Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-263/2021 03.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 5 avqust 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, əynindəki şalvarının sağ yan cibində saxlayıb, yaşadığı evə daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 27 fevral 2020-ci il tarixdə saat 21:45 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılıb Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilərək videoçəkiliş aparılmaqla üzərinə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 1,488 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanııabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında davam edən əməliyyat tədbirləri nəticəsində sonuncunun yaşadığı E.Bəkirli küçəsi, 104 A nömrəli evdə asılqandan asılmış qara rəngli gödəkçənin sağ yan cibindən 40 ədəd ağ rəngli və bir ədəd qızılı rəngli kağız bükümdə ümumi təmiz çəkisi 21,676 qram, həmin gödəkcənin sol iç cibindən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,725 qram, 6,014 qram, 5,893 qram, 5,384 qram və mətbəxdəki şkafın içərisində olan aliminium qazanın içərisindən bir ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 455 qram, ümumilikdə külli miqdarda tərkiblərinə görə eynilik təşkil edən 501,18 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdüür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, Nizami rayon məhkəməsinin 21 iyun 2013-cü il tarixli hökmü ilə Azrəbayeaıı Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 15 iyun 2016-cı il tarixdə amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. 27 fevral 2020-ci il tarixdə saat təxminən 18 radələriııdə ünvan 4 ünvanında yerləşən yaşadığı evdə yatdığı zaman evin qapısının döyüldüyünü eşitmiş, yuxudan oyanıb qapını açmamışdan əvvəl evin pəncərəsindən həyətə baxmış, həyətin giriş qarşısında bir nəfər əynində Azərişıq MMC-nin işçilərinə məxsus uniforma olan və bir nəfər ıııülki geyimli şəxsin dayanmasını görmüş, həmin şəxsləri tanımış, belə ki, həmin şəxslərin Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları olmasını bilmiş, qapını açmadan həmin şəxslərdən gəlmələrinin səbəbini soruşmuş, həmin şəxslər də evin sayğacını yoxlamaq üçün gəldiklərini bildirmişlər, qapını açmış və həmin vaxt həyətə əynində Azərişığın paltarı olan şəxs və bir nəfər mülkü geyimli şəxs daxil olaraq qolundan tutmuş və qollarına qandal vurmuşdur; bundan sonra həyətə təxminən 5 nəfər mülkü geyimli şəxs daxil olmuşdur. Həmin şəxslərdən bir neçəsini şəxsən tanımış - həmin şəxslərin 32-ci polis bölməsinin əməkdaşları olmuşdur. Həmin şəxslər də polis əməkdaşları olduqlarını deyərək üzərində və yaşadığı evdə hər hansı bir qanunsuz əşya vardırsa təqdim etməsini təklif etmiş, polis əməkdaşlarına üzərində və yaşadığı evdə heç bir qanunsuz əyşa və ya narkotik vasitə olmamasını bildirmişdir. Bundan sonra həmin şəxslərlə evə daxil olmuş, üzərinə və yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən və üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİnin 32-ci polis bölməsinə aparmışlar. Polis bölməsində Babək adlı polis əməkdaşı 3 büküm kütləni verərək demişdir: «Həmin kütlələr narkotik vasitədir, həmin 3 büküm kütləni cibində saxla, çəkiliş olan vaxt çıxardıb təqdim edərsən». O, Babəkə etiraz etmiş, lakin polis əməkdaşları tərəfindən fiziki təziq göstərilmişdir. Polis əməkdaşı: «Narahat olma, çəkiliş aparıldıqdan sonra səni sərbəst buraxacağıq»,- ifadəsini işlətmişdir. Polis əməkdaşlarına inanaraq razılaşmış, çəkilişdə iştirak edərək həmin vaxtı verilmiş və sağ cibində saxladığı 3 büküm kütləni təqdim edərək həmin kütlələrin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirməsini bildirmişdir. Çəkiliş qurtardıqdan sonra polis əməkdaşları təkrar olaraq onu yaşadığı evə aparmışlar və evdə çəkiliş aparılıcağını bildirərək video çəkiliş aparılmaqla baxış keçirmişlər; çəkiliş zamanı polis əməkdaşları demişlər ki, evdə olan qara rəngli ona məxsus gödəkcəsinin ciblərini yoxlayaraq aşkar edilmiş hər hansı bir qanunsuz predmeti təqdim etsin. Polis əməkdaşları ilə razılaşaraq gödəkçəsiniıı ciblərini özü yoxlamış, gödəkcənin sağ və sol iç cibindən 4 ədəd kibrit qutusu və təxminən 41 ədəd bükümdə kütlələr aşkar edərək təqdim etmişdir. Sonra mətbəxdəki dolabda olan qazanın içərsindən 1 ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır, ona qarşı fiziki təzyiq və zorakılıq hərəkətləri olmuş və bununla əlaqədar onun müdafiəçisi rayon prokurorluğuna müraciət etdiyindən ona qarşı zor tətbiq edilməsinə dair araşdırma aparılmışdır. Üzərində və yaşadığı evdə özünə məxsus narkotik vasitə olmamış, evindən aşkar olunmuş narkotik vasitənin evə kim tərəfindən və hansı şəraitdə qoyulmasını bilməmişdir. Mütamadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istitfadə etmiş, belə ki, narkotik vasitəni çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitədən təxminən 30 il müddətdir ki istifadə edir, təxminən 3 il müddətdir ki, həmin ərazidə yaşamış və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Buna görədə yaşadığı ərazinin inzibati ərazisində yerləşən 32-ci polis bölməsinin əməkdaşlarının bir qismini tanımışdır; sonuncu dəfə təxminən 20 fevral 2020-ci il tarixdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, istifadə etidiyi narkotik vasitə olan qurudulmuş marixuananı Balaxanı qəsəbəsində tanımadığı şəxsdən almışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 27 fevral 2020-ci il tarixdə Babək adlı şəxslərin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Babək adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmiş, Babək adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupda özü, bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Əlizamin Mustafayev, bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və bölmənin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 təyin olunmuşdur. Bundan sonra Babək adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzləri ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 5 ünvanını qarşısına gəlmişdir. Saat təxminən 21:45 radələrində qeyd olunan ünvanın qarşısında Babək adlı şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşmışdır. Babək adlı şəxsə xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Babəkə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirilmiş və onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişdir. Babək də heç bir etiraz etməmişdir. Bundan sonra Babək onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə gəlmişdir. Polis bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Polis bölməsinə vəkil dəvət etdilmiş və bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq-vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmaqla baxış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əyindəki qara rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükülü vəziyyətdə olan kağız çıxarıb təqdim etmiş, həmin kağızın içərisində narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni 2019-cu ilin sentyabr ayında xatırlamadığı tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində adını bilmədiyi şəxsdən almasını və sonradan narkotik vasitəni ağ kağızda bükümlərə bölərək gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər açıldıqda içərisində yaşıl rəngli spesfık iyi olan narkotik vasitə marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin narkotik vasitələr kağız zərfə qoyulub möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, Babək və özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və imzalanmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə marixuana olması bildirmişdir. Bu barədə Təqsirləndirilən şəxs ərizəsi alınmış, bundan sonra Bakək Əliyev, polis əməkdaşları və vəkil ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına gəlmişdir. Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş əşyaların olması barədə sual verilmiş və olduğu halda könüllü olaraq təqdim etməsi təklif edilmişdir, bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə asılqandan asılmış gödəkçənin sağ yan cibindən və sol iç cibindən 4 ədəd kibrit qutusuna doldurulmuş, 40 ədəd ağ kağıza bükülmüş və bir ədəd qızılı kağıza bükülmüş vəziyyətdə narkotik vasitə marixuanaya bənzər maddələri təqdim edərək narkotik vasitə marixuana olmasını demişdir. Davam edən axtarış nəticəsində Təqsirləndirilən şəxs evin şkafın içərisində olan alüminium rəngli qazanın içərisindən ağ sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə marixuana olmasını demişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunulmuş və imzalanmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. İşdə olan 18 avqust 2020-ci il tarixli tarixli üzləşmə protokollarından görünür ki, iş üzrə şahidlər Şahid1, Əlizamin Nəsib oğlu və Şahid4 ilə Təqsirləndirilən şəxs Valeh oğlunun aralarında keçirilmiş üzləşdirmələr zamanı Şahid1, Şahid3 və Şahid4 ifadələrində göstərdiklərini təsdiq edərək, 27 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsində üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükülü vəziyyətdə ağ rəngli kağızda narkotik vasitə marixuanaya oxşar maddə, yaşadığı ünvan 9 ünvanından asılqandan asılmış gödəkçənin sağ yan cibindən və sol iç cibindən 04 ədəd kibrit qutusunda, 40 ədəd ağ rəngli bə bir ədəd qızılı rəngli kağız bükümlərdə, mətbəxdəki şkafın içərisində olan aliminum rəngli qazanın içərisindən bir ədəd ağ rəngli sellofan torbada yaşıl rəngli narkotik vasitə marixuanayı oxşar maddələr aşkar edilməsini göstərmişlər (1-ci cild iş vərəqi 195-199, 204-208 və 29-213). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 27 fevral 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:30 radələriııdə ünvan 10 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-niıı 32-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman sonuncunun əyindəki qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükülü vəziyyətdə ağ rəngli kağızda narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümlərdəki maddələrin narkotik vasitə marixuna olmasını, həmin narkotik vasitəni 2019-cu ilin sentyabr ayında tanımadığı şəxsdən günorta saatlarında Balı şəhəri, Sabunçu rayonu. Balaxanı qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 195 saylı möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır (1-ci cild iş vərəqi 32-33). İşdə olan baxış keçirilməsi və götürmə aparılması haqqında 27 fevral 2020- ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:30 radələriııdə ünvan 7 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs yaşadığı E.Bəkirli küçəsi 104 A nömrəli evdə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman evin otağında asılqandan asılmış gödəkçəııin sağ yan cibindən və sol iç cibindən 4 ədəd kibrit qutusunda, 40 ədəd ağ rəngli bə bir ədəd qızılı rəngli kağız bükümlərdə, mətbəxdəki şkafın içərisində olan aliminum rəngli qazanın içərisindən bir ədəd ağ rəngli sellofan torbada yaşıl rəngli narkotik vasitə marixuanalara bənzər maddələr aşkar edilərək götürülmüşdür. Ramin Məmmədova həmin bükümlərdə nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümdə narkotik vasitə marixuana olmasını, həmin narkorik vasitəni 07.05.2020-ci il tarixdə Xəzər rayonu Zirə qəsəbəsin üzdən tanığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 195 saylı möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şiayət daxil olmamışdır (1-ci cild iş vərəqi 37). İşdə olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskdə 1 ədəd fayl vardır, faylda olan videogörüntü 27 fevral 2020-ci tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasında X1 üzərində şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs Valeh oğluna üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əyindəki cins şalvarının sağ yan cibindən üç ədəd bükülü vəziyyətdə olan kağız çıxarıb təqdim edir, həmin kağızın içərisində narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni 2019-cu il ilin sentyabr ayında xatırlamadığı tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində adını bilmədiyi şəxsdən almasını və sonradan narkotik vasitəni ağ kağızda bükümlərə bölərək gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlər açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər maddə olması aşkar olunur. Bundan sonra baxışda iştirak edən polis əməkdaşları tərəfindən Telman Əliyevin üzərində axtarış aparılır, lakin qanunla qadağan olunmuş, hər hansı bir əşya aşkar edilmir (1-cicild iş vərəqi 133). İşdə olan DVD diskə baxış keçirilməsi haqqında tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarət DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmiqşdir ki, həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogöriintü 27 fevral 2020-ci il tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları ünvan 12 ünvanda yerləşən evdə orada yaşayan Təqsirləndirilən şəxs Valeh oğlunun, polis əməkdaşlarının cə müdafiəçinin iştirakı ilə evə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan narkotik vasitələri təqdim etməsi təklif olunur, bu zaman sonuncu yataq və qonaq otağı kimi istifadə olunan otaqda asılqandaki gödəkçənin sağ yan cibindən və sol iç cibindən dörd ədəd kibrit qutusuna, bir ədəd qızılı rəngli kağıza və çoxsaylı ağ kağıza bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyur, kibrit qutularının içərisinə baxılır və içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bəzər maddələr olması görünür. Bundan sonra çoxsaylı kağız bükümlər sayılır və 40 ədəd olması müəyyən edilir. Həmin kağız bükümlərin bəziləri açılıraq baxılır və içərisində narkotik vasitə marixuanaya bəzər maddələr olması müəyyən olunuru Bundan başqa Təqsirləndirilən şəxs mətbəxdə olan şkafı açaraq qazanın içərisində bir ədəd ağ rəngli sellofan torbanı təqdim edir, həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli maddə aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs həmin maddələri özünün istifadəsi üçün əldə etməsini və bükümlərə bölməsini bildirir (1cicild iş vərəqi 134) İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 28 fevral 2020-ci il tarixli 5472 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan bir ədəd polielilen bağlamadakı içərisində 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 455 qram; 4 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 5,725 qram; 6,014 qram; 5,893 qram; 5,384 qram, 40 (qırx) ədəd ağ rəngli və 1 (bir) ədəd “qızılı” rəngli kağız bükümlərdə ümumi çəkisi 21.676 qram və üzərində Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan bir ədəd kağız paketdəki 3 (üç) ədəd kağız bükümdə ümumi çəkisi 1,488 qram, olaıı bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 501,18 qramdır (tədqiqatdan sonra 499,22 qram qalmışdır)(1-ci cild iş vərəqi 42-45). İşdə olan məhkəmə-bioloji ekspertiza üzrə 11 mart 2020-ci il tarixli 7/09 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir (1-ci cild 14-142) İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 19 mart 2020-ci il tarixli 801 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi ııarkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərqəi 138-139). Məhkəmə zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi bildirmişlər ki, Təqsirləndirilən şəxs ilə Şahid2 Kirman oğlu arasında və Təqsirləndirilən şəxs ilə Şahid4 arasında 18 avqust 2020-ci il tarixində aparılmış üzləşdirmə istintaq hərəkətinin protokollarının səhifələri müstəntiq tərəfidən dəyişdirilmiş, şahidlərin üzləşmələrdəki ilkin ifadələri başqa məzmunda olmuş, dəyişdirildikdən sonra üzləşmə protokolundakı təqsirləndirilən şəxsin imzası başqa şəxs tərəfindən icra olunmuşdur, bu səbəbdən qeyd edilən üzləşdirmə protkollarındakı imza nümunələrinin kim tərəfindən və hansı tarixdə, habelə eyni qələmlə icra olunub-olunmamasının müəyyən edilməsi məqsədi ilə Müdafiəçi məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsi barədə vəsatətlər vermiş və vəsatətlər təmin edilərək məhkəmənin qərarları əsasənda məhkəmə-xətşünaslıq ekspertizaları keçirilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin qərarı ilə təyin edilmiş məhkəməxətşünasılıq ekpsertizası üzrə 11 fevral 2021-ci il tarixli 4/95 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 200-203-cü vərəqələrindəki olan 0482 nömrəli 18.08.2020-ci il tarixli üzləşdirmə protokolunun 3-cü vərəqinin aşağı sol hissəsindəki imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (2-ci cild iş vərəqi 84-92) Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin qərarı ilə təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizası üzrə 3 mart 2021-ci il tarixli 5/101 nömrəli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş, 1(101)-263/2021 saylı cinayət işinin 1-ci cildinin 200-cü vərəqində olan üzləşmə «Başladı» və «Bitdi» sözlərinin altındakı imzaların, 201- 202-ci vərəqələrində olan imzaların, 204-cü vərəqədə olan «Təqsirləndirilən şəxs» və «Şahid2» soyadlarının qarşısındakı imzaların və həmin vərəqin aşağı sol küncündəki imzanın icra olunmasında istafadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. 2 .Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “Cinayət işinin 1-ci cildinin 200-203-cü vərəqələrində olan Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid2 18 avqust 2020-ci il tarixli üzləşmə protokolundakı imza nümunələri eyni tarixdə icra edilmişdirmi?» sualı üzrə tədqiqat aparılmadı (2-ci cild iş vərəqi 93-96). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin qərarı ilə təyin edilmiş məhkəmə xətşünasılıq ekpsertizası üzrə 5 avqust 2021-ci il tarixli 4/955-5/754 nömrəli ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 209-213cü vərəqələrindəki olan 18.08.2020-ci il tarixli üzləşdirmə protokolunun 3-cü vərəqinin aşağı sol hissəsindəki «imza» qarafasındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Təqdim edilmiş üzləşmə protokolunun 1-ci vərəqində (209) «Üzləşmə başladı» və «Bitdi» mətninin altında, ikinci (210) və üçüncü (211) vərəqlərin aşağısında, dördüncü vərəqində (212) «Təqsirləndirilən şəxs» mətninin qarşısında və aşağısında, beşinci vərəqində (213) olan «Şahid4» mətninin qarşısınlda olan imzaların icra olunmasında istafadə olunan mürəkkəblərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə diyircəkli qələmlərdə istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. 2 .Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “Cinayət işinin 1-ci cildinin 209-213-cü vərəqələrində olan Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid4 arasında 18 avqust 2020-ci il tarixli üzləşmə protokolundakı imza nümunələri eyni tarixdə icra edilmişdirmi?» sualı üzrə tədqiqat aparılmadı (2-ci cild iş vərəqi 103-107). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 21.03.2013-cü il tarixdə Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 06.08.2013-cü ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 3 il 6 aya endirilmişdir. 24.10.2014-cii ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdür. 15.06.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir (1-ci cild iş vərəqi 106-107). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs 2013-cü ildə məhkum olunduğu Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 27 fevral 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasının qalan hissəsini çəkməkdən azad edildikdən (15.06.2016) 3 il 8 ay 12 gün sonra törətmişdir, qeyd olunanlara və Azərbaycan Respublikası CM-in 83.3.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs sonuncu məhkumluğu ödənilmiş hesab olunur. İşdə olan şübhəli şəxsin tutulması haqqında 27 fevral 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild iş vərəqi 21). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu 27 fevral 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 8-81). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsun məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə qurudulmuş marixuananın külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, narkotik vasitə qurudulmuş marixuananın çəkisi 501,18 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 27 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının 27 fevral 2020-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 19 mart 2020-ci il tarixli 801 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi ııarkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərqəi 138-139). Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 499,22 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilməsi və götürmə aparılmasını əks etdirən 2 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-bioloji ekspertizalar üzrə tədqiqatların dəyəri – cəmi 253 manat 64 qəpik (114 və 139 manat 64 qəpik), məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları üzrə tədqiqatların dəyəri 342 manat (112, 80 və 150 manat ), cəmi 595 manat 64 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğcı 27 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 499,22 qram çəkidə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilməsi və götürmə aparılmasını əks etdirən 2 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə-bioloji ekspertizalar üzrə tədqiqatların dəyəri - 253 manat 64 qəpik (114 və 139 manat 64 qəpik), məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizaları üzrə tədqiqatların dəyəri - 342 manat (112, 80 və 150 manat ), cəmi 595 manat 64 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-263/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-263/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver