Məhkəmə qərarları › İş №1(101)-257/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-257/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-257/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 09.40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, “Həsən” adlı şəxsin verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5270 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1465 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda 8525 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin külli miqdarda 500 qram hissəsini bölüb 01 ədəd bükümdə olmaqla ayırıb üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qalan hissəsini yaşadığı ünvan 1 ünvanına daşımaqla orada saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 21 dekabr 2022-ci il tarixdə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 39A ünvanın yaxınlığında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, baş idarədə üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı qara rəngli sellefon torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda 500 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdü. 3.Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 21 dekabr 2022-ci il tarixdə saat 21:00-dan etibarən Təqsirləndirilən şəxs özünün icazəsi və razılığı əsasında yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən yataq otağındakı dolabdan 01 ədəd narıncı rəngli torbanın içərisində 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 960 qram, 1000 qram, 1000 qram, 805 qram, 1005 qram olmaqla ümumilikdə külli miqdarda 4770 qram çəkidə narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 505 qram, 500 qram və 460 qram olmaqla ümumilikdə külli miqdarda 1465 qram çəkidə narkotik vasitə tiryək, 04 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1080 qram, 1155 qram, 3098 qram və 3192 qram olmaqla ümimilikdə külli miqdarda 8525 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 4.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirili bilərək ifadəsində bildirmişdir ki, onu 21 dekabr 2022-ci ildə 15:30 radələrində blokda qapının qarşısında saxlamışlar. Saxlanılan zaman əlində heç nə olmamışdır. Qapını açıb siqaret almağa getmək istəyəndə tutulmuş,tutan kimi mənzilə girmişlər, orda axtarış olmuşdur. Daha sonra onu idarəyə gətirmişlər. Saxlanılan zaman onu döyən və incidən olmamışdır. Narkotiki iki il qabaq tanış olduğu adını xatırlamadığı İran İslam Respublikası vətəndaşından götürmüşdür. Həmin şəxsdən narkotiki öz istifadəsi üçün götürürdü. Əvvəl daha az yalnız şəxsi istifadəsi üçün götürürdü. İİR vətəndaşı bir neçə dəfə deyəndən sonra axırda narkotiki götürüb onun deyəcəyi yerə qoymağa razılaşmışdır. Bunun müqabilində 300-500 manat almalı idi. Saxlanılan zaman narkotik vasitə üzərində yox evdə olmuşdur. Həmin narkotik vasitələr olmuşdur, lakin bu qədər olmamış və tərəzi meyvə tərəsi olmuşdur. İİR vətəndaşı ilə istifadəsində olan ***-**- ** və ***-**-** nömrələrlə sms vasitəsilə əlaqə saxlamışdır. Həmin narkotik vasitələri 4-5 gün qabaq Masazır qəbristanlığından götürmüş, çəkisin bilməmişdir. Narkotiki başqa yerə aparıb qoymaq məqsədi birinci dəfə idi. Daha sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs polislərin saxlanılan zaman onu vurduğunu, döyüb evə saldığını bildirmişdir. 5.Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, narkotik vasitə heroin və qurudulmuş marixuanadan istifadə edir. Narkotik vasitə və psixotrop maddələri anket məlumatlarını dəqiq bilmədiyi şəxslərdən alıb özü istifadə etmişdir. Təxminən 1 il bundan öncə dəqiq xatırlamadığı tarixdə İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxsin mobil nömrəsini tapıb ondan öz istifadəsi üçün narkotik vasitələr almışdır. Bir müddət ondan narkotik vasitə aldıqdan sonra Həsən ilə watsapp proqramı vasitəsi ilə danışan zaman söhbət əsnasında Həsən ona narkotik vasitə və psixotrop maddənin satışında yaxşı qazanc olmasını və bir neçə tanışının Azərbaycan Respublikasına və qonşu ölkələrə İran İslam Respublikasından narkotik vasitə göndərib həmin ölkədəki tanışlarının vasitələri ilə qazanc əldə etdiklərini vurğulayıb bir-birlərini tanıdıqlarını və bu işi birlikdə həyata keçirib qazanc əldə etmələrini təklif etmişdir. Bu işin riskli olmasını və hüquq mühafizə orqanları tərəfindən tutula biləcəklərini demişdir. Həsən ona kiməsə əlbəəl narkotik vasitə və psixotrop maddə satmayacağını, yalnız özü bildirdiyi halda onun dediyi yerdən qeyd olunan narkotik vasitələri götürüb başqa bir yerə atacağını söyləyib bu işdə tutulma riskinin az olduğunu və hər dəfə bu işi görəcəyi halda pul verəcəyini demişdir. O da Həsənin təklifi ilə razılaşmışdır. Təxminən 7-8 ay bundan öncə Həsənlə danışan zaman sonuncu bildirmişdir ki, narkotik vasitə göndərəcəkdir və həmin narkotik vasitələri Bakı şəhərində hazırda xatırlamadığı yerdən götürüb sonradan onun dediyi yerlərə qoyub bu barədə məlumat versin. Həsənin bildirdiyi yerdən narkotik vasitə və psixotrop maddələr olan torbanı gedib götürmüş və sonradan hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif ünvanlarına yerləşdirmiş və həmin ünvanların fotoşəkillərini Həsənə watsapp proqramı ilə göndərmişdir. Həsən bunun əvəzində ona müxtəlif məbləğlərdə pul və özü istifadə etmək üçün narkotik vasitə vermişdir. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Sonuncu dəfə təxminən 5 gün bundan öncə Həsən ona narkotik vasitələr göndərdiyini və axşam saatlarında Abşeron rayonu ərazisinə gedib həmin narkotik vasitələri götürməsini söyləmişdir. Həsənin dediklərinə əməl edib həmin narkotik vasitələr olan torbanı oradan götürüb yaşadığı ünvan 1 ünvanına gətirib öz yataq otağındakı dolaba qoymuşdur. 21 dekabr 2022-ci il tarixdə Həsən ilə danışan zaman o, narkotik vasitə heroindən 01 ədəd büküm götürüb özünə uyğun yerə qoymağanı və ona həmin yerin fotoşəklini göndərməyini söyləmişdir. Danışıqlarına görə Həsənin sonuncu dəfə göndərdiyi torbanın içərisindəki bütün narkotik vasitələri yerləşdirəcəyi halda 5000 manat məbləğində pul göndərəcəkdi. Həsənin dediyi qaydada 01 ədəd bükümü qara rəngli sellefon torbaya qoyub yaşadığı evdən çıxmışdır. 21 dekabr 2022-ci il tarixdə saat 18:10 dəqiqədə yaşadığı binadan çıxıb binanın qarşısı ilə hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərərib barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşıb onlarla birlikdə Baş İdarəyə gəlmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra sağ əlində olan qara rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarın cibindən 01 ədəd içərisində 055 448-90-02 simkart nömrəsi olan “Nokia” markalı mobil telefon və 01 ədəd içərisində 055 800-07-86 simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, əynində olan həmin şalvarın digər cibindən 01 ədəd açar və 23 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. 01 ədəd açar və 23 manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Həsən” adlı şəxsin ona 5000 manat pul verəcəyini, “Həsən” adlı şəxsi təxminən 1(bir) il olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri, Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sora müdafiəçisi və tədbir iştirakçıları ilə birlikdə yaşadığı ünvana getmişlər. Orada mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra mənzildə yataq otağında olan dolabın içərisindən 05 ədəd bükümdə heroini, 04 ədəd bükümdə qurudulmuş marixuananı, 03 ədəd bükümdə tiryəki və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri iştirkaçılar tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Həsən” adlı şəxsin ona 5000 manat pul verəcəyini, “Həsən” adlı şəxsi təxminən bir il olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü bildirmişdir (İ cild, səh. 77-80; 165-168). 6.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Elnur barəsində Ariz müəllimə daxil olmuş məlumat əsasında 2022-ci ilin dekabr ayında tərəflərindən tədbir keçirilmişdir. Şəxs Yasamal rayonu ərazisində saxlanılmış, saxlanılandan sonra BNMİ-yə aparılmışdır. İdarədə video çəkiliş vasitəsilə və vəkilin iştirakı ilə baxış keçirilmiş, üzərinə baxış keçirilən zaman narkotik vasitələri təqdim etmişdir. Heroinə bənzər kütlə olduğu məlum olmuşdur. Narkotik vasitələrin bir hissəsini də Elmlər Akademiyası metrosunun yaxınlığında, Zahid Xəlilov küçəsində yaşadığı mənzildə saxladığını bildirmişdir. Mənzilə video çəkiliş vasitəsilə baxış keçirilmişdir. Mənzildə şkafdan 3 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın marixuana, 1 kiloqramdan artıq tiryək və tərəzi aşkar olunmuşdur. Həmin narkotik vasitələri İİR vətəndaşı Həsən adlı şəxsdən götürdüyünü, onun deyəcəyi yerlərə qoyacağını bildirmişdir. Onun müqabilində 5000 manat pul verəcəkdi. İİR vətəndaşı Həsən adlı şəxs aşkar olunmamışdır. Saxlanılan şəxsə qarşı hər hansı zor və təzyiq olmamışdır. 7.Məhkəmə baxışında Şahid1 Hidayə oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. 21 dekabr 2022-ci il tarixdə Baş İdarəyə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, ünvan 3 ünvana çatıb bir qədər müşahidə aparmışlar. 21 dekabr 2022-ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 39A ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarın cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan həmin şalvarın digər cibindən 01 ədəd açar və 23 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 01 ədəd açar və 23 manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxsin vasitəsi ilə beş gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Həsən” adlı şəxsin ona 5000 manat pul verəcəyini, “Həsən” adlı şəxsi təxminən bir il olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri, Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 21 dekabr 2022-ci il tarixdə saat 21:00-dan etibarən Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə özünün razılığı ilə ünvan 1 ünvanına daxil olunmuş və baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 05 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 04 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 03 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Həsən” adlı şəxsin ona 5000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar. Baş İdarə qeyd olunan ünvana baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır (İ cild, səh. 129-132). 8.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki,ona daxil olmuş narkotik vasitələrin dövriyyəsi və satışı ilə bağlı məlumat əsasında 21 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu, Zahid Xəlilov küçəsində saxlanılaraq, BNMİ-yə dəvət olunmuşdur. Təhqiqatçının və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və özü əlində olan torbanı təqdim etmişdir. Bildirmişdir ki, narkotik vasitə heroindir. 5 gün əvvəl Abşeron rayonu ərazisində Həsən adlı İİR vətəndaşından almışdır. Daha sonra yaşadığı ünvanda saxlamış və həmin narkotik vasitələri qeyd olunan ünvanlara qoymaqla əvəzində 5000 manat alacağını bildirmişdi. 9.Məhkəmə baxışında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 21 dekabr 2022-ci il tarixdə Baş İdarəyə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşları Şahid1 və Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı Baş İdarənin rəhbərliyi tərəfindən əmr verilmişdir. Əməliyyat qrupunun üzvlərini təlimatlandırarkən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması, həmçinin Təqsirləndirilən şəxs xarici əlamətlərini bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Baş İdarədən çıxıb Bakı şəhəri, ünvan 3 ünvana çatıb bir qədər müşahidə aparmışlar. 21 dekabr 2022-ci il tarixdə saat 18:10-da Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 39A ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxsin hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli cins şalvarın cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan həmin şalvarın digər cibindən 01 ədəd açar və 23 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd “Nokia” və 01 ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 01 ədəd açar və 23 manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxsin vasitəsi ilə beş gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Həsən” adlı şəxsin ona 5000 manat pul verəcəyini, “Həsən” adlı şəxsi təxminən bir il olar ki, tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri, Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 21 dekabr 2022-ci il tarixdə saat 21:00-dan etibarən Təqsirləndirilən şəxs, müdafiəçisi və qrup üzvləri ilə birlikdə özünün razılığı ilə ünvan 1 ünvanına daxil olunmuş və baxış keçirilməsinə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 05 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 04 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 03 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxsin vasitəsi ilə 5 gün bundan əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Həsən” adlı şəxsin ona 5000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar. Baş İdarə qeyd olunan ünvana baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır (İ cild, səh. 125-128). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 7/1429 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan narıncı rəngli sintetik bağlamadakı 04(dörd) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1080 qram; 1155 qram; 3098 qram; 3192 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-8525 qramdır (8 kq 525 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində marixuananın hissəcikləri yoxdur (İ cild, səh. 45-49). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2022-ci il tarixli 6/7121 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd sintetik torbada olan: üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamada təmiz çəkisi 500,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd sintetik torbada beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 960 qram, 1000 qram, 1000 qram, 805 qram, 1005 qram ümumi təmiz çəkisi 4770 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 505 qram, 500 qram, 460 qram ümumi təmiz çəkisi 1465 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim edilmiş 6 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və altı ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin və Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 50-55). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 628 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 137-138). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 dekabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellefon torbanın içərisindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (İ cild, səh. 31-32). 14.«Mənzilə baxış və götürmə aparılması haqqında» 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış zamanı yataq otağında olan dolabın içərisindən 05 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə, 04 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 03 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (İ cild, səh. 36-38). 15.«Baxış keçirilməsi haqqında» 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə müxtəlif mobil telefon nömrələrindən “Ol ele das yoxudu torpag var oda cemi yari vesalam”, “bide lazimdi nece edey?”, “qaqa daw safsem yoxdu torpagda danaynan var 3 dana 5 diy duzalar”, “Yaxwiki derman senin dor cirib dagdirsan ozvi aparib satarsan ozve kola goturersen”, “Zyoma o deyirmani isdayan varede”, “Qaqa bawva donum men pul atmalyam emanetcun yoxsa qabaqim baqlanir pis cixmasin”, “100 q.o) 30 q. k) 10 ed” məzmunda mesajlar göndərilmişdir (İ cild, səh. 141). 16.«Maddi sübut hesab etmə haqqında» 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş külli miqdarda 8525 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 5270 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 1465 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra 8524,6 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 5269,76 qram çəkidə narkotik vasitə heroin, 1464,85 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (İ cild, səh. 95-97). 17.«Sübutların qiymətləndirilməsi haqqında» 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana keçirilən şəxsi axtarış və götürmə, baxış və götürmə zamanı çəkilən videogörüntüləri özündə saxlayan 02 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qeyd olunmuşdur. Həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 142-153). 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 22). 19.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 4(005)- 1384/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 dekabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir. (İ cild, səh. 92-94). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X2 İdarəsindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 122-123). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 29.Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. 30.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 31.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Qeyd olunan siyahının 182-ci bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. 33.Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin əlində saxladığı qara rəngli sellefon torbanın içərisindən 01 ədəd bükümdə 500 qram çəkidə narkotik vasitə heroin və yaşadığı mənzildən aşkar edilmiş 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 960 qram, 1000 qram, 1000 qram, 805 qram, 1005 qram olmaqla ümumilikdə 4770 qram çəkidə narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 505 qram, 500 qram və 460 qram olmaqla 1465 qram çəkidə narkotik vasitə tiryək, 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1080 qram, 1155 qram, 3098 qram və 3192 qram olmaqla ümimilikdə 8525 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən artıq miqdarda olmuşdur. 34.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 35.Məhkəmə təqsirləndirilən şəxsin aşkar edilmiş narkotik vasitələrin çəkisinin göstərilən qədər olmaması və saxlanılan zaman onda narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin, eyni zamanda «Mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 36.Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə məhkəmə bildirir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitələrin çəkisi, həmçinin təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və göndərilən sms mətnlərinə dair diskə keçirilmiş baxış zamanı jarqon terminlərdən ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 37.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 38.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 39.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 42.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun işlah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin işlah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 44.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 45.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 46.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı və təyin olunacaq cəzanın şəxsin işlah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 47.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 48.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 49.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 50.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 51.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 21 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. 52.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 53.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. 54.Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan saxlanılan bir ədəd elektron tərəzi cinayət törədilərkən istifadə edilən alət və vasitə kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 56.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 8524,6 qram olan narkotik vasitə qurudulmuş marixuananın, ümumi çəkisi 5269,76 qram olan narkotik vasitə heroinin, ümumi çəkisi 1464,85 qram olan narkotik vasitə tiryəkin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı, həmçinin yaşadığı mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD formatlı diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 57.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 58.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 59.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 60.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 61.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «A.İ.M»Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 manat təşkil edir. 62.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «A.İ.M»Vəkil Bürosunun hesabına ödənilməlidir. 63.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 21 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx) manat Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi çəkisi 8524,6 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 5269,76 qram olan narkotik vasitə heroin, ümumi çəkisi 1464,85 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd elektron tərəz xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın, 02 ədəd DVD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar