Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-258/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan adını bilmədiyi, üzünü görmədiyi şəxslə əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 00:20-də əvvəldən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən qoyulmuş, Binəqədi rayonu, Baksol yolu, Dağlar kafesinin yaxınlığında zibil qutularının qarşısında yerdən götürüb əldə etdiyi 07 ədəd şəffaf rəngli sellefona bükümü, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi, 0,396 qram, 0,606 qram, 0,917 qram, 0,440 qram, 0,445 qram, 0,450 qram, 0,081 qram külli miqdarda ümumi təmiz çəkisi 3,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 02 ədəd ağ rəngli kağıza bükülmüş hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,387 qram və 0,151 qram ümumi təmiz çəkisi 0,538 qram ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 01:00-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda “Dağlar” kafesinin qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş, orada xidməti otaqların birində saat 03:30-da onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli parça materialdan olan cins gödəkçənin sol iç yan cibindən '‘KENT” sözü yazılan siqaret qutusunun içərisindən 07 ədəd şəffaf rəngli sellefona bükülü hər birinin ayrı-ayrılıqda təmiz çəkisi, 0,396 qram, 0,606 qram, 0,917 qram, 0,440 qram, 0,445 qram, 0,450 qram, 0,081 qram külli miqdarda ümumi təmiz çəkisi 3,335 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd ağ rəngli kağıza bükülmüş hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,387 qram və 0,151 qram, ümumi təmiz çəkisi 0,538 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, psixotrop maddə metamfetamin, həmçinin bir ədəd dairəvi formalı şüşə əşya və üzərində metamfetamin izləri olan 1 manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən təxminən 4-5 aydır ki istifadə edir. Narkotik vasitə kimi əsasən «kokos» adı ilə tanıdığı heroindən və «patı» adı ilə tanıdığı metamfetamindən istifadə edir. Həmin narkotik vasitəni və psixotrop maddəni «whatsapp» proqramı vasitəsi ilə yazışaraq, tanımadığı şəxslərdən əldə etmişdir. Bütün həftə ərzində istifadə etmək məqsədi ilə bir dəfəyə təxminən 3-4 qram narkotik vasitə almışdır. O, adətən heroin və metamfetamini qarışdıraraq ikisini birlikdə istifadə edir. Tutulduğu gün həmişəki kimi həftəlik dozasını qoyulan yerdən götürüb, istifadə etmək üçün «Dağlar» kafesinin arxasına keçmiş, həmin maddəni istifadə edən zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Saxlanıldığı yerdə də polis işçiləri tərəfindən üzərinə baxış keçirilmiş, polislər baxış zamanı aldığı narkotik vasitələri aşkar etmişdir. Həmin narkotik vasitə və psixotrop maddə yanlış xatırlamırsa 7 bükümdən ibarət olmuşdur. O, həftədə bir dəfə, bütün həftəlik dozasını aldığı üçün, satıcı həmin «malları» bükümlərə ayırmışdır. Yəni o, narkotik vasitəni aldığı zaman onlar ayrıayrı bükümlər formasında olmuşdur. Narkotik vasitəni aldığı şəxs onun gündəlik istifadə dozasının nə qədər olduğunu bildiyi üçün, hazır bükümlər formasında qoymuşdur. O, narkotik vasitələri ayrı-ayrı bükümlərə ayırmamış, polis əməkdaşları onu saxlayan zaman, polislərə də bildirmişdir ki, narkotik vasitənin satışı ilə məşğul olmur, narkotik vasitənin istifadəçisidir, onu özü istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni əldə etdiyi şəxsi tanımır, onunla tanışlığı internet vasitəsi ilə olmuşdur, yəni həmin şəxslə yalnız yazışmışdır. Aldığı narkotik vasitənin ödənişini də elektron qaydada, bank kartı vasitəsilə ödəmişdir. Saxlanılığı zaman heç bir yerdə işləməmiş, tutulmamışdan 8-9 ay əvvəl «Socar»-da işləmişdir. Həftəlik narkotik vasitə almaq üçün təxminən 100-150 manat məbləğində pul ödəmiş, narkotik vasitəni əldə etməsi üçün pulu evdə valideyinlərindən almışdır. Narkotik vasitəni hər həftə öncədən nişanlanmış fərqli yerlərdən götürmüşdür. Alacağı narkotik vasitənin sifarişini qramla vermişdir. Narkotik vasitənin bükümlərdə olması, onu satan şəxsdən asılı olmuş, bəzən bütün həftəlik dozanı 1 bükümdə, bəzən isə gündəlik dozalara ayrılmış şəkildə, bir neçə bükümdə əldə etmişdir. Yəni bu, tamamilə satıcıdan asılı olan bir şey olmuşdur. Narkotik vasitəni özü tək istifadə etmiş, heç kimə satmamış, nə də heç kimə pay verməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, narkotik vasitəni aldığı şəxslə aralarında əvvəlcədən heç bir razılaşma olmamışdır. Ona narkotik vasitə satan şəxslərə də, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, gündəlik yarım qram narkotik vasitədən istifadə etmişdir. Tutulan zaman aldığı narkotik vasitə onun 5-6 günlük istifadəsi üçün nəzərdə tutulmuşdur. Narkotik vasitə qoyulduğu yerdə hazır bükümlər şəklində olmuş, həmin maddələri bükümlərə onu aldığı şəxs ayırmışdır. O, narkotik vasitəni alan zaman, həmin şəxsdən onları büküm halına salmasını xahiş etməmişdir. Üzərinə baxış keçirilən zaman bükümlərdən başqa, lampa da aşkar edilmişdir ki, həmin şüşə lampa narkotik vasitədən istifadə etmək üçün nəzərdə tutulmuşdur. Narkotik vasitəni satmaq məqsədi ilə heç bir kəslə danışıqlar aparmamışdır. Onu saxlayan zaman 4-5 nəfər polis əməkdaşı olmuş, o, gecə saatlarında, təxminən saat 00.30 radələrində saxlanılmış, saxlanılan zaman üzərinə baxış keçirilmişdir. O, narkotik vasitə metamfetamindən istifadə etdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu bölməyə apardıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitələri yenidən cibinə qoyub, video çəkiliş aparmaqla dövlət tərəfindən təyin olunmuş müdafiəçi gəldikdən sonra təkrar üzərinə baxış keçirilmiş, polis bölməsində olduğu zaman polis işçiləri tərəfindən ona qarşı heç bir təzyiq və təsir olmamışdır. O, narkotik vasitəni qoyulan yerdən götürdükdən çox az müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, adətən həftə ərzində bir dəfə narkotik vasitə almış, onun ümumi çəkisi təxminən 3-4 qram olmuşdur. Saxlanılan zaman ondan aşkar olunan narkotik vasitələrin ayrı-ayrı bükümlər vəziyyətində olmasının səbəbi, narkotik vasitəni aldığı şəxsin ona hazır, bölünmüş vəziyyətdə verməsi olmuşdur. Narkotik vasitəni mütəmadi olaraq aldığı üçün onu satan şəxs gündəlik istifadə dozasının nə qədər olduğunu bilmiş, buna görə də bəzən ayrı-ayrı bükümlər şəklində, bəzən isə bütov bir büküm şəklində satmışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 aprel 2022-ci il tarixdə qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi, istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, gəzdirməkdə, istifadə etməkdə və satışda şübhəli bilinən Təqsirləndirilən şəxs bir qədər müşahidə etdikdən sonra həmin tarixdə saat 01:00-da Bakı şəhəri Binəqədi rayonu Baksol yolunda «Dağlar» adlanan kafenin qarşısında saxlanılmış, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gətirilərək təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl şəxsə hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli parça materialından olan cins gödəkçəsinin sol iç yan cibindən üzərində «KENT” sözü yazılmış, əzilmiş, ağız hissəsi cırılmış, ağ və bir hissəsi göy rəngli siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxdıqda isə, içərisində 08 ədəd sellafon büküm, 01 ədəd kağız büküm, 01 ədəd üzərində iki deşiyi olan kiçik içi boş şüşə lampa başlığı, 01 ədəd bükülmüş 01 manatlıq əskinas aşkar edilmişdir. Həmin 06 ədəd sellafon büküm ilə 01 ədəd kağız bükümü açdıqda, içərisindən kəskin spesifik iyə malik açıq qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə oxşar kütlələr, 02 ədəd sellafon bükümü açdıqda içərisindən spesifik iyə malik şəffaf rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içində olan maddənin narkotik vasitə heroin və psixotrop maddə metafetamin olduğunu, onu Binəqədi rayonu Baksol yolunda zibilliyin yanından İran vətəndaşının atdığı yerdən götürdüyünü bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, saxlanılan şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından aldığını, İran İslam Respublikasının vətəndaşı ilə «whatsapp» vasitəsi ilə əlaqə saxlayaraq danışdıqlarını bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin satışı, alışı, istifadəsi, daşıması barədə olmuş, əməliyyat qrupunun rəhbəri o olmuşdur. Onlar Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında saxlamış, saxlanıldığı yerdə şəxsin üzərinə baxış keçirilməmişdir. «Dağlar» kafesi adlanan yerdə şəxsi kənardan müşahidə etdikdən sonra yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, şübhəli olduğunu bildirərək bölməyə dəvət etmişlər. Şəxs saxlanılan zaman «Dağlar» kafesinin qarşısında durmuş, əməliyyat tapşırığında iki nəfər şəxs iştirak etmişdir. O, saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsini görməmiş, polis bölməsində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından, «Whatsapp» proqramı vasitəsilə yazışaraq əldə etdiyini, satıcının narkotik vasitəni hansısa bir daşın altına və ya müəyyən edilmiş bir yerə qoyub, daha sonra «whatsapp» proqramı vasitəsi ilə həmin yerin şəkilini çəkərək ona atdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli parça materialdan olan cins gödəkçəsinin sol iç yan cibində olan üzərində böyük latın əlifbası ilə «KENT» sözü və azlatın əlifbası ilə «Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur» cümləsi yazılmış, əzilmiş, ağız hissəsi cırılmış, ağ və bir hissəsi göy rəngli siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, həmin şəxs üzərində hər hansı bir əşyanın olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması bildirildikdən sonra, onun üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuş, o, siqaret qutusunun içərisində olan 8 ədəd sellofan büküm, 1 ədəd kağız büküm, 1 ədəd üzərində iki deşiyi olan kiçik içi boş şüşə lampa başlığı, 1 ədəd bükülmüş 1 manatlıq əskinazı çıxarıb, həmin 6 ədəd sellofan bükümlə 1 ədəd kağız bükümdə olan maddələrin heroin olduğunu, 02 ədəd sellofan bükümdə olan paketlərin içərisində olan maddənin isə metamfetamin olduğunu bildirmişdir. Tədqiq edilən protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi soruşulduqda o, narkotik vasitədən istifadə etdiyini, həmin bükümləri xx.xx.2022-ci il tarixdə saxlanılmamışdan təxminən 40 dəqiqə əvvəl adını bilmədiyi, üzünü görmədiyi, özünü İran vətəndaşı kimi təqdim edən şəxslə əvvəldən razılaşdıqları kimi Binəqədi rayonu, Baksol yolunda zibilliyin yanına atıldığını və həmin yerdən götürərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Tədqiq olunan protokolla həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd sellofan bükümlə 1 ədəd kağız bükümdə olan maddələrin və 02 ədəd bükümdə olan maddələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə həmin bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürüləcəyi bildirilmiş, əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edildikdən sonra həmin bükümlər zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 173 nömrəli möhürü ilə möhürlənmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət, əlavə daxil olmadığı və vəsatət qaldırılmadığı bildirilmişdir (iş vərəqə: cild İ, səh. 30-33). Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «diskə baxış keçirilməsi haqqında» 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 aprel 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, «Diskə baxış keçirilməsi» haqqında 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, smslərin siyahısı və sms mətnləri, anten məlumatları qeyd olunmuşdur. Tədqiq olunan protokolda həmçinin qeyd olunmuşdur ki, 28.042022-ci il tarixdə **********59 nömrəli mobil telefonla aşağıdakı məzmunda sms yazışmaları olmuşdur: xx/xx/2022,00:58:30,**********34,**********59,Qaqam yığmısan esitmemiseme qadan alim uzurlu say zaryadqaya gore e xx/xx/2022,00:58:30,**********34,**********59,Qaqam yığmısan esitmemiseme qadan alim uzurlu say zaryadqaya gore e xx/xx/2022,00:58:30,**********34,**********59,ve qalxmisdim indi gördüm qaqam salamatciliqdi ordan xeber cixmiyib xx/xx/2022,00:58:30,**********34,**********59,ve qalxmisdim indi gördüm qaqam salamatciliqdi ordan xeber cixmiyib xx/xx/2022,00:58:31,**********34,**********59, e hələde qurban sene eli bosda gəlməy istəmirdim görüm neynirəm bu xx/xx/2022,00:58:31,**********34,**********59, e hələde qurban sene eli bosda gəlməy istəmirdim görüm neynirəm bu xx/xx/2022,00:58:32,**********34,**********59, elə deyir gözdə xəbər eliyirem qalmjsam bele xx/xx/2022,00:58:32,**********34,**********59, elə deyir gözdə xəbər eliyirem qalmjsam bele (iş vərəqə: cild İ, səh. 128) İbtidai istintaq zamanı "xxxx" MMC-dən əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və məhkəmə istinatqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə xx/xx/2022,13:08:04,**********34,**********79,Bir az sebrli guclu ol birce cetinliyimiz budu inwallah yaxwi olacaq evden paltar zad goturmuwem temanda hazirdi bawqa nese istiyirsense yazki gelende al xx/xx/2022,13:08:08,**********34,**********79,im gelim pul var narahat olma xx/xx/2022,13:31:47,**********79,**********34,Omrim sencun tema goturub gelecem yanina 1saata kimi basqa neyese ehtiyacin varsa yaz gelende alim getirim xx/xx/2022,00:15:25,**********34,**********79,Gellem omrum temaya gore gedirik razinden goturub pramoygellik xx/xx/2022,12:35:52,**********92,**********34,Səbiş neynediyivi fikifleşmisen? Pay ver deseydin..verecekdim..amma xx/xx/2022,12:35:53,**********92,**********34, meni agrida qoymag lazim deyildi..mene hormetsizlik etme xx/xx/2022,00:17:01,**********34,**********64,Qaqa yığırdim acmirrdi telefonu indi özü yazıb ki itder qovaliyirdi xx/xx/2022,00:17:02,**********34,**********64, qaçıb dedi alinsa xeber eliyecek xx/xx/2022,00:50:47,**********64,**********34, Qaqa 1 pa. 1 kola alinir xx/xx/2022,02:37:52,**********34,**********59,Qaqam senin qadan alaram yanimdaki usaq taksi isdiyir hem o getmeli xx/xx/2022,02:37:55,**********34,**********59,di telesir hemde pulu veren adam tez tez yığır getmeliyem qurban se xx/xx/2022,02:37:57,**********34,**********59,ne gec olar gəlməyin? xx/xx/2022,02:48:22,**********59,**********34,Qaqa səbirli ol mən sizdəndə cox tələsirəm əlimə kecsin uca uca gəl xx/xx/2022,02:48:23,**********59,**********34,əcəm xx/xx/2022,03:16:49,**********34,**********59,Qaqam salamatciliqdi? xx/xx/2022,03:24:45,**********13,**********34,Qaqa alinmirsa de alinmir ne olacaqki bel etmek sene yarasmir mende burda soyuqda seni gozdemeyim qaqam xx/xx/2022,04:04:41,**********34,**********13,Qaqam 15 deq insallah yanındayam məzmununda sms yazışmaları olmuşdur. Qeyd olunan sms yazışmaları ilə bağlı dövlət ittihamçısının sualına cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02:58:10-də ***-***-**-** saylı telefondan, ona məxsus ***-***-**-** saylı mobil nömrəyə gələn “Ac telefonu ağrıyıram işim var sənnən” mesajının kimdən gəldiyini xatırlamadığını, həmin sms-lərə cavab vermədiyini, həmin insanın ondan nə istəyini bilmədiyini, çox güman ki narkotik vasitə istədiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 00:50:47-də yazılmış “qaqa 1 pa. 1 kola alınır” mesajını onun yazdığını və narkotik vasitə almaq istədiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına xx.xx.2022-ci il tarixdə 03:24:45-də ***-***-**-** saylı telefondan, onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə gələn “qaqa alınmırsa de alınmır, nə olacaq ki belə etmək sənə yaraşmır məndə burda soyuqda səni gözdəməyim qaqa” məzmunundakı mesaja cavab verməmiş, çox güman ki, həmin şəxs də ondan narkotik vasitə istəmişdir cavabını vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəmə iclası zamanı narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, müxtəlif şəxslərin ondan narkotik vasitə istəmələrini, onun isə həmin smslərə cavab vermədiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2022-ci il tarixli, 6/2468 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №173» dairəvi möhür əksi və vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,396 qr., 0,606 qr., 0,917 qr., 0,440 qr., 0,445 qr., 0,450 qr., 0,081 qr., ümumi təmiz çəkisi 3,335 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,387 qr. və 0,151 qr., ümumi təmiz çəkisi 0,538 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin zərfdə olan bir ədəd şüşə əşyasının içərisində və 1 manatlıq pul əskinazının üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, metamfetaminin çəkisini müəyyən etmək mümükün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. (iş vərəqə: cild İ, səh. 37-42). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 23 iyul 2022-ci il tarixli 4038 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 131-132). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 iyul 2022-ci il tarixli 1937 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 133-135). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «maddi sübut kimi tanıma haqqında» 02 may 2022-ci il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,538 qram olan psixotrop maddə metamfetamin və 3,335 qram olan narkotik vasitə heroin, həmçinin bir ədəd dairəvi formalı şüşə əşya və üzərində metamfetamin izləri olan 1 manatlıq pul əskinazı iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,458 qram olan psixotrop maddə metamfetamin və 3,135 qram olan narkotik vasitə heroin, həmçinin bir ədəd dairəvi formalı şüşə əşya və üzərində metamfetamin izləri olan 1 manatlıq pul əskinazı iş üzrə məhkəmənin qanuni qüvvəsim alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 96-97). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 08 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı istifadə edilmiş «Panasonic» markalı videokameranın görüntüsü olan 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 142-150). İbtidai istintaq orqanının işdə olan «cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında» 08 avqust 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini və külli miqdarda narkotik narkotik vasitə olan heroini əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb olunması məqsədi ilə həmin cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 155- 157). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 3,335 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən, metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 0,538 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək 07 ədəd bükümdə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək 02 ədəd bükümdə daşıyıb saxlaması, əvvəlcədən İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamaqla narkotik vasitə və psixotrop maddəni əldə etməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda sms yazışmaları təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda və psixotrop maddəni isə şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməyib, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini, bir həftəlik qəbul etmə dozasını bir dəfəyə aldığını, bu səbəbdən də bir həftə qabul edəcəyi narkotik vasitənin 07 ədəd bükümdə əldə etməsi, həmin narkotik vasitədən heç kimə satmaması məzmunundakı ifadələrinə də qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi şəxsin onun gündəlik istifadə dozasını dəqiq bilməklə, satdığı narkotik vasitəni “alıcının” 1 həftə ərzində qəbul etməsi üçün gündəlik dozalara görə xırda bükümlər halında satmasının ağlabatan və inandırıcı olmaması, bundan başqa məhkəmə iclasında tədqiq olunmuş sms yazışmalarına əsasən müxtəlif şəxslərin təqsirləndirilən şəxsdən narkotik vasitələr istəməsinin müəyyən edilməsi qeyd olunan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiə tərəfi təqsirləndirilən şəxsin tutulma yeri və vaxtını mübahisələndirib, habelə onun cinayət işinin materiallarında qeyd olunan əməliyyat müvəkkilləri tərəfindən deyil, Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıldığını bildirərək, iş üzrə əməliyyat axtarış fəaliyyətini həyata keçirmiş şəxslər Şahid1 və Şahid2 mobil telefonlarına dair anten məlumatlarının götürülməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarına əsasən müdafiə tərəfinin vəsatəti təmin edilmiş və "xxxx" MMC-dən mobil telefon nömrələrinin anten məlumatları götürülmüş, qeyd olunan məlumatlar məhkəmə iclasında tədqiq olunarkən anten məlumatları ilə cinayət işinin materialları arasında hər hansı bir uyğunsuzluq aşkar edilməmişdir. Başqa sözlə təqsirləndirilən şəxsin qeyd olunan xüsusatla da bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 tərəfindən deyil, PPX əməkdaşları tərəfindən saxlanılması ilə bağlı mövqelərini təsdiq etməsi üçün müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi “UBER” taksi sürücü şirkəti vasitəsi ilə tanıyır. Kənan və o, “UBER” taksi şirkətində sürücü kimi işləyirlər. O, tarixi dəqiq xatırlamasa da, Kənan tutulan gün gecə saatlarında məhəllədə əvvəllər kafe kimi fəaliyyət göstərsə də, hal-hazırda işlək vəziyyətdə olmayan “Dağlar” adlanan kafenin yaxınlığında Ülvi Heydərovla birlikdə dayanmışlar. Həmin zaman kafenin arxasından işıq gəldiyini görüb, orada kiminsə olduğunu anlamış və Ülvi ilə birlikdə bir qədər yaxına gedərək orada olan şəxsin Kənan olduğunu görmüşlər. Kənan onlardan təxminən 50-60 metr məsafədə “Dağlar” kafesinin arxa hissəsində dayanmışdır. Onlar Kənana yaxınlaşan kimi Post Patrul Xidmətinin əməkdaşları oraya gəlmiş, polis işçiləri əvvəlcə onun üzərini yoxlamış, ondan heç nə aşkar olunmamış, daha sonra onu bir az kənara göndərib Kənanın üzərini yoxlamışlar. Şahid Cəsarət Şirinzadə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən saat 00:30 radələrində baş vermiş, onlar yaxınlaşdıqlarında Kənan tək olmuşdur. O, həmin yerə yaxın ərazidə yaşayır. Kənanı saxlayan zaman 4-5 nəfər polis əməkdaşı olmuşdur. Post Patrul xidməti gəldikdə Kənanın əlində lampa olmuş, həmin lampa vasitəsilə narkotik vasitədən istifadə etmişdir. Kənan “Dağlar” adlanan kafenin arxa hissəsində narkotik vasitədən istifadə etmiş, onlar yaxınlaşan zaman dayanmış, 1-2 dəqiqə keçdikdən sonra polis işçiləri yaxınlaşmışlar. Onların üzərinə “Dağlar” adlanan kafenin yanında baxış keçirildikdən sonra polis bölməsinə aparılmışlar, orda da baxış keçirdikdən sonra onları buraxıb, Kənanı isə saxlamışlar. Onları saxlayan polis işçiləri yanlış xatırlamırsa çavuş rütbəsində olan polis işçiləri olmuşdur. Polis bölməsində təxminən iki saata yaxın saxlanılmışlar. O, Kənanı təxminən 2-3 ay müddət olar ki, tanıyır, Onları Kənanı görən zaman Kənan “Dağlar” Kafesinin arxa hissəsində oturmuş vəziyyətdə olmuş və onlar Kənanın narkotik vasitə qəbul etdiyini görmüşlər. Kənanın narkotik vasitə qəbul etməsi barədə əvvəllər məlumatı olmamışdır. Kafenin arxasında Kənanın üzərinə baxış keçirilən zaman, onun üzərindən nə çıxdığını bilmir, ona görə ki, Kənanın üzərinə baxış keçirilən zaman onlar maşının arxa tərəfində dayanmışlar. Polislər onları 4 saylı polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən hər hansı bir sənədi imzaladığını xatırlamır. Məhkəmə şahid X1 ifadəsinə qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən nə PPX əməkdaşları tərəfindən saxlanıldığını, nə də o, polis əməkdaşları tərəfindən saxlanılan zaman yanında Cəsarət və Ülvi adlı şəxslərin olması, həmin şəxslərin də onunla birlikdə saxlanılması ilə bağlı heç bir məlumat bildirməmiş, ümumiyyətlə nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı qeyd olunan xüsusatla bağlı ifadə verməmiş, adı çəkilən şəxslərin orada olması məsələsi sonrakı məhkəmə iclaslarında müdafiəçi tərəfindən verilmiş vəsatətdə öz əksini tapmaqla ilk dəfə həmin məhkəmə iclasında səsləndirilmişdir. Bundan başqa cinayət işinin materiallarında Ülvi və Cəsarət adlı şəxslərin saxlanılmaları ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadə verərkən həmin şəxslərin adını qeyd etməməsini, qeyd olunan şəxslərin təqsirləndirilən şəxsin saxlanılması anının şahidi olması ilə bağlı məhkəmə istintaqı başlanandan xeyli sonra müdafiəçinin vəsatəti ilə məhkəməyə məlumat verilməsini məhkəmə şübhəli məqam kimi qəbul edir və bu mənada şahidin ifadəsini səmimi hesab etmir. Belə ki, şahid Cəsarət Şirinzadə öz ifadəsində Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarının adları və xarici görünüş əlamətləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmiş, sadəcə PPX əməkdaşları olduğunu bildirmişdir. Bu, öz-özlüyündə Təqsirləndirilən şəxs əməliyyat müvəkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanılmamaları ilə bağlı sübut kimi qəbul edilə bilməz. Şahidin öz ifadəsində qeyd etdiyi hallar cinayət işinin materialları və müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş mobil telefon nömrələrinin anten məlumatları ilə tam təkzib olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamış, həmin ünvanda yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamış, o, qonşular arasında hörmət qazanmışdır (iş vərəqə: cild İ səh. 140-141). Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 23 iyul 2022-ci il tarixli, 4038 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,458 qram olan psixotrop maddə metamfetamin və 3,135 qram olan narkotik vasitə heroin, həmçinin bir ədəd dairəvi formalı şüşə əşya və üzərində metamfetamin izləri olan 1 manatlıq pul əskinazı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 12196 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd «CD» disk və habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərdiyi 10 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,458 qram olan psixotrop maddə metamfetamin və 3,135 qram olan narkotik vasitə heroin, həmçinin bir ədəd dairəvi formalı şüşə əşya və üzərində metamfetamin izləri olan 1 manatlıq pul əskinazı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 12196 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd «CD» disk və habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-258/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-258/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver