Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-262/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 02 avqust 1989-cu il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat şossesi 1 ünvanda yaşamış, 18 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2022-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkraran özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 noyabr 2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən "SS Butik" mağazasına müştəri qismində daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs5 məxsus 100 manat dəyərində olan, içərisində 700 manat pul, bank kartları saxlanılan əl çantasını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində müştəri qismində daxil olduğu Xətai rayonu M.Hadi küçəsi 23/24 ünvanında yerləşən "Nurlan" ticarət mərkəzində həmin mağazanın satıcısı işləyən Zərərçəkmiş şəxs2 məxsus içində sim kart nömrəsi ilə birlikdə 360 manat dəyərində «İphone 6S» markalı mobil telefonu, 50 manat dəyərində «Memo» markalı qadın ətiri və 950 manat pul olan, 40 manat dəyərində «Charles&Keith» markalı çantanı masanın altından götürməklə gizli olaraq talayıb zərərəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 dekabr 2021-ci il tarixdə, 15 radələrində müştəri qismində daxil olduğu, ünvan 3 ünvanında yerləşən geyim mağazasında digər müştəri Zərərçəkmiş şəxs4 Hənifə qızına məxsus içərisində 1250 manat pul, 950 manat dəyərində Samsung A 7 markalı mobil telefon və “Bank of Baku” bank kartı, 120 manat dəyərində 1 ədəd ətir və 70 manat dəyərində 1 ədəd qadın papağı olan 40 manat dəyərində «Nine Vest» dəri materialdan əl çantasını masanın üzərindən götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 2430 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin mlakını gizli olaraq talamaq məqsədi ilə 29 yanvar 2022-ci il tarixdə, saat 12 radələrində ünvan 12qayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən “Luciana fashion boutique” paltar mağazasına müştəri qismində daxil olduqdan sonra vitrindən asılmış, Zərərçəkmiş şəxs6 məxsus qiyməti 50 manat olan və içində həmin tarixli məzənnə ilə 1190 manat təşkil etməklə hər biri 100 dollarlıq əskinaslar olmaqla 700 ABŞ dolları və 01 ədədi 5 manatlıq əskinas, 02 ədədi 1 manatlıq əskinaslar olmaqla 7 manat pul, qiyməti 350 manat olan 585 əyarlı, çəkisi 4,35 qram 01 ədəd üzük, qiyməti 450 manat olan 585 əyarlı, çəkisi 5,30 qram 01 ədəd üzük, qiyməti 350 manat olan 585 əyarlı, balıq formalı, çəkisi 4,30 qram 01 ədəd klon, qiyməti 150 manat olan 583 əyarlı, at nalı formalı, çəkisi 1,73 qram 01 ədəd klon, qiyməti 350 manat olan 585 əyarlı, at nalı formalı klonu ilə birlikdə çəkisi 4,10 qram 01 ədəd qolbaq, qiyməti 180 manat olan 583 əyarlı, çəkisi 2 qram 01 cüt sırğa, qiyməti 300 manat olan 585 əyarlı, çəkisi 3,50 qram 01 cüt sırğa, qiyməti 200 manat olan 585 əyarlı, çəkisi 2,50 qram dairəvi formalı klonu ilə birlikdə 01 ədəd boyunbağı olan “Galanti Casper” markalı, boz rəngli 01 ədəd qadın əl çantasını götürməklə gizli olaraq talayıb zərərəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 3527 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində ünvan 4 ünvanda yerləşən “ALİX AVİEN PARİS” parfümeriya və kosmetika mağazasına müştəri qismində daxil olaraq, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs3 məxsus içərisində 700 manat nəğd pul, bir ədəd 145 manat dəyərində “İphone 12” markalı mobil telefonun adaptoru, bir ədəd 400 manat dəyərində “İphone 12” markalı mobil telefon qulaqcığı (Airports), bir ədəd 75 manat dəyərində qızıl bilərzik olan 30 manat dəyərindəki əl çantasını piştaxtanın altından götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1350 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzində yerləşən 22 nömrəli mağazaya müştəri qismində daxil olaraq, həmin mağazada asılqanının altındakı çamadanın üzərində sonuncuya məxsus içərisində cəmi 50 manat dəyərində bir ədəd paketdə əl salfetkası, dörd ədəd listdə üzərinə “Atarax 25 mg” yazılmış 36 ədəd dərman həbləri, üç ədəd listdə üzərinə “Ekvator 20mg/10mg” sözləri yazılmış 25 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Glucophage 1000mg” sözləri yazılmış 04 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “No-Şpa 80mg” sözləri yazılmış 06 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Kaptopril 50 mg” sözləri yazılmış 08 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Coraspin 100 mg” sözləri yazılmış 07 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Spazmalqon” sözləri yazılmş 03 ədəd dərman həbləri, cəmi 10 manat dəyərində 01 ədəd kosmetik güzgü, 01 ədəd “Note” markalı kosmetika pudrası, 02 ədəd dodaq boyalarını (pomada), 04 ədəd kosmetik karandaşlardan ibarət kosmetika əşyaları, içində 2840 manat nəğd pul olan 20 manat dəyərində qara rəngli əl çantasını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2920 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,081 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 5,634 qram psixotrop maddə metamfetamini əldə edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat şossesi 1 ünvanına daşıyaraq orada saxlamış, Bakıxanov qəsəbəsində yerləşən mağazalardan oğurlayıb yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, Zabrat şosesi 1 ünvanındakı evində saxladığı əşyaları təqdim edə biləcəyi barədə verdiyi izahatı əsasında, oğurladığı əşyaların yerinin müəyyən edilərək götürülməsi ilə əlaqədar 18 aprel 2022-ci il tarixdə, saat 20:15-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən yuxarıda göstərilən ünvanda yerləşən evinə Sabunçu RPİ-nin və 13-cü PB-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman evin qonaq otağındakı mücrünün içərisindən 09 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,634 qram, 0,666 qram, 0,580 qram, 0,592 qram, 0,648 qram, 0,628 qram, 0,611 qram, 0,641 qram, 0,634 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 5,634 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 07 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,458 qram, 0,520 qram, 0,935 qram, 0,544 qram, 0,542 qram, 0,545 qram, 0,537 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 5,081 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd elektron tərəzilər aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan ictimai təhlükəli hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs təkrar oğurluqda ehtiva olunan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun özgə əmlakını gizli olaraq təkrarən talamaqla oğurluq etməsi və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bildiyini, oğurluq epizodları üzrə ifadə verməyəcəyini bildirdi və əlavə olaraq göstərdi ki, narkotiklə bağlı ona verilən ittihada narkotik vasitənin və psixotrop maddənin miqdarı şişirdilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız özü istifadə edtmişdir. O, tutulanrkən onun üzərimdə cəmi bir qram metamfetamin olmuşdur. O, yalnız metamfetamin istifadə etmiş, heç vaxt heroin istifadə etməmişdir. O, narkotik vasitəyə olan və ailə tələbatlarını ödəmək məqsədilə oğurluqlar etmiş, oğurladığı ünvan 12kalardan və pul kimsələrindən əsasən, pulları və qızılları götürmüş, qalan əşyaları isə hara gəldi atmışdır. Əməlindən peşiman olmuş, oğurladığı pullardan bəzi zərərçəkmişlərin pullarını, həmçinin özündə olan qızılları ödəmişdir. Axtarışa gələn polis işçiləri yaşadığı evdə oğurluqdan qalan əşya və pullar aşkar edib videoçəkilişlə götürmüş, sonra isə müstəntiq həmin əşyaları öz sahiblərinə qaytarmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs sərbəst ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında ziddiyyətlər müəyyən edildiyindən sonuncunun ibtidai istintaq mərhəlsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək hər bir oğurluq cinayət epizodu üzrə ayrı-ayrılıqda göstərmişdir ki, ifadəsində götərmişdir ki, xx.xx.2021-ci il tarixdə, səhər təxminən saat 12:00 radələrində Nəsimi rayonunun Azadlıq prospektində olan zaman orada yerləşən “SS Butik” geyim mağazasına müştəri kimi girib, bir neçə paltarlara baxaraq özünü müştəri kimi aparmış, sonra mağazanın künc tərəfində yerləşən qırmızı rəngli kreslonun yanında adını sonradan öyrənib bildiyi Zərərçəkmiş şəxs5 məxsus əl çantasını görüb əvvəlcə ətrafa göz gəzdirərək heç kimin ona baxmadığını müəyyən etdikdən sonra əlini çantanın içərisinə salaraq oradakı 01 ədəd pul qabını götürüb özünün çantasına qoyaraq mağazadan çıxmışdır. «28 may» metrostansiyası istiqamətində gedərək hadisə yerindən xeyli uzaqlaşdıqdan sonra pul qabını açıb içində olan 700 manat pulu götürmüş, pul qabının isə içərisində sürücülük və şəxsiyyət vəsiqələri, aid olduğu bankları xatırlamadığı plastik və bonus kartları ilə birlikdə küçənin bir kənarına atmışdır. Bundan başqa o, 06 dekabr 2220-ci il tarixdə, saat 14 radələrində Xətai rayonu, M.Hadi küçəsində, “Əhmədli” metrostasiyasının yaxınlığında yerləşən “Nurlan” ticarət mərkəzinə daxil olub əvvəlcə özünü müştəri qismində göstərərək bir neçə paltarlara baxmış və bu zaman vitrinlərin yanında yerləşən masanın üzərində olan, adını sonradan öyrənib bildiyi Zərərçəkmiş şəxs2 məxsus qara rəngli əl çantasını görüb gizlin şəkildə onu götürüb gödəkçəsinin içərisində gizlədərək oradan çıxmışdır. Sonra yaxınlıqda yerləşən yeni tikili binanın blokuna daxil olaraq çantanın içərisinə baxıb orada olan 1 ədəd «İphone 6s» markalı mobil telefonu və 950 manat pulu götürmüş və çantanı kənara ataraq oradan uzaqlaşmışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən qadın paltarı mağazasına daxil olmuş, əvvəlcə vitrinlərdə olan paltarlara baxaraq özünü müştəri kimi göstərmiş, bu zaman vitrinlərin yanında yerləşən masanın üzərində adını sonradan öyrənib bildiyi X1 məxsus olan qara rəngli qadın əl çantasını görüb, mağazadakı insanların çoxluğundan və hamının başı öz işinə qarışaraq ona nəzər yetirilmədiyindən istifadə edərək həmin çantanı götürüb gödəkcəsinin altında gizlədərək mağazadan çıxmışdır. Biraz irəliləyərək 9 mərtəbəli binanın dəhlizinə daxil olub oğurladığı çantanı açmış və içərisinə 1250 manat pul olan bir ədəd kiçik ölçülü pul qabı, bir ədəd «Samsung A7» markalı mobil telefon, 1 ədəd qadın ətiri, bir ədəd qadın papağı olduğunu görmüş, onlardan pul qabını içindəki pullarla birlikdə götürüb çantanı digər əşyalarla birlikdə oraya ataraq yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən mənzilə getmişdir. Oğuradığı 1250 manat pulun bir hissəsini anasının müalicəsinə, bir hissəsini isə narkotik vasitəyə xərcləmişdir. Bundan başqa, o, 29 yanvar 2022-ci il tarixdə evindən çıxaraq əvvəlcə Bakı şəhəri, 20 Yanvar dairəsinə, oradan isə həmin tarixdə saat 12 radələrində ünvan 12qayıt şəhərinə getmiş, şəhərin 2-ci mikrorayon, Sülh küçəsində yerləşən “Luciana fashion boutique” qadın paltarları mağazasına daxil olub vitrində olan bir neçə paltara baxdığı zaman vitrinin asılqanlarının birində adını sonradan öyrənib bildiyi Zərərçəkmiş şəxs6 məxsus boz rəngli qadın əl çantasının olduğunu görmüşdür. Mağazadakı digər şəxsin diqqətinin çantanın asıldığı yerdə olmadığını müşahidə edib, ona nəzər salınmadığına əmin olduqdan sonra həmin çantanı asıldığı yerdən götürüb cəld hərəkətlə mağazadan çıxmış və mağazaya gəldiyi istiqamətdən geri qayıdaraq oradan uzaqlaşmışdır. Sonra yaşayış binalarından birinin yaxınlığında oğurladığı çantanı açmış və onun içərisində 02 ədəd qızıl üzüyü, 01 ədəd balıq formalı qızıl klonu, 01 ədəd at nalı formalı qızıl klonu, 01 ədəd at nalı formalı klonu ilə birlikdə qızıl qolbağı, 02 cüt qızıl sırğanı, 01 ədəd dairəvi formalı klonu ilə birlikdə qızıl boyunbağını, həmçinin hər biri 100 dollarlıq əskinaslar olmaqla 700 ABŞ dolları və bir ədəd 5 manatlıq, iki ədəd 1 manatlıq əskinaslar olmaqla 7 manat pul, həmçinin bank kartları və şəxsiyyət vəsiqələrinin olduğunu görmüşdür. Pulları və qızıl-zinət əşyalarını götürüb çantanı içində qalan digər əşyalarla birlikdə kənara atıb oradan getmişdir. İlk əvvəl sürücüsünü şəxsən tanımadığı taksi ilə Bakı şəhəri, “20 Yanvar” dairəsinə və oradan da yaşadığı ünvana getmişdir. 700 ABŞ dollarını bankların birində manata dəyişib pulun bir qismi ilə borclarını ödəmiş, bir qismi ilə ev üçün ərzaq almış, həmçinin şəxsi təlabatını ödəmişdir. Oğurladığı qızıl-zinət əşyalarını satmaq istəsə də, özündə şübhə yaradacağını fikirləşib, qızıl-zinət əşyalarını lombarda hissə-hissə qoyaraq pul əldə etmək qərarına gəlmiş və növbəti gün, yəni 30 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən lombarda gedib, oğurladığı qızılzinət əşyalarından 01 ədəd at nalı formalı klonu ilə birlikdə qolbağı, 02 ədəd klonu, 01 ədəd üzüyü girov qoyub qarşılığında 610 manat pul götürmüş və həmin pulun bir hissəsini evin kirayəsinə verib, geri qalanı ilə borclarını ödəmişdir. Oğurladığı digər qızıl zinət əşyalarını daha sonra başqa yerdə lombarda qoyub pul əldə etmək üçün üzərində saxlayıb, bir cüt sırğanı da qulağına taxmışdır. Lakin 31 yanvar 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən ünvan 12qayıt ŞPİ-nin 4-cü PB- nə dəvət edilmiş və sözügedən oğurluq əməlinin törətdiyini etiraf edib oğurladığı qızıl-zinət əşyalarından bir hissəsini lombarda girov qoyduqdan sonra geri qalanını təqdim edərkən qulağına taxdığı sırğanın bir tayı polis bölməsinə gələrkən avtomobilin oturacağına düşdüyündən ilk əvvəl 01 ədəd qızıl üzüyü, 01 cüt qızıl sırğanı, 01 ədəd dairəvi formalı klonu ilə birlikdə qızıl boyunbağını, 01 cüt qızıl sırğanın 1 tayını, bundan başqa qızıl-zinət əşyalarının bir hissəsini lombarda girov qoyma müqaviləsinin surətini, daha sonra isə qızıl sırğanın digər tayını təqdim etmişdir. Onun oğurluq etməkdə niyyəti pul və ya satıb qazanc əldə edə biləcəyi əşyalar götürmək olmuş, rəsmi sənədləri və ya plastik bank kartları əldə etmək kimi bir niyyəti olmamışdır, rəsmi sənədlər və ya bank kartları çantadan kənar olacağı təqdirdə onları götürmüş olmazdı, çantanı oğurlayıb içində heçnə olmayacağı təqdirdə çantanın özünü satıb qazanc əldə edəcəkmiş, lakin çantanın içində qızıl-zinət əşyaları, pullar olduğundan, həmin qızıl-zinət əşyalarının və pulların tamamını götürüb çantanı içindəki rəsmi sənədlər, plastik bank kartları, o cümlədən içində ola biləcək digər əşyalarla birlikdə tullayıb atmışdır. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 17:50 radələrində ünvan 4 ünvanda, «Ağaçiçəyim» mağazasının yanında yerləşən “X9” parfümeriya və kosmetika mağazasına getmiş. Həmin zaman mağazada satıcı başqa bir müştəri ilə maraqlanmışdır. O da, mağazada piştaxtanın alt hissəsində sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd berj (krem) rəngli dəri materialdan olan əl çantası olduğunu görmüş, bundan sonra satıcının və müştərinin başının qarışıq olmasından istifadə edib gizlincə piştaxtanın alt hissəsindən həmin çantanı götürüb əynindəki uzun gödəkcəsinin alt hissəsində gizlədərək mağazadan çıxmışdır. Bundan sonra, yaşadığı evə gedib oğurladığı çantanı açmış içərisində olan bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd “Gold Beauty” bonus kartı, bir ədəd “Omar Optika” vizit kartı, bir ədəd “Unibank” bank kartı, bir ədəd “Leobank” bank kartı, bir ədəd “COVİD-19” pasportu, bir ədəd “İphone 12” markalı mobil telefonun adaptoru, bir ədəd “İphone 12” markalı mobil telefon qulaqcığı (Airports), bir ədəd bilərzik və 25 manat nəğd pul olduğunu görüb onlardan bilərziklə 25 manat pulu götrüb çantanın içərisindəki qalan əşyalarla birlikdə evində saxlamışdır. Bilərziyi isə hara etdiyini xatırlamır, 25 manat nəğd pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində oğurluq etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzində yerləşən 22 nömrəli mağazaya girmiş və paltar asılqanının altındakı çamadanın üzərində bir ədəd, adını sonradan öyrənib bildiyi Zərərçəkmiş şəxs1 Əlbövsət qızına məxsus üzərində zərləri olan qara rəngli əl çantasını görmüşdür. Həmin vaxt mağazanın satıcısının başının qarışıq olmasından istifadə edib gizlincə həmin bir ədəd qara rəngli çantanı götürüb mağazadan çıxmış və evinə getmişdir. Sonra həmin çantaya baxdıqda içərisində “Zəfəran Hospital” sözləri yazılmış sellofan kisənin içərisində bir neçə ədəd dərman preparatları, bir ədəd şəxsiyyət vəsiqəsi və 600 manat nəğd pul olduğunu görüb götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. Qalan digər əşyalar, dərmanları çantanın içərisində yaşadığı evdə saxlamışdır. Polis əməkdaşlarına oğurladığı çantaların və içərisində olan əşyaların yaşadığı evdə olmasını bildirmişdir. Buna görə də, xx.xx.2022-ci il tarixdə onun özünün könüllü razılığı ilə yaşadığı evə videoçəkilişlə baxış keçirilərkən yuxarıda qeyd etdiyi oğurladığı əl çantaları və içərisində qalan əşyalar, otağında televizorun altlığının alt hissəsində mücrüdə saxladığı bir ədəd sellofan bükümün içərisində cəmi 16 ədəd bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin reallıqda onun evindən heç bir narkotik vasitə və psixotrop maddə aşkar ediləməmişdir. Təqsirlndirilən şəxs Sahilə Məməmdava tədqiq olunan ibtidai istintaqın ilkin mərhələlərində vermiş olduğu ifadələrində göstərmişdir ki, o, uzun müddət əvvəl sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, həmin şəxs ona narkotik vasitə və psixotrop maddə təşkil edə biləcəyini demiş, ona verdiyi mobil nömrə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə lazım olanda narkotik vasitəni qoyacağı yeri əvvəlcədən deyərək fotoşəklini və pulunu ödəyəcəyi hesab nömrəsini mesaj vasitəsi ilə ona göndərmişdir. Özü həmin yerə gedib narkotik vasitəni götürüb özü istifadə etmişdir. Sonuncu dəfə, tutulmazdan təxminən 4-5 gün əvvəl həmin şəxslə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlayaraq özü üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istədikdə həmin şəxs ona hesab nömrəsini göndərmiş, əvəzində həmin şəxsə ödəmə terminallarının biri ilə 200 manat pul göndərmiş və sonuncu narkotik vasitəni Balaxanı qəsəbəsinə qoyduğunu bildirərək yerinin fotoşəkilini göndərmişdir. Bundan sonra o, deyilən yerə gedib 1 ədəd sellofan bükümün içərisində heroin və metamfetaminlər olan bükümü götürüb yaşadığı evə gətirərək özü istifadə etmək üçün mücrünün içərisində saxlamışdır (iş vərəqə: cild İİİ, 84-88). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, 06 dekabr 2021-ci il tarixdə saat 14:50 radələrində onun satıcı işlədiyi ünvan 10 ünvanında yerləşən «Nuran» ticarət mərkəzinə müştəri qismində gələn bir nəfər əynində boz rəngli köynək, göy rəngli gödəkçə və qara rəngli cins şalvar olan 30-35 yaşlarında qadın ondan yataq dəstlərinin qiymətini soruşmuş, o, həmin qadına yaxınlaşıb malların qiymətlərini söyləyərək geri qayıdarkən özünə məxsus içərisində 950 manat nəğd pul, sim kart nömrəsi ilə birlikdə 360 manat dəyərində «İphone 6S» markalı mobil telefonu, 50 manat dəyərində «Memo» markalı qadın ətiri olan 40 manat dəyərində «Charles&Keith» markalı əl çantasının yerində olmadığını görmüşdür. Sonra mağazanın kameralarına baxarkən məlum olmuşdur ki, onun çantasını 30-35 yaşlarında olan, yataq dəstlərinin qiymətini soruşan həmin qadın oğurlamışdır. Oğurluq nticəsində ona ümumilikdə 1400 manat dəyərində maddi ziyan vurulmuşdur. Ona vurulan maddi zərər ödənilmədiyindən, təqsirləndirilən şəxsdən ödənilməsini tələb etməkdədir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərərəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 Hənifə qızı məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, 17 dekabr 2021-ci il tarixdə, saat 15 radələrində Ukrayna dairəsindən Əhmədli metrostansiyası istiqamətinə gedən yolda Məhəmməd Hadi küçəsi 41 ünvanında 9 mərtəbəli binanın alt hissəsində yerləşən qadın paltarı mağazasına daxil olaraq paltarlara baxarkən qara rəngli üzəri zərli olan “Nine Vest” markalı dəri materialından çantasını və bir ədəd şəffaf rəngli sellofan torbanı ağ rəngli masanın üzərinə qoyaraq paltarlardan birini geyinib yoxlamaq üçün mağazanın arxa tərəfində yerləşən hissəyə getmiş, sonra kömək etməsi üçün satıcı xanımı çağırmış və bu zaman içəridə qara rəngli şalvar, göy rəngli gödəkçə geyinən xanımın vitrindəki paltarlara baxdığını görmışdır. O, paltarı yoxlayıb satıcı qadınla söhbət edən zaman, masanın üzərində sellofan paketin olduğunu, lakin çantasının yerində olmadığını görmüşdür. O, satıcı ilə birlikdə çantanı mağazada axtarıb tapmadğı üçün oğurluqdan şübhələnib dərhal DİN-in 102 ZMX-nə məlumat vermişdir. Bundan sonra 34-cü PŞ-nin əməkdaşları mağazaya gəlib müəyyən sənədləşdirmələr aparmış və məlum olmuşdur ki, həmin çantanı o, paltarı yoxlamaq istəyən zaman adının Təqsirləndirilən şəxs olmasını sonradan öyrənib bildiyi qadın oğurlamışdır. Ona məxsus çantanın içərisində 1250 manat Azərbaycan manatı, 950 manat dəyərində «Samsung A7» markalı mobil telefon, 120 manat dəyərində olan «Asgendant İntense» markalı qadınə ətri, «Retobird» markalı 70 manat dəyərində olan qadın papağı olmuş, onların oğurlanması nəticəsində ona ümumilikdə 2390 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs bir həftəyə tutulub gətirilmiş, lLakin oğurlanmış əşyalarından heç nə özünə qayıtmamışdır. Buna baxmayaraq o, Təqsirləndirilən şəxs bağışlamışdırn və ona qarşı şikayəti, tələbi yoxdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərərəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, uzun müddət qeydiyyatda olduğu ünvan 11 ünvanında yaşadıqdan sonra ünvan 12qayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7A, mənzil 30 ünvanda mənzil almış və Bakı şəhərində yerləşən evdən özünə məxsus əşyaların bir hissəsini hissə-hissə hər dəfə ünvan 12qayıtdakı yeni mənzilinə gəldikdə özü ilə aparmışdır. Belə ki, 29 yanvar 2022-ci il tarixdə ünvan 12qayıt şəhərinə gedərkən gəzdirdiyi əl çantasının içində yeni mənzilinə qoymaq üçün götürdüyü qızıl zinət əşyalarının bir hissəsini çantasına qoymuşdur. ünvan 12qayıt şəhəri 2-ci mikrorayon ərazisində piyada hərəkətdə olarkən “Luciana fashion boutique” qadın paltarları satılan mağazada endirimin olduğunu görüb özünə paltar almaq üçün həmin mağazaya daxil olmuşdur. Mağazadakı vitrindən asılmış paltarlardan birini bəyənib üzərində yoxlamaqdan ötrü götürərkən çantanı maneə olmamsından ötrü vitrindən asmışdır. Həmin zaman mağazada onunla bərabər satıcı və müştəri qismində əvvəllər tanımadığı digər bir qadın, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. O, paltarı götürüb çantanı vitrindən asdıqdan sonra satıcı ilə birlikdə mağazanın digər tərəfinə keçib paltarı üzərində yoxlayaraq qiyməti barədə danışmağa başlamışlar. Bir qədər söhbətdən sonra razılaşaraq paltarın pulunu ödəməsi üçün çantasını asdığı vitrin tərəfə gəldikdə çantanın yerində olmadığını görmüşdür. Satıcı çantanın yerini bilmədiyini dedikdə və onlar çantanı mağazada başqa yerdə tapa bilmədikdən sonra məlum olmuşdur ki, çantası içindəki pullar, qızıl zinət əşyarlı, rəsm sənədləri, plastik bank kartları ilə birlikdə oğurlanmışdır. Bundan sonra bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Beləliklə də 50 manat olan “Galanti Casper” markalı, boz rəngli 01 ədəd ( qadın əl çantası ilə birlikdə çantanın içindən qiyməti 350 manat olan 585 əyarlı, çəkisi 4,35 qram 0 ədəd üzük, qiyməti 450 manat olan 585 əyarlı, çəkisi 5,30 qram 01 ədəd üzük, qiyməti 350 mana olan 585 əyarlı, balıq formalı, çəkisi 4,30 qram 01 ədəd klon, qiyməti 150 manat olan 583 əyarlı, a nalı formalı, çəkisi 1,73 qram 01 ədəd klon, qiyməti 350 manat olan 585 əyarlı, at nalı formalı klonı ilə birlikdə çəkisi 4,10 qram 01 ədəd qolbaq, qiyməti 180 manat olan 583 əyarlı, çəkisi 2 qram 0 cüt sırğa, qiyməti 300 manat olan 585 əyarlı, çəkisi 3,50 qram 01 cüt sırğa, qiyməti 200 manat olan 585 əyarlı, çəkisi 2,50 qram dairəvi formalı klonu ilə birlikdə 01 ədəd boyunbağı olmaql: ümumilikdə 2330 manat qiymətində əmlakı və hər biri 100 dollarlıq əskinaslar olmaqla 700 ABŞ dolları, 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq əskinaslar olmaqla 7 manat pulu oğurlanmışdır. Bundan başqa, onun çantasının içində ona məxsus rəsmi sənədlər və plastik bank kartlar olmuş, bank kartlarının fəaliyyəti onun müraciəti əsasında bloklanıb dayandırılmış və kartlardan pul götürülməmişdir. Oğurluq nəticəsində ümumilikdə ona 3527 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadəsində, həmçinin göstərdi ki, ibtidai istintaq zamanı oğurlanmış 9 ədəd qızıllarından 8-i ona qaytarılmış, lakin 200 manat dəyəri olan bir cüt sırğası ona qaytarılmamışdır. ünvan 12kasında olan 700 dolları pul da qaytarılmamışdır ki, həmin pulun ona qaytarılmasını tələb edir. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, 23 mart 2022-ci il tarixdə, saat 17:50 radələrində satıcı işlədiyi ünvan 4 ünvanda yerləşən “ALİX AVİEN PARİS” parfümeriya və kosmetika mağazasına gəlib içərisində bir ədəd “Gold Beauty” bonus kartı, bir ədəd “Omar Optika” vizit kartı, bir ədəd içərisində hər hansı bir məbləğdə pul olmayan “Unibank” bank kartı, bir ədəd içərisində hər hansı bir məbləğdə pul olmayan “Leobank” bank kartı, bir ədəd “COVİD-19” pasportu, bir ədəd 145 manat dəyərində “İphone 12” markalı mobil telefonun adaptoru, bir ədəd 400 manat dəyərində “İphone 12” markalı mobil telefon qulaqcığı (Airports), bir ədəd 75 manat dəyərində qızıl bilərzik, 700 manat nəğd pulu olan 30 manat dəyərində bej rəngli əl çantasını mağazada olan piştaxtanın alt hissəsinə qoymuşdur. Saat təxminən 19:30 radələrində mağazaya iki nəfər müştəri qismində ayrı-ayrı xanımlar gəlmişdir. Onlardan yanında azyaşlı olan xanım mağazada olan kosmetika və parfümeriya ilə maraqlanmış, digəri onun altına çantasını qoymuş olduğu piştaxtanın qarşısında dayanaraq məhsullara baxmışdır. O, evə getmək üçün piştaxtaya yaxınlaşıb çantasını götürmək istəyəndə çantanın yerində olmadığını görmüş və məlum olmuşdur ki, çantası mağazaya gələn naməlum qadın tərəfindən oğurlanmışdır. Çantasının içindəki əşyalarla birlikdə oğurlanması nəticəsində ona 1350 manat dəyərində maddi ziyan vurulmuşdur. İbtidai istintaq zamanı onun oğurlanmış çantasında olan adapter və qulaqçıq qaytarılmış, lakin qalan əşyaları qaytarılmamışdır. Amma buna baxmayaraq o, Təqsirləndirilən şəxs azyaşlı uşaqlığına görə bağışlamışdır. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı zərərəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib ifadəsində göstərdi ki, 17 aprel 2022-ci il tarixdə, səhər saatlarında işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzinin 22 nömrəli qadın geyimləri mağazasına gələrkən içərisində bir ədəd paketdə əl salfetkası, 01 ədəd kosmetika güzgüsü, 01 ədəd “Note” markalı kosmetika pudrasının, 02 ədəd dodaq boyalarının(pomada) , 04 ədəd kosmetik karandaşlar,dörd ədəd listdə üzərinə “Atarax 25 mg” yazılm 36 ədəd dərman həblərinin, üç ədəd listdə üzərinə “Ekvator 20mg/10mg” sözləri yazılmış 25 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Glucophage 1000mg” sözləri yazılmış 04 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “No-Şpa 80mg” sözləri yazılmış 06 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Kaptopril 50 mg” sözləri yazılmış 08 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Coraspin 100 mg” sözləri yazılmış 07 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Spazmalqon” sözləri yazılmş 03 ədəd dərman həbləri, özünün şəxsiyyət vəsiqəsi və 2840 manat nəğd pul olan üstü zərli qara rəngli dəri materialdan olan əl çantasını paltar asılqanını altındakı çemadanın üzərinə qoyub işləri ilə məşğul olmuş, saat 14 radələrində həmin çantasının yerində olmadığını aşkar etmişdir. Bundan sonra, mağazada olan videogörüntü kameralarına baxdıqda ona məlum olmuşdur həmin çantanı mağazaya gələn hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs götürmüşdür. Həmin çantasının qiyməti 20 manat, içindəki kosmetik əşyaların qiyməti 10 manat, dərmanların qiyməti 70 manat təşkil etmişdir. Onun 2840 manat nəğd pulu və s. əşyaları oğurlanmaqla ona cəmi 2920 manat maddi ziyan vurulmuşdur. Ona vurulan maddi zərər ödənilmədiyindən pullarını tələb etməkdədir. Cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin edilməmiş Zərərçəkmiş şəxs5 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Zərərçəkmiş şəxs5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 27 noyabr 201ci il tarixdə özünə məxus olan, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosekti 28 ünvanda yerləşən «SS Butik» qadın paltarları mağazasına getmiş, içində 700 manat pulu olan 100 manat dəyərində «LW” markalı dəri materialından olan pul qabını mağazadakı masanın altına qoymuşdur. Təxminən saat 12 radələrində həmin pul qabının yerində olmadığını görüb, mağazanın kameralarına baxarkən müəyyən etmişdir ki, bir qədər əvvəl mağazaya müştəri qismində gəlmiş qadın gizli olaraq götürüb oğurlamışdır. Oğurluq nəticəsində ona 800 manat dəyərində maddi ziyan vurulmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyə teleqramma ünvanlayan Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, təxminən 4 il ərzində Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Şamil Kamil 7 ünvanında fərdi sahibkar kimi ********** VÖEN ilə «Lombard» fəaliyyəti göstərmişdir. 30 yanvar 2022-ci il tarixdə onun işçisi Zamin Alşanov ona telefonla Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin özünə məxsus olduğunu bildirdiyi hər biri qızıl materialdan olan 01 ədəd üzük, 01 ədəd balıq formalı klon, 01 ədəd at nalı formalı klon, 01 ədəd atnalı formalı klonu ilə birlikdə qolbağı lombarda girova qoymaq istədiyini bildirmişdir. Zamin Alşanov qızıl-zinət əşyalarının hər birinin çəkisini ona dedikdən sonra ümumilikdə qızıl-zinət əşyalarını girova qoyacağı təqdirdə 610 manat verə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs 610 manat pula razılaşdığından bu barədə, yəni qızıl-zinət əşyalarının 610 manat qarşılığında girova qoyulması və onun tərəfindən qəbul edilməsi barədə müqavilə bağlanmışdır. Təqsirləndirilən şəxs bu əşyaları özünün şəxsiyyəti vəsiqəsini təqdim etməklə rəsmi müqavilə əsasında könülü olaraq girova qoyması onlarda həmin əşyaların oğurluq yolu ilə əldə olunmasına heç bir şübhə yaratmamşdır. Sonradan isə cinayət işinin istintaqı ilə əlaqədar Təqsirləndirilən şəxs girov qoyduğu qızıllar maddi sübut kimi polisə təqdim edilmişdir. Lakin onun Təqsirləndirilən şəxs verdiyi pullar və ya qızılları hələ də ona qaytarılmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dinidrilən Şahid1 ifadəsində göstərdi ki, 18 aprel 2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs3 məxsus əl çantasını içindəki əşyalarla birlikdə oğurlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs oğurladığı əşyaları evində saxlaması barədə verdiyi məlumatın yoxlanılması məqsədi ilə Sabunçu rayon Pİ-nin İŞ-nin müstəntiqi polis mayoru Arif Qarayev tərəfindən onun və xidmət etdiyi Sabunçu RPİ-nin 13-cü PB-nin digər əməkdaşı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat şossesi 1 ünvanında yerləşən evə baxış keçirilmişdir. Baxış «Samsunq» markalı videkamera vasitəsi ilə çəkiliş aparılmaqla həyata keçirilmişdir. Baxış zamanı müstəntiq Təqsirləndirilən şəxs evində qanunsuz saxlanılan əşya və predmetlər olduğu təqdirdə təqdim etməsi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qonaq otağında televizorun altlığının üzərində olan bir ədəd mücrünü göstərmiş və həmin mücrüyə baxdıqda içərisindən bir ədəd sellofan büküm, həmin sellofan büküm açıldıqda içərisində ağ və qəhvəyi rəngli maddələr olan 16 ədəd xırda bükümlər, bir ədəd kustar üsulla hazırlanmış şüşə boru, bir neçə ədəd kosmetik əşyalar aşkar olunmuşdur. Mücrüdən aşkar edilmiş bükümlərlə bağlı Təqsirləndirilən şəxs bükümlərin bəzilərində «Kola» adlanan narkotik vasitə heroin, bəzilərində isə «Patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və bir ədəd şüşə borunu isə həmin maddələrdən istifadə etmək üçün hazırladığını bildirmiş, həmçinin, bir müddət sosial şəbəkədə adını bildmədiyi, özünü ona İranlı kimi təqdim edən şəxslə tanış olduğunu, hər dəfə öznə heroin və ya metamfetamin lazıim olanda həmin şəxsin hesabına pul ödədiyini, həmin şəxs müxtəlif yerlərə heroin və metamfetamin qoyub yerini ona bildirdiyini və həm də narkotik qoyduğu yerin şəkilini göndərdiyini, özü isə onları həmin yerlərdən götürüb istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilən heroin və metamfetamini isə 3-4 gün əvvəl eyni qaydada həmin şəxsdən onun hesabına pul ödədəikdən sonra sonuncunun ona bildirdiyi yerdən götürdüyünü bildirmişdir. Şahid qismində dinidrilən Şahid1 ifadəsinin davamında göstərdi ki, bundan sonra mənzildə baxış davam etdirilmiş, mənzildə qonaq otağında masanın üzərindən 02 ədəd elektron tərəzi, bir ədəd üzərində zədələr olan qara rəngli əl çantası, həmin çantanın içindən Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd üzərinə “Zəfəran Hospital” sözləri yazılmış sellofan kisənin içərisindən dərman həbləri, bir ədəd bej-krem rəngli, sadə qadın əl çantası və həmin çantanın içərisindən üzərində qırmızı rəngli bağlaması olan «İphone» markalı mobil telefon qulaqcığı, «İphone» markalı mobil telefon üçün bir ədəd ağ rəngli adaptor, 1 ədəd qara rəngli çanta və həmin çantanın içərisindən bir ədəd Zərərçəkmiş şəxs3 məxsus Covid-19 pasportu, bir neçə ədəd müxtəlif bank kartları, vizit kartlar, bonus kartları, bir neçə ədəd qadın üçün kosmetika əşyaları, bir neçə kiçik nominasiyada ABŞ dolları əskinasları, İran İslam Respublikasının, Gürcüstan Respublikasını, Türkiyə Respublikasının və BƏƏ-nin pul əskinasları, bir ədəd 1 manatlıq AZN əskinas, bir ədəd boyunbağı, bir ədəd ağ rəngli üzük, bir ədəd üzərində qırmızı rəngli qaşı olan üzük, bir ədəd ağ rəngli klon, bir ədəd ağ rəngli yumru klon, bir ədəd üzərində qırmızı rəngli qaş olan qadın üzüyü, bir ədəd ağ rəngli qadın üzüyü, bir ədəd sırğa, bir ədəd qara qara rəngli əl çantasının içərisindən bir ədəd ağ rəngli “HTC” markalı, bir ədəd qızılı rəngli “Samsung” markalı, bir ədəd ağ rəngli “Samsung Duos” markalı, bir ədəd arxa hissəsi boz rəngli, üst hissəsi qırıq “İphone” markalı, bir ədəd arxa hissəsi göy rəngli “Samsung” markalı mobil telefonlar, bir ədəd içində bank kartları olan pul qabı, digər otaqdan isə döşəmənin üzərinə yığılmış vəziyyətdə bir neçə ədəd müxtəlif materialdan olan və müxtəlif markalı və rəngli qadın çantaları aşkar edild. X5 həmin əşyaları haradan və hansı yolla əldə etdiyini soruşanda o, masanın üstündəki üzərində nöqtəvari zərlər olan qara rəngli və bej-krem rəngli əl santalarını ayırıb 1-cini Bakıxanov qəsəbəsində eyni adlı ticart mərkəzindəki mağazalardan birindən oğurladığını bildirmiş, həmçinin çantanın içində 25 manat pul olduğunu, 2-cini isə Bakxanov qəsəbəsində «Ağçiçəyim» mağazasının yanındakı mağazadan oğurladığını və oğurladığı zaman həmin çantanın içində 600 manat pul olduğunu, «Samsunq» markalı telefon aparalarından birinin özünə, digərlərinin isə əvvəllər birlikdə yaşadığı hazırda həbsdə olan şəxsə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kartların içindən 1 ədəd qara rəngldi «Leo bank» debet kartını ayırıb oğurladığı bej rəngli çantanı içində olduğunu deyərək, qeyd etdi ki, digər kartların hamısı, Covid-19 pasportu, aşkar edilən bütün dərman həbləri özünə, anasına və digər ailə üzvülərinə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş elektron tərəzilərlə bağlı göstərdi ki, onlar əvvəllər bu evdə özü ilə birlikdə yaşamış Rəşad adlı şəxsə məxsus olmuş, Rəşad Binə qəsəbəsində 17 saylı cəzaçəmkə müəssisəsində cəza çəkmişdir. Ondan qalan həmin elektron tərziləri isə özü aldığı heroin və metamfetaminlərin çəkilərinin ödədiyi pula uyğun olub-olmadığını yoxlamaq üçün istifadə etmişdir. Şahid qismində dinidrilən Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs yaşayış evə baxış zamanı aşkar olunan narkortik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr olan 16 ədəd bükümlər, ifadəsində sadaladığı əl çantaları, tərəzilər, mobil telefonlar, kartlar, dərman preparatları, pul əskinasları, kosmetika əşyaları və digər əşyalar sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülüb qablaşdırılmış, bütün iştirakçılar zərfin üzərini imzalamış, sonra baxış barədə potokol tərtib edilmiş və iştirakçılar hamısı protokolla tanış olaraq doğrulduğunu imzaları ilə təsdiq etmişlər. Sonradan videogörüntülər diskdə protokola əlavə edilmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində məhkəmədə şahid kimi ifadə vermiş həmkarı Şahid1la oxşar məzmunda ifadə verdi və sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2022-ci il tarixli, 6/2224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərdaycan Respublikası DİN-nin zərfələr üçün №160 dairəvi möhür əksi olan, … Təqsirləndirilən şəxs sözləri, soyadı və imzalar» qeyd edilmiş 1 ədəd zərfdəki 9 ədəd bükümlərdə ayrı-ayrılıqla təmiz çəkiləri 0,634, qram, 0,666 qram, 0,580 qram, 0,592 qram, 0,648 qram, 0,628 qram, 0,611 qram, 0,641 qram, 0,634 qram, ümumilikdə təmiz çəkisi 5,634 qram olan ağ rəngli kristallik maddələr kustar üsull hazırlanmış psixotrop maddə metamfetamin, 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,458 qram, 0,520 qram, 0,935 qram, 0,544 qram, 0,542 qram, 0,545 qram 0,537 qram, ümumilikdə təmiz çəkisi 5,081 qram olan qəhvəyi rəngli maddələr isə kustar üsulla hazırlanmışnar kotik vasitə heroindir. Tədqiq olunan rəydən görünür ki, tədqiqata təqdim edilmiş 9 ədəd bükümlərdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş 7 ədəd bükümlərdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiq olunan rəydə edilmiş qeydə əsasən təmiz çəkisi 5,081 qram heroin narkortik vasitəsinin 0,350 qramı tədqiqata sərfə edilmiş, 4,731 qram qalıq qalmış, təmiz çəkisi 5,634 qram olan metamfetamin psixotrop maddəsinin 0,450 qramı tədqiqata sərf edilmiş, 5,184 qram qalıq qalmışdır (iş vərəqə: İ cild, səh. 95-99). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekpertizasının 23 iyul 2022-ci il tarixli, 4039 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məslhət görülür(iş vərəqə: İİİ cild, səh. 36-37). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərinin yerləşdirildiyi «1 ədəd DVD diskə baxış keçirilməsi haqqında» 18 aprel 2022-ci il tarixli protokolun məzmunundan görünür ki, baxış və götürmə istintaq hərəkətinə başlamazdan əvvəl müstəntiq Təqsirləndirilən şəxs qanusuz saxlanılan əşya və predmetlər olduğu təqdirdə onları təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında televizor altlığının üzərində olan bir ədəd mücrünü göstərmiş, həmin mücrüyə baxış keçirilərkən mücrünün içərisindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm açılmış, içərisində ağ və qəhvəyi rəngli maddələr olan 16 ədəd xırda bükümlər, bir ədəd kustar üsulla hazırlanmış şüşə boru və kosmetik əşyalar aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdə olan maddələrin «Kola» və «Patı» kimi tanıdığı narkotik tərkibli maddələr olduğunu, bir ədəd şüşə borunu isə həmin maddələrdən istifadə etmək üçün hazırladığını bildirmişdir. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə qonaq otağından bir neçə ədəd müxtəlfi markalı, rəngjli və formalı qadın əl çantaları, ətirlər, pul qabıları həmin qonaq otağında masanın üzərindən 02 ədəd elektron tərəzilər, 3 ədə qara rəngli, 1 ədəd bej rəngli qadın çantaları aşkar edilmişdir. Həmin çantalardan birinin içərisindən Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsi, bir ədəd üzərinə “Zəfəran Hospital” sözləri yazılmış sellofan kisənin içərisindən müxtəlif dərman həbləri, bir ədəd berj rəngli sadə çantanın içərisindən üzərində qırmızı rəngli bağlaması olan İphone markalı mobil telefon qulaqcığı, bir ədəd «İphone» markalı mobil telefon üçün ağ rəngli adaptor, masanın üzərində olan qara rəngli çantanın içərisindən bir ədəd Zərərçəkmiş şəxs3 məxsus «Covid-19» pasportu, bir neçə ədəd müxtəlif bank, bonus və vizit krtları, bir ədəd 1 ABŞ dolları, bir ədəd 2 ABŞ dolları, bir ədəd 5 ABŞ dolları, bir ədəd 10.000 İran İslam Respublikasını pulu, bir ədəd 20.000 İran İslam Respublikası pulu, bir ədəd 50.000 İran İslam Respublikasının pul əskinası, bir ədəd 1 manatlıq əskinas, bir ədəd 5 nominalda BƏƏ-nin əskinası, iki ədəd SSRİ nominalları, dörd ədəd 5 nominalda, üç ədəd 10 nominalda Gürcüstan Respublikası əskinasları, bir ədəd 1 nominalda Türk lirəsi qəpiyi, bir ədəd 15.90 manat yazılmış sarı rəngli boyunbağı, bir ədəd ağ rəngli üzük, bir ədəd üzərində qırmızı rəngli qaşı olan üzük, bir ədəd ağ rəngli klon, bir ədəd ağ rəngli yumru klon, bir ədəd üzərində qırmızı rəngli qaş olan qadın üzüyü, bir ədəd ağ rəngli qadın üzüyü, bir ədəd sırğa, bir ədəd qara qara rəngli əl çantasının içərisindən bir ədəd ağ rəngli “HTC” markalı, bir ədəd qızılı rəngli “Samsung” markalı, bir ədəd ağ rəngli “Samsung Duos” markalı, bir ədəd arxa hissəsi boz rəngli, üst hissəsi qırıq “İphone” markalı, bir ədəd arxa hissəsi göy rəngli “Samsung” markalı mobil telefonlar, bir ədəd pul kisəsinin içərisindən üç ədəd bank kartları aşkar edilmişdir. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş əl çantalarının, içərisində yuxarıda adları sadalanan kartların, əşyaların, dərman preparatlarının və mobil telefonların yaxın ailəsinə və qohumlarına məxsus olduğunu, masanın üstündə olan çantalardan bej rəngdə olanı Bakıxanov qəsəbəsində «Ağçiçəyim» mağazasını yanındakı mağazadan oğurladığını və həmin çantanın içində 1 əd qulaqcıq, 1 ədəd adaptor, 600 mana pul və 1 ədəd «Leo bank» kartının olduğunu, digər çantanı isə Bakıxanov qəsəbəsindəki ticarət mərkəzində olan mağazadan oğurladığını və həmin çantanın içində Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinin, 25 manat pulun olduğunu bildirir. Fərdi yaşayış evinə baxış zamanı aşkar edilmiş 16 ədəd bükümlər, yuxarıda adları sadalanan əl çantaları, tərəzilər, mobil telefonlar, kartlar, dərman preparatları, pul əskinasları, kosmetika əşyaları və digər əşyalar sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Aşkar olunmuş narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənib götürülmüşdür(iş vərəqə: İ cild, səh. 21-24). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «Baxış keçirilməsi haqqında» 31 yanvar 2022-ci il tarixli protokolan görünür ki, Təqsirləndirilən şəxs hamısı qızıl metaldan olan 1 ədəd klonu, 1 ədəd üzüyü, 1 cüt sırğanı və 1 ədəd sırğa tayını, həmçinin 1 ədəd qızıl üzük, 1 ədəd qızıl klon və 1 ədəd qızıl bilərziyi lombarada girov qoyması barədə tərtib olunmş bileti və girov müqaviləsini təqdim edərək təqdim etdiyi qızıl-zinət əşyalarını xx.xx.2022-ci il tarixdə ünvan 12qayıt şəhərində, 2-ci mikrorayon ərazisində piyada hərəkətdə olarkən “Luciana fashion boutique” qadın paltarları satılan mağazadan oğurladığı çantanın içində olduğunu, həmin predmetləri lombarda girov qoyaraq pul götürdüyünü göstərmişdir(iş vərəqə: İİİ cild, səh. 39-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 17 dekabr 2021-ci il tarixdə ünvan 17 ünvanında yerləşən geyim mağazasında zərər çəkmiş Zərərçəkmiş şəxs4 Hənifə qızına məxsus, içərisində 1250 manat pul, 950 manat dəyərində «Samsung A 7» markalı mobil telefon və «Bank of Baku»ya aid kart, şəxsiyyət vəsiqəsi, 120 manat dəyərində 1 ədəd ətir və 70 manat dəyərində 1 ədəd qadın papağı olan 40 manat dəyərində «Nine Vest» dəri materialdan əl çantasının oğurlanması hadisəs ilə bağlı hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinin protokoluna əlavə olunan 1 dədə DVD formatlı diskə köçürülmüş videogörüntülürə baxış keçirilməsi haqqında müvafiq protokolun məzmunundan görünür ki, həmin video görüntülərdə əynində qara rəngli qısa gödəkçə, qara rəngi şalvar, üzünün çənə və üst dodaq hissəsi aşağı hissəsi ilə şərf vasitəsi ilə bağlanmış, çiynində çanta olan saçlı qadının videogörüntülərin 10-cu saniyəsindəki kadrda mağazaya daxil olaraq asılqanlı vitrindəki paltarlara yaxınlaşdığı və 30-cu saniyədəki kadrlarda həmin asılqandakı çantanı götürüb mağazadan çıxdığı müşahidə olunmuşdur. İş üzrə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs kadrlarda görünən qadının onun özü olduğunu təsdiq etmişdir (iş vərəqə: İİİ cild, səh. 39-48). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 06 dekabr 2021-ci il tarixdə, saat 14 radələrində ünvan 18 ünvanında yerləşən "Nurlan" ticarət mərkəzində həmin mağazanın satıcısı işləyən Zərərçəkmiş şəxs2 məxsus, içərisində sim kart nömrəsi ilə birlikdə 360 manat dəyərində «İphone 6S» markalı mobil telefonu, 50 manat dəyərində «Memo» markalı qadın ətiri və 950 manat pul olan, 40 manat dəyərində «Charles&Keith» markalı çantasının oğurlanması hadisəs ilə bağlı hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinin protokoluna əlavə olunan 1 ədəd DVD formatlı diskə köçürülmüş videogörüntülürə baxış keçirilməsi haqqında protkoldan görünür ki, həmin görüntülərdə əynində qara rəngli qısa gödəkçə, qara rəngi şalvar, çiynində çanta olan saçlı qadının videogörüntülərin 39-cu saniyəsindəki kadrda mağazanı içində yataq dəstləri yerləşdirilmiş vitrinin yanındakı masanın alt hissəsindən bir ədəd çantanı götürüb mağazadan çıxdığı müşahidə olunmuşdur. İş üzrə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs kadrlarda görünən qadının onun özü olduğunu təsdiq etmişdir (iş vərəqə: İİİ cild, səh. 39-48). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 27 noyabr 2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən "SS Butik " mağazasına müştəri qismində daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs5 məxsus, içərisində 100 manat dəyərində olan içərisində 700 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartları saxlanılan əl çantasının oğurlanması hadisəsi ilə bağlı hadisə yerinə baxış istintaq hərəkətinin protokoluna əlavə olunan 1 ədəd DVD formatlı diskə köçürülmüş videogörüntülürə baxış keçirilməsi haqqında protokolun məzmunundan görünürn ki, video görüntülərdə əynində qara rəngli qısa gödəkçə, cins şalvar, üzünə qar rəngli tibbi maska olan saçlı qadının mağazaya daxil olması və həmin mağazada küncdə yerləşən masanın üzərinə əyilərək nə isə götürdüyü və həmin qadının mağazadan çıxıb küçə ilə getdiyi müşahidə olunmuşdur. İş üzrə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs kadrlarda görünən qadının onun özü olduğunu təsdiq etmişdir(iş vərəqə: İİİ cild, səh. 39-48). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMCdən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı abonent nömrəsinə daxil olan və çıxan zənglər, mesaj mətinləri və anten dairələrinə dair telefon məlumatları olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin DVD diskdə 4 ədəd pdf formatlı “SMS Tarixçəsi”, “SMS Tarixçəsi”, “Zənglərin Detallaşması” və “X3” adlı fayllar mövcuddur. Tədqiq olunan həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:29-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “salam Resad kolan var isdiyen var” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 01:39-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “salam axsamin xer necəsən namiq 5 manatin varsa atda menim karta seher biraz kola birazda pati vererem sene” məzmununda, xx.xx.2022-ci il tarixdə ona məxsus ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı abonent nömrəsinə “atamın qebri 10 qrama yaxın malnan 1 hefte bölmədə oldum men”, “gelda verrecem cekesen özüne gelesen isdiyirsen gelim sizi terefe mene de bir he.yox” məzmununda, xx.xx.2022-ci il tarixdə, saat 21:25-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** saylı abonent nömrəsinə “Ferid salam onan var isdeyen olsa deda nolar pula ehdiyacım var vacib vermeliyem onlari sende isdeyen şox olur gor neynrsen, 1 petriy olan ağ mermer 50 di 45 vererem qara mermer dasi 35 di 1 metri”, xx.xx.2022-ci il tarixdə, saat 22:32 radədə yenə də onun istifadəsində olmuş ***-***-**-** nömrəsindən ***-***-**-** saylı abonent nömrəsinə “Salam Azer necesen, Azer men 6 da cıxram rayona onan lazim idi 1 qram mene tewkil elemey olar” məzmununda göndərilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satılmasına aid mesaj mətinləri olması müəyyən olunur. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış zamanı qeyd olunan telefon məlumatlarını əhatə edən 15 vərəqdə siyahılar çap edilərək protokola əlavə edilmişdir(iş vərəqə: İİİ cild, səh. 20-35). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş və istintaq zamanı götürülmüş “Samsung J7” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı həmin mobil telefonun üzərində ***-***-**-** "xxxx" abonent nömrəsi vardır. Mobil telefon açıldıqda orada narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı boz rəngli elektron tərəzi üzərinə qoyularaq çəkilmiş 0,55 və 0,52 qram çəkisi elektron ekranda görünən sellofan bükümdə ağ və qəhvəyi rəngli narkotik və psixotrop maddələrə bənzər bükümlərin, qadın əlində tutulmuş vəziyyətdə 02 ədəd ağ kristal şəkilli sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddənin, həmçinin ox işarəsi ilə yol kənarında istiqamətləndirici fotoşəkillərin olması müəyən edilmişdir. Müəyyən olunan həmin fotoşəkillər çap edilərək protokola əlavə edilmişdir(iş vərəqə: İİİ cild, səh. 09-11). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq qərarlarla müəyyən edilmişdir ki, təqsirəlndirilən şəxs X6 üzərindən aşkar edilib götürülmüş 2 ədəd üzük,1 ədəd klon, at nalı formalı klon, at nalı formalı klonı ilə birlikdə 1 ədəd qolbaq, 2 cüt sırğa, dairəvi formalı klonu ilə birlikdə 1 ədəd boyunbağı, onun yaşadığı mənzilə baxış zamanı oradan aşkar edilib götürülmüş dörd ədəd listdə üzərinə “Atarax 25 mg” yazılm 36 ədəd dərman həbləri, üç ədəd listdə üzərinə “Ekvator 20mg/10mg” sözləri yazılmış 25 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Glucophage 1000mg” sözləri yazılmış 04 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “No-Şpa 80mg” sözləri yazılmış 06 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Kaptopril 50 mg” sözləri yazılmış 08 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Coraspin 100 mg” sözləri yazılmış 07 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Spazmalqon” sözləri yazılmş 03 ədəd dərman həbləri, 01 ədəd kosmetika güzgüsü, 01 ədəd “Note” markalı kosmetika pudrası, 02 ədəd dodaq boyaları(pomada), 04 ədəd kosmetik karandaşlar, “Unibank” bank kartı, “Leobank” bank kartı, bir ədəd “COVİD-19” pasportu,bir ədəd 145 manat dəyərində “İphone 12” markalı mobil telefonun adaptoru, bir ədəd 400 manat dəyərində “İphone 12” markalı mobil telefon qulaqcığı (Airports), 1 ədəd bej-krem rəngli və 1 ədə üzəri zərli qara rəngli çantalar, 2 ədə elektron tərəzi, 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,634 qram, 0,666 qram, 0,580 qram, 0,592 qram, 0,648 qram, 0,628 qram, 0,611 qram, 0,641 qram, 0,634 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 5,634 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,458 qram, 0,520 qram, 0,935 qram, 0,544 qram, 0,542 qram, 0,545 qram, 0,537 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 5,081 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, oğurladığı qızıl zinət əşyalarını lambarda girov qoyması barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli 019108 №-li girov biletinin surəti, ünvan 17 ünvanında yerləşən geyim mağazasında Zərərçəkmiş şəxs4 Hənifə qızına məxsus əl çantasının oğurlanması hadisəsi yerinə baxış istintaq hərəkətinin protokoluna əlavə olunan 1 ədəd, ünvan 19 ünvanında yerləşən "Nurlan" ticarət mərkəzində Zərərçəkmiş şəxs2 məxsus çantanın oğurlanması hadisəs ilə yerinə baxış istintaq hərəkətinin protokoluna əlavə olunan 1 ədəd, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən "SS Butik " mağazasında Zərərçəkmiş şəxs5 məxsus əl çantasının oğurlanması hadisəsi yerinə baxış istintaq hərəkətinin protokoluna əlavə olunan 1 ədəd DVD formatlı disklər, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərinin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, həmin maddi sübutlardan 9 ədəd bükümlərdə olan, ekspertizadan sonra qalıq qalmış cəmi 4,731 qram çəkidə metamfetaminin, 07 ədəd bükümlərdə olan, ekspertizadan sonra qalıq qalmış cəmi 5,184 qram çəkidə heroin narkotik vasitəsi, 2 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, DVD disklər, “Girov bileti”nin surəti cinayət işinə əlavə olunmuşdur(iş vərəqə: İİİ cild, səh. 39-48). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanının əməliyyat tapşırığına Sabunçu RPİ-nin 14-cü PB-dən verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və küllli miqdarda metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, onun həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə qanunsuz əldə edib evində saxlaması, tərəzidə bölərək müxtəlif şəxslərə satması barədə əməliyyat məlumatları əldə edilsə də, konkret olaraq həmin narkotik vasitələri alan şəxslərin şəxsiyyətlərni müəyyən etmək və istintaqa təqdim etmək mümkün olmamışdır (iş vərəqə: İİİ cild, səh. 25). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş ümumi miqdarı 5,081 qram təşkil edən «heroin» narkotik vasitəsi və 5,634 qram metamfetamin psixotrop maddəsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”sına daxildir və aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin miqdarı həmin siyahıda nəzərdə tutulmuş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin külli miqdar həddlərini dəfələrlə aşmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 5,081 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 5,634 qram olmaqla külli miqdar təşkil etməsi, heroin narkotik vasitəsinin 7 ədəd, metamfetamin psixotrop maddəsinin isə 9 ədəd kiçik bağlamalara bükülmüş vəziyyətdə aşkar edilməsi, sonuncunun yaşayış ünvanından iki ədəd elektron tərəzinin aşkar edilib götürülməsi, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun yaddaşında narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müxtəlif məzmunda yazışmaların müəyyən edilməsi, aşkar edilmiş maddələrin ayrı-ayrı növlərə aid olması, əməliyyat məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ondan narkotik vasitə və psixotrop maddənin aşkar edilib götürülməsi, narkotik vasitənin miqdarı və aşkar olunan narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Zərdab rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzası 400 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məsələni müzakirə edib, onun xx.xx.2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarıldığını nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən baxılan iş üzrə 27 noyabr 2021-ci il tarixdən 23 mart 2022-ci il tarixədək olan müddətdə yeni oğurluq cinayətlərini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.2-ci maddələrinin tələblərinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənmin 83.1-ci maddəsinə əsasən isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də belə, onun əməli baxılan iş üzrə cinayətlərin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı vardır və bu, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxslər Abbasova (Fərzəliyeva) Gülarə Anar qızı və Zərərçəkmiş şəxs4 Hənifə qızı Təqsirləndirilən şəxs bağışlamış və ona qarşı tələb irəli sürməmişlər. Hər iki zərər çəkmiş şəxs bu barədə müvafiq ərizələrini məhkəməyə təqdim etmişlər. Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxslər Abbasova (Fərzəliyeva) Gülarə Anar qızının və Zərərçəkmiş şəxs4 Hənifə qızının Təqsirləndirilən şəxs bağışlamalarını və ona qarşı tələb irəli sürməmələrini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 23 iyul 2022-ci il tarixli 4039 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin az ağır, 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin isə ağır cinayətlər kateqoriyasına aid olmasını, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmalı, eyni zamanda onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Sabunçu Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və o, baxılan iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqə: İ cild, səh. 35, 106-108, 127-130). Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 əmlakının gizli talanması faktına görə ünvan 12qayıt ŞPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 fevral 2022-ci il tarixədək 2 (iki) gün həbsdə saxlanılmış və istintaq orqanının 02 fevral 2022-ci il tarixli qərarına əsasən onun barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir(iş vərəqə: İ cild, səh. 229). Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində ********* nömrəli cinayət işi üzrə (baxılan cinayət işinə birləşdirilmişdir) 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 02 fevral 2022ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürərkən oğurluq epizodları üzrə irəli sürülən bütün ittihamların mətnində təqsirləndirilən şəxsin oğurluq hadisəsini tamah niyyəti ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah niyyəti bu halda oğurluq hadisəsinin özündə tərkib əlaməti kimi ehtiva olunduğundan "cinayətin tamah niyyəti ilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülən ittihamların mətnindən xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.1.6-ci maddəsinə əsasən cinayətin tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur və həmin Məcəllənin 61.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, istər cinayət işinin ibtidai istintaqı və istərsə də məhkəmə baxışı mərhələsində zərər çəkmiş şəxslər tərəfindən iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, lakin məhkəmə baxışı mərhələsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək onlara vurulan maddi zərərin ödənilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində təqsirəlndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2 ədəd üzük,1 ədəd klon, at nalı formalı klon, at nalı formalı klon ilə birlikdə 1 ədəd qolbağ, 2 cüt sırğa, dairəvi formalı klon ilə birlikdə 1 ədəd boyunbağı, onun yaşadığı mənzilə baxış zamanı oradan aşkar edilib götürülmüş dörd ədəd listdə üzərinə “Atarax 25 mg” yazılm 36 ədəd dərman həbləri, üç ədəd listdə üzərinə “Ekvator 20mg/10mg” sözləri yazılmış 25 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Glucophage 1000mg” sözləri yazılmış 04 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “No-Şpa 80mg” sözləri yazılmış 06 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Kaptopril 50 mg” sözləri yazılmış 08 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Coraspin 100 mg” sözləri yazılmış 07 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Spazmalqon” sözləri yazılmş 03 ədəd dərman həbləri, 01 ədəd kosmetika güzgüsü, 01 ədəd “Note” markalı kosmetika pudrası, 02 ədəd dodaq boyaları (pomada), 04 ədəd kosmetik karandaşlar, “Unibank” bank kartı, “Leobank” bank kartı, bir ədəd “COVİD-19” pasportu, bir ədəd 145 manat dəyərində “İphone 12” markalı mobil telefon adaptoru, bir ədəd 400 manat dəyərində “İphone 12” markalı mobil telefon qulaqcığı (Airports), 1 ədəd bej-krem rəngli və 1 ədə üzəri zərli qara rəngli çanta sahiblərinə qaytarılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilmədiyindən zərər çəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında ayrıca mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2 ədəd üzüyün,1 ədəd klonun, at nalı formalı klonun, at nalı formalı klon ilə birlikdə 1 ədəd qolbağın, 2 cüt sırğanın, dairəvi formalı klon ilə birlikdə 1 ədəd boyunbağının, onun yaşadığı mənzilə baxış zamanı oradan aşkar edilib götürülmüş dörd ədəd listdə üzərinə “Atarax 25 mg” yazılm 36 ədəd dərman həblərinin, üç ədəd listdə üzərinə “Ekvator 20mg/10mg” sözləri yazılmış 25 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Glucophage 1000mg” sözləri yazılmış 04 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “No-Şpa 80mg” sözləri yazılmış 06 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Kaptopril 50 mg” sözləri yazılmış 08 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Coraspin 100 mg” sözləri yazılmış 07 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Spazmalqon” sözləri yazılmş 03 ədəd dərman həblərinin, 01 ədəd kosmetika güzgüsünün, 01 ədəd “Note” markalı kosmetika pudrasının, 02 ədəd dodaq boyalarının (pomada), 04 ədəd kosmetik karandaşların, “Unibank” bank kartının, “Leobank” bank kartının, bir ədəd “COVİD-19” pasportunun, bir ədəd 145 manat dəyərində “İphone 12” markalı mobil telefon adaptorunun, bir ədəd 400 manat dəyərində “İphone 12” markalı mobil telefon qulaqcığının (Airports), 1 ədəd bej-krem rəngli və 1 ədə üzəri zərli qara rəngli çantanın sahiblərinə qaytarılması nəzərə alınmalı; - Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, saxlanc üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9 ədəd bükümlərdə olan cəmi 4,731 qram olan metamfetaminin psixotrop maddəsi, 07 ədəd bükümdə cəmi çəkisi 5,184 qram olan heroinin narkotik vasitəsi və 2 ədəd elektron tərəzi məhv edilməli; - cinayətin predmeti olan qızıl-zinət əşyalarının lambarda girov qoyulması barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 019108№-li girov biletinin surətinin, ünvan 21 ünvanında yerləşən geyim mağazasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Hənifə qızına məxsus əl çantasının oğurlanması faktına görə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əlavə olunan 1 ədəd, ünvan 22 ünvanında yerləşən "Nurlan" ticarət mərkəzində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus çantanın oğurlanması faktına görə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əlavə olunan 1 ədəd, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən "SS Butik " mağazasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus əl çantasının oğurlanması faktına görə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əlavə olunan 1 ədəd, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərinin köçürüldüyü 1 ədəd – cəmi dörd DVD formatlı diskin cinayət işinin materiallarına əlavə olunmaqla işdə saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış cəmi 60,00 (altmış) manat məbləğində ekspertiza xərci X4 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 02 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 05 (beş ay) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2 ədəd üzüyün,1 ədəd klonun, at nalı formalı klonun, at nalı formalı klonı ilə birlikdə 1 ədəd qolbağın, 2 cüt sırğanın, dairəvi formalı klonu ilə birlikdə 1 ədəd boyunbağının, onun yaşadığı mənzilə baxış zamanı oradan aşkar edilib götürülmüş dörd ədəd listdə üzərinə “Atarax 25 mg” yazılm 36 ədəd dərman həblərinin, üç ədəd listdə üzərinə “Ekvator 20mg/10mg” sözləri yazılmış 25 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Glucophage 1000mg” sözləri yazılmış 04 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “No-Şpa 80mg” sözləri yazılmış 06 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Kaptopril 50 mg” sözləri yazılmış 08 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Coraspin 100 mg” sözləri yazılmış 07 ədəd dərman həblərinin, bir ədəd listdə üzərinə “Spazmalqon” sözləri yazılmş 03 ədəd dərman həblərinin, 01 ədəd kosmetika güzgüsünün, 01 ədəd “Note” markalı kosmetika pudrasının, 02 ədəd dodaq boyalarının (pomada), 04 ədəd kosmetik karandaşların, “Unibank” bank kartının, “Leobank” bank kartının, bir ədəd “COVİD-19” pasportunun, bir ədəd 145 manat dəyərində “İphone 12” markalı mobil telefon adaptorunun, bir ədəd 400 manat dəyərində “İphone 12” markalı mobil telefon qulaqcığının (Airports), 1 ədəd bej-krem rəngli və 1 ədə üzəri zərli qara rəngli çantanın, 2 ədə elektron tərəzinin sahiblərinə qaytarılması nəzərə alınsın; - Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, saxlanc üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9 ədəd bükümlərdə olan cəmi 4,731 qram olan metamfetaminin psixotrop maddəsi, 07 ədəd bükümdə cəmi çəkisi 5,184 qram olan heroinin narkotik vasitəsi və 2 ədəd elektron tərəzi məhv edilsin; - cinayətin predmeti olan qızıl-zinət əşyalarının lambarda girov qoyulması barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 019108№-li girov biletinin surətinin, ünvan 21 ünvanında yerləşən geyim mağazasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 Hənifə qızına məxsus əl çantasının oğurlanması faktına görə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əlavə olunan 1 ədəd, ünvan 22 ünvanında yerləşən "Nurlan" ticarət mərkəzində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus çantanın oğurlanması faktına görə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əlavə olunan 1 ədəd, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən "SS Butik" mağazasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 məxsus əl çantasının oğurlanması faktına görə hadisə yerinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokoluna əlavə olunan 1 ədəd, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətinin videogörüntülərinin köçürüldüyü 1 ədəd – cəmi dörd DVD formatlı diskin cinayət işinin materiallarına əlavə olunmaqla işdə saxlanılması nəzərə alınsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir. Zərər çəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında ayrıca mülki iddia vermək hüquqlarının olması izah olunsun. İş üzrə məhkəmə məsrəfləri – cəmi 60,00 (altmış) manat ekspertiza xərci X4 tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-262/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-262/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver