Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-263/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3, X6, X2 və X9, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1, X13 və Dövlət ittihamçısı2, müdafiəçi - “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 12:40-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 5,419 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 185 ünvanında yerləşən “Badam” adlı çay evinin qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ümumilikdə 5,419 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 17 noyabr 2022-ci il tarixdə saat 18-19 radələrində Vüsal adlı şəxsin ona borcu olduğuna görə Rəşadla birgə “Badam” adlı çay evinə getdikdən sonra Anar, Vüsal, Rəşad və o, eyni masada əyləşmiş, orada olan digər şəxsləri isə ilk dəfə görməklə, əvvəllər tanımamışdır. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları “Badam” adlı çay evinə daxil olub onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Rövşən adlı polis əməkdaşı “Badam” adlı çay evinin kamera görüntülərini və mobil telefonlarını götürüb oradan çıxmış, o, Rövşən adlı polis əməkdaşı və Xətai Rayon Polis İdarəsinin əməkdaşı ilə birgə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Baş İdarədə onlar akt zalında saxlanılmış, ittiham aktında şahid qismində olan 4 nəfər şahid isə başqa otağa aparılmışdır. O, heç vaxt narkotik vasitədən istifadə etməmiş, musiqişünas olmaqla, uşaq vaxtı müxtəlif mükafatlar əldə etmişdir. Lakin bunu təsdiq edən hər hansı sənədi təqdim edə bilmir. Ona qarşı irəli sürülmüş ittihamda göstərilənlər yalandır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs çay evində olarkən orada olan digər şəxslərə görə polis əməkdaşları tərəfindən “Badam” adlı çay evinin içərisində saxlanıldığını, polis əməkdaşlarının orada saxlanılan 11 nəfərdən 4 nəfərinin cinayət məsuliyyətinə cəlb edilməmələrinin səbəblərini bilmədiyini, çay evinin zalında olan kameranın yaddaş cihazını Rövşən adlı polis əməkdaşının götürdüyünü gördüyünü, əllərinə həmin çay evinin içərisində qandal vurulduğunu, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin gecə saat 01 radələrində aparıldığını, Vüsal adlı şəxsin müxtəlif şadlıq evlərinə ət tədarük etməsi ilə əlaqədar ona 20000 manat məbləğində pul borcunun olduğunu, o, Vüsal adlı şəxsdən təkidlə pul tələb etmədiyini, sonuncu borcları olduğuna görə vaxt istəyərək 1 ay müddətində qaytaracağını bildirdiyini, özünün turizm işi ilə məşğul olduğunu, polis əməkdaşları tərəfindən edilmiş fiziki zorakılıq və psixi təzyiq nəticəsində videoçəkilişdə narkotik vasitəni sağ cibindən çıxarıb təqdim etdiyini və sənədləri imzaladığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Təbriz küçəsində olarkən yerdə bir ədəd içərisində narkotik vasitə heroin olan bükümün olduğunu görüb həmin maddəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə tanışları ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” adlı çay evində görüşmək qərarına gələrək təxminən 18 radələrində o, Emil Həsənov, Yusif Məhərrəmov, Arif Babayev, Anar Həsənov, Vüsal Cəfərov, Rəşad Ələsgərli, Şahid12, Şahid13, Şahid14 və Şahid15 görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmışlar. Çay evindən çıxdıqdan sonra bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək onun, Emil Həsənov, Yusif Məhərrəmov, Arif Babayev, Anar Həsənov, Vüsal Cəfərov və Rəşad Ələsgərlinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat olduğunu deyərək hər birini Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəlib tutulmalarının səbəbləri izah olunmaqla vəkillərin siyahısı onlara təqdim edildikdən sonra üzərilərinə şəxsi axtarış və baxış keçiriləcəyini, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edildikdə etiraz etməmişlər. Videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etdikdə, o, üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, şalvarının sol yan cibindən bir ədəd bıçağı, mobil telefonu, açarı və pulunu təqdim edib aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Həmin istintaq hərəkəti zamanı digər şəxslərin də üzərində şəxsi axtarış aparılmış və aşkarlananlar qablaşdırılıb götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılıb protokol tərtib olunmaqla ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs və digər şəxslərin külli miqdarda narkotik vasitəsinin qanunsuz dövriyyəsi və soyuq silah əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş İdarənin rəhbərliyinə məruzə edildikdən sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, 2022-ci ilin noyabr ayının ortalarında saat 19-20 radələrində Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Xətai rayonu ərazisində “Badam” adlı çay evinin qarşısına gedərək gözləyib Təqsirləndirilən şəxs və digər şübhəli şəxsləri gördükdən sonra yaxınlaşıb özlərini təqdim etmiş və barələrində olan əməliyyat tədbiri barədə xəbərdar edildikdən sonra Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə şəxsi axtarış və götürmə istintaqı aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən videoçəkilişin onun tərəfindən aparıldığını, Təqsirləndirilən şəxs könüllü şəkildə cibində olan 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bıçağı təqdim etdiyini, heroinin sellofan bükümdə olmaqla çəkisini xatırlamadığını, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri Nərimanov rayonu ərazisində yerdən tapıb şəxsi istifadəsi üçün üstündə gəzdirməsi barədə məlumat verdiyini, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini, 7 nəfər barədə əməliyyat məlumatı olsa da, həmin yerdə 11 nəfər şəxsin saxlanıldığını, həmin şəxslərin hamısının “Badam” adlı çay evinin qarşısında olduqlarını, saxlanılan şəxslər müqavimət göstərmədiklərinə görə əllərinə qandal vurulmadığını, müdafiəçiləri gəldikdən sonra müvafiq istintaq hərəkətinin aparıldığını, həmin ərazidə olan kamera görüntülərini götürmədiklərini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 17 noyabr 2022-ci il tarixdə Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olduğundan, o, əməliyyat qrupunun üzvü kimi Bakı şəhəri, Xətai rayonunda yerləşən “Badam” adlı çay evinin qarşısına gedərək orada barələrində əməliyyat məlumatı olan şəxsləri görüb yaxınlaşaraq məlumatlandırıldıqdan sonra həmin şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə müdafiəçilərin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bıçaq aşkarlanmış, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün, bıçağı isə marağı olduğuna görə üzərində gəzdirdiyini söyləmiş, aşkarlananlar videoçəkilişlə qeydə alınaraq götürülüb sənədləşdirmə aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 ifadəsində əməliyyat tədbiri zamanı 11 nəfər şəxsi Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Badam” adlı çay evinin qarşısında, yəni çöldə təxminən saat 19:30 radələrində saxladıqlarını, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini, əllərinə qandal vurulmadığını, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü şəkildə təqdim etdiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 17 noyabr 2022-ci il tarixdə Baş İdarənin baş əməliyyat müvəkkili Şahid2 bir neçə şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra yaradılmış əməliyyat qrupunun tərkibində həmin gün saat 19:30 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Badam” adlı çay evinin yaxınlığında Təqsirləndirilən şəxs və digər şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarədə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin, pul, mobil telefon, açar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid9 11 nəfər şəxsi “Badam” adlı çay evinin qarşısında, yəni çöldə saxladıqlarını, təqsirləndirilən şəxsə və digərlərinə o və ya digər polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini, əməliyyat qrupunun tərkibində təxminən 10-11 nəfər şəxsin olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid4, Şahid6, Şahid7, Şahid8, Şahid10, Şahid5, Şahid11 Əlibala oğlu şahidlər Şahid2, Şahid3 və Şahid9 ifadələrində oxşar məzmunda ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında ədavət və ya düşmənçilik yoxdur. X22 yaxın günlərdə Rusiya Federasiyasına gedəcəyindən sonuncu ilə görüşmək üçün digər tanışı Şahid14lə birgə Bakı şəhəri Xətai rayonu “Badam” adlı çay evinə getmiş, orada bir müddət çay içib söhbət etdikdən sonra mülki geyimdə olan şəxslər yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirib onları həmin Baş İdarəyə dəvət etmişlər. O, 2 gün orada saxlanıldıqdan sonra şübhə təsdiq olunmadığına görə azad edilmiş, digər şəxslər barəsində isə müvafiq rəsmiləşdirmə aparılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid15 həmin vaxt 11 nəfər şəxsin saxlanıldığını, həmin tarixdən uzun müddət keçməsi və həmin vaxt həyəcanlı olması səbəbindən konkret olaraq kimin üzərindən hansı miqdarda qanunsuz maddənin aşkar olunduğunu xatırlamasa da, narkotik vasitə və bıçağın aşkarlandığını bildiyini, saxlanılan şəxslərdən bir qisminin “Badam” adlı çay evinin içərisində, bir qisminin isə çölündə olduğunu, saxlanılan zaman onun qollarına qandal vurulsa da, digər şəxlərə həmin vasitənin tətbiq edilib-edilmədiyi barədə məlumatsız olduğunu, “Badam” adlı çay evində 2 masanın olduğunu, Təqsirləndirilən şəxs onun əyləşdiyi masada oturmadığını, Təqsirləndirilən şəxs “Badam” adlı çay evinin içərisində və ya çölündə saxlanıldığını dəqiq xatırlamadığını, səhv etmirsə, içəridə olduğunu, saxlanılanadək sonuncunun üzərində hər hansı qeyri-qanuni əşya görmədiyini, ibtidai istintaq zamanı ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Hadisədən uzun müddət keçdiyinə və özündə yaddaş pozuntusu xəstəliyi olduğuna görə təfərrüatları dəqiq xatırlamır. İbtidai istintaq zamanı ifadə vermişdir. Həmin gün “Badam” adlı çay evində Təqsirləndirilən şəxs və digərləri ilə çay içmiş, həmin ərəfədə polis əməkdaşları onlara yaxınlaşıb şübhəli olduqlarına görə polis idarəsinə aparmışlar. Həmin vaxt onlarla oturan şəxslərdən bəziləri içəridə, bəziləri isə çöldə olmuşdur. Baş verənlər dəqiq yadında qalmamışdır. Məhkəməyədək icraat zamanı Şahid13 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə tanışları ilə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Badam” adlı çay evində görüşmək qərarına gələrək təxminən saat 18 radələrində o, Təqsirləndirilən şəxs, Emil Həsənov, Yusif Məhərrəmov, Arif Babayev, Anar Həsənov, Vüsal Cəfərov, Rəşad Ələsgərli, Şahid12, Şahid13, Şahid14 və Şahid15 görüşüb çay içib söhbət etdikdən sonra saat 19:25 radələrində çay evindən çıxmışlar. Çay evindən çıxdıqdan sonra bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər biri özlərini təqdim etmişlər. Bu zaman həmin şəxslər özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək Təqsirləndirilən şəxs, Emil Həsənov, Yusif Məhərrəmov, Arif Babayev, Anar Həsənov, Vüsal Cəfərov və Rəşad Ələsgərlinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat olduğunu deyərək hər birini Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəlib həmin şəxslərin tutulmalarının səbəbləri izah olunmaqla vəkillərin siyahısı onlara təqdim edildikdən sonra üzərlərinə şəxsi axtarış və baxış keçiriləcəyini, bu prosesdə videoçəkilişdən istifadə olunacağı izah edildikdə etiraz etməmişlər. Videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etdikdə, sonuncu üzərində narkotik vasitə heroin və bıçaq olduğunu deyərək gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü, şalvarının sol yan cibindən bir ədəd bıçağı, mobil telefonu, açarı və pulunu təqdim edib aşkar olunan maddələrin narkotik vasitə heroin olduğunu, onları təsadüfən tapdığını, həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxladığını, bıçağı da marağı olduğu üçün üzərində saxladığını bildirmişdir. Büküm və bıçaq qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, pul və açar özünə geri qaytarılmışdır. Həmin istintaq hərəkəti zamanı digər şəxslərin də üzərində şəxsi axtarış aparılmış və aşkarlananlar qablaşdırılıb götürülmüşdür. Daha sonra videoçəkiliş dayandırılıb protokol tərtib olunmaqla ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakşı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər Şahid12 və Şahid14 ifadələrində Şahid13 verdiyi ifadəsinə oxşar məzmunda vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Emil”, “Yusif”, “Arif”, “Tural”, “Anar”, “Vüsal” və “Rəşad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 5) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid1, Şahid4, Şahid5, Şahid11 Əlibala oğlu, Şahid6, Şahid10, Şahid7, Şahid8 və Şahid9 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-9) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 19:30-da X14, X4, X10, Təqsirləndirilən şəxs, X15, X16, X1 rayonu, Neapol küçəsi 185 ünvanında yerləşən “Badam” adlı çay evinin qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 10) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 63, 71) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs və digərləri barədə həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, soyuq silah və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və bıçaq olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü və 3 ədəd mənzil açarını, əynində olan cins şalvarın sağ yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, əynində olan cins şalvarın sol yan cibində olan 01 ədəd bıçağa oxşar dəmir predmeti və 7 manat pulu çıxardıb masanın üzərinə qoymaqla 01 ədəd sellofan bükümün içində narkotik vasitə olan heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa oxşar predmetə baxış zamanı, həmin predmet dəmir materiallı, qatlanan, deşici-kəsici xüsusiyyətə malik, mətbəx bıçaqlarından tamamilə fərqli bıçaq olması məlum olmuş, bıçağa oxşar dəmir predmetin üzərində “Stainless” yazısı qeyd olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkarlanmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Bakı səhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metropark” ticarət mərkəzinin yaxınlığından təsadüfən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, hazırda narkotik vasitə heroin qəbul etdiyini demiş, bıçağı isə təxminən 20 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” bazarından aldığını və bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd bıçağa oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda aşkar edilmiş 7 manat pul və 03 ədəd mənzil açarı iş üzrə ərəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqə 130-142) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6639 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 4 №li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 5,419 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 5,419 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 5,369 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 214-217) xx.xx.2022-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 3, iş vərəqə 15) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1233/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixli, 4(005)-291/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 3, iş vərəqə 156-160, Cild 4, iş vərəqə 194-199) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(011)-735/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və həmin Baş İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (Cild 3, iş vərəqə 224) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefona baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. (Cild 3, iş vərəqə 182) Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. (Cild 3, iş vərəqə 235) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 3, iş vərəqə 245) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cü il tarixli, 3/1636 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan xüsusi təyinatlı ov (köməkçi məqsədlər üçün nəzərdə tutulmuş) bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. (Cild 4, iş vərəqə 231-235) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X19 xx.xx.2022-ci il tarixli, 6968 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksakasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 4, iş vərəqə 236-237) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X19 xx.xx.2022-ci il tarixli, 529/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 4, iş vərəqə 239-240) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X19 xx.xx.2022-ci il tarixli, 4318/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon,1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. (Cild 4, iş vərəqə 242-244) xx.xx.2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi qərara alınmış, istintaq hərəkəti protokolları, ekspert rəyləri, 01 ədəd DVD disk, şahid ifadələri, özünün şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirmə protokolları sübut kimi qiymətləndirilmış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,369 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, habelə 01 ədəd “Stainless” yazısı həkk edilmiş bıçaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmış, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İphone” markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb etmədiyi üçün hüquqlarını müdafiə edən vəkilinə və ya ailə üzvlərinə qaytarılması qərara alınmış, hazırkı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarları iş üzrə sübut növü kimi qiymətləndirilmış və cinayət işi materiallarına əlavə edilmışdır. (Cild 4, iş vərəqə 245-264) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (Cild 4, iş vərəqə 273) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(005)- 1486/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul olunmaqla həmin Baş İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 4, iş vərəqə 38- 39) Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 20-04/08 nömrəli məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “inkar edir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında” Bel nahiyyəsi köhnə çapıq toxumalar” qeydi, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “hal-hazırda şikayəti yoxdur” qeydi yazılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2024-cü il tarixli, 20-04/08 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasından “xroniki beloma radikuliti” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, ümumi halsızlıq, baş ağrısı, bel nahiyəsində ağrı şikayıtini bildirmişdir. Təqsirləndirilən şəxs kliniki, laborator, instrumental müayinələrdən keçirilmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 20-04/08 nömrəli məktubuna görə Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmamış, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubuna görə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində heç vaxt narkotik vasitədən istifadə etmədiyini, “Badam” adlı çay evində tanışları ilə oturduğu vaxt polis əməkdaşları yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, fiziki və psixi zorakılıq nəticəsində narkotik maddələri istifadə etməsinə dair ifadə verməyə məcbur olunduğunu desə də, şahidlər- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3, Şahid9, Şahid1, Şahid4, Şahid6, Şahid7, Şahid8, Şahid10, Şahid11 Əlibala oğlu və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanda “Badam” adlı çay evinin yaxınlığında saxlanıldığını, inzibati binanın içərisində saxlanılmadığını, əməliyyat tədbirində başqa şəxslərin iştirak etmədiyini, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütləsi təqdim edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitəni təqdim etdiyini və həmin narkotik vasitənin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişlər. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin saxlanılma yeri ilə bağlı verilən suallara cavab olaraq Şahid15 uzun müddət keçdiyinə və həyəcanlı olduğuna görə, Şahid13 isə yaddaşı pozuntusu xəstəliyinə düçar olduğuna görə baş verənləri dəqiq xatırlamadığını, həmin vaxt bəzi şəxslərin “Badam” adlı çay evinin içərisində, bəzilərinin çölündə olduqlarını, Təqsirləndirilən şəxs içəridə olub-olmadığını əminlik xatırlamadıqlarını bildirmişlər. Lakin həmin şahidlər Şahid15, Şahid13, eləcə də digər şahidlər Şahid12 və Şahid14 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində 17 noyabr 2022-ci il tarixdə saat 18- 19 radələrində “Badam” adlı çay evində oturub çay içdiklərini, çıxdıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını göstərmişlər. Məhkəmə həmin xüsusatla bağlı şahidlər Şahid15 və Şahid13 baş verənləri dəqiq xatırlamadığını, Təqsirləndirilən şəxs əvvəllər tanımalarını, polis əməkdaşları daxil olarkən saxlanılan şəxslərdən bəzilərinin “Badam” adlı çay evinin içərisində, bəzilərinin isə çöldə olduğunu dediklərindən, onların məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşmaqla, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini əsas götürür. Beləliklə, məhkəmə iş üzrə dindirilmiş bütün şahidlərin ifadələri hərtərəfli, tam və obyektiv qiymətləndirməklə, Təqsirləndirilən şəxs saxlanılma yeri ilə bağlı ifadəsini həmin hissədə özünümüdafiə xarakterli qəbul edir. Bundan savayı, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə baxışı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq qanunla qadağan edilmiş əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü və əynində olan cins şalvarın sol yan cibində olan 01 ədəd bıçağa oxşar dəmir predmeti təqdim etmiş, aşkarlananlar kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6639 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və sair yazılar, imzalar olan “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan bir ədəd bağlamanın tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 1 ədəd bükümdə ümumi təmiz çəkisi 5,419 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin təqdiqata təqdim edildiyi müəyyənləşmişdir. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən çıxmış 01 ədəd bıçaq soyuq silah olmadığından ibtidai istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” qərara əsasən ittihama daxil edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində “Badam” adlı çay evində saxlanılma anını özündə əks etdirən videogörüntülərin Rövşən adlı şəxs tərəfindən götürüldüyünü desə də, şahidlər Şahid2, Şahid3, Şahid9, Şahid1, Şahid4, Şahid6, Şahid7, Şahid8, Şahid10, Şahid11 Əlibala oğlu və Şahid5 həmin çay evinin videogörüntülərinin götürülmədiyini bildirmiş, həmin hal məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, cinayət işinin materiallarına əlavə olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin verdiyi vəsatətlər yoxlanılmış, araşdırılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli raport müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin raport əsasında qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, şahidlər Şahid2, Şahid3, Şahid9, Şahid1, Şahid4, Şahid6, Şahid7, Şahid8, Şahid10, Şahid11 Əlibala oğlu və Şahid5 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, şahidlər Şahid15, Şahid13, Şahid12 və Şahid14 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 5,419 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, narkotik vasitə olan heroinin çəkisi təmiz halda 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroin külli miqdar (təmiz halda qramlarla) təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrini, şahidlər Şahid2, Şahid3, Şahid9, Şahid1, Şahid4, Şahid6, Şahid7, Şahid8, Şahid10, Şahid11 Əlibala oğlu və Şahid5 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, şahidlər Şahid15, Şahid13, Şahid12 və Şahid14 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul etməklə, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin çəkisinin külli miqdarda olmasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin təmiz çəkisinin külli miqdarda olmasını, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, səhhətini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 4(005)-1233/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizalarla əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli, 6/6639 nömrəli ekspert rəyi üzrə 11,5 manat (on bir manat əlli qəpik), xx.xx.2022-ci il tarixli, 3/1636 nömrəli ekspert rəyi üzrə 10,6 manat (on manat altmış qəpik) məbləğində olmaqla, cəmi 22,1 manat (iyirmi iki manat on qəpik) pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,369 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla götürülmüş 01 ədəd üzərində “Stainless” yazısı həkk edilmiş bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X19 xx.xx.2022-ci il tarixli, 6968 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 noyabr 2022-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 22,1 manat (iyirmi iki manat on qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,369 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolla götürülmüş 01 ədəd üzərində “Stainless” yazısı həkk edilmiş bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-263/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-263/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver