Məhkəmə qərarları › İş №1(101)-260/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-260/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-260/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X25 ibarət tərkibdə, X4 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1988-ci ildə Masallı rayonu, Qarğalıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Xətai rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(011)-36/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsi tətbiq edilərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Masallı rayonu, Qarğalıq kəndində qeydiyyatda olub, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttihama əsasən, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülərini və fotoşəkillərini əldə etdikdən sonra onun ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 3.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvülərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib, 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən binanın 114 nömrəli mənzilindən “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 1403 6921 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 130 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Eyni zamanda, ittihama görə Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülərini və fotoşəkillərini əldə etdikdən sonra onun ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 3.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.020 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 850 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, Zərərçəkmiş şəxs ümumilikdə 1.100 (bir min yüz) ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə 1.000 manat pul vəsaitini hədə-qorxu ilə tələb edib 17 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən binanın 114 nömrəli mənzilindən “Birbank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 1403 6921 nömrəli bank kartına Zərərçəkmiş şəxs köçürdüyü 130 manat pul vəsaitini alaraq Zərərçəkmiş şəxs ümumilikdə 130 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qızı Suel telefonda ona gələn video görüntünü aparıb anasına göstərmiş, sonradan həmin video onun əlinə keçmişdir. O, həmin videonu görüb bərk əsəbləşmiş, Təranə ilə Abbasın arasında əlaqə olduğunu düşünmüş və Təranəni döyüb üz-gözünə xəsarət yetirmişdir. Sonradan Təranə ona Abbasla heç bir əlaqəsinin olmadığını bildirmişdir. O, Təranədən Abbasın telefon nömrəsini almış və zəng edib Abbasa onunla görüşməyi təklif etmiş, əgər görüşməyə gəlməsə onsuz da onu harda olsa tapacağını demiş və onun çılpaq videolarının hansı səbəbdən onun uşağına və arvadına gəldiyini soruşmuşdur. Abbas onunla görüşməyə gələcəyini demiş, axşam sürücü ilə gəlmiş, o, sürücüyə bunun ailə məsələsi olduğunu bildirmiş və ondan kənarda oturmasını tələb etmişdir. O, Abbasla orada yerləşən parkın qarşısında oturmuş və həmin videonu Abbasa göstərməklə videodakı şəxsin o olub-olmamasını soruşmuş, Abbas da videodakı şəxsin özü olduğunu etiraf etmişdir. Abbas həmçinin bir qadının onu şantaj etdiyini və videonu sildirməyə çalışdığını bildirmişdir. O, Abbasa evə getməyi təklif etmiş, evə gəldikdən sonra Təranədən üzr istəməsini tələb etmiş, onun günahı ucbatından Təranənin pis vəziyyətə düşdüyünü demişdir. Abbas gəlib Təranədən üzr istəmiş, xəstəxana məsrəflərini qarşılayacağını demişdir. O, Abbasdan nə edirsə dərhal orada etməsini tələb etmiş, belə ki, bir daha onu görmək istəmədiyini demişdir. Daha sonra Abbas videonu sildirməyin mümkün olub-olmadığını soruşmuş, Təranə də sildirməyin mümkün olduğunu demişdir. O, Abbasla maşına əyləşərək “Həzi Aslanov” metrostansiyasına getmiş, o, sürücü ilə maşında gözləmiş, Abbas düşüb getmiş, bir qədər sonra 600 ABŞ dolları gətirmiş və qalanını da gətirəcəyini demişdir. Səhəri gün Abbas ona zəng etmiş, o yenidən “Həzi Aslanov” metrostansiyasına getmiş, orada onu kriminal yönümlü şəxslər qarşılamışdır. O, həmin şəxslərdən kimin söhbətini etməyə gəldiklərini bilib-bilmədiklərini, həmin adamın öz qızına porno videosunu göndərən adam olduğunu, bunun ailə söhbəti olduğunu deyib, onlara qarışmamağı tapşırmışdır. Orada toplaşan şəxslər bundan sonra dağılışmış, həmin vaxt Abbas 500 dollar da pul vermiş, Təranə pulu hesablayaraq 130 manat çatmadığını bildirmişdir. Abbas həmin məbləği verməmiş, o, sonradan Abbasdan qalan məbləği də verməsini tələb etmiş, bununla da məsələnin bağlanacağını demişdir. Abbas ona qarşı nalayiq söyüşlər söyməyə başlamış, o da daha Abbasa zəng etməmişdir. Bir müddət sonra Təranə onu yuxudan oyandırıb Abbasın zəng etdiyini demiş, o, telefona cavab verdikdə Abbas pulun hazır olduğunu və gəlib götürməsini demişdir. O, Abbasdan pulu məhəlləyə gətirməsini tələb etmiş, lakin Abbas oraya gəlməkdən utandığını demiş və KTV-nin yanına görüşməyini təklif etmiş, o da bu təkliflə razılaşmışdır. O, razılaşdıqları yerə gedərkən Abbasın “BMW” markalı maşınının dayandığını görüb yolu keçmiş, maşına yaxınlaşanda maşın birdən yerindən tərpənib hərəkətə başlamışdır. O, telefonu götürüb zərərçəkmiş şəxsə zəng etmək istemiş, bu vaxt əməliyyatçılar onu tutub idarəyə aparmışlar. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Abbasla görüşən zaman bir qadının onu şantaj etdiyini demiş, Təranə ilə ona qeyd olunan məbləği videonu sildirmək üçün vermişdir. Təranənin burnunun əməliyyat olunması üçün o, Abbasdan pul tələb etməmiş, Abbas özü bu təklifi vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun böyük qızı Suelin bioloji atasıdır. 2022-ci ilin təxminən noyabr ayında onun “İnstaqram” sosial şəbəkəsindəki səhifəsinə videogörüntü gəlmiş, o, videoya baxıb həmin şəxsin kim olduğunu əvvəlcə tanımamışdır. Videogörüntüdə zərərçəkmiş şəxs tam paltarsız bir qadınla virtual cinsi əlaqədə olmuşdur. Videonu görəndə Rasim ondan həmin şəxsin kim olduğunu soruşmuş, o da tanımadığını demişdir. O, daha sonra həmin şəxsin şəkillərinə baxanda, həmin şəxsi tanımış və Suelin atası olduğunu bildirmişdir. Bir nəfər qadın da ona yazaraq, videodakı şəxsin onun həyat yoldaşı olduğunu bildirmişdir. Bundan sonra Rasimlə onun arasında problemlər yaranmış, Rasim onu döymüşdür. Belə ki, o, bir dəfə nikahda olmuş, Rasimlə qeyri-rəsmi nikah münasibətindədir. Həmin videogörüntü ilə bağlı Rasim Abbasa zəng edib görüşmüş, Abbas Rasimlə danışıb hadisənin baş verməsinin təfərruatlarını danışmış və onu şantaj etdiklərini bildirmişdir. O, Abbasa videoları sildirməyin mümkün olduğunu, lakin bunun üçün 3000 manat pul tələb olunduğunu bildirmişdir. Abbas bu təkliflə razılaşmış və Rasimlə birlikdə öz evinə getmiş, Rasimə 600 ABŞ dolları pul vermiş və geri qalanını da səhəri gün verəcəyini demiş, ona bu videonun silinməyində köməklik göstərmələrini xahiş etmişdir. Səhəri gün Abbas pulu verməmiş, axşam verəcəyini bildirmişdir. Abbas axşam yanında özlərini kriminal aləmin üzvləri hesab edən şəxslə gələrək, Rasimə hədə-qorxu gəlmək istəmiş, lakin sonradan Abbas 500 ABŞ dolları vermiş, o, sosial şəbəkədə bu işlərlə məşğul olan şəxslərlə danışmış və videonun silinməsi üçün 2000 (iki min) manat pul lazım olduğunu öyrənmişdir. O, bu barədə Abbasa bildirmiş, Abbasın verdiyi pulları hesabladıqda ümumi olaraq 130 (yüz otuz) manat pul çatmadığını görmüş, həmin çatmayan 130 (yüz otuz) manatı öz vəsaiti hesabına ödəmək istəməmiş, ona görə həmin 130 (yüz otuz) manatı Abbasdan tələb etmişdir. Sosial şəbəkədə bu işlərlə məşğul olan adamlarla danışdıqda, onlar videonu silməyin yalnız videonun məxsus olduğu şəxslə yenidən danışığa keçdikləri halda mükün olduğunu demişlər. O, videonu göndərən səhifəyə daxil olduqda videoların səhifədə olmadığını görmüşdür. Həmin vaxt Abbas qalan 130 (yüz otuz) manat pulu artıq onun kart hesabına göndərmişdir. Onun burnu əməliyyat olunmalı olmuş, Abbas bütün xərclərini özü ödəyəcəyini demişdir. Daha sonra Rasim Suelin öz atasını görməsi üçün icazə verməsini istəmiş, o da razılaşmışdır. Rasim Abbasla danışmış, Abbas axşam gəlib uşağını görməyə söz vermiş, Suel atasını gözləmiş, lakin Abbas gəlməmişdir. O, Rasimin telefonu götürərək eyvana çıxdığını və yüksək səslə telefonda danışdığını, Abbasa axşam gələcəyinə söz verdiyini, lakin gəlmədiyini dediyini eşitmişdir. Ona sonradan məlum olmuşdur ki, Abbas əməliyyat qrupu yaradıb onlara oyun oynamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, bu hadisəyə qədər zərərçəkmiş şəxslə sonuncu dəfə 4-5 il əvvəl əlaqələri olmuşdur. Abbas birinci Rasimlə əlaqə saxlamış, Abbas videonun silinməsi üçün 3000 manat pul tələb etdiklərini demişdir. Onun burnunun müalicəsi üçün çəkilən 1000 manat xərci Abbas ödəməli olmuş, çünki Abbas onun döyülməyinə onun səbəb olduğunu bilmişdir. O, sonuncu dəfə hikkəsindən 500 manatı onun verəcəyini demiş, lakin əks halda ona nəsə edəcəyini deməmişdir. 130 manat pul verilən gün video silinmişdir. O, Abbasın verdiyi pulu heç bir mütəxəsissə verməmiş. Abbasın özünə də qaytarmamış, qızının haqqı olduğunu qəbul edib özünə götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs2 ilə 2009-cu ildə münasibətiləri olmuş, sonra heç bir əlaqələri olmamışdır. 2022-ci ilin noyabr ayının 14-də Rasim adlı şəxs ona zəng edərək, saat 21.00-dək görüşməyi təklif etmişdir. O, işi olduğunu demiş, səhəri gün görüşməyi təklif etmiş, lakin Rasim saat 21-dək gəlməli olduğunu demiş, əks halda onu tapıb başına oyun açacağını demişdir. O, görüşməyə razılaşmış, onların evinin qarşısına gəlib zəng etmiş, Təranə və Rasim evə gəlməsini istəmişlər. O, Rasimə sözü varsa aşağı düşməsini təklif etmiş, Rasim aşağı gəlib təkidlə onu bloka salaraq Təranəni göstərmiş və onun günahı ucbatından Təranənin zərər çəkdiyini deyib, təkidlə onu evə salmışlar. Rasim onun şəkillərinin hansı səbəbdən Təranəyə gəldiyini soruşmuş, o da bu barədə məlumatının olmadığını, özünün də işə düşdüyünü, öz şəkillərini yaymağın məntiqə uyğun olmadığını demişdir. Daha sonra Rasim və Təranə videonu sildirmək lazım olduğunu, bunun üçün 3000 manat pul tələb olunduğunu demişlər. O, məbləğin çox olduğunu demiş, bu zaman 2000 manat pul verməyi təklif etmişlər. O, razılaşmağın mümkün olduğunu demiş, gecə ilə Rasimlə birlikdə onun evinə getmişlər və 600 ABŞ dolları pul vermiş, qalanını da sonra verəcəyini demişdir. Səhəri gün yenə 500 dollar pul vermiş və bir daha bir-birilərini görməyəcəkləri barədə razılaşmışlar. 3-4 gün sonra Rasim yenə ona zəng etmiş və onu təhqir etməyə və hədə-qorxu gəlməyə başlamışdır. Bundan əvvəl Rasim və Təranə hər iki onun evinə gəlib qapısını döymüşlər, lakin o, onların nə məqsədlə gəldiklərini başa düşməmişdir. Daha sonra artıq bunun qarşısını almaq lazım olduğunu düşünmüş və qanuna uyğun şəkildə polisə müraciət etmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Rasimlə bir dəfə 2022-ci ilin noyabrın 14-də görüşmüşdür. Təqsirləndirilən şəxslər onu təhqir edib, hədə-qorxu gəlmiş, ona şəkil göndərərək pul çatmasa şəkilin sosial şəbəkədə yayılacağını demişlər. Təranə onu rüsvay etməklə hədə-qorxu gəlmiş, şəkillərini məhəlləyə asacağını demişdir. Təqsirləndirilən şəxslərə videonu sildirmək üçün pul verilməsini o, təklif etməmiş, bu təklifi təqsirləndirilən şəxslər özləri etmişlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan qızı Şahid məhkəmə iclasında ifadə verməkdən imtina etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 17 saylı tam orta məktəbin Vİİ sinif şagirdidir, Təqsirləndirilən şəxs2 onun anasıdır, ondan yaşca kiçik bir bacısı var, anası və bacısı ilə ünvan 1 ünvanda yaşamışlar. Anası və atası Abbas ayrı yaşamış, son 4-5 ildir ki, atası ilə əlaqəsi yoxdur, belə ki, əvvəllər yalnız telefonla əlaqə saxlamış, lakin atasını görməmişdir. Anası Təranə bir neçə nəfər şəxslə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamış, həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs1dur. Anası Təranə fahişəliyə cəlb etmə ilə əlaqədar məhkum olunmuş və həbs edilmişdir. Son vaxtlar anası Təqsirləndirilən şəxs1 ilə münasibətdə olmuşdur. X26 atası Abbasdan pul tələb etdiyinə görə onların hər ikisi həbs edilmişdir. Anası həbs edildikdən sonra onu və azyaşlı bacısını anası Təranənin tanışı Rəqsanə İsmayılova evinə aparmışdır. Bundan sonra onlar Rəqsanənin himayəsində yaşamışlar. Ancaq onların Rəqsanə İsmayılova ilə qohumluğu olmadığı üçün 14 fevral 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağına yerləşdirilmişlər. 2022-ci ilin noyabr ayının ortalarında mobil telefonunda fotoşəkillərə baxmış, həmin vaxt evdə Rasim və anası Təranə olmuşdur. Fotoşəkillərə baxan zaman telefonuna videogörüntülər gəlmiş, həmin videogörüntülərə baxdıqda bir nəfər kişini görmüşdür. Belə ki, həmin kişi yarıçılpaq halda bir nəfər qadınla danışmış, qadın paltarlarını soyunub sinə nahiyəsini göstərmiş, kişi də öz cinsiyyət orqanını çıxarıb nümayiş etdirmişdir. Bundan sonra o, həmin görüntüləri anası Təranəyə göstərmiş və telefonunu ona vermiş, videogörüntüləri isə kimin göndərməsini bilməmişdir. Sonradan isə Rasim və anası həbs edilmişdir. Videogörüntülər gələn zaman həmin telefonu anası Təranəyə vermişdir. Anasının isə telefonu nə etməsini bilməmişdir. Rasimin və anası Təranənin atası Abbasdan pul tələb etməsinin şahidi olmamışdır. Lakin sonradan eşitmişdir ki, telefona videogörüntüləri göndərilən şəxs atası Abbasdır. (cild İİ, i/v: 40-42) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata götürülməsi barədə 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yarı çılpaq halda olan görüntülər və fotoşəkillərini əldə etdikdən sonra ailə üzvlərinə göstərməklə, “İnstagram” və digər internet sosial şəbəkələrində yerləşdirib, həmin rüsvayedici məlumatları yayacağı hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb edib 15 noyabr 2022-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanda yerləşən binanın qarşısında 500 ABŞ dolları, həmin tarixdə saat 20 radələrində Bakı Metropolitenin Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” stansiyası yaxınlığında 600 ABŞ dolları təkrar hədə-qorxu ilə tələb edərək Zərərçəkmiş şəxs ümumilikdə 1.100 ABŞ dolları, dövrün məzənnəsi ilə 1.870 (bir min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. (cild İ, i/v: 1) - Yuxarıda göstərilən hallar Zərərçəkmiş şəxs polis idarəsinə vermiş olduğu ilkin əlyazma ərizəsi və ilkin izahatı ilə, eləcə də götürmə aparılması haqqında qərar və protokolda da bir daha öz əksini tapmışdır. (cild İ, i/v: 3-10) - Təqsirləndirilən şəxs1 01 dekabr 2022-ci il tarixli ilkin izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qızı Suelin telefonuna Zərərçəkmiş şəxs yarıçılpaq şəkillərinin gəlməsini bildikdə Təqsirləndirilən şəxs2 döymüş, sonra Zərərçəkmiş şəxsla 15 noyabr 2022-ci il tarixdə Xətai rayon ərazisində olan “KTV” nin yaxınlığında görüşmüş, orada Abbasa çılpaq görüntülərini yayacağı ilə hədə-qorxu gələrək ondan 3000 manat pul tələb etmişdir. (cild İ, i/v 50-52), Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində vermiş olduğu ifadəsində də həmin halları bir daha təkrarlayaraq Zərərçəkmiş şəxs hədə-qorxu gələrək ondan pul tələb etdiyini təsdiqləmişdir. (Cild İ, i/v: 81-83). - Təqsirləndirilən şəxs2 07 dekabr 2022-ci il tarixdə şahid qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yarıçılpaq şəkillərinin onun qızının telefonuna göndərilməsi ilə bağlı Abbası evinə dəvət etmiş, sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsla 15 noyabr 2022-ci il tarixdə Xətai rayon ərazisində olan “KTV” nin yaxınlığında görüşmüş ondan hissə-hissə ümumilikdə 1100 ABŞ dolları almış və pulu gətirib ona vermiş və o da həmin pullarla borclarını bağlamışdır. (cild İ, i/v: 133-136). - Məhkəmə psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 25 yanvar 2023-cü il tarixli 170 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 əqli gerilik (kəmağıllıq) qeyd olunmur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 Fərahi oğlunun əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild İİ, i/v: 44-46) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ekspert rəyini mübahisələndirmiş, hərbi bilet əvəzi arayışı məhkəməyə təqdim edərək uşaq yaşlarından psixi xəstəlikdən əziyyət çəkdiyini, bir neçə dəfə psixiatrik xəstəxanada stasionar qaydada müalicə aldığını, həmin xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad olunduğunu bildirmiş və təkrar məhkəmə psixiatrik ekspertizasının təyin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxsin vəsatəti təmin olunmuş və təkrar stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qərar üzrə Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 177 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir, barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini törədərkən keçirdiyi öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. - Məhkəmə psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X27 06 mart 2023-cü il tarixli 650 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs2 idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 inadkarlıq, əsəbilik, emosionallıq, özünü müdafiə etməyə meyillililik, qıcığa qarşı həssaslıq, başqalarının diqqətini öz üzərinə çəkməyə meyillilik, nümayişkəranəlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarına görə qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi, lakin bu nəticəyə gəlmək olar ki, o, fərdi-psixi xüsusiyyətlərinə müvafiq olaraq özünü müdafiə etməyə çalışaraq cinayət əməlinin bəzi məqəmları gizlədə, fərqli şəkildə təsvir edə bilər. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyətli halları düzgün qavraya və bu barədə məlumatlar verə bilər. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. (cild İİ, i/v: 49-52) - 01 dekabr 2022-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs özündə videogörüntülər, danışıq səsləri və mesaj mətinlərinin olduğu bir ədəd “DVD” disk götürülmüşdür.( cild İ, i/v: 10-13) - 01 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, təqdim edilmiş disk DVD formatlıdır, diskin içərisində 41 ədəd fayl vardır, onlardan üç ədədi videogörüntü, dörd ədədi səs yazıları, 34 ədədi isə fotoşəkillərdir, fotoşəkillər ilə vidogörüntü eyni məzmunludur, belə ki, fotoşəkillərdə mesaj mətinləri vardır, videogörüntüdə həmin mesaj mətinlərinin çəkilişidir və mesaj mətinləri “Terane Rasim” adlı istifadəçiyə aiddir. Mesaj mətinlərinə baxış zamanı aşağıdakılar müəyyən olundu: “Terane Rasim” adlı istifadəçidən daxil olmuş mesaj: çünki mən səni gözlədim, sən gəlsəydin vaxtında heç səndən 300-500 nə başqa şey istəməyəcəkdim. “Terane Rasim” adlı istifadəçiyə göndərilən mesaj: dedin nə mən, nə də ki, menim ailəm səni narahat etməyəcək, düzdümü. Bəs indidə 500 verəcəm yenə başqa məsələlər çıxacaq ortaya. Bəs niyə gedib qapımı döymüsüz, dedin narahat etməyəcəm, indi mən kimə inanım. “Terane Rasim” adlı istifadəçidən daxil olmuş mesaj: 2 min sən verdin, sən xahiş elədin, elədiyin səhvə görə heç kim narahat olmasın dedin və mən həll elədim. “Terane Rasim” adlı istifadəçidən daxil olmuş mesaj: Mənəm Təranə, gecə sənə bir quranlıq dastan yazdım, güya oxumamısan kimi göstərib nömrəni bloka atdın, halbu ki, orda da qeyd elədimki, gələcəm qapına, sən yaxşılıqdan başa düşmürsən, buna tam əmin oldum, ev telefonun və ev ünvanını bilirəm, saat 9 qədər gözləyirəm, əgər yenədə səndən xəbər çıxmasa, indi bax mən nələrə qadirəm, sənə görə mənim üzüm-gözüm burnum bu günə düşməli idi, min manat burnuma əməliyyat etməliyəm, ödəniş etməyə pulum yoxdur, gör indi sabah gəlib sənin qapında solo kansert verirəm ya yox, evindəkiləri qatıram bir-birinə ya yox, sən əgər elə bilirsən ki, mən sənin intim videonu, səni şantaj üçün, səni hədələmək üçün saxlayıb paylaşmamışam, uzatma Təranənin kartı var səndə, məncə at pulu və bir sms yaz deki bağışla birdə narahar etməyəcəm, yox ol, uzatma Abbas, sən öz ----- mənim rahatçılığımı fikirləşdin, 2 min verdin amma fikirləşmədən ki o, yazığın canı ağırdı. Sabah həll edəcəksən 1000-ni, hamısını səndən alacam, ya da elə indi 500-u doğ, 4169 7388 1403 6921. “Terane Rasim” adlı istifadəçiyə göndərilən mesaj: Səhər gəlim inşallah Bakıya yoluna qoyarıq. “Terane Rasim” adlı istifadəçidən daxil olmuş mesaj: O zaman elə 1000-in hamısını, nə vaxt yollayacaqsan, konkret vaxt de. “Terane Rasim” adlı istifadəçiyə göndərilən mesaj: Nə qədər 500 ?. “Terane Rasim” adlı istifadəçidən daxil olan mesaj: Bəli “Terane Rasim” adlı istifadəçiyə göndərilən mesaj: 2000 verdim, o heç. 500 den sora yenə nese teleb eliyəcəksən?, yoxsa bağlanır söhbət ?, səkilləri paylaşmıyacaqsan. “Terane Rasim” adlı istifadəçidən daxil olan mesaj: 500 yolla, vəssəlam, səni hələdə ictimaiyyətə biyabır etməməyimin baş səbəbi yenə də Sueldi, sabah həll edəcəksənsə 1000-in hamısını səndən alacam. “Terane Rasim” adlı istifadəçidən daxil olan mesaj: Abbas Təranədir, mən canlı açdım danışdım. “Terane Rasim” adlı istifadəçidən daxil olan mesaj: Salam Abbas, necəsən, mənəm Rasim, eşit gör nə deyirəm. Mənim səninlə heç bir şəxsi qərəzdiyim yoxdu, amma Təranə xanım, bir dəfə mənə fas desə səni parçalamaya hazıram, bunu bil yetər, lazım olsa axrında səni öldürüb ömürlük yatmağı belə gözə almışam, elə elə ki, fas deməsin mənə, yola gəlib mehriban olsun Abbas bəy. “Terane Rasim” adlı istifadəçidən daxil olan mesaj: O zaman elə 1000-in hamısını verməyə razılaşdın. Yerdə qalan 500-u al. İndidə deyirəm ki, burnumun 500-nu yola. Elə 1000 hamısını sən verməyini istəyirdim, Rasim dedi 500-u vermişik, yerdə qalan 500-u al. Səhər saat 9 a kimi pulu ya çatdır, ya da at karta, atmasan sənin başına oyun açacam. “Terane Rasim” adlı istifadəçidən daxil olan mesaj: 4169 7388 1403 6921 vur buna hər nə qədərdirsə. Diskdə olan birinci 45 saniyədən ibarət səs yazılarına baxış zamanı aşağıdakılar müəyyən edildi, K1: Elə bildin sakitəm, keçəcəm, allaha and olsun mən sabah həkimə getməliyəm, sən belə boş buraxdıqca mən daha da üzərinə gedəcəm, mən daha betər (-----) eləyəsiyəm ha K2: Mən işdəyəm başa düşürsən. K1: Mənə dəxli var sən işdəsən. K2: Belə danışma da mən işdəyəm. K1: Mən nətər edim, nətər danışım sənlə. Diskdə olan ikinci 01 dəqiqə 23 saniyədən ibarət səs yazılarına baxış zamanı aşağıdakılar müəyyən edildi: K1: Salam Abbas necəsən, mənəm Rasim, Abbas eşit gör nə deyirəm, mənim səninlə nə şəxsi qərəzliyim, mənim səninlə heç bir düşmənçiliyim yoxdur, sən Təranə xanımı incidirsən, Təranə xanım məndən bir dəfə xahiş etsə sənin həyətində avtomobilini yandıraq, istəsə səni avtomobilində avtomobil qarışıq yandıraram, istəsə evinin içində qapını yandıraram evindən çıxa bilməyəsən, istəsə qulağını kəsib ağzına soxaram, nə istəsə sənin üçün onu edərəm, nə istəsə edərəm, elə eləmə ki, Təranə mənə fas deməsin, br dəfə fas dedi səni parçalayacam, harda oldun, işdə toyda gəldim səni döydüm, səni soyundurdum şalvarını çıxarıb aparıb satdım, Təranənin borcunu verdim və Təranə bir dəfə fas desə eşşəyin öldü. Diskdə olan üçüncü 02 dəqiqə 16 saniyədən ibarət səs yazılarına baxış zamanı aşağıdakılar müəyyən edildi: K1: Salam Abbas müəllim, mənəm Rasim, mən sənə söz verdim, sənin o videonla bağlı səni heç kim, nə mən, nə mənim ailəm narahat etməyəcək. Səni o video ilə bağlı narahat etmirlər ki, yekə baş-yekə baş sözlər verirdin, narahat olma. Q1: Mən ona güzəştə getmək istəmirəm, mən istəyirəm ki, 1.000 manatın hamısını versin, sən deyirsən ki, beşini vermisən də, yaxşı 500 yollasın, mən bir də onun ailəsinin adını tutmayacam. K1: Sənin indi verəcəyin hər nədirsə 300, 500, o verdiyin 2.000 də ehtiyacı yoxdur bunun, prosto sənin kimi şərəfsizlər söz verib sözündə durmur ha, ona görə nakazat etmək lazımdır ki, sənin də uşaqların məktəbə gedəndə, pilləkəndən düşəndə sənin bütün şəkillərin var idi, videoların var idi, onları mən qəşəng-qəşəng peçat elətdirib çıxarmışam, divarlara, bloklara, qonşu bloklara yapışdıracam, məhəlləndə avtomobillərin şüşələrinə yapışdıracam, nəyinki bina ha, məhlə, qonuqonşu, yaşadığın əraziyə sənin bütün şəkillərini paylaşaram, ondan sora görüm sənin ailən, uşaqların hamı bunu görüb utanarlar, bunu görmək istəmirsənsə Təranə xanım nə deyirsə “baş üstə” deməlisən. Q1: Bütün avtomobillərə divarlara yapışdıracam, bütün Bakıya paylaşacam, özüdə çıxarıb bir ədəd bir ədəd yapışdıram. Diskdə olan dördüncü 05 dəqiqə 24 saniyədən ibarət səs yazılarına baxış zamanı aşağıdakılar müəyyən edildi: Q1: Alo Abbas biz nə qərara gəlirik, mən pislik eləmək istəmirəm, istəsəydim, çoxdan edərdim, amma sən konkret bir məqsədə gəlib çıxmırsan, sənin uşaqların mənim gözümə də görsənməyəcək uje, inan Allaha elədiyimi elədikdə sən çox peşman olacaqsan, sənin arvadın, uşaqların, sənin bütün şəkillərin binanın qabağından bir olacaq. K1: Səbəb nədir, bəs mən, qulaq as da, mən pul verdim axı, söhbət bağlandı, pul verdim sizə, dediz söhbət bağlandı, düzdümü. Biz danışdıq ki, pul verəcəm sizə. Q1: Rasimlə necə danışmısız özünüz bilərsiz. K1: Rasim mənə dedi ki, mənim ailəm səni narahat etməyəcək, bu məsələ ilə bağlı, Rasim mənə dedi ki, pulu verirsiz, 2000 verirsiz. Q1: Ay bala Rasm sənə dedi ki, pulu verirsən sənin o videonla bağlı problem yoluna qoyulur. K1: Sənin həyat yoldaşın mənə dedi ki, mən səni narahat etməyəcəm. K2: Eşidirsən məni, mən sənə dedim o məsələ bağlandı, bir də səni o məsələ ilə bağlı heç kim narahat etməyəcək, videonla bağlı səni heç kim narahat etmir ki. K1: Sən mənə söz verdin ki, məni narahat etməyəcəksən, nə sən, nə də ailən, ikiniz də dediz ki, məni narahat etməyəcəksiniz, qapıya gəlmisiniz səbəb nədir ki, mənim evimə zəng etmisən səbəb nədir ki, siz dediz ki, pul verin, mənim ailəm narahat etməyəcək. Baxış zamanı Təqsirləndirilən şəxs1 Fərahi oğlu bildirmişdir ki, K1 və K2 kimi qeyd olunan istifadəçi Zərərçəkmiş şəxs və özüdür, Q1 isə Təqsirləndirilən şəxs2dır, mesajları yazmış nömrələr Təranənin və onun istifadəsində olmuş, onlar mesajları Təranə ilə Zərərçəkmiş şəxs yazaraq pul tələb etmişlər, səs yazılarında olan kişi o, qadın Təranə, digər kişi isə Abbasdır. (cild İ, i/v: 53-55) Qeyd olunan yazışmaların çıxarışları dərc edilərək cinayət işinin materiallarına əlavə edilmiş, həmin çıxarışlar, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında tədqiq edilmiş və diskə baxış keçirilməsi haqqında protokolla eynilik təşkil etdiyi müəyyən edilmişdir. - 01 mart 2023-cü il tarixli hesabdan çıxarış və diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 01 mart 2023-cü il tarixdə "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış (məlumatlarla) və bir ədəd diskə baxış keçirilmiş, hesabdan çıxarışa baxış zaman müəyyən edilmişdir ki, hesabdan çıxarış Təqsirləndirilən şəxs2 məxsus 4169 7388 1403 6921 nömrəli karta daxil və xaric olan pullarla bağlıdır, pulların köçürülməsi 10 noyabr 2022-ci il tarixdən başlamış və 06 fevral 2023-cü il tarixdə bitmiş, karta müxtəlif vaxtlarda müəyyən məbləğlərdə pullar köçürülmüş və xaric olunmuş, məlumatların 3-cü səhifəsində 82-ci sırada 18 noyabr 2022-ci il tarix yazılmış yerdə Zərərçəkmiş şəxs kart hesabından “Birbank” vasitəsilə Təqsirləndirilən şəxs2 məxsus həmin karta xx.xx.2022-ci il tarixdə saat 23:29:46-da 130 manat pul köçürülmüşdür. Hesabdan çıxarışda olan digər məlumatlar isə iş üzrə əhəmiyyət kəsb etməmişdir. Bundan sonra diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, disk DVD formatlıdır, dikdə üç ədəd qrafik vardır, həmin qrafiklərdə çoxsayda fotoşəkillər vardır, qrafikdəki fotoşəkillər X11 və Təqsirləndirilən şəxs1dur, onlar xx.xx.2022-ci il tarixdə saat 04 radələrindən sonra bankomatdan pul çıxarmışlar, belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bankomatın qarşısında dayanmış, Təqsirləndirilən şəxs2 bankomata plastik kartı daxil edərək şifrəsini yığmış və gözləmiş, bankomatdan pullar çıxdıqda isə götürmüşdür. Bununla da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 kartına Zərərçəkmiş şəxs tərəfdən 130 manat pul vəsaiti köçürüldükdən sora o, Təqsirləndirilən şəxs1 ilə bankomata yaxınlaşaraq həmin pul vəsaitini çıxarmışdır. (cild İİ, i/v: 12-26, 27) - 06 mart 2023-cü il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs özündə videogörüntüləri əks etdirən bir ədəd “DVD” disk götürülmüşdür. (cild İİ, i/v: 29-31) - 06 mart 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, təqdim edilmiş disk DVD formatlıdır, diskin içərisində bir ədəd fayl vardır, həmin fayl “mp4” formatlıdır, format açıldıqda videogörüntü açılmış, videogörüntü 39 saniyədən ibarətdir, videogörüntüdə bir nəfər şəxs yarıçılpaq halda çarpayıda uzanıqlı halda bir nəfər qadın ilə görüntülü danışmış, qadının sinə nahiyəsi açıq halda olmaqla sinəsini göstərmiş və əlləri ilə sinəsini oynatmış, kişi isə əli ilə öz cinsiyyət orqanını oynatmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, görüntüdə olan kişi özüdür, qadın isə X12r, sonuncu ilə “WhatsApp” vasitəsilə danışır, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin görüntünü əldə edib istifadə edərək ondan hədə-qorxu ilə pul tələb etmişlər. (cild İİ, i/v: 32) - Zərərçəkmiş şəxs ona qarşı hədə-qorxu gəlmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səs yazılarının, mesaj mətinlərinin və videoların olduğu iki ədəd DVD disk, habelə "xxxx" ASC-i tərəfindən verilmiş Təqsirləndirilən şəxs2 məxsus plastik karta aid hesabdan çıxarışın olduğu bir ədəd DVD disk sübut kimi tanınmışdır.( cild İİ, i/v: 61-75) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə qarşı hədə-qorxu gələrək pul tələb etmələri ibtidai istintaq zamanı özlərinin izahat və ifadələri, məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ərizəsi və ifadələri, eləcə də zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, həmçinin müvafiq telefon danışıqları və sms yazışmaları ilə tam təsdiq olunmuşdur. Məhkmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə, bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə əmlakın ələ keçirilməsi hədəqorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür hədələrdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrinin tərkibi yaranır. Belə ki, Təqsirləndirilən şəxs2 və qeyri rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində onun yarıçılpaq halda olan intim görüntülərini əldə etdikdən sonra, öz aralarında razılaşıb, bir qrup şəxs halında birləşmişlər, belə ki, hər ikisi müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə zəng edərək, onunla görüşərək həmin görüntüləri göstərib, bununla bağlı ondan pul tələb etmişlər, vermədiyi halda isə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqlarını, ailə üzvlərinə göstərəcəkləri, fotoşəkil halında çıxarıb yaşadığı yerdə binalara və avtomobillərə yayacaqları ilə hədələmişlər, hədələrinin real olmasını da Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək və yaxud evlərinə zəng edərək göstərmişlər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətməmələri barədə vermiş olduqları ifadələrə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər həmin ifadəni verərkən yalnız məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Belə ki, təqsirləndirilən şəxslərin hər ikisi məhkəmə iclasında verdikləri ifadələrində zərərçəkmiş şəxsdən ittiham üzrə məbləğləri aldıqlarını etiraf etmiş, lakin həmin məbləği hədə-qorxu ilə tələb etməklə deyil, zərərçəkmiş şəxsin öz istəyi ilə barəsində olan videonu sildirmək üçün verdiyini, həmçinin Təqsirləndirilən şəxs2 burnunun müalicəsi üçün xərcləri də könüllü olaraq ödəyəcəyini bildirdiyini qeyd etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə hədə-qorxu gəlmələrini etiraf etməsələr də, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış “Mən bala-bala birbir hamısını səliqəli-səliqəli lazımi zamanlarda paylaşdım, paylaşıram və paylasamcam da...”, bundan başqa “indi də deyirəm ki, burnumun 500-nu yolla, vəssəlam. Mən səhər həkimdə olmalıyam ..... Sabah həll edəcəksənsə 1000-in hamısını səndən alacam. Ya da elə indi 500-u DOĞ, doğa bilmirsən keserka elətdir” məzmununda, həmçinin yuxarıda qeyd olunan digər çoxsaylı təhdid məzmunlu smslər özü-özlüyündə sübuta yetirir ki, zərərçəkmiş şəxs ittiham üzrə qeyd olunan məbləği öz istəyi və ya təşəbbüsü ilə deyil, təqsirləndirilən şəxslərin real hədələrinin təsiri altında onlara vermiş, təqsirləndirilən şəxslər isə aldıqları məbləğdən daha artığını tələb edərək zərərçəkmiş şəxsə qarşı davamlı təzyiqlər göstərmişlər. Həmçinin məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs ondan videonun silinməsini xahiş etmiş, bu məqsədlə ona müəyyən məbləğdə pul vermiş, lakin həmin məbləğdən 130 manat əksik olmuş, sonradan həmin 130 manatı da göndərməsini istəmiş, lakin həmin qalıq məbləğ göndərildiyi gün sözügedən intim video silinmiş, buna görə də o, Zərərçəkmiş şəxs aldığı məbləği heç bir mütəxəssisə verməmiş, nə də Zərərçəkmiş şəxs geri qaytarmamışdır. Bu da onu sübuta yetirir ki, zərərçəkmiş şəxs qeyd olunan məbləği barəsində olan videonun silinməsi və s. başqa məqsədlər üçün deyil, məhz həmin rüsvayedici məlumatların və videoların təqsirləndirilən şəxslər tərəfindən yayılmaması üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, diskə baxış keçirilməsi haqqında protokolları, üzləşdirmədə dindirmə protokollarını, ekspertizanın rəylərini və maddi sübutları sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxslərə elan edilmiş ittihamı tam təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək onlara ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli qəsdən törətmişlər, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Bununla belə, cinayət işinə əlavə edilmiş Xətai rayon Məhkəməsinin 22 fevral 2023cü il tarixli 1(011)-36/2023 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild İ, i/v: 214, cild İİ, i/v: 01-10) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə 30 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 06 may 2019-cu il tarixdə Xətai rayon məhkəməsinin qərarı ilə 05 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. 28 oktyabr 2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. (cild İ, i/v: 215) Təqsirləndirilən şəxs2 Nərimanov rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə olan məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum olunmuş şəxslər cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Səmədova X8 rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra cəzasını çəkib qurtardığı gündən iki ildən artıq müddət keçdiyi üçün əvvəllər məhkum edilmiş şəxs hesab edilməməli və əvvəlki cəzası residiv kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 Nərimanov rayon Məhkəməsi tərəfindən təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Xətai rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(011)-36/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilərək 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, Təqsirləndirilən şəxs1 hazırki fakta görə Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini 15 noyabr 2022-ci il tarixdə törətməsi cinayətlərin residivini təşkil etmir, lakin qeyd edilən hal Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törədilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallarla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər hər ikisi himayələrində azyaşlı uşaqlarının olmasını bildirsə də, Təqsirləndirilən şəxs1 bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə axtarış verildikdə isə onun himayəsində yalnız xx.xx.2009-cu il təvəllüdlü X24 adlı övladının olması müəyyən edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı müxtəlif dövlət orqanlarına sorğular verilərək Təqsirləndirilən şəxs2 övladlarının kimin himayəsində olması məsələsi araşdırılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin 25 may 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 övladları xx.xx.2009-cu il təvəllüdlü Şahid və xx.xx.2022-ci il təvəllüdlü X2 Təranə Nizami qızı barəsində həbs qətimkan tədbiri seçildiyindən və uşaqların atası məlum olmadığından xx.xx.2023-cü il tarixində X5 tərəfindən Azərbaycan Uşaqları İctimai X22-Reinteqrasiya Mərkəzinə (bundan sonra-AUİB) yerləşdirilmişdir. AUİB verdiyi məlumata əsasən Şahid Abbas qızı bacısı ilə birlikdə xx.xx.2023-cü il tarixində X5 tərəfindən geri qaytarılmışdır. Agentliyin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində uşaqların hazırda X5 ilə birgə yaşadığı Xəzər Rayonu Buzovna qəsəbəsində olan fərdi yaşayış evinə səfər edilmiş, uşaqların ilkin qiymətləndirilməsi aparılmışdır. İlkin qiymətləndirmə nəticəsində X5 uşaqlara qayğı göstərərək onların qanuni nümayəndəsi olmaq fikrində olduğu, uşaqların yaşadığı fərdi yaşayış evinin onların mənafeyi, psixososial və fiziki inkişafı baxımından uyğun olduğu və onların həyat və sağlamlıqları üçün hər hansısa bir təhlükənin olmadığı müəyyən edilmişdir. Həmçinin Şahid ilə aparılmış söhbət zamanı o, göstərilən qayğıdan razı olduğunu, X5 tərəfindən onun və bacısının bütün ehtiyaclarının qarşılandığını və onunla birgə yaşamaq istədiklərini, hər-hansı sığınacaq və uşaq evlərindən birinə yerləşdirilməsinə razı olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixində X1 Adel Abbas qızına baxmaqda çətinlik çəkəcəyini əsas gətirərək onu AUİB-ə yerləşdirilməsini təmin etmişdir. Aparılmış ilkin qiymətləndirmənin nəticələrini, X3 uşaqların qəyyumu olmaq istədiyini nəzərə alaraq, uşaqların ümdə maraqları üstün tutulmaqla onların ailə tərbiyəsində yaşamasına şərait yaradılması məqsədi ilə X3 uşaqların qəyyumu təyin edilməsi üçün Nazirlik tərəfindən xx.xx.2023-cü il tarixli 3-17/2-4074/2023 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə rəsmi şəkildə müraciət edilmişdir. Həmçinin “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qızı Şahid anasının qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını, eləcə də narkotik vasitə və spirtli içki aludəçisi olan Təqsirləndirilən şəxs2 tərəfindən dəfələrlə döyülərək pul əldə etmək məqsədi ilə 8 aylıq bacısı ilə evdən qovulduğunu bildirmiş, Şahid qeyd etdiyi faktlarla bağlı hüquq mühafizə orqanlarına, habelə Təqsirləndirilən şəxs2 valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 azyaşlı övladlarının olmasına baxmayaraq, onun uşaqlarına diqqət və qayğı göstərməməsini, övladlarına qarşı zorakılıq hərəkətləri etməsini, spirtli içki və narkotik vasitə aludəçisi olmaqla övladlarının mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərməsini və öz valideynlik vəzifələrini layinqincə yerinə yetirməməsini, habelə Təqsirləndirilən şəxs2 valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı rəsmi müraciətin edilməsini nəzərə alaraq, onun azyaşlı övladlarının olmasını nəyinki onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almır, əksinə onun bu davranışlarını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Yuxarıda qeyd olunanlarla birlikdə məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, Təqsirləndirilən şəxs2 isə qadın olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs vurulmuş 2000 manat ziyandan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə istintaqı müddətində heç bir məbləğ ödənilməmişdir. Odur ki, hal-hazırda iş üzrə Həsənov X10 Təranə Nizami qızı tərəfindən zərərçəkmiş şəxsə ödənilməmiş maddi ziyan qalmışdır. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslərin məhkəmədə mülki iddia vermə hüquqları vardır. Zərər çəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Odur ki, zərər çəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 01 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, i/v: 124- 128) Eləcə də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 07 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 fevral 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild İ, i/v: 185-189) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 450 (dörd yüz əlli) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər birinə 450 (dörd yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar