Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-261/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində məhkəmənin qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 06 dekabr 2022-ci il tarixdə saat 12 radələrində *9933 taksi xidməti vasitəsi ilə Bakı şəhəri Sabunçu rayonu Ramanı qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində yerləşən «Mini Sədərək» marketin yaxınlığına verdiyi sifariş əsasında həmin ünvana gəlmiş Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi «Toyota Prius (Hibrid)» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağına sərnişin qismində əyləşib Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən «Neftçi» Futbol Klubunun inzibati binasının qarşısında avtomobil hərəkətdə olduğu zaman üzərində olmuş və silah qismində istifadə etdiyi bıçağın kəsici-deşici hissəsini hücuma məruz qalmış Zərərçəkmiş şəxs qarnının sağ nahiyəsinə dirəyib, ondan pul tələb edərək verməyəcəyi təqdirdə bıçaqla onun həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edib vuracağı ilə hədələməklə basqın edib, Zərərçəkmiş şəxs cibində olan 30 manat məbləğində pulunu ona verməsinə nail olub həmin pulu ələ keçirməklə quldurluq etmişdir. İstintaq orqanının ittihamı təsdiq edən dəllilər kimi təqdim etdiyi sübutlar: İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadələrində bildirmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təxminən 2-3 ay olar ki, X3 məxsus «Toyota Prius» markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobili Mənsur adlı şəxsdən idarə etmək üçün etibarnamə əsasında icarəyə götürüb «Bolt» və «*9333» taksi xidmətinə qoşularaq taksi fəaliyyəti ilə məşğul olur. Polis şöbəsində izahatında və ərizəsində səhvən avtomobilin dövlət qeydiyyat nişanı **-EX-*** kimi qeyd edilmişdir. 06 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindən yaşadığı evdən çıxıb *9933 taksi şirkətinin tətbiqini açdıqda ona 070-874- 16-44 saylı mobil nömrədən Ramana qəsəbəsi Şuşa şəhərciyindən «Komsomol dairəsi» istiqamətində sifariş qəbul etmişdir. Sifarişi dəqiqləşdirmək üçün qeyd olunan mobil nömrəyə zəng etmiş, lakin zəng çatmamışdır. Az sonra təkrar həmin nömrəyə zəng etdikdə telefona cavab verən şəxs Ramana qəsəbəsində yerləşən «Mini Sədərək» adlı marketin yanında olduğunu, həmin ünvana gəlməsini demişdir. Həmin ünvana yaxınlaşdıqda sifarişi vermiş əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, Sabunçu RPİ-nin 12- ci PŞ-də ona təqdim olunmuş hadisəni törətmiş Təqsirləndirilən şəxs bir qədər gözləməsini xahiş etmişdir. Az bir müddətdən sonra Təqsirləndirilən şəxs gəlmiş və qabaq sağ oturacaqda əyləşmişdir. Elvin həmin vaxtı tək olmuşdur. Elvinin gözündə sarı rəngli eynək, başında isə gödəkəçəsinin kopişonu olmuşdur. Bir qədər getdikdən sonra Elvin əynində olmuş gödəkçəsinin və şalvarının ciblərini axtarmağa başlamışdır. Elvin Sabunçu rayonu Yavər Əliyev küçəsində «Neftçi» idman klubunun yaxınlığında olarkən gödəkçəsinin sol iç cibindən açılıb-bağlanan bıçağı çıxarıb düyməsini basıb kəsici hissəsini yan hissədən çıxararaq, bıçağın kəsici-batıcı hissəsini onun qarnının sağ nahiyəsinə dirəyib, nalayiq ifadələrlə onu söyüb təhqir etməklə üzərində olan qiymətli əşyaları ona verməyi tələb etmiş, artıq hər hansı bir hərəkət edərsə bıçaqla xəsarət yetiricəyi ilə hədələmişdir. Qorxub 30 manat pulu çıxarıb Elvinə təqdim etmiş, sonra Elvinin tələbi ilə avtomobili bir qədər irəli idarə edib Suraxanı yolu istiqamətində Sabunçu rayonu ərazisində yerləşən «Akkord» binalarına çatmamış bir yerdə yol kənarında dayanmış gümüşü metalik rəngli, «Nissan Sunny» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlamışdır. Elvin ona yerində oturmağı, artıq hərəkət etməməsini tələb edib avtomobildən düşüb, əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı polis şöbəsində ona təqdim olunmuş Şahid idarə etdiyi «Nissan Sunny» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşib çıxıb getmişdir. O, isə hadisənin təsiri altında hayacanlı və qorxu içərisində olduğu üçün nə edəcəyini bilmədən əvvəl onların getdiyi avtomobilin arxasınca avtomobili idarə etmişdir ki, onları saxlatsın. Lakin Elvinin tək olmadığını və ona zərər yetirə biləcəklərini düşünüb avtomobili saxlamış və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Elvin onun avtomobilindən düşüb gedərkən bıçaq onun əlində olmuşdur. Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin sol iç cibindən çıxartdığı bıçaq düyməciklə açılıb bağlanan bıçaq olmuşdur. Bıçağın deşici-kəsici hissəsi yandan çıxırdı. Tutacağın rəngi qara, kəsici hissəsinin rəngi isə gümüşü rəngdə olmuşdur. Tutacağın uzunluğu 7-8 sm, kəsici-deşici hissəsinin uzunluğu 6-7 sm, ümumi uzunluğu 15-16 sm təşkil edərdi. Bıçağın eni təxminən 2-3 sm olardı. Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirməmiş, xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina edir. Elvinin əlində bıçaq olduğu üçün ona xəsarət yetirə biləcəyindən ehtiyat edib Təqsirləndirilən şəxs fiziki zor tətbiq etməmiş, ona xəsarət yetirməmişdir. Seymur ümumiyyətlə ona yaxınlaşmamış, fiziki zor tətbiq etməmiş, hədə-qorxu gəlməmişdir. İdarə etdiyi «Toyota Prius» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının arxasında ayaqaltı üzərindən aşkar edilmiş maye ilə dolu 01 ədəd 03 qramlıq şpris ona məxsus olmayıb. Şpris çox güman ki, Təqsirləndirilən şəxs bıçağı çıxararkən üzərindən düşmüşdür. Şahid ifadəsində bildirmişdir ki, atası İslam Kərimova məxsus «Nissan Sunny» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbdə təhsil almış, həmin vaxtdan da Elvini tanıyır aralarında tanışlıq münasibətləri var, ədavət və düşmənçilikləri olmayıb və yoxdur. 06 dekabr 2022-ci il tarixdə saat 12:10-da istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən zəng edib onu Sabunçu rayonu ərazisində yerləşən «Komsomol dairəsi» adlanan ərazidən götürməsini xahiş etmişdir. Qeyd olunan ünvana gedib H.Əliyev prospekti istiqamətində dəmir yolunu keçən kimi yolun sağ tərəfindən avtomobili saxlayıb Elvini gözləmişdir. Təxminən'3 dəqiqə sonra Elvin «Toyota Pirus» markalı dövlət qeydiyyat nişanını görmədiyi avtomobil ilə onun yanına gəlmişdir. Elvin həmin avtomobildən düşüb onun idarə etdiyi «Nissan Sunny» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Elvinin gəldiyi avtomobilin sürücüsü Elvini əli ilə yanına çağırdığını görüb bu barədə Elvinə dedikdə Elvin ona sürücüyə arxalarınca gəlməsinə işarə etməsini, sürücüdən 15 manat pul aldığını evdən götürüb verəcəyini demişdir. Əl ilə sürücüyə işarə edib avtomobili hərəkətə başladıb Elvinin yaşadığı ev istiqamətində idarə etmişdir. Lakin taksi sürücüsünü arxalarınca gəlmədiyini görmüşdür. Həmin vaxtı Elvinin istifadəsində olan mobil telefona zəng gəlmiş Elvin telefona cavab verib «dayı 5 dəqiqəyə sənə zəng edirəm» dediyini eşitmişdir. Bundan sonra Elvini yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyli küçəsində yerləşən evlərinə aparıb düşürmüşdür. Elvini evlərinə apardığı üçün Elvin ona 2 manat pul vermişdir. 06 dekabr 2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi avtomobil ilə yaşadığı evə gəldikdən sonra atası avtomobili götürüb getmişdir. Bundan sonra evlərinə polis əməkdaşları gələrək Elvin barədə ondan maraqlanmışdırlar. Polis əməkdaşları ilə birlikdə Elvinin yaşadığı evə gedib, Elvini yaşadığı evdən götürüb birlikdə 12-ci Polis Şöbəsinə aparmışdırlar. Elvini polis əməkdaşları evdən götürən zaman Elvin özünü evin qapısının şüşəsinə çırpmış və sifətindən xəsarət almışdır. Polis Şöbəsində olan zaman Elvini gətirən, əvvəllər tanımadığı, heç bir ədavət və düşmənçiliyi olmadığı, adını polis şöbəsində bildiyi «Toyota Pirius» markalı taksi avtomobilin sürücüsü Zərərçəkmiş şəxs eşidib bilmişdir ki, Elvin onu bıçaqla hədələyib 30 manat pulunu alıb ələ keçirmişdir. Hadisə bardə polis şöbəsinə gələnədək məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsini təsdiq etmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı cinayətin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən “Neftçi” Futbol Klubunun inzibati binasının qarşısında baş verdiyi müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman Zərərçəkmiş şəxs taksi kimi idarə etdiyi «Toyota Prius (Hibrid) minik» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil müayinə edilərkən avtomobilin sağ qabaq sərnişin oturacağının arxa tərəfində, qoltuqaltı ilə oturacağın arasından 01 ədəd istifadə edilmiş, maye olan 3 ml-lik şpris aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 27 dekabr 2022ci il tarixli 011-15166-1222 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar- genetik identifikasiya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs taksi kimi fəaliyyət göstərdiyi «Toyota» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ oturacağının ayaqaltı hissəsindən aşkar edilib götürülmüş 01 ədəd şpris üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. «Toyota» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilib götürülmüş 01 ədəd 3 ml-lik şprisin içərisində olan mayenin tərkibini, miqdarını müəyyənləşdirmək məqsədi ilə cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 fevral 2023-cü il tarixli 6/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi Obyektin Tədqiqatı N°21» möhür əksi, «... vətəndaş Zərərçəkmiş şəxs taksi kimi fəaliyyət göstərdiyi Toyota markalı AZ ** EN *** davtomaşında sərnişin kimi olan naməlum şəxs tərəfindən...» yazılar və imzalar olan zərfin içərisində 01 (bir) ədəd istifadə olunmuş 3 ml-lik şprisin daxilində narkotik vasitə - heroinin izləri müəyyən edilmişdir. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 07 dekabr 2022-ci il tarixli 5528 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sidikdə MOP, OPİ, BZO müsbət aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 17 dekabr 2022-ci il tarixli 1/2500 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə qeyd olunan xəstəxanaya stasionar müalicə üçün müraciət etməyibdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərmişdir ki, 06 avqust 2022-ci il tarixdə saat 12 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi L.Məmmədbəyli küçəsində Mədət İbrahimova məxsus içərisində pul, bank kartları olan çantasını götürüb qaçdığı üçün barəsində Sabunçu RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi istintaq edilərək, baxılması üçün 2022-ci ilin noyabr ayının əvvəllərində məhkəməyə göndərildiyini, qeyd olunan cinayət hadisəsindən başqa cinayət törətmədiyini qeyd edib bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Eyni zamanda ailəsinə məxsus Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhəriciyi yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evləri də mövcuddur və o, ara-sıra həmin evə gedib nəzarət edir. 26 noyabr 2022-ci il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhəriciyi yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində qalmışdır. 06 dekabr 2022-ci il tarixdə hava soyuq olduğu üçün və həmin evdə istilik sistemi işləmədiyindən Bakıxanov qəsəbəsində yerləşən evlərinə getmək qərarına gəlmişdir. Həmin günü saat 12 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən *9933 taksi xidmətinə zəng edib olduğu ünvana, yəni Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivinə taksi sifariş vermişdir. Taksi sifariş verdikdən sonra dəqiq xatırlamadığı mobil nömrədən bir nəfər ona zəng edərək taksi sürücüsü oluğunu bildirib, hansı ünvana gəlmək lazım olduğunu soruşmuşdur. Əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyim olmadığı araşdırma zamanı adını bildiyi sürücü Zərərçəkmiş şəxs Ramana qəsəbəsi Şuşa şəhəriciyində yerləşən «Köhnə Sədərək» adlanan ünvana gəlməsini bildirmişdir. Az bir müddətdən sonra Zərərçəkmiş şəxs ona təkrar zəng edib qeyd etdiyi ünvanda olduğunu demiş və onun yanına getmişdir. 04 dekabr 2022-ci il tarixdə Şuşa şəhərciyində yaşayan, yaşadığı ünvanı, ad və anket məlumatlarını bilmədiyi şəxsdən borca 15 manat pul aldığı üçün Zərərçəkmiş şəxs borca 15 manat alıb həmin şəxsin pulunu qaytarmağı evə çatdıqda isə Vüqarın pulunu ödəməyi düşünmüşdür. Bu məqsədlə də Zərərçəkmiş şəxs 14 manat borc pul almış və Vüqarla gediş haqqı ilə birlikdə 20 manat yaşadığı evə çatdıqda verəcəyi barədə razılaşmışdır. Vüqarın verdiyi 14 manatı həmin vaxtı yanında olmuş borc aldığı, adını və anket məlumatlarını bilmədiyi şəxsə verib sonra taksi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş və Vüqar avtomobili idarə etməyə başlamışdır. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən keçmiş «Komsomol dairəsi» adlanan əraziyə çatmamış istifadə etdiyi mobil nömrədən bir məktəbdə təhsil aldığı Seymur adlı tanışının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib onu «Komsomol dairəsi» adlanan ərazidən götürüb evə aparmasını xahiş etmişdir. «Komsomol diarəsi» adlanan əraziyə çatdıqda Seymurun idarə etdiyi «Nissan Sunny» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında dayandığını, Seymurun gözlədiyini görmüşdür. Taksi avtomobildən düşüb Seymura yaxınlaşıb ondan 20 manat pul istəmiş, lakin Seymur pulu olmadığını dediyi üçün Zərərçəkmiş şəxs pulunu verə bilməmişdir. Bu səbəbdən də Seymur və o avtomobildə oturmuş vəziyyətdə əllərini pəncərədən çıxarıb işarə edərək Vüqara arxalarınca gəlməsini bildirmişdirlər. İlk olaraq Vüqar onların arxasınca gəlsə də, sonradan avtomobili digər istiqamətdə idarə edib çıxıb getmişdir. O, isə Seymurla yaşadığı evə getmiş, evdən 2 manat götürüb Seymura avtomobilinə yanacaq doldurmaq üçün verdikdən sonra Seymur çıxıb getmişdir. Həmin günü saat 15 radələrində evdə olarkən polis əməkdaşları gəlib, onu 12-ci Polis şöbəsinə dəvət etmişdirlər. Qorxub onlardan yayınmaq istəmiş, yıxılaraq evlərinin girişində qapının pəncərəsinin şüşəsinə sifəti ilə dəyib xəsarət almışdır. Xəsarəti öz ehtiyyatsızlığı nəticəsində almış, buna görə də heç kimdən şikayət və tələbi yoxdur. Üzərində bıçaq olmamış, bıçaqla Zərərçəkmiş şəxs hədələməmiş, ondan qiymətli əşyalar tələb etməmiş, onun 30 manat pulunu alıb ələ keçirməmişdir. «Toyota Prius» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilmiş 01 ədəd içərisində maye olan 3 qramlıq şpris ona məxsus deyil, şprisin içərisində olan mayenin tərkibi barədə məlumatı yoxdur. Şəxsən narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və 12-ci PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmədə ittiham tərəfininin təqdim etdiyi cinayət hadisəsini təsvir edən sübutlar araşdıldıqda əldə olunun məlumatlar: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun zərərçəkmiş şəxslə hər hansı bir ədavəti olmayıb. Onun evi Sabunçu rayonunda yerləşir, digəri isə Şuşa qəsəbəsində yerləşir. O, bir müddətdir ki, Şuşa qəsəbəsində yaşayır. Sabunçuda yerləşən evinə getməyi qərarına gəlib və həmin şəxsi də olduğu ünvana çağırmışdır. O, 6 dekabr 2022-ci il tarixdə taksi sifariş vermişdir. Vüqar da idarə etdiyi avtomobillə taksi kimi onun dediyi ünvana gəlmişdir. Həmin vaxt onun özünün üzərində beş-altı manat pul olmuşdur. Maşında da o, Zərərçəkmiş şəxs borca xırda pul istəmişdir. Hətta ona 14 manat alıb 20 manat verəcəyini də demişdir. Ondan da borc almışdır. Vüqarın maşınında bir qədər gedib sonra da onun maşınından düşüb dostu Seymurun maşınına minib dostundan zərərçəkmiş şəxsdən aldığı pulu qaytarmaq üçün on dörd manat pul istəmişdir. Samir də hal-hazırda üzərində bu qədər pulu olmadığını dedi. O da Vüqara təklif etmişdir ki, onlarla məhəlləyə getsin, pulu evdən götürüb ona versin. O, Vüqarı bıçaqla hədələməyib, heç vaxt üzərində bıçaq gəzdirməmişdir, özü idmanla məşğul olduğundan buna ehtiyacı da olmamışdır. Vüqarın maşından tapılan iynə ona aid deyil. O, narkotik istifadəçisi olmamışdır. Aşkarlanmış qan izləri ona aiddir, polis əməkdaşları onu tutanda döymüşlər. İstintaq zamanı sürücü ondan şikayətçi olmadığnı demişdi. Vüqardan aldığı pulu alış-veriş etdikləri mağazanın yaxınlığında bir neçə dəfə görüb tanıdığı insana vermişdir. Pulu verən zaman Vüqar da onun yanında olmuşdur. Pulu verdiyi şəxsin adını bilmirəm. O, Vüqardan on dörd manat pul almışdır. Vüqur deyir ki, otuz manat olub. Razıdır, qoy otuz manat olsun, lakin o, Vüqara nə zor göstərməyib, nə də onda bıçaq olmayıb. Xahiş edir ki, barəsində ədalətli qərar qəbul etsin. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Özü taksi fəaliyyəti ilə məşğul olur. Onun zərərçəkmiş şəxslə hər hansı bir ədavəti olmayıb. Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu zaman onun pulunu götürüb qaçmışdır. Həmin şəxs müştəri qismində onun avtomobilinə minmişdir. 6 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ondan pul istədi, o da Elvinə pulu vermək istəməyəndə, Elvin avtomobilin dirsəkliyini açaraq oradan otuz manat pulu götürdü, sonra isə maşından düşüb getdi. Təqsirləndirilən şəxs onu hədələməyib, ona hər hansı bir xəsarət yetirməyib. İbtidai istintaq zamanı ifadələri müstəntiq yazmışdır. Müstəntiq tərəfindən ifadə oxunarkən ona bıçaqla əlaqəli hər hansı bir söz və ya ifadə söyləmədi. Təqsirləndirilən şəxs hadisə zamanı avtomobilin ön oturacağında oturmuşdu. Maşına əyləşdikdən sonra Elvin ondan ondan pul istədi. Elvinin gözündə eynək, başında papaq var idi. Elvinin verdiyi taksi sifarişində Bakı şəhəri, Suraxanı rayonu, Komsomol dairəsi yazılmışdı. O, əvvəlcə Elvin onun maşınından düşüb mindiyi “Nissan” markalı maşının arxasınca getmişdir, sonra isə qorxaraq geri qayıtmışdır. O, DİN-nin 102 xidmətinə zəng etmiş, bu zaman həmin şəxsin üzərində bıçaq olduğunu da bildirmişdir. O, hadisədən uzun müddət keçdiyinə görə yanılmış, ona görə də məhkəmədə ilkin olaraq Elvinin əlində bıçaq yoxdur demişdir. Elvin ondan pul istəyəndə əlində bıçaq var idi. Hadisə 06 dekabr 2022-ci il tarixdə baş verib. Təqsirləndirilən şəxsın bıçağı sağ, yoxsa sol əlində tutduğu onun yadında deyil. Hadisə zamanı “Nissan” markalı gümüşü avtomobil onun avtomobilimin yanında saxladı. Təqsirləndirilən şəxsin əlindəki bıçaq qara rəngli idi. Təqsirləndirilən şəxsin bıçağı hansı cibindən çıxartdığı yadında deyil. Təqsirləndirilən şəxs onu hədələyib və ondan pul istədi. O, avtomobilin nömrəsini götürmək üçün avtomobilin arxasınca qaçmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini xatırlamır. Şahid ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ilə tam orta məktəbdə təhsil almışlar, həmin vaxtdan da Elvini tanıyır, aralarında ədavət olmayıb və yoxdur. O, Zərərçəkmiş şəxs əvvələr tanımamışdır. Onunla hansı bir münasibəti olmayıb. O, özü taksi fəaliyyəti ilə məşğul olur. Elvin 6 dekabr 2022-cü ona zəng vuraraq xahiş etdi ki, onu Sabunçu rayonu ərazisində yerləşən «Komsomol dairəsi» adlanan ərazidən onu götürsün. O da həmin ünvana gedib Elvini gözləmişdir. Bir necə dəqiqədən sonra Elvin avtomobil ilə onun yanına gəlmişdir. Elvin həmin avtomobildən düşüb onun idarə etdiyi avtomobilə əyləşdi. Taksi şoferi yaxınlaşdığına görə o, taksi sürücüdən probleminin olub-olmadığnı soruşmuşdur. O da heç nə demədi. Həmin tarixdə təxminən saat iki radələrində polis əməkdaşları onlara gəlmişlər. Elvin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzündə xəsarətlər var idi, lakin Elvinə xəsarətlərin necə yetirildiyini görməmişdir. O, Elvinin taksi sürücüsündən 14 manat oğurladığına görə polisər tərəfindən tutulduğunu bilir. Vüqar olisdə Elvinin ona bıçaq göstərərək pulu aldığını deyib, lakin Elvin ona bu barədə heç nə deməyib. O, bu barədə polis şöbəsində eşidib, lakin kimdən eşitdiyini xatırlamır. Hadisənin üzərindən haradasa il yarım keçib. Bəli, 6 dekabr 2022-ci il tarixdə hadisə baş verib. Məhkəmənin sübutları qiymətləndirməsi; Məhkəmə ittiham tərəfindən məhkəməyə ictimai təhlükəli əməlin törədilməsini, yeri, tarixi və vaxtı barədə təqdim etdiyi sübutların şübhədən kənar təsdiqini tapdığı və bu subutlarla Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hücüm edib onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılq tətbiq edəcyi ilə hədələyib onun otuz manat pulunu ələ keçirdiyiynin sübuta yetirildiyi qənaətinə gəlir. Çünki məhkəmədə bunu təkzib edən sübut müəyyən olunmadı. Lakin Təqsirləndirilən şəxs həmin əməli törədərkən bıçaqdan istifadə edib, Zərərçəkmiş şəxs bıçaqla hədələyib onun əmlakını ələ keçirməsini iddia edən hallar əsaslı şübhələrlə müşahidə olundu. Bu şübhələrə səbəb Təqsirləndirilən şəxs Şəmsədin oğlunun, istərsə ibtidai istintaq zamanı, istərsə də məhkəmədə hadisə vaxtı zərərçəkmiş şəxsi bıçaqla hədələmədiyi, ümumiyyətlə üzərində bıçaq gəzdirmədiyini göstərməsi, Zərərçəkmiş şəxs məhkəmədə ifadələrinin əvvəlində təqsirləndirilən şəxsin onun pulunu ələ keçirərkən bıçaqdan istifadə etmədiyini, pulu dirsək altından alıb qaçmasını bildirməsi, onun ibtidai istintaq zamanı ifadələrinin müstəntiq tərəfiəndən yazılıb oxunduqda həmin ifadələrdə bıçaq haqqında bir söz olmadığını bildirib, ibtidai istintaq zamanı verdiyi ifadəsinin obyektivliyinə şübhələr yaratması, məhkəmədəki ifadəsinin sonunda təqsirləndirilən şəxsin onu bıçaqla hədlədiyini bildirib öz ifadələrini ziddiyətləndirməsi, bu hal barəsində yeganə tərəfsiz ifadə verə bilən Şahid istər ibtidai istintaq, istərsə də məhkəmədəki ifadələrində Vüqarın Elvinin ona bıçaq göstərərək pulunu aldığını deməsi barədə polis şöbəsində eşitdiyini, lakin kimdən eşitdiyini xatırlamadığını göstərməsi oldu. Göründüyü kimi hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla hədələməsi barəsində sübutlar cinayət-prosessual qanunvericiliyiyn tələblərinə uyğun olmamışdır. Təqsirləndirilən şəxs və Şahid ittihamın bu hissəsini təsdiq edən sübut kimi istifadə olunan məlumat təqdim etmədilər. İttiamın əsası olmuş Zərərçəkmiş şəxs ifadələrini təsdiq edən hallar istintaq orqanı tərəfindən əldə olunmamışdır. Məhkəmədə də o, ifadələrinin bu hissəsi barəsində ziddiyyətli ifadələr verdi. Onun ifadələrinin bir hissəsi digər hissəsini təkzib edib, qeyri-müəyyənlik yaratdı və onun ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Bu şübhələri də məhkəmədə aradan qaldırmaq mümkün olmadı. Çünki bu şübhələri aradan qaldırmaq üçün başqa sübut müəyyən olunmadı. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs basqın edərkən istifadə etdyi iddia olunan bıçağın faktiki olaraq mövcud olmaması baxmından da əsaslıdır. Çünki işin materiallarında olmayan predmetin olmasını ehtimal etmək cinayət qanunun tələblərinə əsasən yolverilməzdir. Əks halda hökm ehtimallara əsaslanardı. Buna isə qanun yol vermir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 91-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı və ittihamı təsdiq edən sübutları bilməli olub ittihamı təsdiq edən sübutlara qarşı müdafiə hüququnu həyata keçirmək imkanına malik olmaldır. Çünki cinayət işi üzrə sübutlar ümümi anlamda “in abstrakto” məlumat deyil, ittihamda təsvir olunan halları təsdiq edən cinayət-prosessual məcəllədə nəzərdə tutulan cinayət əməlinin baş verməsini, əməlin təqsirləndirilən şəxs tərəfindən törətməsini, iş üzrə sübutetmə predmetinə aid digər halların olmasını təsdiq edən birbarşa və yanakı sübutları ehtiva edir. Bu baxımdan ictimai təhlükəli əməlin törədilməsində istifadə olunan əşya(lar)ın əməl törədilərkən tətbiqi nəticəsində qoyduğu izlər nəticəsində, belə izlər olmadıqda isə, o cümlədən də, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hadisə zamanı zərərçəkmiş şəxsə hədə-qorxu gələrkən bıçaqdan istifadə etməsini təsdiq edən hal kimi əsaslı şübhədən kənar sübut müəyyən olunmadı. İstintaq orqanı isə bunu etməmişdir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hücum edib ona hədə-qorxu gələrkən bıçaqdan istifadə etməsinin sübuta yetirilmədiyi qənaətinə gəlib, Təqsirləndirilən şəxs bıçaqdan istifadə etməməsi barəsindəki ifadələrini həqiqətə uyğun, Zərərçəkmiş şəxs ifadələrin bu hissəsini öz təsdiqini tapmayan ziddiyyətli ifadələr kimi qiymətləndirir və onun ifadələrinin bu hissəsinə ittihamı təsdiq edən sübut kimi istinad olunmasının yolverilməz olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib zərərçəkmiş şəxsə qarşı cinayət törətmədiyini, ondan borca on dörd manat pul aldığını, lakin zərərçəkmiş şəxsin ondan otuz manat pul götürdüyünü bildirdiyinə görə həmin məbləği də qəbul etdiyini bəyan etdi. Onun bəyanatı yuxarıda təsvir olunan ittihamedici sübutlarla müqayisəli təhlil olunduqda təkzib olundu. Məhkəmənin qənaətinə görə onun 06 dekabr 2023-cü tarixdə Zərərçəkmiş şəxs hucum edib ona həyatı və sağlamlığı üçün təhlükə yaradan zorakılıq tətbiq edəcəyi ilə bağlı basqın etməsi sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri zahirən hədə-qorxu gəlməyə görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin dispozisiyanın əlamətlərinə oxşayır, lakin bu oxşarlığa baxmayaraq onun əməli quldurluğa görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 181-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Çünki quldurluq cinayətində zorakılıqdan dərhal sonra təqsirkar tərəfindən qəsdinin yönəldiyi qurbanın əmlakının dərhal ələ keçirilməsi, hədə qorxu ilə tələb etdikdə isə qəsdin yönəldiyi əmlakın gələcəkdə ələ keçirilməsinə, yaxud da quldurluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra olunduğu vaxt və ya gələcəkdə əmlaka olan hüququn əldə olunmasına və yaxud əmlak xarakterli digər hərəktələrin edilməsinə yönəlir. Hədə-qorxu ilə tələb etmə bilavasitə zərərçəkmiş şəxsin əmlakının ələ keçirilməsi ilə müşayət olunan cinayətlərin real məcmusunun yaratdığı hallarda zorun xarakterindən asılı olaraq bu hərəkətlər hədə-qorxu ilə tələb etmə ilə yanaşı, həm də quldurluq kimi tövsif olunur. Məhkəmənin bu qənəati “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubliksı Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-cu il tarixli Qərarının 2-ci bəndində gəldiyi qənəat baxımından da əsaslıdır. İstinad edilən qərarla da məhkəmələrə izah edilmişdir ki, quldurluq cinayətində əmlakın ələ keçirilməsi zorakılıqdan dərhal sonra baş verdiyi halda, hədə qorxu ilə tələb etdikdə isə əmlakın gələcəkdə ələ keçirilməsi, yaxud da quldurluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra olunduğu vaxt və ya gələcəkdə əmlaka olan hüququn əldə olunmasına yönəlir. Hədə qorxu ilə tələb etmə bilavasitə zərərçəkmiş şəxsin əmlakının ələ keçirilməsi ilə müşaiyət olunan cinayətlərin real məcmusunun yaratdığı hallarda, zorun xarakterindən asılı olaraq bu hərəkətlər hədə-qorxu ilə tələb etmə ilə yanaşı, həm də quldurluq kimi tövsif edilməsi tövsiyyə olunmuşur. Məhkəmə yuxarıda təsvir olunun halları nəzərə alıb Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun gəldiyi qənaətinə gəlir və onun əməlini həmin maddə ilə tövsif edib ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 181.2.5-ci madəsində nəzərdə tutulmuş cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmədiyi üçün ittihamdan xaric olunmasını əsaslı sayıb ittihamdan xaric edir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən iş üzrə 01 ədəd 3 ml-lik şpris maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı həmin sübutun hazırkı iş üzrə cinayət əməlinin sübutetmə predmetinə aid olmadığı müəyyən olundu. Bu səbəbdən də məhkəmə, həmin sübutun sübutlar siyahısından çıxarılmasını və həmin onun məhvi məsələsini saxlanıldığı daxili işlər orqanının mülahizəsinə buraxmağı əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 80 (səksən ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu 55 (əlli beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulması, 08 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırki vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materillarından görünür ki, təqsirləndirilən şəxs Tağıyev X4 rayon məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(008)- 174/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halın nəzərə alınmasını və həmin cəzanın Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən, ona təyin olunacaq cəza ilə qismən toplanılmasını əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq və məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələr verməsi müəyyən olundu, onun məsuliyyəyini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayətlər törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxsn oğluna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 11 aprel 2023-cü il tarixli 1(008)-174/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 06 (altı) il azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 80 (səksən) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nə təhvil verilmiş 01 ədəd 3 mllik şpris hazırkı iş üzrə cinayət əməlinin sübutetmə predmetinə aid olmadığından sübutlar siyahısından çıxarılsın və onun məhvi məsələsi saxlanıldığı daxili işlər orqanının mülahizəsinə buraxılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-261/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-261/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver