Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-262/2021 23.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri “Pro Bona” vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 30 saylı Vəkil bürosunun vəkilləri X7, Şahid2 Əmirxan oğlunun və 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti İdarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində vəzifədən kənarlaşdırma və həbs qətimkan tədbirləri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum edilməmiş, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi f nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləmiş, ünvan 3 ünvanında yaşamış, barəsində vəzifədən kənarlaşdırma və həbs qətimkan tədbirləri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 2019-cu ilin təxminən iyul ayının axırlarında Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində olarkən həmin Baş İdarənin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi Təqsirləndirilən şəxs2 ilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib öz aralarında bölmək barəsində razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2019-cu ilin iyul-avqust aylarında Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən “X35” adlı çörək bişirmə sexinə gəlib həmin sexə rəhbərliyi həyata keçirən Şahid1 onun sexdə sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsini yoxlanılmaması və digər vergi qurumunun əməkdaşları tərəfindən də həmin sexdə öz səlahiyyətləri çərçivəsində də nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə yoxlamaların qarşısını almaqda ona himayadarlıq etməyi yalandan vəd edib onu aldadaraq ondan 3.500 manat pul alıb öz aralarında bölüşdürmüşlər. Bundan sonra, yəni 2020-ci ilin mart ayında Bakı şəhərində Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən qaydada və üsulla yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən yuxarıda göstərilən çörək bişirmə sexinə gəlib sexə rəhbərliyi həyata keçirən Şahid1 aldadaraq onun xeyli miqdarda əmlakını ələ keçirib öz aralarında bölüşdürmək barəsində razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 ilə yuxarıda göstərilən ünvanda görüşüb ona sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib- keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də sexdə öz səlahiyyətləri çərçivəsində nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə ona himayədarlıq edib yoxlamaların qarşısını almağı yalandan vəd edib onu aldadaraq sonuncunu onlara 6.000 (altı min) manat verməyə razı salıb 4 may 2020-ci il tarixdə, saat 15:00 radələrində həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Sorento” markalı, Az ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 verilməsi onlara vəd edilən 6000 (altı min) manatın, yəni xeyli miqdarda pulun 3.000 (üç min) manat hissəsini aldıqdan sonra onlar barəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində onlar hadisə yerində tutulmuşlar. Bu səbəbbdən də onlar əldə edib öz aralarında bölüşdürmək istədikləri 6000 (altı) min manat məbləğin qalan 3000 (üç min) manat hissəsini öz iradələrindən asılı olmayaraq ələ keçirə bilməmişlər. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 2001-ci ildən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. 2019-cu ilin yayından etibarən isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X22 üzrə Baş İdarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyir. Xidməti üzrə vəzifəsinə rəhbərliyinin əmr və qərarları əsasında Vergi qanunvericiliynə uyğun olaraq qarar və əmrdə göstərilən ünvanlarda yerləşən müəssisələrdə monitorinq aparıb sahibkarlıq fəaliyyəti ilə məşqul olan şəxslərin vergi qanunvericiliyinə əməl edib-etməmələrini yoxlamaq, vergidən yayman müəssisələr haqqında idarənin rəhbərliyinə məlumat vermək daxildir. Məlumat da yazlı olur. Onun hüquq və vəzifələri vergi qannvericiliyi, daxili əsasnamə ilə tənzimlənir. Onun müstəqil şəkildə vergi subyektlərində monitorinq aparmaq və ya sahibkarlıqla məşqul olan şəxsləri vergiyə cəlb etmək, vergidən azad etmək, obyektlərdə monitorinq, yoxlama aparılması haqqında qərar vermək və ya belə qərarların icrasını dayandırmaq, ləğv etmək səlahiyyəti olmamışdır. O, Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi kimi şöbənin, idarənin və ondan yuxarı rəhbərliyin tabeçiliyndə olmuşdur. Onun özünün tabeçiliyində heç bir vergi əməkdaşı və ya işçi olmamışdır. Onun şöbənin və ya vergi xidməninin hər hansı əməkdaşını sahibkarlıqla məşğul olan şəxsləri vergi qanunvericiliyinin şərtlərinə əməl edib-etməmələrini yoxlamağa göndərmək və ya rəhbərliyin belə yoxlamalara göndərdiyi şəxslər tərəfindən yoxlamaların keçirilməsinin qarşısını almaq, yoxlamaların gedişinə, nəticələrinə təsir etmək imkanı və hüquqi olmamışdır. Təqsirləndirilən şəxs2 isə büdcədən kənar işçidir. O, vəzifəli şəxs deyil, nazirliyin fond işçisidir. Onun otaqdan çıxıb başqa yerdə yoxlama aparmaq və ya hər hansı vergi ilə bağlı iş aparmağa ixtiyarı, yəni səlahiyyəti yoxdur. Onun nə səlahiyyəti varsa, vəzifə təlimatında göstərilmişdir. Cahid yardımçı işlərlə məşqul olurdu. Onun Özü isə Nərimanov rayonun vergi müfəttişliyinin əməkdaşıdır. Onun Xətai rayonunda yerləşən sahibkarlıq subyektlərində yoxlama aparması yalnız rəhbərliyin yazılı qərarı əsasında ola bilərdi. Qərarda hansı yerlərin yoxlanılacağı da göstərilir. Məsələn, Quliyev Etibarın beş obyekti var və filan ünvalarda yerləşir. Qərarda göstərilir ki, həmin obyektlər yoxlanılsın. 0,2017-ci ildən sonra qərarla yoxlamalarda iştirak edib. 2019-cu ildə o, Dəməgül ərazisinə təhkim olunub. O, təhkim olunduğu ərazidən başqa ərazidə yoxlama apara bilməz. Yalnız Nazirliyin əmri əsasında o, başqa əraziyə gedə bilər. Qərar olmasa onun başqa ərazidə yerləşən obyektə yoxlamaya, monitorinq keçirməyə getməsi mümkün deyil. Xidməti ərazi bölgüsü xidmət rəisi tərəfindən müəyyən edilir və nazirliyə göndərilir. O, tutulana gədər Xətai rayonunda onun xidməti ərazisi olmayıb. Etibar Quliyevin də sexi Xətai ərazisində olub. X26 sexində monitrinq aparmağa səlahiyyət verən əmr və ya qərar olmayıb. Monitorinq əmr əsasında aparılır. 2020-ci ilin mart ayından etibarən, «Corona» ilə bağlı obyektlərdə monitorinq aparılması və vergi yoxlanılması dayandırılmışdı. Obyektlər də işləmirdi. Həmin dövrdə onun da maddi vəziyyəti çox pis olmuşdur. Bu barədə o, Cahidə demişdir. Cahid də özünün maddi vəziyyətinin pis olduğunu dedi. Bundan sonra onlar pandemiya ilə əlaqədar olaraq vergi yoxlamlarının, monitorinqlərinin aparlmasının dayandırılmasından istifadə edib Etibara onun sexində vergi orqanların tərəfindən aparılacaq yoxlamaların qarşısını almaq imkanları olduğunu deyib onu aldadaraq ondan pul istəmişlər. Etibar da onların onu adlatdıqlarını başa düşüb özünü onlara inanan kimi göstərib uzun uzadı danışıqlardan sonra onlara 6000 (altı min) manat verməyə razılıq verib onlardan nazirliyə şikayət etmişdir. Nazirlik də ərizəni yoxlamaq üçün korrupsiya idarəsinə göndərmişdir. Etibar isə şikayət edəndən sonra onların istədikləri pulun 3000 manatını sonra verəcəyini bildirib, maşının içərisində onlara 3000 (üç min) manat verdi. Həmin vaxtda da onları tutmuşlar. Etibar özü savadlı adamdır. Başa düşüb pandemiya ilə əlaqədar heç yerdə yoxlama aparılmır, onu aldadırlar. Buna görə də onlardan nazirliyə şikayət etmişdir. Nazirlik də onların nazirliyin adından istifadə etdikləri üçün Etibarın ərizəsini yoxlamağa korrupsiya idarəsinə göndərmişdir. O, bu işi maddi vəziyyətlərinin ağırlığından edib. Onlar Xətai rayonu ərazisində çörək sexinə getmələri kiçik sahibkarlıqla əlaqəli olmayıb. Onların ora getmələrindən Xətai rayon vergi müfəttişlərinin də məlumatı olmayıb. Onu və Cahidi Etibarın sexininə Vergi xidmətindən heç kim göndərməyib. Onların ora getməyindən iş yerindən də heç kimin məlumatı olmayıb. Onlar ora özbaşına getmişlər. Məqsədləri də Etibarı aldadıb ondan pul alıb aralarında bölüşdürmək olub. O, rəhbərliyin qərarı əsasında qərarda göstərilmiş ünvanda monitorinq aparıb vergi qanunvericiliyinin pozulub-pozulmamasını yoxlaya bilər. Monitorinq nəticəsində vergi qanunvericiliyinin pozuntusu aşkar edilərsə bu barədə o, yoxlamanın nəticələri barədə xidmət etdiyi idarənin rəhbərliyinə yazılı şəkildə məlumat verir. Monitorinq aparan şəxsin vergi qanunvericiliyinin pozulması hallarını aşkar etdikdə özü vergi ödəyicisi barəsində tədbir görmək səlahiyyəti yoxdur. Onların əsas işi müəyyən edilmiş rəsmi qaydada monitorinq aparıb nəticələri barəsində yazılı məlumatı idarə rəhbərliyinə təqdim etməkdir. 0,2019-cu ilin yay aylarında, ayı və tarixi xatırlamır, Cahidlə birlikdə Etibar Quliyevin sexində olub, ondan vergiləri ödəyib ödəməsini soruşub. Etibar da vergiləri ödədiyini dedi. Həmin vaxtda da onlar ora öz başına getmişlər, onların ora getməsinə icazə verən qərar olmamışdır. Onlar həmin vaxtda Etibardən pul istəməyiblər və ondan pul almayıblar. Onların həmin dövrdə Etibardan 3500 manat pul almalarına dair Etibarın ifadələri yalandır. Onlar Etibardan bir dəfə pul almışlar. Onda da tutulmuşlar. 2019-cu ilin avqust ayından sonra nə Etibar ona sexə vergi əməkdaşları gəlməsi barəsində məlumat verməyib, nə də onun özünün ora vergi əməkdaşları gəlməsindən xəbəri olmayıb. Gəlibsə də onunla danışan olmayıb. Bunları Etibar deyir. Etibarın onlar barəsində niyə belə ifadə verdiyinin səbəbini bilmir. O, törətdiyi əməldən peşmandır. Onun himayəsində dörd nəfər azyaşlı uşağı və birinci dərəcəli əlil arvadı vardır. Bunları nəzərə alıb onu bağışlamağı xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir: « ali təhsillidir, evlidir, 4 övladı var. 2001-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ilin yay aylarından isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X22 üzrə Baş İdarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyir. Kiçik vergi xidməti müşaviridir. Xidməti üzrə vəzifəsi Bakı şəhəri ərazisində monitorinq aparıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb etməkdən ibarətdir. İşlədiyi idarədən təyin edilmiş iş qrafiki üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X22 üzrə Baş İdarənin operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin fond hesablı müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə2019-cu ilin yay aylarındarriəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində monitorinq aparılması zamanı Şahid1 rəhbərliyi ilə fəaliyyət göstərən Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki “X35” adlı çörəkbişirmə sexinin fəaliyyət göstərdiyini aşkar edib sahibkar Şahid1 xəbərdarlıq etmişlər ki, vergisini ödəsin, sonuncu da həmin ərəfələrdə vergisini bank hesabına ödəmişdir. Ancaq Şahid1 həmin vaxt nə qədər məbləğdə vergi ödəməsini bilmir. 2020-ci ilin mart ayında yenə də növbəti dəfə Cahidlə birlikdə Bakı şəhəri ərazisində monitorinq apararkən Şahid1 qeyd olunan ünvandakı çörəkbişirmə sexinin fəaliyyətdə olmasını görüb ona vergi ödəməsinin zəruriliyini bildirmişlər. Şahid1 isə 2020-ci ilin aprel aymadək sexin fəaliyyətini dayandıracağını, nə vaxt fəaliyyətə başlayarsa, vergisini də ödəyəcəyini bildirmişdir. 2 may 2020-ci il tarixdə Cahidlə birlikdə monitorinq zamanı Şahid1 sexinin fəaliyyətdə olduğunu görüb, hər ikisi sexə yaxınlaşıb Şahid1lə görüşərək sexin fəaliyyət göstərdiyinə görə vergi ödəməsinin zəruriliyini izah etmişlər. 4 may 2020-ci il tarixdə saat 13-radələrində Cahid istifadəsində olan ********** mobil nömrədən Şahid1 istifadəsində olan mobil nömrəyə zəng edib vergisini ödəməsinin zəruriliyini bildirmiş, sonuncu avtomobilinin olmadığına görə vergini ödəmək üçün gələ bilməyəcəyini deyib ödəməli olduğu vergi məbləğini qəbul etmək üçün sexə gəlmələrini xahiş etmişdir. Bundan sonra, saat 15 radələrində Cahidlə birlikdə sonuncunun istifadəsində olan “Kia- Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 çörəkbişirmə sexinin qarşısında getmişlər. Şahid1 gəlib avtomobilin arxa oturacağında əyləşib uca səslə sayaraq 3000 manat pul əskinaslarmı açıq şəkildə salona qoyaraq sağollaşıb getmişdir. Həmin anda hüquq mühafizə orqanları əməkdaşları gəlib onları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparmışlar.» Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, 1996-cı ildən vergi orqanlarında işləmişdir. 2011-ci ilin aprel ayında isə Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi təyin olunmuşdur. Onun vergi yoxlamaları və ya monitorinq aparmağa səlahiyyəti yoxdur. O, yoxlamalara və monitorinq keçirilməsinə cəlb olunarsa belə o, yoxlama və monitorinqlərə müdaxilə edib nəyisə dəyişdirmək və düzəltmək səlahiyyətinə malik deyildir. Onun əsas iş yeri isə idarədədir. Köməkçi işlərlə məşqul olur. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs1 tanıyır, aralarında normal münasibətləri vardır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Kiçik Sahibkarlıqla tş üzrə Baş İdarəinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişidir. Azərdən eşitdiyinə görə rəhbərliyinin qərarı əsasında Təqsirləndirilən şəxs1 onun təhkim olunduğu ərazidə monitorinq aparıb vergidən yayman sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb edilməsi üçün rəhbərliyə məlumat verir. O özü isə monitorinq aparılmasına, eləcə də, monitorinqin nəticəsinə dair hansısa sənəd tərtib olunduğunu bilmir. Şahid1 Bakı şəhər sakini kimi tanıyır. Şahid1 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti ərazisində yerləşən çörək bişirmə sexini işlədir. O, həmin sexin Şahid1 məxsus olub-olmadığını bilmir. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə öz şəxsi işləri ilə birlikdə Əhmədlidə olarkən Şahid1 çörəkbişirmə sexi getmişlər. Azər Etibara vergiləri vaxtında ödəmək barəsində xəbərdar etdi. Etibar da bütün vergiləri vaxtında ödədiyini dedi. Həmin vaxtda Etibardan pul istənilməyib və ondan pul alınmayıb. Etibar bunu yalan deyir. Onun yalan deməsinin səbəbini bilmir. 2020-ci ilin mart ayında onun və Azərin maddi vəziyyətləri çətin olduğundan Azərlə məsləhətləşib Etibarın sexinə gedib ondan pul alıb öz aralarında bölüşdürməyi qərarlaşmışlar. Mart ayının sonunda da pandemiya başladı. Bütün yoxlamalar, monitorinqlər dayandırlı. Onlar da bundan istifadə edib Şahid1 pul almaq qərarına gəilb onun sexinə gedib ondan pul istəmişlər. Etibar 2020-ci ilin aprel aymadək fəaliyyətini dayandıracağını dedi. 02 may 2020-ci il tarixdə o, Azərlə şəhərdə olarkən yenidən Etibarın sexinə gedib ondan pul istəmişlər. Etibar da uzun söz söhbətdən sonra onlara 6000 (altı min) manat verməyə razılaşdı, ancaq pulu olmadığını bildirib həmin məbləğin 3000 (üç min) manatını may ayının əvvəlində, qalan hissəsini isə ayın sonunda verməyə razılıq verdi. Onlar da maddi çətinlikləri olduğu üçün həmin məbləğlə də razılaşmışlar. Etibar isə özünün onlar tərəfindən aldadıldığını başa düşüb onlar barəsində nazirliyə şikayət etmişdir. Nazirlik də həmin ərizəni korrupsiya idarəsinə göndərmişdir. Onların bu hərəkətlərindən nə işlədiyi idarənin, nə də nazirliyin heç bir əməkdaşının məlumatı olmamışdır. Onlar 2019-cu ilin yay aylarında Etibardan pul almamışlar. Ondan sonra Etibar ona sexə vergi əməkdaşlarının gəlməsi haqqında heç nə deməyib. O, bu barədə Təqsirləndirilən şəxs1 də eşitməyib. Əgər sexə vergi yoxlaması gəlmiş olsaydı belə onun həmin yoxlamanı dayandırmaq, onun gedişinə, nəticələrinə təsir etmək imkanı olmazdı. Belə hal olmayıb. Bir səhvdir edib. Pula ehtiyacları olduqları üçün belə hərəkət ediblər. Onların Etibarın sexinə getməklərindən heç kimin xəbəri olmayıb. Onlar sexə öz başına gedib Etibardan pul istəyiblər. Etibar da savadlı adamdır. Hər şeyi başa düşüb nazirliyə şikayət edib. İbtidai istintaq zamanı bundan fərqli ifadə verməsinin səbəbi həyəcanlı olub müstəntiqin bütün suallarına müsbət cavab verməsi olub. Əslində o, Azərin Etibarla danışıqlarına müdaxilə etməyib, hərdən bir Etibara söz gəlişi nə isə deyib özünün də Azərlə birlikdə olduğuna işarə edib. Etibar onun büdcədən kənar işçi olmasını bilməyib. İndi hadisə necə olub onu danışır. Nə onun, nə də Azərin müstəqil şəkildə monitorinq aparmaq səlahiyyətləri olmayıb. O, Azərin tabeçiliyində olmayıb. Azər özü tabeçilikdə olub, həm o, həm də Azər ancaq tabe olduqları rəhbərlərinin tapşırıqları əsasında yoxlamalara qoşulurlar. Heç kim onu Azərlə həmin sexə göndərməyib. Törətdiyi əməldən peşimandır. Öz səhvini başa düşüb. Onun himayəsində üç nəfər az yaşlı uşağı vardır.Onun barəsində obyektiv qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə elan edilib araşdırılmış İfadələrində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir: « 1996-cı ildən vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci ilin aprel ayında isə Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsinə təyin olunmuşdur. Həmin iş yeri üzrə əsas vəzifəsi vergi ödəyicilərindən qanunla nəzərdə tutulan vergi ödənişlərinin toplanmasına köməklik etməkdən ibarətdir. Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində İşləyən Təqsirləndirilən şəxs1 iş yoldaşı kimi tanıyır, münasibəti normaldır. O və Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində monitorinq aparıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri vergiyə cəlb edirlər. Ancaq monitorinq aparılmasına, eləcə də, monitorinqin nəticəsinə dair hansısa sənəd təyin olunmur vTteiyev Etibar Əhməd oğlunu Bakı şəhər sakini kimi tanıyır. Şahid1 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti ərazisində çörəkbişirmə sexinin fəaliyyətinə rəhbərlik etmişdir. Həmin sexin Şahid1 məxsus olub-olmadığını bilməmişdir. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri ərazisində növbəti monitorinq aparılması zamanı Şahid1 rəhbərlik etdiyi Bakı şəhəri Xətai rayonu ərazisindəki çörəkbişirmə sexinin fəaliyyət göstərdiyini aşkar edib vergilərini ödəməsinə dair ona xəbərdarlıq etmişlər, sonuncu da həmin ərəfələrdə vergisini bank hesabına ödəmişdir. Ancaq Şahid1 nə qədər məbləğdə vergi ödəməsini bilmir. 2020-ci ilin mart ayında yenə də növbəti dəfə Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri ərazisində monitorinq apararkən Şahid1 qeyd olunan sexinin fəaliyyətdə olmasını görüb vergi ödəməsinin zəruriliyini bildirmişlər. Şahid1 isə 2020-ci ilin aprel aymadək fəaliyyətini dayandıracağını, nə vaxt fəaliyyətə başlayarsa, vergisini də ödəyəcəyini bildirmişdir. 2 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə monitorinq zamanı Şahid1 sexinin fəaliyyətdə olduğunu görüb Təqsirləndirilən şəxs1lə hər ikisi sexə yaxınlaşıb Şahid1lə görüşərək sexin fəaliyyət göstərdiyinə görə vergi ödəməsinin zərurliyini izah etmişlər, Hansısa sahibkarın vergisini ödəyib-ödəmədiyini Təqsirləndirilən şəxs1 dövlət vergi müfəttişi kimi bilir, bundan məlumatlı olur. 4 may 2020-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə idarədə olduqları vaxt istifadəsində olan ********** mobil nömrədən Şahid1 xatırlamadığı mobil nömrəsinə zəng edib vergisini ödəməsinin zəruriliyini bildirib, banka gedərək vergisini ödəyib kassa mədaxil qəbzini gətirib ona təqdim etməsini demiş, Şahid1 avtomobilinin olmadığına görə gələ bilməyəcəyini deyib ödəməli olduğu vergi məbləğini onların qəbul etməsini və bu məqsədlə sexə gəlmələrini xahiş etmişdir. Bundan sonra, saat 15 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə istifadəsində olan “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 çörəkbişirmə sexinin qarşısında getmişlər. Şahid1 gəlib avtomobilin arxa oturacağında əyləşib, hansısa pul əskinaslarını, güman ki, əvvəlcədən ona dedikləri kimi 3000 manat pul vəsaitini sayıb açıq şəkildə salona qoymuşdur. Həmin anda hüquq mühafizə orqanları əməkdaşları gəlib onları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparmışlar.» Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxslər kimi ona təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun işlətdiyi çörək sexinə gələndə görüb tanımışdır. Özünün tanışı Şahid3 2016-cı ilin ilk aylarında Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi Gəncə prospekti 109 ünvanında yerləşən 387,9 m2 qeyri- yaşayış sahəsində fəaliyyət göstərən “X35” adlı çörək sexini icarəyə götürüb çörək bişirib satışı ilə məşğul olub fiziki şəxs kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdan keçib ********** VÖEN almışdır, intiqamın bu sahədə təcrübəsi olmadığı üçün öz aralarında razılaşaraq sexi İntiqamla birgə işlətmək qərarına gəlmişlər. 2016-cı ilin aprel ayında İntiqam sexi idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin vaxtdan da İntiqam özü çörək sexinə gəlməmiş, sexlə əlaqəsi olmamışdır. Sexin bütün fəaliyyətinə özü rəhbərlik etmiş, icarə haqqım, vergiləri və sair ödənişləri özü etmişdir. İşlədiyi dövr ərzində sexdə yaranan bütün vergi öhdəliklərini vaxtlı-vaxtında ödəmişdir. 2019-cu ilin iyul-avqust aylarında özlərini Vergilər nazirliyinin əməkdaşları kimi təqdim edən Azər və Cahid sexə gəlibpexə vergi yoxlaması təyin edəcəklərini dedilər. O clä onlara işlədiyi dövr ərzində; sexin bütün vergi öhdəliklərinin ödənildiyini, vergi yoxlaması təyin edilsə də onun üçün fərqi olmadığını demişdir. Azər isə sənə elə gəlir, vergi yoxlaması sənə 20.000-25.000 manat cərimə tətbiq edəcək dedi. Cahid də bunu təsdiq etdi. Bundan sonra Azərlə Cahid əgər onun 5000 manat versə, bir il ərzində sexdə heç bir vergi yoxlaması olmayacağım, vergi qanunvericiliyinin tələblərini pozduğu halda belə səlahiyyətlərindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də onun məsuliyyətə cəlb olunmağının qarşısını alacaqlarına söz verdilər. O da buna maddi imkanının olmadığını bildirmişdir. Azər və Cahid 3500 manat ver, məsələ bağlansın dedilər. O da onların təklifi ilə razı olmuş və onlara əvvəlcə pulun 3000 manatını, bir neçə gün sonra isə 500 manatını verə biləcəyini deyərək, pul tapmağı üçün ona 2-3 saat vaxt lazım olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında Azər ona zəng edərək pulun hazır olubolmamasını soruşdu, O da pulun hazır olduğunu bildirmişdir. Az sonra Azərlə Cahid sexə gəldilər. O da 3000 manat pulu Azərlə Cahidə vermişdir. Razılaşdıqları kimi bir həftə sonra onlar yenidən sexə gələrək ondan 500 manatı da aldılar. Azərlə Cahidin deməsinə görə ondan aldıqları pulun 3000 manat onların rəhbərliyinə, 500 manat isə Özlərinə çatmışdır. Azər və Cahid Vergilər nazirliyinin hər hansı əməkdaşı gəlib yoxlama aparmaq istəsə, onlara bu haqda məlumat verməyi dedilər. Bundan bir ay sonra tanımadığı iki nəfər vergi əməkdaşı sexə gəldil. O da Azərin ********** saylı mobil nömrəsinə zəng edərək bu barədə ona məlumat vermişdir, bundan sonra həmin şəxslər çıxıb getdilər. Həmin şəxslər haqında onun hər hansı məlumatı yoxdur. Onların Azərlə nə danışdıqlarını bilmir, onların telefon nömrələrini də bilmir. Gəldikləri ayı və tarixi xatırlamır, 2020-ci ilin mart ayının əvvəllərində yenə Azər ********** saylı mobil nömrədən onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək Cahidlə birlikdə sexə gəldiklərim bildirdilər. O da onlarla görüşüb söhbət edərkən onlara zərərlə işlədiyini və sexin fəaliyyətini dayandırmaq istədiyini demişdr, Azər və Cahid fəaliyyətini bərpa etdikdən sonra gələcəklərini deyib getdilər. Həmin ilin aprel ayının əvvəllərində Azər ona zəng edərək Cahidlə birlikdə yenidən sexə gələcəklərini dedi. O da onlara sexdə olduğunu demişdir. Bundan sonra onların hər ikisi onun yanma gəlmişlər. O da onlara zərərlə işlədiyini bildirmişdir. Söhbət zamanı Azər növbəti bir il ərzində sexdə heç bir vergi yoxlanılması keçirilməməsi üçün 10.000 manat pul verməli olduğunu dedi. O da çörək sexini zərərlə işlətdiyini, qeyd edilən məbləğdə pulunun olmadığını, vergi öhdəliklərini isə tam yerinə yetirdiyini bildirmişdir. Azər və Cahid isə vergi yoxlaması olsa sənə azı 20.000-25.000 manat cərimə tətbiq ediləcəkdir dedilər. Əgər 10.000 manat versə, vergi qanunvericiliyinin tələblərini pozsa belə, vəzifələrindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də onun məsuliyyətə cəlb olunmağının qarşısını alacaqlarını bildirdilər. O isə maddi imkanının olmadığını, faktiki olaraq fəaliyyətinin dayandığını bildirib karantin rejimindən sonra, yəni 20 aprel tarixindən sonra gəlmələrini onlardan xahiş etmişdir. Azərlə Cahid də getdilər. O da 18 aprel 2020- ci il tarixdə Azər və Cahidin vergi işçiləri kimi ondan rüşvət almaları və istəmələri barədə Vergilər Nazirliyinə ərizə ilə müraciət etmişdir. 2020-ci ilin aprel ayının 20-25 aralığında Azər istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edərək Cahidlə birlikdə sexin qarşısında olduqlarını bildirib onu yanlarına çağırıb təkrarən dedilər ki, növbəti bir il ərzində sexdə heç bir vergi yoxlaması keçirilməməsi üçün 10.000 manat pul verməlidir. 2 may 2020-ci il tarixdə Azər və ya Cahid ?;əng-edərək nə kimi qərara gəldiyini deyib sexə gələcəkərinİ bildirdilər. Bundan sonra onun 18 aprel 2020-ci il tarixli şikayəti üzrə 2 may 2020-ci il tarixdə o, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş və üzərinə müvafiq qurğu quraşdırılmışdır. Həmin tarixdə təxminən saat 16:00 radələrinə Azər və Cahid sexin həyətinə gəldilər. O, onlara 10.000 manat verə bilməyəcəyini dedikdə, onlar təklif etmişlər ki, son olaraq 7.000 manat versə, məsələ həll olunacaqdır. Həmin məbləği də verə bilməyəcəyini dedikdə, razılaşmışlar ki, ümumilikdə 6000 manat pul verilsin, 6000 manatın 3000 manatını may ayının 4-ü və ya 5-də, qalan 3000 manatı isə ayın sonunda verəcək. Bundan sonra o, 18 aprel 2020-ci il tarixli şikayəti üzrə o, 4 may 2020ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş və üzərinə müvafiq qurğu quraşdırılaraq, ona 30 ədəd 100 manatlıq əskinas, yəni 3000 manat pul verilmişdir. Bundan sonra da o, çörək sexinə getmişdir. Saat 12:00 radələrində Cahid ********** saylı mobil nömrədən ona zəng edərək şəhərə gəlib onlarala görüşməyi təklif etdi. O, şəhərə gələ bilməyəcəyini dedikdə Cahid özlərinin sexə gələcəklərini dedi. Həmin tarixdə də saat 15:00 radələrində Cahid ********** saylı mobil nömrədən zəng edərək sexin həyətində olduqlarını dedi. X33 ** SS *** dövlət qeydiyyat nişanlı “Kia Sorento” markalı avtomobili ilə gəlmişdilər. Onların təklifi ilə o, arxa oturacaqda əyləşib onlara 3000 manatı indi, qalan 3000 manatı isə ayın sonu verəcəyini deyib ona verilən 3000 manat pulu Azərə verib, onlarla sağollaşıb avtomobildən düşmüşdür. Bundan sonra onları tutdular. Azər və Cahid onun sexinə gəldikdə ona sexdə yoxlama keçirilməsi barəsində hər hansı sənəd təqdim etməyiblər. Onlar ondan birinci dəfə pul alandan sonra da sexin yoxlanılması barəsində hər hansı sənəd tərtib etməmişdilər. O, sexi işlətdiyi dövrdə bütün vergilər və ödəmələr vaxtında ödənilib. Bu sahədə hər hansı problem olmayıb. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır. Aralarında xidməti münasibətələri olmuşdur. Onlarla yaxınlıqları və ədavətələri olmamışdır. X34 Xidmətinin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin rəis müavini vəzifəsində işləyir. Struktur islahatları ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi ləğv edilmiş və onun əvəzinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərkibində Dövlət Vergi Xidməti yaradılmışdır. Rəis müavini olduğu idarənin tərkibində Operativ vergi nəzarətinin təhlili və təşkili şöbəsi, Monitorinq şöbəsi, Nəsimi, Nizami, Yasamal, Səbail, Xətai, Nərimanov, Suraxanı-Sabunçu, Qaradağ, Binəqədi və Xəzər-Pirallahı rayonları üzrə şöbələri vardır. Təqsirləndirilən şəxs1 ştatda olan əməkdaşdır. O, baş idarə rəisinin 24 may 2019-cu il tarixli əmri ilə 27 may 2019-cu ildən 3 ay müddətinə Monitorinq şöbəsinə ezam edilmiş, nazirin 26 iyul 2019-cu il tarixli əmrinə əsasən isə həmin şöbənin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. Bu əsasla da Təqsirləndirilən şəxs1 27 may 2019-cu ildən tutulduğu 04 may 2020-ci il tarixədək həmin şöbənin əməkdaşı olmuşdur. Onun işlədiyi Monitorinq şöbəsinin vəzifələri İdarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək, idarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparmaq, idarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinq həyata keçirmək, aşkar edilmiş pozuntularla bağlmtdarənin rəhb^yinə^q^m-şdilməsi üçün xidı^əti məruzə və digər zəruri sənədləri tərtib etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparmaq, idarənin əməkdaşları tərəfindən intizam pozuntusu hesab edilən nöqsanlar aşkar edildikdə daxili nəzarətin həyata keçirməsi məqsədilə aidiyyəti struktura müraciət edilməsi üçün idarənin rəhbərliyinə təkliflər vermək, idarənin əməkdaşlarının fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və kağız informasiya daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaq, monitorinq hərəkətləri nəticəsində aşkar edilmiş pozuntuları təsnifləşdirmək, onlara yol verilməsinin səbəblərini təhlil etmək, bu halların qarşısının alınması üçün təkliflər hazırlamaq və bu barədə yarımilliklər üzrə, yəni hər ilin yanvar-iyun və iyul-dekabr ayları arayış tərtib edərək idarənin rəhbərliyinə təqdim etmək, idarənin sturkturlarının iş planlarında nəzərdə tutulmuş işlərin müəyyən edilmiş müddətlərdə icrasına monitorinqi həyata keçirmək, Vergi Xidmətinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə İcrasını təmin etmək üçün zəruri tədbirləri görmək, görülmüş işlərin nəticələri barədə Baş İdarənin rəhbərliyi tərəfindən müəyyən olunmuş formada hesabatları aidiyyəti üzrə təqdim etmək, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Verg Xidmətinin struktur vahid və bölmələrindən daxil olmuş, inzibati şikayətlər və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı şikayətlər istisna olmaqla, məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə, qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasını, araşdırılmasını, cavablandırılmasını və göndərilməsini təmin etmək, qanunvericiliyə uyğun olaraq kommersiya,vergi, bank sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək, səlahiyyətləri daxilində müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək, səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və Vergi Xidmətinin normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs2 iş yükünün çoxluğu ilə əlaqədar büdcədənkənar fond hesabına İşə cəlb edilmişdir. O, xidmətini Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin əməkdaşları ilə birgə qurmaqla onlara cari fəaliyyətlərində yardımçı xarakterli İşlər görməklə xidmət göstərməlidir.Təqsirləndirilən şəxs2 buna baxmayaraq heç bir səlahiyyəti olmadan monitorinq şöbəsinin əməkdaşı ilə birlikdə qeyd edilən işləri görmüşdür. Təqsirləndirilən şəxs1 də monitorinqi əmr əsasında həyata keçirir. Onun özünün əmr olmadan monitorinq keçirmək səlahiyyəti olmayıb. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X35” adlı çörək istehsalı sexinə rəhbərlik edən Şahid1 2019-cu ilin yay aylarında və 2020-ci ilin may ayının 4-də hər hansı məbləğdə pul istəyib almalarından özünün və idarə rəhbərliyinin məlumatı olmamışdır. Vergi orqanı əməkdaşının vergi borcu şəklində və ya digər adla vergi ödəyicisindən pul qəbul etməsinə yol verilmir. Vergi Xidmətində Təqsirləndirilən şəxs2 montorinq aparmaq səlahiyyəti olmamışdır. Allahverdyiyev Azər isə monitorinqi vergi qanunvericiliyi və bu qanunvericilik əsasənda hazırlanmış təlimatlara uyğun həyata keçirməlidir. Vergi əməkdaşının hər hansı müəssiəəyə və idarəyə girmək və yoxlamaq üçün qərar olmalıdır. Qərarsız heç bir vergi əməkdaşı vergi ödəyicisi olan müəssisəyə və ya başqa obyektə daxil ola bilməz. Onun bildiyinə görə istər 2019-cu ilin iyul-avqust aylarında, istərsə də 2020-ci ilin mart-may aylarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən “X35” adlı çörək sexində montomq keçirilməsi üçün qərar və ya əmr olmamışdır. Onların ora getməsinidən Vergi xidmətənin nə rəhbərliyinin, nə də başqa vergi əməkdaşlarının məlumatı olmamışdır. Onlar bunu etmişlərsə, onda bunu öz başına etmişlər. Şahid3 ifadələrində göstərdi ki, o, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. O, ünvan 9 ünvanında yerləşən “X35” adlı çörək istehsalı sexinin icarəyə götürüb çörək istehsalı məşğul olmaq qərarına gəlib həmin yerin sahibi Xalidə Məmmədova ilə razılaşıb 2016cı ilin aprel ayının əvvəllərində onunla icarə müqaviləsi bağlamışdır. Bundan sonra da fiziki şəxs kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdan keçib ********** VÖEN kodunu almışdır. Bir neçə gün sonra özünün çörək istehsalı və satışı işini qurmağı bacarmadığını başa düşüb həmin sahədə təcrübəsi olan tanışı Şahid1 bu haqda deyib, sonuncu ilə razılaşmışdır ki, Şahid1 adma etibarnamə versin və bundan sonra müəssisənin bütün fəaliyyətinə Etibar nəzarət etsin və vergi orqanlarında, digər dövlət qurumlarında Etibar təmsil olunsun. Bu məqsədlə də Etibara həmin müəssisəni idarə etmək üçün etibarnamə vermişdir. Həmin vaxtdan etibarən o, çörək sexinə getməmiş, sexlə heç bir əlaqəsi olmamışdır. Sexin bütün fəaliyyətinə Etibar rəhbərlik etmiş, vergiləri, icarə haqqını və digər ödənişləri də Etibar etmişdir. Etibarın deməsinə görə ********** VÖEN kodu üzrə heç bir vergi borcu olmam aqla bərabər, artıq vergi Ödəmələri də mövcuddur. Özü yerin icarəçisi kimi sexin sahibinə borcu yoxdur. Hazırkı işin mahiyyəti üzrə heç nə bilmir. Bu haqda ona Etibar da heç nə danışılmayıb, özü də hadisənin şahidi olmayıb. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-fonoskopik ekspertizasının 9 iyul 2020-cu il tarixli 4/375 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş iki ədəd diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdəki danışıqlarda «Kİ» kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1 və «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi isə Təqsirləndirilən şəxs2 məxsus olmuşdur. Bu söhbət zamanı aşağıdakı məzmunda aparılır: « Şahid1 on min deyib, bunun çətin olmasını, keçən ilki kimi ona 3500 manat verməyi, qalıb İşləsələr dalın davam elətdirməyi, işləməli olmasalar belə olmasını təklif edir. X8 bunun mümkün olmadığını bildirir. Şahid1 iki minin hazır olduğunu bildirir. Təqsirləndirilən şəxs1 isə gedib danışmağı və istənilən məbləği iki dəfədə verməyi təklif edir. Şahid1 bunun necə olduğunu soruşur. Abdullayev Azər də izah edir ki, aralarında razılaşdıqları məbləğin on və ya doqquz olduğu halda onu iki dəfəyə verə bilməsini, lakin məbləğin üç yarım olmasının mümkün olmamasını bildirir. Şahid1 isə işlərinin olmadığını və keçən ilki kimi üç yarım verməyi təklif edir. Abdullayev Azər bununla razılaşmır və bir müddət danışıqdan sonra istənilən məbləğin yeddi olmasını və onu alıb bu gün aparıb verəcəyini deyir. Şahid1 da onu həmin gün edə bilmədiyini və ona min verə biləcəyini deyir. Təqsirləndirilən şəxs1 razılaşmır. Yeddi minin beşini ver bünə sabaha, ikini də ayın axırı verib rahat işləjcbyir. Nuriye^Etibar Əhməd oğlju yalançı olaram, onda deyir. Rahat başa düşdüyünü, iş deyil, iş yoxdu deyir. Allahverdiyiyev Azər ondan başından bir quş uçdu? Zəng vurdular? Bir şey elədilər? Deyə soruşur. Şahid1 da elə onu dediyini kiməsə Azərin onlara böyüklük etdiyini dediyini, onun da heç olmasa denən keçən ilki kimi üç yarım verməyi təklif etdiyini, üç yarım ver, yoluna qoy, işləri düzəlsə, qaydaya düşsə, əlavə söhbət edəcklərini deyir. Təqsirləndirilən şəxs1 isə ona yeddiyə razılaşmağı təklif edir. Şahid1 isə yeddi çoxdu, olmaz deyir. Təqsirləndirilən şəxs1 isə həmin günü istənilən məbləğin beşini bu gün, qalanını da sonra verə bilməsini deyir, Şahid1 isə beşi büyün verməyə gücü olmadığını deyir, Azər Allahverdiyüev evdən dollardan zaddan gətir deyir. Şahid1 evdə pulmu var? deyir. Təqsirləndirilən şəxs1 dördüncü dəfə də boş-boşuna gedibgəldiklrini deyir. Şahid1 o, büyün yoxdu. Sabah da nə olacağım bilmədiyini, ola bilər axşama danışacağını, uzaqbaşı deyim hə, üç düzəldib verə bildiyiynİ, dediyi üçü verib danışarıq bir həftəyəmi, ayın axırınamı etməyi təklif edir. Təqsirləndirilən şəxs1 dördü ver üçü də ayın axırı verərsən, amma bü gün ver da gedəy nə deyək biz, deyək bir elə getdik gəldik deyək. Təqsirləndirilən şəxs2 deyir ki, ay qohum dördüncü dəfədi gəlir e, oruc adamam. Şahid1 deyir ki, başa düşür. O da orucdur. Təqsirləndirilən şəxs1 deyir ki, onlardan soruşurlar ki, nə oldu, elə gedirsiz gəlirsiz. Təqsirləndirilən şəxs2 deyir ki, deyir noldu, deyir gediriy. Abdullayev Azər onlar da çıxan deyillər, ona görə ona siz gəlin demişdir. Hər dəfə də ora gedəndə nəsə başqa şey fikirləşir. Deməmiş heç hara getmir. Təqsirləndirilən şəxs2 deyir, sabah bazardı. Birinci gün uje axırıncı gündü deyəndə ki, səhər uje həll eləməlidirlər. Ya sabah görüşməyi, ya indi beşə qalmış, bir iki saat fırlanıb gəlməyi, özünün də necə etməli olmağını bilmədyiyni deyir. Şahid1 da zəng edib danışıb ona deyəcəyini, sabahamı, bu günəmi neyniyə bilərlər, nə eliyə bilər. Yalannan beş deyir. Allahverdiyev beş, üç demirsən? Dörd elə, qalan üçü də ayın axırı verərsən deyir. Şahid1 qoy danışım deyir. Təqsirləndirilən şəxs2 da Etibara onları getgələ saldığını, özünün gözləyib orada durduğunu, bir saata həll elə deyir. Şahid1 deyir ki, Azər, deyir heç olmasa, altıya razılaş. Üçün deyir ya birinci, ya ikinci gün verək. Çünki, büyün bankın işləmədiyini, ya birinci, ya ikinci gün hansı gün düzəlsə zəng edəcəyini, onun da gəlib götürəcəklərini, ayın axırına da üçü verə biləcəklərini deyir. Yanı deyir onsuz belə mümkün olmadığını bldirir. Təqsirləndirilən şəxs1 ikinci partiyanı sonra verərsən, deyib Cahidi yanma çağırır və Cahid soruşur ki, nə oldu, Təqsirləndirilən şəxs1 Cahidə deyir ki, altıynan yola verin, birinci üç min verək, ikinci üçün də ayın iyirmi beşinə də belə. Təqsirləndirilən şəxs2 Azər Allahverdiyə sən bilirsən ki, mən heç nə demirəm. Amma sabah axşam, birinci gün. Şahid1 sabah bazardı. Birinci gün dedi ki, yanı bankdan uşaqlara desin ki, pul götürüb versin sənə. Təqsirləndirilən şəxs1 birinci gün ayın dördüdür deyir. Şahid1 keçən il də ona dəymədilklərini demişlər. Alınsa zəng edib deyəcəyini bildirmişdir. O, bankdan götürüb verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 alınmasa, qaldı ikinci günə deyir. Şahid1 ikinci günə, alınmasa ikinci günə qaldığını pul verəcək şəxsə, keçən il də mən üç yarım verəndən sonra ona heç kim dəymədiyiyni dediyiyni bildirir. Təqsirləndirilən şəxs1 isə ona üç yarım dediyini, onun üç dediyiyni bildirir. Şahid1 üç yarım deyir. Təqsirləndirilən şəxs1 üç denən də, camaata üç denən, beşi onlara verdyiyni deyir. Şahid1 elə dediyini, elə də bldiyini, indi bunu verəcəyini, heç kim sənə toxunmuyacaq, ilin axırma kimi prablem yoxdu, qutardı getdi, dediyini bildirir. O deyir ki, onda üçü denən ki, ikinci günü verə bilərik, ikinci gün onujdl eliyəLy&№inci. Təqsirləndirilən şəxs1 söhbət ora bura yayılar ay Etibar kişi deyir. Şahid1 keçən il nəsə bir xavar eşitdinmi? deyir. Təqsirləndirilən şəxs1 altı, ya nə dediyiyni soruşur. Şahid1 birinci gün deyir. Təqsirləndirilən şəxs2 nə qədər deyirəm danışmayım sən canı, sabah axşam görüşməyi, Nuryiyev Etibarın vəziyyəti bilmədiyiyni deyir. Şahid1 da bildiyini deyir, görüşməyə and içir. Təqsirləndirilən şəxs2 də ona gör evdə zadda var? deyir. Şahid1 da balamın canı, sən inanırsan, bu dəyqə pulu olmadığını deyir. Təqsirləndirilən şəxs2 yox, birinci gün axşam, bazar günü axşam da olsa bizə zəng elə deyir. Şahid1 üç olacağını deyir. Azər Allahverdiyiyev altı ora verək, birin də Özləri götürmək üçün dediyiyni, nə qədər gedib gəldiklərini, əziyyət çəkdiklərini deyir. Şahid1 heç nə. İş yoxdu da, uje dirənmişik təmiz. Təmiz dirənmişik, özü də elə belə yox a, təmiz dirənmişik. O işləmək demək döyül. Yox, dayandıracam, qoy həftənin uje dedim verim, dayandıracam. Əgər vayenni söz verməsə, dayandıracam. Vayenni alınmasa yüz faiz dayandıracam, oyan-buyam yoxdu . Şeydi, üç mindi burda. Üç min manat, üç mini intası o birsini ayın axırınatan istəmə mənnən. Təqsirləndirilən şəxs1 onu dörd eliyərdin deyir. Şahid1 and içir ki yoxdur. Allah haqqı yoxdu, zoman vallah deyir. X13 aşağı elə, əlini aşağı elə deyir. Şahid1 sayır 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 19, 20,21,22, 23, 24, 25, 26, 27, 28, 30. Bax, bu 30. 30 da ayın axırı deyir. Azərər Allahverdiyev ayın 25-nə zada görüşərik, problem yoxdu. Şahid1 gələn eliyən olsa, ona zəng eliyəcəyini deyir. Azər Allahverdiynev də qardaş, bax yenə deyirəm. Sənin ... qərar açılmayacaq. Qərar sənin adınnan yenə deyirəm o qərar açılmayacaqların siyahısındasan. Kimsə səni gəlib qorxuzar, blef eliyər, tuda-suda eliyər. Şahid1 bilərəm deyir. Təqsirləndirilən şəxs1 həmin dəyqə yox da qardaş, çıxar bir çay iç. Keç arxaya, o bizim o 806-nı yığ, denən məllim, bura filankəs gəlib belə deyir, ona ya bir çay ver, işçi müqaviləsi olmayan çox adam saxlama ha deyir. Şahid1 elə adamnın olmadğını deyir. Azər Allaherdiyev hə, o eybi yoxdu, qırağdan zəng elə da. Qorxma. Qırağ. Kim gəldi narahat eliyəcək qıraqdan soruş, onun yanında. Şahid1, bildiyini deyir. Təqsirləndirilən şəxs1 keçən dəfəki kimi də, narazılıq olmadı, keçən dəfə? Problemsiz işdədİnmi? Bir il qutardı bu söhbət. Şahid1 ayın axırına onu şey edəcyinini bildirir və onlar ayrılırlar.» Məhkəmədə elan edilib araşdırılmış Şahid1 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə protokollarından görünür ki, üzləşdirmə zamanı Şahid1 ifadələrində göstərdiyi halları, o cümlədən də, 2019-cu ilin iyul ayında onun Təqsirləndirilən şəxs2la birlikdə sexə gələrək ondan 2019-cu il ərzində sexdə heç bir vergi yoxlaması olmayacağı, vergi qanunvericiliyinin tələblərini pozduğu halda belə səlahiyyətlərindən istifadə edərək köməklik edəcəklərini, hətta digər vergi orqanı əməkdaşları səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirərkən qanun pozuntusu aşkar etsələr də məsuliyyətə cəlb olunmağının qarşısını alacaqlarını bildirib bunun üçün 5000 manat pul istəyib, nəticədə 3500 manat pul aldıqlarını, cari ilin mart-may aylarında olan görüşlər zamanı isə yenə eyni məqsədlə 10.000 manat istəyib, 6.000 manata razılaşdıqlarını, 4 may 2020-ci il tarixdə 3.000 manat pulu onlara verdiyini təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 18 aprel 2020-ci il tarixli ərizədən görünür ki, sahibkar Şahid1 Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayında fəaliyyətinə faktiki rəhbərlik etdiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Gəncə prospekti 109 ünvanında yerləşən “X35” adlı çörək istehsalı sexinə gəlib yoxlama təbdirlərinin keçirilməməsi müqabilində ondan 5000 manat pul istəyib, nəticədə iki dəfəyə 3500 manat pul aldıqlarını, 2020-ci ilin mart ayının əvvəllərin həmin vergi orqanı əməkdaşlarının yenidən qeyd edilən sexə gələrək ondan pul istədiklərini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 22 aprel 2020-ci il tarixli 5(001)338/2020 nömrəli Binəqədi rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib- gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş “texniki vasitələrin təqdim edilməsi haqqında” 2 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 Şahid1 6000 manat pul tələb etmələrinə dair sonuncunun müraciətinə əsasən müvafiq faktın təsdiq edilməsi üçün Şahid1 üzərinə texniki avadanlıq quraşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 4 may 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi Təqsirləndirilən şəxs2 Şahid1 6000 manat pul tələb etmələrinə dair sonuncunun müraciətinə əsasən müvafiq əməliyyataxtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş 30 ədəd 100 manatlıq pul əskinasları, ümumilikdə 3000 (üç min) manat, 10 ədəd 100 manatlıq pul əskinaslarının üzərinə “Rüşvət 2020” söz və rəqəmləri yazılmaqla) təqdim edilmiş və danışıqların audio və video yazısının aparılması üçün Şahid1 üzərinə texniki avadanlıq quraşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 4 may 2020-ci il tarixli protokoldan görünür ki, həmin gün keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 saxlanılmış və onların üzərlərinə və saxlanıldıqları “Kia Sorento” markalı 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs2, Ön sərnişin yerində Təqsirləndirilən şəxs1 olduğu müəyyən olunmuşdur. Avtomobilin orta konsolunda 30 (otuz) ədəd, 100 (yüz) manatlıq pul əskinasları, ümumilikdə 3000 (üç min) manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin vəsaitin Etibar adlı vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə olan vergi borcunu ödəmələri üçün verildiyini, vergi ödəyicisinin ümumilikdə 6000 (altı min) manat vergi borcunun yarandığını, həmin məbləğin iki dəfəyə olmaqla, hazırda 3000 manatını, qalan 3000 manatını isə may ayının sonunda ödənilməsini razılaşdıqlarını bildirmişlər. Aşkar edilmiş pul əskinasları ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən üzərlərində limuniset qələmlə “Rüşvət 2020” sözlərinin yazıldığı müəyyən edilmişdir. Məhkəmənin 22 aprel 2020-ci il tarixli qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd “CD” diskə baxış keçirilməsinə dair 5 may 2020-ci il tarixli protokoldan görünür ki, üzü ağ rəngli olan hissəsində narıncı rəngli pasta ilə “Aşkar, gizli” sözləri yazılmış diskdə “iki qovluğun olduğu müəyyən edilmişdir. “Aşkar” adlı qovluqda “00002.MTS”, “00003.MTS”, “00004.MTS”, “00005.MTS”, “00006.MTS”, “00007.MTS”, “00009.MTS”, “000010.MTS”, “00001 l.MTS” və “000012.MTS” adlı fayllar vardır. Fayllardakı video görüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, həmin video görüntülər “baxış keçirilməsi haqqında” 4 may 2020-ci il tarixli protokolda göstərilənləri əks etdirir. Həmin diskdəki “Gizli” adlı qovluqda “2020_05_02_15_41_00_qisa.mp4” və “2020_05_02_16_41_00_qisa.mp4” adlı fayllar vardır. “2020_05_02_15_41_00_qisa.mp4” adlı qovluq açıldıqda ümumilikdə 5 dəqiqə 21 saniyə davam edən video görüntü aşkar edilmişdir. Həmin görüntülərə baxış zamanı hadisələrin hündürmərtəbəli yaşayış binalarının əhatəsində, açıq havada baş verdiyi müəyyən olunur. Görüntülərdəki şəxslərin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və həmin İdarənin Nərimanov rayon şöbəsi üzrə fond hesablı müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2, görüntülərdə üzü görünməyən şəxsin isə Şahid1 olduğu müəyyən edilmişdir. Söhbət zamanı Şahid1 10.000 manat verməyə İmkanı olmadığım, keçən ilki kimi 3.500 manat verə biləcəyim deyir. Təqsirləndirilən şəxs1 isə keçən ilkini yaddan çıxarmasını, 10.000-9.000 manata razılaşaraq iki dəfəyə verməsini təklif edib, 3.500 manata mümkün olmadığını deyib qarşı tərəfdən fikrində nə tutduğunu soruşur. Şahid1 yenidən keçən ilki kimi 3.500 manat verə biləcəyini dedikdə Təqsirləndirilən şəxs1 mümkün olmadığını bildirir. Belə olduqda Təqsirləndirilən şəxs1 “gəl belə danışaq nə 10 olsun, nə 3 yarım olsun, 7 olacaq, amma onu bu gün aparaq verək də” deyir. Şahid1 isə bu gün verə bilməyəcəyini dedikdə A.Allahveriyev təklif edir ki, 5-ni bu günə-sabaha, 2-ni də ayın axırı versin. Şahid1 buna imkanı olmadığını dedikdə, Təqsirləndirilən şəxs1 “ver rahat işlə” deyir. Belə olduqda Təqsirləndirilən şəxs1 necə gedib deyək ki, yenə olmadı, boşuna gedib-gəldik, biz deməmiş heç bir yerə getmirik ki, onda 4-ü indi, 3-ü də ayın sonu ver deyir. Təqsirləndirilən şəxs2 “ay qohum dördüncü dəfədir gedib-gəlirik, orda deyir nə oldu, sabah da bazardı, ya sabah görüşək, tapa bilsən bir-iki saat fırlanaq gələk, nə bilim necə edək” deyir. “2020_05_02_16_41_00_qisa.mp4” adlı qovluqda içərisində ümumilikdə 3 dəqiqə 53 saniyə davam edən video görüntülərin olduğu aşkar edilmişdir. Söhbət zamanı Şahid1 3.000 manatı 1-ci və ya 2-ci gün verəcəyini, qalanını isə ayın sonu verə biləcəyini, keçən il isə cəmi 3.500 manat verdiyini deyir. Təqsirləndirilən şəxs2 “deyirəm danışmayım, sən canı sabah axşam görüşək, sən bilmirsən vəziyyəti, bazar günü axşam da olsa bizə zəng elə, birinci gün saat 10-da iclas olur hamısı dağılışandan sonra onunla məni saxlayacaq nə oldu” deyir. Üzü ağ rəngli olan hissəsində narıncı rəngli pasta ilə “gizli” sözləri yazılmış diskə baxış zamanı diskdə “2020_05_04_14_41_00(0) mpg” adlı qovluq müəyyən edilmişdi. Həmin qovluq açıldıqda içərisində ümumilikdə 3 dəqiqə 32 saniyə davam edən video görüntülərin olduğu aşkar edilir. Şahid1 hündür mərtəbəli yaşayış binalarının yaxınında olan avtomobilin arxa oturacağına əyləşib hal-əhval soruşur. Avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs2, ön oturacaqda isə Təqsirləndirilən şəxs1 əyləşmişdir. Təqsirləndirilən şəxs2 avtomobili bir qədər idarə edib saxlayır. Şahid1 əlində pulları tutaraq 3000 manatdı burada deyib, o birisini ayın sonuna qədər istəməməsini bildirir və sayaraq pulu Təqsirləndirilən şəxs1 verir, sonuncu isə “Allah əvəzini versin” deyib pulu ondan götürüb avtomobilin orta konsoluna qoyur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş telefona baxış keçirilməsi haqqında 06 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan qara rəngli “Xiaomi” markalı mobil telefona və telefonda olan məlumatlara baxış keçirilmişdir. “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 tərəfindən xüsusi kod daxil edilərək açılmış, telefonun zənglər bölməsinə daxil olduqda “X29 Ehme” adı ilə qeyd edilmiş ********** saylı mobil nömrəyə 30 aprel 2020-ci il tarixdə bir dəfə, 2 may 2020-ci il tarixdə üç dəfə, 4 may 2020-ci il tarixdə isə bir dəfə zəng edildiyi və danışıqlar aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istintaq zamanı bildirmişdir ki, həmin ********** saylı mobil nömrə Şahid1 məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş telefona baxış keçirilməsi haqqında 6 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X11 iştirakı ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan qara rəngli “Nokia” markalı və “İphone 11 pro” markalı mobil telefonlara və telefonlarda olan məlumatlara baxış keçirilmişdir. “Nokia” markalı mobil telefon açılıb telefonun zənglər bölməsinə və mesajlar bölməsinə baxıldıqda iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. “İphone 11 pro” markalı telefona Təqsirləndirilən şəxs1 daxil etdiyi kod vasitəsilə daxil olduqda “X27” adı ilə qeyd edilmiş ********** saylı mobil nömrə ilə 4 may 2020-ci il tarixdə saat 14:55 və 14:56-da danışıqlar aparıldığı müəyən edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin ********** saylı mobil nömrə Şahid1 məxsusdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının 21 iyul 2020-cu il tarixli 5/374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd C80872041, A34226500, A11141615, A58774557, B02901339, A40548855, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A44657998, A24094141, A09166885, A30794387, B09612154, A98227292, A50146702, A693220044, A47608851, 6445319, A31171763, A74919695, A69437260, C74034177, B08796680, C93278718 və A17877397 nömrəli 100 manat nominantlı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchizat olunmaqla mətbəə poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı pul əskinasının nümunələri ilə eynilik təşkil edən Azərbaycan pul vahididir. Tədqiqata təqdim edilmiş həmin 30 (otuz) ədəd pul əskinasından C80872041, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A24094141 və A47608851 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarmın üz tərəfində UB işıqda görünən “Rüşvət 2020” yazıları vardır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq internet səhifəsinə baxış keçirilməsinə dair 4 may 2020-ci il tarixli protokoldan görünür ki, Şahid3 vergi orqanında qeydiyyata alınmış və onun adma ********** VÖEN kodu verilmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə Baş İdarəsində vergi uçotuna alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 11 mart 2020-ci il tarixli, 009855 nömrəli eribamamədən görünür ki, Şahid3 bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, vergi orqanlarında, banklarda, sair idarə və təşkilatlarda onu təmsil etməyi Şahid1 etibar etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Şahid3 (VÖEN **********) Vergilər Nazirliyinin müvafiq məlumat portalından çıxarılmış şəxsi hesab vərəqəsindən görünür ki, 23 aprel 2020-ci il tarixə 6521,23 manat artıq ödəməsi var. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 6 avqust 2020-ci il tarixli qərarından görünür ki, C80872041, A34226500, A 11141615, A58774557, B02901339, A40548855, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A44657998, A24094141, A09166885, A30794387, B09612154, A98227292, A50146702, A693220044, A47608851, A86445319, A31171763, A74919695, A69437260, C74034177, B08796680, C93278718 və A 17877397 seriya nömrəli olmaqla 30 ədəd 100 manatlıq pul əskinasları (Azərbaycan manatı), "xxxx" MMC-dən 10 iyun 2020-ci il tarixli BKC/LGL-6553/20 saylı məktubla daxil olmuş bir ədəd “CD” disk, "xxxx" MMC-dən 29 iyun 2020-ci il tarixli 9661 saylı məktubla daxil olmuş bir ədəd “CD” disk və Binəqədi rayon məhkəməsinin 22 aprel 2020-ci il tarixli qərarı əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntülərİ özündə əks etdirən iki ədəd “CD” diskin öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə 24 noyabr 2011-ci tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 20 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməklə, həmin Departamentin baş direktorunun birinci müavininin 24 may 2019-cu il tarixli “müvəqqəti cəlbetmə banxjfe” 193^^^TOp211600 nömrəlij əmrinə əsasən Bakı şəhəri X22 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinə 27 may 2019-cu il tarixdən 3 (üç) ay müddətə ezam edilmiş və Vergilər Nazirliyinin 26 iyul 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********967300 nömrəli əmrinə əsasən isə həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət İşinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə 27 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 6 mart 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********235900 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayonu üzrə şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə Baş idarənin Əsasnaməsi”nin 7.17- ci bəndinə əsasən, iş üzrə təqsirləndirilən şəxslər qeyriləri üçün hüquq münasibətlərin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək hüququna malik inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmaqla, onların idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qayda baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətləri vardır. İstintaq orqanı yuxarıda göstərilən sübutlar əsasında Təqsirləndirilən şəxs1 24 noyabr 2011-ci tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 20 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirihd-yanmda Bakı şərfəri X22 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019-cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinİn baş idarə hesab edilməsi nəzərə alınmaqla) Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməklə, həmin Departamentin baş direktorunun birinci müavininin 24 may 2019-cu il tarixli “müvəqqəti cəlbetmə barədə” **********211600 nömrəli əmrinə əsasən Bakı şəhəri X22 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinə 27 may 2019-cu il tarixdən 3 (üç) ay müddətə ezam edilib, Vergilər Nazirliyinin 26 iyul 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********967300 nömrəli əmrinə əsasən isə həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilməklə həmin vəzifədə işləyərkən qeyd edilən vəzifə üzrə təlimata, Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə Baş İdarənin Əsasnaməsi”nin 7.17- ci bəndinə əsasən, idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi həmin Nazirliyin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2019-cu ilin iyul - avqust aylarında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X36” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçilib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün şəxsən birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 3.500 manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin iyul - avqust ayları ərzində ilkin olaraq 3.000 manat, bir neçə gündən sonra isə 500 manat olmaqla, cəmi 3.500 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin çörək istehsalı sexinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən vahid niyyətlə rüşvət qismində alması, onun qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində, təkrarən, həmin Nazirliyin (Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sturukturuna daxil edilməsi nəzərə alınmaqla) Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X35” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçiribkeçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısım almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün şəxsən birbaşa yolla külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 6.000 (altı min) manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün şəxsən birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 4 may 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında fəaliyyət göstərən həmin çörək istehsalı sexinin yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini Özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən rüşvət qismində təkrarən alması qənaətinə gəlib khni onun əməllərini Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri, Təqsirləndirilən şəxs2 27 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunmaqla həmin Nazirlik üzrə 06 mart 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********235900 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin (Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin 7 avqust 2019- cu il tarixli əmri ilə Vergilər Nazirliyinin bütün departamentlərinin baş idarə hesab edilməsi nəzərə alınmaqla) Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayonu üzrə şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi vəzifəsində işləməklə qeyriləri üçün hüquq münasibətlərin yaranması, dəyişməsi və xitamına səbəb olan hərəkətlər etmək hüququna malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi həmin Nazirliyin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləməklə vəzifə təlimatına, Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Əsasnaməsi”nin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə Baş İdarənin Əsasnaməsi”nin 7.17-ci bəndinə əsasən, idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, İdarənin səlahiyyətlərinə aid olan nəzarət istiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılması, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası İlə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2019-cu ilin iyul - avqust aylarında Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X35” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib- keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün sonuncu vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 3.500 manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 2019-cu ilin iyul - avqust ayları ərzində ilkin olaraq 3.000 manat, bir neçə gündən sonra isə 500 manat olmaqla, cəmi 3.500 manat məbləğində maddi nemət olan pul vəsaitini Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin çörək istehsalı sexinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə vahid niyyətlə rüşvət qismində alma kimi, və onun həmin vəzifədə işləyərkən, inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində, təkrarən, həmin Nazirliyin (Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sturukturuna daxil edilməsi nəzərə alınmaqla) Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləməklə qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarım yerinə yetirən vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq xidməti vəzifələrinin icrası İlə əlaqədar edəcəkləri qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X35” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçiribkeçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağa görə Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün sonuncu vasitəsilə birbaşa yolla külli miqdarda maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, onunla 6.000 (altı min) manata razılaşıb, yəni həmin məbləğdə pulu rüşvət qismində sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində istəyib, həmin niyyətlə 4 may 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında fəaliyyət göstərən həmin çörək istehsalı sexinin yaxınlığında şəxsən idarə etdiyi “Kia Sorento” markalı, 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla jqnuncu vasitəsilə, rüşvət qisrrıinrb təkrarən alma kimi qiymətləndirib onun əməllərini Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə, ibtidai istintaq orqanının məhkəməyə təqdim etdiyi sübutları və bu sübutlar əsasında Təqsirləndirilən şəxs1 24 noyabr 2011-ci tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində işə qəbul olunduğunu, həmin Nazirlik üzrə 20 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işləməsini, həmin Departamentin baş direktorunun birinci müavininin 24 may 2019-cu il tarixli “müvəqqəti cəlbetmə barədə” **********211600 nömrəli əmrinə əsasən onun 27 may 2019-cu il tarixdən, Bakı şəhəri X22 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinə 3 (üç) ay müddətə ezam edilməsini, Vergilər Nazirliyinin 26 iyul 2019-cu il tarixli “kadr yerdəyişməsi barədə” **********967300 nömrəli əmrinə əsasən isə həmin Departamentin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilməsini, müfəttiş olarkən Nazirliyin Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girib onunla birlikdə 2019-cu ilin iyul - avqust aylarında Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X35” adlı çörək istehsalı sexinə gedib həmin sexə faktiki rəhbərlik edən Şahid1 ilə görüşərkən onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağı vəd edib buna görə Şahid1 5.000 (beş min) manat məbləğində pul istəyib, sonuncunun həmin pulu verməyə maddi imkanının olmaması səbəbindən onunla 3.500 manata razılaşıb, ilkin olaraq ondan 3.000 manat, bir neçə gündən sonra isə 500 manat, ümumilikdə isə 3,500 manat pulu çörək istehsalı sexinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında götürüb öz aralarında bölüşdürmələrinin, onun təkrarən, həmin Nazirliyin (Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fənnanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sturukturuna daxil edilməsi nəzərə alınmaqla) Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girib, 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən qanuni əsaslarla sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi “X35” adlı çörək istehsalı sexinə faktiki rəhbərlik edən Şahid1 ilə həmin sexdə görüşüb onun həmin sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçiribkeçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də səlahiyyətləri çərçivəsində həmin sexdə nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə belə onun məsuliyyətə cəlb olunmasının qarşısını almağı vəd edib Şahid1 özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün 10.000 (on min) manat məbləğində pul istəyib, Şahid1 həmin pulu verməyə maddi imkanının olmamasını bildirməsi ilə əlaqədar onunla onlara veriləcək məbləğin 6.000 (altı min) manat olacağını razılaşıb 4 may 2020-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 109 ünvanında fəaliyyət göstərən çörək istehsalı sexinin yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Sorento” markalı, Az 90SS737 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 3.000 (üç min) manat məbləğində pul vəsaitini aldıqdan sonra hadisə yerində tutulduqlarının sübuta yetirildiyini qəbul edir. Məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsif olunduğu Azərbaycan Respulikası CM- nin 311-ci maddəsinin dispozisiyası onların törətdikləri əməllərlə müqayisəli təfsir edildi. Həmin maddənin dispozisiyasında rüşvət almanın subyekti kimi vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyylərinin) icrası ilə əlaqədar hər hansı hərəkət (hərəkətsizlik) edib həmin dispozisiyada nəzərdə tutulan hərəkətləri törədən şəxs nəzərdə tutulmuşdur. Yəni bu maddədə nəzərdə tutulan vəzifəli şəxs dedikdə hər hansı nominal vəzifədə olan şəxs deyil, qanun və digər hüquqi akt əsasında öz vəziflərini icra etmək səlahiyyətinə malik olan müstəqil vəzifəli şəxs və ya belə vəzifəli şəxs tərəfindən səlahiyyət verildikdən sonra öz vəzifələrini icra etmək üçün hüquq əldə edən vəzifəli şəxs başa düşülür. Birinci halda vəzifəli şəxs qanunla və ya digər hüquqi aktla ona verilmiş birbaşa səlahiyyət əsasında şəxsi qərarı əsasında özünün və ya tabeçiliyində olan şəxsin vəzifələrinin icrasını müstəqil həyata keçirib vəzifələrini icra edir, ikinci halda isə nominal vəzifəli şəxs öz vəzifələrini icrasını həyata keçirmək üçün yalnız tabeçiliyində olduğu yuxarı vəzifəli şəxs tərəfindən səlahiyyətləndirildikdə öz vəzifələrini icra edir. Yəni birinci halda şəxs tutduğu vəzifəyə görə onun müdaxilə edə biləcəyi münasibətlərə müstəqil müdaxilə hüququnun olması, ikinci halda isə vəzifəli şəxsin yalnız tabeçiliyində olduğu başqa vəzifəli şəxs tərəfindən öz vəzifələrinin icrasını həyata keçirməyə səlahiyyət verildikdən sonra ona belə müdaxilə etməyə yol verilməsi ilə bir-birindən seçilir. Qanunla səlahiyyətləndirilmiş vəzifəli şəxs tutduğu vəzifəyə uyğun olaraq həmin vəzifədə olduğu bütün müddətdə, başqa vəzifəli şəxs tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs isə ona verilən əmr, qərar və sair aktlarda verilmiş səlahiyyətləri çərçivəsinin göstərildiyi müddət ərzində və yerlərdə vəzifələrinin icrasçı ilə məşuql olur. Qanunla səlahiyyətləndirmiş və üzərinə vəzifələr qoyulmuş vəzifəli şəxs olan idarə və müəssisələrin rəhbərləri icra və sərəncamverici funksiyalırım fəaliyyət göstərdiyi dövrdə başqa vəzifəli şəxsin müdaxiləsi olmadan malik olduqları hüquqlardan istifadə etməklə öz vəzifələrini icra edir, nominal vəzifədə olan şəxslər isə yalnız Özlərinin tabeçiliyində olan vəzifəli şəxslərin verdikləri əmr, qərar, göstəriş və digər aktlar əsasında öz vəzifələrinin icrasına cəlb olunurlar. Məhkəmə, araşdırılmış sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz vəzifələrini birbaşa, müstəqil şəkildə icra etmək hüququna malik olmamışlar və onlar elan edilmiş ittihamda nəzərdə tutulan əməlləri törədərkən onlara tabeçiliyində olduqları vəzifəli şəxs tərəfindən öz vəzifələrini icra etməyə səlahiyyət verilməmişdir. Onlar öz vəzifələrini tabeçiliyində olduqları qanunla səlahiyyət verilmiş vəzifəli şəxslərin əmr və qərarları əsasında icra etmək hüququna malik olmuşlar. Onlara elan edilmiş ittihamda nəzərdə tutulan əməlləri etməyə səlahiyyət verilməmişdir. Yəni onlar bu əməllərini öz vəzifələrini (səlahiyyətələrini) icrası ilə əlaqədar törətməmişlər. Bu baxımdan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməlləri törədərkən Azərbaycan Respublikasının CM-nin 311-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyektləri olmamışlar. Çünki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «X35» adlı sexə gedib orada monitorinq aparmaq səlahiyyəti verilməmişdir. Onların çörək sexinə gedib orada monitorinq aparmaq səlahiyyəti verən qərar, əmr və başqa sərəncam olmamışdır.Onlar ittiham olunduqları əməlləri vəzifələrinin (səlahiyyətələrinin) icrası ilə əlaqədar törətməmişlər. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxslərin özlərinin, şahidlərin ifadələri ilə, işin faktiki halları, o cümlədən də, onların «X35» adlı çörək istehsalı sexinə gedib orada monitorinq aparmağa səlahiyyəti olmamalarını təsdiq edən cinayət işinin materialları baxımından da əsaslıdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X22 üzrə Baş İdarəsinin rəisinin vəzifəsini müvəqqəti icra edən Baş İdarə rəisinin birinci müavini vergi xidməti müşvari Səbuhi Hüseynovun 18 may 2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin rəis müavini 3cü dərəcəli dövlət vergi xidmətinin müşaviri İlkin Vəliyevə ünvanladığı **********150800 saylı xidməti məktubdan görünür ki, Bakı şəhər X22 üzrəBaş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi Təqsirləndirilən şəxs1 və həmin idarənin Nərimanov rayonu üzrə şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi Təqsirləndirilən şəxs2 04 may 2020ci il tarixdə Xətai rayon ərazisində hər hansı tədbirin keçirilməsi ilə bağlı tapşırıq verilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X22 üzrə Baş İdarəsinin 03 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayonu ərazisində xidməti vəzifələrinin həyata keçirilməsi üçün Baş idarə tərəfindən hər hansı göstəriş (tapşırıq) verilməmiş və vergi nəzarəti tədbirinin keçirilməsi üçün icrası ona həvalə edilmiş qərar olmamışdır. Vergi orqanı əməkdaşı Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti tədbirini vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata kesçirir. Həmin qərarda vergi ödəyicisinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzaərti ilə əhatə olunmalı məsələ(məsələlər) operativ nəzarətin müddəti və operativ nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsi(şəxsləri) göstərilir. Təqsirləndirilən şəxs1 dövlət vergi orqanlarında sonuncu iş yeri Bakı şəhəri X22 üzrə Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müffəti olmuş, onun vəzifə səlahiyyətləri isə yoxlamanın keçirilməsi barədə qərarda qeyd olunan vergi ödəyİcİlərində nəzarəti həyata keçirmək olur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X22 üzrə Baş İdarəsinin 16 mart 2021 -ci il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xətai rayonu ərazisində xidməti vəzifələrinin həyata keçirilməsi üçün Baş İdarə tərəfindən hər hansı göstəriş olmamışdır. Məhkəmə, bu halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda nəzərdə tutulan əməllərini törədərkən vəzifə üzrə təlimata, Azərbaycan Respublikası Vergilər nazirinin 11 iyun 2019-cu il tarixli **********88100 nömrəli əmri ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X23 Departamentinin Əsasnaməsinin 7.3-cü və Azərbaycan Respublikası Vergilər nazirinin 26 avqust 2019-cu il tarixli **********083100 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X22 üzrə Baş İdarənin Əsasnaməsinin 7.17- ci bəndinə əsasən, idarənin strukturları tərəfindən operativ vergi nəzarəti sahəsində onların fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi, idarənin səlahiyyətlərinə aid olan nəzarət İstiqamətləri üzrə müəyyən edilmiş forma və metodlarla monitorinq aparılmasına, İdarənin strukturları tərəfindən təhkimçilik bölgüsünə və qaydalarına riayət edilməsi vəziyyəti üzrə monitorinqin həyata keçirilməsi, aşkar edilmiş pozuntularla bağlı İdarənin rəhbərliyinə təqdim edilməsi üçün xidməti məruzə və digər zəruri sənədlərin tərtib edilməsi, aşkar edilmiş pozuntuların aradan qaldırılması vəziyyətinə dair monitorinq aparılması, Vergilər Nazirliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət, yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərdən, habelə Vergilər Nazirliyinin struktur vahid və bölmələrindən daxil olmuş məktub, sorğu, ərizə, şikayət, təklif və digər sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada baxılmasının, araşdırılmasının, cavablandırılması və göndərilməsinin (təqdim edilməsinin) təmin edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olmamışlar. Çünki onlar «X35» adlı sexdə hər hansı vergi nəzarətinə aid yoxlama aparmaq səlahiyyətlərinə malik olmamışlar. Onların bu hərəkətləri vergi əməkdaşları kimi hüquqi statuslarını müəyyənləşdirib tənzimləyən Vergi qanunlarına, həmin qanunlar əsasında hazırlanmış əsasnaməyə, əmr və sərəncamlara uyğun olmamışdır. Məhkəmə, bu halı nəzərə alır və həmin hissənin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan xaric edilməsini əsaslı sayır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «X35» adlı sexə faktiki sahiblik edən Şahid1 onlarla razlaşdığı məbləqdə pulu verdikdə gələcək bir ildə sexdə yoxlama aparılmayacağı, aparılsa belə onun məsuliyyətə cəlb olunmayacağı barədə vədlər verməkdə səlahiyyətli olmamışlar. Çünki məhkəmə baxışı zamanı, Vergi qanunvericiliynə əsasən müəssisələrdə vergi yoxlamasının aparılmasının təyin edilməsi onların deyil, Vergi xidmətinin müəyyən qurumlarının başqa səlahiyyətli şəxslərinə aid edildiyi müəyyən olundu. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa şəxslərin tabeçiliyində olub xidməti vəzifələrini icra etdikləri, onların tabeçiliyində vergi əməkdaşlarının olmaması, onların vergi qanunvericiliyini həyata keçirilməsi ilə əlaqədar yoxlamalar, monitorinqlər təyin edilib aparılmasına dair sərəncam vermək və ya başqaları tərəfindən təyin edilmiş, keçirilən, keçirilmiş monitorinqlərin gedişinə və nəticələrinə təsir edib vergi ödəyicisini məsuliyyətədən azad etmək səlahiyyətlərinin olmaması müəyyən olundu. Məhkəmədə, onların Şahid1 himayədarlıq edəcəkləri barələrindəki vədləri müzakirə olunduqda onların belə himaydarlıq etməyə də səlahiyyətləri olmamaları müəyyən olundu. Çünki məhkəmədə, Təqsirləndirilən şəxs1 Vergi xidmətinin sıravi əməkdaşı olub onun Vergi orqanının sərəncamverici səlahiyyətinə malik vəzifəli şəxslərinin müəssisələrdə yoxlama keçirilməsi məqsədi ilə təyin edən qərarların qəbul edilməsinə belə qərarların qəbul edilməsinin qarşısını almağa və ya təyin edilmiş qərarların icrasına və nəticələrinə təsir edə biləcək subyektiv və obyektiv imkanlarının olmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 isə büdcədən kənar maliyyə ehtyatları hesabına saxlanılan vergi xidmətində yardımçı fəaliyyətələ məşqul olması müəyyən olundu. Belə şəxslərin Vergi xidəmtinin rəhbəri və ya digər səlihyyətli şəxsi tərəfindən təyin ediləcək vergi yoxlamalarının qarşını almaq üçün qərar qəbul edici vəzifəli şəxsə təsir etmək imkanının olması və ya yoxlamanın nəticələrinə görə vergi ödəyicisinin qanunla nəzərdə tutulmuş məsuliyyətlə cəlb edilmələrinin qarşısını ala bilmələri barədə vədləri həqiqətə uyğun olmamışdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «X35» adlı sexinin istifadəçisi Nuryiev Etibara onu himayə edəcəkləri barəsində vədlərinin də həqiqətə uyğun olmayan yalan vəd kimi qiymətləndirir. Onlar bu vədləri ilə Şahid1 aldatmışlar. Məhkəmənin bu qənaəti işin faktiki halları, o cümlədən də, Şahid1 onların hərəkətlərindən sonuncuların tabe olduduqları Vergi Xidmətinin rəhbərliyinə müraciət etməsi, Vergi Xidmətinin də öz əməkdaşlarının Vergi Xidmətinin Şahid1 şikayətinin araşıdırılması üçün hüquq mühafizə orqanına göndərməsi, həmin dövrdə «X35 » adlı sexin vergilərinin artıqlaması ilə ödənilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların ittiham olunduqları dövrlərdə «X35» adlı sexdə yoxlama və monitorinqə cəlb olunmamasını təsdiq edən sübutlar baxımından da əsaslıdır. Məhkəmənin qənatinə görə bu hal təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «X35» adlı sexinin istifadəçisi Şahid1 2019-cu ilin iyul-avqust aylarında 500 manatını özlərinə, 3000 manatını isə rəhəbərliyə verəcəkləri adı ilə aldıqları 3500 manat məbləğində puldan da tabeçiliyində olduğu rəhbərlərinə verməyib onların öz aralarında bölüşdürmələri baxımından da əsaslı sayır. Onlar Şahid1 aldıqları həmin məbələğin 3000(üç min) manatını özlərinin rəhbərinə verəcəkləri adı ilə alsalar da həmin məbləqdən heç kimə verməyib öz aralarında bölüşdürmüşlər. Bunun əksi müəyyən olunmadı. Çünki istər istintaq zamanı, istərsə də məhkəmədə onlar tərəfindən həmin məbləğin özlərinin rəhbərlərinə və ya tabe olduqları şəxsə vermələri müəyyən olunmadı. Məhkəmə, göstərilənlərlə bərabər qeyd edir ki, istər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, istərsə də Şahid1 münasibətlərdə bir-birilərinə həqiqətə uyğun olmayan məlumatlar vermələri onlar barəsində keçirilmiş təxniki tədbirlər zamanı da müəyyən olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Şahid1 istənilən məbləğin öz rəhəbərlərinin tapşırığı və icazəsi ilə istədiklərini, Etibarın pulu vermədiyi üçün rəhbərdiyinin yanınına qayıtmağın onlar üçün çətin olduğunu bildirirlər, Şahid1 da verilməli pulu başqa şəxslə razılaşdırıldığını göstərir. Məhkəmədə həmin hallar araşdırılarkən hüquq mühafizə orqanı tərəfindən Şahid1 müəyyən edilən davranış qaydası istisna olunmaqla istərsə onun, istərsə də təqsirləndirilən şəxslərin ittihamda nəzərdə tutulan hərəkətlərini başqa şəxslərlə müzakirə etmələri və ya razılaşdırmaları təkzib olundu. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 verdikləri vədləri və hərəkətləri özü-özlüyündə bir-birini tətfeib etmişdir. Çünki məhkəmədə araşdırılan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 2019-cu ilin iyul-avqust aylarında ondan 3500 (üç min beş yüz) manat aldıqdan sonra onun istfadəsində olan sexə bir il müddətinə özlərinin gəlməyəcəklərini və başqalarının da sexə vergi yoxlamalarına gəlməyəcəklərini vəd etdikləri halda özləri bu vədlərindən səkkiz ay sonra təkrar həmin sexə gəlmişlər. Belə olan halda, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 verdikləri vədlərinin yalan olması dərk olunan olmuşdur. Çünki 2019-cu ilin iyul-avqust aylarında Şahid1 pul almış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci ilin mart ayında yenidən həmin sexə gəlib ondan pul istəmələri Şahid1 bir il ərzində həmin sexə vergi əməkdaşlarının gəlməyəcəyi, yoxlama aparmayacağı barəsində verdikləri vədə uyğun olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid1 İstfadəsində olan sexə gəldikdə özlərini Vergi xidmətinin əməkdaşları kimi təqdim etsələr də onların həmin sexdə yoxlama və ya monitorinq aparmaq səlhiyyətinə malik olmasını təsdiq edən qərar və əmr olmamışdır. Məhkəmə bu halları onların həmin sexə gəlmələrinə səlahiyyətləri olmamasını təsdiq edən hal kimi nəzərə alır. Bu səbəbdən də məhkəmə onların həmin hərəkətlərini özgənin əmlakını ələ keçirmə üçün istifadə etdikləri aldatma üsülu kimi qiymətləndirir. Məhkəmədə Şahid1 ifadələrində 2019-ci ilin iyul- avqust aylarında onun tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 3500 manat verdikdən bir ay sonra iki nəfər şəxsin «X35» adlı sexə gəlib özlərini Vergi xidmətinin əməkdaşları kimi təqdim etdiklərini, bununla əlaqədar özünün X5 zəng edib ona məlumat verdiyini, Təqsirləndirilən şəxs1 həmin şəxslə danışdıqdan sonra onların oradan çıxıb getdiklərini göstərdi. Məhkəmədə həmin hallar araşdırılarkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 belə halın olmasını inkar etdilər. Şahid1 da həmin şəxslərin şəxsiyyətlərini bilmədiyini və onların sexə yoxlama aparmaq məqsədi ilə gəlmələrini təsdiq edən sənəd təqdim etmədiklərini göstərdi. İbtidai istintaq zamanı da belə şəxslərin olması və onların Şahid1 işlətdiyi çörək sexinə gəlməsi müəyyən edilməmişdir. Məhkəmədə də bu hallar müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış istintaqdan əvvəl Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ərizəsində göstərdiyi məlumatları yoxlamaq məqsədi ilə keçirilmiş texniki tədbirlər nəticəsində əldə olunmuş məlumatlardan görünür ki, Şahid1 belə şəxslərin gəlməsi barəsində danışmır, əksinə o, rəhbərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona himayədarlıq etdiyini deyir. Məhkəmədə, nə Şahid1 rəhbərinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların ona himayədarlıq etdiyini deməsi, nə də sonuncuların onu himayə etməsi müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Şahid1 həmin ifadələrinin bu hissəsini sübuta yetirilməyən əsassız iddialar kimi qiymətləndirir. Məhkəmə, Şahid1 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə danışlarda rəhbərinin adından dediyi halları onun verdiyi pulun özü tərəfindən deyil rəhbəri tərəfindən verildiyini onlara inandırıb sonuncular tərəfindən ondan istənilən məbləğin miqdarını azaltmağa yönələn davranışı kimi qiymətləndirir. Çünki onun belə rəhbərinin olması müəyyən olunmadı. Məhkəmə, yuxarıda sadalanan sübutalar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istər ibtidai istintaq zamanı, İstərsə də məhkəmədə verdiyi ifadələrinin həm işin faktiki hallarına, həm də onların hüquqi statuslarına uyğun gələn hissələrini həqiqətə uyğun, digər hissələrini isə obyektiv əsası olmayan ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə, hesab edir ki, məhkəmə baxışı zamanı, Təqsirləndirilən şəxs1 2019-cu ilin təxminən iyul ayının axırlarında Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X22 Departamentinin Operativ vergi nəzarəti idarəsinin Monitorinq şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində olarkən həmin Baş İdarənin Operativ vergi nəzarəti idarəsinin Nərimanov rayon şöbəsinin büdcədənkənar fond hesabına saxlanılan müfəttişi Təqsirləndirilən şəxs2 ilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib öz aralarında bölmək barəsində razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2019-cu ilin iyul-avqust aylarında Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən “X35” adlı çörək bişirmə sexinə gəlib həmin sexə rəhbərliyi həyata keçirən Şahid1 onun sexdə sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçiribkeçirməməsini yoxlanılmaması və digər vergi qurumunun əməkdaşları tərəfindən də həmin sexdə öz səlahiyyətləri çərçivəsində də nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə yoxlamaların qarşısını almaqda ona himayadarlıq etməyi yalandan vəd edib onu aldadaraq ondan 3.500 manat pul alıb öz aralarında bölüşdürmələri, 2020-ci ilin mart ayında Bakı şəhərində Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən qaydada və üsulla yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrarən Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 109 ünvanında yerləşən yuxarıda göstərilən çörək bişirmə sexinə gəlib sexə rəhbərliyi həyata keçirən Şahid1 aldadaraq onun xeyli miqdarda əmlakını ələ keçirib öz aralarında bölüşdürmək barəsində razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 ilə yuxarıda göstərilən ünvanda görüşüb ona sexdəki sahibkarlıq fəaliyyətini vergi qanunvericiliyinə uyğun həyata keçirib-keçirməməsinin yoxlanılmaması və digər vergi qurumu əməkdaşları tərəfindən də sexdə öz səlahiyyətləri çərçivəsində nəzarət həyata keçirilərkən qanun pozuntusu aşkar edildiyi təqdirdə ona himayədarlıq edib yoxlamaların qarşısım almağı yalandan vəd edib onu aldadaraq sonuncunu onlara 6.000 (altı min) manat verməyə razı salıb 4 may 2020-ci il tarixdə, saat 15:00 radələrində həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Sorento” markalı, Az ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Şahid1 verilməsi onlara vəd edilən 6000 (altı min) manatın, yəni xeyli miqdarda pulun 3.000 (üç min) manat hissəsini aldıqdan sonra onlar barəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində onlar hadisə yerində tutulmaları, bu səbəbdən də onların əldə edib öz aralarında bölüşdürmək istədikləri 6000 (altı) min manat məbləğin qalan 3000 (üç min) manat hissəsini öz iradələrindən asılı olmayaraq ələ keçirə bilməmələri sübuta yetirildi. Məhkəmə, təqsirləndirilən təxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin iyul- avqust aylarında Şahid1 aldadaraq ondan 3500 (üç min beş yuüz) manat məbləğində pulunu ələ keçirdikləri əməli Azərbycari Respublikası CM-nin 178.2.1 -ci, onların 2020-ci ilin may ayının 4-də təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid1 aldadıb onun xeyli miqdar, yəni 6000 (altı min) manat pulunu ələ keçirmək cəhdlərini Azərbaycan Respublikası CM-nin 29, 178.2.1, 29, 178.2.2-ci, 29,178,2.4-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onların əməllərini həmin maddələrlə tövsif olunmasını və onlara elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin xaric olunmasını, onların əmilərində həmin maddələrdə nəzərdə tutulan cinayət tərkiblərinin olmadığı əsaı ilə, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilən əsaslarla xitam edilməsini əsaslı sayır. Çünki təqsirləndirilən təxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməlləri həmin cinayətin subyekti olmadan, yəni xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olmadan törətmişlər. Məhkəmənin bu qənaəti “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarı baxımından da əsaslıdır. Həmin qərara əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan hallar kimi təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin səlahiyyətələri barəsində Şahid1 həqiqətə uyğun olmayan şişirdilmiş yalan məlumatlar vermişlər. Həmin qərarda izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsi üçün onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən təxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu mənada da Şahid1 vəd etdiklərini həyata keçirmək səlahiyyətlərə malik olmayan şəxslər olmuşlar. Ali Məhkəmənin istinad edilən qərarında izah edilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın miqdarına uyğun tövsif olunur. Məhkəmə, təqsirləndirilən şəxslərin əməllərini tövsif edərkən həmin tövsiyyələri nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 29,178.2.1, 29,178.2.2ci, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərini qəsdənrtörətmələri qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxanda istinad edilən qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından şəxs Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə məcəllənin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Ali Məhkəmənin istinad olunan qərarında izah olunmuşdur ki, şəxsin niyyəti özgənin xeyli miqdarda əmlakını ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən həmin halları nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza növünü müəyyən edərkən onların ittiham olunduqları cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxslərin ittiham olunduqları əməlin törədilmə şəraitini, şəxsiyyətlərini nəzərə alıb onların barələrində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri əməlləri vəzifələrinin və səlahiyyətlərinin icrası ilə əlaqədar olmadan törədikləri sübuta yetirilsə də onların bu cinayətləri vergi əməkdaşları olarkən törətdikləri müəyyən olundu. Onların təqsirli bilindikləri maddələrin sanksiyalarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşqul olma hüquqdan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddsində nəzərdə tutlumuşdur ki, törədilmiş cinaytin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, həmin halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrlə əsas cəza ilə bərabər əlavə cəza qismində müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanunumun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət İşinin ibtidai istintaqı zamanı məhkəməfonoskopik ekspertizasının keçirilməsinə 300 (üç yüz) manat, sənədlərin texniki ekspertizasının keçirilməsinə 61,52 (altımış bir manat əlli iki qəpik) xərclənməsi müəyyən olundu. Məkəmə, həmin xərclərin məhkəmə məsrəfləri qismində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onların barələrində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə istintaq orqanı tərəiəndən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barsində həbs qətimkan tədbiri seçməklə bərabər onları vəzifədən kənarlaşdırdığı müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslərə əsas cəza qismində azadlıqdan məhrum etmə, əlavə cəza qismində isə müəyyən müddətə vəzifə tutmaq hüqundan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən onların vəzifədən kənarlaşdırmasmm bu cəzalarla əhatə olunduğunu nəzərə alır. Məhkəmə cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmalarını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəlinin onların tutulduğu 04 may 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən sübutlar araşdırılarkən onun yaşayış yerindən müsbət xarakterizə edilməsi, himayəsində dörd nəfər yetkinlik yaşma çatmayan uşağının, yəni 21 mart 2008-ci il təvəllüdlü X2, 3 sentyabr 2012-ci il təvəllüdlü X3 və 3 sentyabr 2012-ci il təvəllüdlü X6, X4 və müddətsiz xroniki böyrək xəstəliyi V mərhələ, proqramlı hemodializ diaqnozu ilə 1-ci qrup əlil həyat yoldaşının olması, onun əvvəllər məhkum olmaması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi xasiyyətnaməyədə Təqsirləndirilən şəxs1 vəzifə funksiyalarının icrasının qənaətbəxş olmaması, vergi işçisinə yaraşmayan və peşə etikasına xələl gətirən hərəkətlərə yol verməsi, vergi ödəyiciləri ilə münasibətlərini vergi qanunvericiliyinə və mövcud təlimatlara uyğun qurmamasının göstərildiyi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, himayəndə dörd nəfər uşağının və 1-ci qrup əlil həyat yoldaşının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, törətdiyi əməldən peşiman olmasını, törətdiyi əməllərin törədilməsinin hallan,səbəbləri və şəraiti barsində ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsini onun cəzasım yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xasiyyətnaməsinə əsəasən Təqsirləndirilən şəxs1 vəzifə funksiyalarının icrasının qənaətbəxş olmaması, vergi işçisinə yaraşmayan və peşə etikasına xələl gətirən hərəkətlərə yol verməsi, vergi ödəyiciləri ilə münasibətlərini vergi qanunvericiliyinə və mövcud təlimatlara uyğun qurmamasını ona təyin ediləcək əlavə cəzaya təsir edən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən hallar kimi onun himaysində üç nəfər azyaşlı uşağının, o cümlədən də, X15, X10, X16 olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum olunmaması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xasiyyətnaməsi ilə onun vəzifə funksiyalarının icrasının qənaətbəxş olmaması, vergi işçisinə yaraşmayan və peşə etikasına xələl gətirən hərəkətlərə yol verdiyi, vergi ödəyiciləri ilə münasibətlərini vergi qanunvericiliyinə və mövcud təlimatlara uyğun qurmamasının göstərildiyi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən hallardan onun himayəsində üç nəfər az yaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən peşiman olmasını, törətdiyi əməllərin törədilməsinin halları,səbəbləri və şəraiti barsində ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 vəzifə funksiyalarının icrasının qənaətbəxş olmaması, vergi işçisinə yaraşmayan və peşə etikasına xələl gətirən hərəkətlərə yol verməsi, vergi ödəyiciləri İlə münasibətlərini vergi qanunvericiliyinə və mövcud təlimatlara uyğun qurmamasını ona təyin ediləcək əlavə cəzaya təsir edən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna təyin ediləcək cəzanın həcmini müəyyən edərkən zərərçəkmiş şəxsə dəymiş zərərin 3500 (üç min beş yüz) manat hissəsinin ödənilməməsini, onların təqsirli bilindikləri əməllərin törədilməsində eyni fəallıqla iştirak edib cinayət əməli nəticəsində ələ keçirdikləri mənfəətdən eyni dərəcədə bəhrələndiklərini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhliikəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların ailə vəziyyətlərini, onların cəzlarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onların islah olunmalarına və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri xaric olunsun və onun əməllərində bu cinayətlərin tərkibi olmadığından, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilən əsaslarla həmin hissədə xitam edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona 3 (üç) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiylarım həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 04 may 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 311.3,1, 311.3.2 və 311.3.3-cü maddələri xaric olunsun və onun əməllərində bu cinayətlərin tərkibi olmadığından, yəni Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilən əsaslarla həmin hissədə xitam edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 29,178.2.1, 29.178.2.2, 29,178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona 3 (üç) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksilarım həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrulm edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 04 may 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına təhvil verilmiş C80872041, A34226500, Al 1141615, A58774557, B02901339, A40548855, C74944736, A17393976, C53772031, A43189181, A99570591, A65685116, A19492716, A44657998, A24094141, A09166885, A30794387, B09612154, A98227292, A50146702, A693220044, A47608851, A86445319, A31171763, A74919695, A69437260, C74034177, B08796680, C93278718 və A17877397 nömrəli 30 ədəd 100 manatlıq əskinaslar Azərbaycan Respublikası Baş Prokurorluğuna qaytarılsın və həmin əs binasların Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən 10 iyun 2020-ci il tarixli BKC/LGL-6553/20 saylı məktubla daxil olmuş bir ədəd kompakt disk, “Azercell Telekom MMC-dən 29 iyuın 2020-ci il tarixli 9661 saylı məktubla daxil olmuş bir ədəd kompakt disk və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 361,52 (üç yüz altmış bir manat əlli iki qəpik) manat bərabər hissələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-262/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-262/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver