Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-261/2023 25.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Bəhram oğlunun iştirakları ilə məhkəmə, 02 avqust 1998-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində 25 aprel 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətindən 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aparılmış vəzifə bölgüsünə əsasən o, başqa şəxsə məxsus külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, başqa şəxs tərəfindən qrupun digər üzvünün vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində naməlum ünvanda 1239,167 qram çəkidə külli miqdarda narkotik vasitə heroinin və 1005,860 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetaminin əvvəlcədən qoyulması təşkil edildikdən sonra başqa şəxsin tapşırığı ilə 25 aprel 2022-ci il tarixdə, Bakı şəhəri, Sabunçu rayonunda külli miqdarda, təmiz çəkisi 1239,167 qram miqdarında narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 1005,860 qram olan psixotrop maddə metamfetamini götürüb, yəni qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanına daşımaqla həmin narkotik vasitə və psixotrop maddəni hissələrə bölərək bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı mənzildə saxlamış, 25 aprel 2022-ci il tarixdə, saat 21:40 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 4 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,804 qram və 6,363 qram, ümumi təmiz çəkisi 9,167 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 5,860 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 23 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin yataq otağındakı taxta konstruksiyalı dolabın içərisindən onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən, bir ədəd bükümdə 1230,0 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 1000,0 qram miqdarında kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 25 aprel 2022-ci il tarixdə saat 21:40-da Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirdilər. Onlar xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu narkotiklərlə mübarizə idarəsinin inzibati binasına dəvət edib, orada onu şübhəli şəxs qismində tutmuşlar. Onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı o, əynində olan gödəkçənin cibindən iki ədəd bükümdə heroini və bir ədəd bükümdə metamfetamini təqdim etmişdir. Sonra onun əynində olan şalvarın sol yan cibindən bir ədəd, içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı və bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonlar, həmin şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsi, bir ədəd açar, bir ədəd “Kapital Bank”-a aid və bir ədəd “Leobank”-a aid plastik bank kartları aşkar edilərək götürülmüşdür. Onun təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi ümumillikdə on tam onda bir qram, metamfetaminin çəkisi altı tam onda səkkiz qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri onun, müdafiəçisinin və təhqiqatçı tərəfindən imzalanmışdır. “Samsung” və bir ədəd “Redmi” markalı mobil telefonlar, iki ədəd plastik bank kartları və bir ədəd şəxsiyyət vəsiqəsi ondan götürülmüşdür. Onun üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran vətəndaşı Fərid adlı şəxsin vasitəsi ilə, 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində, əvvəlcədən təyin edilmiş yerdən, sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Fərid adlı şəxsin ona dörd yüz manat pul verəcəyini, və yaşadığı mənzildə narkotik maddə olduğunu, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra o və polis əməkdaşları onun yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzilin yataq otağında dolabın içərisindən bir bükümdə heroini, bir bükümdə isə metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bundan sonra kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 1 kq 238 qram, metamfetaminin çəkisi 1 kq 4 qram oldu. Bundan sonra həmin kütlələr və bir ədəd elektron tərəzi boş olan polietilen torbanın içərisinə qoyularaq qablaşdırılıb möhürləndi. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirildi, lakin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç nə tapılmadı. O, aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran vətəndaşı olan Fərid adlı şəxsin vasitəsi ilə 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Fəridin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Fəridin ona dörd yüz manat pul verəcəyini demişdir. O, etiraf etməklə özünə böhtan atmır. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir göstərilməmişdir. Anası onkoloji xəstədir. Cəza təyin edərkən həmin halı nəzərə almağı xahiş edir. Şahid1 ifadələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamasını bildirib, göstərdi ki, 25 aprel 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarıldı. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə 25 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77 ünvanın yaxınlığına gedib orada əməliyyat mövqeyi seçmişlər. Həmin tarixdə saat 21:40 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs müəyyən edib onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Şəxsi axtarış aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa onları təqdim etmək təklif edildi. Təqsirləndirilən şəxs da əynində olan gödəkçənin sağ yan cibindən iki bükümdə heroinə bənzər kütləni və bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etdi. Bundan sonra axtarış keçirildi və onun əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı və bir ədəd “Redmi” markalı mobil telefon, iki ədəd bank kartı və şəxsi əşyaları aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi ümumilikdə 10,1 (on tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 6,8 (altı tam onda səkkiz) qram olması müəyyən olundu. Bundan sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndi. “Samsung” və “Redmi” markalı mobil telefonlar, iki ədəd plastik bank kartları və bir ədəd şəxsiyyət vəsiqəsi götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri iranlı Fərid adlı şəxsin vasitəsi ilə həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Fəridin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoyacağına görə ona dörd yüz manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə təqdim etdi. Onlar da əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gedib orada da baxış keçirmişlər. Baxış zamanı da Təqsirləndirilən şəxs mənzildə yataq otağında dolabın içərisindən bir bükümdə heroin, bir bükümdə isə psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzini təqdim etdi. Həmin kütlələr elektron tərəzidə çəkildi, heroinə bənzər kütlənin çəkisi 1 (bir) kq 238 (iki yüz otuz səkkiz) qram və psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 1 (bir) kq 4 (dörd) qram olması müəyyən olundu. Daha sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılıb möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilldi, lakin iş üçün əhəmiyyəti olan heç nə aşkar olunmadı. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri iranlı Fərid” adlı şəxsin vasitəsi ilə həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində Fəridin sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini və buna görə Fəridin ona 400 manat pul verəcəyini etiraf etdi. Elçinə heç bir fiziki və ya psixi təsir edilməyib. O, özü hər şeyi səmimi etiraf etdi. Baxış zamanı da əməliyyatçı Şahid2 tərəfindən videoçəkiliş aparıldı. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyini bildirib, Şahid1 ifadələrində göstərdiyi hallarla eyni məzmunlu ifadələr verib sonuncunun və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri halları təsdiq etdi. Şahid3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Elçin valideynləri ilə birlikdə başqa ünvanda yaşayır. Arabir Elçin ilə telefon əlaqəsi saxlamışdır. Sonradan tanışları ona Elçinin narkotik vasitələr qəbul etdiyini bildirmişlər. O da Elçinin valideynləri ilə birlikdə yaşadığı evə gedib ona narkotik çəkdiyinə görə öz iradını bildirmişdir. Elçin isə qulaq asmadı və sonda tutuldu. Elçin həbs olunduqdan sonra tanımadığı bir iranlı onun mobil telefonuna zəng vuraraq Elçinə göndərdiyi narkotik vasitələrin pulu ödənilmədiyini, əgər həmin narkotik vasitələrin pulu ödənilməsə onun üçün də yaxşı olmayacağını dedi. İranlı Elçinin ona guya onun da həmin şəxslərlə birlikdə işləyəcəyini dediyini bildirdi. O da iranlıya heç vaxt Elçin ilə birlikdə işləmədiyini, narkotik vasitələrə heç bir aidiyyəti olmadığını bildirmişdir. O, dəfələrlə valideynlərinə Elçinin əməlləri barədə danışmış və onu bu yoldan çəkindirmək üçün ona təsir etmələrini demişdir, lakin valideynləri ona inanmamışlar. Elçin ilə onun arasında aparılan telefon danışıqlarında Elçin narkotik vasitələrin satışında ona kömək etməyi təklif etmişdir. O da Elçinin həqiqətən də nə işlə məşğul olduğunu valideynlərinə sübut etmək üçün narkotik vasitələrin satışında Elçinə kömək etmək təklifi ilə qəsdən razılaşmışdır. Ancaq Elçinə narkotik vasitələrin satışında heç bir köməklik göstərməmişdir. Həmin danışıqlar aparılan gün də Elçin həbs olunmuşdur. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış və ya bəxşiş verməmişdir. Elçinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu həbs olunduğu gün bilmişdir. Elçin bu barədə onunla “WhatsApp” proqramından istifadə etməklə aparılmış danışıqlar zamanı bildirdiyi gün həbs olunmuşdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 25 aprel 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 25 aprel 2022-ci il tarixdə, saat 21:40-da ünvan 7 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 aprel 2022-ci il tarixli qərara əsasən BNMİ-nin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı və 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonlar, həmin şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs özünə məxsus olan 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar, 1 (bir) ədəd üzərində 5404 0852 3861 2487 nömrəsi olan “Kapital Bank”-a aid və 1 (bir) ədəd üzərində 4098 5844 6024 1118 nömrəsi olan “Leobank”-a aid plastik bank kartları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi ümumilikdə 10,1 (on tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 6,8 (altı tam onda səkkiz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı Yelmar Vahabov tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonlar, 2 (iki) ədəd plastik bank kartları və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan Fərid adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Fərid adlı şəxsin ona 400 manat pul verəcəyini, əvvəllər məhkum olunmadığını, həmçinin Bakı şəhəri, Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, “Sony” markalı video kameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilmiş və protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 25 aprel 2022-ci il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi 1 (bir) kq 238 (iki yüz otuz səkkiz) qram, psixotrop maddə metamfetaminə bənzər kütləninin çəkisi 1 (bir) kq 4 (dörd) qram olmuşdur. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və şübhəli şəxs, müdafiəçi və təhqiqatçısı Yelmar Vahabov tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan Fərid adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Fərid adlı şəxsin ona 400 manat pul verəcəyini, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Baxış və götürmə zamanı “Sony” markalı video kameradan istifadə edilməklə BNMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol latın qrafikası ilə, kompyuter vasitəsi ilə düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 aprel 2022-ci il tarixli 6/2393 saylı rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,804 qram, 6,363 qram, ümumi təmiz çəkisi 9,167 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bükümdə təmiz çəkisi 5,860 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamanı açdıqda içərisindən bir ədəd bağlamada təmiz çəkisi 1230,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1000,0 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 3 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər üç ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən 09 iyun .2022-ci il tarixli BKC/LGL-8648/22 nömrəli məktubla daxil olmuş CD diskə baxış baxış protokolundan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:32:39-da ********** mobil nömrəsinə “Elçindi Özümdə kontur yoxdu. Bunları isdiyən var verim ya saxlayım?”, saat 22:35:36-da “Nə lazımdı hamısın yaz tez”, saat 22:36:33-də “Brat verəy oların temaların sora mənlə gedəy Lökbatana?”, saat 22:38:51-də “Camatın evinə aparığ e qaqa tez gəl gecədi üje ayıbdı vallah 12 saat”, saat 22:49:43-də “Qaqa tək gəlha məni görməsin yanındaki adam”, saat 22:50:27-də “Qaqa gəlsə vermiyəcəm sən öl and ola ALLAHA”, saat 22:50:56-da “Gedər orda burda danışar Sora vurub … ağızın poxa keçərəm”, saat 23:08:25-də “X7 Uşağlığ eləyirsən e sən vallah Üje bu Qardaşlığ olmadı X10 sənə derəm tez gəl 2 saatdı dersən gəlirəm” və saat 23:09:18-də “Üsdüm yüklüdü Qaqa Aparacağlar indi məni” mesajlarını yazdığı müəyyən olunmuşdur. Habelə, Təqsirləndirilən şəxs ********** nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 20:55:17-də ********** nömrəsindən “Elcin qaqa vezydeyem bayraminda mübarek 5 alti manat pul var idi qaqana nese verere bilersen”, xx.xx.2022-ci il tarixdə saat 15:36:29-da ********** nömrəsindən “Elcin caamatdan pul almisam caamat pulun isdiyir eliye bilmeyeceydinse elemezdin de kart nomresi deyecem atarsan on telefonu ac Meni got eyaginda qoyanin gotun dagidaram sen onu yaxsi bilirsen yelefonu ac tel eyag gotunu dagidaram”, xx.xx.2022-ci il tarixdə saat 15:34:52-də ********** nömrəsindən “Elcin tez kodu gonder aparatin yanindayam”, xx.xx.2022-ci il tarixdə saat 14:39:39-da “Qaqa 5 bu gun 10 seher versem olar 0.5”, “Elcin qaqa sesun gelmedi 0.5 duz qos seher 15 atim kartuv mene he yox deda dede”, saat 16:16:37-də “Elcin qardasimsan veziyetdeyem mene zeng vjr”, saat 20:46:59-da “Burdayam dede Sen hardasan”, saat 20:54:25-də “Sene konturda vuracam mene zeng vur”, saat 21:13:35-də “Nefcilerdeuem sizin mehlede burdan cixib gelirem obyul sora”, xx.xx.2022-ci il tarixdə saat 00:13:49-da “Sukur pulu duzeltdim Abi” mesajlarının yazıldığı müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş bir ədəd DVD diskə keçirilmiş baxış protokolundan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində 055 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı və 1 (bir) ədəd içərisində 070 ***-**-** simkart nömrəsi olan “Redmi” markalı mobil telefonlar, həmin şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs özünə məxsus olan 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd açar, 1 (bir) ədəd üzərində 5404 0852 3861 2487 nömrəsi olan “Kapital Bank”-a aid və 1 (bir) ədəd üzərində 4098 5844 6024 1118 nömrəsi olan “Leobank”-a aid plastik bank kartları aşkar edilərək götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilir. Heroinə bənzər kütlənin çəkisi ümumilikdə 10,1 (on tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 6,8 (altı tam onda səkkiz) qram olur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı Yelmar Vahabov tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” və 1 (bir) ədəd “Redmi” markalı mobil telefonlar, 2 (iki) ədəd plastik bank kartları və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülür. 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Fərid” adlı şəxsin vasitəsi ilə “bu” gün Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Fərid” adlı şəxsin ona 400 manat pul verəcəyini, əvvəllər məhkum olunmadığını, həmçinin Bakı şəhəri, Nizami rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən vəkil şəxsi axtarış və götürmə ilə bağlı heç bir etirazları olmadığını qeyd edirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mənzilə baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoyur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir, heroinə bənzər kütlənin çəkisi 1 (bir) kq 238 (iki yüz otuz səkkiz) qram, psixotrop maddə metamfetaminə bənzər kütləninin çəkisi 1 (bir) kq 4 (dörd) qram olur. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılıb möhürlənir və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçısı Yelmar Vahabov tərəfindən imzalanır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan Fərid adlı şəxsin vasitəsi ilə bu gün Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə Fərid adlı şəxsin ona 400 manat pul verəcəyini, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirir. Mənzilə baxış və götürmə zamanı iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmur. Protokol imzalarla təsdiq edilir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs götürülmüş, üzərində ***-***-**-** GSM nömrə olan “Samsung” markalı, qırmızı rəngli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı, Təqsirləndirilən şəxs dəfələrlə “WhatsApp” proqramından istifadə etməklə telefonunda “Fərid” kimi qeyd olunmuş İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqə saxladığı, onunla aralarında olan danışıqlar zamanı Təqsirləndirilən şəxs “Fərid” başlığı kimi qeyd olunmuş şəxsə “18 kola 4 pati, 9 kola, 6 pati, 8 kola, 2 pati, 8 kola, 2 pati, 2 ot, 15 kola, 5 pati, 50 ot, 17 kola, 5 pati, 28 kola, 7 pati, 18 kola, 2 pati, 13 kola, 16 kola, 4 pati, 70 kola, 30 pati, 30 ot” siyahısını göndərdiyi, “Fərid”-in müxtəlif sellofan bükümlərin və bank kartının şəklini göndərməsi, Təqsirləndirilən şəxs yenidən “Fərid”-ə “70 kola, 30 pati ni atma” yazması, “Fərid”-in yerləşmə xəritəsi və bağlamaların fotoşəkillərini Təqsirləndirilən şəxs göndərməsi müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs götürülmüş, üzərində ***-***-**-** GSM nömrə olan “Redmi” markalı mobil telefona keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı, Təqsirləndirilən şəxs dəfələrlə “WhatsApp” proqramından istifadə etməklə telefonunda “Elməddin” kimi qeyd olunmuş şəxslə əlaqə saxlaması, onunla aralarında olan danışıqlar zamanı Təqsirləndirilən şəxs “Elməddin” başlığı kimi qeyd olunmuş şəxsə göndərdiyi yazılı mesajda “Günüvə 50 manat verirəm. İşçim olarsan?” yazır, sonra isə səsli mesajlarda “Elməddin”-ə “Bax da yəni başqasına verincə sənə gündə 50 manat 100 manat pul verəcəyəm. Heç hara da çıxmayacaqsan. Oturacaqsan evdə. Gündə elə bil ki, 4-5 saat. Bir dənə başqa telefon var ona cavab verəcəksən. Bir də bir-iki iş var onları görəcəksən. Evdə oturduğun yerdə, elə uzandığın yerdə» bildirir. “Elməddin” yazılı mesajda “işdiyəkdə problem yoxdur” yazır, Elçin “Elməddin”-ə “Tərəzi çəkəssən”, “Elməddin” “eliyərəm”, Elçin “Yaxşı. Axşam başa salacam. Səhər günorta 1 dən gələrsən” yazır, “Elməddin” “yaxşı qaqa” yazır, Elçin “Yaxşı. Lal dinməz. Sakit” yazır, “Elməddin” “Silirəm mən yazışmaları axşam gəl danışaq” yazır, Elçin səsli mesajda “Yaxşı axşam gələcəm danışarıq. Sakit dur sən. Sakit gələssən lal-dinməz, gedəssən lal-dinməz. Ancaq evdə oturassan yanımda. Telefona cavab verəssən. Günüvə bəlkə 100 də oldu. Ama 50 nağdıdı. Başqasına gündə 50-100 verəndə yaxşı olmurki elə X8” yazır, “Elməddin” “pulum param yoxduda samirdə təklif elədi mənə elə bir iş getmədim” yazır, Elçin “Yoxe. Samirliy iş deil. Başqa işdi» yazır və bitki şəkli göndərir, “Elməddin” “danışarıq qaqa” yazır, Elçin “Mən özüm çıxacam çölə. Gedib gələcəm. Leyvidə gündə 100 gələcəy. Günə 200 300 var” yazır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş “UNİBANK” Kommersiya bankından xx.xx.2022-ci il tarixli HTİD/4574 nömrəli məktubla daxil olmuş bank hesabına çıxarışlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 fevral 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 4098 5844 6024 1118 nömrəli bank kartının hesabına hər gün, dəfələrlə, müxtəlif ünvanlardan kiçik məbləğlərdə pul köçürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,804 qram, 6,363 qram ümumi təmiz çəkisi 9,167 qram olan narkotik vasitə – heroin, bir bükümdə təmiz çəkisi 5,860 qram psixotrop maddə – metamfetamin, yaşadığı mənzildən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1230,0 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1000,0 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,15 qram sərf edildikdən sonra 1239,017 qram heroin, tədqiqata 0,1 qram sərf edildikdən sonra 1005,760 qram metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin msateriallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs “Samsung” və “Redmi” markalı mobil telefonlar, “Samsung” markalı mobil telefonunda olan “WhatsApp” proqramından istifadə edilməklə aparılmış danışıqların köçürüldüyü bir ədəd CD disk və fotoşəkillər, Təqsirləndirilən şəxs «Redmi» markalı mobil telefonunda olan WhatsApp proqramından istifadə edilməklə aparılmış danışıqların köçürüldüyü bir ədəd CD disk və fotoşəkillər maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-8648/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə 26 yanvar 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatların qeyd olunduğu CD, “UNİBANK” Kommersiya bankından xx.xx.2022-ci il tarixli HTİD/4574 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi 4098 5844 6024 1118 nömrəli plastik bank kartına dair məlumatların əks olunduğu CD disk maddi sübut kimi tanınıb cinayət işinin msateriallarına əlavə olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməlinin onun tərəfindən törədilməsinin onun özünün etirafedici ifadələri, şahid ifadələri, baxış və götürmə haqqında protokollar, məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, işin faktiki halları ilə sübuta yetirildiyi qənatinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissələrinin əlamətlərinə uyğun hesab edib onun əməllərini həmin maddələrlə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 (otuz) saat hüqüqi yardım gstərilməsi və bu səəbədən də ona 180 (yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə müdafiəçiyə ödənilməli məğələği dövlət bücəsi hesabına ödənilməsini, və təqsirləndirilən şəxsi həmin ödəmədən azad olunmasını əsəaslı sayır. Çünki məhkəmədə müdafiə xərclərinin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsi üçün onun maddi imkanın olmadığı müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami RPİnin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,804 qram, 6,363 qram ümumi təmiz çəkisi 9,167 qram olan narkotik vasitə – heroin, bir bükümdə təmiz çəkisi 5,860 qram psixotrop maddə – metamfetamin, yaşadığı mənzildən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1230,0 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1000,0 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,15 qram sərf edildikdən sonra 1239,017 qram heroin, tədqiqata 0,1 qram sərf edildikdən sonra 1005,760 qram metamfetamin sərbəst dövriyyəsini qadağan olunmuş əşyalar kimi, bir ədəd elektron tərəzini istehlak dəyərini itirmiş əəşya kimi məhv edilməsini, “Samsung” markalı mobil telefonunda olan “WhatsApp” proqramından istifadə edilməklə aparılmış danışıqların köçürüldüyü bir ədəd CD disk və fotoşəkilləri, Təqsirləndirilən şəxs “Redmi” markalı mobil telefonunda olan “WhatsApp” proqramından istifadə edilməklə aparılmış danışıqların köçürüldüyü bir ədəd CD disk və fotoşəkilləri, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş iki ədəd rəqamsal vidio diskt “DVD”, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-8648/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** mobil telefon nömrəsinə 26 yanvar 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatların qeyd olunduğu CD, “UNİBANK” Kommersiya bankından xx.xx.2022-ci il tarixli HTİD/4574 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi 4098 5844 6024 1118 nömrəli plastik bank kartına dair məlumatların əks olunduğu CD disk cinayət işinin msateriallarında saxlanılmasını, Təqsirləndirilən şəxs “Samsung” və “Redmi” markalı mobil telefonlar onun şəxsi əşyaları kimi cəzaçəkmə müəsisənin daxili qaydarına əsasən cəzaçəkmə müəssiəsində saxlanılmasını və ya təqsirləndirilən şəxsin ərizəsinə əsasən yaxın qohumlarına verilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməldən peşiman olub ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ətraflı ifadələr veməsi, əvvəllər məhkum orlmamsı müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun hazırkı cinayət işi üzrə 8 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 27 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilərək hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə -narkoloji ekspertizasının 13 may 2022-ci il tarixli 2464 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlllərini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 25 aprel 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 81 (səksən bir) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri “Femida” Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlərdən Təqsirləndirilən şəxs onun müdafiəsinə sərf olunmuş 180 (yüz səksən) manatın ödənilməsindən azad edilsin. Ekspertiza xərci ondan məhkəmə məsrəfi qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,804 qram, 6,363 qram ümumi təmiz çəkisi 9,167 qram olan narkotik vasitə – heroin, bir bükümdə təmiz çəkisi 5,860 qram psixotrop maddə – metamfetamin, yaşadığı mənzildən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1230,0 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1000,0 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqata 0,15 qram sərf edildikdən sonra 1239,017 qram heroin, tədqiqata 0,1 qram sərf edildikdən sonra 1005,760 qram metamfetamin sərbəst dövriyyəsini qadağan olunmuş əşyalar kimi, bir ədəd elektron tərəzini istehlak dəyərini itirmiş əəşya kimi məhv edilməsini, “Samsung” markalı mobil telefonunda olan “WhatsApp” proqramından istifadə edilməklə aparılmış danışıqların köçürüldüyü bir ədəd CD disk və fotoşəkilləri, Təqsirləndirilən şəxs “Redmi” markalı mobil telefonunda olan “WhatsApp” proqramından istifadə edilməklə aparılmış danışıqların köçürüldüyü bir ədəd CD disk və fotoşəkilləri, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş iki ədəd rəqamsal video disk “DVD”, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-8648/22 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə 26 yanvar 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, anten dairəsi, mesajlar (məzmunla), zəngləri qəbul edən və zəng edən şəxslərin anketləri barədə məlumatların qeyd olunduğu CD, “UNİBANK” Kommersiya bankından xx.xx.2022-ci il tarixli HTİD/4574 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs istifadə etdiyi 4098 5844 6024 1118 nömrəli plastik bank kartına dair məlumatların əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmasını, Təqsirləndirilən şəxs “Samsung” və “Redmi” markalı mobil telefonlar onun şəxsi əşyaları kimi cəzaçəkmə müəssisənin daxili qaydarına əsasən cəzaçəkmə müəssiəsində saxlanılmasını və ya təqsirləndirilən şəxsin ərizəsinə əsasən yaxın qohumlarına verilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-261/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-261/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver