Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-262/2024 29.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11 : 10 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, X14, ədliyyə müşaviri X9, mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi – atası X10, mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi – atası X4, Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi - atası Qanuni nümayəndə, onun nümayəndələri Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun, Ərəbyengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü işləmiş, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır şosesinin cənubunda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə və bir zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 21:43-də Şahid1 mülkiyyətində olmaqla sonuncunun nəqliyyat vasitəsindən istifadə edilməsi hüququ ilə bağlı onun adına verdiyi etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh-Nardaran-Pirşağı dairəvi yolunun Nardaran qəsəbəsi ərazisindən keçən hissəsində Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsi istiqamətində yolun öz hərəkəti üçün icazə verilən zolağı ilə deyil, qismən sağ, qismən sol zolaqda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda sürət həddini aşıb avtomobili saatda 70 kilometr sürətlə idarə edərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs3 nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, etibarnamə olmadan idarə etdiyi “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun öz hərəkəti üçün icazə verilən zolağı ilə deyil, qismən sağ, qismən sol zolaqda, daha sonra isə qarşı sol zolaqda hərəkət etməsini gördükdə yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərərək təhlükəsiz hərəkət üçün lazımi tədbirləri görməyib öz yoluna qayıtmadan hərəkətini davam etdirmiş, həmin vaxt “Kia Pride" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyib diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, avtomobilini öz hərəkət zolağı ilə idarə etdirmək əvəzinə qarşı hərəkət zolağına çıxarmış, tormozlama əməliyyatı aparmaqla toqquşma yerinə çatmadan avtomobili dayandırmamış, “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkəti istiqamətində tam sağ zolaqda, “Range Rover” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobil isə öz hərəkəti istiqamətində tam olaraq sol zolaqda olmaqla hərəkət etmiş, bundan sonra “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil sola, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sağa doğru istiqamətlənərək hər iki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağını dəyişməklə bir-birilərini çaşdırmış, bu zaman sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə idarə etdiyi “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa doğru istiqamətlənib yolun torpaq hissəsinə çıxaraq qabaq hissəsi ilə öz yolundan çıxan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Kia Pride” markalı, **- OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş, nəticədə “Kia Pride” markalı avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına və maddəsinə, onurğa beyninin boyun şöbəsinə qansızma, sağ alın-gicgah sümüyünün açıq xətti, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, ikitərəfli hemotoraks (hər İki döş boşluğuna sərbəst qanın yığılması), döş sümüyünün, sol ll-Vİ, sağ ll-X qabırğaların yerini dəyişən sınıqları və həmin səviyyədə plevranın cırılması, sağ dirsək sümüyünün açıq, sol mil-bilək sümüyünün qapalı yerini dəyişən sınıqları, başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqlarından ibarət ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər alaraq həmin tarixdə hadisə yerində ehtiyatsızlıqdan ölməsinə, “Kia Pride” markalı avtomobilin arxa sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilməsi, başbeyin maddəsinə və yumşaq qişalarına qansızma, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna sərbəst hava və qanın yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin, nazik və yoğun bağırsaqların, müsariqənin əzilmiş-cırılmış yaraları, sağ baldır sümüklərinin açıq, sol bud sümüyünün qapalı sınıqları, sağ təpə, çənə və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sifətin və hər iki baldırın sıyrıqları və sol budun qançırından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər alaraq 09 oktyabr 2022-ci il tarixdə stasionar müalicə olunduğu Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanasında ehtiyatsızlıqdan ölməsinə, “Kia Pride” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 başın küt travması ilə əlaqədar baş beyinə subaraxnoidal qansızma, korpus kollozumun kontuziyası, intraparenximatoz hematomalar, yan mədəciklərin qansızması, ənsə sümüyünün sınığı, döş qəfəsinin küt travması ilə əlaqədar ikitərəfli hemopnevmotoraks, sağ İİ, İİİ, İV, Vİ, Vİİ, Vİİİ, İX, Xİ, Xİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ körpücük sümüyünün sınığı, çanağın küt travması ilə əlaqədar oma, qalça, sağ qasıqoturaq sümüklərinin sınıqları, sağ bud sümüyünün sınığı, qaraciyərin və diafraqmanın travmatik cırılmasından ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarətlər alaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 7 il Şahid1 sürücüsü işləmişdir. Həmin şəxsə məxsus olan “Range Rover” markalı, **-DF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrindən sonra Şahid1 yaşadığı Bilgəh qəsəbəsində olan ünvana gəlmiş, həmin ünvan bağ evidir. Ünvana “Lexus” markalı, **-GC- *** dövlət nömrə nişanlı avtomobillə gəlmişdir. Bağ evinə gəldikdən sonra avtomobildən düşüb, orada olan Şahid1 yaxınlaşmış, ondan evə getmək üçün icazə almışdır. Bundan sonra o, “Range Rover" markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana getmək üçün bağ evindən çıxmışdır. O, hər gün həmin avtomobillə evə gedərək ertəsi gün isə həmin avtomobillə Şahid1 ünvanına gəlmişdir. Gecə adətən avtomobil onda qalmışdır. Beləliklə, qeyd olunan avtomobillə Elşənin yaşadığı ünvandan çıxmış, avtomobillə Bilgəh qəsəbəsindən üzü Nardaran qəsəbəsi istiqamətində Bakı Dairəvi yolla hərəkət etmişdir. Sürəti təxminən 60-70 km/saat olmuş, həmin yol iki tərəfli yoldur. O, iki tərəfli yolun özünə aid olan hissəsi, yəni sağ tərəfi ilə hərəkət etmişdir. Bu zaman yolun sol tərəfi ilə bir avtomobil idarəetməni itirərək qəfil onun qarşısına çıxmış, onunla toqquşmamaq üçün yolun sağında olan torpaq hissəyə çıxmış, lakin toqquşma qaçılmaz olmuşdur. Nə qədər əyləc sistemindən istifadə etsə də, həmin avtomobilin sağ tərəfi ilə toqquşmuşdur. Bundan sonra idarə etdiyi avtomobil 1 dəfə yan üstə çevrilmiş, daha sonra avtomobil dayanmışdır. Tez avtomobildən düşmüş, dərhal Elşənin nömrəsinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra həmin avtomobilə yaxınlaşmış, avtomobilin sürücüsü xəsarət almamış, üzərində qan izləri olmamışdır. Ətrafda olan şəxslər də “Kia” markalı avtomobildə olanların köməyinə gəlmişlər. Şok vəziyyətdə olduğu üçün kənarda durub onlara baxmışdır. Lakin özünü itirməmiş, ətrafdakı şəxslərlə birlikdə həmin şəxslərə ilkin köməklik edə bilmişdir. Avtomobilin içərisində 3 nəfər şəxs olmuş, köməyə gələn şəxslərlə birlikdə həmin avtomobilin içərisində olan 3 nəfər şəxsi avtomobildən çıxarmışlar. Şahid1 bağban Tahir ilə birlikdə təxminən 5-10 dəqiqə ərzində hadisə yerinə gəlmişdir. Hadisə nəticəsində sürücünün yanında olan şəxs vəfat etmiş, bundan sonra X47 maşınları həmin 2 nəfər şəxsi xəstəxanaya aparmış, vəfat edən şəxsi də hadisə yerindən aparmışlar. Hadisə zamanı toqquşmadan əvvəlki sürəti təxminən 60-70 km/saat olmuşdur. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirdi ki, hadisədən sonra digər avtomobilin sürücüsü ittiham aktında qeyd edildiyi kimi qan içində olmamışdır. O, Bilgəh qəsəbəsi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Qaranlıq olduğundan və döngəli yol olduğundan gələn maşının rəngini, nömrəsini görmək, sürətini sezmək mümkün olmamışdır. İşıqlandırma şəraitində o, öz yolunu görə bilmişdir. O, qarşıdan gələn avtomobilin onun hərəkət zolağına keçib daha sonra öz zolağına qayıtdığını görmüşdür. O, digər avtomobilin onun zolağına ilk dəfə keçdiyini görərkən öz zolağında yola davam etmiş, çünki, aralarında məsafə olmuşdur. Həmin zaman onun surəti təxminən 60-70 km/saat olmuşdur. İdarə etdiyi avtomobildə yanacaq az olduğuna görə aşağı sürətlə idarə etməyə davam etmişdir ki, yanacaq doldurma məntəqəsinə çata bilsin. Qarşıdan gələn avtomobil ikinci dəfə onun zolağına keçəndə artıq idarə etməni itirərək yanakı formada onun üzərinə gəlmişdir. Qəfildən onun hərəkət zolağına keçdikdə aralarında 3-4 metr məsafə olmuş, o, dərhal sükanı sağa çevirib torpaq yola çıxmaq istəsə də, toqquşma qaçılmaz olmuşdur. O, avtomobili sağa çəkməsəydi də “Kia” onun idarə etdiyi avtomobilin sol tərəf qapısına dəyəcəydi. Çünki, “Kia” markalı avtomobil idarəetməni itirərək yanakı formada gəlmişdir. Təhlükə baş verdikdə sürücünün vəzifələri sürəti azaltmaqdan ibarətdir. “Kia” markalı avtomobilin birinci dəfə yoluna çıxması zamanı aralarında 50-60 metr məsafə olarmış. O, həmin avtomobilin idarəetməni itirməsindən, onun idarə etdiyi “Range Rover” markalı avtomobilin çəkisinin ağır olmasına baxmayaraq toqquşmadan sonra getdiyi yolun əks istiqamətində çevrilməsindən anlamışdır ki, qarşıdan gələn avtomobilin sürət həddi çox olmuşdur. Zərəçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilmişdir, lakin, özünü təqsirli bilmir, çünki, o, öz hərəkət zolağında hərəkət etmişdir. İbtidai istintaq zamanı Sabunçu rayon Polis İdarəsində X22 yanında verdiyi ilkin izahatını oxuyub imzalamışdır. Müdafiəçinin iştirakı olmadan dindirilmişdir. Sonradan Bakı şəhər Baş Polis İdarəsində X27 yanında verdiyi ifadələri oxumadan imza etmiş, ilkin izahatında qarşı tərəfdəki sürücünün qan içində olması ilə bağlı ifadə verməmişdir. 7 ildir ki, qeyri-rəsmi şəkildə, əmək müqaviləsi olmadan Şahid1 sürücüsü kimi işləmişdir. O, Şahid1 uşaqlarının sürücüsü olmuşdur. Hadisə günü axşam saat 19 radələrində uşaqları məktəbdən evə gətirmişdir. Həyətdə ustalar digər avtomobilin şüşələrinin dəyişdiyi üçün onlara nəzarət məqsədilə Şahid1 həyətində dayanmışdır. Həmin avtomobil “Range Rover” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Uşaqları həm “Range Rover”, həm də, “lexus” markalı avtomobillərlə məktəbə aparıb gətirmişdir. Hadisə günü hansı avtomobillə uşaqları məktəbə apardığını xatırlamır. Avtomobilin içərisində olan təkərləri işdən çıxdıqda evə aparmaq məqsədilə Şahid1 həyətindən götürüb avtomobilə qoymuşdur. Təkərlər Şahid1 məxsus olmuşdur. Həmin təkərlər Şahid1 lazım olmadığından, öz evinə aparırmış. Hadisədən sonra xəsarət alanlara kömək etmişdir. Xəsarət alanları ətrafdan köməyə gələnlərlə birlikdə çıxarmağa avtomobildən başlamışlar. O, Şahid1 zəng etdikdən sonra yardım etməyə başlamışdır. Hadisədən sonra müstəntiq ona yaxınlaşaraq, onu polis idarəsinə aparmış və səhərə kimi orada saxlamışdır. Hadisənin səhəri günü müstəntiq onu hadisə yerinə aparmamış, müstəntiqin hadisə yerinə baxış keçirib-keçirməməsini bilməmişdir. İstifadəsində olan ***-***- **-** mobil nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələrindən hansısa birinə zəng etmişdir. Elşənin hadisə yerinə onun zəngindən neçə dəqiqə sonra gəlməsini bilməmişdir. Hadisə günü Sabunçu rayon Polis İdarəsində olduğu dövr ərzində müstəntiq onunla bağlı hər hansı istintaq hərəkəti aparmamış, sadəcə izahatını almış, həkim müayinəsinə aparmamışdır. Həmin gün Şahid1 Sabunçu rayon Polis İdarəsinə gəlmiş və sonra çıxıb getmişdir. Şahid1 izahat alıb-almamalarını bilməmişdir. Hadisə zamanı üzərində olan paltarları hadisənin səhəri gün ondan götürmüşlər. Sərxoşluq vəziyyəti aktının müəyyən edilməsi üçün onu müayinə etmişlər, amma digər avtomobilin sürücüsü müayinə olunmamışdır. Sərxoşluq vəziyyəti aktının müəyyən edilməsi üçün onu müayinəyə müstəntiq Kənan Kərimli xidməti avtomobil ilə aparmışdır. Sürücü onun zolağına çıxdıqda o, uzaq məsafə işıqlarını yandırıb, onun yolunda olduğu ilə bağlı xəbərdarlıq etmişdir. Onu nə qədər məsafədən gördüyünü xatırlamır. Hadisə günü Şahid1 bağ evindən saat 21 radələrindən sonra çıxmış və 3-4 dəqiqə sonra qəza baş vermişdir. O, evdən 21:40, 22:00 radələrində çıxdığını yazmamışdır. Qəza baş verdikdən sonra hava yastıqları açılmış, onun idarə etdiyi avtomobil hərəkət etdiyi istiqamətin əks istiqamətində fırlanmış, avtomobil aşmış və sonra özü düzəlmişdir. Onun dizində yüngül cızıq xəsarəti olmuşdur. Şalvarı bir az cırılmışdır. O, təhlükəsizlik kəmərindən istifadə etmiş və təhlükəsizlik hava yastıqları açıldığı üçün xəsarət almamışdır. Avtomobilin şüşələri qırılmışdır. O, qapını açaraq avtomobildən düşmüşdür. Hadisə zamanı qara köynək geyinmiş, təhlükəsizlik kəmərin izinin üzərində qalıbqalmadığını xatırlamamışdır. O, təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Getdiyi yolda maksimal sürət həddi 60 km/saatdır. Qarşıdan gələn avtomobil tuneldən çıxdıqdan sonra o, həmin avtomobilin onun hərəkət zolağına çıxdığını görüb uzaqvuran işıqla ona xəbərdarlıq etmişdir. Tunellə onun arasında təxminən 50 metr məsafə olmuşdur. Hadisə baş verən yol köməkçi yol olmuşdur. Onun hərəkət zolağının sol tərəfi baş yoldur, orada səki olduğu üçün avtomobillə keçmək mümkün deyildir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğludur. 08 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində eşitmişdir ki, oğlu Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsində vəfat etmişdir. O, ilk əvvəl müxtəlif şikayət ərizələri yazaraq, hadisənin düzgün araşdırılmadığını düşünsə də, sonradan X27 xidməti otağında onun kompyuterində hadisənin video görüntülərinə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxaraq onun hadisədə günahkar olmadığını başa düşmüşdür. X2 cavab olaraq bildirdi ki, hadisə baş verən zaman o, Göygöl rayonundakı evində olmuşdur. O, dərhal Bakıdakı qohumlarına zəng edərək, xəstəxanaya getmələrini xahiş etmiş və özü də Bakıya yola düşmüşdür. O, saat 24 radələrində zəng edərək xəstəxanadan məlumat alaraq, oğlunun vəfat etdiyini və avtomobili Zərərçəkmiş şəxs3 idarə etdiyini, oğlunun isə qarşıda əyləşdiyini öyrənmişdir. O, hadisənin səhəri günü qarşı tərəfdəki “Range Rover” markalı avtomobilin sahibinin Şahid1 olduğunu Zərərçəkmiş şəxs3 öyrənmişdir. Arifin atası Qanuni nümayəndə əlində Şahid1 hadisə yerində çəkilmiş fotoşəkli olmuşdur. Həmin şəkildə Təqsirləndirilən şəxs səkidə dayanmış, Şahid1 isə alın hissəsində ləkə olması görünmüşdür. Ona bildirmişlər ki, sürücü Şahid1 olsa da, Təqsirləndirilən şəxs avtomobili sürən şəxs kimi təqdim etmişlər. O, Şahid1 hadisə zamanı mənzilində olması ilə bağlı görüntüləri görmüşdür. Qanuni nümayəndə həmyerlisi kimi tanımışdır. O, 2023-cü ilin fevral ayında videogörüntülərə X27 xidməti otağında baxanda görmüşdür ki, düzgün şikayət etməmişdir. O, videogörüntülərə ilk dəfə hazırda dəqiq xatırlamadığı tarixdə, lakin, hadisədən 4-5 gün sonra müstəntiq Kənan Kərimovun otağında baxmışdır. X26 X27 otağında baxdığı videogörüntülər arasında hər hansı fərq olmamışdır. O, şikayət ərizələrinə sadəcə olaraq imza çəkmiş, həmin şikayətləri Qanuni nümayəndə və onun qaynı Hacıyev Zamiq yazmışlar. Onun fikri dağınıq olduğundan, düşünə bilmədiyi üçün həmin şikayət ərizələrinə qol çəkmişdir. X18 dindirmişdir. Həmin ifadəsini hazırda xatırlamır. Ona videogörüntülərdən aydın olmuşdur ki, hadisənin törədilməsində Təqsirləndirilən şəxs təqsiri yoxdur. O, təqsirləndirilən şəxslə barışmasına dair ərizəni rayondan taksi vasitəsilə Təqsirləndirilən şəxs atasına göndərmişdir. Təqsirləndirilən şəxs atasını yanvar ayından tanımış, o, onların Göygöl rayonundakı ünvanlarına, həyətlərinə gəlmişdir. O, barışıq ərizəsini Beytullanın atası onların evinə gəldiyi vaxtdan sonra yazmışdır. O, heç kimin təsiri olmadan, öz daxili inamına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı təqsiri olmamışdır. O, hesab edir ki, hadisədə təqsir “Kia” markalı avtomobilin sürücü Zərərçəkmiş şəxs3dır. O, videogörüntülərdən başa düşmüşdür ki, təqsir Zərərçəkmiş şəxs3dır. Görüntüdən görünür ki, Arif hərəkət zolağını dəyişərək, qəzaya səbəb olmuşdur. Hazırda hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun oğludur. 08 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində eşitmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsində xəsarət almış, Sabunçu qəsəbəsində yerləşən şəhər xəstəxanasında cərrahı əməliyyatdadır. Dərhal Bakı şəhərinə gəlmişdir. Həmin günün səhərisi saat 12 radələrində oğlu Ayxan həmin xəstəxanada rəhmətə getmişdir. İbtidai istintaq zamanı müxtəlif şikayət ərizələri yazsa da, videogörüntülərə baxış keçirdikdən sonra şikayət etməmişdir. Videogörüntülərə həm Sabunçu rayon Polis İdarəsində, həm də Bakı şəhər Baş Polis idarəsində baxmışdır. Həmin videogörüntülər arasında hər hansı fərq olmamışdır. X27 otağında görüntülərə baxdıqdan sonra şikayətlərini dayandırmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət, tələbinin olmamasına dair ərizəni cinayət işi məhkəmənin icraatında olduğu dövrdə xx.xx.2023-cü il tarixdə yazmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və ya tələbi yoxdur, onunla barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun oğludur. 08 oktyabr 2022-ci il tarixdə saat təxminən 21:50 radələrində oğlu Zərərçəkmiş şəxs3 hal əhval tutmaq məqsədi ilə ona məxsus telefon nömrəsinə zəng vurmuşdur. Telefon nömrəsinə tanımadığı kişi cinsli şəxs cavab verərək oğlunun yol nəqliyyat hadisəsi zamanı 3 nəfər şəxslə birlikdə qəzaya düşdüyünü, maşınlarını kiminsə vurduğunu demişdir. Həmin şəxsdən qəzada oğlunun idarə etdiyi avtomobildə neçə nəfər olduğunu və salamatçılıq olub-olmadığını soruşmuş, həmin şəxs oğlunun idarə etdiyi avtomobildə 3 nəfər olduğunu, avtomobildə olan şəxslərin nəfəs alsalar da huşlarının özlərində olmadığını bildirmişdir. Həmin şəxsin kim olduğunu bilməmişdir. Amma həmin şəxsin telefon nömrəsini almışdır. Bundan sonra dərhal Bakı şəhərinə gəlmək üçün evdən çıxmışdır. Eyni zamanda həmin şəxsin mobil nömrəsini Bakı şəhərində yaşayan bacanağına verərək, onunla əlaqə saxlayıb hadisə yerinə getməsini xahiş etmişdir. O, təxminən Kürdəmir rayonunda olduğu zaman telefonla məlum olmuşdur ki, oğlu Arifin idarə etdiyi avtomobildə qabaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmiş, avtomobildə arxa oturacaqda sağda əyləşmiş Zərərçəkmiş şəxs2 və oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə yerində ölmüş Zülfüqar Sabunçu rayonu Məhkəmə-Tibbi Ekspertiza mərkəzinə, xəsarət alan oğlu Ariflə Ayxan isə Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik xəstəxanasına yerləşdirilmişmişlər. Təxminən 09 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhərinə çatmışdır. Xəstəxanaya getmiş, məlum olmuşdur ki, oğlu Arif xx.xx.2022-ci ildə saat 21:43-də idarə etdiyi “Kia” markalı Pride modelli **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində Bakı dairəvi yolun Nardaran qəsəbəsinin dəniz kənarından keçən hissəsində "Range Rover" markalı 10DF090 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin günün səhərisi saat 12 radələridə Ayxan həmin xəstəxanada rəhmətə getmişdir. Həmin gün səhər saatlarında oğlu Arifin vəziyyəti normal olmadığından onu X20 köçürmüşlər. Arif həmin gündən 2022-ci ilin dekabr ayının 28-nə kimi X21 stasionar müalicə almışdır. Oğlu hadisə zamanı ağır dərəcəli bədən xəsarəti almışdır. X8 müalicələri davam etdirilmişdir. O, hadisədən təxminən 3 gün sonra Sabunçu rayon Prokurorluğuna gələrək, prokurorun qəbulunda olmuşdur. O, Sabunçu rayon prokuroruna oğlunun idarə etdiyi avtomobildə pul olmasını, hazırda həmin pulun yoxa çıxmasını demişdir. O, müstəntiqə zəng edərək maraqlanmışdır. 2 gün sonra bacanağı hadisə yerinin yaxınlığında pulun olduğu boş çantanı tapmasını ona xəbər vermişdir. O, bu barədə müstəntiqə məlumat vermişdir. Çantaya baxış zamanı evakuator sürücüsü də həmin çantanı hadisə zamanı bir cavan oğlanın əlindən alaraq avtomobilin içərisinə atdığını bildirmişdir. Daha sonra isə həmin şəxs avtomobilin arxasınca gələrək, ağlamış, Arifin qohumu olmasını bildirərək avtomobilə yaxınlaşmışdır. Videogörüntülərə baxış zamanı həmin şəxsin idarə etdiyi avtomobilin nömrəsini müəyyən edərək, oğurlanmış pulu tapa bilmişlər. O, sonradan bilmişdir ki, “Range Rover” markalı avtomobilin sahibi Şahid1dir. Hadisə yerindəki fotoşəkillərdən görünür ki, qəza Şahid1 tərəfindən törədilmiş, Təqsirləndirilən şəxs tərəfindən törədilməmişdir. Hadisə zamanı “Range Rover” markalı avtomobili Şahid1 idarə etmişdir. Hadisə yerinin videogörüntülərindən məlum olur ki, “Range Rover” markalı avtomobil əks zolağa çıxaraq qəzaya səbəb olmuşdur. Zərərçəkmiş şəxs3 suallara cavab olaraq bildirdi ki, hadisə yerindəki fotoşəkili kimin çəkməsini bilmir. Həmin şəkil ona oğlu xəstəxanada olan zaman təqdim edilmişdir. Fotoşəkildə 3 nəfər şəxsin dayandığı görünmüşdür. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri Şahid1 və bir nəfəri tanımadıqları seyrək saçlı şəxs olmuşdur. “Range Rover” markalı avtomobilin ön şüşəsində iki nəfərin başlarının izi olmuşdur. Hesab edir ki, “Range Rover” markalı avtomobildə iki nəfər şəxs olmuşdur. Lakin, avtomobildən şəxslərin düşməsi hissəsində video dayandırılmışdır. O, təxminən hadisədən 3-4 gün sonra hadisənin baş verdiyi yerə baxmaq üçün getmişdir. O, uzun illərdir ki, X47 bölməsində sürücü işləyir, yol nəqliyyat hadisələrinə çox şahidlik etmişdir. O, toqquşma nöqtəsini müəyyən edə bilmişdir. Hadisə yerində əyləc izlərinə rast gəlməmişdir. Şahid1 əynindəki paltar göy və ya qara rəngdə olmuşdur. O, hesab edir ki, avtomobili Təqsirləndirilən şəxs idarə etməmişdir. Hadisə 8 oktyabr 2023-cü il tarixdə baş vermişdir. Onlar bir neçə yerə müraciət etdikdən sonra müstəntiq Kənan Kərimli xidməti otağında videogörüntüləri onlara nümayiş etdirmişdir. Həmin videoyazıya təkrarən Tofiq Namazovun xidməti otağında baxmışlar. X22 xidməti otağında baxdıqları videogörüntülər olduqca yaxın kadrlar olmuş, orada hadisə iştirakçılarını dəqiq seçmək olmuşdur. Tofiq Namazovun yanında baxdıqları görüntülər isə aydın olmamışdır. Hadisə zamanı toqquşan avtomobillərə o, şəxsən baxmamışdır. Təqsirləndirilən şəxsin qohumları barışıq üçün müraciət etməmişlər. Görüntülərdə “Range Rover” markalı avtomobildən düşən şəxsi tanımır. Oğlu Arifin idarə etdiyi avtomobil onun dostu Ülviyə məxsus olmuşdur. Ülvinin 5-6 ədəd avtomobili olmuş, onun digər avtomobillərinə Arifin etibarnaməsi olsa da, qəzada iştirak edən avtomobilə oğlunun etibarnaməsi olmamışdır. Belə ki, qeyd edilən avtomobil hadisə baş verməmişdən bir neçə gün öncə təmirdən çıxmışdır. Ülvi ailəsi ilə rayona getdiyi üçün Ariflə avtomobillərini qarşılıqlı şəkildə dəyişmişlər. Oğlunun idarə etdiyi “Kia” markalı avtomobilin texniki göstəricilərində nasazlıq olmamışdır. Yol nəqliyyat hadisəsi onun oğlunun idarə etdiyi avtomobilin hərəkət zolağında baş vermişdir. Beytulla hadisə barədə düzgün ifadə vermədiyi üçün ona qarşı şikayəti, tələbi vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə axşam saat 21:40 radələrində Beytulla və bağ evinin bağbanı işləyən Tahir ona məxsus olan “Lexus” markalı avtomobillə evə lazım olan bir neçə əşyanı mağazadan alıb evə qayıtdıqdan sonra Beytulla yaşadığı evə getmək istədiyini bildirmişdir. Adətən Beytulla evə tez getmişdir. Həmin gün isə evdə olan digər avtomobilin bir neçə işlərini gördürdükləri üçün Beytulla evinə bir az gec getməli olmuşdur. O, Beytullaya onların evində qalmasını, səhər getməsini desə də, o, evdə qonaqlarının olmasını bildirərək getmişdir. Beytulla ona məxsus “Range Rover” markalı avtomobillə onun bağ evindən çıxdıqdan təxminən 5-10 dəqiqə sonra zəng edərək qəza törətdiyini bildirmişdir. O, dərhal paltarlarını dəyişmiş, Tahirə “Lexus” markalı avtomobilin açarlarını gətirməsini bildirmişdir. Tahir açarları gətirdikdən sonra ona Beytullanın qəza törətdiyini bildirmiş və Tahir də onunla avtomobilə əyləşmiş və onlar Beytullanın yanına getmək üçün yola düşmüşlər. Onlar Zaqulba istiqamətində hərəkət etmişlər, o, Beytullaya yenidən zəng edərək, harada olmasını soruşduqda, o, qəzanı Nardaran qəsəbəsi “Sea Breaze” istirahət mərkəzi istiqamətində törətdiyini bildirmişdir. O, hadisə yerinə çatıb Beytulladan səhhətində hər hansı problem olub-olmamasını soruşmuş, daha sonra isə hadisə yerinə polis əməkdaşları və digər şəxslər gəlmişlər. Şahid1 suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs bağ evindən tək çıxmışdır. Onun fikrincə hadisədən sonra Təqsirləndirilən şəxs ilk olaraq ona zəng etmişdir. Hadisə yerində ondan heç kim heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs təxminən 2016- 2017-ci ildən etibarən sürücüsü kimi işləmişdir. Təqsirləndirilən şəxs adətən səhər tezdən gələrək uşaqları dərsə aparırmış, bəzi hallarda Beytulla onların bağ evində də qalırmış. Hadisə günü Təqsirləndirilən şəxs təxminən onu saat 18-19 radələrində bağ evinə gətirib düşürmüş, daha sonra Beytulla ona məxsus “Mercedes” markalı avtomobili anasıgilin yaşadığı evə apararaq, yenidən geri qayıtmışdır. Beytulla bağ evindən ayrıldıqdan təxminən 10 dəqiqə sonra zəng edərək qəza törətdiyini demişdir. Təqsirləndirilən şəxs zəng etdikdən sonra o, hadisə yerinə həyətində bağban kimi işləyən Tahirlə birlikdə yollanmışdır. Avtomobili o idarə etmişdir. Onlar hadisə yerinə çatdıqda Beytulla özünü itirmiş vəziyyətdə dayanmış, üst-başı torpaq içində olmuşdur. Özünün yaxşı olduğunu, xəsarət almadığını, qarşı tərəfdəki avtomobildəki şəxslərin isə ağır vəziyyətdə olmalarını demişdir. Onun istifadəsində iki mobil nömrə olmuşdur, həmin mobil nömrələr iş materiallarında mövcuddur. Onun mobil telefonunda iki nömrə olduğu üçün zəngin hansı nömrəyə daxil olduğunu xatırlamır. Ümumilikdə iki dəfə telefon danışığı olmuşdur. Beytulla adətən onun “Bakcell” şəbəkəsinə aid nömrəmə zəng etmişdir. O, yalnız ifadə verdikdən sonra Beytulladan hansı nömrəsinə zəng etdiyini soruşduqda o, “Azercell” operatoruna məxsus nömrəyə zəng etdiyini demişdir. Hadisə baş verdikdən sonra hadisə yerinə müstəntiq və ya digər şəxslə birlikdə getməmişdir. Onun evinin içərisində olan videoyazı aparatını Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Kənana təqdim etmişdir. Həmin görüntüləri onun icazəsi ilə polis əməkdaşlarına onun evdə olmadığı vaxt mənzilində işləyən işçilər təqdim etmişlər. Onu müstəntiq ifadə vermək üçün Sabunçu rayon Polis İdarəsinə dəvət etmişdir. Hadisədən sonra müstəntiq onu həkim müayinəsindən keçmək üçün aparmışdır. O, Sabunçu rayonu ərazisində tibb məntəqəsinə getmişdir. O, şahid kimi ifadə verən zaman yanında vəkili iştirak etmişdir. O, ümumiyyətlə hər zaman bütün hüquqi məsələlərdə vəkillə birgə iştirak edir. O, müayinədən keçirilmiş, hər hansı xəsarəti aşkarlanmamışdır. “Range Rover” markalı avtomobilə nə qədər ziyan vurulduğunu hesablatmamışdır. Köhnə maşın olduğu üçün, eləcə də, insan həyatlarının qarşılığında hər hansı dəyəri olmadığı üçün vurulmuş ziyanla əlaqədar zərərçəkmiş şəxs qismində tanınmaq istəməmişdir. “Range Rover” markalı avtomobilin sükanı arxasında onun olması ilə əlaqədar söylənilənlər həqiqətə uyğun deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018-ci ildən etibarən Sabunçu RPİ-nin DYPŞ-nin YPX inspektoru vəzifəsində xidmət edir. xx.xx.2022-ci İl tarixdə, saat 21:55 radələrində iş yoldaşı X15 ilə idarə etdikləri “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən radio stansiya qurğusundan eşitmişlər ki, Nardaran-Bilgəh qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu zaman Balaxanı qəsəbəsində digər yol-nəqliyyat hadisəsi yerində olmuşlar. Təxminən 22 radələrində hadisə yerinə çatmışlar. Hadisə yerində görmüşlər ki, “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Kia markalı avtomobilin içərisində 3 nəfər şəxsin olduğunu bilmişlər. Lakin, onlar çatanda 2 nəfər yaralını artıq TTYS briqadası aparmış, 1 nəfər isə vəfat etmişdir. Daha sonra hadisə yerinə evakuator xidməti dəvət edilmiş və “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobilləri evakuator xidməti avtomobillərinə yerləşdirərək cərimə meydançasına aparılmasını təşkil etmişlər. Hadisə yerinə çatdıqda “Range Rover” markalı avtomobili idarə edən sürücünün sənədlərini yoxlamışlar. Onun heç bir xəsarəti olmamışdır. O, hadisə nəticəsində heç bir xəsarət almamışdır. Şahid4 suallara cavab olaraq bildirdi ki, “Range Rover” markalı avtomobili idarə edən sürücü şok vəziyyətində olmuş, onun adını, soyadını hadisənin necə olmasını mümkün qədər soruşmuşlar. “Range Rover” markalı avtomobili idarə edən sürücü bildirmişdir ki, digər avtomobil anidən onun hərəkət zolağına çıxdığından qəza baş vermişdir. Onlara hadisə barədə məlumat veriləndə onlar Balaxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi yerində olmuşlar. Balaxanı qəsəbəsindən hadisənin baş verdiyi yerə qədər təxminən 20-30 dəqiqəlik məsafə olmuşdur. Onları hadisə yerinə Növbətçi hissə təxminən hadisə baş verdikdən 15 dəqiqə sonra yönləndirmişlər. Onlar tez çatmaq üçün Xəzər rayonu ərazisinə daxil olaraq, Heydər Əliyev prospekti ilə hadisə yerinə tərəf getmişlər. Onlardan başqa da əməkdaşlar hadisə yerində olmuşlar. Həmin əməkdaşlardan sürücünün kim olmasını soruşmuşlar və onun şəxsiyyətini, sənədini portal vasitəsilə yoxlamışlar. Onlar çatanadək digər əməkdaşlarda portal olmadığı üçün sürücünün sənədlərini portal vasitəsilə yoxlamamışlar. O, hadisə nəticəsində xəsarət alanları görməmişdir. “Range Rover” markalı avtomobili idarə edən sürücü səhv etmirsə tünd rəngli geyimdə olmuşdur. Hazırda sürücünün geyimini xatırlamır. Onlar hadisə yerində təxminən 1 saat qalmışlar. Qəza törətmiş avtomobillərin dövlət qeydiyyat nişanlarını xatırlamır, onlar qəzada iştirak edən avtomobillərin nömrələrini gündəlik kitabçalarına qeyd edirlər. “Range Rover” markalı avtomobilin üzərindəki qeydiyyat nişanı açılmış, “Kia” markalı avtomobilin nömrə nişanı isə qəza nəticəsində yerə düşmüşdür. Onlar xəsarət və ya ölümün qeydə alındığı hadisələr zamanı hadisə yerində heç bir sənəd tərtib etmirlər. Rəhbərliyə məruzə edirlər və hadisə barədə araşdırma aparılır. Sürücünün sənədlərini təhqiqatçıya təqdim etmişlər. Hadisənin baş vermə vaxtını adətən vətəndaşlardan soruşmuşlar. Hadisə yerində olduqları müddətdə təqsirləndirilən şəxsin yanında hər hansı yaxın adamını görməmişdir. Hadisə yerinə “Lexus” markalı avtomobilin yaxınlaşıb-yaxınlaşmamasını görməmişdir. “Range Rover” markalı avtomobil torpaq yolda dayanmışdır. Yol nəqliyyat hadisəsinin hansı avtomobilin hərəkət zolağında baş verməsini bilməmişdir. Qəza baş verən yolda sürət nişanı qoyulmasa da, köməkçi yol olduğu və yaşayış məntəqəsi olduğu üçün sürət həddi ən çox 50-60 km/saat həddində ola bilərmiş. Qəza baş verən yolun ortasında səhv etmirsə səki olmuşdur. Onlar hadisə yerinə çatdıqda şəxslərdən birinin meyitini görmüşlər. Müstəntiq hadisə yerinə baxış keçirən zaman onlar yalnız yolun tənzimlənməsini həyata keçirmişlər. “Range Rover” markalı avtomobilin gəldiyi istiqamətdə sürət həddi ölçən cihaz yoxdur. “Range Rover” markalı avtomobilin sürücüsündən hansı sürət həddi ilə hərəkət etdiyini soruşduqda, aşağı sürətlə hərəkət etdiyini demiş, lakin, onun hansı sürətlə hərəkət etməsinə dair suala cavab verdiyini xatırlamır. Hadisə baş verən gün hava şəraiti aydın olmuşdur. Həmin ərazinin yaxınlığında Azərbaycan Qadını küçəsində sürət həddi ölçən cihaz vardır. Həmin cihaz hadisənin baş verdiyi yeri qeydə almaq imkanında olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2014-cü ildən etibarən Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən postda günaşırı xidmətdə olur. xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati ərazisində, yəni Nardaran qəsəbəsində olarkən radio stansiya qurğusundan eşitmişlər ki, Nardaran-Bilgəh qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Bu zaman yanında iş yoldaşları Şahid6 və Şahid2 olmuşdur. Bundan sonra hər üçü yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişlər. Təxminən 10-15 dəqiqə ərzində hadisə yerinə çatmışlar. Ora çatanda “Range Rover” markalı avtomobillə “Kia" markalı avtomobil toqquşduğunu görmüşlər. “Kia” markalı avtomobilin içərisində 1 nəfər vəfat etmiş, “Range Rover” markalı avtomobilin sürücüsü isə sağlam olmuşdur. Onun gördüyü qədər hər hansı bir xəsarəti olmamışdır. Bundan sonra digər polis əməkdaşları da hadisə yerinə gəlmiş, onlar hadisə yerinin mühafizəsini təşkil etməklə məşğul olmuşlar. Şahid5 suallara cavab olaraq bildirdi ki, “Range Rover” markalı avtomobilin sürücüsünün hansı şəxs olmasını X43 əməkdaşlarından öyrənmişdir. “Range Rover” markalı avtomobildə sürücünün yanında kiminsə olub-olmamasını xatırlamır. “Range Rover” markalı avtomobilin sürücüsü xəsarət almamışdır. Onun geyimini xatırlamır. Bu kimi hadisələrə öz təşəbbüsləri ilə yaxınlaşırlar. Hadisə baş verdikdən təxminən 10-15 dəqiqə keçdikdən sonra hadisə yerinə çatmışlar. Hadisə zamanı toqquşan avtomobillərdən başqa hadisə yerində digər avtomobilin olub-olmamasını xatırlamır. “Range Rover” markalı avtomobilin təhlükəsizlik yastıqlarının açılıb-açılmamasına fikir verməmişdir. O, hadisə yerində təxminən 15-20 dəqiqə müddətində gözləmişdir. Onların heyəti üç nəfərdən ibarət olmuşdur. Onlar hadisə yerinə çatdıqda oraya X47 avtomobili çatmamışdır. Mərhum şəxsin hadisə yerindən aparılmasını təşkil etmişlər. Hadisə yerindəki “Range Rover” markalı avtomobilin sürücüsünü ola bilsin ki, hazırda görsə tanımaya bilər. Onlar hadisə yerinə çatdıqda avtomobillər toqquşma nöqtəsindən kənarlaşdırılmışdır. Avtomobillərin hissələrinin qırıqları və yağ axıntısı “Range Rover” markalı avtomobilin hərəkət zolağında olmuşdur. “Range Rover” markalı avtomobilin sürücüsü təxminən 20-25 metr aralıda dayanmışdır. Onun ayaq üstdə dayandığını görmüş, hər hansı xəsarətinin olmasının şahidi olmamışdır. “Range Rover” markalı avtomobilin sürücüsü kimi göstərilən şəxsin xarici görünüşünü dəqiq xatırlamır. Onlar hadisə yerinə xidməti avtomobillə gəlmişlər. Onlar əsasən, yolun tənzimlənməsinə cəlb olunmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2014-cü ildən etibarən Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır. Oktyabr ayının əvvəllərində Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati ərazisində, yəni Nardaran qəsəbəsində olarkən radio stansiya qurğusundan eşitmişdir ki, Nardaran-Bilgəh qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Bu zaman yanında iş yoldaşları olmuşdur. Bundan sonra yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişlər. Ora çatanda görmüşlər ki, “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşmuşdur. “Kia” markalı avtomobilin içərisində 1 nəfər vəfat etmişdir. Bir nəfər qara köynəkli şəxsin isə kənarda dayandığını görmüş, həmin şəxsin “Range Rover” markalı avtomobilin sürücüsü olduğunu bildirmişlər. Onlar hadisə yerinin mühafizəsini təşkil etməklə məşğul olmuşlar. Onlar hadisə yerində 15- 20 dəqiqədən artıq müddətdə qalaraq, yolu tənzimləmişlər. Hadisə yerində “Lexus” markalı avtomobil görməmişdir. Ətrafdakı şəxslərin dediklərinə əsasən bilmişdir ki, qara köynəkli şəxs “Range Rover” markalı avtomobilin sürücüsüdür. Bir qədər aralıda dayandığı üçün həmin şəxsin xarici görünüş əlamətlərini xatırlamır. Hadisə baş verən yolda surət həddinin nə qədər olmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21:43 radələrində yaşadığı ünvanda olmuşdur. Dostu ona zəng edərək, yol nəqliyyat hadisəsinin baş verdiyini demişdir. Siqaret çəkmək üçün küçəyə çıxmış, küçədən polis maşının səsi gəldiyini görmüşdür. Bundan sonra atası ilə birlikdə polis maşınlarının səsi gəldiyi tərəfə getmişlər. Burada həqiqətən də yol-nəqliyyat hadisəsinin olduğunu görmüşdür. Range Rover və Kia markalı avtomobillər toqquşmuşdur. O, hadisə yerinə çatdıqda artıq avtomobillər hadisə yerindən daşınmaqda olmuşdur. Avtomobillərin köməkçi yolda toqquşmaları ona aydın olmuşdur. Hadisə yerində 10-15 dəqiqə gözləmişdir. Təqsirləndirilən şəxsi hadisə yerində görməmiş, “Lexus” markalı avtomobilin hadisə yerinə gəlməsini müşahidə etməmişdir. Təqsirləndirilən şəxsi ümumiyyətlə tanımır. Hadisə yerində təxminən 40 nəfər adam dayanmış, ərazidə polis əməkdaşları da olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə arvadı ilə o, növbətçi olmuşlar. Həmin tarixdə saat 21:46-da Bakı dairəvi yolunun Nardaran qəsəbəsindən çıxan çıxışındakı qovşaqda yol-nəqliyyat hadisənin baş verdiyi barədə çağırış olmuşdur. O, Nardaran qəsəbəsində TTY avtomobilində olduğuna görə 5-10 dəqiqə ərzində hadisə yerinə çatmışdır. Hadisə yerinə çatanda “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobilin toqquşduğunu görmüş, “Range Rover” markalı avtomobildə xəsarət alan şəxsin olmadığını, “Kia” markalı avtomobildə 2 nəfər şəxsin xəsarət aldığını, bir nəfər şəxsin isə öldüyünü görmüşdür. O, dərhal “Kia” markalı avtomobilinin kənar şəxslər tərəfindən çıxarılmış yerdə olan sürücüsünü götürmüş, avtomobilin qabaq sağ tərəfində əyləşmiş şəxsin öldüyünü görmüş, digər şəxsin, yəni avtomobildə arxa oturacaqda əyləşmiş, xəsarət almış sərnişinin zorla nəfəs aldığını gördüyü üçün radio qəbuledici ilə hadisə yerinə 2-ci avtomobili çağırmışdır. Onun təxliyə etdiyi zərərçəkmiş şəxsin sonradan Mərkəzi Klinikaya köçürüldüyünü bilmişdir. Hazırda təqsirləndirilən şəxs kimi məhkəmədə iştirak edən şəxsi hadisə yerində görüb-görmədiyini xatırlamır, ətrafda çox insan olmuşdur. Onların ekipajı ondan, feldşerdən və sürücüdən ibarət olmuşdur. Növbədə olan şəxslərin adını hazırda dəqiq xatırlamır. İbtidai istintaqda verdiyi ifadədə əlyazmadakı xətt ona məxsusdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 Rzalı oğlu ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi ərazisində yaşayır. Evdə olduğu zaman səs-küy gəldiyini görüb küçəyə çıxdıqda “Range Rover” markalı avtomobilin “Kia” markalı avtomobillə toqquşduğunu görmüşdür. Onun yaşadığı evlə hadisə baş verən yer arasında təxminən 100 metr məsafə vardır. O, hadisə yerinə çatdıqda orada 5-10 nəfər mülki geyimli şəxslər dayanmışdır. Hadisə yerinə hələ ki, polis əməkaşları gəlməmişdir. “Range Rover” markalı avtomobilin sürücüsünü xatırlamır, ətrafda çox insan olmuşdur. O, hadisə yerində təxminən yarım saat dayanmışdır. Hadisə yerinə 2 X47 avtomobili gəlmişdir. Daha sonra o, hadisə yerini tərk etmişdir. O, hadisə yerinə çatdıqda “Kia” markalı avtomobildən 2 nəfər şəxs kənara çıxarılmışdır. Digər bir nəfər şəxsin kənara çıxarılmasına isə o, şəxsən kömək etmişdir. Ondan başqa 6-7 nəfər də şəxsi avtomobildən çıxarmağa kömək etmişdir. Təqsirləndirilən şəxsin də kömək edən şəxslər arasında olub-olmamasını xatırlamır. O, hadisə yerində olduğu zaman oraya “Lexus” markalı avtomobilin yaxınlaşıbyaxınlaşmamasına fikir verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, 12 oktyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə istifadə etdiyi mobil telefonunda Facebook sosial şəbəkəyə daxil olmuşdur. Xəbər lentində qabağına 08 oktyabr 2022-ci il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsində iki avtomobilin, yəni "Kia Pride" markalı avtomobillə "Range Rover" markalı avtomobilin toqquşması ilə nəticələnən və onun da həmin yerdən keçərkən təsadüfən gördüyü yol-nəqliyyat hadisəsi barəsində məlumat yerləşdirildiyini görmüşdür. Həmin məlumatda hadisənin vəzifəli şəxs tərəfindən törədildiyi qeyd olunmuş, əlavə olaraq hadisəni törətdiyi iddia olunan şəxsin fotoşəkili əks olunmuşdur. O, şərh bölümündə hadisənin şahidi olduğunu, qeyd olunan şəxsin həmin ərazidə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi yerində gözünə dəymədiyini yazmışdır. Fikirlərini onunla əsaslandırmışdır ki, hadisə yerində olan zaman yolun sağ kənarında olmuşdur. Həmin vaxt ərazidə üzərinə əski çəkilmiş insan meyiti yerə uzadılmışdır. O, ətrafa toplaşan insanlardan hadisənin necə baş verməsini soruşmuş, tanımadığı şəxslər bildirmişlər ki, "Kia Pride" markalı avtomobillə qara rəngli "Range Rover" markalı avtomobilin toqquşması nəticəsində ölüm hadisəsi baş verib, "Range Rover" markalı avtomobilin yanında dayanan bir mülki geyimdə şəxsi göstərərək bildirmişlər ki, həmin şəxs "Range Rover" markalı avtomobilin sürücüsüdür. Həmin gün hadisə yerində hərbi geyimdə və xəbər lentində şəkili əks olunmuş vəzifəli şəxsə bənzəyən heç bir şəxs görmədiyi üçün “Facebook” sosial şəbəkəsinin şərh bölməsində fikirlərini yazmışdır. "Range Rover" markalı avtomobilin sürücüsünün xarici görkəmini tam təsvir edə bilməmiş, onun mülki geyimdə olduğunu görmüşdür. Şahid13 suallara cavab olaraq bildirdi ki, müstəntiq onun sosial şəbəkədəki şərhinə görə dindirildiyini demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hadisə yolun sol tərəfində olmuş, onlar isə yolun sağ tərəfində hərəkət etmişlər. O, yolun digər tərəfində olsa da, Şahid1 qiyabi olaraq tanıyır. O, fotoşəkili paylaşılan şəxsi hadisə yerində görmədiyini demişdir. Onlar hadisə yerinə çatanda orada 30-40 nəfər adam olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, 08 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxslə birlikdə Şahid1 anasıgilə avtomobili aparıb qoymuşlar və onun idarə etdiyi “Lexus” markalı avtomobillə yenidən bağa qayıtmışlar. O, öz otağına daxil olduqdan bir neçə dəqiqə sonra Şahid1 ona zəng edərək çağırmış və Beytullanın qəza törətdiyini bildirmişdir. Şahid1 ilə birlikdə onun yaşadığı evdən çıxaraq hadisə yerinə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindən üzü Nardaran qəsəbəsi istiqamətinə tərəf yollanmışlar. Hadisə yerinə gələndə həmin yolda həqiqətən də Beytullanın idarə etdiyi "Range Rover" markalı avtomobilin qabaq hissəsinin əzik vəziyyətdə yolun sağında dayandığını, Bilgəh qəsəbəsindən Xəzər rayonu istiqamətinə gedən yolun sol kənarında isə sağ tərəfi əzilmiş vəziyyətdə "Kia Pride" markalı avtomobilin dayandığını görmüşlər. Həmin vaxt orada səhv etmirsə polis əməkdaşları və bir neçə tanımadığı şəxslər də olmuşdur. Şahid14 suallara cavab olaraq bildirdi ki, Onlar Beytulla ilə Şahid1 bağ evinə çatan kimi Təqsirləndirilən şəxs çıxıb getmişdir. Beytulla getdikdən 5-6 dəqiqə sonra Şahid1 onu çağıraraq Beytullanın qəza törətdiyini demişdir. Hadisə yerinə çatdıqda Beytullanın toztorpaq içində olmasını görmüşlər, lakin, onun hər hansı xəsarəti olmamışdır. "Range Rover" markalı avtomobilin hava yastıqlarının açılıb-açılmamasına fikir verməmişdir. Onlar hadisə yerinə çatanda polis əməkdaşları orada olmuşdur. Təqsirləndirilən şəxs "Range Rover" markalı avtomobillə ara-sıra evə getmişdiri. "Range Rover" markalı avtomobil Şahid1 atasından yadigar qaldığı üçün çox istifadə edilməmişdir. "Range Rover" markalı avtomobilin içərisində hadisə vaxtı “Mercedes” markalı avtomobilin təkərləri olmuşdur. Təkərləri maşına kimin yükləməsini bilmir. Təkərlərin maşında olmasını Beytulladan eşitmişdir. Səhv etmirsə, Beytulla təkərləri düzətdirmək üçün aparmışdır. Hadisə vaxtı onun istifadəsində ***-***-**-** nömrəsi olmuş, hazırda da həmin mobil nömrəni istifadə etməkdədir. Onlar hadisə yerinə çatdıqdan az müddət sonra X47 maşınları oraya çatmışdır. İbtidai istintaq dövründə onu bir dəfə polis idarəsinə ifadə vermək üçün çağırmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 21:43 radələrində özünə məxsus olan avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh-Nardaran-Pirşağı dairəvi yolunun Nardaran qəsəbəsi ərazisindən keçən hissəsindən Bilgəh qəsəbəsi İstiqamətində getdiyi zaman yol-nəqliyyat hadisəsinin baş verdiyini görmüşdür. Avtomobili saxlamış, yoldan keçən digər tanımadığı şəxslər kimi köməyə getmişdir. “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobilin toqquşduğunu görmüşdür. “Range Rover” markalı avtomobil yarı aşaraq öz gəldiyi istiqamətdə dayanmış, digər avtomobil isə digər hərəkət hissəsinə çıxaraq orada dayanmışdır. O, X47a və Fövqəladə Hallar Nazirliyinə zəng etmişdir. Lakin, özü xəsarət alan şəxslərə yaxınlaşmamışdır. Balıq ovundan gəldiyindən üst-başı yaş olduğu üçün hadisə yerində 30-40 dəqiqə dayandıqdan sonra getmişdir. X1 cavab olaraq bildirdi ki, “Range Rover” markalı avtomobilin sürücüsünün kim olmasını bilməmişdir. Hadisə yerində “Range Rover” markalı avtomobilin sürücüsünün kimliyi barədə hər hansı söhbət eşitməmişdir. “Range Rover” markalı avtomobilin sürücüsünün yanında kiminsə olub-olmamasına fikir verməmişdir. Təxminən yarım saat, 40 dəqiqə hadisə yerində olmuşdur. “Lexus” markalı avtomobilin hadisə yerinə gəlməsini xatırlayır. O, həmin avtomobilin yalnız sürücüsünü görmüşdür. Həmin şəxsi vizual olaraq təsvir edə bilmir. Avtomobillərin hansı nöqtədə toqquşmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, uzun müddətdir ki, balıqçılıqla məşğuldur. Özünə aid 1 ədəd motorlu qayığı vardır. Bu qayıqla hər gün səhər saat 07-dən günorta saat 12-ə kimi Xəzər dənizində balıq tutur. Bu balıqları daha sonra Nardaran qəsəbəsində dəniz sahilində satır. xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində yaşadığı ünvanda olduğu zaman yoldan möhkəm səs eşitmiş, tez yola çıxmışdır. Yaşadığı ünvan Bilgəh-Nardaran yolu və ya Bakı Dairəvi Yolun yaxınlığında yerləşmişdir. Yola çıxanda görmüşdür ki, yolda yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə çoxlu sayda insanlar toplaşmışdır. Təcili həmin yerə gəlmiş, Kia markalı avtomobil ilə Range Rover markalı avtomobilin toqquşmalarını görmüşdür. Hamı Kia markalı avtomobilin başına toplaşdığı üçün o da Kia markalı avtomobilə yaxınlaşmışdır. Avtomobildə qabaqda sağda əyləşmiş sərnişin ölmüşdür. Sürücü və arxada əyləşmiş sərnişin isə sağ olmuşlar. Köməkləşib həmin şəxsləri avtomobildən çıxarmışlar. Avtomobildə olan xəsarət almış şəxsləri TTYS həkimləri aparmışlar. Digər avtomobildə isə xəsarət alan olmamışdır. Həmin avtomobilin sürücüsü də orada olmuş, onun üst-başı toz içərisində olmuşdur. Əynində qara rəngli qısa qol köynək olmuş, saçlarını arxaya daramışdır. O da kömək edən şəxslərin arasında iştirak etmişdir. Bu zaman ətrafda qonşusu Şahid16 görmüş, yaxınlaşıb Kia markalı avtomobilin arxa oturacağında qara çantanın içərisində pul olduğunu demişdir. Həmin pulu oğurlamaq qərarına gəlmişlər. Nə qədər çalışsalar da hadisə yerində içərisində pul olan çantanı oğurlaya bilməmişlər. Belə ki, orada çox sayda polis əməkdaşı və vətəndaşlar olmuşdur. Artıq evakuator xidmətindən də avtomobil gəlmişdir. Ətrafdakıların köməkliyi ilə Kia markalı avtomobili evakuator avtomobilinə yerləşdirmişlər. Bundan sonra tez evə gedib idarə etdiyi ’’Niva" markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb yola çıxmış, Mirzəhəsənlə birlikdə avtomobilin arxası ilə cərimə meydançasına getmişdir. Evakuator avtomobili Kürdəxanı qəsəbəsində yerləşən 9 saylı dayanacağa yerləşdirmişdir. Orada avtomobildə ölənin yaxınları olduğunu bildirib avtomobilə yaxınlaşmışlar. Avtomobilin içərisindəki qara rəngli əl çantasını gizli oğurlamışlar. Əl çantasının içərisində 22.200 ABŞ dolları pul olmuşdur. Həmin pulu Mirzəhəsənlə bölmüşlər. Əl çantasını isə gətirib hadisə yerində tullamışlar. Sonra onlar saxlanılmışdır. Pulun böyük əksəriyyətini qaytarmışlar. Ona Təqsirləndirilən şəxs və Şahid1 məxsus olan fotoşəkillər təqdim edilmiş, hadisə zamanı Range Rover markalı avtomobilin sürücüsünün X16 olduğunu bildirirərək onu tanımış və təsdiq etmişdir. Digər şəxsi tanımamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən Sabunçu RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində çalışır. Polis serjantıdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən postda günaşırı xidmətdə olur. xx.xx.2022-ci il tarixdə saat 21:50 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati ərazisində, yəni Nardaran qəsəbəsində olarkən radio stansiya qurğusundan eşitmişdir ki, Nardaran-Bilgəh qəsəbəsində yol nəqliyyat hadisəsi olmuşdur. Bu zaman yanında iş yoldaşları Şahid6 və Şahid5 olmuşdur. Bundan sonra hər üçü yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmişlər. Təxminən 15-20 dəqiqə ərzində hadisə yerinə çatmışlar. Ora çatanda görmüşlər ki, “Range Rover” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşmuşdur. Kia markalı avtomobilin içərisində 3 nəfər olmuş, lakin onlar çatanda 2 nəfər yaralını artıq TTYS briqadası aparmış, 1 nəfər isə vəfat etmişdi. “Range Rover” markalı avtomobilin sürücüsü isə sağlam idi. O, qısa qol qara rəngli köynək geymiş, əynində göy rəngli cins şalvar olmuşdur. Onun gördüyü qədər hər hansı bir xəsarəti yox idi. Bundan sonra digər polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Onlar hadisə yerinin mühafizəsini təşkil etməklə məşğul olmuşlar. Hadisə yerinə ilkin çatdıqları zaman “Range Rover” markalı avtomobildə hər hansı başqa bir şəxs və ya xəsarət alan şəxs görməmişlər. İş yoldaşları ilə birlikdə hadisə yerinə çatdıqda həmin avtomobildə yalnız 1 nəfər sürücünün olduğunu görmüşlər. Onun da gözlə görünən heç bir xəsarəti olmamışdır. “Range Rover” markalı avtomobilin dövlət nömrə nişanını görmüşdür. Avtomobilin nömrəsi üzərində olmuşdur. Lakin hansı nömrə olmasını xatırlamır. Qeyd olunan hadisə zamanı alın nahiyəsində qan izləri olan, hərbi və ya FHN-ə məxsus geyimdə olan şəxs görməmişdir. Xəsarət alanlar yalnız Kia markalı avtomobilin içərisində olan şəxslər olmuşdur. Onların da 2 nəfər yaralı olanları onlar hadisə yerinə çatana qədər TTYS briqadası tərəfindən aparılmış, 1 nəfər isə vəfat etmişdi. Başqa xəsarət alan şəxs görməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadığı ünvan, yəni ünvan 3-Nardaran yolunun yanında yerləşir. xx.xx.2022-ci il tarixdə, saat 21:43-də yaşadığı ünvanda olduğu zaman qəfil gur səs eşitmişdir. Bilmişdir ki, avtomobillər bir-biriləri ilə toqquşdu. Yaşadığı ünvanın pəncərəsindən tez yola baxmış, ətrafın toz-torpaq içərisində olduğunu görmüşdür. Təxminən 5 dəqiqə ərzində həmin hadisə yerinə getmişdir. Artıq ətrafa təxminən 10-15 nəfər yığılmışdı. “Kia” markalı avtomobilə yaxınlaşmışdır. Bu zaman Kia markalı avtomobilin sürücüsünü çıxarıb yerə uzatmışdılar. Başqa iki nəfər şəxs isə avtomobilin içərisində olmuşlar. Kia markalı avtomobillə “Range Rover” markalı avtomobil toqquşmuşdu. Range Rover markalı avtomobilin yanında isə 1 nəfər durmuşdu. Həmin şəxs qara qısa qol köynəkdə dayanmışdı. O, telefonla kimləsə həyəcanlı şəkildə danışdığını görmüşdür. Onun heç bir xəsarəti olmamışdır. Daha sonra Kia markalı avtomobildə olan şəxsləri ətrafda olan şəxslər avtomobildən çıxarmağa çalışırmışlar. Arxada əyləşən şəxs hərəkətsiz vəziyyətdə idi. Qabaqda oturan şəxs isə ətrafdakı insanlara baxsa da, tərpənməmişdir. Təxminən 5 dəqiqə sonra TTYS briqadası avtomobili hadisə yerinə gəlmiş, avtomobilin sürücüsünü hadisə yerindən aparmışdır. Həmin şəxsin də gözləri açıq olsa da, tərpənə bilməmişdir. Bundan sonra əraziyə FHN briqadası gəlmiş, onlar Kia markalı avtomobilin arxa sol yan qapısını açaraq avtomobilin içərisində olan həmin 2 nəfər şəxsi çıxarmışlar. Bundan sonra başqa bir TTYS avtomobili də gəlmiş, avtomobilin arxa oturacağından çıxarılmış şəxsi də TTYS avtomobili hadisə yerindən aparmışdır. Lakin avtomobilin qabaq oturacağından çıxarılan şəxs artıq vəfat etmişdir. Növbəti gələn TTYS avtomobili həmin vəfat etmiş şəxsi aparmamış, onu polis əməkdaşlarına təhvil vermişlər. Hadisə yerinə çatdığı zaman “Range Rover” markalı avtomobildə hər hansı başqa bir şəxs və ya xəsarət alan başqa bir şəxs görməmişdir. Avtomobilin yanında sadəcə olaraq 1 nəfər şəxs dayanmışdır. Bu şəxs qara rəngli, qısa qol köynəkdə və göy rəngli cins şalvarda olmuşdur. Həmin şəxsin təxminən 1.80 m boyu olmuşdur. Lakin onun heç bir xəsarəti olmamışdır. “Range Rover” markalı avtomobilin dövlət nömrə nişanı **-DF-*** olmuşdur. Qeyd olunan hadisə zamanı alın nahiyəsində qan izləri olan, hərbi və ya FHN-ə məxsus geyimdə olan şəxs görməmişdir. Xəsarət alanlar yalnız Kia markalı avtomobilin içərisində olmuşlar. Onların da 2 nəfər yaralı olanları hadisə yerinə gələn TTYS briqadaları tərəfindən aparılmış, 1 nəfər isə vəfat etmişdi. Başqa xəsarət alan şəxs görməmişdir. Vəfat edən şəxsi isə polis əməkdaşları hadisə yerindən aparmışlar. Yaşadığı ev baş vermiş hadisə yerinə çox yaxın olduğuna görə hadisə baş verdikdən maksimum 5 dəqiqə sonra artıq avtomobillərin yanında olmuşdur. Başqa bir avtomobilin hadisə yerinə gələrək hadisə zamanı xəsarət alan şəxslərdən kimisə hadisə yerindən aparmamışdır. Belə bir hal baş verməmişdir. Hadisədən sonra o, təxminən 40 dəqiqə həmin ərazidə, “Range Rover” və “Kia” markalı avtomobillərin yanında olmuşdur. Hadisə zamanı yalnız “Kia” markalı avtomobildə xəsarət alanlar olmuşdur. Bu şəxslərdən iki nəfərini TTYS avtomobilləri aparmış, digər 1 nəfər isə vəfat etmişdi. Lakin, “Range Rover” markalı avtomobildən hansısa bir xəsarət alan şəxs olmamışdır. Bir nəfər şəxs həmin avtomobilin yanında dayanaraq həyəcanla telefonla danışmışdır. Ondan başqa heç kim Range Rover markalı avtomobildə olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 6 ildir ki, 14 saylı X47 Stansiyasında həkim işləyir. xx.xx.2022-ci il tarixdə onunla birlikdə Nardaran filialında həkim Şahid9, Bilgəh filialında isə həkim Şahid10 növbətçi olmuşlar. Bakı dairəvi yolunun Nardaran qəsəbəsindən çıxan çıxışındakı qovşaqda yol-nəqliyyat hadisənin baş verdiyi barədə çağırış olmuş, saat 22:02-də hadisə yerinə çatmışdır. Hadisə yerinə çatanda Range Rover markalı avtomobillə Kia markalı avtomobilin toqquşduğunu görmüş, Range Rover markalı avtomobildə xəsarət alan şəxs olmadığını, Kia markalı avtomobildə 2 nəfər şəxsin xəsarət aldığını, bir nəfər şəxsin isə öldüyünü bilmişdir. Sərvər və Ülviyyə həkim ondan əvvəl hadisə yerinə çatdıqları üçün Sərvər həkim Kia markalı avtomobilin sürücüsünü, Ülviyyə həkim isə avtomobilin arxa oturacağında əyləmiş xəsarət almış sağ sərnişini xəstəxanaya aparmışlar. Həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişinin öldüyünü müəyyən etdiyi üçün onu hadisə yerində olan polis əməkdaşlarına təhvil vermişdir. Range Rover markalı avtomobilin sürücüsünə yaxınlaşmış, onun xəsarət almadığını bilmişdir. O, qolu qısa, qara rəngli köynəkdə, göy rəngli cins şalvarda olan, üst-başı toz olan bir şəxs olduğunu görmüşdür. Ona fotoşəkil təqdim edilmiş X6 tanıyaraq Range Rover markalı avtomobilin sürücüsünün həmin şəxs olduğunu təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, yaşadığı bağ evi magistral yolun kənarında, yəni Bakı dairəvi yoldan təxminən 10 metr aralıda yerləşir. 08 oktyabr 2022-ci il tarixdə təxminən saat 21:45 radələrində ailə üzvlərilə birlikdə yaşadığı evdə olarkən yoldan dəhşətli gurultu səsi gəlmiş, həmin vaxt oğlu evdən çıxaraq yola tərəf getmiş, o da əynini geyinib oğlunun arxasıyla yola çıxmışdır. Yaşadığı evdən təxminən 20 metr aralıda yoldan keçən bir neçə avtomobillərin dayandığını və ətrafa adamlar toplaşdığını görüb həmin yerə yaxınlaşmışdır. Bilgəh qəsəbəsindən Xəzər rayonu istiqamətinə gedən yolun sol kənarında sağ tərəfi əzilmiş vəziyyətdə, dövlət nömrə nişanı yadında qalmayan "Kia Pride" markalı avtomobili və həmin avtomobilin sükan arxasından bir cavan oğlanı ətrafda olan tanımadığı şəxslərin çıxardığını görmüşdür. Həmin avtomobildə digər sərnişinlər də olmuşdur. Həmin sərnişinlərdən biri avtomobilin qabaq sağ oturacağında, biri isə arxa oturacaqda sağ tərəfdə huşsuz vəziyyətdə olmuşdur. Ətrafda olan tanımadığı şəxslər və oğlu Şahid12 Rzalı oğlu avtomobildə huşsuz vəziyyətdə olan şəxsləri çıxartmışlar. Sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları gəlmişlər. Lakin onlar gələnə qədər artıq avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişinləri ətrafda olan şəxslərin köməkliyi ilə avtomobildən çıxarılmışlar. Həmin şəxslərdən biri ölmüş, arxa oturacaqda əyləşən şəxs isə sağ olmuşdur. Hadisə yerinə gələn X47 Briqadasının həkimləri xəsarət alan "Kia Pride" markalı avtomobilin sürücüsünü və sərnişinini xəstəxanaya apardılar. Sonradan hadisə yerində dövlət nömrə nişanı yadında qalmayan qara rəngli "Range Rover" markalı avtomobili görmüşdür. Həmin avtomobil də əzik vəziyyətdə olmuşdur. "Range Rover" markalı avtomobilin yanında üst-başı toz torpaq içində olan bir cavan oğlan dayanmışdır. Hadisə yerinə gələn polis əməkdaşlarından biri həmin cavan oğlandan hadisənin necə baş verməsini soruşmuş, həmin şəxs də polis əməkdaşına "mən nə qədər avtomobili qaçırtdım ki, toqquşma baş verməsin, lakin mümkün olmadı" deməsini eşitmişdir. Həmin vaxt başa düşmüşdür ki, "Kia Pride" markalı avtomobillə "Range Rover" markalı avtomobil toqquşub, cavan oğlanın üstbaşı toz torpaq içində olmasından bilmişdir ki, həmin oğlan "Range Rover" markalı avtomobilin sürücüsüdür. Bundan əlavə hadisədən bir neçə gün sonra yaşadığı evin həyətində olduğu vaxt evin qapısı döyülmüş, qapını açdıqda tanımadığı 4 nəfər orta yaşlı kişini görmüş, onlardan nə məsələ olduğunu soruşmuşdur. Həmin kişilərdən ikisi bildirmişlər ki, 08 oktyabr 2022-ci il tarixdə "Kia Pride" markalı avtomobillə "Range Rover" markalı avtomobilin toqquşması ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Kia Pride" markalı avtomobilin içərisində olan sərnişinlər onların övladlarıdır. Ondan "Range Rover" markalı avtomobilin sürücüsünü görüb-görməməsi barədə sorğu sual etmişlər və hadisənin necə baş verməsini soruşmuşlar. Onlara cavab verərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin necə baş verməsini görməmiş, səs gəldiyindən yaşadığı evdən çıxaraq hadisə yerinə getmiş, "Range Rover" markalı avtomobilin yanında üst-başı toz torpaq içində olan cavan oğlanın olmasını onlara demiş, lakin onlar ona inanmayaraq çıxıb getmişlər. "Range Rover" markalı avtomobilin sürücüsü hündür boylu, əynində qısa qol qara köynək olan, saçını arxaya daramış şəxs olmuşdur. Həmin şəxsi tanıya bilər. Həmin şəxsin xəsarət almasını görməmişdir. Hadisə yerində oğlundan başqa kimsəyi tanımamışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları hadisə yerinə gəlməmişdən əvvəl orada X47 Briqadasının həkimlərindən və polis əməkdaşlarından başqa heç bir dövlət işçisi olmamışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilas Etmə Xidmətinin əməkdaşları sonradan gəlmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, yoldaşı Şahid9la birlikdə o da 14 saylı TTYS-də çalışır. Təxminən 20 ildir ki, burada işləyir. xx.xx.2022-ci il tarixdə hər ikisi xidmətdə olmuşlar. O, 21-22 radələrində çağırış qəbul etmişdir. Çağırışda Nardaran-Bilgəh yolunda qəza olması qeyd olunmuşdur. O, həmin zaman digər çağırışdan qayıdırmış. Təxminən 5-10 dəqiqəyə oraya çatmışdır. Çatdıqda görmüşdür ki, Range-Rover və Kia markalı avtomobillə qəzaya uğramışdır. Artıq yoldaşı ondan əvvəl ora çatmışdır. “Kia”nın sürücüsünü avtomobillə aparmışdır. O, “Kia”dakı digər xəsarət alan şəxslərə yaxınlaşmışdır. Qabaq sağ tərəfdə oturan şəxs artıq vəfat etmişdir. Arxa sağ tərəfdə oturan şəxs isə ağır yaralı olmuşdur. O, maşının içində ilişib qalmışdır. Daha sonra ətrafda olan şəxslər köməkləşib onu kənara çıxarmağa çalışmışlar. Təxminən 15 dəqiqə ərzində həmin şəxsi avtomobildən çıxarmışlar. O, nəfəs alıb-verirmiş. Lakin, xəsarətləri çox ağır olmuşdur. Onu zorla TTYS avtomobilinə əyləşdirmişdir. Bu zaman 3-cü TTYS avtomobili də ora gəlmişdir. Lakin, 3-cü şəxs vəfat etdiyindən ona ehtiyac qalmamışdır. Ətrafda başqa xəsarət alan da görməmişlər. Bundan sonra o, onu da yəni, həmin avtomobildə arxada oturan şəxsi də xəstəxanaya çatdırmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis idarəsi tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə cəlb edilmişdir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Əvvəllər məhkum olmamışdır. Fərdi olaraq fəhləlik edir. Subaydır. O, ünvan 4 ünvanında qeydiyyatda olmaqla orada yaşayır. xx.xx.2022-ci il tarixdə saat 21:45 radələrində yaşadığı ünvanda olduğu zaman yoldan möhkəm səs eşitmişdir. Tez yola çıxmışdır. Yaşadığı ünvan Bilgəh-Nardaran yolu və ya Bakı Dairəvi Yolun yaxınlığında yerləşir. Yola çıxanda görmüşdür ki, yolda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə çoxlu sayda insanlar toplaşmışdır. O da təcili həmin yerə gəlmişdir. Kia markalı avtomobil ilə Range Rover markalı avtomobil toqquşmuşdur. Hamı Kia markalı avtomobilin başına toplaşdığı üçün o da Kia markalı avtomobilə yaxınlaşmışdır. Avtomobildə qabaqda sağda əyləşmiş sərnişin ölmüşdür. Sürücü və arxada əyləşmiş sərnişin isə sağ olmuşdur. Onlar köməkləşib həmin şəxsləri avtomobildən çıxarmışlar. Avtomobildə olan xəsarət almış şəxsləri TTYS həkimləri aparmışlar. Digər avtomobildə isə xəsarət alan olmamışdır. Həmin avtomobilin sürücüsü də orada olmuşdur. Onun üst-başı toz içərisində olmuşdur. Cavan oğlan imiş. Əynində qara rəngli qısa qol köynək var imiş. Saçlarını arxaya daramışdır. O da kömək edən şəxslərin arasında olmuşdur. O, avtomobilin arxa oturacağında qara rəngli çanta görmüşdür. Onun içərisini qurdalayanda pul görmüşdür. Bunu orada olan qonşusu Şahid17 demiş və həmin çantanı oğurlamaq qərarına gəlmişlər. Onlar nə qədər çalışalar da hadisə yerində içərisində pul olan çantanı oğurlaya bilməmişlər. Belə ki, orada çox sayda polis əməkdaşı və vətəndaşlar olmuşdur. Artıq evakuator xidmətindən də avtomobil gəlmişdir. Ətrafdakıların köməkliyi ilə Kia markalı avtomobili evakuator avtomobilinə yerləşdirmişlər. Bundan sonra Vüqar tez evə gedib idarə etdiyi “Niva” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb yola çıxmışdır. Birlikdə avtomobilin arxası ilə cərimə meydançasına getmişlər. Evakuator avtomobili Kürdəxanı qəsəbəsində yerləşən 9 saylı dayanacağa yerləşdirmişdir. Onlar orada avtomobildə ölənin yaxınları olduqlarını bildirib avtomobilə yaxınlaşmışlar. Avtomobilin içərisindəki qara rəngli əl çantasını gizli olaraq oğurlamışlar. Əl çantasının içərisində 22.200 ABŞ dolları pul olmuşdur. Onlar onu Vüqarla bölmüşlər. Əl çantasını isə gətirib hadisə yerində tullamışlar. Sonra onları saxlamışlar. Pulun böyük əksəriyyətini qaytarmışlar. Bu faktla bağlı ətraflı ifadəsini həmin cinayət işi üzrə vermişdir. Cinayət prosesi tərəflərinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti X3 cavab olaraq bildirdi ki, elmi ədəbiyyatlarda təhlükə dedikdə, nəqliyyat vasitəsinin hərəkət zolağına tərəf təhlükəli yerini dəyişən obyekt, yaxud hərəkət sürətini tam dayanma xəttinə qədər azaltmağı tələb olunan, yol hərəkətinin başqa hallarında, təhlükəsizliyin təmin olunmaması, qəflətən baş vermiş nasazlıq, svetoforun qırmızı işığı, kapotun açılması, və s. tərəfindən yaradılan yol-nəqliyyat şəraitidir. Bu məsələni rəydə qeyd etmişdir. Təhlükə anlayışı hüquqi məna verir, onun qiymətləndirilməsi istintaq və məhkəmə orqanlarının səlahiyyətindədir. Ekspert nöqteyi nəzərindən, real hadisə mexanizminə uyğun olub-olmamasını ekspert araşdırır. Təhlükənin yaranma anı ikinci dəfə “Kia Pride” markalı avtomobil yola istiqamətləndiyi andan yaranır. Toqquşma qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması qaydasında baş vermişdir. Tədqiqatın ardıcıllığından da göründüyü kimi, “Kia Pride” markalı avtomobil qarşı hərəkət zolağına çıxmış və bundan sonra “Range Rover” yol hərəkəti zolağına çıxmışdır. Tədqiqatdan belə məlum olmuşdur ki, qarşı-qarşıya toqquşma zamanı ilk öncə hansı nəqliyyat vasitəsi qarşı hərəkət zolağına çıxırsa, həmin nəqliyyat vasitəsi hərəkət üçün təhlükə yaradır. Deməli, “Kia Pride” markalı avtomobilin təhlükə yaratdığı şəraitdə, “Range Rover” markalı avtomobil təhlükəyə məruz qalmışdır. İkinci bir məsələ, ekspert nöqteyinəzərindən, faktiki olaraq, “Kia Pride” markalı avtomobil qarşı hərəkət zolağına çıxdığı və ya qayıtdığı anda, “Range Rover” markalı avtomobil əks hərəkət zolağında olduğu halda, yenidən sola istiqamətlənirsə, burada təhlükə üçün ikinci dəfə “Kia Pride” markalı avtomobilin sola istiqamətlənməsi halı mümkündür. Hadisənin real mexanizminə uyğundur. Faktiki olaraq hadisə də belə baş vermişdir. “Kia Pride” markalı avtomobil sonuncu dəfə qarşı hərəkət zolağına, yəni sola istiqamətləndiyi anda, burada “Range Rover” markalı avtomobil onsuz da qarşı hərəkət zolağındadır. “Range Rover” markalı avtomobil həmin anda sol hərəkət zolağındadır. O, bunu tədqiqat nəticəsində müəyyən etmişdir. Video-texniki ekspertizanın tədqiqatının sxematik olaraq göstərildiyi vaxt cədvəlində 8-ci şəkilə istinad olunmuşdur ki, “Kia Pride” markalı avtomobil öz hərəkət zolağının tam olaraq sağ zolağında, “Range Rover” markalı avtomobil öz hərəkət istiqamətinin tam olaraq sol zolağındadır. Daha sonra 9-cu şəkildə qeyd olunmuşdur ki, “Kia Pride” markalı avtomobil öz hərəkət istiqaməti ilə sol zolağa, “Range Rover” markalı avtomobil isə hərəkət istiqaməti ilə sağ zolağa manevr etmişdir. Qarşı-qarşıya toqquşmalar zamanı bir avtomobilin nə qədər məsafə qət etdiyini hesablamaq üçün, 3 vahidə diqqət yetirmək lazımdır: Məsafə, zaman, sürət. Əvvəlcə sürət toplanır və məsafəyə bölünür, beləliklə vaxt alınır. Daha sonra həmin vaxta uyğun olaraq, həmin avtomobilin sürəti müəyyən olunur. Vaxtın müəyyən edilməsi üçün bu metoddan istifadə olunur. Təhlükə anlayışı geniş anlayışdır. Həmin tərifdə bu anlayışın geniş izah olunmasının səbəbi, müxtəlif mexanizmlər və müxtəlif hadisələrə görə, müxtəlif situasiyaların meydana gəlməsidir. Ümumi anlayış belədir. Bu ona görə geniş izah olunur ki, burada qarşı-qarşıya toqquşma meydana gəlmiş və qarşı-qarşıya toqquşmalarda təhlükənin yaranma prinsipi nədir, necədir? Tərifdə buna aydınlıq gətirilmişdir. Burada bir məsafə hesablanmışdır. “Range Rover” markalı avtomobil üçün hesabat belə aparılmışdır ki, təhlükə yaranan andan toqquşma yerinə qədər olan məsafə 122 metrdir. Bu hesablama “Range Rover” markalı avtomobil üçün aparılmış, “Kia Pride” markalı avtomobil üçün belə bir hesablama aparılmamışdır. Burada məqsəd təhlükəyə məruz qalan “Range Rover” markalı avtomobilin hadisənin qarşısını almaq imkanının olub-olmadığını müəyyən etməkdir. Videotexniki ekspertiza tərəfindən hərəkət sürəti müəyyən oluna bilməmiş, lakin istintaq orqanı tərəfindən hərəkət sürəti müəyyən olunmuşdur. Rəyi tərtib edərkən bu məsələdə o, istintaq orqanına istinad etməmişdir. “Kia Pride” markalı avtomobil öz hərəkət zolağına qayıtdıqdan sonra “Range Rover” markalı avtomobil qarşı hərəkət zolağında olmuşdur. Video görüntüyə baxmışdır. Həmin məsafəni müəyyən etməmişlər. Bildirilən situasiyada müxtəlif hadisələr baş verə bilər. Dəqiq nə isə deyə bilmir. Sürət ilə səbəbli əlaqə yoxdur. Hadisə mexanizmdən asılıdır. Hadisə mexanizminə görə isə, “Kia Pride” markalı avtomobil qarşı hərəkət zolağına çıxdığı andan, hadisə mexanizminə əsasən qarşıdakı istənilən avtomobil üçün təhlükə yaranır. Video-texniki ekspertiza nəticələrinə əsasən tapılmış hərəkət sürəti avtomobillərdən biri üçün 70 km/saat, digəri üçün 67 km/saatdır. Hadisədə “Yol hərəkəti haqqında” qanunun 36.1.3-cü maddəsinin tələbləri pozulmuşdur. “Yol hərəkəti haqqında” qanunun 36.1.3-cü maddəsinə əsasən, yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Rəydəki tədqiqatın, tədqiqi hissəsində, xronologiya vardır. Burada avtomobillərin hərəkət istiqamətinin necə olduğu qeyd olunmuşdur. Video-texniki ekspertizada da bunlar ardıcıllıqla göstərilmişdir. Cinayət prosesi tərəflərinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini X5 cavab olaraq bildirdi ki, rəydə gəlinmiş nəticəni təsdiq edir. O, hərəkətin tam xronoloji ardıcıllığını zaman ilə, saniyələr və kadrlar ilə göstərmişdir. Onların trayektoriyasını da göstərmişdir. Həmin anda nəqliyyat vasitəsinin harada olduğunu da qeyd etmişdir. Nəqliyyat vasitəsinin sürəti də göstərilmişdir. Nəqliyyat vasitəsinin hansı məsafədə olmasını yol-nəqliyyat eksperti vaxta və sürətə əsasən hesablamalıdır. Yol-nəqliyyat eksperti Sahib Qədirovdur. Avtomobilin sürəti və zaman var, məsafəni də hazırda hesablayıb deyə bilər. Həmin məsafəni yol-nəqliyyat eksperti hesablamalı idi. Hesablama metodu ondan ibarətdir ki, videoda avtomobilin olduğu 2 nöqtə müəyyən olunur və sürət hesablanır. Onlar hadisə yerinə gedərək də hesablama aparmışlar. Videoyazıya əsasən də, avtomobilin qət etdiyi məsafəni zamana bölərək onun orta sürətini tapırlar. Hər iki yolla avtomobilin sürətini hesablamışlar və tapılan sürətlər də bir-birinə uyğun olmuşdur. Yolun sağında olan dirəklər arasındakı məsafəyə əsasən sürəti tapmışlar. O, hadisə yerində olmuşdur. Hadisə yerində şəkillər çəkməyə ehtiyac olmamışdır. Bütün görüntülər videokamerada olmuşdur. Ölçmə aparmışdır. Hadisə yerinə baxış aparmışlar və buna dair rəy də vermişlər. O, hadisə yerinə baxış apararkən istintaqı aparan qrup da onun yanında olmuşdur. O, tədqiqat nəticəsini öz rəyində qeyd etmişdir. Müstəntiqin iştirakı ilə hadisə yerində olmuşdur. 03 metr və 09 metr məsafələr göstərilmiş, həmçinin, rəydə hadisə yerinə baxışın digər nəticələri də qeyd olunmuşdur. Rəydə heç bir ziddiyyətli məsələ yoxdur. O, hadisə yerinə baxış zamanı həm 2 qırıq xəttlə olan məsafəni ( biri 03 metr, digəri 09 metr olmaqla, ümumilikdə 12 metr məsafəni), həm də dirəklər arası məsafəni ölçmüşdür. Bunu xəta az çıxsın deyə etmişdir və ölçmənin nəticəsində avtomobilin sürəti 67 km/saat müəyyən olunmuşdur. Bütün bu hesablamalar və nəticələr rəydə vardır. “Kia Pride” markalı avtomobil kameranın altından keçmiş və aydın görünür deyə, onun sürətini müəyyən etmişlər. “Range Rover” markalı avtomobil isə, videokameradan daha uzaq məsafədən keçmiş və onun konturlarını və koordinatlarını müəyyən etmək demək olar ki, qeyri-mümkündür. Məhz buna görə də, “Range Rover”-in sürətini müəyyən edə bilməmişlər. Bütün bu məsələlər rəydə yetərincə qeyd olunmuşdur. “Range Rover” müəyyən müddətdən sonra kamera görüntülərinə düşmüşdür. “Range Rover” gələn istiqamətdə elektrik dirəkləri olmamış, sadəcə onlar sürəti hesablamaq üçün bu üsuldan istifadə etmişlər. Bu üsulla isə yalnız “Kia Pride”-ın sürətini hesablamaq mümkündür. “Range Rover” gələn istiqamətdə elektrik dirəklərinin olub-olmadığını bilmir. Orada elektrik dirəyi olsa belə, “Range Rover” markalı avtomobil həmin dirəyin yanından keçməli və onlar da həmin zamanı dəqiq təyin etməlidirlər ki, sürəti hesablaya bilsinlər. Videodan göründüyü qədəri ilə isə bu mümkünsüz görünür. Videoya baxdıqdan sonra elektrik dirəyinin olub-olmadığını dəqiq demək olar. “Range Rover” markalı avtomobilin konturları aydın görünmür, belə olan halda sürəti təyin edə bilmirlər. Videoyazıya əsasən “Range Rover” markalı avtomobilin hansı obyektin yanından, nə vaxt keçdiyini demək qeyri-mümkündür. Hazırda əyani formada hesablaya bilər. “Kia Pride” markalı avtomobilin videoyazıda ilk göründüyü andan toqquşma yerinə olan məsafə 153 metrdir. Dirəklər arası olan məsafə 40 metrdir. Həmin dirəklər işıq dirəkləridir. Orta sürət nəzərə alına, məsafə 153 metrdir. 8,24 saniyədən sonra toqquşma baş verir. O, hadisə yerində təkrar ekspertizada olmamış, ilkin ekspertizada olmuşdur. Onu hadisə yerinə müstəntiq dəvət etmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə aparılmamışdır. Müstəntiq olmasa belə, videoyazı vasitəsilə o, hadisə yerinə baxış keçirə bilir. Onlar tədqiqatı bir çox metodlar ilə apara bilir. O, kosmosdan çəkilmiş görüntülər əsasında, koordinatlar vasitəsilə ilə də hadisəni tədqiq edə bilər. Həmçinin, daha dəqiq olması üçün, hadisə yerindən etalon məsafə götürür. Əks halda onun hesablama apardığı metodlar ona istənilən situasiyada ölçmə aparmağa imkan verir. “Range Rover” markalı avtomobil videogörüntülərdə aydın görünmədiyi üçün dəqiq hesablama cismi seçə bilməmiş, bu səbəbdən də sürəti təyin etmək mümkün olmamışdır. “Range Rover” markalı avtomobilin sürətini təyin edə bilmədikləri üçün “Kia Pride” markalı avtomobillə “Range Rover” markalı avtomobilin arasındakı məsafəni hesablaya bilməmişlər. Ekspert rəyinin 57-ci şəkilində toqquşma anı əks olunmuşdur. Hadisə yerinin dəqiq görüntüləri əks olunan yalnız bir kamera və bir videogörüntü vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X23” X44 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2511 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol baldır nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 236-237) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X23” X44 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2517 nömrəli rəyindən görünür ki, Şahid1 bədənində xəsarət aşkar edilmədiyi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 238-239) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X23" X44 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 241 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində baş-beyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi. Baş-beyinin yumşaq qişalarına və maddəsinə, onurğa beyninin boyun şöbəsinə qansızma. Sağ alıngicgah sümüyünün açıq xətti, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları. İkitərəfli hemotoraks (hər iki döş boşluğuna sərbəst qanın yığılması). Döş sümüyünün, sol ll-Vİ, sağ İl-X qabırğaların yerini dəyişən sınıqları və həmin səviyyədə plevranın cırılması. Sağ dirsək sümüyünün açıq, sol mil-bilək sümüyünün qapalı yerini dəyişən sınıqları. Başın, sifətin, gövdənin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sağ alın-gicgah sümüyünün açıq xətti, l-ll boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları ilə əlaqədar başbeyin maddəsinin və onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 243-248) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X23” X44 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 242 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna sərbəst hava və qanın yığılması), ağciyərlərin kontuziyası, qaraciyərin, nazik və yoğun bağırsaqların, müsariqənin əzilmiş-cırılmış yaraları, sağ baldır sümüklərinin açıq, sol bud sümüyünün qapalı sınıqları, sağ təpə, çənə və sağ baldır nahiyələrinin əzilmiş yaraları, sifətin və hər iki baldırın sıyrıqları, sol budun qançırı kimi həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən, mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2022-ci il, saat 22:25) az əvvəl törənmişdir. xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb başın küt travması ilə əlaqədar baş beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 12:25-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 249-255) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X23” X44 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 23/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 başın küt travması ilə əlaqədar baş beyinə subaraxnoidal qansızma, korpus kollozumun kontuziyası, intraparenximatoz hematomalar, yan mədəciklərin qansızması, ənsə sümüyünün sınığı, döş qəfəsinin küt travması ilə əlaqədar ikitərəfli hemopnevmotoraks, sağ 11,111,İV,Vİ,Vİİ,Vlll,İX,Xİ,Xİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ körpücük sümüyünün sınığı, çanağın küt travması ilə əlaqədar oma, qalça, sağ qasıq-oturaq sümüklərinin sınıqları, sağ bud sümüyünün sınığı, qaraciyərin və diafraqmanın travmatik cırılması, urosepsis, septik şok, septiki endokardit, hər iki yuxarı və aşağı ətrafların nekrozu ilə əlaqədar sağ əlin, sol saidin, hər iki baldırın amputasiyadan sonrakı vəziyyət, poliorqan çatışmazlığı (ürək, böyrək, qaraciyər)”, posttravmatik, postkomatoz, vegetativ vəziyyət aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər-başın küt travması ilə əlaqədar baş beyinə subaraxnoidal qansızma, korpus kollozumun kontuziyası, intraparenximatoz hematomalar, yan mədəciklərin qansızması, ənsə sümüyünün sınığı; döş qəfəsinin küt travması ilə əlaqədar ikitərəfli hemopnevmotoraks, sağ İİ,111,İV,Vİ,Vİİ,Vİİİ,İX,X!,Xİİ qabırğaların yerdəyişmiş sınıqları, sağ körpücük sümüyünün sınığı; çanağın küt travması ilə əlaqədar oma, qalça, sağ qasıq-oturaq sümüklərinin sımqları, sağ bud sümüyünün sınığı; qaraciyərin və diafraqmanm travmatik cırılması bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törədilə bilərdilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs3 adına tərtib olunmuş tibbi sənədlərdə xəstəxanaya daxil olarkən onda alkoqol sərxoşluğunun olub-olmaması ilə əlaqədar qeydiyyat aşkar edilməmişdir. Zərərçəkmiş şəxs3 hal-hazırda düçar olduğu posttravmatik, postkomatoz, vegetativ vəziyyətlə əlaqədar istintaq hərəkətlərində iştirak etmək iqtidarında deyildir. (cild 3, iş vərəqə 179-185) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə portret ekspertizasının xx.xx.2022 tarixli, 3/1570 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ********* nömrəli cinayət işinin (İ cilddə) vərəqinə tikilmiş 04 ədəd diskdəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdəki şəxs və ya şəxslərin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, qulaq seyvanları və s.) əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır. (cild 2, iş vərəqə 98-100) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022 tarixli 8/3046-4/1580 nömrəli rəyin təsviri hissəsindən görünür ki, Kia Pride markalı avtomobilin qarşı hərəkət zolağına çıxdığı andan Range Rover markalı avtomobilin toqquşma yerindən olduğu məsafə (Sa=122m) həmin avtomobilin mövcud yol şəraitinə uyğun dayanma yolundan (Sd=56,4m) böyük olması onu izah edir ki, hərəkət üçün təhlükə yaranan andan öz hərəkət zolağında tormozlama əməliyyatı aparmaqla sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Range Rover markalı avtomobili toqquşma yerinə çatmadan dayandırmağa texniki imkanı olmuşdur. Aparılmış hesablamalara əsasən Kia Pride markalı avtomobilin qarşı hərəkət zolağına çıxdığı andan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Range Rover markalı avtomobili toqquşma yerinə çatmadan öz hərəkət zolağında dayandırmağa texniki imkanı olması, əks hərəkət zolağına çıxmış Kia Pride markalı avtomobilin öz hərəkət zolağına qayıtdıqdan sonra yenidən sola doğru istiqamətlənməsi qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin qarşı hərəkət zolağına çıxması ilə əlaqədar olması və toqquşmanın Range Rover markalı avtomobilin hərəkət istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfində olan torpaq hissədə baş verməsi faktları onu izah edir ki, Range Rover markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-cİ maddəsinin 2-ci hissəsinin 1-cİ bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisə yerinin sxemində və əlavə edilmiş video görüntülərə baxış keçirilməsi haqqında protokolda göstərilmişdir ki, hadisədən əvvəl Kia Pride markalı avtomobil qarşı hərəkət zolağına çıxmış, yenidən öz zolağına doğru istiqamətlənmiş, bu zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobil qarşı hərəkət zolağına çıxmış, Kia Pride markalı avtomobil öz zolağına qayıtmış, bundan sonra Kia Pride markalı avtomobil hərəkəti istiqamətində sola, qarşı hərəkət zolağına çıxmış, Range Rover markalı avtomobil isə hərəkəti istiqamətində sağa istiqamətlənmiş və avtomobillər Range Rover markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfində olan torpaq hissəyə çıxaraq toqquşmuşdur. X45 markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ tərəfində olan torpaq hissədə Range Rover markalı avtomobilin qabaq hissəsi ilə Kia Pride markalı avtomobilin sağ yan hissəsi arasında baş vermişdir. Videogörüntü ekspertizası tədqiqatından belə məlum olur ki, Kia Pride markalı avtomobil qismən sağ, qismən sol zolaqda olmaqla hərəkətdə olmuş, hansı zolaqda hərəkət etməsi müəyyən olunmayan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobil hərəkətini davam etdirmiş, Kia Pride markalı avtomobil qarşı sol zolaqda olmaqla hərəkətini davam etdirmiş, Range Rover markalı avtomobil qismən sağ, qismən sol zolaqda olmaqla əks istiqamətdə hərəkətini davam etdirmiş, Kia Pride markalı avtomobil öz hərəkəti istiqamətində tam sağ zolaqda, Range Rover markalı avtomobil isə öz hərəkəti istiqamətində tam olaraq sol zolaqda olmaqla hərəkət etmiş, bundan sonra Kia Pride markalı avtomobil sola, Range Rover markalı avtomobil isə sağa doğru İstiqamətlənərək avtomobillər toqquşmuşdur və hadisədən əvvəl Kia Pride markalı avtomobilin hərəkət sürəti 67 km/saat olmuşdur. Qeyd olunan vəziyyətdə Kia Pride avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göstərilən vəziyyətdə sürücü Zərərçəkmiş şəxs3 diqqətini, daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, idarə etdiyi Kia Pride markalı avtomobili qarşı hərəkət zolağına çıxarmamalı və avtomobili öz hərəkət zolağı ilə idarə etdirməli İdi. Lakin hadisədən əvvəl sürücü A.X46 markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşı hərəkət zolağına çıxması, yenidən öz zolağına doğru istiqamətlənməsi, əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin də sola istiqamətlənərək qarşı hərəkət zolağına çıxması, Kia Pride markalı avtomobilin öz zolağına qayıtması və yenidən Kia Pride markalı avtomobilin sola, Range Rover markalı avtomobilin isə sağa doğru istiqamətlənib yolun torpaq hissəsinə çıxaraq avtomobillərin toqquşması faktları onu izah edir ki, mövcud vəziyyətdə hadisə Kia Pride avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Ona görə də göstərilən vəziyyətdə sürücü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş "TŞ9- 123 2-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə həm "Kia Pride" və həm də "Range Rover" markalı avtomobillər qarşı hərəkət zolaqlarına çıxmışlar. Avtomobillərin qarşı hərəkət zolaqlarına çıxma anları videoyazıdakı götüntülərin təsviri hissəsində verilmişdir. Ekspertizaya təqdim edilmiş "TŞ9-123 2-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə "Range Rover" markalı avtomobilin dövlət nömrə nişanını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş "TŞ9-123 2-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə "Range Rover" markalı avtomobildən toqquşmadan sonra neçə nəfər şəxsin düşməsini hadisə yerinin yazma qurğusundan kifayət qədər uzaq məsafədə olması və toqquşmadan sonra toz dumanının yaranması səbəbindən müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş “TŞ9-123 2-2022-10-08_21h40min00s000ms” adlı videoyazıdakı görüntülərə görə "Kia Pride" markalı nəqliyyat vasitəsinin bilavasitə toqquşma yeri yaxınlığında orta sürəti V = 67 km/saat olmuşdur. Ekspertizaya təqdim edilmiş “TŞ9-123 2-2022-10-08_21h40min00s000ms" adlı videoyazıdakı görüntülərə görə "Range Rover" markalı avtomobilin sürətini müəyyən etmək mümkün olmamışdır. X28 markalı, 10DF090 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Kia Pride markalı, 990D325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 2, iş vərəqə 106-114) Cinayət prosesi tərəflərinin vəsatətləri, həmçinin, ekspertlər qarşısında qoyduqları suallar əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli “Kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında” qərarı ilə cinayət işi ekspertizaya göndərilmişdir. Həmin qərara əsasən tərtib edilmiş 30 may 2024-cü il tarixli 8/621-4/307 nömrəli ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş “TŞ9-123 2-2022-10- 08_21h40min00s000ms” adlı videoyazıdakı görüntülərə görə “Kia Pride" markalı, 99 - OD- 325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 avtomobillərin toqquşmasından əvvəl öz hərəkət zolağından sola sonuncu dəfə manevr etdiyi andan toqquşma anına qədər 1,40 san vaxt keçmişdir. Tədqiqatı tələb olunan yol-nəqliyyat hadisəsinin xronoloji ardıcıllığı tədqiqi hissədəki cədvəldə, “Kia Pride” markalı, 99 - OD - 325 dövlət qeydiyyat nişanlı avtomobilin kadrlarda göründüyü andan hadisənin baş verməsi anına kimi trayektoriyası və “Range Rover" markalı avtomobilə nəzərən vəziyyət şəkil 18-60 da verilmişdir. Ekspertizaya təqdim edilmiş TŞ9-123 2-2022-10-08_21h40min00s000ms adlı videoyazıdakı görüntülərə görə “Kia Pride” markalı nəqliyyat vasitəsinin bilavəsitə toqquşma yeri yaxınlığında orta sürəti V = 67 km/saat olmuşdur. Ekspertizaya təqdim edilmiş TŞ9-1232-2022-10-08_21h40min00s000ms adlı videoyazıdakı görüntülərə görə “Range Rover” markalı avtomobilin sürətini tədqiqi hissədə göstərilən səbəbdən müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, müdafiə tərəfinin göstərdiyi hərəkət üçün təhlükənin “Kia Pride” markalı, 99OD325 dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkət zolağından sola 2-ci dəfə manevr etdiyi andan yaranması real hadisə mexanizminə uyğun olmadığından həmin məlumatlar üzrə tədqiqat aparılmır. Hərəkət üçün təhlükənin yaranma anının müəyyən edilməsi hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və ya məhkəmə tərəfindən qiymətləndirilir. Həmçinin qeyd edilir ki, qarşı-qarşıya toqquşma hadisələrində hərəkət üçün təhlükə ilkin olaraq qarşı sol hərəkət zolağına çıxmış nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yaradılır. Göstərilən şəraitdə Kia Pride markalı avtomobilin öz hərəkət zolağına qayıtdıqdan sonra yenidən sola doğru istiqamətlənən anda qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin artıq Kia Pride markalı avtomobilin hərəkət zolağına olması və Kia Pride markalı avtomobilin öz hərəkət zolağına qayıtdıqdan sonra yenidən sola doğru istiqamətlənməsi qarşıdan əks istiqamətdə hərəkətdə olan Range Rover markalı avtomobilin qarşı hərəkət zolağına çıxması ilə əlaqədar olması nəzərə alınmaqla qeyd edilir ki, Range Rover markalı avtomobilin sürücünün hərəkəti üçün təhlükə onun qarşı hərəkət zolağında olduğu vəziyyətdə əks istiqamətdə hərəkətdə olan və öz zolağına qayıtmış Kia Pride markalı avtomobilin yenidən sola istiqamətləndiyi andan yaranması mümkün deyildir, yəni müdafiə tərəfinin göstərdiyi hərəkət üçün təhlükənin Kia Pride markalı avtomobilin öz hərəkət zolağından sola 2-ci dəfə manevr etdiyi andan yaranması real hadisə mexanizminə uyğun deyildir. Mövcud şəraitdə hərəkət üçün təhlükənin Kia Pride markalı avtomobilin ilkin olaraq qarşı hərəkət zolağına çıxması ilə əlaqədar yaranmışdır. Ona görə də, xx.xx.2022-ci il tarixli 8/3046-4/158 saylı rəydə ekspert nöqteyi-nəzərdən hərəkət üçün təhlükənin Kia Pride markalı avtomobilin ilk dəfə qarşı hərəkət zolağına çıxdığı andan yaranması qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda hərəkət üçün təhlükənin yaranma anının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Həmin Qanunda hərəkət üçün təhlükə qarşısında nəqliyyat vasitəsinin sürücüsünün hansı tədbirləri görməsi nəzərdə tutulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Kia Pride” markalı, 99OD325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Range Rover markalı, 10DF090 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6185; 6/6193; 3/1504 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sürücü oturacağının (sol hissə) səthindən götürülmüş lif nümunələri olan süngərin səthindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd köynəyin səthləri üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri yoxdur. Geyim əşyalarının səthləri üzərində avto nəqliyyat vasitələrinə məxsus lak boya izi, sürtünmə hissəcikləri olmadığından “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak boya örtüyündən götürülmüş boya nümunələri ilə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının (köynəyin, şalvarın) üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Təqdim edilmiş “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində olan qırılma, çatlama zədəsi formasına, morfaloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə kənar predmetin alın şüşəsinin ətraf detallarına zərbənin təsiri nəticəsində yaranması istisna edilmir. (cild 3, iş vərəqə 82-85) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompüter texniki ekspertizasının xx.xx.2022 tarixli 4/1547-5/1350 nömrəli rəyindən görünür ki, təqdim edilmiş (şərti olaraq "1" rəqəmi ilə işarələnmiş) bir ədəd arxa məlumat lövhəsində görə "HİKVİSİON" markalı "DS-7216HUHİ-K2" modelli müşahidə kameralarından videogörüntüləri qeydə alan 16 kanallı "DVR" tipli cihaz hal-hazırda işlək vəziyyətdədir və cihazda quraşdırılmış tarix/zaman göstəricisi real tarixə/zamana uyğun deyildir. Təqdim edilmiş (şərti olaraq "2" rəqəmi ilə işarələnmiş) bir ədəd arxa məlumat lövhəsində görə "HİKVİSİON" markalı "DS-7208HQHİ-K2/8 Audio" modelli müşahidə kameralarından video görüntüləri qeydə alan 08 kanallı "DVR" tipli cihaz hal-hazırda işlək vəziyyətdədir və cihazda quraşdırılmış tarix/zaman göstəricisi real tarixə/zamana uyğundur. Təqdim edilmiş (şərti olaraq "3" rəqəmi ilə işarələnmiş) bir ədəd arxa məlumat lövhəsində 22 görə "HİKVİSİON" markalı “DS-7616Nİ-SE/P” modelli müşahidə kameralarından video görüntüləri qeydə alan 08 kanallı “DVR” tipli cihaz hal-hazırda işlək vəziyyətdədir və cihazda quraşdırılmış tarix/zaman göstəricisi tarixə/zaman uyğundur. Təqdim edilmiş (şərti olaraq "İ" rəqəmi ilə işarələnmiş) arxa məlumat lövhəsində görə "HİKVİSİON" markalı "DS-7216HUHİ-K2" modelli müşahidə kameralarından video görüntüləri qeydə alan 16 kanallı "DVR" tipli cihazın tarix/zaman göstəricisi real tarix/zamana aid olmaması səbəbindən yaddaşında aşkar olunmuş xx.xx.2022- xx.xx.2022ci il zaman intervalına aid video görüntülərin əldə edilməsi mümkün ola biləcək qismi (prosesin kəsilməsi səbəbindən əldə oluna bilməyən məlumatlar istisna olmaqla) xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu (iki ədəd "DVD-R" tipli optik disk və xarici "HDD"). Təqdim edilmiş (şərti olaraq "2" rəqəmi ilə işarələnmiş) bir ədəd arxa məlumat lövhəsində görə “HİKVİSİON” markalı “DS-7208HQHİ-K2/8 Audio” modelli "DVR" tipli cihazın yaddaşında aşkar olunmuş xx.xx.2022-ci il saat 20:56-22:56 zaman intervalına aid olan video fayllar xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş (şərti olaraq “3” rəqəmi ilə İşarələnmiş) bir ədəd arxa məlumat lövhəsində görə “HİKVİSİON” markalı “DS-7616Nİ-SE/P” modelli “DVR” tipli cihazın daxili yaddaşında xx.xx.2022-ci il saat 20:56-22:56 zaman intervalına aid olan video fayllar aşkar olunmadı. Tədqiq olunan “DVR” tipli cihazların markası “HX-Recovery for DVR&NVR V 4.4.4 Enterprise” adlı proqram təminatı vasitəsilə dəstəklənməməsi səbəbindən müvafiq qurğularda pozulmuş məlumatların olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmamışdır. Tədqiq olunan bir ədəd “HİKVİSİON” markalı “DS-7216HUHİ-K2” modelli, bir ədəd “HİKVİSİON” markalı “DS-7208HQHİ-K2/8 Audio” modelli və bir ədəd “HİKVİSİON” markalı “DS-7616Nİ-SE/P” modelli müşahidə kameralarından görüntüləri qeydə alan “DVR” tipli cihazların yaddaşında əks olunmuş “LOG” larin təhlili zamanı məlumatlara dəyişiklik edilməsi və format əməliyyatının aparılması əməliyyatının aparılmasın dair texniki izlər aşkar olunmadı. Qeyd olunan “LOG” fayllar bir ədəd “DVD-R” tipli optik diskdə ekspert rəyinə əlavə olundu. Ekspertizaya təqdim olunmuş “DVR” tipli cihazların yaddaşında qeydə alınmış xx.xx.2022-ci il tarixdə, saat 00:00-dan xx.xx.2022-ci il tarixdə, saat 00:00-dək olan MP4 formatlı videofayllarda orjinallığın pozulması əlamətləri müəyyən olunmadı. (cild 3, iş vərəqə 91-95) İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1/5630 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 23) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi müayinə aparılması haqqında” protokoldan görünür ki, Şahid1 bədənində hər hansı bir xəsarət aşkarlanmamışdır. (cild 1, iş vərəqə 108-109) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh- Nardaran-Pirşağı dairəvi yolunun Nardaran qəsəbəsi ərazisindən keçən hissəsində Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsi istiqamətində baş vermişdir. Bu barədə müvafiq protokol və ona əlavə edilmiş fotocədvəllər tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 5-15) Həmçinin, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Kia Pride" markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair protokollar cinayət işinin materiallarında mövcuddur. (cild 1, vərəqə 44-55) İş materiallarında olan DİN-in Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-121, TŞ 9-122 və TŞ 9-123 nömrəli kameraları vasitəsi ilə 08 oktyabr 2022-ci il tarixdə saat 21:40-dan saat 22:20dək olan müddətdə qeydə alınmış videogörüntülərə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, TŞ-9-121-2 - video görüntüdə xx.xx.2022-ci il tarixdə saat 21:41:59-da “Range Rover" markalı avtomobil Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, 15-ci dalandan çıxaraq Nardaran qəsəbəsi istiqamətində yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edir. TŞ-9-121-3 - video görüntünün xx.xx.2022-ci il tarixdə saat 21:42:30 anından görünür ki, “Range Rover” markalı avtomobil Nardaran-Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edərək keçir. TŞ-9-122-3 video görüntünün xx.xx.2022-ci il tarixdə saat 21:42:51 anından görünür ki, “Range Rover” markalı avtomobil Nardaran-Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edir. TŞ-9-122-3 video görüntünün xx.xx.2022-cı İl tarixdə saat 21:43:01 anından görünür ki, “Range Rover” markalı avtomobil Nardaran- Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sol tərəfi ilə hərəkət edir. TŞ-9-123-2 - kamera görüntüsünün xx.xx.2022-ci il tarixdə saat 21:43:03 anından görünür ki, “Kia Pride” markalı avtomobil Nardaran-Bilgəh yolu ilə yolun özünə aid olan hissəsi, sağ tərəfi ilə hərəkət edir. Görüntünün 21:43:06 anında “Kia Pride” markalı avtomobil yolun özünə aid olmayan, sol tərəfinə çıxır. Görüntünün 21:43:08 anında “Kia Pride” markalı avtomobil yolun özünə aid olan, sağ tərəfinə qayıdır və tormoz əyləc sistemini işə saldığı görünür. Görüntünün 21:43:08 anında “Range Rover” markalı avtomobil yolun özünə aid olmayan, sağ tərəfinə çıxır. Görüntünün 21:43:10 anında hər iki avtomobil yolun sol tərəfinə çıxır. Görüntünün 21:43:11 anında “Kia Pride” markalı avtomobil yolun sağ hissəsinə çıxır, “Range Rover” markalı avtomobil isə öz yolunun sağ hissəsinə çıxır və yolun sonuncuya nisbətdə sağ hissəsində hər iki avtomobil toqquşurlar. Range rover markalı avtomobil qabaq hissəsi ilə Kia Pride markalı avtomobilin sol yan hissəsi ilə toqquşur. Range Rover markalı avtomobil yan üstə fırlanır və yenidən gəldiyi istiqamətə fırlanaraq yenidən öz yoluna doğru istiqamətə dayanır. Digər avtomobil İsə toqquşmadan sonra zərbənin təsirindən qarşı hərəkət yolunda dayanır. Bundan sonra isə hadisə yerində toz qalxır və yoldan keçən və ətrafdan gələn şəxslər hadisə yerinə toplaşırlar. (cild 1, iş vərəqə 138-139; cild 4, iş vərəqə 13-42) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarına əlavə edilmiş disklərə baxış keçirilməsi haqqında” protokolda qeyd edilmişdir ki, “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün X7 xx.xx.2021-ci ildə etibarnamə verilmişdir. Etibarnamə qüvvədədir. Lexus LX 570 markalı, **-GC-*** dövlət nömrə nişanlı avtomobil Şahid1 məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün X7 xx.xx.2019-ci ildə etibarnamə verilmişdir. Etibarnamə qüvvədədir. “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil X29 məxsusdur. Həmin avtomobilin idarə edilməsi üçün Zərərçəkmiş şəxs3 etibarnamə verilməmişdir. Avtomobillərin hadisənin baş verdiyi gün, yəni xx.xx.2023-cü ildə Bakı şəhərində hərəkət trayektoriyalarına nəzərə saldıqda hər üç avtomobil şəhərin müxtəlif ərazilərdə hərəkət etdikləri görünür. Hadisə zamanı “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh-Nardaran-Pirşağı dairəvi yolunun Nardaran qəsəbəsi ərazisindən keçən hissəsində hərəkət etdikləri görünür. Hərəkət trayektoriyaları zamanı qeydə alınmış fotoşəkillərdən görünür ki, Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili X13, “Kia Pride” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili isə Zərərçəkmiş şəxs3 tərəfindən idarə edilir. Fotoşəkillər protokola əlavə edilmişdir. (cild 3 vərəq 53-75) İş materiallarında olan xx.xx.2022-ci il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məxsus AF700519 saylı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək aktivdir. “Range Rover” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün X7 xx.xx.2021-ci ildə etibarnamə verilmişdir. Etibarnamə qüvvədədir. Zərərçəkmiş şəxs3 məxsus BD007707 saylı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək aktivdir. “Kia Pride’’ markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Zərərçəkmiş şəxs3 verilmiş heç bir etibarnamə barədə məlumat mövcud deyildir. (cild 1 vərəq 185-186) Beləliklə, Məhkəmə tərkibi, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə həmçinin izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun özünü təqsirli bilməməsinə dair ifadəsi məsuliyyətdən yayınmaq məqsədi daşımaqla həqiqəti əks etdirməyərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022 tarixli 8/3046-4/1580 nömrəli rəyi, “Kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın 30 may 2024-cü il tarixli 8/621-4/307 nömrəli rəyi ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs təqsirli olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X23” X44 Sabunçu rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2511 nömrəli, xx.xx.2022-ci il tarixli, 2517 nömrəli, xx.xx.2022-ci il tarixli 241 nömrəli, xx.xx.2022-ci il tarixli 242 nömrəli, xx.xx.2023-cü il tarixli 23/MEŞ nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə portret ekspertizasının xx.xx.2022 tarixli, 3/1570 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022 tarixli 8/3046-4/1580 nömrəli, “Kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın 30 may 2024-cü il tarixli 8/621-4/307 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6185; 6/6193; 3/1504 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompüter texniki ekspertizasının xx.xx.2022 tarixli 4/1547-5/1350 nömrəli rəyləri, xx.xx.2022-ci il tarixli “şəxsi müayinə aparılması haqqında”, xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında”, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-121, TŞ 9-122 və TŞ 9-123 nömrəli kameraları vasitəsi ilə 08 oktyabr 2022ci il tarixdə saat 21:40-dan saat 22:20-dək olan müddətdə qeydə alınmış videogörüntülərə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarına əlavə edilmiş disklərə baxış keçirilməsi haqqında” protokollar və digər mötəbər sübutlarla təsdiq edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 3, iş vərəqə 139) İş materiallarında olan Masazır kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 3, iş vərəqə 115) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X19 olmaqla iki azyaşlı uşağı vardır. (cild 3, iş vərəqə 119-120) Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 hüquqi varisi – atası X4 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, Təqsirləndirilən şəxs azadlığa buraxılmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş notarial qaydada təsdiq edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 hüquqi varisi – atası X10 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, Təqsirləndirilən şəxs azadlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri X11 və X24 ilə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmışdır. (cild 2, iş vərəqə 141; 214-217) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq, ibtidai istintaq zamanı aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 800 (səkkiz yüz) manat puldan 400 (dörd yüz) manat pul Təqsirləndirilən şəxs tutulmalı, ekspertiza tədqiqatının dəyərinin digər yarısını təşkil edən 400 (dörd yüz) manat pula dair hissədə məsələnin isə Zərərçəkmiş şəxs3 barəsində ayrılmış cinayət işi üzrə məhkəmə hökmü ilə həll edilməli olması nəzərə alınmalı, beləliklə, həm ibtidai istintaq zamanı, həm də cinayət işi məhkəmədə olduğu dövrdə aparılmış ekspertiza tədqiqatları ilə əlaqədar ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 650 (altı yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar götürülmüş 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli qolsuz kişi maykası onun atasına qaytarılmışdır. (cild 3, iş vərəqə 123) Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra 9 saylı cərimə meydançasında saxlanılan Şahid1 məxsus olan “Range Rover” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil, X29 məxsus olan “KİA Pride” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil onların qanuni sahiblərinə qaytarılmalı, Şahid1 məxsus bağ evindən götürülərək protokollaşdırılmış video görüntülərin köçürüldüyü 01 ədəd (yaddaş daşıyıcısı) flaşkart, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-121, TŞ 9-122 və TŞ 9-123 nömrəli kameraları vasitəsi ilə baş vermiş yol-nəqliyyat hadisəsinin qeydə alındığı video görüntülərin əks olunduğu 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar götürülmüş 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli qolsuz kişi maykasının qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – həm ibtidai istintaq zamanı, həm də cinayət işi məhkəmədə olduğu dövrdə aparılmış ekspertiza tədqiqatlarının dəyəri hesaba alınmaqla ümumilikdə 650 (altı yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin, ibtidai istintaq zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyərinin digər yarısını təşkil edən 400 (dörd yüz) manat pula dair hissədə məsələnin isə Zərərçəkmiş şəxs3 barəsində ayrılmış cinayət işi üzrə məhkəmə hökmü ilə həll edilməli olması nəzərə alınsın. İş üzrə maddi sübutlar - hökm qanuni qüvvəyə mindikdən sonra 9 saylı cərimə meydançasında saxlanılan Şahid1 məxsus olan “Range Rover” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobil, X29 məxsus olan “KİA Pride” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil onların qanuni sahiblərinə qaytarılsın, Şahid1 məxsus bağ evindən götürülərək protokollaşdırılmış video görüntülərin köçürüldüyü 01 ədəd (yaddaş daşıyıcısı) flaşkart, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-121, TŞ 9-122 və TŞ 9-123 nömrəli kameraları vasitəsi ilə baş vermiş yol-nəqliyyat hadisəsinin qeydə alındığı video görüntülərin əks olunduğu 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar götürülmüş 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli qolsuz kişi maykasının qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-262/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-262/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver