Məhkəmə qərarları › İş №1(101)-26/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-26/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-26/2022 01.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyasının Kaluqa vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü kı, o, digər şəxslərlə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 03 yanvar 2009-cu il tarixdə, saat 22.45 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 78 saylı binanın 4-cü blokunda zərərçəkmiş şəxs X19 basqın edərək, silah qismində istifadə etdikləri bıçaq tətbiq etməklə, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəkləri ilə hədələyərək E.Əliyevə məxsus, içərisində 10 manat pul olan qara rəngli portmanatını və 150 manat məbləğində olan «SİMENS CX-65» markalı mobil telefonunu ***-***-**-** CİN nömrə kartı ilə birlikdə ələ keçirib, hadisə yerindən qaçaraq zərərçəkmiş şəxsə 190 manat dəyərində maddi ziyan vurmaqla quldurluq cinayəti törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, törətdiyi cinayət hadisəsindən sonrakı dövrdə psixikasında problemlər yaranmış, uzun müddət müalicələr almış və hadisənin üstündən çox vaxt keçidiyidən hadisə barədə çox bir şey xatırlamamış, sadəcə rus millətindən birinin pullarını və telefonunu aldığı yadına gəlmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, mənə verilən suallara cavab olaraq aşağıdakıları göstərə bilərəm: Hal-hazırda yuxarıda göstərilən ünvanda ailə üzvlərimlə birlikdə yaşayıram. Rüfət Poleşkin ilə uşaqlıqdan bir məhlədə yaşamışıq.Yaxşı münasibətlərimz var.Həmişə demək olar ki,bir yerdə oluruq. 03 yanvar 2008-ci il tarixdə saat təxminən 19-20 radələrində Rüfətlə birlikdə məhlədə görüşüb qərara aldıq ki, şəhərə gəzməyə çıxaq və bir yerdə Sahil bağına, Nizami küçəsinə gəlib gəzişdik. Saat təxminən 22 radələrində evə qaytmağı qərara aldıq. Rüfətlə birlikdə 28 may metrostansiyasına gəldik. Metroya girdik. Metroda vaqonda olarkən bu zaman sərnişinlərin arasında olan sarışın sifətli əcnəbi millətə oxşayan, saçları olan bir kişi diqqətimi cəlb etdi. Elə başa düşdüm ki.yəqin bu adam İngilis millətindəndir. Fikirləşdim ki, yəqin cibində pulu olar. Ona görə də öz-özlüyümdə qərara aldım ki, bu şəxsi izləyək görək hara gedir, imkan olsa əlindən pulunu, yaxud da bahalı əmlakı varsa alaq. Mən bu təklifimi yanımda olan Rüfətə də bildirdim və Rüfət mənimlə razılaşdı. Birlikdə qərara aldıq ki, bu şəxsin arxasınca düşüb imkan olan kimi döyüb, yaxud da qorxuzub cibində nə olsa alaq. Xalqlar dostluğu metrostansiyasına çatanda gördüm ki,vaqonda 2 nəfər cavan uşaqlar özlərini nəsə «yekəxana, tirpaş aparırlar. Həmin uşaqların birinin böyründə bıçaq var idi. Mən həmin oğlana yaxınlaşıb ona bildirdim ki, «qaqaş sənin böyrübdə gizlətdiyin bıçağdan xoşum gəlir». Olar həmin bıçağı mənə bağışlayasan. Həmin oğlan da mənə bildirdi ki, əgər sənə nəsə kömək lazmdırsa edə bilərik. Mən də ona vaqonda oturan sarışın oğlanı göstərib bildirdim ki, şəxsi gözüm tutub çox güman ki, ingilis millətindəndir, yəqin cibində pulu çox olar. Həmin bu şəxsi soymaq istəyirik. Mən həmin vaxtı yanımda olan dostum Rüfəti də hər iki nəfər cavan uşaqlarla tanış etdim. Bu uşaqlar da mənə öz razılıqlarını bildirdilər. Xalqlar dostluğu metrostansiyasında sarışın sifətli, eynəkli oğlan vaqondan düşdü, Biz də onun arxasınca düşdük. Metrodan çıxdıq, bu oğlan metrodan çıxan kimi yaxınlıqda olan kafeyə girdi, biz kənardan onu izləyirdik, səhv eləmirəmsə, deyəsən pivə içdi və yenidən kafedən çıxdı və yaxınlıqda olan 9 mərtəbəli binanın blokuna girdi. Biz öz aramızda qərar verdik ki, bu şəxsin arxasınca bloka girib onu soyaq. Biz dördümüz də bloka girdik, bizim yanımızda olan uşaqlardan biri həmin bıçağı cibindən çıxarıb bu şəxsə uzadaraq cibində nəyisə varsa verməsini tələb etdi. Bu şəxs danışmaq istəyəndə biz bu şəxsin rus millətindən olmasını gördük. Bu oğlan cibindən qara rəngli portmanatını çıxardıb oğlana verdi. Mən isə həmin vaxtı rus oğlanın şalvarının arxa cibinə girib cibindən mobil telefonu çıxartdım. Rus oğlanın cibində başqa qiymətli əmlakının olmamasını görüb tez blokdan çıxıb qaçaraq hadisə yerindən uzaqlaşdıq. Həmin vaxtı nə mən, nə Rüfət. nə də yanımızda olan digər 2 nəfərə cavan uşaqlar rus oğlana heç bir fiziki zor tətbiq etmədik. Sadəcə olaraq onun üstünə bıçaq çıxardıb qorxuzaraq portmanatını və mobil telefonun alıb hadisə yerindən qaçdıq. Xeyli aralaşandan sonra portmanatın içərisini açıb baxdıq, içərisində metro kartı var idi, başqa heç nə yox idi. Amma mənə elə gəldi ki, portmanatın içərisində pul olub, lakin həmin pulu bu uşaqlar götürüblər. Sonra həmin uşaqlara mən mobil telefon nömrəmi verdim və bildirdim ki, ürəyiniz nə vaxt istəsə zəng edə bilərsiniz, sizə köməklik edə bilərəm. Uşaqlar bizimlə sağollaşıb çıxıb getdilər. Mən də Rüfətlə birlikdə yenidən metroya minib Əzizbəyov metrosuna gəldik. Yolda mən telefona baxanda gördüm ki, Simens markalı mobil telefondur, lakin çox işlənib. Rüfətlə qərara aldıq ki, telefonu sataq. Telefonun içərisində olan CİN nömrə kartını çıxartdım və Rrüfətə verdim. Rüfət mənə bildirdi ki, bəs nömrənin içərisində kontur olsa işlədəcək telefonu Əzizbəyov metrosunun yanında tanımadığımız şəxsə 10 manata satdıq,pulu isə internet klubda xərclədik. 05 yanvar 2009-cu il tarixdə axşam saat təxmmə 23-24 radələrində evdə olarkən polis əməkdaşları gəldilər və məni PB-ə gətirdilər, polis bölməsində olarkən mənə məlum oldu ki, törətdiyimiz cinayətlə bağlı bizdən polisə şikayət ediblər. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmündən görünür ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X9 göstərmişdir ki, 03 yanvar 2009-cu il tarixdə, saat 18-19 radələrində bir qəsəbədə yaşadığı dostu Təqsirləndirilən şəxsla birlikdə yaşadıqları Bülbülə qəsəbəsindən şəhərə gəzməyə gəlmişlər və saat təxminən 22.00 radələrində metro ilə «Xalqlar dostuluğu» metrostansiyasına gəlib, stansiyanın yanında olan dayancaqda evlərinə getmək üçün marşurut avtobusu gözləmişlər. Həmin vaxt onlar orada yerdən CİN nömrə kartı tapmışlar, həmin kartı o, özünə götürmüşdür. Avtobus olmadığına görə onlar taksi maşını ilə yaşadıqları Bülbülə qəsəbəsinə gəlmişlər. Evə gəldikdən sonra o, yerdən tapdığı CİN nömrə kartını yoxlamış və görmüşdür ki, həmin nömrədə 3000-dən artıq kontur var, ona görə də özünün işlətdiyi (050) ***-**-** saylı SİM nömrəsini çıxıarıb həmin tapdığı CİN nömrə kartını telefonuna salıb işlətmişdir. 05 yanvar 2009-cu il tarixdə gecə polis əməkdaqları onu saxlayaraq 34-cü polis bölməsinə gətirmişlər. Orada ona bildirmişlər ki, işlətdiyi CİN nömrə kartı oğurluqdur. O, polis əməkdaşlarına həmin nömrəni yerdən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının ona qarşı fiziki təzyiqi nəticəsində o, məcbur olub bildirmişdir ki, guya Emin adlı şəxsə qarşı dostu Babək və tanımadığı 2 nəfər şəxslə quldurluq cinayəti törətmiş, Emin adlı şəxsdən telefonunu və həmin CİN kart nömrəsini götürmüşlər. O, Təqsirləndirilən şəxsla və hər hansı bir şəxslə heç bir cinayətdə iştirak etməmiş, o cümlədən Emin Əliyevə qarşı quldurluq cinayəti törətməmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmündən görünür ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X24 göstərmişdir ki, 03 yanvar 2009-cu il tarixdə işlədiyi «Bakı-lift» idarəsindən növbədən çıxıb, saat 22 radələrində «28 May» metrostansiyasından «Xalqlar Dostuluğu» metrostansiyasına gəlmiş, oradan yaşadığı Babək prospekti, 78 saylı binaya gəlib, binanın 4-cü blokuna daxil olub liftin düyməsini basmış, bu zaman arxadan 4 nəfər şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslərdən birini başındakı üzərində Rusiya Federasiyasının bayrağı və «ROSSİYA» sözləri yazılmış qara rəngli papağına görə tanımış, sonuncunu bir az əvvəl metroda gələrkən görmüşdür. Həmin şəxslər ondan pul tələb etmiş, o, vermədikdə onlardan biri bıçaq çıxardıb yenə ondan pul tələb etmiş, sonra həmin şəxslər onun cibindən (055) ***-**-** sayı CİN nömrə kartı olan «SİMENS CX-65» markalı mobil telefonunu, içərisində 10 manat pulu olan portmanatını çıxarıb hadisə yerindən qaçmışlar. Bundan sonra o, yaşadığı mənzilə qalxmış və bu barədə anasına demiş, sonuncu «102» xidmətinə zəng vuraraq polisə məlumat vermişdir. Təxminən 10 dəqiqədən sonra polis əməkdaşları gəlmiş, o, hadisə barədə onlara məlumat vermiş və bundan sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazmışdır. 06 yanvar 2009-cu il tarixdə, gecə vaxtı onu 34-cü polis bölməsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, ona qarşı quldurluq cinayəti törətmiş 4 nəfər şəxsdən ikisi tutlumşdur. O, tutulan şəxslərdən birini, sonradan adını bildiyi Rüfət Paleşnıyı tanımış, həmin şəxs ona hücum edən şəxslər arasında olmuş və başında üzərində RF-nın bayrağı və «ROSSİYA» sözləri yazılmış qara rəngli papağı olan oğlan olmuşdur. Ona dəymiş maddi ziyan istintaq zamanı təqsirləndirilən şəxslər Rüfət Paleşnıyın və Təqsirləndirilən şəxs valideynləri tərəfindən tam həcmdə ödənilmişdir, onun heç bir şikayəti və tələbi yoxdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmündən görünür ki, məhkəmədə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, 03 yanvar 2009-cu il tarixdə, saat 22-45 radələrində evdə olarkən oğlu Emin həyəcanlı halda evə gələrək ona demişdir ki, bir az əvvəl blokun qarşısında 4 nəfər cavan uşaqlar onun qarşısını kəsərək, bıçaq çıxardıb onu hədələyərək cibindən «SİMENS CX-65» markalı mobil telefonunu, CİN kartı və içində pul olan portmanatını götürmüşlər. Bundan sonra o, «102» xidmtəinə zəng vuraraq hadisə barədə məlumat vermiş, 10-15 dəqiqədən sonra polis əməkdaşları onlara gəlmişlər. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmündən görünür ki, məhkəmədə şahid qismində dindirilmiş X5 göstərmişdir ki, qardaşı Rüfət 04 yanvar 2009-cu il tarixdə, günorta vaxtı (055) ***-**-** nömrəsindən onun ***-***-**-** nömrə kartıma 3 dəfə 100 kontur pay gönədrmiş, lakin onun bu barədə məlumatı olmamış, ona görə ki, həmin vaxt göstərilən nömrəni işlətməmişdir. Bu barədə yalınz polis əməkdaşları onu 06 yanvar 2009-cu il tarixdə 34-cü polis bölməsinə çağırarkən bilmişdir. Orada ona məlum olumuşdur ki, Rüfət ***-***-**-** nömrəsindən onun (055) ***-**-** nömrəsinə 3 dəfə 100 kontur pay göndərmiş, həmin nömrə cinayət yolu ilə əldə olunmuş və həmin cinayətdə qonşuları Babək də iştirak etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis idarəsinin 34-cü polis bölməsinin rəis müavini X11 ifadəsində göstərmişdir ki, 03 yanvar 2009-cu il tarixdə gecə X12rşı törədilmiş quldurluq cinayəti ilə bağlı olaraq bölmədə əməliyyat qrupu yaradılmış, zərərçəkmiş şəxs Emin Əliyevə məxsus olan və quldurluq yolu ilə ələ keçirilmiş «SİMENS CX-65» markalı mobil telefonun üzərində olan (055) ***-**-** saylı CİN nömrə kartı «Bakcell MMC»-də nəzarətə götürülmüşdür. 05 yanvar 2009-cu il tarixdə «Bakcell MMC»-dən daxil olmuş zənglər siyahısından məlum olmuşdur ki, Emin Əliyevə məxsus CİN nömrədən hadisə baş verdikdən sonra istifadə edilib, həmin nömrədən müxtəlif nömrələrə zənglər edilmiş, o cümlədən (055) ***-**-** saylı CİN nömərəyə 3 dəfə kontur payı göndərilmişdir. (055) ***-**-** saylı CİN nömərsinin sahibi X5 bölməyə dəvət olunmuş, söhbət əsnasında məlum olmuşdur ki, onun telefon nömrəsinə kontur payını qardaşı Rüfət göndərmişdir. Bundan sonra, Rüfət Paleşnıy saxlanılmış və o, izahatında bildirmişdir ki, 03 yanvar 2009-cu il tarixdə, saat 23 radələrində dostu Təqsirləndirilən şəxsla və metroda təsadüfən tanış olduqları 2 nəfər cavan oğlanlarla Emin Əliyevə məxsus telefonu əlindən almışlar, telefonu «Əzizbəyov» metrosunda tanımadıqları şəxsə 10 manata satmışlar, telefonun üzərində olan CİN nömrə kartını yoxlayanda görmüşdür ki, üzərində 3000-dən artıq kontur var, ona görə də həmin nömrədən istifadə etmiş, bacısına kontur payı göndərmişdir. Emin Əliyevi «28 May» metrosunda vaqonda görmüşlər, onun arxasınca düşüb blokun qarşısında ona hücum edib telefonunu və portmanatını aparıblar. Rüfət Paleşnıy həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxs Emin Əliyevə məxsus olan (055) ***-**- ** saylı CİN nömrə kartında kontur qurtardıqdan sonra həmin nömrəni qırıb evlərindəki zibil qutusuna atmışdır. Rüfət Paleşnıyın bacısının mobil telefonundakı şəkillərə diqqət etdikdə orada Rüfətin qarın içində şəkil çəkdirdiyini və həmin şəkildə Rüfətin başında qara rəngli üzərində «Rossiya» sözləri yazılmış, RF-nın bayrağı əks olunmuş papaq olmasını görmüşlər. Rüfətdən bu barədə soruşduqda o, bildirmişdir ki, həmin papaq ona məxsusdur, cinayəti törədərkən həmin papaq onun başında olmuşdur. Zərərçəkmiş şəxs Emin Əliyev də onlara müraciət edərkən ona basqın edən şəxslərin birinin başında qara rəngli, üzərində «Rossiya» sözləri yazılmış, RF-nın bayrağı əks olunmuş papaq olduğun bildirmişdir. Rüfət həmin papağın evdə olduğunu bildirmiş, bundan sonra əməliyyat qrupunun üzvləri Rüfətin və onunla birlikdə cinayətdə iştirak etmiş Təqsirləndirilən şəxs yaşadıqları ünvanlara getmiş, Babək yaşadığı evdə saxlanılmış və hər şeyin ona aydın olduğunu, telefon söhbətinə görə saxlanıldığını bildirmişdir. Rüfətin yaşadığı evə gəldikdə onun anası X1 olaraq evdəki zibil qutusundan zərərçəkmiş şəxs Emin Əliyevə məxsus olan oğlu Rüfət tərəfindən zibil qutusuna atılmış (055) ***-**-** saylı CİN nömrə kartının qırıqlarını, eləcə də oğlu Rüfətə məxsus, qara rəngli üzərində kiril hərfləri ilə «ROSSİYA» sözləri yazılmış, RF-nın bayrağı əks olunmuş papağı təqdim etmişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs izahat alınmış, sonuncu cinayəti səmimi etiraf edərək bildirmişdir ki, hadisə günü Rüfət və təsadüfən metroda tanış olduqları iki nəfərlə birlikdə Emin Əliyevə qarşı quldurduq hərəkəti edərək, sonuncuya məxsus telefonunu və portmanatını almışlar. Bölməyə dəvət olunmuş X25 Babəki və Paleşnıy Rüfəti görən kimi dərhal tanımışdır. O, həmçinin Rüfətə məxsus idman papağını da görən kimi tanımışdır. Bundan sonra, toplanmış materiallar RPİ-nin İŞ-nə təhvil verilmişdir. O, eləcə də göstərmişdir ki, Rüfət Paleşnıy və Təqsirləndirilən şəxs bölmədə olarkən onlara qarşı heç bir fiziki zorakılıq hərəkətləri edilməmiş, onlar özləri etdikləri cinayət əməlini səmimi etiraf etmişlər. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmündən görünür ki, məhkəmədə şahid qismində dindirilmiş X15, X13 və istintaq zamanı şahid qismində dindirilmiş X16 (i/v 106-107) şahid Emil Məmmədovun ifadəsinə uyğun ifadələr vermişlər. İstintaq zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, təxminən 2009-cu ilin yanvar və ya fevral ayında onun işlədiyi kafedə əvvəllər tanımadığı 2-3 nəfər oğlanlar oturub söhbət edirmişlər. Onlardan biri əlində «SİMENS» markalı telefon göstərib, həmin telefonu 10 manata satmaq istədiyini bildirmiş, o da onunla razılaşaraq həmin telefonu almışdır. Təxminən iki həftə həmin telefonu işlətmiş, sonra telefon xarab olduğundan istifadə edə bilməmiş, evə qoymuşdur. 2009-cu ilin may ayının əvvəllərində polis işçiləri onun evinə gəlib ondan «SİMENS» markalı telefon işlədib-işlətməməyini soruşmuş, o da onlara hər şeyi olduğu kimi danışaraq, həmin telefon aparatını polis əməkdaşlarına təqdim etmişdir. Həmin telefonın cinayət yolu ilə əldə olunmasını bilməmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmündən görünür ki, təqsirləndirilən şəxs X6 istintaq orqanına verdiyi ifadəsi onun iştirakı ilə hadisə yerində yoxlanılmış, o, öz ifadələrini təsdiq etmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmündən görünür ki, zərərçəkmiş şəxs Emin Əliyevlə təqsirləndirilən şəxs Rüfət Paleşnıy arasında keçirilmiş üzəlşdirmə zamanı Emin Əliyev ona qarşı törədilmiş quldurluq cinayətinin iştirakçısı olmuş 4 nəfər şəxsdən birinin məhz R.Paleşnıy olduğunu bildirmişdir; 06 yanvar 2009-cu il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs R.Paleşnıyın yaşadığı mənzildən zərərçəkmiş şəxs Emin Əliyevə məxsus (055) ***-**-** CİN nömrə kartı və cinayəti törədən zaman Rüfət Paleşnıyın başında olmuş üzərində kiril hərfləri «Rossiya» sözləri yazılmış idman papağı aşkar olunaraq götürülmüşdür; təqsirləndirilən şəxs Rüfət Paleşnıya məxsus üzərində kiril hərfləri ilə «Rossiya» sözləri yazılmış idman papağı zərərçəkmiş şəxs Emin Əliyevə tanınmaya təqdim edilmiş, sonuncu papağı tanımış və bu papağın ona qarşı quldurluq hadisəsi törədilən zaman Rüfət Paleşnıyın başında olduğunu bildirmişdir; X3 götürülmüş «SİMENS CX-65» markalı mobil telefon zərərçəkmiş şəxs Emin Əliyevə təqdim edilmiş, sonuncu həmin telefonun ona məxsus olduğunu bildirmişdir; iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2009-cu il tarixli, 58 saylı rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə tibbi müayinəsi zamanı X6 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İşdə olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli qərarından görünür ki, anlaqlı vəziyyətdə cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli qərarı ilə cinayət işi ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs barəsində X14 stansionarında məcburi müalicə təyin edilmiş, onun barəsində cinayət işi dayandırılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 mart 2010-cu il tarixli qərarı ilə 23 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının X14 Stansionarına məcburi müalicəyə qəbul olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1 nömrəli Şəhər Poliklinikasının 5 may 2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayon Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs X14 Stansionarında məcburi müalicəsi dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirildiyi üçün 16 dekabr 2011-ci il tarixdə evə yazılmış və Bakı şəhər Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim psixiatr kabinetində müvafiq qeydiyyata götürülmüş, müalicəsi davam etdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 1 iyul 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi həmin tarixdə davam etdirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12 iyul 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında 2012-ci il tarixdən qeydiyyatda olmaqla ambulator mşühaidədədir və həkim psixiatrın müalicəsindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 5 may 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında 2012-ci il tarixdən qeydiyyatda olmaqla ambulator mşühaidədədir və həkim psixiatrın müalicəsindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 20 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcburi ambulator psixiatriya müalicə rejiminə əməl etmir, bir neçə dəfə Respublika Psixiatriya Xəstəxanası X26 təyin edilmiş həkim-məsləhət komissiyasına çağırılsa da, gəlməmiş, sonuncu dəfə 18 noyabr 2020-ci il tarixdə xəstənin göstərilən komissiyada iştirakının təmin edilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə məktub göndərilmiş, lakin xəstə yenə iştirak etməmişdir. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB publik hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcburi ambulator psixiatriya müalicə rejiminə əməl etmir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 may 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin təmin edilməsinə dair tədbir görülməsi barədə Suraxanı rayon Polis İdarəsinə məlumat verilmiş, lakin məktuba cavab verilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin təmin edilməsinə dair tədbir görülməsi barədə təkrar olaraq Suraxanı rayon Polis İdarəsinə məlumat verilmiş, lakin yenə də məktuba cavab verilməmiş, Təqsirləndirilən şəxs barəsində heç bir tədbir görülməmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı rayon Prokurorluğu tərəfindən ********* №-li cinayət işi üzrə 14 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Suraxanı Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı istintaq Təcridxanasında saxlanılır. Həmin iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertiza üzrə 3192 saylı 1 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə şizofreniya paranoid forma psixi xəstəliyin remissiya (yaxşılaşma) mərhələsində olmuşdur; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin remissiya mərəhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir; Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak edə bilər; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiacı yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində komisyon ambulator məhkəmə-psixiatrik ekspertizanın təyin olunmuşdur. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 15 yanvar 2022-ci il tarixli 71 saylı ekspert rəyindən görünür ki, motivləşdirici hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti (F20.0) xroniki psixi xəstəliyi aşkar edilir. Bunu anamnestik məlumatlar (2009-cu ildə psixi vəziyyətində dəyişikliklərin meydana çıxması, bununla əlaqədar ƏN Penitensiar Xidmətinin Müalicə Müəssisəsində stasionar müalicə olunması, keçirilmiş stasionar məhkəmə psixiatrik ekspertizaları zamanı “Kəskin şizofrenəbənzər psixozun” müəyyən edilməsi, məhkəmə tərəfindən X14 Stasionarında məcburi müalicəyə göndərilməsi, məcburi müalicədə otduğu dövrdə psixotik əlamətlər davam etdiyindən “Şizofreniya paranoid forma" diaqnozunu müəyyən edilməsi, həmin diaqnozla 15 nömrəli BŞX-nin psixiatrik kabinetində ambulator qaydada müalicə olunması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi), hazırki müayinənin nəticələri (maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının solğunluğu və s.) sübut edir. Cinayət işi materiallarının təhlili nəticəsində belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yuxarıda göstərilən psixi xəstəliyin remissiya (yaxşılaşma) mərhələsində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırkı psixi vəziyyətinə görə onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi və ya ruhi xəstəlkdən əziyyət çəkirmi, çəkirsə hansı xəstəlikdən və məcburi müalicəyə ehtiyacı varmı? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir. 2-ci sual: Təqsirləndirilən şəxs cinayət işində göstərilən əməlləri törədən zaman hansısa psixi və ya ruhi xəstəlikdən əziyyət çəkmişdirmi, çəkmişsə öz hərəkətlərinə hesabat vermək və ya onlara rəhbərlik etmək iqtidarında olmuşdurmu? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət işində göstərilən əməlləri törədən zaman hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs öz hərəkətlərinə hesabat vermək və ya onlara rəhbərlik etmək iqtidarında olmuşdur. 3-cü sual: Təqsirləndirilən şəxs hal-hazırda anlaqlıdırmı və öz hərəkətlərini ölçubbiçmək iqtidarına malikdirmi? Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, hazırkı cinayət əməlini 03 yanvar 2009-cu il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri həmin Məcəllənin 15.4-cü maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası CM-in 75.1.3-cü maddəsinin tələbinə əsasən ağır cinayətin törədildiyi gündən 12 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli üzrə cianyət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işinin materiallarından və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, eyni zamanda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi üçün razılığı yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin törədildiyi gündən qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti olan 12 il müddət keçdiyinə görə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutların - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmünə əsasən Bakı şəhəri Xətai rayon Polis idarəsində saxlanılan (055) ***-**-** Cin nömrə kartının qırıqlarının və “Rossiya” sözləri yazılmış bir ədəd idman papağının məhv edilməsi və «SİMENS CX-65» markalı mobil telefon zərərçəkmiş şəxs X18 sərəncamına verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə ekspertiza xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsini, Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 44, 345-349, 351-353, 356, 358, 383- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cəza təyin edilməsin. İş üzrə maddi sübutların - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 15 mart 2010-cu il tarixli (101)-85/2010 №-li hökmünə əsasən Bakı şəhəri Xətai rayon Polis idarəsində saxlanılan (055) ***-**-** Cin nömrə kartının qırıqlarının və “Rossiya” sözləri yazılmış bir ədəd idman papağının məhv edilməsi və «SİMENS CX-65» markalı mobil telefon zərərçəkmiş şəxs X18 sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar