Məhkəmə qərarları › İş №1(101)-260/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-260/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-260/2020 10.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili x5, Tərcüməçi: x4 iştirakları ilə, x15 Julio Cesarin (28 may 1967-ci ildə Braziliya Federativ Respublikasının Tupancireta şəhərində anadan olmuş, Braziliya Federativ Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmayan, Braziliya Federativ Respublikasının Tupancireta şəhərində qeydiyyatda olan, hal-hazırda Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 v 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: De Lima x8baqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, saxlayıb, daşıyıb Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçirməklə qaçaqmalçılıq etmişdir. Belə ki, x16 Julıo Cesar 2019-cu ilin aprel ayının sonlarında Braziliya Federativ Respublikasının San-Paulu şəhərində şəxsiyyətləri istintaqla müəyyən edilməyən bir qrup şəxslə 142,416 qr., 60,701 qr., 195,375 qr., 52,087 qr., 73,763 qr., 195,845 qr., 196,357 qr., 182,522 qr., 197,043 qr., 194,237 qr., 190,433 qr., 263,406 qr. olmaqla, ümumilikdə 12 bükümdə külli miqdarda, 1944,185 qram ağ rəngli toz şəkilində olan kokain narkotik vasitəsini qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə etmə, saxlama, bir neçə xarici ölkə ərazisindən tranzit keçməklə hava yolu ilə Braziliya Federativ Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Braziliya Federativ Respublikasının San-Paulu şəhərindəki üzvü malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə çamadann astarının altından, yan divarlarına yapışdırılmış ağ rəngli plastik materialdan hazırlanmış təbəqənin arasında gümüşü rəngli folqa kağızına bükülərək ayrı-ayrılıqda təmiz çəkiləri 142,416 qr., 60,701 qr., 195,375 qr., 52,087 qr., 73,763 qr., 195,845 qr., 196,357 qr., 182,522 qr., 197,043 qr., 194,237 qr., 190,433 qr., 263,406 qr. olmaqla, ümumilikdə 12 bükümdə külli miqdarda, 1944,185 qram ağ rəngli toz şəkilində olan kokain narkotik vasitəsi gizlədilmiş qara rəngli çamadanı Azərbaycan Respublikasına gətirib Bakı şəhərində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırması üçün 07 may 2019-cu il tarixdə x16 Julıo Cesara təhvil vermiş, sonuncu isə içərisində külli miqdarda kokain narkotik vasitəsi gizlədilmiş həmin çamadanı Bakı şəhərində cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq üçün təhvil almaqla qanunsuz olaraq tamah niyyəti və satış məqsədilə qəsdən əldə etmiş, saxlamış, həmin tarixdə hava yolu ilə Braziliya Federativ Respublikasının San-Paulu şəhərindən x1 Respublikasının Əddis-Əbəbə şəhərinə, oradan hava yolu ilə x9 şəhərinə, oradan isə sərnişini olduğu QR 351 saylı Doha-Bakı aviareysi ilə Azərbaycan Respublikasına daşımış və 08 may 2019-cu il tarixdə saat 11 radələrində külli miqdarda, 1944,185 qram kokain narkotik vasitəsini x7 Aeroportunun “T- 1” terminalında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişvə gömrük nəzarəti zamanı qara rəngli çamadanın astarının altından, yan divarlarına yapışdırılmış ağ rəngli plastik materialdan hazırlanmış təbəqənin arasında gümüşü rəngli folqa kağızına bükülərək xarici əlamətlərinə və tərkibində kikomponentlərinə görə eynilik təşkiledən ayrı-ayrılıqda təmiz çəkiləri 142,416 qr., 60,701 qr., 195,375 qr., 52,087 qr., 73,763 qr., 195,845 qr., 196,357 qr., 182,522 qr., 197,043 qr., 194,237 qr., 190,433 qr., 263,406 qr. olmaqla, ümumilikdə 12 bükümdə külli miqdarda, 1944,185 qram ağ rəngli toz şəkilində olan kokain narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş x15 Julio Cesar özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Braziliya Federativ Respublikası vətəndaşıdır, Brazilyanın Tupancireta şəhərində valideynləri ilə birlikdə yaşamışdır. Əvvəllər Braziliyada və Surinamda yerləşən qızıl mədənlərində operator, buldozerçi və ekskavatorçu işləyərək ailəsinin dolandırmışdır. Azərbaycana gəlməzdən 7 ay əvvəl işsiz olmuş, yaşı çox olduğuna görə iş tapmaqda çətinlik çəkmişdir. İşsiz olduğu üçün Braziliyanın böyük şəhəri olan Sao Paulo şəhərinə iş axtarmaq üçün getmişdir. Orada 1 həftə iş axtarsa da iş tapa bilməmişdir. Sonra iş axtarmaq məqsədi ilə x10 adlanan, iş axtaran şəxslərin yığışdığı məhəlləsinə getmişdir. Həmin məhəllədə də iş tapa bilməmiş və məhəllədən çıxanda iki nəfər yaxşı geyimli, zahirən iş adamlarınıa oxşayan iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər onun işsiz olduğun və iş axtardığını soruşaraq ona iş təklif etmişlər. Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqlarını bilməmiş, həmin şəxslər onunla portuqal dilində danışmışlar. Söhbət əsnasında həmin şəxslərdən biri ona Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə boş çamadan çatdıracağı təqdirdə 5000 ABŞ dolları qazancağını demişdir. O işsiz olduğu və pula ehtiyacı olduğu üçün həmin şəxslərlə razılaşmışdır. Bundan sonra həmin şəxslər ona pasport, bilet-viza işlərini həll edəcəklərini bildirmişlər. 1-2 gündən sonra həmin əraziyə getmiş və həmin şəxslərlə görüşmüşdür. Sonuncu dəfə həmin şəxslərlə görüşəndə adını «Zea» kimi bildiyi şəxs ona 07 may 2019-cu il tarixdə viza və Bakıya gediş-dönüş biletinin aldığını demiş, həmçinin aparmalı olduğu çantanıda ona vermişdir. «Zea» adlı şəxs ona Bakı şəhərində “SWAN” adlı hoteldə qalacağını, çantanın orada ondan oteldə gəlib götürüləcəyini bildirmişdir. O çantaya baxdıqda çantanın içərisinin boş olduğunu görüb səbəbi ilə maraqlanmış, «Zea» kimi tanıdığı şəxs ona çantanın xüsusi materialdan hazırlandığını, çantanın xüsusi əhəmiyyət daşıdığını, çantanı götürəcək şəxslər üçün çantanın qiymətli olduğunu bildirmişdir. O, şəxsi əşyalarını həmin çantanın içərisinə yığıb Sao Paolo şəhərindəki aeroporta getmişdir. «Zea» adlı şəxs ona Efiyopiya və Qatardan keçməklə Bakıya gedəcəyini demişdir. 07 may 2019-cu il tarixdə səhər saatlarında təyyarə ilə Efiyopiyaya, Əddis-Əbəbə şəhərinin aeroportuna getmişdir. Orada 1 saat gözləmiş, həmin tarixdə də oradan Qətərə getmişdir. 08 may 2019-cu il tarixdə saat 03 radələrində Qətərin Doha şəhərindəki aeroporta çatmış, 4-5 saat orada gözlədikdən sonra, saat 08 radələrində təyyarə ilə Bakı şəhərinə yola düşmüşdür. 08 may 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhərindəki aeroporta çatmış, gözləmə zalında baqajını gözləmişdir. Bir müddət sonra baqajı gəlmiş və o, baqajını götürüb gömrük nəzarəti zonasına yaxınlaşmışdır. Həmin vaxt gömrük əməkdaşı ona əşyalarının monitordan keçirməli olduğunu bildirmişlər. Çantanı monitordan keçdikdən sonra yenidən şəxsi əşyaları boşaldılıb çanta rentgendən keçirilmişdir. Çantada şübhəli predmet olduğu üçün onu yoxlama otağına dəvət etmişlər. Yoxlama otağında onun özünün iştirakı ilə çantanın kənar hissəsindəki boltlar açılmış, orada olan kaprondan yerlər sındırılmışdır. Bunda sonra həmin yerlərdə falqaya bükülmüş ağ rəngli, «kokain» adlı narkotik vasitə olması müəyyən edilmişdir. Çantada olan maddənin nə maddəsi olmasını əvvəlcədən bilməmiş, ona çantanı verən şəxslər çantada qanunsuz əşya olmasını bildirməmişlər. O, Brazilyada çantanı verən şəxslərdən 5.000 manat müqabilində boş çantanı Bakı şəhərinə aparmağı bildirəndə əvvəlcə şübhə etsə də lakin, həmin şəxslər onu əmin etmişlər ki, həmin çanta xüsusi materialdan hazırlanmışdır, çantanın xüsusi əhəmiyyəti olduğu üçün onu Bakı şəhərinə aparmalıdır. Çamadanın içərisində narkotik vasitə olmasını bilməmiş, əgər bilsəydi həmin çantanı heç vaxt Azərbaycana gətirməzdi. Bakı şəhərində hava limanında çantadan kokain aşkar edildiyi zamana qədər həmin çantada narkotik vasitə qoyulmasını bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsinə təhkim olunmuş, Baş Gömrük idarəsinin mühafizəçisi Şahid1 ifadəsində göstərmişdir ki, 08 may 2019-cu il tarixdə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Heydər Əliyev adına Beynəlxalq Aeroportunun 1 saylı Terminalında yerləşən gömrük postunda “buner” adlanan zalda xidmət aparmışdır. Vəzifəsi isə Hava Limanına gəlmiş şərnişinlərin baqajlarına monitor vasitəsi ilə baxış keçirmək olmuşdur. Həmin gün saat 11:05 radələrində QR 351 nömrəli Doha-Bakı aviareysinin sərnişinlərinin baqajlarına baxış keçirilərkən adının və soy adının sonradan De Lıma x2 bildiyi sərnişinə məxsus bir ədəd iki qabaritli qara rəngli çamadanın təsviri, alt hissəsi ilə yan tərəflərində olan şübhəli əşyaların olması diqqətini cəlb etmişdir. O, ümumi təlimata uyğun olaraq həmin çamadana qırmızı lent vurmuşdur ki, çamadana daha ətraflı baxış keçirilsin. Sərnişinlərin gəlmə zalında olan monitor vasitəsi ilə çamadana yenidən baxış keçirilmiş və monitor çamadanın yan hissəsində bir daha şübhəli təsvirlər görünmüşdür. x18 gömrük xidmətinin baxış otağına dəvət olunmuşdur. Orda çamadanın parçadan olan yan divar hissələri sökülərək çamadanın yan hissəsinə yapışdırılmış ağ rəngli plastik materialdan hazırlanmış təbəqənin arasında gömrük nəzarətindən gizlədilmiş ayrı-ayrılıqda 12 ədəd sonradan ümumi çəkisi 1944,185 qram müəyyən edilən narkotik vasitə kokainə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Bütün hərəkətlər baxış otağında aparılan videoçəkilişdə də öz əksini tapmışdır. Daha sonra həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmin zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmış, protokolun tərtibinə dair hər hansı ərizə şikayət daxil olmamışdır. Ekspertizanın rəyindən sonra çantadan aşkar olunan maddənin narkotik vasitə kokain olması dəqiqləşmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və TNVT şöbəsində böyük inspektorun Şahid2 və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Skanlaşdırma və TNVT şöbəsinin rəisi Şahid3 da ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən «SWAN» üç ulduzlu oteli icarə əsasında işlədir. 02 may 2019-cu il tarixdə ekspediya.com. saytında olan otelin saytından onların otelinə 08 may 2019-cu il tarixdə bir nəfər 09 may 2019-cu il tarixinə kimi otağın bron olduğu müəyyən olunmuşdur. Sistem vasitəsi ilə otağın kim tərəfindən bron edilməsi mümkün olmamışdır. Sistemdə sifarişçi və oteldə gəlib qalan vətəndaş barəsində heç bir məlumat göstərilməmişdir. Yalnız vətəndaşın adı, soyadı və gələcəyi tarix göstərilmişdir. Daxil olmuş sifariş əsasında bunları bilmişdir. 08 may 2019-cu il tarixdə onun işlətdiyi otelə gəlməli olan şəxs gəlib çıxmamışdır. Həmin gün saat 16 radələrinə kimi hoteldə olmuş, həmin vaxta kimi otelə gəlməli olan şəxs gəlməmiş, nə dəki, onu soruşan olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş «SVAN» otelin meneceri Şahid4, «SVAN» otelin resepşn işləyən Şahid5 da ifadələrində Şahid6 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, şahidlərin ifadələrindən başqa həmçinin məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan yoxlama və əşyaların götürülməsi haqqında 08 may 2019-cu il tarixli protokoldan məlum olur ki, x15 Julio Cesara məxsus çamadandan aşkar olunan narkotik vasitə kokainə oxşar maddə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə zamanı baxış keçirilmiş Heydər Əliyev adına Beynəlxalq Aeroportunun 1 saylı Terminalında yerləşən gömrük postunda “buner” adlanan zalda və gömrük xidmətinin baxış otağında olan videokameralar vasitəsi ilə qeydə alınmış videogörüntülərdən də məlum olur ki, x15 Julio Cesara məxsus çamadanın parçadan olan yan divar hissələri sökülərək çamadanın yan hissəsinə yapışdırılmış ağ rəngli plastik materialdan hazırlanmış təbəqənin arasında gömrük nəzarətindən gizlədilmiş ayrı-ayrılıqda 12 ədəd sonradan ümumi çəkisi 1944,185 qram müəyyən edilən narkotik vasitə kokain aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08may 2019-cu il tarixli 12252 saylı arayışından görünür ki, x17 Julıo Cesara məxsus qara rəngli çamadandan aşkar olunmuş 12 (on iki) ədəd folqa paketdə ayrı-ayrılıqda təmiz çəkisi 142,416 qram, 60,701 qram, 195,375 qaram, 52,087 qram, 73,763 qram, 195,845 qram, 196,357 qram, 182,522 qram, 197,043 qram, 194,237 qaram, 190,433 qram, 263,406 qram, ümumi təmiz çəkisi 1944,185 qram maddə narkotik vasitə-kokaindir. Kokain “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir.” Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 24iyul 2019-cu il tarixli 18690 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketə qablaşdırılmış, üzərində: “002002 N-li” Azərbaycan Respublikası DGK Hava Nəqliyyatında Baş Gömrük idarəsi” yazısı olan polietilen paketdə, 12 (on iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1944,113 qram (1 kq 944,113 qr) olan ağ rəngli tozşəkilli maddələr narkotik vasitə kokaindir. Tədqiqata təqdim edilmiş 12 (on iki) ədəd bükümdə olan kokainlər ayrı-ayrılıqda təmiz çəkiləri 142,41 qram, 60,695 qram, 195,369 qaram, 52,081 qram, 73,757 qram, 195,839 qram, 196,351 qram, 182,516 qram, 197,037 qram, 194,231 qaram, 190,427 qram, 263,40 qram, və həmin kokain xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. İlkin tədqiqat zamanı 12 ədəd bükümdə olan kokainin ümumi təmiz çəkisi 1944,185 qram (1 kq 944,185 qr) olmuşdur (8 may 2019-cu tarixli 12252 saylı ekspert rəyi) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2019cu il tarixli 1806 nömrəli rəyindən görünür ki, müayinə zamanı x17 Julıo Cesarda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı x17 Julıo Cesar narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 08 may 2019-cu il tarixli şübhəli şəxsin tutma protokolundan məlum olur ki, x17 Julıo Cesar həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə10 may 2019-cu il tarixli, 4(004)-410/2019 saylı qərarından məlum olur ki, həmin tarixdə x17 Julıo Cesar barəsində əvvəli 08 may 2019-cu il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, x17 Julıo Cesardan aşkar edilərək götürülmüş 12 (on iki) bükümdə tədqiqatdan sonra ümumi qalıq çəkisi 1944,041 qram təşkil edən kokain və çamadan Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək x17 Julıo Cesarın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs x17 Julıo Cesarın məhkəmədə verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun məhkəmədə verdiyi ifadəsini inandırıcı hesab etmir. x17 Julıo Cesarın törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxs x17 Julıo Cesarın Azərbaycan Respublikası CM-nin 59-cü və 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs x17 Julıo Cesar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsində göstərilmişdir ki, barəsində Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənə və ya götürülənədək məhdudlaşdırılır. Odur ki, x17 Julıo Cesar cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə tələblərinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs x17 Julıo Cesara münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmiş tədqiqatdan sonra ümumi qalıq çəkisi 1944,041 qram təşkil edən kokain və çamadan məhv edilməlidir. İş materiallarında olan Heydər Əliyev adına Beynəlxalq Aeroportunun 1 saylı Terminalında yerləşən gömrük postunda “buner” adlanan zalda və gömrük xidmətinin baxış otağında olan videokameralar vasitəsi ilə qeydə alınmış görüntüləri özündə əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki idda və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 187 manat 20 qəpik məbləğində pul x17 Julıo Cesardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili x3 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. x17 Julıo Cesarın barəsindəseçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. x17 Julıo Cesarın cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan-08may 2019-cu il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: x17 Julıo Cesar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3cü və 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə x17 Julıo Cesar qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. x17 Julıo Cesar cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəza çəkmə müddətinin başlanğıcı –08 may 2019-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci və 52.1-1-ci maddələrinə əsasən x17 Julıo Cesar cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılsın və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmiş tədqiqatdan sonra ümumi qalıq çəkisi 1944,041 qram təşkil edən kokain və çamadan hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Digər maddi sübutolan Heydər Əliyev adına Beynəlxalq Aeroportunun 1 saylı Terminalında yerləşən gömrük postunda “buner” adlanan zalda və gömrük xidmətinin baxış otağında olan videokameralar vasitəsi ilə qeydə alınmış görüntüləri özündə əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 187 manat 20 qəpik məbləğində pul x17 Julıo Cesardan tutularaq Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili x3 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Sədrlik edən Zeynal Ağayev Hakimlər Azad Məcidov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar