Məhkəmə qərarları › İş №1(101)-262/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-262/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-262/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2012, 2014, 2016-cı il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Axıska kəndində qeydiyyatda olan, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi 9A, mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Atatürk parkının” yaxınlığından şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 13.169 qram psixotrop maddə olan metafetamini 200 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, 29 iyun 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılmış və ünvan 2a yerləşən Xətai RPİ-nin 34-cü Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən hər biri 01 ədəd şəffaf rəngli sellofan paketin içərisinə yerləşdirilmiş ayrı-ayrılıqda 01 ədəd qızıl rəngli siqaret kağızına və 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 3,465 və 9,704 qram olmaqla ümumi təmiz çəkisi 13,169 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, 01 ədəd kiçik ölçülü üzərində “MK-127 X8 Scale” yazısı olan elektron tərəzi, 01 ədəd kiçik ölçülü boru və 01 ədəd kiçik ölçülü lampa aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddə olan metamfetaminin istifadəçisidir. Hadisə günü üzərindən aşkar edilmiş 5 qram psixotrop maddə olan metafetamini dostu Şahinlə birlikdə 200 manat verməklə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən birlikdə istifadə etmək üçün almışlar. Şahin taksi sürücüsüdür və Şahinin maşını ilə 29 iyun 2021-ci il tarixdə saat 19 radələrində Xətai rayonu Neapol dairəsində olduqları zaman 4 nəfər polis əməkdaşları onları saxlamış, hər ikisini polisə aparmışlar, orada onun üzərindən 5 qram metafetamin aşkar edilərək götürülmüş, Şahinin üzərindən isə heç nə aşkar edilmədiyi üçün onu buraxmışlar. Onun üzərinə baxış təhqiqatçı Elçin müəllimin xidməti otağında videoçəkiliş keçirilməklə aparılmışdır. Onu da bildirir ki, onu polis əməkdaşları öz maşınlarında, Şahini isə sonuncunun maşınında polisə aparmışlar. O, maşında arxa oturacaqda olmuş, sol və sağ tərəfində polis əməkdaşları oturmuşlar. Üzərinə baxış zamanı ondan 5 qram metamfetamin deyil, əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən hər biri 01 ədəd şəffaf rəngli sellofan paketin içərisinə yerləşdirilmiş ayrı-ayrılıqda 01 ədəd qızıl rəngli siqaret kağızına və 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 3,465 və 9,704 qram olmaqla ümumi təmiz çəkisi 13,169 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin, 01 ədəd kiçik ölçülü üzərində “MK-127 X8 Scale” yazısı olan elektron tərəzi, 01 ədəd kiçik ölçülü boru və 01 ədəd kiçik ölçülü lampa aşkar edilərək götürülmüşdür. Hesab edir ki, ona aid olan bir büküm metamfetamini çıxmaq şərtilə qalan bükümlər, kiçik ölçülü elektron tərəzi, kiçik ölçülü boru və kiçik ölçülü lampanı polisə maşınla gətirildiyi zaman gizlin olaraq cibinə polis əməkdaşları qoymuşlar. Lakin o, bunu hiss etməmişdir. Özünü yalnız 5 qram metamfetamin əldə edib daşımasında təqsirli bilir, həmin metafetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu, həmin ifadəsində göstərmişdir ki, o metafetamin olan psixotrop maddədən istifadə edirdi, sonuncu dəfə 28 iyun 2021-ci il tarixdə saat 22 radələrində Bakıda Atatürk parkının yanında tanışından 200 manata metafetamin əldə etmiş, onu üzərində gəzdirmişdir ki, münasib yerdə istifadə etsin, 29 iyun 2021-ci il tarixə saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ilə piyada getdiyi zaman 2 nəfər polis əməkdaşı onu saxlamış və idarəyə gətirib üzərinə baxış keçirməklə içərisində 2 büküm metafetamin aşkar etmişlər. Həmin ifadə protokolunda olan imzalar, üzərinə baxış keçirilməsinə dair protokolda olan imzalar ona məxsusdur, lakin o əvvəlki ifadəsini təsdiq etmir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Onun narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar məxfi məlumat həmkarı Sadiq Həsənova daxil olmuş, sonuncu raportla rəhbərliyə müraciət etmiş, tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılmasına dair əmr çıxarılmaqla o da həmin qrupun üzvü təyin edilmişdir. 29.06.2021-ci il tarixdə saat təxminən 18 radələrində Təqsirləndirilən şəxs saxlanılması üçün tədbir keçirilmiş, o və Şahid1 Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığına çıxmaqla həmin ərazidə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin dövriyyəsində şübhəli bildikləri üçün Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən və etiraz etmədən onlarla birlikdə şöbəyə getmişdir. Orada Təqsirləndirilən şəxs ilə artıq təhqiqatçı İsaq Həsənov müvafiq prosessual hərəkətləri həyata keçirmişdir. Təhqiqatçı tərəfindən dövlət hesabına təyin olunmuş mudafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir.Təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya psixotrop maddə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs bundan sonra əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki ayrı bükümləri masanın üzərinə qoyaraq həmin bükümlərdə patı, yəni psixotrop maddə olan metamfetaminin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa əşyaların aşkar edilməsini hadisədən çox vaxt keçdiyi üçün artıq xatırlamır. Bununla belə, axtarış protokolunda qeyd olunanları təsdiq edir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 28.06.2021-ci il tarixdə ona məxfi mənbədən Xətai rayonu, Neapol dairəsi ətrafında narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupunun rəhbəri o,üzvü isə həmkarı Şahid2 təyin edilmişlər. 29.06.2021-ci il tarixdə saat 18 radələrində həmkarı Şahid2 ilə Təqsirləndirilən şəxs məlumatda bildirildiyi ünvana, yəni Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi yaxınlığına çıxaraq ərazini müşahidəyə almışlar və həmin dairənin yaxınlığından zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini gördükdə ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim etməklə özlərini təqdim etmiş, əməliyyat tədbirinin keçirilməsinə dair qərarla onu tanış edərək üzərində narkotik vasitə gəzdirməsindən şübhələndiklərini deyərək onu Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin istifadəçisi olduğunu, üzərində bu maddənin 2 bükümü olduğunu etiraf edərək heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada raportla Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı polis baş leytenantı İsaq Həsənova təhvil vermişlər. Təhqiqatçı tərəfindən mudafiəçi dəvət olunaraq onun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə və ya psixotrop maddə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları təqdim etməsini təklif etdikdə, Təqsirləndirilən şəxs könüllü olaraq heç bir təzyiq edilmədən əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki ayrı bükümlərdə psixotrop maddə olan metafetaminə bənzər maddəni təqdim etmişdir. Bundan savayı, xatırlayır ki, elektron tərəzini də Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim etmişdir. Daha nə təqdim etməsini artıq xatırlamır, lakin protokolda qeyd olunan bütün halları təsdiq edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan 30.06.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhərində yaşayan “Elxan” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanan 29.06.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 29 iyun 2021-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılaraq RPİ-nin 34-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29.06.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən hər biri 01 ədəd şəffaf rəngli sellofan paketin içərisinə yerləşdirilmiş ayrı-ayrılıqda 01 ədəd qızıl rəngli siqaret kağızına və 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal şəkilli, spesfik qoxuya malik “şüşə” adlandırılan narkotik vasitəyə bənzər maddə, 01 ədəd qara rəngli, kiçik ölçülü elektron tərəzi, 01ədəd qara və çəhrayı rəngli yapışqanlı lentlə bağlanmış kiçik ölçülü lampa və borudan ibarət narkotik vasitə istifadə etmək üçün kustr üsulla hazırlanmış vasitə aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 29.06.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 01.07.2021ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/2642 saylı, 30 iyun 2021-ci il tarixli rəyində müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ..” sözləri və imzalar qeyd edilmiş zərfdəki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,465 qr., və 9.704 qr., ümumi təmiz çəkisi 13,169 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in siyahısına (Siyahı 1) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə- narkoloji ekspertizasının 30.06.2021-ci il tarixli, 2108 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 04.10.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış cəmi 13,069 qram çəkidə psixotrop maddə olan metamfetamin, bir ədəd kiçik ölçülü elektron tərəzi və cəhrayı rəngli yapışqan lentlə bağlanmış, kiçik ölçülü lampası olan boru Bakı şəhər Xətai RPİ-də məsul saxlanca verilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs oğlunu xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 2012, 2014 və 2016-c il il təvəllüdlü üç azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü yalnız 5 qram metamfetamin əldə edib daşımasında təqsirli bilməsi və həmin metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ittiham olunduğu əməli tam etiraf etməsinə dair ifadələri ilə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ümumi təmiz çəkisi 13,169 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromunarkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X3 himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 29 iyun 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 13,069 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, bir ədəd elektron tərəzi və cəhrayı rəngli yapışqan lentlə bağlanmış, kiçik ölçülü lampası olan boru məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81,82 (səkkiz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X4 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 üçün 240 AZN (iki üz qırx manat) pul Bakı şəhər 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 13,069 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, bir ədəd elektron tərəzi və cəhrayı rəngli yapışqan lentlə bağlanmış, kiçik ölçülü lampası olan boru məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81,82 (səkkiz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X4 üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar