Məhkəmə qərarları › İş №1(101)-257/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-257/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-257/2023 15.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “14” saylı Vəkil Bürosunun vəkili X10 və Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi İlə narkotik vasitə olan heroini külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq 1 ədəd, nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş texniki cəhətdən saz və atəşə yararlı yivli AKS-74U modelli Kalaşnikov konstruksiyalı odlu silah avtomatı, 01 ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş 30 ədəd 5,45x39mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı hesab edilən 31 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2014-cü ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ştat patronlarını əldə edib, gəzdirərək onları Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahibsiz və istifadəyə yararsız yarımçıq tikilmiş fərdi yaşayış evinin otağının döşəməsinin altında gizlədərək saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, «Əli» adlı şəxsin «Whatsapp» adlı mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi tarixdə və ünvandan ümumi təmiz çəkisi 1106,056 qram (1 kq 106,056 qr) külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək «Əli» adlı şəxsin «Whatsapp» vasitəsi ilə ona bildirəcəyi ünvanlara sonradan çatdırmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, bağlar massivində yerləşən sahibsiz və istifadəyə yararsız yarımçıq tikilmiş, qapısı olmayan evə daşıyaraq orada saxlamış, həmin narkotik vasitəni orada satış məqsədi ilə 1 bükümdə təmiz çəkisi 0,655 qram, 1 bükümdə təmiz çəkisi 0,401 qram və 1 bükümdə təmiz çəkisi 1105.00 qram olan hissələrə bölərək, onlardan ayrı-ayrılıqda təmiz çəkiləri 0,655 qram və 0,401 qram 2 ədəd bükümlərdə narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, təmiz çəkisi 1105.00 qram olan 1 ədəd sellofan bükümündə külli miqdarda narkotik vasitə heroini qeyd olunan sahibsiz fərdi evdə saxlamış, 16 aprel 2022-ci il tarixdə, saat 12:30-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq polis bölməsinə gətirilərək inzibati binada video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan safari rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,655 qram və 0,401 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin gün saat 14:20 radələrində onun məlumatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahibsiz və istifadəyə yararsız yarımçıq tikilmiş fərdi yaşayış evinə baxış zamanı girişdən sağ tərəfdəki otağın döşəməsinin altından bir ədəd sellofan bükümdə təmiz çəkisi 1105,00 qram külli miqdarda tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd, nömrəsi silinmiş 5,45mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş texniki cəhətdən saz və atəşə yararlı yivli AKS-74U modelli Kalaşnikov konstruksiyalı odlu silah avtomat, 01 ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş 30 ədəd 5,45X39mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı hesab edilən 31 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2014-cü ilə istehsal olunmuş 5,45 x 39mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, anası ilə birgə yaşayır. Zəruri ərzaq məhsullarına olan təlabatını anasının və özünün aldığı pensiya ilə ödəyir. Belə ki, özü ikinci qrup əlil olduğu üçün 180 manat, anası isə yaşa görə 200 manatdan çox pensiya alır. Uzun müddətdir ki, narkotik vasitə istifadə edir və altı dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Axırıncı dəfə ona təyin olunmuş cəzadan “Amnistiya” aktı ilə 2021-ci il noyabrın 18-i azad olunmuşdur. Cəzadan azad olduqdan sonra “Metadon” həbi qəbul etməyə başlamış, amma ara-sıra “kakos” adlanan narkotik vasitənin tüstüsünü çəkərək istifadə etmişdir.“Nardaran” ərazisində cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər hər həftə polis idarəsinə çağırılaraq onunla söhbət edilir. Cəzadan azad olunduqdan sonra onu Polis Bölməsinə “Vüsal” adlı əməkdaş çağırmışdır. 16 aprel 2022-ci il tarixdə anası ilə birgə yaşadığı evdən səhər saat 7-8 radələrində Sabunçu Rayon Polis 42-ci Polis Bölməsinin əməkdaşları olan “Kamran”, “Vüsal” və adını bilmədiyi digər bir şəxslə yuxudan oyadılaraq bölməyə aparılmışdır. Həyətdən küçəyə açılan qapı bağlı olsa da, həyətdə olan evin qapısı hər zaman açıq olmuşdur, buna görə də həyətinə hasardan aşaraq içəri girilmiş, evin qapısı isə rahat açıldığından evə girərək yuxudan oyadıb aparmışlar. Bundan başqa yaşadığı evdə axtarış aparılmış, lakin ona məxsus olan iki ədəd mobil telefon və təxmini 800 manat puldan başqa heç nə tapılmamışdır. O, məcburiyyət qarşısında qalaraq videonun qabağına çıxıb aşkar olunmuş əşyaların onun olduğunu demişdir. Belə ki, şəxsi axtarışdan əvvəl onu dəniz qırağında xarabalıq bir əraziyə aparmış, narkotik vasitələrin və silahın qoyulacağı, çəkilişin aparılacağı yeri seçmişlər. Dəniz qırağından yenidən polis bölməsinə qaytarıb üzərinə baxış keçirtmiş, üstündən iki büküm narkotik vasitə aşkar etdikdən sonra dəniz qırağına apararaq orada video çəkiliş aparmışlar. Video çəkilişin olduğu yerə ilk dəfə “Kamran” və “Vüsal”la çəkiliş olmamışdan öncə getmişdir. Həmin ərazidə ona psixoloji təzyiq göstərilmişdir. Belə ki, Kamran Vüsala “bəlkə onun “butulka” ilə videosunu çəkib daha sonra internetdə paylaşaq” demişdir. Bu səbəblərdən videoşəkiliş aparılmasına etiraz etməmiş, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. İkinci dəfə dəniz qırağında çəkilişdə “Kamran”, “Vüsal” və təhqiqatçı “Yasəmən” iştirak etmişlər. Ona müdafiəçi təqdim olunsa da həmin çəkilişdə iştirakı təmin olunmamışdır. Polislər onu evdən apararkən isə evdə sadəcə anası olmuşdur. Əslində üstündə heç nə aşkar edilməmişdir. Mobil telefonları evdən götürülmüş, dəniz qırağında olan zaman üzərində mobil telefon olmamışdır. O, bütün bunlara etiraz olaraq öz ulqumunu kəsmişdir. Onun silah-sursat və narkotik vasitələri olsa elə bir xarabalıqda yox öz yaşadığı evində gizlədərdi. Bundan başqa videoçəkilişdən görünür ki, əynində şortik və tərsinə geyinilmiş qısaqol köynək vardır. Halbuki Nardaranda heç kim şortikdə gəzmir. O, həmçinin dəniz qırağında çəkilmiş videoda barmağında üzük olduğunu, həmin çəkilişdən sonra isə o üzüyün aqibətindən xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs telefonundan aşkar edilmiş “2 dənə vərərsən mənə? birinin pulunu sabah verərəm, olar?” və ondan narkotik vasitə istənilməsi ilə əlaqədar digər məzmununda məsajlarla əlaqədar bildirmişdir ki, narkotik vasitə istifadəçilərinin arasında bu normal haldır,bir-birilərinə ehtiyac olduqda narkotik vasitə vermişlər. “Mənnən mal əsirgiyirsən” məzmunda sms isə köhnə yaşadığı qız tərəfindən yazılmışdır. İranlı tanışları olsa da, onlardan şəxsi istifadəsi üçün narkotik vasitə almış. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidmət apardığı ərazidə yaşayan keçmiş məhkum kimi tanımışdır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı, əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması, həmçinin qanunsuz silah saxlaması barədə ona məlumat daxil olmuşdur. Aldığı məlumat dərhal Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. Şahid2 və ondan ibarət tərkibdə təşkil edilmiş əməliyyat qrupu Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən A.Zeynallı küçəsinə gəlmişdir. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən A.Zeynallı küçəsindəki Təqsirləndirilən şəxs şəxsən yaxınlaşıb xidməti vəsiqəni təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra, həmin şəxsə narkotik vasitələrin satışı, əldə edilməsində şübhəli olduğunu bildirərək, onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinin xidməti otaqlarının birində təhqiqatçı Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılaraq saxlanılması qadağan olunan əşya və ya predmet olduğu təqdirdə könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının cibindən iki ədəd büküm təqdim etmişdir. Bundan sonra videoçəkilişi aparan təhqiqatçıya həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, onu sosial şəbəkədə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini üzərində şəxsi istifadəsi üçün saxladığını, qalan hissəsini isə Nardaran qəsəbəsində yerləşən “Bağlar” adlanan ərazidə gizlətdiyini və həmin narkotik vasitənin yanında isə bir ədəd avtomat silah olduğunu, silahı Nardaran qəsəbəsində olan dənizkənarı ərazidən tapdığını bildirmişdir. Təhqiqatçı və Təqsirləndirilən şəxslə birlikdə dəniz kənarında qeyd edilən əraziyə gedilmiş, həmin ərazidə Təqsirləndirilən şəxs əyani şəkildə narkotik vasitə, bir ədəd avtomat, bir ədəd daraq gizlətdiyi yeri könüllü şəkildə göstərmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs aprel ayında günün birinci yarısında tərəflərindən saxlanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs xidmət apardığı ərazidə yaşayan keçmiş məhkum kimi tanımışdır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı, əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması həmçinin qanunsuz silah saxlaması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumat əvvəllər də daxil olmuşdur. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı gün onlara qərəzsiz məlumat daxil olduğu üçün dərhal yoxlanılmışdır. Belə ki, dəqiq olaraq şəxsin üzərində narkotik vasitə olmasını bilməsələr, tərəflərindən əməliyyat tədbiri keçirilmir. Məlumat aldıqdan dərhal sonra Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin rəhbərliyinə məruzə etmiş və əməliyyat qrupu təşkil edilmişdir. Özündən və Şahid1 ibarət tərkibdə təşkil edilmiş əməliyyat qrupu Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən A.Zeynallı küçəsinə gəlmişlər. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən A.Zeynallı küçəsindəki Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra, həmin şəxsə narkotik vasitələrin satışı, əldə edilməsində şübhəli olduğunu bildirərək, onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gəlmişdir. Polis Bölməsinin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan üzərində videoçəkilişlə axtarış aparılaraq əvvəlcə saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs könüllü olaraq şalvarının cibindən sağ yan cibindən iki ədəd büküm təqdim edib videoçəkilişi aparan təhqiqatçıya həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, onu sosial şəbəkədə tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini üzərində şəxsi istifadəsi üçün saxladığını, qalan hissəsini isə Nardaran qəsəbəsində yerləşən yaşayış olmayan təmirsiz binada gizlətdiyini və həmin narkotik vasitənin yanında isə Nardaran qəsəbəsində olan dənizkənarı ərazidən tapdığı bir ədəd avtomat silah olduğunu bildirmşdir. Onlar Təqsirləndirilən şəxslə birlikdə dəniz kənarında qeyd edilən əraziyə getmişlər. Həmin ərazidə Təqsirləndirilən şəxs əyani şəkildə narkotik vasitə, bir ədəd avtomat, bir ədəd daraq və patronları gizlətdiyi yeri könüllü şəkildə göstərmiş və onun iştirakı ilə həmin ərazidə olan qanunsuz əşyalar qablaşdırılıb götürülmüşdür. Dəniz kənarında silahın olması barədə şifahi olaraq bir neçə dəfə məlumat daxil olsa da həmin məlumat yoxlanılmamışdır. Təqsirləndirilən şəxs saxladıqları küçə ilə 42-ci Polis Bölməsi arasında 5-6 dəqiqəlik məsafə vardır. Təqsirləndirilən şəxs vəkil təqdim olunsa da, o imtina edərək bildirmişdir ki, üzərinə şəxsi baxış keçirən zaman vəkilin iştirakına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı silahla bağlı nəsə deməyini xatırlamır. Bölmədə şəxsi axtarış keçirdikdən, əşyalar qablaşdırıldıqdan dərhal sonra dəniz qırağına getmişlər. Dəniz qırağında çəkiliş zamanı vəkilin olub-olmamasını xatırlamır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olarar narkotik vasitə əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması və qanunsuz silah saxlaması , gizlətməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə “Əməliyyat -axtarış fəaliyyəti haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (Cild 1, iş vərəqə 7-8) 16 aprel 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması, həmçinin hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokollardan və ona əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan safari rəngli şalvarın sağ yan cibindən 2 ədəd gümüşü rəngli kağız bükümləri çıxarmaqla masanın üzərinə qoyaraq, içərilərində «kakos» adlanan narkotik vasitə heroin olmasını deyərək həmin maddənin üç gün əvvəl Balaxanı qəsəbəsində yerləşən işıqforla üzbəüz olan adını bilmədiyi marketdəki ödəmə terminalı vasitəsi ilə Əli adlı şəxsin təqdim etdiyi hesab nömrəsinə 450 manat pul ödəməklə həmin şəxsin verdiyi məlumatla “Sabunçu bazarı” deyilən yerin yaxınlığında olan küçədən əldə etdiyini, həmin narkotik vasitənin bir hissəsini üzərində şəxsi istifadəsi üçün saxladığını, qalan hissəsini isə satış-dövriyyəyə buraxmaq məqsədi ilə Nardaran qəsəbəsində yerləşən yaşayış olmayan təmirsiz binada gizlətdiyini bildirmiş, təhqiqatçı tərəfindən həmin bükülülər zərfə qoyularaq qablaşdırılıb zərflər üçün 241 saylı möhürlə möhürlənərək götürülmüşdür. Axtarış barədə tərtib olunmuş protokol bütün iştirakçlarla tanış edildikdən sonra onlar tərəfindən imzalanaraq doğruluğu təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs 3 gün əvvəl əldə etdiyi heroini harada gizlətməsini göstərməsi təklif olunduqdan sonra sonuncu ilə yarım tikili binaya gedilmiş, istifadə olunmayan bağ evində dəhlizin girişindən sol tərəfdəki otağın yarımçıq olan döşəmənin altından 1 ədəd şəffaf sellofan bükülüdə narkotik vasitə heroinə bənzər maddə və torbada 1 ədəd nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı avtomat silahı, 1 ədəd daraq və 31 ədəd portronlar aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 32-35). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 “Əməliyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 16 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 108) Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında 05 avqust 2022-ci il tarixli protokola və iş materiallarına əlavə edilmiş “AZERFON" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinə daxil olan, çıxan zənglərin, məsaj mətnlərinin və anten dairələrinə dair telefon məlumatları olan DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə 4 ədəd pdf formatlı “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması” və “X1” adlı fayllar olması aşkar edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdiribetdirməməsi yoxlanıldıqda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı nömrəyə xx.xx.2022-ci il tarixdə saat 13:02:03 radələrində 070 ***-**-** nömrəsindən “Salam qaqaw Suracdı dedin səninlə iw gorərik zang vururam sana götürmürsən na isa problem var yoxsa fikrini dayiwdin”, xx-xx-2022-ci il tarixdə saat 14:39:57-də ********** nömrəsindən “Mele Uwagi 4 Denesi 100 X20 X21 X23” məzmununda, xx-xx-2022-ci il tarixdə saat 15:41:55-də ********** saylı nömrədən “ 25 diy Trapın alib uşaqlar biraz tez gel mumkundise” məzmununda, xx-xx-2022-ci il saat 18:44:48-də ********** saylı nömrədən “Sabir keceye saxlayib oldurme menide adamsan olurem axi eh”, xx-xx-2022-ci İl tarixdə saat 14:09:08-də ********** saylı nömrədən “Trapin aldim 5 kub adboy verme ac bir soz de”,xx-xx-2022- ci il tarixdə saat 15:58:29-də ********** saylı nömrədən “Sabir sen menen esirgiyirsen mali menen hansisa qehbeliyi gozdisen menen eybi yox sagol”, xx-xx-2022-ci il tarixdə saat 14:31:56-da “gijdilag ebele pul yedizdirdim sene inidi atravaya gore agiz aciram mene durub atqaz elisen uzume adboy versen eybi yox evezinin qaytaracam bu qehbeliyin" məzmununda, 11 - 04-2022-ci il tarixdə saat 18:51:12-də ********** saylı nömrədən “2 dənə vərərsən mənə? 1 i pulnu sabah verərəm, olar? “Dükanın yandayam çatdım qaqaş..”, “11 manat qaldım sənə borclu..” məzmununda gələn mesaj mətnləri, xx-xx-2022-ci il tarixdə saat 00:11:35 radələrində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı nömrəsindən ********** “Salam ali bele yerdeyem ki danlsa bilmirem vassapi ac” məzmununda göndərilmiş mesaj mətnləri olması müşahidə edilir. Həmin diskə baxış zamanı istintaq marağı kəsb edən telefon məlumatları olan siyahılar 08 vərəqdə çap edilərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 189-198) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2182 saylı 16 aprel 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, üzərində «saxlanılan şəxs; (imza) Təqsirləndirilən şəxs» yazı və imzalar olan zərfdəki 2 ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,655 qr və 0,401 qr və 1 ədəd şəffaf polletilen bağlamada təmiz çəkisi 1105 qram tünd qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi çəkisi 1106,056 qramdır(1 kq 106,056 qr) Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əraizisində dövriyyəsi qadağan edilmiş narkotik vasitlər”-in siyahısında (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkiləri 0.956 qr və 1104,8qr təşkil etmişdir (cild 1, iş vərəqə 44-48). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsindən alınmış 16 aprel 2022-ci il tarixli 22/308R nömrəli rəyində göstərilmişdir ki: - Tədqiqata təqdim olunmuş nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş AKS-74U modelli Kalaşnİkov konstruksiyalı avtomatdır, yivli odlu silahdir, texniki cəhətdən sazdır və atəşə yararlıdır; -Tədqiqata təqdim olunmuş 01 ədəd daraq keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş 30 ədəd 5,45X39mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuşdur, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır; -Tədqiqata təqdim olunmuş 31 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında 2014-cü ilə İstehsal olunmuş 5,45X39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnİkov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır ; -Tədqiqata təqdim edilmiş 31 ədəd patronların 3 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur (cild 1, iş vərəqə 49-55). Məhkəmə-kimyəvi ekspertizasının 24 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN-nin MEM-nin «Tədqiqat Obyekti №59» ştamp əksi olan paketdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd kağız bükümlərdəki heroinlər Təqsirləndirilən şəxs göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən istifadəsiz binada axtarış keçirilən zaman həmin binanın döşəməsinin alt hissəsindən götürülmüş bir ədəd bağlamadakı heroinlə kimyəvi kompanent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkiləri 0.916 qram və 1104,78 qram təşkil etmişdir (cild 1, iş vərəqə 147-150) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4028 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 154-155) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkiləri 1,056 qram və 1105 qram heroinlərin ekspert tədqiqatından sonra qalıq çəkisi 0.916 qram və 1104,78 qram qram təşkil edən hissəsi və 1 ədəd AKS-74U markalı Kalaşnikov konstruksiyalı avtomat silahı, 1 ədəd daraq və 31 ədəd patronlar saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlancına verilmişdir. (cild 1, iş vərəqə 208-216). 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Anatoliyeviçin satış məqsədi ilə 1106,056 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 1 ədəd AKS-74U markalı “Kalaşnikov” konstruksiyalı avtomat silahı, 1 ədəd daraq və 31 ədəd patronları əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işi materiallarından qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, xeyrinə ifadə verən şəxslərin əlavə şahid qismində dəvət edilərək dindirilməsi, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. Qeyd olunan əməl həmçinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi ilə müşaiyət olunduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 2-ci Siyahısının 67ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində isə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməlləri üçün cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müdafiə tərəfi təqsirləndirilən şəxsin tutulduğu yeri və vaxtı mübahisələndirməklə sonuncunun ibtidai istintaq dövründə müdafiə hüququnun təmin edilməməsi, sübutların müdafiə hüququnun pozulması ilə əlaqədar əldə edilməsini bildirmişdir. Məhkəmə həmin dəlillər ilə bağlı əvvəla qeyd edir ki, məhkəmənin ilk baxış iclasında dindirilərkən Təqsirləndirilən şəxs tutulduğu vaxtı və yeri mübahisələndirməsinə, habelə kimsəsiz evə baxış keçirilərkən müdafiəçisinin iştirakının təmin edilməməsini göstərməsinə baxmayaraq ona tutularkən müdafiəçinin təqdim edilməməsini bildirməmişdir. Müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərdə də Təqsirləndirilən şəxs tutulduğu vaxtı və yeri mübahisələndirmiş, müdafiə hüquqlarının təmin edilməməsi ilə bağlı hər hansı məlumat təqdim etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ərizələrdən sonuncunun həm şəxsi axtarış, həm Nardaran qəsəbəsində yarımçıq tikilidə baxış keçirilməsi zamanı ona 7 saylı Vəkil Bürosunun vəkili Mülküm Mahmudovun müdafiəçi qismində təqdim edildiyini bildirməsi, lakin həmin istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan aparılmasını xahiş etməsi öz əksini tapmışdır (cild 1, vərəqə 30, 34). Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınan videogörüntülərdən isə görünür ki, hətta şəxsi axtarış keçirilərkən belə şəxsə müdafiəçinin iştirakının təmin edilib –edilməməsi barədə yenidən şifahi şəkildə verilmiş suala sonuncu şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini istədiyini bildirmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş bütün sənədlər o cümlədən, şübhəli şəxsin tutulması haqqında qərar, protokol, şübhəli şəxsə hüquq və vəzifələri haqqında bildiriş və s. sənədlər Mülküm Mahmudov tərəfindən imzalanmış, həmin imzaların həqiqiliyi isə müdafiə tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. 12 avqust 2022-ci il tarixli ərizədən isə görünür ki, X8 Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçisi qismində iştirak etdiyini bildirmiş, lakin səhhətində yaranan problemlərlə bağlı istintaqda iştirak edə bilməyəcəyindən iştirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin öz təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 7 saylı Vəkil Bürosundan əldə edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilməsi barədə qərar 16 aprel 2022-ci il tarixdə saat 12:40 radələrində qəbul edilərək order yazılmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ ibtidai istintaqın isənilən mərhələsində qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin edilmiş, Əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar yoxdur. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin tutulduğu yeri və vaxtı barədə X11 dindirilsə də sonradan verilmiş suallara cavab verərkən onun məhkəmə iclasında əvvəllər də iştirak etməsi, həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələrinin məzmunu ilə tanış olması aydın olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 328.1-ci maddəsinə əsasən məhkəmə iclasında şahidlər ayrı-ayrılıqda və dindirilməmiş şahidlərin iştirak olmadan dindirilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələblərinin pozulması həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən şahid X5 ifadəsinin sübut kimi həqiqiliyinə təsir göstərdiyi üçün məhkəmə həmin sübutu mötəbər sübut kimi qəbul edə və qiymətləndirə bilməz. Bundan başqa ibtidai istintaqın sonrakı mərhələlərində nə üzərindən, nə də yiyəsiz boş torpaq sahəsindən aşkar edilərək götürülən narkotik vasitə olan heroinin ona məxsus olmamasını qeyd etsə də yatdığı yerdən deyil, yaşadığı evdən çölə çağırılaraq aparıldığını bildirmişdir. Məhkəmə iclasında isə polis əməkdaşlarının onu yaşadığı evə girərək yuxudan oyatmaqla aparmaları, evinə baxış keçirilməsi məzmununda ifadələr vermişdir. Məhkəmə iclasında sonuncuya şəxsi axtarış ya kimsəsiz sahəyə baxış keçirilməsi barədə istintaq hərəkətlərinin, həmçinin psixoloji təzyiq xarakterli hərəkətlərin hansı ardıcıllıqla həyata keçirilməsi məzmununda verilmiş sualı sonuncu əvvəlcə dəniz qirağı ərazisinə aparılması, orada psixoloji təzyiqə məruz qalması, odlu silah və narkotik maddənin yeri seçilərək həmin maddələrin kimsəsiz yerdə gizlədilməsi, daha sonra bölməyə gətirilərək üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilməsi, ardından yenidən dəniz qırağındakı boş sahəyə gətirilməsi şəklində cavablandırsa da ibtidai istintaq dövründə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə ünvanladığı məktubdan görünür ki, əvvəlcə fiziki təzyiqə (halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, ilkin tibbi müayinə zamanı xəsarət aldığını bildirsə də bədəninə baxış keçirilməsi zamanı, yeni xəsarət aşkar edilməmişdir), daha sonra şərəf və ləyaqətinin alçaldılması barədə psixoloji təzyiqə məruz qaldıqdan sonra şortikinin cibinə narkotik maddə qoyulub çəkiliş edildiyi,çəkiliş edildikdən sonra narkotik maddə və silah qoyulmuş xarabalığa gediləcəyi, orda olan silahın və narkotik maddənin ona aid olmasını bildirməli olması barədə məlumatlandırıldığı, daha sonra həmin əraziyə gedildiyini bildirmişdir.(cild 1, iş vərəqə 152- 153) Halbuki, barəsində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörünütlərdən də göründüyü kimi narkotik vasitənin qalan hissəsinin xarabalıqda gizlətməsi barədə məlumat şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs özü tərəfindən verilmişdir ki, bu da cibinə narkotik maddə qoyulub çəkiliş aparılmasından sonra polis əməkdaşlarının narkotik maddə və silah qoyulmuş xarabalığa gediləcəyi, orda olan silahın və narkotik maddənin təqsirləndirilən şəxsə aid olmasını bildirməli olması barədə ifadə verməsinə məcbur etmələri barədə sonuncunun ifadələrini təkzib edir. Məhkəmə, təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən çoxsaylı ifadələrini nəzərə alaraq narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, nə üzərindən, nə də yiyəsiz boş torpaq sahəsindən aşkar edilərək götürülən narkotik vasitə olan heroinin ona məxsus olmaması, qanunsuz silah saxlaması və gizlətməsini inkar etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından görünür ki, şəxsin barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün əsas olmuş əməliyyat məlumatı ta əvvəldən təqsirləndirilən şəxsin narkotik vasitə əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması, habelə qanunsuz silah saxlaması və gizlətməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs isə məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu dövrdə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında üzərinə şəxsi axtarış və yiyəsiz boş sahədə baxış və götürmə istintaq hərəkətləri aparılması zamanı aşkar edilən narkotik vasitənin ona məxsus olması məzmununda verdiyi ifadələri təsdiq etmiş (Cild 1, vərəqə 36 ), barəsində 27 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlandıqdan sonra isə bütün ifadələrində nə üzərindən, nə də kimsəsiz ərazidən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması məzmunda ifadələr vermiş, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edildikdən və həmin maddələrlə ona yenidən ittiham elan edildikdən sonra Təqsirləndirilən şəxs ona təqdim edilən bütün sənədlərə, o cümlədən özünü təqsirli bilməməsi barədə verdiyi ifadələrə imza etməkdən imtina etmişdir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən üzərində şəxsi axtarış aparılmasının, eləcə də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində yerləşən sahibsiz və istifadəyə yararsız yarımçıq tikilmiş fərdi yaşayış evinə baxış görüntülərini özündə əks etdirən DVD disklərdən görünür ki, tutulan zaman Təqsirləndirilən şəxs üzərindən götürülən narkotik vasitəni üzdən tanımadığı Əli adlı iranlı şəxs vasitəsilə əldə etməsi, Əli adlı şəxsin üzərində aşkar edilən narkotik maddədən savayı ona həmçinin daha böyük miqdarda narkotik vasitə göndərməsi və göndərdiyi narkotik vasitəni ayrı-ayrı yerlərə qoyacağı təqdirdə ona pul ödəyəcəyini bildirmişdir. İbtidai istintaq dövründə verdiyi ilkin izahatında isə o, qeyd etmişdir ki, Sabunçu bazarı yaxınlığında küçədə əldə etdiyi narkotik vasitənin bir hissəsini üzərində şəxsi istifadəsi üçün gəzdirmiş, qalan hissəsini isə Nardaran bağlarında uçuq binada gizlətmişdir. Bundan başqa həmin ərazidə 1 ədəd avtomat silahın, bir ədəd darağın, 31 ədəd patronun olması aşkar edildikdə Təqsirləndirilən şəxs həmin silahın özünə məxsus olmasını və 15 gün əvvəl Nardaran qəsəbəsi dəniz kənarından tapdığını və istifadə etmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ayrıayrılıqda təmiz çəkiləri 0,655 qram və 0,401 qram 2 ədəd bükümün, sahibsiz fərdi evdə aşkar edilərək götürülmüş təmiz çəkisi 1105.00 qram olan 1 ədəd sellofan bükümündə külli miqdarda narkotik vasitə heroinin, o cümlədən 1 ədəd avtomat silahın, bir ədəd darağın, 31 ədəd patronun Təqsirləndirilən şəxs məxsus olması işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən və sonuncunun göstərdiyi yerdən aşkar edilən narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi, həmçinin həmin narkotik vasitələrin cəm şəklində qanunla müəyyən edilmiş şəxsi istehlak miqdardan artıq miqdarın yuxarı həddindən 7373 dəfə artıq olmasını, ona məxsus mobil telefon nömrəsinə gələn və ondan narkotik vasitə istənilməsi məzmunda sms mətnlərini, habelə Təqsirləndirilən şəxs maddi vəziyyətini, aylıq qazanc mənbəyini, yəni özünün işsiz və ikinci qrup əlil olması, birlikdə yaşadığı anasının qazanc mənbəyinin isə pensiya olmasını,qeyd olunan təqdirdə yuxarıda göstərilən miqdarda narkotik vasitənin özü tərəfindən pul ödəməklə əldə etməsinin mümkün olmamasını, üzərində şəxsi axtarış aparılarkən saxladığı narkotik vasitəni Əli adlı şəxsdən pul müqabilində sonuncunun göstərdiyi yerlərə qoymaq barədə razılaşmalarına dair ifadəsini işin digər halları ilə birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən narkotik vasitə olan heroini satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs ikinci qrup əlil olması, X2 Sindromundan əziyyət çəkməsini, himayəsində yaşlı anasının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 67.1, 234.1-ci maddələri ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci tarixli Aministiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur (cild 1, iş vərəqə 128-129). Məhkəmə vurğulayır ki, həmin Qərarın 7-ci bəndindən görünür ki, hazırkı qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Qeyd olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ikinci qrup əlil olması, X2 Sindromundan əziyyət çəkməsi, himayəsində yaşlı anasının olması nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, 228.1, 234.4.1 və 234.4.3-cü maddələrlə ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 104-106). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 154-155) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ümumi xəstəlik” səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın ikinci bölməsinin 3-cü hissəsindən görünür ki, narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslər barəsində məcburi müalicə tətbiq edilmir. Məhkəmə qeyd edilən müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə barəsində narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.916 qram və 1104,78 qram heroin, 1 ədəd, nömrəsi silinmiş 5,45mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş texniki cəhətdən saz və atəşə yararlı yivli AKS-74U modelli Kalaşnikov konstruksiyalı odlu silah avtomat, 01 ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş 30 ədəd 5,45X39mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı hesab edilən 28 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2014-cü ilə istehsal olunmuş 5,45 x 39mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ştat patronları məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin, narkotik vasitənin və odlu silahın gizlədildiyi yarımçıq tikiliyə baxış zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən materialların məhkəmə ekspertizasının keçirilməsinə görə 228,0 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili X9, məhkəmə zamanı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası “7” saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına ibtidai istintaq dövründə göstərilmiş 10 saat iş həcmində hüquqi yardımla bağlı X6 işlədiyi Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına 60(altmış) manat, məhkəmə mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı vəkil X10 işlədiyi 14 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 0.916 qram və 1104,78 qram heroin, məhv edilsin; - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 1 ədəd, nömrəsi silinmiş 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olmuş texniki cəhətdən saz və atəşə yararlı yivli AKS- 74U modelli Kalaşnikov konstruksiyalı odlu silah avtomat, 01 ədəd keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45X39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və döyüş sursatı hesab edilən ekpertiza tədqiqatından sonra 28 ədəd təşkil edən zavod üsulu ilə Azərbaycan Respublikasında 2014-cü ilə istehsal olunmuş 5,45 x 39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı ştat patronları məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin, eləcə də Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivində yarımçıq tikiliyə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 10 saat iş həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına X6 işlədiyi Bakı şəhər 7 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat pul köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına vəkil X10 işlədiyi 14 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar