Məhkəmə qərarları › İş №1(101)-261/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-261/2025

13.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-261/2025 13.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 41, mənzil 181/3-də yaşamış, xx.xx.2023-cü il tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Yeni yaşayış massivi nömrəsiz evdə yaşamış, xx.xx.2023-cü il tarixdə Sabunçu rayon məhkəməsi tərəfindən barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla, Təqsirləndirilən şəxs2 isə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdırlar. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs1 satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədilə xx.xx.2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Baba” adı ilə İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 250 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu ərazisində qoyulmuş yerdən külli miqdarda, 42 ədəd konvalyutda ümumilikdə 420 ədəd qəhvəyi rəngli dairəvi formalı, metadonun təsir maddəsinin ümumi miqdarı 16,8 qram təşkil edən narkotik vasitə “Methadone 40” həblərini, ümumi təmiz çəkisi 210,339 qram narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 0,106 qram narkotik vasitə heroini, ümumi təmiz çəkisi 1,817 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib kirayə yaşadığı ünvan 3 ünvanına daşıyaraq həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölmüş satışını həyata keçirməsi üçün narkotik vasitənin bir hissəsini öz üzərində, digər hissəsini isə yaşadığı həmin evdə saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi və Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Təqsirləndirilən şəxs2la birlikdə 12 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, “Armada” otelin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 1 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilmiş, polis bölməsində onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,106 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə, təmiz çəkisi 0,339 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd konvalyutda ümumilikdə 20 ədəd qəhvəyi rəngli dairəvi formalı, metadonun təsir maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən narkotik vasitə “Methadone 40” həbləri və əməliyyat tədbirinin davamı olaraq Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən kirayə yaşadığı ünvan 5 ünvana onun və Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman mənzilin yataq otağında yerləşən dolabın ikinci siyirməsindən 01 ədəd qara rəngli çantanın içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 210 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda, 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli dairəvi formalı, metadonun təsir maddəsinin ümumi miqdarı 16 qram təşkil edən narkotik vasitə "Methadone 40” həbləri və 01 ədəd arxa hissəsində “600g/0,01g QC.PASS.5” yazılan, qara-göy rəngli üzərində narkotik vasitə marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.

3. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan istintaqa şəxsiyyəti məlum olmayan “Baba” adlı şəxsdən 1,817 qram psixotrop maddəni əldə etmiş, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi və Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Təqsirləndirilən şəxs1lə birlikdə 12 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsi, “Armada” otelin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 1 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirilmiş, polis bölməsində onun üzərində şəxsi axtarış keçirilən zaman isə sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,093 qram və 1,650 qram, ümumi təmiz çəkisi 1,817 qram təşkil edən ağ rəngli kristallik maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

4. xx.xx.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 03) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Zabrat qəsbəsi ərazisində üzərində gəzdirməsi, alqı-satqısı ilə məşğul olması bildirilmişdir.

5. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhərində olduğu yer müəyyən edilərək, həmin tarixdə saat 19:30 dəqiqədən tutulmuş hesab edilmişdir.

6. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 42) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhərində olduğu yer müəyyən edilərək, həmin tarixdə saat 19:30 dəqiqədən tutulmuş hesab edilmişdir.

7. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 ərizəsindən (cild 01, iş vərəqə 53) görünür ki, şəxsi axtarış zamanı müdafiəçisinin iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir.

8. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 55-56) görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhərində olduğu yer müəyyən edilərək, həmin tarixdə saat 19:30 dəqiqədən tutulmuş hesab edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli selofana bükülmüş 02 ədəd bükümdə spesifik iyə malik olan, qəhvəyi rangli, narkotik vasitə olan heroinə bənzər maddələri və 2 list tünd sarı rangli psixotrop tərkibli dərmanlara bənzər dərmanları və Təqsirləndirilən şəxs2 isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli selofana bükülmüş 03 ədəd bükümdə xırda kristal formalı, spesifik iyə malik olmayan, metanfetaminə bənzər maddələri təhvil vermişlər. Həmin maddələri 250 manata X11 vətəndaşı olan Baba adlı şəxsdən online şəkildə aldıqlarını və onlara göndərilən Məmmədli qəsəbəsindəki konumdan götürdüklərini bildirmişlər. Həmçinin həmin maddələrin satışı ilə məşğul olduqlarını demişlər. Təqsirləndirilən şəxs1 kirayə yaşadığı ünvan 6 ünvanında əlavə narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirildi və əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli "Samsung" markalı və həmin şalvarın arxa sol cibindən 01 ədəd ağ rəngli "Xiaomi" markalı mobil telefonlar aşkar edildi. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirildi və əynində olan qara rəngli gödəkçənin sol iç cibinden 01 ədəd göy rəngli "Redmi" markalı və 01 ədəd qara rəngli "Samsung" markalı mobil telefonlar aşkar edildi. Aşkar olunmuş ağ rəngli selofana bükülmüş 02 ədəd bükümdə spesifik iyə malik olan, qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddələr və 2 list tünd sarı rəngli psixotrop tərkibli dərmanlara bənzər dərmanlar və ağ rangli selofana bükülmüş 03 ədəd bükümdə xırda kristal formalı, spesifik iyə malik olmayan, metanfetaminə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən iki ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 161 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli "Samsung" markalı və 01 ədəd ağ rəngli "Xiaomi" markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd göy rəngli "Redmi" markalı və 01 ədəd qara rangli "Samsung" markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan qabşaldırılaraq götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi.

9. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ərizəsindən (cild 01, iş vərəqə 59) görünür ki, yaşadığı ünvana baxış keçirilməsinə və baxış zamanı müdafiəçinin iştirak etməməsinə etiraz etməmişdir.

10. xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 ərizəsindən (cild 01, iş vərəqə 53) görünür ki, Təqsirləndirilən şəxs1 evinə baxış zamanı onun müdafiəçisinin iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir.

11. xx.xx.2023-cü il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 61-62) görünür ki, Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, təhqiqatçı Anar Kərimovun, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə birlikdə ünvan 7 ünvana baxış keçirilərkən yataq otağında olan dolabın ikinci siyirməsində olan qara rəngli çantanın içərisində olan 01 ədəd qara rəngli selofan paketin içərisində ot kütlələrini, 40 list olmaqla 400 ədəd metadon tərkibli həb şəklində maddələri, 01 ədəd arxa hissəsində “600g/0,01g QC.PASS.5” yazılan qara-göy rəngli elektron tərəzini təqdim etmişdir. Bundan sonra təqdim etdiyi ot kütlələri, həblər və 01 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş baxışlarla əlaqədar içərisində baxış keçirilməsinə dair görüntülər olan 01 (bir) ədəd DVD disk sübut növü kimi tanınmış və iş materiallarına əlavə edilmişdir.

12. Məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1692 nömrəli rəyindən (cild 01, iş vərəqə 75-77) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş maddi sübut...» yazı və imzalar olan bağalamada 1 ədəd qara rəngli sellofanda təmiz çəkisi 210,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 1 ədəd arxa hissəsinə «600g/0,01g QC.PASS.5» yazıları olan qara-göy rəngli eelektron tərəzinin üzərində cüzi miqdar marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir.

13. Məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1693 nömrəli rəyindən (cild 01, iş vərəqə 80-81) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddi sübut...» yazı və imzalar olan zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,339 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana 1 ədəd bükümdə olduğundan onun müqayisəli tədqiqatı aparılmadı.

14. Məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 dekabr 2023-cü il tarixli 3-16-16/2- 6/6398 nömrəli rəyindən (cild 01, iş vərəqə 84-87) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N161» dairəvi möhür əksi olan iki ədəd zərfdə və bir ədəd bağlamada olan;üzərində «Təqsirləndirilən şəxs2 üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,093 qram, 1,652 qram, ümumi təmiz çəkisi 1,817 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərin və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - mateamfetamindir.üzərində «Təqsirləndirilən şəxs1...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,106 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş ümumi sayı üzərində «Methadone 40» göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 20 qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,8 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir.üzərində «Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2...» sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd bağlamanı açdıqda içərisindən üzərində «Methadone 40» göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli həbdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 16 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir.Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir.

15. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 59008)- 1153/2023 saylı qərarından (cild 01, iş vərəqə 111-112) görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X5 “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 dekabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir.

16. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 113) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasİ Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

17. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 130-131) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

18. 14 dekabr 2023-cü il tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarından (cild 01, iş vərəqə 160-163) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

19. 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarından (cild 01, iş vərəqə 164-170) görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

20. Cinayət işi materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan (cild 01, iş vərəqə 171-183) görünür ki, Təqsirləndirilən şəxs1 götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd qara rəngli "Samsung" markalı mobil telefon aparatına baxış keçirilmişdir. Mobil telefon aparatı işlək vəziyyətdə olmaqla smartfon tiplidir, mobil telefonun <<«Whatsapp>> proqramında "***-***-**- **" saylı Azercell GSM mobil nömrəsi qeydiyyatdan keçirilmişdir. Baxış zamanı mobil telefonun «Whatsapp>> başlıqlı daxil olan və çıxan mesajlar siyahısında "Zabrat Usda" adı ilə qeyd edilmiş +**********15 nömrəli mobil nömrənin sahibi ilə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyi, həmçinin satışını həyata keçirdiyi narkotik vasitələrin qoyulduğu yerlərin çoxlu sayda fotoşəkilləri, narkotik vasitələrin çəkilərinin fotoşəkilləri, səs yazıları, həmçinin sms yazışmaları müəyyən edilmişdir. "Zabrat Usda" adı ilə qeyd edilmiş +**********15 nömrəli mobil nömrənin sahibi Təqsirləndirilən şəxs1 "Aa bide surocnu 3kola1pati lazımdı ata bilərsən", "Bazarstordan sola soldakı binanın axırdan 2-ci bolkun qabağı kiann arxasi divarla taxtanin arasinda siqarey paçkası 6k", "A gel eve tez mən çatıram use nefcilere", həmçinin Təqsirləndirilən şəxs1 həmin mobil nömrənin sahibinə narkotik vasitələri qoyulduğu yerlərin ünvanların fotoşəkillərini çəkərək göndərmiş və "Bllok181, 1ile 3asasi3k1p", "Bide bax karta 35gəldi pul" "Abu burda hardadı" "A bunun yerini başa sal bide neyin icindedi, noldu" bundan başqa Təqsirləndirilən şəxs1 səs yazılarında narkotik vasitələri açıq şəkildə əldə etməsi, satışını həyata keçirməsi aşkar edilmişdir.

21. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 01, iş vərəqə 184-185) görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli "Samsung" markalı mobil telefonun maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək göturülmüş 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,074 qram, 0,093 qram və 1,650 qram olmaqla ümumi təmiz çəkisi 1,817 qram təşkil edən ağ rəngli kristallik maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs1 üzərində şəxsi atxarış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,106 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,339 qrarn bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd konvalyutda ümumilikdə 20 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,8 qram təşkil edən narkotik vasitə "Methadone 40" həbləri, həmçinin yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 41, mənzil 181/3 ünvanına baxış keçirilən zaman götürülmüş 01 ədəd qara rəngli çantanın İçərisindən 01 ədəd qara rəngli selofan bükümdə təmiz çəkisi 210 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 40 ǝded konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən külli miqdarda 16 qram təşkil edən "Methadone 40" həbləri və 01 ədəd arxa hissəsində 600g/0.01g QC PASS.5" yazılan qara-göy rəngli üzərində cüzi miqdar marixuana hissəcikləri olan elektron tərəzi maddi sübut kimi tanınması, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilməsi qərara alınmışdır.

22. 02 yanvar 2024-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan (cild 01, iş vərəqə 198) görünür ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və götürmə zamanı, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış və götürmə zamanı çəkilmiş görüntülərdən görünür ki, 12 dekabr 2023-cü il tarixdə Sabunçu RPl-nin 15-ci PB-nin inzibati binasında şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunduqdan sonra üzərlərində hər-hansı bir qanunla qadağan olunmuş əşya, sənəd və ya predmet olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli selofana bükülmüş 02 ədəd bükümdə spesifik iyə malik olan maddələri və 2 list tünd sarı rəngli psixotrop tərkibli dərmanlara bənzər dərmanları və Təqsirləndirilən şəxs2 isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli selofana bükülmüş 03 ədəd bükümdə xırda kristal formalı, spesifik iyə malik olmayan, metanfetaminə bənzər maddələri çıxarıb masanın üzərinə qoyurlar. Onlar həmin maddələri 250 manata X11 vətəndaşı olan “Baba” adlı şəxsdən online şəkildə aldıqlarını və onlara göndərilən Məmmədli qəsəbəsindəki konumdan götürdüklərini bildirirlər. Həmçinin həmin maddələrin satışı ilə məşğul olduqlarını qeyd edirlər. Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 ünvanında əlavə narkotik vasitələr olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilir və əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli "Samsung” markalı və həmin şalvarın arxa sol cibindən 01 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefonlar aşkar edilir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilir və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd göy rəngli “Redmi” markalı və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar aşkar edilir. Aşkar olunmuş bükümlərdə olan maddələr və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülür. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli “Samsung” markalı və 01 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd göy rəngli “Redmi” markalı və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülür.

23. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən (cild 01, iş vərəqə 206-208) görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir.

24. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədindən (cild 01, iş vərəqə 209-211) görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 22 gün azadlığın məhdudlaşdırılması və 100 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

25. Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1059 nömrəli rəyindən (cild 01, iş vərəqə 228-229) aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

26. Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1064 nömrəli rəyindən (cild 01, iş vərəqə 230-231) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

27. xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 75) görünür ki, Bakcell MMC-dən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinəd axil olmuş məktuba qoşma olaraq əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək hal müəyyən edilməmişdir.

28. xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 78) görünür ki, Azercell MMC-dən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsindən daxil olmuş məktuba qoşma olaraq əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək hal müəyyən edilməmişdir.

29. xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 79) görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edİlmiş bir ədəd Samsung və bir ədəd Redmi markalı mobil telefonlarda iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir.

30. xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 02, iş vərəqə 80) görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir ədəd Xiaomi markalı mobil telefonlarda iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir.

31. 03 aprel 2024-cü il tarixli cinayət işindən başqa cinayət işinin ayrılmsı və icraata qəbul eidlməsi haqqında qərardan (cild 02, iş vərəqə 102-103) görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və metadon həblərinin mənbəyini müəyyən etmək faktına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* cinayət işi ayrılmışdır.

32. Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və tibbi kitabçaların surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X8 xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adlarına tibbi kitabça açılmış, Təqsirləndirilən şəxs1 müayinə zamanı xəsarət aşkar edilməmiş, burun üzərində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs2 müayinə zamanı xəsarət aşkar olunmamış, sol saidin ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur.

33. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmalarını bildirmələri barədə Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə müraciət və məlumat daxil olmamış, material üzrə araşdırma aparılmamışdır.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 05 saylı Cəzaçəkmə Müəsisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmünə əsasən ARCM-nin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar 05 saylı cəzaçəkmə müəsisəsindən azad edilmişdir.

35. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-151/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 ARCM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır.

36. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis idarəsinin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən çox vaxt keçdiyi üçün dəqiq tarixləri xatırlamır. 2023-cü ilin dekabr ayında Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi ünvanında yerləşən Armada otelinin yaxınlığında iki nəfər şübhəli şəxs əvvəldən dahxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq məsuliyyətə cəlb olunmuşdur. Şübhəli şəxslərin üzərinə baxış keçirilən zaman onların üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxslərin üzərindən ev açarının aşkar olunub-olunmadığını xatırlamır. Hadisənin üzərindən çox vaxt keçdiyi üçün təfərrüatları xatırlamır. İibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Onun ifadəsindən görünür ki, Sabunçu RPİ-nin 15-ci PB-nə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr əldə etmələri, saxlamaları, alqı-satqısı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması məqsədi ilə 12 dekabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o və Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmişdir. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 dekabr 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən “Armada” otelin yaxınlığında müəyyən edərək onlara yaxınlaşıb özlərini əqdim etmiş, onların qanunsuz olaraq narkotik vasitə əldə etmələri, üzərində saxlayaraq daşımaları, alqı-satqısı ilə məşğul olmaları barədə məlumata malik olduqlarını bildirib onları Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etməyərək onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gəlməyə razılaşmış və həmin şəxsləri həmin bölməyə aparmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılana kimi tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, sonradan məlum olduğu kimi üzərilərində olan narkotik vasitə və psixotrop maddələri hər hansı bir üsulla özlərindən kənarlaşdırmağa imkanları olmamışdır. Belə ki, Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 vəkil X12 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 vəkil X2 təqdim edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Sabunçu rayon Polis İdarəsinin 15ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl onlara Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəkilin iştirakı olmadan üzərlərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etmələri təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli selofana bükülmüş 02 ədəd bükümdə spesifik iyə malik olan maddələri və 2 list tünd sarı rəngli psixotrop tərkibli dərmanlara bənzər dərmanları və Təqsirləndirilən şəxs2 isə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli selofana bükülmüş 03 ədəd bükümdə xırda kristal formalı, spesifik iyə malik olmayan, metamfetaminə bənzər maddələri çıxarıb masanın üzərinə qoymuşlar. Onlar həmin maddələri 250 manata X11 vətəndaşı olan “Baba” adlı şəxsdən onlayn şəkildə aldıqlarını və onlara göndərilən Məmmədli qəsəbəsindəki məkandan götürdüklərini bildirmişlər. Həmçinin həmin maddələrin satışı ilə məşğul olduqlarını demişlər. Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 ünvanında əlavə narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli “Samsung” markalı və həmin şalvarın arxa sol cibindən 01 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefonlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd göy rəngli “Redmi” markalı və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar aşkar edilmişdir. Aşkar olunmuş bükümlərdə olan maddələr və həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli “Samsung” markalı və 01 ədəd ağ rəngli “Xiaomi” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd göy rəngli “Redmi” markalı və 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvana baxış və götürmə aparılması barədə qərarla tanış olmuşlar, hər ikisi müdafiəçilərin iştirakı olmadan baxış və götürmə aparılmasında iştirak etmələrini istəmişlər, bu barədə ərizə vermişlər. Bundan sonra onun, Sabunçu rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, təhqiqatçı Anar Kərimovun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları birlikdə ünvan 7 ünvanın qarşısına getmişlər və orada videoçəkiliş vasitəsi ilə evə baxış keçirilmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə edərək saxladığı yataq otağında olan dolabın ikinci siyirməsində olan qara rəngli çantanın içərisində olan 01 ədəd qara rəngli selofan paketin içərisində ot kütlələrini, 40 list olmaqla 400 ədəd metadon tərkibli həb şəklində maddələri, 01 ədəd arxa hissəsində “600g/0,01g QC.PASS.5” yazılan qara-göy rəngli elektron tərəzini təqdim etmişdir. Bundan sonra təqdim etdiyi ot kütlələri, həblər və 01 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır.

37. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasl Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis idarəsinin 15-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən kifayət qədər çox vaxt keçdiyi üçün, bəzi təfərrüatları xatırlamaqda çətinlik çəkir. Təqsirləndirilən şəxslər 2023-cü ilin dekabr ayında keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, “Armada” otelin yaxınlığında saxlanılmışlar. Təqsirləndirilən şəxslər 15-ci polis bölməsinə gətirilmişlər və orada üzərlərinə şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilmişdir. Bu zaman təqsirləndirilən şəxslərin üzərindən “M40” metadon həbləri, həmçinin müxtəlif mənşəli narkotik kütlələrinin bükümləri ələ keçirilmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən təqsirləndirilən şəxslərin yaşadığı evə də axtarış keçirilmiş və oradan da narkotik mənşəli predmetlər aşkar olunaraq götürülmüşdür. Ona verilən suallara cavan olaraq bildirmişdir ki, şübhəli şəxslər müdafiəçi ilə təmin olunmuşlar. Şübhəli şəxslərin üzərində axtarış zamanı narkotik vasitələrdən və psixotrop maddələrdən əlavə, mobil telefon aşkar olunmuşdur. Şübhəli şəxslərin üzərindən “ev qapısının açarı”nın aşkar olunub-olunmadığını xatırlamamışdır.

Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

38. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü yalnız həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, o hadisədən 2 gün əvvəl Raufla görüşmüşdür. O tutulduğu gün Raufun polis bölməsində olduğunu görmüşdür. Raufu da, onu da yaşadıqları evlərində ayrı-ayrılıqda saxlayıb polis idarəsinə gətirmişlər. Onu və Raufu bir yerdə saxlamayıblar, hərəsini öz evindən aparmışlar. Onun evi 8-ci kilometr qəsəbəsində, Cəmşid Naxçıvanski küçəsində yerləşir. İttihamda qeyd olunan narkotik vasitə və psixotrop maddələrin hamısı onun üzərindən aşkar edilmişdir, həmin maddələr onun yaşadığı evdən aşkar edilmişdir. Videoçəkiliş əvvəlcə üzərində axtarış aparılarkən, sonra isə evinə baxış keçirilərkən aparılmışdır. Üzərindən şəxsi axtarış zamanı 1 list dərman aşkar edilmişdir. Həmin maddələri iran vətəndaşından əldə etmişdir. Həmin iran vətəndaşından əvvəllər də narkotik vasitə əldə etmişdir. Həmin iran vətəndaşının adı Baba olmuşdur. Baba ilə şəxsən görüşməmiş, ancaq WhatsApp vasitəsilə əlaqə saxlamışdır. Ondan aşkar edilən maddələri iranlıdan saxlanılmamışdan 10-15 gün əvvəl əldə etmişdir. Həmin maddələri çatdırılma üsulu ilə qoyulduğu yerdən götürmüşdür. Həmin vaxt iranlıya pul ödəməmiş, satdıqdan sonra isə pulunu ödəmişdir. Götürdüyü maddələri satmış, həm də iranlının dediyi yerlərə də qoymuşdur. Saxlanıldıqları gün Rauf ondan narkotik vasitə götürməmişdir. Raufa əvvəllər bir dəfə narkotik vasitə vermişdir. Saxlanılmazdan 2-3 gün əvvəl Raufa psixotrop maddə metafetamin vermiş və ekspert də müəyyən etmişdir ki, ondan və Raufdan aşkar edilən metamfetaminin tərkibi eynidir. Üzərində şəxsi axtarış aparılarkən vəkil iştirak etməmişdir. Üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirak etməsini istəməməsi barədə ərizə yazmağı yadında deyil, ona hansı sənədlər verilibsə onları imzalamış, göstərilən maddələr ondan aşkar edildiyi halda vəkilinin iştirak etməməsi barədə düşünməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni pul almadan istifadə etməsi üçün vermişdir.

39. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, polis əməkdaşları Seymur və Şahid2 va adını bilmədiyi digər polis əməkdaşı 3 nəfər olmaqla 12 dekabr tarixində saat 11-12 radələrində onu yaşadığı evdə yatdığı yerdən qaldıraraq aparmışlar. İttihamda onun guya küçədə saxlanılmağı göstərilmişdir, bu səbəbdən istintaq zamanı həm müstəntiqdən, həm də prokrurordan xahiş etmişdir ki, istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatları götürülsün ya da Sabunçu RPİnin kamera görüntülərinə baxılsın, lakin bunlar edilməmişdir. Ekspert də rəy vermişdir ki, ondan 1.8 gram çəkidə narkotik vasitə aşkar edilmişdir, belə olan halda ona maraqlıdır ki, nəyə görə ona CM-in 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə narkotik vasitə saxlasması ilə bağlı cinayət işi açılmışdır. Polis əməkdaşları onu da yaşadığı evdən aparmışlar, həmin vaxt o evdə tək olmuşdur. Həmin evdə valideynləri ilə birlikdə yaşamışdır. Narkotik vasitələrdən istifadə etmişdir, lakin heç vaxt heç kimə narkotik vasitə verməmiş, satmamış, harasa yerləşdirməmişdir. Təqsirləndirilən şəxs1 2021-ci ildən bir yerdə cəza çəkdikləri cəzaçəkmə müəssisəsindən tanıyır. Həbsdən azad olunduqdan sonra Təqsirləndirilən şəxs1lə 2 dəfə görüşmüşdür. Belə ki, cəza çəkdikdən sona cəmi 4 ay azadlıqda olmuş, həmin 4 ayın 20 gününü də 20 günlük inzibati həbsdə olmuş, həmin müddət ərzində Elçini tez-tez görə bilməzdi. Üzərindən aşkar edilmiş 1,8 qram çəkidə narkotik vasitə ona məxsusdur, bu səbəbdən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs1 İran vətəndaşından narkotik vasitə əldə etməsi, satışını həyata keçirməsi barədə məlumatı olmamışdır. Onun mobil telefon nömrəsinə narkotiklərlə bağlı bir dənə də olsun zəng və sms mətn gəlməmişdir. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis əməkdaşları tərəfindən döyülməyi barədə heç bir yerə şikayət etməmişdir. Ona bildirmişdirlər ki, əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edəcəklər, bu səbəbdən heç yerə şikayət etməmişdir. Müstəntiqin təqdim etdiyi sənədlərə imza edərkən də altda qeyd etmişdir ki, özünü 234.4.3-cü maddə ilə deyil, 234.1-ci maddə ilə təqsirli bilir. İstintaq təcridxanasına gətirildiyi zaman tibbi müayinədən keçirilmiş, bədəni üzərində xəsarət aşkar edilməmişdir. Saxlanılarkən üzərində olan mobil telefon götürülmüş və hal-hazırda müstəntiqdədir. Həmin vaxt hansı nömrədən istifadə etdiyini xatırlamır. Polis əməkdaşları onu evdən apardıqlarından mobil telefonu da evdən götürmüşlər. İstifadə etdiyi mobil telefon nömrəsi öz adına olmamışdır. Onu 2 nəfər polis əməkdaşı döymüş, onların adlarını bilmir. Müvəqqəti saxlama yerinə gətirildiyi, nə də istintaq təcridxanasına gətirildiyi vaxt döyüldüyünü deməmişdir. Çünki polis əməkdaşları ayağının altına vurmuşlar. İstintaq təcridxanasında həkim bədəninə baxmış, müayinə etmiş və xəsarət aşkar etməmiş, həkim onun ayağının altına baxmamışdır. Polis əməkdaşları onu Sabunçu RPİ-də döymüşlər.

Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

40. Maddə 234.1 Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

41. Maddə 234.4.3. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

42. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

43. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

44. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

45. Maddə 56.1.3. xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

46. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

47. Maddə 61.1.1 Cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

48. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

49. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

50. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

51. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

53. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

54. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

55. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

56. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş kannabis marixuana təmiz halda 5 qramdan artıq xeyli miqdar, 500 qram və ondan artıq miqdarı külli miqdar, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar və həmçinin metadon təmiz halda 0,02 qram xeyli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanun

58. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

59. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

60. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

61. 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

62. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

63. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

64. 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

65. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

66. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

67. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli isə həmin məcəllənin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir.

68. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxslərin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etməsi, saxlaması və daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir.

69. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərə həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən onların konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Baba” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının təqsirləndirilən şəxslərin özlərinin ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxslərə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”.

70. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.

71. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.

72. Bu səbəbdən şəxslərə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.

73. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin təqsirləndirilən şəxslər və “Baba” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxslərin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “Baba” adlı İran İslam Respublikasının vətəndaşı”, “”istintaqla müəyyən edilməyən nömrə”, “istintaqla müəyyən edilməyən qaydada” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.Həmçinin Bakı şəhəri Nizmai rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəlrəi və metadon həblərinin nə vaxt, hardan və hansı şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır.

74. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik maddənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda –CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxslərə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir

75. Beləliklə məhkəmə kollegiyası belə qərara gəlir ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham onlara qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

76. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs1 götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd qara rəngli "Samsung" markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun «Whatsapp>> başlıqlı daxil olan və çıxan mesajlar siyahısında "Zabrat Usda" adı ilə qeyd edilmiş +**********15 nömrəli mobil nömrənin sahibi ilə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə əldə etdiyi, həmçinin satışını həyata keçirdiyi narkotik vasitələrin qoyulduğu yerlərin çoxlu sayda fotoşəkilləri, narkotik vasitələrin çəkilərinin fotoşəkilləri, səs yazıları, həmçinin sms yazışmaları müəyyən edilmişdir. "Zabrat Usda" adı ilə qeyd edilmiş +**********15 nömrəli mobil nömrənin sahibi Təqsirləndirilən şəxs1 "Aa bide surocnu 3kola1pati lazımdı ata bilərsən", "Bazarstordan sola soldakı binanın axırdan 2-ci bolkun qabağı kiann arxasi divarla taxtanin arasinda siqarey paçkası 6k", "A gel eve tez mən çatıram use nefcilere", həmçinin Təqsirləndirilən şəxs1 həmin mobil nömrənin sahibinə narkotik vasitələri qoyulduğu yerlərin ünvanların fotoşəkillərini çəkərək göndərmiş və "Bllok181, 1ile 3asasi3k1p", "Bide bax karta 35gəldi pul" "Abu burda hardadı" "A bunun yerini başa sal bide neyin icindedi, noldu" məzmunlu sms mətnləri aşkar edilmişdir. Həmin sms mətnlərinin məzmununda olan “6k” , “3k1p” “3kola1pati” adlandırdıqlarının narkotik vasitə olduğuna və narkotik vasitə dövriyyəsi ilə bağlı məzmunda olmasına əsaslı şübhələr vardır. Həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də Təqsirləndirilən şəxs1 bu faktı təsdiq etmişdir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, müxtəlif növdə olmaları və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 özünü verilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəni özünümüdafiə xarakterli olmaqla onun cinayət məsuliyyətindən yayınması cəhdi kimi qiymətləndirir.

77. Bundan başqa, aparılmış məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham tam həcmdə öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş itttiham ilə özünü təqsirli bilməmiş, yalnız narkotik vasitə istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 istintaqa şəxsiyyəti məlum olmayan “Baba” adlı şəxsdən öz istifadəsi üçün xeyli miqdarda narkotik vasitə alması və üzərində saxlaması faktı təsdiqini tapmış, bu hal digər təqsirləndirilən şəxsin ifadəsi ilə də öz təsdqini tapmışdır. Həmçinin ibtidai istintaq dövründə də Təqsirləndirilən şəxs2 Sabunçu RPİ 15-ci polis bölməsində xx.xx.2023-cü il tarixdə izahatı alınarkən narkotik maddə istifadəçisi olduğunu, narkotiki Təqsirləndirilən şəxs1 əldə etdiyini, o cümlədən sonuncu da izahatı alınarkən saxlanıldıqları gün Təqsirləndirilən şəxs2la narkotik vasitə götürmək üçün görüşdüklərini bildirmiş, şübhəli şəxs qismində dindirilən zaman da eyni məzmunlu ifadə vermişlər. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham heç bir sübutla əsaslandırılmamışdır. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin əlavə dindirməsi zamanı, o cümlədən Təqsirləndirilən şəxs1 evində baxış keçirilən zaman narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı verdiyi etirafedici ifadələri cinayət işi üzrə ona verilmiş ittiham üzrə əsas sübut hesab etmir. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qüvvədə olan prossessual qanunvericilik belə olan təqdirdə şübhəli halların təqsirləndirilən şəxsin xeyrinə həll edilməsini ehtiva etdiyindən Təqsirləndirilən şəxs2 qarşı külli miqdarda narkotik vasitənin satışı ittihamının irəli sürülməsi əsassız hesab edilməlidir. Beləliklə yekun olaraq Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.

78. Təqsirləndirilən şəxs2 özünü müdafiə üçün gətirdiyi bir sıra dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

79. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 57-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

80. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən xeyli miqdar təşkil etdiyindən (bax: qərarın 57-ci bəndləri) onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır.

81. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxslərin cinayət törətməsini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 48-ci bəndi).

82. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

83. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və cinayətin növünə görə az ağır cinayət hesab olunur.

84. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 40,41,42 və 44-cü bəndləri).

85. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin əməlində cinayətlərin residivi müəyyən olunmuşdur. (qərarın 47-ci bəndi)

86. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların əməlində cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran hallar kimi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

87. Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab olunur və yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi vardır. Bu səbəbdən Təqsirləndirilən şəxs1 cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 45-ci bəndi).

88. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı və cəzasını çəkmiş hesab edilməlidir. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 12 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1687/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır.

89. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş” həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir.

90. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır və cəzasını çəkmiş hesab edilməlidir.

91. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarları ilə barəsində xx.xx.2023-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 54 və 55-ci bəndləri)

92. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2023- cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir

93. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

94. İş üzrə maddi sübut olan, DİN-nin Bakı şəhəri Nizami RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra 209,95 qram qurudulmuş marixuana, 0,300 qram qurudulmuş marixuana, 0,086 qram narkotik vasitə heroin, 410 ədəd metadon həbi, 1,757 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 52-ci bəndi)

95. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

96. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

97. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 205 (iki yüz beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 102,50 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 56-cı bəndi).

98. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı ) manat məbləğində, həmçinin dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 480 manat məbləğində, məhkəmə istintaqı mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 480 manat məbləğində pul köçürülməlidir.

99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin, ona təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub DİN-nin Bakı şəhəri Nizami RPİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatından sonra 209,95 qram qurudulmuş marixuana, 0,300 qram qurudulmuş marixuana, 0,086 qram narkotik vasitə heroin, 410 ədəd metadon həbi, 1,757 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 205 (iki yüz beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 102,50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 üçün hər birinə ayrı-ayrılıqda 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar