Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-263/2020 29.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1vəLənkəranrayonVəkilBürosununvəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, ev 16, mənzil 47-də qeydiyyatda olub, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 125, mənzil 58-də kirayədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1976-cı ildə Masallı rayonunun Tatyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Masallı rayonunun Tatyan kəndində qeydiyyatda olub, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 125, mənzil 58-də kirayədə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə faktiki nikahda olduğu Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda, yəni “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 10,128 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə sayılan metamfetamin, 2350 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1010,818 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən sonuncunun ayıraraq bir ədəd bükümə qablaşdırdığı narkotik vasitə heroinin 40,818 qram olan hissəsini şəxsiyyəti istintaqla araşdırılan “Pərviz” adlı şəxsə 1000 manat pulun müqabilində satmaq üçün xx xxxxxx 2018-ci il tarixdə kirayədə yaşadıqları ünvan 1, mənzil 58-də Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə saat 18:00-da kirayədə yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, külli miqdarda narkotik vasitə heroinin 40,818 qram olan hissəsipolis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2018-ci il tarixdə saat 18:40-da kirayədə yaşadığı Bakı şəhəriNizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 58də saxlanılmış, onun cinayətkar qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1lə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda narkotik vasitə heroinin qalan 970 qram olan hissəsi bir ədəd qara rəngli polietilen bükümdə və 10,128 qram çəkidə psixotrop maddə sayılan metamfetamin bir ədəd şəffaf polietilen bükümdə olmaqla bir ədəd polietilen torbada və külli miqdarda, yəni 2350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd qara rəngli polietilen torbada mənzilin mətbəx otağındakı soyuducunun yanında aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə faktiki nikahda olduğu Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan “Anar” adlı şəxs və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 10,128 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə sayılan metamfetamini, 2350 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 1010,818 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1lə birlikdə kirayədə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, 58 nömrəli mənzilə qanunsuz daşıyaraq narkotik vasitə heroinin 40,818 qram olan hissəsini ayırıb bir ədəd bükümə qablaşdıraraq qalan hissəsini digər narkotik vasitələrlə birlikdə iki ədəd polietilen torbada olmaqla mənzilin mətbəx otağında yerləşən soyuducunun yanında gizlədərək saxlamış, xx xxxxxx 2018-ci il tarixdə narkotik vasitə heroinin bir ədəd bükümə qablaşdırılmış 40,818 qram hissəsini 1000 manat pulun müqabilində şəxsiyyəti istintaqla araşdırılan “Pərviz” adlı şəxsə satmaq məqsədi ilə sonuncuya təqdim olunması üçün kirayədə yaşadıqları mənzildə cinayətkar qrupun üzvü olanİlhamMustafayevəvermiş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə saat 18:00-da kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev125ünvanının qarşısında saxlanılmış, külli miqdarda narkotik vasitə heroinin 40,818 qram olan hissəsi polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2018-ci il tarixdə saat 18:40-da kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 58də saxlanılmış, onun cinayətkar qrupun digər üzvü olan Təqsirləndirilən şəxs1lə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda narkotik vasitə heroinin qalan 970 qram olan hissəsi bir ədəd qara rəngli polietilen bükümdə və 10,128 qram çəkidə psixotrop maddə sayılan metamfetamin bir ədəd şəffaf polietilen bükümdə olmaqla bir ədəd polietilen torbada və külli miqdarda, yəni 2350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd qara rəngli polietilen torbada mənzilin mətbəx otağındakı soyuducunun yanında aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər CM-nin 127-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 ilə 2013-cü ildə tanış olmuş və tutulanadək sonuncu ilə ərarvad kimi ünvan 1, mənzil 58-də kirayədə yaşamışdır. Ülvira ilə faktiki evlilikdən onların 2016-cı ildə oğlan övladı dünyaya gəlmişdir. Ailəsini dolandırmaq üçün günəmuzd fəhlə işləmişdir. xx xxxxxx 2018-ci ildə axşamüstü Ülvira onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, sonuncuya bir azdan evə çatacağını bildirmişdir. Mənzilə daxil olan kimi Ülvira ona bir bükülü verib həyətdə gözləyən Pərviz adlı şəxsə verməsini xahiş etmişdir. İçərisində nə olduğunu soruşmuş, Ülvira əvvəlcə bağlamanı deyilən adama çatdırmasını, qayıtdıqdan sonra deycəyini bildirmişdir. Sonuncuya inandığından Bükülünü götürüb binanın həyətinə düşmüşdür.Saat 18:00dabinanınqarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşmışdır. Sonuncular ona qeyrirəsmi nikahmünasibətində olduğu Ülvira ilə birgə mütəmadi olaraq narkotik vasitə olan heroini, marixuananıvə psixotrop maddə olan metamfetamini əldə edib gəzdirməkdə, yaşadıqları ünvanda saxlamaqda vəsatmaqda şübhəli olduqlarını bildirmişlər.Dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərində nə əşya varsa onu təqdim etməsini xahiş etmişlər. Həmin vaxt üzərində sənədlər, mobil telefon, 850 manat pul və Ülviranın təqdim etdiyi bükülü olmuşdur. Bükülü polis əməkdaşları tərəfindən açıldıqda içərisində heroin olduğunu görmüşdür. Şifahi sorğu zamanı baş verənləri polislərə danışmışdır. Bundan sonra sonuncularla birlikdə yaşadığı mənzilə qalxmışlar. Polis əməkdaşları mənzilə baxış keçirmiş və mənzildən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşlardan birinin əlində bir torba olmuşdur. Sonuncular həmin torbanın onlara məxsus olduğunu dedikdə, Ülvira ilə birlikdə polis əməkdaşlarının hərəkətlərinə etiraz etmiş, lakin onları eşidən və danışdıqlarına əhəmiyyət verən olmamışdır. Polis idarəsində fiziki və psixoloji təzyiq altında protokola imza etmiş və sonradan müstəntiqin təzyiqi altında ifadə vermişdir. Həmin ifadələri və protokolda göstərilənləri təsdiq etmir. Heç vaxt narkotik vasitələrin istifadəsi, satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Ülviraya inandığından onun verdiyi bükümü götürmüş və içərisində nə olduğunu bilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2013-cü ildə Nəsimi bazarı yaxınlığında işlətdiyi kafedə tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Bundan sonra sonuncu ilə ünvan 1, mənzil58-də ər-arvad kimi yaşamağa başlamışdır. Faktiki nigahdan onların dörd yaşında bir oğlu vardır. Anar adlı şəxsi təxminən 6-7 il əvvəl tanımışdır. Tutulmamışdan bir neçə ay əvvəl sonuncu ilə təsadüfən rastlaşmış, söhbət zamanı ona işləmədiyini bildirmişdir. Sonuncunun xahişi ilə ona verdiyi bir bükümü Pərviz adlı şəxsə çatdırmışdır. Anar ona dərman işi ilə məşğul olduğunu bildirdiyindən, həmin bükümün içində dərman olduğunu güman etmişdir. Bundan sonra bir dəfə də Anar ona bir büküm də verib Pərvizə çatdırmasını xahiş etmişdir. Xahişlərin heç birində Anar ona pul təklif etməmiş və verməmişdir. xx xxxxxx 2018-ci ildə İlham evə gələn kimi həmin bükümü sonuncuya verib, binanın həyətində gözləyən Pərviz adlı şəxsə verməsini xahiş etmişdir. İlhamın bükümün içərisində nə olmasından xəbəri olmamış, ondan bu barədə soruşduqda, qayıtdıqdan sonra deyəcəyini bildirmişdir. İlham bükümü götürüb evdən çıxmışdır. Bir qədər sonra mənzilin qapısı döyülmüşdür. Qapını açdıqda mənzilə İlhamla birlikdə bir neçə polis əməkdaşı daxil olmuşdur. Polislərdən birinin əlində torba olmuşdur. Polis əməkdaşları mənzilə baxış keçirmiş, lakin evdən heç nə tapılmamışdır. İttiham aktında güya mənzildən tapıldığı kimi qeyd edilən narkotik vasitələri polislər özləri ilə gətirmişlər. Bundan sonra onları polis idarəsinə aparmışlar. Orada yaşadıqları mənzilə baxış keçirildiyinə dair protokola və adından yazılmış ifadəyə polis əməkdaşlarının hədəsi altında oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsiəməkdaşlarıtərəfindən keçirilmişəməliyyattədbirindəhal şahidi qismində iştirak etmişdir.Həmin gün əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ehtimal olunan Bakı şəhəri Nizami rayonu ərazisinə getmişlər. Saat 18:00-da Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 125-in qarşısında Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmışdır. Qərarla tanış edildikdən sonra ona Təqsirləndirilən şəxs2 ilə birlikdə mütəmadi olaraq narkotik vasitə olan heroin, marixuana və psixiatrik maddə olan metamfetaminin qanunsuz olaraq əldə edilib gəzdirilməsində, yaşadığı ünvanda həmin maddələri saxlamasında və Nizami rayonu ərazisində satışı ilə məşğul olmasında şübhəli olduğu bildirildikdən sonra ona üzərində nə varsa əməliyyat qrupuna təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü, sol iç cibindən özünə məxsus pasportu və şəxsiyyət vəsiqəsini, göy rəngli cins şalvarının sağ yan cibindən 20 manat pulu, sol yan cibindən isə «Samsung C7» markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli maddə aşkar olunmuşdur. Həmin büküm maddə ilə birlikdə onların iştirakları ilə zərfə qoyularaq möhürlənmişdir. Tədbir iştirakçıları və Təqsirləndirilən şəxs1 həmin zərfin üzərinə imza etmişlər. Pul Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, mobil telefon, pasport və şəxsiyyət vəsiqəsi isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroini ona qeyri-rəsmi nikahda olduğu, onunla ünvan 3, mənzil 58 ünvanda kirayədə yaşayan Təqsirləndirilən şəxs2 «Pərviz» adlı şəxsə çatdırması üçün verdiyini və əvəzində sonuncudan 1.000 manat pul alacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvanda Təqsirləndirilən şəxs2 məxsus müxtəlif növ narkotik vasitələr və psixotrop maddələrin olduğunu demişdir. Odur ki, əməliyyat qrupu ilə onlar Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun yaşadığı mənzilə qalxmışlar. Mənzilin qapısını Təqsirləndirilən şəxs2 açmışdır. Qəbul edilmiş qərarla tanış edildikdən sonra Ülviraya Təqsirləndirilən şəxs1lə birlikdə mütəmadi olaraq narkotik vasitə olan heroin, marixuana və psixiotrik maddə olan metamfetaminin qanunsuz olaraq əldə edilib gəzdirilməsi, yaşadığı ünvanda həmin maddələri saxlaması və Nizami rayonu ərazisində satışı ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və üzərində nə varsa əməliyyat qrupuna təqdim etməsi təklif olunmuşdur. Sonuncu üzərində saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Ülviranın üzərinə baxış keçirilmiş və üzərində gəzdirilməsi və saxlanılması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə də baxış keçirilməli olduğu bildirilmiş, sonuncu buna etiraz etməmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 mənzildə saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edildikdə sonuncu, yaşadığı mənzildə təxminən 1 kiloqrama yaxın narkotik maddə olan heroin, 2 kq. 500 qrama yaxın narkotik vasitə olan marixuana və 10 qrama yaxın psixiatrik maddə olan metamfetamin olduğunu bildirmişdir. Ülvira mətbəxdə yerləşən soyuducunun yanından iki ədəd qara rəngli polietilen torbanı əməliyyat qrupu üzvlərinə təqdim etmişdir. Həmin torbalar onların iştirakı ilə açıldıqda birisinin içərisindən tünd yaşıl rəngli, bitki mənşəli maddə, digər torba açıldıqda isə orada 1 ədəd qara rəngli polietilen bağlamada içərisində tünd qəhvəyi rəngli kəskin iyli maddə və 1 ədəd şəffaf polietilen bükümündə içərisində ağ rəngli toz-kristal formalı maddə aşkar olunmuşdur. Həmin torbalar qablaşdırılaraq möhürlə möhürlənmiş və bütün iştirakçılar qablaşdırmaların üzərinə imza etmişlər. Baxış zamanı mətbəxdəki masanın üzərindən Təqsirləndirilən şəxs2 məxsus «Samsung C5» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 20 günə yaxındır «Anar» adlı şəxslə telefon vasitəsi ilə tanış olmuş, həmin şəxs ona zəng edib, təxminən bir kiloqrama yaxın heroin, 2500 qrama yaxın marixuananı və 10 qrama yaxın metamfetamini onun yaşadığı evin blokun girəcəyində torbada qoyaraq gizlətdiyini bildirmişdir. Razılaşmaya əsasən Ülvira həmin torbadakı narkotik vasitələri və psixotrop maddəni mənzilində saxlamağa görə 2.000 manat pul, heroinin 40 qram hissəsini Pərviz adlı şəxsə çatdırması üçün isə 1.000 manat alacaqmış. Təqsirləndirilən şəxs2 Pərviz adlı şəxsə İlham Mustafayəvin vasitəsilə 40 qram narkotik maddə olan heroinin göndərilməsini təsdiq etmişdir. Bundan sonra onlar və saxlanılan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Orada İlham və Ülviranın hüquqlarının müdafiə edilməsi üçün vəkillər dəvət edilmişdir. Sonda keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı İlhamın üzərindən yalnız 20 manat pul aşkar edilmişdir. Mənzildən isə pul çıxmamışdır. Baxış zamanı, idarəyə gedərkən, eləcə də idarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən heç bir təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, xx xxxxxx 2018-ci il tarixdə Baş İdarəyə Bakı şəhəriNizami rayonu, Q.Qarayev prospekti ev 125, mənzil 58də yaşayanMustafayevİlhamFərhad oğluvəTəqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotikvasitə olan heroini, marixuananı və psixotrop maddə olan metamfetamini qanunsuzəldəedibüzərlərindəgəzdirmələri, yaşadıqları ünvanda həmin maddələri saxlamalarıvəsatışı ilə məşğul olmaları barədə əməliyyat məlumatıdaxil olmuşdur.Məlumat idarə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1FərhadoğluvəTəqsirləndirilən şəxs2Əmirqızınınmüəyyən edilib ifşa olunmaları istiqamətində əməliyyat-axtarış tədbirlərininkeçirilməsi barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Dəvət edilmiş hal şahidləri ilə birlikdə xx xxxxxx 2018-ci ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızının olmaları ehtimal edilən Bakı şəhəri Nizami rayonu ərazisinə getmişlər. Saat 18:00-da ünvan 3 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 müəyyən edilərək saxlanılmışdır. Sonuncu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edildikdən sonra ona qeyri-rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs2 ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində nə əşya və predmet varsa, əməliyyat qrupuna təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində bir bükümdə təxminən 40 qrama yaxın narkotik vasitə olan heroin, pasport, şəxsiyyət vəsiqəsi, 20 manat pul və mobil telefon olduğunu bildirib, onları tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə oxşar maddə olduğunu görmüşdür. Həmin büküm maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və tədbir iştirakçıları həmin zərfin üzərinə imza etmişdir. Sonuncunun təqdim etdiyi 20 manat pul özünə qaytarılmış, «Samsung C7» markalı mobil telefon, pasport və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroini ona faktiki nigahda olduğu Təqsirləndirilən şəxs2 verdiyini, həmin heroini Pərviz adlı şəxsə verib, əvəzində ondan 1.000 manat pul almalı olduğunu etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvanda da Təqsirləndirilən şəxs2 məxsus müxtəlif növ narkotik vasitələr və psixotrop maddə olduğunu bildirmişdir. Odur ki, tədbir iştirakçıları və hal şahidləri ilə birlikdə həmin mənzilə qalxmışlar. Mənzilin qapısını Təqsirləndirilən şəxs2 açmış, onu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, lakin əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Mənzilə baxış zamanı mətbəxdə yerləşən soyuducunun yanından iki ədəd qara rəngli polietilen torba aşkar edilmişdir. Torbalardan birinin içərisindən narkotik vasitə marixuanaya oxşar maddə, digərindən isə narkotik vasitə heroin və metamfetamə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Daha sonra torbalar qablaşdırılmaqla möhürlənmişdir. Bundan başqa mənzildən Təqsirləndirilən şəxs2 məxsus «Samsung C5» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 20 günə yaxındır ki, «Anar» adlı şəxslə telefon vasitəsi ilə tanış olduğunu, həmin narkotik vasitələri ona Anarın verdiyini, heroinin 40 qramını «Pərviz» adlı şəxsə verməli olduğunu, bütün bunların müqabilində isə 3.000 manat pul almalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 də Pərviz adlı şəxsə çatdırması üçün 40 qram heroin verdiyini etiraf etmişdir. Bundan sonra tədbir iştirakçıları, saxlanan şəxslər və hal şahidləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişlər. Orada dəvət olunmuş müdafiəçilərini iştirakı ilə keçirilən baxışla əlaqədar protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən çıxan 20 manat pul onun özünə qaytarılmışdır. Sonuncunun üzərindən və yaşadığı mənzildən başqa pul aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid9 Şahid10 ifadəsinə oxşar ifadə verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki,xx xxxxxx 2018-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-tədbirində hal şahidi qismində iştirak etmişdir. Həmin gün satt 18:00da polis əməkdaşlarıilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına getmişlər. Orada Təqsirləndirilən şəxs1müəyyən edilərək saxlanılmışdır. Hal şahidlərininiştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində nə əşya və predmetvarsatəqdim etməsi təklif olunmuşdur.Sonuncuəynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən birədəd şəffaf polietilen bükümdə təxminən 40 qram heroini, gödəkçəsinin sol iç cibindənpasportvə şəxsiyyət vəsiqəsini, göy rəngli cins şalvarının sağ yan cibindən 20 manat pulu, şalvarının sol yan cibindən isə «Samsung C7» markalı mobil telefonunu çıxarıb tədbir iştirakçılarına vermişdir.Həminbüküm heroinilə birlikdə zərfə qoyularaq möhürlənmişdir.20manatpulİlhamMustafayevə qaytarılmış,mobil telefon, pasport və şəxsiyyət vəsiqəsi isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi birədəd bükümdə narkotik vasitə olan heroini ona qeyri-rəsmi nikahda olduğuTəqsirləndirilən şəxs2 Pərvizadlı çatdırması üçün verdiyini, buna görə həmin şəxsdən 1000 manat pul alacağını bildirmiş və əlavə etmişdir ki, kirayədə yaşadığı ünvanda Təqsirləndirilən şəxs2 məxsus müxtəlif növ narkotik vasitələr və psixotrop maddəvardır. Bundan sonra onlar Təqsirləndirilən şəxs1lə birlikdə onun yaşadığı mənzilə qalxmışlar. Mənzilin qapısını Təqsirləndirilən şəxs2 açmışdır. Sonuncunun üzərinə və mənzilə baxış keçirilmişdir. Baxış zamanı Ülviranın üzərindən heç nə aşkar edilməsə də, mənzilin mətbəxində yerləşən soyuducunun yanından iki ədəd qara rəngli polietilen torba aşkar edilmişdir. Həmin torbalardan biri açıldıqda içərisində tünd yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə marixuanaya oxşar, digərindən isə heroinə və metamfetaminə oxşar maddələr aşkar edilmiş, həmin torbalar qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs2 da onlar kimi həmin qablaşdırmaların üzərinə imza etmişdir. Bundan əlavə mətbəxdəki masanın üzərindən Ülviraya məxsus «Samsung C5» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələri ona Anar adlı şəxsin saxlamaq üçün verdiyini, heroinin təxminən 40 qramını isə Pərviz adlı şəxsə çatdırmalı olduğunu, bunların əvəzində isə 3.000 manat pul almalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 Pərviz adlı şəxsə İlham Mustafayəvin vasitəsilə 40 qram heroinin göndərilməsini təsdiq etmişdir. Bundan sonra onlar və saxlanılan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Orada dəvət edilmiş vəkillərin iştirakı ilə baxış protokolu tərtib edilmişdir. Bütün tədbir iştirakçıları protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 32641 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...vət. Təqsirləndirilən şəxs2 yaşadığı...ünvanından aşkar edilərək götürülmüş 1 (bir) ədəd qara rəngli polietilen torbada..” sözləri yazılmış qara rəngli polietilen torbada təmiz çəkisi 2350 qram (2 kq 350 qr) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “..Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd...bükümdə....” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 40,818 qram olan qəhvəyimtil rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “..vət. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1, mənzil 58 ünvanından aşkar edilərək götürülmüş...” yazısı olan polietilen torbadakı bir ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 970 qram olan qəhvəyimtil rəngi tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 10,128 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş heroin, vət. Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 517 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 587 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 11-14-cü vərəqələrindəki “əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Baş X1 əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 xx xxxxxx 2018-ci il tarixdə saat 18:00-da kirayədə yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılmış, külli miqdarda narkotik vasitə heroinin 40,818 qram olan hissəsi polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf polietilen bükümdə aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2018-ci il tarixdə saat 18:40-da kirayədə yaşadığı Bakı şəhəriNizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənzil 58-də saxlanılmış, onun Təqsirləndirilən şəxs1lə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda narkotik vasitə heroinin qalan 970 qram olan hissəsi bir ədəd qara rəngli polietilen bükümdə və 10,128 qram çəkidə psixotrop maddə sayılan metamfetamin bir ədəd şəffaf polietilen bükümdə olmaqla bir ədəd polietilen torbada və külli miqdarda, yəni 2350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd qara rəngli polietilen torbada mənzilin mətbəx otağındakı soyuducunun yanında aşkar edilərək götürülmüşdür. İşin 247-ci vərəqəsindəki xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, «xxxxxxx» MMC və «xxxxxxxx» MMC-dən götürülmüş, özündə giriş-çıxış zəngləri, sms mətnləri və anten əhatə dairələri barədə məlumatları əks etdirən 2 ədəd CD diskə, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş iki ədəd “Samsung” markalı mobil telefon aparatlarının yaddaşlarına keçirilən baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda dəfələrlə əlaqə saxlayıb ünsiyyətdə olmuş, lakin Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi şəxsiyyətləri istintaqa məlum olmayan Anar və Pərviz adlı şəxslərlə əlaqədar iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxslərin mobil telefon aparatlarının yaddaşlarına keçirilən baxış zamanı da iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. İşin 297-309-cu vərəqələrindəki “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi materiallarından şəxsiyyəti istintaqla araşdırılan “Anar” və “Pərviz” adlı şəxslər və külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxslərİlhamMustafayevvəTəqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ilkin tədqiqatzamanı sərf edildikdən sonra qalmış külli miqdarda 2349,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 40,718 qram və 969,8 qram olmaqla ümumilikdə 1010,518 qram çəkidə narkotik vasitə heroin və 10,028 qram çəkidə psixotrop maddə metamfetamin İş üzrə maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşin 148-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 147-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 289-cu vərəqəsindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində xx xxxxx 2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. İşin 18 və 35-ci vərəqələrindəki protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal məhkəmədə müəyyən olunmadı. Təqsirləndirilən şəxsMustafayevİlham Fərhad oğlu məhkəmədə özünü təqsirli bilmədi. Təqsirləndirilən şəxs2 isə özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bildi.Onların ittiham oluduqları cinayətləri törətməkdə təqsirli olmaları İbtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş çoxsaylı şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və İşin digər faktiki halları ilə tam təsdiq edildiyindən məhkəmə,ifadələrinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə təqsirləndirilənşəxslərinəməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı,onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayələrində bir azyaşlı uşağının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-inBMCMİ-ninmaddisübutların saxlanma kamerasına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ilkin tədqiqat zamanı sərf edildikdən sonra qalmış külli miqdarda 2349,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 40,718 qram və 969,8 qram olmaqla ümumilikdə 1010,518 qram çəkidə narkotik vasitə heroin və 10,028 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.3-cü maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 186 (yüz səksən altı) manat 95 (doxsan beş) qəpik məbləğin 93 (doxsan üç) manat 48 (qırx səkkiz) qəpiyi Təqsirləndirilən şəxs1, 93 (doxsan üç) manat 47 (qırx yeddi) qəpiyi isə Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona həmin maddələr ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona həmin maddələr ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2018-ci-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və ilkin tədqiqat zamanı sərf edildikdən sonra qalmış külli miqdarda 2349,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 40,718 qram və 969,8 qram olmaqla ümumilikdə 1010,518 qram çəkidə narkotik vasitə heroin və 10,028 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 186 (yüz səksən altı) manat 95 (doxsan beş) qəpik məbləğin 93 (doxsan üç) manat 48 (qırx səkkiz) qəpiyi Təqsirləndirilən şəxs1, 93 (doxsan üç) manat 47 (qırx yeddi) qəpiyi isə Təqsirləndirilən şəxs2 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-263/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-263/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver