Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-259/2022 12.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Ağalarovun sədrliyi ilə, hakimlər Rahib Vaqif oğlu Salmanov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X5 iştirakı ilə xx xxxxxx 1964-cü ildə Ağcabədi rayonu, Boyad kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də müvəqqəti qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 14 mart 2021-ci il tarixdə, saat 17 radələrində oğlu Şahid3 evlənməsi münasibəti ilə ailə üzvləri və yaxın qohumlarının, eyni zamanda hamilə vəziyyətdə döyüb təhqir etdiyinə görə küsüb evinə gəlmiş qızı Günay Mirzəyeva və onunla 28.12.2019-cu ildən rəsmi nikahda olan kürəkəni Zərərçəkmiş şəxs iştirakı ilə pandemiya ilə bağlı kirayədə yaşadığı ünvan 1 ünvanda keçirdiyi məclisdə kürəkəni Zərərçəkmiş şəxs onunla evlərinə getməsi ilə bağlı Günay Mirzəyevaya etdiyi təkliflərini sonuncu rədd etdiyinə görə qızı Günay Mirzəyeva ilə dəfələrlə bu zəmində uca səslə mübahisə etdiyini və məclis iştirakçılarının bundan narahat olduqlarını görüb Zərərçəkmiş şəxs kənara çəkərək etdiyi hərəkətlərin düzgün olmadığını, qonaqlardan ayıb oldğunu, Günayı aparması ilə bağlı söhbəti sonraya saxlamasını deyərək onu sakitləşdirmək istəməsinə baxmayaraq kürəkəni Zərərçəkmiş şəxs nümayişkaranə şəkildə qızı Günay Mirzəyeva ilə mübahisələrini davam etdirmiş, həmin gün saat 20 radələrində yuxarıda göstərilən ünvanda Zərərçəkmiş şəxs yenə də öz hərəkətlərindən əl çəkməyib qızı Günay Mirzəyevanın, eləcə də digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməsini görüb, bundan əsəbləşərək Zərərçəkmiş şəxs qəsdən öldürməklə qisas almaq qərarına gəlmiş və bu məqsədlə mətbəx otağına keçib, oradakı soyuq silah hesab olunmayan məişət təyinatlı bıçağı götürərək əynindəki şavlarının ön sol çibinə qoyub sonuncudan qisas almaq niyyəti ilə qəsdən öldürməyə əlverişli məqam gözləmiş, cinayətkar niyyətini həyata keçirməyə maneçilik törədə biləcək hər hansı kənar təsirin olmadığına əmin olduqdan sonra həmin vaxt evin dəhlizində olan Zərərçəkmiş şəxs arxa sağ yan tərəfdən yaxınlaşaraq, əvvəlcədən hazırlayıb şavlarının ön sol cibinə qoyduğu bıçağı sol əli ilə çıxarıb onun sağ boyun nahiyəsindən bir dəfə bıçaqla vurmaqla kəskin qanitirmə nəticəsində sonuncunun ölümünə səbəb olmuş, boyun kökünün sağ-yan səthində sağ xarici yuxu arteriyasının kəsilməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarasından ibarət, həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1987-ci ildə ailə həyatı qurmuş, Günay, Günel və Nəriman adlı övladları var. Əvvəllər Rusiya Federasiyasında yaşamış, 2009-cu ildə Moskva şəhərində RF CM-in 105-ci maddəsi ilə, yəni qəsdən adam öldürməyə görə cinayət məsuliyyətinə cəlb edilmiş, 2011-ci ildə isə həmin iş üzrə bəraət almışdır. 2019-cu ildə o, Rusiyadan Bakıya gəlmiş, “Covid 19” pandemiyası ilə əlaqədar geri qayıda bilməmişdir. Böyük qızı Günay mərhum Zərərçəkmiş şəxs ilə evli olmuşdur. Hadisə vaxtı Günay 8 aylıq hamilə olmuşdur. Kürəkəni Taleh taksi fəaliyyətilə məşğul olmuş, spirtli içki qəbul etmiş, narkotik vasitələrdən istifadə etməsini isə görməmişdir. X17 münasibətləri əvvəllər yaxşı olmuş, sonradan Talehin telefonda başqa qızla danışmasına görə aralarında narazılıqlar yaranmışdır. Hadisədən təxminən bir il əvvəl Taleh ona zəng edib, “gəl qızını apar, qızın səhərə qalsa diri qalmayacaq, onu öldürəcəm”-deyə bildirmişdir. Buna görə də, oğlu Nərimanla Talehin yaşadığı evə getmişlər. Evə daxil olduqdan sonra, sonuncu ilə aralarında mübahisə yaranmış, həmin vaxt Taleh yumruqla onu vurub yerə yıxmışdır. Oğlu Nəriman həmin vaxt Talehin bu hərəkətinə əsəbləşib sonuncunu vurmaq istəsə də, qızı Günay onun qarşısını almağa çalışmış, lakin buna baxmayaraq Nərimanla Talehin arasında mübahisə baş vermişdir. Nərimanov RPİ-də bununla bağlı araşdırma aparılmışdır. X10 arasında narazılıqlar olsa da, özləri bunu yoluna qoymuşlar. Axırıncı dəfə Taleh qızı Günayı hamilə vəziyyətdə döydüyünə görə, sonuncu 2021-ci ilin əvvəllərində onun evə gəlmiş və onlarla birgə yaşamağa başlamışdır. Günay anasına Talehin səbəbsiz yerə onu hamilə vəziyyətdə döydüyünü demişdir. Taleh heç kimin sözünə məhəl qoymamışdır. Bunan görə də, Günay boşanmaq qərarına gəlmişdir. 14 mart 2021-ci ildə, saat 14 radələrində oğlu Nərimanı evləndirdiyindən yaşadığı evdə 16 nəfərdən ibarət yığıncaq təşkil etmişdir. 4-5 gün əvvəlcədən Talehin atası Vaqifə zəng edib evlərinə qonaq gəlməsini xahiş etmiş, lakin sonuncu gəlməmişdir. X21 “Covid-19” virusuna yoluxduğuna görə yığıncağa gəlməyəcəyini demişdir. Həmin gün saat 18 radələrində Taleh gözlənilmədən əlində gül dəstəsi ilə onlara gəlmişdir. Sonuncu Nəriman və Fatiməni təbrik edib kişilər əyləşən otağa keçərək digər qızı Günelin qaynatası Məhərrəməli ilə nərd oynamışdır. Həmin vaxt otaqda o, Taleh, qudası Məhərrəməli, onun oğlu Fərid, digər kürəkəni Nurlan, bacısı Lətifənin oğlu Hüseyn, qonşuda yaşayan “Qaqaş” adı ilə tanıdığı 15-16 yaşlı oğlan, bacanağı Elmidar, yeznəsi Natiq olmuşdur. Nəriman isə gah onların, gah da qadınların əyləşdiyi otağa keçmişdir. Qadınlardan isə arvadı Aygün, iki qızı, baldızları Yeganə və Amaliya, qaynanası Şəmi, gəlini Fatimə, bacısı oğlu Hüseynin arvadı Aytən, qonuşuları “Qaqaş”ın adını bilmədiyi iki bacısı və Aygünün dayəlik etdiyi evin sahibi Rəna onların evində olmuşlar. Həmin günü saat 19 radələrində bacanağı Elmidar və yeznəsi Natiq ailə üzvləri ilə birlikdə getmişdir. Onları yola salıb, küçədə siqaret çəkib mənzilə geri qayıtdıqda, Talehin mənzilin dəhlizində yüksək səslə «Günay gəl gedək, gəl gedək»-deyib qışqırımasını eşitmişdir. İçəri keçib Talehə «Səsiniz aləmi götürüb, keçin içəridə danışın»-deyə irad tutmuşdur. Sonra Talehlə birgə oturmuşlar, həmin vaxt Hüseyn, oğlu Nəriman, Qaqaş, Məhərrəməli ilə birlikdə olmuşlar. Hüseynə çay gətirməsini xahiş etmiş, bir neçə dəqiqə sonra, Məhərrəməli siqaret çəkmək üçün çölə çıxmış, o, da Hüseynə çölə çıxmasını bildirmişdir ki, Talehlə təklikdə danışıb Günayla arasındakı mübahisəni aydınlaşdırsın. Həmin vaxt Talehə evində xeyir iş olmasını deyib, qızı ilə mübahisə yaratmamasını xahiş etmiş, Taleh ona dirənib qızı Günayın mütləq evinə getməli olduğunu israrla bildirmişdir. Həmin ərəfədə Nərimanın dostu Sabit zəng edərək göz aydınlığı verib onunla da danışmaq istəməsini bildirmiş, Nərimanın telefonu ilə Sabitlə danışmaqdan ötrü məhəlləyə düşmüşdür. Qayıdarkən evdə yenidən səs-küy olmasını, Talehin Günaya evə getməli olduqlarını israrla deməsini görmüşdür. Taleh başqa şəxslərin yanında Günaya qarşı nalayiq hərəkətləri və təhqirləri davam etdirmişdir. O, Talehə çıxıb getməsini bildirmiş, bu işdən qan qoxusu gəldiyini demiş, sonuncu «nə bilirsən onu da elə»-deyə bildirmişdir. Bundan sonra o, mətbəxə keçmiş, oradakı qadınları sakitləşdirib otaqlarına keçmələrini tapşırmışdır. Mətbəxdən bıçaq götürüb, solaxay olduğundan şalvarının sol cibinə dəstəyi yuxarı istiqamətdə qoymuşdur. Bundan sonra qonaq otağına keçmişdir. Oğlunun xeyir işinin sonda qanla qurtarmasını istəməsə də, Taleh ona başqa çıxış yolu qoymamışdır. Talehin başqa şəxslərin yanında onun qızını nalayiq söyüşlərlə təhqir etməsini qəbul edə bilməmişdir. Bu vaxt Taleh Günaya «ay qəhbə gəl gedək evə» sözlərin dediyindən, artıq dözməyib qonaq otağından çıxaraq dəhlizə keçmiş, şalvarının ön sol cibindən bıçağı çıxardıb sol əli ilə Talehin sağ boyun nahiyəsindən bir dəfə vurmuşdur. Sonuncu bir neçə saniyə ərzində dizini yerə qoyub, xırıldaya-xırıldaya zəif səslə anlaşılmaz şəkildə nə isə deyib, yerə yıxılmış və ölmüşdür. Daha sonra öz mobil telefonunu Nərimana verib polisə zəng etməsini xahiş etmişdir. Talehi cəmi bir dəfə vurmuş, ondan başqa sonuncuya heç kim xəsarət yetirməmişdir. Baş verənlərə görə təəsüflənir, əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. 1995-ci ildə əri Vaqifdən ayrılmışdır. Taleh ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, M.Araz küçəsi, ev 161-də kirayədə yaşamışlar. Kiçik oğlu Emin isə 2010-cu ildə nikaha daxil olmuş və atası Vaqiflə birgə yaşamışdır. Böyük oğlu Taleh həmişə onun yanında yaşamış, ərköyün uşaq olmuş və sözə baxmamışdır. Taleh 2009-cu ildə qeyri-rəsmi şəkildə Svetlana adlı qadınla yaşamış və 3 övladı olmuşdur. Taleh 2015-ci ildə Sevtlanadan ayrılmış, amma uşaqlara görə hər ay aliment ödəmişdir. 06 aprel 2019-cu ildə Taleh Günayla ailə qurmuş, toyun səhəri günü Günayla dalaşmış və sonuncunu evdən qovmaq istəmiş, lakin Günay getməmişdir. Mübahisənin səbəbi xınayaxdı məclisini aparan qızın Günayın şəklini telefonda statusa qoyması olmuşdur. Qısa müddət sonra onlar barışmış və mehriban yaşamışlar. Heç vaxt onların ailə münasibətlərinə qarışmamışdır. Taleh həmişə Günayı qısqanmış, sonuncunu heç vaxt təklikdə harasa getməyə qoymamış, buna görə aralarında mübahisə baş vermişdir. Toydan 5-6 ay sonra Günayın atası Mehdi və qardaşı Nəriman onlara gəlmiş, həmin vaxt Talehlə onların arasında mübahisə yaranmış, lakin sonradan onlar yenə də barışmışlar. 17 yanvar 2021-ci ildə Günayla Taleh axşamüstü Mehdinin evinə getmiş, lakin həmin tarixdə gecə saatlarında Taleh evə təklikdə qayıtmışdır. Bir müddət sonra Günayın qayıtmadığını görüb, səbəbini soruşmuş, Taleh hamilə olduğuna görə Günayın anasının ona qulluq edəcəyini, buna görə də orada qaldığını bildirmişdir. 11 mart 2021-ci ildə Günayın anası Aygün ona zəng edib, oğlu Nərimanın evləndiyini bildirib, onu 14 mart 2021-ci ildə evlərində keçirəcəkləri yığıncağa dəvət etmişdir. Günayın atası Mehdi də Vaqifə zəng edib həmin yığıncağa dəvət etmişdir. Lakin Taleh onları getməyə qoymamışdır. 14 mart 2021-ci il tarixdə Taleh axşamüstü evə gəlib yemək yemiş, telefonuna zəng gəldiyindən çıxıb getmişdir. Bundan sonra, səhəri gün onunla tanımadığı polis əməkdaşları əlaqə saxlayaraq Talehin öldürüldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. 2019-cu ilin aprel ayının 6-da sonuncu ilə ailə qurmuşdur. Onlar Bakı şəhəri Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında kirayə evdə yaşamışlar. Taleh “Bolt” vasitəsilə taksi fəaliyyətilə məşğul olmuşdur. Taleh həmişə ona qarşı kobud davranmış, onu tez-tez əsassız yerə döyüb təhqir etmişdir. Hətta bir dəfə bu səbəbdən atası Mehdi və qardaşı Nərimanla Taleh arasında 2019-cu ildə münaqişə olmuş və bu barədə Nərimanov RPİ-də araşdırma aparılmışdır. Sonuncu dəfə Taleh 14 yanvar 2021-ci ildə yaşadıqları evdə onu hamilə vəziyyətdə döymüşdür. 17 yanvar 2021-ci ildə saat təxminən 16-17 radələrində Talehlə birlikdə atasının kirayədə yaşadığı evə getmişlər. Taleh onu döydüyündən geri qayıtmamış, atasının evində qalmış, Taleh isə çıxıb getmişdir. Sonradan dəfələrlə Taleh ona zəng etmiş, bəzən zənglərinə cavab verməmiş, cavab verdikdə isə Taleh hər dəfə ona qarşı pis söyüşlər söyüb geri qayıtmasını tələb etmişdir. Odur ki, boşanmaq qərarına gəlmişdir. 14 mart 2021-ci ildə qardaşı Nəriman evləndiyindən atasıgilin Biləcəridə yaşadığı evlərində təxminən 15 nəfərlik məclis təşkil etmişlər. Məclisdə bibisi Gülbadə, kirvələri Baba, arvadı Aytən, anasının uzaq qohumu Gülnaz, iki xalası Yeganə və Amaliya, nənəsi Şəmi iştirak etmişlər. Atası Mehdi əvvəlcədən qaynatası Vaqifi, anası Aygün isə qaynanası Məlahəti dəvət etmişdir. Lakin Taleh valideynlərini məclisə gəlməyə qoymamış, özü isə koronavirusa yoluxduğundan gəlməyəcəyini demişdir. Lakin gözlənilmədən həmin gün saat 17-18 radələrində Taleh onların yaşadığı evə gəlmişdir. Sonuncu qardaşı Nərimanı və gəlinləri Fatiməni təbrik edib, bacısı Günelin qayınatası Məhərrəməli ilə nərd oynayaraq deyib-gülmüşdür. Həmin müddətdə Taleh ona vatsapda yazaraq evə getmək üçün hazırlaşmasını demiş, əks halda dava salacağını bildirmişdir. Talehə səhəri gün qayıdacağını demişdir. Sonra Taleh onun olduğu qonaq otağına gəlmiş, daha sonra qonaqlar çıxıb getmişlər. Evdə bacısı Günel, qardaşı Nəriman, Nərimanın nişanlısı Fatimə, bacısının azyaşlı oğlu Əflatun, atası Mehdi və anası Aygün qalmışlar. Təxminən yarım saat oturduqdan sonra, Taleh ailə üzvlərinin yanında ona qışqırmış, söyüş söyüb əlindən tutaraq onunla gedəcəyini demişdir. Talehin əlindən çıxıb dəhlizə qaçmış, atası Mehdi Talehə söyüş söydüyünə görə irad tutub, sakitcə söhbət etmələrini bildirmişdir. Taleh çölə çıxıb, maşınında əyləşmiş, bir qədər sonra isə yenidən geri qayıtmışdır. Həmin vaxt onun arxasınca dəhlizə gəlmiş və ona sağ əli ilə bir sillə vurmuşdur. X14rşısına keçib onu sakitləşdirmək istəmiş, qardaşı Nəriman da Talehdən sakit olmasını xahiş etmişdir. Taleh heç kimə məhəl qoymamış, onu pis formada söyüb təhqir edib əlindən tutaraq aparmağa çalışmışdır. O, Talehin əlindən çıxıb mətbəx tərəfə qaçmış, sonuncu arxasınca gəlmişdir. Bu vaxt gəlinləri Fatimə və Nəriman da Talehi sakitləşdirmək üçün ona yalvarmışlar. Taleh heç kimə əhəmiyyət vermədən yenə də ağır söyüşlər söyməyə davam etmişir. Bu vaxt atası Mehdi qəfildən arxa tərəfdən gəlib sol əlində olan bıçaqla Talehin sağ boyun nahiyəsinə bir zərbə vurmuş və sonuncu yerə yıxılmış və ölmüşdür. Daha sonra qardaşı Nəriman polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid X3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 20 avqust 2020-ci ildə atasının əmisi nəvəsi Şahid3lə nişanlanmışdır. Sonuncu ilə təxminən 8 ay nişanlı olmuş və həmin müddətdə onun ailəsində hər hansı problemin şahidi olmamışdır. Ölkədə yaranmış pandemiya vəziyyəti ilə əlaqədar toy edə bilməmişlər. Buna görə də qərara almışlar ki, toy etmədən ailə qursunlar. 12 mart 2021-ci ildə o, Nərimanla qaçmış və birlikdə sonuncunun yaşadığı evdə yaşamağa başlamışlar. Həmin evdə onlardan başqa Nərimanın atası Mehdi və anası Aygün yaşayır. Baldızı Günay evli olsa da, əri Talehlə aralarında yaranmış ailədaxili münaqişəyə görə atasıgilə köçmüşdür. Nərimandan eşitdiyinə görə Günay iki aydan çoxdur ki, küsüb gəlmişdir. Həmin vaxt Günay səkkiz aylıq hamilə olmuşdur. Bildiyinə görə Taleh Günayı mütəmadi olaraq əsassız yerə döyüb, təhqir etmişdir. 14 mart 2021-ci ildə Nərimanın yaşadığı Biləcəri qəsəbəsindəki mənzildə qohumların və qonşuların iştirakı ilə toy məclisi etmək qərarına gəlmişlər. Məclis təxminən saat 13 radələrində başlamış, qaynanasının adını bilmədiyi müdiri, Nərimanın xalası Amaliya, Amaliyanın əri Elmidar, Nərimanın xalası Yeganə, Nərimanın nənəsi Şəmi, qonşuları Lilpar və onun qızı Türkan, baldızı Günel, əri Nurlan, qaynatası Məhərrəməli, qaynı Fərid, Nurlanın qardaşı arvadı Ağgül, digər baldızı Günay, əri Taleh, qayınatası Mehdi iştirak etmişlər. Baldızı Günayın əri Taleh saat 17 radələrində toya gəlmişdir. Taleh evə gəlməmişdən əvvəl Günayla “vhatsapp” vasitəsilə yazıb, onu aparmağa gələcəyini bildirmiş, sonuncu isə məclisdə anasına kömək edəcəyini demişdir. Təxminən saat 16 radələrində Günay atası ilə danışan vaxt Talehin onu aparmağa gələcəyini demiş, Mehdi isə uca səslə “getməyəcəksən, getsən bizi həyatından sil”-sözlərini demişdir. Taleh Günaya «gəl gedək, səhər anamla birlikdə gələrsən” sözlərini demiş, lakin Günay etiraz etmiş və anasının tək olmasını deyib sabah axşam gedəcəyini bildirmişdir. X20 fikirlərilə razılaşmamışdır. O, həmin vaxt yataq otağında olmuşdur. Təxminən saat 19 radələrində evin giriş qapısından sağ tərəfdə yerləşən otaqdan söyüş səsləri gəlmişdir. Bundan sonra isə Taleh onun otağının qarşısında Günayla mübahisə etmişdir. Sonuncu onun otağına keçib Talehin onun qolundan möhkəm tutduğunu demişdir. Taleh onun otağının qarşısında Günayın anasının və bacısının ünvanına və hicablarına nalayiq söyüşlər söymüşdür. O, Nəriman və Günay Talehə yalvarmışlar ki, söyüş söyməsin, səhər Günayı aparar. Taleh söyüş söyən zaman Mehdi arxadan gəlib qəfildən sol əlində olan bıçaqla Talehin sağ boyun nahiyəsindən bir zərbə vurmuşdur. Taleh zərbənin təsirindən titrəyə-titrəyə yerə yıxılmışdır. Daha sonra Nəriman atası Mehdinin mobil telefonu ilə polisə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, bacısı Günay 2019-cu ildə Talehlə ailə qurmuşdur. Elə ilk vaxtlardan Taleh Günayı əsassız yerə görə döyüb təhqir etmişdir. Sonuncu dəfə 2021-ci ilin yanvar ayında Taleh Günayı hamilə vəziyyətdə döydüyünə görə sonuncu evlərinə qayıtmışdır. 14 mart 2021-ci ildə “Covid 19” pandemiyası ilə əlaqədar Nərimana toy edə bilmədiklərindən yaşadıqları evdə yaxın qohumların iştirakı ilə məclis təşkil etmişlər. Həmin toy məclisinə Talehin anası Məlahət və atası Vaqif də dəvət edilmişdir. Taleh isə Günaya koronavirusa yoluxduğunu bildirib, gələ bilməyəcəyini demiş, daha sonra valideynlərinin də məclisə gəlməyəcəyini bildirmişdir. Buna baxmayaraq həmin gün saat 18 radələrində Taleh gözlənilmədən onlara gəlmişdr. Onlar sonuncunun virusa yoluxduğuna görə narahat olmuşlar, lakin Talehə heç kim irad tutmamışdır. Sonuncu əlində gül dəstəsi ilə içəri keçmiş, qardaşını və gəlinlərini təbrik etmişdir. Daha sonra Taleh qonaq otağında onun qayınatası Məhərrəməli ilə nərd oynamışdır. Həmin vaxt evdə qayınatasından başqa əri Nurlan, qayını Fərid, dayısı oğlu Hüseyn, qonşuları Lilpar, qızı Türkan və oğlu “Qaqaş”da onlarda olmuşlar. Digər qonaqlar xalası Amalya əri Elmidar, bibisi Gülbadə onun əri Natiq, anasının evində işlədiyi Rəna, azyaşlı qızları və başqa xatırlamadıqları şəxslər sonradan çıxıb getmişlər. Bir müddət sontra Taleh bacısı Günayı evə aparmaq istəmiş, sonuncu isə Talehdən səs-küy salmamasını xahiş edib, qonaqlar gedəndən sonra gedəcəklərini bildirmişdir. Sonuncu dəhlizdə qışqıraraq mütləq indi getməli olduqlarını demişdir. Sonra atası Mehdi Talehi sakitləşdirib, qonaq otağına aparmışdır. Taleh bir qədər sonra yenidən Günaya getmək lazım olduğunu demişdir. Bu vaxt o, oğlunu yatızdırmaq üçün yataq otağına keçmişdir. Orada ikən Talehin nalayiq söyüşlər söydüyünü eşitmişdir. Atası Mehdi bir neçə dəfə Talehi sakitləşdirməyə çalışsa da, sonuncu sakitləşməmişdir. Elə bu vaxt qışqırıq səsləri eşidib, otaqdan çıxmış və Talehin dəhlizdə qan içində yerdə uzandığını görmüşdür. Bir qədər sonra sonuncunu atası Mehdinin mətbəx bıçağı ilə vurub öldürdüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 14 mart 2021-ci ildə Biləcəri qəsəbəsində toy məclisi keçirilən Nəriman onun qaynının arvadının qardaşıdır. Həmin günü onlar da toya dəvət edilmiş, lakin əri işdə olduğundan toya gələ bilməmişdir. O, azyaşlı qızı ilə birgə həmin gün saat təxminən 12 radələrində toya getmişdir. Orada tanıdıqlarından Günay, Aygün, Günel, Fatimə və başqa adlarını bilmədiyi qadınlar olmuşdur. Günellə söhbət zamanı bilmişdir ki, sonuncunun əri Taleh onu tez-tez döydüyündən bir müddətdir ki, atası evində qalır. Günortadan sonra Günayın əri Taleh əlində gül dəstəsi ilə gəlib, Fatimə və Nərimanı təbrik edərək kişilər olan otağa keçmişdir. Bir müddət keçdikdən sonra mənzilin dəhlizində səs-küy eşidilmiş, bildiyinə görə Taleh arvadı Günayın onunla evə getməsini tələb etmişdir. Günay isə buna etiraz etdiyindən aralarında mübahisə yaranmışdır. O, otaqdan çıxmamışdır. Daha sonra mübahisənin kəskinləşdiyini, Talehin Günayı təhqir etdiyini görüb, evlərinə qayıtmışdır. Həmin günü gecə saatlarında qaynatası Məhərrəməli Günayın atası Mehdinin Talehi bıçaqla vurub öldürdüyünü demişdir. Hadisənin səbəbini soruşduqda Günay Talehlə qayıtmaqdan imtina etdiyinə görə, sonuncu onu ağır söyüşlərlə təhqir etdiyindən, Mehdi Talehi bıçaqla vuraraq öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Şahid3 onun dayısı oğludur. 14 mart 2021-ci ildə sonuncunun Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayədə yaşadığı evdə toy məclisi keçirilmişdir. Nərimanın nikaha daxil olduğu Fatimə onların qohumudur. Məclisə o və arvadı dəvət edilmişdir. Həmin gün günorta vaxtı Nərimangilə gedib, gələn qonaqların yerləşdirilməsinə və onlara qulluq edilməsinə köməklik etmişlər. Qonaqlar bibisinin yoldaşı Elmidar arvadı Amalya, xalası Gülbadə, əri Natiq, onun arvadı Aytən, Mehdinin qudası, yəni Günelin qayınatası Məhərrəməli oğlanları Nurlan, Fərid və qonşusu olmuşlar. Məclisdə kişilərlə qadınlar ayrı otaqlarda oturmuşlar. Günay özü orada olmuş, lakin əri Talehin valideyinləri gəlməmişlər. Təxminən saat 17-18 radələrində Taleh əlində gül dəsti ilə evə gəlmiş, Nəriman və Fatiməni təbrik edib gülü sonuncuya verib, otağa keçmiş və Məhərrəməli ilə nərd oynamışdır. Bir qədər sonra bəzi qonaqlar getmiş, adamların sayı azalmışdır. Taleh arvadı Günayla mübahisə edib evə getməsini tələb etmişdir. Sonuncu Talehi sakitləşdirmək üçün məclisin bitməsini gözləməsini xahiş edib, sonra gedəcəklərini desə də, Taleh təkidlə Günayı aparmaq istəmişdir. Həmin vaxt Nurlan və Fəridlə birgə qonşulardan gətirilmiş stol və stulları sahiblərinə daşımışlar. Məhərrəməli və Mehdi birlikdə Talehi otaqda sakitləşdirməyə çalışmışlar. O, həyətdə olarkən evdən qışqırıq səsləri eşitmiş, içəri keçəndə Talehi dəhlizə qan içində uzandığını görmüşdür. Həmin vaxt Mehdinin əlində bıçaq olmuşdur. Günay atası Mehdinin Talehi bıçaqla vurduğunu demişdir. Bundan sonra arvadı Aytənlə evə qayıtmışdır. Yolda Aytən ona bildirmişdir ki, o, məhəllədə stol və stulları apararkən, Taleh evdə nalayiq söyüşlər söymüş, hadisə də buna görə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid6 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-tibbi ekspertizasının 13.04.2021-ci il tarixli 56 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünə səbəb sağ xarici yuxu arteriyasının kəsilməsi ilə müşaiyət olunan boyun kökünün sağ-yan səthinin deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki. Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (14.03.2021-ci tarixdə, saat 22:45-də meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: boyun kökünün sağyan səthində sağ xarici yuxu arteriyasının kəsilməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yara. Yara kanalının istiqaməti sağdan-sola, arxadan önə və bir qədər yuxarıdan-aşağıya doğrudur, alın nahiyəsinin və burun belinin qançır-şişkinliyi, alın nahiyəsinin və sağ qaş nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, onun ölümündən az əvvəl əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən boyun kökünün sağ yan səthinin sağ xarici yuxu arteriyasının kəsilməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir və həyat üçün təhlükə olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, alın nahiyəsinin və burun belinin qançır-şişkinliyi, alın nahiyəsinin və sağ qaş nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Beləliklə Zərərçəkmiş şəxs yetirilən bıçaq xəsarəti ilə onun ölümü arasında səbəbli əlaqə vardır. T.V.Mirzəvevin meyitində aşkar olunmuş xəsarətlərdən boyun kökünün sağ yan səthinin deşilmiş-kəsilmiş yarası qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşiçi-kəsiçi təsirindən əmələ gələ bilərdi. Digər xəsarətlərin isə yetirilən bıçaq zərbəsindən sonra onun yıxılaraq bərk küt əşyaya (əşyalara) və yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur. T.V.Mirzəvevin meyitində qarşılıqlı mübarizə nəticəsində əmələ gəlməyə xarakterik xəsarət aşkar olmadı. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. (Cild 1, i.v.231-236) Məhkəmə-bioloji ekspertizasının 03.05.2021-ci il tarixli 270/2021 MTBŞ rəyindən görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd xalça tipli ayaqaltı, şifon don, şərf, 06 ədəd qaşıntı maddəsi üzərində, 02 ədəd pambıq lopası və 02 ədəd çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus şalvar, jaket, trusik, qısaqol kofta, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, kəmər, Şahid3 məxsus cins şalvar, Təqsirləndirilən şəxs məxsus şalvar, alt köynək və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq yalnız «H» antigeni alındı. Bu qan ləkələri O alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus alt mayka, poliver, Şahid3 məxsus cins gödəkçə, pencək-şalvar dəsti və 02 ədəd köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. (Cild 2, i.v.1-9) Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 30.04.2021-ci il tarixli ***-**** MTKŞ-in rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus jaketin yuxan hissəsində, boyunluq hissəsinin ön səthinin sağ yarısında 02 (iki) ədəd deşilmişkəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus jaket üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus jaketin üzərində aşkar edilmiş zədələrin yerləşməsinə görə ehtimal etmək olar ki. hər iki zədənin istiqaməti öndən arxaya və bir qədər sağdan sola olmuşdur. Eyni zamanda, xəsarət yetirilən anda zərərçəkənlə xəsarət yetirən şəxs müxtəlif duruş və qarşılıqlı vəziyyətdə olmaqla, zədə yetirilən anda zədə nahiyələri iz törədən alətə (alətlərə) yönəldilmiş vəziyyətdə olmuş və iz törədən alət müxtəlif vəziyyətdə olmuşdur. Xəsarət yetirilən anda bıçağın dayanmaqla və ya məsafəli olduqda hansı məsafədən xəsarətin yetirilməsi sualının cavablandırılması məsələsi istintaq yolu ilə həll oluna bilər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd tuman, bir ədəd kəmər, bir cüt ayaqqabılar və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Şahid3 məxsus cins şalvarın ön səthinə tikilmiş düymənin yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması şalvara küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Şahid3 məxsus bir ədəd gödəkçə, bir ədəd pencək, bir ədəd şalvar (klassik) və iki ədəd köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus iki ədəd köynək, bir ədəd sviter, bir ədəd mayka və bir ədəd şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (Cild 1, i.v.266- 277) Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasının 09.06.2021-ci il tarixli 1245 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında Təqsirləndirilən şəxs hazırda psixiatrik xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixioloji müayinə gedişində idrak prosessləri dünyagörüşü, adaptiv və ünsiyyətcildir. Emosional iradi sfkerasında fərdi psixi xüsusiyyətlərində, hərəkət və daranışım iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda bər hansı bir psixi xəstəlikdən əziyyət çəkinir. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti onda yaranmış situasiya ilə əlaqəli psixopatik reaksiya kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən emosional vəziyyətində hirslilik yaranmışdır. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. (Cild 2, i.v.158-161) Məhkəmə-tibb ekspertizanın 30.03.2021-ci il tarixli 350 saylı rəyindən görünür ki, X3 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ bazu nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, sol said nahiyəsinin sıynqlan bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-5 gün əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən 14.03.2021-ci ildə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. G.M.Mirzəyevanın bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasının nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədən hissələrinin (əl, ayaq və əl barmaqlarının dırnaqları və.s) təsirindən əmələ gələ bilərdilər. Sol baldır nahiyəsinin qançırı bərk küt əşyaya və eləcə də, yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur. (Cild 1, i.v.225-227) İşin 2-ci cildinin 181-187-ci vərəqlərindəki qərardan görünür ki, Nəriman və Təqsirləndirilən şəxslərlə Zərərçəkmiş şəxs arasında 2019-cu ildə sonuncunun Günay Mirzəyevanı ölümlə hədələməsinə görə aralarında baş vermiş münaqişə ilə bağlı Nərimanov RPİ-in İŞ-də araşdırma aparılmaqla nəticəsinə dair 07.09.2019-cu ildə cinayət təqibinin başlanılması rədd edilmişdir. İşin 2-ci cildinin 177-178-ci vərəqlərindəki Ağcabədi RİHB İnzibati Ərazi Dairəsi üzrə Boyat kənd Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İşin 1-ci cildinin 51-52-ci vərəqəsindəki 15 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 213-244-cü vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd xalça tipli ayaqaltı, 01 ədəd bıçaq, şifon don, şərf, 06 ədəd qaşıntı maddəsi üzərində, 02 ədəd pambıq topası və 02 ədəd çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus şalvar, jaket, trusik, qısaqol kofta. 01 cüt corab, 01 cüt idman ayaqqabısı, kəmər, Təqsirləndirilən şəxs məxsus şalvar, alt köynək və köynək üzərində insan qanı ləkələri aşkar olunduğundan, həmçinin Günay Mirzəyevaya məxsus REALME markalı mobil telefon iş üzrə iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına verilmişdir. İşin 2-ci cildinin 77-78-ci vərəqlərindəki sənədlərdən görünür ki, X2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, həyat yoldaşının vəfat etməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törəməsini və könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hal yoxdursa, təyin olunan cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 15 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd xalça tipli ayaqaltı, 01 ədəd bıçaq, şifon don, şərf, 06 ədəd qaşıntı maddəsi üzərində 02 ədəd pambıq topası və 02 ədəd çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus şalvar, jaket, trusik, qısaqol kofta, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, kəmər, Təqsirləndirilən şəxs məxsus şalvar, alt köynək və köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Günay Mirzəyevaya məxsus REALME markalı mobil telefon isə özünə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 60 (altmış) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Binəqədi rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd xalça tipli ayaqaltı, 01 ədəd bıçaq, şifon don, şərf, 06 ədəd qaşıntı maddəsi üzərində 02 ədəd pambıq topası və 02 ədəd çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus şalvar, jaket, trusik, qısaqol kofta, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, kəmər, Təqsirləndirilən şəxs məxsus şalvar, alt köynək və köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Günay Mirzəyevaya məxsus REALME markalı mobil telefon isə özünə qaytarılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 60 (altmış) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-259/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-259/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver