Məhkəmə qərarları › İş №1(101)-258/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-258/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-258/2022 23.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X6 və X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Azərbaycan-rus dillərinin tərcüməçiləri X11 və X3 iştirakları ilə, xx xxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə 19 iyun 2021-ci il tarixdə, saat 23:30-da ögey bacısı Zərərçəkmiş şəxs və qeyrilərinin müvəqqəti yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 15-ci məhəllə, 115 nömrəli evin 4 saylı mənzilində olarkən, Rusiya Federasiyasnın Moskva şəhərinə getmək məqsədilə hava limanına yola düşməkdə olan Zərərçəkmiş şəxs və qeyrilərinə məxsus çantaları idarə etdiyi avtomobilə daşımaqda kömək etmək adı ilə götürüb, həmin çantalar arasında olan kiçik əl çantasından Zərərçəkmiş şəxs məxsus, Azərbaycan manatına məzənnəsi ilə 252012,5 (iki yüz əlli iki min on iki manat əlli qəpik) manat təşkil edən 125000 (bir yüz iyirmi beş min) avro pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs külli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 2018-ci ilə qədər Rusiya Federasiyasının Moskva şəhərində ailəsi ilə birlikdə yaşamış, orada bir çox biznes işləri olmuşdur. Daha sonra atası ailələrinə məxsus, ümumi qazanca aldıqları Moskva ətrafında olan 60 sot torpağı satıb, pulundan onlara verməmiş, bundan sonra o, həyat yoldaşı ilə boşandığı üçün 2018-ci ildə Bakı şəhərinə köçmüşdür. Təxminən 2013- 2014-cü illərdə atası Şahid1, onun və əkiz qardaşı X8 ümumi qazancına ünvan 5, mənzil 71 və Nərimanov rayonu, Təbriz küçəsi ev 63, mənzil 82 ünvanlarında atası Ələddinin adına iki mənzil almışlar. Atası Ələdin ara-sıra Bakı şəhərinə qonaq gələndə həmin mənzillərdə qalmışdır. O, Bakı şəhərinə köçdükdən sonra atası Ələddinin ünvan 5 ünvanında olan, iki otaqlı 71 saylı mənzili satdığını öyrənmişdir. Halbuki, həmin mənzili onun, qardaşı və atasının birgə biznesindən əldə etdikləri qazanc hesabına atasının adına almışlar. O, isə Bakı şəhərinə köçəndən sonra ünvan 6 ünvanında yaşamışdır. Sonradan öyrənmişdir ki, atası ünvan 7 ünvanda olan və o, yaşadığı 3 otaqlı mənzili də Moskva şəhərində yaşayan ögey bacısı Zərərçəkmiş şəxs adına keçirmişdir. Ona görə də atasına həmin mənzilin alınmasında Lyudmilanın hər hansı bir zəhməti olmadığını, mənzilin qardaşı Mehmanın və onun puluna alındığını bildirmiş və hər iki mənzildən onlara çatası payı verməsini xahiş etmişdir. Bu səbəbdən də atası ilə aralarında mübahisə olmuş, o da atasından inciyərək, həmin mənzildən çıxıb, kirayədə yaşamağa başlamışdır. Təxminən 2021-ci ilin iyun ayının 6-7 günlərində atası, ögey bacısı Lyudmila, analığı Karine Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəldikdən sonra onlar ünvan 6 ünvanında yaşamışlar. O da mütəmadi olaraq onlarla görüşmüşdür. Onları etibarnamə əsasında sürdüyü, lakin faktiki olaraq özünə məxsus “Mercedes Vito” markalı, **-KX-*** qeydiyyat nişanlı avtomobillə istədikləri yerlərə apararaq, qulluqlarında durmuşdur. Atası ilə əvvəllər aralarında söhbət edərkən, atasına işsiz olduğundan, çoxlu borcu olduğunu, bundan başqa yaşamağa özünün mənzili olmadığını demişdir. Atası da ona ünvan 7 ünvanda yerləşən mənzili satacağını, həmin pullarla onun borclarını ödəyəcəyini və ona mənzil alacağını bildirmişdir. Bundan sonra atası ögey bacısı Lyudmilanın adına olan ünvan 7 ünvandakı mənzili satmışdır. Ancaq mənzil Lyudmilanın adına olduğundan və Lyudmila Azərbaycan dilini bilmədiyindən, Lyudmilanın adından Azərbaycan dilini az-çox bilən ögey anası Karinenin adına etibarnamə alınmışdır. Sonra isə həmin mənzil Amin adlı səxsə təxminən 287000 manata satılmışdır. Mənzilin satılmasının sənədləşdirilməsində o, özü iştirak etmişdir. Mənzilin pulunu da Amin adlı şəxs sənədlə banka keçirmişdir. Bankdan da həmin pulu onun iştirakı ilə Karine almışdır. Daha doğrusu bütün işləri o, özü görmüş, Karine isə ancaq onun yanında dayanıb, ona göstərilən yerlərə imza etmişdir. Pulu da bankdan aldıqdan sonra o, özü götürüb, Karine ilə onun idarə etdiyi avtomobilə qoyduqdan sonra aparıb, mənzildə atasına və Karineyə vermişdir. Atası, Karine, Lyudmila və Lyudmilanın uşağının Moskva şəhərinə 20 iyun 2021-ci il tarixdə, saat 03:15-də uçan təyyarəyə biletləri olmuş, ona görə də o, 19 iyun 2021-ci il tarixdə onları hava limanına aparmaq üçün onların yaşadıqları mənzilə gəlmişdir. Atasıgil özləri ilə aparılacaq əşyaları bir neçə böyük çantalara və bir neçə kiçik çantalara yığıb, mənzilin dəhlizinə qoymuşlar. O, atası ilə onun mənzil məsələsi və borcları barədə danışdıqda, atası ona satdığı mənzilin pulundan pul verməyəcəyini, ancaq Moskva şəhərinə qayıtdıqdan sonra Krımda olan mənzilini satıb, həmin mənzilin pulundan ona verəcəyini demişdir. O da atasının ümumiyyətlə ona pul vermək və borclarının ödəməsində köməklik etmək fikri olmadığını düşünmüşdür. Bundan sonra dəhlizdə olan böyük çantaları aparıb, həyətdə saxladığı avtomobilin yük yerinə qoymuş, mənzilə qayıtdıqda içərisində Lyudmilanın adına olmuş, əslində isə onun, qardaşı və atasının qazancına alındıqdan sonra satılmış həmin mənzilin pulu olan çantanı görüb, həmin çantanı da digər çantalarla birlikdə götürüb, mənzildən çıxarıb, avtomobilə qoymuşdur. Aşağıda atasıgilin də düşməsini gözləyərkən, ona qarşı atası tərəfindən haqsızlıq edildiyini, onun və qardaşı Mehmanın puluna alınmaqla satılmış mənzilin pulundan ona hər hansı bir məbləğ verilmədiyi, evsiz olduğu, borclarının olduğunu düşünməyə başlamışdır. Ona görə də satılmış həmin mənzilin pulunu götürüb, özünə mənzil almaq, borclarını qaytarmaq qərarına gəlmişdir. Bundan sonra avtomobili idarə edib, oradan uzaqlaşmışdır. Atası və ya başqa şəxs ona zəng edə bilməməsi üçün istifadəsində olan mobil telefonu söndürmüşdür. Sabahısı gün, yəni 20 iyun 2021-ci il tarixdə isə əvvəlcədən baxıb, bəyəndiyi Sabunçu rayonu, Buzovna yolunda Çiləgər adlanan yerdə yerləşən mənzili almaq üçün mənzilin sahibi Ceyhun adlı şəxslə görüşüb, həmin 7 sot torpaq sahəsində inşa edilmiş 4 otaqlı fərdi evi 95000 manata nağd olaraq alıb, pulunu da nağd ödəmişdir. O, əvvəlcədən atası ilə söhbət edərkən, atası ona mənzil alacağını dediyindən, o, elanla satışa çıxarılmış həmin evə gedib, baxmış və alacağını bildirmişdir. 21 iyun 2021-ci il tarixdə o, aldığı avtomobilin borcundan qalan 12000 manat borcunu, lombarda olan 7200 manat borcunu və tanışlarından aldığı ümumilikdə 30000 manat borcunu qaytarmışdır. Həmin puldan 75000 manatını ona ABŞ-dan 05 ədəd “Toyota Prius” markalı avtomobil gətirməsi üçün Məmməd adlı şəxsə vermişdir. Qalan pulu is şəxsi ehtiyaclarına xərcləmişdir. Eləcə də hadisə barədə qardaşı Mehmana zəng edib bildirmiş, qardaşı Mehman da ona qarşı hər hansı bir iddiasının olmadığını bildirmişdir. 21 iyun 2021-ci il tarixdə, yəni ABŞ-dan avtomobil gətirilməsi üçün pul verməmişdən qabaq atası ilə telefon əlaqəsi saxlayıb, onunla danışarkən atasına pulları onun götürdüyünü, hara, nə qədər xərclədiyini, borclarını ödədiyini, özünə mənzil aldığını bildirməklə, əlində qalan məbləği ona qaytarmaq istədiyini demişdir. Ancaq atası ondan pulların hamısını qaytarmasını istədiyindən, o da tərslik edib, əlində qalan pulları ABŞ-dan 05 ədəd avtomobil almaq üçün vermişdir. Atası onu polisə verdiyini, avtomobilinin və özünün axtarışda olduğunu bildirməklə, ondan əşyaların harda olduğunu soruşduqda, o, əşyaların avtomobilin yük yerində olduğunu bildirmiş və göndərəcəyini demişdir. Bundan sonra atası onun avtomobilinin axtarışda olduğunu dediyindən o, əşyaları avtomobildən çıxarıb, yol taksisinə yükləyib, taksi sürücüsünə həmin əşyaları atasına vermək üçün “28 May” metrostansiyasının yaxınlığında, ünvan 8 ünvanına göndərmişdir. Həmin vaxt özünün istifadəsində olan mobil telefonu tulladığından, Emilin mobil nömrəsini sürücüyə vermişdir. Sürücü də onun yanında Emilə zəng edib, danışmışdır. Emil sürücüyə ünvanını başa saldıqdan sonra, sürücü əşyaları aparıb, atasına çatdırması üçün Emilə vermişdir. Bundan sonra atası ilə qarşılaşmamaq üçün Gəncə şəhərinə gedib, 24 iyun 2021-ci il tarixədək orada yaşamışdır. Avtomobilini isə Bakı şəhəri, “Xalqlar Dostluğu” metrostanasiyasının yaxınlığında xəlvəti yerdə saxlamışdır. 24 iyun 2021-ci il tarixdə dostu Tahirlə “whatsapp”da danışdıqda, Tahir onun Nərimanov RPİ-nin əməkdaşları tərəfindən axtarıldığını bildirdiyindən yol taksisi ilə Gəncə şəhərindən Bakı şəhəri Nərimanov RPİnə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, satılan evin Lyudmilanın adına keçirilməsini o, ev satılan zaman bilmiş, onun satılan evə rəsmi olaraq mülkiyyət hüququ olmamış, pul olan çantanı atasıın və bacısıın gözü qarşısında götürüb aşağı düşmüş, çantanın içərisində 125000 avro pul olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun ögey qardaşıdır. O, 2018-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 63 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın birinci girişin 15-ci mərtəbəsində yerləşən 121 kv/m, 3 otaqdan ibarət 82 saylı mənzili almışdır. 2021-ci il tarixdə həmin mənzili satmaq qərarına gəlmişdir. Buna görə də atası Şahid1, anası Karine və qızı Ruslana ilə birlikdə daimi yaşadıqları Rusiya Federasiyası Moskva vilayətindən Bakı şəhərinə gəlmişlər və mənzili satanadək həmin şəxslərlə birlikdə həmin ünvanda yaşamışlar. 2021-ci il iyun ayının əvvəllərində Bakı şəhərinə gələndə onları ögey qardaşı Təqsirləndirilən şəxs qarşılamış və Bakı şəhərində olduqları müddətdə, mütəmadi olaraq onlarla təmasda olmuşdur. O, mənzili satarkən özü rus dilli olduğundan, sənədləşmə aparılarkən çətinlik çəkməmək üçün Azərbaycan dilində danışan anası Şahid3 həmin mənzilin satılması üçün etibarnamə vermişdir. Bundan sonra anası həmin mənzili 17 iyun 2021-ci il tarixdə Amin adlı şəxsə 260000 manata satmışdır. Sonra isə Rusiya Federasiyasına aparmaq üçün həmin pulu və özlərində olan Azərbaycan manatlarını banka verib 125000 avro və 13000 ABŞ dolları almışlar. Banka atası Ələddin, anası Karine və Mahir birlikdə getmişdir. 20 iyun 2021-ci il tarixdə gecə o, atası, anası və qızı Bakı şəhərindən Moskva şəhərinə uçmalı imişlər. 19 iyun 2021-ci il tarixdə o, axşam üstü şəxsi işi ilə əlaqədar Bakı şəhərinə çıxmışdır. Valideynləri ilə əvvəlcədən razılaşmalarına əsasən o, birbaşa Bakı hava limanına getməli, orada onlarla görüşüb, birlikdə təyyarəyə minməli imiş. Ancaq 19 iyun 2021-ci il tarixdə o, şəhərdə olarkən atası Ələddin ona zəng edib, harada olduğunu soruşduqda, atasına Bakı hava limanına getmək üzrə olduğunu bildirmişdir. Ancaq atası ona qardaşı Mahirin əşyaları hava limanına aparmaq üçün özünün avtomobilinə qoymaq adı ilə götürdüyünü, eləcə də içərisində satdığı mənzilin pulu olan 125000 avro olan çantanı da götürüb, aradan çıxdığını bildirmişdir. Ona görə də o, mənzilə qayıtmışdır. O, polisə xəbər vermək istədikdə atası Ələddin bu işi özünün qaydaya qoyacağını bildirmiş, sonra isə öz adından DİN-nin 102 xidmətinə zəng edərək, Mahirin onun adına olan mənzilin satışından əldə edilmiş 125000 avronu oğurladığını bildirmişdir. Sonrakı günlərdə Mahir polis tərəfindən saxlanılsa da ona həmin məbləğ qaytarılmamışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəyən zərər ödənilməmişdir, Mahirdən pulu qaytarmasını tələb edir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs X4 bildirdi ki, Bakı şəhərində onun anasına məxsus 1 mənzil və nənəsinə məxsus olan 1 ev olmuş, onlar həmin mənzilləri satıb Moskavada başqa mənzil almışlar. Daha sonra da Moskvada olan mənzili satıb yenidən Bakıda mənzil almışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs onun qeyri-rəsmi nikahda olduğu həyat yoldaşının oğludur. Şahid1 ilə 1979-cu ildən evlidir. Ancaq nigahları rəsmi olaraq qeydə alınmamışdır. Həmin evlilikdən Lyudmila adı qızları vardır. Ərinin əvvəlki nigahından Mahir və Mehman adlı oğulları vardır. 1995-ci ilədək əri Şahid1 ilə Bakı şəhərində yaşamışlar, sonra isə Rusiya Federasiyasına köçmüşlər. Hazırda əri Ələddinlə birlikdə Moskva vilayəti, Reutov şəhəri, Popovka küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Rusiyaya köçməmişdən əvvəl özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli evin 6-cı mərtəbəsində 3 otaqlı mənzili, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 11 ünvanında həyət evini satıb, Moskva vilayəti, Reutov şəhərində 30 sot torpaq sahəsində tikilmiş həyət evi almışlar. Sonrakı müddətlərdə həmin 30 sot torpaq sahəsində olan evi satdıqdan sonra, əldə etdikləri pulla ünvan 12 ünvanında bir ədəd 2 otaqlı (71 saylı) və bir ədəd 3 otaqlı (82 saylı) mənzil almışlar. Səhv etmirsə həmin 82 saylı 3 otaqlı mənzil 2018-ci ildə qızı Lyudmilanın adına keçirilmişdir. Həmin vaxt 63 saylı 2 otaqlı mənzili isə satmışlar. Yəni həmin əmlakın hamısı ona məxsus olan Moskva vilayəti, Reutov şəhərində 30 sot torpaq sahəsinin satışından əldə edilmiş pul vəsaiti ilə alınmışdır. 2021-ci il iyun ayının əvvəllərində qızı Lyudmila ona məxsus ünvan 13 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın birinci girişinin 15-ci mərtəbəsində yerləşən 121 kv/m, 3 otaqdan ibarət 82 saylı mənzili satmaq qərarına gəlmişdir. Buna görə də qızı Lyudmila, o, əri Şahid1, nəvəsi Ruslana ilə birlikdə daimi yaşadıqları Rusiya Federasiyası Moskva vilayətindən Bakı şəhərinə gəlmişlər. Mənzili satanadək həmin şəxslərlə birlikdə həmin mənzildə yaşamışlar. Onlar 2021-ci il iyun ayının əvvəllərində Bakı şəhərinə gələndə onları ögey oğlu, yəni əri Ələddinin birinci arvadından olan oğlu Təqsirləndirilən şəxs qarşılamış və Bakı şəhərində olduqları müddətdə, mütəmadi olaraq onlarla təmasda olmuşdur. Qızı Lyudmila mənzili satarkən Lyudmila rus dilli olduğundan, sənədləşmə aparılarkən çətinlik çəkməmək üçün özü Azərbaycan dilini başa düşdüyündən Lyudmila həmin mənzilin satılması üçün ona etibarnamə vermişdir. Bundan sonra o, həmin mənzili 17 iyun 2021-ci il tarixdə Amin adlı şəxsə 260000 manata satmışdır. Sonra isə Rusiya Federasiyasına aparmaq üçün həmin pulu və özlərində olan Azərbaycan manatlarını da banka verib 125000 avro və 13000 ABŞ dolları almışlar. Banka əri Ələddin, o və Mahir birlikdə getmişlər. 20 iyun 2021-ci il tarixdə gecə o, əri Ələddin, qızı Lyudmila və nəvəsi Bakı şəhərindən Moskva şəhərinə uçmalı imişlər. 19 iyun 2021-ci il tarixdə qızı Lyudmila axşam üstü şəxsi işi ilə əlaqədar Bakı şəhərinə çıxmış və birbaşa hava limanına gəlməli imiş. 19 iyun 2021-ci il tarixdə saat 23 radələrində Mahir onların əşyaları olan çamadanları özü idarə etdiyi avtomobilə qoymaq üçün mənzildən aşağı düşürmüşdür. Çamadanları avtomobilə yerləşdirdikdən sonra Mahir mənzilə qalxmışdır. Onlar mənzili satdıqları pulu və özlərində olan pulları avro və dollara Mahir ilə birlikdə dəyişdirmişlər. Mənzili satdıqları 125000 avro pulun hamısı bir qadın çantasında olmuşdur. Hava limanına getməyə bir müddət qalmış, yəni saat 23:30 radələrində mənzildən çıxmağa hazırlaşdıqda Mahir onlardan qabaq mənzildən çıxmışdır. Onlar mənzildən çıxarkən, pullar olan çantanı tapa bilmədikdə, onlar Mahirin həmin pul olan çantanı avtomobilinə qoymaq üçün digər çamadanlarla birlikdə götürdüyünü zənn etmişlər. Lakin mənzilin qapısını bağlayıb həyətə düşdükdə, nə Mahiri, nə də avtomobilini həyətdə görməmişlər. Mahirin istifadəsində olan mobil telefona zəng etdikdə telefona zəng çatmamışdır. Onda başa düşmüşlər ki, Mahir çamadanları avtomobilə yükləmək adı ilə içərisində pul olan çantanı da aparmışdır. Ona görə də əri Ələddin bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bir daha bildirir ki, Mahirin oğurladığı pul qızı Lyudmilaya məxsus mənzilin satılmasından əldə edilmiş puldur və qızı Lyudmilaya məxsusdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirdi ki, Mahir çantaları maşına aparanda onlar yuxarıda mənzildə olmuş, içində pul olan çanta evdə digər çantaların üzərində olmuş, o, Mahirin pul olan çantanı maşına aparmasını görməmişdir. Mahir bizneslə məşğul olmamışdır və həmin evi biznesdən əldə etdiyi gəlirlə almasını deməsi doğru deyildir. İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid1 göstərmişdir ki, həyat yoldaşı Karine, qızı Lyudmila və nəvəsi Ruslana ilə Rusiya Federasiyanın Moskva şəhərində yaşayır. Təxminən 2 həftə olar ki, Bakı şəhərinə qonaq gəlmişlər. Qızı Lyudmilanın adına olan ünvan 14 ünvanda yaşamışlar. Onlar həmin mənzili satıb, Moskva şəhərin qayıtmalı imişlər. 17 may 2021ci il tarixdə həmin mənzili Şahid5 adlı şəxsə 260000 manata satmışlar. Mənzil qızı Lyudmilanın adına olsa da, həyat yoldaşı Karinenin adına etibarnamə verdiyi üçün alqısatqı müqaviləsi həyat yoldaşı Karine ilə Şahid5 arasında bağlanmışdır. Yeni mənzil sahibindən iyun ayının 19-na qədər mənzildə yaşamaq üçün vaxt istəmişlər. Mənzilin yeni sahibi Amin bununla razılaşmışdır. Onları Moskva şəhərinə aparacaq təyyarə 20 iyun 2021-ci il gecə saat 03:15-də hava limanından qalxmalı imiş. 19 iyun saat 23 radələrində Təbriz küçəsi ev 63, mənzil 82 saylı ünvanda hava limanına getməyə hazırlaşan zaman mənzildə yoldaşı və nəvəsindən başqa Bakı şəhərində yaşayan oğlu Təqsirləndirilən şəxs də olmuşdur. Mahir əvvəllər Moskva şəhərində yaşamış, təxminən 2 il əvvəl Bakı şəhərinə köçmüşdür. Onlar hər dəfə Bakı şəhərinə qonaq gələndə Mahir onları qarşılayıb, yola salmışdır. Bu dəfə də onlar Bakı şəhərində hara gedirmişlərsə, Mahirlə birlikdə onun idarə etdiyi “Mersedes Vito” markalı **-XK-*** qeydiyyat nişalı avtomobil ilə getmişlər. 19 iyun 2021-ci il tarixdə saat 23 radələrində Mahir onların əşyaları olan çamadanları öz idarə etdiyi avtomobilə qoymaq üçün mənzildən aşağı düşmüşdür. Çamadanları avtomobilə yerləşdirdikdən sonra Mahir mənzilə qalxmışdır. Onlar mənzili satdıqları pulu və özündə olan pulları avro və dollara Mahir ilə birlikdə dəyişmişlər. Satdıqları mənzilin pulu olan 125000 avro pulun hamısı bir qadın çantasında olmuşdur. Hava limanına getmələrinə bir müddət qalmış, yəni saat 23:30 radələrində mənzildən çıxmağa hazırlaşmışlar. Mahir onlardan qabaq mənzildən çıxmışdır. Onlar mənzildən çıxarkən, pullar olan çantanı tapa bilməmişlər. Düşünmüşlər ki, Mahir həmin pul olan çantanı avtomobilinə qoymaq üçün digər çamadanlarla birlikdə götürmüşdür. Lakin mənzilin qapısını bağlayıb həyətə düşdükdə, Mahiri və onun avtomobilini həyətdə görməmişlər. Mahirin istifadəsində olan mobil telefona zəng etdikdə telefona zəng çatmamışdır. Onda başa düşmüşdür ki, Mahir çamadanları avtomobilə yükləmək adı ilə içərisində pul olan çantanı da aparmışdır. O, bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. İyun ayının 22-si saat 01 radələrində onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs ailə tanışları Emil adlı şəxs olmuş, Emil ona Mahirin taksi vasitəsilə onların əyşalarnıı göndərdiyini demişdir. O da Emilin qaldığı “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən evinə getmişdir. Əşyaları gətirən taksi sürücüsü onlara bildirmişdir ki, Mahir həmin əşyaları “Şamaxinka” adlanan yerdə onun avtomobilinə yükləmişdir. Bütün çamadanlar və qadın çantalarını Mahir taksi vasitəsilə göndərmişdir. Lakin qadın çantasının içərisində olan 125000 avro pul olmamışdır. O, Mahirin dostları Eldar və Tahir adlı şəxslərlə əlaqə saxladıqdan sonra, Mahir ona Eldarın nömrəsindən, yəni ***-***-**-** saylı mobil nömrədən zəng edərək, 22 iyun 2021-ci il tarixdə onunla görüşəcəyini, ona 40000 avro pul qaytara biləcəyini bildirərək, ondan polisə verdiyi şikayəti geri çəkməsini istəmişdir. Sonra isə yenidən telefon əlaqəsi saxlayaraq, ümumiyyətlə ona pul qaytarmayacağını bildirmişdir. Sonra isə ona zəng etməmişdir. Şahid5 adlı şəxsə 260000 manata satdıqları ünvan 15 ünvanında yerləşən binada yerləşən üç otalı 82 saylı mənzili və həmin binada yerləşən iki otaqlı 71 saylı mənzili təxminən 2013-2014-cü illərdə öz adına "xxxx" MTK-dan almışdır. Sonrakı müddətlərdə 71 saylı 2 otaqlı mənzili satmış, 82 saylı 3 otaqlı mənzili isə qızı Lyudmilanın adına keçirmişdir. Yəni həmin mənzilləri əvvəlcə o, özü almış, sonra isə birini satıb, digərini isə qızı Lyudmilanın adına keçirmişdir. Bunun üçün qızı Lyudmila ona hər hansı bir məbləğdə pul verməmişdir. Oğlu Təqsirləndirilən şəxs ona evsiz olduğunu və müxtəlif şəxlərə borcu olduğunu bildirməmiş, o da Mahirə qızı Lyudmilanın adına olan mənzili satdıqdan sonra ona ev alacağını, borclarını ödəyəcəyini deməmişdir. Bununla belə oğlu Mahir ondan 10000 ABŞ dolları istəmişdir. Həmin 10000 ABŞ dollarını da hava limanında Mahirə vermək üçün başqa çantaya qoymuşdur. O, 1995-ci ildə Rusiya Federasiyasına köçməmişdən əvvəl onun Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında, R.Rüstəmov küçəsində, 5 mərtəbəli evin, 2-ci mərtəbəsində öz adına olan iki otaqlı mənzili, yoldaşı Karinenin adına Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 9 mərtəbəli evin 6-cı mərtəbəsində 3 otaqlı mənzili və Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, ünvan 11 ünvanında həyət evi olmuşdur. O, həmin mənzilləri və evi satıb, Moskva vilayəti, Reutov şəhərində 30 sot torpaq sahəsində tikilmiş həyət evi almışdır. Sonrakı müddətlərdə həmin 30 sot torpaq sahəsində olan evi satdıqdan sonra, əldə etdiyi pulla həmin şəhərdə bir həyət evi və Bakı şəhəri, Təbriz küçəsi ev 63 ünvanında bir ədəd 2 otaqlı (mənzil 71) və bir ədəd 3 otaqlı (82 saylı mənzil) almışdır. Yəni həmin əmlakın hamısı öz vəsaiti hesabına alınmışdır. Cinayət işi üzrə əlavə olaraq dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası, Moskva şəhərində yazdığı və notarial qaydada istintaqa ünvanladığı ərizədə göstərilənləri təsdiq edir. Belə ki, ilkin ifadəsində qızı Lyudmilanın adına olan ünvan 14 ünvanda olan mənzili 2021-ci ilin may ayının 17-də Şahid5 adlı şəxsə 260000 manata satdıqlarını göstərməklə, həmin məbləğin 125000 avrosunu həmin mənzildə olan çanta ilə birlikdə 19 iyun 2021-ci il tarixdə saat 23 radələrində oğlu Mahir tərəfindən oğurlandığını göstərmişdir. Həmin mənzilin onun tərəfindən ona məxsus vəsait hesabına alındığını, mənzil Lyudmilanın adına keçirilsə də Lyudmilanın buna görə ona hər hansı bir məbləğdə ödəniş etmədiyini göstərməklə oğurluq nəticəsində maddi zərərin özünə dəydiyini bildirməklə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaq istədiyindən həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmişdir. Lakin, həmin mənzili Lyudmilanın anası Şahid3 məxsus Moskva vilayətində olan əmlakın satışından əldə olan vəsaitin hesabına almışdır. Sonradan isə Karine və onun qızı Zərərçəkmiş şəxs adına keçirmişdir. Lyudmila buna görə də ona hər hansı bir ödəniş etməsə də, əmlak onun anasının vəsaiti hesabına alınmışdır və həmin mənzil 2021-ci ilin may ayının 17-də Şahid5 adlı şəxsə 260000 manata satılmamışdan əvvəl faktiki və hüquqi olaraq qızı Zərərçəkmiş şəxs məxsus olmuşdur. Ona görə də həmin mənzilin satışından əldə edilmiş 260000 manat qızı Zərərçəkmiş şəxs məxsus olmuşdur. Buna görədə hesab edir ki, həmin mənzilin satışından əldə edilmiş 125000 avronun Mahir tərəfindən oğurlanması nəticəsində maddi zərər faktiki olaraq qızı Zərərçəkmiş şəxs dəydiyindən iş üzrə Lyudmila zərərçəkmiş şəxs olaraq tanınmalıdır (cild 1, iş vərəq 49- 53; cild 2, iş vərəq 18-21). İbtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Şahid2 göstərmişdir ki, o, 2008-ci ildən Zərərçəkmiş şəxs tanımış və qeyrirəsmi Rusiya Federasiyasının Moskva şəhərində birlikdə yaşamışlar. Daha sonra təxminən 2012-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində rəsmi nigaha daxil olmuşlar. Bundan sonra ya o, Moskva şəhərinə getmiş, ya da ki, Lyudmila Bakı şəhərinə gəlmişdir. Lyudmilanın anasının adına Moskva vilayətində olan torpaq sahəsini baha qiymətə satdıqdan sonra onlar 2013-cü ildə ünvan 16 ünvanında iki mənzil almışlar. Səhv eləmirsə əvvəldən bir mənzil Lyudmilanın, digəri isə atası Ələddinin adına olmuşdur. 71 saylı mənzil 13-cü mərtəbədə iki otaqdan, 82 saylı mənzil isə 15-ci mərtəbədə üç otaqdan ibarət olmuşdur. 2018-ci ildə onlar 71 saylı mənzili satmış və həmin vaxtda 82 saylı mənzilə rəsmi olaraq Lyudmilanın adına texniki pasport almışlar. Lyudmila 2021-ci ildə Moskva şəhərində gözəllik salonu açmaq üçün pul lazım olduğunu və Bakı şəhərinə gəlib, adına olan həmin mənzili satmaq istədiyini bildirmişdir. O da Lyudmila ilə rəsmi nikahda olduğundan, evin satılması üçün razılıq sənədini verə biləcəyini bildirmişdir. Lyudmila, qızları Ruslana, Lyudmilanın anası Karine və atası Ələddin 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhərinə gəlmişlər. Onları hava limanından Ələddinin başqa qadından olan oğlu Mahir qarşılamışdır. Onlar Bakıya gəldikdən sonra, satmaq istədikləri Nərimanov rayonu, Təbriz küçəsi ev 63, mənzil 82 ünvanında yaşamışlar. O, həmin mənzilin satılması üçün razılıq sənədi vermişdir. Daha sonra Lyudmila anası Karineyə evin satılması üçün etibarnamə vermişdir. O, Lyudmila ilə bundan sonra evin alqı-satqısında iştirak etməyərək, qızları Ruslana ilə birlikdə Azərbaycanın müxtəlif rayonlarında istirahət etməyə getmişlər. Həmin mənzili Amin adlı şəxsə 260000 manat pula satmışlar. Lakin mənzil satılanda və həmin mənzilin pulunu avroya dəyişiləndə o və Lyudmila həmin proseslərdə iştirak etməmişlər. Sonuncu gün yəni 19 iyun 2021-ci il tarixdə o, Lyudmila və qızları Ruslana ilə birlikdə Bakı şəhərində gəzirmişlər. Onların 20 iyun 2021-ci il tarix saat 03:15-də Moskva şəhərinə qayıtmaları üçün biletləri olmuşdur. Onlar Ələddin və Karine ilə hava limanında görüşməli imişlər. Ələddin və Karineni Mahir hava limanına aparmalı imiş. Lakin 19 iyun 2021-ci il tarixdə saat təxminən 23 radələrində Ələddin Lyudmilaya zəng edərək, Mahirin pulu oğurladığını və hava limanına yox, mənzilə qayıtmaqlarını istəmişdir. Onlar da bundan sonra Nərimanov rayonu, Təbriz küçəsi ev 63, mənzil 82 ünvanına getmişlər. Orada ona məlum olmuşdur ki, Mahir yük çamadanları və pul olan çantanı avtomobilə daşıyıb, sonra isə sürüb oradan uzaqlaşıb getmişdir. Bundan sonra Ələddin DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir (cild 1, iş vərəq 145-147). Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki tanıyır, onunla yaxın dost münasibəti olmuşdur. Təqsirləndirilən şəxs 21 iyun 2021-ci il tarixdə günorta radələrində onun istifadəsində olan mobil nömrəyə öz istifadəsində olan mobil nömrədən zəng edərək “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda görüşmək istədiyini və özünü axtaran olsa hamıya avtomobilini satmaq üçün Gəncə şəhərinə getdiyini deməyini хаһiş etmişdir. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs atası Ələddin ona zəng edərək Mahiri axtardığını demiş, o da Mahirin xahişini nəzərə alaraq, X19 şəhərinə avtomobilini satmaq üçün getdiyini demişdir. Bundan təxminən bir saat sonra o, Mahirlə “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda görüşmüşlər. Mahir avtomobilsiz gəlmişdir. O, Mahirə atası Ələddinin onu axtardığını demiş və mobil telefonunu Mahirə uzadıb atası ilə danışmağını istəmişdir. Mahir də onun mobil telefonunu götürüb, bir qədər kənara çəkilib atası ilə nəsə danışmış, lakin o, Mahirin atası ilə nə danışığını eşitməmişdir. Mahir atası ilə danışıb qurtardıqdan sonra axtaran olsa hamıya Gəncə şəhərində olduğunu deməyini xahiş etmişdir. Onunla isə daha sonra əlaqə saxlayıb, һəг şeyi ətraflı danışacağını demişdir. Bundan sonra onlar ayrılmışlar. Daha sonra Mahirin atası ona zəng edib Mahirin nə etdiyini bilib-bilmədiyimi soruşmuş, o da məlumatının olmadığını bildirmişdir. Ələddin Mahirin evdən digər əşyalarla birlikdə 100000 avrodan çox pul götürdüyünü demiş, o da Mahirin atasına bu barədə məlumatının olmadığını bildirmişdir. Həqiqətən də onun həmin ana qədər bu barədə məlumatı olmamış, ilk dəfə Mahirin pul oğurlamasını atasından eşitmişdir. Bundan sonra 23 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində gizli nömrədən onun mobil nömrəsinə zəng gəlmiş, telefonu açdıqda telefonda danışanın Mahir olduğunu anlamışdır. Mahir ona atası Ələddinə zəng etdiyini, lakin atasının onun zənginə cavab vermədiyini bildirmişdir. O da Mahirə atasına zəng edib, Mahirin zəng etdiyini və telefonu açmasını deyəcəyini bildirmişdir. Bundan sonra mobil telefon nömrəsi ilə Mahirin atası Ələddinin istifadəsində olan mobil nömrəsinə zəng etmiş, Ələddin kişiyə gizli nömrədən Mahirin zəng elədiyini və telefon zənginə cavab verməsini istəmişdir. Ələddin kişi də onunla razılaşıb sağollaşmışdır. Bundan başqa qaynı Tahir də ona bir neçə dəfə zəng edərək, Mahir barədə məlumatının olub-olmadığını soruşmuş, o da Tahirə məlumatının olmadığını bildirmişdir. Sonrakı müddətdə o, Mahirin ögey bacısı Lyudmilanın adına olan mənzilin satışından əldə edilmiş pulu götürdüyünü və həmin pulun Mahirin və atasının birgə biznesindən əldə olunduğunu Mahirdən eşitmişdir. Ancaq həmin pulla Mahirin nə etdiyini, hara xərclədiyini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Şahid1, övladları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onların ailə dostu və uzaq qohumudur. 21 iyun 2021-ci il tarixdə 21 iyun 2021-ci il tarixdə, səhər saatlarında Şahid1 ona zəng edərək Mahirin harada olduğunu soruşmuş gecə saatlarında isə onun mobil telefonuna tanımadığı mobil telefon nömrəsindən zəng gəlmişdir. Zəng edən şəxs taksi sürücüsü olduğunu bildirərək, Mahir adlı şəxsin onun taksisinə “Şamaxinka” adlanan yerdə içərisində əşyalar olan yol çantaları və qadın əl çantası yükləyərək, həmin əşyaları ona verməsini istədiyini demişdir. Taksi sürücüsünün deməsinə görə, o, həmin əşyaları Mahirin atası Ələddinə verməli imiş. O da öz növbəsində Mahirin atası Şahid1 zəng edib, bu barədə ona bildirmişdir. Bundan sonra həmin taksi sürücüsü deyilən ünvana, yəni onun yaşadığı evin qarşısına gəlmişdir. Demək olar ki, Şahid1 də taksi sürücüsü ilə eyni vaxtda gələrək, həmin taksidən Mahirin göndərdiyi bir neçə yol çantasını və qadın əl çantasını götürərək aparmışdır. O, həmin yol çantalarını və əl çantasını açmamış və içərisində nə olduğunu bilmir. Şahid1 taksi sürücüsündən çantaları ona kimin və harada verdiyini soruşmuşdu. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, satılan ev Lyudmilaya aid olmuş, hadisədən 3 gün əvvəl Karine xanım ona zəng vurub Lyudmilanın evinin 280000 manata satıldığını demiş, Karine və Ələddin ev satıldıqdan sonra Mahirin 125000 avro pulun olduğu çantanın götürüb getdiyini bildirmiş, Mahir Karine və Lyudmilaya məlumat vermədən çantanı götürmüş, həmin pulun Ludmilaya aid olduğunu bildirmişər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə o, hal-hazırda adı Ali Hərbi Məktəbi olan Bakı Ali Hərbi Dənizçilik məktəbinə bir yerdə daxil olmuşlar. Onların əlaqəsi həmin vaxtdan yaranıb və indiyədək dost münasibəti qalıb. 2021-ci ilin 22 iyun tarixində yeznəsi Eldar ilə telefon əlaqəsi saxlayan zaman, Eldar ona ortaq dostları olan Mahirin atası Ələddinin ona zəng edərək, Mahirin evdən pulu xəbərsiz götürüb apardığını dediyini bildirmişdir. O da Mahirin istifadəsində olan mobil nömrəsinə zəng etmişdir. Mahirin telefon nömrəsi sönülü olmuşdur. Bundan sonra 23 iyun 2021-ci il tarixdə günorta saatlarında Mahir ona zəng edərək, günortadan sonra Əhmədli qəsəbəsində yerləşən “Bakı” kinoteatrının yaxınlığındakı çayxanalararın birində görüşmək istədiyini bildirmişdir. O, Mahirə Eldarın ona dedilərini bildirməklə, nə baş verdiyini soruşanda, Mahir həmin məsələnin atası ilə onun arasında olan məsələ olduğunu demişdir. 23 iyun 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən “Bakı” kinoteatrının yaxınlığında olan çayxanaların birində Mahir onun oturduğu masaya yaxınlaşaraq əyləşmişdir. O, Mahirdən nə baş verdiyini, niyə hamıdan gizləndiyini soruşmuşdur. Mahir yenə də ona bu məsələyə qarışmamagını, onunla atası arasında olan bir problem olduğunu demişdir. O, Mahirə bundan sonra nə edəcəyini soruşanda, Mahir ona problem olmasın deyə gedəcəyi yeri və planını deməmişdir. Lazım olsa, özü onu tapacağını bildirmişdir. Sonrakı müddətdə o, Mahirin ögey bacısı Lyudmilanın adına olan mənzilin satışından əldə edilmiş pulu götürdüyünü və həmin pulun Mahirin və atasının birgə biznesindən əldə olunduğunu eşitmişdir. Ancaq həmin pulla Mahirin nə etdiyini, hara xərclədiyini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, özünə mənzil almaq istəmiş, Rusiya Federasiyası, Moskva vilayətində yaşayan tanışları Şahid1 və arvadı Şahid3 ünvan 6 ünvanında olan 3 otaqlı mənzilini satmaq istədiklərini eşitmişdir. Onlarla əlaqə saxladıqda, Şahid3 ona bildirmişdir ki, həqiqətən də həmin ünvanda olan mənzili satmaq istəyirlər. Ancaq “Covid 19”-la əlaqədar Bakı şəhərinə gələ bilmirlər. Sonrakı müddətdə, yəni 2021-ci ilin iyun ayında Şahid3 əri Şahid1lə birlikdə Bakı şəhərinə gəldikdə o, Şahid3 əri Şahid1 və qızı Lyudmila ilə görüşmüşdür. Onlar həmin mənzilin Lyudmilanın adına olduğunu və satmaq istədiklərini bildirmişlər. Aralarında danışaraq həmin mənzili 287000 manat olaraq qiymətləndirmişlər. Mənzilin mülkiyyətçisi Lyudmilanın anası Şahid3 verdiyi etibarnamə əsasında Şahid3 onunla birlikdə 17 iyun 2021-ci il tarixdə “Koroğlu” metrostansiyasmın yaxınlığında yerləşən ASAN xidmətə gedərək, orada mənzilin alqı-satqısını rəsmiləşdirmişlər. Mənzilin pulunu da notarius vasitəsi ilə həmin ASAN xidmətdə olan kassaya ödəmişdir. Onun aldığı ünvan 6 ünvanında olan 3 otaqlı mənzil o, həmin mənzili alan vaxt Zərərçəkmiş şəxs Ələdin qızının mülkiyyətində olmuşdur. Hazırda həmin mənzildə yaşayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 26.06.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs ifadəsini təsdiq etməyərək Bakı şəhərində olan 2 mənzilini və bir həyət evini satdıqdan sonra Moskva vilayətində 30 sot torpaq sahəsi olan ev aldığını, sonra isə həmin evi satıb Moskva vilayətində həyət evi və ünvan 18 ünvanda tikilmiş bir iki otaqlı (71 saylı) mənzil və bir 3 otaqlı (82 saylı) mənzil almasını, Mahirin həmin mənzillərin alınmasında pul verməməsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 84-88). İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının AZN məzənnələrinə dair https://cbar.az/currencies/18.06.2021.xml-dən çıxarışdan görünür ki, həmin tarixə 1 Avro 2.0259 manat kurs təşkil edir (cild 1, iş vərəqi 90). İşdə olan Azərbaycan Respublikası Mərkəzi Bankının AZN məzənnələrinə dair https://cbar.az/currencies/21.06.2021.xml-dən saytından çıxarışdan görünür ki, həmin tarixə 1 Avro 2.0161 manat kurs təşkil edir (cild 1, iş vərəqi 89). İşdə olan və məhkəmədə tədqiq edilmiş 27.06.2021-ci il tarixli axtarış və götürülmə aparılmasına dair protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs götürdüyü 125000 avronun aşkar edilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 104, 52 nömrəli mənzildə axtarış aparılmış, axtarış aparılarkən mənzildən hər hansı məbləğdə pul, qiymətli əşya, predmet aşkar edilməmiş və götürülməmişdir (cild 1, iş vərəqi 108-112). İşdə olan "xxxx" MTK üzvlərinin ümumi iclasının 31.05.2018-ci il tarixli, Xİİ №-li protokolundan çıxarışından görünür ki, Zərərçəkmiş şəxs Əlləddin qızı kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi məhəllə 855, ev 63, giriş 1, mərtəbə 14-də yaşayış sahəsi 121 kv.m olan 3 otaqlı 82 №-li mənzilin payçısı olması təsdiq edilmişdir (cild 1, iş vərəqi 119-120). İşdə olan 50 AБ ******* nömrəli, 02 iyul 2021-ci il tarixdə reyestrdə qeydiyyatdan keçirilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, 2013-cü il tarixdə, Şahid1 və Şahid3, qeydiyyatdan keçmiş nikahda olmayaraq, Şahid3 əmlakını, məhz: Moskva vilayəti, Reutov ş., Popovka küç., ev 12 ünvanında yerləşən torpağı və evi satmaq qərarına gəlmişlər. Əmlakın satılmasından əldə edilmiş pul vəsaitinə Şahid3, onların birgə qızının həyat keyfiyyətinin yaxşılaşdırılması üçün Moskva şəhərində, həmçinin Azərbaycan Respublikasında (ünvan 19 ünvanda yerləşən üç otaqlı mənzil onların birgə qızı Zərərçəkmiş şəxs məxsusdur. Nə Şahid1, nə də Şahid3, nə də onun digər xanımdan olan oğlu Təqsirləndirilən şəxs bu mənzilə və bu mənzilin satışından əldə olunmuş pul vəsaitinə dair heç bir hüquqa malik deyillər. Zərərçəkmiş şəxs öz mülahizəsilə adı çəkilən mənzilin mülkiyyət və istifadə hüquqlarını həyata keçirir və müstəqil olaraq mənzil və bu mənzilin satışından alınmış pul vəsaiti üzərində sərəncam verir (cild 1, iş vərəqi 139-142). İşdə olan və məhkəmədə tədqiq edilmiş 10.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ifadələrində ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs tam pay hüququ ilə özünün xüsusi mülkiyyətində olan Bakı şəhəri, Təbriz küç., ev 63, mənzil 82 ünvanda yerləşən üç otaqlı mənzilin satışından əldə edilmiş 125000 avro pulun Mahir tərəfindən oğurlandığını Təqsirləndirilən şəxs qarşı bildirməklə ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 153-158). İşdə olan və məhkəmədə tədqiq edilmiş Daşınmaz Əmlakın Alqı-Satqısı üzrə 17.06.2021-ci il tarixli AN-İ ******* nömrəli müqaviləsinin surətindən görünür ki, satıcı Zərərçəkmiş şəxs adından etibar edilən Şahid3 ünvan 20 ünvanında yerləşən mənzili 264000 manat məbləğində alıcı X1 və sonuncu həmin məbləğdə pulu almışdır (cild 1, iş vərəqi 174-175). İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 20 ünvanında yerləşən sahəsi 113,70 kvadratmetr olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs tam pay hüququ ilə mənsubdur (cild 1, iş vərəqi 176). İşdə olan 17.06.2021-ci il tarixli etibarnamənin və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, etibar edən Zərərçəkmiş şəxs tərəfindən etibar edilən Şahid3 AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24.09.2019-cu il tarixdə verlimiş reyestr nömrəsi **********02-05301-093012, qeydiyyat nomrəsi ********** olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 855-ci məhəllə, ev 63, mənzil 82, yeni qaydalarla Az 1072, ünvan 22 ünvanında yerləşən mənzili satmağı, buna dair notariat ofislərində alqı-satqı müqaviləsi bağlamağı, əqd üzrə haqq-hesab aparmağı, müqavilədə göstərilən məbləği bankdan almağı, sənədlərdə imza etməyi, sənədləri təqdim edib, almağı, ərizə verməyi, rüsum ödəməyi, eləcə də istənilən banklarda onun adından köçürmə əməliyyatlarını yetirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri etməyi etibar etmişdir (cild 1, iş vərəqi 182-183). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim edilmiş sənədlərin götürülməsi haqqında 13.07.2021-ci il tarixli protokoldan görünür ki, vəkil Nümayəndə təqdim etdiyi “Dəbbə pulu barədə razılaşma № 2”-ni və Azərbaycan dilinə tərcümə edilmiş nüsxəsi cinayət işinə əlavə edilmişdir. Həmin razılaşmaya görə borclu X5 31.01.2013-cü il tarixli torpaq sahəsinin alqı-satqısı müqaviləsinə müvafiq olaraq alqısatqı müqaviləsinin imzalanması tarixindən 30 gün ərzində müqavilənin predmeti olan ********* rubl məbləğində müqavilə dəyərini kreditor Şahid3 ödəməlidir (cild 1, iş vərəqi 191-203). İşdə olan 19.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 221-222). İşdə olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 19.07.2021-ci il tarixli, 83380-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 1, iş vərəqi 234-235). İşdə olan vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin 22.07.2021-ci il tarixli məktubundan görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Təqsirləndirilən şəxs nikahı və övladları haqqında hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 241). İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi cinayətlərinin ibtidai araşdırılması baş idarəsinin 16.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında uçota alınması, habelə hər hansı müəssisənin rəhbəri və ya təsisçisi olması barədə məlumat yoxdur (cild 1, iş vərəqi 242). İşdə olan DİN Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin 02.08.2021-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı istintaqa “Ceyhun”, “Məmməd” adları ilə məlum olan şəxslərin soyadlarını, atalarının adlarını, ünvanlarını, eləcə də Təqsirləndirilən şəxs borcunu qaytardığı şəxsləri lombardın ünvanını və orda işləyən məsul şəxsi müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 243). İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 30.07.2021-ci il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs olunun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 1, iş vərəqi 249). İşdə olan Sabunçu RİHB-nin Maştağa üzrə nümayəndəliyinin verdiyi 30.09.2021ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Əlizadə X14 rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9-cu döngə, 4-cü keçid, ev 11 ünvanında pasport qeydiyyatsiz yaşayır və Maştağa qəsəbə nümayəndəliyinə Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır (cild 2, iş vərəqi 38). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 2-ci və 7-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs satılan ünvan 23 ünvanda yerləşən 3 otaqlı mənzilin onun, qardaşının və atasının birgə biznesdən əldə etdikləri qazanc hesabına almaları, yəni həmin mənzildə onun payının olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunan bütün sübutların məcmusundan görünür ki, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs tam pay hüququ ilə mənsub olmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etməsi kifayət qədər sübuta yetirilir, o, həmin cinayəti törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Qazax Rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli hökmündən və Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 12.07.2021-ci il tarixli, 21-1/3-4296 nöməli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nın 318.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat cərimə cəzasını tam ödədiyi üçün 29.06.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqi iş vərəqi 127-128, 159, 237-240). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə cəzanı çəkib qurtardığı gündən bir il keçmədiyinə görə, məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivi n müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən hər iki səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində 27 iyun 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həmin gün həbsdən azad edilmişdir (cild 1, iş vərəqi 67,96-98, 100-101; cild 2, iş vərəqi 96-99). Məhkəmə qanunun qeyd edilən tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin ediləcək cəzadan çıxılmalı və cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu gündən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və ekspertiza xərci toxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar