Məhkəmə qərarları › İş №1(101)-265/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-265/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-265/2021 11.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal, D.Bünyadzadə 181 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 X2 saxlanılan Təqsirləndirilən şəxs Balağa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Balağa oğlu, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni külli miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Balağa oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, yəni bir ədəd polietilen bükümdə təmiz çəkisi 8,306 qram və 3 ədəd gümüşü rəngli kazğı bükümdə ayrı-ayrılıqda çəkiləri 0,022 qram, 0,239 qram və 1,183 qram olmaqla ümumilikdə 8,750 qram küstar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,029 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış pxisotrop maddə metamfetamini və bir ədəd kibrit qutusunda təmis çəkisi 2,336 qram olan bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamış və daşıyaraq ünvan 3 ünvanına gətirərək saxlamış və xx xxxxx 2020-ci il tarixdə əldə etdiyi narkotik vasitə heroindən 0.239 qram narkotik vasitə heroini 5 manat müqabilində X5 və 0,183 qram narkotik vasitə heroini 5 manat müqabilində X1, həmin gün saat 13 radələrində Suraxanı RPl-nin NMB-nin əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında həmin mənzildə axtarış aparılan zaman həmin mənzilin girişdən sol tərəfdə yerləşən taburetin üzərindən xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan bir ədəd polietilen bükümdə təmiz çəkisi 8,306 qram və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,022 qram olmaqla cəmi 8,328 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,029 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış pxisotrop maddə metamfetamini, bir ədəd kibrit qutusunda təmiz çəkisi 2,336 qram olan bitki mənşəli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Balağa oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərdi kı, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşayır. Əvvəllər bir neçə dəfə narkotik vasitələrin istifadə etdiyinə görə məhkum edilmiş, axırıncı dəfə 2015-ci ilin avqust ayında Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən 02 il, 04 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2017-ci ilin oktyabr ayında isə amnistiya aktı ilə azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra Yasamal rayonu Yeni Yasamal, D.Bünyadzadə 181 ünvanda yerləşən qaynanasına məxsus evdə ailəsi ilə birlikdə yaşamışdır. 2010-cu ildən narkotik vasitə olan heroindən iynə vasitəsilə vurmaqla istifadə edir. Təxminən hadisədən 10 gün əvvəl metronun “İnşaatçılar stansiyasının” yaxınlığında olarkən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxs ona hədiyyə olaraq narkotik vasitə olan təxminən 3-4 dəfə istifadə etməklik “Nəşə” və təxminən iki dəfə istifadə etməklik “kakos” vermişdir. Həmin şəxs onun dayanıb ağrıdığını və ağrıya dözə bilmədiyini görüb ona yaxınlaşmış, ağrıdığını soruşmuş və həmin narkotik vasitələri ağrıdan çıxsın deyə ona vermişdir. O, həmin narkotik vasitələri həmin şəxsdən özünün istifadəsi üçün, həm də onu tanıyan, narkoman xəstə adamlara satmaq üçün götürmüşdür. O, xx xxxxx 2020-ci il tarixdə anasıgilə, yəni Suraxanı rayonu Suraxanı qəsəbəsi Sabir küçəsi, dalan 3, ev 5 ünvana gəlmişdir. Bir gün qalmış və həmin narkotik vasitəni də yaşadığı evin otağında saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində tanıdığı Qadir, Famil, Mahir və Tərlan adlı şəxslər onun təklifi ilə yaşadığı evə gəlmişlər ki, həmin narkotik vasitələrdən bir miqdarını onlara satsın və onlar da elə həmin evdə həmin narkotik vasitələri istifadə etsinlər. Buna görə, o, həmin narkotik vasitələri çıxardıb otaqda oturacağın (taburetin) üstündə düzmüşdür. Bu vaxt evinin qapısı döyülmüşdür. O, gedib qapını açanda mülki geyimdə bir neçə polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları ona şübhəli olduğu üçün evə baxış keçirməyi təklif etmişlər və onun razılığı ilə evə baxış keçirilən zaman həmin narkotik vasitələr aşkar edilərək götürülüb qablaşdırılmış, eləcə də, narkotik çəkmək üçün nəzərdə tutulmuş iki ədəd tərəzi götürülərək qablaşdırılmışdır. Ona və orada olan iştirakçılara həmin narkotik vasitələrin eskpertizaya göndəriləcəyi və bunun üçün qablaşdırılmış zərflərin möhürləndiyi izah olunmuşdur. Onu da bildirmişdir ki, polis əməkdaşları içəri girdikləri zaman həmin adları qeyd etdiyi şəxslər otaqda olmuş və onlar da narkotik vasitələri istifadə etmək üçün onun evinə gəlmişlər. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2012-cı ildən DİO-da, 2017-ci ildən isə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, Suraxanı RPİnin NMB-yə Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 2 mənzil 34- də qeydiyyatda olan və Əmircan qəsəbəsi, Sabir küçəsi dalan 3 ev 5-də yaşayan Təqsirləndirilən şəxs Balağa oğlunun yaşadığı ünvanda narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla RPİ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə əməliyyat qrupunun yaradılması barədə əmr tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Balağa oğlunun yaşadığı Əmircan qəsəbəsi, Sabir küçəsi dalan 3 ev 5 ünvanına yaxınlaşdıqda evin qapısının qarşısında bir nəfər şəxsin dayandığı görmüşlər və ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğu üçün həmin şəxsi saxlamışlar. Ondan burada niyə dayandığını soruşduqda Nurəlidən öz istifadəsi üçün narkotik vasitə almağa gəldiyini bildirmişdir. Bundan sonra onlar video çəkilişlə Təqsirləndirilən şəxs Balağa oğlunun yaşadığı evin qapısını döymüşlər və o, qapını açmışdır. Onlar xidməti vəsiqələrinizi göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə həmin şəxsin Təqsirləndirilən şəxs Balağa oğlu olmasını dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq satışında şübhələnildiyi üçün yaşadığı evə baxış keçirmək zərurətinin yarandığını bildirmişlər. Ondan buna etiraz edib- etmədiyini soruşmuşlar, Təqsirləndirilən şəxs isə heç bir etiraz etmədən yaşadığı evinə baxış keçirilməsinə icazə verməsi ilə bağlı şifahi razılıq vermiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Balağa oğlunun iştirakı ilə ünvan 4 ünvanına daxil olunaraq baxış keçirilməyə başlanılmışdır. Ev bir otaqdan ibarət olmuş və evdə daha üç nəfər şəxs də olmuşdur. Onlara xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və burada olmaqlarının səbəbini soruşduqda onlar Nurəlidən narkotik vasitə olmağa gəldikləri və burda istifadə etmək istədiklərini bildirmişlər. Otağın içərisində sol tərəfdə olan taxta stulun üzərində iki ədəd elektron tərəzi, siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər maddə olan iki ədəd büküm, şəffaf sellofana bükülmüş içərisində narkotik vasitəyə bənzər bir ədəd büküm və içərisində ot şəkilli narkotik vasitəyə bənzər kütlə olan bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin vaxt ondan həmin aşkar edilmiş maddələrin nə olması və haradan əldə edilməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs isə qeyd edilən maddələrin narkotik vasitə heroin, marixuana və şüşə kimi tanıdığı narkotik vasitələr olduğunu bildirmiş və onları təxminən 10 gün əvvəl “İnşaatçılar” metro stansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən pay olaraq pulsuz aldığını və öz istifadəsi üçün və eyni zamanda digər şəxslərə satmaq üçün saxladığını bildirmişdir. Bundan sonra evdən aşkar edilərək götürülmüş narkotik vasitələr və iki ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Sonda isə Təqsirləndirilən şəxs Balağa oğlunun evinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütüniştirakçılar doğruluğunu imza ilə təsdiq etmişlər. Saxlanılan şəxslər Suraxanı RPİ-yə gətirildikdən sonra həmin şəxslərin X15, X9, Şahid2 və Şahid1 Zaur oğlu olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 20 ildir ki, narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs iki gündür ki, tanıyır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində narkotik vasitə almaq istədikdə Nurəlinin evinə narkotik vasitə almaq üçün gəlmiş, narkotik almaq istəyən zaman Nurəlinin yaşadığı evin qapısı döyülmüş və mülki geyimdə olan şəxslər videoçəkilişlə Nurəlinin evinə girmişlər. Bu vaxt taxta oturacağın üzərində narkotik vasitə aşkar edilərək zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir.(cild 1, iş vərəqə 140) Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 5 ildir ki, tanıyır. Mütəmadi olaraq Nurəlidən narkotik vasitə əldə etmişdir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində Nurəlidən narkotik vasitə almış və istifadə etdikdən sonra Nurəlinin evinin qabağına olarkən mülki geyimdə olan şəxslə ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitənin istifadəsində və saxlanılmasında şübhəli olduğunu bildirərək sonra onunla birlikdə videoçəkilişlə Nurəlinin evinə girmişlər. Nurəlinin evində 3 nəfər şəxs də olmuşdur. Bu vaxt taxta oturacağın üzərində narkotik vasitə aşkar edilərək zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir.( cild 1, iş vərəqə 166) Şahid6 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Balağa oğlu onun qardaşı oğludur. O, Nurəlinin ona qarşı verdiyi ifadə ilə tanış olmuş və onun qeyd etdikləri hamısı yalandır. Belə ki, o, bu vaxta kimi narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, fərdi əməklə məşğul olub ailəsini dolandırmışdır. Hal-hazırda da küçələri yığışdırıb aylıq maaşı ilə dolandığını qeyd etmişdir. Cinayət işinin 1-ci cildinin 8-9-cu vərəqlərində olan xx xxxxx 2020-ci il tarixli mənzilə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs Balağa oğlunun yaşadığı ünvana baxış zamanı bir otaqlı evin otağının sol tərəfində yerləşən taburetin üzərindən siqaretin gümüşü rəngli kağızına bükülmüş iki ədəd büküm, ağ rəngli sellofana bükülmüş bir ədəd büküm və bir ədəd kibrit qutusunun içərisində ot kütləsi və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 29-30-cu vərəqlərində olan xx xxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Balağa oğlunun üzərində şəxsi axtarış keçirilmiş və bu zaman saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 139-cu vərəqində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Balağa oğlunun yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı çəkilərək diskə köçürülmüş bir ədəd videogörüntüyə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 138-ci vərəqində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs Balağa oğlunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilərək diskə köçürülmüş bir ədəd videogörüntüyə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 37-41-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 6/564 saylı xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs ” yazısı olan zərfdə, l(bir) ədəd polietilen bükümdə təmiz çəkisi 8,306 qram və l(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,022 qram, ümumi təmiz çəkisi 8,328 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki l(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,029 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”-in İ siyahısına daxildirlər. Cinayət işinin 1-ci cildinin 42-45-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 7/165 saylı xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 2,336 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 1-ci cildinin 77-81-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 6/562 saylı xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ağayev Qadir” yazısı olan zərfdə l(bir) ədəd bükümdə təmiz çəkisi 0,183 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu İlə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin İ siyahısına daxildir. Cinayət işinin 1-ci cildinin 111-115-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının 6/563 saylı xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Bunyatov Tərlan” yazısı olan zərfdə l(bir) ədəd bükümdə təmiz çəkisi 0,239 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 2-ci cildinin 132-133-cü vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 1673 saylı xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Balağa oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 149-154-cü vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6/1299 saylı xx xxxxxx 2020- ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tdqiqat Obyekti № 59”-li ştamp əksi olan 3(üç) ədəd paketdəki vət. Təqsirləndirilən şəxs Balağa oğlunun götürülmüş heroinlər, vət. X3 götürülmüş heroın və vət. X10 götürülmüş heroin xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər, İlkin tədqiqat zamanı vət. Qədir Ağayevdən götürülmüş heroinin təmiz çəkisi xx xxxxx 2020-ci il tarixli 6/562 saylı, Tərlan Bunyatovdan götürülmüş heroinin təmiz çəkisi xx xxxxx 2020-ci il tarixli 6/563 saylı və Təqsirləndirilən şəxs götürülmüş heroinlərin ayrı-ayrılıqda və ümumi təmiz çəkisi xx xxxxx 2020-ci il tarixli 6/564 saylı ekspert rəylərində göstərilib. Cinayət işinin 2-ci cildinin 155-157-ci vərəqlərində olan iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 1381 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Balağa oğlu etdiyi cinayət əməlinin mahiyyətini və xarakterini dərk etmişdir. Təqsirləndirilən şəxs Balağa oğlu qərarda göstərilən tarixdə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Balağa oğlunda törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs Balağa oğlunda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Balağa oğlu hazırda özünü idarə etmək və öz hərəkətlərini dərk etmək imkanına malikdir. Təqsirləndirilən şəxs Balağa oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Balağa oğlunun hərəkətləri CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Balağa oğlunun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 163-176-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Balağa oğlunun yaşadığı evdən aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumilikdə 8,328 qram narkotik vasitə heroin, 0,029 qram pxisotrop maddə metamfetamin və 2,336 qram qurudulmuş marixuana, X12 üzərindən aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumilikdə 0,183 qram narkotik vasitə heroin və X4 üzərindən aşkar edilərək götürülmüş və barəsində məhkəməkimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış ümumilikdə 0,239 qram narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və Təqsirləndirilən şəxs Balağa oğlunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8,328 qram olan heroinin ilkin məhkəmə ekspertizasına 0,10 qram və ikinci məhkəmə ekspertizasına 0,03 qram sərf edildikdən sonra qalıq 8,198 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,029 qram psixotrop maddə metamfetaminin məhkəmə ekspertizasına 0,02 qram sərf edildikdən sonra qalıq 0,009 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,336 qram narkotik vasitə qurudulmuş marixuananın məhkəmə ekspertizasına 0,02 qram sərf edildikdən sonra qalıq 2,316 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də, X12 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,183 qram narkotik vasitə heroinin məhkəmə ekspertizasına 0,05 qram sərf edildikdən sonra qalıq 0,133 qram narkotik vasitə heroin və X4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,239 qram narkotik vasitə heroinin məhkəmə ekspertizasına 0,05 qram sərf edildikdən sonra qalıq 0,189 qram narkotik vasitə heroin məhkəmə baxışınadək saxlanılması üçün Suraxanı RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs Balağa oğlunun yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı və onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş vıdeogörüntüləri özündə əks etdirən DVD diskləri iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 2-ci cildinin 66-68-ci vərəqlərində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Ağayev X6 rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Xəzər rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Ağayev X7 rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və AR MM-nin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarına əsasən xx.xx.2016-cı il tarixdə cəzadan azad edilmişdir. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə məhkumluğu ödənildiyindən həmin hökmlər məhkumluqla əlaqədar heç bir hüquqi nəticə yaratmır. Təqsirləndirilən şəxs Balağa oğlu öz müdafiəsi üçün dəlil kimi ona Azərbaycan Respublikası CM-nin 234,4.3-cü maddəsi ilə özünü təqsirli bilmədiyini göstərsə də, cinayət işi üzrə şahidlərin ifadələri, mənzilə baxış protokolu, şəxsin üzərində axtarış və götürmə aparılması protokolları, diskə baxış protokolları, üzləşdirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər zəruri istintaq hərəkətləri ilə kifayət qədər sübuta yetirildiyindən, özünü müdafiə xarakterli kimi qiymətləndirilərək sübut kimi qəbul edilmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Balağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 19-21, 2-ci ildinin 1-3-cü vərəqlərində protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs Balağa oğlu xx xxxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Balağa oğlunun əməlində CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs Balağa oğlunun cəza çəkməsinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx xxxx 2020-ci il tarixli,1673 saylı ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs Balağa oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 228 AZN (iki yüz iyirmi səkkiz manat) Təqsirləndirilən şəxs Balağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhər Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs Balağa oğlunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8,328 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 8,198 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,029 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,009 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,336 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 2,316 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də, X12 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,183 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,133 qram narkotik vasitə heroin və X4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,239 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,189 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş vıdeogörüntüləri özündə əks etdirən DVD diskləri cinayət işinin materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Balağa oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X11 180 (bir yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə ödənilməli, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs Balağa oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 200 AZN (iki yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Balağa oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Balağa oğluna narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs Balağa oğlundan 228 AZN (iki yüz iyirmi səkkiz manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhər Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs Balağa oğlunun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 8,328 qram olan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 8,198 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,029 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,009 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 2,336 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 2,316 qram narkotik vasitə qurudulmuş marixuana, eləcə də, X12 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,183 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,133 qram narkotik vasitə heroin və X4 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,239 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,189 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş vıdeogörüntüləri özündə əks etdirən DVD diskləri cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Balağa oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X11 180 AZN(bir yüz səksən manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun nəfinə ödənilsin, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs Balağa oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 200 AZN (iki yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs Balağa oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar