Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-261/2021 02.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağsu şəhəri, Ə.Bayramov küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3, 150.2.3 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötəri ki, o 2019-cu ilin iyun ayının əvvəllərində Ağsu şəhərində yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra arvadı və azyaşlı uşaqlarının olduğunu ondan gizlədərək gələcəkdə ailə quracağı bəhanəsi ilə onunla vaxtaşırı olaraq görüşmüş, bir neçə dəfə Zərərçəkmiş şəxs qaçmağı təklif etməsinə baxmayaraq sonuncu onun təkliflərini rədd etmiş, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhərinə qohumunun xeyr iş məclisinə gedəcəyini və bu məqsədlə onun həmin gün saat 21.00 radələrində evdən çıxaraq qohumu ilə görüşəcəyini bilib, vacib məlumat verəcəyi bəhanəsi ilə Zərərçəkmiş şəxs qısa müddətə görüşməyi təklif etmiş və bu məqsədlə onu Ağsu şəhəri, Səməndər Rzayev küçəsinin yaxınlığında gözləyəcəyini bildirmiş, lakin əvvəlcədən hazırladığı plana əsasən Ağsu şəhəri, “Lukoyl” YDM-nin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi VAZ 2107 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdıraraq, onu və sevdiyi qızı Bakı şəhərinə aparması ilə bağlı sürücü ilə razılaşdıqdan sonra həmin avtomobili Zərərçəkmiş şəxs gələcəyi yerə sürdürmüş, Zərərçəkmiş şəxs maşının yaxınlığında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra o, Zərərçəkmiş şəxs avtomobilə oturmağı təklif etmiş, sonuncu təklifi rədd etdikdə isə əlindəki mobil telefon aparatı ilə baş nahiyyəsindən vuraraq qolundan tutub fiziki zor tətbiq etməklə zərərçəkmiş şəxsi avtomobilə oturmağı məcbur edərək səsini çıxaracağı təqdirdə ona qarşı zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs avtomobilə oturduqdan sonra onu iradəsinə zidd olaraq daimi yaşadığı Ağsu rayonundan qaçırmaqla əvvəlcə Abşeron rayonu, Xocasən qəsəbəsində yerləşən evə gətirərək burada saxlamış, xx xxxxxx 2019-cu il tarixdən isə onu Abşeron rayonu, Saray qəsəbəsi, Fikrət Əmirov küçəsində kirayələdiyi evə gətirərək, burada Zərərçəkmiş şəxs qanunsuz olaraq saxlamaqla oğurlamışdır. Bundan başqa o, xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan olduğunu bilməsinə baxmayaraq, sonuncunun köməksiz vəziyyətindən istifadə etməklə və zor tətbiq edəcəyi hədəsi ilə cinsi etirasını təmin etmək məqsədilə Abşeron rayonu, Saray qəsəbəsi, Fikrət Əmirov küçəsində kirayələdiyi evdə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmaqla, sonuncuya qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə səhər vaxtı Zərərçəkmiş şəxs yatmasından istifadə edib onunla birlikdə kirayəşin kimi yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsi, Fikrət Əmirov küçəsində yerləşən evdən çıxıb gedərkən sonuncuya məxsus qiyməti 300 manat olan yaşıl qaşlı qızıl üzüyü, qiyməti 450 manat olan qızıl boyunbağını, qiyməti 350 manat olan bir ədəd qırmızı qaşlı qızıl üzüyü, qiyməti 350 manat olan qaşı düşmüş qızıl üzüyü, qiyməti 450 manat olan oval formalı qırmızı qaşı olan qızıl üzüyü, qiyməti 300 manat olan «ulduz» formalı bir cüt qızıl sırğanı, qiyməti 750 manat olan «gül» formalı brilyant qaşlı bir cüt qızıl sırğanı və qiyməti 120 manat olan «Xiaomi» markalı «MAG138» modelli mobil telefon aparatını oğurlayaraq, zərərçəkmiş şəxsə cəmi 3070 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 144.3, 150.2.3 və 177.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Ağsu rayonunda qeydiyyatda olsa da 2013-cü ildə ailə qurduğu arvadı Kərimova Gözəl Mansur qızı və iki azyaşlı uşaqları ilə birlikdə ünvan 1 adlanan yerdə ünvanı bilmədiyi evdə kirayədə yaşamışdır. Lakin 2016-cı il tarixdə qayınanası Maral Kərimova ilə aralarında olan narazılıqlar səbəbindən bir müddət ailəsindən ayrı yaşamış, 2019-cu ildə Ağsu şəhərinə qayıdaraq orada müxtəlif işlərdə işləmişdir. İşlədiyi dövrdə yaşayış evlərindən birində abadlıq işləri apararkən qonşu həyətdə yaşayan Pərvanə ilə tanış olmuş, onunla mütəmadi olaraq telefon yazışması aparmışdır. 2019-cu ilin iyun və iyul aylarında o, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə onunla görüşmüş və Pərvanənin razılığı ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra Pərvanə ilə ailə qurub yaşamaq məqsədi ilə Pərvanə öz razılığı ilə onunla qaçmışdır. Həmin vaxtı rayonda işlədiyi yerdən çıxdığından və Bakı şəhərinə qayıdıb, işləmək fikri olduğundan Pərvanəyə onunla qaçmağı və Bakı şəhərində kirayə ev tutub, bir yerdə yaşamaqlarını təklif etmiş, Pərvanədə onun bu təklifinə razılıq vermişdir. Onlar xx xxxxxx 2019-cu il tarixdə axşam tərəfi görüşərək, qaçmaq barədə razılaşdıqdan sonra həmin gün rayonun mərkəzi küçəsində taksi fəaliyyəti ilə məşğul olan Bəxtiyarı saxlatdırıb, onu sevdiyi qızla birlikdə Bakı şəhərinə aparmasını xahiş etmişdir. Bəxtiyar razılıq verdikdən sonra həmin gün saat 19 radələrində Pərvanə ilə evlərinin yaxınlığında görüşmüş o, əvvəldən sürücü Bəxtiyarın maşınının qabaq oturacağında oturmuş, Pərvanə maşına yaxınlaşıb əlindəki sumkaları sürücünün oturduğu oturacağın arxasına qoyaraq özü isə onun oturduğu oturacağın arxasında oturmuş və Bakı şəhərinə yola düşmüşlər. Onları Bakı şəhərinə aparması barədə Bəxtiyarla razılaşarkən Pərvanənin onunla qaçması barədə Bəxtiyara heç nə deməmiş, Pərvanə maşına oturarkən onların arasında heç bir mübahisə və narazılıq olmadığı üçün, Bəxtiyarda heç nədən şübhələnməmişdir. Bakı şəhərində ev kirayələmək üçün onun pulu olmadığından əvvəlcədən razılaşdıqları kimi Pərvanə gələcəkdə satıb istifadə etmək üçün evdə olan özünə aid qızılzinət əşyalarını özü ilə götürmüşdür. Yolda olarkən Pərvanəyə anası zəng vurmuş, Pərvanə anasına Ümid adında istədiyi oğlanla Ağdaş şəhərinə qaçdığını bildirmiş və telefonu söndürmüşdür. Saat təxminən 23-24 radələrində onlar Xocasən qəsəbəsinə çatmış o, tanışı Şahid4 zəng vuraraq, onunla görüşmüş, o, Turala bir gün əvvəl sevdiyi qızla gələcəyini bildirib, kirayə ev tapana kimi onun evində qalmasını xahiş etmişdir. Onlar Xocasən qəsəbəsində 3 gün qaldıqdan sonra o, Abşeron rayonu ərazisində yerləşən Saray qəsəbəsində 3 otaqlı ev kirayələmiş və Pərvanə ilə birlikdə həmin evdə yaşamışlar. Onlar birlikdə yaşadıqları müddətdə aralarında narazılıqları olmamışdır. Birlikdə yaşadıqları müddət ərzində Pərvanə bir dəfə telefonla anası ilə danışmış, anasına guya Ümid adlı sevdiyi oğlanla Ağdaş rayonunda birlikdə yaşadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs onun özünün razılığı ilə qaçırmış, lakin bir müddətdən sonra həyat yoldaşı ilə barışaraq onun yanına gedərək Pərvanəni kirayə qaldıqları evdə tək qoyduğuna görə özünü günahkar bilir. Pərvanə ilə birgə yaşadığı dövrdə arvadı ilə barışdığından, arvadı və uşaqları ilə birlikdə yaşamaq qərarına gəlmiş, bu səbəbdən də xx xxxxxxxx 2019-cu il tarixdə Pərvanənin yanından getmiş, ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Pərvanə qaçarkən onun üzərində yalnız 3 ədəd üzük və bir cüt sırğa olmuş, həmin qızılları o, «Moskva» univermağında cəmi 450 manata, mobil telefonu isə 20 Yanvar metrosu yaxınlığında 50 manata tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxs o, oğurlamamış, onun özünün razılığı ilə onu qaçırmış, sonuncu ilə özünün razılığı ilə cinsi əlaqədə olmuş, ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin may ayının ilk günlərində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna ***-***-**-** nömrəsindən «WhatsApp» yazışma sistemi vasitəsilə «Salam, necəsən» məzmunlu mesaj gəlmiş, telefonunun ekranı zədəli olduğundan cavab verə bilməmiş, sonra həmin nömrəyə zəng etmiş, lakin zənginə cavab verilməmişdir. Ondan bir neçə gün sonra həmin nömrədən özünü Nicat kimi təqdim edən şəxs ona zəng etmiş, Bakı şəhəri Nərimanov rayonunda yaşadığını, Ağsu rayonunda Fövqəladə Hallar Nazirliyinin apardığı işlərdə işlədiyini və onunla tanış olmaq istədiyini bildirmişdir. O, sinif yoldaşı Ləmanın vasitəsilə Nicatın onun qohumu olduğunu öyrənmişdir. Həmin ərəfədə o, ali məktəbə qəbul ilə əlaqədar hazırlıqlara getdiyindən bir neçə dəfə Nicatla yolda rastlaşmış və onunla söhbət etmişdir. Sonradan isə Nicatla mütəmadi olaraq sosial şəbəkə vasitəsilə əlaqə saxlamış, aralarında olan söhbət zamanı Nicat fikrinin ciddi olduğunu və onunla ailə qurmaq istədiyini bildirmişdir. O da Nicata hələ 17 yaşı olduğunu, ailə qurmaq barədə düşünmədiyini, əgər niyyəti ciddi olduğu təqdirdə, ona elçi göndərə biləcəyini demişdir. Bundan sonra Nicat ona heç kiminin olmadığını, qohumları ilə əlaqə saxlamadığını, lazım olarsa özü elçi gələcəyini bildirmişdir. Bu danışıqlardan sonra Nicatla əlaqələri barədə o, anası Nisəxanıma bildirmiş, anası Nisəxanım isə onu danlayaraq, Nicatdan uzaq durmağı məsləhət bilmişdir. 2019-cu ilin avqust ayının 26-da axşam vaxtlarında o, xalası oğlu Xəyyamla Bakı şəhərinə xalası nəvəsi Aytacın xınayaxdı mərasiminə getməli olduğundan həmin gün saat 17-18 radələrində ödəmə aparatı vasitəsilə danışıq vaxtı yükləmək üçün mağazaya getmiş, mağazadan qayıdarkən yaşadığı məhəlləyə çatmamış Nicatla rastlaşmışdır. Nicat həmin gün onu evlənmək üçün qaçıracağını demiş, o isə cavabında bunun mümkün olmadığını, bildirmişdir. Bundan sonra o, evdə olarkən Nicat ona zəng vurmuş və söhbət zamanı o, Nicata həmin günü Bakı şəhərinə qohumları ilə birlikdə xınayaxdı mərasiminə gedəcəyini bildirmişdir. Bundan sonra Nicat ona getməmişdən əvvəl vacib sözü olduğundan onunla 2-3 dəqiqəliyə görüşmək istədiyini bildirmiş, o da ona razılıq vermiş və yolüstü bir qədər əvvəl görüşdükləri yerə gələ biləcəyini demişdir. Saat 21 radələrində o, Nicatla razılaşdıqları yerə yaxınlaşarkən Nicatın Bəxtiyar adlı taksi sürücüsünün maşınının yanında dayandığını görmüş, Nicata yaxınlaşdıqdan sonra Nicat ona onunla ailə qurmaq istədiyini və bu gün bu məqsədlə onu qaçıracağını bildirmişdir. Nicatın bu təklifindən sonra o da ona etirazını bildirib ondan uzaqlaşmaq istəyərkən Nicat əlindəki mobil telefonla onun başından vurmuş, qolundan möhkəm tutaraq maşına oturtmuş və maşına oturtmamışdan əvvəl səsini çıxaracağı təqdirdə ona qarşı elə zor tətbiq edəcəyi ilə hədələmişdir. O da qorxusundan Nicatın dediklərini etmiş, sakit tərzdə maşına oturmuşdur. Onlar yolda olarkən anası Nisəxanım ona zəng vurmuş, o da bu haqda Nicata bildirmiş, Nicat isə onun adını deməməyi, guya sosial şəbəkədə tanış olduğu Ümid adlı şəxs tərəfindən Ağdaş rayonuna qaçırıldığını anasına bildirməsini demişdir. O da Nicatın dediyi bu sözləri anasına dedikdən sonra Nicatın təkidi ilə telefonu söndürmüş, gecə saatlarında onlar Xocəsən qəsəbəsinə gəlmiş, onlar 3 gün orada Tural və Emiliya adlı şəxslərin evində qalmışlar. Üç gündən sonra Nicat Saray qəsəbəsində kirayə ev tutmuş və onlar birlikdə orada yaşamağa başlamışlar. 2019-cu ilin oktyabr ayının 4-nə kimi o, həmin evdə Nicatla birlikdə yaşamış, lakin orada qaldıqları dövrdə Nicat bəzən iki-üç günlərlə evə gəlməmiş, bunun səbəbini isə işləməsi ilə əlaqələndirmiş, o da həmin vaxtları evdə tək qalmışdır. 2019-cu ilin sentyabr ayının 20-də səhər tezdən Nicat ona heç nə demədən evdən çıxıb getmiş, o da yuxudan ayıldıqdan sonra Nicatın evdə olmadığını görmüşdür. Bundan sonra o, stolun üstünə qoyduğu özünə məxsus qiyməti 300 manat olan «ulduz» formalı bir cüt sırğanı tapa bilməmiş, bir qədər keçmiş o, Nicata zəng etmək istəmiş, lakin dayısı oğlu Şahid6 adına 130 manata aldığı «Redimi 4X» markalı telefonunun da yerində olmadığını görmüşdür. Bundan sonra əl çantasına baxmış və çantasında saxladığı özünə məxsus qiyməti 300 manat olan yaşıl qaşlı 3-4 qramlıq qızıl üzüyünü, 450 manat olan 6-7 qramlıq qızıl boyunbağısını, qiyməti 350 manat olan bir ədəd qırmızı qaşlı üzüyünü, qiyməti 350 manat olan 5-6 qramlıq qaşı düşmüş üzüyünü, qiyməti 450 manat olan oval formalı qırmızı qaşı olan üzüyünü və qiyməti 750 manat olan «gül» formalı brilyant qaşlı bir cüt sırğasının da orada olmadığını müəyyən etmiş, qızıllarını və telefonunu Nicatın götürdüyünü başa düşmüşdür. Qızıl-zinət əşyalarını cib dəsmalına büküb, əl çantasında saxladığından Nicatın xəbərinin olduğunu, lakin hansı vaxtda Nicatın həmin qızılları götürməsini dəqiq bilməmişdir. O, çantasında olan cib dəsmalını açdıqda dəsmalın içində qızılları olmamış, qızılların əvəzinə 70-80 qəpik xırda pul olduğunu görmüşdür. Nicatın oğurladığı qızıl-zinət əşyaları yalnız ona məxsus olmuş, qızılları həmişə çantasında saxlamış, qızılları özü ilə götürməkdə məqsədi onlardan xınayaxdı mərasimində istifadə etmək olmuşdur. Nicat ona onunla evlənəcəyinə söz verdiyindən, onunla ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə Saray qəsəbəsində, kirayə yaşadıqları evdə cinsi əlaqədə olmuş, xx xxxxxxxx 2019-cu il tarixədək Nicatla bir neçə dəfə də xatırlamadığı tarixlərdə cinsi əlaqədə olmuşdur. O, xx xxxxxxx 2019-cu il tarixli izahatında 2019-cu ilin iyun ayının 3-də axşam vaxtlarında yaşadığı evin həyətində olan köhnə tikilidə Təqsirləndirilən şəxs təklifi ilə ilk dəfə onunla cinsi əlaqədə olmasını, həmçinin Təqsirləndirilən şəxsla öz razılığı əsasında qaçdığını bildirsə də, Təqsirləndirilən şəxsla həmin vaxtlarda cinsi əlaqədə olmamış, izahatında fikrini düz ifadə etməmiş, Nicatın tutulmasını istəmədiyindən polisdə izahat verərkən nə deyəcəyini bilməmişdir. Bəxtiyarın maşınına oturarkən isə Nicat onu hədələdiyindən o, qorxaraq Bəxtiyara zorla qaçırıldığını bildirməmiş, Təqsirləndirilən şəxs onu zorla, hədə-qorxu gələrək qaçırmış, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində onunla Saray qəsəbəsində kirayələdiyi evdə birlikdə yaşamış və həmin müddət ərzində Nicat onunla bir neçə dəfə cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs onu qaçırarkən və onunla cinsi əlaqədə olarkən onun 17 yaşının olduğunu bilmişdir. Belə ki, «WhatsApp» yazışma sistemi vasitəsilə yazışarkən yaşı ilə bağlı Nicata məlumat verərək, 17 yaşı olduğundan ailə qurmağının tez olduğunu Nicata dəfələrlə bildirmişdir. Həmçinin utandığından əvvəllər Təqsirləndirilən şəxs onunla qeyri təbii yolla cinsi əlaqədə olmasını bildirməmiş, Nicatın təkidi və tələbi ilə o, arxa keçəcək nahiyyəsilə cinsi əlaqədə olmağa məcbur olmuş, o, hər dəfə buna etiraz etdikdə isə Nicat onun istədiyini etməyə məcbur edərək onu hədələmiş, vuracağını demişdir. O, qorxduğundan, köməksiz vəziyyətdə və tanımadığı yerdə olduğundan Nicatın istəyini yerinə yetirmişdir. Mobil telefonu olmadığından Nicatla və ailə üzvləri ilə əlaqə saxlaya bilməmiş, həmçinin ətrafda heç kəsi və ümumiyyətlə yaşadığı yeri tanımadığından evdən çölə çıxmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə Emilya Saramanovna onun yanına gəlmiş o, onun telefonu ilə anasına və Zabrat qəsəbəsində yaşayan xalası Durxanıma zəng vurmuş, xalası polis əməkdaşları ilə gəlib, onu həmin evdən aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19-20 radələrində o, qızı Pərvanəyə zəng vuraraq, harada olduğunu soruşmuş, Pərvanə Ağdaş rayonundan olan Ümid adlı şəxsin onu qaçırdığını, hazırda onunla birlikdə maşında olduğunu bildirmişdir. Həmin gün bacısı nəvəsinin xınayaxdı mərasimi ilə əlaqədar Pərvanə qohumu Şahid5 ilə birlikdə Bakı şəhəri, Zabrat qəsəbəsində yaşayan bacısıgilə getməli olduğundan Pərvanə evdən bir qədər tez çıxmış və bu səbəbdən də o, evdə olmamış, Pərvanənin nə vaxt evdən çıxdığını görməmişdir. Pərvanənin sözlərindən sonra onu danlamış və telefonu danışmaq üçün yanında olan şəxsə verməsini demişdir. Lakin elə həmin vaxt telefon söndürülmüş, Pərvanə qaçırıldığını dedikdən sonra o və qohumları əvvəlcə Ağdaş rayonunda onu axtarmağa başlamış, lakin Ümid adlı şəxsi tapa bilmədikdə o, Nicatın Pərvanə ilə əlaqəsinin olmasından şübhələnmiş və başa düşmüşdür ki, Pərvanəni elə Nicat qaçırmışdır. Sonradan ona məlum olmuşdur ki, Pərvanə Nicatın təkidi ilə Ümid tərəfindən Ağdaş rayonuna qaçırılması barədə ona yalan məlumat vermişdir. Pərvanə Toya getmək üçün onu gözləyən bacısı oğlu Xəyyamla görüşə gedərkən, Nicat Pərvanənin qarşısını kəsmiş və onu zorla qaçırmışdır. Belə ki, Pərvanə bir qədər əvvəl Nicat adlı şəxsin onunla ailə qurmaq istədiyini ona bildirmiş, o da bunu bildikdən sonra Nicat barədə maraqlanmağa başlamış və ona məlum olmuşdur ki, Nicat Ağsuda yaşamır, nə ilə məşğul olmasını heç kəs bilmir, həm də 36-37 yaşındadır. Bunu öyrəndikdən sonra o, Pərvanəyə bu işin baş tuta bilməyəcəyini bildirmiş, xx xxxxxx 2019-cu il tarixdə onun mobil telefonuna zəng gəlmiş, zəngə cavab verərkən zəng edən şəxsin Nicat olduğunu bilib ona iradını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Pərvanənin Təqsirləndirilən şəxs tərəfindən qaçırılması barədə sonradan bildiyindən, bir qədər gec yəni, xx xxxxxx 2019-cu il tarixdə polis orqanlarına müraciət etmişdir. Pərvanə xx xxxxxxx 2019-cu il tarixdə zəng etmiş və onu qaldığı yerdən gəlib aparmaqlarını xahiş etmişdir. Evə qayıtdıqdan sonra isə Pərvanə kirayədə qaldığı evdə Nicatın onu atıb getdiyini, gedərkən Pərvanəyə məxsus yaşıl qaşlı 3-4 qramlıq qızıl üzüyünü, 6-7 qramlıq qızıl boyunbağısını, bir ədəd qırmızı qaşlı üzüyünü, 5-6 qramlıq qaşı düşmüş üzüyünü, oval formalı qırmızı qaşı olan üzüyünü və «gül» formalı brilyant qaşlı bir cüt sırğasını və mobil telefonunu oğurlayıb, satdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Cabbar oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi Nisəxanımın qızıdır, Pərvanənin Nicat adlı şəxs tərəfindən qaçırılması barədə bibisindən eşitmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, tədris ili başlayana qədər ev kirayələmək məqsədilə Gəncə şəhərində olmuş, Nisəxanım ona zəng edərək Pərvanənin qaçırıldığını, onun telefonuna zəng çatmadığını dedikdən sonra sosial şəbəkədə onu axtarmağını ondan xahiş etmiş, lakin onun səyləri nəticə verməmişdir. Bibisi Nisəxanımın sözlərindən ona məlum olmuşdur ki, Pərvanə xx xxxxxx 2019-cu il tarixdə Zabrat qəsəbəsində yaşayan digər bibisi nəvəsi Aytacın xınayaxdı mərasimi ilə əlaqədar qohumları Xəyyamla saat 21 radələrində görüşüb, onun maşınında Bakı şəhərinə getməli olduğu halda, Pərvanə Xəyyamla görüşə bilməmiş, onu yoldan qaçırmışlar. Hətta Nisəxanım onu qaçıran oğlanın Ağdaş rayonundan olan Ümid adlı şəxs olduğunu bildirmiş, o da atası Cabbarla birlikdə Ağdaş rayonuna getmiş, lakin orada belə bir adamı tapa bilməmişlər. İki gün sonra o, Ağsu rayonuna qayıtmış və bu zaman ona məlum olmuşdur ki, Pərvanəni Nicat adlı şəxs qaçırmışdır. O, bunu bildikdən sonra bibisi oğlu Xəyyam və atası Cabbarla birlikdə Nicatın qardaşının yanına getmiş, Nicatın qardaşı onların yanında Nicata zəng edərək onunla telefonda danışmışdır. Nicat and içərək Pərvanədən xəbərsiz olduğunu və onu qaçırmadığını bildirmişdir. Sonradan Nisəxanımın sözlərindən ona məlum olmuşdur ki, Nicat Pərvanəni qaçırıb 2 aya yaxın Saray qəsəbəsində saxlamış, ona məxsus telefonu və qızılları oğurlamışdır. Nicat Pərvanəni evdə tək qoyub qaçdıqdan sonra bibisi Durxanım onu polis əməkdaşları ilə birlikdə Ağsu rayonuna qaytarmışlar. Pərvanənin hansı şəraitdə qaçırıldığını bilməmiş, bu haqda maraqlanmamış, bu məsələ böyüklərə aid olan məsələ olduğundan Pərvanədən, onun hansı şəraitdə qaçırıldığını soruşmamışdır. Pərvanənin istifadəsində olan «Redmi 4X» markalı mobil telefonu onun xahişi ilə 2019-cu ilin avqust ayının əvvəllərində 130 manata «Neftçilər» metrosunun çıxışında yerləşən «İsa» Telekom mağazasından öz adına Pərvanə ilə birlikdə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2012-ci ildə ailə qurduğu arvadı X12 və bir azyaşlı qızı ilə birlikdə yaşayır. Bir müddət əvvəl X4 adlı qadınla görüşmüş, onunla yaxın əlaqələri olmuş, Təqsirləndirilən şəxs 2015-ci il tarixdən etibarən bir yerli kimi tanımış, onunla da yaxşı münasibətləri olmuşdur. 2019-cu ilin avqust ayının sonlarında Nicat ona zəng edərək, Pərvanə adlı qızı istədiyini və onun razılığı ilə onu qaçıracağını bildirərək, kirayə ev tapana kimi onları Xocasən qəsəbəsində Emilya ilə yaşadıqları evdə saxlamalarını xahiş etmişdir. Bundan sonra Emilya da razılıq verdiyindən o, bu haqda Nicata bildirmiş, səhərisi günü saat 22 radələrində Nicat ona zəng etmiş və o, Nicatı Xocasən dairəsinin yanında qarşılayaraq, müvəqqəti yaşadıqları evə aparmışdır. Onlar Xocasən qəsəbəsində 3 gün qalmış, o, bu müddət ərzində Nicatla Pərvanə arasında hər hansı dava-dalaşın, mübahisənin şahidi olmamışdır. Sonradan o, Nicata Abşeron rayonu, Saray qəsəbəsində ev kirayələməsinə köməklik etmiş, yeni salınmış məhəllədə, Fikrət Əmirov küçəsində Rusiya Federasiyasında yaşayan qohumunun evini, ev sahibinin razılığı ilə kirayə vermişdir. xx xxxxxx 2019-cu il tarixdə onlar həmin evə köçmüş, sonradan ona məlum olmuşdur ki, 2019-cu ilin sentyabr ayının axırlarında Nicat evdən çıxıb getmiş və bir daha Pərvanənin yanına qayıtmamışdır. Nicatın zor tətbiq edərək Zərərçəkmiş şəxs qaçırması barədə məlumatı olmamış, Pərvanə özü də bu haqda ona heç nə bildirməmişdir. O, Nicatın Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını və mobil telefonunu götürüb satmasından və Nicatın həmin vaxtlar ailəli olmasından məlumatsız olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, istifadəsində olmuş VAZ 2107 markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu-Bakı və Ağsu istiqamətində sərnişin daşıyaraq, taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 21 radələrindən sonra o, Bakı şəhərinə getmək üçün sərnişin axtarmışdır. O, «Lukoyl» yanacaqdoldurma məntəqəsindən çıxdıqdan sonra maşına bir nəfərin əl etdiyini görüb, maşını saxlamışdır. Həmin vaxtı ona Ağsu rayon sakini kimi tanıdığı, lakin əvvəllər heç bir ünsiyyəti olmayan Nicat yaxınlaşmış, maşına oturaraq, ailəsi ilə Bakı şəhərinə gedəcəyini deyib, başqa müştəri götürməməyi ona bildirmişdir. Nicat maşına oturduqdan sonra maşını yeni məhəllə tərəfə sürdürmüş, maşını məhəllənin içində saxlatmış və bir nəfərə zəng edərək, onu gözlədiyini demişdir. Təxminən 5 dəqiqə sonra sonradan adını bildiyi Pərvanə maşına yaxınlaşmış, Nicat maşından yerə düşməmiş, Pərvanə əlindəki sumkaları onun oturduğu oturacağın arxasına qoyub özü isə Nicatın oturduğu oturacağın arxasındakı oturacağa oturmuşdur. Nicatla Pərvanə yol boyu söhbət etmiş, lakin o, musiqiyə qulaq asdığından onların söhbətlərinin nə haqda olduğunu eşitməmişdir. Yolda olarkən Pərvanəyə bir zəng gəlmiş, Pərvanə anasının zəng etdiyini Nicata bildirmiş, Nicat isə zəngə cavab verməsini Pərvanəyə demiş, o, Pərvanənin telefonda nə danışdığını eşidə bilməmişdir. Xocasən dairəsində Nicat maşını saxlatdırmış və maşından düşərək, arxa oturacağa keçmiş, təxminən 5 dəqiqədən sonra adını bilmədiyi və əvvəllər tanımadığı bir oğlan gəlmiş, qabaq oturacağa oturaraq, maşını gedəcəkləri yerə sürdürmüşdür. Onlar maşında olarkən Nicatla Pərvanə arasında normal münasibətlərin şahidi olmuş, Pərvanə Ağsu rayonunda, evlərinin yaxınlığında onun idarə etdiyi avtomobilə oturarkən Nicatın ona qarşı hər hansı bir kobud və qanunsuz hərəkətlərini görməmiş, Pərvanənin Nicat tərəfindən qaçırıldığını da bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xalası Nisəxanımın qızıdır və onların qohum kimi yaxşı münasibətləri vardır. Pərvanənin Nicat adlı şəxs tərəfindən qaçırılması barədə xx xxxxxx 2019-cu il tarixdə eşitmişdir. Belə ki, həmin gün o, qardaşı qızı Aytacın cehizlərini Ağsu rayonuna, ərə getdiyi evə aparmış, səhərisi gün xx xxxxxx 2019-cu il tarixdə Aytacın xınayaxdı mərasimi olduğundan avqustun 26-da saat 21 radələrindən sonra rayondan çıxaraq, Zabrat qəsəbəsinə qayıtmaq qərarına gəlmişdir. Xalası qızı Pərvanə də xınayaxdı mərasimində iştirak etmək istədiyindən xalası Nisəxanımın xahişi ilə onu da özü ilə aparmağa razılıq vermiş və saat 21 radələrində Pərvanəni «bayrağın yanı» deyilən yerdə gözləyəcəyini demişdir. Qeyd olunan vaxt o, həmin yerdə olsa da Pərvanə gəlib çıxmadığından o, xalası Nisəxanımın evinə getmiş, evə keçəndə Nisəxanımın ağladığını görmüş, ondan nə hadisə baş verdiyini soruşduqda isə xalası Nicatın Pərvanəni qaçırdığını demişdir. Təxminən 2 gündən sonra o, Nicata zəng vurmuş, Pərvanə barədə maraqlanmış, Nicat telefon zənginə cavab verərək Pərvanə haqda heç bir məlumatının olmadığını və onu qaçırmadığını bildirmişdir. Bundan sonra da o, Nicatla bir neçə dəfə danışmış, Nicat hər dəfə Pərvanədən xəbərsiz olduğunu ona bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Nicat Pərvanəni qaçırıb 2 aya yaxın Saray qəsəbəsində yaşamış və Pərvanəyə məxsus telefonunu və qızıllarını oğurlamışdır. Pərvanə qaçırılmamışdan bir neçə ay əvvəl X13 adlı şəxsin istədiyini ona demiş, o, Nicat haqqında maraqlandıqda ona Nicatın yaşlı və evli olub boşandığı məlum olmuşdur. O, həmin vaxtlar Nicatın mobil telefonunu öyrənib ona zəng vurmuş və söhbət etmək üçün görüş təyin etsə də Nicat əvvəlcə gələcəyini bildirmiş, lakin sonradan görüşə gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, mobil telefon və kompyüter avadanlıqları və aksesuarlarının, həmçinin istifadə olunmuş mobil telefonların alışı və satışı ilə məşğul olur. İşlədiyi mağaza 9-cu mikrorayonda, 20 Yanvar küçəsində yerləşir. Burada o, 2020-ci ilin iyun ayının 1-dən işləməsinə baxmayaraq, bir müddət əvvəl hazırda işlədiyi mağaza ilə üzbəüz Mir-Cəlal küçəsi 68 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mağazada işləmişdir. Təqsirləndirilən şəxs tanımamış, Şahid3 2019cu ilin dekabr ayının sonlarında onun işlədiyi mağazadan 90 manata «Redmi 4X» modelli telefon aparatını almışdır. O, həmin telefonu xx xxxxxx 2019-cu ildə Şahid8, sonuncunun şəxsiyyət vəsiqəsi ilə 80 manata almışdır. Şahid8 həmin mobil telefon aparatını kimdən alması barədə ona heç nə deməmiş, həmin mobil telefon aparatının cinayət yolu ilə əldə olunduğu barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2019-cu ilin dekabr ayında ünvan 2 ünvanındakı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mağazada mobil telefon və kompyüter avadanlıqları və aksesuarlarının satışı ilə məşğul olan Ramin adlı şəxsə 80 manata «Redmi» 4X markalı mobil telefonu satmışdır. O, həmin telefonu «Tar.az» və ya «Lalafo.az» saytı vasitəsilə tanımadığı şəxsdən almışdır. Belə ki, həmin ərəfələrdə o, qardaşı üçün ucuz, işlənmiş mobil telefonu almaq qərarına gəlmiş, qeyd olunan saytlardan birinə daxil olarkən 80-85 manata istifadə olunmuş «Redmi» 4X markalı mobil telefon satıldığını görmüşdür. Elan vermiş şəxsin xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək, telefona baxmaq üçün onunla görüşmək istədiyini bildirdikdən sonra onlar Binəqədi rayonu ərazisində, dəqiq ünvanı xatırlamadığı yerdə adını bilmədiyi həmin şəxslə görüşmüş, həmin şəxs qızılı korpusu olan «Redmi» 4X markalı mobil telefonu ona göstərmiş, o, telefonun necə işləməsi barədə maraqlandıqda həmin şəxs telefonun hər iki nömrə yerinə «Sim» kart salmış, kartlardan biri işləmədiyindən həmin şəxs mobil telefon aparatının qohumuna məxsus olduğunu deyib ona zəng etmiş, qısa müddətdən sonra telefonun əsl sahibi, istintaq zamanı adı ona məlum olan Nicat gəlib çıxmışdır. Nicatla razılaşdıqdan sonra o, telefonu ondan 80 manata almışdır. Bir-iki gün istifadə etdikdən sonra zəif işləməsi səbəbindən həmin telefon aparatını Raminin işlədiyi mağazaya satmışdır. Təqsirləndirilən şəxs tanımamış, istifadəsində olan «Redmi 4X» modelli telefon aparatının Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq ələ keçirilməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10”-nin mərkəzi tibb ekspertizalarının rəisi X2 xx.xx.2020-ci il tarixli, 75 nömrəli ekspert rəyi ilə bağlı ifadəsində göstərdi ki, baxış keçirərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, qızlıq pərdəsinin anatomik quruluşu tamlığı pozulmadan cinsi əlaqəyə girməyə imkan vermir. Həmçinin Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar edilmiş əlamətlərin onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa dəlalət edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X18 məhkəmə tibb eksperti X5 xx.xx.2020-ci il tarixli, T191/2020 nömrəli ekspert rəyi ilə bağlı ifadəsində göstərdi ki, müayinə edərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar edilmiş əlamətlər (sfinktorun bir qədər boşalması, düz bağırsağın selikli qişasının 1,0 sm məsafədə açılaraq görünməsi) onunla qeyri təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa dəlalət edir. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, istifadəsində ***-***-**-** mobil telefon nömrəsi vardır və həmin nömrəni «Redmi 4X» modelli telefon aparatında istifadə edir. İstifadəsində olan «Redmi 4X» modelli telefon aparatını yaşadığı evin yaxınlığında, «ƏmrahBank»ın yaxınlığında yerləşən mobil telefon və telefon aksesuarlarının alqı-satqısı ilə məşğul olan mağazadan 2019-cu ilin dekabr ayının sonlarında 90 manata aldığını göstərən Şahid3 Təqsirləndirilən şəxs tanımadığını, istifadəsində olan «Redmi 4X» modelli telefon aparatının Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq ələ keçirilməsi barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci tarixli ,75 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan cinsi əlaqəyə girməyə imkan vermir. Həmçinin Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa dəlalət edir. (cild 02, iş vərəqə 16-19) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin təkrar və komisyon tibbi ekspertizasının xx.xx.2020-ci tarixli T191/2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində aşkar edilmiş əlamətlər (sfinktorun bir qədər boşalması, düz bağırsağın selikli qişasının 1,0 sm məsafədə açılaraq görünməsi) onunla qeyri təbii yolla arxa keçəcək dəliyi vasitəsilə cinsi əlaqədə olmağa dəlalət edir. (cild 02, iş vərəqə 75-78) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1346 nömrəli rəyindən görünür ki, Çində istehsal olunmuş Redmi 4X adlanan, lakin “Xiaomi” markalı “MAG138” modelli **********14401 İMEİ kodlu mobil telefon aparatının 2019-cu ilin sentyabr ayına normal vəziyyətdə orta bazar qiyməti 120 manat müəyyən olunur. (cild 02, iş vərəqə 71-73) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 177.1-ci maddələri ilə düzgün tövsif edilmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham verilsə də, onun qeyd edilən əməli törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı xx xxxxxxx 2019-cu il tarixdə verdiyi ilkin izahatında da Nicatla 2019-cu ilin may ayında rəfiqəsinin vasitəsilə tanış olduğunu, Nicat onun mobil nömrəsini əldə etdikdən sonra onunla sosial internet şəbəkəsində (instaqramda) əlaqə saxlayaraq danışdıqlarını, sonradan münasibətləri istiləşdiyini, Nicatı sevməyə başladığını, Nicatla bir neçə dəfə rayon ərazisində görüşərək söhbət etdiklərini, sevişdiklərini, Nicatla münasibətləri barəsində anasına məlumat verdiyini, anasının bu münasibətə qarşı çıxdığını bildirmiş və qeyd etmişdir ki, bir neçə dəfə Nicatla həyətlərində olan köhnə tikilidə könüllü olaraq cinsi əlaqədə olduğunu, sonradan Təqsirləndirilən şəxs ona birlikdə evlənmək məqsədilə qaçmağı təklif etmiş və o, Nicata razılıq vermiş, evdən çıxarkən özü ilə geyim, qızıl-zinət əşyaları götürmüş, könüllü olaraq avtomobilə əyləşərək Təqsirləndirilən şəxsla birlikdə yola düşmüş, bu barədə ilk olaraq dayısı qızına mesaj da yazmışdır. İzahatdan görünür ki, maşında olan zaman Zərərçəkmiş şəxs anası ilə sərbəst olaraq telefonda danışmaq imkanına malik olmuş, lakin nə anası Qanuni nümayəndə, nə də onunla əlaqə saxlayan polis əməkdaşlarına olduğu yer barədə düzgün informasiya verməmişdir. Həmçinin izahatda Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla öz istəyi ilə qaçmış, Nicat ona fiziki və psixoloji təsir etməmiş, heç bir yalan vəd verməmişdir, Təqsirləndirilən şəxsla evlənmək məqsədilə qaçmışdır. (cild 01, iş vərəqə 27-28) Həmçinin Zərərçəkmiş şəxs xx xxxxxxx 2019-cu il tarixdə Ağsu rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Fəxrəddin Abbasova ünvanladığı ərizəsində də göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə o, Ağsu şəhər sakini Təqsirləndirilən şəxs ilə birlikdə evlənmək məqsədi ilə yaşadığı evdən çıxaraq Bakı şəhərinə getmiş, Bakı şəhərinə getməkdə Nicat ona heç bir fiziki və ya psixoloji təsir etməmiş, Nicatla o, öz istəyi ilə, heç kəsin təsiri altında olmadan könüllü olaraq qaçdığını, Təqsirləndirilən şəxs barəsində şikayəti və tələbi yoxdur, onun barəsində araşdırılan materialın dayandırılmasını xahiş etmişdir. (cild 01 iş vərəqə 25) Ağsu RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru Vüsal Hüseynovun xx xxxxxxx 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs evlənmək məqsədilə qoşulub qaçması faktı əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd olunmuşdur. (cild 01 iş vərəqə 29-30) Ağsu rayon prokuroru baş ədliyyə müşaviri Namiq Muradovun cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması haqqında xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Ağsu RPŞ-in TQ-da araşdırılmış HK-1/572 saylı material üzrə baş təhqiqatçı polis mayoru Vüsal Hüseynovun cinayət işi başlanmasının rədd edilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli qərarı, əlavə xüsusatların yoxlanılması üçün ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Ağsu rayon polis şöbəsinin TQ-na qaytarılmışdır.(cild 01 iş vərəqə 34-35) Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixdə Ağsu RPŞ-nin TQ-nun baş təhqiqatçı, polis mayoru Vüsal Hüseynova yenidən izahat verərkən izahatında qeyd etmişdir ki, avqust ayının 17-də Nicatla sonuncu dəfə rayon ərazisində görüşmüş, həmin vaxt Nicat onu qaçıracağını bildirmiş, o, ona qaçmaq istəmədiyini bildirmiş, o da ona bildirmişdir ki, qaçmasa bilirəm mən sənə nə edəcəm. Avqust ayının 26-da o, evdə hazırlaşıb Bakı şəhərinə xalası nəvəsinin toyuna getmək istəmiş, mağazadan kontur alıb evə qayıdanda görmüşdür ki, Nicat məhəllənin baş tərəfində dayanıb. Nicat ona bildirib ki, gəl min maşına gedək, o da ona bildirmişdir ki, getmir, o da onu məcbur maşına mindirmiş, bir qədər yol getdikdən sonra anası telefonla əlaqə saxlamış, Nicat onu qorxuzmuşdur ki, anası soruşsa desin ki, Ümid adlı şəxslə evlənmək məqsədi ilə Ağdaş rayonuna gedirlər, o da onun dediyi kimi anasına demişdir. Onlar Bakı şəhərinə getmiş, Bakıda balaca bir həyət evində qalmışlar. Həmin gecə onunla cinsi əlaqədə olmuşlar, o onun qızlığını pozmuşdur. Təxminən 3 gün qalandan sonra Saray qəsəbəsinə gedib orada kirayə evdə qalmışlar. Onun üstündə olan qızıl-zinət əşyalarını da Nicat əlindən alıb satmışdır. Sonra o, xalası ilə əlaqə saxlayıb gəlib onu aparmasını bildirmiş, xalası polislərlə gəlib onu aparmışlar. Bundan sonra təhqiqatçı sual verərək Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman o, sizinlə cinsi əlaqəyə girməniz üçün hər hansı bir zor hərəkət və ya zor tətbiq etmə hədəsi göstərərək cinsi əlaqəyə girmişdir? Həmin suala Zərərçəkmiş şəxs cavab verərək göstərmişdir ki, Nicat ona cinsi əlaqəyə girmək üçün heç bir zor hərəkət etməmiş, o cümlədən ona heç bir hədə qorxu gəlməmiş, o, öz xoşu ilə könüllü olaraq Nicatla qaçdıqdan sonra onunla cinsi əlaqədə olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə da xx xxxxxx 2019-cu il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində qızı Pərvanənin evdə olmadığını görmüş, onun mobil nömrəsinə zəng edərək, harada olmasını soruşmuş, Pərvanə ona evlənmək məqsədi ilə onu istəyən oğlanla qaçmasını bildirmişdir. O, qızına geri qayıtmasını bildirsə də, qızı evlənmək məqsədilə qaçdığını və geri qayıtmayacağını demişdir. Qeyd etmişdir ki, qızının zorla qaçırılmasını düşünmür, belə ki, qızının öz istəyi ilə evlənmək məqsədilə evdən qaçdığını göstərmişdir. Həmçinin bildirmişdir ki, qızı qaçdıqdan sonra onun mobil nömrəsi ilə bir neçə dəfə əlaqə saxlasa da sonrakı zənglərdə mobil telefonunu söndürdüyü üçün əlaqə saxlamağı mümkün olmamış, sonuncu dəfə qızına polisə şikayət edəcəyini deyəndə, qızının yanında olan bir nəfər qadın telefonu götürərək oğlanın bibisi olduğunu, nə vaxt istəsə onlara gələ biləcəklərini bildirmişdir. (cild 01, iş vərəqə 11-12) Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs maşına yaxınlaşarkən, Nicat maşından düşməyərək pəncərədən Pərvanəyə maşına oturmasını demiş, bu zaman ətrafda digər insanlar da olmuş, Pərvanə əlindəki çantasını və iki sumkasını onun oturduğu oturacağın arxasına qoymuş, özü isə Nicatın oturduğu oturacağın arxasında oturmuş, onlar yol boyu söhbət etmiş, ümumiyyətlə maşında olarkən Nicatla Pərvanə arasında normal münasibətlərin şahidi olmuş, Pərvanə Ağsu rayonunda, evlərinin yaxınlığında onun idarə etdiyi avtomobilə oturarkən Nicatın ona qarşı hər hansı bir kobud hərəkətini görməmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da ifadəsində göstərdi ki, Pərvanə və Nicat Bakıya gəldikdən sonra onun Emiliya adlı qadınla yaşadığı Xocəsən qəsəbəsində 3 gün qalmışlar, o, bu müddət ərzində Nicatla Pərvanə arasında hər hansı dava-dalaşın, mübahisənin şahidi olmamışdır. Həmçinin, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs ilə üzləşdirilərkən bir daha təsdiq etmiş və Nicatın maşını məhəllənin içində saxlatdırdığını və bir nəfərə zəng edərək onu gözlədiyini dediyini, təxminən 5 dəqiqə sonra hazırda qarşısında əyləşən Pərvanə maşına yaxınlaşdığını, Nicat maşından düşməyərək pəncərədən Pərvanəyə maşına oturmasını dediyini, Pərvanənin çiynində bir əl çantası, həmçinin əllərində iki selofan kulok olduğunu, o, həmin kulokları onun tərəfindən oturacağın arxasına yerə qoyduğunu özü isə Nicatın oturacağının arxasında oturduğunu, yolda olarkən Nicat Muğanlı adlanan yerdə mağazanın yanında saxlatdırdığını, ona bir ədəd “Bizon içkisi, özünə pivə və Pərvanəyə su aldığını, yol boyu Nicatla Pərvanə deyib güldüyünü, lakin o, onların danışıqlarına əhəmiyyət vermədiyini, musiqiyə qulaq asdığını, yolda olarkən Pərvanəyə bir zəng gəldiyini və Pərvanə anasının zəng etdiyini Nicata bildirdiyini, Nicatın isə Pərvanəyə cavab verməsini dediyini, Pərvanənin düz danışmadığını, onunla onun arasında heç bir söhbətin olmadığını, Pərvanənin ondan kömək istəmədiyini göstərmişdir. (cild 01, iş vərəqə 95-97) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, adam oğurluğu cinayətinin obyektiv cəhətini zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və digər zorakı hərəkətlər daxildir. Zərərçəkmiş şəxsi onun iradəsi əleyhinə oğurlama həmçinin, gizli yolla və ya aldatmaqla, yaxud etibardan sui-istifadə etməklə törədilən hərəkətlərlə xarakterizə oluna bilər. Zərərçəkmiş şəxsi gizli yolla oğurlama dedikdə, heç kəsin görmədiyi, yaxud başqalarının gördükləri, lakin belə hərəkətlərin qanunsuz olduğunu dərk etmədikləri şərait başa düşülür. Zərərçəkmiş şəxsi aldatma yolu ilə oğurlama dedikdə isə zərərçəkmiş şəxsi yaxın qohumlarının adından təcili olaraq hər hansı bir yerə çağırmaqla və digər formada yalan məlumat verməklə onu oğurlama başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş əlamətlərdən hər hansı biri mövcud olmamışdır. Beləliklə, cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin həm ibtidai istintaqda, həm məhkəmədə verdikləri ifadələrdən və iş materiallarında olan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə verilmiş ittiham sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə, məsələn, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. AR Konstitusiyasının 63cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası prinsipi öz mahiyyəti etibarilə cinayət törətməkdə təqsirləndirilən şəxsə cəmiyyətin, dövlətin və ayrı-ayrı insanların münasibətini ifadə edir. Bu prinsip cinayət prosesinin iştirakçısı kimi təkcə təqsirləndirilən şəxsə deyil, həm də şübhəli, o cümlədən tutulmuş şəxsə aiddir. CPM-in 21.1-ci maddəsinə əsasən, şəxsin təqsiri cinayət-prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o, təqsirsiz sayılır. Deməli, şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən (təhqiqatçı, müstəntiq, prokuror, xüsusi ittihamçı) qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. AR Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən, sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrı-ayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət-prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət-prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. CPM-in 21.3-cü maddəsi AR Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Ümumiyyətlə, cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabdehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməsə, sübuta yetirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən də ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Odur ki, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna və yuxarıda göstərilən xüsusatlara əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulan əməli sübuta yetmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməsi, ona məxsus qızıl-zinət əşyalarını, mobil telefonu Zərərçəkmiş şəxs öz razılığı ilə satması, yəni oğurlamaması barədə verdiyi ifadəsinə qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil, məsuliyyətdən boyun qaçırmağa yönəldilmişdir və iş materiallarında olan ifadələr, ekspert rəyləri, eləcə də digər mötəbər sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi isə həmin cinayətin ağırlaşdırıcı əlamətlə - “təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi”nə görə cinayət məsuliyyəti müəyyən edir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və buna arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli qərarına əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. X19 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 177.1-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə AR CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2019-cu il tarixdə Nizami rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il müddətə islah işləri cəzasına və xx.xx.2020-ci il tarixdə Nərimanov rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 10 ay 20 gün müddətə islah işləri cəzasına məhkum olunmuşdur.(cild 01, iş vərəqə 132-133) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan AZE11706467, AZE11706466 seriyalı şəxsiyyət vəsiqələrinin və AZİİİ814940, AZİİİ814939 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X1 ata qrafalarında X14, ana qrafalarında Kərimova Gözəl Mansur qızı qeyd edilmişdir. (cild 01, iş vərəqə 216-217) Məhkəmə AR CM-nin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməllərini qismən etiraf edərək, peşmançılıq çəkməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə ona münasibətdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi hallarının olmasını müəyyən etsə də, həmin halları cəzanı ağırlaşdıran hallar kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar kimi nəzərdə tutulsa da, onun törətdiyi bu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə tövsif edildiyindən, yəni onun əməli artıq ağırlaşdırıcı hallar kimi nəzərə alındığından ona cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsində, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi halı, təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətlərin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağar və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-8/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (cild 01, iş vərəqə 196-199) İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 005-4263-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-8/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası icraya yönəldilməmişdir. (cild 01, iş vərəqə 200) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində qeyd edilir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Qeyd olunan Plenum Qərarının 16-cı bəndində qeyd edilir ki, birinci hökm çıxarılanadək şəxsə başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-in 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-8/2020 nömrəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 05 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmalı və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(009)-61/2020-saylı həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə «Xiaomi» markalı «MAG138» modelli mobil telefon aparatının saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 50 (əlli) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına 300 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-349, 351-353, 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 177.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-8/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, 05 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılsın və bu yolla Təqsirləndirilən şəxs 09 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsində təqsiri sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - «Xiaomi» markalı «MAG138» modelli mobil telefon aparatının saxlanılmasından ötrü zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesabına 300 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-261/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-261/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver