Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-261/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı4, zərər çəkmiş şəxsin hüquqi varisi X6, onun nümayəndəsi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1980-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşamış, 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2003-cü ildən etibarən qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu arvadı X12 ilə birgə yaşadıqları dövrdə aralarında mütəmadi olaraq baş verən mübahisələrlə bağlı Nailə Əliyevanın hər dəfə onun hərəkətlərindən hüquq-mühafizə orqanlarına və məhkəmələrə şikayət etməsi nəticəsində cinayət məsuliyyətinə, alimentlə bağlı iddialar üzrə cavabdeh qismində mülki mühakimə icraatı qaydasında uzunmüddətli məhkəmə çəkişmələrinə, eləcə də inzibati məsuliyyətə cəlb edildiyi üçün Nailə Əliyevaya nifrət etdiyinə, eyni zamanda sonuncunun nikahdankənar başqa kişi ilə əlaqədə olmasına dair onda şübhələr yarandığına görə birgə nikahdan olan 2004-cü il təvəllüdlü qızları Şahid6 anası Nailə Əliyevadan alıb özünün onun tərbiyəsi ilə məşğul olmasından ötrü həm arvadı, həm də onun qohumları ilə danışıqlar apararaq həmin danışıqların uğursuzluğuna əmin olduqdan və 30 iyul 2021-ci il tarixdə, saat 11 radələrində Nailə Əliyevanın yenidən barəsində Abşeron rayon polis idarəsinə şikayət etdiyini eşidib bildikdən sonra arvadına qarşı olan nifrət hissi son nöqtəyə çatmış və o, Nailə Əliyevanı qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirmək üçün həmin tarixdə saat 18 radələrində Gəncə şəhərindən Bakı şəhərinə gəlib, əvvəlcədən fikirləşdiyi plan əsasında hərəkət etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ünvanında yerləşən “Neptun” marketə gedərək ehtiyat üçün birinin dəstəyi ağ, digərinin dəstəyi qara rəngdə olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı iki ədəd turist bıçağı alıb selofan paketə bükərək Xırdalan dairəsi ətrafında yerləşən “Şaurma” kafesinə getmiş və orada oturub qəhvə içərək Nailə Əliyevanı qəsdən öldürmək üçün əlverişli məqam gözləmiş, həmin gün saat 19 radələrində Nailə Əliyevanın 2011-ci il təvəllüdlü oğlu Şahid1 ilə birlikdə kafenin qarşısından keçərək yaşadığı ev istiqamətində getdiklərini görüb onları təqib etməyə başlamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən ərazidə Nailə Əliyevanı sol qolundan tutaraq saxlayarkən əlindəki mobil telefon cihazı yerə düşdüyünə görə əyilərək telefonunu götürmək istəyən Nailə Əliyevanın saçlarından tutub baş nahiyəsini yerdə olan daşa vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid edilən başın alın-təpə nahiyəsinin sağ yarısının dərialtı yumşaq toxumasına qansızma xəsarəti yetirmiş, daha sonra cinayətkar qəsdini davam etdirib əlindəki selofan paketi yerə boşaldaraq dəstəyi qara rəngli olan bıçağı sağ əlinə götürmüş, bunu görən oğlu Şahid1 anasına xəsarət yetirməsinin qarşısını almaq üçün onun sağ əlindən tutaraq mane olmaq istədikdə, sağ əli ilə sonuncunu itələyərək yerə yıxmış və xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə azyaşlı oğlu Şahid1 gözləri qarşısında, ona xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə əlindəki bıçaqla Şahid1 anası Nailə Əliyevaya dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən, ölümlə səbəbli əlaqəsi olan döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərinin yuxarı payını zədələyən bir ədəd, sol süd vəzisinin yuxarı-iç kvadrantının da ayaqaltından sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını zədələyən bir ədəd və sol süd vəzisinin yuxarı-bayır kvadratının sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yaraları, hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ süd vəzisinin yuxarı-bayır kvadrantının və sağ süd vəzisinin aşağı-bayır kvadrantının daxilə nüfuz etməyən üç ədəd deşilmiş-kəsilmiş, üst dodağın bir ədəd kəsilmiş və boyun kökünün sağ yarısının iki ədəd cızıqla müşayiət olunan kəsilmiş yaraları, eləcə də sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildikləri üçün dərəcələri təyin olunmayan sol əlin ovuc səthinin bir ədəd kəsilmiş, sağ bazu oynağı nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İ barmağının, sol əlin ovuc səthinin və sol əlin V barmağının cəmi beş ədəd səthi kəsilmiş yaralarından ibarət olmaqla ümumilikdə kəskin qanitirməyə səbəb olmuş çoxsaylı xəsarətlər yetirərək X7 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs zərər çəkmiş X7 xüsusi amansızlıqla qəsdən öldürməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək cinayət işinin ibtidai istintaqı mərhələsində vermiş olduğu ifadələrinə uyğun ifadə verib göstərdi ki, doğma xalası qızı, mərhum X12 ilə 2003-cü ilin mart ayında ailə həyatı qurmuş, lakin heç zaman münasibətlərini rəsmiləşdirməmişlər, yəni rəsmi nikaha daxil olmamışlar. Nailə ilə valideynlərin təkidi ilə evlənmiş, birgə nikahdan isə 4 övladları - 2003-cü il təvəllüdlü Şahid8, 2004-cü il təvəllüdlü Şahid6, 2011-ci il təvəllüdlü X10 və 2013-cü il təvəllüdlü X8 olmuşdur. Nailə Özbəkistan Respublikasının vətəndaşı olmuş, evləndikdən sonra onlar Qazaxstan Respublikasına köçmüş və təqribən 5 il ərzində orada yaşamışlar. Həmin müddət ərzində aralarında mütəmadi olaraq mübahisələr olmuş, Nailə bir neçə dəfə onu orada qoyaraq Azərbaycana qayıtmışdır. Həmin mübahisələrin səbəbkarı isə Nailənin anası Dilbər, bacısı Rəna və kiçik qardaşı Məcid olmuşlar. Belə ki, Nailə onunla birlikdə deyil, ayrı yaşamaq istəmiş, elə bu səbəbdən də mütəmadi olaraq ondan öz ailəsinə gileylənmişdir. O özü də Nailə ilə birlikdə yaşamaq istəməmiş, lakin valideynlərinə və uşaqlarına görə birlikdə ailə kimi yaşamağa məcbur olmuşdur. 2009-cu ildən onlar Azərbaycana qayıtmış, əvvəl Göygöldə, daha sonra isə Gəncə şəhərində yaşamışlar. Azərbaycana qayıtdıqdan sonra da xoş olmayan mübahisələr davam etmiş, Nailə bir müddət evdən çıxaraq atasıgilə Bakı şəhərinə gəlmişdir. Daha sonra onlar barışmış və sonuncu Gəncəyə qayıtmışdır. Bu müddət ərzində Nailə bir neçə dəfə onun barəsində Göygöldə və Gəncədə polisə şikayət etmişdir. Bundan başqa, Nailə Göygöl rayon Məhkəməsinə şikayət etmiş, məhkəmə tərəfindən ona aliment kəsilmişdir. Nailə, həmçinin alimentin artırılması ilə bağlı Abşeron rayon Məhkəməsinə də müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 2017-ci ildən etibarən o, Şəmkirdə N saylı hərbi hissədə sürücü kimi işləməyə başlamış, kiçik çavuş rütbəsində olmuşdur. Bu ərəfələrdə Nailə ondan Gəncə hərbi prokurorluğuna də müraciət etmiş, həmin müraciət əsasında iş məhkəməyə göndərilmiş və Gəncə hərbi məhkəməsi onun barəsində hökm çıxarmışdır. Bundan qabaq isə 2004-2005-ci illərdə o, Binəqədi rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. Həmin ərəfədə onun qızı Sevil Bakı şəhərində müəllim yanına getdiyi üçün Bakıda ana nənəsi ilə birlikdə yaşamışdır. 2020-ci ilin yay aylarında onlar Nailə ilə sonuncu mübahisədən sonra yenidən barışmış, uşaqları ilə birlikdə Gəncə şəhərində yaşamağa davam etmişlər. Bu müddət ərzində Nailə bir neçə dəfə Bakı şəhərinə gəlib-getmiş, lakin Bakıya gələndən sonra Gəncədə sıxıldığını, darıxdığını bildirib Gəncəyə qayıtmaq istəməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hadisədən təqribən iki ay əvvəl o, işlə əlaqədar olaraq Gəncədən Bakıya gəlmiş, daş karxanasından daş almış, Nailə isə Gəncədə uşaqlarla qalmışdır. O, Bakıda təqribən 8 gün qalmış, həmin müddət ərzində o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Nailənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi əlaqə saxlamışdır. Lakin günlərin birində Nailə mobil telefona onun zənginə cavab verməmiş, bir neçə dəfə cəhd etməsinə baxmayaraq sonuncu yenə də telefonu açmamışdır. Ona görə də o, bacısıoğlu Elmir Ələkbərova zəng edərək evlərinə gedib baş çəkməyini xahiş etmişdir. Sonuncu onlara evə getdikdən sonra ona zəng edib evin giriş qapısının bağlı olduğunu bildirmişdir. Axşam saatlarında onunla Bakıda birlikdə olan oğlu Əzim Nailənin qardaşı Xasaya, yəni dayısına zəng edib anasının harada olduğunu soruşmuş, lakin Xasay Nailənin harada olduğunu bilmədiyini ona demişdir. Əzim nənəsi Dilbərə də zəng edərək anasının harada olduğunu soruşduqda Dilbər Nailənin Bakıda olduğunu bildirmiş, lakin Bakıya gəlmə səbəbini bilmədiyini demişdir. O, işlərini yekunlaşdırdıqdan sonra oğlu Əzimlə Gəncəyə qayıtmış, bu müddətdə Nailə digər övladları ilə birlikdə Bakıda qardaşıgildə yaşamağa davam etmişdir. 2003-cü il təvəllüdlü böyük oğlu Şahid8 isə daima onunla birlikdə yaşamışdır. O, qohum-əqrəba vasitəsilə Nailəni yenidən evə qaytarmağa çalışmış, oğlu Əzim Bakıya gələrək anasını Gəncəyə qaytarmağa çalışmış, lakin Nailə, anası Dilbər və qardaşı Xasay Əzimi evdən qovmuşlar. 27 iyul 2021-ci il tarixdə o, Bakıya gəlmiş və Nailəyə zəng edərək ona görüşməyi təklif etmişdir. Nailə məşğul olduğunu demiş, lakin saat 11:00-da boşalacağını və ondan sonra ona zəng edəcəyini demişdir. Buna görə o, «20 Yanvar dairəsi» ətrafında sonuncunu gözləmiş, lakin Nailə ona zəng etməmişdir. Saat təqribən 14 radələrində o, yenidən Nailəyə zəng etmiş, lakin sonuncu onun zənglərinə cavab verilməmişdir. Bu səbəbdən də Nailənin yaşadığı, sonuncunun qardaşına məxsus ünvan 4 ünvanına getmiş, oradan xalası və qaynanası olan Dilbərin istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng etmiş, zəngə baldızı Rəna cavab verərək nə istədiyini soruşmuşdur. O, uşaqlarla görüşmək istədiyini bildirdikdə, sonuncu gözləməyini xahiş etmiş və uşaqların gələcəklərini demişdir. Bundan sonra uşaqlar gəlmiş, küçədə onlarla görüşmüş, uşaqları dönər yeməyə aparmaq üçün icazə aldıqdan sonra «Xırdalan dairəsi» ətrafında yerləşən bir dönərxanaya aparmışdır. Bundan sonra uşaqları evə qaytarmış, nisbətən böyük olduğu üçün qızı Sevilə birlikdə yaşamağı təklif etmişdir. Belə ki, Sevil və Əzim onunla, digər iki övladı isə Nailə ilə yaşamağa davam etmələrini istəmişdir. Həmin vaxt qapıdan Nailənin qardaşı Məcid, arxasınca isə qaynanası Dilbər çıxaraq onu qovduğundan o, Məcidlə evdən bir qədər uzaqlaşaraq söhbət etməyə başlamışlar. O, Məciddən Nailənin hansı səbəbdən evdən çıxaraq Bakıya gəldiyini soruşmuş, Məcid isə “Nailəni yola vermirsən də” deyə ona cavab vermişdir. Bundan sonra o, Məcidi kafeyə dəvət etmiş, çay içib məsələni aydınlaşdırmağı ona təklif etmişdir. Məcid təklifi rədd edərək onunla söhbət etmək istəmədiyini bildirmişdir. O, Məcidə Sevili götürmək istədiyini dedikdə, sonuncu isə ona məhkəməyə müraciət etməyi bildirmişdir. Belə ki, o, qızının böyüyüb anası kimi olmasını istəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, hadisədən neçə ay əvvəl o, Nailənin başqa bir kişi ilə yazışmasından şübhələnmişdir. O, Nailə ilə mobil telefonla danışdıqdan sonra Nailə telefonu bağlamadan kənara qoymuş və qızı Sevillə danışmağa başlamışdır. O, Nailənin həmin danışıqlarını eşitmişdir. Həmin vaxt o, Gəncədə, sonuncular isə Bakıda olmuşdur. O, Sevili gətirməyə Nailəni göndərmiş, Sevil Nailədən gecə kimin yazdığını soruşduqda Nailə yazanın Elçinin rəisi olduğunu bildirmişdir. Nailənin sözlərindən onun sonu 61-41 rəqəmləri ilə bitən nömrəni istifadə etdiyini başa düşmüşdür. O, həmin şəxsin kim olduğunu bilməmiş, sonradan Nailə ilə bu barədə söhbət etməmiş, Nailənin həqiqətdə kiminlə danışıb-danışmamasını bilməmişdir. Məcidlə danışdıqdan sonra o, daş karxanasına gedərək mişar daşlarını maşınına yığıb Gəncəyə qayıtmışdır. Lakin yenə də Nailəyə zəng edərək mesajlar yazmış, Sevili ona verib-verməməsini aydınlaşdırmaq istəmişdir. Daha sonra 29 iyul 2021-ci il tarixdə yenidən Nailəyə və Dilbərə zəng etmiş, lakin zənglərinə cavab verməmişlər. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, 30 iyul 2021-ci il tarixdə saat 11 radələrində ona bir nəfər polis əməkdaşı zəng edərək özünü Abşeron RPİ-nin təhqiqatçısı kimi təqdim edərək Nailənin ondan şikayət etdiyini bildirmiş və onu izahat verməyə dəvət etmişdir. Nailənin yenidən ondan səbəbsiz polisə şikayət etməsindən əsəbiləşmiş, Nailəyə zəng etmiş, lakin sonuncu yenə də telefonu açmamışdır. Buna görə də o, yol maşınına minərək saat 18-19 radələrində Gəncədən Bakıya gəlmiş, Nailənin ondan nə istədiyini öyrənib məsələyə aydınlıq gətirmək istəmişdir. O, Bakıya çatdıqdan sonra «Xırdalan dairəsi» ətrafında yerləşən “Neptun” marketə gedərək oradan həm evə və həm də özünə maşına görə lazım olduğundan iki ədəd mətbəx bıçağı almışdır. Bıçaqlardan birinin dəstəyi ağ, digərinin isə qara rəngdə olmuşdur. Bundan başqa o, marketdən bir ədəd saqqız və bir ədəd rəngli paket almış, aldığı bıçaqları həmin paketə bükərək əlində götürmüş, daha sonra «Xırdalan dairəsi» ətrafında olan dönərxanaların birində əyləşərək kofe içmiş, sonra isə Nailəgilə gedib söhbət etməyi planlaşdırmışdır. Lakin həmin vaxt Nailənin oğlu Aydınla birlikdə yoldan keçdiyini görmüşdür. Nailənin əynində ağ rəngli uzunqol köynək və boz rəngli ətək, Aydının əynində isə boz rəngli, üzərində müxtəlif gül şəkilləri olan qısaqol köynək və onunla dəst olan eyni rəngli şalvar olmuşdur. Həmin vaxt onun özünün üzərində qırmızı rəngli qısaqol köynək və göy rəngli cins şalvar olmuşdur. Odur ki, Nailəgilin arxasınca gedib məhəllələrinə dönməmiş onu görmək və şikayətinin səbəbini soruşmaq istəmişdir. Həmin vaxt oğlu Aydın dönüb arxaya baxmış və anasına “Elçin, Elçin, ay mama” demişdir. O, Nailəyə çatıb qolundan tutmuş, Nailə də geri dönüb baxmış və onun qolundan vurmuşdur. Elə həmin vaxt əlində olan bıçaqlar paketdən yerə düşmüşdür. Əyilib bıçaqları yerdən götürmək istəyəndə uşaq anasının əlindən çıxıb qışqıra-qışqıra evlərinə tərəf qaçmağa başlamış və məhləni burulub öz veləri olan küçəyə girmişdir. Oğlu qışqıra-qışqıra qaçdığından səsi hələ də eşidilmişdir. Aydın anasını vurduğunu fikirləşib qışqıraraq “Elçin anamı vurdu” demişdir. Əsil həqiqətdə o həmin vaxt Nailəni vurmamışdır. O, yerdən bıçaqları götürmək istədikdə Nailə onu vuracağını düşünüb əl atıb bıçaqları götürmək istəmiş və aralarında dartışma başlamışdır. Artıq ayıldıqda özünün Nailənin saçından tutduğunu görmüş və qolları boşalmışdır. Nailəni necə vurduğunu və ya dartışma zamanı bıçağın Nailəyə dəydiyini bilməmiş, yalnız vurduğu iki zərbəni xatırlaya bilmişdir. Nailənin üzərində 17 ədəd bıçaq xəsarəti olmasını müstəntiqdən eşitmişdir. Sonra Nailəni divarın küncünə oturtmuş, həmin vaxt orada olan bir nəfər qadın onu görüb ona polisə zəng etməyi demişdir. Həmin qadına üzərində telefonu olmadığını bildirib, ona “siz zəng edin, mən polisə təslim olmağa gedirəm” demişdir. Yolda taksi saxlatmış və polisə gedib təslim olmaq üçün taksiyə minmişdir. Orada hadisəni görən bir nəfər qız “cinayətkar taksiyə minib gedir” deyərək qışqırmış, həmin vaxt yaxınlıqda olan və qızın səsini eşitmiş polis əməkdaşları taksini saxlatmış və onu taksidən düşürdüb polis maşanı ilə Binəqədi RPİ-yə aparmışlar. Polis onu “Ekalogiya postu” adlanan posta aparmış, sonra 6-cı Polis Bölməsinin əməkdaşı olan bir nəəfər mayor rütbəli şəxs gəlib orada raport yazmış və onun qollarını qandallayıb aparmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, oğlu Aydının hadisə zamanı hadisə yerində olması, hadisənin onun gözləri qarşısında baş verməsi barədə ifadəsində göstərdikləri doğru deyildir. Aydın uşaq olduğundan o, nənəsi və dayısı tərəfindən ələ alınmış, ona qarşı öyrədilmişdir. Belə ki, hadisə zamanı o, Aydın və Nailəyə yaxınlaşaraq sonuncunun qolundan tutub söhbət etmək istədiyini bildirdikdən sonra Aydın qorxduğu üçün evlərinə tərəf kimisə çağırmağa qaçmış və hadisənin necə baş verdiyini görməmişdir. Oğlu Aydının bədəni üzərindəki xəsarətin harada və necə əmələ gəlməsi barədə məlumatı yoxdur, o, hadisə zamanı Aydına əl vurmamışdır. Onun özünün bədən səthindəki sağ əlin arxa səthinin sıyrığı xəsarəti hadisə zamanı Nailənin ona müqavimət göstərmək istədiyi zaman bıçaqdan təsadüfən əmələ gəlmişdir. O, Nailəni öldürməklə hədələməmiş, eləcə də uşaqlara analarını öldürəcəyi barədə heç nə deməmişdir. O, sadəcə uşaqlara analarının digər kişi ilə danışdığına görə artıq birlikdə yaşaya bilməyəcəyini izah etmişdir. Sevilə onlarla Gəncədə yaşamağı təklif etmişdir. Onun aliment pulunun ödəməsi ilə əlaqədar Nailə ilə bağlı hər hansı mübahisəsi olmamışdır. Aralarında olan aliment məsələsinə Nailənin ərizəsi əsasında Sumqayıt Apellyasiya Məhkəməsi təqribən bir il əvvəl xitam vermişdir. Əvvəllər isə bəzən alimenti ödəməməyinin səbəbi maddi vəziyyətinin zəif olması olmuşdur. O, heç zaman qərəzli şəkildə aliment ödəməkdən imtina etməmiş və Nailəni buna görə də hədələməmişdir. Hətta hərbidə işlədiyi dövrdə aliment pulu oradan tutulub Nailəyə ödənilmişdir. ***-***-**-** saylı mobil nömrə həbsə qədər onun istifadəsində olan ikinci nömrə olmuş, Nailə onun daimi işlətdiyi nömrəsini blok elədiyi və zənglərinə cavab vermədiyi üçün o, “Başqasının kamandirin tel açardın bunu deйaçam onsuz bir şeй qalma” və həmin tarixdə saat 15:47:10-da “dı vaxda na bilirsan ela йaxşı”, “elçin orda йoxsa bakıda onu bil isdadiйim makanda uz uza kalaçik s” məzmunda mesaj yazaraq sonuncu ilə danışmaq istəmişdir. Belə ki, o, Nailə ilə danışıb Sevilin məsələsini həll etmək istəmiş, Sevili alıb onunla yaşaması üçün Gəncəyə aparmaq fikrində olmuş, lakin Nailəni hər hansı formada hədələməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində mərhum arvadı Nailə Əliyeva arasında olan ailə münasibətləri, baş vermiş cinayət hadisəsinin motivləri barədə məhkəmədəki ifadələrinə uyğun ifadə vermiş, həmçinin göstərmişdir ki, o, hadisə günü Bakıya çatdıqdan sonra «Xırdalan dairəsi» ətrafında yerləşən “Neptun” marketə gedərək oradan bıçaq almaqda məqsədi isə Nailə ilə məsələni sözlə aydınlaşdırmaq mümkün olmayacağı halda, başqa yolla həll etmək istəyi olmuşdur. Bıçaqlardan birinin dəstəyi ağ, digərinin isə qara rəngdə olmuşdur. O, sonuncu dəfə Sevili Nailədən götürməyə cəhd edəcəyini, alınmayacağı təqdirdə Nailə öldürərək aralarında olan mübahisələrə son qoyacağını qərara almış, lakin yenə də məsələni sözlə həll edə biləcəklərinə ümidli olmuşdur. Bundan başqa o, marketdən bir ədəd saqqız və bir ədəd rəngli paket almış, aldığı bıçaqları həmin paketə bükərək əlində götürmüş, daha sonra «Xırdalan dairəsi» ətrafında olan dönərxanaların birində əyləşərək kofe içmiş, sonra isə Nailəgilə gedib söhbət etməyi planlaşdırmışdır. Lakin həmin vaxt Nailənin oğlu Aydınla birlikdə yoldan keçdiyini görmüşdür. Nailənin əynində ağ rəngli uzunqol köynək və boz rəngli ətək, Aydının əynində isə boz rəngli, üzərində müxtəlif gül şəkilləri olan qısaqol köynək və onunla dəst olan eyni rəngli şalvar olmuşdur. Həmin vaxt onun özünün üzərində qırmızı rəngli qısaqol köynək və göy rəngli cins şalvar olmuşdur. O, Nailə ilə oğlu Aydını gördükdən sonra o, içərisində bıçaqlar olan paketi götürüb onların arxalarınca getmiş, təqribən 3-5 dəqiqə sonra əsas küçədən arxa küçəyə döndükdən sonra o, Nailəni səsləmişdir. Bu zaman Aydın arxaya çönərək onu görmüş, anasına “Elçin, Elçin, ay mama” demişdir. O, sonunculara yaxınlaşaraq sol əli ilə Nailənin sağ qolundan tutmuş, ona qorxmamağını demiş, Aydın isə onu gördükdən sonra evləri istiqamətində qaçmışdır. Bundan sonra Nailə qışqırmağa başlamışdır. Həmin vaxt o, əlindəki paketi açmış və bıçaqların hər ikisi yerə düşmüşdür. Bundan sonra o, əyilib qara dəstəkli bıçağı götürmüş və Nailənin qolundan və saçlarından tutmuş, sonuncu ona müqavimət göstərərək əlindən qaçmaq istəmiş, bu səbəbdən aralarında çəkişmə olmuşdur. Hadisə zamanı Nailə əyilmiş vəziyyətdə olmuşdur. Lakin o, sağ əlində tutduğu bıçaqla bir neçə dəfə Nailənin sinə nahiyəsinə zərbələr endirmiş, lakin həmin zərbələrdən cəmi ikisini dəqiq xatırlaya bilmişdir. Bundan sonra o, Nailəni vurduğu bıçağı otluğa atmış, özü isə yola tərəf qaçmışdır. O, yolda əvvəllər tanımadığı, yaşıl rəngli “VAZ 21011” markalı taksiyə minərək sürücüyə Xırdalan şəhərinə sürməyi demişdir. Həmin vaxt orada olan bir uşaq ətrafda olan DYP əməkdaşlarını səsləyərək onu saxlamağa çağırmışdır. Ona görə də DYP əməkdaşları taksi avtomobilini saxlamış və onu özlərinin xidməti avtomobillərinə mindirərək Binəqədi RPİ-nin 6-cı polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, artıq bezdiyi üçün sonuncunu bıçaqla öldürmək məqsədilə vurmuşdur. Belə ki, hadisə yerinə iki bıçaqla gəlmiş, lakin o, yalnız dəstəyi qara rəngli olan bıçaqdan istifadə etmiş, digəri isə elə yerdə qalmışdır. O, bıçaqlardan birinin qırılacağı halda, digərini istifadə edə biləcəyini düşünmüşdür. Nailə dəfələrlə barəsində Gəncədə, Göygöldə və Abşeronda polisə şikayət etmiş, o, artıq bu vəziyyətdən bezmiş, belə yaşamaq istəməmişdir. Axırıncı dəfə Nailə ilə 27 iyul 2021-ci il tarixdə danışmış, görüşmək istədiyini bildirmiş, sonuncu ona zəng edərək vaxt deyəcəyini demiş, lakin yekunda aldadaraq zəng etməmişdir. Hadisə vaxtı Aydın anası ilə birlikdə olmuş, o, Nailənin qolundan tutduqdan sonra Aydın uzaqlaşaraq qaçmışdır. O, Nailəni bıçaqla vurduqda Aydın orada olmamış, hadisəni görməmiş, bu səbəbdən də hadisə zamanı sonuncuya hər hansı zərbə dəyməmişdir. Aydın onu gördükdən sonra hadisə yerindən evlərinə kömək çağırmağa qaçmışdır. Hadisə zamanı Nailə yalnız çığıraraq qaçmaq istəmiş, lakin ondan aman diləməmişdir. Həmin vaxt onun sağ əlində xəsarət yaranmışdır. Əvvəllər onun hər hansı psixi və ya psixoloji, o cümlədən hər hansı digər ağır xəstəliyi olmamış, o, nə etdiyini anlamış, Nailə onu bezdirdiyi, eləcə də başqa kişi ilə danışmasına şübhə etdiyi üçün Nailəni öldürmüş və sonra polisə gedib təslim olmaq istəmişdir. Onun özünün istifadəsində ***-***-**-**, Nailənin istifadəsində isə ***-***-**-** saylı mobil nömrə olmuşdur. Hadisə günü o, Gəncədən Bakıya gələrkən mobil telefonunu evdə qoymuş, həmin səbəbdən də telefonu Gəncədəki evində olmuşdur. Onun Nailə ilə aralarındakı mübahisədən qardaşı Şahid11, bacısı X13, digər bacısı X14, oğlu Şahid8, habelə bacısı oğlu X11 və Nailənin ailə üzvləri bilmişdir. Belə ki, qohumları Göygöl rayonunda yaşamışdır. O, əvvəllər spirtli içki qəbul etsə də, hazırda içmir, narkotik vasitələrdən isə heç zaman istifadə etməmişdir (İ cild, səh. 88-93, İİ cild, səh. 93-95). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılarkən sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir (İ cild, səh. 77-80). Cinayət işi üzrə məhkəmə baxışı zamanı iş üzrə dindirilən zərər çəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərdi ki, mərhum zərər çəkmiş şəxs X12 onun bacısı olmuş, sağlığında münasibətləri yaxşı olmuş, hər hansı düşmənçilik və ya ədavəti olmamışdır. Ailələri əvvəllər Özbəkistan Respublikasında 24 il yaşadıqdan sonra 24 noyabr 2000-ci ildən köçüb Azərbaycana qayıtmışlar. Təqribən 2003-cü ildə Nailə onun doğma xalası oğlu, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, lakin nikahları heç zaman rəsmiləşməmişdir. Nailə ilə Elçinin nikahdan 4 övladı - 2003-cü il təvəllüdlü Şahid8, 2004-cü il təvəllüdlü Şahid6, 2011-ci il təvəllüdlü X10 və 2013-cü il təvəllüdlü X8 olmuşdur. Ailə həyatı qurduqdan sonra sonuncular Qazaxıstan Respublikasına yaşamağa getmiş, bir müddət orada yaşamışlar. Həmin müddət ərzində Elçin mütəmadi olaraq Nailəni incitmiş və sonuncu onlara tez-tez zəng edərək Elçin tərəfindən döyüldüyünü demişdir. Bu səbəbdən Nailə bir müddət sonra Elçinin verdiyi zülmlərə dözməyərək Azərbaycana qayıtmış, sonra Elçin də sonuncunun dalınca gəlmişdir. Azərbaycana qayıtdıqdan sonra təqribən 2005-ci ildə Elçin qızı Sevilin ad günündə onların evinə xəncərlə gələrək hücum etmişdir. Bu səbəbdən hadisə yerinə polislər gəlmiş, Elçin tutulmuşdur. Daha sonra bununla bağlı araşdırma aparılmış, Elçin Binəqədi rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra Elçin yenidən Qazaxıstan Respublikasına qayıtmış, sonuncunun qohumları onların evinə gələrək Nailədən uşaqları ilə Elçinin yanına getməyini xahiş etmiş, buna görə də Nailə razılaşaraq yenidən Qazaxıstan Respublikasına getmişdir. Buna baxmayaraq Elçinin Nailəyə qarşı olan aqressiyası dayanmamış, yenə də Nailəyə zülm verməyə davam etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Məcid Əliyev ifadəsinin davamında göstərdi ki, təqribən 2008-2009-cu illərdə sonuncular Azərbaycana həmişəlik qayıtmış, əvvəl Göygöl rayonunda, daha sonra isə Gəncə şəhərində yaşamışlar. X29 incitməyə davam etdiyi üçün Nailə ayrılmaq qərarına gəlmiş, uşaqlarına aliment almaq məqsədilə Göygöl rayon məhkəməsinə müraciət etmiş və Göygöl rayon Məhkəməsi Elçinə aliment kəsmişdir. Bundan sonra, təqribən 2011-2012-ci illərdə Nailə Gəncədəki evlərindən çıxaraq uşaqları ilə birlikdə Bakıya onların yanına gəlmiş, uzun müddət onlarla yaşadıqdan sonra yenidən 2015-ci ildə Elçinin yanına qayıtmışdır. Belə ki, Elçin mütəmadi olaraq Nailəni hədələdiyi üçün sonuncu qorxub məcbur olaraq onun yanına qayıtmışdır. Daha sonra Elçin hərbi hissələrin birinə sürücü vəzifəsinə işə düzəlmiş, lakin yenə də Nailəni incitməyə davam etdiyindən sonuncu şiddətlərə dözməyərək onların yanına qayıtmışdır. Bu müddətdə isə Elçin Nailəyə alimentləri ödəmədiyindən uşaqlarını təmin etmək məqsədilə Nailə alimentlərini rəsmi olaraq tələb etmişdir. Belə ki, Göygöl rayon İcra şöbəsindən Elçinin iş yerinin nömrəsi alınmış və Elçinin hərbidəki rəhbərliyindən hansısa bir şəxslə danışıqlar aparılaraq Elçinin uşaqlarına məhkəmənin qərarı ilə ödəməli olduğu pulun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Nailə eyni zamanda aliment pulunun artırılması ilə bağlı Abşeron rayon Məhkəməsinə də müraciət etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Məcid Əliyev ifadəsində daha sonra göstərdi ki, 2020-ci ilin yay aylarında atası Elçinlə birlikdə yaşayan Nailənin böyük oğlu Əzim Bakı şəhərinə anasının yanına gəlmiş, bir müddət anası ilə qaldıqdan sonra Nailə Əzimi atasına qaytarmaq istəmiş, lakin Əzim Gəncəyə tək qayıtmaq istəməmişdir. Bu səbəbdən də Nailə məcbur olub Əzimlə birlikdə Gəncə şəhərinə, oradan isə Göygöl rayonuna gedib Əzimi İcra şöbəsinin əməkdaşlarına təhvil vermişdir. Daha sonra X24 Avtovağzalına gəlib Bakıya qayıtmaq istədiyi zaman Elçin sonuncunun qarşısını kəsmiş və yenidən hədələyərək barışmağa məcbur etmişdir. Elçin daha incitməyəcəyinə and verdiyi üçün Nailə Elçinə inanaraq barışmış, həmçinin aliment borclarından da imtina etmişdir. Daha sonra Nailə Bakıya gəlib uşaqları da götürərək Gəncəyə aparmışdır. Yeganə olaraq Sevil hazırlıq kurslarına getdiyi üçün Bakıda 3 ay qalmış, bundan sonra Sevil də Gəncəyə getmişdir. Elçinin söz verməyinə baxmayaraq, Nailəyə verdiyi zülm və şiddət yenidən davam etmişdir. Nailə də təqribən baş vermiş hadisədən 3-4 ay əvvəl yığışaraq artıq bir dəfəlik uşaqları ilə birlikdə Bakıya qayıtmış və anasının yaşadığı ünvan 4 ünvanında yaşamağa başlamışdır. Böyük oğlu Əzim isə atası Elçinlə birlikdə Gəncədə qalmışdır. Nailə Xırdalan şəhərində hazırlıq kurslarının birində işə düzələrək orada rus dili üzrə dərs deməyə başlamışdır. Sonuncu həmişə kursa getdikdə tək gedib-qayıtmaması üçün oğlu Aydınla bərabər getmiş, bu müddət ərzində Elçinlə onlar ünsiyyətdə olmamışdır. 28 iyul 2021-ci il tarixdə, saat 16-17 radələrində Elçin onun böyük bacısı Rəna ilə əlaqə saxlayaraq Bakıda olduğunu və uşaqları ilə görüşmək istədiyini bildirmişdir. Rəna da buna görə zəng edərək Elçinin uşaqlarını görmək istədiyini demiş, o, həmin vaxt anasının evində olduğu üçün görüşə razılıq vermişdir. Bunun üçün uşaqları çölə çıxarıb atalarının yanına göndərmişdir. Sonra Aydın evə gələrək ondan atası ilə gedib dönər yeməyə icazə istəmiş, icazə verdiyi üçün uşaqlar ataları ilə getmişlər. Bir neçə saat sonra o, artıq evdən çıxmağa hazırlaşdığı vaxt uşaqlar evə qayıtmış, darvazadan çölə çıxanda o, Elçinin qızı Sevilə nə isə dediyini görmüş və Sevili içəri çağırmışdır. Sonra isə o, özü küçəyə tərəf getdikdə Elçinin orada dayandığını görmüşdür. Elçindən nə istədiyini soruşduqda, Elçin qızı Sevili özü ilə aparmaq və şəxsən tərbiyə etmək istədiyini demişdir. O, Elçinə qızının artıq 17 yaşı olduğunu və Sevilin sərbəst kiminlə yaşayacağını seçmək hüququ olduğunu, eləcə də bununla razı olmadığı halda gedib məhkəməyə müraciət etməyini Elçinə bildirmişdir. Sonuncu Sevilə fikirləşməyə bir həftə vaxt verdiyini deyərək çıxıb getmişdir. Bu onların son danışığı olmuş, daha sonra o, Elçin ilə danışmamışdır. Həmin gün o, axşam saatlarında anasıgilə Nailənin gəlib-gəlmədiyini öyrənmək məqsədilə zəng etdikdə Nailə özü onun zənginə cavab verərək Elçin tərəfindən mobil telefonda hədələndiyi üçün polisə şikayət etdiyini bildirmiş, lakin nə ilə hədələdiyini sonuncu ona deməmişdir. Elçin hadisəyə qədər bir neçə gün ərzində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mütəmadi olaraq bacısının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək sonuncunu narahat etmiş, bu səbəbdən də Nailə məcbur olaraq polisə şikayət etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Məcid Əliyev ifadəsində daha sonra göstərdi ki, 30 iyul 2021-ci il tarixdə o, şəhərdə olduğu vaxt, saat təqribən 19:30 radələrində anasının istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş, o, telefonu açdıqda Nailənin oğlu Aydın “ay dayı, Elçin anamı mənim yanımda bıçaqlayaraq öldürdü” demişdir. O, dərhal taksiyə minərək yola çıxmış, yolda qardaşı Xasaya zəng edərək nə baş verdiyini öyrənməyə çalışmışdır. Xasay Nailənin Respublika Klinik Xəstəxanasına aparıldığını bildirdiyi üçün taksi ilə ora getmiş, lakin xəstəxanaya çatdıqda artıq Nailənin öldüyünü öyrənmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi Məcid Əliyev ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs Nailənin ondan ayrı yaşamasını qəbul edə bilməmiş, boşanmaqlarına baxmayaraq Nailəyə öz şəxsi mülkü kimi baxmışdır. Elçin ayrıldıqdan sonra hər dəfə Nailəni geriyə qaytarmağa çalışmış, onun qayıtmayacağını başa düşdüyü üçün sonuncunu öldürmək qərarına gəlmiş və cinayətkar niyyətini həyata keçirmişdir. Elçinlə Nailənin mübahisələri adətən ailə-məişət zəmnində baş verən problemlərdən yaranmış, Elçin hirsini Nailədən və uşaqlarından çıxmışdır. Bacısının başqa kişilərlə heç bir münasibəti olmamış, sonuncu yalnız aliment pulu ödənilmədikdə icra məmurları, habelə Elçinin hərbidə işlədiyi dövr ərzində onun rəhbərliyi ilə danışaraq alimentin ödənilməsində kömək istəmişdir. Elçinin Nailənin başqa kişilərlə münasibətinin olması xüsusatını yalandan uydurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X17 və Şahid10 analoji ifadələr verməklə zərərçəkmiş şəxsin hüquqi varisi Məcid Əliyevin göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid7 məhkəmə baxışı zamanı iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid7 məhkəmədə şahid qismində dindirilmiş Xasay Əliyev, Şahid10 və zərərçəkmiş şəxsin hüquqi varisi Məcid Əliyevlə analoji ifadələr verməklə onların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (İİ cild, səh. 44-48). İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən azyaşlı Şahid1 ifadəsində göstərdi ki, mərhum X12 onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Özü 149 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. Anası ilə münasibəti yaxşı olsa da, atası Elçinlə münasibəti pis olmuşdur. Elçin anası ilə yola getməmiş, mütəmadi olaraq sonuncunu, onu və bacı qardaşlarını döyərək işgəncələr vermişdir. Bu səbəbdən də anası tez-tez onları götürərək Gəncə şəhərindən Bakı şəhərinə dayısı və nənəsigilə gətirmişdir. Buna baxmayaraq, atası Elçin gəlib anasını hədələdiyi üçün sonuncu həmişə məcbur olaraq Gəncə şəhərinə qayıtmış, lakin Elçinin Nailəyə və onlara qarşı olan şiddətləri yenə də dayanmadan davam etmişdir. O, Elçinin onlarla düşmən kimi rəftar etmiş, lakin o, bu münasibətin səbəblərini bilməmişdir. 2020-ci ilin təqribən yay aylarında Elçin Nailəyə onları incitməyəcəyinə söz verdiyi üçün Nailə inanaraq atası ilə barışmış və onlar Gəncə şəhərinə qayıtmışlar. Buna baxmayaraq Elçinin anasına verdiyi zülm və şiddət yenidən davam etmişdir. Nailə təqribən baş vermiş hadisədən 3-4 ay əvvəl yığışaraq artıq birdəfəlik onlarla birlikdə Bakıya qayıtmış və nənəsinin yaşadığı ünvan 4 ünvanında yaşamağa başlamışlar. Böyük qardaşı Əzim isə atası Elçinlə birlikdə Gəncədə qalmışlar. X30 şəhərində “Ulduz” hazırlıq kurslarında işə düzələrək orada rus dili üzrə dərs deməyə başlamışdır. Sonuncu kurslara getdikdə tək olmamaq üçün həmişə onunla birlikdə getmiş, həmçinin ona bu yolla rus dilini öyrətmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, 28 iyul 2021-ci il tarixdə saat təqribən 16 radələrində Elçin Bakıya gələrək nənəsi Dilbəri yığmış, mobil telefonu xalası Rəna açdığı üçün sonuncu ilə danışaraq onlarla, yəni uşaqları ilə görüşmək istədiyini bildirmişdir. Rəna onun nənəsi və dayısı Məcidlə məsləhət etdikdən sonra onları həmin vaxt aşağıda gözləyən Elçinin yanına göndərmişdir. Bu səbəbdən o, bacısı Sevil və qardaşı Fərrux aşağı düşərək Elçinlə görüşmüş, sonuncu Sevilə Nailə ilə birlikdə yaşamağını istəmədiyini, anasını evə baxmamaqda, uşaqlara tərbiyə verməyi bilməməkdə ittiham etmişdir. Daha sonra onlar Elçinlə birlikdə yaşadıqları evin ətrafında olan “Şaurma” adlı dönərxanaya gedərək orada oturmuşlar. Burada Elçin onlara Nailəni pisləməyə davam etmişdir. Sevil isə atası Elçinlə yaşamayacağını, anası ilə yaşamaq istədiyini bildirdikdən sonra Elçin hirslənərək bu gündən etibarən onlara əlindən gələn pislikləri edəcəyini demişdir. Belə ki, Elçin Sevilin onunla birlikdə Gəncə şəhərinə yaşamağa gəlməyəcəyi halda, Nailəni öldürəcəyini bildirmişdir. Yekunda atası onları evə qədər ötürmüşdür. Qapıda sonuncu Sevilə “özün bilərsən, hər şey səndən asılıdır, mən deyəcəyimi dedim” deyərək hədələmişdir. Bundan sonra o, atası Elçini görməmiş, onunla danışmamışdır. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, 30 iyul 2021-ci il tarixdə, saat təqribən 13-14 radələrində anası ilə evdən çıxaraq onun işlədiyi “Ulduz” kurslarına getmiş, kursda olduqları zaman nənəsi Dilbər Nailəyə zəng edərək evə yastıq üzü almağı tapşırmışdır. Ona görə də onlar kursdan çıxandan sonra ətrafda olan “Ucuzluq” supermarketə getmiş, lakin uyğun yastıq üzü olmadığı üçün heç nə almayıb çıxmışlar. Onlar mağazadan çıxdıqdan sonra avtobusa minərək evə tərəf qayıtmışlar. Saat təqribən 19 radələrində «Xırdalan dairəsi» ətrafında avtobusdan düşdükdən sonra Nailə ilə birlikdə evə tərəf yollanmış, arxa küçələrin birinə girdikləri vaxt nənəsi Dilbər Nailəyə zəng etmiş, lakin sonuncu artıq evə az qaldığını nəzərə alıb zəngə cavab verməmək qərarına gəlmişdir. Arxa küçə ilə getdikləri zaman o, qəflətən arxaya tərəf çönmüş, Elçinin əlində güllü paketlə onlara tərəf qaça-qaça gəldiyini görmüşdür. O, anasını atasının üzərilərinə qaçması barədə xəbərdar etdikdən sonra Nailə Elçinə tərəf dönmək istəmiş, lakin artıq bu zaman Elçin onlara yaxınlaşıb Nailənin sol qolundan tutmuşdur. Elçin Nailəni tutandan sonra anası ona “bismillah, əlimi burax” demişdir. Həmin vaxt Nailənin əlində olan mobil telefon yerə düşmüş, Nailə yerə əyilərək telefonu götürmək istəyərkən Elçin sonuncunun saçlarından tutaraq yerdə olan daşa vurmağa başlamışdır. Elçin əlindəki güllü paketi silkələyib yerə boşaltmış, həmin paketdən bir neçə bıçaq yerə düşmüşdür. Elçin həmin bıçaqlardan dəstəyi qara rəngli olanı sağ əlinə götürmüşdür. O, Elçinin bu hərəkətlərinə mane olmaq üçün Elçinin sağ əlindən tutmaq istədikdə, sonuncu sağ əli ilə onu itələyərək yerə yıxmışdır. Buna görə də o, bel nahiyəsindən xəsarət almışdır. O, yerə yıxıldıqdan sonra ayağa qalxmış, həmin vaxt Elçinin dəstəyi qara rəngli olan bıçaqla Nailənin sinə nahiyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirdiyini görmüşdür. O, Elçinin Nailəni bıçaqla vurmağını gördükdə çox qorxduğu üçün donub qalmış, bir qədər özünə gəldikdən sonra isə qışqırmağa başlamışdır. Daha sonra Elçin əlindəki bıçağı orada olan otluğa ataraq hadisə yerindən qaçaraq çıxıb getmiş, o, isə yerdə qan içində olan anasına yaxınlaşaraq ona su vermişdir. Həmin vaxt Nailənin dodağının kəsildiyini, paltarlarının qan olduğunu görmüş, sonuncuya bir az su verəndən sonra dayısını çağırmaq məqsədilə evlərinə tərəf qaçmışdır. Evə çatdıqdan sonra dayısı Xasaya və nənəsi X18 bıçaqladığını danışmış, sonuncular hadisə yerinə getmiş, o, isə evdə qalmışdır. Şahid1, həmçinin ifadəsində göstərdi ki, hadisə vaxtı anası atasına qarşı heç bir müdaxilə edə bilməmişdir. Belə ki, Elçin anasının saçından tutub əvvəl daşa vurmuş, sonra isə anasının bədəninin müxtəlif yerlərinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Hadisə vaxtı onun üstündə mobil telefon olmamış, o, ümumiyyətlə telefon işlətməmişdir. O, hadisədən dərhal sonra anasına su içirtmiş və anasının nəfəsinin kəsik-kəsik gəldiyini və ayağının digər ayağının üstünə düşdüyünü görüb arxa yolla nənəsigilin evinin qarşısına getmiş, onlara olanlar barədə məlumat vermiş, özü evdə qalmış və nənəsinin telefonu ilə xalasına zəng edib hadisə barədə ona da demişdir. O, anasına su içirən zaman artıq Elçin orada olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq Nailə Əliyevanı incitmiş, döymüş, həmçinin dəfələrlə öldürməklə hədələmişdir. Hadisədən iki gün öncə onları dönər yeməyə apardıqda Elçin onlara “mən qoymaram ki, mən Gəncədə işləyim əziyyət çəkim, Nailə də burada rahat yaşasın” sözlərini demişdir. Elçin Nailəyə onun gözləri qarşısında çoxlu sayda bıçaq xəsarəti yetirərək öldürmüşdür. O, həmin hadisəni müşahidə etdikdə qorxduğu üçün donub qalmış, özünə gəldikdə isə qışqırmağa başlamış, hadisələri şəxsən birbaşa müşahidə etmişdir. Bu günə qədər də Elçinimn Nailəni necə bıçaqladığı onun gözünün qarşısındadır, hadisəni unuda bilmir. Elçinin onu itələməsi nəticəsində onun xəsarət alması onun hadisə yerində olmasını və hadisənin onun gözləri qarşısında törədildiyini bir daha təsdiq edir. Nailə heç zaman ona və bacı-qardaşına baş verənlər barədə kiməsə danışmağa icazə verməmiş, onları narahat etmək istəməmişdir. Elçinin 28 iyul 2021-ci il tarixdə dönərxanada onlara dediklərini o, Nailəyə danışdıqda, sonuncu ona narahat olmamağı demiş, Elçinin ancaq sözdə hədələyə biləcəyini bildirmişdir. Elçin Nailəni və onları idarə etmək, mütəmadi olaraq nəzarəti altında saxlamaq istəmiş, onlara çölə çıxmağa belə icazə verməmişdir. Onun anası mərhum Nailənin kənar heç kimlə münasibəti olmamış, Elçin bu barədə özündən uydurmuşdur. Elçin onlara aliment ödənilmədiyi üçün anası atasının hərbidə işlədiyi dövr ərzində rəhbərliyi ilə danışaraq alimentin ödənilməsində kömək istəmiş, başqa məqsədlə onlarla danışmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan azyaşlı Şahid1 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 ifadələri yerində yoxlanılarkən sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir (İİ cild, səh. 66-68). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan azyaşlı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid1 məhkəməyədək icraat mərhələsində göstərdiyi və məhkəmə istintaqı zamanı bir daha təsdiq etdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə ifadəsini bir daha təsdiq etmişdir (İİ cild, səh. 102-104). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qızı Şahid6 ifadəsində məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Məcid Əliyev, şahid qismində dindirilmiş X17, Şahid10 və ifadəsi tədqiq olunan Şahid7 ilə oxşar məzmunlu ifadə verdi, həmçinin göstərdi ki, Elçin məhkəmə tərəfindən müəyyən olunmuş alimentləri ödəmədiyindən anası alimentləri tələb etsə də, Elçin pulunun olmasına baxmayaraq həmin alimentləri ödəməkdən imtina etmişdir. Bu səbəbdən də Nailə məcbur olaraq Elçinin iş yeri üzrə müdriyyəti ilə əlaqə saxlayaraq orada işləyən Etibar müəllimdən alimentlərin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Nailənin həmin şəxslə hər hansı şəxsi münasibəti olmamış, sonuncu sadəcə Elçindən aliment ödənilməsinə nail olmaq üçün Etibar adlı şəxslə yazışmışdır. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, 28 iyul 2021-ci il tarixdə, saat təqribən 16 radələrində Elçin Bakıya gəlmiş, nənəsinin və dayısının icazəsi ilə onlar ataları Elçinlə görüşmüşlər. Elçin onu özü ilə birlikdə Gəncə şəhərində yaşamağa dəvət etmiş, onu orada oxudacağına söz vermiş, onun anası ilə birlikdə yaşamasını istəmədiyini demiş, Nailəni qəsdən pisləyərək yalandan sonuncunu evə baxmağı, uşaqlara tərbiyə verməyi bacarmamaqda ittiham etmişdir. Həmin gün onlar Elçinlə birlikdə yaşadıqları evin ətrafında olan “Şaurma” adlı dönərxanaya gedərək orada oturmuşlar. X35 pisləməyə davam etmişdir. O, Elçinlə yaşamayacağını, anası ilə yaşamaq istədiyini bildirdikdən sonra Elçin hirslənərək bu gündən etibarən onlara əlindən gələn pislikləri edəcəyini demişdir. Elçin həmçinin onlara “ananızı bir gün tutacam, mən icazə verməyəcəm ki, o, rahat yaşasın” deyərək onları hədələmişdir. Daha sonra Elçin onları evə qədər ötürmüşdür. Qapıda sonuncu ona “özün bilərsən, hər şey səndən asılıdır, mən deyəcəyimi dedim” deyərək hədələmiş, onu aparmaq istədiyini bildirmişdir. Elçin Nailəsiz yaşaya bilməmiş, odur ki, onu öz tərəfinə çəkmək və bununla da Nailənin məcburi olaraq Elçinlə birlikdə yaşamasını təmin etmək istəmişdir. Bundan sonra o, Elçini görməmiş, sonuncu ilə danışmamışdır. Bundan başqa, Şahid6 ifadəsində göstərdi ki, 30 iyul 2021-ci il tarixdə o, evdə olarkən saat təqribən 19 radələrində Aydın qışqıra-qışqıra evə gəlmiş, “anamı bıçaqladı, anamı bıçaqladı” deyib ağlamışdır. O da dərhal hadisə yerinə qaçmış, anasının bıçaqlandığı vəziyyətdə yerdə olduğunu görmüşdür. Daha sonra onlar dayısı və nənəsi ilə birlikdə Nailəni Respublika Kliniki Xəstəxanaya aparsalar da, anasının həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, təqribən son üç iləvvəl «Xırdalan dairəsi» ətrafında yerləşən “Restoran 032” adlı kafedə aşbaz vəzifəsində işləmişdir. 30 iyul 2021-ci il tarixdə, saat 10 radələrində işə gələrək gün ərzində işdə olmuşdur. Saat 19:10 radələrində kafenin sahibi Qanuni nümayəndə2 oğlu Ruslanla birlikdə kafedən çıxaraq qaz sayğacını koddan çıxarmağa getmişdir. Belə ki, qaz kəsildiyindən sayğacı koda düşmüş, bir manatlıq kredit götürməklə sayğacı koddan çıxarmaq istəmişlər. Qaz sayğacı kafenin arxa hissəsində, baxılan iş üzrə baş vermiş hadisə yerindən təqribən 60-70 metr aralıda yerləşmişdir. Onlar sayğaca yaxınlaşdıqdan sonra üzü sayğaca tərəf dayanaraq koddan çıxarmağa çalışmışlar. Sayğacı koddan çıxarmaq üçün barmağını düyməyə basıb gözləyərkən o, uşaq qışqırıq səsini eşitmiş, küçəyə tərəf çönərək əynində ağ rəngli köynək və boz rəngli ətək olan bir qadının yerdə qan içində uzandığını görmüşdür. Həmin vaxt tanımadığı bir kişinin onlara tərəf qaçdığını görmüş və o, həmin kişidən nə baş verdiyini soruşmuşdur. Tanımadığı kişi ona “arvadımdır, vurmuşam, əcəb eləmişəm, gedirəm polisə təslim olmağa” deyərək cavab vermiş, lakin həmin sözləri dedikdən sonra yenidən yola tərəf qaçmağa başlamışdır. Həəmin vaxt bıçaqlanan qadının yanında olan azyaşlı uşaq isə “anamı vurdu, anamı öldürdü, kömək eləyin” deyərək qışqırmışdır. O, hadisənin uşağın gözü qarşısında törədildiyini anlamışdır. Hadisəni törədən tanımadığı həmin kişi yola tərəf qaçdıqdan sonra kafenin sahibi Qanuni nümayəndə2 oğlu Ruslan sonuncunun dalınca qaçmışdır. O, özü isə qadına yaxınlaşaraq onun yerdə qan içində, cinayətin aləti olan bıçağın da orda otluqda olduğunu görmüşdür. Bundan sonra ətrafda olan şəxslər qadının meyiti ətrafına toplaşmışdır. Ruslan hadisəni törədən həmin kişinin arxasınca qaçaraq hadisə yerindən uzaqlaşmasının qarşısını almışdır. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumatı olmamış, hadisənin iştirakçılarını tanımamışdır. Hadisə vaxtı o, qadının səsini eşitməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində məhkəmə baxışı zamanı məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi, həmçinin göstərdi ki, Şahinlə ğirlikdə sayğacın balansını artıran zaman üzərində ağ rəngli köynək, tünd rəngli ətək olan, əvvəllər tanımadığı bir qadın və üzərində qırmızı rəngli köynək olan, əvvəllər tanımadığı bir oğlan uşağı birlikdə söhbət edə-edə onların yanlarından keçib getmiş, lakin nə barədə danışdıqlarına fikir verməmişdir. Həmin qadının əlində sellofan torba olmuşdur. Onlar sayğacın balansını artırsalar da yenidən kafeyə təbii qazın verilməsində problem yaranmışdır. Şahinlə birlikdə sayğacı düzəltməyə çalışarkən həmin vaxt bir qadının qışqırıq səsi gəlmiş, həmçinin yanlarından keçən azyaşlı uşaq bir az onlara tərəfə gələrək “atam anamı öldürdü” deyib ağlamışdır. O, geriyə, həmin uşaq tərəfə döndüyü zaman bir az əvvəl yanlarından keçən qadını yerdə hərəkətsiz vəziyyətdə görmüş, onların arasında təxminən 10 metr məsafə olmuşdur. Həmin istiqamətdə getdikləri zaman yerdə uzanıqlı vəziyyətə olan qadın, yanında isə üzərində qırmızı rəngli köynək və göy rəngli cins şalvar olan tanımadığı bir şəxs olmuşdur. Sonuncunun əlində bıçaq olmuş, həmin bıçağı divarın dibinə doğru otların üzərinə atmış və onların istiqamətinə iti addımlarla gəlməyə başlamışdır. Şahin həmin adamı saxlayıb “sən nə etdin” deyə sual verəndə sonuncu “arvadımdır, vurmuşam, əcəb eləmişəm, gedirəm polisə təslim olmağa” məzmunda cavab vermiş və yolun kənarında taksilər dayanan yerə getmişdir. Orada “Vaz 011” markalı dövlət qeydiyyat nömrə nişanlı, açıq yaşıl rəngli avtomobilə əyləşmişdir. O, həmin avtomobilə əli ilə vurub saxlamağını istəmiş, lakin sürücü onun səsini eşitməmişdir. Həmin vaxt təxminən 5-6 metr aralıda dövlət yol polisinə məxsus xidməti avtomobili görüb həmin istiqamətdə qaçmış, polis əməkdaşına taksini göstərək həmin avtomobildə adam öldürən şəxs olduğunu, qaçdığını bildirmişdir. Dövlət yol polisinin əməkdaşı dərhal avtomobildən düşərək taksiyə saxla işarəsi vermiş, taksi dərhal avtomobili yolun kənarına çəkərək saxlamışdır. Polis əməkdaşı həmin şəxsi avtomobildən düşürdüb dövlət yol polisinə məxsus xidməti avtomobildə əyləşdirmiş, sonuncunu sorğu sual edib niyə həmin qadını vurduğunu soruşmuş, saxlanılan kişi nalayiq ifadə işlədərək “ölməlidir” deyə cavab vermişdir. Daha sonra isə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişdir. O, hadisənin iştirakçılarını tanımamış, onlarla heç bir münasibəti olmamışdır. O, hadisə yerinə tam olaraq yaxınlaşmadığı üçün hadisəni kimlərinin görməsi, eləcə də hansı səbəbdən törədilməsi barədə məlumatı olmamışdır. Belə ki, o, yalnız qadının qışqırıq səsini eşitmiş, həmin qadının aman diləməsini, yalvarmasını eşitməmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışı zamanı iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2011-ci ildən daxili işlər orqanlarında müxtəlif vəzifələrdə, 2020-ci ildən hazırkı vaxtadək isə Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol patrul xidməti baş inspektorudur, polis leytenantı rütbəsindədir. 30 iyul 2021-ci il tarixdə, saat 19 radələrində «Xırdalan dairəsi»ndə **-YP-*** saylı patrul avtomobilində xidmətdə olduğu zaman bir nəfər tanımadığı, yetklinlik yaşına çatmayan oğlan ona yaxınlaşaraq «Xırdalan dairəsi» ətrafında ara küçələrin birində bir nəfər kişinin qadını bıçaqlaması və həmin kişinin taksi avtomobilinə minərək hadisə yerindən uzaqlaşmaq istəməsi barədə məlumat vermişdir. O, həmin oğlanın göstərdiyi istiqamətdə avtomobili sürərək orada yaşıl rəngli “VAZ 21011” markalı taksi avtomobilini qarşısını kəsib saxlamış, avtomobilə əyləşmiş şəxsi düşürdüb sorğu-sual etdikdə sağ əlində qan ləkəsinin olduğunu görmüşdür. Daha sonra söhbət zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək arvadını bıçaqla vurduğunu bildirmişdir. Bu səbəbdən də o, həmin şəxsi saxlayaraq şəxsiyyətinin müəyyən edilməsi üçün xidmət etdiyi Ekologiya postuna aparmış, sonuncunun şəxsiyyəti müəyyənləşdirilmiş, onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, onun aidiyyəti üzrə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə təhvil verilməsi onlar tərəfindən təmin edilmişdir. Təqsirləndirilən şəxs sorğu-sual etdikdə sonuncu arvadının boşanmaq istəməsi səbəbindən öldürdüyünü ona danışmışdır. Bundan başqa, onun hadisə barədə, o cümlədən Elçinin oğlunun hadisəni görüb-görməməsi barədə məlumatı olmamışdır (İ cild, səh. 180-183). Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, “VAZ 21013 minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək taksi sürücüsü kimi fəaliyyət göstərmiş və adətən «Xırdalan dairəsi» ətrafında dayanıb müştəri gözləmişdir. 30 iyul 2021-ci il tarixdə, saat 19 radələrində «Xırdalan dairəsi» ətrafında, Binəqədi şossesində yerləşən arxa küçələrin birində avtomobildə oturub gözləmədə olduğu vaxt əynində qırmızı rəngli qısaqol köynək və göy rəngli cins şalvar olan bir nəfər orta yaşlı şəxs avtomobilin qapısını açıb ön sərnişin oturacağında əyləşərək ondan avtomobili Xırdalan şəhərinə sürməyini xahiş etmişdir. Bundan sonra o, avtomobili işə salaraq irəli sürmüş, lakin avtomobili hərəkətə salıb bir qədər irəlilədikdən sonra Binəqədi şossesinə çıxan kimi Yol Patrul Xidmətinin əməkdaşı əl ilə saxla işarəsi verdiyindən o, avtomobili saxlamışdır. Bundan sonra həmin polis əməkdaşı ona avtomobilindəki sərnişinin adam öldürdüyünü bildirərək sonuncunu hara apardığını soruşmuş və onun yanında əyləşmiş şəxsi avtomaşından düşürdərək polis avtomobilinə aparmışdır. O, isə saxlanıldığı yerdə dayanmağa icazə olmadığına görə avtomobili irəli sürmüş və qabaqdan dönərək əvvəlki vəziyyətinə qayıtmış, ətrafdakı şəxslərdən avtomobilinə əyləşmiş səxsin həmin ərazidə özünün keçmiş arvadını bıçaqla vurub öldürdüyünü öyrənmişdir. Yol Patrul Xidmətinin əməkdaşları cinayətkarı hadisə yerindən aparmışlar. Onun baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. O, belə bir hadisənin baş verməsi barədə yalnız adını hazırda öyrəndiyi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmasından sonra ətrafda olan şəxslərdən öyrənmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamışdır. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən təqsirləndirilən şəxsin qardaşı Şahid11 Elçinlə Nailə 2003-cü ildə ailə həyatı qurmuş, lakin nikahlarını rəmləşdirməmişlər. Dörd övladları dünyaya gəlmişdir. Evlilik dövründə mütəmadi olaraq mübahisələr olmuş, Nailə hər bir xırda mübahisə ilə bağlı Elçin barəsində polisə və məhkəməyə şikayət etmiş, buna görə də Elçin Binəqədi, Göygöl və Gəncə Hərbi Məhkəməsi tərəfindən məhkum olunmuşdur. Eyni zamanda Nailə hər bir xırda mübahisədən sonra uşaqları götürərək Bakı şəhərinə anasıgilə getmiş, yeganə olaraq Əzim atasını seçdiyi üçün Elçinlə qalmışdır. Nailə qardaşından ayrılmış və məhkəmə tərəfindən onların arasında aliment kəsilmişdir. O, bir qardaş kimi Elçindən dəfələrlə arvadı Nailədən əl çəkməyini tələb etsə də, Elçin hər dəfə Nailəni yenidən qəbul edərək birlikdə yaşamağa davam etmişdir. Səbəblərini Elçindən soruşduqda sonuncu uşaqlara görə Nailə ilə birgə yaşamaq istədiyini, uşaqlarını atasız qoymaq istəmədiyini bildirmişdir. Beləliklə də, Elçin ilə Nailə 19 il ərzində dava-qırğın içərisində yaşamış, Nailə hər dəfə uşaqları götürüb Bakıya getsə də, yekunda Elçinlə barışaraq birlikdə yaşamağa davam etmişdir. Şahid11 ifadəsinin davamında göstərdi ki, sonuncu dəfə Nailə təqribən 10-11 iyun 2021-ci il tarixlərdə, Elçin işlə əlaqədar olaraq Bakı şəhərində olarkən Nailə sonuncuya heç bir söz demədən uşaqlarını da götürüb Bakı şəhərinə anasıgilə aparmışdır. Elçin Nailədən bunun səbəbini soruşduqda Nailə “səndən bezmişəm, səninlə dolana bilmirəm, ürəyim sıxıldı, çıxdım getdim” demişdir. Bundan sonra Elçin yenə də Nailə ilə barışıb sonuncu ilə birlikdə yaşamağa cəhd etsə də, Nailə buna razılıq verməmişdir. Bildiyi qədər, buna görə də Elçin son zamanlar fikri qızı Sevili Nailədən alıb özü böyütmək və Nailə ilə münasibətlərinə son qoymaq istəmişdir. Hadisə günü, yəni 30 iyul 2021-ci il tarixdə Gəncədə onların qohumlarının toy günü olmuş, bir gün əvvəl də onlar Elçinlə birlikdə toyda olmuşlarlar. Həmin gün Elçin ona Şəmkir rayonuna əvvəllər işlədiyi hərbi hissəyə paltar pulu almağa getməli olduğunu demiş və toya oğlu Əzimlə birlikdə getməyi təklif etmişdir. Bu səbəbdən də o, Əzimi götürərək həmin toya getmiş və axşam saat 23 radələrində toydan çıxıb Əzimlə birlikdə Göygölə qayıdarkən Elçinin mobil telefonuna zəng edərək harada olduğunu öyrənmək istəmiş, lakin Elçin zənglərinə cavab verməmişdir. Odur ki, o, Əzimi də götürüb öz evlərinə getmişdir. Evdə olarkən gecə saat təqribən 24 radələrində qohumları onlara zəng edərək qardaşı Elçinin həmin gün arvadı Nailəni Bakı şəhərində bıçaqlayaraq öldürdüyünü bildirmişdir. Bildiyi qədər, Nailə 19 illik evlilik dövründə Elçini bezdirmiş, mütəmadi olaraq sonuncunun barəsində polisə, məhkəməyə və prokurorluğa şikayətlər etmişdir. Nailə, həmçinin Elçinin rəisi ilə telefonda danış və qızı Sevili ona verməmişdir. Məhz bu səbəblərdən Elçin Nailəni qətlə yetirmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid8 məhkəmə baxışı zamanı iştirakı təmin edilmədiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu. Şahid8 tədqiq olunan həmin ifadəsində özü və ailə üzvləri barədə məlumat verib göstərmişdir ki, Onun valideynləri ilə münasibəti yaxşı olmuş, lakin atası ilə daha yaxın olmuşdur. Digər uşaqlar anası ilə birlikdə yaşasa da, o, atası ilə birlikdə yaşamışdır. Belə ki, o, bəzən anasının düzgün hərəkət etmədiyini düşünmüşdür. Atası ilə anası arasında mütəmadi olaraq mübahisələri olmasına baxmayaraq, atası həmişə ailələri naminə anası ilə barışaraq birlikdə yaşamağa cəhd etmişdir. Anası isə hər bir xırda mübahisə ilə bağlı Elçin barəsində polisə və məhkəməyə şikayət etmiş, hər bir xırda mübahisədən sonra bacısını və qardaşlarını götürərək Bakı şəhərinə nənəsigilə getmişdir. O, isə atasının yanında qalmağı seçmişdir. Elçinlə Nailə arasında ailə-məişət zəmnində baş verən mübahisələr nəticəsində Nailə Göygöl rayon məhkəməsinə müraciət edərək Elçindən boşanmışdır. Məhkəmə tərəfindən sonuncuya aliment kəsilmişdir. Bundan sonra anası hər dəfə onları götürərək Bakıya gəlmiş, 5-6 aydan sonra Elçin ilə barışaraq Gəncəyə qayıtmış və mütəmadi olaraq eyni ssenari təkrarlanmışdır. Həmin müddət ərzində Elçinlə Nailənin bir neçə dəfə məhkəmələri olmuş, hətta Elçin hərbidə işlədiyi dövr ərzində sonuncu Gəncə hərbi məhkəməsi tərəfindən Nailəni vurduğu üçün məhkum olunmuşdur. Şahid8 tədqiq olunan həmin ifadəsində 2020-ci ilin yay aylarında valideynləri sonuncu dəfə barışmış və Nailə bacı-qardaşlarını götürərək Gəncə şəhərinə onlarla birlikdə yaşamağa gəlmişdir. Bundan sonra onlar təqribən 6-7 ay ərzində mübahisə və münaqişəsiz yaşamışlar. Bu müddət ərzində Nailə hər hansı yerə şikayət etməmiş, evdə söz-söhbət olmamışdır. Təqribən 5-6 iyun 2021-ci il tarixdə o, atası ilə birlikdə Bakı şəhərinə sonuncunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə getmişlər. Belə ki, Elçin Bakı şəhərində daş karxanasında mişar daşı alıb Gəncəyə gətirərək satmışdır. O, bu dəfə Elçinlə birlikdə gəlib köməklik göstərmək qərarına gəlmişdir. Bir neçə gün Bakıda qaldıqdan sonra təqribən 10-11 iyun 2021-ci il tarixdə atası səhər saatlarında Nailəyə zəng edərək hal-əhval tutmaq istəmiş, lakin Nailə Elçinin zənglərinə cavab verməmişdir. Onlar narahat olduqlarına görə o, dayısı Xasaya zəng edərək Nailənin harada olması barədə məlumatının olub-olmamasını öyrənməyə çalışmışdır. Xasay da bu barədə məlumatı olmadığını demişdir. X25 qohumlarına zəng vuraraq gedib evə baş çəkmələrini tapşırmış, bir qədər sonra qohumları Elçinə zəng edərək evin qapısının bağlı olduğunu, evdə heç kəsin olmadığını demişlər. Bundan sonra onlar nənəsinə, dayısına və digər qohumlara zəng edərək Nailənin onun bacı-qardaşlarını da götürərək Bakı şəhərinə gəldiyini öyrənmişlər. Həmin gün axşam Elçin Nailə ilə danışaraq səbəbsiz niyə getdiyini öyrənməyə çalışmış, sonuncu isə ona “səndən bezmişəm, səninlə dolana bilmirəm, ürəyim sıxıldı, çıxdım gəldim” cavabını vermişdir. Bundan sonra onlar işlərini yekunlaşdırıb Gəncə şəhərinə qayıtmış və bundan sonra o, Nailə ilə danışmamışdır. X36 zəng edərək ünsiyyət yaratmağa, barışaraq qayıtmağını, barışmadığı halda isə bacısı Sevilin onlarla birlikdə yaşamağını istəmişdir. X37 ilə birlikdə qalıb sonuncunun tərbiyəsini almağını istəməmişdir. Bundan sonra Şahid8 tədqiq olunan həmin ifadəsində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş əmisi Şahid11la oxşar məzmunlu ifadə verib sonuncunun 30 iyul 2021-ci il tarixdə baş vermiş hadisə barədə göstərdiklərini bir daha təsdiq etmişdir (iş vərəqə: İİ cild, səh. 23-27). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «hadisə yerinə baxış keçirilməsi haqqında» 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında olan küçədir. Küçə boyunca çoxlu sayda fərdi yaşayış evləri yerləşir və küçənin hər iki tərəfi üzrə ağaclar vardır. Hadisə yeri küçənin yoldan evlərin istiqamətində dayandıqda sol tərəfdə olan mişar daşından tikilmiş hasarın qarşısındadır. Həmin hasar boyunca dəmir materialdan olan qaz borusu keçir. Hasara bitişik bir ədəd elektrik dirəyi də vardır. Hasar boyunca bitən otluğa baxdıqda burada olan daş parçalarının içərisində bir ədəd güllü rəngli sellofan paket və bir ədəd dəstəyi ağ rəngli olan bıçaq aşkar edilir. Sellofan paketin içərisində bir ədəd “Orbit” markalı saqqız, dəstəyi ağ rəngli bıçağın üzərində isə qiymət işarələri müəyyən olunur. Eyni zamanda daşlığın arasında üzərində qanabənzər ləkələr olan bir ədəd fərdi qoruyucu maska, habelə üzərində qanabənzər ləkələr olan bir ədəd daş parçası vardır. Bundan başqa hasar boyunca bitən otluğun dibinə diqqətlə baxdıqda burada bir ədəd dəstəyi qara rəngli olan bıçaq aşkar edilir. Həmin bıçağın üzərində qanabənzər ləkələr vardır. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir digər hal müəyyən olunmadı (iş vərəqə: İ cild, səh. 4-12). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan «meyitə baxış keçirilməsi haqqında» 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzandırılmışdır. Meyitin əynində ağ rəngli uzunqol köynək, boz rəngli ətək, boz rəngli büstqalter və çəhrayı rəngli tuman vardır. Köynəyin üzərində çoxsaylı kənarları hamar zədələr vardır. Köynək və büstqalter qanla bulaşıqlıdır. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 155 santimetrdir. Meyit əllə toxunduqda istihaldır. Meyitin arxa səthində qırmızımtıl-göyümtül rəngli, zəif intensivlikli, təzyiq etdikdə rəngi itən və 20-30 saniyəyə bərpa olan meyit ləkələri vardır. Meyit qacıması çeynəmə əzələlərində kafi, yoxlanılan digər əzələ qruplarında zəif inkişaf etmişdir. Baş tükləri qara rəngdədir, 30,0 santimetrə qədər uzunluqdadır. Kəllə sümüklərini əllədikdə sınıq hiss olunmur. Gözləri qapalıdır, bəbəklərin diametri 0,5 santimetrdir, buynuz qişa parlaqdır. Qulaq seyvanları tamdırlar. Xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar. Ağzı yarımaçıqdır, dili ağız boşluğunda sərbəst yerləşmişdir. Üst və alt çənələrdə dişləri tamdır və təbiidir. Boynu orta uzunluqda və köklükdədir. Döş qəfəsi konusvaridir, simmetrikdir. Qabırğalar əllədikdə tamdırlar. Qarnı qabırğa qövsləri səviyyəsindən bir qədər aşağıda yerləşir. Qasıq nahiyəsində tüklərin uzunluğu 0,5-1,0 santimetrdir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün inkişaf etmişdir. Uşaqlıq yolundan ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətrafındakı dəri təmizdir, zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: 1) Üst dodaqda ortada 1,8x0,8 santimetr ölçüdə çəp istiqamətdə yerləşmiş bucaqları iti, kənarları hamar yara vardır. 2) Boyun kökünün sağ yarısında – körpücük sümüyü proyeksiyasında ayaqaltından 129 santimetr yuxarıda şaquli istiqamətdə yerləşmiş 4,5x1,8 santimetr ölçüdə kənarları hamar yara vardır. Yaranın yuxarı ucundan arxaya doğru 3 santimetr uzunluqda, aşağı ucundan önə doğru 6,5 santimetr uzunluqda cızıqlar ayrılır. Yara kanalının dərinliyi təxminən 1,5 santimetrə qədərdir. Yaranın dibini döş əzələsi təşkil edir. 3) Sağ bazu oynağı nahiyəsinin üst səthində 2,0x1,0 santimetr ölçüdə kənarları hamar səthi yara vardır. 4) Döş qəfəsinin ön səthində ortada – döş sümüyü cismi proyeksiyasında ayaqaltından 125 santimetr yuxarıda saat sferblatının “7” və “2” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş 2,5x0,5 santimetr ölçüdə yuxarı-sol ucu iti, aşağı-sağ ucu küt olan kənarları hamar yara vardır. Yara kanalının dərinliyi təxminən 2,0 santimetrə qədərdir. Yaranın dibini döş sümüyü cismi təşkil edir. 5) Sağ süd vəzisinin yuxarı-bayır kvadrantında ayaqaltından 116 santimetr yuxarıda saat sferblatının “2” və “7” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş 3,0x1,0 santimetr ölçüdə yuxarı-sol ucu küt, aşağı-sağ ucu iti olan kənarları hamar yara vardır. Yaranın yuxarı ucundan əlavə quyruqşəkilli yara ayrılır. Yara kanalının dərinliyi təxminən 2,0 santimetrə qədərdir. Yaranın dibini döş əzələsi təşkil edir. 6) Sağ süd vəzisinin aşağı-bayır kvadrantında ayaqaltından 113 santimetr yuxarıda saat sferblatının “5” və “10” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş 2,2x1,2 santimetr ölçüdə yuxarı-sağ ucu iti, aşağı-sol ucu küt olan kənarları hamar yara vardır. Yara kanalının dərinliyi təxminən 2,0 santimetrə qədərdir. Yaranın dibini döş əzələsi təşkil edir. 7) Döş qəfəsinin sol yarısının ön səthində - İİ-İİİ qabırğa səviyyəsində ayaqaltından 123 santimetr yuxarıda üfüqi istiqamətdə yerləşmiş 2,0x1,0 santimetr ölçüdə sol ucu iti, sağ ucu küt olan kənarları hamar yara vardır. Yara kanalının dərinliyi təxminən 7,5 santimetrdir, istiqaməti soldansağa, yuxarıdan-aşağıya, öndən-arxaya doğrudur. Yara döş boşluğuna nüfuz edir. 8) Sol süd vəzisinin yuxarı-iç kvadrantında ayaqaltından 120 santimetr yuxarıda üfüqi istiqamətdə yerləşmiş 3,0x1,2 santimetr ölçüdə sol ucu iti, sağ ucu küt olan kənarları hamar yara vardır. Yaradan dərialtı piy qatı bayıra çıxmışdır. Yara kanalının dərinliyi təxminən 8,0 santimetrdir, istiqaməti soldan-sağa, yuxarıdan-aşağıya, öndən-arxaya doğrudur. Yara döş boşluğuna nüfuz edir. 9) Sol süd vəzisinin yuxarı-bayır kvadrantında ayaqaltından 120 santimetr yuxarıda saat sferblatının “2” və “5” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmiş 4,0x2,5 santimetr ölçüdə sol-yuxarı ucu küt, sağ-aşağı ucu iti olan kənarları hamar yara vardır. Yara kanalının dərinliyi təxminən 12,0 santimetrdir, istiqaməti soldansağa, yuxarıdan-aşağıya, öndən-arxaya doğrudur. Yara döş boşluğuna nüfuz edir. 10) Sol mil-bilək oynağı nahiyəsinin ön səthində 1,5x0,2 santimetr ölçüdə kənarları hamar səthi yara vardır. 11) Sol əlin İ barmağının əsas falanqasının ön səthində 1,5x0,3 santimetr ölçüdə kənarları hamar səthi yara vardır. 12) Sol əlin ovuc səthində İİ əldarağı sümüyü proyeksiyasında 2,5x0,2 santimetr ölçüdə kənarları hamar səthi yara vardır. 13) Sol əlin ovuc səthində İİ-İİİ barmaqlarası nahiyədə 2,0x0,3 santimetr ölçüdə bucaqları iti, kənarları hamar yara vardır. 14) Sol əlin V barmağının orta falanqasının iç səthində 1,3x0,2 santimetr ölçüdə kənarları hamar səthi yara vardır. Bundan başqa meyitin bədən səthində hər hansı digər xəsarət aşkar olunmadı (iş vərəqə: İ cild, səh.13-22). Daha sonra, işdə olan vuə məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi və götürmə haqqında» 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş şalvar tünd göy rəngli cins materialındandır, iki yan və iki arxa cibləri vardır, “Ximinanzhuang” etiketlidir, üzərində hər hansı zədə və ya iz aşkar olunmadı. Təqdim olunmuş köynək tünd qırmızı rənglidir, qısaqoldur, ön səthində zəncirbənd vardır, “Billionaire” etiketlidir, köynəyin sağ yarısının yuxarı hissəsində iki ədəd zədə müşahidə olunur (iş vərəqə: İ cild, səh.62-67). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «əşyanın tanınmaya təqdim edilməsi haqqında» 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirərək hadisə zamanı, yəni 30 iyul 2021-ci il tarixdə saat 19 radələrində 2 nömrə ilə işarələnmiş bıçaqla qeyri-rəsmi nikah münasibətlərində olduğu arvadı X9 bir neçə zərbə endirməklə sonuncunu öldürmüşdür. Həmin bıçağı o, hadisədən bir müddət öncə Xırdalan dairəsi ətrafında yerləşən “Neptun” marketdə almışdır. O, qeyd olunan bıçağı zahiri əlamətlərinə, o cümlədən qara rəngli dəstəyinə və dəstəyin üzərində olan naxışların formasına görə tanıdı. Bundan başqa, Təqsirləndirilən şəxs 5 nömrə ilə işarələnmiş bıçağı göstərib hadisə günü həmin bıçağı cinayətin aləti olan bıçaqla birlikdə “Neptun” marketdə aldığını bildirərək hadisə zamanı bu bıçaqdan istifadə edilmədiyini qeyd etdi. O, hadisə zamanı ikinci bıçağı birinci bıçağın qırılacağı halda istifadə etmək niyyətində olduğunu əlavə etdi. Həmin bıçağı o, zahiri əlamətlərinə, o cümlədən ağ rəngli dəstəyinə, tiyənin üzərində olan nöqtələrə, eləcə də üzərində olan qiymət işarəsinə görə tanıdı (iş vərəqə: İ cild, səh.73-76). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi haqqında» 14 avqust 2021-ci il tarixli protokoldan görünür ki, ilkin olaraq “TŞ8- 059.1” adlı DVD “HP” markalı kompüterə yerləşdirilərək açıldı və həmin diskdə iki ədəd “TS8-059.1 – Part 1 (2021-07-30 17-59-58 - 2021-07-30 19-00-21)” və “TS8-059.1 – Part 2 (2021-07-30 19-00-21 - 2021-07-30 19-29-59)” adlı fayllar aşkar edildi. Daha sonra həmin fayllar “X31” proqramı vasitəsilə açıldı. “TS8-059.1 – Part 1 (2021-07-30 17-59-58 - 2021-07-30 19-00-21)” başlıqlı faylda iş üçün əhəmiyyət kəsb edən məlumat müəyyən edilmədi. “TS8-059.1 – Part 2 (2021-07-30 19-00-21 - 2021-07-30 19-29-59)” adlı faylda əks olunmuş videogörüntünün 17:53-cü dəqiqəsində isə üzərində taksi işarəsi olan açıq yaşıl rəngli “VAZ 21011” markalı avtomobilin Binəqədi-Xırdalan dairəsi istiqamətində hərəkət edərək avtomaqistral yoluna çıxdığı görünür. Göstərilən avtomobilin dövlət qeydiyyat nişanını müəyyənləşdirmək mümkün olmadı. Daha sonra videogörüntünün 20:59-cu dəqiqəsində videomüşahidə kamerası Binəqədi şossesi istiqamətində dönərək buradakı görüntüləri aydınlaşdıraraq obyektivi baş verənlərə yaxınlaşdırır. X39 Xidmətinin **-YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı və **-YP-*** dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobillərinin, ətrafında isə polis əməkdaşlarının və çoxlu sayda mülki şəxslərin olduğu görünür. İstintaq materiallarına əsasən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol patrul xidməti baş inspektoru Şahid4 xidməti istifadəsindədir. Həmin avtomobilin arxa oturacağında bir nəfər şəxsin əyləşdiyi və polis əməkdaşlarının onun sorğu-sual etdiyi görünür. Kadrlarda həmçinin istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da vardır. Daha sonra TŞ8- 059.2.3 adlı DVD “HP” markalı kompüterə yerləşdirildi və həmin diskə baxış keçirildi. Diskdə üç ədəd “TS8-059.2 – Part 1 (2021-07-30 17-59-59 - 2021-07-30 19-19-27)”, “TS8- 059.2 – Part 2 (2021-07-30 19-19-27 - 2021-07-30 19-29-59)” və “TS8-059.3” adlı fayl vardır. “TS8-059.2 – Part 1 (2021-07-30 17-59-59 - 2021-07-30 19-19-27)” başlıqlı faylın 01:17:19 dəqiqəsində iş üzrə Şahid2 yolun qırağında dayanmış Yol Patrul Xidmətinin **- YP-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilinə qaça-qaça yaxınlaşaraq kənar yola tərəf işarə etməsi, daha sonra isə Yol Patrul Xidməti əməkdaşının avtomobildən düşərək həmin zaman kənar yoldan keçən üzərində taksi işarəsi olan açıq yaşıl rəngli “VAZ 21011” markalı avtomobili əli ilə işarə edərək saxlaması, taksi avtomobilindən əynində qırmızı köynək olan Təqsirləndirilən şəxs düşməsi müşahidə olunur. “VAZ 21011” markalı avtomobilin dövlət qeydiyyat nişanın seriyasının 10-KK hərfləri ilə başlaması görünsə də, nişanın nömrəsi tam olaraq ayın görünmür. “TS8-059.2 – Part 2 (2021-07-30 19-19-27 - 2021-07-30 19-29-59)” adlı faylda olan görüntülər eyni məzmun daşıyır, “TS8-059.3” adlı faylında əks olunmuş məlumatlar isə iş üçün əhəmiyyət kəsb etmir (iş vərəqə: İ cild, səh.213-219). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi haqqında» 31 avqust 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan disk ağ rəngli olmaqla üzərində "xxxx" və “BKC/LGL-14959/21” sözləri həkk olunmuşdur. Qeyd olunan disk “Macbook” markalı kompüterə yerləşdirilərək açıldıqda içərisində 7 ədəd faylın olduğu müəyyən edildi. Həmin fayllar aşağıdakı kimidir: 1) ”fdp.********5__8330**********__isəçxiraT_SMS“ 2) ”fdp.********5__1430**********__isəçxiraT_SMS“ 3) ”fdp.********5__1530**********__isəçxiraT_SMS“ 4) ”fdp.********5___7594**********__ısamşallateD_nirəlgnəZ“ 5) ”fdp.********5___3205**********__ısamşallateD_nirəlgnəZ“ 6) ”fdp.CKB_018553855___9005**********__irələçxiraT_qulsusxəM_nirəlgnəZ“ 7) ”fdp.CKB_963699655___7205**********__irələçxiraT_qulsusxəM_nirəlgnəZ“ Həmin fayllara baxış keçirildiyi zaman müəyyən olunur ki, 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə saat 15:47:07-də “Başqasının kamandirin tel açardın bunu deйaçam onsuz bir şeй qalma” və saat 15:47:10-da “dı vaxda na bilirsan ela йaxşı” məzmunlu hədələyici mesajlar göndərilmişdir. Bundan başqa həmin tarixdə saat 09:18:09da ***-***-**-** saylı mobil nömrədən Nailə Əliyevanın istifadəsində olan mobil nömrəyə “elçin orda йoxsa bakıda onu bil isdadiйim makanda uz uza kalaçik s” məzmunlu digər bir hədələyici mesaj daxil olmuşdur. Zənglərin detallaşmasını nəzərdən keçirdikdə məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Nailə Əliyevanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 27 iyul 2021-ci il tarixdə saat 09:55:36-da 92, daha sonra saat 09:57:33-də 140 saniyəlik danışıq aparılmışdır. Həmin gün saat 11:40:51-də X38 Ələkbərova zəng edərək onunla 1 35 saniyə danışmışdır. Qeyd olunan danışıqlar zamanı Təqsirləndirilən şəxs mobil nömrəsi “20 Yanvar Dairəsi”, “Bakı şəhəri, Moskva prospekti 73 ünvanı” və “Bakı şəhəri, Nəsimi rayonu, 3-cu mkr, H.Əliyev küçəsi” anten dairələrində, Nailə Əliyevanın mobil nömrəsi isə “Caspian Plaza, Bakı, C.Cabbarlı 38” və “Bakı şəhəri, Qabışev küçəsi, ev 56” anten dairələrində istifadədə olmuşdur. Bundan başqa aralarında danışığın aparılması müəyyən edilmir. Beləliklə də, baxış zamanı Təqsirləndirilən şəxs X7 qəsdən öldürdükdən bir neçə gün öncə ona hədə-qorxu məzmunlu mesajlar göndərməsi təsbit olunmuşdur (iş vərəqə: İİ cild, səh.78-84). Məhkəmə baxışı zamanı elan edilməkdə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 30 iyul 2021-ci il tarixli, 131 saylı rəyindən görünür ki, mərhum zərər çəkmiş X5 meyitində aşkar olunmuş xəsarətlər aşağıdakı kimidir: – döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərinin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (2,0x1,0 santimetr ölçüdə). Yara kanalının istiqaməti soldan-sağa, yuxarıdan-aşağıya, öndən-arxaya doğrudur. Yara kanalının dərinliyi 7,5 santimetrdir; – sol süd vəzisinin yuxarı-iç kvadrantının da ayaqaltından sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,2 santimetr ölçüdə). Yara kanalının istiqaməti soldan-sağa, yuxarıdan-aşağıya, öndənarxaya doğrudur. Yara kanalının dərinliyi 8,0 santimetrdir; – sol süd vəzisinin yuxarı-bayır kvadratının sol plevr boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (4,0x2,5 santimetr ölçüdə). Yara kanalının istiqaməti soldan-sağa, yuxarıdan-aşağıya, öndən-arxaya doğrudur. Yara kanalının dərinliyi 12,0 santimetr; – döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (2,5x0,5 santimetr ölçüdə); – sağ süd vəzisinin yuxarı-bayır kvadrantının daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası (3,0x1,0 santimetr ölçüdə); – sağ süd vəzisinin aşağı-bayır kvadrantının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası (2,2x1,2 santimetr ölçüdə); – üst dodağın kəsilmiş yarası (1,8x0,8 santimetr ölçüdə); – boyun kökünün sağ yarısının 2 ədəd cızıqla müşayiət olunan kəsilmiş yarası (4,5x1,8 santimetr ölçüdə); – sol əlin ovuc səthinin kəsilmiş yarası (2,0x0,3 santimetr ölçüdə); – sağ bazu oynağı nahiyəsinin səthi kəsilmiş yarası (2,0x1,0 santimetr ölçüdə); – sol mil-bilək oynağı nahiyəsinin səthi kəsilmiş yarası (1,5x0,2 santimetr ölçüdə); – sol əlin İ barmağının səthi kəsilmiş yarası (1,5x0,3 santimetr ölçüdə); – sol əlin ovuc səthinin səthi kəsilmiş yarası (2,5x0,2 santimetr ölçüdə); – sol əlin V barmağının səthi kəsilmiş yarası (1,3x0,2 santimetr ölçüdə); –başın alın-təpə nahiyəsinin sağ yarısının dərialtı yumşaq toxumasına qansızma. Qeyd olunan xəsarətlər həyati olub, onun ölümündən az əvvəl əmələ gəlmişdir. Həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşiçi-kəsici əşyanın (alətin), kəsilmiş və səthi kəsilmiş yaralar kəsici əşyanın (alətin), başın alın-təpə nahiyəsinə qansızma isə bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə döş qəfəsinin sol yarısının 01 (bir) ədəd və sol süd vəzisinin 02 (iki) ədəd sol plevra boşluğuna keçərək sol ağciyərin yuxarı və aşağı payını zədələyən deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, 03 (üç) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, 03 (üç) ədəd kəsilmiş yaralar və başın alın-təpə nahiyəsinin sağ yarısının dərialtı yumşaq toxumasına qansızma hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, 05 (beş) ədəd səthi kəsilmiş yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. X5 meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni bıçaqla endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Başın alın-təpə nahiyəsinin sağ yarısının dərialtı yumşaq toxumalarına qansızmanın Nailə Əliyevaya bıçaqla endirilmiş zərbələrin təsirindən onun yıxılaraq bərk konsistensiyalı geniş və hamar səthə (ola bilsin asfalta və ya bərk küt əşyaya) zərblə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur. X5 meyitində aşkar olunmuş xəsarətlərin onun öz boyu hündürlüyündən sərbəst yıxılması nəticəsində əmələ gələ bilmələri qeyri-mümkündür. X5 meyitində aşkar olunmuş xəsarətlərdən sol əlin ovuc səthinin kəsilmiş yarası, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İ və V barmaqlarının sol əlin ovuc səthinin səthi kəsilmiş yaraları onun özünü müdafiə etməsi nəticəsində əmələ gələ bilərdilər, meyitdə insan bədənin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ biləcək xəsarət aşkar olunmadı. X5 meyitində aşkar olunmuş xəsarətlərin lokalizasiyalarını nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla müxtəlif vəziyyətlərdə ola bilərdi. X5 ölümünə səbəb döş qəfəsinin sol yarısının və sol süd vəzisinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı və aşağı payını zədələyən deşilmiş-kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən, demək olar ki, onun ölümü meyitin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 30.07.2021-ci il saat 22:00-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. X5 meyitinin uşaqlıq yolundan və arxa keçəcəkdən götürülmüş yaxma və tamponlarda məhkəmə-bioloji müayinə zamanı spermatazoidlər aşkar olunmamışdır. Nailə Əliyevanın meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir (iş vərəqə: İİ cild, səh.57-65). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 31 iyul 2021-ci il tarixli, 1160 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət – sağ əlin arxa səthinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət qərarda göstərilən 30 iyul 2021-ci il tarixdə həmin nahiyənin bərk küt əşyaya və yaxud da bərk küt əşyanın həmin nahiyəyə dəyməsi nəticəsində əmələ gələ bilərdi (iş vərəqə: İİ cild, səh.51-52). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 07 avqust 2021-ci il tarixli, 1178 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar olunmuş xəsarət – bel nahiyəsinin səthi əzilmiş yarası bərk küt əşyanın təsirindən müayinədən 6-9 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Şahid1 bədən səthində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni 30 iyul 2021-ci il tarixdə digər şəxsin onu itələyərək yıxması zamanı yerin bərk səthinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi (iş vərəqə: İİ cild, səh.54-55). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 26 avqust 2021-ci il tarixli, 411-2021/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və X2 məxsus olmuş köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində cəmi 08 (səkkiz) ədəd, sağ yarısının yuxarı hissəsində cəmi 03 (üç) ədəd; büstqalterin ön səthinin sağ yarısında isə 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. X2 məxsus köynək və büstqalterin üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş 2 nömrəli (qara rəngli dəstəkli) bıçağın tiyəsi və ya oxşar konstruktiv alətin (alətlərin) təsirindən əmələ gəlməsi inkar olunmur. X2 məxsus köynək və büstqalter üzərində aşkar edilən düşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş 1 nömrəli (mavi rəngli dəstəkli) bıçağın tiyəsinin təsirindən törənməsi inandırıcı deyildir. X2 məxsus olmuş köynək və büstqalterin üzərində aşkar edilmiş zədələr onun meyitinin üzərində aşkar olunmuş sol süd vəzisinin yuxarı-iç kvadratının ayaqaltından sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin yuxarı payını zədələyən, sol süd vəzisinin yuxarı-bayır kvadratının sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən, döş qəfəsinin ön səthinin daxilə nüfuz etməyən, sağ süd vəzisinin yuxarı-bayır kvadratının daxilə nüfuz etməyən və sağ süd vəzisinin aşağı bayır kvadratının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. X1 meyitində olan digər xəsarətlər- üst dodağın, boyun kökünün sağ yarısının 02 ədəd cızıqla müşayiət olunan və sol əlin ovuc səthinin kəsilmiş yaraları; sağ bazu oynağı, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İ və V barmaqlarının səthi kəsilmiş yaraları açıq nahiyələrində yerləşdiklərinə, başin alın-təpə nahiyəsinin sağ yarısının dərialtı toxumasına qansızma xəsarəti isə meyitin bədəninin daxilində yerləşdiyinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Ekspertizaya təqdim olunmuş və X2 məxsus olmuş büstqalterin ön səthinin sol yarısında 01 (bir) ədəd səthi kəsilmiş zədə vardır. Bu zədə iti kənara malik hər hansı bir kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və X2 məxsus olmuş köynəyin arxa səthinin sağ yarısının orta hissəsində küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyəsinin kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd cırılma zədəsi aşkar olundu. Ekspertizaya təqdim olunmuş və X2 məxsus ətəyin və tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin hər hansı bir alətə (alətlərə, (predmentə, predmentlərə)) ilişib cırılması nəticəsində əmələ gəlməyə xarakterik 02 (iki) ədəd cırılma zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş iki ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdırlar və soyuq silah hesab olunmurlar (iş vərəqə: İİ cild, səh.137- 152). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 01 sentyabr 2021-ci il tarixli, 585/2021-MTBŞ saylı rəyindən görünür ki, X5 qan qrupu ABO sistemi üzrə – 0 alfa beta (İ). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş daş parçası, tibbi maska, X5 uzunqol köynəyi, boz rəngli ətəyi, çəhrayı rəngli tumanı, büstqalteri, qulpu qara olan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda O alfa beta (İ) qrupunu əsas xarakterizə edən H antigeni və alfa, beta aqqlyutinləri alındı. Beləliklə, bu qan O alfa beta (İ) qruplu şəxsə, o cümlədən X9 məxsus ola bilər. Ekspertizaya maddi sübutlar kimi təqdim olunmuş Təqsirləndirilən şəxs göy rəngli cins şalvarı üzərində tədqiqat zamanı qan aşkar olunmadı. Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş qulpu ağ rəngli olan bıçağın, qırmızı rəngli qısaqol köynəyin və gül təsvirli polietilen paketin vizual müayinəsi zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (iş vərəqə: İİ cild, səh.154-159). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixoloji ekspertizasının 03 sentyabr 2021-ci il tarixli, 2007 saylı rəyindən görünür ki, Şahid1 səmimilik, ünsiyyətçilik, emosionallıq, həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Şahid1 fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə baş vermiş hadisəni düzgün qavramaq, təsvir etmək və hadisə ilə əlaqədar düzgün ifadə vermək qabiliyyətinə malikdir. Şahid1 baş vermiş hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı (iş vərəqə: İİ cild, səh.167-168). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13 avqust 2021-ci il tarixli, 1793 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Tədqiq olunan rəylə müəyyən olundu ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, hövsələsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: İİ cild, səh.29-32). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının müvafiq qərarına əsasən cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd daş parçası, bir ədəd fərdi qoruyucu maska, bir ədəd dəstəyi qara rəngli olan bıçaq, bir ədəd dəstəyi ağ rəngli olan bıçaq və bir ədəd üzərində gül şəkili olan sellofan paket, X5 hadisə vaxtı əynində olmuş ağ rəngli uzunqol köynək, boz rəngli ətək, boz rəngli büstqalter və çəhrayı rəngli tuman, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qırmızı rəngli qısaqol köynək və göy rəngli cins şalvar, habelə meyitə baxış zamanı X4 götürülmüş bir ədəd qan nümunəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş iki ədəd CD cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Binəqədi RPİ-nin 6-cı polis bölməsinin 10 avqust 2021-ci il tarixli, 062-24715-1221 saylı məktubundan görünür ki, X5 barəsində təqsirləndirici material daxil olmamış və ailəsi münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Bundan əlavə, X12 16 iyun 2021-ci il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən narahat olunması barədə ərizə ilə müraciət etmiş, lakin 24 iyun 2021-ci il tarixdə təkrar ərizə ilə müraciət edərək şikayət və tələbi olmadığı üçün araşdırmanın dayandırılmasını xahiş etmişdir (iş vərəqə: İİ cild, səh.167-168). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Abşeron rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 22/01536/21-2 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmədə 2019-2021-ci il dövründə hər hansı təqsirləndirici və sair mənfi cəhətdən səciyyələndirən material olmamışdır. Abşeron rayon məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(012)-5216/2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X9 qarşı aliment tutulması barədə iddia tələbi təmin olunmamış, məhkəmənin 07 sentyabr 2020-ci il tarixli, 2(012)- 1732/2020 saylı qərardadı ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X9 qarşı uşaqla ünsiyyət hüququnun verilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və məhkəmənin 18 iyun 2020-ci il tarixli, 2(012)-2261/2020 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh Təqsirləndirilən şəxs qarşı aliment miqdarının dəyişdirilməsinə dair tələbi qismən təmin olunmuşdur(iş vərəqə: İ cild, səh.227-234). İşdə olan və məhkəmə baxışı tədqiq olunan Gəncə Hərbi Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 286 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli, 1-1(095)-041/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir (iş vərəqə: İİ cild, səh.33-38). İşdə olan və məhkəmə baxışı tədqiq olunan Göygöl rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, q32-17/2021 saylı məktubundan görünür ki, X12 və Təqsirləndirilən şəxs barəsində Göygöl rayon məhkəməsinin icraatında mülki işlər, Təqsirləndirilən şəxs barəsində həmçinin inzibati iş və cinayət işi olmuşdur. Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin 18 yanvar 2006-cı il tarixli, 1(066)-08/2006 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 128 və 132-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 300 (üç yüz) misli məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin 06 may 2014-cü il tarixli, 3(066)-82/2014 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə xəbərdarlıq olunmuşdur. Eyni zamanda Göygöl rayon məhkəməsinin 03 sentyabr 2012-ci il tarixli, 2(066)-779/2012 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh Təqsirləndirilən şəxs qarşı aliment tələbi qismən təmin olunmuş, məhkəmənin 06 may 2014-cü il tarixli, 2(066)-432/2014 saylı qətnaməsi ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X9 qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddiası rədd olunmuş və məhkəmənin 01 aprel 2014-cü il tarixli, 2(066)-641/2016 saylı qətnaməsi ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X9 qarşı alimentin məbləğinin azaldılması tələbinə dair iddiası təmin olunmuşdur (iş vərəqə: İİ cild, səh.33-38). Daha sonra, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 08509, 08512 saylı məktubundan görünür ki, X12 və Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsində iki mülki iş olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli, 2(105)-1384/2020 saylı qətnaməsi ilə iddiaçı Təqsirləndirilən şəxs cavabdeh X9 qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi haqqında Abşeron rayon məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(012)-5216/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mülki Kollegiyanın 25 sentyabr 2020-ci il tarixli, 2(105)-2574/2020 saylı qəradadı ilə iddiaçı X5 iddia tələbindən imtina barədə ərizəsi qəbul edilmiş, Abşeron rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(012)-2261/2020 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı X5 cavabdeh Təqsirləndirilən şəxs qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işin icraatına xitam verilmişdir (iş vərəqə: İİ cild, səh.174-183). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 02 avqust 2021-ci il tarixli, 6470 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır (iş vərəqə: İ cild, səh.226). Daha sonra işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 16 avqust 2021-ci il tarixli, 6875 saylı məktubundan görünür ki, X12 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır (iş vərəqə: İİ cild, səh.49). Daha sonra işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 24 avqust 2021-ci il tarixli, 19/51-9229 saylı məktubundan görünür ki, X12 Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur (iş vərəqə: İİ cild, səh.98). Bundan başqa, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 24 avqust 2021-ci il tarixli, 19/51-9230 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur (iş vərəqə: İİ cild, səh.99). Cinayət işində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 10 avqust 2021-ci il tarixli, 16/1-664ia saylı məktubundan görünür ki, X5 Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları müəyyən edilməmişdir (iş vərəqə: İ cild, səh.202). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X7 xüsusi amansızlıqla qəsdən öldürməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır, ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmədə həmin maddə ilə tövsif edilməli və o, Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının (burada: yetkinlik yaşına çatmayan oğulları Aydın Ələkbərovun) yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu bu maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qeyri etirafedici ifadələrini onun törətmiş olduğu xüsusilə ağır cinayətə görə nəzərdə tutulan ağır cəzadan yayınmaq və vəziyyətini yüngülləşdirmək məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128 və 132-ci maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 300 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Tədqiq olunan həmin sənədlərlə bundan başqa müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Ən nəhayət, tədqiq olunan həmin sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur (iş vərəqə: cild İ, səh. 203-205). Göründüyü kimi, Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2006-cı il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli hökmləri üzrə Təqsirləndirilən şəxs məhkumluğunun mübahisələndirilməsinə əsaslar qalmamışdır, yəni qeyd olunun məhkumluqlar ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən verilmiş N avqust 2021-ci il tarixli, 1868 saylı arayışdan görünür ki, Gəncə Hərbi Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 800 (səkkiz yüz) manat miqdarında cərimə 2018-ci ilin iyun ayından 2019-cu ilin mart ayınadək olan müddət ərzində tam tutularaq dövlət nəfinə ödənilmişdir (iş vərəqə: cild İ, səh. 238). İşdə olan Göygöl rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İİ, səh. 22). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə mərhum zərər çəkmiş X5 rəsmləşdirilməmiş birgə nikahlarından dörd nəfər uşaqları, o cümlədən bunların arasında azyaşlı və yetkinlik yaşına çatmayan uşaqları olsa da, həmin azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların heç biri Təqsirləndirilən şəxs himayəsində deyildir. Ona görə də qeyd olunan bu hal təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə cəza təyin edilərkən təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunması, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla ona müəyyən müddətə, şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etməyə cəzasının aşağı həddindən az cəza təyin olunmasına əsaslar olmadığını, yəni ona beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının bir hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı və qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Bundan başqa, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələ müzakirə olunarkən müəyyən edildi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs baxılan iş üzrə 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 avqust 2021-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 31 iyul 2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı müddət isə ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Hadisə yerindən götürülmüş bir ədəd daş parçası, bir ədəd fərdi qoruyucu maska, bir ədəd dəstəyi qara rəngli olan bıçaq, bir ədəd dəstəyi ağ rəngli olan bıçaq və bir ədəd üzərində gül şəkili olan sellofan paket, X5 hadisə vaxtı əynində olmuş ağ rəngli uzunqol köynək, boz rəngli ətək, boz rəngli büstqalter və çəhrayı rəngli tuman, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qırmızı rəngli qısaqol köynək və göy rəngli cins şalvar, habelə meyitə baxış zamanı X4 götürülmüş bir ədəd qan nümunəsi məhv edilməli; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş iki ədəd CD formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanın ilk 03 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun “maddi sübutların saxlanılması otağı”nda saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Hadisə yerindən götürülmüş bir ədəd daş parçası, bir ədəd fərdi qoruyucu maska, bir ədəd dəstəyi qara rəngli olan bıçaq, bir ədəd dəstəyi ağ rəngli olan bıçaq və bir ədəd üzərində gül şəkili olan sellofan paket, X5 hadisə vaxtı əynində olmuş ağ rəngli uzunqol köynək, boz rəngli ətək, boz rəngli büstqalter və çəhrayı rəngli tuman, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qırmızı rəngli qısaqol köynək və göy rəngli cins şalvar, habelə meyitə baxış zamanı X4 götürülmüş bir ədəd qan nümunəsi məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş iki ədəd CD formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-261/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-261/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver