Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-264/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X7 və Əsgərova Aynur Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı və digər zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi - Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta texniki təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 5 inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi ev 15 A, mənzil 46-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 310, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrinin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə digər şəxsi təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirtmək məqsədilə 2021- ci ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə tanış olduğu Zərərçəkmiş şəxs1 aralarında olan söhbət zamanı məhkəmə və prokurorluq orqanlarında çalışan yüksək vəzifəli şəxslərlə yaxın tanışlıq münasibətlərinin olduğunu, həmin vəzifəli şəxslərin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 hüquqlarını müdafiə etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 179.3.2, 29, 318.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şahid1 xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni zərərçəkmiş şəxslə barışmadan, dəymiş ziyanı ödəmədən, yaxud əməlin ictimai təhlükəli nəticələrini başqa cür aradan qaldırmadan qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda yuxarı instansiya məhkəmələrində səlahiyyətli məhkəmə və prokurorluq əməkdaşlarına birbaşa yolla özü vasitəsilə hissə-hissə Zərərçəkmiş şəxs1 tələb edəcəyi məbləğdə maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində Şahid1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan azad etdirəcəyini yalandan vəd verib aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edib Zərərçəkmiş şəxs1lə sövdələşməklə 28 iyul 2021-ci il tarixdə sonuncudan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “50 qəpik” kafesində 2.000 manat, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə 2021-ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanda yerləşən “Alman Apteki”-nin qarşısında 2.500 manat, 2021-ci ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Hüseyn Cavid” parkında 3.500 manat, 2021-ci ilin sentyabr ayının istintaqla müəyyən edilməyən günündə ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Məhkəməsinin inzibati binasının qarşısında 13500 manat məbləğində olmaqla Şahid1 qardaşı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus pulları sonuncudan əlbəəl alaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 8.500, Zərərçəkmiş şəxs2 13.000 manat məbləğində pulunu vahid niyyətlə, ümumilikdə isə xeyli miqdarda 21.500 manat məbləğində əmlaklarını dələduzluq yolu ilə ələ keçirmiş, daha sonra görəcəyi işdə qarşı tərəfdə inam və görüntü yaratmaq, eləcə də istifadə etmək məqsədilə 2021-ci ilin avqust ayının birinci yarısında istintaqa məlum olmayan ünvanda və üsulla Topçubaşov adına X11 adından məzmununa “№ 08/373. 10 avqust 2021-ci il. Bakı şəhəri 2 saylı Vəkillər Bürosunun vəkili Şahid2. xx.xx.2021-ci il tarixli № 851 saylı məktubunuza cavab olaraq bildirirəm ki, xəstə Şahid1 xx.xx.2014-cü il tarixində Topçubaşov adına X15 daxil olmuş və təlimata uyğun olaraq ona zəruri tibbi yardım göstərilmişdir. Müayinə zamanı xəstə Şahid1 ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarının kəskin transmural miokard infarktı, ürək çatışmamazlığının l-İl dərəcə diaqnozu qoyulmuşdur və nəticədə mərkəzin reanimasiya şöbəsində intensiv müalicə aparılmışdır. Xəstə Şahid1 səhhətində baş verən ciddi problemlər izah edilmiş, kardio əməliyyat aparılması zəruri olması bildirilmişdir və əməliyyat aparılmasa bu fəsadlar barəsində məlumat verilmişdir. Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı. Topçubaşov adına X11 Baş həkimi Yusif Əliyev. X20 Mərkəzi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Təbibli 4” məlumatlar daxil edərək və istintaqa məlum olmayan üsulla X11 Baş həkimi Yusif Əliyevin elektron imzasının kserosurətini köçürtməklə hüquq verən rəsmi sənədi saxtalaşdırmaqla qanunsuz hazırlamış, həmin əməlləri ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təhrik etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə, saat 13:22-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı kimi, 12 fevral 2022-ci il tarixdə saat 10:10 və 25 fevral 2022-ci il tarixdə saat 16:48-də Dövlət Vergi Xidmətinin rəisinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək vahid niyyətlə təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı - barəsində xidməti araşdırma aparılan Şahid5 xidməti fəaliyyəti ilə bağlı yol verdiyi nöqsanlara görə cəzalandırılmaması və vəzifədən azad edilməməsini tələb etməklə, həmin əməlləri ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə, saat 14:53-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Bakı Apellyasiya Məhkəməsinin hakimi X13 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı kimi təqdim edib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid8 məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul etməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə, saat 16:11-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X21 və X18 Birliyinin baş direktoru Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib həmin X6 idarəedilməsi şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyən Şahid9 əvvəlki vəzifəsinə, yəni böyük mütəxəssis vəzifəsinə qaytarılmasını tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə, saat 10:38-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Şahid11 barəsində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü Şahid11 möhlət verilməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 18:21-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Bakı Slavyan Universitetinin rektoru X9 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib həmin universitetin məktəbəqədər təhsil şöbəsinin İV kurs tələbəsi X4 müəllim kimi əlavə dərs saatının verilməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 10:52-də istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən "xxxx" ASC-nin sədr müavini X5 ***-***-**-** saylı xidməti telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib tanışı X14 "xxxx" ASC-də məsul vəzifəyə təyin edilməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 11:26-da istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək təkrar özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı kimi təqdim edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini tələb etməklə, həmin əməli ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş tanışı Şahid1 azadlığa çıxması ilə əlaqədar Şahid1 vəkili Zərərçəkmiş şəxs1 2021-ci il ərzində müxtəlif vaxtlarda və məbləğlərdə Bakı şəhəri, Füzuli küçəsində yerləşən “50 qəpik” çay evində 2.000 manat, Füzuli küçəsindəki “Alman apteki”nin qarşısında 2.500 manat, Hüseyn Cavid parkında 3.500 manat və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qarşısında 13.500 manat, ümumilikdə 21.500 manat məbləğində pul almışdır. Zərərçəkmiş şəxs1 13.500 manat məbləğində pulu alan zaman Şahid1 qardaşı Zərərçəkmiş şəxs2 də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qarşısında olmuşdur. Zərərçəkmiş şəxs1 aldığı 21.500 manat puldan 300 manat məbləğində olan hissəsini Şahid1 işləri ilə bağlı Bakı şəhəri 2 saylı Vəkil Bürosunda müqavilə haqqı olaraq ödəmiş, 2.500 manat pulu Şahid1 sağlamlıq durumu ilə bağlı tibbi arayışın alınmasından ötrü tanışı Fəridə vermişdir. Fəridi Şahid1 vəkili Zərərçəkmiş şəxs1 də yanında görmüşdür. Geri qalan 18.700 manat məbləğində pulu isə öz şəxsi ehtiyaclarına xərcləmiş, başqa kiməsə hər hansı məbləğdə pul verməmişdir. Şahid1 azadlığa buraxılması ilə əlaqədar almış olduğu 21.500 manat məbləğində pulun hər hansı bir başqa şəxsə veriləcəyinə dair Zərərçəkmiş şəxs1 heç nə deməmişdir. Fərid adlı tanışına 2.500 manat məbləğində pulu verdikdən bir neçə gün sonra Fərid Şahid1 barəsində olan tibbi arayışı ona təqdim etmişdir. O, öz mobil telefonu ilə həmin arayışın fotoşəkilini çəkib “Whatsapp” əlaqə vasitəsilə Zərərçəkmiş şəxs1 mobil telefonuna göndərmişdir. Bunu etməkdə məqsədi Şahid1 azadlığa buraxılması ilə bağlı səy göstərmək olmuşdur. O, tibbi arayışın fotoşəklini çəkdikdən sonra Fərid həmin arayışı götürərək özündə saxlamışdır. O, tibbi arayışın saxta olmasını, Topçubaşov adına X12 qeydiyyatdan keçmədiyini Zərərçəkmiş şəxs1 ona məlumat verməsindən sonra bilmişdir. Həmin arayışın nə zaman, harada və kimin tərəfindən hazırlanmasını, arayışın əslinin hazırda harada və ya kimdə olmasını bilmir. Arayışı ona Fərid təqdim etmiş, o da həmin arayışı heç kimə verməmiş, heç bir orqana təqdim etməmişdir. Hətta Zərərçəkmiş şəxs1 özünə də verməmiş, Zərərçəkmiş şəxs1 arayışın sadəcə şəklini görmüşdür. Bir müddət sonra Zərərçəkmiş şəxs1 durmadan ona 21.500 manat məbləğində pulu geri qaytarmağı tələb edərək barəsində hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 aldığı 21.500 manatdan 7.500 manat məbləğində olan hissəsini “Milliön” ödəmə terminalları vasitəsilə Zərərçəkmiş şəxs1 “debet” kartına ödəmişdir. Həmin məbləği indi də geri qaytarmaq niyyətindədir, lakin həbsdə olduğu üçün, ailəsinin də belə imkanı olmadığı üçün aldığı məbləği geri qaytara bilmir. Ona verilmiş ittihamda qeyd olunan telefon zənglərini də o etmişdir. Belə ki, dostu Şahid4 xahişi ilə tanımadığı bəzi şəxsləri işə düzəltmək və ya vəzifədə irəli çəkməklə bağlı müxtəlif dövlət orqanlarından müəyyən xahişlər etmişdir. Lakin heç kimdən heç nə tələb etməmiş, sadəcə müəyyən xahişlər etmişdir. Hazırda xahiş etdiyi şəxslərin adını da, nömrələrini də xatırlamır. Barəsində xahişlər etdiyi şəxsləri də tanımır. Cinayət işinin materiallarından da görünür ki, xahişlərin də heç biri bir nəticə verməmiş, heç kimi işə düzəltməmiş, heç kimin işdə irəli çəkilməsinə nail olmamış, bunun üçün heç kimdən pul almamış, nə də heç kimə hər hansı məbləğdə pul verməmişdir. Çox kobud şəkildə telefon xuliqanlığı etmiş, etdiyi hərəkətin nə nəticə verəcəyini düşünməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri hazırda da təsdiq edir. O, aldatmaq məqsədi ilə heç kəsdən pul almamışdır. Onun özü 20 iyul 2022-ci il tarixdə tutulmuş, pulları isə 2021-ci ildə almışdır. İşini həll etmək üçün söz verdiyi şəxsin barəsində iş gedən dövrdə pulu geri qaytara bilməzdi, yalnız işin artıq alınmadığını gördükdə pulu geri qaytarmağa başlamışdır. O, Şahid1lə həbsdə olan dostu vasitəsilə əlaqə yaratmışdır. Bəzi şəxslərin problemli məsələlərini həll etmək üçün müəyyən vəzifəli şəxslərin adından müxtəlif səlahiyyətli şəxslərə zənglər edərək sonuncuların işlərini həll etmək istəmiş, lakin bunun müqabilində heç bir kəsdən pul almamışdır. Bir il müddətində ona verilən pullar müqabilində nə işlər görülüb hamısı göz önündədir, hansısa sənədin surətini çıxarıb təqdim etməmiş, o, “whatsapp” online əlaqə vasitəsi ilə arayışın fotoşəklini göndərmişdir. Zərərçəkmiş şəxslər Şahid1 və Təqsirləndirilən şəxs əlavə 2.000 manat pulu bu iş üzrə şahid qismində keçən İlyas Heydərov tərəfindən ödənilsə də, zərərçəkmiş tərəf həmin pulu nədənsə geri qaytarılmış məbləğ kimi hesaba almamışdır. Belə ki, İlyas Heydərov onun dostudur, ödəniş qəbzləri də İ.Heydərovun özündədir. Telefon vasitəsilə zəng edib işlərinə görə xahişlər etdiyi adamların heç birini tanımır. Dostu həmin şəxslərin xahişlərini ona bildirmiş, o da zəng edib səlahiyyətli şəxslərdən onların işlərinin düzəlməsi üçün xahişlər etmişdir, lakin bu işlə əlaqədar heç kəsdən pul almamışdır. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq Şahid15 "xxxx" ASC-də işə düzəlməsi ilə bağlı bildirmişdir ki, o, "xxxx" ASC-nin sədr müavini Köçərli Həsənova həqiqətən də qeyd edilən məsələ ilə bağlı zəng vurmuş, sonuncunun nömrəsini də internetdən əldə etmişdir. Şahid15 ifadəsində qeyd etdiyi Elçin adlı şəxsi tanımamış, Şahid15 işi barədə ondan dostu Şahid4 xahiş etmişdir. Təqsirləndirilən şəxs həmçinin ona verilən suallara cavab olaraq Şahid9 iş yerində aşağı vəzifəyə keçirilməsi ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikasının Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinin X21 və X18 Birliyinin baş direktoru Şahid10 həqiqətən də o zəng vurmuş, sonuncunun nömrəsini ona Şahid4 vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq tam obyektiv aparılmış, işin bütün halları hər tərəfli tam obyektiv araşdırılmışdır. Heç bir proses iştirakçısının hüquq və vəzifələri pozulmamışdır. İttiham aktından da görünür ki, işin materialları tam təsdiq olunmuş haldadır. İbtidai istintaq dövründə verdikləri ifadələrin hamısını tam şəkildə təsdiq edir, heç bir əlavə və dəyişiklikləri yoxdur. Təqsirləndirilən şəxs ümumilikdə 21.500 manat pul vermiş, demək olar ki, ümumilikdə verilən pul onun özünə məxsus olmuşdur. Hüquqlarını müdafiə etdiyi Şahid1 həbsdə olan zaman, sonuncuya tanımadığı şəxs tərəfindən əlaqə saxlaması üçün nömrə verilmiş, Rauf da həmin nömrəni ona verib əlaqə saxlayıb nömrə sahibi ilə görüşməsini xahiş etmişdir. Həmin görüşəcəyi şəxs Təqsirləndirilən şəxs olmuş, sonuncu ilə ilk görüşü zamanı gözü Samiri tutmamışdır. Bu barədə Şahid1 məlumat versə də, sonuncu təkidlə ona - “sən mənim vəkilimsən, get bu şəxslə görüş” deyə bildirmişdir. Məhz Şahid1 sözünə görə Təqsirləndirilən şəxslə görüşmüş, görüşləri zamanı Samir fərqlifərqli sözlər işlədərək, hər dəfəsində yaxşı olacağını, onun tanışları olduğunu, bu işi düzəldəcəyinə dair yalandan vədlər vermişdir. O, Təqsirləndirilən şəxs Şahid1 zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmədiyi halda ona kömək edə bilməyəcəklərini dedikdə isə, Təqsirləndirilən şəxs bəzi sənədlərin olduğunu, həmin sənədləri düzəltdikdən sonra Şahid1 kömək etməyin mümkün olacağını bildirmişdir. Elə bu minvalla təxminən bir il müddətində yalan vədlər verərək onu və Şahid1 aldatmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs görüşləri zamanı onu inandırmaq üçün geniş əlaqələrinin, banklarda, prokurorluq orqanlarında və hakimlər arasında tanışları olduğunu və onların əli ilə bu işi həll edəcəyini demişdir. Belə hesab edir ki, göndərilən arayışlar sadəcə onların etibarını qazanmaq, habelə iş görüldüyü görüntüsü yaratmaqla, verilmiş pulları geri qaytarmamaq üçün atılmış addımlar olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan xəstəlik arayışının vasitəsi ilə Şahid1 həbsdən çıxaracağını ona bildirmişdir. Təqsirləndirilən şəxs işin həll edilməsi üçün ondan tez-tez pul istədikdə, o məcbur olub öz vəsaitindən də sonuncuya verməli olmuşdur. Belə ki, ümumi məbləğin 8.500 manatı onun öz vəsaiti olmuş, 13.000 manat isə Şahid1 məxsus olmuş, elə onun tərəfindən Təqsirləndirilən şəxs sonuncu dəfə həmin 13.500 manat verilmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs verdikləri 21.500 manatdan, hazırda cəmi 7.500 manat pul qaytarılmış, 14.000 manat pul isə hələ də qaytarılmamışdır. Təqsirləndirilən şəxs hər dəfəsində “bu gün- sabah” deyə-deyə onu aldadıb vaxt qazanmış, daha sonra isə “whatsapp” online əlaqə vasitəsilə ittihamda qeyd olunan sənədin fotoşəkilini göndərərək Şahid1 köməklik göstərilməsi üçün işlərin hal-hazırda da getdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir və pulunun qaytarmağını tələb edir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Zərərçəkmiş şəxs2 ifadələrindən görünür ki, Şahid1 onun böyük qardaşıdır. Rauf da onun kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Rauf 2017-ci ildə Rusiya Federasiyasından Azərbaycana qayıdarkən sənədlərində problem olduğuna görə Dövlət Sərhəd Xidmətinin Yalama sərhəd nəzarət buraxılış məntəqəsində sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra qardaşı Raufun barəsində toplanmış materiallar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq idarəsinə göndərilmiş, Raufun barəsində istintaq tamamlanaraq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmənin 15 aprel 2019-cu il tarixli hökmü ilə qardaşı Rauf 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin ərəfələrdə o, Bakı şəhərində olmuş və Raufun barəsində olan cinayət işinin istintaqı ilə yaxından maraqlanmış, hətta Raufun bəraət alması ilə bağlı hökmdən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. Bu proseslər təxminən 2020-ci ilin sonlarınadək davam etmişdir. 2020-ci ilin sonlarında o, qohumların məsləhəti ilə uzaq qohumu olan vəkil Zərərçəkmiş şəxs1lə görüşmüş və sonuncuya qardaşı Raufun 2017-ci ildə həbs edildiyini, barəsində cinayət işinin istintaqının tamamlandığını, məhkəmənin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, Raufun bəraət alması ilə bağlı hökmdən verilmiş apellyasiya və kassasiya şikayətlərinin təmin edilmədiyini bildirib qardaşının çəkilməmiş cəzasının azaldılmasına köməklik etməsini xahiş etmişdir. Sabir isə bir qohum kimi ona öz iradını bildirib hansı səbəblərə görə bu barədə əvvəlcədən, yəni hələ Şahid1 barəsində cinayət işinin ibtidai istintaqı aparılan zaman məlumat verməməsinin səbəblərini soruşmuşdur. Daha sonra o, Sabirin tapşırığına əsasən Raufun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı olan materialları Sabirə təqdim etmiş və Sabir əlindən gələn köməkliyi edəcəyinə dair ona söz vermişdir. Bundan sonra Sabirlə arasında müqavilə bağlanmış, Sabir bir neçə dəfə cəzaçəkmə və müalicə müəssisələrində Raufla görüşüb işin halları ilə bağlı söhbətlər etmiş və materiallar toplamağa başlamışdır. Qardaşı Rauf Azərbaycan Beynəlxalq Bankı qarşısında olan kredit borcunu ödəmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. 2021-ci ilin yay aylarında qardaşı Rauf cəzaçəkmə müəssisəsindən ona zəng edərək ***-***-**-** saylı mobil telefon nömrəsini verərək, həmin nömrənin sahibinin adının Səlim olmasını, Səlimin əlinin hər yerə çatdığını, prokurorluq, məhkəmə, eləcə də “Beynəlxalq Bank”da yaxın dost-tanışlarının olmasını, Səlimin bankdan Raufla bağlı şikayət və tələblərinin olmamasına dair ərizə alacağını, yaxın müddətdə Səlimin əli ilə azadlığa buraxılacağım bildirib təcili azadlığa çıxması ilə bağlı həmin Səlim adlı şəxslə görüşməsini ondan tələb etmişdir. Sonradan ona Səlim adlı şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan başqa qardaşı Rauf eyni qaydada vəkili Zərərçəkmiş şəxs1 də zəng edib təcili olaraq Təqsirləndirilən şəxslə görüşüb azadlığa buraxılması məsələsinin həll edilməsini tapşırmışdır. Elə həmin ərəfələrdə, yəni 2021-ci ilin yay aylarında o, qardaşı Raufun verdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edib Təqsirləndirilən şəxslə sonuncunun dəvəti ilə “Qış Parkı”nın yaxınlığında küçədə görüşmüş və təxminən 2-3 dəqiqə Samirlə söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona bankda işlədiyini, əlinin uzun olduğunu, bankın Raufa dair şikayət və tələbinin olmaması ilə bağlı arayış alacağını və yaxın müddət ərzində qardaşının azadlığa buraxılmasına nail olacağını demişdir. Həmin vaxt Samir ondan hər hansı bir məbləğdə pul tələb etməmiş, o, Samirə qardaşı Raufla danışacağını, daha sonra isə yenidən Samirlə görüşəcəyini demişdir. Növbəti görüşlərin birində o, Raufa Təqsirləndirilən şəxslə görüşdüyünü, lakin Samirin düz adama oxşamadığını, sanki onu aldatdığını deyib, bir daha Samirlə görüşməyəcəyini və danışmayacağını bildirmişdir. Həmin ərəfələrdə o, öz şəxsi işləri ilə bağlı Moskva şəhərinə gedib-gəldiyindən Raufun məsələsini də maraqlana bilməmişdir. 2021-ci ilin avqust ayının sonlarında, sentyabr ayının əvvəllərində qardaşı Rauf cəzaçəkmə müəssisəsindən ona zəng edərək azadlığa buraxılması də bağlı Təqsirləndirilən şəxs 10.000 ABŞ dolları məbləğində pul verilməli olduğunu demişdir. O, yenə də Raufa Samirin dələduz olduğunu, sonuncuya inanmamasını desə də Rauf onu dinləməyib Samirə çatdırılması üçün vəkili Sabirə pul verməsini tapşırmışdır. O, Raufun təkid etdiyini görüb razılaşmış, Raufun ona dediyi 17.000 manat məbləğində pulun bir hissəsini, yəni 3.500 manat məbləğində olan hissəsini Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən Sabirin ofisində sonuncuya vermişdir. Həmin günün ertəsi Zərərçəkmiş şəxs1 deməsindən ona məlum olmuşdur ki, sonuncu artıq həmin 3.500 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş və Samir qalan 13.500 manat məbləğində pulun da tez bir zamanda verilməli olduğunu demişdir. Odur ki, 2021-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəllərində, saat təxminən 10-11 radələrində o, vəkil Sabirlə birlikdə Samirin dəvəti ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs vəkil Zərərçəkmiş şəxs1 Raufun işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılacağını demişdir. Həmin vaxt o, özü ilə 10.000 manat məbləğində pul gətirmiş, qalan 3.500 manat pulu düzəldə bilmədiyindən həmin məbləği vəkil Zərərçəkmiş şəxs1 gətirmişdir. O, 10.000 manat məbləğində pulu vəkil Zərərçəkmiş şəxs1 təqdim etmiş, sonuncu özü ilə gətirdiyi pulu onun verdiyi pulun üzərinə qoyaraq, cəmi 13.500 manat pulu Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt yenə də işlərin qaydasında olduğunu, artıq lazımi sənədlərin bank və "xxxx" QSC-dən gətiriləcəyini bildirmiş və onlardan ayrılaraq məhkəməyə daxil olmuşdur. Bundan sonra o, öz işləri ilə bağlı oradan uzaqlaşmış, lakin vəkil Zərərçəkmiş şəxs1 məhkəmənin qarşısında qalmışdır. Həmçinin vəkil Zərərçəkmiş şəxs1 ona deməsindən bilmişdir ki, o, Rusiya Federasiyasında olduğu müddətlərdə də Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına müxtəlif vaxtlarda olmaqla ümumilikdə 4.500 manat məbləğində pulu da Raufun işi ilə bağlı Təqsirləndirilən şəxs vermişdir. Həmçinin Zərərçəkmiş şəxs1 deməsindən ona məlum olmuşdur ki, Samir aldığı pulların bir qismini vəkil Sabirə geri qaytarmışdır. O, ifadəsində özünə məxsus 13.500 manat, vəkil Zərərçəkmiş şəxs1 məxsus 8.000 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. (cild İİ, i/v 7-10, 96-99) Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, 06 dekabr 2017-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İlk olaraq cəzasını Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində çəkmiş, 2021-ci ilin mart ayında səhhətində yaranmış problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdür. Təqsirləndirilən şəxs Müalicə Müəssisəsinə gəldikdən sonra məhkum yoldaşı Şahid8 görə tanımışdır. Bir müddət sonra Heydərin cəzasının çəkilməmiş hissəsi 3 il 9 ay azaldılmışdır. Söhbət zamanı Heydər cəzasının azaldılması ilə bağlı tanınmış vəkil Şahid2 tərəfindən hüquqlarının müdafiə olunduğunu, lazımi materialların toplandığını, Samir və Fərid adlı tanışlarının da vəkillə birlikdə hərəkət etdiklərini deyərək, onu onlarla tanış edə biləcəyini bildirmişdir. Hətta bir müddət sonra Heydər Samirin ***-***- **-** saylı mobil telefon nömrəsini də ona vermişdir. Məhkum yoldaşı Şahid8 cəzasının azaldılması ilə bağlı məhkəməyə təqdim ediləcək materialların vəkil Şahid2 tərəfindən toplanması, eləcə də Heydərlə arasında olan söhbətləri vəkili Zərərçəkmiş şəxs1, eləcə də qardaşı Zərərçəkmiş şəxs2 demişdir. X2 apardığı telefon danışıqları zamanı ona tez bir zamanda azadlığa buraxılmağı müqabilində təxminən 50.000 manat məbləğində xərcinin çıxacağını demişdir. Pulu isə birdəfəlik deyil, hissə-hissə, lazım olduqca götürəcəyini bildirmişdir. Samir onun üçün “Beynəlxalq Bank”a borcunun olmamasına dair arayış almalı idi. O, tez bir zamanda azadlığa buraxılmağı məqsədilə vəkili Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2lə telefonla danışıb Samirin tələb etdiyi məbləğdə pulu vermələrini xahiş etmişdir. Daha sonra 2 saylı Vəkil Bürosunun vəkili Şahid2 ilə müqavilə bağlamışdır. 2021-ci il ərzində müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Təqsirləndirilən şəxs razılığına əsasən vəkili Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 ümumilikdə 21.500 manat məbləğində pul almışdır. Həmin ərəfələrdə artıq onlayn qaydada məhkəmə prosesləri təyin edilmiş, lakin demək olar ki, hər dəfə proseslər təxirə salınmışdır. Buna səbəb isə ya vəkilin prosesdə iştirak edə bilməməsi, ya da ki, Təqsirləndirilən şəxs söz verdiyi sənədləri məhkəməyə təqdim edə bilməməsi olmuşdur. Zaman keçdikcə məhkəmə proseslərində Təqsirləndirilən şəxs hakimə söz verdiyi sənədləri təqdim edə bilməməsini görmüş və şübhələnməyə başlamışdır. Vəkil Güldisarla telefonla danışan zaman ona Samirin təqdim etdiyi elektron imzalı arayışın saxta olduğunu, bu səbəbdən də həmin arayışı yenidən Samirə geri qaytardığını demişdir. O, vəkili Zərərçəkmiş şəxs1 məlumat verərək Təqsirləndirilən şəxs verdiyi 21.500 manat məbləğində pulu geri almasını tələb etmişdir. Hətta bununla bağlı özü də bir neçə dəfə Samirlə telefonla danışmış, vəkildən və qardaşından aldığı pulları geri qaytarmasını tələb etmişdir. Samir hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 cəmi 7.500 manat məbləğində pul qaytarmışdır. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, pulları qardaşı Zərərçəkmiş şəxs2 vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs vermişdir. Samirin dediyinə görə sonuncu onun “Beynəlxalq Bank”a borcunun olmamasına dair arayış alacaqmış, həmin arayışla da o, tez bir zamanda azadlığa buraxılacaqmış. O, girov qoyub bankdan kredit götürmüşdür. Samir özünü Maliyə Nazirliyinin işçisi kimi təqdim edib, banklarla aralarında barışıq yaratmalı, sonra isə məhkəməyə barışıq barədə sənədlər təqdim edərək onun azadlığa buraxılmasına nail olmalı olmuşdur. Təqsirləndirilən şəxs ümumilikdə qardaşı Faiqdən cəmi 21.500 manat pul almış, həmin məbləğdən cəmi 7.500 manat qaytarmışdır. Lakin o, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs yenidən 1500 manat da geri alıb. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəməyə xx.xx.2022-ci il tarixdə müvafiq ərizə ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid2 ifadəsindən görünür ki, o, 1996-cı ildən vəkillik fəaliyyəti ilə məşğuldur. O, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdiyi məhkum Şahid8 görə 2021-ci ilin təxminən yay aylarında tanımışdır. Belə ki, həmin vaxt Şahid8 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin məhkəmə istintaqı aparılmış, Təqsirləndirilən şəxs də Heydərin anası ilə birlikdə məhkəmə proseslərinə gəlmiş və Heydər Samiri ona xalası oğlu kimi təqdim etmişdir. 2021-ci ilin iyul ayının təxminən ortalarında Təqsirləndirilən şəxs Sabir adlı bir şəxslə ona müraciət edərək Zərərçəkmiş şəxs1 Şahid1 adlı məhkumun dayısı olduğunu bildirmiş, Şahid1 hüquqi yardım göstərilməsi ilə bağlı Raufun dayısının onunla müqavilə bağlamaq istədiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs ona Şahid1 də Şahid8la eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyini demişdir. O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkum Şahid8 cəzasının azaldılmasına köməklik etmiş və Samirin deməsindən belə başa düşmüşdür ki, Samir Raufun da hüquqlarının onun tərəfindən müdafiə olunmasını xahiş edir. O, Zərərçəkmiş şəxs1 Şahid1 barəsində olan cinayət işinin halları ilə maraqlanmış və məlum olmuşdur ki, Şahid1 "xxxx" Səhmdar Kredit Təşkilatına maddi ziyan vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs1 təqdim etdiyi Şahid1 barəsində olan hökmlə tanış olduqdan sonra kredit təşkilatına vurulmuş maddi ziyanın ödənilməyəcəyi təqdirdə hər hansı bir köməkliyin mümkün olmadığını bildirmişdir. Bu zaman Samir ona Şahid1 tərəfindən artıq ziyanın ödənildiyini bildirib, bununla bağlı bir vəkil kimi aidiyyəti maliyyə təşkilatlarına sorğu verməsini ondan xahiş etmişdir. Belə olan halda o, razılaşmış, onunla 28 iyul 2021-ci il tarixdə müqavilə bağlanmış və o, Raufun hüquqlarını müdafiə etməyə başlamışdır. Xidmət haqqı olaraq Vəkil Bürosuna ya 200, ya da 300 manat məbləğində rüsum ödənilmişdir. Daha sonra o, bir vəkil kimi Şahid1 tərəfindən ziyanın ödənilməsi ilə bağlı məlumat əldə etməsi üçün rəsmi qaydada 09 sentyabr 2021-ci il tarixdə "xxxx" Səhmdar Kredit Təşkilatına sorğu vermişdir. Bundan əlavə o, Şahid1 cəza çəkdiyi müddət ərzində hər hansı bir xəstəlikdən əziyyət çəkib-çəkməməsi, eləcə də müalicə olunub-olunmaması ilə bağlı Penitensiar Xidmətə də rəsmi sorğu vermişdir. Penitensiar Xidmətdən sorğusuna cavab verilsə də, "xxxx" təşkilatı sorğuya cavab yazaraq orderin surətini ondan tələb etmişdir. Bundan sonra o, təkrarən orderin surətini sorğuya əlavə edib "xxxx" Səhmdar Kredit Təşkilatına göndərmişdir. Şahid1 çəkilməmiş cəzasının azaldılması ilə bağlı təxminən 12-13 məhkəmə prosesi keçirilmiş, lakin "xxxx" Səhmdar Kredit Təşkilatı tərəfindən onun sorğusu cavablandırılmadığından hər dəfə məhkəmə prosesi təxirə salınmışdır. Təqsirləndirilən şəxs qeyd edilən sorğunu kredit təşkilatına özü apardığından hər məhkəmə prosesində hakimə narahat olmamağı, növbəti prosesdə kredit təşkilatından sorğuya cavabı alıb çatdıracağını demişdir. O, bu proseslərin uzandığını görüb Zərərçəkmiş şəxs1lə məsləhətləşərək Şahid1 cəzasının azaldılması ilə bağlı məhkəməyə vermiş olduğu ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin məhkəmə proseslərinin birində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Raufun dayısı Zərərçəkmiş şəxs1 guya ona çatdırılması adı ilə 2.500 manat məbləğində pul almışdır. O, Zərərçəkmiş şəxs1 bunun yalan olduğunu, Təqsirləndirilən şəxs ümumiyyətlə hər hansı bir məbləğdə pul almadığını demişdir. O, ifadəsində Şahid1 hüquqlarının müdafiəsi ilə bağlı material toplamaqdan ötrü Penitensiar Xidmət və kredit təşkilatından başqa hər hansı bir təşkilata, müəssisəyə, o cümlədən akademik A.M.Topçubaşov adına X15 sorğu vermədiyini bildirmişdir. (cild İİ, i/v 74-76) Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır. Samirlə normal, səmimi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs Heydər adlı dostu olmuş, o, X31 adlı şəxsdən müəyyən məbləğdə pulu götürüb başqa bir şəxsə verdiyini deməsini, Samirin də pulu aparıb verməsini bilmişdir. Lakin pulun hansı məbləğdə olmasını bilməmişdir. Şahid3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, Rauf adlı şəxsi tanıyır, nə işlə məşğul olduğunu bilmir. Raufu Samirin vasitəsilə tanımışdır. Rauf Samir onun işini görmədiyini demişdir. X32 evindən pul götürməsini demişdir. Heydərin hal-hazırda harada olduğunu bilmir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanımış, Samirlə normal, səmimi münasibətləri olmuşdur. Şahid1 ilə o, 2005-ci ildə Moskva şəhərində olarkən tanış olmuş və münasibətləri yaranmışdır. Rauf həmin vaxt Moskva şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin xatırlamadığı ayında və günündə o, tanışı Təqsirləndirilən şəxslə Füzuli meydanında görüşüb çay içərkən çayxanaya orta yaşlı bir kişi daxil olub Samirlə və onunla görüşmüşdür. Samir həmin şəxsi ona Sabir kimi təqdim edib Şahid1 dayısı olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1lə Samir söhbətə başlamış və söhbət əsnasında ona Şahid1 həbsdə olması məlum olmuşdur. Samirlə Sabirin söhbətlərindən həmçinin ona məlum olmuşdur ki, Rauf Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 07 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş və X33 azadlığa buraxılmasına çalışırlar. Hətta söhbət əsnasında Samir Zərərçəkmiş şəxs1 Raufun azadlığa buraxılması ilə bağlı tibbi arayışın da əldə olunub məhkəməyə təqdim olunacağını demişdir. Sabir isə Samirə Raufun azadlığa buraxılmasının ağılabatan olmadığını demişdir. Söhbət zamanı Samir Sabirə onun anasının həkim olduğunu bildirib Raufun barəsində tibbi arayışın onun tərəfindən əldə olunacağını demişdir. Bir qədər söhbət etdikdən soma o, şəxsi işləri ilə bağlı Samir və Sabirdən ayrılıb getmişdir. Bundan bir neçə gün sonra o, müalicə müəssisəsində Raufa baş çəkmişdir. Raufla söhbət zamanı sonuncu ona azadlığa buraxı İması ilə bağlı Samirin çalışdığım, bu məsələdə dayısı Sabirin də Samirə köməklik etdiyini demişdir. O, Raufa artıq dayısı ilə bir neçə gün öncə Samirə görə tanış olduğunu bildirmişdir. Bundan bir müddət sonra Samir ona barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət olunduğunu bildirib ondan şikayət edənin kim olmasını maraqlanmasını xahiş etmişdir. O, təsadüfən həmin gün cəzaçəkmə müəssisəsində olan Raufla telefonla danışan zaman Raufun deməsindən bilmişdir ki, sən demə Təqsirləndirilən şəxs Raufun azadlığa buraxılmasından ötrü sonuncunun dayısı Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla ümumilikdə 21.500 manat məbləğində pul almış və dayısı bununla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət etmişdir. Raufun deməsindən bilmişdir ki, Samirin barəsində şikayət edən şəxs Zərərçəkmiş şəxs1dir. O, bu barədə Təqsirləndirilən şəxs iradını bildirib hansı səbəblərə görə Zərərçəkmiş şəxs1 pul alıb Raufun işini həll etməməsini soruşduqda Samir şəxsi problemlərinin olduğunu deyərək aldığı pullan şəxsi ehtiyaclarına sərf etdiyini bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Sabirin ona deməsindən bilmişdir ki, Samir Sabirdən aldığı pulun 2.500 manat məbləğində olan hissəsini də güya onun üçün almışdır ki, o, Raufun xəstəliklərinin olması ilə bağlı tibbi arayış hazırlasın. Hətta Sabir guya onun ilk öncə Samirdən 3.000 manat tələb etdiyini, sonradan isə 2.500 manata razılaşdığını da Samirin dediyini bildirmişdir. Həmçinin Sabirin deməsindən ona məlum olmuşdur ki, Raufun adına A.M.Topçubaşov adına X22 tərəfindən verilmiş tibbi arayış da saxtadır. O, Zərərçəkmiş şəxs1 ümumiyyətlə həmin arayışdan məlumatsız olduğunu, bununla bağlı Samirdən hər hansı bir məbləğdə pul almadığını, bütün bunların yalan olduğunu demişdir. O, bununla bağlı Samirə iradını bildirdikdə Samir ona məcbur qaldığından həmin pulu guya ona verməsini Sabirə dediyini bildirmişdir. Sabir Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra durmadan Samirdən verdiyi pulları tələb etmişdir. Samir isə məcbur qalıb “Million” ödəmə terminalları vasitəsilə bir neçə dəfə Sabirə 500, 1.000 manat olmaqla pul göndərmişdir. O, ifadəsində A.M.Topçubaşov adına X22 tərəfindən 10 avqust 2021-ci il tarixdə verilmiş 08/373 saylı tibbi arayışın nə zaman, harada və kimin tərəfindən hazırlanmasını bilmədiyini, həmin arayışı Təqsirləndirilən şəxs vermədiyini, Zərərçəkmiş şəxs1lə çayxanada ilk dəfə görüşərkən Samirin məhz saxta arayışı hazırlayacağını planlaşdırdığına görə Zərərçəkmiş şəxs1 onun anasının həkim olduğunu məqsədli şəkildə dediyini sonradan anladığını, həmin vaxt Samirin Zərərçəkmiş şəxs1 bunu deməsinə əhəmiyyət vermədiyini bildirmişdir. (cild İİ, i/v 81-83) Şahid3 elan olunmuş, istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, məhbusluq həyatı yaşamış, həbsdən çıxdıqdan sonra da Samirlə görüşüb söhbət etmişdir. O, Samirin Nazim adında tanışı olduğunu, onun yaxşı dostlarının olduğunu bilmişdir. O, Samirdən 1-2 dəfə iş xahiş etmiş, Samir də Nazim adlı şəxsə həmin xahişləri çatdırmışdır. O, Samirdən öz işi üçün nələrsə xahiş etmişəm, bundan başqa onun heç bir marağı olmamışdır. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid5 onun yaxın dostu olmuş, Mircavad ondan müəyyən xahişlər etmiş, o da bu barədə Samirə demişdir. Samirin özünün deyil, Nazim adlı dostunun yaxşı əlaqələri olmuşdur. Mircavadın vergi idarəsi ilə bağlı problemi olmuş, o da Samirdən bununla bağlı nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Şahid11 da vergi ilə bağlı işi olmuş, onun oğlu bu barədə ondan xahiş etmişdir. Şahid15 yaxşı tanımasa da, həmin şəxs onun dostunun dostu olmuş və "xxxx" ASC-də işə düzəlmək istəmişdir. Günel Şadlinskayanı konkret heç yerə işə düzəltməmişdir. Həmin şəxsi işdən çıxarmışlar, o da yenidən işə düzəltməyə çalışmışdır. O, bu işlərlə bağlı Samirə müraciət etmiş, Samirin hansı tədbirləri gördüyünü bilmir. Onun yanında Samir kiməsə zəng etməmiş, bir dəfə Nazimə zəng etmişdir. O, Nazim adlı adamı tanımış, bildiyinə görə həmin şəxs iş adamıdır və işləri o həll etmişdir. Samir ona işləri Nazim vasitəsilə həll etdiyini demişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində bildirmişdir ki, o, 12 sentyabr 2012-ci ildə Yasamal RPİ-nin İŞ tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və barəsində aparılan cinayət işinin istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 2013-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Amnistiya qərarına əsasən 24 noyabr 2021-ci il tarixdə həbsdən azad edilmişdir. O, cəzaçəkmə müəssisəsində cəza çəkən zaman əvvəlcədən tanıdığı Şahid8 da həmin cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Heydər həmişə söhbətləri zamanı ona Təqsirləndirilən şəxs adını çəkərək sonuncu ilə yaxşı münasibətlərinin olduğunu Samirin bir dost kimi heç vaxt adamı tək qoymadığını, tez-tez gəlib Heydərə baş çəkdiyini, şəhər uşağı olduğunu bildirib, azadlığa çıxdıqdan sonra Samirlə görüşüb yaxşı insan kimi münasibət saxlaya biləcəyini demişdir. X28 Əliyevlə əlaqə saxlaya bilməsi üçün sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil elefon nömrəsini də ona vermişdir. O, azadlığa buraxıldıqdan soma yenə də əvvəllər olduğu kimi boş vaxtlarında yaşadığı evin yaxınlığındakı Hüseyn Cavid parkındakı çay evində tanışları və dostları ilə görüşüb ümumi söhbətlər etmişdir. 2021-ci ilin dekabr ayının sonlarında o, Hüseyn Cavid parkındakı çay evində bir neçə tanışı ilə oturub dustaqlıq həyatından söhbət edirkən yandakı masalardan birində oturan bir nəfər şəxs onun oturduğu masaya yaxınlaşaraq özünü Samir kimi təqdim etmiş və dostunun da 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini ona demişdir. O, dostunun kim olmasım Samirdən soruşduqda sonuncu həmin şəxsin Şahid8 olduğunu ona demişdir. O, Samirə Heydəri tanıdığını, Heydərlə münasibətinin olduğunu, Samirin barəsində Heydərin ona xoş sözlər dediyini, hətta Heydərin Samirin telefon nömrəsini də ona verdiyini demişdir. Bu minvalla onunla Samirin arasında tanışlıq münasibətləri yaranmışdır. Hətta həmin vaxt Samir əlavə olaraq istifadəsində olan ikinci nömrəsini, yəni ***-***-**-** nömrəsini də ona vermişdir. O, azadlığa çıxdıqdan sonra həmin çayxanaya gedib- gələrkən Samiri orada bir neçə dəfə görmüş, lakin Samirin konkret olaraq Şahid8 dostu Samir olmasını bilməmişdir. Bununla da Samirlə onun tanışlıq münasibətləri yaranmış, o, bir neçə dəfə Samirlə görüşüb ümumi söhbətlər etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində o, yenə də Samirlə zəngləşib Hüseyn Cavid parkındakı çayxanada görüşmüşdür. Ümumi söhbət əsnasında Samir ona əvvəllər “Rabitəbank”ın problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işlədiyini, bank rəhbərliyinin dəyişməsi ilə əlaqədar işdən çıxarıldığını, hazırda isə “Riyad” təhlükəsizlik xidmətində məsul vəzifəli şəxslərdən biri olduğunu, lakin işə getmədiyini, kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu demiş, konkret olaraq sahibkarlığın hansı növü ilə məşğul olmasını deməmişdir. Bundan əlavə həmin görüş zamanı Samir ona yüksək vəzifəli şəxslərlə münasibətinin olduğunu, lazım olan şəxsə sözünü deməyi bacardığını demişdir. Söhbət əsnasında o, Samirə işsiz olduğunu bildirib münasib bir iş tapmasını Samirdən xahiş etmişdir. Samir isə ona məhkumluq həyatı yaşadığından heç bir dövlət işinə qəbul edilə bilməyəcəyini demişdir. Hətta Samir özünün də məhkumluq həyatı yaşadığı üçün dövlət işinə düzələ bilmədiyini, buna görə də sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu demişdir. O, Samirdən hansı əməlinə görə məhkumluq həyatı yaşadığını soruşsa da Samir ona şərə düşdüyünü bildirib, dəqiq bir söz deməmişdir. O, Samirin vəzifədə olan dost tanışlarının olmasını deməsini nəzərə alaraq 2022-ci ilin yanvar ayının təxminən ortalarında Samirdən Vergi Xidmətində işləyən tanışı Şahid5 xahişini etmişdir. Belə ki, o, Mircavadın özünü, eləcə də əmisini tanımış, hələ həbs edilməmişdən öncə Mircavadın əmisinin sement alma məsələsinə köməklik etmişdir. O, 2022-ci ilin yanvar ayında təsadüfən Mircavadın əmisi Heydərlə Nərimanov metrostansiyasının yaxınlığında rastlaşıb ümumi söhbət edən zaman ona məlum olmuşdur ki, Mircavad pandemiya qaydalarını pozaraq hansısa toy ziyafətində iştirak etmiş və bununla bağlı barəsində xidməti yoxlama aparılır. Həmçinin Mircavadın əmisi Heydər Haşımovun danışıqlarından ona məlum olmuşdur ki, Mircavadın iş məsələsi ilə bağlı 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ziya adlı şəxslə danışılmalıdır. Odur ki, o, Samirdən Mircavadın iş məsələsinə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Bu zaman Samir ona maraqlanıb cavab verəcəyini demişdir. Sonradan Mircavadın əmisi Heydər Haşımovla görüşlərinin birində o, Heydərə Mircavadın iş məsələsini bir dostundan xahiş etdiyini və cavab gözlədiyini demişdir. O, bir dəfə də Mircavadın özü ilə bağlı görüşüb sonuncunun barəsində aparılan xidməti yoxlama ilə maraqlanmışdır. Bir neçə gün sonra Samir ona zəng edərək Mircavadın iş məsələsi ilə maraqlandığını və artıq gec olduğunu demişdir. Həmin vaxt o, Samirdən Mircavadın işi ilə bağlı konkret olaraq kiminlə danışmasını soruşmamış, Samir də bu barədə ona heç nə deməmişdir. Daha sonra o, Heydərə zəng edərək Mircavadın məsələsinin alınmadığını demişdir. Bundan bir neçə gün sonra o, arvadı Şahid9 da iş məsələsini Samirdən xahiş etmişdir ki, Samir Esmiranın əvvəlki vəzifəsinə qaytarılmasına köməklik etsin. Belə ki, arvadı Esmira əvvəllər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Teleradio İstehsalat Birliyinin kadrlar şöbəsində baş mütəxəssis vəzifəsində işləmiş, Birlikdə həyata keçirilən struktur dəyişikliyi ilə əlaqədar Esmira aşağı vəzifəyə keçirilmişdir. O, Samirdən şəxsi əlaqələri vasitəsilə arvadı Esmiranın əvvəlki vəzifəsinə qaytarılmasına köməklik göstərməsini xahiş etmişdir. Samir də ona maraqlanıb cavab verəcəyini bildirmişdir. Bundan bir gün sonra Samir ona zəng edərək Esmiranın rəisinin kim olmasını soruşmuş, o, həmin şəxsin Şahid10 olmasını bildirərək sonuncunun mobil telefon nömrəsini Samirə vermişdir. O, 2000-2004-cü illərdə X1 iqtisadçı vəzifəsində işləyərkən Şahid10 orada texniki direktor vəzifəsində çalışmış və həmin vaxtdan sonuncunun nömrəsi onda qalmışdır. Bundan bir neçə gün sonra arvadı Esmira işdən evə gəldikdən sonra Şahid10 xidməti telefonla zəng edərək hansı səbəblərə görə barəsində şikayət etməsini soruşduğunu, narahat olmamasını, hər şeyin düzələcəyini dediyini ona bildirmişdir. Həmçinin Şahid10 Esmiraya tapşırılması ilə bağlı Eldar müəllimin zəng etdiyini demişdir. O, Şahid10 Esmiraya zəng etməsindən başa düşmüşdür ki, Samir həqiqətən də arvadının iş məsələsi ilə bağlı kimlərəsə tapşırıq verdirmişdir. Lakin o, Samirin konkret olaraq kimə zəng etməsini və Eldar müəllimin kim olmasını bilməmişdir. O, Samirə zəng edərək Esmiranın işi ilə bağlı öz təşəkkürünü bildirmiş və axşam qonaqlıq verəcəyini demişdir. Telefon danışığı zamanı Samir ona heç nə deməmiş, lakin həmin günün axşamı o, Samirlə birlikdə yemək yeyərkən sonuncudan Esmiranı kimə xahiş etdirməsini, eləcə də Eldar müəllimin kim olmasını soruşmuşdur. Bu zaman Samir ona Eldar müəllimin yüksək vəzifədə çalışdığını bildirib “daydayımdır” deyə cavab vermişdir. Samir ona konkret olaraq Eldar müəllimin kim olmasını, hansı vəzifədə çalışmasını deməmişdir. O, hələ həbs edilməmişdən öncə, yəni 2010-2012-ci illərdə "xxxx" MMC-nin prezidenti vəzifəsində çalışmış, elə həmin dövrdə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş “Hafqa” ləqəbi ilə tanınan Şahid11, eləcə də sonuncunun oğlu Sənanı tanımışdır. Sonradan ona məlum olmuşdur ki, Şahid11 vergidən yayınması ilə bağlı barəsində cinayət işi başlanaraq həbs edilmişdir. Arvadı Esmiranın iş məsələsindən təxminən bir ay sonra o\, Şahid11 oğlu Sənanla elə-belə şəhərdə görüşüb ümumi söhbətlər edən zaman Sənan ona atası Hafizin yaranmış vergi borcunun bir hissəsini ödədiyini, buna görə azadlığa buraxıldığını, qalan borcun ödənilməsi ilə bağlı verilmiş vaxtın başa çatdığını bildirərək, atasına bir qədər vaxt verilməsi üçün Vergi Xidmətinin İstintaq idarəsində tanışının olubolmamasını ondan soruşmuşdur. Sənan atasının işlərinin qaydasına düşəcəyi halda, yəni bu məsələyə köməklik edəcəyi halda onun da atasına məxsus şirkətlərin birində məsul vəzifəyə təyin olunmasına köməklik edəcəyini ona demişdir. O, Şahid11 vergi borcunun həll olunması ilə bağlı yalnız Samirin köməklik edə biləcəyini düşünüb, maraqlanıb cavab verəcəyini Sənana demişdir. Lakin o, həmin vaxt Sənana atasının iş məsələsini Samir adlı tanışına deyəcəyini bildirməmişdir. Sənanla görüşdüyü günün ertəsi gün o, Hüseyn Cavid parkında Samirlə görüşüb Şahid11 vergi borcunun olmasını və həmin borcun ödənilməsi ilə bağlı sonuncuya vaxt verilməli olduğunu Samirə demişdir. Samir məsləhətləşib cavab verəcəyini ona demişdir. Bundan təxminən beş gün sonra o, Gənclik parkında Samirlə oturub çay içərkən Samir ona Şahid11 məsələsini həll etdiyini, yüksək vəzifəli şəxslərə zəng etdiyini və borcun ödənilməsi ilə bağlı Şahid11 vaxt veriləcəyini bildirmişdir. O, kimə zəng etməsini Samirdən soruşsa da sonuncu ona heç nə demədən yalnız məsələni həll etdiyini bildirmişdir. Bundan iki gün sonra Sənan ona zəng edərək atası Şahid11 Dövlət Vergi Xidmətinin İstintaq idarəsinə çağırıldığını və qalıq borcun ödənilməsi ilə bağlı rəsmi qaydada bir ay yarım vaxt verildiyini bildirib ona təşəkkür etmişdir. O, artıq Samirin həqiqətən də vəzifəli şəxslərlə əlaqəli olmasına tam inanmışdır. Növbəti görüşlərin birində söhbət zamanı o, yenə də Samirdən Şahid11la bağlı kimə zəng etməsini soruşduqda, Samir ona Şahid11 Dövlət Vergi Xidmətinin rəisi olan Orxan adlı şəxsə tapşırıldığını və tapşırığın Eldar müəllim tərəfindən verildiyini bildirmişdir. 2022-ci ilin təxminən aprel ayının əvvəllərində Rusiya Federasiyasında yaşamaqla “Food City” ticarət mərkəzində işləyən Anar adlı tanışı Bakı şəhərində olarkən Firudin adlı tanışının texnika yağları ilə bağlı keçiriləcək tenderdə iştirak etmək arzusunun olduğunu bildirib, bu məsələdə köməklik etməsini ondan xahiş etmişdir. X29 adlı tanışına köməklik edə biləcəyi halda gələcəkdə onun da Moskva şəhərində işinin ola biləcəyini demişdir. O, aprel ayının təxminən 20-21-də Samirlə görüşən zaman tender məsələsini sonuncuya demişdir. Bu zaman Samir mobil telefonu ilə zəng edib danışa-danışa onun yanından aralanmış, sonra isə geri qayıdıb cavab gözlədiyini ona demişdir. Növbəti görüşlərin birində Samir ona tender məsələsi ilə bağlı danışdığını, tenderdə yalnız böyük şirkətlərin iştirakının nəzərdə tutulduğunu, xahiş etdiyi şirkətin isə balaca şirkət olduğunu ona demişdir. Daha sonra isə o, bu barədə Moskva şəhərində yaşayan Anar adlı dostuna məlumat vermişdir. 2022-ci ilin aprel ayının təxminən sonlarında o, Bakı Slavyan Universitetində ikinci ali təhsil alan qohumu Günel Şadlinskayaya həmin universitetdə müəllim kimi fəaliyyət göstərməsi ilə bağlı sonuncuya dərs saatlarının verilməsi məsələsinə köməklik etməsini Samirdən xahiş etmişdir. Günelin danışıqlarından ona məlum olmuşdur ki, Günel həmin universitetdə jurnalistika ixtisası üzrə müəllim kimi dərs demək arzusundadır. Bununla bağlı Günel ondan xahiş etməmişdir. Sadəcə olaraq Günel qohumu olduğundan sonuncunun iş məsələsini Samirdən xahiş etmişdir. Samir də narahat olmamağı, maraqlanıb cavab verəcəyini ona demişdir. Bundan bir neçə gün sonra Samir ona zəng edərək Günelin iş məsələsi ilə bağlı danışdığını, lakin Günelin müəllim kimi dərs deməsi üçün ikinci ali təhsilini də başa çatdırmalı olmasını demişdir. Samir ona kiminlə danışmasını, eləcə də kimə zəng etməsini deməmiş, o da Samirdən heç nə soruşmamışdır. Bundan bir neçə gün sonra Günel ona zəng edib Universitetin prorektoru tərəfindən dəvət edildiyini, kiminsə tərəfindən tapşırıldığını, müəllim kimi işləməsi üçün təhsilini başa çatdırmalı olmasının deyildiyini bildirmişdir. Həmçinin Günel ona kimin tərəfindən tapşırılmasını bilmədiyini, yaxın ətrafında belə bir şəxsin olmadığını, tapşırılması ilə bağlı heç kimdən xahiş etmədiyini bildirmişdir. Yalnız bundan sonra o, Günellə bağlı xahiş etdirdiyini sonuncuya demiş, lakin həmin şəxsin tanışı Samir olmasını deməmişdir. 2022-ci ilin mart ayının təxminən ortalarında o, tanışı Şahid14la Bakı şəhəri Səbail rayonu 28 may küçəsində görüşüb söhbət edən zaman sonuncu ona dostluq etdiyi Şahid15 işsiz olduğunu, iş olacağı təqdirdə məlumat verməsini ondan xahiş etmişdir. O, Elçinlə söhbətləri zamanı yuxarı vəzifələrdə işləyən şəxslərlə əlaqəsi olan tanışının olduğunu sonuncuya demiş, lakin həmin şəxsin konkret olaraq Samir olmasını bildirməmişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs Şahid15 barəsində məlumat verib sonuncunun işə düzəlməli olduğunu demişdir. Bundan bir iki gün sonra Təqsirləndirilən şəxs ona Asimi "Azərsu” ASC-də maliyyə sektorunda işə düzəldə biləcəyini deyib sonuncunun şəxsi anket məlumatlarını (CV-ni) tələb etmişdir. O, Elçinlə danışıb dərhal Asimin şəxsi anket məlumatlarını (CV-ni) göndərməsini tapşırmışdır. O, Asimi tanımamış, sonuncunu ümumiyyətlə görməmişdir. Daha sonra isə o, Elçinlə zəngləşib Asimin şəxsi anket məlumatlarını (CV-ni) götürüb Samirə təqdim etmişdir. Bundan iki-üç gün sonra Samir ona zəng edərək Asimin "xxxx" ASC-nin sədr müavini vəzifəsində işləyən Köçərli müəllimin yanına getməli olduğunu demişdir. Həmçinin Samir ona ***-***-**-** saylı mobil telefon nömrəsini Asimin Köçərli müəllimə deməsini, həmin nömrənin Eldar müəllimə məxsus olmasını bildirməsini də tapşırmışdır. O, Samirdən Eldar müəllimin kim olmasını soruşduqda Samir ona həmin nömrənin Eldar Nuriyevə məxsus olduğunu bildirmişdir. O, Samirin dediyi kimi Şahid14 zəng edərək, Samirin dediklərini Elçinə başa salmış və ***-***-**-** nömrəsini Elçinə verib nömrənin Eldar müəllimə məxsus olduğunu deyərək Asimin həmin nömrəni Köçərli müəllimə verməsini tapşırmışdır. Elə həmin gün bir neçə saat keçdikdən sonra Şahid14 ona zəng edərək Asimin "xxxx" ASC-də Köçərli müəllimin qəbulunda olduğunu, lakin Köçərlinin Asimi yaxşı qəbul etmədiyini, hazırda işlə bağlı ştat vahidinin olmadığını deməsini bildirmişdir. Həmçinin Elçinin deməsindən ona məlum olmuşdur ki, Asim həmin nömrəni Köçərli müəllimə verərkən sonuncu bu nömrənin Eldar müəllimə məxsus olduğunu bildiyini və Eldar müəllimlə özünün danışacağını Asimə demişdir. O, yenidən Samirə zəng edərək Elçinin ona dediklərini bildirmiş, Samir isə maraqlanacağını demişdir. Bir neçə saat sonra Elçin yenidən ona zəng edərək ***-***-**-** saylı mobil telefon nömrəsindən Asimə zəng olunduğunu və Asimin Köçərli müəllimin qəbulunda olması ilə bağlı baş verənləri həmin şəxsə danışdığını demişdir. Elə həmin günün axşamı Samir ona zəng edərək Asimin iş məsələsinin alınmadığını, "xxxx" ASC-də boş ştat vahidinin olmadığını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, Samir Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavini Eldar Nuriyevin adından müxtəlif vəzifəli şəxslərə zəng edərək xahişlər etmişdir. 11 may 2022-ci ildə o, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunmuş və orada olarkən ona məlum olmuşdur ki, həqiqətən də düşündüyü kimi Təqsirləndirilən şəxs Eldar Nuriyevin adından müxtəlif şəxslərə zəng etmişdir. O, Təqsirləndirilən şəxslə tanışlığı, sonrakı danışıqları, eləcə də görüşləri barədə DTX-də izahat və ifadə verib bütün halları olduğu kimi bildirmişdir. O, ifadəsində Şahid5, Şahid11, Şahid15, X10, eləcə də RF-da yaşayan Anar adlı tanışının işlərinin həll olunması ilə bağlı Təqsirləndirilən şəxs xahiş etməsi ilə bağlı adları qeyd edilən şəxslərdən hər hansı bir məbləğdə pul və ya qiymətli hədiyyə almadığını, həmçinin Təqsirləndirilən şəxs də ondan hər hansı bir məbləğdə pul və ya qiymətli hədiyyə tələb etmədiyini, Samirə hər hansı bir məbləğdə pul və ya qiymətli hədiyyə vermədiyini, müxtəlif şəxslərə zəng edərək özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı bir formada məsləhət vermədiyini, ümumiyyətlə bundan məlumatının olmadığını bildirmişdir. (cild İ, i/v 79-82, 107-115) Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində bildirmişdir ki, o, 2013cü ilin mart ayından Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər idarəsində müffətiş vəzifəsində işləməyə başlamış, 2019-cu ilin fevral ayında isə həmin Baş İdarənin Operativ X16 şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 17 iyul 2021-ci il tarixdə qardaşı X17 rayonunda təşkil edilmiş toyunda iştirak etdiyinə görə pandemiya qaydalarının pozulması ilə bağlı barəsində Dövlət Vergi Xidməti tərəfindən xidməti yoxlama aparılmış və 31 mart 2022-ci il tarixdə tutduğu vəzifədən azad edilərək orqandan xaric edilmişdir. 2022-ci ilin əvvəllərində barəsində aparılan xidməti yoxlama ilə bağlı əmisi Heydərlə telefon danışığı zamanı bir nəfər tanışının yoxlamanın nəticəsi ilə maraqlanacağını demişdir. Bir neçə gün sonra o, əmisinin dediyi həmin Rəşad adlı şəxslə telefonla danışmışdır. Lakin bir müddət sonra əmisi ona zəng edərək işin alınmadığını, tutduğu vəzifədən xaric olunacağını demişdir. 25 may 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-in 308 və 311-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılmışdır. Şahid5 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, Şahid4 və Təqsirləndirilən şəxs tanımamış, onlarla hər hansı bir münasibəti olmamışdır. Cəmi bir dəfə Rəşadla telefonla danışmış, nə Şahid4, nə də ki, hər hansı bir başqa şəxsə pul və ya qiymətli hədiyyə verməmiş, nə Şahid4, nə də ki, hər hansı bir başqa şəxs ondan və ailə üzvlərindən heçnə tələb etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, o, Şahid4 bir neçə ildir tanımışdır. 2022-ci ilin əvvəllərində qardaşı oğlu Şahid5 barəsində Dövlət Vergi Xidmətində pandemiya qaydalarını pozması ilə bağlı xidməti yoxlama aparılmışdır. O da bu yoxlama barədə Rəşada demiş, Rəşad da yoxlamanın nəticəsi ilə maraqlanacağını demişdir. Lakin bir müddət sonra Mircavad zəng edərək işinin alınmadığını və tutduğu vəzifədən xaric olunduğunu bildirmişdir. Şahid X8 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti, tanışlığı olmamış və Rəşad ona Samir adlı şəxs barədə heç nə deməmişdir. Rəşadla bir dəfə telefonla danışarkən sonuncuya Mircavad barəsində aparılan xidməti yoxlama ilə bağlı demişdir. O, nə Şahid4, nə də ki, başqa hər hansı bir şəxsə pul və ya qiymətli hədiyyə verməmiş, bununla bağlı nə Şahid4, nə də ki, hər hansı başqa bir şəxs ondan və ailə üzvlərindən heç nə tələb etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı ərazi Vergilər idarəsinin rəisi vəzifəsində işləyir. 09 fevral 2022-ci il tarixdə o, Dövlət Vergi Xidmətinin 6 saylı ərazi Vergilər baş idarəsinin rəis müavini vəzifəsində işləyərkən onun ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng gəlmişdir. Zəngə cavab verən zaman qarşı tərəfdə olan şəxs özünü Azərbaycan Respublikası Prezident Administrasiyanın məsul əməkdaşı Andrey Spilin kimi təqdim edərək, həmin vaxt Dövlət Vergi Xidmətinin 6 saylı ərazi Vergilər baş idarəsinin əməkdaşı olmuş Şahid5 işdə yol verdiyi nöqsanlara görə yalnız məzəmmət olunmasını, işdən çıxarılmamasını tələb etmişdir. O, həmin şəxsə Şahid5 barəsində xidməti yoxlamanın Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatında aparıldığını, yoxlamanın nəticəsi ilə bağlı Xidmətin Mərkəzi Aparatında qərar qəbul ediləcəyini, bunun onun səlahiyyətlərinə aid olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, o, ifadə verdiyi vaxt Penitensiar Xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 30 may 2018-ci ildən 20 iyul 2022-ci il tarixədək cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, Şahid4 da həmin müəssisədə olarkən tanımışdır. O, Təqsirləndirilən şəxs isə təxminən 25 il bundan öncədən tanımış, Samir həmin ərəfələrdə onun atasının işlədiyi təhlükəsizlik şirkətində mühafizəçi işləmişdir. Samirlə onun münasibətləri yaxşı olmuşdur. O, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman Samir iki-üç aydan bir ona baş çəkmiş, onun üçün müxtəlif ərzaq məhsulları, siqaret gətirmiş, eləcə də onun ailə üzvləri ilə bağlı hər hansı bir xahişi olduqda bunu zəng edib Samirə bildirmişdir. Rəşadla Samir də elə bu minvalla o, cəzaçəkmə müəssisəsində olarkən tanış olmuşlar. O, cəza çəkən zaman heç bir nöqsana yol vermədiyindən cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən onun çəkilməmiş cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı 2021-ci ilin sonlarında Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə tərəfindən 27 yanvar 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilməmişdir. Odur ki, o, məhkəmənin qeyd edilən qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılmış, lakin 16 mart 2022-ci il tarixli qərarla şikayət təmin edilməmişdir. Daha sonra o, Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya qaydasında Ali Məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin 16 iyun 2022-ci il tarixli qərarı ilə onun şikayəti təmin olunmuş və cəzasının çəkilməmiş bir il beş ay müddətində olan hissəsinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı qərar qəbul edilmişdir. O, ifadəsində cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi ilə bağlı qərar qəbul edilməsindən ötrü Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavidə tapşırıq verilməsinə dair tanışı Təqsirləndirilən şəxs, eləcə də hər hansı bir şəxsdən xahiş etmədiyini, bu proseslərlə vəkilinin məşğul olduğunu, yalnız Apellyasiya Məhkəməsində işə baxılacağından Samirin də məlumatlı olduğunu, Samirlə münasibəti olduğundan sonuncunun bir dost kimi öz təşəbbüsü ilə hakimə zəng etdiyini düşündüyünü bildirmişdir. (cild İİ, i/v 71-73) Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid9 ifadəsində bildirmişdir ki, Şahid4 ilə 2004-cü ildə qanuni nikaha daxil olub ailə qurmuş, bu nikahdan bir qızları dünyaya gəlmişdir. 2011-ci ilin fevral ayınadək Şahid4lə birlikdə yaşamış, ailədaxili münasibət korlandığından əri ilə qeyri-rəsmi ayrılaraq qızı ilə birlikdə anasıgilə getmiş və hazırda da anası ilə yaşayır. Rəşad 2012-ci ilin sentyabr ayında Yasamal RPİ-nin İŞ tərəfindən dələduzluq cinayəti törətdiyinə görə həbs edilmiş, həbs olunduğu zaman "xxxx" MMC-nin prezidenti vəzifəsində işləmişdir. 2013-cü ilin fevral ayında o, ixtisası üzrə Azərbaycan Respublikasının Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinin X21 və X18 Birliyində mütəxəssis kimi işə başlamış və tədricən vaxt keçdikcə vəzifədə irəli çəkilmişdir. Rəşadla araları soyuq olmasına baxmayaraq, qızına görə 2021-ci ilin noyabr ayınadək, yəni Rəşad həbsdən azad olunanadək demək olar ki, hər gün 6 saylı Cəzaçəkmə Müəssisəsindən telefonla danışmış, mütəmadi olaraq Rəşada qida məhsulları, geyim əşyaları və müəyyən məbləğdə pul göndərmişdir. 2021-ci ilin sentyabr ayında işlədiyi Nazirlikdə həyata keçirilən struktur dəyişikliyi ilə bağlı işlədiyi böyük mütəxəssis vəzifəsi ixtisara salınmış, o, aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Aşağı vəzifəyə təyin olunmağı onu məyus etmiş, əri Rəşadla telefonla danışan zaman aşağı vəzifəyə təyin olunmağını və ona pis təsir etməyini demişdir. 2021-ci ilin 24 noyabr tarixində Rəşad amnistiya qərarına əsasən həbsdən azad edilmiş, Rəşadı görmək məqsədilə qızı Nailə ilə birlikdə Rəşadın bacısıgilə gəlmiş, ümumi söhbətlər etmişlər. O, Rəşada düz yola qayıdacağı təqdirdə yenə də normal ailə kimi birlikdə yaşaya biləcəklərini demişdir. Belə ki, Rəşadın avara və özünə yaraşmayan insanlarla dostluq etməsi, bədxərc olması kimi xüsusiyyətlərinə görə həmişə Rəşadla aralarında mübahisələr baş vermişdir. Qızı mütəmadi olaraq Rəşadla telefonla danışmış, Rəşad onlara baş çəkmək məqsədilə anasının evinə gəlmiş, ara-sıra onu işdən götürüb evə aparmışdır. Söhbətlər zamanı aradabir Rəşada aşağı vəzifəyə təyin olunmağına görə pis olduğunu bildirmiş, Rəşad isə ona darıxmamağı, tanışı və ya hər hansı bir əlaqəsi olan şəxs vasitəsilə iş məsələni xahiş etdirəcəyini demişdir. 2022-ci ilin mart ayında saat təxminən 23 radələrində o, Rəşada zəng edərək harada olmasını soruşmuş, Rəşad dostu Təqsirləndirilən şəxslə birlikdə olduğunu demişdir. Samirin adını ilk dəfə Rəşaddan eşitdiyinə görə Rəşada inanmamış və Rəşada Samirin şəklini göndərməsini tapşırmışdır. Rəşad Samirin şəklini xəlvəti çəkib “Whatsapp” proqramı vasitəsi ilə onun mobil telefonuna göndərmişdir. Samirin fotoşəklini görüb, xarici görünüş əlamətlərindən normal insan olmadığına əmin olmuş, Rəşada elə insanlardan uzaq durmasını demişdir. Lakin Rəşad onu dinləməmiş və yenə də Samirlə görüşüb telefonla əlaqə saxlamışdır. 2022-ci ilin mart ayının təxminən ortalarında Rəşad ona zəng edərək Təqsirləndirilən şəxs nəvəsinin anadan olmasının qırxıncı günü ilə bağlı ziyafət verdiyini, digər tanışlarının da arvadları ilə birlikdə həmin məclisdə iştirak edəcəyini deyərək məclisdə onunla birlikdə iştirak edəcəyini bildirmişdir. O, ziyafət məclisində də Samirin davranışlarını bəyənmədiyindən orada olarkən də Rəşada Samirlə olan münasibətlərinə son qoymasını demişdir. Təqsirləndirilən şəxs ilk və sonuncu dəfə həmin ziyafət məclisində görmüşdür. 2022-ci ilin 01 aprel tarixində o, işdə olarkən daxili rabitə vasitəsilə Birliyin baş direktoru Şahid10 ona zəng edərək - “sənin nə problemin var? Səni kim incidir?” deyə suallar vermiş və Ədliyyə Nazirliyindən onunla bağlı zəng olunduğunu bildirmişdir. O, Şahid10 işlə bağlı hər hansı bir probleminin olmadığını, yalnız sentyabr ayında baş vermiş struktur dəyişikliyi nəticəsində aşağı vəzifəyə təyin olunmasına görə narazı qaldığını bildirmişdir. Şahid10 ona darıxmamağı, hər şeyin yaxşı olacağını demişdir. Telefon danışığı zamanı Şahid10 ona konkret olaraq kimin tərəfindən tapşırıldığını, bununla bağlı konkret olaraq kimin zəng etdiyini deməmişdir. O, işi ilə bağlı tapşırılmağından ötrü hər hansı bir şəxsdən xahiş etmədiyindən, Şahid10 zəng edib bu barədə bildirməsi onu təəccübləndirmişdir. Həmin gün Rəşad onu işdən götürüb evə aparan zaman, Mikayıl müəllimlə aralarında olan söhbəti Rəşada danışmış və buna görə də təəccüblü qaldığını ərinə bildirmişdir. Rəşad ona tanıdığı bir şəxsə iş məsələni dediyini, həmin tanışının da birbaşa Şahid10 zəng edərək onu tapşırdığını bildirmişdir. Lakin Rəşad konkret olaraq Şahid10 kimin zəng etməsini deməmiş, o da zəng edən şəxsin kim olması ilə bağlı Rəşaddan heç nə soruşmamışdır. 11 may 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Rəşad Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə dəvət olunmuş, həmin günün axşamı o, bunun səbəbini Rəşaddan soruşduqda, sonuncu onun işi ilə bağlı Şahid10 tapşırıq verilməsindən ötrü dostu Təqsirləndirilən şəxs xahiş etdiyini, o isə öz növbəsində hansısa vəzifəli şəxsin adından Şahid10 zəng etdiyini bildirmişdir. Lakin Rəşad konkret olaraq Təqsirləndirilən şəxs hansı vəzifəli şəxsin adından Şahid10 zəng etməsini deməmişdir. Elə buna görə, yenə də Rəşadla mübahisə etmiş və bir daha onunla əlaqə saxlamamasını tapşırmışdır. Şahid9 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, sadəcə yoldaşı Rəşada, işlədiyi böyük mütəxəssis vəzifəsi ixtisara salındığı üçün aparıcı mütəxəssis vəzifəsinə təyin olunmasını, aşağı vəzifəyə təyin olunmağı ilə bağlı da çox məyus olduğunu demişdir. Şahid10 edilmiş zəngdən onun xəbəri olmamışdır. Sonradan o, məzuniyyətdə olduğu zaman zənglə işə çağırılmış, onu sorğu-sual edərək, işə necə düzəlməsi, kimin xahiş edib işə götürməsi barədə maraqlanmışlar. O da cavabında 22 ildir həmin müəssisədə işlədiyini, onu heç kimin xahişi ilə işə götürmədiklərini bildirmişdir. Məzuniyyətdən qayıdandan sonra onu prokurorluğa dəvət edib, orada da sorğu-sual etmişlər. Bir müddət sonra isə direktor ona həmin müəssisədə işləyə bilməyəcəyini demiş və ərizəsini yazıb işdən çıxmasınıtəklif etmişdir. O, 22 iyun 2022-ci il tarixdə işdən azad olunmuşdur. Belə hesab edir ki, Təqsirləndirilən şəxs görə işini itirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid10 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikasının Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinin X21 və Peyk Rabitəsi İB-nin baş direktoru vəzifəsində işləyir. Şahid9 2013-cü ildən tanımış, Esmira 2013-cü ildə Azərbaycan Respublikasının Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyinin X21 və Peyk Rabitəsi İB-də işə düzəlmiş və tədricən vaxt keçdikcə vəzifədə irəli çəkilmişdir. 2021-ci ilin sentyabr ayında Nazirlikdə həyata keçirilən struktur dəyişikliyi ilə bağlı Şahid9 işlədiyi böyük mütəxəssis vəzifəsi ixtisara salındığına görə sonuncu aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 01 aprel 2022-ci il tarixdə, işdə olarkən saat təxminən 16 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng olunmuşdur. Telefona cavab verdiyi zaman qarşı tərəfdə olan şəxs özünü Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Eldar Nuriyev kimi təqdim edərək Şahid9 əvvəlki vəzifəsinə, yəni böyük mütəxəssis vəzifəsinə qaytarılmasını, bir rəhbər kimi Esmiraya himayədarlıq etməyi xahiş etmişdir. O, həmin şəxsin danışığından özünü yalandan vəzifəli şəxs kimi təqdim etdiyini başa düşmüş və həmin şəxsə bu məsələlərlə bağlı Nazirliyə müraciət edə biləcəyini deyib telefonu söndürmüşdür. O, Şahid9 otağa çağırıb Ədliyyə Nazirliyindən zəng olunduğunu demiş, Esmira gələn zəngdən xəbəri olmadığını, böyük mütəxəssis vəzifəsinin ixtisara salınması, aparıcı mütəxəssis vəzifəsinə keçməsi ilə bağlı yalnız əri Şahid4 dediyini, başqa heç kimə heç nə demədiyini bildirmişdir. Bundan bir müddət sonra Şahid9 ərizə ilə müraciət edərək işdən azad olunmaq istədiyini bildirmiş, ərizəsi nəzərə alınaraq Esmiranın əmək fəaliyyətinə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, o, 2004-cü ildə Təfəkkür Universitetinin Jurnalistika fakültəsinin bakalavr pilləsini, 2006-cı ildə isə magistr pilləsini bitirmiş, 2019-cu ildə ikinci ali təhsil olaraq Bakı Slavyan Universitetinin məktəbəqədər təhsil şöbəsinə qəbul olunmuşdur. İkinci ali təhsilə başladığı dövrdən Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyət göstərmək arzusu olmuş və bu arzusu barədə bütün tanışlarına və qohumlarına danışmışdır. Hətta 2022-ci ilin yanvar ayının əvvəllərində o, şəxsən Universitetin rektoru Anar müəllimin qəbulunda olmuş və rektora da arzusunu bildirib, həmin təhsil müəssisəsində müəllim kimi dərs deməkdən ötrü dərs saatlarının ayrılmasını xahiş etmişdir. Anar müəllim isə təcrübə baxımından müəllim kimi vaxt verilməsindən ötrü, onu universitetin ümumi şöbəsinə göndərmişdir. Ümumi şöbədən isə ona yanvar ayı olduğu üçün əlavə dərs saatlarının olmadığı bildirilməklə, may ayında müraciət etməyi tapşırılmışdır. 2022-ci ilin aprel ayının dəqiq xatırlamadığı günündə, səhər saatlarında evdə olarkən universitetin dekanlığından Nəzrin adlı laborant ona zəng edərək, universitetin prorektoru olan Telman müəllim tərəfindən çağırıldığını bildirmişdir. O, Nəzrindən çağırılmağının səbəbini soruşsa da, sonuncu ona səbəbini bilmədiyini demişdir. O, Telman müəllimin çağırışına getmiş, bu zaman ondan universitetdə müəllim kimi qalıb işləməyi ilə bağlı hər hansı bir şəxsdən xahiş edib-etməməyini soruşub, Anar müəllimin tapşırığı əsasında dəvət edildiyini bildirmişdir. O, müəllim kimi işləmək istəyinin olmasını bütün yaxın dost-tanışlarına, eləcə də iş yoldaşlarına bildirdiyini, hətta bununla bağlı Anar müəllimin özündən də şəxsən bunu xahiş etdiyini, lakin tapşırılması ilə bağlı hər hansı bir şəxsə müraciət etmədiyini Telman müəllimə demişdir. Telman müəllim ona darıxmamağı, əlavə dərs saatlarının olacağı təqdirdə onu dəvət edəcəyini bildirmişdir. Təxminən iki-üç gün sonra o, qohumu Şahid4lə zəngləşib danışan zaman, sonuncu ondan universitet rəhbərliyi tərəfindən dəvət olunub-olunmadığını soruşmuşdur. O, Rəşadın bu sualından təəccüblənib prorektor Telman müəllim tərəfindən çağırıldığını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, Rəşad onun iş məsələsi ilə bağlı özünün də məlumatı və razılığı olmadan hansısa dostu vasitəsilə universitetin rəhbərliyinə tapşırıq verdirmişdir. Lakin Rəşad həmin dostunun kim olmasını ona deməmiş, o da Rəşaddan bu barədə heç nə soruşmamışdır. Şahid X10 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, rektorun qəbulunda olmuş, sonra ümumi şöbədən isə ona yanvar ayı olduğu üçün əlavə dərs saatlarının olmaması bildirilməklə, may ayında müraciət etməyi tapşırılmışdır. Şahid4lə ortaq tanışları olmaqla, sonuncunu bir neçə ildir ki, tanıyır. Bakı Slavyan Universitetində müəllim işləmək istədiyini Rəşad da bilmişdir. O, Bakı Slavyan Universitetində müəllimə kimi işləmək arzunun olmasını söhbətləri zamanı hamıya dediyi kimi, Rəşada da demiş, lakin tapşırılmağı ilə bağlı nə Raşaddan, nə də ki, hər hansı bir başqa şəxsdən xahiş etməmişdir. Rəşad bu məsələni özbaşına etmişdir. Təqsirləndirilən şəxs tanımır, tapşırılmağı ilə bağlı Şahid4 hər hansı bir məbləğdə pul və ya qiymətli hədiyyə verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid15 ifadəsində bildirmişdir ki, 2022-ci ilin əvvəllərində artıq bir neçə müddətdir ki, işsiz olduğu üçün, işə düzəlmək məqsədilə bir neçə dostlarına müraciət edib işə düzəlməsinə kömək etmələrini xahiş etmişdir. 2022-ci ilin mart ayının ortalarında dostu Şahid14 zəng edib "xxxx" ASC-də ona uyğun iş olduğunu, həmin qurumun sədr müavini Köçərli müəllimlə görüşməli olduğunu bildirmişdir. O, Elçinin təklifi ilə razılaşmışdır. Sabahı gün ona ***-***-**-** nömrəsindən zəng gəlsə də, tanımadığı nömrə olduğu üçün zəngi açmamışdır. Bundan sonra Elçin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona ***-***-**-** nömrəsini ataraq Köçərli müəllimin yanına getməyini demişdir. Bundan sonra o, "xxxx" ASC-də Köçərli müəllimin qəbulunda olmuş, söhbət əsnasında başa düşmüşdür ki, Köçərli müəllimin onun qəbuluna nə üçün getməyindən məlumatı yoxdur. Söhbət əsnasında Köçərli müəllimə bildirmişdir ki, Eldar müəllimin dediyi şəxsdir, işə düzəlmək üçün gəlmişdir. O, verilən ***-***-**-** mobil nömrəsini də Köçərli müəllimə vermişdir. Görüşdən sonra dostu Elçinə ona işinin danışıldığı deyildiyi halda, görüşdüyü şəxsin heç nədən məlumatı olmadığını demiş və iradını bildirmişdir. Şahid R.Şahid15 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, o, Köçərli müəllimin qəbulunda olduğu zaman söhbət əsnasında başa düşmüşdür ki, Köçərli müəllimin onun qəbuluna nə üçün gəlməsindən məlumatı yoxdur. Elçinlə aralarında işə düzəlməsi üçün hər hansı bir pul söhbəti olmamış, sadəcə olaraq dostları-tanışları onun işsiz olduğunu bilib, ona iş axtarmışlar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid14 ifadəsindən görünür ki, o, Şahid4 ilə 2021-ci ilin dekabr ayında iqtisadiyyatçı olan dostu Eldar Əliyevin vasitəsilə tanış olmuşdur. Həmin tanışlıqdan öncə də dostu Eldar Əliyev ona Rəşadın barəsində danışaraq sonuncunun həbsdə olduğunu, yaxşı iqtisadçı olduğunu, yaxın günlərdə aministiya qərarına əsasən həbsdən azad olunacağını demişdir. Tədricən Rəşadla olan söhbətləri zamanı sonuncu ona yüksək vəzifədə işləyən şəxslərlə əlaqəsi olan dostunun olduğunu demişdir. Odur ki, o, ixtisasca maliyyəçi olan dostu Şahid15 iş məsələsini Rəşaddan xahiş etmək qərarına gəlmişdir. Belə ki, Şahid15 uzun müddət işsiz olduğundan ondan iş olacağı halda məlumat verməsini xahiş etmişdir. Odur ki, o, 2022-ci ilin mart ayının ortalarında Şahid15 iş məsələsi barədə Rəşada dedikdə sonuncu maraqlanıb cavab verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Rəşad ona zəng edərək dostu Şahid15 "xxxx" ASC-nin maliyyə sektoruna düzəldə biləcəyini deyib, bununla bağlı Asimin şəxsi anket məlumatlarını (CV-ni) ondan tələb etmişdir. O, dərhal dostu Şahid15la əlaqə saxlayıb sonuncudan şəxsi anket məlumatlarını (CV-ni) əldə edib Rəşada göndərmişdir. 05-06 may 2022-ci il tarixlərdə Rəşad onun mobil telefonuna zəng edərək Asimin "xxxx" ASC-nin sədr müavini vəzifəsində işləyən Köçərli müəllimin qəbuluna getməli olduğunu demişdir. Həmçinin Rəşad ona ***-***-**-** nömrəsini də Asimə verməsini, Asimin həmin nömrəni Köçərli müəllimə verib Eldar Nuriyevin nömrəsi olmasını deməsini tapşırmışdır. O, Asimə zəng edərək Rəşadın dediklərini bildirib ***-***-**-** nömrəni Asimə vermiş və Rəşadın tapşırığına əsasən Köçərli müəllimin yanına getməsini demişdir. Bundan təxminən bir-iki saat sonra Şahid15 ona zəng edərək Köçərli müəllimin qəbulunda olub telefon nömrəsini təqdim etdiyini, sonuncunun həmin nömrənin sahibi ilə özünün danışacağını dediyini bildirmişdir. Hətta Asimin ona deməsindən bilmişdir ki, Köçərli müəllim Asimdən həmin nömrənin Eldar Nuriyevə məxsus olmasını soruşmuş, Asim isə cavabında dəqiq bilmədiyini demişdir. Bundan sonra o, Rəşada zəng edərək Asimin dediklərini eynilə Rəşada çatdırmışdır. Bundan yarım saat sonra Şahid15 yenidən ona zəng edərək bir nəfər şəxsin ***-***-**-** nömrəsindən zəng edib Köçərli müəllimin qəbulu ilə bağlı sorğu-sual olunduğunu, Asimin qəbulda baş verən prosesləri həmin şəxsə danışdığını, həmin şəxsin isə Asimə axşam saatlarında Köçərli müəllimlə görüşüb bir daha iş məsələsini deyəcəyini bildirdiyini ona danışmışdır. Növbəti gün o, Rəşadla danışan zaman sonuncuya ***-***-**-** nömrəsindən Asimə zəng olunduğunu demiş, Rəşad isə narahat olmamağı, məsələnin düzələcəyini bildirmişdir. Sonuncu danışıqdan bir neçə gün sonra o, Asimlə birlikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsinə dəvət olunmuşdur. Orada olarkən ona məlum olmuşdur ki, Samir adlı bir nəfər şəxs Asimin, eləcə də başqa-başqa şəxslərin işə düzəlməsi ilə bağlı müxtəlif vəzifəli şəxslərə zəng edərək özünü Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Eldar Nuriyev kimi təqdim etmişdir. Hətta DTX-də Samirin fotoşəkili ona təqdim edilmiş, o, həmin şəxsi tanımadığını, fotoşəkildə olan şəxsi ilk dəfədir ki, gördüyünü bildirmişdir. O, ifadəsində Şahid15 işə düzəlməsi ilə bağlı nə onun, nə də ki, Şahid15 özü tərəfindən Şahid4 hər hansı bir məbləğdə pul və ya qiymətli hədiyyə verilməsi ilə bağlı aralarında heç bir danışıq olmadığını, Rəşada, eləcə də hər hansı bir başqa şəxsə hər hansı bir məbləğdə pul və ya qiymətli hədiyyə verilmədiyini, Rəşad tərəfindən də ondan, eləcə də Şahid15 hər hansı bir məbləğdə pul və ya qiymətli hədiyyə tələb edilmədiyini, Şahid15 ümumiyyətlə Şahid4 tanımadığını, sonuncu ilə heç bir əlaqəsinin olmadığını, Asimin işinin düzələcəyi halda sonuncu ilə birlikdə yeyib-içəcəkləri ilə bağlı Rəşada söz verdiyini bildirmişdir. (cild İ, i/v: 83-84, 102-104) Məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinə baxmayaraq məhkəmədə iştirakı təmin edilməmiş Şahid11 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Həmin ifadədən görünür ki, Şahid11 rəhbərlik etmiş olduğu "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin 2015-ci ilədək olan dövrə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fonduna 850.000 manat məbləğində qalıq borcu olmuşdur. Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində cinayət işinin istintaqı aparılmış və 25 yanvar 2022-ci il tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. O, barəsində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasından ötrü qalıq borcun ödənilməsi ilə bağlı oğlu Şahid12 tapşırıq vermişdir. 31 yanvar 2022-ci il tarixdə Sənan 600.000 manat məbləğində pulu Azərbaycan Respublikası Beynəlxalq X30 Xidmətinin bank hesabına ödəmiş və 250.000 manat borcu qalmışdır. Həmin gün barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdur. O, ifadəsində borcunun ödənilməsindən ötrü vaxt verilməsi üçün hər hansı bir vəzifəli şəxsdən xahiş etdirmədiyini, tanışı Şahid4 ilə birlikdə olarkən söhbət əsnasında sonuncuya vergi probleminin olmasını danışdığını, bu problemi ilə bağlı hər hansı bir şəxsə tapşırıq verilməsindən ötrü Rəşaddan xahiş etmədiyini, oğlu Sənanın Şahid4lə münasibətlərinin daha yaxın olduğunu, Təqsirləndirilən şəxs tanımadığını, vergi borcunun ödənilməsi ilə bağlı bir-iki ay müddət verilməsindən ötrü Dövlət Vergi Xidmətində rəhbər vəzifədə işləyən hansısa şəxsə zəng edilməsindən məlumatsız olduğunu, özünün xahişi əsasında vergi borcunu ödəməsi ilə bağlı ona bir ay yarım vaxt verildiyini bildirmişdir. (cild İ, i/v 137-139) Məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinə baxmayaraq məhkəmədə iştirakı təmin edilməmiş Şahid12 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Həmin ifadədən görünür ki, Şahid12 digər şahid, atası Şahid11 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə, sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild İ, i/v 134-136) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-in 179.3.2, 29, 318.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib 7 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild İİİ, i/v 62-68) “Telefon danışıq məlumatlarının” təhlilinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 18 iyul 2021-ci il tarixdən 29 mart 2022-ci il tarixədək olan dövr ərzində müxtəlif vaxtlarda və saatlarda qarşılıqlı olmaqla 165 dəfə telefon zəngi edilərək danışıqlar aparılmışdır. (cild İİ, i/v 67-68) Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında “Whatsapp” əlaqə vasitəsi ilə aparılan danışıqlara dair çıxarışların məzmunu aşağıdakı kimi olmuşdur: Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Ok. Uzatmaq lazım deyil. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - Çalışacam. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Ok. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Salam, bu gün martın 2-dir, nə vaxt və nə qədər pul qaytarmaq fikrin var? Rauf zəng edib soruşdu. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - Güman edirəm ki, sabah 5 min olacaq. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Niyə sabah? Bu gün başlamağa söz vermişdin. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Salam bu gün nə vaxt götürəcəksən? Təcili pulu tapıb qaytar, mənim sənə məsləhətimdi, sonra gec olacaq. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - Mən kimə vermişəmsə ondan alacağam. Roma ilə belə danışıq olub. Mən onunla şənbə günü danışmışam. Sabir kişi mən Romaynan danışdım və razılığa gəldik ki, kağızlar 15 hissə üzrə gələcək və yekunlaşacaq. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Ok. O mənə bu dəqiqə zəng etmişdi. Sabahdan heç olmasa 6-7 min azn qaytarmağa başlamaq lazımdır ki, 14-15-nə tam hesablaşaq. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - Sabir kişi ayın 15-i saat 3-də mən zəng etmədən sizin ofisə gəlib tam məbləği ödəyəcəyəm. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Təminat hanı? Beh hanı? Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - Bu 100%-dir, söhbət ola bilməz. Ayın 15-i saat 3-də sizin ofisdə. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Salam danışmışdıq ki, bu gün naharda görüşürük və sənədləri verirsən. Nə vaxt görüşürük? Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - Mən saat 8-də sənədləri götürürəm və sənə yığacam. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Ok. Bu gün bu məsələni həll etmək lazımdır, bazar ertəsi nahardan sonra artıq gec olacaq. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Mən Raufla danışdım (o səninlə danışıb). Sən ona mənlə bazar günü görüşməyi, pulu qaytarmağı söz vermisən. Və bu düzgün olacaq. Saxta sənədə artıq ehtiyac olmayacaq. Pulu qaytar: 17000 azn sənədə, arayışa görə, - 2500 azn: saxta tibbi arayışa görə / sənəd (Fəridin iştirakı ilə).: - 2000 azn; vəkil üçün + məhkəmə kargüzarlığına; həmin məbləğdən 300 azn vəkil xərclərini + nəqliyyat xərclərini - 200 - 300 azn çıxa bilərsən. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs - Sağlamlıq haqqında arayış artıq şəxsi işdədir. Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 - Sağlamlıq haqqında arayış saxtadır (ştirx kod -) (cild İİİ, i/v 88-95) İş materiallarında olan “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin arayışın məzmununa aşağıdakı məlumatlar daxil edilmişdir: "№ 08/373. 10 avqust 2021-ci il. Bakı şəhəri 2 saylı Vəkillər Bürosunun vəkili Şahid2. xx.xx.2021-ci il tarixli № 851 saylı məktubunuza cavab olaraq bildirirəm ki, xəstə Şahid1 xx.xx.2014-cü il tarixində Topçubaşov adına X15 daxil olmuş və təlimata uyğun olaraq ona zəruri tibbi yardım göstərilmişdir. Müayinə zamanı xəstə Şahid1 ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarının kəskin transmural miokard infarktı, ürək çatışmamazlığının İ-İİ dərəcə diaqnozu qoyulmuşdur və nəticədə mərkəzin reanimasiya şöbəsində intensiv müalicə aparılmışdır. Xəstə Şahid1 səhhətində baş verən ciddi problemlər izah edilmiş, kardio əməliyyat aparılması zəruri olması bildirilmişdir və əməliyyat aparılmasa bu fəsadlar barəsində məlumat verilmişdir. Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı. Topçubaşov adına X11 Baş həkimi Yusif Əliyev. X20 Mərkəzi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Təbibli 4 ”. (cild İ, i/v 193) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X38 Akademik M.A.Topçubaşov adına X22 X34 xx.xx.2022-ci il tarixli, 319 saylı məktubundan görünür ki, Şahid1 2014-cü il tarixdə akademik M.A.Topçubaşov adına X15 müraciət etməmişdir. Eləcə də X22 tərəfindən 10 avqust 2021-ci il tarixli 08/373 saylı məktub verilməmişdir. (cild İİ, i/v 51) Elektron ödəmə vasitəsilə aparılmış əməliyyatlarla bağlı qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs1 adına son 8 rəqəmi ********17016290 olan “Unibank” debet kartına “E- Manat” ödəmə terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 21:10-da 1.000 manat, saat 21:11-də 1.000 manat, saat 21:14-də 500 manat, “Million” ödəmə terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 15:09-da 2.000 manat, xx.xx.2022-ci il tarixdə saat 20:11-də 510 manat, xx.xx.2022-ci il tarixdə saat 13:15-də 2.515 manat olmaqla ümumilikdə 7.525 manat məbləğində pul mədaxil edilmişdir. (cild İ, i/v 245-250) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən 24 may 2022-ci il tarixli, **********799300 saylı məktubla daxil olmuş məlumatda aşağıdakılar göstərilmişdir: “Həqiqətən də özünü Ədliyyə Nazirinin müavini Eldar Nuriyev kimi təqdim edən ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi 12 və 25 fevral 2022-ci il tarixlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə zəng etməklə Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin sabiq əməkdaşı Şahid5 yol verdiyi nöqsanlara görə cəzalandırılmaması və vəzifədən azad edilməməsi ilə bağlı müraciət etmişdir. X39 Xidmətinin rəhbərliyi bu müraciəti təmin etməyərək xidməti fəaliyyətində yol verdiyi əhəmiyyətli nöqsanlara görə Şahid5 tutduğu vəzifədən azad etmiş və barəsində toplanmış materialları hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərmişdir. Bundan əlavə özünü Ədliyyə Nazirinin müavini Eldar Nuriyev kimi təqdim edən ***- ***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi 13 aprel 2022-ci il tarixdə yenidən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə zəng edərək Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi tərəfindən istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid11 təxminən 800.000 (səkkiz yüz min) manat məbləğində vergi borcunun ödənilməsi üçün 1-2 aylıq möhlət verilməsi ilə bağlı müraciət etmişdir. Bu müraciət də Dövlət Vergi Xidmətinin rəhbərliyi tərəfindən təmin edilməmiş, üzərinə götürdüyü öhdəliyə baxmayaraq vergi borcunu ödəmədiyinə görə Şahid11 barəsində müvafiq prosessual hərəkətlərin aparılması təmin olunmuş, o cümlədən həbs qətimkan tədbirinin tətbiq edilməsi üçün aidiyyəti məhkəmə orqanının qarşısında vəsatət qaldırılmışdır.” (cild İ, i/v 238-239) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən 18 avqust 2022-ci il tarixli, **********711400 saylı məktubla daxil olmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 yanvar 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şahid11 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (cild İİ, i/v 106-111) Bakı Apellyasiya Məhkəməsindən 25 may 2022-ci il tarixli məktubla daxil olmuş hakim X13 məlumatında aşağıdakılar göstərilmişdir: “İcraatımda məhkum Şahid8 cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə təqdimatın təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmışdır. 01 mart 2022-ci il tarixdə, saat 14:53 radələrində ***- ***-**-** mobil nömrəsindən istifadəmdə olan ***-***-**-** mobil nömrəyə zəng gəlmiş, həmin şəxs özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin köməkçisi kimi təqdim etmiş, Şahid8 işi ilə maraqlandığını, həmin şəxsə köməklik edilməsi ilə bağlı ona müraciət edildiyini, məhkumun anasının müraciətinin olduğunu, bu səbəbdən ona köməklik edilməsini xahiş etmişdir. Həmin şəxsə işə obyektiv və ədalətli baxılacağı, şikayətin təmin edilməsi üçün əsaslar olduğu halda təmin ediləcəyi, əks halda rədd ediləcəyi bildirilmişdir. Daha sonra zəng etmiş ***-***-**-** mobil nömrənin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin köməkçisinə məxsus olmadığı tərəfimdən dəqiqləşdirilmiş və ***-***-**-** mobil nömrədən gələn zənglərə cavab verilməmişdir”. (cild İ, i/v 236-237) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkum Şahid8 cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçməsi barədə təqdimatın təmin edilməməsinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (cild İİİ, i/v 50-57) Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universitetinən 30 iyun 2022-ci il tarixli, 07-18-183 saylı məktubla daxil olmuş məlumatda aşağıdakılar göstərilmişdir: “Həqiqətən də özünü Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Eldar Nuriyev kimi təqdim edən ***-***-**-** saylı mobil telefon istifadəçisi 06 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin rəhbərliyinə zəng edərək BSU-da təhsil alan tanışı X3 işə qəbul olunmaqla yanaşı himayədarlıq edilməsini xahiş etmişdir. Lakin onun bu tələbi universitetin daxili qaydalarına zidd olduğundan və belə halların qəbul olunmaması səbəbindən icra edilməmişdir.” (cild İİ, i/v 49) Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 23 may 2022-ci il tarixli, 03/01-7/7231-8 saylı cavab məktubundan görünür ki, özünü Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini Eldar Nuriyev kimi təqdim edən ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi 06 may 2022-ci ildə "xxxx" ASC-nin sədri vəzifəsinin icraçısı Köçərli Həsənovun istifadəsində olan xidməti telefona zəng etməklə tanışı Şahid15 "xxxx" ASC-də məsul vəzifəyə təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin qurum tərəfindən müsbət cavab ala bilməmişdir. (cild İ, i/v 97) İş materiallarına əlavə edilmiş Şahid9 xx.xx.2022-ci il tarixli ərizəsi, eləcə də eyni tarixli, 207 nömrəli əmrin surətindən görünür ki, Şahid9 işlədiyi İstehsalat Birliyində tutduğu vəzifədən azad edilmişdir. (cild İİ, i/v 151-152) Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair məlumatlar əsasında istintaq orqanı tərəfindən təhlillər aparılmış və təhlil zamanı aşağıdakılar müəyyən edilmişdir:
1. Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə, saat 13:22- də istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 523 saniyə danışıq aparmışdır.
2. Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il tarixdə, saat 10:10- da istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 202 saniyə danışıq aparmışdır.
3. Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə, saat 16:43- də istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 147 saniyə danışıq aparmışdır.
4. Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə, saat 14:53-də istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Bakı Apellyasiya Məhkəməsinin hakimi X13 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 193 saniyə danışıq aparmışdır.
5. Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə, saat 16:11-də istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X21 və X18 Birliyinin baş direktoru Şahid10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 271 saniyə danışıq aparmışdır.
6. Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə, saat 10:38-də istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 173 saniyə danışıq aparmışdır.
7. Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 18:21-də istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin rektoru X9 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 166 saniyə danışıq aparmışdır.
8. Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 10:52-də istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən “Azərsu’’ ASC-nin sədr müavini X5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 91 saniyə danışıq aparmışdır.
9. Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 11:26-da istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək 46 saniyə danışıq aparmışdır. (cild İİ, i/v 67-68) «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan etibardan suiistifadə etmə və aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəməsi və hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlama kimi cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlama kimi cinayət əməlini törətməməsi, yəni ittihamda qeyd edilən arayışın onun tərəfindən deyil, Şahid3 tərəfindən hazırlanmış olması kimi ifadələrinə də qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında sərbəst ifadə verərkən yuxarıda qeyd olunan arayışın onun tərəfindən deyil, Şahid3 tərəfindən tərtib edildiyini bildirsə də, cinayət işi üzrə Şahid3 məhkəmə iclasında şahid qismində dindirilən zaman təqsirləndirilən şəxs öz ifadəsini dəyişərək arayışı Şahid3 tərtib etmədiyini, onun sadəcə bu barədə məlumatlı olduğunu dediyini bildirmiş, həmçinin əlavə olaraq qeyd etmişdir ki, ötən məhkəmə iclasında əsəbi olduğu üçün həqiqəti əks etdirməyən ifadə vermişdir. Qeyd edilən halla bağlı iş materiallarının təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da özünün müdafiəsi üçün məhkəmə istintaqı zamanı söylədiklərinə oxşar məzmunda ifadə vermiş, bu səbəbdən müstəntiq tərəfindən Təqsirləndirilən şəxs saxta sənədi hazırlayan şəxs olaraq istinad etdiyi Şahid3la üzləşdirilmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadələrində Şahid3la bağlı göstərdiklərini təkzib edərək, 20 may 2022-ci il tarixdə olduğu yer barədə Şahid3 tərəfindən Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarına məlumat verilməsini düşündüyünə görə Zərərçəkmiş şəxs1 aldığı 21.500 manat məbləğində pulun 2.500 manat məbləğində olan hissəsini Şahid3 verdiyini, ilkin ifadələrində guya saxta tibbi arayışın Fərid tərəfindən hazırlandığını bildirdiyini, hətta Sabirlə görüşən zaman sonuncuya inandırmaq məqsədilə yalandan həmin arayışın guya Şahid3 tərəfindən hazırlanacağını, Fəridin anasının da həkim olduğunu dediyini, əslində isə M.A.Topçubaşov adına X11 adından olan saxta arayışın özünün Bakı şəhərində Yasamal rayonu ərazisində fəaliyyət göstərən hazırda ünvanını xatırlamadığı internet kafelərin birində hazırlayıb çap etməklə şəklini telefonu ilə çəkib “Whatsapp”la Zərərçəkmiş şəxs1 göndərdiyini, sonra isə həmin arayışı cırıb atdığını bildirmişdir. Bundan başqa o, üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı həmin arayışı Şahid1 vəkili Şahid2 sorğusuna cavab verilmiş kimi hazırladığını, öncə internet şəbəkəsi vasitəsilə xəstəxananın baş həkiminin həmin vaxt kim olmasını müəyyən etdiyini, arayışın aşağı sol küncündə elektron imzam edən şəxsin baş həkim olması ilə bağlı qeydiyyat apardığını, Zərərçəkmiş şəxs1 durmadan ondan verdiyi pulları tələb edib barəsində şikayət edəcəyini dediyinə görə vaxt əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 aldığı pulların başqa şəxslərdə, o cümlədən 2.500 manat məbləğində olan hissəsinin Şahid3 olduğunu, həmin pulları yığıb qaytaracağını dediyini, Zərərçəkmiş şəxs1 aldığı 21.500 manat məbləğində pulun hamısını öz ehtiyaclarına sərf etdiyini, yalnız 300 manat məbləğində olan hissəsini Bakı şəhəri 2 saylı Vəkil Bürosunda müqavilə haqqı olaraq ödədiyini bildirmişdir. (cild İİ, i/v 116-119) Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki məhkəmə istintaqı zamanı özünün müdafiəsi üçün gətirdiyi dəlillər işin obyektiv müəyyən edilmiş halları ilə uzlaşmamaqla, elə sonuncunun ibtidai istintaq zamanı öz ifadəsində göstərdiyi halları təkzib etməsi, habelə ittiham olunduğu cinayət əməlini törətməsi, yəni saxta sənədi hazırlaması və tərtibi prosesini tam təfsilatlı şəkildə təsvir etməsi ilə təkzib edilir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətməməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsini məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirməklə, həmin ifadəyə tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 320.1-ci maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə digər şəxsi təhrik etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməsi ilə bağlı müvafiq qərar qəbul edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 320.1-ci maddələri tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyası üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs elan olunmuş hazırkı ittiham üzrə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməlini 2021-ci ilin avqust ayının birinci yarısında törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni iki il artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirildiyi epizod üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 320.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərədə tutulan əmələ münasibətdə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini, Azərbaycan Respublikası CM-in 310-cu maddəsində nəzərədə tutulan əmələ münasibətdə isə cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs münasibətdə cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, qəti olaraq 2 il 4 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 1 il 1 ay 15 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Bundan əlavə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, barəsində 3 il sınaq müddəti ilə şərti cəza təyin edilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu Təqsirləndirilən şəxs əməllərinə tətbiq edilməklə sonuncunun əməlləri Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.3.2 və 29, 178.3.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, 29, 178.2.1, 29, 178.2.2 və 29, 178.2.4-cü maddələrinə tövsif edilməklə sonuncuya təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 05 il həddində müəyyən edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza 4 il 6 aya endirilməklə 20 sentyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini törədərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi və müvafiq olaraq Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməlinin tövsif edildiyi az ağır cinayət əməlini törətməyə görə üzərində yaranmış məhkumluğu ödənilməmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar 14.500 manat əsas borc (alınıb qaytarılmamış məbləğ), 330 manat kompensasiya, 96 manat ibtidai istintaq orqanına çağırışlarla bağlı nəqliyyat xərcləri, 3000 manat mənəvi ziyanın əvəzi, 2150 manat itirilmiş gəlir, 150 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 20.226 manat pulun Təqsirləndirilən şəxs onların nəfinə tutulmasını xahiş etmişlər. İddia tələbi ilk növbədə onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş ziyandan 14.500 manat hissəsini ərizə verildiyi tarixədək ödəməmişdir. Daha sonra iddiaçılar kompensasiyanın ödənilməsi hissəsində tələblərini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası CPM-in 189.0.1, 190.0 və 191-ci maddələrini əsas tutaraq zərərçəkmişlərin hər birinə 165 manat olmaqla, ümumilikdə 330 manat kompensasiyanın Təqsirləndirilən şəxs hesabına ödənilməli olduğunu qeyd etmişdir. Bundan başqa iddia tələbi nəqliyyat xərcləri ilə bağlı hissədə onunla əsaslandırılmışdır ki, iddiaçılar cinayət təqibini həyata keçirən ibtidai istintaq orqanının çağırışları ilə iş üzrə ifadə vermək, təqsirləndirilən şəxslə üzləşmə keçirilməsi, zərərçəkmiş şəxs kimi tanınmaları və iş materialları ilə tanış olmaları kimi prosessual hərəkətlərdə hər biri ayrı-ayrı 4 dəfə iştirak etmək üçün cinayət təqibi orqanına getmişlər. Hər dəfəsində onlar oraya avtomobil nəqliyyatı ilə gedib-gəlmiş və bunun üçün gediş-gəlişə bir nəfərə 12 manat pul xərcləmişlər ki, bu xərcləri ümumilikdə 96 manat təşkil etmişdir. Həmçinin iddiaçılar mənəvi zərərlə bağlı tələblərini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs yalan vədlərinə inanaraq 1 il müddətində azadlığa çıxacağına ümid emiş Şahid1 qarşı törətdiyi, həm cinayət tərkibli əməlləri, həm bu müddət ərzində “işin başa çatdırılması” üçün daimi təkildə zərərçəkmiş şəxslərdən pul tələb etməsi onları mənəvi sarsıntılara düçar etmiş, psixofizioloji sağlamlıqlarına və maddi vəziyyətlərinə olduqca mənfi təsir edərək depressiyaya məruz qoymuşdur. AR CPM-in 181.2.4-cü maddəsi nəzərə alınmaqla hesab edirlər ki, təqsirləndirilən şəxsin hər bir zərərçəkmiş şəxsə vurduğu mənəvi zərər 1500 manat olmaqla, cəmi 3000 manat mənəvi zərər təşkil etmişdir. Eyni zamanda iddiaçılar iddia tələblərini itirilmiş gəlirin tələb edilməsi hissəsində onunla əsaslandırmışlar ki, AR CPM-in 181.2.3-cü maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ümumilikdə aldığı və bir il müddətinədək onlara qaytarmadığı 21500 manat zərərçəkmiş şəxslər tərəfindən banka yerləşdiriləcəyi təqdirdə (ortalama 10 %-lə olan illik depozitə qoyulduğu halda) sonuncular bundan adi mülki dövriyyə şəraitində 2150 manat gəlir əldə edə bilərdilər. Ancaq bu gəlir əldə etmək imkanı təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə itirilmiş, zərərçəkmiş şəxslər bundan məhrum olmuşlar. Sonradan Zərərçəkmiş şəxs1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ümumi iddia tələbi kimi qeyd etdiyi 21.500 manatın 20.000 manat olaraq əvəz edilməsini və həmin miqdarda pulun Təqsirləndirilən şəxs onların xeyrinə tutulmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası iddia tələbinin əsaslandığı halları müzakirə edərək hesab edir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi hissəsində qismən, dövlət rüsumunun ödənilməsi hissəsində isə tam təmin edilməli, qalan hissələrdə isə iddia tələbi təmin edilməməlidir. Belə ki, cinayət işinin sübuta yetirilmiş hallarına əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərin 21.500 manat məbləğində pulları dələduzluqla ələ keçirilmiş, sonradan 7.525 manat məbləğində pul zərərçəkmiş şəxslərə qaytarılmış, ümumi ziyandan 13.975 manat hissəsi hazırkı vaxtadək zərərçəkmiş şəxslərə ödənilməmişdir. Zərərçəkmiş şəxslər mülki iddiaçılar tərəfindən iddia tələbinə görə 150 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin zərərçəkmiş şəxs iddia tələbinin həcmini azaldaraq 1500 manat məbləğində pulun təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, lakin başqa bir şəxsin həmin məbləği mənimsədiyini bildirməklə həmin məbləği Təqsirləndirilən şəxs tələb etmədiyini bildirmişdir. Bununla əlaqədar məkhəmə hesab edir ki, iddia tələbi cinayət əməli nəticəsidə vurulmuş ziyanla bağlı hissədə 12.475 manat həcmində və dövlət rüsumu olaraq 150 manat həcmində olmaqla, ümumilikdə 12.625 (on iki min altı yüz iyirmi beş) manat məbləğində təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən mənəvi zərər, əldən çıxmış gəlir və yol xərcləri ilə bağlı tələblər irəli sürülsə də, qeyd olunan mənəvi tələbin dəyərinin, habelə digər tələblərin nə ilə əsaslandırılması və sübuta yetirilməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ’’əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona mənəvi zərərin dəyməsini, habelə əldən çıxmış gəlirin və yol xərclərinin məbləğlərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçılar bu tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Digər tərəfdən iddia tələbində mülki iddiaçılar onların hər birinə zərərçəkmiş şəxs olduqları əsası ilə 165 manat olmaqla ümumilikdə 330 manat kompensasiyanın təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsini xahiş etmişlər. Birinci növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-in 190-cı maddəsinə görə zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə ona qarşı ağır cinayət törədildikdə - 165 manat, az ağır cinayət törədildikdə isə 55 manat məbləğdə kompensasiya almaq hüququna malikdir. Göründüyü kimi zərərçəkmiş şəxs, mülki iddiaçılar onlara qarşı ağır cinayət əməli törədilmiş olmasına istinad edərək, kompensasiya məbləğinin təqsirləndirilən şəxsdən tutulmasını xahiş etsələr də, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 münasibətdə CM-in 178.2.4 və 320.1-ci maddələri ilə, yəni müvafiq olaraq az ağır və böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 32.4, 312.2-ci maddəsi ilə ittihamdan dövlət ittihamçısı imtina etmişdir. Məhkəmə qeyd edir ki, CPM-in 191.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiyanın Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. Hazırki iddia tələbindən isə göründüyü kimi zərərçəkmiş şəxslər dövlət büdcəsi hesabına onlara kompensasiya ödənilməsini yox, təqsirləndirilən şəxsdən kompensasiya məbləğinin tutulmasını xahiş etmişlər ki, prosessual qanunvericilik təqsirləndirilən şəxsdən birbaşa belə tələbin irəli sürülməsi imkanını nəzərdə tutmamışdır. Göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, mülki iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 80 saat hüquqi yardımla əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 03 (üç) il müddətinə azalıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiaları qismən təmin edilsin. Təqsirləndirilən şəxs 12.625 (on iki min altı yüz iyirmi beş) manat məbləğində pul Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov