Məhkəmə qərarları › İş №1(101)-264/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-264/2020

10.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-264/2020 10.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), x1 və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, ev 35-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3. və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 may 2019-cu il tarixdə, saat 09 radələrində Sabunçu rayon, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, 35 nömrəli fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə evin səliqəsiz olmasına görə aralarında yaranmış mübahisə zamanı ümumi təhlükəli üsulla, yəni qəsdən üzərinə benzin yanacağını töküb özündə olan alışqanla zərərçəkmişi az yaşlı uşaqlarının gözü qarşısında ağrılar, əzab verməklə xüsusi amansızlıqla yandıraraq ona sağlamlığa az ağır zərər vuran sol qulaq seyvanı,sol yanaq,boyun və sol çiyin qurşağı nahiyyələrini əhatə edən,sol bazu və sol said nahiyyələrinin, ümumilikdə bədən səthinin 14 faizini təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları ilə müşaiyət olunan bədən xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs üzün sol yarısında və sol qulaq seyvanında deformasiya, asimmetriya əmələ gətirən, mimikanı pozan sifətində kobud çapıqlarla müşaiyət olunan və sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 may 2019-cu il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs işə getmiş və saat 05 radələrinədək evdə televirzora baxıb yatmışdır. Həmin günü saat 09 radələrində yuxudan oyanıb evi səliqəsizz olduğunu görmüş və Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. O, oğlu Murad Xudaxışova 5 manat pul vermişdir ki, benzin alsın və Raziyə ilə qızı Zümrüdü evdən çıxarmış, həmçinin evi yandıracağını demişdir. Raziyə və Zümrüd həyətdəki quşlara yem verməyə başlamışlar və Murad ona plasmas qabda 1 litr benzin vermişdir. O, benzini evin otaqlarına səpməyə başlamış, bu zaman Raziyə evə girib ona mane olmaq istəmiş və o, plasmas qabı onun üstüeə atmış, bundan sonra Raziyə elektirik peçinə dəyərək yanmağa başlamışdır. O, evdən odeyal götürüb Raziyəni söndürməyə başlamış və anası Zümrüdə xəbər göndərmişdir. Həmçinin o özü təcili tibbbi yardım stansiyasına zəng edib kömək istəmişdir. Bir neçə dəqiqə sonra təcili yardım gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar.Onun məqsədi Raziyəni səliqəsiz olduğu yüçün qorxutmaq olmuş, ona xəsarət yetirmək olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 may 2019-cu il tarixdə, axşam saat 22 radələrində evdən çıxaraq sexə işə getmiş, həmin günü evdə həyat yoldaşı Ceyhun və övladları olmuşdur. Ceyhun içkili və hallı vəziyyətdə olmuşdur. Həmin axşam yağış yağdığı üçün yuyulmuş paltarları ipdən götürüb evə yataq otağına qoymuş və həmin zaman işə gecikdiydi üçün paltarları ütüləməmişdir. Səhəri gün, yəni 05.05.2019-cu il tarixdə, səhər saat 07 radələrində işdən evə gəlmiş, həmin zaman qızı Zümrüd onu qarşılamış, o isə yorğun olduğu üçün Zümrüdə bir neçə dəqiqə yatacağını bildirmiş və atası Ceyhun oyanan zaman onu da durğuzmağını xahiş etmişdir. Lakin Zümrüd özü də yatıb qaldığından, Ceyhun oyanan zaman onu oyatmamışdır. Bir qədər keçmiş, təxminən saat 08 radələrində Ceyhunun mətbəx otağında qışqırdığını görüb tez yuxudan oyanmış və yanına getmişdir. Ceyhun onun saçından tutub qabyuyana tərəf sürütləmiş və hansı səbəbə görə qabların çirkli olduğunu soruşmuşdur. O, ondan xahiş etmişdir ki, hələlik çay içib, səhər yeməyini yesin, o vaxta qədər hamısını yuyub qurtaracaqdır. Lakin Ceyhun evin səliqə səhmansız olduğunu deyib onun saçlarından tutaraq evin içində sürüyüb təpiklə bədəninin müxtəlif hissələrinə vurmuşdur. Qonaq otağındaki stolun üstündən 10 manatlıq gündəlik maaşından 5 manatını götürüb oğlu Murada həmin pulu verərək qonşuluqdan benzin almağını tapşırmışdır. Oğlu Murad yoldaşı Ceyhundan qorxduğu üçün həmin pulu götürüb evdən çıxmış, o isə Ceyhunun əlindən qaçıb evin həyətində gözləmişdir ki, o sakitləşsin. O, dayandığı yerdən evin giriş qapısını görmək mümkün olmadığı üçün oğlunun nə zaman qayıtdığını bilməmişdir. Təxminən 5 dəqiqə keçmiş qızı Zümrüd evdən qışqıraraq Ceyhunun evə benzin tökdüyünü və onları yandırmaq istədiyini bildirmiş və o da tez evə qaçmışdır. İçəri daxil olan kimi Ceyhun evin giriş qapısını açarla bağlamış və əlində olan 1litrlik plasmas qabdakı benzini evdə olan əşyaların, döşəmənin üstünə səpmiş, qabda qalan benzinin qalan hissəsini onun üzərinə tökmüşdür. O, Ceyhundan evi və onları yandırmamasını və onlardan əl çəkməyini xahiş etmişdir. Ceyhun isə onun bu yalvarışlarına baxmayaraq cibində olan alışqanı çıxarıb yandırmış və onun əlinə doğru uzatmışdır. O, alışqanı ona uzadan kimi alov qalxmış və yanmağa başlamışdır. Həmin vaxtı o, ayaqüstə olmuş, evin içərisində o tərəf bu tərəfə qaçmış, kömək etmələrini xahiş etmiş və əsasən alov bədəninin sol tərəfinə yayılmışdır. Qızı Zümrüdün köməkliyi ilə alovu söndürməyə başlamışdır. Bundan sonra Zümrüdlə Ceyhun birlikdə alovu söndürmüşlər. Bundan sonra Ceyhun qızından qaçıb nənəsi Zümrüddən yağ almağını və qonşuya gedib təcili yardıma zəng vurmasını tələb etmişdir. Bir neçə dəqiqə sonra təcili tibbi yardım maşını gələrək onu 5 saylı ŞKX-na aparmışdır. Ceyhunun dediklərini yalan, özünü müdafiə xarakteri daşıdığını bildirmiş, evində olan elektirik peçi mətbəx otağında yerləşmiş, hadisə isə qonaq otağında baş vermişdir. Evdə olan qaz peçi xarab olduğu üçün ümumiyyətlə işləməmişdir. Hadisə baş verən zaman evdə olan xalça və oğlu Muradın çarpayısının üstündə olan adyal yanmışdır. Ceyhun onu həmin adyal ilə söndürmüşdür. Alovu vaxtında qızı Zümrüdlə üçün ev və evdə olan başqa əşyalara maddi ziyan dəyməmiş, yanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. Ailələri valideynləri və 5 yaşlı qardaşı Muraddan ibarətdir. Ailələrində işləyən və onları dolandıran anası Raziyədir, atası Ceyhun heç bir yerdə işləmir, demək olar ki, hər gün dostlarını evə gətirib anasının pulu ilə əldə etdiyi ərzaq və arağı masaya ona düzdürüb yeyib içirdilər. Anası xəstə olduğu və gecə növbəsində işlədiyi üçün ev işlərini çatdıra bilmirdi, o isə məktəbli olduğu üçün bacardığı qədər anasına kömək edir, lakin o da çatdıra bilmirdi. Ataları evin səliqəsiz olmasını bəhanə edərək onu və anasını tez-tez döyürdü. 04 may 2019-cu il tarixdə anası Zümrüd axşam saatlarında işə getmiş, atası Ceyhun isə həmin zaman evdə olmuş və səhərə qədər evdə içki içib sərxoş olmuşdur. Səhər-səhər anası Zümrüd gəlmiş, ona yorğun olduğunu və bir az dincəlib atası yuxudan oyananda isə oyatmasını xahiş etmişdir. Atası Ceyhun mətbəxdəki qabları sındırmış və onun səsinə oyanmışdır. Yuxudan oyandıqdan sonra mətbəxə qaçmış, atasının anasını döyməsinin şahidi olmuşdur. Atası onu yumruqla, sillə ilə vurmuş, nə üçün qabları yumadığını soruşmuşdur. Bundan sonra qardaşı Murada yuxudan oyanmış və atası Muradı yanına çağıraraq stolun üstündəki 10 manat puldan 5 manatı verərək çöldən benzin almağını tapşırmışdır. Murad döyüləcəyindən qorxduğu üçün gedib benzin alıb gətirmiş, lakin bezin dalınca göndərən zaman benzini hansı səbəb görə aldırdığını deməmişdir. Atasını sakitləşdirmək üçün anası çölə çıxaraq quşlara yem verməyə başlamışdır. Təxminən 3-5 dəqiqədən sonra qardaşı Murad əlində bir litrlik plastmas qab ilə evə qayıtmış və qabı atasına verəndən sonra atası plastmas butulkadaki benzini evin otaqlarına səpələməyə başlamışdır. O, atasının nəsə edəcəyindən qorxduğu üçün həyətə baxan pəncərəni açaraq anasını səsləmişdir. Anası evə daxil olduqdan sonra atası evin giriş qapısını kilitləyərək anasının üstünə benzini tökmüşdür. Ardınca “indi bax evi və səni necə yandıracam” sözlərini deyərək cibindəki alışqanı çıxarıb anası Raziyənin əlinə doğru uzadaraq yandırmışdır. Qardaşı Murad qorxduğu üçün otaq qapısının arxasında gizlənmiş, o isə masanın üzərindən içərisində su olan qrafinkanı götürərək anasının üstünə boşaltmış, atası Ceyhun isə evdəki adyalı götürüb anasını söndürməyə başlamışdır. Onlar alovu söndürəndən sonra anasına əynindəki köynəyi çıxartmağa kömək etmişdir. Sonra atası ona qaçıb nənəsindən yağ almasını, anasının bədənindəki yanğının üstünə tökməsini tapşırmışdır. O qonşuluqda yaşayan Təranə xalanın yanına qaçaraq ondan təcili tibbi yardımı çağırmasını xahiş etmiş, qonşuluqda yaşayan nənəsi Zümrüdü köməyə çağırmışdır. Zümrüd nənəsi gələrək anasının qazandığı puldan ona 5 manat verərək mağazaya bitki yağı almağa göndərmiş, sonra isə həmin yağı anasının üzərinə tökmüşdür. Lakin anasının vəziyyyəti pisləşdiyi üçün çağırışa gələn təcili tibbi yardım anasını xəstəxanaya aparmışdır. O hadisədən sonra keçirdiyi qorxudan onun sağ əlinin barmaqları iflic olmuşdur. Bununla bağlı anası onu müalicəyə aparır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. 05 may 2019-cu il tarixdə səhər tezdən atası onu yanına çağıraraq stolun üstündəki 10 manat puldan 5 manatı verərək məhəllələrindəki yanacaq doldurma məntəqəsindən benzin almağını tapşırmışdır. Döyüləcəyindən qorxduğu üçün gedib benzin alıb gətirmiş,lakin benzin dalınca göndərən zaman atası benzini hansı səbəbə görə aldırdığını deməmişdir. Bir litrlik plastmas qabda olan benzini alıb evə qayıtmış və qabı atasına verəndən sonra atası plastmas butulkadaki benzini evin otaqlarına səpələməyə başlamışdır. Bacısı Zümrüd atasının evi yandıracağından qorxduğu üçün həyətə çıxan anasını səsləmişdir. Anası evə daxil olduqdan sonra atası evin giriş qapısını kilitləyərək anasının da üstünə benzini tökmüşdür. Sonra cibindəki alışqanı çıxarıb anası Raziyənin əlinə doğru uzadaraq yandırmış, anası alovlanaraq qışqırıb kömək istəmişdir. O qorxduğu üçün otaq qapısının arxasında gizlənmiş, bacısı isə isə atasına anasını yandırmamağı yalvarmış, sonra qonaq otağındakı su ilə dolu qrafinkanı anasının üstünə boşaltmış, atası Ceyhun isə evdəki adyalı götürüb anasını söndürməyə başlamışdır. Bundan sonra təcili yardım maşını gəlib anasını xəstəxanaya aparmışdır. Əlavə etmək istəyir ki, atası tez-tez sərxoş halda olur, anasını, bacısı və onun özünü də dəfələrlə döymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, daha bir oğlu bibisi oğlunu öldürdüyünə görə türmədə cəza çəkir, Raziyə Ceyhunun arvadıdır, onların iki övladları var. Raziyə əxlaqlı qadındır, lakin evi səliqəsiz saxladığı üçün ailələrində söz-söhbət olmuşdur. 05 may 2019-cu il tarixdə evin həyətində olan zaman nəvəsi Zümrüd gələrək anası Raziyənin yandığını bildirmiş, həmçinin oğlu Ceyhunda onun yaşadığı evə gəlib sulu yağ götürüb aparmışdır. Onun səhhətində problemləri olduğu üçün yavaşyavaş qonşuluqda yaşayan oğlu Ceyhunun yaşadığı evə getmiş və orada artıq təcili yardım avtomobilinin gəldiyini görmüşdür. Sonradan Zərərçəkmiş şəxs eşitmişdir ki, ev səliqəsiz olduğuna görə Ceyhun onun üzərinə benzin tökərək alışqanla yandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sadiqova Təranə Böyükağa qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, Zərərçəkmiş şəxs isə Ceyhunun arvadıdır. Ceyhun yaxşı qonşu olmuşdur. Lakin ailələrində baş vermiş hadisələrdən məlumatı olmamışdır. 05 may 2019-cu il tarixdə, səhər saatlarında Ceyhunun qızı Zümrüd onun evinin qapısını döymış və onu köməyə çağırmışdır. O, nə baş verdiyini soruşduqda Zümrüd ona Ceyhun evin içində anası Raziyyəni benzinlə yandırdığını demiş, həmçinin təcili yardım çağırmasını xahiş etmişdir. O, təcili yardıma zəng edib çağırmış və işə getmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş «şifahi məlumatın qəbul edilməsi haqqında» 05.05.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, 05 may 2019-cu il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən 05.05.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, 35 nömrəli fərdi yaşayış evində Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən üzərinə yanacaq tökərək, özündə olan alışqanla yandırılması nəticəsində Zərərçəkmiş şəxs yanıq xəsarətləri ilə 5 saylı ŞKX-nın yanıq şöbəsinə daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxışın keçirilməsi barədə” 06.05.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayon, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, 35 nömrəli fərdi yaşayış evidir. Hadisə nəticəsində evə maddi zərər vurulmamış, otaqların pəncərələri və qapılar açıq olduğundan cuzi şəkildə yanacaq iyi hiss olunmuş, otaqlarda gözlə görünən yanacaq materialların səpələnməsi müşahidə olunmamışdır. Baxış zamanı yanmış vəziyyətlə olan, qadın koftası və onun üzərində olan uşaq adyalı götürülmüş, Zərərçəkmiş şəxs məxsus koftanın üzərindən yanagaq materiala xas olan iyi hiss olunmuşdur. Məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin İS-nin müstəntiqinə ünvanladığı 20.09.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, 05 may 2019-cu il tarixdə yaşadığı evdə hiyat yoldaşı Təqsirləndirilən şəxs onun üzərinə benzin tökərək alışqanla qəsdən yandırmış, yanıq nəticəsində sifətinin sol tərəfi silinməz dərəcədə eybəcərləşməsinə səbəb olmuşdur. Məhkəmədə tədqiq edilmiş «şübhəli şəxsin tutulması haqqında» 06.05.2019-cu il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 08.05 2019-cu il tarixli, 4(008)-168/2019 saylı qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29.120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06.05.2019-cu il tarixdən hesablanmışdır. Məhkəmədə təqdiq edilmiş məhkəmə-tibbi ekspertizasının 24.07.2019-cu il tarixli, 928 saylı rəyindən müəyyən ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanı, sol yanaq, boyun və sol çiyin qurşağı nahiyələrini əhatə edən, sol bazu və sol said nahiyələrinin (ümumi bədən səthinin 14%- ni təşkin edən) İİ-İİİ dərəcəli termiki yanıq yaraları müəyyən edildi. Xəsarətlər yüksək hərarətin (alovun) yerli termiki təsirindən törənmişdir, müddəti qərarda göstərilən 05.05.2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs üzün sol yarısında və sol qulaq seyvanında deformasiya, asimmetriya əmələ gətirən, mimikanı pozan kobud çapıqlar sifətdə yerləşir və silinməz hesab olunur, belə ki qeyd olunan çapiqlarıqlaradan götürülməsi üçün cərrahi müdaxilə zəruridir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 07.08.2019-cu il tarixli, 370/2019 MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın belinin sol-yan nahiyəsində bir ədəd zədə məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, şalvarın müvafiq nahiyəsinin gərilib dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və adyal fraqmentinin üzərində termiki təsirə məruz qalmış zədələr aşkar olundu. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək fraqmentinin üzərində termiki təsirə məruz qalmış zədələr onun bədənində olan ll-lll dərəcəli termiki yanıq yaraları ilə üst-üstə düşürlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə kriminalistik ekspertizasının 27.06.2019-cu il tarixli, 14044 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş termiki təsirə məruz qalmamış göy rəngli cins şalvarının üzərində neft məhsullarına məxsus izlər yoxdur. Tədqiqata təqdim olunmuş yarıyanmış vəziyyətdə bir-birinə yapışmış ədyal və tünd rəngli koftanın üzərində tez alışan neft məhsullarına məxsusizlər vardır. Neft məhsulları yüksək tempuratura məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyi üçün təqdim olunmuş yarı yanmış vəziyyətdə bir-birinə yapışmış adyal və tünd rəngli koftanın üzərində olan tez alışan teft məhsullarına məxsus izlərin növünü müəyyən etmək mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 20.08.2019-cu il tarixli,1542 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun törətdiyi əməl dövründə hər hansı bir xroniki psixi xəstəliyin,psixi fəaliyyətinin müvəqqti pozulmasının,kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bunda görə də Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır, onun əməlində AR CM-nin 21, 22 və 23-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş Həkimləri Təkmilləşdirmə institutunun 05.05.2019-cu ilş tarixli, 165 saylı məktubundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs «Üzün sol yarısının, boyunun, sol yuxarı ətrafın İİ-İİİ dərəcəli termik yanığı. S-14 faiz» diaqnozu ilə daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhər Narkoloji Dispanserin 25.05.2019-cu il tarixli, 798 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs BŞND-də qeydiyyatda olmamışdır. Məhkəmədə tədqiq edilmiş 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 27.05.2019-cu il tarixli, 3809 saylı məktubundan müəyyən olunur ki, arxiv məlumatlarına əasən Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02.08.2019-cu il tarixli, Ç-220/2019 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 2018-ci il ərzində, cari ilin 02 avqust tarixinə kimi hər hansı mülki və ya cinayət xarakterli iş Bakı şəhəri Sabunçu rayon məhkəməsinin dəftərxanasına daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və x4 tərəfindən cavablandırılmış tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə baş verən zaman o, evin natəmiz olmasına görə benzinlə evi yandırmaq istəməsi, həmin vaxt arvadı Zərərçəkmiş şəxs ona mane olmaq istədiyi üçün onu itələməsi və Zərərçəkmiş şəxs bu səbəbdən yerdə olan elektirik peçinə dəyərək yandığı barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünümüdafiə xarakteri daşıyır və məhkəmədə araşdırılmış digər sübutlarla təkzib olunur. Belə ki, həmin xüsusatlarla əlaqədar məhkəmədə dindirilmiş zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid2, Şahid1 ifadələrində göstərmişlər ki, hadisə baş verən günü Təqsirləndirilən şəxs plasmas qabda olan benzini Zərərçəkmiş şəxs üzərinə tökmüş və özündə olan alışqanla onu qəsdən yandırmış, həmçinin evdə olan elektirik peçinin işləmədiyini və hadisənin may ayına təsadüf eitdiyi, yəni havaların isti olduğu üçün həmin vaxt evlərində peçdən istifadə etmədiklərini göstərmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun Zərərçəkmiş şəxs xüsusi amansızlıqla üzərinə benzin yanacağını töküb özündə olan alışqanla onu yandırması və Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmənin gəldiyi bu nəticə, Təqsirləndirilən şəxs qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, istintaq hərəkətləri protokolları, məhkəmə ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş işin digər sənədləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən CMnin 126.2.3 və 126.2.4-cü maddələri ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 06.05.2019-cu il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus üzərində tez alışan neft məhsullarına məxsus izlər olan tünd rəngli kofta və bir ədəd ədyal məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 may 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus üzərində tez alışan neft məhsullarına məxsus izlər olan tünd rəngli kofta və bir ədəd ədyal məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 150 AZN (yüz əlli manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar