Məhkəmə qərarları › İş №1(101)-263/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-263/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-263/2022 16.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər: Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1992-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 24 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 10, mənzil 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, ev 2942A, mənzil 126-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs, Təqsirləndirilən şəxs2 və başqası ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda - 9,249 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 13,971 qram çəkidə narkotik vasitə heroini əldə edib aralarında bölməklə Təqsirləndirilən şəxs2 külli miqdarda - 2,313 qram çəkidə psixotrop maddə metamfetamini, başqası- 1,932 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoir yanacaq doldurma məntəqəsinin yaxınlığına, Təqsirləndirilən şəxs1 isə külli miqdarda -6,936 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 12,039 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 may 2021 -ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və başqası həmin gün saat 16.30-də, Təqsirləndirilən şəxs1 isə həmin gün saat 18.45-də göstərilən ünvanlarda saxlanılaraq ünvan 3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Kamran Cəfərzadənin əlindəki əl çantasından bir ədəd bükümdə külli miqdarda - 2,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, başqasının əl çantasından üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumilikdə 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram olmaqla ümumilikdə külli miqdarda 6,936 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, altı ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram olmaqla ümumilikdə külli miqdarda 12,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs, Təqsirləndirilən şəxs1 və başqası ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən “Əli” adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda - 9,249 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 13,971 qram çəkidə narkotik vasitə heroini əldə edib aralarında bölməklə Təqsirləndirilən şəxs2 külli miqdarda - 2,313 qram çəkidə psixotrop maddə metamfetamini, başqası-1,932 qram çəkidə narkotik vasitə heroini üzərilərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına, Təqsirləndirilən şəxs1 isə külli miqdarda - 6,936 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda - 12,039 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və başqası həmin gün saat 16.30- da, Təqsirləndirilən şəxs1 isə həmin gün saat 18.45-də göstərilən ünvanlarda saxlanılaraq ünvan 3 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əlindəki əl çantasından bir ədəd bükümdə külli miqdarda - 2,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, başqasının əl çantasından üç ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumilikdə 1,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sol yan cibindən iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram olmaqla ümumilikdə külli miqdarda 6,936 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, altı ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram olmaqla ümumilikdə külli miqdarda 12,039 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin İzləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o 28 may 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində tanışı Şahid1 ilə birlikdə olduğu zaman üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bundan sonra onlar onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirilmiş və üzərində metamfetamin və heroin aşkar edilmişdir. O özünü ittiham olunduğu maddələrlə təqsirli bilməmişdir. Narkotik vasitəni tanımadığı azərbaycanlı şəxsdən alırmış. Saxlanıldıqdan sonra polis əməkdaşları ona təzyiq göstərmişlər və o da guya narkotik vasitəni iranlı şəxsdən aldığını demişdir. Bundan əlavə o heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu Şahid1lə birlikdə 28 may 2021-ci il tarixdə saxlamışlar. O Kamranı tanımırmış, Veronikanı isə tanıyırmış və onun narkotik vasitə istifadəçisi olduğunu bilirmiş. Onunla birgə bir neçə dəfə bir yerdə narkotik vasitə qəbul ediblər, lakin ona heç vaxt narkotik vasitə satmamışdır və ya pay verməmişdir. Şəxsi axtarış zamanı üzərində heroin və metamfetamin aşkar edilmişdir. Kamranla heç vaxt telefon vasitəsilə danışmamışdır, onu tanımırmış. Əli adlı iranlı şəxsi tanımırmış. Əvvəllər adını bilmədiyi iranlı şəxslə narkotik vasitə alqısı barədə telefon vasitəsilə əlaqə saxlayırmış, lakin bu keçmişdə olmuşdur və saxlanıldığı vaxt həmin şəxslə heç bir ünsiyyəti olmamışdır, o heç vaxt İran İslam Respublikasına getməmişdir. Veronika ilə Kamran arasında münasibətin olubolmamasını bilməmiş, Kamranı ilk dəfə məhkəmə iclas zalında görmüşdür. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Paşa Holdinqdə çağrı mərkəzinin aparıcı mütəxəssisi işləyirmiş. Veronika da onunla işlədiyi yerdə işə düzəlmək istəyirmiş, tanışları vasitəsilə onunla tanış olmuş və ona işə düzəlməkdə məsləhətlər verirmiş. Onun motosikleti var imiş və Veronika arabir onu bəzi yerlərə aparmağını ondan xahiş edirmiş. 27 may 2021-ci il tarixdə Veronikanı onun xahişi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Neftçilər” metrosunun yaxınlığına aparmış, orada o motosikletin yanında gözləmiş və Veronika harasa gedib, qayıtmışdır. Onlar saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, həmin gün Veronika narkotik vasitə almışdır. Bundan sonra 28 may 2021-ci il tarixində o Veronika ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən "Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşərkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onlardan Dəryanur adlı şəxs barəsində soruşduqda, o həmin şəxsi tanımadığını demişdir. Polis əməkdaşları onları müxtəlif avtomobillərdə əyləşdirməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada videoçəkilişlə Veronikanın üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində narkotik vasitələr aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları videoçəkilişi dayandırmışlar. Polis əməkdaşları Veronika və ona təzyiq göstərmişlər. Veronika xanım olduğu üçün onun üzərində aşkar edilmiş narkotik vasitələrin guya onun olduğunu etiraf etməyə hazır olduğunu polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları yükün təkcə onun üzərinə düşməməyi üçün Veronikanın üzərində aşkar edilən narkotik vasitələri bölüşdürməyi təklif etmişlər. Bundan sonra polis əməkdaşları üzərinə 1 büküm yerləşdirmişlər. Bu vaxt Veronika həmin bükümün ona məxsus olmadığını, onun həcminin böyük olduğunu ona demişdir. Bundan sonra videoçəkiliş davam etdirilmiş və şəxsi axtarış zamanı üzərində bir büküm aşkar edilmişdir. Özü də narkotik vasitə istifadəçisidir və Veronika ilə birgə narkotik vasitə qəbul edibmiş. Veronika ilə birgə narkotik vasitə istifadə edərkən hər biri ayrı-ayrılıqda özlərinə məxsus olan narkotik vasitəni istifadə edibmişlər, bir-birlərinə verməmiş, videoçəkiliş zamanı ondan üzərində aşkar edilən bir bükümü kimdən aldığı soruşulmamış, amma Veronikadan soruşmuşlar. Narkotik vasitədən istifadə etdiyi üçün peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 28 may 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs2 və Karmakova Veronikanın qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr saxlaması göstərilmişdir. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır və o da həmin əməliyyat qrupunda iştirak edirmiş. Şahid4 qrup rəhbəri olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 və Karmakova Veronika tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi, «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Orada onların hər ikisinin üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində 1 bükümdə metamfetamin aşkar edilmişdir. Bundan sonra Karmakova Veronikanın üzərinə də şəxsi axtarış keçirilmiş və onun üzərində 01 ədəd qızılı rəngli plasmas qabın içində 3 ədəd büküm və 1 ədəd tərəzi aşkar edilmişdir. Həm Təqsirləndirilən şəxs2, həm də Karmakova Veronika üzərilərində aşkar edilən narkotik vasitəni şəxsi istifadələri üçün Dəryanur adlı şəxsdən aldıqlarını bildirmişlər. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs2 özü könüllü olaraq üzərindəki narkotik vasitəni təqdim etmiş, şəxsi axtarış keçirilməsi zamanı vəkillər iştirak etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni Dəryanur adlı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 28 may 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəcəfov X5 Zeynəb Arif qızı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ərazisində saxlanılmışdır. Bundan sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış videoçəkilişdən istifadə olunmaqla keçirilmiş və onun üzərində xatırlamadığı miqdarda narkotik vasitə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı "Əli” adlı şəxsdən aldığını bildirmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən onda qanunazidd heç bir əşya aşkar edilməmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat məlumatı qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə imiş. Təqsirləndirilən şəxs1 saxlanılarkən bizə hər hansı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 verdiyi ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 32.5, 206.3.2, 234.4.1, 234.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin satış məqsədi ilə olmadan əldə etməklərinə və həmin narkotik vasitələrinin iranlı şəxs tərəfindən göndərilmədiyinə dair ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinin həmin hissəsinə tənqidi yanaşır və onların ifadəsini özlərini müdafiə edilməsi kimi qiymətləndirir və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ilkin ifadəsində bildirmişdir ki, üzərindən aşkr olunan narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs tərəfindən göndərilmişdir və onları Kamran və Veronika adlı şəxslərə vermişdir, Kamran və Veronika da həmin narkotik vasitələrinin iranlı Əli adlı şəxs tərəfindən gönərildiyini bilirdilər. Cinayət işindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirilmə aparılmış, üzləşdirmədə Kamran narkotik vasitələrini Dəryanura 90 manat pul ödənilməklə alındığını bildirir, Dəryanurda Kamran dediklərini təstiq edir. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında qərardan da görünür ki, “Əli" adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi ilə bağlı cinayət işi ayrılmış və ibtidai istintaqına başlanılmışdır. Məhkəmə iclasından yayındığı üçün məhkəmənin hazırlıq iclasında barəsində axtarış edilərək, həbs qətimkan tətbiri seçilmiş və barəsində ayrıca cinayət işi ayrılmış digər təqsirləndirilən şəxs qismində ibtidai istintaqda dindirilmiş X2 edilmiş Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 1 il idi ki, tanıyırdı, onunla sevgili münasibəti var idi. Tutulmamışdan təxminən 3-4 ay olardı ki, narkotik vasitə heroini və “şüşə" adlandırdığı psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul edirdi. Kamran da onun kimi narkotik aludəçisi olduğundan sonuncu ilə birlikdə müxtəlif yerlərdən narkotik vasitə və ya psixotrop maddə alıb qəbul edirdilər. Həmin vaxtlar Zığ qəsəbə sakini Dəryanur adlı şəxslə tanış olmuşlar, sonuncudan öz istifadələri üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb qəbul edirdilər. 27 may 2021-ci il tarixdə Kamranla birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrosunun yaxınlığına getmişlər, Kamran kənarda durmuş, o isə yaxınlığıda olan uşaq poliklinikasının qarşısında Dəryanurla görüşüb sonuncuya 90 manat verərək 3 ədəd bükümdə narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamin almışdır. Bir büküm metamfetamini Kamrana vermiş, üç büküm narkotik vasitələri isə özündə saxlamışdır. Həmin bükümlərdən bir qismini birlikdə qəbul etmişlər, qalanlarını isə üzərində daşımağı davam etmişdir. 28 may 2021-ci il tarixdə saat 16:30 radələrində Kamranla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, R.Rüstəmov küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə dəvət edilmişlər. Orada hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçilərlə təmin olunmuşlar. Həmçinin tərcüməçi ilə də təmin olunmuşdur. Bundan sonra o və Kamran şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra videoçəkiliş aparılmaqla üzərilərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Daha sonra təklif olunmuşdur ki, üzərilərində qanunsuz əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsinlər. Kamran masaya yaxınlaşıb əynindəki şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, bir ədəd alışqanı, əlində olan qara rəngli dəri materiallı əl çantasını açıb işərisindən bir ədəd “İphone X” markalı mobil telefonu və bir ədəd bükümdə psixotrop maddə metamfetamini masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu sual zamanı Kamran həmin metamfetamini onunla birlikdə Dəryanur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Kamrandan aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Daha sonra eyni qaydada ona təklif olunmuşdur ki, üzərindəki qanunsuz əşyaları təqdim etsin. O, masaya doğru yaxınlaşıb göy rəngli cins şalvarının Ön sol yan cibindən 01 ədəd üzüyü, şalvarının arxa sağ yan cibindən şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmiş, ardınca açıq çəhrayı rəngli dəri materiallı əl çantasını açıb içərisindən iki ədəd mobil telefonu, pul vəsaitini, 01 ədəd elektron tərəzini, qadın əşyalarını, 01 ədəd qızılı rəngli plastik materiallı qabı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra ona əynində olan şalvarımın ciblərini tam olaraq göstərməsi təklif edilmiş, o, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Onun təqdim etdiyi tərəziyə baxış keçirildikdə tərəzinin özünə məxsus olduğunu, narkotik vasitə aldığı zaman tərəzidə ölçüb aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd qızılı rəngli plasmas qabın içindəki 03 ədəd büküm barədə sual olunduqda həmin maddələrin “kakos" kimi bildiyi narkotik vasitə heroin olduğunu və çəkmək yolu ilə istehlak etdiyini, təxminən 1-2 gün əvvəl Kamranla birlikdə Neftçilər metrostansiyası yaxınlığında Dəryanur adlı şəxsdən aldıqlarını bildirmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2148 nömrəli rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 1 N°-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,313 qram olan ağ rəngli kristalik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Üzərində “...X3 üzərindən...” sözləri olan 2 N-li zərfdəki üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,380 qram, 0,281 qram və 0,271 qram olmaqla ümumi təmiz çəkisi 1,932 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir. Bir ədəd elektron tərəzinin üzərində və bir ədəd qızılı rəngli qabın içərisində tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Qeyd: 1 N-li zərfdəki metamfetaminin təmiz çəkisi - 2,313 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq - 2,263 qram; 2 N-li zərfdəki heroinin ümumi təmiz çəkisi - 1,932 qram, tədqiqata sərf edildİ- 0,090 qram, qalıq - 1,842 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 6/2147 nömrəli rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,680 qram, 0,592 qram, 0,650 qram, 0,051 qram, 7,111 qram və 2,955 qram ümumi təmiz çəkisi 12,039 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, İki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,837 qram və 2,099 qram, ümumi təmiz çəkisi 6,936 qram olan ağ rəngli kristalik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Bir ədəd elektron tərəzinin üzərində və bir ədəd qızılı rəngli qabın içərisində tərəzidə narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələri arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir.Qeyd: Heroinin ümumi təmiz çəkisi - 12,039 qram, tədqiqata sərf edildi - 0,120 qram, qalıq - 11,919 qram; metamfetaminin ümumi təmiz çəkisi - 6,936 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 6,836 qram. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2021 -ci il tarixli 6/2276 nömrəli rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1...” sözləri olan zərfdəki altı ədəd bükümdə ümumi təmiz çəkisi 11,919 qram olan narkotik vasitə heroin və üzərində “Şübhəli şəxs X3 üzərindən...’' sözləri olan zərfdəki üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,842 qram olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidilər. Üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs1....” sözləri olan zərfdəki 2 ədəd bükümdə ümumi təmiz çəkisi 6,836 qram olan psixotrop maddə metamfetaminlərlə üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,263 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidilər. Qeyd: 1 N-li paketdəki metamfetaminin qalığı-6,736 qram,heroinin qalığı 11,799 qram; 2 N-li paketdə 1 N°-li zərfdəki metamfetaminin qalığı - 2,213 qram, 2 N°-li zərfdəki heroinin qalığı 1,752 qram. Cinayət işindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Dəryanur Əliəsgər oğluna məxsus “Samsunq” markalı, Təqsirləndirilən şəxs2 məxsus "İphone X” markalı, X4 məxsus “Samsung A3” və “Samsung A 01” markalı mobil telefon cihazlarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı, X6 isə ***-***-**-** mobil telefon nömrəsi istifadə etmişlər. Keçirilən baxış zamanı müxtəlif mobil telefon nömrələrindən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə “lazim olanda da sen tapilmirsan 2 qram kola lazımdi pul elimde acmirsan teli,“Qaqa getirirem telefonu , pulda birazdan olacaq, qozduyurem.7kola 3 daw verirsen qetirim“Ne qeder X15 Yazki,bilirsenda X11 X17 X19,birda Diyir Kola 1-2 Dene Artiq AlinaE,“X12 Hec Olmasa 5 Kola 2-3 X13? sözləri yazılmış SMS mesajları daxil olmuşdur. X3 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsindən əhəmiyyət kəsb edən mesajlar müşahidə edilməmişdir. Cinayət işində olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 28 may 2021 -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 18.45-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sol yan cibindən iki ədəd bükümlərdə psixotrop maddə metamfetaminə bənzər və 6 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, sağ cibindən isə elektron tərəzi və narkotik vasitələrin satışından əldə edilən 174 manat pul aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X10 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 28 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və X6 həmin gün saat 16:30-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Rüstəmov küçəsi “Lukoil" yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 əlindəki əl çantasından bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, Veronika Karmakovanın isə əl çantasından üç ədəd bükümlərdə narkotik vasitə heroinə bənzər maddə, elektron tərəzi, bir ədəd qızılı rəngli plasmas qab aşkar edilərək götürülmüşdür. Cinayət işində olan 17 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs X6 məhkəmə iclaslarına gəlmədiyindən, barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X6 barəsində hər hansı bir məlumat daxil omadığından, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət işi üzrə icraat təzələnmişdir. X6 barəsində ayrıca cinayət işi ayrılmış, ayrılmış cinayət işinə əlavə nömrə verilmiş və ayrılmış cinayət işi üzrə icraat X6 tapılanadək dayandırılmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 3409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 3526 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Cəfər-zadə X8 törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 28.05.2021-ci il tarixli “tutma haqqında” protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur Cinayət işində olan 28.05.2021-ci tarixli “tutma haqqında” protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində rolunu nəzərə alıb barələrində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 narkotik vasitənin istifadə etməsindən peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 narkotik vasitənin istifadə etməsindən peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən əynindəki idman şalvarının sağ cibindən aşkar edilərək götürülmüş narkotik vasitələrin satışından əldə edilən 174 manat pul, cinayət işi üzrə maddi sübut kimi tanınmış və ibtidai istintaq başa çatdıqda məsul saxlanışa verilməsi üçün Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,736 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 11,799 qram narkotik vasitə heroinin, qalıq çəkisi 2,213 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 1,752 qram narkotik vasitə heroinin, iki ədəd elektron tərəzinin və bir ədəd qızılı rəngli qabın həllinə, barəsində əlavə nömrə verilməklə dayandırılmış ayrıca cinayət işi üzrə digər təqsirləndirilən şəxs X6 tapılıb həmin cinayət işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət verilməli, hazırki cinayət işində olan 2 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunub götürülmüş narkotik vasitələrin satışından əldə edilən 174 manat pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 245 (iki yüz qırx beş) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri 5 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 may 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə 5 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 5 ( beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 may 2021-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,736 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 11,799 qram narkotik vasitə heroinin, qalıq çəkisi 2,213 qram psixotrop maddə metamfetaminin, qalıq çəkisi 1,752 qram narkotik vasitə heroinin, iki ədəd elektron tərəzinin və bir ədəd qızılı rəngli qabın həllinə, barəsində əlavə nömrə verilməklə dayandırılmış ayrıca cinayət işi üzrə digər təqsirləndirilən şəxs X6 tapılıb həmin cinayət işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət verilsin, hazırki cinayət işində olan 2 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 245 (iki yüz qırx beş) manat 46 (qırx altı) qəpik ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin satışından əldə edilən 174 manat pul vəsaiti Azərbaycan Respublikası CM-nin 99- 2-ci maddəsinə əsasən xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar