Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-260/2021 04.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 Cəbrayıl oğlunun və X14 oğlunun Müdafiəçi – Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X4, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Füzuli rayonu, Pirəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, əvvəllər satıcı işlədiyi və 2019-cu ilin mart ayından işdən çıxdığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar küçəsi-31 ünvanında yerləşən “Araz" marketdə 2018-ci ilin sentyabr ayında tanış olaraq həmin vaxtdan da sevgi münasibətlərində olduğu, onunla bir yerdə işləyən Zərərçəkmiş şəxs dəfələrlə evlənmək arzusunun olduğunu bildirmiş, lakin sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onunla ailə qurmağa qarşı çıxmış və axırıncı dəfə 2020-ci ilin fevral ayının əvvəllərində görüşərkən ümumiyyətlə aralarındakı münasibətə son qoymaq istədiyini demiş, belə olan halda ayrılmalarının səbəbini aydınlaşdırmaq məqsədilə əvvəlcədən zəng edib Zərərçəkmiş şəxs məlumatlandırmaqlaci il tarixdə saat 23:40 radələrində onun işdən çıxmasını gözləyib marketin çıxışında qarşılamaqla Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 70B nömrəli binanın qarşısındakı dar piyada yoluna gətirərək onunla bu zəmində söhbət etmiş, söhbət əsnasında Zərərçəkmiş şəxs aralarındakı sevgi münasibətinin baş tutmamasına valideynlərinin etiraz etmələrinin səbəb olduğunu, həmçinin özünün təhsilini davam etdirmək istədiyini və ona görə də, onunla münasibət saxlamaq istəmədiyini bildirməsinə görə yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs öldürməklə qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərində mütəmadi gəzdirdiyi, soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turist bıçağını əynindəki gödəkçəsinin sağ yan cibindən çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə həyat və sağlamlığı üçün təhlükəli orqanları hesab edilən sinə və boğaz nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr endirmiş, lakin sonuncu əl-qol atmaqla müqavimət göstərərək bıçaq zərbələrindən yayına bildiyindən həmin zərbələrdən yalnız 9-u (doqquzu) dəyərək ona qarının ön divarında olan, qarın boşluğuna nüfuz edərək böyük piyliyi və qaraciyəri zədələmiş həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara, həmçinin sol qaşüstü nahiyədə 1 (bir) ədəd, sol çənə nahiyəsində 1 (bir) ədəd, boynunun sol yarısında 2 (iki) ədəd, sol bazu nahiyəsində 2 (iki) ədəd, sağ döş nahiyəsində 1 (bir) ədəd və onun həmin zərbələrinin qarşısını bıçağı tutmaq yolu ilə alarkən sağ əl nahiyəsində 1 (bir) ədəd sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş və kəsilmiş yara xəsarətlərini yetirmiş, Zərərçəkmiş şəxs çətinliklə özünü aramsız bıçaq zərbələrindən xilas etməyi bacarıb əhalinin sıx hərəkətdə olduğu istiqamətdə qaçmaqla hadisə yerini tərk edərək ünvan 2 ünvanında yaşayan rəfiqəsi Şahid2 evinə getdiyindən və Şahid2 onu vaxtında Respublika Klinik Xəstəxanasına çatdıraraq həkimlər tərəfindən ixtisaslı tibbi yardım almaqla həyatı xilas olunduğundan cinayətkar niyyətinin icrasını başa çatdıra bilməmiş, öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ilin sentyabr ayında işlədiyi “Araz” Super market mağazasında tanış olmuş, həmin vaxtdan aralarında sevgi münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs Azərbaycan Pedoqoji Unversitetində oxumuş, həm də marketdə kassir işləmişdir. Sevgi münasibətlərində olduqları müddət ərzində Aytacla mütəmadi olaraq görüşüb parkda gəzmiş, günlərinin xeyli hissəsini birgə keçirmiş, özü Aytaca müxtəlif hədiyyələr almışdır. Niyyəti onunla evlənmək olmuş, bu barədə Aytaca da bildirmiş, lakin Aytac Universitetdə oxuduğu üçün onun bu təklifini qəbul etməyib universiteti bitirənədək onu gözləməsini, bundan sonra onunla evlənə biləcəyini demişdir. 2019-cu ilin yay aylarında Aytac ona atası Şahid1 onların münasibətinə narazılıq etdiyini demiş, lakin onunla görüşməyə davam etmişdir. Bu səbəbdən özü bir neçə dəfə telefonla Şahid1lə danışmış, danışıq zamanı sonuncu ilə telefonda sözlü mübahisə edərək ona qızı Zərərçəkmiş şəxs ilə evlənmək istədiyini bildirmiş, lakin Şahid1 onların evlənmələrinə qəti şəkildə icazə verməyəcəyini demiş, Aytac da atasını onunla evlənməsinə razı salacağını bildirmişdir. 2020-ci ilin yanvar ayına kimi Aytacla əvvəlki qaydada görüşməyə davam etmiş, münasibət saxlamışdır. 2020-ci ilin yanvar ayında Aytac onunla görüşməkdən imtina etməyə başlamış, ondan görüşməməsinin, qaçmasının səbəbini soruşduqda sonuncu, əvvəllər onu istədiyini, hazırda isə istəmədiyini bildirmişdir. 11 fevral 2020-ci il tarixdə saat 18 radələrində mobil telefonu ilə Aytaca zəng vuraraq onunla işdən sonra görüşmək istədiyini bildirmiş, Aytac əvvəlcə görüşməkdən imtina etmiş, sonra İsə fikrindən daşınaraq razılıq vermiş və işdən sonra hər dəfə görüşdükləri dayanacaqda onu gözləməsini demişdir. Aytacm gecə saat 23 radələrində işdən çıxdığını bildiyi üçün onun işlədiyi, Yasamal rayonu ərazisində yerləşən Statistika komitəsinin yaxınlığındakı ‘Araz” supermarket mağazasının qarşısına gəlmiş, Aytac mağazadan çıxıb onunla soyuq görüşmüş, saat 23:30 dəqiqədə piyada “Bazar Store” mağazasının qarşısına gəlib, oradan da Zahid Xəlilov küçəsi ilə söhbət edə-edə piyada getmişlər. Ondan israrla ayrılmasının səbəbini bildirməsini tələb etsə də, Aytac onunla bərkdən, əsəbi halda qışqıraraq danışmış, onun valideyinlərini və özünü təhqir etmiş, ona qarşı nalayiq ifadələr işlədib həyatında başqa bir adam olduğunu, onu artıq istəmədiyini, onun həyatını məhv etdiyini, onu valideynlərinin yanında yalançı çıxartdığını demişdir. Özü də Aytaca atası Tahir onların evlənməsinə qəti şəkildə razı deyildisə, bunu ona əvvəlcədən niyə demədiyini, onu aldadıb ümid verdiyini, xeyli miqdarda pul xərclətdiyini dedikdə sonuncu ağlın olsa idi pul xərcləməzdin deyə cavab vermişdir. Həmin vaxt ətrafda heç kim olmamış, hava qaranlıq olmuş, əllərinin hər ikisini əynindəki qış gödəkçəsinin cibində saxlamışdır. Zərərçəkmiş şəxs ona təkrar təhqiramiz söz deyib əlləri ilə onu geriyə doğru itələyib vurmaq istədiyi zaman onun sağ qolundan tutmuş, sağ əli ilə əynindəki gödəkçəsinin sağ yan cibində olan bıçağını çıxarıb Aytacı qorxutmaq məqsədi ilə onun mədə hissəsindən, sol qolundan bir neçə bıçaq zərbəsi vurmuş, Aytac sağ əli ilə onun sağ əlindən tutduqda ona daha bıçaqla zərbə endirməmiş, onu buraxmışdır. Həmin vaxt özünü itirdiyi üçün Zərərçəkmiş şəxs bıçaqla yetirdiyi xəsarətləri hansı ardıcıllıqla hansı anda yetirdiyini dəqiq xatırlamır, lakin ilkin olaraq onun sol qoluna, sonradan isə qarın nahiyəsinə xəsarət yetirmişdir. Hadisənin baş verdiyi vaxt Zərərçəkmiş şəxs üzərindəki bıçaqla xəsarət yetirməkdə məqsədi onu qorxutmaq olmuş, lakin onu öldürmək kimi bir niyyəti olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs geriyə, “Bazar Store” mağazasına doğru qaçmış, o isə onun arxasınca getməyib əks istiqamətdə “Azpetrol” yanacaqdoldurma məntəqəsinə doğru gedərək hadisə yerini tərk etmiş, oradan da şəhərə gəlib tək piyada gəzmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs, rayon prokurorluğuna verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə İsmayıllı rayonu, Aşıqbayramlı kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra həmin il ali məktəbə - Azərbaycan Pedoqoji Universitetinin tarix-coğrafiya fakültəsinə daxil olmuş, hazırda da həmin universitetin 4-cü kursunda əyani şəkildə təhsil alır. Universitetdə təhsil aldığı müddət ərzində ünvan 3 ünvanında kirayədə yaşamışdır. Həmin universitetdə təhsil almaqla yanaşı 2018-ci ilin avqust ayından Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar küçəsi-31 ünvanında yerləşən “Araz” marketdə kassir işləmiş, Təqsirləndirilən şəxs həmin mağazada işlədiyi müddət ərzində tanımışdır. Belə ki, Füzuli rayon sakini, Bakı şəhərində məskunlaşmış Təqsirləndirilən şəxs həmin marketin meyvə-tərəvəz bölməsində satıcı işləmişdir. Marketdə iş rejimi həftə içi hər gün saat 18:00-dan 23;00-dək olmuşdur. 2018-ci ilin sentyabr-oktyabr aylarından Təqsirləndirilən şəxsla aralarında sevgi münasibəti yaranmış, Təqsirləndirilən şəxs, onu sevdiyini, nişanlanıb evlənmək istədiyini bildirmiş, özü ona universiteti bitirdikdən sonra evlənə biləcəyini demişdir. Təqsirləndirilən şəxsla sevgi münasibətində olduqları zaman bir-birinə xüsusi günlərdə (bayramlarda) kiçik dəyərə malik hədiyyələr almışlar. Afiq təkidlə nişanlanmaq istədiyi üçün özü bu barədə valideynlərinə bildirmiş, lakin atası Şahid1 buna razılıq verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla aralarındakı münasibətdə soyuqluq yaranmış və 2019-cu ilin mart ayından artıq onunla görüşməkdən imtina etmişdir. Həmin ərəfələrdə Afiq “Araz” marketdən işdən çıxıb başqa yerdə işləməyə başlamış, buna baxmayaraq, demək olar ki, hər gün işdən sonra onun arxasınca gəlmiş, istifadəsində olan mobil telefona zəng edərək onunla əlaqə saxlamaq istəmişdir. Ancaq özü onunla görüşməkdən imtina etmiş, hətta Afiq həmin ərəfələrdə atası Şahid1 onların münasibətlərinə razı olmamasına görə ondan ayrıldığını zənn edib onun mobil telefonuna zəng edərək təkidlə nişanlanmaq istədiyini bildirmiş, atası buna öz etirazını bildirdikdə ona qarşı kobud ifadələr işlətmişdir. 2019cu ilin noyabr-dekabr aylarında Afiqlə yenidən barışmış və əvvəlki qaydada münasibətlərinə davam etmiş, lakin universitetdə imtahanları olduğu üçün mütəmadi görüşə və əlaqə saxlaya bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxsla bu kimi məsələlərə dair aralarında tez-tez mübahisələr yarandığı üçün 2020-ci ilin yanvar ayında onunla arasındakı sevgi münasibətinə tamamilə son qoymuş, lakin Afiq əvvəlki kimi işdən çıxan vaxt arxasınca gəlmiş, tez-tez mobil telefonla zəng etmiş, o hər dəfəsində ondan ayrıldığını, onunla görüşmək istəmədiyini bildirmişdir. 11 fevral 2020ci i! tarixdə saat 18 radələrində işə gəlmiş, həmin vaxt Afiq də "Araz” marketin qarşısında dayanmışdır. Marketə daxil olub əynini dəyişən zaman Afiq istifadəsində olan mobil telefonundan onun mobil telefonuna zəng edərək axşam, işdən çıxdıqdan sonra onunla son dəfə görüşüb danışmaq istədiyini bildirmiş, o arxasınca gəlməməsini, onu bir daha narahat etməməsini, onunla aralarında olan münasibətə tamamilə son qoyduğunu demişdir. Həmin gün saat 23:20 radələrində işdən çıxıb evə getmək üçün avtobus dayanacağına doğru irəliləmiş, bu zaman Afiq yaxınlaşaraq onun qolundan tutub avtobusa minməməsini, onunla bir qədər piyada gəzməsini, 18 fevral tarixində məhkəməsinin olacağını, çox güman ki, tutulacağını, onu həmin vaxtdan sonra bir daha görməyəcəyini bildirmiş və qolundan tutaraq onu "Yasamal” parkına gətirmişdir. O qabaqda piyada getmiş, Afiq onun arxasınca gəlmişdir. Məqsədi bir qədər aşağıdakı dayanacaqda avtobusa minib evə getmək olmuş, piyada gəzərək avtobus dayanacağına doğru gedərkən Afiq qolundan tutub Zahid Xəlilov küçəsində yerləşən 70B nömrəli binanın qarşısındakı dar piyada yolla getmələrini tələb etmiş, o, etirazını bildirdikdə qolundan dartıb onu məcburi şəkildə həmin dar piyada yoluna aparmışdır. Həmin yer çox dar və qaranlıq olmuş, ətrafda heç kim olmamışdır. Afiq onun üstünə qışqıraraq ondan ayrılmağının səbəbini bildirməsini israrla tələb etmiş, özü də həm valideynlərinin aralarındakı münasibətə razı olmadıqlarını, həm də onunla tez-tez mübahisə etdiyi üçün özünün də münasibət saxlamaq istəmədiyini, həyatını məhv etdiyini, valideynlərinin yanında biyabır olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona əgər onu istəmirdisə, atası Tahir onların evlənməsinə qəti şəkildə razı deyildisə, əvvəlcədən niyə demədiyini deyib qışqırmağa başlamış, o da əvvəllər istədiyini, indi isə istəmədiyini deyib cavab vermiş və ondan aralanıb avtobus dayanacağına doğru getmək istədikdə Təqsirləndirilən şəxs sağ əli ilə əynindəki gödəkçəsinin sağ yan cibindən əvvəllər də üzərində gəzdirdiyi qara rəngli bıçağını çıxarıb iki dəfə onun sol qoluna vurmuş, həmin vaxt ağrıdan qışqırmağa başlasa da, Afiq ona aramsız olaraq bıçaq zərbələri endirməyə davam etmişdir. Belə ki, ardıcıl olaraq çənə və sol boyun nahiyəsinə, sağ döşünə, sol qaşının üstünə xəsarətlər yetirmiş, özü həmin vaxt ağrıdan qışqırsa da, ətrafda heç kim olmamışdır. Bu zaman Afiq onun əynindəki gödəkçəsinin papağından tutub qarnının ön nahiyəsinə bir bıçaq zərbəsi daha endirmiş, o isə əl-qol atmaqla müdafiə olunmağa çalışmışdır. Afiqin onu qəti şəkildə öldürmək niyyətində olduğunu görüb ondan yaxa qurtarmaq üçün var gücü ilə onu geriyə doğru itələmiş, sonuncu ona təkrar bıçaqla zərbə endirmək istədikdə sağ əli ilə bıçaqdan tutmuş, bıçağı əli ilə burmuş və qışqıra-qışqıra dayanmadan geriyə doğru, insanların çox olduğu istiqamətdə qaçmağa başlamış, Afiqin onun arxasınca gəlib-gəlməməsini görməmişdir. Bundan sonra qısa müddət ərzində "Bazarstore" marketin yaxınlığına çatıb insanların intensiv hərəkətdə olduğu istiqamətlərdə piyada rəfiqəsi Şahid2 yaxınlıqda - ünvan 4 ünvanında yerləşən evinə getmiş və qapını döyməyə başlamışdır. Şahid2 qapını açdıqda onun üz başının qan içində olduğunu görmüş, nə baş verdiyini maraqlandıqda heç nə demədən qorxudan və ağrılardan ağlamağa başlamışdır. Həmin vaxt evdə Şahid2 rəfiqəsi Şahid3 da olmuş, Şahid2 ondan heç nə soruşmayıb xəsarətlər aldığını görüb onu hamam otağına salmış, hamam otağında əynini dəyişdirərkən əynindəki gödəkçənin deşik-deşik olduğunu, baş-boyun nahiyəsindən, bədənindən, hər iki əlindən xəsarətlər aldığını görüb ondan nə baş verdiyini soruşmuş, o, ağlayaraq “Araz" marketdən çıxıb evə gedərkən Zahid Xəlilov küçəsində yerləşən dar yolda Afiqin onu öldürmək məqsədi ilə bıçaqladığını, güclə onun əlindən çıxıb qaçaraq onun yanına gəldiyini demiş və yalvararaq onun həyatını xilas etməsini xahiş etmişdir. Şahid2 dərhal onun üz-başını yuyub əynindəki gödəkçəsini çıxarıb taksi ilə əlaqə saxlamış, öz gödəkçəsini də ona geyindirib onu aşağı düşürmüş, həmin vaxt Şahid3 evdə qalmış və ikisi taksi maşınına minərək sürücüyə onları ən yaxın xəstəxanaya aparmasını demiş, taksi sürücüsü onları Respublika Kliniki Xəstəxanasına aparmışdır. Xəstəxanaya çatdıqdan sonra həkimlər onu müayinə edərək təcili əməliyyata salmış, bundan sonra gözünü açdıqda xəstəxanada olduğunu görmüşdür. Məhkəmədə şahid qismində dindirilən Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir, onu İsmayıllı rayonunda yaşayan ortaq tanışları vasitəsi ilə tanımış, hətta Zərərçəkmiş şəxs bir müddət onunla birlikdə ünvan 4 ünvanında da yaşamışdır. Lakin bir müddət sonra həmin evdən ayrılaraq başqa evə köçmüş, buna baxmayaraq, tez-tez yanma gəlmiş, onunla görüşmüş, mütəmadi olaraq əlaqə saxlamışlar. Aytac “Araz" marketdə kassir işləmiş, Təqsirləndirilən şəxs da həmin yerdə işlədiyi müddət ərzində tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs da həmin marketdə Aytacla birlikdə işləmiş, birgə işlədikləri müddət ərzində Aytacla Afiq arasında təxminən 2018-ci il tarixdən sevgi münasibəti yaranmışdır. Onlar tez-tez görüşmüş, görüşmədikləri zaman da telefonla danışmışlar. Bir müddət sonra Afiq Aytaca evlənmək istəyini bildirsə də, Aytacın atası Şahid1 onların evliliyinə razı olmamış, 2020-ci ilin təxminən yanvar ayında münasibətlərinin pozulması səbəbindən Aytac Afiqdən tamamilə ayrılmış, lakin Afiq ondan yenə əl çəkməmişdir. Belə ki, həmin ərəfələrdə Afiq artıq iş yerini dəyişib başqa yerdə işləməsinə baxmayaraq, Aytaca görə tez-tez əvvəlki iş yerinə gəlib onunla görüşməyə, söhbət etməyə can atmışdır. 11 fevral 2020-ci il tarixdə saat 23-24 radələrində qonaq qismində gəlmiş rəfiqəsi Şahid3 ilə birlikdə evdə olduğu zaman qapı döyülmüş, qapını açdıqda Aytacın üz-başının qan içində olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda Aytac heç nə demədən ağlamağa başlamış, onun yıxılaraq xəsarət aldığını düşündüyü üçün onu hamam otağına salmış, hamam otağında əynini dəyişdirərkən əynindəki gödəkçənin deşikdeşik olduğunu, baş-boyun nahiyəsindən, bədənindən, hər iki əlindən xəsarət aldığını görüb ondan nə baş verdiyini soruşmuşdur. Aytac ağlayaraq “Araz” marketdən çıxıb evə gedərkən Zahid Xəlilov küçəsində yerləşən dar piyada yolunda Afiqin onu öldürmək məqsədi ilə bıçaqladığını, güclə onun əlindən çıxıb qaçaraq onun yanına gəldiyini demiş və yalvararaq onun həyatını xilas etməsini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında nə baş verdiyini bilməmiş, ancaq hadisədən sonra Zərərçəkmiş şəxs valideyinlərinin Təqsirləndirilən şəxsla nişanlanmasına, münasibətlərinə son qoymasını ondan tələb etmələrinə, Aytacın da valideyinlərinin sözünü eşidərək Afiqlə aralarındakı münasibətə son qoymasına görə Afiqin Aytaca “onun hissləri ilə oynayıb" ələ salmasını etiraz edərək mübahisə etdiyini və Aytaca bıçaqla müxtəlif xəsarətlər yetirdiyini öyrənmişdir. Özü də dərhal onun üzbaşını yuyub əynindəki gödəkçəsini çıxarıb taksi ilə əlaqə saxlamış, belə ki, təcili tibbi yardımın gec gələ biləcəyini düşündüyü üçün Aytacı taksi ilə birbaşa xəstəxanaya çatdırmağı fikirləşmişdir. Baş vermiş hadisə ilə əlaqədar şoka düşdüyü üçün hüquq mühafizə orqanlarına dərhal məlumat verə bilməmiş, həmçinin həmin vaxt əsasən Aytacı təcili şəkildə xəstəxanaya çatdırmağı düşünmüşdür. Rəfiqəsi Şahid3 onu evdə gözləməsini tapşırmış, bundan sonra öz gödəkçəsini Aytaca geyindirib onu aşağı düşürtmüş və dövlət nömrə nişanını və markasını xatırlamadığı taksi maşınına minərək taksi sürücüsünə Aytacın özünü narahat hiss etməsini bildirib onları ən yaxın xəstəxanaya aparmasını demişdir. Taksi sürücüsü onları Respublika Kliniki Xəstəxanasına aparmış, həmin vaxt özü Aytacın tanışı Şahid4 ilə əlaqə saxlayıb baş vermiş hadisə barədə ona da məlumat vermiş və Respublika Kliniki Xəstəxanasına gəlməsini demişdir. Xəstəxanada həkimlər Aytacı müayinə edərək təcili əməliyyata salmış, özü də həkimlərə Aytacın Afiq adlı tanışı tərəfindən bıçaqla vurulmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasinda ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, 1998-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs onun ortancıl övladıdır. Qızı Zərərçəkmiş şəxs 2016-cı ildə İsmayıllı rayonu, Aşıqbayramlı kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra həmin il ali məktəbə, Azərbaycan Pedoqoji Universitetinin tarix-coğrafiya fakültəsinə daxil olmuşdur. Hazırda həmin universitetin 4cü kursunda əyani şəkildə təhsil alır. Qızı Zərərçəkmiş şəxs universitetdə təhsil aldığı müddət ərzində ünvan 3 ünvanında kirayədə yaşamış, universitetdə təhsil almaqla yanaşı 2018-ci ilin avqust ayından Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar küçəsi-31 ünvanında yerləşən “Araz” marketdə kassir işləmişdir. Təqsirləndirilən şəxs da həmin mağazada işlədiyi müddət ərzində tanımış, belə ki, Füzuli rayon sakini, Bakı şəhərində məskunlaşmış Təqsirləndirilən şəxs həmin marketin meyvə-tərəvəz bölməsində satıcı işləmişdir. 2018-ci ilin sentyabr-oktyabr aylarından qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sevgi münasibəti yaranmış, həmin ərəfələrdə onların arasında sevgi münasibəti olmasından onun da məlumatı olmuşdur. Belə ki, qızı Afiq adlı oğlanla işlədiyi marketdə tanış olduğunu, Afiqin onunla evlənmək istədiyini demiş, lakin həmin şəxsi tanımadığı üçün buna razılıq verməmişdir. Bundan sonra 2019-cu ilin iyul ayında Afiq özü onunla telefon vasitəsi ilə əlaqə saxlayıb təkidlə Zərərçəkmiş şəxs ilə nişanlanmaq istədiyini bildirmiş, buna dair öz etirazını bildirdikdə Təqsirləndirilən şəxs onun ünvanına kobud ifadələr işlətmişdir. Bu səbəbdən onların münasibətinin rəsmiləşməsinə qəti etiraz etmiş və bu barədə qızı Aytacın özünə də bildirmişdir. Hadisənin baş verdiyi 12 fevral 2020-ci il tarixdə gecə saat 01-02 radələrində Yasamal rayon polis idarəsindən ona zəng edilərək Aytacın Afiq adlı şəxs tərəfindən bıçaqlandığı, hazırda Respublika Kliniki Xəstəxanasında əməliyyatda olduğu deyilmiş, ona görə də səhəri gün taksi ilə rayondan Bakı şəhərinə gəlmişdir. Hadisənin baş verdiyi vaxt qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında nə baş verdiyini, onların mübahisələrinin səbəbini bilməmiş, ancaq hadisədən sonra qızının Təqsirləndirilən şəxsla münasibətlərinə son qoymasını bildirməsinə görə Afiqin Aytacla mübahisə edib ona bıçaqla müxtəlif bədən xəsarətləri yetirdiyini öyrənmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X8 X15 tərəfindən verilmiş 05.03.2020-ci il tarixli 208 saylı rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsaətlər - qarın boşluğuna nüfuz edərək böyük piyliyi və qaraciyəri zədələmiş, qarının ön divarında yerləşmiş bir ədəd, sol qaşüstü nahiyədə bir ədəd, sol çənə nahiyyəsində bir ədəd, boyunun sol yarsında iki ədəd, sol bazu nahiyyəsində iki ədəd, sağ döş nahiyyəsində bir ədəd, sağ əl nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar, deşici-kəsici alətin (alətlərin) təsirindən törəmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvəl olmaqla, 11.02.2020-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın (bıçaqların) tiyəsi ilə törənə bilərdi, dərəcəsinə görə qarının ön divarında olan, qarın boşluğuna nüfuz edərək böyük piyliyi və qaraciyəri zədələmiş deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol qaşüstü nahiyədə bir ədəd, sol çənə nahiyəsində bir ədəd, boyunun sol yarsında iki ədəd, sol bazu nahiyyəsində iki ədəd, sağ döş nahiyəsində bir ədəd, sağ əl nahiyəsində bir ədəd deşilmiş- kəsilmiş yaralar isə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarındakı cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirli “Məhkəmə-Tibbi Ekspertiza və X8” X15ndən daxil olmuş 29.04.2020-ci tarixli 187/2020-MTKŞ saylı rəydən görünür ki, eksperizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus gödəkçənin ön sağ yaxalığında bir ədəd, ön sol yaxalığında bir ədəd, sol qol tikişinin arxa səthində bir ədəd, kapüşonun ön sol səthində iki ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Eksperizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sol çiyin tikişi üzərindən və sol qolun arxa səthində cırılma zədələri aşkar olundu. Bu da, gödəkçənin müvafiq nahiyələrinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Eksperizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltonun sol qoltikişi üzərində natamam sökülmə zədəsi aşkar olundu. Bu da, paltonun müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Eksperizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sağ yaxalığında aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının ön divarında yerləşmiş bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Sol qol tikişinin arxa səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bazu nahiyyəsində aşkar edilmiş iki ədəd yarasından yalnız biri ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Digər yara onun paltarı üzərində öz əksini tapmamışdır, bu da paltarın zədələnməsi ilə izah oluna bilər. Kapuşonun ön sol səthində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin boyunun sol yarasında olan iki ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Eksperizaya təqdim edilmiş Zərərçəkmiş şəxs bədəninin sol qaşüstü nahiyədə bir ədəd, sol çənə nahiyəsində bir ədəd və sağ əl nahiyəsində bir ədəd aşkar edilmiş yaralar onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da, həmin nahiyyələrin paltarın örtülməməsi ilə izah oluna blər. Ekspzertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanım məişət təyinatlı turist bıçağına aiddir və soyuq silah hesab edilmir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X15ndən daxil olmuş 11.08.2020-ci il tarixli, 1494 nömrəli rəydə göstərilmişdir ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərar gəlir: Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Kinlilik, inadkarlıq, eqosentrizm, diqqət mərkəzində olmağa can atmaq, cəlbedici davranışı ilə ətrafdakıların diqqətini öz üzərinə çəkməyə meyillilik, nümayişkaranəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin isterik tipli cizgiləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt halında olmamışdır. İş materiallarına əlavə edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, 12 fevral 2020-ci il tarixdə keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən aşkar edilərək maddi sübut kimi götürülmüş, dəstəyi və tiyəsi qara rəngli materialdan olan, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi uzunluğu 220 mm olan, dəstək hissəsində olan düymə vasitəsilə açılıb bağlanan tipli 01 (bir) ədəd bıçağın hadisənin baş verdiyi 11.02,2020-ci il tarixdə saat 23:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 70B nömrəli binanın qarşısındakı dar piyada yolunda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri yetirməsi zamanı istifadə etdiyi bıçaq olub-olmamasını aydınlaşdırmaq üçün həmin bıçaq Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuşdur. Zərərçəkmiş şəxs Aytac Ağayevə tanınma üçün ona təqdim edilmiş oxşar tipli 04 (dörd) ədəd bıçağı diqqətlə nəzərdən keçirib göstərmişdir ki, hadisənin baş verdiyi vaxt Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi 4 nömrəli bıçaqla ona müxtəlif və çoxsaylı bədən xəsarətləri yetirmiş, həmin bıçağı dəstəyinin və tiyəsinin qara rəngli materialdan olmasına, habelə dəstəyinin üzərində hörümçək və hörümçək toru təsvirləri olmasına görə tanımışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Respublika Psixiatriya xəstəxanasının 19.03.2020-ci il tarixli, 2 nömrəli X1 20.05.2020-ci il tarixli, Respublika Narkoloji Mərkəzinin 09.06.2020-ci il tarixli və Bakı şəhər Narkoloji dispanserinin 19.05.2020-ci il tarixli arayışlarına əsasən Təqsirləndirilən şəxs qeyd olunan dispanserlərə müraciət etmədiyi, həmin dispanserlərdə qeydiyyatda olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Texniki Universitetinin Tələbə şəhərciyindən verilmiş 05.03.2020-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, həmin ünvanda atası X6, anası X7 və bacısı X2 ibarət ailə üzvləri ilə birlikdə yaşayır və mübət xarakterizə olunur. İş materiallarındakı Yasamal RPİ-ni tərtib etdiyi 12 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarınadakı Yasamal RPİ-nin İŞ-nin 14.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Yasamal rayon Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarındakı Yasamal RPİ-nin İŞ-nin 12.02.2020-ci il tarixli “geyim paltarlarını götürmə haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus, hadisə vaxtı əynində olmuş geyim paltarları, həmçinin rəfiqəsi Şahid2 Tahir qızına məxsus 1 ədəd qış gödəkçəsi sübut kimi götürülmüşdür. Məhkəməyə təqdim edilmiş teleqramnan görünür ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəni təsdiq edir və şikayətçidir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün ibtidai istintaq zamanı izahatında, şübhəli şəxs qismində, həmçinin təqsirləndirilən şəxs kimi ilkin ifadələrində tam, sonrakı qismən etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ifadələri elan edilərək tədqiq olunmuş digər şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Hüseynov Afiq Hümbət oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının CM-nin 63.3.-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Yasamal Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli qış gödəkçəsi, 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) cüt idman ayaqqabısı, 01 (bir) ədəd qara rəngli bustqalter, 01 (bir) ədəd boz rəngli qış papağı, 01 (bir) ədəd qara rəngli mobil telefon qulaqcığı, Şahid2 məxsus 01 (bir) ədəd qara rəngli palto və hadisə yerində pambığa hopdurulmaqla götürülmüş qan nümunələri məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri yoxdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 12.02.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1.-ci maddəsi ilə təqsirli bilinsin, ona 10 (on) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Yasamal Rayon Prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd qara rəngli bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli qış gödəkçəsi, 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) cüt idman ayaqqabısı, 01 (bir) ədəd qara rəngli bustqalter, 01 (bir) ədəd boz rəngli qış papağı, 01 (bir) ədəd qara rəngli mobil telefon qulaqcığı, Şahid2 məxsus 01 (bir) ədəd qara rəngli palto və hadisə yerində pambığa hopdurulmaqla götürülmüş qan nümunələri məhv edilsin. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-260/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-260/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver