qoyan olmamışdır. Onu hava limanında xidməti otaqların birinə aparmışlar. Həmin müddətdə kimsə onun iştirakı olmadan yoxlama lentinin üzərinə dağılmış kapsulları toplayıb yerinə yığmışdır. Bütün bu hərəkətlər videoçəkiliş aparılmadan, hal şahidi və vəkilin iştirakı olmadan aparılmışdır. Xidməti otağa aparılmazdan əvvəl onu saxlayan şəxsdən qardaşına zəng vurub bu barədə ona məlumat verilməsini və vəkil dəvət etməsini xahiş etmişdir. Onun xahişinə əhəmiyyət verilməmiş və vəkilin iştirakı olmadan çanta açılmış və bu zaman bir neçə dəqiqəlik videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı çantasından aşkarlanan narkotik maddəlrdən məlumatı olmadığını bildirmişdir. Xidməti otaqda özündən başqa bir videoçəkiliş aparan, bir də onu sorğu-sual edən şəxs olmuşdur. Saatlarla həmin otaqda qalıb, «rəis» dedikləri şəxsin gəlməsini gözləmişdir. Günortadan sonra təxminən saat 16 radələrində vəkil gəlmişdir. Sonuncu gələnə qədər artıq bütün protokollar yazıldığından, vəkil gəlib sadəcə tutma protokolunu, izahatı imzalayıb getmişdir. Saat 16-17 radələrində hava limanından Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinə aparılmışdır. Orada onu sorğu-sual edən şəxsin narkotikdən xəbəri olduğu barədə izahat yazması tələbinə etiraz edib, vəkil tələb etmişdir. Bu zaman otaqdakılar tərəfindən döyüləcəyi ilə hədələmişdir. Ona olunan psixoloji təzyiqlərə dözməyib, sonuncuların təklifi ilə razılaşmışdır. Vəkil yalnız gecə saat 22-23 radələrində gəlmişdir. Vəkil gələnə qədər təzyiqlərə dözməyib, döyülməmək üçün yalan ifadə verməyə razı olmuşdur. Vəkil gələndən sonra əvvəlcədən qurulmuş senariyə uyğun, guya narkotikin az hissəsindən xəbəri olduğu barədə ifadə vermişdir. Baş verənlər barədə vəkilə danışmış və sonuncu onu dinləyəndən sonra heç nə demədən sənədləri imzalayıb getmişdir. İbtida araşdırma zamanı onun iki müdafiəçisi olmuş və onların hər ikisi cəmisi on-on beş dəqiqə ərzində onun yanında olmuşdur. Daha sonra gecə saat 12 radələrində Polis İdarəsinin müvəqqəti saxlama otağına aparmışdır. Orada da hava limanında saxlanılarkən içrisindən narkotik vasitə aşkar olunan çantanın dostu Bəhlul tərəfindən, sonuncunun qardaşına çatdırmaq üçün ona verildiyini barədə demişdir. Həbs olunduqdan sonra Bəhlul ilə əlaqə saxlamamışdır. Ortaq tanışlarının dediyinə görə Bəhlul ortalıqda yoxdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi izahat, ifadələr ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun həmin ifadələri elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, əvvəllər informasiyatexnologiyaları üzrə mütəxəssis, ayıq sürücü və taksi sürücüsü kimi işləmişdir. Baş vermiş hadisədən əvvəl bir neçə ay heç bir yerdə əmək fəaliyyətli ilə məşğul olmamışdır. 11 yaşından astma xəstəliyindən əziyyət çəkir, buna görə İİİ dərəcəli əlildir və ayda 110 manat pensiya alır. Xatırlamadığı tarixdə əvvəllər həm taksi sürücüsü kimi müştəri apardığı, həm də bəzən əylənmək üçün getdiyi «İnfinity» gecə klubunda olarkən «Bəhlul» adlı şəxslə tanış olmuşdur. Sonuncu ilə həmin klubda bir qədər vaxt keçirdikdən sonra, həmin gün onu adminstrator kimi çalışdığı «Cayenne» kluba aparmışdır. Daha sonrakı tarixlərdə bir neçə dəfə Bəhlulla həmin klubda görüşüb vaxt keçirmiş və bununla da aralarında dostluq münasibətləri yaranmışdır. Bəhlul 2017-ci ildə Türkiyəyə getmiş və həmin vaxtdan orada yaşamağa başlamışdır. Bundan sonra bir-biriləri ilə mobil telefonla əlaqə saxlamağa başlamışlar. 2018-ci ildə dəqiq xatırlamadığı tarixdə danışıqların birində Bəhlul onu qonaq kimi İstanbul şəhərinə dəvət etmişdir. İstanbula getmək üçün pulunun olmadlğını bildirdikdə Bəhlul aviabileti özünün alacağını söyləmişdir. Bundan bir neçə gün sonra Bəhlul onun üçün aviabilet almış və o, aviareyslə Bakı şəhərindən İstanbula gedərək Bəhlulla görüşmüşdür. İstanbulda görüşdükdən sonra aralarında olan söhbət zamanı Bəhlul qardaşı Elnurun başqa bir şəxslə şərik olaraq İstanbulda işlətdiyi restoranda kassir çalışdığını bildirmişdir. Təxminən bir həftə İstanbulda qalıb şəhəri gəzdikdən sonra Bakı şəhərinə qayıtmışdır. Bakıya qayıdarkən Bəhlul Bakıda qardaşı Elnura çatdırması üçün ona bir ədəd çemodan vermiş və o, həmin çamadanı Bakı şəhərinə gətirib Elnura çatdırmışdır. Həmin çamadanın içərisində nə olmasını bilməmişdir. Bundan sonra 2019-cu ilin əvvəllərində Bəhlul onu bir daha İstanbula qonaq kimi dəvət etmişdir. Bu dəfə də pulu olmadığı üçün onun aviabiletini Bəhlul almışdır. Aviareyslə İstanbula gedib, təxminən bir həftə Bəhlulgildə qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıtmış. Həmin vaxt Bəhlul ona Bakı şəhərinə gətirməsi üçün yük və ya yaxıd çemodan verməmişdir. 17 sentyabr 2019-cu il tarixdə onun ad günü olduğundan Bəhlul ad gününü birlikdə İstanbul şəhərində keçirmələri üçün onu 15 sentyabr 2019-cu il tarixdə yenidən İstanbula dəvət etmişdir. Bu dəfə də pulu olmadığı üçün onun aviabiletini Bəhlul almış, aviareyslə İstanbula gedib təxminən bir həftə Bəhlulgildə qaldıqdan sonra 23 sentyabr 2019-cu il tarixdə Bakı şəhərinə qayıtmışdır. Bakıya qayıdarkən Bəhlul Bakıda qardaşı Elnura çatdırmaq üçün ona bir ədəd çamadan vermiş və o, «MUM» Ticarət Mərkəzinin arxasında Elnurla görüşüb çemodanı ona vermişdir. 11 fevral 2020-ci il tarixində Bəhlul onu bir daha İstanbula qonaq kimi dəvət etmiş, eyni qaydada pulu olmadığına görə aviabileti Bəhlul almış, aviareyslə Bakı şəhərindən İstanbula gedərək təxminən bir həftə Bəhlulgildə qalmışdır. Bu müddət ərzində aralarında olan söhbətlər zamanı Bəhlula təxminən mobil telefona görə 100-150 manat kredit borcunun olduğunu və maddi vəziyyətinin yaxşı olmadığını demişdir. Bəhlulgildə qaldıqdan sonra 17 fevral 2020-ci il tarixdə axşam saatlarında İstanbul-Bakı aviareysı ilə Azərbaycana qayıtmaq istəyərkən Bəhlul İstanbul şəhərində yerləşən öz yaşadığı evində ona Bakı şəhərində Elnura çatdırması üçün bir ədəd qırmızı rəngli çemodan vermişdir. Bəhlul ona çamadanın içərisində Elnurun uşaqları üçün aldığı paltarlar, ərzaq və narkotik vasitə olduğunu bildirmişdir. Bəhluldan gömrükdən keçərkən narkotikə görə ona problem yaranıb-yaranmayacağını soruşduqda sonuncu, heç bir problem olmayacağını, çamadanı Elnura çatdırdığı təqdirdə sonuncunun ona pul verəcəyini demişdir. Həmin pulla kredit borcunu ödəyəcəyini, həm də narkotik vasitənin az çəkidə olduğunu düşünüb, onun təklifi ilə razılaşmışdır. Bəhlul ona çemodanda hansı miqdarda, hansı növdə narkotik vasitənin olduğunu, onu haradan və nə vaxt əldə etdiyini, hansı səbəbdən Elnura çatdırmaq istədiyini, Elnurun həmin narkotik vasitəni kimə verəcəyini və ya hansı şəkildə istifadə edəcəyini, Elnurun çemodanı çatdırmağı müqabilində ona hansı məbləğdə pul verəcəyini söyləməmiş, özü də bu barədə Bəhluldan heç nə soruşmamışdır. Bəhlulun bu təklifi ilə razılaşdıqdan sonra çemodanı sonuncudan götürərək Bakı şəhərinə gəlmək üçün 17 fevral 2020-ci il tarixdə axşam saatlarında İstanbul şəhərində yerləşən yeni hava limanına getmiş və həmin tarixdə oradan aviareyslə Bakı şəhərinə uçaraq 18 fevral 2020-ci il tarixdə «Heydər Əliyev adına Beynəlxalq Aeroport»a çatmışdır. Hava limanına çatdıqdan sonra sərhəd xidmətinin əməkdaşları onu saxlayaraq sərhəddən keçməyinə «saxla» verildiyini söyləmişlər və onu hava limanının polis əməkdaşlarına təhvil vermişlər. Hansı səbəbdən sərhəddə ona «saxla» verilməsini bilməmişdir. Hava limanının polis əməkdaşlarının müşayiəti ilə baqaj lentindən çemodanını götürüb gömrük nəzarətindən keçərkən gömrük əməkdaşları ona çemodanını rentgen qurğusuna yerləşdirməsini söyləmişlər. O da çemodanını rentgen qurğusuna yerləşdirmiş və çemodan rentgen qurğusundan keçdikdən sonra gömrük əməkdaşları onu yoxlama otağına aparmışlar. Yoxlama otağında videoçəkilişdən istifadə etməklə aparılmış baxış zamanı çemodanın içərisində olan iki ədəd «Nestle Nesquik» paketinin içindən ağ-qırmızı rəngli kapsullar, mavi, bənövşəyi, sarı, çəhrayı və yaşıl rəngli həblər, iki ədəd sellofan paketdə ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Ardınca çemodanda piano formasındakı uşaq oyuncağı vintaçanla açılımş və onun içində olan iki ədəd sellofan paketdə ağ rəngli toz şəkilli maddə aşkar edilmişdir. Bundan sonra həmin həb, kapsul və maddələr çəkilmiş və sayılmışdır. Bu zaman ağ-qırmızı rəngli kapsulların 6800 ədəd olmaqla ümumi çəkisinin təxminən 3468 qram olduğu, mavi rəngli həblərin 595 ədəd, bənövşəyi rəngli həblərin 700 ədəd, sarı rəngli həblərin 295 ədəd, çəhrayı rəngli həblərin 465 ədəd, yaşıl rəngli həblərin 1130 ədəd olduğu və ümumi çəkisinin təxminən 1392 qram təşkil etdiyi, iki ədəd sellofan paketdə olan ağ rəngli, kristal şəkilli maddənin ümumi çəkisinin təxminən 282 qram olduğu, iki ədəd sellofan paketdə ağ rəngli toz şəkilli maddənin isə ümumi çəkisinin təxminən 402 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokolla tanış olub imzalamışdır. Bundan sonra üzərində şəxsi yoxlama aparılmış, lakin hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Çemodanda narkotik vasitənin az olduğunu düşündüyündən, onları heç bir problem olmadan gömrükdən keçirə biləcəyini fikirləşmiş, bu səbəbdən çemodanın içərisində narkotik vasitə olması barədə gömrük əməkdaşlarına əvvəlcədən məlumat verməmişdir. Bəhlul İstanbulda həmin çemodana paltarlar qoyarkən o, çamadanın içərisində iki ədəd «Nestle Nesquik» paketi və dəqiq nədən ibarət olmasını görə bilmədiyi digər əşyalar olduğunu görmüşdür. Bəhlul paltarları onun yanında çemodana yerləşdirdiyindən Bəhlulun narkotik vasitələri «Nestle Nesquik» paketlərinin, ya da çemodanın içərisində olan digər əşyaların içərisində gizlətdiyini düşünmüşdür. İstanbul şəhərinə getdiyi bütün hallarda onun pulu olmamış, onun bütün xərclərini Bəhlul ödəmişdir. Bəhlulun yüksək gəliri olmayan işdə işlədiyi halda ona xərclədiyi pulları haradan əldə etdiyni bilmir. Hesab edir ki, Bəhlul kassirlikdən başqa, hər hansı digər işlə də məşğuldur. Əvvəllər marixuana, ekstazi və metafetamin kimi narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Hadisədən əvvəl altı-yeddi aydır ki, istifadə etmir. Bəhlul və Elnurun narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən maddələrin satışı ilə məşğul olub-olmamalarını bilmir. Bununla yanaşı bir neçə dəfə Bəhlulun «lirika» deyilən psixotrop maddədən istifadə etdiyini görsə də, Elnurun belə hərəkətlərini görməmişdir. Əvvəllər İstanbul şəhərində Bəhluldan götürərək Bakı şəhərində Elnura çatdırdığı çemodanları hər hansı qanunsuz şəkildə deyil, qanuni prosedurlara riayət etməklə gömrük nəzarətindən keçirmiş, onların içərisində hansı əşyaların olmasını bilməmiş, nə Elnur, nə də Bəhlul ona bu barədə bildirməmişdir. Həmin çemodanları təmənnasız olaraq Bəhluldan götürüb Elnura vermiş, bunun qarşılığında onlardan pul və sair maddi nemət almamışdır. Sonuncu dəfə Elnurla ona çamadan, o cümlədən narkotik vasitə gətirəcəyi barədə danışmamışdır. Bakıya çatdıqdan sonra Elnurla əlaqə saxlamağı nəzərdə tutmuşdur. Məsuliyyətə cəlb ediləcəyindən qorxduğu üçün ilkin izahatında çemodanın içərisində narkotik vasitələrin olmasından məlumatsız olduğunu bildirmişdir. İlkin izahatında həyəcanlı olduğundan Bəhlulun qırmızı rəngli çemodanı açaraq içini ona göstərdiyini bildirmiş, əslində Bəhlul çemodana paltarlar yığarkən onun içərisini görmüşdür. Mobil telefonuna baxış keçirilərkən aşkar edilmiş əlində narkotik vasitəyə bənzər maddənin olduğu fotoşəkillər altı-yeddi ay əvvəl narkotik vasitə istifadə etdiyi vaxt çəkdiyi şəkillərdir. Orada əlindəki predmetlər metamfetamindir, lakin çəkisini, haradan əldə etdiyini xatırlamır, onu özü təkbaşına istifadə etmişdir. Saxlanılan zaman gömrük əməkdaşları tərəfindən ona qarşı hədə-qorxu, zorakılıq və bu kimi hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Onun çemodandan aşkar edilmiş qanunsuz maddələri satmaq niyyəti olmamışdır. Onları Elnura çatdırmaq üçün Bəhluldan təhvil almışdır. Əməlindən peşmandır (cild 01, iş vərəqi 45-47, 80-84; 102-107). Təqsirpləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə elan olunan həmin ifadələrini ibtidai istintaq zamanı təyziq altında verdiyini bildirib, təsdiq etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X5 Tətbiqi Şöbəsinin böyük inspektoru Şahid1 ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayının 17-dən 18-nə keçən gecə saat 5 radələrində «Terminal 1 X19» gömrük postunda rentgen aparatının monitoru qarşısında xidməti vəzifələrini icra edərkən, əməliyyat şöbəsinin əməkdaşı ona yaxınlaşıb J2 078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs nəzarətə götürmələrini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən əməliyyat məlumatının yoxlanılması məqsədilə ona məxsus çemodan rentgen aparatından keçirilmiş və bu zaman monitorda şübhəli əşyaların təsvirini görüb ardınca keçirdiyi ilkin yoxlama zamanı onun baqajında şübhəli əşyalar olduğunu müəyyən etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs baqajına təkrar yoxlama keçirilməsindən ötrü yoxlama otağına dəvət olunmuşdur. Videoçəkilişdən istifadə edilməklə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində «X30» sözləri yazılmış qırmızı rəngli çemodanın içərisindəki iki ədəd «Nestle Nesquik» paketlərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş ümumu çəkisi təxminən 3468 qram olan 6800 ədəd ağ-qırmızı rəngli kapsula, ümumi çəkisi təxminən 1392 qram olan 595 ədəd mavi rəngli, 700 ədəd bənövşəyi rəngli, 295 ədəd sarı rəngli, 465 ədəd çəhrayı rəngli, 1130 ədəd yaşıl rəngli həb və iki ədəd sellofan paketdə ümumi çəkisi təxminən 282 qram olan ağ rəngli kristal şəklində maddə aşkar edilmişdir. Bundan sonra çamadanın içərisində olan piano formasındakı uşaq oyuncağı vintaçanla açılmış və onun içindən iki ədəd sellofan paketdə, ümumi çəkisi təxminən 402 qram olan ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Yekunda aşkar olunan əşyalar qablaşdırılaraq protokol əsasında götürülmüş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi yoxlama tətbiq edilmiş, lakin bu zaman onun üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və X5 Tətbiqi Şöbəsinin böyük inspektoru Şahid3 Şahid1 ifadəsin uyğun ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinin rəis müavini Şahid2 ifadəsindən görünür ki, sözügedən şöbəyə narkotik vasitələrin gömrük nəzarətindən qaçaqmalçılıq yolu ilə keçiriləcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 18 fevral 2020-ci il tarixdə, saat 3:35-də J2 078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycana «X16 Aeroportu»na gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs «Giriş-çıxış və qeydiyyat» İAMAS sistemində «Sərhədkeçməyə məhdudiyyət siyahısı»na daxil edildiyinə görə hava limanına daxil olub sərhəd nəzarətindən keçən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq hava limanında xidmət aparan polis əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşının müşayiəti ilə baqajını lentdən götürüb gömrük nəzarətindən keçərkən əməliyyat məlumatının həqiqiliyinin yoxlanılması məqsədilə ona məxsus çemodana rentgen qurğusunda baxış keçirilmiş və bu zaman gömrük əməkdaşı Şahid1 həmin qurğunun monitorunda şübhəli əşyaların təsvirini görmüşdür. Ardınca keçirilmiş ilkin yoxlama zamanı Təqsirləndirilən şəxs baqajında şübhəli əşyalar olduğu məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs baqajına təkrar yoxlama keçirilməsindən ötrü yoxlama otağında dəvət olunmuşdur. Videoçəkilişdən istifadə edilməklə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində «X30» sözləri yazılmış qırmızı rəngli çemodanın içərisindəki iki ədəd «Nestle Nesquik» paketlərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş ümumu çəkisi təxminən 3468 qram olan 6800 ədəd ağ-qırmızı rəngli kapsula, ümumi çəkisi təxminən 1392 qram olan 595 ədəd mavi rəngli, 700 ədəd bənövşəyi rəngli, 295 ədəd sarı rəngli, 465 ədəd çəhrayı rəngli, 1130 ədəd yaşıl rəngli həb və iki ədəd sellofan paketdə ümumi çəkisi təxminən 282 qram olan ağ rəngli kristal şəklində maddə aşkar edilmişdir. Bundan sonra çemodanın içərisində olan piano formasındakı uşaq oyuncağı vintaçanla açılmış və onun içindən iki ədəd sellofan paketdə, ümumi çəkisi təxminən 402 qram olan ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur. Yekunda aşkar olunan əşyalar qablaşdırılaraq protokol əsasında götürülmüş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi yoxlama tətbiq edilmiş, lakin bu zaman onun üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir (cild 02, iş vərəqi 58-60). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin yoxlama və əşyaların götürülməsi haqqında 18 fevral 2020-ci il tarixli protokolundan görünür ki, keçirilmiş ilkin yoxlama zamanı Təqsirləndirilən şəxs baqajında şübhəli əşyalar olduğu məlum olmuş, bunda sonra o, baqajına təkrar yoxlama keçirilməsindən ötrü yoxlama otağına dəvət edilmişdir. Yoxlama otağında videoçəkilişdən istifadə edilərək keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində «X30» sözləri yazılmış qırmızı rəngli çemodanın içərisindəki iki ədəd «Nestle Nesquik» paketlərinin içərisindən gömrük nəzarətindən gizlədilmiş ümumu çəkisi təxminən 3468 qram olan 6800 ədəd ağ-qırmızı rəngli kapsula, ümumi çəkisi təxminən 1392 qram olan 595 ədəd mavi rəngli, 700 ədəd bənövşəyi rəngli, 295 ədəd sarı rəngli, 465 ədəd çəhrayı rəngli, 1130 ədəd yaşıl rəngli həb və iki ədəd sellofan paketdə ümumi çəkisi təxminən 282 qram olan ağ rəngli kristal şəklində maddə aşkar edilmişdir. Bundan sonra çamadanın içərisində olan piano formasındakı uşaq oyuncağı vintaçanla açılmış və onun içindən iki ədəd sellofan paketdə, ümumi çəkisi təxminən 402 qram olan ağ rəngli toz şəkilli maddə aşkar olunmuşdur (cild 01, iş vərəqi 07-08). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şəxsi yoxlama aparılması haqqında 18 fevral 2020ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı qeyri-qanuni hər hansı əşya aşkar edilməmişdir (cild 01, iş vərəqi 12). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin baxış keçirilməsi haqqında 18 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A50» markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs «WhatsApp» proqramı ilə 18 fevral 2020-ci il tarixdə saat 03-57-dən 04-31-dək «Bahlul Türkiyə» kimi qeyd olunmuş şəxsin «+**********85» nömrəsi ilə yazışma və danışıqlar apardığı, bu danışıqlar zamanı Təqsirləndirilən şəxs həmin şəxsə sərhəddə ona «stop» qoyulduğunu, buradan çıxanda xəbər edəcəyini bildirdiyi, ardınca sellofan torbada aşkar olunan ağ-qırmızı kapsulların şəkilini göndərdiyi, həmin əşyaların gömrük nəzarəti zamanı baqajından aşkar edildiyini bildirdiyi, «Bəhlul» adlı şəxsin isə həmin əşyalardan xəbəri olmadığını bildirərək «Uşaq dedi ki bunları apar», «səbrli ol uşağı yığıram» dediyi, ardınca Təqsirləndirilən şəxs ona «uşağa yox Elnura denən yığsın məni desin bunu neyniyim» söylədiyi müəyyən edilmişdir. Bundan başqa məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən 6 fevral 2020-ci il tarixdə, saat 00:01 və 00:41-da «Elnur» adlı şəxsin «+**********88» saylı telefon nömrəsinə zəng edilmiş, ardınca Təqsirləndirilən şəxs saat 00:45-da adı «Bəhlul Türkiyə» kimi qeyd olunmuş «+**********85» saylı telefon nömrəsinə zəng etmişdir. Bundan əlavə «WhatsApp- Media-Whatsaps İmages-Sent» keçidində müxtəlif vaxtlarda göndərilən, kiçik polietilen paketə qablaşdırılmış vəziyyətdə ağ toz və kristallar formasında olan naməlum maddənin əlin içində və avtomobil oturacağının üzərində əks olunduğu fotoşəkillər, həmçinin X13 və X12 tərəfindən müxtəlif hesablara pul köçürülməsi barədə qəbzlərin fotoşəkilləri aşkar olunmuşdur. Eyni zamanda «WhatsApp» yazışmalarında bir neçə mesajların silinməsi halı da müəyyən edilmişdir. Yekunda Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A50» markalı mobil telefon götürülmüşdür (cild 01, iş vərəqi 14-21). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 18 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinaət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək həmin tarixdə, saat 06:00-da tutulmuş və bu barədə saat 06:30-da qardaşı Söhrab Quliyevə telefon əlaqəsi vasitəsilə məlumat verilmişdir (cild 01, iş vərəqi 36-37). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2020-ci il tarixli, 4221 nömrəli ekspert rəyindən görünür ki, bir ədəd bükümdə, təmiz çəkisi 277,186 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir; iki ədəd bükümdə, ümumi təmiz çəkisi 394,086 qram təşkil edən ağ rəngli, tozşəkilli, spesifik iyli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir; 6800 ədəd ağ-qəhvəyi rəngli kapsullardakı ağ rəngli maddə preqabalin tərkibli dərman preparatıdır və 6800 ədəd kapsullardan ibarət təsiredici maddəsi preqanalinin ümumi miqdarı 2040 qram (2 kq 40 mq) təşkil edir (bir kapsulda 0,3 qram preqabalin olmaqla); 3185 ədəd həb (595 ədəd mavi rəngli, 700 ədəd bənövşəyi rəngli, 295 ədəd sarı rəngli, 465 ədəd çəhrayı rəngli, 599 və 531 ədəd yaşıl rəngli) metilendioksimetafetamin - MDMA tərkibli həblərdir («ekstazi»); 3185 ədəd həbdən ibarət MDMA-nın ümumi miqdarı 691,83 (119 qram mavi rəngli, 175 qram bənövşəyi rəngli, 70,8 qram sarı rəngli, 93 qram çəhrayi rəngli, 143,76 qram və 90,27 qram yaşıl rəngli həblərdə) təşkil edir. Kokain «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr»in metamfetamin və MDMA «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına və preqabalin «Güclü təsir edən maddələrin və onların külli miqdarı»nın siyahısına daxildirlər. Tədqiqat zamanı kokainin 0,10 qramı, metamfetaminin 0,10 qramı, 3185 həbin hər növündən iki həb olmaqla, ümumilikdə 12 həb və 6800 kapsuldan beş kapsul tədqiqata sərf edilmiş, kokainin qalıq çəkisi 393,986 qram, metamfetaminin qalıq çəkisi 277,086 qram, həblərin qalıq sayı 3173 ədəd (593 ədəd mavi rəngli, 698 ədəd bənövşəyi rəngli, 293 ədəd sarı rəngli, 463 ədəd çəhrayı rəngli, 597 və 529 ədəd yaşıl rəngli olmaqla) kapsulların qalıq sayı 6795 ədəd təşkil etmişdir. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manatdır (cild 01, iş vərəqi 57-61). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin şəxsi müayinənin aparılması haqqında 18 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs sağ əlinin bilək hissəsində «my love», sol əlinin bilək hissəsində «my life», sağ qolunun dirsək hissəsindən əlinədək olan hissəyədək isə «my life my rules» sözləri yazılmış döymələr vardır (cild 01, iş vərəqi 87-90). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin baxış keçirilməsi haqqında 19 fevral 2020-ci il tarixli protokolundan görünür ki, içərisindən metamfetamin və MDMA psixotrop maddələri, kokain narkotik vasitəsi, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan preqabalin güclü təsir edən maddəsi aşkar edilmiş bir ədəd qırmızı rəngli çemodan qırmızı rəngli plastmas materialdan hazırlanmışdır, üzərinə «X30» sözləri yazılmışdır. Çemodanın üst tərəfində yerləşən tutacaq hissəyə hər iki tərəfinə «Airport Baku, J2 042047 İST 17FEB 1/20 37, Guliyev /T, T0 GYD J2 078, 17FEB, HEYDAR ALİYEV, VİA, VİA» hərf və rəqəmləri yazılmış kağız lent yapışdırılmışdır. İş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq qeyd edilən kağız lent yerindən çıxarılaraq protokola əlavə edilmişdir. Bundan sonra çamadanın açılaraq içərisinə baxış keçirdikdə içərisində iş üzrə əhəmiyyətli olmayan çoxsaylı geyim əşyaları və ətirlər aşkar edilmişdir. Bundan əlavə digər baxış obyekti olan oyuncaq pianinoya baxış zamanı onun müxtəlif rəngli plastmas materialdan hazırlandığı, üzərində 1-dən 8-dək rəqəmlərlə nömrələnmiş dillərin, pianino işə salmaq üçün nəzərdə tutulmuş düymələrlə yanaşı bir neçə düymənin olduğu müəyyən edildi. Pianinonun arxa hissəsi açıldıqda həmin hissədə oyuncağın işləməsinə xidmət edən sxem, onun ətrafında isə geniş boşluq olduğu müəyyən edilimişdir (cild 01, iş vərəqi 119-125). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin baxış keçirilməsi haqqında 19 fevral 2020-ci il tarixli protokolundan görünür ki, «X14»nun anket məlumatlarının müəyyən edilməsi məqsədi ilə VAİS-in «Hüquqpozmalar» bölməsinin «Xidməti məlumatlar» alt bölməsində Təqsirləndirilən şəxs bildirdiyi əlamətlər üzrə (X14, 05.09.1989-cu il təvəllüdlü) axtarış həyata keçirilmiş və bu əlamətlər üzrə yalnız bir şəxs müəyyən edildi. Anket məlumatlarına baxış zamanı həmin şəxsin 05.09.1989-cu il tarixdə ünvan 2 ünvanında yaşayan, subay X14 olduğu müəyyən edilmişdir. Bunun ardınca «X18»nun anket məlumatlarının müəyyən edilməsi məqsədi ilə VAİS-in «Hüquqpozmalar» bölməsinin «Xidməti məlumatlar» alt bölməsində Təqsirləndirilən şəxs bildirdiyi əlamətlər üzrə (X18, 35 yaşlı) axtarış həyata keçirildi və bu əlamətlər üzrə yalnız bir şəxs müəyyən edilmişdir. Anket məlumatlarına baxış zamanı həmin şəxsin 15.03.1985-ci il tarixdə ünvan 2 ünvanda yaşayan, evli X18 olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, X14 və X1 hesabatlarna baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 25.08.2012-cİ il tarixdən 18.02.2020-ci il tarixədək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə ümumilikdə 42 dəfə Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, 15.04.2018-ci il tarixdən 18.02.2020-ci il tarixədək həmişə «Bakı Aeroportu» sərhəd nəzarət məntəqəsindən keçməklə ümumilikdə 22 dəfə yalnız Azərbaycan-Türkiyə və əks istiqamətdə ölkə sərhəddini keçmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 11.02.2020-ci il tarixdə, saat 18:41-də «Bakı Aeroportu» sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və 18.02.2020-ci il tarixdə, saat 03:35-də həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə gəlmişdir. Bəhlul Cəfərov 13.07.2017-ci il tarixdən 15.09.2019cu il tarixədək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə ümumilikdə 7 dəfə Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə 15.09.2019-cu il tarixdə, saat 18:33-də «Bakı Aeroportu» sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmamışdır. Elnur Cəfərov 31.08.2008-ci il tarixdən 18.02.2020-ci il tarixədək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə ümumilikdə 44 dəfə Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə 18.02.2020-ci il tarixdə, saat 05:07-də «Bakı Aeroportu» sərhəd nəzarət məntəqəsindən keçməklə Rusiya Federasiyası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmamışdır. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, Bəhlul Cəfərov və Təqsirləndirilən şəxs 15.09.2019-cu il tarixdə müvafiq olaraq saat 18:33 və 18:34-də, yəni bir dəqiqəlik fərqlə birlikdə «Bakı Aeroportu» sərhəd nəzarət məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmişlər (cild 01, iş vərəqi 125-137). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 19 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi X14 olması ehtimal edilən şəxsin fotoşəkili oxşar dörd şəxsin fotoşəkillərinin arasında birinci yerə qoyularaq tanıması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu «Orxan» adlı şəxsin ona təqdim edilmiş fotoşəkillər arasında birinci yerdə olan fotoşəkildəki şəxs olduğunu bildirmişdir (cild 01, iş vərəqi 138-139). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 19 fevral 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi X18 olması ehtimal edilən şəxsin fotoşəkili oxşar dörd şəxsin fotoşəkillərinin arasında birinci yerə qoyularaq tanıması üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu «Orxan» adlı şəxsin ona təqdim edilmiş fotoşəkillər arasında birinci yerdə olan fotoşəkildəki şəxs olduğunu bildirmişdir (cild 01, iş vərəqi 140-41). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-128/2020 nömrəli 19 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu vaxtdan yəni, 18 fevral 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqi 146-149). İş materiallarındakı 21 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tutularkən ondan götürülmüş bir ədəd bel kəməri, bir ədəd mobil telefon arxalığı, bir ədəd üzərində «PATEK PHLİPPE GENEVE» sözləri yazılmış qol saatı, bir ədəd telefon adaptoru, iki ədəd açar, 70 qəpik pul, 1 TL, üzərində «İSTANBUL CİTY CRUİSE SHİP» sözləri yazılmış bir ədəd qəpik Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin əməkdaşı tərəfindən şöbənin inzibati binasında onun qardaşı X6 təhvil verilmişdir (cild 01, iş vərəqi 151). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin baxış keçirilməsi haqqında 1 mart 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona keçirilmiş baxış nəticəsində tərtib edilmiş 18 fevral 2020ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilən narkotik vasitələrin qəbulunda istifadə edilən vasitələrə bənzər predmetin əks olunduğu fotoşəkildə görünən şəxsin Təqsirləndirilən şəxs olub- olmamasını müəyyən etmək məqsədi ilə həmin fotoşəkillə 18 fevral 2020-ci il tarixli şəxsi müayinə aparılması haqqında protokola əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus fotoşəkillərə müqayisəli formada baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, narkotik vasitələrin qəbulunda istifadə edilən vasitələrə bənzər predmetin əks olunduğu fotoşəkildə görünən sol əlin bilək hissəsinin iç tərəfində döymə üsulu ilə yazılmış «my life» sözləri, həm hərf tərkibi, həm rəng, həm də yazılma üsuluna görə şəxsi müayinə zamanı Təqsirləndirilən şəxs sol əlinin bilək hissəsinin iç tərəfində müəyyən edilmiş döymə ilə eynilik təşkil edir (cild 01, iş vərəqi 191-193). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqi 227). İş materiallarındakı Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs Rustəm oğlu yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir (cild 01, iş vərəqi 251). İş materiallarındakı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 35 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının təqdim etdiyi tibbi sənədlərin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən, «bronxial astma, ağır gedişli, atopik forma, tez-tez tutmalarla, tənəffüs çatmamazlığı İİ dər. Allergik rinit» dioqnozu ilə üçüncü dərəcə əlildir (cild 02, iş vərəqi 65-72). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin Ambulator X2 1 may 2020-ci il tarixli 1143 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqi 105-106). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq Şöbəsinin baxış keçirilməsi haqqında 8 iyul 2020-ci il tarixli protokolundan görünür ki, «xxxx» MMC-dən daxil olan 4 may 2020-ci il tarixli, BKC/LGL- 6198/20 saylı məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr üzrə aparılmış telefon danışıqlarına dair məlumatların köçürüldüyü bir ədəd CD-yə baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir (cild 02, iş vərəqi 125-138). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin mobil telefon aparatına əlavə baxış keçirilməsi haqqında 15 iyul 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A50» markalı mobil telefona keçirilmiş əlavə baxış zamanı müəyyən edilmişdir ki, baxış obyekti «Samsung Galaxy A50» markalı mobil telefondur, sensorludur, üzərində bir ədəd «SİM-KART» və bir ədəd yaddaş kartı vardır. İlk öncə telefonun «Parametrlər» bölməsinin «Telefon haqqında» alt bölməsinə baxış keçirilmiş və telefonun «SM-A505FN» modelli, **********19837 və **********19835 İMEİ kodlu olduğu müəyyən edilmişdir. Bundan sonra telefonun «Adlar» bölməsinə baxış keçirilmiş və baxış zamanı həmin bölmədə əlifba sırası ilə latın qrafikasında 279 ədəd müxtəlif adların və onların məxsus olduqları nömrələrin qeyd edilməsi müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq həmin bölmədə «Bəhlul» və «Elnur» adları, Bəhlul Cəfərovun istifadəsində olan +**********85 və Elnur Cəfərovun istifadəsində olan +**********88 saylı mobil nömrələr üzrə axtarış aparılmışdır. Axtarış nəticəsində adı «Behlul Turkiye», mobil nömrəsi isə +**********85 kimi qeyd edilmiş, Bəhlul Cəfərovun istifadəsində olan mobil nömrə ilə eynilik təşkil edən bir şəxs müəyyən edilmişdir. Qeyd edilən bir şəxsdən başqa adı «Bəhlul» və ya mobil nömrəsi +**********85 saylı şəklində qeyd edilmiş, habelə adı «Elnur» və ya mobil nömrəsi +**********88 saylı şəklində qeyd edilmiş hər hansı şəxs müəyyən edilməmişdir. Daha sonra telefonun mesajlar bölməsinə baxış keçirildi, lakin iş üzrə əhəmiyyət kəsb hər hansı mesaj müəyyən edilməmişdir. Telefonun «Zənglər» bölməsində qeydə alınmış zənglərin 06.11.2020-ci il tarixdən 17.02.2020-ci il tarixədək olan dövrü əhatə etdiyi və bu dövr ərzində intensiv olaraq ayrıayrı şəxslərlə danışıqlar aparıldığı müəyyən edilmişdir. Bəhlul Cəfərovun istifadəsində olan +**********85 və Elnur Cəfərovun istifadəsində olan +**********88 saylı mobil nömrələr ilə hər hansı telefon danışığının aparılıb-aparılmamasını müəyyən etmək üçün həmin bölməyə ətraflı baxış keçirilmiş, lakin həmin mobil nömrələrlə qeyd edilən dövr ərzində hər hansı telefon danışığının aparıİmadığı müəyyən edilmişdir. Bundan əlavə həmin bölmədə qeyd alınmış, digər şəxslərlə aparılmış telefon danışıqlarının arasından hər hansı iş üzrə əhəmiyyət kəsb edən danışıq aşkar edilməmişdir. Bundan əlavə mobil telefonun «Qalareya» bölməsinə baxış zamanı çoxsaylı fotoşəkillər aşkar edilsə də, həmin fotoşəkillər arasında iş üzrə əhəmiyyət kəsb edən fotoşəkil müəyyən edilməmişdir. Bundan sonra telefona quraşdırılmış «WhatsApp» mobil əlavəsinin «Söhbətlər» bölməsinə baxış zamanı 12 şəxslə çoxsaylı danışıqların (səsli, yazılı və fotoşəkildən ibarət mesajlar) aparıldığı müəyyən edilmişdir. Qeyd edilən danışıqlara ətraflı baxış zamanı onlardan adı «Behlul Turkiye», mobil nömrəsi isə “+**********85” şəklində qeyd edilmiş, Bəhlul Cəfərovun istifadəsində olan mobil nömrə ilə eynilik təşkil edən şəxslə aparılmış danışıq istisna olmaqla, digər danışıqlarda iş üzrə əhəmiyyətli hər hansı məlumat müəyyən edilməmişdir. Adı «Behlul Turkiye», mobil nömrəsi isə «+**********85» şəklində qeyd edilmiş, Bəhlul Cəfərovun istifadəsində olan mobil nömrə ilə eynilik təşkil edən şəxslə 18 fevral 2020-ci il tarixdə aşağıdakı qeyd edilmiş məzmunda, növdə (mətn, səs və fotoşəkil) və ardıcıllıqla danışıq apardığı məlum olmuşdur: Bəhlul (mətn formasında): Yaz qaqa; Kamran (mətn formasında): Brat tamojnuda saxlailer meni; Kamran (mətn formasında): Stop; Bəhlul (mətn formasında): Niye?: Kamran (mətn formasında): Biraz ishim uzanacaq burda; Bəhlul (mətn formasında): Bilmirsən səbəbini niye qoyublar stop seneki; Kamran (mətn formasında): Xeber edecem burdan chixanda inshAllah; Bəhlul (mətn formasında): Yaxsi; Bəhlul (mətn formasında): Yaz qaqa danisa bilmirem; Kamran (fotoşəkil formasında): Fotoşəkildə 18 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müşayiət etdiyi çamadandan aşkar edilmiş ağ-qırmızı rəngli preqabalin güclü təsir edən maddəsinin kapsulları əks olunmuşdur; Kamran (səs formasındali): Bu nədi Bəhlul? Bunun içindən çıxan nədi?; Kamran (mətn formasında): Yig mene; Bəhlul (mətn formasında): Bu nədi ala var-yoxunu (söyüş" xeberim yoxdu uşaq dedi bunu apar gozle uşağa yığım; Kamran (səs formasında): Bəhlul, bu çamadanın içindən çıxıb, bax burda bu dəqiqə məni tamojnudan saxlayıblar, çamadanın içindən bu çıxıb, bir dənə məni yığ; Bəhlul (mətn formasında): Səbrli ol uşağa yığıram bizi salıb (söyüş) bled; Kamran (səs formasında): Bəhlul, mən bölməyə gedirəm, mənə şey elə, yığ, ya da Elnura de məni yığsın; Bəhlul (mətn formasında): Dedi bunuda apara bilərsən dedim problem yoxdu ay ble düşdüm poxa minecrkler məni; Kamran (səs formasında): Mən burda Bəhlul problemdəyəm burda bu dəqiqə hal-hazırda, belə şey olmaz axı, day bilmirəm kimdir, nədir, nəçidir, mənlə əlaqə saxlasınlar; Kamran (səs formasında): Bəhlul mənlə əlaqə saxla, bu nə məsələdi məni başa sal, mən burda qalmışam problemin içində; Bəhlul (mətn formasında): Yaxsi yığıram uşaqa beyaqdan; Kamran (səs formasında): Uşağı yox e, Elnura bir dənə de yığsın məni ki bunu neyniyim?. Bundan sonra «WhatsApp» mobil əlavəsinin «Zənglər» bölməsinə baxış zamanı çoxsaylı şəxslə zəng vasitəsi ilə danışıqların aparıldığı müəyyən edilmişdir. Həmin bölməyə ətraflı baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxslə adı «Behlul Turkiye», mobil nömrəsi isə «+**********85» şəklində qeyd edilmiş, Bəhlul Cəfərovun istifadəsində olan mobil nömrə eynilik təşkil edən şəxsin arasında 43 dəfə (daxil olan zənglər: 1 dəfə 08 noyabr 2020-ci il tarixdə, 1 dəfə 23 noyabr 2020-ci il tarixdə, 1 dəfə 25 noyabr 2020-ci il tarixdə, 1 dəfə 04 fevral 2020-ci il tarixdə, 3 dəfə 05 fevral 2020-ci il tarixdə, 3 dəfə 06 fevral 2020-ci il tarixdə, 1 dəfə 07 fevral 2020-ci il tarixdə, 1 dəfə 08 fevral 2020-ci il tarixdə, 1 dəfə 09 fevral 2020-ci il tarixdə; xaric olan zənglər: 2 dəfə 25 noyabr 2020-ci il tarixdə, 1 dəfə 26 noyabr 2020-ci il tarixdə, 2 dəfə 31 noyabr 2020-ci il tarixdə, 1 dəfə 01 fevral 2020-ci il tarixdə, 1 dəfə 03 fevral 2020-ci il tarixdə, 4 dəfə 04 fevral 2020-ci il tarixdə, 1 dəfə 05 fevral 2020-ci il tarixdə, 3 dəfə 06 fevral 2020-ci il tarixdə, 1 dəfə 11 fevral 2020-ci il tarixdə, 1 dəfə 12 fevral 2020-ci il tarixdə; cavabsız zənglər: 1 dəfə 10 noyabr 2020-ci il tarixdə, 1 dəfə 11 noyabr 2020-ci il tarixdə, 2 dəfə 25 noyabr 2020-ci il tarixdə, 2 dəfə 31 noyabr 2020-ci il tarixdə, 2 dəfə 04 fevral 2020-cİ il tarixdə, 2 dəfə 05 fevral 2020-ci il tarixdə, 1 dəfə 06 fevral 2020-ci il tarixdə, 1 dəfə 09 fevral 2020-ci il tarixdə və 1 dəfə 12 fevral 2020-ci il tarixdə), Elnur Cəfərovun istifadəsində olan +**********88 saylı mobil nömrə arasında isə 3 dəfə (xaric olan zənglər: 1 dəfə 05 fevral 2020-cİ il tarixdə və 2 dəfə 06 fevral 2020-ci il tarixdə) zəng qeydə alınmışdır. Bundan əlavə həmin bölmədə iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Bundan sonra iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə mobil telefonun menyusunda olan «Suamsung» qovluğundan «Dosyalarım» proqramına daxil olunmuş və telefonun yaddaşının «Daxili yaddaş» və «SD kart» (yaddaş kartı) olmaqla iki hissədən ibarət olunduğu müəyyən edilmişdir. «SD kart» bölməsinə baxış zamanı istintaq əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Telefonun yaddaşının «Daxili yaddaş» adlanan hissəsinə baxış zamanı həmin hissədə müxtəlif adlarda çoxsaylı qovluqların olduğu məlum olmuşdur. Həmin qovluqlardan «WhatsApp» adlı qovluq istisna olmaqla, digər qovluqlardan hər hansı mühüm məlumat aşkar edilməmişdir. Adıçəkilən qovluğa baxış keçirildikdə qovluqda, içərilərində «WhatsApp» mobil əlavəsinə aid fayllar yerləşən «Backups», «Databases» və «Media» adlı 3 qovluğun olduğu müəyyən edilmişdir. İlk iki qovluğun hər birinin içərisindən 1 ədəd fayl olmaqla, cəmi 2 ədəd iş üzrə əhəmiyyət kəsb etməyən fayl aşkar edilmişdir. «Media» adlı qovluğa baxış keçirildikdə isə həmin qovluqda «Wallpaper», «WhatsApp Animated Gifs», «WhatsApp Audio», «WhatsApp Documents», «Whatsapp İmages», «WhatsApp Profile Photos», «WhatsApp Stickers», «WhatsApp Video», «WhatsApp Voice Notes» və «WhatsApp_Statuses» adh 10 ədəd qovluq olduğu məlum oldu. «Wallpaper», «WhatsApp Animated Gifs», «WhatsApp Audio», «WhatsApp Documents», «WhatsApp Profile Photos», «WhatsApp Stickers», «WhatsApp Video» və «WhatsApp_Statuses» adlı qovluqlarda çoxsaylı video, səs, foto və digər növlərdə iş üzrə əhəmiyyət kəsb etməyən fayllar olduğu məlum olmuşdur. «WhatsApp Voice Notes» qovluğuna baxış zamanı qovluqda 91 ədəd müxtəlif rəqəmlərlə adlandırılmış, içərilərində «WhatsApp» mobil əlavəsi vasitəsi ilə ayrı-ayrı şəxslərə göndərilmiş və ayrı-ayrı şəxslərdən qəbul edilmiş çoxsaylı səs yazılarının olduğu müəyyən edilmişdir. Həmin səs yazılara baxış zamanı onların içərisindən Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı şəxslərə göndərilmiş və ayrıayrı şəxslərdən qəbul edilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qanunsuz alqı-satqısına və digər formada dövriyyəsinə dair çox saylı səs yazılarının olduğu aşkar edilmişdir. Bundan əlavə qeyd edilən qovluqlardakı səs yazılarına baxış keçirilərkən «202008» adlı qovluğun içərisindən Təqsirləndirilən şəxs tərəfindən Bəhlul Cəfərova göndərilmiş, «WhatsApp» mobil əlavəsinin «Söhbətlər» bölməsində əks olunmuş yuxarıda təsvir edilən səs yazıları ilə yanaşı, həmin bölmədə əks olunmamış, məzmunundan hadisənin baş verdiyi tarixə aid olmaqla Təqsirləndirilən şəxs tərəfindən Bəhlul Cəfərova göndərildiyi məlum olan, Təqsirləndirilən şəxs Bəhlul Cəfərova müşayiət etdiyi çamadanı (gömrük nəzarəti zamanı içərisindən narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələr aşkar edilmiş) götürəcəyini xüsusilə vurğuladığı və çamadanı kimə təhvil verməli olduğunu soruşduğu 3 ədəd səs yazısı müəyyən edilmişdir. Bundan başqa «Whatsapp İmages» qovluğuna baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin qovluğun içərisində Təqsirləndirilən şəxs məxsus mobil telefonda olan «WhatsApp» mobil əlavəsinə istintaqa məlum olmayan ayrı-ayrı şəxslər tərəfindən göndərilmiş 160 ədəd fotoşəkil faylı, habelə içərisində 1 ədəd əhəmiyyətsiz fayl olan «Private» adlı qovluq və içərisində Təqsirləndirilən şəxs tərəfindən «WhatsApp» mobil əlavəsi vasitəsi ilə istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə göndərilmiş 249 ədəd fotoşəkil faylı olan «Sent» adlı qovluq vardır. «WhatsApp» mobil əlavəsinə göndərilmiş fotoşəkillər arasında iş üzrə həmiyyət kəsb edən «İMG-20200101-WAOOOZ.jpeg» adlı yalnız 1 ədəd fotoşəkil faylı aşkar edilmişdir. Qeyd edilən fotoşəkildə Təqsirləndirilən şəxs müşayiət etdiyi çamadandan aşkar edilmiş müxtəlif rəngli (mavi, bənövşəyi, yaşıl və sarı) və formalı (üçbucaq, dördbucaq, beşbucaq və gül formalı) MDMA psixotrop maddəsinə aid həblərlə oxşarlıq təşkil edən 1 ədəd üçbucaq formalı, göy rəngli həb və kibrit qutusunda marixuana narkotik vasitəsinə bənzər bitki kütləsi əks olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən «WhatsApp» mobil əlavəsi vasitəsi ilə istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə göndərilmiş 249 ədəd fotoşəkil faylı olan «Sent» adlı qovluqda isə sellofan paketin içərisində metamfetamin psixotrop maddəsinə bənzər maddələr əks olunmuş «İMG-20190516-WA0056.jpg», «İMG-20190528-WA0041.jpg» və «İMG-20190528- WA0048.jpg» adlı fotoşəkil fayllari, narkotik vasitələrin qəbulunda istifadə edilən vasitələrə bənzər predmet əks olunmuş «İMG-20190529-WA0009.jpg» adlı fotoşəkil faylı, ağ səthin üzərində marixuana narkotik vasitəsinə bənzər bitki kütləsi əks olunmuş «İMG-20190528- WA0011.jpg» adlı fotoşəkil faylı, konvalyut kəsiyində olmaqla, ağ- qırmızı rəngli, preqabalin güclü təsir edən maddəsinə bənzər kapsul əks olunmuş «İMG-20191123- WA0010.jpg» adlı fotoşəkil faylı, habelə gömrük nəzarəti zamanı Təqsirləndirilən şəxs müşayiət etdiyi çamadandan aşkar edilərkən sonuncu tərəfindən hazırda baxış keçirilən telefonla çəkilərək «WhatsApp» mobil əlavəsi vasitəsi ilə Bəhlul Cəfərova göndərilmiş, tərkibində preqabalin güclü təsir maddəsi olan çoxsaylı kapsulların əks olunduğu «İMG- 20200218-WA0009.jpg» fotoşəkil faylı vardır. Ətraflı baxış zamanı «İMG-20191123- WA0010.jpg» adlı fotoşəkil faylında əks olunmuş, konvalyut kəsiyində olmaqla, ağ-qırmızı rəngli, preqabalin güclü təsir edən maddəsinə bənzər kapsulla «İMG-20200218- WA0009.jpg» fotoşəkil faylında əks olunmuş tərkibində preqabalin güclü təsir maddəsi olan çoxsaylı kapsulların xarici görünüş baxımında eynilik təşkil etdiyi məlum olmuşdur (cild 02, iş vərəqi 151-170). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 10 avqust 2020-ci il tarixli qərarından görünür ki, aparılmış tədqiqatlardan sonra qalıq çəkiləri 393,986 qram təşkil edən kokain narkotik vasitəsi, 277,086 qram təşkil edən metafetamin psixotrop maddəsi, qalıq sayları 3173 həb (593 ədəd mavi rəngli, 698 ədəd bənövşəyi rəngli, 293 ədəd sarı rəngli, 463 ədəd çəhrayı rəngli, 597 və 529 ədəd yaşıl rəngli olmaqla) təşkil edən MDMA psixotrop maddəsi və 6795 kapsul təşkil edən preqabalin güclü təsir edən maddəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında; içərisindən metafetamin psixotrop maddəsi, MDMA psixotrop maddəsi, preqabalin güclü təsir edən maddəsi aşkar edilmiş bir ədəd qırmızı rəngli çamadan və içərisindən kokain narkotik vasitəsi aşkar edilmiş bir ədəd oyuncaq pianino Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılır; Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən götürülən «Samsung Galaxy A50» markalı mobil telefon cinayət işinə əlavə edilmişdir (cild 02, iş vərəqi 175-194). İş materiallarındakı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsi İstintaq Şöbəsinin cinayət işindən başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 10 ayqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinin materiallarından cinayət əməllərinin törədilməsində iştirakları olan X14, X18 və qeyrilərinin barəsində həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 02, iş vərəqi 195-196). İş materiallarındakı vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqları Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 05 saat müddətində, «Mərkəz» Vəkil Bürosunun vəkili X15 tərəfindən 30 saat müddətində müdafiə olunmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə cinayət törətmədiyini, narkotik vasitələrin qaçaqmalçılığı və satışı ilə məşğul olmadığını bildirdi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, sənədlər və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 fevral 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına verilmiş aparılmış tədqiqatlardan sonra qalıq çəkiləri 393,986 qram təşkil edən kokain narkotik vasitəsi, 277,086 qram təşkil edən metafetamin psixotrop maddəsi, qalıq sayları 3173 həb (593 ədəd mavi rəngli, 698 ədəd bənövşəyi rəngli, 293 ədəd sarı rəngli, 463 ədəd çəhrayı rəngli, 597 və 529 ədəd yaşıl rəngli olmaqla) təşkil edən MDMA psixotrop maddəsi və 6795 kapsul təşkil edən preqabalin güclü təsir edən maddəsi, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan içərisindən metafetamin psixotrop maddəsi, MDMA psixotrop maddəsi, preqabalin güclü təsir edən maddəsi aşkar edilmiş bir ədəd qırmızı rəngli çamadan və içərisindən kokain narkotik vasitəsi aşkar edilmiş bir ədəd oyuncaq pianino hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən götürülən «Samsung Galaxy A50» markalı mobil telefon isə onun qohumlarına qaytarılmalıdır. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli 3 may 2018-ci il tarixli 202 nömrəli qərarlarına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 30 (otuz) manat, X7 vəkil işlədiyi «Mərkəz» Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat pul köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1, 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına verilmiş aparılmış tədqiqatlardan sonra qalıq çəkiləri 393,986 qram təşkil edən kokain narkotik vasitəsi, 277,086 qram təşkil edən metafetamin psixotrop maddəsi, qalıq sayları 3173 həb (593 ədəd mavi rəngli, 698 ədəd bənövşəyi rəngli, 293 ədəd sarı rəngli, 463 ədəd çəhrayı rəngli, 597 və 529 ədəd yaşıl rəngli olmaqla) təşkil edən MDMA psixotrop maddəsi və 6795 kapsul təşkil edən preqabalin güclü təsir edən maddəsi, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi «Azərterminalkompleks» Birliyinin anbarında saxlanılan içərisindən metafetamin psixotrop maddəsi, MDMA psixotrop maddəsi, preqabalin güclü təsir edən maddəsi aşkar edilmiş bir ədəd qırmızı rəngli çamadan və içərisindən kokain narkotik vasitəsi aşkar edilmiş bir ədəd oyuncaq pianino hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən götürülən «Samsung Galaxy A50» markalı mobil telefon isə onun qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı Vəkil Bürosunun nəfinə 30 (otuz) manat, X7 vəkil işlədiyi «Mərkəz» Vəkil Bürosunun nəfinə 180 (yüz səksən) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-257/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-257/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver