Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-260/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Lənkəran rayonu Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, ev 7-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan «Kəbleyi» adlı şəxslə qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, aralarında razılaşmaya görə “Kəbleyi adlı şəxsin tapşırığına əsasən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq onun dediyi istintaqta məlum olmayan yerdən göndərdiyi təmiz çəkisi 15,497 qram olan narkotik vasitə heroini və ümumi təmiz çəkisi 3,053 qram psixotrop maddə metamfetamini Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində yerləşən yerüstü piyada keçidinin yaxınlığından satış məqsədi ilə götürüb cibinə qoyaraq üzərində saxlamaqla daşımış və «Kəbleyi» adlı şəxsin narkotik vasitələri hansı ünvana çatdıracağı növbəti tapşırığını gözləyən zaman 29 iyun 2021 -ci il tarixdə saat 20:30-da Sabunçu Rayon polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı ünvan 1 ünvanın yaxınlığında saxlanılıb, 12-ci PŞ-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 15,497 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəffaf plastik qabın içərisindən yeddi ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,461, 0,458, 0,475, 0,393, 0,442, 0,427 və 0,397 qram ümumi təmiz çəkisi 3,053 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydır ki, narkotik vasitələrdən istifadə edir. Son zamanlar narkotik vasitələrdən daha çox istifadə etdiyindən özü üçün bir qədər artıq miqdarda narkotik vasitə əldə etmək qərarına gəlmişdir. Sosial şəbəkələr vasitəsi ilə narkotik vasitə almaq mümkün olduğunu eşidib təxminən 3 ay əvvəl «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə narkotiklərin «Online» satışı ilə məşğul olan şəxsin +**********252 nömrəsini əldə edib, onunla «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayıb, narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs İran İslam Respublikasının vətəndaşı, adı «Kəbleyi» olduğunu bildirmişdir. «Kəbleyi» adlı şəxslə əldə olunmuş razılığa əsasən «Kəbleyi»in göndərdiyi narkotik vasitələri «WhatsApp» vasitəsi şəklini çəkib göndərdiyi ünvanlardan götürüb, «Kəbleyi»in dediyi digər ünvanlara aparıb qoymaqla satışını həyata keçirmişdir. Həmçinin müəyyən vaxtlarda «Kəbleyi»-in göndərdiyi narkotik vasitələrdən özü də istifadə etmişdir. «Kəbleyi»-in dediyi ünvanlara narkotik vasitə heroini və psixotrop maddəni qoyduqdan sonra həmin ünvandan aralanıb çıxıb gedirdi. Sonradan kim və ya kimlər gəlib həmin maddələri götürdüyünü görmürdü və bilmirdi. Alan şəxs bilavasitə «Kəbleyi» ilə əlaqə saxlayırdı və ona pul ödəyirdi. Lakin hansı qaydada pul ödədiyini bilmir. Satdıqları narkotik vasitələrin sayı 100ə çatdıqda «Kəbleyi» ona satışdan əldə olunmuş gəlirdən 250 manat pulu «Kapital Bank»da açdırdığı bank hesabına göndərirdi. Onun vəzifəsi yalnız «Kəbleyi»in dediyi ünvandan heroini və metamfetamini götürüb, sonra onun dediyi ünvanlara aparıb qoymaq olmuşdur. Yaşadığı mənzildə və ya hər hansı bir digər ünvanda narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin saxlamır. Özü ***-***-**-** və ***-***-**-** nömrələrdən istifadə etmiş, əsas istifadə etdiyi nömrə ***-***-**-** olmuşdur. Sonuncu dəfə 29 iyun 2021 -ci il tarixdə «Kəbleyi» onunla əlaqə saxladıqda narkotik vasitə göndərdiyini, götürdükdən sonra onunla əlaqə saxlayıb hansı ünvana çatdırmaq lazım olacağam deyəcəyini bildirmiş və narkotik vasitəni qoyacağı ünvanın şəklini «Vatsap»İa telefonuna göndərmişdir. 29 iyun 2021-ci il tarixdə günorta saatlarında «Kəbleyi»in şəklini göndərdiyi ünvana, yəni Bakı şəhəri Sabunçu qəsəbəsində yerləşən yerüstü piyada keçidinin yaxınlığında dayanmış köhnə «Kamaz» markalı avtomobilin yanına gedib narkotik vasitələri götürüb cibinə qoyub, «Kəbleyi»in narkotik vasitələri hansı ünvana qoyacağını deməsini gözləmişdir. 29 iyun 2021-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanılması və daşınmasında şübəli olduğu üçün birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getməyi təklif etmişdirlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə 12-ci PŞ-nə getmişdir. Polis Şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil ona təqdim edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Vəkilinin iştirakı olmadan, polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Bundan sonra o, əynində olmuş açıq göy rənli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş narkotik vasitə heroini, 1 ədəd şəffaf plastik qabın içərisində 7 ədəd sellofan bükümdə olmuş psixotrop maddə metamfetamini, əynində olmuş şalvarın sol yan cibindən isə «Samsung» markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Narkotik vasitələr, psixotrop maddələr və mobil telefon polis əməkdaşı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu o və axtarışda iştirak etmiş şəxslər imzaları ilə təsdiq etmişdirlər. «Kəbleyi» ilə istifadəsində olmuş 099-700- 43-44 mobil nömrə ilə əlaqə saxlamışdır. Polis şöbəsinə gətirilərkən və şöbədə olduğu müddət ərzində ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmişdir. Polis şöbəsində izahat verərkən hadisə ilə bağlı bu qaydada yəni tam ətraflı izahat verməmişdir. İzahatında və üzərinə keçirilən axtarış zamanı yalnız ümumi şəkildə İran İslam Respublikası vətəndaşından narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 200 manata aldığını qeyd etmişdir. X4 Respublikası vətəndaşı «Kəbleyi» kimi təqdim etmiş şəxsin anket məlumatları, hansı ünvanda qeydiyyatda olması və yaşaması barədə heç bir məlumatı yoxdur ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070-334-35- 44, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-898- 09-97, ***-***-**-** saylı nömrələrin kimə məxsus olduğunu bilmir. 14 may 2021 -ci il saat 21:05-də ***-***-**-**, 15 may 2021ci il saat 02:52-də ***-***-**-**, 19 may 2021-ci il saat 20:25-də ***-***-**-**, 12 may 2021-ci il saat 18:18-də saat ***-***-**-** saylı nömrələrlə istifadəsində olan ***-***-**-** saylı nömrə arasında aparılmış SMS yazışmanın məzmununu xatırlamadığı üçün hər hansı bir açıqlama verə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, tərəflərindən əməliyyat yolu ilə Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində fərdi yaşayış evində yaşayan «Xəyal» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşıması barədə əldə olunmuş məlumat yoxlanılarkən müəyyən edilmişdir ki, «Xəyal» adlı şəxs xx xxxx 1987-ci ildə Lənkəran rayonu Qumbaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 16 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1,180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu Qumbaşı kəndində qediyyatda olan, ünvan 4 saylı evdə yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə raportla müraciət edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq 12-ci PŞ-nin rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra ondan və Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbiri zamanı 29 iyun 2021-ci il tarixdə saat 20:30-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs Balaoğlan oğlu tərəflərindən saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra ona birlikdə 12-ci PŞ-nə getməyi təklif edib, polis şöbəsinə getməsinin səbəbləri izah olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmiş və onun saxlanılıb 12-ci PŞ-nə aparılıb təhvil verilməsi ilə bağlı tərəflərindən raport tərtib olunmuşdur. Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə araşdırmanın aparılması 12-ci PŞ-nin təhqiqatçısına həvalə edilmişdir. Polis Şöbəsində hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan dövlət hesabına vəkil dəvət olunaraq, vəkil Xəyala təqdim edilmişdir. Daha sonra Xəyala təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, Xəyalın razılığı əsasında vəkilinin iştirakı olmadan onun və Şahid2 iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində daşınması, saxlanılması qanunla qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş açıq göy rənli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş narkotik vasitə heroini, 1 ədəd şəffaf plastik qabın içərisində 7 ədəd sellofan bükümdə olmuş psixotrop maddə metamfetamini, əynində olmuş şalvarın sol yan cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Narkotik vasitələr, psixotrop maddələr və mobil telefon təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırıiaraq götürülmüşdür. Daha sonra Xəyalın üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu o, Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroini və metamfetamini 29 iyun 2021-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından 200 manata alıb istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə aparılarkən və polis şöbəsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində oxşar məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir(i.v.151-153). Cinayət işinin 34-36-cı vərəqlərində olan 29 iyun 2021-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 12-ci PŞ-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilib, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulub, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olmuş açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü, bir ədəd şəffaf plastik qabı və həmin şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon aparatını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən digər əşya və ya predmet aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən baxış keçirdikdə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içərisində tünd rəngli maddə, bir ədəd şəffaf plastik qabın içərisində 7 ədəd sellofana bükülmüş bükümlər, bükümlərin hər birinin içərisində ağ rəngdə kristal formalı maddələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümün içərisindəki tünd rəngli maddə narkotik vasitə heroin, bir ədəd şəffaf plastik qabın içərisindəki 7 ədəd sellofana bükülmüş bükümlərdə ağ rəngdə kristal formalı maddələr psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitəni və psixotrop maddəni 29 iyun 2021-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından 200 manata alıb üzərində saxlayıb daşıdığını, mobil telefon özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin, psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 98-116-cı vərəqlərində olan istintaq zamanı Təqsirləndirilən şəxs adına olan «Kapital Bank»-da açılmış 416974*******5296 nömrəli ödəniş kartı üzrə 01 iyul 2020- 01 iyul 2021-ci il tarixədək olan dövr ərzindəki təqdim etdiyi çıxarış götürülərək baxış keçirilmişdir. «Kapital Bank»-da açılmış 416974*******5296 nömrəli ödəniş kartı üzrə 01 iyul 2020-01 iyul 2021-ci il tarixədək olan dövr ərzindəki çıxarışa baxış zamanı müəyyən 01 iyul 2021-ci il saat 13:05:47-də kartın balansında 261 manat 64 qəpik olduğu, 29 oktyabr 2020-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək olan dövr üzrə ümumilikdə kartdan 9.809 manat 01 qəpik məxaric olunmuş, 10.070 manat 65 qəpik karta mədaxil olduğu müəyyən edilmişdir. Cinayət işinin 157-174-cü vərəqlərində olan «Bakcell MMC»-nin 10 sentyabr 2021-ci il tarixli BKC/LGL-15239/21 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş özündə 01 may 2021-ci ildən 30 iyun 2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** saylı nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları əks etdirən 01 ədəd CD diskə baxış keçirdikdə qeyd olunan nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı, həmin nömrə ilə günün müxtəlif saatlarında, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, 055-349-04- 26, ***-***-**-**, ***-***-**-** saylı nömrələrlə danışıqların və SMS yazışmaların aparıldığı müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda SMS yazışmaların aparıldığı aşkar edilmişdir: 1.12 may 2021-ci il saat 18:18-də saat ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə «Qaq 1 olsun 40 manat xirda gotura 100 du mende»; 14 may 2021-ci il saat 21:05-də-***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə «Qaqam 1qr dedinde he»; 15 may 2021-ci il saat 02;52-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə «Qaqaş cxim men hardasan?»; 19 may 2021-ci il saat 20:25-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə «Eliw 1?yari?». Cinayət işinin 47-49-cu vərəqlərində olan iş üzrə təyin edilib keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 30 iyun 2021-ci il tarixli 6/2643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 159» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 15,497 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 7 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,461 qram, 0,458 qram, 0,475 qram, 0,393 qram, 0,442 qram, 0,427 qram, 0,397 qram ümumi təmiz çəkisi 3,053 qram olan ağ rəngli kristalik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi -15,947 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq -15, 897 qram. Metamfetaminin ümumi təmiz çəkisi -3,053 qram, cəmi tədqiqata sərf edildi-0,28 qram, qalıq -2,773 qram. Cinayət işinin 184-185-ci vərəqlərində olan iş üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 03 avqust 2021-ci il tarixli 2632 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 191-192-ci vərəqlərində olan iş üzrə təyin edilib keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.09.2021-ci il tarixli 2069 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixiatrik müayinə zamanı hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Cinayət işinin 202-212-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi -15,947 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi -3,053 qram psixotrop maddə metamfetamin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq-15,897 qram heroin və qalıq-2,773 qram metamfetamin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlanana təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 099-700-43- 44 saylı nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 14-15 və 82-84-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 143-145, 180-183-cü vərəqlərində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 13 iyul 2015-cİ il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26 oktyabr 2009-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən barəsində məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-ci maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 08.09.2021-ci il tarixli 2069 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Sabunçu RPİ- nin maddi sübutların saxlanılması otağına verilmiş ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 15, 897 qram heroin və 2,773 qram metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. 1 ədəd CD və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş edilmiş 118,65 (yüz on səkkiz manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Sabunçu RPİ- nin maddi sübutların saxlanılması otağına verilmiş ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 15,897 qram heroin və 2,773 qram metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. 1 ədəd CD və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov