Məhkəmə qərarları › İş №1(101)-258/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-258/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-258/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, “Kredo” Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1979-cu ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmamış, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa bəlli olmayan “Həsənağa” adlı şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq “Həsənağa” adlı şəxsdən satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Xəzər rayonu, Qala Qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 noyabr 2022-ci il tarixdə saat 17:05 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə 12,979 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Bakı şəhəri, Xəzər rayonu, Qala Qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən yaşadığı nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində olan ağ rəngli su çəninin üstündən tərkiblərinə görə eyni olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış iki ədəd qara rəngli polietilen torbada müvafiq olaraq 1460 qram və 1350 qram olmaqla ümumilikdə 2810 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotikdən təzəlikcə istifadə etməyə başlamışdır. Yolda gedərkən polis əməkdaşları Azər, Ceyhun və arıq uzun bir oğlan onu narkotikə görə saxlamışlar. O, polis əməkdaşları ilə razılaşmış və onu buraxmışlar. 15 gün sonra həmin polislər onu Qala qəsəbəsində saxlamış, həmin zaman onun üzərində 20 qram nəşə olmuşdur. Daha sonra onu polis idarəsinə gətirib, orada döyərək çəkiliş etmişlər, daha sonra onun yaşadığı həyətə gəlmişlər. Polislər sellofanları həmin həyətə qoyaraq və bu sellofanların onun həyətdən çıxdığını bildirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs yalnız nəşədən istifadə etdiyini, 15-20 qram narkotiki 100 manata aldığını, onda heroin olmadığını və ümümiyyətlə heroini heç görmədiyini, tutulmamışdan hardasa 20 gün qabaq da polislər tərəfindən saxlanıldığını, həmin vaxt polislərə onu buraxması üçün 500 manat pul verdiyini, əslində özünün vermədiyini, onların onun üzərindən götürdüyünü, polislərin üzərinə video ilə baxış keçirdiklərini, baxış zamanı 3 nəfərin iştirak etdiyini, müdafiəçinin olmadığını, saxlanılarkən üzərində 20 qram marixuana olduğunu, polislərin onu həyətə gətirib, həyətində çətənə olmadığını, narkotik vasitəni çənin yanına qoyaraq həyətdə çəkiliş etdiklərini bildirmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ziddiyyətli, əsasən etirafedici ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Narkotik vasitələrdən 2 ildən çoxdur ki, istifadə edir. 2022-ci ilin noyabr ayının əvvəllərində özünü “Həsənağa” kimi təqdim edən şəxslə tanış olmuş, “Həsənağa” adlı şəxsi üzdən görməmişdir. Onunla yalnız mobil telefon vasitəsilə danışmışdır. Onun mobil nömrəsini əvvəllər tanımadığı bir şəxsdən əldə etmişdir. 26 noyabr 2022-ci il tarixdə axşam saatlarında "Həsənağa” adlı şəxslə mobil telefon vasitəsilə danışmış və sonuncu dediyi məkandan narkotik vasitə qurudulmuş marixuana götürəcəyini və dediyi yerlərə aparıb çatdıracağını bildirmişdir. Bunun müqabilində “Həsənağa" adlı şəxs ona 500 manat pul verəcəyini bildirmişdir. Buna uyğun olaraq 26 noyabr 2022-ci il tarixdə “Həsənağa” adlı şəxsin dediyi kimi o, Sumqayıt şəhəri ərazisinə getmiş və oradan təqribən 500 qramdan çox bir polietilen torbada narkotik vasitə qurudulmuş marixuana götürərək yaşadığı evə gətirib yaşadığı evdə saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra ondan özünü təqdim etməyi tələb etmiş, özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onun barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmiş, dəvətə etiraz etməyərək onlarla birlikdə qeyd edilən idarənin inzibati binasına getmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Azər adlı polis əməkdaşı stolun üzərinə bir büküm çıxarıb qoyaraq bükümü cibinə qoymağı və videoçəkiliş zamanı həmin bükümün özünün olduğunu deməyi bildirmişdir. Daha sonra İdarədə təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd yaşadığı evin açarını, sağ yan cibindən 10 manat pulu, 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Ona məxsus pul və mənzilin açan özünə qaytarılsa da, ona məxsus mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyi izah edilərək götürülmüşdür. Təqdim etdiyi narkotik vasitə heroin elektron tərəzi ilə çəkilmiş və çəkisinin 14 qram olması müəyyən edilmişdir. Bundan sonra Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yaşadığı nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman fərdi yaşayış evinin həyətyanı sahəsində olan ağ rəngli su çəninin üstündə biri ağ, digəri göy rəngdə olan polietilen torbanı təqdim etmişdir. Ağ rəngli polietilen torbanın içərisində elektron tərəzi və qara rəngli polietilen torbada narkotik vasitə qurudulmuş marixuananın, göy rəngli polietilen torbanın içərisində isə qara rəngli polietilen torbada narkotik vasitə qurudulmuş marixuananın olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 2830 qram olduğu müəyyən olunmuşdur. Üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülən maddənin narkotik vasitə heroin, yaşadığı evdən aşkar edilərək götürülən maddənin isə qurudulmuş marixuana olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq üçün üzərində və evində saxladığını, özünün 2 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, həmin maddəni İran İslam Respublikasının vətəndaşı “Həsənağa” adlı şəxsin vasitəsilə 28 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisindən götürdüyünü, ona deyilən yerə qoyacağı təqdirdə öz istifadəsi üçün, həm də satmaq üçün narkotik maddə əldə edəcəyini, onun nömrəsini telefonunda qeyd etdiyini, təxminən 1 aydır ki, bu əməli törətdiyini, saxlanılan zaman, eləcə də, polis idarəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini, dodağındakı izlərinin isə saxlanılmadan öncə yıxılaraq yarandığını bildirmişdir. Narkotik maddələrin satışı məşğul olmamış, üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroin ona məxsus olmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yaşadığı evdən aşkar edilərək götürülən və içərisində narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd qara polietilen torbanın heç biri ona məxsus olmamışdır. “Həsənağa” adlı şəxsin dediyi yerdən, yəni Sumqayıt şəhəri ərazisindən götürərək gətirib evində saxladığı qara rəngli polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşları götürüb özləri aparmış, həmin qara polietilen torbanı “Həsənağa” adlı şəxsin dediyi yerlərə qoymaqla bunun müqabilində “Həsənağa” adlı şəxs ona 500 manat pul verəcəyini vəd etmişdir. “Həsənağa” adlı şəxsin anket məlumatları barədə hər hansı məlumata malik olmamış, onun hansı ölkənin vətəndaşı olmağını bilməmişdir. Bundan başqa “Həsənağa”nın dediyi yerdən onun dediyi yerlərə çatdırmaq məqsədilə götürdüyü qurudulmuş marixuananı haradan əldə etməsini və haradan gətirməsini bilməmişdir. “Həsənağa” adlı şəxsin nömrəsini yaddaşa qeyd etməmiş və hər dəfə danışdıqdan sonra silmişdir. Həmin mobil nömrəni xatırlamamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və ya psixi təzyiq göstərilməmişdir (cild 1, iş vərəqi 151-153). Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, onlar daxil olmuş məlumatla əlaqədar Təqsirləndirilən şəxs saxlayaraq Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə vəkilin iştirakı ilə üzərinə baxış keçirtmişlər. Üzərində özünün təqdim etdiyi narkotik vasitə olmuşdur. Digər narkotik vasitələri isə yaşadığı evin həyətində saxladığını bildirmişdir. Onlar təqsirləndirilən şəxsin yaşadığı evin həyətinə baxış keçirib, təqdim etdiyi narkotikləri götürmüşlər. Təqsirləndirilən şəxs həmin narkotikləri İran vətəndaşından əldə etdiyini bildirmişdir. Narkotiki qablaşdıraraq istintaqa təhvil verilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, şəxsə qarşı heç bir fiziki zorakılıq edilmədiyini, onu Qala qəsəbəsində saxladıqlarını, təqsirləndirilən şəxsin tam səmimi şəkildə narkotik vasitəni həyətdə harada saxladığını, necə əldə etdiyini, indiyədək haradan əldə etdiyini və haralara payladığı haqqında bütün məlumatları dediyini, evinin içində narkotik olmadığını, səhv etmirsə 1 büküm heroin olduğunu, heroini şəxsin özünün təqdim etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Vurğunla qohumluğu yoxdur, onunla qonşudur. Onlar məhəllədə oturarkən, həmin vaxt həyətə göy rəngdə “Opel” markalı avtomobil gəlmiş və onlara evlərinə getməyi bildirmişlər. Gələnlərin əllərində qara sellofan olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X10 həmin şəxslərin sellofanı maşının baqajından götürüb həyətə qoyduqlarını, qaranlıq olduğu üçün gələnlərin kim və neçə nəfər olduqlarını görmədiyini bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Yoldaşı tutulan vaxt axşam vaxtı olmuş və onlar evdə olmuşlar. Oğlu Həsən gəlib qapının döyüldüyünü demişdir. Gələnlər 3 nəfər olmuşdur. Həmin şəxslər onlara içəri girib işıqları söndürməyi, qapını örtüb, heç yerə çıxmamağı demişlər. Həmin vaxt yoldaşı evdə olmamış, dükana getmişdir. Bu səbəbdən narahat olmuş, uşaqları ona dərman vermişlər. Sonra da həyətə çıxmış və heç kəsin olmadığını görmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X6 gələn şəxslərin uşaqlara nəsə edəcəklərindən narahat olduğu üçün nə dedilərsə etdiyini, gələnləri ancaq oğlu Həsənin gördüyünü, Həsənin ona həmin şəxslərin qara sellofanda nəsə gətirdiklərini və atasının onların yanında olmadığını dediyini, həmin şəxslərin özlərini polis kimi təqdim edərək balaca bir sənəd göstərdiklərini, onların həyətdə nə etdikləri ilə bağlı məlumatının olmadığını, həyətdə təxminən 10 dəqiqə olduqlarını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli rapotun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1979-cu ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1979-cu ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 29 noyabr 2022-ci il tarixdə, saat 17:05 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidədə yerləşən nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibatı binasına gətirilmişdir (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən içərisində 1 ədəd sellofan bükümü, 1 ədəd yaşadığı ünvanının açarını, sağ yan cibindən 10 manat pulunu və 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pulu, yaşadığı ein açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra onun təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırılma ilə birlikdə 14 (on dörd) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik maddə olan adını “kakos” kimi bildiyi maddə olduğunu, həmin maddəni bir gün əvvəl Sumqayıt şəhəri ərazisində “Həsənağa” adlı İİR vətəndaşı vasitəsilə əldə etdiyini, həmin şəxsi 1 aya yaxındır ki, tanıdığını, onun nömrəsininin telefonunda da qeyd edildiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla həm öz istifadəsi üçün, həm də satışı üçün narkotik maddə əldə etdiyini, 20 günə yaxındır ki, bu əməli davamlı olaraq törətdiyini, yaşadığı Xəzər rayonunda yerləşən evində də narkotik tərkibli madələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazının olmamasını, özünün 2 ilə yaxındır ki, narkotik maddə istifadəçisi olmasını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini evinin həyətyanı sahəsində saxladığını bildirərək evin həyətinə girişdən sağ tərəfdə yerləşən ağ rəngli, su çəninin üzərində olan 1 ədəd ağ rəngli və 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Həmin sellofan torbalara baxış keçirilən zaman ağ rəngli sellofan torbanın içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd qara rəngli sellofan torba, digər göy rəngli sellofan torbanın içərisində isə 1 ədəd qara sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan torbaya və sellofan bağlamaya baxış keçirilən zaman hər birinin içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və hər iki bağlamanın ümumi çəkisinin qablaşdırılma ilə birlikdə 2 kq 830 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə sellofan torbada, sellofan bağalamada olan kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvanın həyətindən aşkar edilmiş maddənin narkotik maddə qurudulmuş marixuana olduğunu, həmin maddəni İİR vətəndaşı "Həsənağa" adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoymaqla öz istifadəsi və satmaq üçün əldə etdiyini, "Həsənağa" adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmiş, bundan sonra onların razılığı əsasında həmin yerə vizual baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 35-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6821 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№"-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 12,979 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 7№”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və üzərindən aşkar edilərək götürülmüş heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 42-47). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1359 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan..." yazısı və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi – 1350 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan..." yazısı və imzalar olan 01 (bir) ədəd polietilen bağlamadakı təmiz çəkisi – 1460 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 2810 qramdır (2 kq 810 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin polietilen bağlamada bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 48-52). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə olunmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 30 noyabr 2022ci il tarixə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları və müdafiəçi X7 iştirakı ilə şəxsi axtariş aparılmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs X4 tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü, 1 ədəd yaşadığı ünvanın açarını, sağ yan cibindən isə 10 manat pulu və 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan “Nokia” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamani sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pul, yaşadıgı evinin açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin qablaşdırılma ilə birlikdə 14 (on dörd) qram olması müəyyən edilmiş, həmin büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri "DİN-nin Zərflər üçün 7 sayli" möhürü ile möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs oglu təqdim etdiyi kütlənin narkotik maddə olan adını "kakos" kimi bildiyi maddə olduğunu, həmin maddəni 28 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində "Həsənağa" adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə əldə etdiyini, həmin şəxsi 1 aya yaxındır ki, tanıdığını, onun nömrəsinin telefonunda da qeyd edildiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla həm öz istifadəsi üçün, həm də satışı üçün narkotik maddə əldə etdiyini, 20 günə yaxındır ki, bu əməli davamlı olaraq törətdiyini, yaşadığı Xəzər rayonunda yerləşən evində narkotik tərkibli maddələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazının olamamasını, özünü 2 ilə yaxındır ki, narkotik maddə istifadəçisi olmasını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokola əlavə olunmuş 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini evinin həyətyanı sahəsində saxladığını bidlirərək evin həyətinə girişdən sağ tərəfdə yerləşən ağ rəngli su çəninin üzərində olan 1 ədəd ağ rəngli və 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. X4 tərəfindən həmin sellofan torbalara baxış keçirilən zaman ağ rəngli torbanın içərisində 1 ədəd elektron tərəzi, 1 ədəd qara rəngli sellofan torba, digər göy rəngli sellofan torbanın içərisində isə 1 ədəd qara sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan torbaya və sellofan bağlamaya baxış keçirilən zaman hər birinin içərisində tünd yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, aşkar edilmiş kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş və hər iki bağlamanın ümumi çəkisinin qablaşdırılma ilə birlikdə 2830 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin kütlə sellofan torbada, sellofan bağlamada olan kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvanın həyətindən aşkar edilmiş maddənin narkotik maddə qurudulmuş marixuana olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı “Həsənağa” adlı şəxsin vasitəsilə ona deyilən yerlərə qoymaqla öz istifadəsi və satmaq üçün narkotik maddə əldə etmək məqsədilə əldə etdiyini, “Həsənağa” adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, bu fəaliyyətdəindən heç kimin məlumatının olmamasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir (cild 1, iş vərəqi 61). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən götürülmüş 01 ədəd “Nokia” markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı fayl, məlumat, yazışma mətni aşkar edlməmişdir (cild 1, iş vərəqi 89). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman bir ədəd açar, 10 (on) azn pul və əynindəki tünd göy gödəkçənin astarında saxlanılan bir ədəd sigaretə doldurulmuş, yaşıl rəngli quru halda marixuanaya bənzər bitki aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 91). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 92). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliiyat tapşırığına cavab olaraq əməliyyat tapşırığında göstərilən xüsusatların yoxlanılması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır (cild 1, iş vərəqi 114). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 130-133). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1073 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 156- 157). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/237 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “bir ədəd siqaretə doldurulmuş marixuanaya bənzər ... Şübhəli şəxs Həsəni V.Ə ...” yazısı və imzalar olan kağız paketdəki “gümüşü” rəngli kağız bükülüdə 01 (bir) ədəd papirosun içərisində ümumi çəkisi 0,19 qram qarışıq kütlədə tütün hissəcikləri və cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Marixuana cüzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və təqdim edilmiş marixuanalar ilə müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 160-162). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3281 saylı məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” yaşayış sahəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 164). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, narkotik vasitənin mənbəyinin müəyyən edilməsi, şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Həsənağa” adlı şəxs barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 180). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 12,979 qram çəkidə narkotik vasitə heroin və 2810 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, ö cümlədən bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,879 qram heroin, 2809,6 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 167-178). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X1 Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon və bir ədəd sim-kartı təhvil almışdır (cild 1, iş vərəqi 188). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 113). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın isə 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmaması, özünün narkotik vasitələrin yalnız istifadəçisi olması, onun üzərində sadəcə 20 qram marixuana olması, heroinin ümümiyyətlə olmaması, polislərin onu idarədə döydükdən sonra yaşadığı həyətə gətirib, narkotik vasitəni çənin yanına qoyaraq həyətdə çəkiliş etmələri və çəkiliş zamanı narkotik vasitələrin həyətdən aşkar olunması, habelə üzərinə şəxsi axtarış və evinin həyətinə baxış keçirilərkənvəkilin iştirak etmədiyi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, həm onun üzərinə şəxsi axtarış, həm də həyətinə baxış keçirilərkən və sonrakı istintaq hərəkətlərinin hamısında vəkilin iştirakı bütün materiallardan, eyni zamanda aparılmış videoyazılardan aşkar görünür. Bundan başqa Təqsirləndirilən şəxs ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş yuxarıda şərh olunan polis əməkdaşlarının ifadələrindən, keçirilmiş əməliyyat tədbirinin və təqsirləndirilən şəxsin saxlanmasını əks etdirən tərtib olunmuş sənədlərdən aşkar görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada şəxsi axtarış zamanı üzərindən verilmiş ittihamda qeyd edilmiş narkotik vasitələr, daha sonra isə yaşadığı evə baxış keçirilərək evin həyətyanı sahəsindən narkotik vasitələr aşkar edilmişdir. Aşkar edilmiş narkotiklərin tərkibi və çəkisi isə iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının rəyində dəqiq göstərilmişdir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qonşusu X8 gələn şəxslərin həyətə göy rəngdə “Opel” markalı avtomobil ilə gələrək sellofanı maşının baqajından götürüb həyətə qoymaları, təqsirləndirilən şəxsin həyat yoldaşı X3 isə özlərini polis kimi təqdim edən şəxslərin uşaqlara nəsə edəcəklərindən narahat olduğu üçün nə dedilərsə etməsi, gələnləri ancaq oğlu Həsənin görməsi, Həsənin həmin şəxslərin qara sellofanda nəsə gətirdiklərini deməsi barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumqluq və qonşuluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Bundan əlavə təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmişdir. Əksinə təqsirləndirilən şəxs məhkəmədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kartını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman onun bədənində hər hansı zədə aşkar olunması barədə qeyd mövcud deyildir. Bundan başqa məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Xəzər Rayon Prokurorluğundan daxil olmuş 06 iyul 2023-cü il tarixli məktub ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və psixoloji təzyiqlərə məruz qalması barədə Xəzər Rayon Prokurorluğuna heç bir məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə, eyni zamanda, yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, həmçinin təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsində saxladığı və mənzilə baxış zamanı aşkar olunan narkotik vasitələri, habelə ondan elektron tərəzinin aşkar edilməsini müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair portal çıxarışından görünür ki, onun himayəsində xx.xx.2011-ci il təvəllüdlü Həsən Həsənov adlı, xx.xx.2006-cı il təvəllüdlü Əsmər Həsənli və xx.xx.2007-ci il təvəllüdlü Şəlalə Həsənli adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 81-85, 204-206). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 29 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,879 qram heroin, 2809,6 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 270 (iki yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,879 qram heroin, 2809,6 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 270 (iki yüz yetmiş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar