Məhkəmə qərarları › İş №1(101)-257/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-257/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-257/2025 16.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X9 və X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli 7E-8469 nömrəli etibarnamə üzrə nümayəndəsi, “Prospekt” Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il, 7E-3155 nömrəli etibarnamə üzrə nümayəndəsi, “Fides” Vəkil Bürosunun vəkili X13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 yanvar 2025-ci il tarixdə, saat 11:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs5 sonuncunun oğlu X12 Təhlükəsizlik Xidmətində işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq ilk dəfə 20 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Anan Kunanbayev küçəsində yerləşən Hafiz Alıyevin ofisində 25000 manat və 24 iyun 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən “Alov Zavodun” arxasındakı parkda 25000 manat pulu Zərərçəkmiş şəxs5 alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 50000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs1 vəzifədə işləyən tanışlarının vasitəsilə “AzərTac” Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya "xxxx" Azərbaycan Teleradio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə işə düzəldəcəyi barədə yalan vədlər verib inandıraraq 18 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 19 ünvanda yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında 20000 manat, daha sonra 22 avqust 2022-ci il tarixdə həmin ünvanda 30000 manat, 29 avqust 2022-ci il tarixdə həmin ünvanda iki dəfəyə 24000 manat və 26000 manat olmaqla 50000 manat, 09 sentyabr 2022-ci il tarixdə həmin ünvanda iki dəfəyə 17000 manat və 3000 manat olmaqla 20000 manat və sonuncu dəfə 14 fevral 2023-cü il tarixdə həmin ünvanda 5000 manat məbləğində pulunu alıb ələ keçirdərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 125000 (bir yüz iyirmi beş min) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan savayı o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs4 Neftçala rayonunda yerləşən X3 məxsus mağazanı alıb adına rəsmiləşdirəcəyinə dair yalan vədlər verib aldatmaqla Zərərçəkmiş şəxs4 2022-ci ilin noyabr ayında Şahid1 məxsus 4169-7388-5676-7615 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən «Al market» adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 3500 manat, 2023-cü ilin may ayında ona məxsus 4613-8602-0243-1852 nömrəli «Leobank» bankına aid karta Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən «Elit market» adlı mağazada quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərdiyi 4100 manat, 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 8 ünvanında yerləşən «Space» televiziyasının yaxınlığında 2400 manat pulu Zərərçəkmiş şəxs4 alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Yasamal rayonu ərazisində sərfəli qiymətə həyət evi alacağına dair yalan vədlər verib inandıraraq 2023-cü ilin aprel ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 8 ünvanında yerləşən «Şaurma №1» (Shaurma) restoranında 182000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 həmin məbləğdə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu ərazisində torpaq sahəsində tikinti işlərinin aparılmasına dair rəsmi icazə sənədini müvafiq dövlət qurumlarından alacağı barədə yalan vədlər verib inandıraraq ilk dəfə Zərərçəkmiş şəxs3 16 oktyabr 2023-cü il tarixdə, saat 16:05-də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 ünvanında yerləşən «Sağlam yaşam» adlı psixoloji mərkəzdə mobil tətbiq vasitəsilə göndərdiyi 1300 manat və sonuncunun 19 oktyabr 2023cü il tarixdə ünvan 6 ünvanında yerləşən «Prezident» parkında həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 17000 manat təşkil edən 10000 ABŞ dolları və 4000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 22300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tanışı Hafiz Alıyev ona işə düzəlmək istəyən olduğu təqdirdə, deməsini söylədiyindən, sonuncu ilə "xxxx" QSC-nin “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən çay evlərinin birində görüşüb Zərərçəkmiş şəxs5 oğlunu işə düzəltmək istədiyini bildirdikdə, Hafiz Alıyev ona həmin işin düzəlməsi üçün 50000 manat pul lazım olduğunu söyləmişdir. Bu səbəbdən o, müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs5 ümumilikdə 50000 manat pul alıb Hafiz Alıyevə vermişdir. Bundan başqa, o, digər Zərərçəkmiş şəxs3 tanışı Kamran Orucov vasitəsilə tanımış, sonuncu ona Zərərçəkmiş şəxs3 torpaq sahəsində tikinti aparmaq üçün icra hakimiyyətindən icazə almaq istədiyini söylədiyindən, o, Zərərçəkmiş şəxs3 ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının inzibati binasının yaxınlığında görüşmüş, orada Zərərçəkmiş şəxs3 ona 22300 manat məbləğində pul vermişdir. Bundan savayı, o, digər Zərərçəkmiş şəxs2 ərini işə düzəltmək üçün Şahid1 ilə görüşmüş, sonuncu Qoşqar adlı şəxsin iştirakı ilə “Space” televiziyasının yaxınlığında onunla görüşərək 49000 manat pulu ona vermişdir. Bundan başqa da, Aynurə Babayeva müxtəlif vaxtlarda ümumilikdə 182000 manat pulu ona vermiş, o da həmin pulları Hafiz adlı şəxsə təqdim etmişdir. O, verilmiş pullardan 29000 manatı Zərərçəkmiş şəxs2 qaytarmış, 6000 ABŞ dolları məbləğində pulu Nahidə adlı şəxs özünə götürmüşdür. Bundan başqa, o, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ittihamda göstərilən şəraitdə və vaxtda, qeyd edilmiş pul vəsaitini əldə etdiyini bildirdi. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Hafiz adlı şəxsin onun atasının dostunun oğlu olduğunu, Hafiz adlı şəxsin ona Zərərçəkmiş şəxs5la bağlı görəcəyi işin qarşılığında 5000 manat hörmət edəcəyini söylədiyini, Zərərçəkmiş şəxs5 ibtidai istintaq vaxtı dəqiq xatırlamadığı miqdarda pulun qaytarıldığını, Zərərçəkmiş şəxs3 əldə etdiyi 22300 manat puldan 1000 manatın ona çatdığını, qalan pulu isə Hafiz adlı şəxsə verdiyini, heç vaxt “Şamaxinka” deyilən ərazi olmadığını və orada Zərərçəkmiş şəxs2 ilə görüşmədiyini, Aynurə xanımı Nahidə xanımın əvvəldən tanıdığını, pul alındıqdan sonra Hafiz müəllimə də pul verdiyini, həmin işə görə Hafiz müəllimin ona 30000 manat pul verdiyini, o da sonradan həmin miqdara yaxın pulu Zərərçəkmiş şəxs2 qaytardığını, Zərərçəkmiş şəxs1 alınmış pulun Hafiz müəllimdə olduğunu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 doğru danışdığını, zərərçəkmiş şəxslərlə razılığa gələ bilmədiyini, zərərçəkmişlərin hamısına ayrı-ayrılıqda hissə-hissə dəymiş zərərdən pullar ödədiyini, zərərçəkmiş şəxslərin hamısına dəymiş zərərləri tam həcmdə ödəməyə niyyətinin olduğunu, müstəntiqlə birlikdə “Şaurma” restoranına baxış üçün getmədiyini, xx.xx.2023cü ildə Mirzəağa Əliyev küçəsində ifadəsi müstəntiq tərəfindən yerində yoxlanılmadığını, ifadənin yerində yoxlanılması protokolunda olan imzanın ona məxsus olmadığını, bank kart hesabına Zərərçəkmiş şəxs4 pulundan başqa heç kimə aid pul vəsaitinin göndərilmədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onunla 2022-ci ilin sentyabr ayında rəfiqəsi Şahid1 tanış etmiş, həmin ərəfədə sonuncu ona Zərərçəkmiş şəxs1 yaxşı iş lazım olduğunu, işə düzəlmək üçün verməyə pulunun da mövcudluğunu dedikdən bir neçə gün sonra o, Zərərçəkmiş şəxs1lə "xxxx" QSC-nin “İçəri şəhər” metrostansiyasının qarşısında görüşən zaman sonuncu ona “AzərTac” Azərbaycan Dövlət İnformasiya Agentliyinə sədr vəzifəsinə işə düzəlmək istədiyini söylədikdə o, X10 adında tanışının bu məsələni həll edə biləcəyini bildirmişdir. Belə ki, Hafizin atası ilə onun mərhum atası Əsgərin yaxın dost olmuşlar. Hafiz ona Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, rütbəsinin general olduğunu, kimin pulu olduğu təqdirdə, aparıb pulu ona verməsini, həmin şəxsləri yüksək vəzifələrə təyin etdirəcəyini söyləmişdir. O da Hafizə arxayın olduğuna görə Zərərçəkmiş şəxs1 sonuncu razı olduğu təqdirdə məlumat verəcəyini demişdir. Bundan sonra o, Hafizlə “İçəri şəhər” metrostansiyasının yaxınlığında yerləşən çay evlərinin birində görüşüb Zərərçəkmiş şəxs1 işə düzəlmək istədiyini söylədikdə, Hafiz ona həmin işin düzəlməsi üçün 150000 manat pul lazım olduğunu dediyindən, o, Zərərçəkmiş şəxs1lə görüşüb “AzərTac” Azərbaycan Dövlət İnformasiya Agentliyinə sədr vəzifəsinə işə düzəlmək üçün 150000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 razılaşmış və sonuncu ona ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 19 ünvanında yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının inzibati binasının qarşısında ona 20000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 30000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 24000 manat və həmin gün 26000 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 17000 manat və 3000 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmin ünvanda, yəni ünvan 7əğində pul təqdim etmişdir. O, Zərərçəkmiş şəxs1 ümumilikdə 125000 manat pulu alan kimi aparıb Dövlət Təhlükəsizliyi Xidmətinin və Prezident Administrasiyasının inzibati binalarının qarşısında tam şəkildə Hafizə vermişdir. O, pulu Zərərçəkmiş şəxs1 alarkən və Hafizə verərkən yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs1 alıb Hafizə verdiyi 125000 manat puldan Hafiz ona ümumilikdə 8000 manat pul vermiş və o da həmin pulları öz ehtiyaclarına xərcləmişdir. O, pulu Zərərçəkmiş şəxs1 alarkən və Hafizə verərkən aralarında heç bir sənədləşmə aparılmamışdır. Zərərçəkmiş şəxs1 verdiyi puldan sonuncuya hər hansı bir məbləğdə pul qaytarılmamışdır. Bundan başqa, o, 2023-cü ilin aprel ayının əvvəllərində uzaq qohumu Zərərçəkmiş şəxs2 ev məsələsini həll etmək üçün Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən “Shaurma №1” adlı restoranda 182000 manat məbləğində pul alaraq Hafiz adlı şəxsə versə də, həmin ev məsələsini həll edə bilməmişlər. Zərərçəkmiş şəxs2 tez-tez zəng edib ondan pullarını tələb etdiyinə görə o, sonuncuya 10000 manat pul qaytarmış, qalan pulu isə hal-hazıradək qaytara bilməmişdir. Bundan savayı, o, Zərərçəkmiş şəxs3 2023-cü ilin təxminən sentyabr ayından tanışı Kamran Orucovun vasitəsilə tanıyır. Belə ki, Kamran ona tanışı Xəyalənin torpaq sahəsində tikinti işləri aparmasına icazə almaq istədiyini bildirdikdə o, köməklik edə biləcəyini deyib Xəyalənin mobil nömrəsini öyrəndikdən sonra sonuncuya zəng edib 22300 manat pulun müqabilində torpaq sahəsində tikintiyə icazə sənədi ala biləcəyinə söz vermiş, bu məqsədlə Zərərçəkmiş şəxs3 onun bank kartına 1300 manat pul göndərmişdir. Bundan sonra, o, 2023-cü ilin oktyabr ayında ünvan 6 ünvanında yerləşən «Prezident» parkına gedib Zərərçəkmiş şəxs3 ilə görüşdükdə, sonuncu ona bu məqsədlə 10000 ABŞ dolları və 4000 ABŞ dollar pul vermiş, o, həmin pulları şəxsi ehtiyacları üçün xərcləmiş və Xəyalənin torpaq sahəsinə dair heç bir iş görməmişdir. Sonradan Xəyalə pulunu tələb etdiyi üçün o, Xəyalədən aldığı 22300 manat puldan 3600 manat pul qaytarmış, habelə Kamran Orucov da 1000 manat pul vermişdir. O, qalan 17700 manat pulu hazırki vaxta kimi qaytara bilməmişdir. Həmçinin, 2022-ci ilin oktyabr ayında Şahid1 ona zəng vurub Şirvan şəhərində yaşayan rəfiqəsi Zərərçəkmiş şəxs4 adlı şəxsin Neftçala rayonunda özü üçün mağaza almaq istədiyini, lakin həmin mağazanın sahibi Rüfət adlı şəxsin isə satmaq istəmədiyini dedikdə, o, Şahid1 tanışı vasitəsilə həll edə biləcəyini söylədikdən sonra Nəzakət adlı xanımla telefon vasitəsilə əlaqə saxlamış, üçü birgə telefonla danışarkən Nəzakət ondan həmin mağazanı 10000 manata Nahidənin adına almasını xahiş edib sənədləşmə zamanı onlara əlavə olaraq 2000 manat hörmət edəcəyini bildirdikdə, o, həmin mağazanı almaq üçün Neftçala rayonundan tanış tapacağını fikirləşib problem olmadığını, mağazanı alacağını söyləmişdir. Bundan sonra o, Hafizlə bu barədə danışdıqda, sonuncu ona Neftçala rayonunda tanışının olduğunu, həmin mağazanı Rüfət adlı şəxsdən alması üçün xahiş edəcəyini söyləmişdir. 2023-cü ilin may ayında Nahidə ilə birlikdə olduqları vaxt o, sonuncuya Nəzakətə zəng vurmasını, mağazanı almaq üçün danışıq apardığından, ilk olaraq 4000 manat pul göndərməli olmasını bildirmişdir. Həmin vaxt Nahidə Nəzakətə zəng vurub sonuncuya onunla danışmasını söylədiyindən, Nəzakət ona zəng etdikdə, o, tanışı ilə danışdığını, sadəcə beh olaraq 4000 manat pul verməli olduğunu dediyindən, Nəzakət ona 2022-ci ilin oktyabr ayında Nahidəyə 3500 manat pulu beh olaraq kart hesabına göndərdiyini bildirmiş, o, Nəzakətə həmin puldan məlumatının olmadığını, Nahidənin həmin pulu özü üçün göndərdiyini söyləmişdir. Nəzakət isə narahat olmamasını, bank kartına 4000 manat pul göndərəcəyini, işi həll etməsini, Nahidə ilə həmin 3500 manata görə özünün danışacağını demişdir. Həmin vaxt o, özünə məxsus "xxxx" ASC-yə aid olan “4613 8602 0243 1852” seriyalı bank kartının üz şəklini çəkərək “Whatsapp” tətbiqi vasitəsi ilə Nəzakətə göndərdikdən təxminən 2-3 saatdan sonra sonuncu 4000 manat pulu onun həmin bank kartına göndərmişdir. O, pulu götürdükdən sonra Hafizə zəng vurub 2000 manatı mağazanı almaq məqsədilə beh verməsi üçün təqdim etməsini fikirləşmiş, 2000 manat pulu isə mağazanın satıldıqdan sonra götürəcəyi hörmət kimi hesab edib şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin gün Hafizlə görüşüb 2000 manat pulu sonuncuya verdikdə, sonuncu mağazanı tanışı vasitəsilə Rüfət adlı şəxsdən alacağını əminliklə demişdir. O da arxayın olub 2000 manat pulu xərcləmişdir. Həmin gündən təxminən bir həftə sonra pula ehtiyacı olduğu üçün o, Nəzakətə zəng vurub əlavə olaraq sənədləşmə işlərinə xərclənməsi məqsədilə 100 manat pul lazım olduğunu dediyindən, sonuncu inanıb həmin gün 100 manat pulu əvvəlcədən göndərdiyi kart hesabına göndərmiş, o da həmin pulu götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 15 gündən sonra Hafiz ona zəng vurub Rüfətin həmin mağazanı Nəzakət üçün aldıqlarını bildikdən sonra qəti olaraq Nəzakətə dükanı satmaq istəmədiyini bildirdiyindən, o, həmin gün Hafizlə görüşdükdə sonuncu ona 2000 manat pulu geri qaytarmışdır. O, işin alınmadığını deyib pulun qalanını da hazırladıqdan sonra Nəzakətə qaytarmağı düşünsə də, həmin vaxtlarda pula ehtiyacı olduğu üçün həmin 2000 manat pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra Nəzakət hər dəfə ona zəng vurub işinin nə yerdə olduğunu soruşduqda, o, sonuncuya yalan vədlər verib yaxın vaxtlarda mağazanı alıb adına sənədləşdirəcəyinə söz vermiş, xx.xx.2023-cü il tarixdə Nahidə ona zəng edib Nəzakətin onunla görüşmək istədiyini dediyindən, hər üçü “Space” televiziyasının inzibati binasının yaxınlığındakı parkda görüşmüşlər. O, həmin vaxt pula ehtiyacı olduğu üçün Nəzakəti aldadaraq mağazanı aldığını, sənədləşmə işlərinin getdiyini, qalan 2400 manatı da verməsini, 2-3 günə gəlib mağazanın sənədlərini ondan götürməsini dedikdə, Nəzakət inanıb ona əlavə 2400 manat pul vermiş, o, həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Nəzakət ümumilikdə o və Nahidəyə 10000 manat pul vermiş, həmin puldan 3500 manatını Nahidə götürmüş, qalan 6500 manat pul isə ona çatmış, o da həmin pulları öz ehtiyacına xərcləmişdir. Bundan sonra ona Nəzakətin hər ikisindən Şirvan şəhər Polis Şöbəsinə şikayət etməsi məlum olmuşdur. O, Nəzakətin ona göndərdiyi 6500 manat puldan 4100 manatı xx.xx.2023-cü il tarixdə, 400 manatı xx.xx.2023-cü il tarixdə Nəzakətin göndərdiyi bank kart hesabına göndərməklə, ümumilikdə 4500 manat pul ödəmişdir. Bundan başqa, o, 2022-ci ilin aprel-may aylarında “Facebook” sosial şəbəkəsində əvvəllər tanımadığı Hafiz Alıyev adlı şəxslə tanış olduqda, sonuncu əvvəllər sovet dövründə Bərdə rayonunun 1-ci katibi işləyən Azay müəllimin oğlu olduğunu, atalarının dost olduğunu bildirmişdir. Daha sonra Hafiz Alıyev onun ailə üzvləri barədə dəqiq məlumatları deyəndə sonuncuya inandığından üzbəüz görüşmüşlər. Hafiz ali təhsilini Prezident yanında X2 aldığını, respublikada rəhbər vəzifədə işləyən dövlət məmurları ilə yaxın əlaqədə olduğunu, hüquq mühafizə orqanlarına işə düzəlmək istəyən şəxslərə kömək edə biləcəyini, əgər belə bir adam olsa, ona bu barədə məlumat verməsini, məsələni həll edəcəyini bildirmişdir. Hafizin deməsinə görə o, Dövlət Təhlükəsizliyi Xidmətində agent kimi işləmişdir. Hafiz ona işə düzəlmək istəyən şəxslər tapmasını, yuxarı vəzifədə işləyən dövlət məmuru ilə yaxın münasibətinin olduğunu, rayon icra başçısı təyin etdirdiyini, DTX-ya, DİN-ə problemsiz işə adam düzəltdiyini bildirmiş, zahiri geyimini, cibindən çıxartdığı pulları gördükdə həqiqətən də həmin adamın əlaqəli və imkanlı adam olması görünmüşdür. Hətta Hafiz ona hal-hazırda yüksək vəzifədə olan dövlət məmurları ilə olan fotoşəkillərini də göstərmişdir. 2022-ci ilin iyun ayının ortalarında Hafiz ona mobil telefonla zəng vurub, ona zəng edəcəyini və ona nə desə, “hə” cavabını verməsini dediyindən, başa düşmüşdür ki, Hafiz kimdənsə pul alır. Bundan sonra Hafiz ona zəng vurmuş və səhv etmirsə, bildirmişdir ki, bəs həmin dövlət məmuruna demək lazımdır ki, bir nəfər var, sonuncunu DTX-ya zabit kmi işə düzəltmək lazımdır, o da Hafizin dediyi kimi telefonda “hə” cavabını verib məsələni həll edəcəyini söyləmişdir. Bir neçə gün sonra Hafiz ona Zərərçəkmiş şəxs5 adlı şəxsin mobil telefon nömrəsini verib, sonuncuya zəng etməsini, 25000 manat pul istəməsini, pulu verəcəyi təqdirdə oğlunu DTX-ya tez bir zamanda işə düzəldə biləcəyini deməsini bildirdiyindən, o da Cavidə zəng vurub təcili olaraq 25000 manat pulu gətirməsini demişdir. xx.xx.2022-ci il tarixdə o, Hafiz və Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, “Moskva” prospektində yerləşən parkda kafedə görüşmüşlər. Zərərçəkmiş şəxs5 ona 25000 manat pul verdikdə, o, oğlunun məsələsi barədə yuxarı vəzifədə işləyən dövlət məmurunun artıq xəbərdar olduğunu, pul verildikdən qısa müddət sonra öz həllini tapacağını söyləmişdir. Bu cür danışmağı ona Hafiz qabaqcadan demiş, o da Hafizin dediyi formada Cavidi inandırmış, söhbət zamanı da Hafiz onun dediklərini təsdiqləmişdir. Zərərçəkmiş şəxs5 25000 manat pulu ona verdikdən sonra Hafiz sonuncunu yola salmış, ardınca onun yanına qayıdıb Cavidin verdiyi puldan 15000 manat pulu özünə götürmüş, qalan 10000 manat pulu isə ona verib demişdir ki, həmin pul ona çatacaqdır. Həmin gün o, Zərərçəkmiş şəxs5 eşidib bilmişdir ki, həmin görüşə qədər Cavid Hafizə 25000 manat pul vermiş, beləliklə Caviddən 50000 manat pul alınmışdır. Əsl həqiqətdə isə nə onun, nə də Hafiz Alıyevin belə bir səlahiyyəti olmamışdır ki, kimisə işə düzəltsinlər, bundan əlavə onun qeyd etdiyi dövlət məmuru ilə heç bir tanışlığı yoxdur, sadəcə olaraq Hafiz ona demişdir ki, bu cür danışsın və camaatı inandırsın, pul alınanda ona da pul versin. Zərərçəkmiş şəxs5 ümumilikdə 50000 manat pul alındıqdan bir neçə müddət sonra Cavid tərəfindən ona zənglər gəlməyə başlamış, O, Zərərçəkmiş şəxs5 narahat olmamasını, işlərin qaydasında olduğunu deyərək vaxtı uzatmışdır. Hafiz sonradan mobil telefonunu söndürmüş, işlədiyi ofisi də bağlayıb yoxa çıxmış, bundan sonra Zərərçəkmiş şəxs5 başa düşmüşdür ki, onu aldatmışlar. Bu səbəbdən, Cavid pulunu ondan tələb etməyə başlamışdır. O, Cavidə 12000 manat pul qaytarmışdır. Hafiz isə qaçıb gizlənmiş, hazırda sonuncunun harada olmasını bilmir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. X16 işə düzəltmək istədiyindən, oğlu ona bir gün Məlahət adlı şəxsin yüksək vəzifədə olan tanışları vasitəsilə istənilən şəxsi Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəldə bildiyini dediyinə görə, o, Hafiz adlı şəxslə sonuncunun ofisində görüşmüşdür. Hafiz adlı şəxs ona Məlahət adlı şəxsin yüksək vəzifədə işləyən tanışlarının olduğunu, oğlunun işə düzəlməsini Məlahət adlı şəxsin həll edəcəyini, bunun müqabilində 50000 manat pul verməli olduğunu söylədikdə razılaşmış, o, 25000 manat pulu Təqsirləndirilən şəxs verdikdən bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək yuxarı vəzifədə işləyən dövlət məmurunun yanında olduğunu, yerdə qalan 25000 manatı da verməli olduğunu dediyindən, o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən kafedə Hafiz və Təqsirləndirilən şəxs ilə görüşüb 25000 manatı da ona vermişdir. Bir müddət sonra aldadıldığını başa düşmüş, ona vurulmuş ziyandan ümumilikdə 15000 manat pul geri qaytarılmışdır. Təqsirləndirilən şəxs 35000 manat pul tələb edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 ifadəsində qeyd olunan pulları Təqsirləndirilən şəxs Hafiz adlı şəxsin iştirakı ilə verdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, tanışı Kamran Orucovla söhbət zamanı sonuncuya torpaq sahəsində tikinti aparmaq üçün icazə almaq istədiyini, lakin bununla əlaqədar hansı orqana müraciət etməli olduğunu bilmədiyini dedikdə, Kamran Orucov ona Məlahət Əsgərova adlı bir şəxsi tanıdığını, Məlahət Əsgərovanın Ədliyyə Nazirliyində işlədiyini, ətrafının geniş olduğunu, bu işi sonuncunun həll edə biləcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs ilə danışdıqda sonuncu ona demişdir ki, tanışı olan dövlət məmuru vasitəsilə 22300 manata torpaqla bağlı məsələni həll edə bilər. Daha sonra Təqsirləndirilən şəxs torpağın sənədlərini və qeyd olunan pulu gətirməyini tələb etdiyindən, o, sonuncu ilə Prezident Administrasiyasının yaxınlığında görüşüb 22300 manat pulu və sənədləri verdikdə, Təqsirləndirilən şəxs ona pulu və sənədləri həmin dövlət məmuruna verəcəyini, 10-15 gün ərzində torpağın təyinatının dəyişdiriləcəyini söyləmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ifadəsində ona vurulmuş ziyandan 2000 manatını X17 Tağıyevaya kömək etmək adı ilə qaytardığını, bundan əlavə də Təqsirləndirilən şəxs 2600 manat pulu ona qaytardığını, Hafiz adlı şəxsin adını ilk dəfə məhkəmədə eşitdiyini, Təqsirləndirilən şəxs əvvəl ona Hafiz adlı şəxs barədə heç nə demədiyini, qaytarılmayan pulu Təqsirləndirilən şəxs tələb etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə elmləri üzrə elmlər doktorudur. 2022-ci ilin iyul-avqust aylarında iş yoldaşı Yusif onu Nahidə adlı xanımla, bundan sonra Nahidə adlı xanım və onu “Günaydın” restoranına dəvət edərək, Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Təqsirləndirilən şəxs ona iş təklifi etsə də, o, qəbul etməmişdir. Həmin gün aralarında başqa bir iş məsələsi olmamışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs onu Prezident Administrasiyasının inzibati binasının qarşısına çağıraraq müəyyən məbləğdə pul verməsi qarşılığında “Azərtac”-a və ya "xxxx"-yə sədr olaraq işə düzəldə biləyəcəyini söyləmiş, qəbul etmək istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlmiş və beləliklə o, məcbur qalıb müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs 20000, 30000, 26000, 17000, 3000 və s. məbləğlər ödəmişdir. Təqsirləndirilən şəxs ümumilikdə ondan 125000 manat pul almışdır. O, verdiyi bütün pulları müxtəlif banklardan kredit olaraq əldə etdiyindən, hələ də banklara pul ödəməkdə davam edir. Təqsirləndirilən şəxs yanında sürücü deyə tanıdığı Hafiz adlı şəxs olmuş, həmin şəxs Təqsirləndirilən şəxs “xanım” deyə səslənmişdir. Bunların hamısı onu inandırmış, lakin 2023-cü ilin mart aylarında artıq dərk etmişdir ki, Təqsirləndirilən şəxs onu aldadır. O, Təqsirləndirilən şəxs pulunu tələb etsə də, sonuncu ona hədə-qorxu gələrək pulunu geri qaytarmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunan pulları Təqsirləndirilən şəxs verərkən tək olduğunu, yanlarında heç kimin olmadığını, ona vurulmuş ziyandan hər hansısa məbləğin geri qaytarılmadığını, pulunu geri istədiyini, təxminən 2023-cü ilin mart ayında artıq Təqsirləndirilən şəxs onu aldatdığını bildiyini, “Azərtac”-da və "xxxx"-də vakansiya olub-olmaması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs onu məcbur etdiyindən razılaşıb pul verdiyini, ilk dəfə “Günaydın” restoranında tanış olduqlarını, lakin orada iş məsələsini açarkən məsələni bağladığını, çünki işindən razı olduğunu bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Neftçala rayonunda mağaza almaq istəsə də, sahibi ona satmaq istəmədiyindən, o, tanışı Şahid1 Təqsirləndirilən şəxs həmin şəxslə danışmasını və Nahidə üçün həmin mağazanı almasını dediyindən, aralarında olan razılaşmaya görə o, ona deyilmiş bank kartına pul göndərmiş, bir neçə gün ərzində xəbər çıxmadığından, o, Təqsirləndirilən şəxs ilə danışdıqda sonuncu ona darıxmamasını, bugün-sabah həll ediləcəyini söyləsə də, iş alınmamışdır. Təqsirləndirilən şəxs onun zənglərinə cavab vermədiyindən, o, sonuncunun evinin qarşısına getmiş, o, Təqsirləndirilən şəxs pulu istəsə də, sonuncu vermədiyindən, o, nazirin qəbuluna getdikdən sonra Təqsirləndirilən şəxs pulunu almışdır. Təqsirləndirilən şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 mağazanın 20000 manata satıldığını, Təqsirləndirilən şəxs 10000 manat pulu hissə-hissə verdiyini, pulu Təqsirləndirilən şəxs bank kartına göndərdiyini, bütün səs yazışmaları və bank kart nömrəsinin onda qaldığını, Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə tanıdığını, Şahid1 isə onun qohumu, yəni qudası olduğunu, bank kartını Təqsirləndirilən şəxs ona göndərdiyini, pulu şəxsən sonuncuya verdiyini, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxladığını, sonuncu dəfə “Shaurma №1” restoranında görüşdüyünü, Təqsirləndirilən şəxs bütün pulu şəxsən qaytardığını, sonuncudan şikayətinin olmadığını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, imzaların ona məxsus olduğunu, hadisənin baş verməsindən təxminən 2-3 il müddət keçdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs “Şamaxinka” deyilən yerdə görüb söhbət edərkən sonuncu ona adında 8 ədəd evin olduğunu söylədikdə, o, ev almaq istədiyindən, Təqsirləndirilən şəxs mobil nömrəsini götürüb əlaqə saxlamağa başlamışdır. Təxminən 1 ay ərzində danışdıqdan sonra Təqsirləndirilən şəxs ona zəng edib Rusiya Federasiyasının Moskva şəhərinə yaşamaq üçün gedən bir şəxsin təcili olaraq evini satdığını dediyindən, o, Nahidə adlı şəxsin yanında 182000 manat pulu Təqsirləndirilən şəxs vermiş, daha sonra Təqsirləndirilən şəxs pulunu tələb etdikdə sonuncu ona hədə-qorxu gəlməyə başlamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə 10000 manat və 19000 manat olmaqla, ümumilikdə ona vurulmuş ziyandan 29000 manat pulun geri qaytarıldığını, evlərini satdığını, ona görə də Təqsirləndirilən şəxs 182000 manat pul olduğunu bildiyini, satdığı evlərin sənədlərinin olduğunu, lazım olarsa, həmin sənədləri təqdim edə biləcəyini, 1 aya yaxın Təqsirləndirilən şəxs ilə mobil telefonda danışdıqlarını, xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 Xidməti-Zəng Mərkəzi”-nə zəng edərək Təqsirləndirilən şəxs şikayət etdiyini, Təqsirləndirilən şəxs ancaq “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng etdiyini, heç nə yazmadığını və səs atmadığını bildirdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, keçmiş polis əməkdaşıdır. Məclislərin birində Yusif adlı dostu onu Məlahət adlı xanımla tanış etmişdir. Əlavə olaraq 1-2 dəfə oturub çay içmişlər, başqa Məlahət xanımla heç bir alış-verişi, kimisə işə düzəltmək kimi bir məsələsi olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 ifadəsində onun şahidlik etməkdə məqsədinin Təqsirləndirilən şəxs ilə əlbirliyinin olmamasını sübut etmək olduğunu, Aynurə adlı şəxsi tanımadığını, lakin Qoşqar adlı şəxsin adını eşitdiyini, Məlahət xanımı uzun müddətdən bəri tanıdığını, Nahidə xanım vasitəsilə Məlahət xanımla tanış olduqlarını, adının Rasim olduğunu, özünü Azər olaraq heç bir yerdə təqdim etmədiyini, ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, Elçin adlı şəxsi tanımadığını, adını da eşitmədiyini bildirdi. Məhkəmədə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs özünü ona yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmiş, o və Təqsirləndirilən şəxs yaxın rəfiqə olmuşlar. Dəqiq xatırlamadığı tarixdə “Şamaxinka” deyilən əraziyə o, Təqsirləndirilən şəxs 60000 manat pul almaq üçün getmiş, orada restoranda olarkən Aynurə adlı şəxs gəlib bükülü paketdə pul vermiş, lakin həmin paketdə nə qədər məbləğdə pul verildiyini bilməmişdir. Həmin görüşdə Aynurə xanım onun mobil nömrəsini götürmüşdür ki, Təqsirləndirilən şəxs zəng çatmadığı təqdirdə, onunla əlaqə saxlasın. Onun başqa heç bir hadisə ilə əlaqəsi yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 ifadəsində Təqsirləndirilən şəxs ilə mağazada tanış olduqlarını, təxminən 3 ildən bəri sonuncunu tanıdığını, Zərərçəkmiş şəxs1 ilə bir dəfə “Günaydın” restoranında görüşdüklərini, Zərərçəkmiş şəxs1 zəng edib restoranda Təqsirləndirilən şəxs ilə bir yerdə olduqlarını, tanış olmaları üçün gəlməsini söylədiyini, Zərərçəkmiş şəxs1 ona 125000 manat pul məbləğini Təqsirləndirilən şəxs verdiyini dediyini, sonuncunun Zərərçəkmiş şəxs1 "xxxx"-yə sədr düzəldəcəyinə vəd etdiyini, Aynurə xanımla heç bir əlaqəsinin olmadığını, sonuncunu 2 dəfə Təqsirləndirilən şəxs yanında, yəni ilk dəfə “Günaydın” restoranında, ikinci dəfə isə “Shaurma №1” restoranında gördüyünü, Hafiz adlı şəxsi tanıdığını, bir dəfə uşağın sənədləri ilə bağlı sonuncunun hüquq ofisinə gedib orada tanış olduqlarını, Təqsirləndirilən şəxs ilə heç bir alış-verişinin olmadığını, hətta bir dəfə sonuncuya bu işlərlə bağlı sual verən zaman onu kobudladığını, evi kreditdə olduğundan, Təqsirləndirilən şəxs 10000 manat borc istədiyini, sonuncu pulu təcili qaytarmasını tələb etdiyindən, həmin pulu qaytardığını, 300 manat borcunun qaldığını, Aynurə xanımla ilk dəfə görüşdükdə Təqsirləndirilən şəxs sonuncunun xarici görünüşünü təriflədiyini, Nizami metrostansiyasının yaxınlığında yerləşən “Şaurma №1” restoranında olarkən Aynurə xanımın onun mobil nömrəsini götürdüyünü, Aynurə xanımın iki oğlu ilə oraya gəldiyini, Təqsirləndirilən şəxs Aynurə xanımdan nə qədər pul əldə etdiyini bilmədiyini, bu barədə Təqsirləndirilən şəxs soruşmadığını, oradakı danışıqlardan ona evə görə pul verildiyini başa düşdüyünü, lakin dəqiq səbəbini bilmədiyini, ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs ilə danışdığını, Aynurə xanımın Məlahət xanıma bir dəfə pul verməsində iştirak etdiyini, Zərərçəkmiş şəxs4 onun qohumu olduğunu, qızıl alğı-satqısı ilə məşğul olduğunu, bir gün Təqsirləndirilən şəxs ilə yemək yeyərkən Zərərçəkmiş şəxs4 ona zəng edib mağaza sahibinin onu mağazadan çıxarmaq istədiyini söylədiyini, o, mağaza sahibi ilə əlaqə saxladıqda kobudlayıb telefonu söndürdüyünü, Təqsirləndirilən şəxs bütün baş verənləri gördüyünü, sonuncunun ona məsələni həll edə biləcəyini, mağazanı ilk öncə başqasının adına, daha sonra isə Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirəcəyini sonuncuya təklif etdiyini, Zərərçəkmiş şəxs4 pulu Təqsirləndirilən şəxs bank kartına göndərdiyini, göndərilən məbləğlə bağlı məlumatının olmadığını bildirdi. Məhkəmədə Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü il aprel ayının əvvəllərində “Şamaxinka” deyilən ərazidə Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs2 görüşdükləri ərəfədə onlar almaq üçün mənzil axtarmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onlara yaxınlaşıb ev axtarıb-axtarmadıqlarını soruşduqdan sonra mobil nömrəsini götürmüşdür. Bir müddət sonra Təqsirləndirilən şəxs əlaqə saxlayıb satışda olan evin olduğunu deyib bir neçə evin fotoşəklini atmışdır. Razılığa gəldikdən sonra sonuncu dəfə aprel ayının ortalarında “Shaurma №1” nömrəli bir restoranında olmaqla, ümumilikdə 182000 manat pulu dələduzluq yolu ilə arvadından əldə etmişdir. Təqsirləndirilən şəxs əlyazma ilə pulu aldığını, söylədiyi tarixdə geri qaytaracağını desə də, pul qaytarılmamış, ev verilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 ifadəsində arvadı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs haradan tanıdığını soruşduqda sonuncuya etibar etdiyini söylədiyini, iki evinin, yəni Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksində yerləşən və “5 mərtəbə” deyilən ərazidə yerləşən evlərinin olduğunu, həmin evləri satıb böyük ev almaq istədiklərini, evləri satıb pulu Təqsirləndirilən şəxs verdiklərini, arvadının ona Təqsirləndirilən şəxs Bakı şəhərinin mərkəzində 4 otaqlı ev tapdığını dediyini, həmin ərəfədə Ağcabədi rayon icra hakimiyyətində işlədiyini, həmin mənzillərini satdığını, lakin dəqiq vaxtlarını xatırlamadığını, Təqsirləndirilən şəxs pulu verməyi tələb etdiyini, əks halda evin başqa şəxsə satılacağını söylədiklərini, alğı-satqı tarixlərini dəqiq xatırlamadığını, qohumlarından borc alıb Təqsirləndirilən şəxs verdiklərini, evin təqdim olunması barədə sonuncunun ərinin də etirafının olduğunu, evlərin şəkillərinin atıldığını, ona məxsus tərcümeyi-hal, kadr uçot vərəqəsi və digər sənədləri Təqsirləndirilən şəxs haradan əldə etməsini bilmədiyini, həmin sənədləri heç vaxt Təqsirləndirilən şəxs göndərmədiyini, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs şikayətlər edildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, həmin ifadələrdəki imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs5 oğlunu işə düzəltmək istədiyindən, onuncunu Hafiz müəllimin yanına aparmışdır. Hafiz müəllim 20000 manat pul müqabilində Zərərçəkmiş şəxs5 oğlunu DTX-yə işə düzəldə biləcəyini ona söylədiyindən, o da bu barədə Zərərçəkmiş şəxs5 məlumat vermişdir. O, bundan sonra həyətə düşmüş və hər hansı işə qarışmadığını Zərərçəkmiş şəxs5 söyləmişdir. Habelə, Zərərçəkmiş şəxs5 işi alındıqdan sonra 20000 manat pul verməsini təklif etsə də, sonradan pulun hamısını Hafiz müəllimə verdiyini öyrənmişdir. Başqa heç nədən xəbəri yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 pulun hansı tarixdə verildiyini xatırlamadığını, lakin 20000 manat məbləğində olduğunu, Zərərçəkmiş şəxs5la Hafiz müəllimi tanış etdiyini, məsələ ilə başqa heç bir əlaqəsinin olmadığını, pulun verildiyini də sonradan öyrəndiyini, Hafiz müəllimin işi hansısa şəxsin vasitəsilə edəcəyini bildiyini, lakin həmin şəxsin Təqsirləndirilən şəxs olub-olmamasından məlumatının olmadığını, həmin şəxsi Hafiz müəllimin məxfi saxladığını, verilmiş məbləği dəqiq xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, həmin ifadədə olan imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs aldadaraq onun pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edib Məlahət adlı şəxsin aldadaraq onun pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 27) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 pulu verdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqə 29-30) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 62) Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 47/-27727 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 86) xx.xx.2023-cü il “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:00-da Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 91-94) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 103-105) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 1, iş vərəqə 119- 121) xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 122-123) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edib “X5” adlı şəxsin onu aldadaraq pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 162) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilmiş istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ona özünü “X5” kimi təqdim edən şəxsə 182000 manat pulu verdiyi yeri göstərmişdir. (Cild 1, iş vərəqə 167-169) xx.xx.2023-cü il tarixli “Vurulmuş ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əri X1 Aynurə Tahir qızına vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə 19000 manat məbləğində pulu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim etmişdir. (Cild 1, iş vərəqə 202) xx.xx.2023-cü il tarixli “Maddi ziyanın təqdim olunması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 19000 manat pulu istintaq orqanından qəbul etmişdir. (Cild 1, iş vərəqə 203) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 232) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 243-244) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi həmin tarixdə yoxlanılmışdır. (Cild 1, iş vərəqə 258-259) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 31) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 40-42) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin mövcud olması nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 52-53) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 ərizə ilə müraciət edib “Əsgərova Məlahət” adlı şəxsin onu aldadaraq pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 2, iş vərəqə 102) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 106) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2, iş vərəqə 115) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 133-134) xx.xx.2023-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 2, iş vərəqə 145-147) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 148-149) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqə 180-182) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olıunmaqla, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 01 il sınaq müddətinə şərti məhkum edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən olunmuş şərti məhkumetmə cəzası müstəqil icra olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (Cild 2, iş vərəqə 73- 78; 126-138; 197-200) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-87/2024 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 209- 212) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 2, iş vərəqə 219-222) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs həmin tarixdə 3000 manat pulu almışdır. (Cild 3, iş vərəqə 7) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs5 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqə 19) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətlənidirilməsi və icraata ayrıca cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işinin materiallarından X6 barsində Cinayət Məcəlləsinin 178.3.2-ci və Şahid1 barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmış, zərərçəkmiş şəxslər və şahid ifadələri, ödəmə sənədləri, hadisə yerinə baxış, üzləşdirmə, ifadənin yerində yoxlanılması protokolları iş üzrə sübut növü kimi qəbul edilmişdir. (Cild 3, iş vərəqə 61-78) xx.xx.2024-cü il tarixli “İcraata ayrıca cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işinin materiallarından X6 barsində Cinayət Məcəlləsinin 178.3.2-ci və Şahid1 barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılmışdır. (Cild 3, iş vərəqə 80-85) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (Cild 3, iş vərəqə 93-95) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Plenum qərarının 31-ci bəndindən görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfi məhkəmə iclasında xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokolu mübahisələndirib Təqsirləndirilən şəxs həmin istintaq hərəkətində iştirak etmədiyini, oradakı imzanın təqsirləndirilən şəxsə məxsus olmadığını bildirərək həmin istintaq hərəkəti protokolunun sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokol tədqiq edilən zaman müəyyən edilmişdir ki, həmin protokol iki səhifədən ibarət olmaqla, ilk səhifəsi hər hansı şəxs tərəfindən imzalanmamış, ikinci səhifəsi isə iştirakçılar tərəfindən, yəni təqsirləndirilən şəxs, müdafiəçi və müstəntiq tərəfindən imzalanmışdır. Bununla bağlı, məhkəmə qeyd edir ki, həmin protokolun ilk səhifəsində hadisənin təsviri qeyd edilmiş, ikinci səhifədə isə hər hansı vəsatət və qeydin daxil olmaması barədə məlumat əks edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 261.2-ci ifadələrin yerində yoxlanılması protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Göründüyü kimi, müstəntiq tərəfindən cinayət-prosessual qanunvericiliyin həmin tələbinə riayət edilmədiyindən, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokolda ilk səhifə iştirakçılar tərəfindən ayrıca imzalanmadığından, həmin protokol sübutlar siyahısından çıxarılmalıdır. Bundan başqa, müdafiə tərəfi Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrində ziddiyyət olduğunu əsas gətirib hər iki protokolun sübutlar siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdiyi ifadələrinin sübutlar siyahısından çıxarılmasına əsas yoxdur. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə ittihama uyğun hissədə ifadəsini, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadaraq həmin şəxslərin etibarını qazanmış və nəticədə əmlak sahibi, yəni pulu olan həmin şəxslər öz əmlaklarını, yəni pullarını könüllü surətdə Təqsirləndirilən şəxs vermişdir. Əmlakı, yəni pulu əldə edərkən Təqsirləndirilən şəxs niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi deyil, həmin əmlakları şəxsi ehtiyaclarına sərf etmək olmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əvəzsiz olaraq öz xeyrinə zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirmiş, həmin pul və digər əşyalara sərbəst şəkildə sərəncam vermişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, ibtidai istintaq dövründə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsi və azaldılmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən səmimi peşmanlığını, səhhətini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 09 oktyabr 2023-cü il tarixədək və xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-87/2024 nömrəli qərarına əsasən isə, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət və 17 noyabr 2023cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 05 (beş) gün azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hazırki iş üzrə məhkəmə məsrəfi yoxdur. Habelə üzərinə həbs qoyulası əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək tutulduğu 03 (üç) gün və 17 noyabr 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 06 (altı) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu, yəni 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübutun, mülki iddianın, üzərinə həbs qoyulmalı və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar