Məhkəmə qərarları › İş №1(101)-259/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-259/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-259/2025 31.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X9 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, yetkinlik yaşına çatmayan 1 (bir) uşağı olan, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, İslamov X8 Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edildikdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə cəzadan 03 ay 24 gün vaxtından əvvəl şərti azad olunduqdan sonra (məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda) yenidən qəsdən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən külli miqdarda 5,580 qram çəkidə narkotik vasitə heroin qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 oktyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 00:10-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2İN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sol yan cibindən biri ədəd bükümdə külli miqdarda - 5,58 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 2023-cü ildə Qazaxıstandan Azərbaycana gəlmişdir. Qohumu olan Arazın anası Arazın gömrük işçiləri ilə problemi olduğunu və bu problemin pul ilə əlaqəli olduğunu demişdir. Arazın maşın alveri ilə məşğul olduğunu və Amerikadan maşın gətirib satdığını bildirmişdir. O özünün də maddi vəziyyətinin yaxşı olmadığını, lakin əlindən gələni edəcəyini demişdir. Daha sonra Arazla zəngləşib görüşmüş və görüş zamanı Arazın başında zədə olduğunu görmüşdür. Həmin zədənin nə olduğunu soruşduqda gömrük işçiləri ilə pula görə arasında problem olduğunu dilə gətirmişdir. Gömrük işçiləri ilə dalaşdığı şəxslə deyil onun dostu ilə görüşdüklərini həmin şəxsin pulun onun pulu olmadığını Arazın dalaşdığı şəxsin pulu olduğunu bildirmişdir. Oktaybrın 1-i həmən gömrük işçisi Tural ilə Nərimanov rayonunda yerləşən Sevgilim kafesində görüşmüşlər. Bu görüşdə Arazın olmadığını çünkü Araz orda olsaydı aralarında mübahisə yarana biləcəyini demiştir. Turalın yanında İbrahim adında dostu olmuşdur. Onlarla görüş zamanı onların haqlı olduğunu, borcun 9060 manat olduğunu və ödənməli olduğunu bildirmişdir. O pulun vaxtını, 4 gün sonra Araz nə düzəldəcək düzəldəcək, çatışmayan hissəni özünün verəcəyini, onların da razılaşdığını demişdir. Oktaybrın 5-i Arazla zəngləşdiyini və Arazın 3600 manat pul düzəltdiyini, gömrükdə maşını olduğunu,onu götürüb satıb pulu tam düzəldəcəyini onun isə 1100 manat nəğd pulu olduğunu bildirmişdir. Arazla görüşüb gömrük işçiləri ilə danışıb onlarla “Sevgilim” kafesində görüşməyə getmişlər. Onun üzərində 3600 Arazın pulu və 1100 öz pulu olmuş və bu pulları ayrı-ayrı ciblərinə qoymuşdur. Kafeyə girəndən 3-4 dəqiqə sonra 7-8 nəfər Banditizm əməkdaşları içəri daxil olub onu yerə yıxaraq əlini qolunu bağlamışlar. Orada aparılmış axtarış zamanı üzərindən pulu çıxardıb həmin pulun nə pul olduğunu soruşduqları zamanı Turalın pulu olduğunu yəni maşınla əlaqəli ona borclarının olduğunu bildirmişdir. Turaldan soruşduqları zamanı Tural onun pulu olduğunun təsdiqləmişdir. Sonra isə onları banditizmə aparmışlar və orada ona gecə ona izahat yazdırmışlar. Sonra isə ona demişlər ki, bu söz söhbətə görə o, sroka getməlidir. Cibinə narkotik qoyub çəkiliş aparmışlar. Çəkilişdən əvvəl ona fiziki və psixoloji təzyiqlər etmişlər. O, isə razılaşmışdır. Sanksiyaya çıxan gün onu analizə aparmışlar. Orada həkimə narkotik istifadəçisi olmadığını demişdir. O kafe və çay evi işlətmiş, ofsiant vəzifəsində işləmişdir. Qazaxıstan və Azərbaycanda da bu işlərlə məşğul olmuşdur. Tutulduğu zaman gecə saat 12-yə 15-20 dəqiqə qalmışdı. Orada 4 nəfər olublar. Döyülməsi ilə bağlı araşdırma gedib,lakin heç kim tərəfindən qəbul edilməyib. 2014-cü ilədək marixuana qəbul etmişdir. Maştağada ondan analiz götürülən zaman onun heroin istifadəçisi olmadığını həkimə bildirmişdir. Üzərində axtarılı keçirilənə qədər vəkili görməmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələri ilə məhkum edilmişdir. Təxminən 2 aydır ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Narkotik vasitəni təsadüfi şəxslərdən əldə edirdi. 06 oktyabr 2023-cü il tarixdə 00:10-da ünvan 3 ünvanının qarşısında tanışları Şahid1, Şahid4 və Şahid3 ilə birlikdə olduqlarə zaman bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN- in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Şahid1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş 10 manat pul özünə geri qaytarılmışdır. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. İbrəhimə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və 06 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 üzərindən aşkar edilmiş 6 manat ona geri qaytarılmışdır. Daha sonra Şahid4 və Şahid3 üzərinə baxış aparılmış, lakin əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul verərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini, üzərindən aşkar olunan narkotik vasitədən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid4 və Şahid3 onun və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroindən məlumatlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Araz adlı şəxsin 9060 manat borcu olmuşdur. Pulun geri qaytarılmasını tələb edən zaman pulu qaytara bilməyəcəyini demişdir. Bununla bağlı polisə şikayət ərizəsi yazmışdır. Daha sonra Araz zəng edərək pulu qaytaracağını demiştir. Görüş zamanı Arazın yerinə dostu Ramil gəlmişdir. Görüş təxmini 11:30 ya da 00:00 olmuşdur. Orada dostu İbrahim Alməmmədovla birlikdə olmuşdur. Birlikdə oturub çay içən zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları içəri daxil olmuşdur. Daha sonra İdarəyə aparılmışlar. İdarədə olan zaman polis əməkdaşları ona hədə qorxu ilə pul tələb etdiyini demişlər. Pul tələb etmədiyini ona olan borcu istədiyini demişdir. Daha sonra məsələni aydınlaşdırmaq üçün Arazı gətirdiklərində həqiqətəndə Arazın borcu olduğunu bilmişlər. Bir gecə idarədə qaldıqdan sonra səhəri günü videoçəkiliş vasitəsi ilə üzərlərinə baxış keçirilmişdir. Hərkəs ayrı-ayrı otaqlarda olmuşdur. Çəkiliş zamanı Ramil və İbrahimin üzərindən narkotik vasitə çıxmışdır. Axşam olduqda Arazla birgə onu buraxmışlar. Ramilin üzərinə axtarış keçirilən zaman orada olmamışdır. Görüş məqsədləri sadəcə borc pula görə olmuşdur. Görüş zamanı Kafeyə İbrahimlə birgə əvvəlcədən getmişdir. Çəkiliş zamanı hamısı bir yerdə olmuşlar. Çəkiliş zamanı üzərində olanları çıxarmasını demişlər. O da üzərində olan 15-20 manat pulu çıxarmışdır. Arazla mübahisələri olmuşdu. Buna görədə Ramil pulun qaytarılmasında olan ləngimələrə görə mübahisələrin yersiz olduğunu demişdir. İbrahimin narkotik vasitəsində əvvəllər məhkum olunması barədə məlumatı olmuşdur. Ramil ilə bağlı əvvəllər məhkum olub olmaması ilə bağlı, narkotik istifadəçisi olub-olmaması ilə bağlı məlumatı olmamışdır. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2023-cü il tarixdə 00:10-da ünvan 3 ünvanının qarşısında tanışları Təqsirləndirilən şəxs, Şahid4 və Şahid1 ilə birlikdə olduqları zaman İbrəhim və Ramilə bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. İbrəhim və Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis idarəsində Ramil və İbrəhimin hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 manat pul onun özünə geri qaytarılmışdır.Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və 06 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edildi. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 üzərindən aşkar edilmiş 06 manat onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid4 və onun üzərinə baxış aparılmışdır. Bu zaman heç bir qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini dünən axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul verərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini dünən Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini, üzərindən aşkar olunan narkotik vasitədən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir.Həmçinin şifahi sorğu zamanı Şahid4 və o Təqsirləndirilən şəxs və Şahid1 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroindən məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün mən və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Turala maşın alveri ilə bağlı 9060 manat borcu olmuşdur. Bu məsələ ilə bağlı aralarında mübahisə yaranmışdır.Ramil onlarda olan zaman anası bu barədə Ramilə danışmışdır. Daha sonra aralarında bu barədə söhbət olmuşdur. Danışıqdan sonra 3700 manat pulu özü, Ramil isə 1000 manat pul düzəltmişdir. Ramil Turala zəng vurduqdan sonra Sevgilim adlı kafedə görüşmüşlər. Tural dostu İbrahim ilə özü isə Ramil ilə getmişdir. Kafedə outran zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları içəriyə daxil olmuşdur. Daxil olduqdan sonra İdarəyə aparılmışlar. İdarədə olan zaman ona hədə qorxu ilə pul tələb etdiyini demişlər. O isə heçkimdən pul tələb etmədiyini və borcu olduğunu kafeyə bu səbəbdən gəldiyini demişdir. Kafedə 4 nəfər olmuşlar. Həmin vaxt Ramilin üzərində 4700 manat pul olmuşdur. Həmin şəxslərlə görüşməkdə məqsəd borcun ödənilməsi ilə bağlı olmuşdur. Kafedə saxlanılan zaman polis əməkdaşları onların üzərlərinə baxış keçirmişlər. Onlara narkotik vasitə ilə bağlı şüphəli bilindiklərini sonradan demişlər. Saxlanılan zaman Samirin cibinə narkotik vasitənin polis əməkdaşları tərəfində qoyulduğuna əmindir. Tural və özünün maşınını idarəyə polis əməkdaşları tərəfindən aparılmışdır. Gecəni İdarədə keçirdikdən sonra səhər saat 10 radələrində təhqiqatçının otağına aparılmışlar. Tural ilə aralarında olan mübahisə ilə bağlı barışıq olmuşdur. Ramil ölkəyə 1 həftə 10 gün əvvəl gəlmişdir. Hadisədən 1 həftə əvvəl həmin şəxslərdən borcun qaytarılmasına görə 1 həftə möhlət istəməyə getmişdir. Görüş təyin edildikdən sonra Ramil ona aralarındakı mübahisəyə görə görüşə getməməsini tövsiyyə etmişdir. Ramilin narkotik vasitə istifadə etdiyindən xəbəri olmuşdur. Saxlanılan zaman Ramilin cibindən pul, siqarət, telefon və şəxsiyyət vəsiqəsi çıxmışdır. Bölmədə olan zaman ona və Ramilə qarşı fiziki təsir göstərilmişdir. Aldığı xəsarətlə bağlı həkimə müraciət etməmişdir. Ramilin vəziyyəti yaxşı olmamışdır. Lakin üzündə xəsarət olamışdır. Şahid4 ibtidai araşdırma zamanı Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Araz adlı şəxsin Turala 9060 manat borcu olmuşdur. Ramil Turaldan 2-3 gün vaxt istəmişdir ki pulu düzəldib qaytarsın. 2-3 gün sonra Araz və Ramil ilə birliokdə kafedə görüşüb çay içmişlər. Ramil pulu gətirdiklərini demişdir. Söhbət əsnasında içəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş və onları idarəyə aparmışlar. Ramilin üzərinə şəxsi axtarış keçirilən zaman orada olmamışdır. Görüşün məqsədi borc pula görə olmuşdur. Saxlanıldıqları ərazi Sevgilim kafesi olmuşdur. Sevgilim kafesində kabinetdə oturmuşdular. Kafeyə Tural ilə birgə getmişdir. Kafedə Polis əməkdşları üzərlərini yüngül şəkildə yoxlamışlar. İdarəyə ayrı-ayrı maşınlarda aparılmışlar. Polis əməkdaşları onları rekertlik etdikləri üçün saxladıqlarını demişlər. Hərənin üzərində 15-20 manat pul olmuşdur. Otaqda 4 nəfər olmuşlar. Üzərlərinə baxış zamanı polis əməkdaşları ciblərini yoxlamışdır. Ramilin cibini yoxladıqlarını görmüşdür. İdarədə üzərlərinə baxış keçirən fərqli adamlar olmuşdur. Ramilin üzərindən heçnə çıxmamışdır. Ramilin üzərinə baxış keçirən şəxsin adı Cavad olmuşdur. Kafedə olan zaman üzərində olan pulu götürməmişlər. İdarədə üzərindən 4.700 manat pul çıxmışdır. Ramili kafedə olan zaman tanımışdır. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 1 aydır ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Narkotik vasitəni təsadüfi şəxslərdən əldə edirdi. 06 oktyabr 2023-cü il tarixdə saat 00:10-da ünvan 3 ünvanının qarşısında tanışları Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 ilə birlikdə olduqlarə zaman bizə bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrizdə qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O və Təqsirləndirilən şəxs yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişlər ki, hazırda üzərilərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişlər və şübhəli şəxs qismində tutulmuşlar. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 manat pul onun özünə geri qaytarılmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və 06 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 6 manat pul özünə geri qaytarılmışdır. Daha sonra Şahid4 və Şahid3 üzərinə baxış aparılmış, lakin əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini dünən axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul verərək aldığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Keçən ilin oktyabr ayında şəxlər barəsində narkotik vasitənin qanunsuz saxlanılması, daşınması və satması ilə bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat tədbirləri keçirilmişdir. Hadisə yerində 4 nəfər şəxs olmuşdur. Onlar idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə təhqiqatçının otağında üzərlərinə baxış keçirilmişdir. Ramil və İbrahim adlı şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Şəxslərə qarşı heçbir təzyiq göstərilməmişdir. Şəxslər gecə saatlarında Təbriz küçəsində saxlanılmışdır. Əməliyyat qrupu 5-6 nəfərdən ibarət olmuşdur. Şəxslər saxlanılan zaman polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir. Polis əməkdşlarının üzərində telefon və ratsiya olmuşdur. Şəxslərin üzərlərinə baxış küçədə çox adam olduğundan və hal vəziyyəti çətinləşdirdiyindən idarədə aparılmışdır. Ramilin hansı nəqliyyat vasitəsi ilə idarəyə gətirildiyini xatırlamır. Saxlanılan şəxslərdən hansının avtomobilinin idarəyə gətirilib gətirilməməsi xatırlamır. Ramilin üzərindən narkoptik vasitə kakos aşkar edilmişdir. Digər şəxslərin üzərlərinə baxış keçirilən zaman onlara müdafiəçi təmin edilməmişdir. Əgər üzərlərindən narkotik vasitə aşkar edilmiş olsaydı müdafiəçi o zaman təmin edilmiş olacaqdı. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə işlədiyi Baş İdarəyə daxil olmuş məlumatda Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bildirilmişdir. Daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılmasında şübhəli bilinən Şahid1 və Təqsirləndirilən şəxs olduqları yer müəyyən edilərək 06 oktyabr 2023-cü il tarixdə saat 00:10-da ünvan 3 ünvanının qarşısında tanışları Şahid4 və Şahid3 ilə birlikdə olduqları zaman saxlanılmış, saxlanılarkən üstlərində şəxsi axtarış, eləcə də Şahid3 və Şahid4 üstlərində baxış keçirilməsinə yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü onlar saxlanıldıqları yerdən Baş İdarəyə gətirilmişlər. Təqsirləndirilən şəxs və Şahid1 barəsində şübhəli şəxs qismində tutma haqqında qərarlar qəbul edilmişdir. Barələrində şübhəli şəxs qismində tutma haqqında qərarlar qəbul edilmiş Təqsirləndirilən şəxs və Şahid1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 oktyabr 2023-cü il tarixli qərarlara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid1 barələrində şəxsi axtarış və götürmə, eləcə də Şahid4 və Şahid3 üzərilərinə baxış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 manat pul onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid1 şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Şahid1 buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü və 06 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 üzərindən aşkar edilmiş 06 manat onun özünə geri qaytarılmışdır. Daha sonra Şahid4 və Şahid3 üzərinə baxış aparılmış, lakin əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul verərək aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini, üzərindən aşkar olunan narkotik vasitədən başqa şəxslərin məlumatının olmadığını bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Şahid4 və Şahid3 tanışları Təqsirləndirilən şəxs və Şahid1 üzərilərindən aşkar edilmiş narkotik vasitə heroindən məlumatlarının olmadığını bildirmişlər. Şahid1 və Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də üzərilərinə şəxsi axtarış keçirilən zaman onlara qarşı heç bir fiziki və psixi zor göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-ci il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2023-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdə) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan şalvarının yan cibindən 01 ədəd sellofan bükümü,əynində olan şalvarının arxa cibindən 01 ədəd mobil telefonu, yan cibindən 10 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. 01 ədəd sellofan bükümə baxış keçirilirkən bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edildi. 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 manat pul onun özünə geri qaytarıldı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini dünən axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Avtovağzal” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pul verərək aldığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa şəxslərin məlumatının olmadığını bildirdi. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/5234 saylı xx.xx.2023-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə heroinə oxşar maddə şüphəli şəxs (imza) Təqsirləndirilən şəxs ” yazısı və imzalar olan zərfdəki 1(iki) ədəd bükümdə təmiz şəkisi 5,58 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 6373 nömrəli xx.xx.2023-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı (sidik nümunələri də götürülməklə) Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunr. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəaində olan cinayət işi ayrıca icraata ayrılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, aşkar edilmiş narkotik vasitənin çəkisi (miqdarı) və bir büküm halında olması təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnız bir bükümdə olması, özü də əvvəlcədən hazırlanaraq xırda bükümlərə bölünməməsi, təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin aşkar olunmaması onu deməyə əsas verir ki, aşkar olunmuş narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarını, bir bükümdə olmasını nəzərə alaraq, əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu, şəxsi istifadəsi üçün əldə etmədiyini və belə bir fikrinin olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 6373 nömrəli xx.xx.2023-ci il tarixli rəyindən görünür ki, (sidik nümunələri də götürülməklə) müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunr. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan əlavə, təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən fiziki və yaxud da psixoloji təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından və müvafiq MSY-dən onun tibbi kitabçasının surətləri əldə edilmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun müvafiq MSY-yə və İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı hər hansı bir yeni xəsarətinin aşkar olunmadığı müəyyən edilmişdir. Nərimanov Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasının müəyyən edilməsi barədə araşdırma aparılaraq ekspert rəyi və müvafiq tibbi sənədlər də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməməsi və belə bir fikrinin olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində bildirdiklərini, yəni narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələsini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində bildirdiklərini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bundan əlavə, məhkəmə istintaqı zamanı şahidlər Şahid3, X3 və Şahid4 ifadələrində hadisə günü kafedə outran zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının içəriyə (kafeyə) daxil olaraq onlar orada tutub polis idarəsinə aparılmalarını bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı şahidlərin gətirdiyi bu dəlillər iş materiallarından olan ifadələr, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, şahidlərin məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir və ibtidai araşdırma zamanı verilmiş ifadələrin mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadələri həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq ,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə (CM-in 221.2.1, 228.4 və 234.1) məhkum olunmuş, sonuncu dəfə isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarına əsasən cəzadan 03 ay 24 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, 03 iyun 2022-ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən təqsirləndirilən şəxsin məhkum olunduğu cinayət əməli (CM-in 126.1 maddəsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə (cinayətlərin təsnifatı) müvafiq olaraq ağır cinayət hesab olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivi sayılır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını, qeydiyyat (yaşayış) yeri üzrə barəsində şikayətin olmamasını və yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, sonadan isə həbs qətimkan tədbirinin müdəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə də, narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 5,48 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci olan 114 manat məbləğində pulun 57 manatı təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Belə ki, hazırkı cinayət işi üzrə ittiham bir şəxs barəsində irəli sürüldüyündən, ekspertriza rəyi isə iki şəxs barəsində verildiyindən və bu şəxslərə qarşı iştirakçılıqla bağlı birgə və ya əlaqəli ittiham irəli sürülmədiyindən məhkəmə hesab edir ki, ekspertiza xərcinin yarısı, yəni ½ hissəsi hazrıkı cinayət iş üzrə təqsirləndirilən şəxsdən tutulmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (X7) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 06 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 5,48 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcinin 57 manatı təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 36 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar